Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Pyotr Mamonov Həyatın Anlamı Haqqında


Recommended Posts

db3edb7bc50d.jpg

Mələklər və ayaqları olmayan insan.

— Qarşınıza çıxan hər bir insan – mələkdir. O sənin köməkçindir, və sən onunla əbəs yerə qarşılaşmamısan. O səni ya sınayır, ya da ki sevir. Digəri mümkün deyil. Cavanlıq çağımda başıma qəribə bir əhvalat gəlmişdi. Bir yoldaşla oturub, içirdik, bitirəndə artıq gecə idi. Səhər zəng eləyib, hal-əhval almaq istəyirdim ki: elektrik qatarın altına düşüb, hər iki ayağının kəsildiyi haqda xəbər aldım. Dəhşətli bəladır, elə deyilmi? Gəlmişəm xəstəxanaya onun yanına, deyir ki: «Sənin vəziyyətin yaxşıdır, mənim isə…» — yorğanı açdı… və gördüklərim məni vahiməyə saldı. O çox qürurlu insan idi. İndi isə daha şən və iffətli birisinə çevrilib. Həmən hadisədən sonra ayağına protez taxdırdı, ailə qurdu və dörd övlad sahibi oldu; həm də uşaqları çox sevirdi, ilbəil uşaqlar üçün yeni hekayələr yazırdı, bir sözlə xoşbəxt idi. Görürsünüz də Tanrı fiziki əzabı olan insanların qəlbində necə şəfa tapır. Çox güman ki, adamın başına həmən o dərd gəlməsəydi, qüruru ilə öyünməyə davam edərdi – və vaxtı gəldiyində, bayat qabıq kimi quruyardı. Ruhun pak olunması üçün, bu ən yaxın, fəqət qəliz yollardan biridir. İnsan hər dəqiqəsində maariflənməlidir, hər dəqiqəsində nə deyəcəyini düşünməlidir. Və nəyisə yaratmalıdır, mütləq və hökmən yaratmalıdır.

Həyat bəzən bizə çox ağır zərbələr vurur, fəqət hər zərbə — dərmandır. Cəzalandırmaq – cəza sözündən törəyir. Bizdə isə (ruslarda) cəza – dərs, təlim deməkdir. Tanrı qayğıkeş ata kimi bizə həyatı öyrədir. Övladını küncə qoyur ki, növbəti dəfə o yanlışa yol verməsin. Uşaq canfəşanlıqla yola qaçmaq istədiyi zaman, atası onu saxlayır və qəzadan xilas edir. Eynilə də Tanrı. Nəfs – imtahandır. İmtahan isə nə üçündür? Onu müvəffəqiyyətlə qət etmək üçün. Bu sınaqlar zamanı biz hər dəfəsində daha da pak oluruq. Biz başımıza gələn qəm-qüssəni dinməz-söyləməz, dinc şəkildə yola verməliyik. Niyə? Çünki yolumuz budur.

Həyatın əsl anlamı – sevgidir.

— Biz nə üçün yaşayırıq? Uzun illər bu suala cavab verməkdən çəkinirdim – hər zaman ondan yan keçirdim. Kef eləyirdim, içirdim, savaşırdım, və hər dəfəsində də bir şüarım olurdu: «Mən başçıyam». Həyatın əsl anlamı isə — sevgidir. Bu o deməkdir ki, həyatda nəyisə qurban verməlisən, qurban vermək isə — nəyisə fəda etməkdir. Sxem çox bəsitdir. Bu o demək deyil ki – siz kilsəyə gedərək, şam yandırıb, dua etməlisiniz.

İcazə verin izah edim: Çeçenistan, 2002-ci il, 8 əsgərdən biri səriştəsizlik göstərib, qumbaranın milini çıxardır, və qumbara fırlanmağa başlayır. Podpolkovnik, 55 yaşı var, həyatında bir dəfə də olsun kilsəyə getməyib, bir dənə də olsun şam yandırmayıb, inancsızdır, kommunistdir, dörd övladı var… qumbaranın üzərinə atlanır, və doğram-doğram olur, əsgərlər isə sağ qalır, komandir isə güllə kimi – cənnətə gedir. O qurbandır. Həyatını başqasının həyatı üçün fəda edən kəsdən üstün heç kim ola bilməz. Müharibədə hər şey məlum olur. Orada hər şey sanki filtrədən keçir. Ətalətli həyatımızda isə hər şey daha dağınıq formada olur. Biz düşünürük ki: yaxşı əməllər üçün sabah da var, birisigün də var… Bəs əgər qəflətən bu gecə vəfat etsən? Əgər çərşənbə günü vəfat edəcəksənsə, lənətə gəlmiş cümə axşamı günü haqqında niyə düşünməlisən axı? Sanki dünən Oleq Yankovskiy ilə yan-yana əyləşmişdik, bax orada hələ də gödəkçəsi var, orada isə papirosu qalıb.

Bəs indi Oleq İvanoviç haradadır? Biz onunla “Çar” filminin çəkilişləri zamanı tanış olmuşduq. Həyat haqqında çox danışardıq. Mən onun ölümündən sonra belə onunla danışıram. Dua edirəm ki: «Tanrım, onu bağışla və canını hifz elə!» Oraya sadəcə bir şey keçir – o da dua. Ona görə də, öldüyüm zaman mənim şam ağacından olan əzəmətli tabut və güllərə gərəyim yoxdur. Dua edin, yoldaşlar, mənim üçün, yaxınlarınız üçün dua edin.

