Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

10 Manata "farmat" Edənlərin Işi Bitdi ? )


Recommended Posts

  Daxili İşlər Nazirliyi “Microsoft” pirat proqram təminatının aşkarlanması istiqamətində kompüter dükanlarında növbəti yoxlama aparıb

 

"Microsoft" proqram təminatı üzrə müəllif hüquqlarının pozulması hadisələrinin araşdırılması çərçivəsində Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bundan əvvəl apardığı öncədən qurulmuş pirat proqram təminatı ilə kompüterlərin yoxlaması və sınaq tədarükünün ardı olaraq, Bakının kompüter dükanlarında növbəti reyd keçirib.

"Microsoft-Azərbaycan" şirkətindən Trend-ə daxil olan məlumata görə, polis tərəfindən ilk yoxlama cari ilin yanvar ayında sübutların toplanması və sonradan müəllif hüquqlarının pozulması və pirat proqram təminatının yayılması üzrə cinayət işinin açılması üçün keçirilib.

DİN tərəfindən keçirilən ikinci gözlənilməyən yoxlama aprel ayının əvvəlində baş tutub. Yoxlama zamanı araşdırmada sübut kimi istifadə olunacaq kompüterlər və onlarla əlaqəli materiallar müsadirə edilib.

Müəlliflik hüququ və əlaqəli huquqlar haqqında Azərbaycan Respublikasının qanununa əsasən, pirat proqram təminatının satışı və ya hər hansı formada yayılması müəllif hüquqlarının pozulmasıdır. Bu, cinayət, inzibatı və ya mülki məsuliyyətə, hətta həbs müddətinə gətirib çıxara bilər.

Pirat proqram təminatlı kompüteri aldıqda, istifadəçi texniki dəstək və mütamadi təhlükəsizlik yenilənmələrindən istifadə imkanını itirir və şəxsi məlumatlarını və sistemin etibarlılığını şübhə altına qoyur. IDC (International Data Corporation), Sinqapur Universiteti və "Microsoft"un Rəqəmsal cinayətlər ilə mübarizə şöbəsi tərəfindən birgə keçirilən araşdırma göstərdi ki, 11 ölkə bazarından əldə edilən 203 kompüterdən 61%-i viruslu proqram təminatı ilə işləyir.

"Microsoft" Korporasiyası Azərbaycanda istifadəçilərin məlumatlandırılmasını nəzərdə tutan kampaniyasını davam etdirəcək və onlara izah edəcək ki, yalnız orijinal "Microsoft" əsllik Sertifikatı kompüterə etibarlı proqram təminatının yüklənilməsinə zəmanət verir. Biz kompüter piratçılığının səviyyəsini azaltmaq istiqamətində istifadəçilərimiz və tərəfdaşlarımızla izahetmə işlərimizi davam etdirəcəyik. Lakin biz piratçılığın qarşısıını almaq üçün proqram təminatının yayılma kanalında və istifadəşilərimiz arasında mövcud hüquqi mexanizmlərdən istifadə edəcəyik", - deyə "Microsoft"un Mərkəzi və Şərqi Avropada lisenziyalaşdırma üzrə direktoru Yevgeni Danilov bildirib.

Proqram təminatı istehsalçılarının Assosiasiyası (BSA | The Software Alliance) və Fransanın "INSEAD" biznes məktəbi və tədqiqat institutu tərəfindən keçirilən araşdırmanın nəticələrinə əsasən, lisenziyalı proqram təminatının artımı Azərbaycan iqtisadiyyatına böyük xeyir gətirə bilər. Lisenziyalı proqram təminatının 1% artımı Azərbaycanın ÜDM-nə 38 mln. ABŞ dolları gəlir gətirəcək, lisenziyasız proqram təminatının 1% isə artımı yalnız 19 mln. dollar gəlir gətirir. Beləliklə, lisenziyalı proqram təminatı bazarının 1% artımı iki dəfə çox gəlir əldə etməyə imkan yaradır. Bundan əlavə, lisenziyalı proqram təminatına yatırılan hər 1 dollar 380 dollar gəlir gətirir, lisenziyasız proqram təminatına xərclənən hər 1 dolların gəliri isə 28 dollar təşkil edir.

"Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilən tədbirlər dövlət qurumlarının istifadəçiləri, yerli biznesi və müəllif hüquqlarını ziyanlı proqram təminatından qorumaq istəyini göstərir. Ümidvarıq ki, belə fəaliyyət ölkədə proqram təminatı sənayəsini təkmilləşdirəcək və yerli iqtisadiyyatın inkişafına təkan verəcək. Növbəti aylar ərzində analoji yoxlamaların sayının bir qədər də artmasını gözləyirik", - deyə BSA-nın Azərbaycanda hüquq məsləhətçisi Nəriman Ramazanov bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

 

 

 

 

Link to comment
Share on other sites

kiminse arvadi qizil saplardan ve qiymetli dashlardan ibaret podkladka(a/ə)

qoymaq  istiyir....neticede yaziq oldu podvalda arendaya rutubetli yer goturub 1 manata disk satan yetim-yusurun halina

 

Müəllif hüquqları deyilən bir şey var və nəhayət bizdə də həyata keçir

Link to comment
Share on other sites

Maraqlıdır - adi yuzerlər evə komputer alanda lisenziyalı Windows yazacaqlar?

 

Camaat gepik-gepik pul yığıb kredite kompyuter alır və əlavə 120-170 manat Windows-a və 200-280 manat Office-ə (ümumilikdə 320-450 manat) verəcəklər?

 

Xeyir.

 

Sadəcə olaraq Komputer dükanları komputerləri proqramsız satacaqlar. Və qıraq-bucaqda 10 manata format edənlərin sayı və qiyməti artacaq!!!

Link to comment
Share on other sites

Kommersiya məqsədi ilə  və ya lisenziyasız proqram təminatları satanlar əlbəttə  ki,   cərimə verməklə  cəzalandırılmalıdırlar.  Amma, evində  özün müxtəlif saytlardan tapıb  install  etdiyin proqramları  kimdi evdə gəlib yoxlayan ?  Bu heç bir ölkədə  hələ ki, həyata keçirilməyib.   

 

Digər tərəfdən də , Microsoft kimi  nəhənglər öz məhsullarının qiymətini  radikal olaraq aşağı salsalar güman edirəm ki ,  piratizmə  təbii şəkildə son qoyular.  Elə söz gedən   O.S.  kimi   lisenziyalı  Windows`u    10  $  -a almaq olsa  , hamə alardı,  mən  bilən . 

Edited by Sunyata
Link to comment
Share on other sites

Baza komplektasiyasinda lisenziyali windows diski olmali deyil? Diski satib pulu yeyecekler sonra da elave 100 nechese manat camatdan pul alacaqlar? Resmi distribyutorlar noutbuklari resmi saytdaki meselen 500 dollara yox 500 manata satmaqla teqribi bir 100 manat da ondan qirtirlar bes bu huquqlari kim qoruyur?

Link to comment
Share on other sites

Kommersiya məqsədi ilə  və ya lisenziyasız proqram təminatları satanlar əlbəttə  ki,   cərimə verməklə  cəzalandırılmalıdırlar.  Amma, evində  özün müxtəlif saytlardan tapıb  install  etdiyin proqramları  kimdi evdə gəlib yoxlayan ?  Bu heç bir ölkədə  hələ ki, həyata keçirilməyib.   

 

Digər tərəfdən də , Microsoft kimi  nəhənglər öz məhsullarının qiymətini  radikal olaraq aşağı salsalar güman edirəm ki ,  piratizmə  təbii şəkildə son qoyular.  Elə söz gedən   O.S.  kimi   lisenziyalı  Windows`u    10  $  -a almaq olsa  , hamə alardı,  mən  bilən . 

