Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Uşaqlıq nağılları-2


Recommended Posts

preview-650x390-650-1427368222.jpg.aa2f7Biz uşaqlığımızı zamana təslim edirik, lakin içimizdə onu hələ də saxlayırıq. Ola bilsin ki, elə buna görə də biz nağılları sevirik. Bir çox nağılı yalnız yeniyetməlik dövründə deyil, yetkin yaşa qədəm qoyarkən də oxumaq lazımdır, çünki onlar uşaqlıqda təsəvvür etdiyimizdən də böyük mənanı kəsb edirlər. Sizin üçün məşhur nağıllardan dəfələrlə oxuya biləcəyiniz parçalar topladım.

14548610-R3L8T8D-650-1.jpg.8d33abe81977b«Balaca şahzadə», Antuan de Sent-Ekzüperi
Böyüklər rəqəmləri çox sevir. Onlara yeni dostun haqqında danışanda, heç vaxt ən önəmli şeylər haqqında soruşmurlar. Onlar soruşmurlar ki: «Bəs onun necə səsi var? O hansı oyunları oynamağı xoşlayır? O kəpənəkləri tutur?» Əvəzində soruşduqları: «Onun neçə yaşı var? Neçə qardaşı var? Çəkisi nə qədərdi? Atası nə qədər qazanır?» Və bütün bunlardan sonra onlar təsəvvür eləyir ki, insanı tanıyıblar.

14525560-R3L8T8D-650-11.jpg.342be93dd516«Qış nağılı» cizgi filmi
— Sən burada neynəyirsən? — Ayı soruşdu.
— Sənin sağalmağını gözləyirəm, — Kirpi cavab verdi.
— Xeyli gözləmisən?
— Bütöv qışı. O ki sənin aşırı dərəcədə qar yediyini eşitdim, — bütün tədarükümü sənin yanına sürüyüb gətirdim…
— Və sən bütün qışı mənim yanımda, kətildə oturaraq keçirmisən?
— Hə, mən sənə küknar həlimini içizdirib, qarnına qurudulmuş ot qoyurdum…
— Yadıma gəlmir, — Ayı cavab verdi.
— Gəlməz də! — Kirpi köksünü ötürdü. — Sən bütün qışı deyirdin ki, sən — qar dənəciyisən. Mən sənin baharda əriyəcəyindən çox qorxurdum.

14553710-R3L8T8D-650-e8c690f59641f619a77«Meri Poppins», Pamela Trevers
— Biz də, Meri Poppins?
— Nə siz?
— Uzun və xoşbəxt ömür yaşayacağıq?
— Ola bilər… Hər şey…asılıdır
— Nəydən?
O nəvaziş və kədərlə gülümsədi.
— Sizin özünüzdən asılıdır!

14545110-R3L8T8D-650-foxes.jpg.30fef5976«Necə ki tülkücük tülkücüyə» Natalya Sizonenko
— Tülkücük, — balaca tülkü o birisinə dedi, — yadında saxla, xahiş eləyirəm, əgər sənə çətin, pis, kədərli və qorxuludursa və əgər sən yorğunsansa — sadəcə pəncəni uzat. Və mən sənə özümünkünü uzadacağam, sən harada olursansa ol, hətta əgər orada — başqa ulduzlar var və ya başı üstdə gəzirlər. Çünki bir balaca tülkünün iki tülkücüklərə bölünmüş kədəri, — heç də qorxulu deyil. Və əgər sənin pəncəni başqa pəncə tutursa — dünyadakı başqa şeylərin nə əhəmiyyəti var ki?

14551360-R3L8T8D-650-8235426_orig.jpg.79«Alisa möcüzələr diyarında», Luis Kerrol
— Bağışlayın, mən buradan hara gedə bilərəm?
— Sən hara getmək istəyirsən? — Pişik cavab verdi.
— Mənim üçün fərqi yoxdur… — Alisa dedi.
— O zaman hara gedəcəyinin də fərqi yoxdur, — Pişik qeyd etdi.
— … bircə harasa gedim, — Alisa fikrinə aydınlıq gətirdi.
— Harasa sən mütləq gedəcəksən, — Pişik dedi. — Sadəcə kifayət qədər uzun müddət getmək lazım olacaq.

