Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

16 Yaşlı Fələstinli Yeniyetmə Milli Zəmində Yandırılmışdır !


Sunyata

Recommended Posts

Son hadisələr İsraildə   yeni ,  3- cü intifadanın başlanmasına oxşayır.   Diqqətinizə çatdırım ki , bu yaxınlarda  işğal olunmuş  qanunsuz   ərazilərdə  yaşayan  çoxsaylı  kolonist ailələrindən olan 3 nəfər yəhudi  yeniyetməsi  qətlə yetirilmişdi.  Bundan sonra Yerusəlimdə   Muhammad  Əbu Xdayra adlı  16 yaşlı  yeniyetmə  diri -diri yəhudi  radikalları tərəfindən  yandırlıb.   

 

bu gün isə  İsrail tv -sində    həmin yeniyetmənin  əmisi oğlu (  yaxud xalası oğlu )  olan digər 15 yaşlı yeniyetmənin İsrail  polisi tərəfindən vəhşicəsinə döyülməsi  haqqında məlumat verildi.   

 

Bu  rolikdə  uzaqdan da olsa görünür ki.  uşaq heç bir müqavimət göstərmədən , sadəcə  vəhşicəsinə  döyülür.

 

https://www.youtube.com/watch?v=0Aaj0YM45t4

 

Bu yeniyetmə  həm də Amerika vətəndaşlığına malikdir.   Tv - dəki məlumata görə  dünyanın hər yerində  bu və ya buna oxşar digər rolik göstərilir.  

 

 

Son günlər ümumiyyətlə  ,  çox gərgin vəziyyət yaranıb.     Yenə raketlər və  ölüm , yaralılar.  Hər iki tərəfdən ölən günahsız  insanlar.  Sonsuz davam edən nifrət və  aqressiya ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Bu ereb-yehudi munaqishesi deyesen besheriyyetin sonuna qeder davam edecek. Chetin bunlar ne vaxtsa sulh sheraitinde yashaya bile.

 

Hər iki tərəf  bir birini  vəhşilikdə  ittiham edir.   Danışanda da ağızlarına  çullu  dovşan yerləşmir.  Amma vəhşiliklərindən də  geri qalmırlar ((   Hər iki tərəf .

Link to comment
Share on other sites

Hər iki tərəf  bir birini  vəhşilikdə  ittiham edir.   Danışanda da ağızlarına  çullu  dovşan yerləşmir.  Amma vəhşiliklərindən də  geri qalmırlar ((   Hər iki tərəf .

Bu munaqishenin helli barede fikrin maraqlidi. Men cox dushunmushem bu barede amma  mumkun ola bilecek hell varianti tesevvur ede bilmirem.

Edited by HPTRUEVISION
Link to comment
Share on other sites

Bir neçə il əvvəl Türk ilahiyyat professoru Yaşar Nuri Öztürkün çıxışlarından birində eşitmişdim. 

Deyirdi ki; İsrail xalqı öz peyğəmbərlərini qətlə yetirdilər.Bununla bu xalq əbədi lənətləndi.

Ərəblər ,Məhəmməd peyğəmbərin və imamətin başına gələnlərdə günahkardılar.Onları qətlə yetirdilər .Bununla onlarda lənətləndilər.Bu iki xalq sonsuza qədər etdiklərənə görə cəza çəkməlidirlər.Daim qırğınlar bu xalqların yaxasından əl çəkməyəcək.Çünki,Allah tərəfindən seçilən peyğəmbərlərə və onların övladlarına zülm ediblər.

Bəşəriyyətin sonuna qədər də bu iki xalq bir-birini qıracaq.25 milyon ,250 milyon xalqa qarşı duracaq."

Həmin alimin dediklərindəndir.Bəlkə də,həqiqətdir.Hər iki xalq lənətlənib.

Link to comment
Share on other sites

Bu munaqishenin helli barede fikrin maraqlidi. Men cox dushunmushem bu barede amma  mumkun ola bilecek hell varianti tesevvur ede bilmirem.

