Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Uşaqlıq Nağılları


Maga Qasımov

Recommended Posts

193601f5bf52.jpg

Axşam isə, çay içərkən, Ayı dedi:

— Nə vaxt olacağını bilmirəm, ancaq nə vaxtsa hökmən hər şey yaxşı olacaq.

— Əlbəttə! — Dovşan Ayının fikrinə dəstək verdi.

Kirpi isə düşünürdü:

«Məgər bu doğrudur ki, hər şey pis və yalnız pis olsun — axı nə vaxtsa yaxşı da olmalıdır!»

© Sergey Kozlov «Xırda qar yağırdı. Hava mülayim idi»

89e9a6c247e9.jpg

Lesli: Atam deyir ki, televizor beyin hüceyrələrini məhv edir.

Skot: Sənin atan heç nəyi başa düşmür. Biz hər gün televizora baxırıq!

Lesli: Görünür elə!

© Ketrin Paterson «Terabitiyaya körpü»

b34e1cfa949f.jpg

— Başqaları da səni görəcək? — Lüsi soruşdu.

— Əvvəlcə yox, — Aslan dedi — Sonra isə — Baxır gedişata.

— Axı onlar mənə inanmayacaq! — Lüsi qışqırdı.

— Bu önəmli deyil, — Aslan cavab verdi.

— Oy-oy, — Lüsi fəryad etdi. — Amma mən səni tapdığım üçün elə sevinirdim ki. Mən düşünürdüm sən burada qalmağım üçün mənə icazə verəcəksən. Düşünürdüm ki, sən nərildəyəcəksən, və bütün düşmənlər əvvəlki tək vahiməyə gələcək. İndi isə hər şey o qədər qorxuludur ki.

— Sənin bunu başa düşməyin çətin məsələdir, əziz balaca, — Aslan dedi, — heç nə, heç vaxt əvvəlki kimi olmur.

© Klayv Lyuis «Narniya səlnamələri»

71aeabaec439.jpg

Cənab Benksin balaca özüylə dialoqu:

— Amma mən bütün pullarımı verəcəyəm! Bütün!

— Amma nəticədə sənin evinə, bağına və əllərinə dəyilməyəcək! Məgər onlarla yaşamaq mümkün deyil?!..

— Pullar mənə pulları yaratmaq üçün lazımdır, onlar — mənim istehsalat alətimdir. Mən — maliyyəçiyəm! Pulum olmadığı təqdirdə, müxtəlif müəssisələrə nə yatıracağam?..

— Bəlkə, yaxşısı ümumiyyətlə heç yerə yatırım etməməkdir? Sənin heç olmasa bir dəfə də olsun bəxtin gətirib?.. Ola bilərmi ki, sən maliyyəçi olduğunu yalnız zənn edirsən?..

— Bəs mən kiməm?..

© Pamela Trevers «Meri Poppins»

433fbee09acc.jpg

İa-İa məyus halda yerə baxıb, dururdu və Vinni-Puh şübhəli şəkildə onun ətrafına dolandı.

— Oy, sənin quyruğunla nə olub belə? — o təəccüblü halda soruşdu.

— Ona nə olmalıydıkı? — İa-İa dedi.

— O yoxdur!

— Sən səhv eləmirsənki?

— Quyruq ya var, ya da yoxdur. Məncə, burada səhv etmək mümkün deyil.

© Alan Miln «Vinni-Puh və hər şey-hər şey-hər şey»

8eb3818a51ee.jpg

— Əziz Peppi, bəlkə sən ilk gecəni bizdə keçirəsən? — Annika soruşdu.

— Yox, qətiyyən olmaz, — Peppi cavab verdi və doqqazın böyründəki qar təpəsinə şappıltı ilə yıxıldı. — Axı mən öz evimi səliqə-səhmana salmalıyam.

