Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Bəhri Təhvil

Sunyata

Recommended Posts

Bəhri təhvil  haqqında kimin nə  məlumatı var ?  

Aşağıda Sabirin   iki  bəhri təhvilini yerləşdirəcəyəm  .  Bu  üslubda yenə yazanlar varmı ?   Müasir dövrdə   bundan istifadə olunurmu ?  

Məncə  bu çox parlaq üslub ola bilər .  Onu nə üçünlüyünü bilməsəm də  müasir rap musiqisi  ilə  beynimdə sintez etdim ))   Müasir dövrümüzdə  çox satrik və  meyxanadan qat -qat təsirli  və maraqlı bir üslub  ola biləcəyini düşünürəm .  Yəni Bəhri təhvil  + rap .

Məlumatı  olanalar  , bölüşsün , plz.

250px-Sabir.jpg

Mirzə Ələkbər Sabir. Bəhri-təvil

Ey fələk, zülmün əyandır, bu necə dövri-zamandır ki, işim ahü-fəğandır, məni yandırma amandır, gözümün əşqi rəvandır, ürəyim dopdolu qandır, hamı qəmdən bu yamandır ki, neçə əhli-qələmlər, buraxıb canıma qəmlər, qarışıb dərd-bəhəmlər, ürəyim indi vərəmlər, qəzetə, jurnala bu küfri-şiyəmlər necə cürətlə rəqəmlər yazıb islamə sitəmlər eləyirlər ki, gərək aləmi-islamda, hər ölkədə, hər şəhrdə, dinarü-dirəmlər saçılıb, məktəbi-nisvan açılıb, qız balalar məktəbə hazır olalar, elmdə mahir olalar, fəzldə bahir olalar, başdan-ayağa geyələr don, gedələr məktəbə on-on, dutalar şiveyi-bidət, oxuyub nəhvlə hikmət, alalar dərsi-təbabət, bilələr cümlə kitabət, edələr yazmağa adət, itə ismət, bata iffət, aman, ey vah! Ay allah, bu qövm oldu nə gümrah, bu nə şiveyi-ikrah! Bu nə zümreyi-bədxah!

Salıb aləmə pərxaş, bular lal ola, ey kaş, düşə başlarına daş! Xüdaya, bu nə güftar, nə rəftar, nə murdar, nə biar, fənakarə bizi sövq eləmək fikrinə amadə olublar! Qıza lazımdır əgər bilmək: о da ev işi, paltar tikişi, köhnə yumaq, yun daramaq, don yamamaq, səhnü-səranı süpürüb, kasanı qabı üfurüb, küftə, kələm dolması, mət halvası, ət bozbaşı, ya lobyalı aş, bir dəxi təndir lavaşı eyləməyindəndir ibarət ki, əgər bunları da bilməsə eyb eyləməz, ancaq qıza ən lazıməli bir, iki, üç məsələni bilməyidir, bilsə olur əmrə kifayət, biri oldur ki, gəlin getdiyi evdə bacarıb, qaynataya, qaynanaya çımxıra bilsin ki, ona söz deməyə etməyə bir kimsə də cürət, biri də qaynı ilə sahibi mabeyninə bir hadiseyi-təfriqədir kim, ona dair edə hiylət ki, beş-üç gündə çox ildən qazanılmış bu qədər mehrü-məhəbbət, ola təbdili-ədavət, biri həm axırı ən ümdəsi damdabacanın, həm xoxunun, xortdanın adlarını bilməkdə gərək səy edə övrət, nə qədər faidəsı var bu işin gər ola diqqət ki, əgər ağlaya, yainki dəcəllik edə bir tifl, nəhayət, anası söyləsə bu adları filfövr edər övladını rahət və qalar əqli səlamət, başı çəkməz də məlamət....

Budur aləmi-nisvan!

Budur hali-müsəlman!

Gərəkdir edə məhdud

Öz övladını insan!

Sən, əmma, hələ qanma!

Inanmırsan inanma!

Fərəhlən əməlindən!

Utanmırsan, utanma!
 