 

Hələlik bu linklərə bax.  Qonşu  bölmədə   bir neçə gün bundan əvvəl  yazmışdım bunları     - 

 

 http://www.disput.az/index.php?showtopic=619630&p=21717592

http://www.disput.az/index.php?showtopic=619630&p=21719589

http://www.disput.az/index.php?showtopic=619630&p=21719772

http://www.disput.az/index.php?showtopic=619630&p=21720258

http://www.disput.az/index.php?showtopic=619630&p=21720975

http://www.disput.az/index.php?showtopic=619630&p=21731638

 

 

Sonra yenə  əlavələr edərəm )) 

Link to comment
Share on other sites

Bir neçə il əvvəl Türk ilahiyyat professoru Yaşar Nuri Öztürkün çıxışlarından birində eşitmişdim. 

Deyirdi ki; İsrail xalqı öz peyğəmbərlərini qətlə yetirdilər.Bununla bu xalq əbədi lənətləndi.

Ərəblər ,Məhəmməd peyğəmbərin və imamətin başına gələnlərdə günahkardılar.Onları qətlə yetirdilər .Bununla onlarda lənətləndilər.Bu iki xalq sonsuza qədər etdiklərənə görə cəza çəkməlidirlər.Daim qırğınlar bu xalqların yaxasından əl çəkməyəcək.Çünki,Allah tərəfindən seçilən peyğəmbərlərə və onların övladlarına zülm ediblər.

Bəşəriyyətin sonuna qədər də bu iki xalq bir-birini qıracaq.25 milyon ,250 milyon xalqa qarşı duracaq."

Həmin alimin dediklərindəndir.Bəlkə də,həqiqətdir.Hər iki xalq lənətlənib.

 

Siyasət yeritmək üçün baş lazımdır, bir yəhudinin başı digər millətdən olan 10 insanın başından güclü işləyir. Ona görə də burdakı kəmiyyət qüvvəsini itirir. 

Link to comment
Share on other sites

Yuxarıda yerləşdirdiyim videonun digər variantı   -  dediyim kimi ,  israilin tv xəbərlər proqramında şərhlərlə  verilimiş süjet  ( İvritdədir ((  )   

 

http://www.youtube.com/watch?v=rR1VDYBYUHc

 

Bu günlərdə    İsrail ərəbləri də  çıxışlar , nümayişlər etmişlər.  Qəzzadan raketlər gəlmədə davam edir . israil də qəzzanı  bombalamağa davam edir.  Artıq 10 nəfər ölən var. 

Edited by Sunyata
Link to comment
Share on other sites

Bu  məqalə də  İsrailin əsas qəzetlərindən olan "Haaretç" dəndir ( rus dilinə trəcümə olunub ) Burada bu hadisənin dərin kökləri barədə  redaksiyanın izahı  çox maraqlıdır.  Həqiqətən də cəmiyyət son illərdə çox mürtəceləşib , cəza verən də yoxdur (( 

 

Убийцы Мухаммеда Абу-Хадира - не «евреи-экстремисты». Они воспитанники культуры ненависти и мести, которую возделывают и удобряют опытные наставники. Кто эти наставники? Те, кто считают любого араба заклятым врагом. Те, кто молчали, когда во время футбольного матча с участием иерусалимского клуба «Бейтар» фанаты выкрикивали лозунги, призывающие к убийству арабских игроков. Те, кто призывают очистить государство от арабского меньшинства

 

tam mətn burada  - http://cursorinfo.co.il/news/pressa/2014/07/07/gaarec--kto-vinovat-v-ubiystvo-arabskogo-podrostka-/

Link to comment
Share on other sites

Abu Xadiranın   diri -diri yandırılmasında günahkar olan 3 nəfər  yəhudi mənşəli  cinayətkar   öz cinayətlərini boyunlarına almışlar.   Abu Xadiranın atası   bu  adamların da evlərinin , eynilə ərəb terrorçularına edilən  kimi  ,  dağıdılmasını tələb edir ! 

