Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Hansı Sənətdə Yaxşı Pul Var..

Recommended Posts

     Qədim zamanlarda bir padşah vardı. Bu padşahın var-dövləti çox, ordusu da sarsılmaz idi. Amma bir dərdi var idi bu padşahın. Övladı olmurdu. Uzun illərdən, dualardan, qurbanlıqlardan sonra padşahın bir qızı olur. Bütün ölkə 40 gün-40 gecə şənlik edir.

     Zaman keçir, qız böyüyür. Qız 9 yaşına çatanda, padşah ona dünyanı göstərmək qərarına gəlir. 9 gəmi hazırlanır. Bütün gəmilər ərzaq, qızıl, paltar, dəvə, qoyun keçi ilə  yüklənir.

     Vaxt-vədə yetişir, çıxırlar açıq dənizə. Aylar, həftələr ötür, çox yer gəzib dolaşırlar. Gecələrin birində görünməmiş bir qasırğa qopur və gəmilərin hamısını batırır.

    ...Balıqçılar sahilə atılmış iki nəfəri görəndə gözlərinə inanmadılar. Paltarları yüksək səviyyələrindən xəbər verirdi. Gəmilərdən sağ qalan yalnız padşah və qızı olmuşdu.     

    Balıqçıların qulluğundan sonra sağalan padşah və qızı, onların böyüyünü çağırıb deyir:

    - Bizi sağaltdığınız, qulluq etdiyiniz üçün çox sağolun. Məni vətənimə çatdıra bilsəydiniz, Sizin hər birinizə özünüz ağırlıqda qızıl verərdim..

    Balıqçıların başçısı deyir:

    - Padşah sağ olsun, biz sadəcə balıqçıyıq, əlimizdən gələni edirik. Sizə kömək etməyə bizim qüdrətimiz çatmaz. İstəyirsiniz gedin şəhərə, bəlkə orada Sizi tanıyanlar oldu, kömək edən oldu.

     Padşah və qızı indiyə qədər çəkdikləri zəhmətə görə balıqçılara minnətdarlıqlarını edəndən, halallaşandan sonra düzəldilər yola.

     Bu şəhər sənin, o kənd mənim deyib, çox yerlər gəzdilər. Pal-paltardan çıxdılar, cındıra büründülər. Dərvişdən, dilənçidən seçilmədilər. Kimisi onlara inanıb, acıyır, bir parça çörək, yemək verir, kimisi qovur, it qısqırdır, daşa basırdı. 

     Beləcə, neçə ay, neçə il vətəndən ayrı düşdüklərinin hesabını da itirdilər.

     Bir gün gəzərək, gəlib çıxdılar bir qoyun-keçi sürüsünün yanına. Sürünün sahibini görüb salam verdilər və iş istədiklərini bildirdilər. Sürünün sahibi soruşdu:

     - Nə sənətin sahibisiniz, əlinizdən nə gəlir?

     Padşah dedi:

     - Heç nə bacarmırıq..

    Bir az onları süzəndən sonra, sürünün sahibi dilləndi:

     - Düzgün danışdığınız üçün sizə iş verəcəm. Mənim qoyunlarıma baxarsınız.

     - Axı biz heç vaxt qoyuna baxmamışıq...

    - Heç bir çətinlik yoxdur. Sadəcə çalışın, bir yerə yığılsınlar və dağılmasınlar.

    Padşah və qızı çobanlıq etməyə başladılar. Zaman keçdikcə, süd sağmağı, pendir hazırlamağı və başqa işləri də öyrəndilər. Artıq qarınları ac olmurdu. Əyinlərini də dəyişdilər. İndi padşah baxıb görürdü ki, həqiqətən çox il ötüb, qızı da böyüyüb, ərə getməli gözəl bir şahzadə olub.

     Günlərin bir günü həmin məmləkətin sultanı ova çıxır. Azaraq gəlir çıxır padşahla qızının olduğu yerə. Qızı görür və bir könüldən min könülə ona aşiq olur. Saraya qayıdıb vəzirə əmr verir ki, qızı gedib ona gətirsin. Vəzir dəvələri bahalı parçalarla, qızıl-gümüş bilərziklərlə, paltarlarla yükləyib, gəlir sürü sahibinin evinə. Həyətdən səsləyir:

     - Ay ev sahibi, a kişi, gəl bu hədiyyələri də götür, Sənin qızını sultanımız bəyənib, gətir mindir dəvəyə, aparım onu saraya.

