Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

Çoxdandır mövzu açmıram...))) Azforumu canlandırmaq vaxtıdır.

 

Ruslarda belə məsəl var: Совесть мучает. Yəni ki, vicdanım incidir.

 

Həmişə mənə maraqlı olub bu vicdan anlayışı. Elə bil ki, insanın daxilində daha bir insan var, ondan heç bir şeyi gizlətmək, onu aldatmaq olmur. Hər hansı bir əyri hərəkət etdin, başlayır səni yeməyə və heç bir bəhanəni qəbul etmir. Düşünəndə anlayırsan ki, o elə bir varlıqdır ki, istənilən halda ən düzgün, ən haqlı və ən ədalətlidir.

 

Misal üçün. Menecmentdə işçilərin bir neçəsi hər hansı bir səhv edir və bunun nəticəsində bütün team cəzalandırılır, yəni prosedur belədir. Günahı olmayanlar cəzalanır və bundan əziyyət çəkir, səni isə içəridən nə isə yeyir, qaşıyır ki, sən haqlı deyilsən, o insanlar çox gözəl işləyir və buna layiq deyirlər. Nə bəhanə gətirsən də, vicdan sənlə razılaşmır. Daim səni incidir.

Və yaxud, kimsə sənin "yolunu keçir" və sən onu acılayırsan, bunun nəticəsində o səndən bərk inciyir. Sən daha mülayim və sülh yolu ilə də bunu həll edə bilərdin, amma bunu etmədin. Vicdanı səni incidir ki, sən haqsız olaraq insanın xətrinə dəydin, ondan üzr istəməlisən, amma qürurun buna imkan vermir. Vicdan isə əl çəkmir, daim sənilə olur, gecə-gündüz.

 

Nədir bu? Dahi Nəsimi demişkən, haqq mənəm, haqq məndədir? Bu bizim daxilimizdə olan Allahdırmı, bizi qoruyan ruhdurmu, haqq-ədaləti bərpa edən Allahın elçisidirmi. Bəlkə budur bizə-insanlara nəzarət forması? Bəs əgər belədirsə, onda vicdanı olmayan insanlar kimdir? Bu haqq-ədalət tərəfindən tərk edilmiş məxluqlar, yoxsa insanlıq cərgəsindən çıxarılmış varlıqlar?

 

Vicdan anlayışını necə başa düşürsüz? Necə izah edirsiz özünüzə bunu? Qulaq asırsızmı ona? Həmişə qulaq asmırsızsa, onda necə mübarizə aparırsız onunla? Fikirlərinizi bilmək maraqlı olardı mənə...

Link to comment
Share on other sites

Vicdan daxilimdə məni ədalətli,düzgün yol tutmağa cəkən bir hissdi.Vicdana heç də hər zaman qulaq asmaq alınmır bəzən hadisələrin gedişatı məcbur edir,digər hallarda şəxsi eqo amma hər hansı verdiyim qərar necə olsada çalışıram düzgün yol seçim(digərlərinin haqqlarını tapdaıamadan).

Edited by Pulp
Link to comment
Share on other sites

Cox sevdiyim yazichilardan olar E.M. Remarkin gozel bir fikri var:"Vicdan adeten gunahi olanlara yox,gunahi olmayanlara ezab verir"

Heyatda da edeten beledir. Vicdani daimi offline rejimde olan shexsler cox rahat yashayirlar. Her bir sheraite uygunlasha bilirler,geceler korpe ushaqlar kimi mishil-mishil yatirlar. Vicdani ile daim dialoqda olan shexslerin veziyyeti ise agirdir. Xususen de indki dovrumuzde, hansinda ki,vicdana sahib olmaq o qeder de elverishli deyil. Lakin istenilen halda artiq vicdana maliksense,chalishmaq lazimdir ki,onu itirmeyesen. Cunki zemanemizde vicdana malik olmaq nadir tapilan servete malik olmaga ekvivalentdir...

