Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

İntim Həyat Haqda Bilmədiklərimiz.


gapgara

Recommended Posts

Bu mövzuda qadın kişi münasibətləri haqda eləcə də intim münasibətlər, intim həyat haqda bil(mə)diyimiz, rast gəldiyimiz faydalı məlumatlar yerləşdiriləcək. Hər postun başlanğıcında qısa başlıq yazılır və altında isə əsas yazı dərc olunur. Mövzuya hər kəs qoşula bilər. Mövzu maarifləndirici, informasiya xarakterlidir. Mövzuda müzakirə aparılmayacaq. Etirazı olan həmin posta uyğun mövzu açıb müzakirə apara bilər.

 

 

Link to comment
Share on other sites

İntim həyat insan üçün nə deməkdir?

 

Bir çox hallarda insanlar elə düşünürlər ki, intim münasibətlər yalnız nəsil artırmaq və yataq həzzi üçündür. Bu düşüncədə olanlar haqlı olduqları qədər də yanılırlar. Çünki intim həyat bunlarla yanaşı, insan sağlamlığı üçün tələb olunan qəbul etdiyimiz qida, hava, su qədər vacibdir.

İlk növbədə normal intim həyatı olan insanlar daha cavan və gümrah görünürlər. Müntəzəm olaraq sekslə məşğul olan istər qadınlar, istərsə də kişilər qocalmaya qarşı mübarizə aparmış olurlar.

İntim münasibətdən sonra orqanizmdə endorfin və yuxu hormonları yaranır ki, bu da insanın sağlam yuxusunu təmin edir.

Cinsi akt zamanı qan dövranı yaxşılaşır. Bunun sayəsində beyin və digər orqanlar qan vasitəsilə olsigenlə daha yaxşı təchiz olunur.

Həftədə 3-4 dəfə intim münasibətdə olan insanların infarkt riski, sekslə məşğul olmayan insanlardan bir neçə dəfə aşağıdır.

Mütəmadi sekslə məşğul olanlar piylənmənin və kökəlmənin qarşısını da almış olurlar. Belə ki, insan cinsi münasibətdə olduğu zaman təxminən 200-300 kalori sərf edir.

İntim münasibətlərin faydalarından biri də odur ki, cinsi əlaqə orqanizmin immunitetini artırır.

Müasir dövrdə tez-tez rast gəlinən kişilərdə prostat, qadınlarda mastopatiya xəstəliklərinin qarşısını almaq üçün sekslə müntəzəm məşğul olmaq ən yaxşı vasitədir.

Mütəmadi intim münasibət bədəni formada saxlayır, onun elastikliyini təmin edir. 5 dəqiqə sekslə məşğul olmaq 15 dəqiqə idman qaçışını əvəz edir.

İntim münasibət insanın stressini, gərginliyini aradan qaldırır, özünəgüvənlik yaradır ki, bu da insanın psixoloji durumuna müsbət təsir göstərir.

Nəhayət, sağlam intim münasibət dünyaya yeni insanın gəlişi və ailənin möhkəmlənməsi deməkdir.

Ən başlıcası isə intim münasibət iki sevən insanın arasında olan incikliyin, umu-küsünün, xöşagəlməz söhbətlərin şirin sonluğudur.

Link to comment
Share on other sites

İntim normalar

 

"İntim norma" dedikdə biz nəyi nəzərdə tuturuq? Müxtəsər danışsaq, bu, qadınla kişi arasında, onların davranış və hərəkətlərini müəyyən qaydalar əsasında tənzimləyən cinsi münasibətlərdir.