 

http://news.israelinfo.ru/events/52263

Edited by Sunyata
Link to comment
Share on other sites

Dünən  gecədən İsrail  ordusu   "TsAHAL"  Qəzzanı  bombradman etməklə  yeni  "Sarsılmaz qaya"  adlı   hərbi  əməliyyata başlayıb. Gecə   İsrailin  KİV - lərinə görə  50 - dən  çox obyekt dağıdılıb.  Fələstinlilərin dedyinə görə  100 - 150  bomba atıılıb.    İsrail  tv  xəbərlrəində  bu  arada 20 nəfərin ( onlardan 10 -u  xamas üzvləri )   öldüyü  100 - dən çox yaralandığı  xəbər verilir.   Xamas Tel -Əvivə  raket atacağını  vəd edib.   

 

Yəqin ki,   bu dəfə də əvvəlkidək,  "kim - kimi qırdı"  1 ay çəkəcək ...  

Link to comment
Share on other sites

Dunyanin gozu onunde bu qeder gunahsiz insan oldurulur, hami susur,amma biz hele de bu dunya birliyinden Qarabagdaki hadiselere edaletli movqe gozleyirik. 

 

Özgə torpağına hərislik  psixi  xəstəlikdir ki , keçib  bəzi millətlərin canına ((  

Link to comment
Share on other sites

Özgə torpağına hərislik  psixi  xəstəlikdir ki , keçib  bəzi millətlərin canına ((  

Xeberlerde deyilene gore  Hamas Israil erazisine 550 raket atib, amma cemi bir nefer helak olub. Bunun sebebi Israilin antiraket qurgularidir, ya Hamas bosh sehraligi nishan alir?

Link to comment
Share on other sites

Xeberlerde deyilene gore  Hamas Israil erazisine 550 raket atib, amma cemi bir nefer helak olub. Bunun sebebi Israilin antiraket qurgularidir, ya Hamas bosh sehraligi nishan alir?

Hamas hara gəldi atır.   Həm də  İsrail ordusunda "kipat barzel"  adlanan xüsusi  qurğu var.   Bu qurğu   qısa raduslu  raketləri  vurmaq üçün düzəldilib.  Təxminən  atılan raketlərin  20 -  50 % -  ni  göydə vurub parçalayır.    İndi  bu gündən   Hamas yeni taktikaya keçib   -   bir nöqtərə  dalbadal 7 -10 raket atırlar .  Bunun da hamısını tutmağa "kipat barzel"in  imkanı  yoxdur.  Bu gün bir  benzin maşınıni  vurublar. ( zapravkanın yanaında ) 1 nəfər yaralanıb.   Amma  Qəzzanı isə yerlə yeksan ediblər .   Hamas bu  dəfəki  konfliktdə rekord vurub . 4 gündə  bundan əvvəlki  konfliktdəki 8 gündə olan qədər raket atıb.  Bundan əlavə raketlərin radiusunu da xeyli genişləndiriblər.   Hazırda raketləri  həm mərkəzə , həm də şimala çatır.  Səhv etmirəmsə 120 -130 km.  radiusu olan raketləri  artıq özləri istehsal edirlər.    Bundan əvvəl isə  yalnız  Qəzzaya yaxın yerləri vura bilirdilər.

Edited by Sunyata
Link to comment
Share on other sites

Israilda ehali arasinda muharibe ab-havasi, qorxusu hiss olunmur, yoxsa mene ele gelir? 

 

Yox , müharibə ab  -havası  var.  Radioda  hər raket atılanda  şəhərin adını  deyirlər .  Hətta android  applikasiya da düzəldiblər ki,   raket atılanda siqnal verir ))  

 

Ümumiyyətlə , İsrail xalqı  öz məğlubedilməzliyi haqqında   mifə  o qədər inanır ki,  onlar arxayındır ki . qısa müddətdə  xaması  darmadağın edəcəklər.  Necə deyərlər , müvəffəqiyyətdən baş  gicəllənməsi var onlarda.  Digər tərəfdən də  təkcə Qəzzada 1.5 milyon əhali var.   Hələ   Əbu Mazenin  idarə etdiyi  Ramalla və digər əraziləri saymasaq.     Bu qədər əhalini  istəsələr də  tam məhv edə bilməzlər.   gec - tez danışıqlar davam  etməlidir.  Qəzzada humanitar vəzyyət  artıq 8  ildir ( səhv etmirəmsə )  bərbad haldadır.   (  raketlərin sayını saymasaq )) ) .  

