Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

" Peyğəmbərlər Bu Gün Sağ Olsaydı, Azərbaycanda Yaşamaq Istəyərdilər"


Kenul2012

Recommended Posts

M.Qurbanlı: "Peyğəmbərlər bu gün sağ olsaydı, Azərbaycanda yaşamaq istəyərdilər"
Bakıda "Dini və Milli Tolerantlıq - Millətlərarası münasibətlərin inkişaf etdirilməsində medianın rolu" adlı beynəlxalq forum keçirilir

 

İslamazeri.az-ın konfransda olan əməkdaşının verdiyi xəbərə əsasən, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə keçirilən "Dini və Milli Tolerantlıq - Millətlərası münasibətlərin inkişaf etdirilməsində medianın rolu" adlı forumda ölkənin rəsmi şəxsləri, dini icmaların sədrləri, media nümayəndələri, xarici ölkələrin dini ekspertləri iştirak edirlər.  
 
Forumu qısa salamlama ilə BAMF-ın sədri Umud Mirzəyev açıq elan edib. Umud Mirzəyev Azərbaycandakı dini və milli tolerantlığın ənənələrindən söz açıb.   Daha sonra isə Azərbaycan Respublikasının Millətlərarası, Multikukturalizm və Dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullah, AR Milli Məclisinin vitse-prezidenti Bahar Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, AR-nın Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev, Qafqaz Müsəlmanlar İdarəsinin sədrinin müavini Qəmər Cavadlı, Dini Xəbər yazarları Assosiasiyasının Din və Peşələr Mərkəzinin direktoru Debra Mason, AR Mətbuat Şurasının sədri Əflatun Amaşov və digərləri çıxış ediblər.   Yazıçı Kamal Amdullah çıxış edərkən bildirib ki, Azərbaycanın müxtəlif məntəqlərində məscidlər, kilsələr, sinaqoqlar və məbədlər mövcuddur. Yay təlimlərində iştirakım zamanı Azərbaycanın məntəqələrinin birində sinaqoqa daxil oldum. Sinaqonun ravvini ilə görüşdükdən sonra müxtəlif məsələlər üzərində danışmağa başladıq. 8 il öncə Azərbaycanda işləməyə gəlib. Rəhbərlik onu Azərbaycana göndərəndə ravvin bura gəlmək istəməyib. Azərbaycanda İslam şəriətinin hökm sürdüyünü, yəhudilərə qarşı sərt münasibətin olduğunu zənn etdiyinə görə etiraz edib. Lakin ravvinin etirazlarına baxmayaraq məcburi şəkildə Azərbaycana gələn ravvin indi buranın vətəndaşı olmaq üçün ərizəylə müraciət edib. Budur Azərbaycan multikulturalizmi. Sizi bu multikulturalizmə dəstək olmağa çağırırıq. Azərbaycan bütün təzyiqlərə baxmayaraq, bunu qorumaq üçün çalışır.   Millət vəkili Bahar Muradova insan azadlığının vacibliyindən, qanunların aliliyindən, milli adət-ənənələrə hörmətin vacibliyindən danışıb. Çıxışında o deyib ki, Azadlıq mücərrəd məfhumdur. Azadlığın haradan başlanacağı, harada bitəcəyi  müzakirə olunası məsələdir. Məlum məsələdir ki, bir insanın azadlığı digərinin azadlığına mane olmamalıdır. Əsas qanunların aliliyidir. Bəzi yerlərdə əvvəlcə qanunlar yaradılır daha sonra mili-mənəvi dəyərləri qanunlara uyğunlaşdırırlar. Azərbaycanda isə qanunlar milli-mənəvi dəyərlər əsasında yaradılıb. Azərbaycan bütün millətlərə və dinlərə açıq bir ölkədir. Burada heç bir ayrı seçkilik edilmir. Azərbaycan digər ölkələrlə bu sahədə qarşılıqlı fikir mübadiləsi aparmağa hər zaman hazırdır. 
 
Mübariz Qurbanlı öz çıxışında Azərbaycanın tarixən bütün dinlərə dözümlü yanaşdığını bildirib: "Məsələn Qafqazda yəhudilərin məskunlaşması, Qafqaz Albaniyasının olması daima bu bölgədə tolerantlıq olduğunu göstərib. İslamı qəbul etdikdən sonra da digər dinlərə qarşı dözümlü olmuşuq. Bizim tariximizə baxsanız orada heç zaman dinlərarası, millətlərarası savaş olmayıb. Bizim 20 faiz torpağımız Ermənistan tərəfindən işğal edilib. Bununla belə Azərbaycanda ermənilərə qarşı düşmənçilik aşılanmır. Bizdə daima belə olub. Azərbaycana gələn Əlcəzirə beynəlxalq televiziyasının əməkdaşı ilə görüşdüm. Müxbirə Azərbaycana gəlməmişdən öncə nə kimi məlumatlar əldə etdiyini soruşdum. Dedi: "Bəli mən Azərbaycanla bağlı məlumatlar əldə etməyə cəhd etdim. Təəssüflüklə deyim ki, Azərbaycan barədə çox bədbin məlumatlarla rastlaşdım. Azərbaycan Əfqanıstanın Kabulu kimi tanıtdırılır. Lakin bura gəldikdən sonra əldə etdiyim məlumatların tamamilə yanlış olduğunu gördüm. Burada xalq mehriban şəkildə yaşayır. Sabitlikdir. Azərbaycan inkişaf etməkdə olan müsəlman ölkələrindən biridir." Mən də təəssüf edirəm ki, aparıcı KİV nümayəndələri Azərbaycan barədə həqiqətləri yaymaqdan çəkinirlər. Azərbaycana ilk dəfə gələn insan bədbin fikirlərlə gəlsə də, buranı gəlib görəndən sonra fikirləri tamamilə dəyişir". 
 