 

Əlbətdə qiyməti əlverişli olsa  hamı ala bilər daha 10 dollara yoxda ))  Maksimum 50 manata

 

 

Baza komplektasiyasinda lisenziyali windows diski olmali deyil? Diski satib pulu yeyecekler sonra da elave 100 nechese manat camatdan pul alacaqlar? Resmi distribyutorlar noutbuklari resmi saytdaki meselen 500 dollara yox 500 manata satmaqla teqribi bir 100 manat da ondan qirtirlar bes bu huquqlari kim qoruyur?

 

Notebooklar proqram təminatına görə 3 cür satışa çıxarılır.  1. Üstündə gələn lisenziyalı  2 Free DOS  3 Linux əsaslı.  

Link to comment
Share on other sites

50 manat  Microsoftu "xərəb"  eliyər . Elə 10 dollar bəsləridir.  )) 

 

))

Bu dəqiqə lisenziyalı Windows 7 120 manatadır. Bəzən 20 manatlıq antivirus olan proqramı crack la işlədirik )

Link to comment
Share on other sites

))

Bu dəqiqə lisenziyalı Windows 7 120 manatadır. Bəzən 20 manatlıq antivirus olan proqramı crack la işlədirik )

Əslində  , məncə  antimonopoliya qanunlarına görə    Microsoftu  ,  yəqin ki,  çoxdan neprav çıxartmalı idilər.   Onlarla   piratçılıqdan başqa mübarizə yolu yoxdur ))  (  kommersiya məqsədilə istifadə olunan kopiyalardan başqa ) 

Link to comment
Share on other sites

Belə bir şey eşitmişdim ki, Microsoft istəsə bu piratların qarşısını ala bilər. Amma qəsdən etmir, çünki bunu eləsə, onun bahalı məhsullarına çox az adam pul verəcək, əksər insan alternativ sistemlərə üstünlük verəcək. Bu da Microsoft məhsullarının bazardan çıxması ilə nəticələnəcək. Ona görə də buna qəsdən şərait yaradır. Həm ağlabatandır, həm də deyil :/

Link to comment
Share on other sites

  • 3 weeks later...

Əlbətdə qiyməti əlverişli olsa  hamı ala bilər daha 10 dollara yoxda ))  Maksimum 50 manata

 

 

 

Notebooklar proqram təminatına görə 3 cür satışa çıxarılır.  1. Üstündə gələn lisenziyalı  2 Free DOS  3 Linux əsaslı.  

Eslinde 120 dollara verilen Microoftu ele 10 dollara verseler hami originalini alar. hec kes piratskini almaz.pulun hamisi da ozlerine geder

Link to comment
Share on other sites

  • 1 month later...

Misalçun orginal oyun alanlarin bir çoxu multiplayer de problem yaşayanda

Cracli versiyali oyunlara her bir crack çixdigindan mecburdular pirat oyunlar yükleyib rahat - rahat oyunun keyfini çıxarmaga hemde ki orijinala verdiyi pulun hayfın çıxmaga

Piratin sonu olmaz mence getdikce guclenir pirat programçılar

Microsoftda eynen bunun kimi windows 8 de ne qeder lisenziya satdı kim bilir ama gel gör ki wimdows 8 den neqeder craclı windows 7 ye keçen oldu

Link to comment
Share on other sites

  • 2 weeks later...

Bir neçə il əvvəl Oracle tərəfindən təşkil olunmuş prezentasiyası zamanı bir sual səsləndirildi.

Sual belə kimi idi: "Rusiyada lisenziyasız Oracle-dan istifadəsinə görə şirkətləri məhkəməyə verirsinizmi?"

Cavab belə oldu: "Xeyir. Bunu edə bilmirik. Çünki məhkəmə özü də lisinziyasız məhsuldan istifadə edir."

Link to comment
Share on other sites

  • 4 weeks later...

10 манат ?))))

А те которые за 5 манат + выездом на дом ?? Или же на бутылку пиво или водки ? 

