Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Türkiyəlilərin Şah İsmayıla 500 Illik Nifrəti


Recommended Posts

679ccce810bb.jpg

Bu məqalə AŞMA əsərinin müəllifi, filosof Ağalar Məmmədov tərəfindən qələmə alınmışdır. Yazılanlar müəllifin şəxsi mülahizələridir. Meydan.tv bu məqaləni separatizmə meyilli olduğu üçün silmişdir.

“OSMANLI” DEYƏ ÇAĞRILAN DÖVLƏTİN GƏRÇƏK ADI

Bu dövlətin adı Osmanlı yox, Osmaniyyə olmuşdur, rəsmi bütöv adı belə idi: “Dövləti-Aliyyəyi-Osmaniyyə”.

Ancaq türkiyəlilər öz dövlətlərinə milli don geyindirmək üçün onu “Osmanlı” deyə çağırır, bizim Qızılbaş dövlətimizə isə “Səfəvilər” deyirlər. Halbuki, elə Osmaniyyə yazışmalarında o, Qızılbaş dövləti kimi adlandırılırdı. Özbək Şeybani xanlığı da yazışmalarda Qızılbaş dövləti yazırdı. Bu dövr üzrə bizim mərhum tədqiqatçımız, akademik O.Əfəndiyev də öz kitabında “Səfəvilər, yaxud Qızılbaşlar dövləti” yazır.

“Qızıl” və “baş” sözlərinin ikisi də anadilli sözlərimiz olduğu üçün, Osmaniyyənin siyasi varisi olan Türkiyə öz rəsmi dərsliklərində onu “Qızılbaş” adlandırmır, ona irani don geyindirmək məqsədilə “Səfəvi”; öz ərəbçi Osmaniyyə dövlətinə isə türkçü donu geyindirmək məqsədilə, tarixi təhrif etmək hesabına da olsa, “Osmanlı” adı verir. Mən də indiyədək, ancaq bilməyərəkdən, yazılarımda “Osmanlı” və “osmanlılar” yazmışam, yanlışıma görə üzr istəyirəm, indən belə “Osmaniyyə” və “osmanilər” yazacağam.

Bunları bizim tarixçilər deməli idilər. Sözsüz, mən “bizim tarixçilər” deyərkən, burdan-bura “Azərbaycan Xalq Cümhuriyyəti”nin adını “Azərbaycan Demokratik Respublikası” kimi kimi yazan, yəni gözümüz görə-görə ən yaxın tariximizi təhrif edən Cəmil Həsənli kimi adamları nəzərdə tutmuram.

Özləri dəbdən aralana bilmirlər, aralanana da “Sən gündəməyə gəlmək istəyirsən”, deyirlər.

TÜRKİYƏLİLƏR ŞAH İSMAYILA NƏ ÜÇÜN NİFRƏT EDİRLƏR?

Maraqlıdır ki, osmanilər Əmir Teymura basılıblar, Şah İsmayılı isə udublar, ancaq buna baxmayaraq, Teymura yox, İsmayıla nifrət edirlər, özü də 500 il keçməsinə baxmayaraq hələ də. Görəsən, nə üçün?

Məncə, burada yüz illərdir üstü açılmayan psixoloji bir səbəb var. Səbəb Səlimin Şah üzərində namərd, qürur verməyən, adam içərisinə çıxarıla bilməyən, sui-qəsdə oxşar qələbə qazanmağa məcbur olmasıdır. Gəlin, bu nifrətin üzərində bir az dayanaq.

Şah İsmayıl Xətainin ölkəsinə soxulub, Ona, yəni bir Şaha, “Ay qorxaq, niyə qabağıma çıxıb mənnən vuruşmursan?! Get başına ləçək bağla!” məzmunlu təhqiramiz məktublar göndərib, Onu inadla döyüşə çağıran və məktublarında Ona heç vaxt “şah” deyə müraciət etməyən (ancaq Çaldıranda qələbədən dərhal sonra dünyanın dörd bir yanına Şaha qalib gəldiyini fəxrlə xəbər verən) bu Səlim, Çaldıranda vuruşma vaxtı bilirsinizmi harada idi? Öz çadırında gizlənmişdi! Çadırın deşiyindən cəng meydanına tamaşa edir, Şahın topla vurulmasını əmr edirdi.