Bu tərifi həqiqət kimi qəbul edib tarixi keçmişə, eləcə də müasir xalqların gündəlik həyat və məişətinə nəzər salsaq, görərik ki, intim, yəni cinsi normalar xeyli sərbəst şərh və təfsir edilən anlayışdır. Məsələn, xristian dininə tapınan Avropa ölkələrində rəsmi surətdə yalnız bir qadınla, yeri nikaha girdiyin şəxslə, qeyri rəsmi surətdə isə istənilən qadınla cinsi münasibətdə olmaq olar; bu ölkələrdə qanuniləşdirilmiş mülki izdivacla yanaşı qanuniləşdirilmiş fahişəlik də mövcuddur. Müsəlman ölkələrində bir kişinin bır neçə qanuni arvadı (siğələri nəzərə almasaq, dörd arvadı) ola bilər və şəriətə görə kişi hər bir arvadına eyni dərəcədə qayğı və diqqət göstərməyə borcludur. Qadınların kişilərdən xeyli az olduğu bəzi Afrika tayfalarında isə bir qadının bir neçə əri olur. Qədim Misirdə firon ailəsində qardaşla bacının nikahını sülalə maraqları tələb edirdi, halbuki bütün dövrlərdə və xalqlarda bu cür izdivac ən dəhşətli zina və cinayət sayılıb.

Vaxtı ilə bir sıra xalqlarda (məsələn, çinlilərdə) ev sahibi qonaqpərvərlik və hörmətin ən yüksək təzahürü kimi gecə öz arvadını qonağın tam sərəncamına verirdi. Halbuki heç bir avropalının (biz hələ islam xalqlarını demirik) ağlına da gəlməz ki, bu cür “hörmət və nəciblik” nümayiş etdirsin, belə bir hadisə baş versə də dərhal cəmiyyət tərəfindən lənətlənib damğalanar. Bir çox xalqlarda hər bir qızın öz bəkarətini qoruyub gələcək əri üçün saxlaması müqəddəs qanundur və bu qanunu pozan qızı böyük rüsvayçılıq və hətta ölüm gözləyir. Halbuki bəzi xalqlarda qız ər evi üçün cehizi öz bədənini satmaq sayəsində əldə edir və belə "bacarıq" və "zirəklik" hamı, o cümlədən gələcək ər tərəfindən təqdir olunur; bəzi tayfalarda isə ərə gedən qız zifaf gecəsini bu "iş" üçün nəzərdə tutulmuş şəxslə - tayfa başçısı, yaxud kahinlə keçirir və yalnız öz bəkarətini itirdikdən sonra ər evinə köçmək hüququnu qazanırdı. Ana qohumluğu xəttinə əsaslanan (madərşahlıq) ibtidai-icma quruluşu dövründə uşağın hansı ki­şidən olması hər kəsi maraqlandırmırdı; şəxsi mülkiyyətin meydana gəlməsi ilə hər şey kökündən dəyişdi - nəsil şəcərəsi daha ata qohumluğu xətti üzərində quruldu və hamını məhz atanın kim olması məsələsi narahat etməyə başladı.

Müasir dövrdə də yer kürəsində çoxsaylı nikah formaları mövcuddur. Bir sıra xalqlarda monoqam, fərdi nikah deyil, poliqam nikahın müxtəlif formaları yayılmışdır: polinigiya - bir kişinin iki və daha çox qadınla izdivacı, poliandriya - bir qadının iki və daha çox kişi ilə izdivacı və nəhayət qrup halında nikah müxtəlif cinsdən olan bir neçə adamın izdivacı.

Polinigiya (çoxarvadlılıq) bütün dünyada yayıldığı balda, poliandriyaya (çoxərlilik) əsasən Tibetdə, Hindistanda yaşayan bəzi tayfalarda, Sakit Okean xalqlarında rast gəlinir. Məsələn, lepça xalqında belə bir adət var: təsərrüfat işlərinin öhdəsindən gələ bilməyən kişi öz ailəsinə kiçik qardaşını dəvət edir ki, o, iş və arvad barəsində ona "ortaqlıq" eləsin. Özü də bu cür nikahdan doğulan uşaqlar böyük qardaşın övladları sayılır.

