Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

"İntihar deyil, onları öldürüblər"


Recommended Posts

"İntihar deyil, onları öldürüblər" - Beş məktəblinin asılmış tapıldığı qəsəbədən rehttp://www.bizimyol.info/news/82865.htmlportaj

Bir neçə gün öncə Bakı şəhərinin Kürdəxanı qəsəbəsində baş verən intihar bütün ölkəni sarsıtdı: 2001-ci il təvəllüdlü Teymur Həsənli işlədiyi avtotəmir sexində özünü asıb. 113 nömrəli orta məktəbin 8-ci sinif şagirdi Teymur yay tətili olduğu üçün orada çilingər işləyirmiş. 
 
Əslən İmişli rayonundan olan Teymur ailəsi ilə birlikdə 3-4 il əvvəl Kürdəxanı qəsəbəsinə köçüblər. 15 yaşlı məktəblinin intihar etmə səbəbi ilə bağlı ilkin versiyaya görə, o, sevdiyi qıza görə canına qəsd edib. Hərçənd, deyilir ki, Teymurun paralel sinifdə oxuyan qıza sevgisi qarşılıqsız olmayıb. Ona görə də, intiharı seçməsinin səbəbləri müəmmalı olaraq qalır.
 
Bir qədər sonra mediada sensasion məlumatlar yayıldı ki, həmin 113 saylı orta məktəb artıq 5-ci intihar hadisəsi ilə gündəmə gəlir. Belə ki, 2014-cü ildən bəri məktəbin 4 şagirdi eyni üsulla – özlərini asmaqla canlarına qəsd etmişdilər. 
 
59641.jpg
 
Məktəbin şagirdlərindən olan 1998-ci il təvəllüdlü Əliyev Ceyhun Zaur oğlu 2014-cü ilin dekabr ayında canına qəsd edib.
 
10-cu sinif şagirdi Əli Məmmədov 2015-ci ilin fevralında intihar edib.
 
6-cı sinif şagirdi Ruslan Həsənov isə 2015-ci ilin aprel ayında asılmış vəziyyətdə tapılıb.
Bu məktəb 2013-cü ildə də intihar xəbərilə sarsılmışdı. Məktəbin 9-cu sinif şagirdi, qonşu Məhəmmədi kənd sakini, 16 yaşlı Püstəxanım Quluzadə də özünü asıb. 
 
59642.jpg
 
Bir məktəbdən bu qədər şagird niyə intihar etsin ki?! 
 
- Məktəbimiz 1971-ci ildə tikilib. Bölgədə ən böyük məktəbdir. 2000-dən çox şagird təhsil alır. Teymurun ölümünün məktəblə heç bir bağlılığı yoxdur. Həmçinin digər şagirdlərin də ölümləri məktəblə bağlı deyil,- deyə 113 saylı orta məktəbin məsul işçisi kimi özünü təqdim edən Yasər Muradov AzVision.az-a bildirib. - Teymur yaxşı şagird idi. Üç-dörd almasına baxmayaraq, intizamlı, fəal olub. Məkəbin bütün tədbirlərində yüksək səviyyədə iştirak edirdi. Şeirlər yazırdı. Tədbirlərdə bədahətən meyxana deyir, mahnı oxuyur, rəqs edirdi. Bizim onunla bağlı heç bir problemimiz yox idi.
 
59643.jpg
 
Daha sonra Yasər Muradov əlavə etdi ki, məktəb şagirdləri arasında dinə meyl kütləvi şəkildə artıb: 
- Əvvəl hicablı şagirdlər məktəbə buraxılmırdı. İndi isə qız şagirdlərinin əksəriyyəti hicab bağlayır. Onlar heç bir əngəl olmadan dərslərdə iştirak edirlər. Bu, nazirliyin göstərişidir. Oğlan şagirdlərinin əksəriyyəti də namaz qılır, Allaha ibadət edirlər. Çoxu dərsdən çıxan kimi, məscidə namaz qılmağa gedirlər. Deyilənə görə, Teymur da on beş gün olardı ki, namaz qılmağa başlayıbmış. 
Hər kəs bu məktəbi dəhşətli bir yer kimi təqdim edir. Amma qətiyyən belə deyil. İntiharlara görə məktəb məsuliyyət daşımır. Məktəbimizdə psixoloq da var. Əvvəl intihar edən şagirdlərin valideynləri yasda məktəbi deyil, dindarları, saqqallıları – vəhhabiləri ittiham edirdilər”.
 
