Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Avtomobil Həvəskarları Üçün Yenilik.

gapgara

Recommended Posts

Baş Dövlət Yol Polisi İdarəsinin Müraciəti  25 fevral 2014-cü il

Nəqliyyat vasitələrinə texniki baxışın keçirilməsində vətəndaş məmnunluğunun təmin edilməsi, rahatlığın əldə olunması məqsədi ilə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa bir sıra əlavə və dəyişikliklər edilmiş, istehsal ilindən asılı olaraq nəqliyyat vasitələrinin texniki baxışa təqdim olunma müddətləri barədə normativ sənədlərdə müvafiq dəyişikliklər aparılmış, Bakı şəhərində, eləcə də regionlarda müasir standartlara uyğun texniki baxış mərkəzləri yaradılmışdır. Belə ki, mövcud qanunvericiliyin tələblərinə əsasən respublikada qeydiyyatda olan mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə ildə bir dəfə texniki baxışa cəlb olunurlar. Avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduqları vaxtdan bir il keçdikdə ildə bir dəfə texniki baxış keçirilir.

Məlumаt üçün bildiririk ki, mexaniki nəqliyyat vasitələrinin sürücüləri və ya sahibləri

* istehsal ili 2003-cü ilədək (2003-cü il daxil olmaqla), 2005-ci, 2007-ci, 2009-cu illər olan minik avtomobillərini;

* istehsal müddəti 2012-ci ilədək olan (2012-ci il daxil olmaqla) avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri və təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrini 2014-cü ildə yanvar ayının 1-dən oktyabr ayının 31-dək dövlət texniki baxışının keçirilməsi üçün təqdim etməlidirlər.

Nəqliyyat vasitələrinin markaları nəzərə alınmaqla texniki baxış müddəti aşağıdakı kimi müəyyən edilmişdir;

“VAZ”, Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” markalı və digər MDB istehsalı olan minik avtomobilləri üçün:

01 yanvardan 01 maya qədər;

Xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri üçün:

01 maydan 01 avqusta qədər;

Yük avtomobilləri və avtobuslar üçün:

01 sentyabrdan 31 oktyabra qədər.

Avtomotonəqliyyаt vаsitələrinə teхniki bахış nəqliyyat vasitəsinin qeydiyyаt yerindən asılı olmayaraq sahibinin istəyinə uyğun Bаş DYP İdаrəsinin Bakı şəhəri Sаbunçu rаyonu Maştağa qəsəbəsində yerləşən müаsir аvdаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş teхniki

müаyinə mərkəzində və ya respublikаnın digər rаyonlаrındаkı regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində həftənin bütün günləri, fasiləsiz olaraq, keçirilir.

Texniki baxışdan keçmiş hər bir nəqliyyat vasitəsinə teхniki bахış tаlonu verilir. Nəqliyyаt vаsitəsinin sаhibi və ya sərəncam vermək hüququ olan şəxs, onа məхsus nəqliyyаt vаsitələrini həmin tаlondа müəyyən edilmiş vахtdаn gec olmаyаrаq (təqdim olunma ili texniki baxış talonunun üz hissəsində iri şriftli rəqəmlərlə, müddətin son tarixi isə talonun üzərində dəlik vasitəsilə qeyd olunur) növbəti dövlət teхniki bахışınа sаz vəziyyətdə təqdim etməyə borcludur.

Аzərbаycаn Respublikаsında ilkin qeydiyyata alınan nəqliyyat vasitələrinə buraxılış ilindən asılı olaraq bildiriş talonları verilir ki, bu da həmin nəqliyyat vasitəsinin növbəti texniki baxışa tədim olunma müddətini bildirməklə yollarda lüzumsuz saxlanılmasının qarşısını almaq məqsədi daşıyır.

Hər iki talon içəri tərəfdən аvtomobilin qаbаq şüşəsinin аşаğı sаğ küncünə hər iki tərəfdən 15 sm məsаfədə yаpışdırılmаlıdır.