     Ev yiyəsi çıxıb dedi ki:

      - Ay vəzir, haradaydı məndə o bəxt! O mənim qızım deyil, mənim çobanımın qızıdır. Gedin ora, sürünün yanına, orada taparsınız onları.

     Vəzir gəlib padşahı görcək səslənir:

      - A çoban, tez get qızını gətir, aparım saraya, sultan onu özünə arvad etmək istəyir.

      Padşah soruşur:

      - De görüm, sənin sultanının sənəti də varmı?

      Vəzir deyir:

      - Deyəsən sənin başına gün vurub! Sən bilmirsən ki, sultan bütün bu mülklərin ağasıdır? Bütün əhali ona xərac verir. Sən nə cürətlə belə sözlər soruşursan?

      - Get sultanına de ki, əgər heç bir sənəti yoxdursa, ona qız vermirəm.

      Vəzir bir istəyir, bu kişinin boynun vurub, qızı da götürüb aparsın. Amma sonra fikirləşir ki, birdən sultanın ona qəzəbi tutar, axı qıza çox vurulub. Odur ki, qayıdır saraya, əhvalatı olduğu kimi çatdırır sultana. Sultan da heç bir söz demədən, yığışır, gedir bir xalçaçı tapır. 1 il onun yanında xalçaçılıq sənətini öyrənir. Toxuduğu xalçaların da bir neçəsini götürüb, düz gəlir qızın atasının yanına. Deyir:

      - İzin verin, qızınıza özüm üçün elçilik edim.

      - Sənətin varmı? nə bacarırsan?

      - Xalçaçılıq öyrəndim.

      - xalça toxumaqla ailəni necə dolandıracaqsan?

      - bax belə bir xalçanı bir ay yarıma toxuyuram. Onu satmaqla 3 ay ailəmi dolandıraram.

      Padşah ayağa durub, sultanı qucaqlayır və deyir:

      - Qızı verdim sənə. Xoşbəxt olun!

     Beləcə, sultan və şahzadə qız evlənirlər. Toydan sonra, bir gəmi hazırlatdırıb, padşahı da çoxlu gözəl hədiyyələrlə, qul qaravaşla öz məmləkətinə yola salırlar..

     Padşah öz məmləkətində taxta oturan kimi fərman imzalayır: "..Bundan sonra hər bir kəs sənət sahibi olmalıdır!"

     Deyirlər o məmləkət uzun illər ən varlı, ən xoşbəxt bir yer olub.

     "Əsil var - dövlət odur ki, fırtınadan sonra da səndə qala.."

     Sual: Sizin fikrinizcə, bu gün ailəni normal saxlamaq üçün özümüzə və ya uşaqlarımıza hansı sənəti məsləhət görməliyik?

  • Upvote 7
Link to comment
Share on other sites

Uşaqlarımıza balıq yemezden evvel onu tutmağı öyrenmeyi meslehet görmeliyik.

Ümumen ise uşağın marağının,bacarığının hansı yönde olmağına diqqet etmek lazımdır.Her bir senet özlüyünde alidir.Her senetin senetkarı olmağı bacaran insan ac qalmaz.İnkişaf etmeye her zaman hevesli olmaq lazımdır.

İş orasındadır ki,bizde çox adam bitirdiyi ixtisasla işlemir.

  • Upvote 3
Link to comment
Share on other sites

3 hours ago, Igolka said:

      Ən aktual məsələyə toxunmusunuz: Sizcə səbəb nədir, niyə vətəndaşlarımız qurtardıqları ixtisasla işləmirlər? Mən də onlardanam.

  • Upvote 1
Link to comment
Share on other sites

        Öz ixtisasları üzrə işləmədiklərindən, Emin-229 qardaşın göstərdiyi şerin bəndində deyildiyi kimi, Azərbaycan doludur yarımçıq papaqçılarla...

       Bəlkə yaşamımızda, uşaqların tərbiyəsində, təhsil sahəsində nələrsə düz deyil?