Qəsəbə sakinləri ilə həmsöhbət olduq: 
 
- Vallah, özümüz də dəhşətə gəlmişik. Uşaqlarımızı o məktəbə göndərmək istəmirik. Çünki orada təhsil verilmir. Böyük Kürdəxanı qəsəbəsində bircə orta məktəb var. Bütün ətraf qəsəbələrdən: Zabrat, Məhəmmədi, Bağlar massivi və digər kəndlərdən də maşın-maşın uşaqlar bu məktəbdə təhsil almağa gəlirlər. Dərslər başlayan vaxt şagird, insan, maşın əlindən məktəbin həndəvərinə yaxınlaşmaq olmur. Ona görə də, təhsil düzgün təşkil olunmur. İbtidai siniflərdə balaca bir otaqda 40 uşaq təhsil alır. Yuxarı sinif şagirdləri ümumiyyətlə, məktəbə gəlmirlər, hazırlıqlara gedirlər. Məktəbdə o qədər adam olur ki, kimin kim olduğu bilinmir. Hərdən məktəbə yad adamlar da gəlirlər. Yuxarı sinif şagirdlərini kənara çəkib onlara iş, gözəl həyat təklif edirlər. Bəlkə də bütün bu cinayətlərin kökündə onlar dayanır.
 
59644.jpg
 
İntihar edən Teymur Həsənlinin ailəsinin yaşadığı evə yollandıq. Ailə üzvləri İmişlidə yasda olduqları üçün qohum və qonşularla söhbətləşdik. Məlum oldu ki, Teymurun atası Baloğlan hadisənin səbəbkarlarının başqa adamlar olduğunu fikirləşir.
 
- O, oğlunun ölümünə səbəb olanların tezliklə tapılmasını istəyir. Bizə dedi ki, Teymur sevgi üstündə ölməyib. Başqa ciddi səbəblər var. Teymuru öldürüblər. Onlar yaxşı ailədirlər. Atası dəmirçi işləyir. Kasıbdırlar, amma işləyib ailəni saxlayırlar. Teymur çox şən oğlan idi. Həmişə deyib-gülüb, zarafat edirdi. Heç kim inanmır ki, Teymur belə bir addım atsın. O, həyat dolu bir oğlan idi. Ailəsinə dəstək olmaq üçün yas-toy çadırları qururdu, fəhləlik edirdi, toylarda meyxana deyirdi, rəqs edirdi, pul qazanırdı...
 
59645.jpg
 
Mərhumun dostları deyirlər ki, Teymur 15 gün olardı ki, məscidə gedib namaz qılırdı. O, heç vaxt çətinlik, ölmək və intihar barədə danışmazdı. Düzdür, paralel sinifdə oxuyan bir qızı sevirdi. Amma qız üçün ölə biləcəyini heç vaxt demirdi. 
 
- Hadisə baş verən gün Teymur bizim yanımız da idi. Dedik ki, Teymur, gəl gedək futbol oynayaq. O, isə kefinin olmadığını və evə gedəcəyini dedi. Bir də eşitdik ki, Teymur qarajda özünü trosla asıb. Tez qaraja gedik. Onun başı trosda idi. Trosu açıb, Teymuru yerə uzatdıq. Nəbzi atmırdı, bədəni buza dönmüşdü. Qardaşı Seymur da orada idi. Biz Teymurun öldürüldüyündən şübhələnirik. Çünkin qaraj çox alçaqdır. Teymur trosdan aslı olan vaxtda onun ayaqları yerdə idi. Ayağı yerdə olan adam isə heç vaxt özünü asa bilməz. Onun boğazında başqa kəsiklər də vardı. Bəlkə də kimsə onu boğub, daha sonra cəsədi trosdan asıblar. Polis gələndə isə Teymurun cibindən guya yaşıl üzlü bir dəftə çıxdı. O dəftərdə Teymurun yazdığı şeirlər, meyxanlar vardı. İndi deyirlər ki, qıza görə özünü öldürüb. Amma biz inanmırıq. Teymur heç vaxt belə bir addım atmazdı.
 
59646.jpg
 
Hadisənin baş verdiyi qarajda da olduq və hər şeyi öz gözlərimizlə gördük. Uzun boyu olan Teymur özünü bu alçaq tavanlı qarajdan asanda ayaqları yerdə qalıb. Yəni doğrudan da istisna deyil ki, Teymuru kimsə öldürüb, sonra asıb. 
 
Daha sonra qonşular bildirdilər ki, Teymurun öldüyü gecə 4 uzun saqqalı, əvvələr heç kəsin qəsəbədə görmədiyi adamlar da mərhumun evinin ətrafında görünüblər: “Bizə dedilər ki, guya onlar qohumdurlar. Amma biz heç vaxt elə adamlar görməmişdik”. 
 
