Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

" Hamı Villa Ala Bilir, Mən Yox?"

Recommended Posts

get_img?ImageWidth=770&ImageHeight=180&I

Akif Nağı: “Ən azından işğal altında olan rayonların başçılarında mənəvi sıxıntı olmalıdır ki, 100 minlərlə soydaşları ağır durumdadır”

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərovun ATV-nin sabiq sahibi Tağı İbrahimovun villasını alması ilə bağlı məlumat sosial şəbəkələrin və medianın müzakirə mövzusuna çevrilib.

Əsasən də villanın 4,5 milyon manata olması birmənalı qarşılanmır. Azpolitika.info portalının yaydığı məlumata görə, Novxanının ən gözəl yerində, üzü dənizə baxan təpənin yamacında yerləşən villa böyük ərazini əhatə edir. Ərazidə Azərbaycanın ən qüdrətli adamlarının - nazirlərin, iş adamlarının, generalların, polis rəislərinin və digərlərinin bağ evləri var. İçərisində çoxlu sayda qiymətli ağacların, güllərin əkildiyi bağın dizaynının yüksək zövqlə işləndiyi də yayılan məlumatlar sırasındadır. Portal 4 mərtəbəli villanın həqiqətən dəyərli, çox möhtəşəm tikildiyini yazır.

İcra başçısı Bayram Səfərov adıçəkilən portala və “Yeni Müsavat” qəzetinə dolayısı ilə informasiyanı təsdiqləyib. Hətta jurnalistin “bu, sizin villanızdır deyə, xeyir-dua verə bilərik də” sualına “Çox sağ ol, var ol. Allah sənə də qismət eləsin. Səmimi qəlbdən xeyir-dua verənlərin hamısına qismət olsun” - deyə təsdiqləyici cavabını verib.

İcra başçısı 4,5 milyon manatlıq villanı “barter”lə aldığını da deyib. Ancaq nə ilə dəyişdiyini açıqlamayıb.

O, bildirib ki, hər kəs şəraitini yaxşılaşdırır: “Mən niyə yaxşı şəraitdə yaşamamalıyam? Mənim yaşım var, ömrüm boyu əzab-əziyyət çəkmişəm, zəhmətlə yaşamışam”.

800 manat maaş alan işğal olunmuş rayonun icra başçısının deyilən dəbdəbəyə və qiymətə malik villaya sahib olması isə cəmiyyətdə sual doğurur.

Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Bayram Səfərovu zarafatçıl adam hesab edir. Bununla belə, düşünür ki, işğal olunan rayonların icra başçıları və deputatlarının paytaxtda, ətraf bölgələrdə çox rahat şəkildə villalara sahib olmaları çox qəribədir. Akif Nağı bu yaxınlarda Qusar rayonunda şəhid ailələri və müharibə veteranları ilə görüşə getdiyini söyləyərək dedi ki, Şahdağ ətrafında da belə villalar var: “Adam həmin villalara kimlərin sahib olduğunu eşidəndə dəhşətə gəlir, çünki Böyük Britaniyanın orta əsrlərdə tikilən villaları Azərbaycan məmurlarının tikdiklərinin yanında komaya bənzəyir. Oxşar mənzərəni Bakı ətrafı qəsəbələrdə də görmək olur. Ən azından işğal altında olan rayonların başçılarında mənəvi sıxıntı olmalıdır ki, 100 minlərlə soydaşları ağır durumdadır, o cümlədən, əsirlikdə nə qədər insanlarımız var”.

Akif Nağı hesab edir ki, dəyəri milyonlarla ölçülən villalardan söhbət gedirsə, burda oğurluğun olması şübhəsizdir. Bu mənada dövlətin müvafiq orqanları baş verənlərə reaksiya verməlidir: “Sual etməlidirlər ki, hansı maaşla, vəsaitlə bu sarayları tikirsiniz? Nədir bu, oğru, quldur cəmiyyətində yaşayırıq? Vəzifədə olanların hamısı oğru və qurdurdular? Ona görə Korrupsiyaya Qarşı Mübarizə İdarəsi araşdırma aparmalıdır”.