Bizim vicdanimiz-qerezsiz hakimdir,ne qeder ki, biz onu oldurmemishik(O.Balzak)

Link to comment
Share on other sites

 

Nədir bu? Dahi Nəsimi demişkən, haqq mənəm, haqq məndədir? Bu bizim daxilimizdə olan Allahdırmı, bizi qoruyan ruhdurmu, haqq-ədaləti bərpa edən Allahın elçisidirmi. Bəlkə budur bizə-insanlara nəzarət forması? Bəs əgər belədirsə, onda vicdanı olmayan insanlar kimdir? Bu haqq-ədalət tərəfindən tərk edilmiş məxluqlar, yoxsa insanlıq cərgəsindən çıxarılmış varlıqlar?

 

Vicdan anlayışını necə başa düşürsüz? Necə izah edirsiz özünüzə bunu? Qulaq asırsızmı ona? Həmişə qulaq asmırsızsa, onda necə mübarizə aparırsız onunla? Fikirlərinizi bilmək maraqlı olardı mənə...

 

Rüfət  , çox maraqlı  mövzuya və  xüsusilə də  giriş postunuzdakı  fikirlərinizə  görə  sağ olun ! 

 

Vicdan haqqında  çox deyilib , çox yazılıb.  Amma, hər birimizdə  bu məfhum  fərqli  interpretasiya olunur .  Niyə ?   Bu niyə ətrafında mən də çox düşünmüşəm ...   Nəyinsə səbəbini araşdırarkən  , məncə  ilkin  və ən vacib şərt odur ki, araşdırmada heç bir məhdudiyyət , heç bir apriori  hazır cavab qəbul edilməsin .  Əks halda bizim araşdırma  əvvəlcədən apriori qəbul etdiyimiz ideyanı sübutdan başqa bir  şey deyil )) 

 

Beləliklə , vicdan nədir ?   

 

1.Əvvəla , kim dedi ki , vicdan var ?  Bəlkə də yoxdur ?  Bunu biz uydurmuşuq ?   

2. Vicdan var  və subyektivdir . 

3.Vicdan var və  obyektivdir. 

 

Bu 3  versiya ətrafında düşünməklə , aydındır ki, sonda yenə subyektiv nəticəyə gələcəyik . Amma heç olmasa özümüz  kiçik araşdırma etməklə  vicdan haqqında təsəvvürümüzü dəqiqləşdirə bilərik ))   

 

Ardını sonrakı postda (  sizi yormamaq üçün )   yazıram ))

Link to comment
Share on other sites

1. Vicdan yoxdur.  

 

Bunu yazarkən  daxilimdə bir protest  hiss edirəm , bəlkə budur vicdanın reaksiyası ?   Ola bilər ...  Amma,  ola bilər ki , bu mənim intellektimin üsyanıdır . Çünki  10 illərlə  intellektimlə qəbul etmişəm ki,  vicdan var və mən də vicdanlı insanam ))  İndi vicdan yoxdur dedikdə , sanki  özümü bir anda lüt üryan hiss etdim ))  

 

Yaxşı, bu protest kimindir və nəyindir ?    Bilmirəm ...   Hər halda  "vicdansızlara"  az rast gəlməmişəm ki,  qəqiq deyim ki , vicdan var  , özü də hamıda var ...   Beləliklə , 1 -ci sual və ya versiya açıq qaldı ...Təəssüf ki ...  Amma,  bu düşüncələr   zorla hiss olunan müntəzəmliklə bizi ikinci  versiyaya yaxınlaşdırdı .

 

2. Vicdan var və subyektivdir.  

 

Bəli, axı nəyə görə vicdanı inkar edirəm ?  Sadəcə bu məfhum hərədə bir formada özünü biruzə verir .  Mənim vicdanım konkret vəziyyətdə bir şey deyir , başqa birisinin vicdanı başqa şey ...  Yaxşı ,  belə isə  bəs vicdanın dünyagörüşdən ,  xasiyyətdən , intellekdən fərqi nədir ?  Axı onlar da bizi eyni vəziyyətə fərqli reaksiya verməyə məcbur və ya sövq edir ...   Vicdan bu anlayışlardan   -  dünyagörüşü , intellekt , xasiyyət , temperament , instinkt və s. dən fərqli bir şey olmalıdı , necə deyərlər by definition ))