Аzərbаycаn Respublikаsının İnzibаti Хətаlаr Məcəlləsinin 154.1 mаddəsinin tələbinə müvаfiq olаrаq, nəqliyyаt vаsitələrinin sаhibləri və yа sürücüləri tərəfindən müəyyən edilmiş qаydаdа və müddətdə (müddətin son tarixi texniki baxış talonunun üzərində dəlik vasitəsilə qeyd olunur) nəqliyyаt vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəхslər 50 mаnаt miqdаrındа, vəzifəli şəхslər 100 mаnаt miqdаrındа, hüquqi şəхslər 300 mаnаt miqdаrındа cərimə edilirlər.

Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda 10 gün ərzində nəqliyyat vasitəsini dövlət qeydiyyatından və ya texniki baxışdan keçirməlidir. Bu müddət ərzində şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Qeyd olunan müddət ərzində həmin nəqliyyat vasitəsinin texniki baxışdan keçirilmədən idarə edilməsinə görə fiziki, vəzifəli və hüquqi şəxslər təkrar məsuliyyətə cəlb olunurlar. 

Link to comment
Share on other sites

avtomobil)))

Fikus , mövzualrın adında səhv görəndə mənə LS  yazın , yaxud report edin , düzəldim .  Mövzu sahibinin  açdığı  mövzunun adında dəyişiklik etmək  üçün texniki imkanı yoxdur.  Təşəkkür .   

Link to comment
Share on other sites

  • 2 months later...

Bakının avtomobil yollarında “ağıllı radarlar” quraşdırılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, paytaxt ərazisində surət həddini ölçən kifayət qədər radar olmasına baxmayaraq, bəzi sürücülər həmin radarlara az qalmış surət həddini aşağı salır, radarı keçdikdən sonra avtomobili yenidən yolda müəyyən edilən surətdən artıq sürətlə idarə edirlər: "Lakin həmin sürücülər "ağıllı radarları” aldada bilməyəcəklər. Artıq Tbilisi və Nobel prospektlərində belə radarlar quraşdırılıb. "Ağıllı radarlar” asfalt örtüyünə çəkilən naqil vasitəsi ilə avtomobilin iki radar arasında məsafəni hansı müddətə getdiyini müəyyənləşdirərək orta surət çıxarır”.

V. Əsədov "ağıllı radarlar”ın yaxın gələcəkdə paytaxtın digər küçə və prospektlərində də  quraşdırılacağını bildirib.

Edited by gapgara
Link to comment
Share on other sites

Sürətlə sürənlərin "bazarı" öləcək deyəsən?!)) Həqiqətən də mənə bir daha sübut olur ki, insanı yalnız sərt cərimə tədbirləri ilə doğru yola çəkmək olur. Amma bəziləri var ki, heç cərimə də təsir etmir))

Link to comment
Share on other sites

İnzibati Xətalar Məcəlləsinə edilən əsas dəyişikliklər bunlardır:

1. Qayda pozan sürücünün hər hansı DYP orqanına çağırılması istisnasız olaraq qadağan edilir.

2. Sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olan cərimə ballarının sayı 20-yə qaldırılır.

3. 20 cərimə balı toplandıqda sürücülük hüququ əvvəlki kimi 2 aydan 1 ilədək yox, konkret olaraq 6 ay müddətinə məhdudlaşdırılır.

4. Cərimənin ödənilməsi gecikdikdə hər gün üçün əlavə olunan dəbbə pulu 2 faizdən 1 faizə endirilir.

Link to comment
Share on other sites

  • 3 months later...

Polis hansı hallarda avtomobili təqib edə bilər?

«Polis haqqında» Qanunun 20-ci maddəsinin 9-cu bəndini və «Yol hərəkəti haqqında» Qanunun 85-ci maddəsinin 2-ci bəndinin qeydini birgə təhlil etdikdə aydın olur ki, DYP əməkdaşının dayanma barədə göstərişini sürücü yerinə yetirmədikdə onun nəqliyyat vasitəsinin təqib olunmasına yalnız aşağıdakı hallarda yol verilə bilər:

1) Nəqliyyat vasitəsini idarə edən şəxsin və onunla birlikdə olan sərnişinlərin cinayət törətdiyi (o cümlədən idarə edilən nəqliyyat vasitəsini qaçırdığı) və ya cinayət törədilməsində şübhələnilməsi haqqında dəqiq məlumat olduqda;

2) Nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücü öz hərəkətləri ilə cinayət törədilməsinə real təhlükə yaratdıqda (o cümlədən həmin nəqliyyat vasitəsinin idarə olunması ilə insanın həyatına və sağlamlığına real təhlükə yaratdıqda).