Link to comment
Share on other sites

Savad lazimdir ona gore . Xestexanalarda ishleyen tibb bacilari ciblerini gudur . En acinacaqli terefi de odurki , xeste heyatda qalmaga can atir tibb bacilari deyir bash hekimi gormusuz ?) Azerbaycanda 1-ce saglam sahe yoxdur . 

  • Upvote 4
Link to comment
Share on other sites

6 hours ago, sultanat said:

        "Əsil var - dövlət odur ki, fırtınadan sonra da səndə qala.."

     Sual: Sizin fikrinizcə, bu gün ailəni normal saxlamaq üçün özümüzə və ya uşaqlarımıza hansı sənəti məsləhət görməliyik?    

Sultanat, gözəl misal çəkmisiz. 

Çox təəssüflər ki, müasir dövrdə heç kim övladına sənət yox, sadəcə diplom alıb "savadlı" etmək istəyir. Ancaq böyük əksəriyyət fərqinə varmadan 3-4 il saysız qədər pul para töküb alı məktəbə qəbul üçün uşaqlarına xərc çəkirlər. "Nə olur olsun uşaq oxumalıdır. filankəsdən nəyi əskikdir, diplomu olsun" Bir də qəbul vaxtı ayılılar ki, bu qədər xərc çəkməyin müqabilində birtəhər 200-300 toplayıb. Əlçəkmirlər uşaqdan, yenə də pullarını töküb qoyurlar pullu təhsilə. Belə tələbənin axırı nə olacaq? Əlbəttə heç nə. 

Hər bir sənətin öz gözəlliyi var, "yaxşı sənətkar nahara qədər ac qalar" deyiblər. Bir bir sənət sahələrini saymağa lüzum görməzdim. Ancaq həqiqət budur ki, bu yaşıma qədər nə mənim yaxın ətrafımda, nə də uzaq ətrafımda rast gəlmədim ki, kimsə övladına hansısa sənət öyrənməyə istiqamətləndirsin. Söhbət uşaqların orta məktəbi qurtarana qədər dövründən gedir. Məktəb qurtarandan sonra isə əlləri hər yerdən üzülən biçarələr kiminsə əlinin altında qulluqçu/fəhlə durmağa məcbur olacaqlar.

  • Upvote 3
Link to comment
Share on other sites

2 часа назад, sultanat сказал:

        Öz ixtisasları üzrə işləmədiklərindən, Emin-229 qardaşın göstərdiyi şerin bəndində deyildiyi kimi, Azərbaycan doludur yarımçıq papaqçılarla...

       Bəlkə yaşamımızda, uşaqların tərbiyəsində, təhsil sahəsində nələrsə düz deyil?

bu çox düzgün sualdır, Sultanat bəy

problemin kökü ondadır ki, İxtisas zamanın tələbini heç olmasa 10 il qabaqlamalıdır : 5 il ali təhsil + ən azı 3 il praktik təcrübə toplanması. Hər sahə üçün mütəxəssisin yetişməsi dövrü var. elə sizin misal çəkdiyiniz nağılda, sultan müəyyən qədər zaman sərf edir ki, öz dövründə aktual sayılan sənətə yiyələnsin.

hazırda bir sıra ixtisaslar aktual deyil. tələb olunan mütəxəssislər isə yetişməyib hələ

Azərbaycanda 2007-ci ildən mövcud olan bir qurum var : Strateji Araşdırmalar Mərkəzi (SAM ). bu kimi araşdırmalar ilk növbədə onların marağında olmalıdır

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

17 minutes ago, gapgara said:

pul para töküb alı məktəbə qəbul üçün uşaqlarına xərc çəkirlər.

       Tanış birisi var idi. Bir gün sevinə-sevinə bildirdi ki, bəs 5000 dollar verib, uşağı QAİ məktəbinə düzəldib. Dedim o ki sənət deyil.. Dedi 2 ildən sonra görərik..

       Elə oldu ki, 2 ildən sonra yenə görüşdük. Soruşdum ki, uşaq neyləyir? Dedi "Sədərək"dədir. Soruşdum bəs axı QAİşnik olacaqdı? Dedi ki, bəs 30000 istədilər işə düzəltməyə...