 

Yox ,  fərqli vicdan anlayışını tam inkar etməyə məcburam , əks halda vicdan sadaladığım anlayışların arasında it - bat olur ))  İkinci versiyaya bir quş ))

Link to comment
Share on other sites

3. Vicdan var və obyektivdir .  

 

Deməli , vicdanın varlığını qəbul etsəm  , yalnız obyektiv vicdanı qəbul edə bilərəm .  Yadınızdadırsa  , əvvəlki postumda subyektiv vicdana bir quş qoydum )) 

 

Obyektiv vicdan varsa -  bu nə deməkdir və "bunu nə ilə yeyirlər" ?   Obyeltiv  bildiyiniz kimi , bizdən asılı olmayan obyektiv mövcud bir şeyə deyirlər .   Təsəvvür edin ki, vicdan daxili orqanlardan biridir.  Məsələn , ürək kimi ...  Ürək bildiyimiz kimi mənim onun haqqında nə düşündüyümdən asılı olmayaraq mövcuddur və öz funksiyasını yerinə yetirir .   Analoji olaraq Vicdan sanki bir daxili orqandır və onun funksiyası bizi atdığımız  ( və ya başaqasının atdığı) addımın "vicdanlı"  olub olmaması haqqında bizə  "harmon"  ifraz edir , o da təfəkkürə fikir formasında gəlir və biz mövqeyimizi artıq fikir formasında müəyyənləşdirirk .

 

Yaxşı , əgər belədirsə , onda bu vicdan adlı "orqan"  hamıda eyni cür funksionallıqla xarakterizə olunmalıdır.  Yəni vicdan iki şəxsi  eyni vəziyyətdə məhz eyni cür düşünməyə sözq etməlidir . Həyatda isə bunun az sayda şahidi oluruq.   Bəlkə obyektiv vicdandan gələn inpuls intellekt və hisslər tərəfindən subyektiv olaraq təhrif olunur ?  Ola bilər ...  Belə isə vicdan haqıında danışmaq yenə öz mənasını itirir ... 

 

Deməli  ,  düşüncələrim məni iki versiya ətrafında tərəddüd və şübhələrə gətirdi .  Vicdan yoxdur və vicdan var (  obyektiv )  - amma  özünü anlaşılmaz aparırı ...   Cavab birmənalı deyil .

 

Ona görə də  mən  vicdan haqqında qədim bir  versiyanın , bir qədər fırqli interpretasiyası üzərində daha çox  və daha tez -tez dayanıram .   Vicdan hamıda var  (  elə təxminən bir orqan kimi)   amma hamıda işləmir. Sadəcə rudimentə və atavizmə çevrilir.   O insanlar ki , vicdanı əziyyət verir , vicdanı  daha yaxından hiss edirlər və  vicdan dinindən ,irqindən və s. asılı olmayaraq müxtəlif insanları eyni vəziyyətdə eyni vicdanlı hərəkətə sövq edir  -  onlarda ilkin obyektiv vicdanın bəzi funksiyaları tam və ya qismən işləyir.   Digər insanlarda isə  vicdan anlayışı var , amma özü yoxdur ))   Bu insanlar itmiş insanlardır. 

 

Vicdan insanı  kainatın  lokal bir hissəsi kimi  yerdə qalan hissəsi ilə birləşdirən bir şeydir . Bəlkə də material , bəlkə də ideal . Bəlkə də bunların heç fərqi yoxdur ....

 

Bu qədər.  Başağrısı verdimsə , üzrlər ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Çox dolğun və maraqlı cavabdır, Sunyata, nə baş ağrısı? Əksinə təşəkkür!!!

 

Çalışım cavab verim versiyalara:

 

1. Vicdan yoxdur - bununla tamamilə razı deyiləm, çünki vicdan var, ola bilər biz onu düzgün adlandırmırıq, amma insanı düzgünlüyə, haqqa, ədalətə yönəldən, bəzən hətta sürükləyən hər hansı bir qüvvə, hiss və ya siz demişkən "orqan" var. Bu faktdır.

