Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Azərbaycanda həkim xəstənin sağlam ayağını kəsdi


Recommended Posts

600@0.jpg

Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib.

Bu barədə ANS PRESS-ə xəstənin yaxınları məlumat veriblər.

Xəstənin nəvəsi Zaur Hüseynovun sözlərinə görə, nənəsi şəkərli diabet xəstəsi olan Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. 

“Əməliyyatı xəstəxananın cərrah həkimi Valeh Kərimov edib. Lakin əməliyyatdan sonra həmin həkim yoxa çıxıb. Hazırda bütün qohum-əqrəba açıqlama verməsi üçün həmin həkimi axtarır. Lakin tapa bilmirik. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları xəstəxanadadır. Onlar Valeh həkimi idarəyə aparacaqlar".

Məsələ ilə bağlı mərkəzdən əvvəlcə ANS PRESS-ə bu adda həkimin onlarda çalışmadığı bildirilib. “Bizim xəstəxananın həyətində başqa bir xəstəxana var. Ola bilər ki, xəstə həmin tibb müəssisəsində əməliyyat edilib”, - deyə mərkəzin baş həkiminin katibəsi bildirdi. 

Angioloji Mərkəzin direktoru Azər Şəmsəddinski isə ANS PRESS-ə açıqlamasında faktı təsdiqləyib. O deyib ki, məsələdən xəbərdardır və artıq fakta görə polis əməkdaşları xəstəxanaya cəlb edilib. “Bu işə görə mən özüm də şokdayam”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə məsələnin araşdırılacağını bildirdilər.

  • Upvote 1
  • Downvote 1
Link to comment
Share on other sites

Dəhşət.Ağlamağım gəldi.82 yaşında qadının öz dərdi az idi ,digər yandan bu cür həyati xəta .. Ailəsi həkimi tapıb məhkəmələrdə süründürsün..

 

Mənə maraqlıdır.Xəstəxanalara icazəsiz girmək,xəstə yanına istədiyin vaxt getmək olmur.Qapıda neçə nəfər nəzarət edən olur.Həkim gəlir əməliyyat edir.Xəstəni əməliyyat stoluna yatırmaq üçün müəyyən prosedürlərdən keçirirlər.Tibb bacısı ,anestezioloq və s. iştirak edir.Xəstəxanada həngaməni çıxardan həkimi tutub heç nə demirlər.Əməliyyat uğursuz alınandan sonra deyirlər ki,biz də belə həkim işləmir.Bunu Həkim orda min oyun çıxarmamışdan öncə demək olmazdı ,"sən kimsən ,burda nə gəzirsən "? Xəstəxananın həkimi olmayan insana necə əməliyyat otağı verirlər.?

 

Problemdən gözəl qaçış yolu tapıblar.Plastik cərrah Sənanın uğursuz əməliyyatından sonra belə dedilər.6 aydan sonra Sənan başqa klinikada əməliyyat edirdi.Məsuliyyətə cəlb olunmadı.

 

Link to comment
Share on other sites

Bir neçə il öncə bir qohumumu (yaşlı qadın) gətirdilər rayondan əməliyyat üçün, xüsusi tanışlıqla. Özəl klinikalardan birində əməliyyat olmalı idi. Diaqnoz qoymuşdular və ödü əməliyyat olamalı idi. Həkim əməliyyata başladı, daxilə nəzər salanda görürlər ki, mədə altı vəzi xərçəngdi. Kəsdiklərini qaytarıb tikdilər, heç bir ay çəkmədi qadın həyatdan köçdü(  Oğlanları çox hirslənmişdilər, amma nə isə həkimə qarşı iddia qaldırmadılar. Nə isə olan olmuşdu..

  • Upvote 1
Link to comment
Share on other sites

Həkim məsuliyyətli peşə olduğundan o işdə olan insanlar mütəmadi yoxlama keçməlidir. Bizdə isə hər yerdə olduğu kimi pul verib məmur obyektlərinə işə düzələn həkim tezliklə varlanmaq arzuları ilə bu işə investisiya, alver kimi baxır. Təbii ki, lazım olandan cox pul qazanan həkimlərin cox qismi alkoqolik və narkomandır. Bizdə bu coxluğa aiddir. Bədbaxt camahatda bu narkomanlara öz sağlamlığını etibar edir. 

  • Upvote 1
Link to comment
Share on other sites

Daha bir həkim səhlənkarlığı.

