Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

  • 3 weeks later...
On March 3, 2016 at 3:07 PM, aqilyunus said:

 

Aqnostik və ya deist olmaq necədə rahat və asandı. Ən çox əziyyət çəkən teistlər və ateistlərdi. Müzakirədə ən hörmətdi aqnostik olur :)

Aqnostisizm fikiləşdiyinizdən daha geniş anlayışdır. Əslində aqnostisimin dinlərin insanlara aşıladığı tanrı obrazı ilə heç bir əlaqəsi yoxdur. Reallıqda, aqnostiklər özlərini ateist hesab etməsə də, dini kanonlara subyektiv olaraq əsaslansaq onlar ilə ateistlər arasında fərq görünmür. Lakin, aqnostiklərin dünyaya baxışı ateizm qədər bir tərəfli və qəti deyil. Əslində iki tərəfdən birində olmaq daha sadədir, aqnostisizm isə ancaq fəlsəfi düşüncəsi olan insanların hansısa tərəfi seçmək üçün əsası olmadığından, subyektiv olaraq, tanrını obrazlaşdlrma, onu öz təxəyyülünə uyğun olaraq, qəbul etdiyi reallıq çərçivəsində obrazlaşdırmasıdır.

  • Upvote 3
Link to comment
Share on other sites

Ateistlər üçün də əziyyət deyil ,çünki onlar teistlərə üstdən aşaği baxir . Zülmdə qalan isə inananlardi illah edirlər özlərini inandirmaği bacarmirlar . Deistlər isə kefdədirlər , kimsənin ürəyini bulandirmirlar , "yəni nə şiş yanir nə kabab" . Onlar hər suala bir cavabının olduğunu iddia etmirlər ,  ancaq bu suallara gedən doğru yolda olma iddiasındadılar . 

  • Upvote 1
Link to comment
Share on other sites

10 minutes ago, azda said:

Ateistlər üçün də əziyyət deyil ,çünki onlar teistlərə üstdən aşaği baxir . Zülmdə qalan isə inananlardi illah edirlər özlərini inandirmaği bacarmirlar . Deistlər isə kefdədirlər , kimsənin ürəyini bulandirmirlar , "yəni nə şiş yanir nə kabab" . Onlar hər suala bir cavabının olduğunu iddia etmirlər ,  ancaq bu suallara gedən doğru yolda olma iddiasındadılar . 

 

Mən ümumiyyətlə dedim. Əlbətdəki ən çox əziyyət çəkən dindarlardı. Həqiqi dindarlar.

Link to comment
Share on other sites

Təbii ki, insan özünü, qorxu və xəyallara əsaslanaraq, şüurunun qəbul etmədiyi hər hansı mövcudluğa inandırmağa çalışarsa, həyatı boyunca reallıq və illuzional inam mübarizəsi arasında sıxılar, öz şüuru ilə daimi mübarizə aparmağa məcbur qalar. Çünki, insanın mövcud olanlar haqqında təsəvvürü, ətrafı dərk etmə mexanizmi praktiki və rasional hisslərə əsaslanır. 

 

Baxmayaraq ki, dini vədlər və təsəvvürlər insanın gördükləri və bildiklərə uyğun şəkildə simalandırılmış hətta bəzi hallarda  primitiv təsəvvürlər şəklində insanlara çatdırılmışdır,insanların bu irrasional təssəvürlərə inanmağı tam və şüurlu şəkildə mümkün deyil. Necə ki, bir qədər düşünən insanların tam şəkildə yaşadığımızın ancaq gördüklərimizdən və hisslərimizdə ibarət olmağına inanmadığı kimi. Demək ki, həyatda öz daxili aləminlə hormoniyada yaşamaq üçün, eşitdiklərimizdən və əsassız qorxlarımızdan cox, rasional fikirə, daxili səsə və ən ali olan şüura etibar edərək nisbi azadlıqda fikirlərimizlə mövcud olmaq daha labüt və insan təbiətinə yaxındır...

  • Upvote 3
Link to comment
Share on other sites

On March 24, 2016 at 9:18 AM, aqilyunus said:

Tanrı obrazı necə olmalıdı?

Tanrı obrazı, onun siması və ya simaları tam şəkildə tanrı obrazını təbliğ edən dindən asılıdır. Çünki, tanrını insanlara tanıdan hansısa dindir.

Qədim dövrlərdə bütpərəst dinlərin primitiv tanrıların obrazları cox sadə və anlaşılan idi. Lakin, ibrahimi dinlərin tanrıları isə bir qədər o anlayışdan fərqlidir.