Qrup halında nikahlara isə nadir nallarda təsadüf edilir. Bunun klassik nümunəsinə yalnız Markiz adalarında rast gəlmək olardı. Orada ailə əsas ərdən - yeri ailə başçısından, onun arvadlarından və bir, yaxud, bir neçə əlavə ərdən ibarətdir. İkinci ər əsas ərin bir növ köməkçisi sayılır və əsas ər bir yerə getdikdə ailəni idarə edir, "baş ərin" icazəsi ilə, o başqa yerə getdikdə isə onun icazəsi olmadan da onun arvadları ilə yatıb-durur. Digər nisbətən aşağı "rütbə­li" ərlər yaxınlıqda yaşayır və təsərrüfat işlərində köməklik göstərirlər. Onlar da təsadüfdən-təsadüfə arvadlardan istifadə edirlər və əsas ər buna müsbət hal kimi baxır, belə ki, onun fikrincə, seksual cəhətdən təmin olunmuş kişi təsərrüfat işlərində daha yaxşı və səmərəli işləyə bilər.

Həyatda eyni cinsdən olan şəxslərin də birgə nigahı mövcuddur. Hazırda dünyada eyni cinsdən olanların nikahı birinci olaraq Danimarkada qanuniləşdirilmışdir. Onun ardınca Norveçdə və İsveçdə də bu cür nikaha icazə verilmişdır. Nə qədər acınacaqlı olsa da, normal insanlarda yalnız ikrah doğuran bu məsələ bir sıra ölkələrdə ciddi müzakirə obyektinə çevrilmişdir.

Lakin biz istəsək, istəməsək də, bütün bəşəriyyət seks barəsində öz sağlam düşüncəsini itirmək həddindədir. Bunu, yer kürəsində seksin "təntənəli və qarşısı alınmaz yürüşü" adlandıranlar da var. Başqa bir misal. Dilçilər hesablamışlar ki, ingilis dilində kişinin tənasül alətinin təxminən 1.000, qadının uşaqlıq yolunun 1.200, cinsi aktın 800 adı və sinonimi var! Fransız dilində bu göstəricilər müvafiq olaraq 600 və 1.500-dür. Elə təkcə bu fakt müasir dünyada intim münasibətlərin nə qədər böyük rol oynadığını, həyatın ən müxtəlif və dərin qatlarına nüfuz etdiyini göstərir.

Beləliklə hər bir dövr, hər bir cəmiyyət öz intim norma və qanunlarını təyin və təsdiq edir. Əgər bu qayda və qanunlar sağlam düşüncədən məhrumdursa və insanın intim ehtiyaclarının ödənməsinə imkan vermirsə, o zaman şüurda çoxsaylı qadağalar qoymaqla, enerjinin təbii cərəyanının qarşısına sədlər çəkmiş olur, bu da öz növbəsində ruhi təbəddülatları - özünəməxsus günah hissini, narahatlıq, narazılıq, məyusluq, həyatdan küskünlük və sair hissləri doğurur və son nəticədə hansısa xəstəliyin yaranmasına səbəb olur.

Link to comment
Share on other sites

Düzgün nizamlanmış seks

 

Cinsi aktdan sonrakı davranış böyük əhəmiyyətə malik olsa da, kişilərin əksəriyyəti bu məqama əsla məhəl qoymurlar. Hətta sevən ərlər də cinsi aktdan dərhal sonra arxalarını arvadlarına çevirib yatmağı üstün tuturlar. Kişi rahatlanıb uyuduğu bir vaxtda qadın seksual ehtirasın onu necə tədricən tərk etdiyini həyəcanla hiss edir. Bu cür davranışın nəticəsində kişi özünü çox maraqlı psixoloji və emosional həyəcanlardan məhrum edir. Bundan pisi odur ki, kişi sevən qadının illüziyalarını alt-üst edir və bununla da qadının həssas naturasında, onun məhəbbətinin zərifliyindən, onun əlavə nəvazişlərə ehtiyacından büsbütün xəbərsiz, yaxud bunlara tamamilə biganə olduğunu nümayiş etdirir. Axı qadınlar çox sevirlər ki, cinsi yaxınlıq başa çatdıqdan sonra onu nəvazişlə öpsünlər, oxşasınlar, qulağına xoş sözlər pıçıldasınlar.