DYP əməkdaşı inzibati xətaya görə sürücünü təqib edə bilməz

Mənbə http://axar.az/news/29846

Link to comment
Share on other sites

  • 3 months later...

Bu ildən etibarən texniki baxışa gətirilən bütün avtomobillər üçün eyni məbləğdə rüsum alınacaq. Belə ki əvvəllər avtomobillərin növü və yaxud mühərriki həcminə görə maksimum 500 manat lazım olurdusa, indi bütün avtomobillər üçün 20 manat rüsum ödəməklə texniki baxışdan keçirmək mümkün olacaq. Məbləğin bu dərəcədə azalmasına səbəb isə bundan sonra yol vergisinin sürücülərdən alınmamasıdır.

http://topnews.az/news/894637/-Texniki-baxishin-rusumu-azaldildi.html

Mən bunu yuxuda görürəm, yoxsa gerçəkdir bu?

Link to comment
Share on other sites

Xeberler bunu camaata xosh xeber kimi sirimaga chalishirlar. Amme eslinde bu ele de xosh yenilik deyil. Evvel yol vergisi ilde bir defe texniki baxisdan kecende tutulurdu. Bu da ekseriyyet (xususen de kicik hecmli mashinlar ucun) ele de boyuk mebleg etmirdi. Amma indi hemin yol vergisini yanacaq getiren shirketletden tutacaqlar-benzinin litrine elave 2 qepik. Here de ustune bir az qoyandan sonra benzin en azi bir nece qepik bahalashacaq. Indi ilde bir defe 20-30 manat artiq pul vermek yaxsidir yoxsa benzinin her litrinin qiymetinin qalxmasi...?

Ustelik de benzin qalxanda demek olar ki,her sheyin qiymeti qalxir... 

Benzin düşmək üzrədir, nəinki qalxmaq.....

Link to comment
Share on other sites

Benzin düşmək üzrədir, nəinki qalxmaq.....

Dunyada he. Amma unutmayaq ki,Azerbaycan iqtisadiyyati dunya ile eyni qaydada tenzimlenmir... Bir az sebr edin. Yaxin muddetde benzinin qiymeti qalxacaq.  Neinki benzinin...Budcenin 80 %-den coxu neftle dolur. Neftin qiymeti ise bareli 90 dollardan hesablanmisdi 2015 budcesi ucun. Amma indi barel 60 dollardan ashagi dusub. Budce kesiri ne ilese kompensasiya olnmalidir. Artiq siqaret,spirtli icki,mashinlarin gomruk rusumu qalxib. Diger qiymet artimlarini gozleyin...

Link to comment
Share on other sites

Xeberler bunu camaata xosh xeber kimi sirimaga chalishirlar. Amme eslinde bu ele de xosh yenilik deyil. Evvel yol vergisi ilde bir defe texniki baxisdan kecende tutulurdu. Bu da ekseriyyet (xususen de kicik hecmli mashinlar ucun) ele de boyuk mebleg etmirdi. Amma indi hemin yol vergisini yanacaq getiren shirketletden tutacaqlar-benzinin litrine elave 2 qepik. Here de ustune bir az qoyandan sonra benzin en azi bir nece qepik bahalashacaq. Indi ilde bir defe 20-30 manat artiq pul vermek yaxsidir yoxsa benzinin her litrinin qiymetinin qalxmasi...?

Ustelik de benzin qalxanda demek olar ki,her sheyin qiymeti qalxir... 

Düzdür, mən də eşitmişəm bu barədə. "Dovşanı araba ilə tutan hökumətdən" nə desən gözləmək olar. O vergini artıqlaması ilə çıxaracaqlar benzinin qiyməti ilə.

Link to comment
Share on other sites

  • 4 months later...
  • 3 weeks later...

20 yanvar dairesi adlanir sehv etmiremse ora,korpunun alti shamaxinkaya geden yolda.

Orda onceler dairede hereket edenin idi yol.Kecen defe daireden hereket ederken shamaxinkadan ashagi dushen yerden mashinlar gozlemeden ikisi kecdi,men yol verib kecsem de,polis emekdashi saxladi ve dedi ki,men yol vermeliyem.Dedim evvel bele deyildi deyishiklik olub? Dedi gozleyib kecmelisen.