Edited by Sunyata
Link to comment
Share on other sites

Ey əzizim, xələfım, mayeyi-izzü şərəfim, ruhi-rəvan, munisi-can, tabü təvan, tazə cəvanım ki, on ildən bəridir ömri-giranmayəmi, yalqız demirəm dinimi, imanını, insafımı, vicdanımı, irfanımı, həm canımı da, cümlə qonum-qonşu deyil, el də bilir ki, sənə vəqf eləyib, şamü səhər, hər nə qədər rəncü kədər, xeyrü zərər, fitnəvü şər səndən ötər dövri-qədərdən yetişibdirsə mənə, canıma minnətlə qəbul etmişəm, ancaq atalıq həqqimin ifası üçün, mehrü məhəbbətlə, nə izzətlə, nə halətlə sənə tərbiyə, təlim edərək, sərv-qədin bəsləmişəm, canü dilimdən səni çox istəmişəm, bir para sırf axmaq olub öz gözünün nura olan sevgili övladını tədrislə təzyi və təzyiq eləyən cahilü gümrah atalar tək səni zindani-mədarisdə müqəyyəd eləyib, elmü maarif deyilən boş, əbəs, insana cəfəng işlər ilə fıkrini, həm əqlini, vicdanını məhdud qılıb ruhunu incitməmişəm, zəhmətinə bitməmişəm, küçədə, bazarda öz qəsdinə iqdam edərək, hər günü bayram edərək, günləri axşam edərək, xoşladığın tək dolanıb, gəzməyinə razı olub, mən səni bir sənətə də qoymamışam, hər gecə hər yerdə qonaq qalmağını, zövqü səfa almağını, zurna, qaval çalmağını xoşlamışam, öz başına boşlamışam, həmd xudayə ki, olubsan belə qüvvətli, məhabətli, şücaətli cəvan, şiri-jəyan, bəbri-bəyan; vəqt о zamandır dəxi bundan belə bir ad çıxarıb, iş bacarıb, ilxı qovub, mal aparıb, dəhrə qiyamət qoparıb, yolları məsdud eləyib, aləmi məhdud eləyib, hasili-məqsud eləyib, sən məni xoşnud eləyib adəti-quldur olasan, yol vurasan, el qırasan, gərçi qaçaqlıqda tutulmaq da var, əmma, onu fikr eyləmə əsla ki, dutulsan, ələ düşsən də tərəhhümlüdür ərbabi-hökümət, sənə eylər hamı hörmət, olasan həbsdə rahət, çörəyin gərm, suyun saf, yerin künci-fərağət, sənə bir kimsədə cürət olamaz etsin əziyyət, nola bir gün düşə fürsət qaçasan qurtarasan həbsdən; əlbət ki, əgər qaçmağa da olmaya imkan, işini qət edə divan, olasan əhli-pasilyan, nə qəmin var, sənə qurban ki, о yerlərdə nə çoxdur sən özün xoşladığın Sonya kimi qünçə-dəhən, sim-bədən, rəşki-çəmən, zülfü səmən, gözləri ahuyi-xütən, göpgözəl, ağappaq, о ismətli, vəcahətli, səbahətli, məlahətli madamlar, birin əlbəttə alarsan, desə rus ol, nə çətin şeydir, olarsan, dəxi bir xaç da salarsan, bu əməldən ucalarsan....

İvan namın alarsan,

Amilyanov olarsan,

Nə qədər olsa da ömrün

О yerlərdə qalarsan.

  • Upvote 1
Link to comment
Share on other sites

Baba Punhanin da var

Tapdım .

VƏTƏNİMDİR

Qadanı alım, başına dönüm, Cahan qədər yaşına dönüm,

torpağına, daşına dönüm, göydə uçan quşuna dönüm,

baharına, qışına dönüm, ey Ana yurdum,

o zamandan ki, sənin mən qucağında yuva qurdum,

dedim, ey yurd, mənimsən, vətəmimsən,

diri olduqca libasım, əgər ölsəm kəfənimsən və tənimsən ki,

səni mən də gərəkdir bu əlimlə, bu dilimlə, ya ölümlə,

ya zülümlə eləyim hifz, olum qövs sənin çevrənə mən də,

xəbərin yoxdu qədimdə o zaman ləşkəri-Qacar, çəkib car, qurub dar,

fəqət ki, Şuşanın zəbtinə həsrət qalaraq dönmüş İranə,

gələ bilməzdi gümanə, gələcək öylə zəmanə yığışıb bir neçə dılğır dığa,

güya acığa zəbt edecekdir Şuşanı, Kəlbəcəri, Cəbrayılı, Zəngilanı,

həm də Qubadlı, Laçın Ağdam və Füzuli kimi çox-çox şəhəri

- Sən demə Qacar tanımırmış o zaman tülküləri,

yəni kələkbaziləri, işləri əndaziləri, hökmü rəvan qaziləri,

razilərin-raziləri, ruziləri bir baş haramdan yetişən,

əvvəli tində yatanı, sonrası qarpız satanı,

axırı dövlət bakanı hər kücədə bir dükanı, axşam otellər məkanı,

döydü ötürdü sükanı özgəsinə, olmadı qismət ötürü öz kəsinə,

çadranı saldı başına, qaçdı Turan ölkəsinə.