Tanrını, çomağı ilə gəzib, hər şeyə qəzəblənən ağsaqqala bənzətməyin, onun səmada oturub, bizim savab və günahlarımızı hesabladığını düşünürsünüzsə, yanılırsınız, işi-gücü qurtarıb! O bizi analarımızdan daha artıq sevir, bütöv yaxınlarınızın cəmi məhəbbəti onun sevgisi qədər saf və qüdrətli deyil. Və əgər o sizə kədərli məqam bəxş edirsə — demək ki könlünüzün buna ehtiyacı var.

Özünü xilas et – və səndən bu qədər.

— Meyvəni dadmadan, onun təamı haqqında danışmaq olmaz. Bu eynilə inancsız birinin, dini mühakimə etməsinə bənzəyir. Bir az da güzəştə getməyi bacarın, illərdir küsülü olduğunuz yoldaşınızla əlaqə saxlayıb, deyin ki:«Filankəs, gəl bütün bu hekayəni bitirək: nəyisə mən səhv dedim, nəyisə sən… Dur gəl, gedək kinoya» Və siz görəcəksiniz ki, artıq gecədən hər şey çox yaxşı olacaq! Edilən hər əməlin yüz qatı geri qayıdır, cır-cındır şəklində yox, könlün durumu şəklində. Əsl xoşbəxtlik də, məhz elə budur. Lakin ona müvəffəq olmaq üçün, hər dəqiqə nə deyəcəyimizi, nə edəcəyimizi düşünməliyik. Bütün bunlar elə yaradılış deməkdir.

Ətrafda baş verənlərə diqqət eləyin: nə qədər yaxşı, saf, şən simalar var. Əgər biz murdar şey görürüksə — demək ki o bizim daxilimizdədir. Bənzər öz bənzəri ilə birləşir. Əgər birisini görüb: «Bax, oğru gedir» deyirəmsə – demək ki, elə mən özüm də həyatımda min dollar olmasa belə, heç olmasa bir mismar əkişdirmişəm. İnsanları mühakimə etməyin, ilk öncə özünüzə baxın. Özünü xilas et – və səndən bu qədər. Tanrını daxilinə qaytar, nəzərini, gözlərini zahirətə deyil, daxili aləminə qərq elə. İlk növbədə özünü sev, ardıyca isə bu özünəvurğunluğunu qarşındakı şəxsə olan sevgiyə çevir – bu normaldır. Biz hamımız azğınıq. Səxavətli olmaq əvəzinə — xəsislik edirik. Tərsinə yaşayırıq, camaatın başına çıxırıq. Ayağa durub yer vermək – sanki zəif olduğumuzu büruzə verməkdir. Təsəvvür edin ki, ehtiyacı olan birisinə min dollar pul vermisiniz, lakin sonra dərd sizi götürüb ki, kaş ki daha az pul verərdim, yadınızda saxlayın, belə düşündüyünüz halda – yaxşılıq etdiyinizi qətiyyən ağlınıza belə gətirməyin.

Mən bu günü yaşadım – bundan kiməsə fayda dəydimi?

Hər gecə özümüzə asan bir sual verməliyik: mən bu günü yaşadım – bundan kiməsə fayda dəydimi? Baxın, məsələn mən, məşhur, nüfuzlu artist və ifaçıyam, — sizinlə elə danışa bilərəm ki, simlərin üzərində gəzə bilərsiniz. Fəqət bundan mənə fayda dəyəcəkmi? Və yaxud sizə? Şeytanın adlarından biri – ayrı salandır. Daxilimizdəki şeytan bizi təlqin edir: «Qoca, sən haqlısan, insanları istədiyin kimi idarə elə!». Mən çalışıram ki, daxilimdəki o şeytanın səsinə səs verməyim. Qəlbimin abadlıq işlərində irəli getməyə çalışıram. Ditdili addımları ilə olsa belə. Heç nə ilə öyünmək istəmirəm: nə filmdəki rolum ilə, nə şeir, nə də nəğmələrim ilə — istəyirəm ki bütün bunları kənardan izləyim. Xoşbəxtəm ki, bunlara diqqət etməyə başlamışam. Həyatda çox şeyi ötürmüşəm, və buna görə də çox təəssüf edirəm. Buna görə hətta ağlayıram, təbii ki daxilən. Hər şey daha pak və yaxşı ola bilərdi.

Bir nəfər mənə demişdi ki: bilirsən sən niyə belə yaxşı mahnılar bəstələmisən? Çünki araq içirsən. Lakin mən mahnıları arağa görə deyil, onun əksinə olaraq yazmışam. 60 yaşımın üstündən söyləyirəm ki: həyatın hər dəqiqəsinə dəyər verin, çünki zamanımız çox az, həyat isə qısadır, hətta həyatınızın ən adi anı belə, gözəl ola bilər. Səhər durub, ətrafı təmizləmək vacibdir. Yuxudan durub, özümü bikef hiss eləyirəmsə, spirtli içki götürüb, məst olmaq əvəzinə, deyirəm ki: «Tanrı, nəsə yaxşı deyiləm. Bütün işlərim tərs gedir, sənə güvənirəm». Bu möhkəm olmaq üçün ən yaxşı vasitədir.

  • Upvote 1
Link to comment
Share on other sites

  • 5 months later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 7 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 58 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 529 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...