Cox uzatmadim.Aydindir dedim,getdim.

Bilen varmi orda qayda deyishib?

Ya da umumiyyetle Bakida bezi yerlerde yol haqqi dairede olanlarda bezi hallarda ise daireye daxil olmaq isteyenlerde olur.Niye beledir?

Bəzən belə dəyişikliklər olur . Bu dəyişikliklərdə ilk "qırmağa" keçəndə daimə həmin yoldan istifadə edənlər olur . Yolu əzbər bildikləri üçün yol nişanının dəyişdirildiyinə fikir vermirlər  ;) 

Cavab üçün çox sağ olun.Lakin olmaz ki,her yerde qayda eyni olsun? )
Link to comment
Share on other sites

20 yanvar dairesi adlanir sehv etmiremse ora,korpunun alti shamaxinkaya geden yolda.

Orda onceler dairede hereket edenin idi yol.Kecen defe daireden hereket ederken shamaxinkadan ashagi dushen yerden mashinlar gozlemeden ikisi kecdi,men yol verib kecsem de,polis emekdashi saxladi ve dedi ki,men yol vermeliyem.Dedim evvel bele deyildi deyishiklik olub? Dedi gozleyib kecmelisen.

Cox uzatmadim.Aydindir dedim,getdim.

Bilen varmi orda qayda deyishib?

Ya da umumiyyetle Bakida bezi yerlerde yol haqqi dairede olanlarda bezi hallarda ise daireye daxil olmaq isteyenlerde olur.Niye beledir?

Salam, bir muddet evvel deyishilib orda qanunlar, shamaxinkadan dushenler ucun bash yol nishani qoyulub, sixligi aradan qaldirmaqcun edirler, size deyim ki effekti var. En yaxshisi calishin her gun kecdiyiniz yerlerden  de diqqetle kecin, ola biler deyishiklikler olsun. Yolunuz aciq olsun)

Link to comment
Share on other sites

Salam, bir muddet evvel deyishilib orda qanunlar, shamaxinkadan dushenler ucun bash yol nishani qoyulub, sixligi aradan qaldirmaqcun edirler, size deyim ki effekti var. En yaxshisi calishin her gun kecdiyiniz yerlerden  de diqqetle kecin, ola biler deyishiklikler olsun. Yolunuz aciq olsun)

Size TESHEKKUR! :)

Link to comment
Share on other sites

Diqqət hörmətli sürücülər: 29 may tarixindən bu cür nişanlanmaış yollara daxil olsanız sizi 40 manat cərimə gözləyir. Tələsməyin və çalışın bu zolaqlara girməyin. 292129c4be73.jpg

Bu  gün işdən gələndə girdik (Ayna Sultan dan Gəncliyə) saxlayan olmadı . Kameraya düşübsə  deyə  bilmərəm  ;)

Link to comment
Share on other sites

  • 9 months later...

Yeniliklər: http://oxu.az/society/120120

Elektron protokollar tərtib olunacaq.

1. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə elektron protokollar tərtib olunacaq. 

2. Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar.

3. Yeni Məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı olaraq bir ildir. Daha iki ay söhbəti olmayacaq. 

4. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə təqsirli sürücü (sürücülər), özü də əvvəlki kimi 80 manat yox, 100 manat cərimə olunacaq.

5. Sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə tutulan hallar olduqda DYP əməkdaşının daha yerində üç saat gözləməsi söhbəti olmayacaq. Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal duracağa aparılacaq. 

5. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində “ASAN ödəniş” sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. Bu hüquqdan istifadə etmək üçün hər bir sürücü asanpay.az saytında özü üçün elektron kabinet yaratmalıdır”. 

Link to comment
Share on other sites

  • 8 months later...

Yenilikcə eşitdiyimə görə sürücülük vəsiqəsinin verilməsində yenilik olmalıdır, yəni imtahan verərkən avtomat və ya mexanika ötürücülü avtomobildə imtahan verənlərdə fərqləndirmə olacaq. Bu barədə bir məlumatı olan var?

Link to comment
Share on other sites

  • 3 weeks later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 64 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 41 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 114 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 11 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Red Heart
        • Like
      • 713 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...