не идиотизм ? 

 

И мудрость  гласит - если ты идиот то эт на долго. Так что конца не будет 

Link to comment
Share on other sites

Кстати Мелкософт  заявил что не замешан в этом ))) Они просто предложили проверить а не ............

Кого то должны были "ловить" - Попался Компрадор. 

  • Upvote 1
Link to comment
Share on other sites

10 манат ?))))

А те которые за 5 манат + выездом на дом ?? Или же на бутылку пиво или водки ? 

не идиотизм ? 

 

И мудрость  гласит - если ты идиот то эт на долго. Так что конца не будет 

yalancisan sen, naturalniy ozu de

Link to comment
Share on other sites

Hamı çox gözəl başa düşür ki, Microsoft-un piratçılıqla mübarizəsi görünüş üçündür. Lazım olsa qeyri-leqal istifadəyə görə həmin an sistem açılmaz və hamı məcbur olub alar. Amma Microsoft da bilirlər, bu avtomatik istifadəçilərin itgisinə səbəb olar. Neçə illərdi pusquda 

dayanan Linux, MacOs, GoogleOS və s.r. bazarı ələ keçirdər.

Ona görədə bu balansı saxlamaq üçün göz yummağa məcbur olurlar.

Bu qədər piratçılıq olan yerdə, Bill Gates-in sərvəti 76 milyard idi (sağlığına qismət)

Link to comment
Share on other sites

Meluat uchun deyim Chinde lisenziyali windows 8-in qiymeti 40$-di ve hemchinin diger program teminatlari da chox ucuzdu

shexsen menim kompumda windows 8,office 2013 ve antivirus resmi lisenziyalidi(yeni Chin versiyasinin lisenziyasini almisham) ve hech bir problemim yoxdu

Edited by Elchin 77
Link to comment
Share on other sites

  • 2 weeks later...

Ehh, men de hesed aparirdim Azerbaycanda ne yaxshidir deye, sen deme orda da artiq bu meselenin ustune dushubler. USA-da tekce bosh komputer alirsan, ofis proqramlarini ise ayrica almalisan, hele fotoshop, avtokad isteyirsense emelli bashli elin cibinde olmalidir. Bir terefden "muellif huquqlarina" gore fikirleshirsen bu duzdur.... bir terefden de, hech olmasa komputeri lisenziyali MS Office ile satsinlar da, camaat yaziq deyil??? Aprel-den de XP dayandi. indi bele chixir ki butun XP olan komputerler uchun yeni emeliyyat sistemleri alinmalidir.

Link to comment
Share on other sites

  • 3 weeks later...
  • 7 months later...

hal hazırda əsasən 100 və atrıq kompüteri olan şitkərlərdə yoxlamalar aparılır və lisenziyası olmayanlara vaxt verilir (şirkətlərə). Servis və satış ilə məşğul olanları isə cərimə edib bağlayırlar. (piratlıq ilə məşğul olanlar)

Link to comment
Share on other sites

  • 3 months later...
  • 1 month later...
  • 6 months later...

Ay camaat kompüter alarkən baxın ki sistem lisenziyalı olsun. 5 ildir istifadə edirəm. Problem olmayıb. Alarkən win 7 idi. Indi update etdim win 10 işlədirəm. 10manatlıq format dalınca qaçmayın. Normal firma dükanlarından alın. Və problem yaşadıqda onlara düzəltdirin.

Link to comment
Share on other sites

  • 1 month later...
Ay camaat kompüter alarkən baxın ki sistem lisenziyalı olsun. 5 ildir istifadə edirəm. Problem olmayıb. Alarkən win 7 idi. Indi update etdim win 10 işlədirəm. 10manatlıq format dalınca qaçmayın. Normal firma dükanlarından alın. Və problem yaşadıqda onlara düzəltdirin.

qardas normal firma dukani deyende hansi dukanlari nezerde tutursunuz?

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
      • 81 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Like
      • 114 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
      • 137 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...