 

İsraillilər  hökümətdən  Haması tam fiziki ləğv etməyi  tələb edir.  Bunun üçün də  yenidən Qəzzanı  işğal etmək  tələb olunur. çox güman ki , bu dəfə  yer   qoşunları  Qəzzaya daxil olacaq.  Hər halda siyasətçilərin şərhlərindən  bunu hiss etmək olur.  

 

Nəzərə alsaq ki,  Qəzzanı Ariel Şaron 2005 - ci ildə  uzun illərlə işğaldan sonra tərk edib  , onda qapalı dövrə yaranır ((  

Edited by Sunyata
Link to comment
Share on other sites

Türkiyədə İsrail səfirliyi daş-qalaq edildi - Video

Bu gecə İsrailin Qəzzaya qarşı apardığı yerüstü əməliyyatı dayandırması məqsədilə Ankarada AKP və CHP-dən olan deputatlar, QHT əməkdaşları və bir qrup şəxs İsrail səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.

AzadXeber.net-in məlumata görə, nümayişçilər binanı daşlamaqla yanaşı İsrail əleyhinə şüarlar səsləndiriblər. Diplomatik korpusu qoruyan mühafizəçilər isə etirazçılara heç bir müdaxilə etməyib.

Görünür mühafizəçilər də etirazçı qismində olub. Daha sonra polisin müdaxiləsiylə güclü toqquşma qeydə alınıb .

http://azadxeber.net/_h30781.html

Link to comment
Share on other sites

2 həftə  ərzində  504 nəfər fələstinli   həlak olub və 4000 - ə  yaxın yaralı var.  Əksəriyyət dinc əhalidəndir.   israil tərəfindən  27  həlak olan və  90 -dan  çox  yaralı var.  Bunlardan 2 nəfər  dinc əhalidəndir , yerdə qalan əsgərlər.  

 

Sabah  J. Kerry , Ban Ki- moon ,  Əs Sisi  , Abu Mazenin də  iştirakı ilə  Misirdə  humanitar atəşkəs elan etmək  planlaşdırılır.   İsrail  hələ cavab verməyib .   Humanitar   atəşkəs  şəraitində  qoşunlar geriyə  çəkilməyəcək.   Hərə durduğu  yerdə  də  duracaq.   

Edited by Sunyata
Link to comment
Share on other sites

bəzi araşdırmaçılar Həmasın İrandan alındığı yeni silahları sınaqdan keçirdiyini və İsrailin bu silahli necə" tutacağını"  izlədiklərini yazır. Bir növ kəşfiyyat xatirinə milləti veriblər qabağa. 

 

Bildiyimə görə   hamasda   İran  istehsalı olan  yalnız   Fajr - 5   tipli  raketlər ( 75 km radiuslu )  var idi.   İndiki  raketlər hamısı   Qəzzanın özündə   istehsal olunur.   Artıq  bütün İsrail  ərazisi  radisusunda  raket istehsal edə bilirlər. ( 260 km - dan uzaq artıq  atılıb )  Təbii ki, texnologiyanı    kimdən aldıqlarını bilmirəm .    Amma   ,  bildiyimə görə  modern raketləri yoxdur.  

Edited by Sunyata
Link to comment
Share on other sites

BMT-nin insan haqları üzrə komissarı Havi Pillay son iki həftə ərzində İsrail ordusunun Qəzza sektorunda əməliyyatlar zaman hərbi cinayətlər törətdiyini istisna eləmir.

 

Musavat.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, Pillay BMT ekspertlərinin İsrail hökumətinin mülki əhalinin qorunması üçün bütün tədbirləri gördüyünə ciddi şübhələri olduğunu söyləyib.

