Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Azərbaycanın ən gözəl 12 kəndi


Recommended Posts

Azərbaycanda turizm sektorunun inkişafı, xüsusilə də daxili turizmə marağın artması əhalinin müxtəlif bölgələrə səfərlərinin sayını artırıb. Getdikcə daha çox ölkə vətəndaşı müxtəli bölgələrin səfalı guşələrində istirazət etməyə üstünlük verirlər. Yerli bölgələrə marağın böyük olduğunu nəzərə alaraq seyyah.az saytı ölkənin ən gözəl 12 kəndini təqdim edir. Hərçənd qeyd etmək lazımdır ki, Azərbaycanda bu kəndlərdən də gözəl və səfalı kəndlər az deyil.
 
1. Xoşbulaq kəndi, Daşkəsən
 
 
 
60475.jpg
 
60476.jpg
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xoşbulaq rayon mərkəzindən təqribən 7 km məsafədə yerləşir. Əvvəlki adı Xaçbulaq olan kənd müstəqilliyə qədəm qoyduğumuz illərdən sonra Xoşbulaq olaraq dəyişdirilib. Xoşbulaq kəndi və yaxud yaylağı təmiz havası, saf bulaqları ilə tanınır. Bu yaylaq əsasən gəncəlilərin dədə-babadan yurd yeri olub. Yaylaq mövsümünün başlanması ilə Xoşbulaq kəndinin camaatının gəlirləri artır. Xoşbulaqlılar bu mövsümdə evlərini kirayə verməklə, gələn qonaqlara qatıq, pendir, təndir çörəyi satmaqla dolanırlar. Bura Qərb bölgəsinin sakinlərinin ən çox üz tutduğu məkandır.
 
 
 
2. Hacıkənd qəsəbəsi, Gəncə
 
60477.jpg
 
60478.jpg
 
Zəngin meşə zolaqlarına sahib Hacıkənd qəsəbəsi qərb bölgəsinə istirahətə gələnlərin ən gəzməli, ən görməli məkanlarındandır. Burada bir çox istirahət düşərgələri var. Ərazidən Kürəkçayın axması bura gələnlərin istirahəti üçün daha da əlverişli imkan yaradır.
 
 
 
 
3. Kiş kəndi, Şəki
 
60479.jpg
 
60480.jpg
 
 
Kənd Şəkidən 5 km uzaqlıqda Kiş çayının sahilində, dağətəyi ərazidə yerləşir. Qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının “Alban tarixi” əsərində adı Kis kimi çəkilir. 7000 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi “Tat” dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz sıra dağlarından götürən kəndin kənarından axan Kiş çayı meşə ilə əhatələnib. Kənddə çox sayda qədim tikililər mövcuddur.
 
 
 
4. İlisu kəndi, Qax
 
60481.jpg
 
60482.jpg
 
60483.jpg
 
 
İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1356-1091 metr yüksəklikdə yerləşir. Kənddən 10 km şərqdə rayonun ən hündür zirvəsi Qaraqaya dağı var. Ərazidə bütünlüklə qışı rütubətli keçən soyuq iqlim tipi hakimdir. Qarla örtülü günlərin sayı 120-160 gündür. Kənd yaxınlığında zəngin müalicə əhəmiyyətli təbii mineral sular mövcuddur. Hamamçay mineral bulağının temperaturu 40°C-dir. Bundan başqa, İlisuda Mohsu, Gözbulaq, Oğlanbulaq, Qızbulaq mineral suları da var. İlisu turistlərin ən sevimli istirahət yerlərindən biridir. Ərazidə bir çox gözəl bulaqlar var. Onlardan daha məhşur olanı Beşbulaqdır.
 
 
 
 
5. Makov kəndi, Zaqatala
 
60484.jpg
 
 
Kənddə əsasən avarlar yaşayır. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. Balıq həvəskarları Makov kəndi ərazisində yerləşən “Farel birliyi”nə baş çəkə bilərlər. “Farel birliyi” 1978 – ci ildən fəaliyyət göstərir. Buna “balıqçılıq istirahət mərkəzi” də deyirlər. Ərazidə farel balıqları yetişdirilir.
 