Şah İsmayıl isə Çaldıranda şəxsən döyüşə girmiş, güllə yarası alıb yaralananadək vuruşa-vuruşa Səlimin çadırına yaxınlaşmışdı. Şahın Çaldıranda göstərdiyi bahadırlığı düşmən olmaqlarına baxmayaraq o vaxtkı Osmaniyyə qaynaqları da etiraf etmişlər.

Əvvəllər osmanilər, indi də türkiyəlilər, onlara gecə ikən hücum etməyən, səhərəcən yatıb dincəlsinlər deyə vaxt verən Şah İsmayılın – bu igid adamın qılınc-qalxanlı atlılar ordusunu top-tüfəng atəşinə tutmaqla qalib gəlməyə məcbur olmaqlarını və ən əsası da Səlimin öz çadırından çıxıb Şahla vuruşmaqdan boyun qaçırmasını Şaha (qəribədir, Səlimə yox, Şaha!) bağışlaya bilmirlər. Məncə, Koroğlu dastanında “Tüfəng çıxdı, mərdlik getdi” sözüylə nəzərdə tutulan osmanilərin həmin bu namərdliyidir.

Təsəvvür edin, hökmdar hökmdarı açıq döyüşə çağırır, ancaq döyüş vaxtı özü çadırda gizlənir. Səlimin bu hərəkəti ümumtürk cəng qaydalarına görə bir dövlətin başını yerə soxan üz qaralığı və tarixi xəcalət idi. Əlbəttə, cəngdə hiylə işlətmək olar, ancaq Səliminki hiylə deyildi, oğuz terminologiyasında bunun adı “aldadıb ər tutmaq” idi. Şah İsmayıla əvvəllər osmanilərin, indi də türkiyəlilərin 500 ildir sönməyən kinlərinin səbəblərindən biri, bax budur.

Səlimin vuruş meydanına girmədiyini bilə-bilə, osmanilərin Səlimi Çaldıran düzündə Şah İsmayılla guya at üstündə üz-üzə dayanmış miniatürlərini çəkməkləri də məhz həmin tarixi xəcaləti gizlətmək istədiklərindəndir.

Türkiyə dövlətinin rəsmi dərsliklərində Şah İsmayıl Xətai hələ də rəzil düşmən adlandırılır, alçaldılır, guya arvadlarını meydanda qoyub qaçması, əyyaş olması və s. haqqında iftiralar həqiqət kimi tədris edilir; Türkiyə televiziya proqramlarında türkiyəli tarix professorları “azerilerin milli kahramanı” adlandırdıqları Şah İsmayılı ələ salırlar; Türkiyədə “qızılbaş” sözü hələ də söyüşdür.

Osmaniyyənin bizdən qopartdığı kənd və şəhərlərdə əsir qalaraq, Şah İsmayıl qızılbaşlığını yaşadan ələvilərə əvvəllər Osmaniyyədə, indi də Türkiyədə zülm edilir. Anadoluda “Açılın qapılar, Şaha gedəlim” deyən neçə-neçə Pir Sultan Abdallar öldürülmüşlər. Nifrətin qatılığına baxın ki, M.Füzuli Şah İsmayılı mədh edib deyə, türkiyəlilər onu Y.Əmrə qədər qəbul etmirlər. Yeri gəlmişkən, sünni islamçı Erdoğan‘ın nifrət etdiyi Bəşər Əsəd də bir ələvidir. 1993-cü ildə Sivasda Pir Sultan Abdal şənliyi keçirmək üçün toplanan ələvilərin qaldığı otelə od vurulmuş, nəticədə 30-dan çox ələvi intellektualı və sənət adamı diri-diri yandırılmış, Əziz Nesin son nəfəsində xilas ola bilmişdi. Bir sözlə, Çaldıran davam edir.