  • Upvote 1
Link to comment
Share on other sites

20 minutes ago, sultanat said:

Bu da sənətdir dəə, QAİ-də işə düzəlmək üçün alveri bacarmalıdır, QAİ-şniklər alveri bacarmasalar işləyə bilməzlər ) 

Link to comment
Share on other sites

Onu deyim ki, "sənət" sözü bizdə çox yanlış anlaşılıb. Əgər söhbət incəsənətdən gedirsə və ondan hansısa pul qazanılacağı gözlənirsə, o sənətin başını buraxın getsin. Yerdə qalanlar isə sənət deyil, sadəcə xalqın hansısa tələbatlarını pul qarşılığında yerinə yetirməkdir.
 
  • Upvote 2
Link to comment
Share on other sites

8 hours ago, Museyib Elekber said:

Onu deyim ki, "sənət" sözü bizdə çox yanlış anlaşılıb

       Bəlkə də.. Ola bilsin "peşə" sözü daha uyğundur. Amma "sənətkar" və "peşəkar" sözləri də həmişə eyni məqamlarda işlənmir. "incəsənət"in qarşılığında da "kobudsənət" sözü istifadə edilməyib... Nə isə, hər halda şadam ki, ümumilikdə fikirlər hamıya aydındır.

Link to comment
Share on other sites

     " Molla" peşəsi barədə hədis:

     " Bir gün Peyğəmbərə(s) cavan bir oğlanı tərifləyirlər ki, bəs dini gözəl bilir, ayələrdən əzbərləyib və s. Peyğəmbər deyir "Çox yaxşı. Xoşum gəldi. Peşəsi də varmı?"  Deyirlər "Yox, ya Rəsulallah, heç bir peşə sahibi deyil." Peyğəmbər buyurur: Onda gözümdən düşdü."  Soruşurlar ki, "niyə, ya Rəsulallah?" Peyğəmbər deyir "Əgər bir peşəsi yoxdursa, onda çox keçməz ki, dini dolanışıq vasitəsinə çevirər"...

      Hədisi yaddaşımda qaldığı kimi yazdım, ola bilsin orijinal ilə müəyyən uyğunsuzluq olsun. Amma məzmun çatdırdığım kimidir..

  • Upvote 1
Link to comment
Share on other sites

          Şeyx Keykavusun sənət barədə dedikləri.

         "Hər bir sənət gözəldir. Amma hər şeyin şahı olduğu kimi, sənətlərin də şahı var. Bu da "danışmaq qabiliyyəti"dir. "

  • Upvote 1
Link to comment
Share on other sites

13 часа назад, sultanat сказал:

      Ən aktual məsələyə toxunmusunuz: Sizcə səbəb nədir, niyə vətəndaşlarımız qurtardıqları ixtisasla işləmirlər? Mən də onlardanam.

İş imkanı yoxdur,maaş qane etmir ve ya tecrübe yığmaq üçün az maaşa razılaşmırlar.Birde ki,day-dayı yoxdur düzelsin ) 

Harda iş tapır orda işleyir,harda maaş qane edir o terefe yönelir.

  • Upvote 1
Link to comment
Share on other sites

13 hours ago, azda said:

Savad lazimdir ona gore . Xestexanalarda ishleyen tibb bacilari ciblerini gudur . En acinacaqli terefi de odurki , xeste heyatda qalmaga can atir tibb bacilari deyir bash hekimi gormusuz ?) Azerbaycanda 1-ce saglam sahe yoxdur . 

       Tibb bacılarını həkimlər, həkimləri isə Baş Həlim bu işlərə vadar edir. "Balıq başdan iylənər". Sadə və uçuz dərmanların və ya sadə ev prosedurlarının effektli olduğu halda bahalı firma dərmanlarının yazılması prossesi də eyni sistemlə həyata keçirilir. Bu məsələ təkcə maaşın azlığından irəli gəlmir. Çox insaflı həkimlər var. Amma Baş Həkimin sifariş etdiyi firmaların dərmanlarını yazmasalar, işdən çıxarılarlar. Bir dəfə yazır, iki dəfə yazır, sonra sırtıqlaşır.