 
 
 
6. Katex, Balakən 
 
60485.jpg
 
 
Katex kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Xaldan-Balakən magistralı üzərində yerləşən kənd ərazisində 5-7-ci əsrlərə aid Qala divarları, 17-18-ci əsrlərə aid gözətçi qüllələri və qalalar, həmçinin 18-ci əsrə aid İslam elmi mərkəzi və sair tarixi-memarlıq abidəsi kimi qorunur. Kənddəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalərdən biridir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Şəlaləyə getmək üçün Katex kəndindən keçən sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Bura turistlərin ən çox üz tutduğu məkanlardan biridir.
 
 
 
 
7. Lahıc qəsəbəsi, İsmayıllı
 
60486.jpg
 
 
 
 
 
Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında, dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir. Lahıc qəsəbəsinin ən görkəmli abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunub. Bu binanı Lahıc camaatı “Hacılar həyəti” də adlandırırlar.
 
 
 
 
8. Duruca kəndi, Qəbələ 
 
60487.jpg
 
Kənd Şahdağın ətəyində dörd tərəfi dağlar, sıldırım qayalar və meşələrlə əhatə olunmuş təxmini 120 evdən ibarətdir. Qəbələnin mərkəzindən 3 km məsafədə yerləşir. Kənddə eyni adlı çay axır. Burada 3 təpə dağını, bir çox yaylaqları gəzə, sərin bulaqlarından su içə bilərsiniz. Kəndin təbiəti olduqca zəngindir.
 
 
 
 
 
9. Xınalıq kəndi, Quba
 
60488.jpg
 
 
Xınalıq dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malikdir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kəndin ətrafında çox sayda bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir. Xınalıq həm də uzunömürlülər məskənidir. Kəndə gələn turistlər təklif olunan kirayə evlərdə qala bilərlər.
 
 
 
 
10. Ləzə kəndi, Qusar
 
60489.jpg
 
60490.jpg
 
 
 
Ləzə kəndi Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində (Kurve pereval), dəniz səviyyəsindən 1300 m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndi gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. Son zamanlar Şahdağ, Qızıl qaya, Tufan, Bazardüzü və yüksək dağ yaylaqlarına gələn xarici turistlərin sayı artmaqda davam edir.
 
 
 
 
11. Xanbulan kəndi, Lənkəran 
 
60491.jpg
 
 
Kəndin ərazisi meşəliklə əhatə olunub və burada istirahət mərkəzləri fəaliyyət göstərir. Xanbulan gölü isə görənləri heyran edir.
 
12. İstisu kəndi, Masallı
 
60492.jpg
 
Kənd müalicəvi suları ilə məşhurdur. Yerin altından çıxan isti suyun təbii halda temperaturu 69 dərəcə olur. Rənglərin sıxlaşdığı İstisu meşələri rayon mərkəzindən 12 kilometr aralıdadır. Payızda təbiətin bütün rənglərini buranın meşələrində görmək olur. İstisu şəlalələri ilə də məşhurdur. Meşənin dərinliyində gizlənən şəlalələrin ətrafı sərin olduğundan, yay aylarında insanlar şəlalələrə yaxın yerlərdə piknik etməyi xoşlayırlar.

 

BizimYol.info.

 

Siyahıya daha hansı kəndi əlavə etmək olar?

Edited by Kenul2012
  • Upvote 1
Link to comment
Share on other sites

Xoşbulaq kəndi nadir iqlim şəraitinə malikdir,həm də dəniz səviyyəsində olan ərazilərin hava  temperaturundan xeyli fəqlənir,xüsusən də gecələr.Bir də Daşkəsən rayonunda maraqlı tikilliləri ilə diqqət çəkən bir kənd də var,adını bilmirəm,deyəsən xristianlar tikiblər,evlərin tikintiş və düzülüşü  olduqca fərqlidir.

Link to comment
Share on other sites

В ‎29‎.‎08‎.‎2016 в 21:36, Kenul2012 сказал:

Siyahıya daha hansı kəndi əlavə etmək olar?