 

Altı aylıq körpə əməliyyatdan sonra ölüb

 

Zaqatala rayon mərkəzi xəstəxanasında altı aylıq uşaq həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib.
 
Valideynləri uşağın vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək istəyiblər. Lakin həkim buna ehtiyacın olmadığını deyib.
 
İyunun 23-də uşağın vəziyyətinin pisləşdiyini görən həkim əməliyyat qərarı verib. Nəticədə uşaq dünyasını dəyişib.
 
Bundan sonra uşağın yaxınları ilə həkimlər arasında dava düşüb. Xəstəxanaya polis əməkdaşları cəlb olunub. Baş həkim və digər həkimlərin xəstəxanadan qaçdığı deyilir.
 
Zaqatala rayon mərkəzi xəstəxanasından ölüm faktını təsdiqləyiblər. Xəstəxanadan qeyd ediblər ki, dünyasını dəyişən uşağın adı Səlim Laçınovdur.
 
“Səlim Laçınov iki gün əvvəl əməliyyat olunub. Uşaq bağırsaq keçirməzliyindən əziyyət çəkirdi. Əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalıb və bu gün dünyasını dəyişib” , - deyə xəstəxana işçisi əlavə edib.

 

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Bu barədə APA-ya həkim-cərrah Valeh Kərimov özü məlumat verib. O qeyd edib ki, bu gün Yasamal Rayon Prokurorluğuna dəvət edilərək ifadəsi alınıb: “İstintaqa hər şeyi olduğu kimi dedim. Bu iş hər bir həkimin başına gələ bilər. Əvvəlcədən nə isə demək istəmirəm. Məsələni hüquq-mühafizə orqanları araşdırır. Araşdırmanın nəticəsini də biləcəksiniz”.
 
Link to comment
Share on other sites

Səhiyyə Nazirliyinin rəsmisi açıqlama verib.

Ayağı yanlış amputasiya olunan xəstə sabah yenidən əməliyyat olunacaq.

Oxu.Az xəbər verir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzin direktoru Azər Şəmsəddinski bildirib. 

O qeyd edib ki, bu gün Angioloji və Mikrocərrahiyyə Mərkəzin tibbi ekspertləri və ekspertiza komissiyasının nümayəndələrinin iştirakı ilə iclas keçirilib və xəstənin sol ayağının da kəsilməsinə qərar verilib: 

“Xəstənin yaxınları da buna razılıq verdi və sabah xəstə yenidən əməliyyat olunacaq”.

Azər Şəmsəddinski həmçinin qeyd edib ki, xəstəni özü əməliyyat edəcək. 

Qeyd edək ki, şəkərli diabet xəstəsi olan 87 yaşlı Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və o dünən Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində həkim-cərrah Valeh Kərimov tərəfindən əməliyyat edilib.

W1siZiIsIjIwMTYvMDYvMjUvMTYvMzgvMTcvNDA2

Link to comment
Share on other sites

Sonra da deyirler sen orda oturub rahat danisirsan , burdan xeberin yoxdu , ya da deyirler qinindan cixib qinini beyenmirsen filan , orda terifelayiq ne var , ne sherait var , olkeni hansi nailiyyetine gore terifleyek ? ele wexsen menim ordaki butun problemlerden xeberim olur bu boyda yollar asib kecib gelir mene catir amma qan icen nazirlarimize bu xeberler catmir . o her kimdirse 11 ushaq sahibi veteran anaya cani cixsin elil arabasini da alsin , seraiti olan novostroykadan evini de alsin versin hele ovladlarini ishle de temin etsin . Mansarli evde yashayanlardan neyleri eskikdi.? 

Buna benzer bir xeber de var idi , xestexanada ishiqlar sondu 2 korpe dunyasini deyishdi birideki can verir . 

Yaziq ana . sekerli diabet xestelerinde acilan yaralar coooox gec sagalir.(

  • Upvote 2
Link to comment
Share on other sites

2 minutes ago, azda said:

Sonra da deyirler sen orda oturub rahat danisirsan , burdan xeberin yoxdu , ya da deyirler qinindan cixib qinini beyenmirsen filan , orda terifelayiq ne var , ne sherait var , olkeni hansi nailiyyetine gore terifleyek ? ele wexsen menim ordaki butun problemlerden xeberim olur bu boyda yollar asib kecib gelir mene catir amma qan icen nazirlarimize bu xeberler catmir . o her kimdirse 11 ushaq sahibi veteran anaya cani cixsin elil arabasini da alsin , seraiti olan novostroykadan evini de alsin versin hele ovladlarini ishle de temin etsin . Mansarli evde yashayanlardan neyleri eskikdi.? 

