Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Qaşıq


Recommended Posts

Bu hekayənin müəllifi gənc həmyerlimizdir. Bugün senzor.org adlı ədəbi saytda keçirilən hekayə müsabiqəsinin qalibi olub, mən də məhz bu vəsilə ilə həmən gənc yazıçını tanımışam. Adamın çox yaxşı təsvir qabiliyyəti var, sözlərdən o dərəcədə yöndəmli şəkildə istifadə edir ki, hər cümləsi yaddaşda həkk olunur və təsəvvüründə həmən sözlərin təsviri görüntülənir. Bəlkə də olduğundan artıq mübaliğə edirəm, ola bilər, lakin imkan olan kimi oxuyub, siz də qiymət verin =)

Qaşıq

Əvvəl əyalətdə yaşayırdıq. On dörd yaşım olanda atamı itirdik və evimizi satıb buraya gəldik. Mən, kiçik qardaşım və zavallı anam.

Qardaşım yemək qaşığını anamın ağzına çırpıb iki qabaq dişini salanda on bir-on iki yaşım olardı. Sanki, təbiət də olacaqları duymuş, uyğun bir libasa bürünmüşdü. Göy üzü qurğuşun rəngində idi, külək qamçı kimi evlərin soyuq divarlarına dəyib qayıdır, səs-küyündən qulaq batırdı, deyəsən yüngülvari yağış da çisəyirdi. Evimiz isə isti idi. Atamı gözləyirdik ki, gəlsin və birlikdə şam edək. Masanı qurmaqda, boşqabları düzməkdə anama kömək etmişdim, o da çəhrayı və dolğun dodaqlarını yanağıma yapışdırıb mükafatımı vermişdi. Üç yaşlı kiçik qardaşımın evvəl stula, sonra masaya dırmaşıb qaşığı anamın ağzına vurmasını görmədim. Əvvəl yerə çırpılmış yaş cında səsini xatırladan o səsi eşitdim, sonra iki əli ilə ağzından bərk-bərk yapışıb qaçaraq mətbəxə gələn anamı gördüm. Nə baş verdiyini soruşdum, onun isə başı ağzını yumağa qarışmışdı. Elə sakit, təmkinli davranırdı, sanki, heç nə olmamışdı, döşəmədəki qan izləri onun deyildi, işin belə olacağını da bir neçə saat bundan əvvəl bilirdi. Qonaq otağına getdim, kiçik qardaşım gözlərini mənə zillədi, üzündə elə ifadə var idi, sanki, əsgər idi, minaya basdığının fərqinə az öncə varmışdı. “Niyə etdin” dedim, heç nə demədi. Nə ilə vurduğunu soruşanda yalnız tutacaq yeri görsənən, qalanı isə divanın altında girib görünməyən qaşığı göstərdi. Sanki, qaşıq da etdiyi əməldən utanmışdı, başını divanın altına soxmuşdu ki, görüb-eləyən olmasın. Anam bir neçə saat əvvəl kürlük etdiyi üçün qardaşımı yaxşıca kötəkləmişdi, uşaq da çox kinli uşaq idi, intiqamını almasa bağrı çatlardı, yəqin anamın məni öpməsi qəzəbini daha da artırmışdı. Mətbəxə, anamın yanına qayıtdım, dodağı yamanca şişmişdi. Bu qadın heç anama oxşamırdı.

“Qabaq dişlərimi salıb, yaman ağrıyır, biri yarıdan qırılıb, biri isə tamam düşüb.”

Səsi də anamın səsinə bənzəmirdi. Qəribə və ürəkbulandırıcı idi. Quşlar danışa bilsəydilər yəqin elə beləcə danışardılar. Sözləri də hürürmüş kimi aram-aram deyirdi. Həyatımda ilk dəfə anamdan iyrəndim. Üzümdəki ifadəni sezdi və pərt oldu. Bəlkə də, həmin ifadə indən belə anamın heç gülməməsinə, lazım olmadıqda danışmamasına, danışanda da sağ əlini ağzına aparmasına səbəb oldu. Az sonra isə qapı döyüldü, atam idi. Həmişə qapını anam açdığı halda, bu dəfə mən getdim. Atam məni görəndə çaşdı, üzümdən öpdü, sonra gülümsünüb anamı soruşdu, dedim ki, mətbəxdədi. Hiss olunurdu ki, evə yaman tələsirmiş, ayaqqabılarını, gödəkcəsini bir andaca soyundu, yeməyin dadlı qoxusunu içinə çəkib qarnını sığalladı, mətbəxə girib anama nəsə dedi, cümləsi tamamlanmamış qaldı, yarımçıq cümlə havada bir müddət asılı qalıb sonra yerə çırpıldı və çilik-çilik oldu. Bir müddət qulaqbatırıcı sükuta büründü ev, sonra anam cikkildəməyə başladı, olanları danışdı. Mən və qardaşım qonaq otağında idik. Atam gəldi. Sifəti qəzəbdən bərkiyib kərpicə dönmüşdü. Suyu verilməmiş dipçək gülü kimi büzüşüb, gözlərini kiçicik pəncələrinin arasındakı boşluğa zilləyən qardaşıma bir xeyli baxdı, o an atama da, qardaşıma da yazığım gəldi.