M.Qurbanlı Avropada son günlər davam edən miqrant axını məsələsinə də toxunub: "42 ölkədə bu gün məzhəblər arası, millətlərarası savaşlar gedir. Hər il ən az 200 min insan bu savaşlarda həyatını itirir. Şəhərlər məhv edilir. İndi Avropaya 1 milyon miqrantın axını gözlənilir. Bu böyük bir iqtisadi problem yaradacaq. Son 14 ildə 2,5 milyon insan etnik və dini zəmində gedən müharibələrin qurbanı olub. Dini və məzhəb müharibələri cəmiyyətləri məhvə aparır. Dövlətlər bunun qarşısını almaq üçün çalışmalıdırlar. Bizə Allah peyğəmbərlər göndərib. Həzrəti İsa, Həzrəti Musa, Həzrəti Məhəmməd (ə) və onlarla birlikdə kitablar göndərilib. Bütün dinlər hazırda baş verənləri tənqid edir. Heç bir din insan ölümünü dəyərləndirmir. Maraqlıdır peyğəmbərlərdən hansısa bu gün sağ olsaydı dünyanın hansı ölkəsində yaşamaq istərdi?! Mən belə düşünürəm ki, Azərbaycanda yaşamaq istəyərdilər."   
 
DQİDK-nin sədrindən sonra  Azərbaycan Respublikasının Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili  Azay Quliyev terrorçulara din adı verilməsinə narazılığını bildirib: "Bu gün media nəhəngləri terrorçuları islamçı kimi təqdim etməyə çalışır. Bu gün İŞİD adında terror təşkilatı var. Bunlar terrorçulardı. Terrorçuların hər hansı dinlə heç bir əlaqəsi yoxdur. Təəsüf ki, bu gün həm beynəlxalq, həm də bəzi yerli mətbuatda onları "İslam Dövləti" kimi təqdim edirlər. Onlar özlərini nə cür adlandırırlarsa adlandırsınlar. Onların özlərini islamçı adlandırması həqiqətdə onların dindar olmasına sübut deyil. Burda iştirak edən mətbuat nümayəndələrindən də bu məsələyə diqqətli olmalarını istəyirik." 

 

41878.jpg

http://www.bizimyol.info/news/60920.html

Edited by Kenul2012
Link to comment
Share on other sites

Hər şeydən, əvvəl peyğəmbər ilahi tərəfindən göndərilmiş biri olsaydı (daha doğrusu, belə bir şey varsa), onun haradasa yaşamaq istəyindən söhbət belə gedə bilməz. o öz missiyasını məkandan asılı olmayaraq yerinə yetirməlidir. Və bu heç də hər şeyin normal olduğu bir ölkədə ola bilməz təbii ki. Çünki belə bir ölkənin peyğəmbərə ehtiyacı yoxdur.

 

Qaldı ki, Azərbaycanın bu cür arzuolunan bir yer olması məsələsi, bu da hamıya məlumdur.

Link to comment
Share on other sites

Azərbaycan lap cənnət imiş ki... heç xəbərimiz yoxdur (

Əksinə, Peyğəmbərlərin hansı cəmiyyətlərdə zühur etdiyinə diqqət yetirsəz(yolunu azmış, Allahını tanımayan, haramın halal kimi təbliğ olunduğu, zinakar, haramzadələrin kasıb zümrəyə məxsus nemətlərin hesabına  sürətlə varlandığı və  xalqın sürətlə müflisləşdiyi, mömn insanların məsxərəyə qoyulduğu və s.) Mübariz Qurbanlının sözlərinə haqq qazandırmaq olar. Bəli, Peyğəmbərlər həmişə belə cəmiyyətlərdə yaşamaq istəyiblər, o tamamilə haqlıdı.

Edited by Passerby
Link to comment
Share on other sites

Əksinə, Peyğəmbərlərin hansı cəmiyyətlərdə zühur etdiyinə diqqət yetirsəz(yolunu azmış, Allahını tanımayan, haramın halal kimi təbliğ olunduğu, zinakar, haramzadələrin kasıb zümrəyə məxsus nemətlərin hesabına  sürətlə varlandığı və  xalqın sürətlə müflisləşdiyi, mömn insanların məsxərəyə qoyulduğu və s.) Mübariz Qurbanlının sözlərinə haqq qazandırmaq olar. Bəli, Peyğəmbərlər həmişə belə cəmiyyətlərdə yaşamaq istəyiblər, o tamamilə haqlıdı.

Amma inanın ki, Mübariz qaqaş bunları fikrində tutub işlətməyib o cümləni..

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Like
      • 13 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
        • Like
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Haha
        • Like
      • 17 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Upvote
        • Like
      • 114 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
        • Like
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
        • Thanks
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Like
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...