 

Gözəlliyin özəlliyi )) elə onun zərif və kövrək olmasındadır.

siyahını davam etmək olar əlbəttə. amma, diqqət yetirmisizsə kənd gözəlliyi insanla fərqli dildə danışır. bəzi kəndləri təbiət özü sanki "gözdən uzaq..." məkanlarda qoruyub saxlayır. pikniklərdə tapdanmasın deyə )

mənim "özümün" adlandıra biləcəyim, ruhuma yaxın belə bir kiçik məkan var. sirrini hələ də anlaya bilməmişəm. ucqar dağ kəndidir. dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. kiçik göllər, gölməçələr səpələnmiş ərazidir. göllərin əksəriyyəti dairəvi formaya malikdir. mavi göylər güzgü kimi suların səthində əks olunur.... bir neçə göl isə göyü əks etdirmir, çünki ətrafı gövdəli ağaclarla əhatələnib. budaqları sıx kölgə salaraq gölü qaranlıq və sərin edir. səssiz məkandır. suyun üzərini su zanbaqları bəzəyir )) ətrafda kiçik qurbağalar pıqqıldaşır ) buz kimi suda barmaqlar donur ) külək ağaclara toxunanda, budaqlar çırpınır, azacıq cırıldayır... sakitlik dilə gəlib danışır ))

 

Edited by NOIR
  • Upvote 3
Link to comment
Share on other sites

2 часа назад, NOIR сказал:

 

Gözəlliyin özəlliyi )) elə onun zərif və kövrək olmasındadır.

siyahını davam etmək olar əlbəttə. amma, diqqət yetirmisizsə kənd gözəlliyi insanla fərqli dildə danışır. bəzi kəndləri təbiət özü sanki "gözdən uzaq..." məkanlarda qoruyub saxlayır. pikniklərdə tapdanmasın deyə )

mənim "özümün" adlandıra biləcəyim, ruhuma yaxın belə bir kiçik məkan var. sirrini hələ də anlaya bilməmişəm. ucqar dağ kəndidir. dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. kiçik göllər, gölməçələr səpələnmiş ərazidir. göllərin əksəriyyəti dairəvi formaya malikdir. mavi göylər güzgü kimi suların səthində əks olunur.... bir neçə göl isə göyü əks etdirmir, çünki ətrafı gövdəli ağaclarla əhatələnib. budaqları sıx kölgə salaraq gölü qaranlıq və sərin edir. səssiz məkandır. suyun üzərini su zanbaqları bəzəyir )) ətrafda kiçik qurbağalar pıqqıldaşır ) buz kimi suda barmaqlar donur ) külək ağaclara toxunanda, budaqlar çırpınır, azacıq cırıldayır... sakitlik dilə gəlib danışır ))

 

Bu qədər gözəl təcəssüm etdiniz, amma heç demədiniz hansı kənddir )

Link to comment
Share on other sites

Qusar rayonu, Urva kəndi. yüksəkdə yerləşən kasıb dağ kəndidir )

düzdür, sakinləri mülayimdir. amma ora ilk dəfə bələdçi ilə getmək daha uyğun olar. göllərdən bəzisi yerli əhali tərəfindən bir növ mühafizə olunur, yasaqlıq kimi. çünki onlar üçün etiqad yeri sayılır. məntəqə 18-ci əsrdə məskunlaşıb. yerli əhalinin inancları əsasən su kultu ilə bağlıdır.

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

22 часа назад, NOIR сказал:

Qusar rayonu, Urva kəndi. yüksəkdə yerləşən kasıb dağ kəndidir )

düzdür, sakinləri mülayimdir. amma ora ilk dəfə bələdçi ilə getmək daha uyğun olar. göllərdən bəzisi yerli əhali tərəfindən bir növ mühafizə olunur, yasaqlıq kimi. çünki onlar üçün etiqad yeri sayılır. məntəqə 18-ci əsrdə məskunlaşıb. yerli əhalinin inancları əsasən su kultu ilə bağlıdır.

 

 

Maraqlı gəldi, Qusardan bir yaxın yoldaş var, gələn yay mütləq onu götürüb gedəcəm ora. 

Link to comment
Share on other sites

В 07.09.2016 в 00:40, NOIR сказал:

Qusar rayonu, Urva kəndi. yüksəkdə yerləşən kasıb dağ kəndidir )

düzdür, sakinləri mülayimdir. amma ora ilk dəfə bələdçi ilə getmək daha uyğun olar. göllərdən bəzisi yerli əhali tərəfindən bir növ mühafizə olunur, yasaqlıq kimi. çünki onlar üçün etiqad yeri sayılır. məntəqə 18-ci əsrdə məskunlaşıb. yerli əhalinin inancları əsasən su kultu ilə bağlıdır.