“Sənin canını alacağam, yaramazın yekəsi.”

Atam bir andaca elə çığırdı ki, kölgəsindən ürkən at kimi yerimdə dik atıldım, qulağımın cingiltisi gecənin gec vaxtlarına kimi yaxamı buraxmadı.

Qardaşım qorxusundan bilmədi ağlasın, ya sakitcə durub gözləsin. Sonra isə özünü saxlaya bilməyib hönkür-hönkür ağladı. Elə bil, tazı kimi hiss etdi ki, ağlasa daha yaxşı olacaq. Elə bərkdən ağlayırdı, sanki, ayağının altında tonqal qalamışdılar, ya da dərisini maqqaşla didirdilər. Yəqin, qardaşım can almağın nə olduğunu, necə edildiyini bilmirdi, yaramaz sözünü də ilk dəfə idi eşidirdi. Atam heç qışqırmayıb, adicə o üz ifadəsi ilə “səni çox istəyirəm, balası, al kökə də gətirmişəm sənə, ye” desəydi belə, əminəm ki, qardaşım indiki kimi zar-zar ağlayacaqdı.

Uşaq marağı ilə işlərin necə qurtaracağını gözləməyə başladım. Atam isə ayağını basmağa yer axtarırmış kimi bir xeyli döşəməyə baxdı, nəsə demədən yataq otağına getdi, uşaq da bir müddət ağlayıb kiridi. Mənsə səhərə qədər yatmadım.

Anam çox gözəl gülürdü, o güləndə, sanki, evimizə günəş doğurdu. Qar kimi bəyaz dişləri ilə qalın çəhrayı dodaqlarının vəhdəti elə gözəl idi ki… Sanki, gülüşə çevrilmiş bir şeir idi. Indi isə həmin şeir şeirlikdən çıxıb qara-qura, pinti hərflərlə yazılmış eybəcər bir divar elanı olmuşdu. Çox yəqin, həmin gülüş idi, səadətimizin, firavanlığımızın səbəbi. Anam necə gözəl güldüyünün fərqində idi və bundan silah kimi istifadə etməyi bacarırdı. Yaxşı mənada. Atam işdən yorğun-arğın qayıtdıqda gülüşünü ona səxavətlə paylayırdı və həmin gülüşlər qupquru torpağın yağışı canına hopdurduğu kimi, atamın bütün yorğunluğunu sovurub harasa uzaqlara uçub gedirdi. Nədənsə atamın gözləri həmişə par-par parıldardı, üzündə də güləş bir ifadə olardı, təbəssümünü heç zaman əsirgəməzdi, sanardın, doğulanda da gözləri beləcə parıldamış, ağlamaq əvəzinə isə təbəssüm edib insanlara baxmışdı. Anama elə şəfqətlə, sevgi dolu baxışlarla baxırdı, sanki, dahi rəssam öz şahəsərinə tamaşa edir. Bizim yanımızda həmişə anamın alnından öpərdi.

Həmin gündən atamın üfürülmüş köz kimi parıldayan gözləri yavaş-yavaş parıltısını itirməyə başladı, üzündəki ifadə suda əriyib itən süd damcısı kimi əriyib itdi. O sevimli ifadənin yerini başqa bir ifadə ələ keçirdi. Elə bil, atama çətin bir tapmaca vermişdilər, o da bütün gün cavabını axtarmaqla məşğul idi. Bizimlə demək olar ki, heç nə danışmırdı, işdən qayıdan kimi yemək belə yemədən səssizcə otağına gedib kəlləni qoyub yatırdı. Tapşırmışdı ki, qapını açıq qoyaq, işdən gələndə heç kim onu qarşılamasın.

Məncə, atam anamın gülüşünü sevib evlənmişdi. Çünki, anamda başqa cəlbedici heç nə yox idi. Qardaşım, o qaşığı atamın sevgisinə çırpmışdı, xoşbəxtliyimizə çırpmışdı, çilik-çilik etmişdi.