Buna benzer bir xeber de var idi , xestexanada ishiqlar sondu 2 korpe dunyasini deyishdi birideki can verir . 

Yaziq ana . sekerli diabet xestelerinde acilan yaralar coooox gec sagalir.(

Düz sözə nə deyəsən, haqlısız. İnşallah dedikləriniz həyata keçər.

  • Upvote 1
Link to comment
Share on other sites

Ekspertiziyanın rəyi yaxın 10 gün ərzində məlum olacağı gözlənilir.

“Ötən həftə sol ayağının əvəzinə, səhvən sağ ayağı kəsilən xəstənin hər iki kəsilmiş ayağına baxılıb, yəni onların makroskopik müayinəsi aparılıb. Damarların, dərialtı toxumaların, barmaqların vəziyyətinə baxılıb. Məlum olub ki, hər iki ayaq xəstə idi. Onların hər ikisi kəsilməli idi”.

Oxu.Az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov deyib.

Ə.Həsənovun sözlərinə görə, bu məlumat verilərkən “xəstənin xəstə ayağının əvəzinə, sağlam ayağının kəsilməsi” ifadəsinin işlədilməsi düzgün deyildi: 

“Bunu haradan biliblər ki, sağ ayaq sağlam idi? Onların hər ikisi xəstə, pis gündə idi. Onsuz da qadının ikinci ayağı da iki gündən sonra kəsilməli idi. Çünki ayaqların hər ikisi xəstə idi”.

Birlik direktoru əlavə edib ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin ekspertizasının rəyinin yaxın 10 gün ərzində məlum olacağı gözlənilir:

 “O ayaqlardan tikələr kəsilir və müəyyən reaktivlərdən keçməklə onlardan laboratoriyada preparatlar hazırlanır. Həmin preparatların hazırlanması təxminən 1 həftə çəkir. Bundan sonra həkimə də əlavə 3 gün vaxt lazımdır ki, ona baxıb diaqnoz qoysun və rəyini versin”.

Ə.Həsənov rəylərini Yasamal Rayon Prokurorluğuna təqdim edəcəklərini də açıqlayıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində sol ayağının kəsilməsi üçün diaqnoz qoyulan şəkərli diabet xəstəsi Tərlan Əliyevanın səhvən sağ ayağı kəsilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalar aparılır.

www.oxu.az

Link to comment
Share on other sites

Ə.Həsənovun sözlərinə görə, bu məlumat verilərkən “xəstənin xəstə ayağının əvəzinə, sağlam ayağının kəsilməsi” ifadəsinin işlədilməsi düzgün deyildi: 

“Bunu haradan biliblər ki, sağ ayaq sağlam idi? Onların hər ikisi xəstə, pis gündə idi. Onsuz da qadının ikinci ayağı da iki gündən sonra kəsilməli idi. Çünki ayaqların hər ikisi xəstə idi”.

 

 

Məsələyə necə don geyindirdilər heyranam ...Qadın videoda deyir bu ayığım ağramırdı axı...

 

 

Link to comment
Share on other sites

Kollegiyanın qərarına əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
 
Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Şəmsəddinski Azər Əkbər oğlu tutduğu vəzifədən azad olunub. Eyni zamanda tibb idarə və müəssisələrin rəhbərlərinə çıxarılan qərarın tibbi şuralarda müzakirə edilməsi, tibb işçiləri tərəfindən əmək və peşə funksiyaların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verilib.
  • Upvote 1
Link to comment
Share on other sites

4 hours ago, Kenul2012 said:
Kollegiyanın qərarına əsasən, Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin həkim-cərrahı Kərimov Valeh Ağalələ oğlu işində yol verdiyi ciddi nöqsana görə Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilib. Əməliyyatda assistent kimi iştirak edən həkim-cərrah Rzazadə Əfsər Əsgər oğluna sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.
 
Bundan əlavə, Xüsusiləşdirilmiş Angioloji Mərkəzinin direktoru Şəmsəddinski Azər Əkbər oğlu tutduğu vəzifədən azad olunub. Eyni zamanda tibb idarə və müəssisələrin rəhbərlərinə çıxarılan qərarın tibbi şuralarda müzakirə edilməsi, tibb işçiləri tərəfindən əmək və peşə funksiyaların yerinə yetirilməsinə nəzarətin gücləndirilməsi tapşırığı verilib.