- Bax ana yurdum, budu dövlət, budu millət, bu bir aşkarə həqiqət,

bürüyüb aləmi rüşvət, bacara bilmir hökümət:

özü nazir kabinetdə, pulu hazır kabinetdə, bezib ondan kabinet də,

o kreslo da ki, yerləşmir ora heç gerisi, gərçi tapılsa birisi,

beş dəfə ondan irisi, abı kağızdan dərisi, bir təzə rüşvət pərisidir ki,

onun həbi də budu, dəbi də budu, sübut da budu, şəbi də budu,

sübh-səhər xaşı da var, xaşı yedi başı da var,

uymağa xaş-xaşı da var, qurusu da var, yaşıda var,

döyməyə fərraşı da var, atmağa beş-daşı da var.

- Ey Ana yurdum, budu gərdiş və bu gərdiş özü bir aləmə vərdiş,

qarışıb iş, qıcıyıb diş, elə ki, getdi "tovariş" tovu sildik,

sovu da silməli ''Sovmin''dən idik ki, ''sovu'' sildik mini qaldı,

həmən o min ki, olub şapka gəzir ölkəni tin-tin,

yığılır bankalara çin-çin, camaat ac və didərgin,

günün ardınca keçir gün hamı əzgin, hamı üzgün, kimi miskin,

kimi küskün, salıb insanları pis gün nə əzablara bilirsən,

nə kitablara yazıb aləmə izhar eləyim gün kimi aydın şeyi insana ki,

bu rüşvəti, can alverini canə salanlar, mələyən əfi ilanlar,

tüpürürkən yalayanlar və filan oğlu filanlar talayıb Azərbaycanı çapıb,

hər nə keçib əlinə qapıb, mis aparıb türkə yapıb, mis qutarıb gümüşü tapıb,

çatana çatıb, çatmayana bir daş atıb, satanı satıb satmayanı bir baş atıb,

atanı atıb atanı tutub, qatanı qatıb, qatını tutub, əlifi atıb latını tutub.

- Gər belə keçsə bu güzəran, bezər insan, üzülər can,

edəsən bir-birinə canını qurban, deyəsən ki, sonu can ilə bitən Azərbaycan vətənimdir, o sənindir, o mənimdir, dədənindir, dədəmindir,

o çoxundur, o azındır, o qışındır, o yazındır, öğulundur, o qızındır,

oğulun fəxri-elindir, qızın ismətli gəlindir, o gəlin ki, gülüdür tazə baharın,

belə qiymətli diyarın o səbəbdən eləməz tərk Füzuli səri-küyin o nigarın ki,

deyər yar mənimdir, o mənim qönçeyi-sərvü-səmənimdir ki, səri-küyi həmişə vətənimdir, vətənimdir, vətənimdir.

Link to comment
Share on other sites

Sene qurban keserem...

Kulek ollam, eserem men, nefesincun gezerem men, sene qurban keserem men, gece-gunduz yeri senger, Vetenin qeyretene qoruyan esger, yagi tulku - sen hunerver, yagi guclu - sen ogul er, hunerin dusmene goster, ele goster ki, ulu Babekimin ruhu sad olsun, Nebinin qebri, axib nur ile dolsun, benizi sapsari solsun seni gordukde o dusmen, sene qurban keserem men, gece-gunduz yeri senger, Vetenin geyretini goruyan esger.