QAT sədri bu məsələni gündəmə gətirib etirazlara başlamaq barədə suala belə cavab verdi: “Əksər QHT-lər bununla məşğul olmalıdır, xarici konfranslarda iştirak edən vətəndaş cəmiyyəti, xüsusən korrupsiyaya qarşı yaranan QHT-lərin nümayəndələri müzakirə açmalıdırlar. Biz isə bu məsələlərlə bağlı dəstək verməyə hazırıq”.

Tanınmış hüquqşünas Müzəffər Baxışov hesab edir ki, normal dövlətlərdə belə hallar araşdırılır. Amma Azərbaycanda rüşvət vermə və alma normal hal kimi qəbul edilir: “İctimai şüur Şuşa rayon icra başçısının villa almasına adi yanaşır. Halbuki, belə olmamalıdır”.

Hüquqşünas icra başçısına qarşı hansısa tədbir görüləcəyinə inanmadığını dedi.

Əslən Şuşadan olan “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlu icra başçısı Bayram Səfərovu illər öncə daha çox iş adamı kimi tanıdığını dedi: “Mən onu siyasi postda görməmişəm”.

O, Bayram Səfərovun maliyyə imkanlarının geniş olduğunu yalnız şuşalıların deyil, bütün Azərbaycanın bildiyini söylədi: “Bayram Səfərovun vəzifəyə təyin olunandan sonra pul qazandığını iddia etmək doğru deyil. Çünki o, həmişə bizneslə məşğul olub. Ona görə də 4,5 milyona villa almasını təbii qarşılayıram. Özü də bizneslə məşğul olduğunu təsdiqləyib”.

Həmkarımız biznesmen icra başçısının məcburi köçkün olan şuşalılar üçün nə kimi xeyriyyə işləri gördüyünü də soruşub. “Mən onunla çox az tədbirlərdə qarşılaşıram. Amma elə bir fakt eşitməmişəm. Güman ki, obyektlətində işləyənlərin əksəriyyəti məcburi köçkünlərdir” - deyə Nazim Sabiroğlu cavab verib.

http://www.meydan.tv/az/site/politics/2394/%C4%B0ctimai-%C5%9F%C3%BCur-%C5%9Eu%C5%9Fa-rayon-icra-ba%C5%9F%C3%A7%C4%B1s%C4%B1n%C4%B1n-villa-almas%C4%B1na-adi-yana%C5%9F%C4%B1r.htm

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

Vaxt var iydiki millət öz hakimiyətinə irad bildirirdiki - daxili işlər nazirinin arvadi hansisa rayonda toya videomagnitafon bagişlayib , o boydada hədiyyə olar gör necə gidurublar ?

Görəsən indi niyə dinən yoxdu ?

zalimin fagiri , fagirin gənimiyig

Kosmik inkişafımıza  irad tutursunuz?

Link to comment
Share on other sites

Hökümət yaxşi ki Şuşanin icra hakiminin başçisini görüb , ondan bahali evləri olan qaçqinlar var. Özləri məmurlari Naxçivanlilarla , qaçqinlari seçib sonra şikayət edirlər.Yaziq deyirki mən də sizin kimi insanam da əl çəkin , haqqi da var da bəlkə başqa alverlə də məşğuldu.)

- Nə yazırlar?

- Yazırlar ki, Bayram Səfərovda bu qədər pul hardandır?
- Qələt edirlər. Bu, mənim şəxsi işimdir.
- Axı siz Şuşa İcra Hakimiyyətinin, Qarabağın Azərbaycan icmasının başçısısız?
 - Nə olsun? Mən villa ala bilmərəm? Almışam, yaxşı eləmişəm, bunun kimə nə dəxli var?
- Maaşınız buna imkan verir?..
 - A kişi, gedin öz işinizlə məşğul olun.
- Bizim işimiz elə belə məqamlarda sizə sual ünvanlamaqdır.
- Mənim şəxsi işimə qarışa bilməzsiz.
 - Dövlət büdcəsindən maaş alan məmurun villa alması şəxsi işdir?
 - Bəli, şəxsi işdir, mən icra başçısı olmaqla bərabər, sizin kimi insanam.
 - Axı mənim nəinki villa, ev almağa belə imkanım yoxdur.