Cinsi əlaqələrin norması, yəni sayı və tezliyi haqqında məsələ hər bir halda fərdi həll olunur. Tərəf müqabillər cavan olduqca cinsi əlaqələr bir o qədər intensiv baş verir. Bəzi sevgililər üçün hər gün cinsi əlaqəyə girmək zərurət halını alır. Bəziləri isə həftədə bir-iki əlaqə ilə kifayətlənirlər. Orta norma həftədə iki-üç əlaqə sayılır.

Müasir seksoloqlar cinsi aktın davamiyyətindən danışarkən, onu 2-6 dəqiqə çərçivəsində görürlər. Onların fikrincə, əgər orqazm akta başladıqdan 1-2 dəqiqə sonra olursa, bu, cinsi zəifliyin əlamətlərinə dəlalət edir. Əgər qadın kişinin bütün cəhdlərinə baxmayaraq, 5-6 dəqiqə ərzində vəcdə gələ bilmirsə, bu, onun cinsi soyuqluğundan (frigidliyindən) xəbər verir.

Əgər qədim dövrün tövsiyələrini müasir tövsiyələrlə müqayisə etsək, bunların bir-birindən kəskin fərqləndiyini görərik. Cinsi ünsiyyət zamanı sevgililər bir necə dəfə pozaları dəyişə, cinsi akta fasilə verə və onu yenidən davam etdirə bilərlər. Axı hər sonrakı akt qadında daha çox şəhvət hissi yaradır, ona daha çox həzz bəxş edir və bu o prosesi uzun müddət davam etdirməyə hazırdır. Kişi isə iki-altı dəqiqə çəkən birinci cinsi akt zamanı əsasən fallosunun boşluğa düşdüyünü hiss edir. Uşaqlıq yolu tərəfindən cavab reaksiyasına (fallosun sıxılması və "tutulub saxlanması") nail olmaq üçün daha çox vaxt tələb edilir. Buna görə cinsi aktı vaxtla ölçmək düzgün olmazdı. Onu qadının keçirdiyi orqazmların sayı ilə ölçmək lazımdır: iki orqazm - yaxşı, dörd orqazm - daha yaxşı, çoxsaylı və güclü orqazmlar isə ən yaxşı variantdır.

Kişiyə gəldikdə isə, o özünü əldə saxlamağı və cinsi aktın gedişini idarə etməyi, lazım gəldikdə ona müəyyən fasilə verməyi, əvvəlcə özü üçün əlverişsiz poza seçməyi (vaxtından əvvəl orqazm keçirməmək üçün) və pozaları dəyişməyi öyrənməyə çalışmalıdır. Onun minimum proqramı - qadını tam təmin etmək olmalıdır. Bunda onun öz şəxsi marağı da var. Belə ki, qadını təmin etməklə, onun orqanizminin enerjisinin bir qisminə yiyələnmiş olur və bu, kişini hər cəhətdən gücləndirir.

Qədim mətnlər kişilər üçün nəfsi saxlamaq texnikası ətraflı təsvir edilib. Bu texnikanı bilməyən kişilər haqqında deyilir: "Cinsi əlaqə zamanı özünü əldə saxlayıb qiymətli daşın ucunda (fallosun başcığında) yaranan həzzi uzatmağı bacarmayan kəs bu xoşbəxtliyi duymağı macal tapmamış, həmin xoşbəxtlik ovuc içindəki qar dənəciyi kimi əriyib itəcək". Buna görə məsləhət görürlər: orqazm yaxınlaşanda dayan, sakitləş, sonra yenidən davam elə. Bununla sən həzz və xoşbəxtlik hissinin müddətini xeyli uzatmış olacaqsan.