"Qir at"in yox, "Qradin" var, "Dur at"in yox, durr adin var, savadin var ve soyun var, soyadin var, cihadin var Veten ugrunda senin, eyle hucum, sen cum, onun ustune cum, sur masini - at qradi, kes basini - al muradi, qov o kopek oglunu burdan Yerevane, qov onu xanebexane, qulagin yox, nesilin kes ki, yayilsin bu xeber cumle cahane, bunu isbat ele dunyade her insane ki, qorxutmaz ezizim, bizi bundan sonra OON, geye min don, ne Klinton, ne Parij, Bonn, ne de London, qoyuban son, deginen onlara pardon, caxasan basina patron, deyesen ay kopoyoglu Mixail, alemi qatdin, deyesen arzuna catdin ve muselmani azaltdin, bir uzukcun ele bir cenneti satdin, Qarabag oldu biyaban, Bakida doldu xiyaban, ogulum getdi elimden, qizimi dogradi dusmen, qana qandir demisen sen, sene qurban keserem men, gece-gunduz yeri senger, Vetenin geyretini goruyan esger.

Bilirem qisda basin usten ezizim, nece sert ruzkar esir, qar eleyir, saxta kesir. Hec sene lazim deyil esla, nece minlik "propitka", sene bir adice "kurtka", sene bir tuklu "batinka", sene bir isti "kazarma", sene bir yaxsi "bozartma", gel utandirma qizartma, gune yuz min qazanan, gunde gezen yuz qizinan, oz varina ozu qizinan, azeri ovladlarini ki, bu qeder varlidilar, hallidilar, pulludular, mallidilar... Sen ne ozunden cix, ezizim, ne de hirslen, axi sen merdsen, igidsen, Veten ucun bir umidsen.

Kulek ollam, eserem men, nefesincun gezerem men, sene qurban keserem men, gece-gunduz yeri senger, Vetenin qeyretene qoruyan esger!!!

Link to comment
Share on other sites

>>>>Behri Tevil<<<< Yazıram men heyacannan,danıwım men bu zamannan,danışım men qocamannan,ve yamannan ve yalannan,neçe istilni cavannan.Deyiwibdir bu cemiyyet,bu tebiyyet,beweriyyet, medeniyyet,azalıb burda heraret,edirem men bele söhbet.Deyiwib indi bu dövran,hemi oğlan,hemi canan,bilirem ki neçe insan,Belece heddin awıbdı,çoxu çoxdandı çawıbdı,alıwıbdı,tutuwubdu. Çoxu qalmaqdadı lağda,medeniyyetden uzağda,siqaretlerde damağda,guya bunlar da ağıl var,qudurublar açıq awkar,geyinib gör nece walvar,pozulub indiki qızlar,ele oğlanlarımızda,bu müselmanlarımızda, pozulubdu,oturubdu, cavan oğlan bu vaqonda,danıwırdı telefonda,söyüw ile,döyüw ile,edeb erkan bu qederdi,buların ömrü hederdi,bu vaqonda bulutuzla, ne bilim hansısa qızla,yazıwırlar, baxıwırlar,danıwırlar, çalıwırlar. Buların mesgeni bulvar,ya flaqman ya da ki bar,bele yarın gözü oynar. Hele vardır bu cür oğlan,guya aslan,yada mestan,geyiminde ola nöqsan,geyinib qırmızı bawmaq,bu cür axmap,kime ortaq? Sema rengindekine tay,olacaq her yana rusvay,belesi çoxdan olub zay,hemi var yoxdan olub zay bu cur insan,neçe nöqsan,tele verliwlerimizde,hemi çekliwderimizde,var olubdu,dar olubdu mavi ekran,neçe canan,çıxaraq canlı efirde,çekerey gözlere perde,lüt olubdu,şit olubdu,kimi toppuw,kimisi cüllüt olubdu.. Danıwıqlarıda bow bow,guya millete gelir xow,unudublar nedi senet,nedi şohret,ne bilirki nedi qeyret bu cür artist,esil artist,qoyaraq iz yawıyır daim ürekde, Düzelen deyil bu millet,bu cemiyyet,beweriyyet,edirem men bunu nesyet,3 amal var,çekirem car,açıq awkar deyirem men bunu tekrar,biri qeyret,biri hörmet biri rehmet.

Bu kimə  məxsusdur ?

Link to comment
Share on other sites

Her ikisi Baba Punhanindir

Sağ olun . Çox istedadlı  şair olub .  Özü də ki, bu stildə  ərəb / fars mənşəli sözlərdən az istifadə etməklə , sadəcə   müasir dilimizdə  çox gözəl  alınır.  