 

 

 

Noir xanım,həmin kəndi elə gözəl təsvir etdiniz ki,daxili gözümlə oranı gəzmiş oldum.:rroza:

Edited by Kenul2012
Link to comment
Share on other sites

28 минут назад, Kenul2012 сказал:

 

Noir xanım,həmin kəndi elə gözəl təsəvvür etdiniz ki,daxili gözümlə oranı gəzmiş oldum.:rroza:

... amma yenə də əlçatandır

mənə xoş olan, zövq verən mənzərədir -  dəniz, çay, göl.... su ilə dostam, bir sözlə ))

 

yuxarıda user Kiton da yaxşı yazıb. yalnız daxili gözümüzlə təsvir edə biləcəyimiz nə qədər mənzərə  düşmən tapdağındadır - ən gözəlləri

Link to comment
Share on other sites

3 часа назад, NOIR сказал:

... amma yenə də əlçatandır

mənə xoş olan, zövq verən mənzərədir -  dəniz, çay, göl.... su ilə dostam, bir sözlə ))

 

yuxarıda user Kiton da yaxşı yazıb. yalnız daxili gözümüzlə təsvir edə biləcəyimiz nə qədər mənzərə  düşmən tapdağındadır - ən gözəlləri

 

Bir gün o yerləri real görmək istərdim.İnanıram.bir gün..

  • Upvote 1
Link to comment
Share on other sites

  • 4 weeks later...
  • 1 month later...

Haci kendde tez tez oluruq,lakin yayda,bu gish heleki getmek qismet olmayib.

Chunki soyuqdan adamin dishi damagini deshir orda,bir defe kechen il getdim dostumla,kofe ichdik,orada bir dene kofe veriler,ichi gozlu birde shekerli,bir gurtumdan sonra adamin teyziqi galxir goye. Ama dadlidi,birde Haci kendin ketesi,goy ketesi,yeyirsen 5 dene hava vurur,yene acirsan,yene 5 dene,yene hava vurur,eve gelib chixana kimi adam nefes ala bilmir :)

Kechen il de,martda getmishdik,Maral gole,bir xeyli piyada qalxdiq,gar var idi helede.

Heqiqetende,esil shexerden bezen adamin yerleridi,sakit,havasi temiz,hemde adama bir ishtaq gelir,gel gorese,.esl gezmeli yerlerdi.

 

  • Upvote 1
Link to comment
Share on other sites

On 08/09/2016 at 1:12 PM, Den_Kiton said:

Baxdim, meeetel qaldim.

Masallah, ne gozel, sefali torpaqlarımiz var.

Heyifler olsun ki, en gozelleri dusmen taptaqi altinda qalib.

Atam çox olub şuşada

Uşaqlığı orda keçib

Azərbaycan təbiəti olduqca zəngindir

Bu artıq baxır insanın öz həvəsinə

İnsanlar var qocalır

Amma sadalanan yerlərdən birində də olmayıb

  • Upvote 1
Link to comment
Share on other sites

Xoşbulaqda praktikada olanda olmuşam

Xınalığa da gedib çıxa bildim May ayında

İlusu və Hacıkənd daim getdiyim yerlər

Katex şəlaləsinə icazə olmalıdır xüsusi

Kiş kəndi ilə bərabər Marxalı da qeyd etmək olar

Bircə maraqlı gələn Makov kəndi oldu-orda olmamışam

Gərək gedim

  • Upvote 2
Link to comment
Share on other sites

В 11/30/2016 в 12:51, Rufat_714 сказал:

Filfillini yazmaq istəyirdim

Baxdım ki yazmısan

Xoş gördük səni

Filfilli yolunda gözəl layihə hazırlayırlar, hazır olandan sonra çox gözəl bir şey olacaq.

 

Səni də xoş gördük, tez-tez görün bu tərəflərdə.  Gec-gec gəlirsən, ona görə də sənin yazmaq istədiyini mən yazdım )

  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 36 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 20 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 57 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 276 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Sad
        • Confused
      • 279 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 185 replies
    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
        • Sad
        • Confused
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...