GƏLİN, ŞAHLA SƏLİMİ TUTUŞDURAQ

Osmaniyyə dövlətindən on minlərlə oğuz Qızılbaş dövlətinə axınla köç edirdi. Hətta Saray divanında Səlimin öz qohumları yüksək vəzifələrini, yerlərdə bəylər öz bəyliklərini buraxıb, Şah İsmayılın dövlətinə pənah aparırdılar. Bunu türkiyəli tarixçilər özləri deyirlər, ancaq bu köç axınının səbəblərini izah edə bilmirlər. Osmaniyyədən Qızılbaşlara köç elə kütləvi olub ki, hətta Səlimin Qızılbaşlara hücumunun əsas səbəblərindən biri kimi “bu gedişlə Osmaniyyə dövlətinin xalqsız qalma ehtimalı”nı (prof. T.Gündüz) göstərirlər.

İndi gəlin soruşaq, köç edənləri qızılbaş elində Şahın qılıncı gözləyirdisə, onminlərlə insan oraya köç edərdimi? İqtisadi amillərlə yanaşı, görünür, qızılbaşlıqda oğuzlara doğma gələn nələrsə, osmani hakimiyyətində isə əksinə, onlara yad nələrsə vardı.

Səlim Anadoludan köçüb qızılbaşlara qoşulmaq istəyən qırx min oğuzu qılıncdan keçirmişdir. Bunları açıb-ağartmırlar, “burada qırx min bədii ifadədir” deyirlər, malalayırlar, ancaq Şah İsmayılın vəhşi obrazını yaradırlar.

Şah İsmayıl guya anasını öldürübmüş. Bu da ərəblərin Babəkə nifrətlərindən uydurduqları iftiraya oxşar Osmaniyyə qaynaqlı iftiralardan biridir. Yaxşı, lap deyək öldürüb, bəs Səlimin öldürtdüklərini niyə demirsiniz?! Səlim böyük qardaşı Qorqudu və onun oğlunu, böyük qardaşı Əhmədi və onun oğlu Qasımı, mərhum böyük qardaşı Şehinşahın oğlu Mehmeti, mərhum böyük qardaşı Mahmudun beş oğlunu birdən (Musa, Mehmet, Osman, Emin, Orxan), mərhum böyük qardaşı Aləmşahın oğlu Osmanı, hətta öldürtdüyü qardaşlarının arvadlarını da öldürtdürmüşdür! Bu adam kiçik qardaş olduğu üçün ona düşməyən hakimiyyəti ələ keçirmək üçün qətliam törədib, qətliam!

Gəlin, o dövrdə Səlimə verilmiş təxəllüsə baxaq: Yavuz. “Yavuz” bizim dialektimizdəki “yava” sözüdür; yava – həyasız, əxlaqsız, pozğun, ədəbsiz deməkdir. Amma Şah İsmayılı qatil və cəllad kimi qələmə verirlər. Halbuki, Şah İsmayıl Səlimin atası Sultan II Bəyazidə məktublarında ona “ata” deyə müraciət edəcək dərəcədə nəcib, yumşaq, mənəvi insan idi. Səlim isə o qədər yava idi ki, ölüm səbəbi də həyatına yaraşan oldu: gündəyməzinə çıxan çibandan öldü.

Yüzillərdir Azərbaycanda, Şərqi Anadoluda, İranda, İraqda Şah İsmayıla şeirlər, mahnılar qoşurlar; Səlimə bircə misra yazıldığını eşitmisinizmi?!.