Edited by Sunyata
Link to comment
Share on other sites

Sağ olun . Çox istedadlı  şair olub .  Özü də ki, bu stildə  ərəb / fars mənşəli sözlərdən az istifadə etməklə , sadəcə   müasir dilimizdə  çox gözəl  alınır.

Pardon, otvetit basmaq isteyirdim, elim minusa deydi.

Men her defe onun her hansi seirini oxuyandan sonra ona ,,Allah sene rehmet elesin,Baba Punhan!" deyirem.

P.s. diger her hansi userden minusumu duzeltmeyi xahis edirem

Link to comment
Share on other sites

Pardon, otvetit basmaq isteyirdim, elim minusa deydi.

Men her defe onun her hansi seirini oxuyandan sonra ona ,,Allah sene rehmet elesin,Baba Punhan!" deyirem.

P.s. diger her hansi userden minusumu duzeltmeyi xahis edirem

Çox vicdanlı adam olub , vicdanlı  adamlar bu dünyanın  eybəcərlkiklərinə  çox dözə bilmirlər , adətən ((

P.S. Minusu onsuz da müsəılmanlar mənə   iki gündür döşəyirlər ))  Fikir verməyin , mən özüm də   minusdan istifadə edirəm . 

Beli, cox doze bilmirler.bu acini ozum de yasamisam usaq iken.

"Muselmanlar"deyerken ozunuzu o qrupa mensub etmediniz. Umumen, dininiz varmi?

Link to comment
Share on other sites

Beli, cox doze bilmirler.bu acini ozum de yasamisam usaq iken.

"Muselmanlar"deyerken ozunuzu o qrupa mensub etmediniz. Umumen, dininiz varmi?

Xeyr . Dinsizəm . Amma ateist deyiləm .   Bu sualı  müvafiq bölmədə  versəydiniz daha münasib olardı .

Edited by Sunyata
Link to comment
Share on other sites

Pardon, otvetit basmaq isteyirdim, elim minusa deydi.

Men her defe onun her hansi seirini oxuyandan sonra ona ,,Allah sene rehmet elesin,Baba Punhan!" deyirem.

P.s. diger her hansi userden minusumu duzeltmeyi xahis edirem

Narahat olmayın,düzəltdim)..Baba Pünhanın bəhri təhvili ilə ilk dəfədir tanış oluram.Maraqlıdır.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Düz sözə nə deyəsən, razıyam. Amma sizin "müsəlman" sözünüz də bir qədər ne k mestu oldu

Mən sizin bu postunuzu offtop kimi sildim. Niyə yenidən yazırsınız? Nəyin k mestu olub olmaması sizə qalmayıb. Postu yazanda heç olmasa bir hissəsi mövzuya aid olsun ki, offtop hesab olunmasın. Ümidvaram ki, bu söhbəti rezin kimi dartıb uazatmayacaqsınız.

Offtopu ya silırəm, ya müvafiq mövzuya keçirirəm, yaxid cərimə verirəm. Cərimə verməmək üçün silmişdim.

Edited by Sunyata
Link to comment
Share on other sites

Mən sizin bu postunuzu offtop kimi sildim. Niyə yenidən yazırsınız? Nəyin k mestu olub olmaması sizə qalmayıb. Postu yazanda heç olmasa bir hissəsi mövzuya aid olsun ki, offtop hesab olunmasın. Ümidvaram ki, bu söhbəti rezin kimi dartıb uazatmayacaqsınız.

Offtopu ya silırəm, ya müvafiq mövzuya keçirirəm, yaxid cərimə verirəm. Cərimə verməmək üçün silmişdim.

ok, qoy sizə qalsın. hər halda silinmə barədə mənim məlumatlı olmaq hüququm var. bunu mənə bildirmək də olardı. bundan sonra mənim də ümidim var ki, söhbəti rezin kimi dartmayacaqsınız

Edited by Waterandsun
Link to comment
Share on other sites

ok, qoy sizə qalsın. hər halda silinmə barədə mənim məlumatlı olmaq hüququm var. bunu mənə bildirmək də olardı. bundan sonra mənim də ümidim var ki, söhbəti rezin kimi dartmayacaqsınız

Mən qayda pozuntusu olan postu userə xəbərdarlıq etmədən də silə bilərəm. Sizin hüququnuz isə mənə ls vasitəsilə izah tələb etmək ola bilər. Mən də bu sorğuya cəmi 1 dəfə cavab verməliyəm. Gələn dəfə narazılığınız olanda bunları nəzərə alın. Bu postu oxuyandan sonra xəbər edin, evdə olanda offtopları silərəm.

