Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Anton Çexov: Tərbiyəli Insanın 8 Keyfiyyəti


Recommended Posts

Anton Çexov: Tərbiyəli insanın 8 keyfiyyəti.

100 il öncə Anton Çexov istedadlı rəssam olan doğma qardaşına bir məktub yazmışdı. Qardaşı istedadlı olsa da, iradəsizlikdən içkiyə qurşanmışdı. Anton Pavloviç Çexov qardaşının xasiyyətinə bələd olduğundan, onun, öz istedadına qarşı bu dərəcədə etinasız yanaşdığına görə çox üzülürdü. O yazırdı ki: «Güclü rus istedadı məhv olur, bir qəpiksiz viran olur».

Onun məktubu çox emosional və dəqiq çalarlarla zəngin idi, düşünürəm ki, biz də hökmən onu oxuyub, qiymət verməliyik. Ola bilsin ki biz Nikolay kimi içki aludəçisi olub, sınıq-salxaq bozalaqlarda vaxtını öldürən kəslərdən deyilik, lakin etiraf edək ki, əksəriyyətimiz mərhəmət ehtiyacı ilə yaşayıb, bataqlıqda boğuluruq, kifayət qədər gözəçarpan istedadımız ola-ola, «məni heç kim anlamır» deyib, tənəzzül etməyə davam edirik. Bunu eləməklə biz həm özümüzə, həm də bizə biganə yanaşmayan yaxınlarımıza zərər vermiş oluruq. Bu məktubu hökmən oxuyun. Rus ədəbiyyatının böyük klassiki sizə çox şey öyrədə bilər.

________________________________________

MOSKVA, 1886.

Sən çox vaxt mənə şikayət edirdin ki, səni «başa düşmürlər!». Hərçənd ki buna görə nə Höte, nə də Nyuton şikayət etməzdi… Şikayət edən yalnız İsa Məsih olardı, o da «özü» haqqında deyil, təlimi haqqında deyinərdi… Səni çox yaxşı başa düşürlər… Əgər sən özün özünü başa düşmürsənsə, bu digərlərinin deyil, sənin günahındır… Səni əmin edirəm ki, qardaşın və sənə yaxın olan birisi kimi, mən səni başa düşür və rəhm edirəm… Sənin yaxşı keyfiyyətlərin haqqında, beş barmağım kimi xəbərim var, və mən onlara dəyər verib ən dərin hüsn-rəğbətimi bəsləyirəm… Əgər səni anlamağımın isbatı üçün həmən o şəxsi keyfiyyətləri sadalamağımı istəyirsənsə, bunu edə bilərəm. Mənim fikrimcə sən aşırı dərəcədə mehribansan, bu sənin iradəsiz olmağına gətirib çıxardır, böyük qəlbin var, sən xudbin (eqoist) insan deyilsən, sonuncu qəpiyin olsa belə, onu bölüşəcəksən, səmimisən; paxıllıq və nifrət sənə yaddır, sən sadə insansan, insan və heyvanlara rəhm edirsən, məkrli deyilsən, kinsaxlamayan, etibar edən birisisən sən… Tanrı sənə elə bir istedad verib ki, digərlərində onu axtarmaq lüzumsuzdur: və bu, sənin qabiliyyətindir. Və bu qabiliyyət səni milyonlarla insandan üstdə tutur, çünki sadəcə 2 000 000 insandan biri həqiqi rəssam ola bilər.

İstedad səni xüsusiləşdirilmiş mövqeyə qoyub. Belə ki: sən qurbağa və ya böyə olsan belə sənə hörmət edəcəklər, çünki istedada görə hər şey bağışlanır. Nöqsanın isə sadəcə bir dənədir. O sənin cəhalət dayağın, hüznün və əzabındır. Bu – sənin aşırı tərbiyəsizliyindir. Xahiş edirəm, üzürlü hesab elə, fəqət… İş orasındadır ki, həyatın da öz şərtləri var… Ziyalı mühitini özünə yad deyil, doğma görmək üçün, tanınmış tərbiyəli obrazında olmalısan… İstedadın səni bu mühitə salıb, sən ona aidsən, lakin… sən ondan uzaqlaşırsan, və sən məcburən mədəni ictimaiyyətlə vis-a-vis sakinləri arasında müvazinətini saxlamalı olursan. Sənin kötəklənərək, reyn zirzəmisində böyüdüyün, tulapayından bir dilim aldığın meşan cisminin buna çox böyük təsiri vardır. Və onun üzərində qələbə çalmaq çətindir, dəhşətli dərəcədə çətindir.

Tərbiyəli insanlar, mənim fikrimcə, aşağıdakı şərtlərə cavab verməlidirlər:

1) Onlar insan şəxsiyyətinə hörmət edirlər, bu səbəbdən də mərhəmətli, yumşaq, nəzakətli və güzəştə gedəndirlər. Onlar itirilmiş çəkic və ya rezinə görə iğtişaş törətmirlər; kiminləsə yaşayarkən, onlar minnət etmirlər, tərk etdikləri zaman isə: “sizinlə yaşamaq mümkün deyil!” deyə deyinmirlər. Onlar həm səs-küyü, həm soyuğu, həm aşırı dərəcədə qızardılmış əti, həm acını, həm də evdə kənar insanların olmasını bağışlayırlar…

2) Onlar sadəcə dilənçi və sahibsiz heyvanlara görə riqqət etmirlər. Onlar gözə görünməyən şeylərə görə də can yandırırlar...