Osmani sultanlarının və saray əyanlarının mələz (“devşirme”, düdəmə) olduqları heç kimə sirr deyildir. Çaldıranda böyük bir oğuz dövlətinə qalib gələnlər avropalıların top-tüfənglə silahlandırdıqları mələzlər idi…

Osmanilər üçün qızılbaşlar Orta Asiya türklüyü ilə körpü idi. Səlim bu körpünü yandırmaqla Osmaniyyənin türklüklə bütün əlaqələrini kəsmiş oldu və sürətlə ərəbləşməyə üz tutdu. Yüz illər sonra osmanilərin türk dilini erməni Aqop Martayandan (Dilaçardan) öyrənməkləri də bunun nəticəsi idi. Bu, həmin durumlu-murumlu qondarma dildir ki, mən yazılarımda ona “türkiyəcə” adı verirəm, sadəlövh azərbaycanlılar isə bu dili “qədim türk dili” hesab edirlər.

QIZILBAŞLIQ XÜRRƏMİLİYİN DAVAMI KİMİ

Şah İsmayılın qızılbaşlığı əsla bu günkü fars şiəliyi deyildi. Biz bunu Osmaniyyə sərhədləri daxilində qalan, beləliklə şiələşdirici fars təsirindən uzaqda yaşayan və beləcə orijinal qızılbaşlığa daha yaxın qızılbaşlığı yaşadan bu günkü ələviliyin simasında da açıq görə bilirik.

Qızılbaşlıq xürrəmilik kimi, əski ümumtürk inamlarıyla da sintez olunmuş, bu günkü ələviliyə çox oxşar, bayatılı, çalğılı, çaxırlı, sintetik bir inam forması idi. Məsələn, Şah İsmayıl bir qulağına parlaq qaşlı sırğa taxardı, bu sırğa əski türk inamında Günəşin simvolu idi. Qızılbaş ordusunda qadınlar da vuruşurdu. Türkiyə tarixçilərinin özlərinin də etiraf etdikləri kimi, qızılbaş kişilər bir qadınla evlənirdilər, osmani sünniləri kimi dördünü birdən almırdılar.

82ef3063f5b1.jpg

“Qızılbaş” – başqalarından ayırd edilmək üçün başına qırmızı papaq qoyan şəxs idi. Birincisi, elə buradan görünür ki, Şah İsmayıl heç də hamını qılınc gücüylə qızılbaş olmağa məcbur etmirdi, qızılbaş olanlarla yanaşı qızılbaş olmayanlar da vardı.

İkincisi, “qızılbaş” adı əski ümumtürk adlandırmalarına yad deyildir, məsələn, qaraqalpaqlar (qarapapaqlar), ağbaşlar, yaşılbaşlar (özbəklərdə), qarabörklülər adlı boylar olublar. Qara qoyun yunundan papaq taxdıqları üçün qaraqoyunlulara qarabaşlar da deyilirdi. Yəni belə adlandırma ənənəsi öz ənənəmizdir.

Üçüncüsü, qırmızı (qızılbaşlar kimi qırmızı!) geyimli, ya da bayraqlı xürrəmilərin başçısı Babək titul-adının “papaq” sözümüzdən ərəb tələffüzüylə yaranmış olması fikri irəli sürülmüşdür. Mənim versiyama görə, “Babəki Xürrəmi” (Papağı Qırmızı) adı ilə “qızılbaş” adı arasında hansısa semantik bağlılıq var. Akademik Z.Bünyadov Şah İsmayılın atası Şeyx Heydərin Babəkin təliminə oxşar təlimi təbliğ etdiyi haqqında tarixi məlumatı qeyd edir. Türkiyənin mərhum şərqşünas və ədəbiyyat tarixçisi A.Gölpınarlı da “Qızılbaşlar xürrəmilərin mənəvi nəvələridirlər”, yazır. Bir sözlə, istər qızılbaşlığı, istərsə də ələviliyi ərəb Əliyə bağlamaq sonrakı dövrün persian məhsullarıdır.