Bu üsula dair əlavə məsləhətlər. Cinsi əlaqə zamanı hər ikiniz vaxtaşırı öz cinsiyyət orqanınızı təmiz parça ilə silməli, sonra müxtəlif üsullardan bəhrələnməklə, "işi" davam etdirməlisiz. Sperma tənasül alətinin özülünə gəlib çatdıqda, bədən bir növ ağırlaşıb keyləşir; həmin anda səmanın hüdudsuz ənginliklərini təsəvvürünə gətir, spermanı geri qaytarmaq üçün iradə gücüylə onu öz içinə çək. Bunun üçün anal deşiyini sıx, dilinin ucunu var gücünlə damağına dirə və baxışlarını yuxarıya zillə, Eyni zamanda, əl və ayaq barmaqlarını var gücünlə sıxıb gərilt. Qarnını içinə çək. Bu, nəfsi saxlamaq üzrə "bədən texnikası" sayılır.

"Bədən texnikası''ndan başqa "beyin texnikası" mövcuddur. Bunun üçün siz bədəninizin aşağı hissəsindəkı şəhvət duyğusunda cəmlənmiş fikrinizi vaxtaşırı yayındırmağı bacarmalısınız. Bunun üçün siz, məsələn, beyninizdə rəqəmləri vura, toplaya, çıxa bilər, və ya başqa şey haqqında düşünə bilərsiniz. Enerji həmişə olduğu yerə axır. Qədim risalələr öyrədir: əgər həzz, ləzzət hissi bütün bədənə yayıldığı zaman sən öz fikrini bədənin aşağı hissəsindən yayındırıb, beynində yalnız bədənin yuxarı hissəsində həzz duymağı öyrənsən, o zaman sən sevgi oyunlarına uysan da, toxum kisəsindəki spermanın miqdarı azalmayacaq. Toxum itkisi o zaman baş verir ki, bütün bədənə yayılan hüdudsuz həzz hissinə qərq olmaq əvəzinə, sən öz fikrini yalnız cinsiyyət orqanlarının həzzinə yönəldirsən. Təəssüflə qeyd etməliyik ki, müasir insanda düzgün cinsi akt üçün tələb olunan fikri cəmləmək mədəniyyəti çatışmır (qədim mədəniyyətlərin nümayəndələrindən fərqli olaraq). Qədim müdriklər insan xoşbəxtliyi üzərində düşünür və bunun çarəsini axtarırdılar, müasir sivilizasiya üçün isə bunlar (xoşbəxtlik, həzz hissi və s.) mücərrəd anlayışlardır. Bu mənada biz onlardan qat-qat bəsit və duyğusuz varlıqlarıq.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Toy gecəsi

Nigahin taleyi birinci toy gecəsi (zifaf gecəsi) həll olunur...Toy gecəsinə çox vaxt zifaf gecəsi də deyirlər. Bəzən ona şəbi-zifaf, leyleyi-zifaf.

Toy gecəsinin birinci qanunu budur:

Toy gecəsini zorlama ilə başlamayın. Bəzən qız birinci gecədən elə qorxur ki, sonra uzun müddət cinsi əlaqədən imtina edir. Nəzərə alanda ki, rəfiqələri, oxuduğu kitablar, baxdığı filmlər və s. onda müəyyən qorxular yaradır, bəy çalışmalıdır ki, qızla maksimum ehtiyatlı olsun. Oğlan (bəy) nə qədər incə və mehriban olsa, qızı nə qədər çox sığallasa o qədər yaxşıdir.

Oğlan romantik olsa, qızı öpsə, onun cinsi orqanlarını ehtiyatla sığallasa qız da cəsarətlənər, qorxmaz. Yaxşı olar ki, kişi gəlinin erogen zonalarını, yəni cinsi cəhətdən aktiv yerlərini sığallasın. Yəni ki, döşlərin giləsini, budlarını, klitorunu. Gəlini bu zaman orqazm vəziyyətinə də çatdırmaq mümkündür.

Sonra isə deflorasiya başlayır, yəni qızlıq pərdəsinin açılması. Əgər qızlıq pərdəsi kobud şəkildə cırılsa bu pis nəticələrə gətirib çıxara bilər. Xüsusilə də zifaf gecəsi qızlıq pərdəsini açan zaman kişi çox ehtiyatla, nəvazişlə hərəkət etməlidir.