       Səhv etmirəmsə, Sovet dönəmində humanitar sahələrə aid fakultələrdə oxuyanlara əlavə olaraq, hansısa peşə də öyrədilirdi. Belə bir məqam həkimə imkan verərdi ki, Baş həkimin iyrənc tələbinə qarşı çıxış etsin. Hüquq mühafizə orqanlarında da əgər hakimin alternativ sənəti olsa, Allahını unutmamaq şansı çoxalar.

  • Upvote 1
Link to comment
Share on other sites

15 minutes ago, Igolka said:

İş imkanı yoxdur,maaş qane etmir ve ya tecrübe yığmaq üçün az maaşa razılaşmırlar.Birde ki,day-dayı yoxdur düzelsin ) 

Harda iş tapır orda işleyir,harda maaş qane edir o terefe yönelir.

            Əgər erkən yaşlarından bir sənəti və həmin sənəti əhatə edən bilikləri öyrənsəydi necə? İş, dolanışıq tapardımı Sizcə?

            Belə deyək: Ayaqqabı təmiri sənətini və bununla bərabər, dərinin aşılanmasını, müxtəlif müasir ayaqqabı tikmək üçün cihazları, padoşların materialı haqqında, müxtəlif ölkələrdə istifadə edilən ayaqqabı, batinka modelləri haqqında məlumatlara və s. sahib olsaydı, bildiyi sənəti zəmanəyə uyğunlaşdıra bilməzdimi?

Link to comment
Share on other sites

55 минут назад, sultanat сказал:

Erken yaş siz neçe yaşa deyirsiz? Eyer mekteb illerini nezerde tutsaq,indi şagirdler hazırlıqlara getsin deye hetta mektebe gelmirler.O qeder güclü hazırlaşırlar ki,imtahanlara sanki hazır senet onları gözleyir.İller sonra ise tamam başqa peşede işleyirler.Onların hardan vaxtı olsun ki,hansısa seneti öyrensinler.Dediyiniz hal rayonlarda ola biler.Eyer evde böyüklerden kimse bu senetlerden birine sahibdirse,ona baxaraq heveslene biler ve yiyelener zamanla.

  • Upvote 1
Link to comment
Share on other sites

35 minutes ago, Igolka said:

      Eynilə dediyiniz kimidir. Bu da bizim cəmiyyətin xəstəliyidir. Süni xəstəliyi. Bunu sağaltmağın yolunu hökumətdən gözləməməliyik Özümüz tapmalıyıq. Təbii ki, valideynlər qorxunu, şöhrətpərəstliyi və onun-bunun həyatına özünü uyğunlaşdırmanı kənara atsa, övlada daha düzgün həyat yolu göstərə bilər. Amma valideynlər ilk və paralel olaraq, öz üzərlərində çalışmalıdırlar. Necə çalışmalıdırlar? Nə etməlidirlər? Bu suala verilən cavablar bəlkə də kiminsə uşağının gözüaçıq böyüməsinə səbəb olar.. Odur ki, bildikləriniz əsirgəməyin, yazın.

  • Upvote 1
Link to comment
Share on other sites

23 часа назад, sultanat сказал:

"Əsil var - dövlət odur ki, fırtınadan sonra da səndə qala.."

Bu yazı mənə Keykavusun Qabusnaməsindəki kiçik həcmli ibrətamiz hekayələri xatırlatdı.

Aktuallığını hər zaman qoruyan mövzuya toxunmusunuz:insanın fayda götürə biləcək düzgün sənət seçib öyrənməsi.Həyatımızın müxtəlif dövrlərində elə seçimlər qarşısında qalırıq ki,onlar bizim gələcək həyat tərzimizi formalaşdırır,peşə seçimi də bunlardandır.

Həyat və yaşam standartlarını müəyyənləşdirən maddiyyatın təminat mənbəyi iş və karyera olduğu üçün,peşə seçimini də yönləndirən başlanğıc fikirlərdən biri “hansı sənətdə yaxşı pul var” düşüncəsidir ki,bu səbəbdən də sənət seçimində daha çox aktual,dövrün tələbinə cavab verən sənət sahələrinə üstünlük verilir,bu artıq normal hal hesab olunur.İstedad,maraq dairəsi,şəxsi istək və bacarıqlar,xarakterik cəhətlər nəzərə alınmadan edilən kor-koranə seçimlər isə həyatı çətinləşdirən başlıca amilə çevrilir,bu isə yarımçıq papaqçıların potensial say artımı üçün yetərli zəmindir.