AÇIQ DƏNİZƏ ÇIXIŞIMIZI KƏSƏN OSMANİYYƏ

1514-1828 tarixləri arasında, yəni təqribən 300 il ərzində bizim tarixi torpaqlarımız üç əsas tikəyə parçalandı: Osmaniyyə – avropalıların köməyilə indiki müstəqil Azərbaycandan da böyük bir ərazimizi; Rusiya – müstəqil olmuş indiki Azərbaycanı; İran – Güney ərazilərimizi qapdı. Sovet dövlətinin parçalanmasıyla Rusiya bizi, məlum qonşularımızın əliylə yaralayaraq ağzından buraxmağa məcbur oldu. Bununla da bu üçlük (Osmaniyyə, Rusiya, İran) arasıda biryolluq həll edilmiş problem yenidən xortlamış oldu. Bu, tarixin təkərinin geriyə fırlanması kimi gözlənilməz möcüzədir! Bəlkə də bir gün, yeni parçalanmalar baş verəcək, Türkiyə də, İran da torpaqlarımızı qusacaqlar, qusduracağıq, qusdurmalıyıq! (Qusmaq qaytarmaq sözünün sinonimidir). Hər halda Türkiyə də silkələnir, İran da…

Qafqaza gəlmə və bapbalaca xalq ola-ola ermənilərin dənizdən-dənizə “Böyük Ermənistan” vizyonu varkən; Anatole (Anadolu) torpaqlarını min ildir itirdiklərini iddia edən yunanların öz torpaqlarına qayıtmaq üçün 200 ildən çoxdur “Meqali idea” (“Böyük ideya”) planları varkən; bizim nə üçün öz dopdoğma torpaqlarımıza qayıdış strategiyamız və vizyonumuz olmasın?! Bizim milli miras mübarizəmiz olmalı, müstəqil Azərbaycanın yeni nəsil yazıçıları, tarixçiləri, siyasətçiləri və b. bu vizyona yiyələnməlidirlər.

“Bütöv Azərbaycan” iki əsas hissədən yox, üç əsas hissədən ibarətdir. Təkcə Qarabağa fokuslanmaq da kökündən yanlışdır. Təbriz, Ərdəbil, Dərbənd, Borçalı, İrəvan bizim tarixi torpaqlarımız olan kimi, indiki Türkiyənin Adana, Maraş, Malatya, Ərzincan, Gümüşxana, Rizədən üzü bəri, bu adı çəkilənlər də daxil olmaqla, hamısı bizim tarixi torpaqlarımızdır. Başlanğıcda Osmaniyyənin ərazisi indiki Türkiyə ərazilərindən iki dəfə kiçik idi, bizim torpaqlarımız hesabına qarnını bir belə dombaltdı. İndiki Türkiyənin demək olar yarısı bizim torpaqlarımızdır. Şərqi Anadolu kürdlərin olmadığı kimi, türkiyəlilərin də deyildir, bizimdir. Məsələn, Diyarbəkir ağqoyunlu Uzun Həsənin doğulduğu yerdir.

Bizim Rizə, Artvin, Ərdahan, hətta Trabzon üzərindən Qara dənizə, beləliklə açıq okeana və Avropaya birbaşa çıxışımız vardı, Osmaniyyə əlimizdən aldı. Bununla da bizim Avropa ilə birbaşa bağlılığımız kəsildi və beləliklə islam şərqi ölkəsi olmağa, persian şiələşməyə məhkum olduq. Çaldırandan sonra Şah İsmayılın sovuşmayan dərin bir kədərə qərq olub (İgid sındı – öldü!), dövlət işlərindən əl çəkməsi, bununla da Qızılbaş dövlətinin Səfəvilər-İran dövlətinə, qızılbaşlığın isə fars şiəliyinə çevrilməsinin əsası qoyuldu. Bunların hamısını bizə edən indiki Türkiyənin atası Osmaniyyə idi. (yazının ardı şəklin altındadır)

1a089c1a1cd2.png

Türkiyə elmi və dövlət siyasəti Çaldıran vuruşmasına da, bizə də siyasi qisas məsələsi kimi, biz isə hər şeyə mənəvi baxırıq. Faktik olaraq, mən bu saat “tarixi xatırladan” mövqeyində, Türkiyə dövləti isə öz rəsmi dərslikləri vasitəsilə “tarixi unutmayan” mövqeyindədir. Bu gün türkiyəcənin dilimizə hücumu həmin siyasətin davamıdır. Bizim indi artıq dövlətimiz var. Dünənədək bu hadisələr bizim üçün ədəbiyyat mövzusu idisə, indən belə artıq siyasət mövzusudur.