Edited by Sunyata
Link to comment
Share on other sites

Mən qayda pozuntusu olan postu userə xəbərdarlıq etmədən də silə bilərəm. Sizin hüququnuz isə mənə ls vasitəsilə izah tələb etmək ola bilər. Mən də bu sorğuya cəmi 1 dəfə cavab verməliyəm. Gələn dəfə narazılığınız olanda bunları nəzərə alın. Bu postu oxuyandan sonra xəbər edin, evdə olanda offtopları silərəm.

silə bilərsiniz, oxudum. silib-saxlamaq imkanları sizdədir, ona görə də məsləhət verərdim ki, o postunuzda da korrektirovka edəsiniz. "müsəlmanlar" postunda. onun da movzuya aidiyyəti yoxdur. userlər yazılsa idi, daha az qıcıqverici olardı.

hörmətlə

Link to comment
Share on other sites

silə bilərsiniz, oxudum. silib-saxlamaq imkanları sizdədir, ona görə də məsləhət verərdim ki, o postunuzda da korrektirovka edəsiniz. "müsəlmanlar" postunda. onun da movzuya aidiyyəti yoxdur. userlər yazılsa idi, daha az qıcıqverici olardı.

hörmətlə

Mənim postum offtop deyil. Post ümumiyyətlə mövzuya aiddir. O hissəsi isə zarafatla yazılmış haşiyədir.

Siz də belə etsəydiniz offtop olmazdl.

Qaydaıar haqqında sizə bir məlumat da verirrəm : Moderatorun vəzifəsilə bağlı harada gəldi müzakirə açmaq qaydalara ziddir. Bunun üçün xüsusi bölmə var. Narazılığınız olsa gedin orada şikayətinizi edin. Bütün bunları sizə anlaşma ümidilə izah edirəm ki, gələcəkdə belə xoşagəlməz söhbətlər olmasın. Mən özümdə qayda pozuntusu görəndə özümü də cərimələyirəm.

P.S. Xahiş edirəm, mənə şəxsi göstərişlər yazmayın daha. Münasibətləri ciddi moder - user səviyyəsində saxlayaq, mümkünsə...

Bir qədər diqqətlə oxusanız göstəriş deyil "məsləhət verərdim" ifadəsini görə bilərdiniz.

zarafat alt mənasız olduqda daha yaxşıdır. 

narazılığım olduqda "getmirəm", oturub şikayətimi bildirirəm.

deyəcək əlavələrim var, amma o iki dahinin əsərləri ilə bağlı mövzuda bunu açmayacağam

Offtopa görə 1 ball!

Edited by Sunyata
Link to comment
Share on other sites

Öz sözümü Sizə, ixtiyar sahibi, mən bəhri-təvillə deyəcəyəm.Elə sanma ki, xal salmağından inciyib mən küsəcəyəm. istəyirsən oftop elə, istəyirsən top-top elə, istəyirsən hap-gop elə-yenə fikrimdir, əzizim, sözlərimdən çalış ki, saralmasın bənizin. Smaylfludun nə olduğunu bir bir anlatım, Sunyata. Bunun üçün bir yox, bir neçə yazdığı ismarıcında gərək yuzer ən azından birdən çox sayda olan smayliklər ata. Bir xal elə, beş xal belə, beşin də mən verim sənə ki, biləsən, ay moder, içimdə yoxdur vəlvələ. Hörmət-izzət sahibi olmaq istəyən-gərək ədalət sahibi ola, əsəbləri cilovlaya və olmasın haqqı əyən, emosiyalar fonunda əsəbdən zəncir çeynəyən. Mövzumuz bəhri-təvildir, təvillə eşit halımı, pozmamısan əhvalımı, qiciqlanma oxuyub postlarına öz cavabımı. Sağa baxdım, sola baxdım, Əlimi sənə uzatdım, yenə dedin ki, mənəm mən, sizdən iki baş üstünəm, pələngəm, şirəm, güclüyəm, istərəm xal verib, ballarını kəsərəm.

Di kəs qadan alım!

trolling and flame . 3 days ban !

Link to comment
Share on other sites

  • 1 month later...
  • 1 year later...
  • 2 years later...