Link to comment
Share on other sites

QAT sədri bu məsələni gündəmə gətirib etirazlara başlamaq barədə suala belə cavab verdi: “Əksər QHT-lər bununla məşğul olmalıdır, xarici konfranslarda iştirak edən vətəndaş cəmiyyəti, xüsusən korrupsiyaya qarşı yaranan QHT-lərin nümayəndələri müzakirə açmalıdırlar. Biz isə bu məsələlərlə bağlı dəstək verməyə hazırıq”.

QAT sədri də pulla susdurulmuş köpək obrazına daha uyğun gəlir. Bunun cavabına bax,görəsən bağlı dəstək nə deməkdi? Bu vaxta qədər bu sədrin normal çıxışını görməmişəm,

 “İctimai şüur Şuşa rayon icra başçısının villa almasına adi yanaşır. Halbuki, belə olmamalıdır”.

Bax, səbəb elə burda gizlənib.  belə hallar uzaqgörən,hər şeyə qadir millətimiz üçün çoxdan adiləşib

Link to comment
Share on other sites

Hökümət yaxşi ki Şuşanin icra hakiminin başçisini görüb , ondan bahali evləri olan qaçqinlar var. Özləri məmurlari Naxçivanlilarla , qaçqinlari seçib sonra şikayət edirlər.Yaziq deyirki mən də sizin kimi insanam da əl çəkin , haqqi da var da bəlkə başqa alverlə də məşğuldu.)

- Nə yazırlar?

- Yazırlar ki, Bayram Səfərovda bu qədər pul hardandır?

- Qələt edirlər. Bu, mənim şəxsi işimdir.

- Axı siz Şuşa İcra Hakimiyyətinin, Qarabağın Azərbaycan icmasının başçısısız?

 - Nə olsun? Mən villa ala bilmərəm? Almışam, yaxşı eləmişəm, bunun kimə nə dəxli var?

- Maaşınız buna imkan verir?..

 - A kişi, gedin öz işinizlə məşğul olun.

- Bizim işimiz elə belə məqamlarda sizə sual ünvanlamaqdır.

- Mənim şəxsi işimə qarışa bilməzsiz.

 - Dövlət büdcəsindən maaş alan məmurun villa alması şəxsi işdir?

 - Bəli, şəxsi işdir, mən icra başçısı olmaqla bərabər, sizin kimi insanam.

 - Axı mənim nəinki villa, ev almağa belə imkanım yoxdur.

Bundan sonra bir dənə də cümlə işlədir. Ola bilsin mexaniki olaraq yazıda düşməyib:

- İşləsəniz olar, sağ olun.

Link to comment
Share on other sites

QAT sədri də pulla susdurulmuş köpək obrazına daha uyğun gəlir. Bunun cavabına bax,görəsən bağlı dəstək nə deməkdi? Bu vaxta qədər bu sədrin normal çıxışını görməmişəm,

Bax, səbəb elə burda gizlənib.  belə hallar uzaqgörən,hər şeyə qadir millətimiz üçün çoxdan adiləşib

Bu ölkədə vəzifəyə gəlib susmamaq biraz çətin məsələdir. Ya susub vəzifədə qalmalısan, ya da, sonrasını bilirsiniz özünüz.

Bu millətə bir çox şey artıq adi hal kimi gəlir: yerlərdə sürünən insanlar, pul verib sənəd düzəltdirmək, tapşırıqla növbəni pozub qabağa keçmək (məni filankəs göndərib), və daha nələr. Və heç kim də belə vəziyyətdə başını ağrıdıb etiraz etmir. Bir iki nəfər də çıxan kimi başlayırlar ki "sənin gücün bunlara çatmaz, bunların arxası qalındır" 

Link to comment
Share on other sites

Novxanı villa və bağlarını tanıyıram.Təkcə, bağın milyon dollar qiyməti var,villasız.)

Görəsən,o hansı biznesdir ki,o qədər gəlir gətirir?

"Qaçqınlara xaricdən ayrılan yardımı mənimsəmək" biznesi.Necədi sizin üçün?Eyni şeyi qaçqınlarla əlaqəli,bütün təşkilatlara şamil etmək olar.

Link to comment
Share on other sites

Yasamalın göbəyində, Binəqədinin lap mərkəzində başqaları üçün tikilən evlərə yerləşdirilən şuşalılar Bayram Səfərovun villa almasına adi yanaşır. Jurnalistlərin suallarına şuşalılar “başqası ala bilər, Bayram müəllim yox? Bayram Səfərov elə Şuşadan imkanlı adam idi” - deyirlər.

http://qafqazinfo.az/news_detail.php?id=90225

Bu gedişin sonu haradır? Harda dayanacaq, silkələnib ayılacaq bu millət? Ümumiyyətlə, ayılacaqmı?..