 

Baxmayaraq ki, keçmiş və müassir dinlər mahiyyətcə cox fərqlənmir. Hər ikisi xeyir və şərin mübarizəsi və son nəticədə tanrıya sadiqlik göstərənlərin mükafatlanması digərlərinin cəzalanması konsepsiyasından kənara cıxmır. İbrahimi dinlərin tanrıları, coxsimalı və fərqlidir. Qədim dinlərdə tanrı atributları simvol və şəkillərlə insanlara çatdırılırdırsa, ibrahimi dinlərdə tanrı, dəyişkən siması xassiyyəti və əlamətləri ilə dinin daşıyıcılarına çatdırılır. Bu səbəbdən, hansısa ibrahimi dinin daşıyıcısının tanrını obrazlaşdırması və ona vahid sima verməsi mümkün deyil.

Tanrının obrazı əslidə sima baxımından artıq vacib deyil, vacib olan, onun əlamətləri, xasiyyəti, tələbləri və gözləntiləridir. Daha qısa onun razı qalıb və qalmadığı məqamları dolğun anlamaqdan və fövqaltəbii güc və hikmət sahibi olduğunu qəbul etməkdən ibarətdir. 

Edited by plotophyte
  • Upvote 4
Link to comment
Share on other sites

İnsan inanmaq istəmirsə, heç bir dəlil ona təsir etməyəcək. Cild-cild kitablar oxusada, dünyanı gəzsədə, ölülər dirilib onunla danışsada mümkün olmayacaq. Təfəkkür yoxdursa, elmin heç bir faydası olmayacaq. Mən çox görmüşəm savadlı danışır amma görürsən ki təfəkkürü yoxdu. Sadə məsələləri anlaya bilmir. Allaha və peyğəmbərinə inanmamaq nə səviyəli olmaq nədə müasir olmaq deyil.

  • Upvote 1
Link to comment
Share on other sites

  • 1 month later...

bütün bu müzakirələrdə ən çox əziyyət çəkən isə teistlərdir çünkü onlarn heç bir sübutu yoxdur çünkü onların iddialarının doğruluğu yalnız ölümdən sonra doğrulanma imkanına sahibdir.

Link to comment
Share on other sites

Цитата

Sizin üçün ən qorxulusuda elə budu. Ömür boyu Allaha inanmamaq üçün bütün gücünlə səfərbər ol birdə gözünü aç ki mələklər qarşındadı :)

 

O mələklərin 3000 dindən sırf sizin dininizdəki mələklər olması ehtimalı belə həyatı qurban verməyə dəyməyəcəyini göstərir!

 

Link to comment
Share on other sites

11 hours ago, 513 said:

 

O mələklərin 3000 dindən sırf sizin dininizdəki mələklər olması ehtimalı belə həyatı qurban verməyə dəyməyəcəyini göstərir!

 

 

Özünü aldatmağın başqa yollarıda var...

Link to comment
Share on other sites

Цитата

Özünü aldatmağın başqa yollarıda var...

 

misal üçün inandığın dinin bir də içində parçalanmaların olduğunu ve bu ferqliliklərdən də sırf sənin inandığının doğru olması kimi...

3000 din.yəni bu dinlərdən sənin dininin doğru olması 1/3000 dir. bir də dininiz 72 təriqətə bölünüb.bu da ehtimalı 1/270000 edir.bir də bu müzakirələrin başlanğıcında tanrı var mı yox mu ehtimalı və varsa dünyaya qarışır müdaxilə edir ya yox yəni din göndərir ya yox ehtimalını da nəzərə aldığımızda ehtimal 4 dəfə daha azalır və 1/1000000 edir- milyonda bir. dəyməz həyatı puç edib məscidlərdə moizə dinləməyə bu qədər kiçik ehtimalla...

Link to comment
Share on other sites

      Sovet dönəminə aid lətifə:

      " SSRİ məktəblərindən birinin "təbiətşünaslıq" müəlliməsi uşaqları yaxınlıqdakı dağın yamacına gətirir və deyir:

      - Uşaqlar, indi hamınız yumruğunuzu havaya qaldıraraq, deyin "Allah yoxdur!"..

      Uşaqlar da müəllimənin tələbi ilə yumruqlarını havaya vuraraq qışqırırlar "Allah yoxdur!"Allah Yoxdur!"  Müəllimə görür ki, şagirdlərdən biri sakitcə durub və heç nə demir. Uşağa yaxınlaşıb soruşur:

      -  Avraam, bəs sən niyə hamı ilə birlikdə "Allah yoxdur" demirsən?

      Şagird cavabında deyir:

      - Müəllimə, əgər Allah yoxdursa, bunu kimə deyirik? Amma əgər Allah varsa, münasibətimi niyə korlamalıyam?..."

 

     Yuxarıda teistlərin, ya ateistlərin daha çox əziyyət çəkdikləri barədə bir az oxudum. Öz fikrimi demək istəyirəm. Əziyyət çəkməyin ateistliyə və ya teistliyə elə bir dəxli yoxdur. Əziyyət çəkənlər - mühitlə barışa bilməyən, zamanından daha irəli getmiş düşüncə sahibləridir ki, onların da bir qismi, ola bilər ki, Sizlərsiniz.