Toy gecəsinin ikinci qanunu:

Zifaf gecəsi həm bəy, həm də gəlin ayıq olmalıdır. Toy günü restoranda spirtli içki qəbul etmək, mədəsi dolana qədər yemək olmaz. Xüsusilə də xəmir xörəkləri, yağlı ət və s. ilə qarnı doldurmaq olmaz. Bu həm oğlana, həm də qıza aiddir. Maksimum bir qədəh şampan şərabı qəbul etmək olar.

Toy gecəsi necə hərəkət etməli?

Yaddan çıxarmaq olmaz ki, deflorasiya mütləq zifaf gecəsi olmamalıdır. Bəzən olur ki, qızlıq pərdəsi anadangəlmə defekt olur yaxud idmanla məşğul olan qızlarda o bilməyərəkdən cırılır. Həm də mümkündür ki, qızlıq pərdəsi cırılsın, lakin qanaxma olmasın. Bu heç də qızın bakirə olmadığı demək deyil.

Toy gecəsi olanlar gərək həm kişi, həm də qız üçün yaddaqalan, unudulmaz bir xatirə olsun. Çalışıb həmin günü qanqaraçılıq etmək, adamı əsəbiləşdirən şeylərdən uzaq qaçmaq lazımdır. Ona görə də zifaf gecəsi olacaq otaq sakit, səs-küydən uzaq, çarpayı isə rahat olmalıdır.

Azərbaycan toylarında yengə deyilən bir şey də olur. Çox vaxt xala, bibi, dayıarvadı (dayıdostu), əmiarvadı və s. təcrübəli qadın gənc qıza müəyyən məsləhətlər verir, onu toy gününə hazılayır. Bu yengə adəti qədim dövrlərdə olub və maraqlı bir adət də olub. Çünki o vaxtlar qızlar bilmirdi ki, toy gecə olanlar necə olur. Yengənin ikinci rolu isə qızın doğurdan da bakirə olduğunu təsdiq etmək idi. Bəzi yerlərdə həm oğlan, həm də qız yengəsi qapınıın ağzında durur və toy gecəsinin uğurlu olmasına nəzarət edirdi. Lakin indiki dövrdə gəldikdə yengəyə ehtiyac yoxdur. Bu adəti yığışdırmaq yaxşı olardı. Onsuz da çox yerdə oğlanlar yengə qadından imtina edirlər. Əgər oğlan qızı bəyənibsə, onu qəbul edibsə, yengənin nə işi var?

Yengələr səhər açılanda bir-birlərinə şirinlik də verirlər. Bəzi yerlərdə yengə bəyin qolundan tutub onu gəlini yanına gətirir və qızı ona tapşırır. Bəzi kəndlərdə yengə üzərlik yandırır, bəzi yerlərdə yengə qızı soyundurur. Çox yerdə belə adət varmış ki, toy gecəsində bakirəlik pozulandan sonra yengə qızın qanlı döşəkağısını (dəsmalını) götürüb çıxardır və qohumlara gözaydınlığı verir. Oğlan qızla cinsi əlaqədən sonra bəzən döşəyin altına pul da qoyurdu ki, sonra yengə onun altından öz pulunu götürərdi. Hər yerin öz adəti var.

Link to comment
Share on other sites

  • 2 months later...

Cinsi yolla keçən infeksiyalar (CYKİ)

Sonsuzluğun səbəbinin müəyyən edilməsi üçün ailə cütlüyü üzvlərinin hər birinə təyin edilən ən əsas ilkin müayinələrdən biri CYKİ görə müayinənin aparılmasıdır.