59647.jpg
 
Maraqlıdır, bəs intihar edən digər şagirdlər niyə bu addımı atıblar? 2015-ci ilin aprel ayında intihar edən Ruslan Həsənovun ailəsi AzVision.az-a maraqlı məqamları açıqladı. 
 
59648.jpg
 
Mərhumun atası Akif Həsənov bildirdi ki, qəsəbə ərazisində uzun müddətdir, cinayətkar quruplaşama mövcuddur:
 
- Oğlumun 16 yaşı vardı. O, həyat dolu bir uşaq idi. Bir onu zülmə böyütmüşdük. Hadisə baş verən gün Ruslan anasına deyib ki, futbol oynamağa gedirəm. Anası da icazə verib. Daha sonra bizə xəbər gəldi ki, oğlumuz qonşunun evində özünü asıb. Amma biz bir valideyin kimi deyirik ki, Ruslanı öldürüblər. Oğlumun məftildən asılan meytini özüm yerə uzatdım. Onun boğazında 4 dənə digər ip izləri də vardı. Kimsə onu əvvəlcə boğub, sonra asmışdı. Boğazında dırnaq izləri yox idi. Əgər o, özünü assaydı boğulan zaman əllərilə boğazından ipi açmaq istəyərdi. Oğlumun ayağı yerdə idi. Ayağı yerdə olan adam isə heç vaxt boğularaq ölə bilməz.
 
Onun bədənində bir iynə izi də vardı. Boğazındakı isə təzə məftil idi. Halbuki, evimizdə ancaq köhnə məftillər vardı, ev tikirdik. Çox şübhəlidir, üstündə pulu olmayan Ruslan o yeni məftili hardan aldı, niyə evdəki köhnə məfilləri aparmayıb? Biz bunları polis orqanlarına bildirdik. Onlar isə oğlumuzun qız üstündə özünü öldürdüyünü dedilər. İnanmıram...
 
59649.jpg
 
- Mən bir ana kimi deyə bilərəm ki, oğlum heç bir qızı sevmirdi,- Ruslanın anası söhbətə qoşulur, - Oğlumuz son günlər namaza başlamışdı. O, çox sakit və tərbiyəli idi. İndi bütün intihar edənlərin qız üstündə öldüyünü deyirlər. Amma oğlumun ipdən asılan bədənini görəndə dəhşətə gəlmişdim. Bədənin yuxarı və aşağı hissələri qəribə rəngələrdə idi. Döymüşdülər oğlumu!
 
Bir valideyn kimi biz dini qruplaşmalardan şübhələnirik. Çünki bizə dedilər ki, oğlum ölməmişdən öncə onun yanına günorta saatlarında iki üzü tüklü adam gəlirmiş, onlar uşağı nəyəsə məcbur edirlərmiş. Hadisə baş verən gün də onlar evin önünə gəliblərmiş, Ruslanla söhbət ediblər. Daha sonra isə bu hadisə baş verdi.
 
59650.jpg
 
Dəfn mərasimində heç tanımadığımız bir uzun saqqalı gənc gəlmişdi, hətta mənim qolumdan da tuturmuş. Nə qədər araşdırdıqsa, onu tapa bilmədik. 
 
Deyirsiniz, oğlumuz qıza görə ölüb?! Yaxşı, o qız kimdir, adını deyin. Bunlar yalandır. Ötən il altı ayın içində kənddə 3 uşaq asılmış tapıldı. Həmin hadisələr isə 6-cı gün baş verib. Teymur da, Ruslan da digər uşaqlar da altıncı gün asılıblar. Altı rəqəmi nəyəsə işarədir. 
 
Söhbət zamanı məlum oldu ki, qəsəbədə son illərdə iki yeni yaşayış massivi salınıb. Həmin yerlərdə isə radikal dindarlar yaşayırlar. O, massivlərə heç kim yaxınlaşa bilmir. 
 
* * *
 
...İntihar etdiyi deyilən mərhum məktəbli Əli Məmmədovun ailəsində də olduq. Onun da valideynləri Əlinin çox sakit, tərbiyəli uşaq olduğunu dedilər. 
 
59651.jpg
 
- Qonşuda yaşayan, onun dostu, həmyaşıdı Ceyhun özünü asaraq intihar etmişdi. Bu, Əliyə çox pis təsir etmişdi. Həmişə deyirdi ki, Ceyhun özünü asa bilməz, onu öldürüblər. Ceyhunun qırx mərasiminin səhəri Əlini tövlədə ipdən aslı vəziyyətdə tapdıq. Əli namaz qılmağa başlamışdı. O, heç vaxt ölmək, intihar etmək barədə düşünməzdi. Həmişə deyirdi ki, özünü öldürənlər cəhənnəmə gedirlər. 
 