Gəlin, düşünək. Öz aralarında üç tikəyə parçalayıb qapdıqları tikələrdən birinin qurtulmasını Türkiyə-Rusiya-İran üçlüyündən hansı istəyərdi?! Osmaniyyənin varisi olan Türkiyə Ağqoyunlu-Qaraqoyunlu-Qızılbaş torpaqlarında yenidən peyda olmuş bu günkü Azərbaycan adlı dövlətə necə dost ola bilər?! O, bizə tarixi xortdan kimi baxır. Varisi kim sevər?! Ələlxüsus da mirası oğurlamısansa. Ancaq Cəmil Həsənli kimi, onbaşı-yüzbaşı ümumtürk hərb sistemini monqol hərb üsulu adlandıracaq dərəcədə ümumtürk tarixindən məlumatsız, elm meydanını boş görüb tarixçi adını qapışdıran bir təhrifçi osmaniləri indi bizə hətta xilaskar kimi soxuşdurmağa çalışır.

OSMANİ BALASININ DİLİNDƏ DANIŞMAĞA BAŞLAMIŞ QIZILBAŞ

Orta məktəb şagirdi olduğum vaxtlar idi. Evimizdəki kitabxanada Şah İsmayıl Xətainin şeirlərini açıb oxumağa başlamışdım. Kitabın girişində Şah haqqında verilən məlumatlarda Qızılbaş dövlətində ana dilimizin başlıca rolunu göstərmək üçün bir neçə misal verilmiş, sarayın dəftərxanasında “gecə patrulu”na “gəzər”, “təqaud”ə “kəsim” deyildiyini oxumuşdum. Bəlkə də o vaxt o kitabda çox sözlər oxumuşam, ancaq bu ikisi qalıb yadımda. Sonralar Türkiyədə A.Martayan (Dilaçar) adlı erməni dilçi “kəsim” sözü düzəltmiş və ona ərəbcə “zümrə” mənası vermişdir. İndi görün, nə utancverici rüsvayçılıqdır ki, qızılbaşların bu günkü varisləri olan azərbaycanlılar “kəsim” sözünü təqaüd mənasında yox, düşmənimiz olan Osmaniyyənin varislərinin diliylə, hətta bir erməninin diliylə zümrə mənasında işlədirlər.

“Türkiyə özümüzküdür, o, nəinki torpaqlarımızı işğal etmək, dilimizi məhv etmək, lap bizi zorlasa da, qəbulumuzdur, sağ olsunlar!” deyənlərə isə mənim sözüm yoxdur.

© Ağalar Qut

Edited by Maga Qasımov
Link to comment
Share on other sites

  • 2 weeks later...

Ən başdan sona qədər oxudum. Belə düşünürəm ki, bunu yazan ya Türk düşməni fars(erməni) qanı daşıyandır, yaxud Kosmosda yaşayıb və internet üzərindən indiki Azərbaycan haqqında təzadlar irəli sürüb. Tarixə cüzi marağı olan hər kəs bilir ki, Şah İsmayıl Xətai 13 yaşında 12ci imam adı ilə taxta gətirilib və güclü Türk düşməni fars sərkərdəsi olub.Osmanlının tarixi torpaqlarınada göz dikən Oğuz Türklərini biri-birinə qırdıran da elə bu Şiyələrin 12ci imamı şöhrətpərəst Xətainin acgözlülük Xətaları olub.Bu yazı böyük Türk millətinin bir gün yenə birləşərək tarixi təkrarlayacağını anlayanların uydurma məhzəb siyasətinin sünnü-şiyə məsələsinin artıq öz əhəmiyyətini itirdiyini görən xaricdən mənfəət güdənlərin uydurmasıdır.
Biraz fikirləşmək lazımdır, əgər AtatürkTürkiyədən Naxcıvana gedən yolu irandan almasaydı, İndi Naxcıvan ermənistanınmı yoxsa iranınmı əsarətində olardı?