Vacib məqamlardan əsası da təhsildir,amma təhsilin hazırki vəziyyətini nəzərə alsaq belə sual yaranır ki,təhsil insanı dogru ixtisas üçün lazımı qaydada hazırlayırmı? şübhə doğurur və mübahisəlidir.

5 часов назад, sultanat сказал:

          Şeyx Keykavusun sənət barədə dedikləri.

         "Hər bir sənət gözəldir. Amma hər şeyin şahı olduğu kimi, sənətlərin də şahı var. Bu da "danışmaq qabiliyyəti"dir. "

"Öz istedadınla qürrələnmə, dolanmaq üçün ağılsız və istedadsız olmaq lazımsa,ağılsız və istedadsız ol, belə olmaq lazım deyilsə, o zaman bir sənət öyrən, öyrənməkdən və yaxşı sözə qulaq asmaqdan ar etmə." © 

Görünür Keykavusun dövründə də "dolanmaq üçün ağılsız və istedadsız olmaq"  seçim variantlarından biri,hətta ilki imiş.)

19 часов назад, azda сказал:

Savad lazimdir ona gore . Xestexanalarda ishleyen tibb bacilari ciblerini gudur . En acinacaqli terefi de odurki , xeste heyatda qalmaga can atir tibb bacilari deyir bash hekimi gormusuz ?) Azerbaycanda 1-ce saglam sahe yoxdur . 

Rüşvət bütün sahələrdə keyfiyyət göstəricisini tənzimləyir.) Belə templə davam edərsə 2-3 nəsil sonra rüşvət və yaltaqlıq artıq genetik olacaq :(

  • Upvote 4
Link to comment
Share on other sites

6 hours ago, sultanat said:

     " Molla" peşəsi barədə hədis:

     " Bir gün Peyğəmbərə(s) cavan bir oğlanı tərifləyirlər ki, bəs dini gözəl bilir, ayələrdən əzbərləyib və s. Peyğəmbər deyir "Çox yaxşı. Xoşum gəldi. Peşəsi də varmı?"  Deyirlər "Yox, ya Rəsulallah, heç bir peşə sahibi deyil." Peyğəmbər buyurur: Onda gözümdən düşdü."  Soruşurlar ki, "niyə, ya Rəsulallah?" Peyğəmbər deyir "Əgər bir peşəsi yoxdursa, onda çox keçməz ki, dini dolanışıq vasitəsinə çevirər"...

      Hədisi yaddaşımda qaldığı kimi yazdım, ola bilsin orijinal ilə müəyyən uyğunsuzluq olsun. Amma məzmun çatdırdığım kimidir..

Molla peşəsindən söz düşmüşkən - harda sarsaq (mollaların xətrinə dəyməsin, əlbət ki, hamısına aid deyil) insanlar var sonda gəlib molla olurlar. O qədər insanlar var ki, içki düşkünü, qumarbaz, avara, özünü tanımayan və sair. günlərin birində ayılırlar, hər şeydən əlləri üzülür və molla olmağı özlərinə peşə seçirlər. Hər şeyi atırlar əllərinə bir kitabça alıb asan yolla pul qazanmağa başlayırlar. Bu daha çox rayon yerlərində rast gəlinən hallardır. Günümüzün reallığıdır. 

  • Upvote 2
Link to comment
Share on other sites

46 minutes ago, gapgara said:

Molla peşəsindən söz düşmüşkən - harda sarsaq (mollaların xətrinə dəyməsin, əlbət ki, hamısına aid deyil) insanlar var sonda gəlib molla olurlar.

       Hədisdən də göründüyü kimi, mollalığı peşə etmək - dindən uzaq bir şeydir. Hələ valideyn görmüşəm, qızını Quran qiraəti kursuna göndərib ki, öyrənib, qadınların yas məclisini aparsın..

       Amma əsas mətləbdən uzaqlaşmaq istəmirəm.