— Sən heç fikirləşmisənki, orada sənə necə soyuq olacaq, — Tommi dedi, — Axı sənin evin çoxdandırkı istiyə həsrət qalıb.

— Boş şeydir, — Peppi ucadan dedi, — ürəyin isti olub, möhkəm döyündüyü zaman, donmaq mümkün deyil.

© Astrid Lindqren «Uzuncorab Peppi»

86aa94da92f7.jpg

— Kədərlənmə, — Alisa dedi. — Gec və ya tez hər şey məlum olacaq, hər şey öz yerini alıb, tək və gözəl sxemdə cəmlənəcək, bəzəkli bağlar kimi. Hər şeyin nə üçün lazım olduğu məlum olacaq, çünki hər şey düzgün olacaq.

— Hə, elə də olacaq. Ancaq bəzən bu prosesə bir az da olsa kömək eləmək lazımdır, yalnız gözləməklə iş bitmir, — Pişik cavab verdi. — Həqiqətin necə olduğunu bilmək və hiss etmək gərəkdir… Əks halda elə bir ehtimal var ki, hər şey öz yerini aldığında biz heç nəyi başa düşməyəcəyik.

— Və ya elə bir ehtimal var ki, biz nəyisə tələsik və ya vaxtından əvvəl eləyib bütün işləri korlaya bilərik, — qızcığaz əlavə etdi.

— Zınqırovu eşitdikdə, hərəkətə keçməlisən. Onun haraya çağırdığından asılı olmayaraq, ilk addımdan sonra daha asan olacaq, naxış isə aydınlaşacaq. Sən özün zınqırovu çalsan, bu axmaqlıqdır, amma daha böyük axmaqlıq sənin onun səsini eşitməməyin olacaq, — Pişik dedi və yox oldu, havada yalnız özünün boz və zolaqlı quyruğunu atıb getmişdi.

© Luis Kerroll «Alisa möcüzələr diyarında»

ad53fd150890.jpg

«Qoy mən o şahanə quşların yanına uçum; yəqin ki onlar bu dərəcədə çirkin quşun onlara yaxınlaşmağa cürət elədiyi üçün, məni öldürəcək, amma olsun! Ördək və toyuqların çimdiklərinə, quşçunun zərbələrinə, qışın soyuğuna və aclığına dözməkdənsə, qoy elə onlar tərəfindən öldürülüm.»

O suyun üzərinə enib, yaraşıqlı qu quşlarına doğru üzməyə başladı, onlar ördəyi görər görməz onun üzərinə yönəldilər.

— Öldürün məni! — zavallı ölüm gözləntisində başını aşağı saldı, ancaq ayna kimi pak suda o nəyi gördü? Öz təsvirini, lakin o eybəcər tünd-boz rəngli quş deyildi, o — qu quşu idi!

Ördək yuvasında dünyaya gəlmək bədbəxtlik deyil, əgər qu quşunun yumurtasından çıxmısansa!

© Hans Kristian Andersen «Çirkin ördək balası»

Edited by Maga Qasımov
  • Upvote 2
Link to comment
Share on other sites

  • 6 months later...

                                                

 

Lampacığın оtaqda yeri hamınınkından yaхşı idi. Оnu hündür güzgünün qabağına qоymuşdular. Bu, tamamilə ürəyindən idi. Lampaçığın ən sevimli məşğələsi səhərdən aхşamacan güzgüdə özünə baхmaq idi. Tez-tez qızıl-хurmayı saçlarını qarışdırıb yenidən səliqəyə, salırdı. Aхı, оnun əlindən başqa heç nə gəlmirdi. Bir də ki, üç gündən sоnra Işıqfоrun qırmızı gözü оnlara qоnaq gəlməli idi. Gərək saçlarını elə səliqəli düzəldəydi ki, hamıdan çох gözə dəyəydi. Aхı о Lampacığın nişanlısı оla bilərdi. Dünyada оna tay ikinci bir nişanlı tapmaq heç sizin ağlınıza da gəlməsin. Stоlüstü lampa bütün diqqətini tоplayıb saçlarını qaydaya saldı. Bu işlə düz altı| saat iyirmi səkkiz dəqiqə, оtuz iki saniyə məşğul оldu. Sоnra güzgünün qabağında fırlanıb özünə yaхşı-yaхşı baхdı. Üç dəfə sağdan, üç dəfə sоldan, altı dəfə arхadan və iyirmi iki dəfə, qabaqdan baхıb üzünü mənə tutdu.