  • Upvote 1
Link to comment
Share on other sites

  • 1 year later...
  • 2 months later...
В 12/23/2015 в 12:17, Maga Qasımov сказал:

TÜRKİYƏLİLƏR ŞAH İSMAYILA NƏ ÜÇÜN NİFRƏT EDİRLƏR?

Maraqlıdır ki, osmanilər Əmir Teymura basılıblar, Şah İsmayılı isə udublar, ancaq buna baxmayaraq, Teymura yox, İsmayıla nifrət edirlər, özü də 500 il keçməsinə baxmayaraq hələ də. Görəsən, nə üçün?

 

Fikir kökündən yanlışdır və ancaq türk düşmənlərinin təbliğatının bəhrəsidir

 

 

Link to comment
Share on other sites

  • 2 years later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Downvote
        • Upvote
        • Like
      • 156 replies
    • В Азербайджане введены ограничения на услуги такси - ПОВЫШЕНЫ ЦЕНЫ. Таксисты в отчаянии: они не могут оплатить долги и почему выросло число заявлений жителей в связи с занятостью.
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
        • Like
      • 15 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
        • Haha
        • Like
      • 23 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
        • Facepalm
        • Haha
      • 74 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Like
      • 40 replies
    • В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      В прокуратуре Сабаильского района проводится расследование по факту смерти двух человек - Кянана Мустафаева 1998 года рождения, и Орхана Амирова 1993 года рождения, а также госпитализации с диагнозом «отравление» Ниджата Джаббарлы 1991 года рождения и Хазара Джаббарлы 1998 года рождения, доставленных с одного из предприятий общественного питания, расположенных на территории Сабаильского района.
      Об этом говорится в сообщении пресс-службы Генпрокуратуры.
      Отмечается, что с целью установления обстоятельств происшествия, а также причин смерти и отравления пострадавших назначены соответствующие экспертизы, а также выполнены другие необходимые процессуальные действия.
      14:32
      В одном из отелей в Сабаильском районе столицы зафиксировано массовое отравление.
      Как сообщает Bakupost.az, четверо мужчин, отдыхавших в отеле, были госпитализированы в 1-ю Городскую клиническую больницу с диагнозом отравление.
      К сожалению, спасти двоих из них не удалось. Изначально предполагалось, что причиной стало пищевое отравление, однако медики не исключают и другие варианты.
      https://media.az/society/v-stolichnom-otele-otravilis-chetyre-cheloveka-dvoe-skonchalis
      • 44 replies
    • Какое наказание предусмотрено за умышленное повреждение чужого автомобиля?
      В Баку одному из припаркованных во дворе автомобилей был нанесен ущерб острым предметом. Владелец машины поделился в соцсети соответствующими видеокадрами.
      Как сообщает хezerxeber.az, в другом дворе с верхнего этажа здания на автомобиль был сброшен воздушный шар, наполненный водой. В результате владелец транспортного средства понес серьезный материальный ущерб.
      В последнее время в соцсетях часто встречаются видеоролики в связи с умышленным или непреднамеренным повреждением автомобилей или другого имущества граждан. Юристы отмечают, что за намеренное совершение подобного деяния правонарушитель может быть привлечен к ответственности или лишен свободы.
      Кроме того, если действие влечет за собой уголовную ответственность, на виновных может быть наложен штраф, в два-три раза превышающий размер причиненного ущерба. По словам юриста Шамиля Пашаева, подобные повреждения автомобилей не покрываются обязательным страхованием.
      В Министерстве внутренних дел заявили, что в случае, если потерпевший сообщит об умышленном уничтожении или повреждении его имущества, в местном органе полиции немедленно начинается расследование. Если будет доказано, что ущерб был причинен умышленно, будут приняты меры, предусмотренные законом.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 47 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...