14548660-R3L8T8D-650-2.jpg.be60eb38c2046«Velvetli Dovşan», Marceri Uilyams
— Sən yalnız o vaxt Həqiqi olursan ki,
— müdrik, qoca Dərili At Velvetli Dovşana təlqin edirdi, — birisi səni uzun-uzadı sevir və dəyər verir. Sadəcə oynamır, HƏQİQƏTƏN sevir.
— Bəs həqiqi olmaq ağrıdır? — Dovşan soruşdu.
— Bəzən, — Dərili At cavab verdi, çünki o həmişə düzünü deyirdi.
— Amma əgər sən həqiqisənsə, ağrıya tab gətirməyə hazırsan.
— Bəs bu necə baş verir? Bir kərə və hazırdı, sanki səni açarla işə salırlar, yoxsa tədricən?
— Tədricən, — Dərili At dedi. — Sən həqiqi olursan axı. Bunun üçün çox vaxt lazımdır. Buna görə də bu çəkinmədən mübahisə eləyən, inadkar və ya özünə xüsusi münasibət tələb edən varlıqlarla nadir hallarda baş verir. Bəzən elə olur ki, sən Həqiqi olduğun zaman tükün tökülür, gözlərin çıxır, əzaların sallanır və ümumiyyətlə sənin çox acınacaqlı görkəmin olur.
Amma bu heç bir əhəmiyyət kəsb eləmir, çünki Həqiqi olan kəs, idbar ola bilməz.
Bircə bunları başa düşməyən varlıqların gözündə sən eybəcər olacaqsan.

10499353_684702321611723_400789064093078«Dumanda kirpi», Sergey Kozlov
— Mən hökmən, eşidirsən? Mən hökmən, — Ayı dedi. Kirpi isə başını yellədi.
— Mən hökmən sənin yanına gələcəyəm, nə olursa olsun. Mən həmişə sənin yanında olacağam. Kirpi ayıya sükut dolu gözlərilə baxıb, susurdu.
— De görüm niyə susursan?
— İnanıram, — Kirpi dedi.

Bir gün Kirpi qurdun dərəsinə düşür və bir həftəyə yaxın orada qalmalı olur. Onu təsadüfən sincab görür: o qıraqdan keçərkən Kirpinin çox zəif səsini eşidir.
Ayı isə bir həftəyə yaxın olar ki meşədə Kirpini axtarırdı, artıq hara gedəcəyini, harada axtaracağını belə bilmirdi. Və qəflətən sincab gəlib, ona Kirpinin quyuya düşdüyü haqda məlumat verdi, o Kirpini çıxardıb, evə gətirdi.
Kirpi boğazına qədər bürünmüş ədyalda uzanıb, sükut dolu gözləri ilə Ayıya baxırdı.
— Mənə elə baxma, — Ayı dedi. — Mənə kimsə elə baxanda bacarmıram.
Kirpi gözlərini yumdu.
— İndi isə elə təəssüratım yarandı ki, sanki sən ölmüsən. Kirpi gözlərini açdı.
— Gülümsə, — Ayı dedi.
Kirpi çalışsa da, bu onda çox qeyri-səmimi alındı.
— İndi mən sənə bulyon içirdəcəyəm, — Ayı dedi.
— Sincab yeni göbələklər gətirmişdi, mən də bulyon qaynatdım.
O bulyonu fincana süzüb, Kirpinin başını qaldırdı.
— Yox, elə yox, — Ayı dedi. — Sən otur.
— Bacarmıram, — Kirpi dedi.
— Mən sənə yastıqla dəstək olacağam. Bax belə.
— Mənə çox çətindir, — Kirpi dedi.
— Səbirli ol.
Ayı Kirpini divara söykəyib, yastığı irəli çəkdi.
— Üşüyürəm, — Kirpi dedi
— Bu dəqiqə, bu dəqiqə. — Ayı çardağa qalxıb Kirpini kürk ilə bürüdü.
— Necə oldu ki sən orada donmadın? Axı gecələr çox soyuq olur! — Ayı deyindi.
— Mən hoppanırdım, — Kirpi dedi.
— Yeddi gün?
— Mən gecə hoppanırdım.
— Bəs nə yeyirdin?
— Heç nə yeyə bilməmişdim, — Kirpi dedi. — Sən mənə bulyondan verə bilərsən?
— Əlbətdə! İç, — Ayı dedi.
— Kirpi bir neçə qurtum alıb, gözlərini yumdu.
— İç Kirpi, iç!
— Yoruldum, — Kirpi dedi.
— Yox, iç! — Və Ayı Kirpini təkidlə qaşıqdan içirməyə başladı.
— Artıq getmir.
— Mənim xətrimə!
Kirpi içməyə davam elədi.
— Sincabın xətrinə!
Kirpi içdi.
— Dovşanın xətrinə, bilirsən o necə kömək edirdi.
— Gözlə, — Kirpi dedi. — Köksümü ötürüm.
— Dovşanın xətrinə iç, axı o çalışırdı..
Kirpi qurtum aldı.
— Siçanın xətrinə!
— Yaxşı, bəs siçan neynədi?
— Heç nə. Fəqət hər gün gəlib, səni soruşurdu.
— Qoy gözləsin. Gücüm yoxdur axı, — Kirpi dedi.
— Bəzən elə olurdu ki, hətta səhər belə gəlirdi, — Ayı dedi. Bircə dənə də qaşıq ye.
Kirpi daha bir qurtum aldı.
— İndi isə — bayquşun xətrinə!
— Bayquşun buraya nə aidiyyatı var axı?
Aidiyyatı? Yox, sən Bayquşun xətrinə hətta üç qaşıq içməlisən.
— Axı niyə?
— Mən onun üstündə düz üç gecə uçmuşam. Səni axtarmışıq.
— Bayquşun üstündə?
— Hə də!
— Yalan danışırsan, — Kirpi dedi.
— Yerimdən tərpənməyim əgər elədirsə!
— Axı sən necə onun üzərinə çıxdın?
— Bilirsən o necə möhkəmdir? Oturdum onun boynunda və uçdum. Kaş ki dovşanı görərdin, bizi görüb elə qorxdu ki.
— Necə qorxdu?
— Sən iç — deyəcəyəm.
Kirpi daha üç qaşıq içib, gözlərini yumdu.
— Necə? — o soruşdu.
— Nə?
— Dovşan sizdən necə qorxdu?
— Həə! Dovşan? Təsəvvür eləyirsən? Mən uçuram. Və birdən — o. Bir qaşıq da iç.
Hiss eləyirsən necə ətri var? Bəh-bəh.
Kirpi içdi.
— Hə, harada qalmışdıq? Baxıram ki, oturub, qulaqlarını burur. Və birdən biz peyda olduq.
— Bayquş ilə?
— Aha. O birdən elə-ə durdu ki, elə-ə qaçdı ki! Bayquş az qalsın ağaca dəyəcəkdi. Gəl Bayquşun xətrinə daha birini içək.
— Yox. Çox halsızam, bacarmıram, — Kirpi dedi. Gəl mən uzanım.
Ayı Kirpini həmənki yerə uzandırıb, kürkü üzərinə bürüdü.
— Hə, necədir, — Ayı dedi, — istidir?
— Həm də çox, — Kirpi dedi. — Bəs Bayquş haqqında uydurdun, hə? Etiraf elə.
— Nə danışırsan? Bax sən sağal, bir yerdə gəzərik.
— Gəzərik, — səssiz halda Kirpi pıçıldadı. Artıq yuxuya qərq olmuşdur.