Bir gün səhər yuxulu-yuxulu sanki “ana” səsini eşitdim. Tez diksinib oyandım. Həyətə çıxdım. Heyvan saxladığımız tövləyə girdim. Dəhşətə gəldim: oğlum səhər tezdən özünü tövlənin dirəyindən, heyvanı bağladığımız çatı ilə asmışdı.
 
59652.jpg
 
Tez oğlumun ayaqlarından yapışdım, qışqırmağa başladım. Hamı başıma yığıldı. Artıq gec idi, oğlum ölmüşdü. Məncə, onu kimsə öldürüb, asmışdı. Boğazında 3-4 ip izi vardı. Polisdən bizə dedilər ki, qız üstündə olub. Amma belə deyil. Oğlum bir qızla mesajlaşırdı. Polis mesajları açdı oxudu, amma orada elə məqam yox idi ki, oğlum intihar eləsin. İndi bütün uşaqlara damağa vururlar ki, guya qıza görə intihar edib.
 
Əli çox tərbiyəli, sakit uşaq idi. Bütün ailəmiz onunla fəxr edirdi. Zəhmətkeş idi. Əlini öldürüblər. Hadisədən sonra bizə dedilər ki, Əli özünü asan vaxt arxa küçədə bir ağ maşın olub və sürətlə yoxa çıxıb. Heç vaxt inanmarıq ki, Əli o ipi bağazına özü keçirib. Səhər tezdən o, yuxulu idi... Bəlkə də mən “ana” sözünü eşidəndə oğlumu öldürürlərmiş. Hadisə 6-cı gün, səhər tezdən baş vermişdi.
 
Hər gün onun məzarını ziyarət edirik. Dövlətimizdən çox xahiş edirik ki, bizim övladımızın qətillərini tutub, həbs eləsinlər, başqa valideynlər də bizim günümüzə düşməsinlər. 
 
* * *
 
59653.jpg
 
Özünü asdığı deyilən digər yeniyetmə, 1998-ci il təvəllüdlü Əliyev Ceyhun Zaur oğlunun yaxınları da intihar versiyasına inanmırlar:
 
- Bizim ailəni bədbəxt etdilər. Heç olmasa digər ailələr bədbəxt olmasın. Ceyhunun heç bir problemi yox idi. O, çox tərbiyəli, sözəbaxan övlad idi. Ceyhunla fəxr edirik. Onun gözəl arzuları vardı. Ali təhsil almaq istəyirdi. Heç vaxt Ceyhunun qız üstündə özünü öldürdüyünə inanmarıq. Biz Ceyhunun meyidini həyətlərindəki su çənindən asılı vəziyyətdə tapdıq. Onu da kimsə öldürüb, çəndən asmışdı. Hadisə altıncı gün baş vermişdi. 
 
* * *
 
...Sakinlər deyirlər ki, öldürülən uşaqlar şiə namazı qılıblar. Namaza başlayandan 10-15 gün sonra isə başlarına belə bir iş gəlib. Bəlkə də başqa aqressiv təriqətlərin nümayəndələri bu cinayətləri törədir. Elə bil kimlərsə uşaq qanına susayıblar, hər altı ayadan bir, altıncı gün bir uşaq asılmalıdır.
 
Öldürən uşaqların hamısı seçilirdilər. Onlar digər uşaqlardan fərqli özəllikləri, yaxşı xüsusiyyətləri ilə fərqlənirdilər. Elə bil kimlərsə, uşaqların ən gözəlini seçib öldürür.
 
* * *
 
Daha sonra hər kəsin ehyam vurduğu “saqqlılar”ın yaşadıqları massivlə maraqlandıq. Bizə dedilər ki, onların özlərinin ağsaqqalları var, həmin şəxsin sözünü eşidirlər. Heç bir qəsəbə sakini o məhəlləyə getmir. Hamı onlardan qorxur. Onlar evdən çıxmırlar, nadir hallarda bayırda görünərlər. Maşınları ilə gəlib birbaşa evlərinə daxil olurlar. 
 
59654.jpg59655.jpg
Link to comment
Share on other sites

Metnin hamisini oxumadim. Onu bilirem ki usaqlarimizi-genclerimizi dinden uzaq tutmaliyiq. Elme biliye kitaba yonlendirmek lazimdi. Tez tez valideynler ovladlarini muzeye, teatra, tarixi abideleri ziyarete aparmalidirlar. 

Link to comment
Share on other sites

  • 4 weeks later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 6 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 224 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 306 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Sad
        • Confused
      • 281 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...