3) Onlar özgənin əmlakına hörmət edirlər, buna görə də borcları ödəyirlər...

4) Onlar təmizürəklidirlər və cəhalətdən alovdan qorxan kimi qorxurlar. Cəhalət dinləyici üçün təhqir olmaqla yanaşı, yalançını onun gözündə bayağılaşdırır. Onlar lovğalanmırlar, evdə necə davranırlarsa, küçədə də özlərini eynilə aparırlar. Onlar boşboğazlıq eləmirlər və öz səmimiyyətləri ilə icazəsiz soxulmurlar… Özgələrin qulaqlarına hörmət etmək məramı ilə onlar bəzən susmağı da bacarırlar...

5) Onlar digərlərinin riqqət və köməyinə bariz olmaq üçün, özlərini məhv etmirlər. Onlara dayəlik edilsin deyə, digər insanların qəlbi ilə oynamırlar. Onlar demirlər ki: məni başa düşmürlər!

6) Onlar başağrıdan deyillər. Və onları məşhur birisi ilə tanış olmaq qədər saxta brilliantlar, Salon’e-da gördükləri insan coşqunluğu şadyana etmir…

7) Əgər onlar hər hansısa bir istedada qabildirlərsə, ona hörmət edirlər. Onlar istedadın uğrunda sükutdan, qadınlardan, şərab və təlaşdan məhrum olmağa hazırdırlar…

8) Onlar özlərində estetikanı tərbiyələndirirlər. Onlar paltarda yatmağı, taxtabiti ilə dolu dəlikləri görməyi, murdar hava ilə nəfəs almağı, tüpürcəkli döşəmə üzərində yeriməyi, nöyüdlü ərzaqla qidalanmağı bacarmırlar. Onlar cinsi ehtiyaclarını ram edirlər… […] Onların qadınlardan əsas istəyi yataq və ya at təri deyil, hiyləgərli ağıla da ehtiyacları yoxdur, o ağıla ki, saxta hamiləliklə səni inandırsın və usanmadan yalanın ardı-arasını kəsməsin. Onların, ələlxüsus da rəssamların, təravətə, zəriflik və incəliyə, insanlığa ehtiyacı vardır […]… Onlar araq içdikdən sonra kimə gəldi və hara gəldi ilişmirlər, aşmırlar, onlar şkafı iyləmirlər, çünki bilirlər, bu nankorluğun əlamətidir. Spirtli içkini isə, sadəcə sərbəst olanda, yeri gəldiyində qəbul edirlər… Çünki onların mens sana in corpore sano-ya ehtiyacı vardır. Və s. və i.

Tərbiyəlilər bu cürdür. Olduğun mühitdən aşağı səviyyədə qalmamaq və tərbiyələnmək üçün sadəcə Dikkensin – Pikvikini, Hötenin – Faustunu oxumaq kifayət deyil. Faytona minib, Yakimankaya getmək hər şey demək deyil…

Burada fasiləsiz əməyə ehtiyac vardır, gündüz və gecə, dayanmadan, əzmlə görülən əməyə, mütaliəyə, maariflənməyə və azadlığa ehtiyac vardır… Burada saatın hökmü var… Yakimankaya gedib-gəlmək kömək etməyəcək. Cəsarətlə hər şeyə tüpürüb, qaçmaq lazımdır… Gəl bizim yanımıza, su ilə dolu qrafini sındır və uzan, mütaliə elə… heç olmasa Turgenevdən oxu, axı sən ondan heç nə oxumamısan…”

Edited by Maga Qasımov
Link to comment
Share on other sites

Nikolay Çexov 1889-cu ildə, 31 yaşında vərəmdən vəfat edib. Bu məktub qardaşını xilas etmək üçün kifayət deyilmiş, görünür. Bəlkə də vaxtsız, gecikmiş  çağırış imiş. Anton Çexov qardaşından ürək yanğısı ilə yazır, halına acıyır. Onun yeganə nöqsanını tərbiyəsizlik bilir. Amma məncə, tərbiyəsizlik deyilən, özü hansısa gizli nöqsanın yalnız təzahürü idi.

 

Hər bir insanın həyatında böhran nöqtəsi ola bilər və bu an o tək olmamalıdır. Nikolay Çexov çox güman ki, həmin məqamda tək qalıbmış ... və yaxud, Anton Pavloviçin məktubundan göründüyü kimi, qardaşı həqiqətən özü özünü başa düşmürdü. öz halının, narahatlığının səbəbini dərk edə bilmirdi, bunları öz doğmalarına çatdıra bilmirdi, izah edə bilmirdi.

bu, insan faciəsidir...

 

Əlavə olaraq, dərk edirəm, həm  də razılaşıram ki, “Tərbiyə” mənbəyi etibarilə özünüdərkdən, özünəhörmətdən başlayır. Mahiyyətini  düşüncə və davranış etikası, o cümlədən ziyalılıq, dözümlük, mərhəmət təşkil edir...hər punktu ayrılıqda müzakirə etmək də olar...

Maraqla oxudum. Bu mənbə ilə tanışlığım ilk dəfə idi. Tərcüməsi mükəmməldir, təşəkkür edirəm.

Link to comment
Share on other sites

  • 8 months later...
  • 4 weeks later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 4 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Upvote
        • Like
      • 16 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Sad
        • Haha
      • 68 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Milli
        • Upvote
        • Thanks
        • Like
      • 682 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...