Köhnə mövzuları xatırladım ) 

"Bəhri təvil"

Mənim, ey ruhi-rəvanım, bu qərib cismdə canım, sənə tək gəldi gümanım, nola bir yanıma gəlsən, nola bir halımı bilsən, nola bir dərdimi bölsən, neçə müddətdi qalıb tək, çəkirəm hicr cəfasın, gəzirəm bəndə vəfasın !
Budu gerçək ki mənə yoxdu verən hay, eləyib aləmə rüsvay məni bu naləvü ahım, nədir, ey dost, günahım?

Sən əzəldən mənə biganə deyilsən, nə də əfsanə deyilsən, sənə yad gözlə nəzər salmamışam mən, səni hər xoş sözə qurban eləyən olmamışam mən. Sən şəm görürkən məni pərvanəyə döndün, məstanə görürkən məni peymanəyə döndün, sən dərdimi çəkdin, gecələr göz yaşı tökdün... Səni mən hər dəfə atəşlərə atdım, səni odlarda yaşatdım, qəmə batdımsa batırdım səni əvvəl. Səni verdim qabağa çıxdı əgər qarşıma əngəl, hara dərd üstünə getdimsə, dedim gəl. Həq-Təala səni verdi mənə azad eləməkçün məni məndən, məni mənsiz görüb ayrılma bu biçarə bədəndən, eləyim son dəfə son xahişi səndən : keçəcək bir neçə müddət, görünüb xeyli əlamət, düşəcək nuri-imamət, necə nur, nurünəlanur, gəlməmişdən adı məşhur, elə bir zat, elə bir əhli- müəllat, elə bir natiqi-Quran, elə bir sahibi ürfan, elə bir vaqifüləsrar, sanasan Heydəri- Kərrar özü qoydu qədəmin mülki-cahana, adı Mehdi ki həmin "mim"-ə Məhəmməddi nişanə, gözə bax Şahi-Şəhidan üzünün xətti üzündə, bir ədalətli, ləyaqətli, səxavətli hünərmənd ki kəmalinə, cəmalinə nə kim var olacaq bənd, çəkərək zalimə şəmşir, yazacaqdır "zəbər"-üzir", yetəcək vəsli-cəhimə hamı kafir ! Yetişərsən o zamanda ona, ey can, əyərək baş qabağında onun əlan, yetirərsən ona ərzim ki edib Arifi-nalan məni qurban sənə çoxdan, qəbul et töhfəsin, ey Höccəti-Yəzdan!

Hacı Arif Buzovnalı

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

1 час назад, Shimon Friedman сказал:

@NOIR Size semimi qelbden teşekkür etmek ve sayğımı bildirmek isterdim. Oxuduqca ruhumu qidalandırdım! Size minnetdaram xatun. Hörmetle: Şimon Solomonoviç Fridman.

@Shimon Friedman Sizə təşəkkür edirəm. səmimi qəlbdən yetirdiyiniz hörmət və ehtiramı qəbul edirəm.

amma Şeirli bölməyə və mövzuya əliboş gəlməzlər )

Link to comment
Share on other sites

В 27.09.2018 в 00:12, Shimon Friedman сказал:

Gelen defe sehfimi düzelderem)  saytında menim hemyerlim ve soydaşım olan Mark İzraileviç Verxovskinin azerbaycanca çox gözel qeydleri ve yazıları var) Özü aşkenazi-yahudisidir(Avropa yahudisi ve yaxud ingilisce: "ashkenazi jew"), Azerbaycan SSR-isinde doğulub ve boya-başa çatab, Sovetler Birliyinin süqütundan sonra ABŞ-a mühaciret edib ve hal hazırda orada yaşayıb yaradır. Meslehet görürem oxuyasınız onun qeydlerini. @NOIR Sonra deyersimiz xoşunuza geldi ya yox)

adla axtarış verdim, amma azərbaycan dilində material tapa bilmədim, açığı. rus dilində bir neçə məqalə tapıb oxuya bildim. amma sayənizdə, məlumatlı oldum ki, Mark Verxovskiy Azərbaycan Yazıçılar birliyinin fəxri üzvüdür, jurnalistdir. Muhacirətdə olmasına ramən, Azərbaycana olan məhəbbəti tükənməyib. Vətəni xatırlayır yazılarında...

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
      • 13 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
      • 17 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Haha
        • Thanks
        • Like
      • 113 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...