Cinsi yolla keçən infeksiyalar (CYKİ) – bir insandan digərinə əsasən seksual əlaqə zamanı (cinsi yolla) keçən xəstəliklərdir. CYKİ-ın əksəriyyəti, onlara düzgün diaqnoz qoyulduqda, müalicə vaxtında başlandıqda və sona qədər aparıldıqda sağalan xəstəliklərdir. CYKİ-ın qəddarlığı ondadır ki, onlar çox vaxt heç bir əlamətlə özlərini büruzə vermir və ya bu simptomlar çox zəif dərəcədə ifadə oluna bilirlər. CYKİ müalicə olunmazsa və ya onun müalicəsi düzgün aparılmazsa, onlar xroniki, gizli formaya keçərək bir sıra fəsadlar törədə bilərlər: sidik yolları və daxili cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, kişilərdə impotensiya, kişilərdə və qadınlarda sonsuzluq və s. Buna görə də, sonsuzluğun müalicəsi zamanı, CYKİ-yə görə müayinələrin aparılması vacib hesab edilir.

Cinsi yolla keçən infeksiyalar aşağıdakı yollarla ötürülə bilər:

- cinsi akt zamanı;

- qeyri-steril tibbi alətlərdən istifadə edilməsi ilə;

- xəstənin qanı ilə kontaktda olduqda;

- tək-tək hallarda xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə.

Anatomik quruluşundakı xüsusiyyətlərinə görə qadınlarda bu infeksiyalara yoluxma ehtimalı kişilərə nisbətən daha çox olur. Bundan başqa, qadının anatomik xüsusiyyətləri xəstəliyin ilkin əlamətlərinin daha gizli şəkildə getməsinə "kömək” edir.

Cinsi yolla keçən infeksiyaların əsas əlamətləri aşağıdakılardır:

-cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı;

- çox tez-tez və ağrılı sidik ifrazı;

- cinsi orqanlardan qeyri-adi görünüşlü və qoxulu selik ifrazının olması;

- cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartının olması;

- bədəndə səpgilərin əmələ gəlməsi;

- cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi;

- limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi;

- qadın və kişilərdə - qarının aşağı hissəsində ağrıların yaranması; qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda olan ağrılar, aybaşılar arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması.

Əgər hər hansı insan özündə CYKİ - cinsi yolla keçən infeksiyaların istənilən bir əlamətini hiss edərsə o, tez bir zamanda ginekoloqa (qadınlar), uroloq-androloqa (kişilər) və ya dermatoveneroloqa (dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis) müraciət etməlidir. Ancaq onu da yadda saxlamaq lazımdır ki, CYKİ gizli şəkildə də keçə bilərlər! Buna görə də ailə qurmaq istəyində olan hər bir cütlük (həm kişi, həm də qadın) bu infeksiyalara görə tam müayinə keçməli və lazım gəldikdə isə müalicə kursu almalıdırlar! Bu gələcəkdə sağlam uşaq olmasını planlaşdıran hər bir cütlük üçün çox vacibdir!!!

CYKİ - cinsi yolla keçən infeksiyalara diaqnoz qoyulması üçün həkim ilk növbədə pasientin dərisi və cinsi orqanlarına baxış keçirir. Kişilərdə həkim uretradan yaxma (sınaq) da götürür, lazım gəldikdə sidiyin müayinəsini təyin edir. Qadınlarda isə uşaqlıq yolundan və/və ya uşaqlıq boyunundan və sidik kanalından yaxma götürülür. Ola bilər ki, sifilis və QİCS (SPİD) xəstəliklərinə görə müayinə aparmaq üçün pasientdən qan analizi (damardan) də götürülsün. Əgər qadın hamilə olarsa, o bu barədə öz həkiminə xəbər verməlidir. Çünki hər hansı bir infeksiya aşkar edildiyi halda, onun müalicəsi üçün tətbiq edilə biləcək dərman preparatlarının bəziləri dölə çox mənfi təsir edə bilər. Ailə cütlüyünün bir üzvündə hər hansı bir infeksiya aşkar edilərsə, cütlüyün digər üzvü də mütləq müvafiq müayinələrdən keçməli və lazım gəldikdə müalicə olunmalıdır. Aparılan hər bir müalicə kursundan sonra, infeksiyadan tam müalicə olunduqlarına əmin olmaq üçün həm qadın, həm də kişi təkrar olaraq CYKİ-yə görə müayinədən keçməlidirlər.

Link to comment
Share on other sites

  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Like
      • 42 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 33 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 13 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 102 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 705 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...