Link to comment
Share on other sites

Birisi qaçqınlara ayrılan yardımı yeyir,digəri dövlət büdcəsini sağına-soluna xərcləyir,tonlarla "qara ikranı" "çörəyin" üstünə yaxır.Sual formasında, "Nədir bu, oğru, quldur cəmiyyətində yaşayırıq?" cümləsinin qoyulması, özü gülüncdür.Sual verməyin,onsuz da cavabı özünüz verirsiniz.Dünən Bakıdan rayona getmişdim."İpək yolu",hələ də təmirdədir.Halbuki,1 il bundan qabaq da rayona getmişdim,eyni mənzərənin şahidi idim.Hələ ondan da xeyli əvvəl,bu yolları düzəltməmişdilər.Harınlamışlar, ayrılan pulun hamısını ortalıqda yeyiblər,indi də canları çıxır ki,heç olmasa təmiri başa çatdırsınlar.

Axırda bu millət ayağa qalxacaq,onda da "artıq tamah baş yarar" yox,"beyin dağıdar" misalını görəcəklər.Özü də nə hazırlanmış adamları,nə də başqa bir şey onlara kömək edəcək.Kütləni nə qədər qırsan da,əvvəl-axır biri sənin "yoğunlamış" boğazından yapışacaq.İnsanların canını boğazına yığmaq olmaz ee.İnşallah,əlimə imkan düşən kimi,birinci növbədə vətəndaşlığımı dəyişib,köçəcəm buralardan.Həmişə Azərbaycanın gələcəyinə inanmağa çalışırdım,ruhdan düşənləri dəstəkləyirdim ki,onlar da qayıtsın yollarına.Ancaq dünən gördüklərim,artıq son damla idi.Tüpürüm bu dəyusların cəmdəyinə!!!Qanınız xarabdı onsuz da,sizə xeyri yoxdur.

var,var...

Link to comment
Share on other sites

Bunu yumorla qarşılayırsınız,ancaq gülməli yerin gülmüşük,artıq ağlamaq və burun suyunu axıtmaq vaxtıdır.Biz öyrəncəkliyik axı

heç də yumorla yazmadım. Biz hələ də gülürük,yox,yox, onlar gülürlər. belə halları adi qarşılamaq artıq bizlərin canına hopub, səbəb də, "düzələn deyil", "sizə xeyri yoxdur", " bura Azərbaycandı", "mən tək etiraz etsən nə olacaq ki" kimi yanaşma tərzindədi. Hər kəs öz qınına çəkilib, gözləyir. Amma nəyi? Çörək və tamaşanı?(((

Bəs nə etməli?Əgər kimsə qabağa dursa,arxasınca gələnlər işıq sürəti ilə yoxa çıxmaq bacarığını nümayiş etdirir.Millət həm qorxaqlaşıb,həm də etibarsızlaşıb.Adamda elə bir təəssürat yaranır ki,dünyanın ən güclü inqilabçılarından hansısa,yenidən dünyaya Azərbaycanda göz açsa,onu heç bir perspektiv gözləmir.Hardasa teksun qutusu ilə futbol oynayacaq,böyüyəndə institutu qurtarıb,fəhlə işləyəcək.Sonra da,səsini çıxaran kimi,hamı onunla razılaşacaq.Amma onu tutub basacaqlar içəri.Ola bilsin,başını da əkəcəklər.Camaat da,qısa müddət ərzində amneziya keçirən adamlar kimi,onu elə unudacaq,gəl görəsən.

Link to comment
Share on other sites

Nə danışırsınız, siz villa nədir, bütün Azərbaycanı da ala bilərsiniz.Onsuzda daha nə qalıbki..Elə bil Şuşanı Azərbaycanlılar işğal edib ermənilər yox..Belə almaq-satmaq həvəsi varsa bəlkə elə ermənilərdən alaq torpaqlarımızı.?? Daha doğrusu torpaqlarınızı.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 6 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 220 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 306 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
        • Sad
        • Confused
      • 281 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...