     Bir dəfə Azercell-dən telefonuma maraqlı bir mesaj gəlmişdi : "aşağı səviyyəli adamlar adlarla danışarlar, orta səviyyəli adamlar - hadisələrlə, ali səviyyəli insanlar isə - düşüncələrlə.." 

  • Upvote 3
Link to comment
Share on other sites

В 27.05.2016 в 09:15, sultanat сказал:

 Yuxarıda teistlərin, ya ateistlərin daha çox əziyyət çəkdikləri barədə bir az oxudum.  

 

Cunki esl muselman hemishe   materialistleri , ateistleri umumiyyetle dinsizleri oz dinleri ile haqqa devet etmekle mesuldur .   Tebiiki bu da Quranda muselmanlara ferz qildigi Allahin hokmlerindendi . Onlar dushunur ki hemin adamlara edilecek teblig sebebile varligi subutlarla izah etmeli batil inanclarla dolu zehinlerinin gercekleri gore bilecek veziyyete getire bilenecen cabalamalidilar . O biriler ise subut filan axtarmirlar , cunki coxusu qeti fikirlidirler .

 

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

       Mübahisə edənlər, əlbəttə ki, Sizin yazdığınız meyarlarla yanaşırlar. Mən daha çox məşvərət tərəfdarıyam. Düşünürəm ki, insanların hər hansı bir qismini cəm edən hər bir inancda (istər materializm olsun, istər Allahpərəstlik, ya şeytanpərəstlik, massonluq, ya sadəcə, falçılıq), HƏQİQƏTdən bircə zərrəcik də olsa, var. O zərrəcikləri tapıb bir araya toplasaq, Əsil Həqiqət üzə çıxar.

       Məsələn, hər hansı bir hadisənin səbəbini ilahiyyatçılar, başvermə mexanizmini isə materialistlər daha anlaşıqlı izah edirlər. Əminəm ki, ilahiyyatçı alimlər və materialist alimlər bir-birini inkar etmədən, bir araya gəlsələr, bəşəriyyət üçün böyük töhfələr verərlər.

        Kiçik bir misal gətirmək istəyirəm. Nəlbəkinin içinə su dolduraq, sakit vəziyyətə gəldikdə, qələmlə nəlbəkinin ortasında suya ritmli toxunuşlar edək.Görəcəyik ki, qövslər yaranaraq, nəlbəkinin kənarlarına qədər gedir. Qələmi suya toxundurmağımızı ardıcıl, dəqiq ritmlərlə etsək, bir müddətdən sonra suyun bütün səthi dalğalanacaq, qabaracaq. Su, həqiqi həcmindən artıq görünəcək. Bu hadisənin mexanizmini materialistlər daha yaxşı izah edə bilərlər. Suyu yağla və ya torpaqla əvəz etsək, prosses kifayət qədər ləngiyəcək. Suyun ortasından hər hansı rəngli maye damızdırmaqla, ritmik toxunuşları davam etdirsək, həmin rəngin suyun bütün səthinə necə bərabər paylandığını müşahidə edə bilərik.

         İnsan 74% sudan ibarətdir. İnsan bədənində də eyni nöqtəyə ritmik zərbələr etdikdə, insan bədəni də tədricən, təlatümə gəlir. Siz bu ritmik zərbələrə hansı rəngi qatsanız, hansı emosiyanı yükləsəniz, bədəniniz də həmin rəngə, həmin emosiyaya boyanacaq. "Hüseyniyyə" tədbirlərində məhz bu effektdən istifadə edilir. Amma(!) mollalar bu effektin gücündən və təsirindən xəbərsiz olduqlarından, əsasən ağlaşma quraraq, insanlara ziyanlı emosiyalar yükləyirlər. Eyni mexanizm döyüşlərdə təbillərin çalınması və eyni zamanda müəyyən sözlərin təkrar-təkrar deyilməsi ilə də istifadə olunurdu.

         İnsan torpaqdan yaradılıb. Amma materialistlərin də sübut etdiyi kimi, insanın yalnız 26%-i torpaq, qalanı isə su, od və havadır. Həmin qalan hissə - 26%-i formadan-formaya, haldan hala salır,

        P.S. Ritmik zərbələrin ən mükəmməli və təsirlisi - SÖZ zərbəsidir (yaxşı, ya pis).

               Sizə hər səhər xoş SÖZ eşitməyi arzulayıram.

  • Upvote 3
Link to comment
Share on other sites

  • 2 months later...

Məncə əsl filosof elə aqnostik olmalıdır...Aqnostik hər bir şeyi dialektik vəhdətdə götürür...Misal üçün ateist və dindarın əqidəsinidə...Aqnostik hər bir suala cavab axtarakən bütün mövcud olan iddiaları ,əqidələri öyrənir ,bilir amma sonda gəldiyi nəticə bu olur...Heçnə bilmirəm...Çünki aqnostik üçün həmişə sonsuz suallar var...
 

  • Upvote 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Like
      • 21 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 28 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 12 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 89 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 695 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...