Kişinin yaxşı peşəsi var, cərrah/qəssab, necə deyərlər, sənətkar gönortaya qədər ac qalar. Tecliklə başqa klinikada işə düzələr tendensiyaya görə..

  • Upvote 1
Link to comment
Share on other sites

Kişinin yaxşı peşəsi var, cərrah/qəssab, necə deyərlər, sənətkar gönortaya qədər ac qalar. Tecliklə başqa klinikada işə düzələr tendensiyaya görə..

Məncə yaxşı bir qəssab dükanı açıb işləsin.

Link to comment
Share on other sites

  • 4 weeks later...
11 hours ago, gapgara said:

Cərrahiyyə əməliyyatı zamanı sol ayağının əvəzinə sağ ayağı amputasiya olunmuş 87 yaşlı Tərlan Həsən qızı Məmmədova iyulun 31-də dünyasını dəyişib.

Allah rəhmət eləsin.

Link to comment
Share on other sites

Guya təəccüblü nə var ki? "Bizim səhiyyənin səviyyəsi" mövzusu dəfələrlə çiynənilib. İnsanlar artıq öyrəşiblər: səhərdən axşama kimi dua edirsən ki, bizim bu səriştəsiz və vicdansız həkimlərə işin düşməsin (bu da ki qeyri mümkündür). Özümdən misal gətirim:təxminən 5-6 gün bundan qabaq, nənəmi böyrəyində daş olduğuna görə əməliyyat etmişdilər. Bu gün isə, yazıq qadının neçə günlük əzab-əziyyətindən sonra, göz yaşları ilə bu gözəl insanı son mənzilə yola salmışıq. İşlərinin öhdəsindən gəlməməkləri də gözlərinə girsin eee.. Amma neçə gün xəstənin doğmalarının başını aldadıb, yaşlı adamın ölümünü yubatmaqla məşğuldurlar. Nə var nə var, yiyəsini soyub-talasınlar, sonra da desinlər ki "başınız sağ olsun, xəstəni itirdik".Hələ Hipokrat andından söhbət getmir eee, bunların alçaqlığının dərəcəsindən söhbət gedir. Sadəcə olaraq, planları tam baş tutmadı. Nənəmin vəziyyəti lap pisləşdi.. Axırda son nəfəsində dedi ki, "Mən burda qalmaq istəmirəm, heç olmasa aparın, öz evimdə canımı tapşırım".

Link to comment
Share on other sites

В 08.08.2016 в 01:07, Deymon Salvatore сказал:

Guya təəccüblü nə var ki? "Bizim səhiyyənin səviyyəsi" mövzusu dəfələrlə çiynənilib. İnsanlar artıq öyrəşiblər: səhərdən axşama kimi dua edirsən ki, bizim bu səriştəsiz və vicdansız həkimlərə işin düşməsin (bu da ki qeyri mümkündür). Özümdən misal gətirim:təxminən 5-6 gün bundan qabaq, nənəmi böyrəyində daş olduğuna görə əməliyyat etmişdilər. Bu gün isə, yazıq qadının neçə günlük əzab-əziyyətindən sonra, göz yaşları ilə bu gözəl insanı son mənzilə yola salmışıq. İşlərinin öhdəsindən gəlməməkləri də gözlərinə girsin eee.. Amma neçə gün xəstənin doğmalarının başını aldadıb, yaşlı adamın ölümünü yubatmaqla məşğuldurlar. Nə var nə var, yiyəsini soyub-talasınlar, sonra da desinlər ki "başınız sağ olsun, xəstəni itirdik".Hələ Hipokrat andından söhbət getmir eee, bunların alçaqlığının dərəcəsindən söhbət gedir. Sadəcə olaraq, planları tam baş tutmadı. Nənəmin vəziyyəti lap pisləşdi.. Axırda son nəfəsində dedi ki, "Mən burda qalmaq istəmirəm, heç olmasa aparın, öz evimdə canımı tapşırım".

 

Deymon,sizi başa düşürəm.Nənəm və atamı da səhv müalicə ediblər.Nənəm xərçəng ola-ola ona ürək zəifliyi diaqnozu ilə martdan may ayına kimi 5 nömrəli xəstəxanada müalicə ediblər.Nənəm hər dəfə deyirdi,bu dərmanlar mənə düşmür.Daha da pisləşirəm ..Sonra başqa həkimə apardıq xərçəng dedi..