  • Upvote 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
      • 7 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       

      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Like
      • 161 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Like
      • 55 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
        • Upvote
        • Red Heart
        • Like
      • 17 replies
    • ISOFORKLIFTREPAIR
      Ремонт вилочных электропогрузчиков включает в себя: 994706904766
      Выезд на место эксплуатации электропогрузчика для проведения технического обслуживания, диагностики неисправности, ремонта Диагностика и оценка целесообразности (рентабельности) проведения ремонта Подбор запасных частей необходимых для ремонта электропогрузчиков  Согласование стоимости и сроков проведение ремонта с заказчиком Непосредственно ремонт после утверждения стоимости и сроков ремонта Гарантия на выполненные работы 
      • 13 replies
    • В Азербайджане создается новый национальный парк, сравнимый с Каппадокией - ФОТО
      В Азербайджане ведется работа по созданию национального парка Ахар-Бахар. В рамках Года солидарности во имя зеленого мира в нашей стране планируется организация нескольких национальных парков.
      Как передает Bizim.Media, один из таких нацпарков будет располагаться на территории Гахского района.
      Заместитель министра экологии и природных ресурсов Вугар Керимов заявил, что в настоящее время ведется работа по созданию национального парка Ахар-Бахар на базе природного заповедника Илису.
      Эксперты-экологи утверждают, что данные территории простираются вдоль долины реки Ганых и обладают большим туристическим потенциалом. Окруженная горами и скалами территория Ахар-Бахар имеет богатую флору и фауну, является ареалом для различных видов животных и птиц.
      Специалисты также сравнивают это место с одним из туристических регионов Турции - Каппадокией (полупустынный регион в центральной части Турции, прославившийся благодаря своим уникальным достопримечательностям, созданным как силами природы, так и руками человека, а также полетам на воздушных шарах - ред.) - и считают его наиболее благоприятной местностью для осуществления полетов на воздушных шарах в будущем.
       

       

       

       

       

       

       

       

       

       

       

       

       
      https://media.az/society/1067957401/v-azerbaydzhane-sozdaetsya-novyy-nacionalnyy-park-sravnimyy-s-kappadokiey-foto/
        • Haha
        • Like
      • 36 replies
    • Первый в Азербайджане кубок по парапланеризму
      Все желающие могут посмотреть на сие действо с завтрашнего дня на Беш Бармаге. В действительности это очень важное событие для всех, кто занимается этим видом спорта у нас в стране, потому что мы единственная страна, которая получило правило проведения ивента не имея федерации.  Ожидается участие более 40ка пилотов с разных стран. Если есть какие либо вопросы, с удовольствием отвечу.
       
       
        • Like
      • 53 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...