       Bu günkü gəncliyin peşə seçimi məsələsi - toyuğun zibillikdə darı axtarması kimidir. Hər cür zibil tapıb yeyir, amma darı röyasında qalır..

       Nə edə bilərik? Və ya nəyi etməməliyik?

Edited by sultanat
  • Upvote 1
Link to comment
Share on other sites

В 10.05.2016 в 08:53, sultanat сказал:

       Tibb bacılarını həkimlər, həkimləri isə Baş Həlim bu işlərə vadar edir. "Balıq başdan iylənər". Sadə və uçuz dərmanların və ya sadə ev prosedurlarının effektli olduğu halda bahalı firma dərmanlarının yazılması prossesi də eyni sistemlə həyata keçirilir. Bu məsələ təkcə maaşın azlığından irəli gəlmir. Çox insaflı həkimlər var. Amma Baş Həkimin sifariş etdiyi firmaların dərmanlarını yazmasalar, işdən çıxarılarlar. Bir dəfə yazır, iki dəfə yazır, sonra sırtıqlaşır.

       Səhv etmirəmsə, Sovet dönəmində humanitar sahələrə aid fakultələrdə oxuyanlara əlavə olaraq, hansısa peşə də öyrədilirdi. Belə bir məqam həkimə imkan verərdi ki, Baş həkimin iyrənc tələbinə qarşı çıxış etsin. Hüquq mühafizə orqanlarında da əgər hakimin alternativ sənəti olsa, Allahını unutmamaq şansı çoxalar.

Haqlisiniz . deyerdimki istenilen tibb ishchisine , telebesine "insaf" kursunun kecirilmesi de semereli olar , cunki  bu ingilis , rus dili deyil , insan heyati ile bagli sahedir . Menim rayon xestexanasinin birinde ishleyen tanishim var . Onun shexsen xestelere nece qulluq etdiyini ozum gozlerimle gormushem . Defelerle de ozune demishemki o pulu qazanirsansa qargish yox halalliq almisan . Tesevvur edin agrilardan eziyyet ceken xestenin gozune muayine olundugu aparatlar gorunmur ancaq sagalmasini isteyir . Amma tibb ishcileri lap inyeksiya zamani da kohneden qalma , ishlenmish dezinfeksiya olunmamish  tibb aletlerinden istifade edir xesteni yola salir . Xestenin bundan xeberi olsa da onsuz da o can hayinda olur . Butun bunlardan xeberi olan muessise sahibleri de bele veziyyete STOP demir . ele ishcilerin hansisa muessiselerde  fealiyyet gostermesi duzgun deyil . Menim sahem de tibbe aid olsa da istenile tibb ishchisine nifretim boyukdur , cunki eger (?) halalliqla , duzgunlukle , ishleyen tibb ishchisi varsa onlar ozleri narusheniye eden ishchileri cezalandira biler . Amma biz gundelik xeberlerde xeste tibb ishchisi mesuliyyetsizliyinden dunyani deyishdi , susuzluqdan oldu , dogush zamani dunyasini terk etdiyini defelerle eshitmishik  eshidirik de ..  kemsavad hekimlerin yazdigi sehv mualicesinden  dunyasini deyishen yuzlerle insanlar var . Vaxtile  Qebelede yashamish 17 yashli qizin abort zamani olumune sebeb olan bash hekim , gnikoloq hele de xestexanada ishleyirse onun boyuk ve ya kichik tibb ishchileri ne olacaq..

Xarici olkelerde dovlet ve ya ozel klinikalarda ishleyen ne qeder bizim professorlarimiz var , hamisi da adlari ile , savadlari ile  taninmish shexsiyyetlerdir . butun bu sheraitleri oz hokumetleri yaradir . Bizimkiler ancaq ele savadli kadrlari elden buraxib tessuf ki findiqbeyin ishchileri saxlayiblar .

Edited by azda
  • Upvote 2
Link to comment
Share on other sites

10 hours ago, roberto5 said:

İndi elə zəmanədiki , biznesmen sənətkardan çox qazanır

      Elədir ki, var. 