 

Atam mayın 26 -da  halı pisləşir .Respublikanın baş kardioloqu professor Faiqin (familyası unutmuşam) yanına gedir.Onu müayinə edir.Deyir ,problemin mədədədir.Başlayır atamın mədəsini müalicə etməyə.Atam neçə dəfə deyir ,mənim mədəmdən şikayətim yoxdur.Həkim atama zond uddurur.Deyir ,yox problem mədədədir.İynənin ucu boyda orda guya xora var.Qan laxtalanmasına görə atam aspirin içirdi.Aspirini qəbul etməyi qadağan edir.

Bu aylar ərzində atama hər ay uzun -uzadı reseptlər yazır.Sentyabrın 12 -də Atam səhər işə gedir.Axşam evə gəlir.Əhvalı yaxşı.Qardaşım anamı babamgildən gedib gətirənəcən 1 saat çəkir.O vaxt ərzində atam yatır ..Yatan zaman qan laxtası ürəyində damarı tutur.Bir saatdan sonra evə gələn anam atamı əbədi yuxusundan oyada bilmir.

 

Faiq doktorun ( ona doktor deməyə dilim gəlmir) səhv diaqnozu ,səhv müalicəsi 55 yaşı tamam olmamış atamın həyatına son qoydu.Qardaşımla çox istədik onu tapaq ,cavab verməsini tələb edək .Anam qoymadı.

 

Hələ də vicdan əzabı çəkirəm.Ən azı ona atamın öldüyünü deməliydim.Bir ayaqqabı qutusu ilə dərman atdıq.

O axşam niyə evimizə gəlmədim,telefonu əlimə alıb atama zəng etdiyim halda ona düşə bilmədim.Evə yolun yarıya kimi gəlmişkən ,maşını döndərib  geri qayıtdım.Gedib atamı görmədim.Bəlkə mən gedib çıxsaydım  atam yatmazdı..Mən ona kömək edə bilərdim.Bu bəlkələr məni yeyib bitirdi.....illərdir bitirir..də...

Mən özümü bu qədər suçlu hiss edərkən,görəsən həmin həkimlər heç vicdanın nə olduğunu bilirlərmi? Hamısı adlı -sanlı həkimlər.

 

İndi ailəmdə xəstə olan kimi  azı 2-3 həkimə göstərirəm.Analizi 2 yerdə verdirirəm.İnamım qalmayıb.Öz ayağımda olan problemə görə görə bir ilin içində 3 həkim müxtəlif diaqnoz qoyub. 

Link to comment
Share on other sites

13 часа назад, Kenul2012 сказал:

 

 

 

İndi ailəmdə xəstə olan kimi  azı 2-3 həkimə göstərirəm.Analizi 2 yerdə verdirirəm.İnamım qalmayıb.Öz ayağımda olan problemə görə görə bir ilin içində 3 həkim müxtəlif diaqnoz qoyub. 

Allah köməyiniz olsun, Könül xanım, nə deyə bilərəm ki.. Elə düz edib bir neçə yerdə yoxlatdırırsınız. Day nə edək, əlac qalıb belə variantlara də. Mənim əmim oğlu qarışıq döyüş növləri ilə məşğul olurdu. Bir dəfə məşqdə tanışını qaldırıb atanda. qol sümüyü çatlamışdı. Gedib özünü neçə həkimə göstərdi, çoxusu heç nə olduğunu bilmədi. Bir-ikisi də dedi ki, guya çıxıqdır.. Vot tak i jivem.

Link to comment
Share on other sites

  • 4 weeks later...

Bu da bir başqa həkimin səhvı.

«Həkim içkili olduğundan əməliyyatda anamın öd kisəsi əvəzinə mədəsini kəsib götürdü. Adını da qoydu ki, anamda xərçəng varmış. Anam bundan sonra dörd-beş ay yaşadı». Samirə Mirzəyeva belə deyir. Onun sözlərinə görə, martın 31-də Bakıda «NewMed» klinikasında cərrah Boris Zeynalovun apardığı «uğursuz» əməliyyatdan bir neçə ay sonra – avqustun 11-də anası Svetlana Əliyeva vəfat edib.
http://yenilik.az/archives/56699

 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 55 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 20 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 57 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 276 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Sad
        • Confused
      • 279 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 185 replies
    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
        • Sad
        • Confused
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...