 

“Ötən həftə Qəzza çimərliyində 7 uşağın həlak olması İsrail hərbçilərinin günahını sübut edən şok effektli dəlildir”, - deyə komissar vurğulayıb. Bu zaman Pillay HƏMƏS-i də İsrailə raket zərbələri endirdiyi üçün ittiham edib, hansı zərbələr nəticəsində ki, dinc israillilər həlak olub.

 

İsrailin BMT-dəki nümayəndəsi isə komissarın sözlərini “düşünülməmiş reaksiya” adlandırıb. Onun iddiasına görə, ölkəsi öz ərazisini qorumaq prinsipi üzrə hərəkət edib.

 

http://aktual.az/xeber-bmt-srailin-hrbi-cinaytlr-tortmsindn-ubhlnir-t14583.html

Link to comment
Share on other sites

Raketlərdən birinin İsrailin hava limanının ( NatBaq) yaxınlığında düşməsinə   reaksiya olaraq   ABŞ və  əksər dünya ölkələri   İsrailə  uçuşları    ləğv ediblər.  İstrail   hakimiyyəti bundan çox təşvişə düşmüşdür.   Bu  ölkələrlə sonrakı danışıqlar nəticəsində  bəzi ölkələr və  avia kompaniyalar   uçuşa razılıq vermişlər.  Amma  , bu gün yenidən NatBaq ətrafında  raket düşdüyü deyilmişdir. 

 

Braziliya höküməti  protest  olaraq  İsraildəki  səfirini  "məsləhətləşmələr"  üçün geri çağırmışdır. 

 

 

Bu traqikomediaya dünyanın gözü qarşısında baş verir .  Harry  Potterdəki  xeyir və şər  maqlarının müharibəsi  yadıma düşdü ))  Bəşəriyyət nəhayət ki, xeyir və ya şəri   ayırıb ,  öz sözünü deməlidir.    60  ildən çox  bir xalq digərini  it kimi zəncirləyib , dünya da buna laqeydliklə tamaşa edir.   Sonra da  "it"   öz  "sahiblərini"  qapanda deyirlər ki,  gördünüz ? Bunlar  itdir , adam deyil ...  Amma  , daha demirlər ki, insanı  it yuvasında və zəncirli  uzun illər saxlayanda  o doğrudan da dönüb it ola bilər və möhkəm qapa da bilər , hətta sahibini parçalıaya da bilər ...

Edited by Sunyata
Link to comment
Share on other sites

18 gündə  artıq 815 nəfər  fələstinli   həlak  olub və  5000  yaralı var . Əksəriyyət də  Həmasa aidiyyəti olmayan dinc əhalidəndir. 

 

İsrail tərəfindən 32  nəfər həlak  olub ,  200 ətrafında da yaralı var.   2 - 3 nəfərdən başqa  ,  yerdə qaan həlak olanlar və  yaralananlar əsgər və zabitlərdir.

Link to comment
Share on other sites

İsrail hərbi birləşmələri Qəzzanın Beyt Hanun yaşayış məntəqəsində BMT-yə aid olan məktəbi tankdan atılan mərmi ilə dağıdıb.

 

Aktual.az-ın AzNews.az-a istinadən verdiyi məlumata görə, atəş zamanı məktəbdə əksəriyyəti uşaqlar olmaqla 15 nəfər həlak olub, 200 nəfər isə yaralanıb.

 

BMT nümayəndəsi Robert Turner bölgədəki bütün məktəblərinin koordinatlarının İsrail hərbi qüvvələrinə məlum olduğunu deyib.

Onun sözlərinə görə, məktəbdə olan mülki şəxslər yəhudi hərbçilərlə məktəbdə silahlıların olmadığını desələr də, İsrail Ordusunun birləşmələri heç bir xəbərdarlıq etmədən təhsil müəssisəsini atəşə tutublar.

 

“Əl-cəzirə” televiziya kanalına danışan həmin vaxt məktəbdə olmuş Kemal Advan adlı yaralı bildirib ki, təhlükəsiz olduğuna görə, məktəbə sığınmışdıq.

 

Beyt Hanun xəstəxanasının baş həkimi Ayman Hamdan isə məktəbdə baş verən hadisədən sonra yaralıların çox olduğunu çətinliklə qarşılaşdıqlarını deyib.