— Хalacan, sən bilən necə görunürəm, hə? Deyəsən pis deyiləm aхı!

Mən dоdaqlarımı çeynədim. Оnu acılamaq istədim, amma fikirləşdim ki, belə əziz gündə хətrinə dəymək məsləhət deyil. Azacıq kinayə ilə dedim:

Məncə yuхarıdakı telinin biri lap azca sağ tərəfə əyilib.

Amma оnu hər adam görə bilməz. Yalnız lampagözlülər seçə bilərlər.

Lampacığın qanı bərk qaraldı. heç buna dözmək оlardı?!

Gör о özünə qarşı nə qədər diqqətsiz оlub ki, telinin biri azça əyilib! Birdən qоnaqlardan kimsə bunu sezsə nə оlar?! Yох, yох, Lampacığın ürəyi о saat partlayardı.

О, saçlarını qarışdırdı. Öz sevimli peşəsinə yenidən başladı....

 

 

 

Zahid Xəlil, "Lampacıq"dan bir hissə

  • Upvote 2
Link to comment
Share on other sites

  • 1 month later...

 

Kiçik tülkücük yuvasından çıxdı, təbəssümlə ətrafa boylandı. O meşəyə gəzməyə getdi, ilk dəfə olaraq... Palıdın budağında arıquşu oturmuşdu.

- Xoş gördük ! – Arıquşu cikkildədi. - Gəlsənə uçaq !

O, qanadlanıb havaya qalxdı, talanın üzərində dövrə vurmağa başladı. Tülkücük hoppandı, pəncələrini çırpdı, elə həmin anda otun üstünə yıxıldı.

- Uçmaq məndə alınmır. - Tülkücük köksünü ötürdü.

Ana arıquşu quşcığazı səslədi :

- Evinə dönsənə, mənim balaca balam !

 

Tülkücük yoluna davam etdi. Ağacların arasından sığın balası göründü :

- Gün aydın ! - Sığın çağırdı. – Gəl buynuzlaşaq ! olduqca əyləncəlidir.

- Yox, buynuzlaşmağı bacarmıram. buynuzum yoxdur axı. – tülkücük dedi.

Onlar ayrıldılar, sığın anasının ardınca yollandı, tülkücük də məyus yoluna davam etdi.

 

Kiçik dələ tülkücüyün önündən tullandı, küknarа dırmaşdı.

- Sən də gəl ! – Dələ çağırdı. – Buradan bütün meşəlik görünür !

Tülkücük pəncəsini ağacın gövdəsinə dayadı, caynağını keçirib dartınmağa çalışdı, alınmadı. Bu anda ana dələ balasını səslədi :

- Haradasan, mənim balaca balam ? gəl, sənin üçün göbələk yığmışam.

 

Tülkücük ağladı, o evinə qaçdı :

- Ana ! Anacan ! – balaca tülkü hönkürüb ağlayırdı.

Mən bacar- mı-ram... nə uçmağı, nə buynuzlaşmağı, nə ağaca dırmaşmağı. İndi sən daha məni sevməyəcəksən ?

:nett:

- Əlbəttə sevəcəyəm – ana gülümsündü. – Mən səni sadəcə, mənim əziz, dəyərli, sevimli balam olduğun üçün sevirəm.

:smile:

  • Upvote 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
      • 59 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 112 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 135 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...