Anam da üzünə heç nə ifadə etməyən maska taxmışdı, elə dalğın idi, elə bilirdin, tiryək sərxoşudur. Dişlərinə də heç qulluq etmirdi, yəqin hamısı sapsarı olmuşdular, danışanda ağzını əli ilə qapadığı üçün görə bilmirdim, çox yəqin elə idilər. Ailəm üçün çox darıxırdım.

Evdə dava-dalaşlar başladı, atam evə içkili gəlirdi, səbəbsiz yerə anamı döyüb əziyyət edirdi. İlk dəfə bizim yanımızda söyüş söydü atam. Anamızın ağzını. Sanki, söyməyə başqa yer yox idi. Anam da ilk dəfə bizim qarşımızda ağladı, əlini də ağzına tutdu ki, eybi bilinməsin, dişləri görsənməsin. Döyülərkən ağlamırdı, atam öləndə də ağlamadı, ümumiyyətlə onu bir daha ağlayan görmədim. Qardaşımın isə heç nə vecinə deyildi, olanlardan-bitənlərdən xəbəri də yox idi. Ona nifrət edirdim, tez-tez acılayırdım, bəzən də, əsəbləşib vururdum.

Günlərin bir günü atamı işdən qovdular. Elə arıqlamışdı, sanki, içindən qurdlar gəmirirdi onu. Üzünü saqqal basmış, bədəni tamam sustalmışdı. Anam bizlə yatırdı, o da öz otağında səhərədək, cüzamlı adamlar kimi zarıyır, kiməsə lənətlər yağdırırdı. Bir gecə içkili-içkili heç nədən yerdə oturub oyuncaqları ilə oynayan qardaşımın sinəsinə güclü bir təpik vurdu, uşaqdan elə səs gəldi ki, zənn etdim ki, keçindi, ya da bir azdan can verib öləcək. Atama nə əsəbləşdim, nə də etdiyi xoşuma gəldi, çox fərqli duyğu idi. Anam isə üstünə cumub qarğaya-qarğaya atamın üz-gözünü cırmaqlamağa başladı, bir əli ilə də ağzını tuturdu. Atam o gün hamımızı yamanlaya-yamanlaya çıxıb getdi, bir həftə evə gəlmədi. Vəziyyətimiz də günü-gündən ağırlaşırdı, aclıq çəkirdik. Atam fəhlə işləməyə başladı və günlərin bir günü inşaatdan yıxılıb keçindi. Qəza ilə oldu, yoxsa özü-özünü atdı, bilmirəm. Atamı basdırdıq. Hər il gedib, məzarını ziyarət edirəm, ot-alağını təmizləyirəm, məzar daşını yudurduram. Atam yaxşı adam idi. Elə çox istəyirdim onu, elə çox sevirdim, anamdan daha çox. Həmişə mehriban idi, elə sadəlöv, elə təmiz insan idi ki…

Atam öləndən həyatımız daha da çətinləşdi. Evi satmağa məcbur olduq və şəhərə köçdük. Ev kirələdik, birtəhər yaşadıq, anam işləyib min bir əziyyətlə qayğımıza qaldı, başımızın çarəsinə baxdıq. Oxudum, qardaşımı da oxutdum, indi başqa ölkədə yaşayır, yaxşı bir iş tapdım, evləndim, uşaqlarımı böyütdüm. Artıq az yaşım yoxdu, saçlarım ağarmağa başlayıb, anam da altmışı çoxdan haqlayıb. Yaxşı taxma dişlər də qoydurmuşam ağzına. Kaş o vaxtlar da olaydı bu zibiləqalmış dişlər.

Həmişə çalışmışam ki, sevindirim. Üzünü güldürə bilim. Bir neçə il qabaq güldü, iyirmi ildən çox idi ki, gülmürdü, taxma dişləri olmasına baxmayaraq, yenə əlini ağzına apardı. Ancaq, inanıram ki, bir gün güləcək, uşaqlığımdakı kimi güləcək, əlini də ağzına aparmayacaq. Mən də düşünəcəyəm ki, kaş atam da sağ olaydı, bunu görəydi. Yəqin gözləri əvvəlki kimi parıldardı. Mən də çevrilib uşaq olardım.

© Xan Abdulla

  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Like
      • 34 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 29 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Red Heart
        • Like
      • 13 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Upvote
        • Thanks
        • Red Heart
        • Like
      • 100 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Haha
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Downvote
      • 702 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...