      Heyif ki, Robert Kiyosakinin biznes, marketinq vı s. haqqında kitabları azərbaycanca yoxdu. O, qazanmaq baxımından insanları 4 qrupa ayırır: 1) fəhlə və qulluqçular, 2) sənətkarlar, 3) Biznesmenlər və 4) investorlar

      Bu insanları bir qrupdan başqa qrupa adlaya bilməsi üçün ilk olaraq həyata baxışları dəyişməlidir. Sənətkarlar o kəslərdir ki, hər işi yalnız özləri edirlər. Heç kəsə etibar etmirlər. Biznes aləmində isə məlumdur ki, insan yalnız özü işləməklə kifayət qədər pul əldə etməsi - absurddur və ya müvəqqətidir, təsadüfdür. Davamlı olaraq, yaxşı qazanc əldə etmək üçün mütləq işçi götürməli, onları yoxlamağı və etibar etməyi bacarmalısan.

  • Upvote 1
Link to comment
Share on other sites

On 5/11/2016 at 3:59 PM, sultanat said:

       Nə edə bilərik? Və ya nəyi etməməliyik?

Beyinlər, insanların dünyaya baxışı, düçüncə tərzi, hər şey, hər şey dəyişib, zəhərlənib... Çətin məsələdir.. Padşahın fərmanı olmalıdır, olmasa düzələn deyil. "Bundan sonra hər bir kəs sənət sahibi olmalıdır!"

  • Upvote 2
Link to comment
Share on other sites

31 minutes ago, gapgara said:

"Bundan sonra hər bir kəs sənət sahibi olmalıdır!"

     Azərbaycanda neçə ədədcik Texniki Peşə Məktəbləri var?.....Bəs orada öyrədilən peşələr nədən ibarətdir? Bəs televizorda, hökumət tədbirlərində reklam olunun peşələr hansılardır?????........

  • Upvote 2
Link to comment
Share on other sites

25 minutes ago, Emin-229 said:

Ne qeder ki,valideynler her vechle ovladlarinin ixtisas secimine(sen mutleq hekim,huquqwunas ve s olmalisan) mudaxile edecekler  bizler hele uzun iller esl senetkarlar gore bilmeceyik.

C-diskine girirsen? :biggrin:

Link to comment
Share on other sites

On 5/12/2016 at 9:54 AM, sultanat said:

      Elədir ki, var. 

      Heyif ki, Robert Kiyosakinin biznes, marketinq vı s. haqqında kitabları azərbaycanca yoxdu. O, qazanmaq baxımından insanları 4 qrupa ayırır: 1) fəhlə və qulluqçular, 2) sənətkarlar, 3) Biznesmenlər və 4) investorlar

      Bu insanları bir qrupdan başqa qrupa adlaya bilməsi üçün ilk olaraq həyata baxışları dəyişməlidir. Sənətkarlar o kəslərdir ki, hər işi yalnız özləri edirlər. Heç kəsə etibar etmirlər. Biznes aləmində isə məlumdur ki, insan yalnız özü işləməklə kifayət qədər pul əldə etməsi - absurddur və ya müvəqqətidir, təsadüfdür. Davamlı olaraq, yaxşı qazanc əldə etmək üçün mütləq işçi götürməli, onları yoxlamağı və etibar etməyi bacarmalısan.

O kitablar hansi dildə var?

Link to comment
Share on other sites

14 hours ago, gapgara said:

Roberto, arıçılıq yaddan çıxıb, bu da yaxşı işdir. Təmiz bal-qəşəng pul .

Yoo çixmayib, qardaşım o işə girişib, mənnən də bir yeşik arının pulun alıb. 3-4 yeşiyi var. Hansisa rayona , yonca sahəsinə aparacaq.

  • Upvote 1
Link to comment
Share on other sites

9 hours ago, roberto5 said:

Yoo çixmayib, qardaşım o işə girişib, mənnən də bir yeşik arının pulun alıb. 3-4 yeşiyi var. Hansisa rayona , yonca sahəsinə aparacaq.

Əziyyət tələb edən işdir, daimi nazı ilə oynayasan. İlk baxışdan az sərmayə tələb edənə oxşayır, amma təsərrüfat böyüdükcə işlər, artır.

  • Upvote 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 13 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 8 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 239 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 306 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...