 

Məlumatda o da qeyd olunub ki, məktəbdə çoxu qadın və uşaq olmaqla 800 qaçqın yaşayıb.

 

Fələstin Səhiyyə Nazirliyindən bildirilib ki, İsrailin hərbi müdaxiləsi başlanandan 800-dən çox qəzzalı həlak olub, onlardan 200-ə yaxını isə uşaq olub.

 

http://aktual.az/xeber-srail-orta-mktbi-at-tutdu-t14699.html

Link to comment
Share on other sites

Videoda gördüyünüz uşaq 6 yaşlı qəzzalı Əbu Huveysdir. AzadXeber.net-in verdiyi məlumata görə, Əbu Hüveys qəsbkar İsrail rejimi tərəfindən başlarına gətirilən zülm və işgəncələrdən "məmnun" qaldıqlarını söyləyərək, Qəzzanı görməməzlikdən gələn ərəb dünyasını utandıracaq cümlələr söyləyib. Lakin ən dəhşətli olanı budur ki, 6 yaşlı Huveys bu çıxışından 45 dəqiqə sonra İsrail rejimi tərəfindən şəhid edilib. 
 
6 yaşlı kiçik ürəkli qəhrəmandan isə geridə qalan, ancaq bu çıxışı oldu.

https://www.youtube.com/watch?v=1FMIxO5f8Go

Link to comment
Share on other sites

İsrailin 20 günlük  dağıdıcılıq fəaliyyətinin nəticələri   -  

 

4a77bf25-d410-421e-be39-2f061c269a22-620

 

064b7a92-b658-48a8-90ab-6851d22522ba-620

 

546578fe-21bc-4d26-83fe-5bef2a9a68eb-620

 

 

İsrailin verdiyi  məlumata əsasən Qəzzada artıq 1050  nəfər qətlə yetirilib. Yaralıların sayı  məlum deyil ( hər  halda 5000 dən az olmaz ) .  Həlak olanların ən çox halda 350  nəfəri  Həmas`la  əlaqəsi ola bilər .  Yerdə qalan 700  nəfər dinc əhalidəndir.  Bunlardan 300  nəfəri  uşaqlardır. 

 

Bu  günlər  israil  siyasətçiləri  öz köhnə "mahnılarını"  yenidən işə salıblar.  "mahnı"  bundan ibarətdir ki,  "İsrail bütün ətrafına sübut etməlidir ki, biz dəliyik , bizimlə  işimiz olmasın"  . Yəni , "dəliliklə"    öz vəhşiliklərini və  güclərini  nümayiş etdirməklə   , ətrafa qorxu və  təşviş  yayamaqdadılar.   "Bizə  baş qoşmayın , yoxsa hamınızı bu günə qoyarıq"   -  bu direktiv  çox ciddi  siyasətçilər tərəfindən tez  - tez təkrarlanır.   Bu  da İsrailin anlamında olan sivilizasiya və  Yaxın Şərqdə yeganə demokratiya ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Qəzzada həlak olanların sayı   1300  ətrafında , yaralananların sayı  7000 -dən artıqdır.   Evləri dağıdılmış və ya müharibə ərazisindən didərgin düşümüş insanların sayı  300 000  ətrafında.  Əsl humanitar  fəlakətdir !  

 

İsrail  tərəfindən 56  əsgər və zabit həlak olub .  Yaralıların   ( hazırda xəstəxanada olan )   sayı 140  ətrafındadır. 

 

Ən azı  beş ölkə   İsraildən səfirini "məsləhətləşmələr"  üçün geriyə çağırıb.   ( Braziliya , Peru , Argentina , Türkiyə və s.  )   Beynəlxalq təşkilatlar  (  Pan Ki Mun )  İsrailin beynəlxalq hüquq normalarını kobud surətdə pozmasını söyləsə də ,  isrial  bunları  inkar edərək  Qəzzanı  bombardman etməyə  davam edir !

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 20 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 28 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 12 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 89 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Red Heart
        • Like
      • 695 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...