 

2. Vicdan var və subyektivdir - bununla da tam razılaşa bilmirəm, çünki, vicdanı fərqləndirən yeganə şey, daim ədalətli olmağıdır. Ədalət isə bildiyimiz kimi həmişə birdir və obyektivdir.

 

3. Vicdan var və obyektivdir - bax bu real versiyaya oxşayır. İzahı bir qədər qəlizdir, ona görə də mövzunu açdım. Mən bir qədər ideoloji versiyaya daha çox inanıram. Çünki, fikrimcə vicdan hər bir insanda əvvəlcədən olur, hətta uşaqlıqda. Elə bir uşaq yoxdur ki, onun vicdanı olmasın, hətta xırda bir cinayətinə görə də valideyn qarşısında vicdan əzabı çəkir. Sonra isə insan böyüyür və vicdan ya inkişaf edir, ya da ki, tamamilə yox olur. Bu onun göstəricisidir ki, vicdan hər hansı bir insanı qiymətləndirmək üçün lakmus kağızıdır. Ona görə də insanda vicdan ya var, ya da yoxdur. Bu isə mənim fikrimcə bizi idarə edən varlıq tərəfindən quraşdırılmış bir göstəricidir, layiq olanlarda qalır və getdikcə inkişaf edir, layiq olmayanlardan isə birdəfəlik götürülür.

Link to comment
Share on other sites

Etrafimizda bash veren prosesler mene vicdanin olmadigini picildayir. Vicdan varsa onda niye pislikler var? Dahilerden biri yazirdi ki, temiz vicdan en rahat yastiqdi. Onda bele cixir ki, bu pislikleri edenler gece rahat yatmirlar?

Bes nedir temiz vicdan? Umimiyyetle temiz vicdan movcuddurmu? Axi insan heyati boyu her seyde edaletli ola bilmez. O adam ki, deyir ki, menim vicdanim temizdi, onun yaddas problemi var. Ya da vicdan her kesde curbecur diapazonda ishleyir. Menim vicdanima leke salan bir sey digeri ucun normal qebul olunur.

Vicdan insanin ikinci menidi, bu men ona neyin duzgun olub olmadigini deyir.Dolayisi yolla belke, insanin vicdani ele onun ALLAHIDI. bele cixir ki, ALLAHA qulaq asan olur vicdanli, SEYTANA qulaq asan olur vicdansiz.

Link to comment
Share on other sites

Vicdan  hərəkət və davranışlarımızı öz əxlaq dəyərlərimiz çərçivəsində mühakimə edərək,nəyin doğru,nəyin yalnış olduğunu ayırd etməmizi təmin edən,insanı yaxşı davranmağa yönəldən güc,daxildən gələn səsdir.O insana ya Tanrı tərəfindən verilən,ya da sonradan qazanılan xüsusiyyətdir bilmirəm,amma ən mükəmməl ədalətimiz,ən böyük hakimimiz,ən gizli şahidimizdir.

İnsan doğru və yanlışların birləşməsidir,yəni əsla mükəmməl deyil.Qısaca əgər insan özünə edilməsini istəmədiyini başqasına etməzsə,az da olsa o vicdan əzabından qurtulmuş olar.

 

Baxmayın hərkəsin xoşbəxt  görünüşünə,vicdan deyə bir yer var və orada hər kəs suçlu!...(E.Karataş)

Edited by ceylin
Link to comment
Share on other sites

Chox hessas movzudur.Muellife tesekkurler!

Her birimiz de vicdan var.Bezen insan oglu sehvini gecde olsa basa dusur,ve ele sehvler olur ki,onlari berpa edib yoluna qoymaqda mumkun olur.kiminse xetrine deydiqde,arani vurub aradan cekildikde.. Uzur isteyib sehvini basa dusur,problemleri hell edir, ogurluq edir,gecde olsa agli gelir qaytarir ogurladigini.Vicdanini temizleyir. Ama pis odu ki,berpasi olmayan bir sey edesen axir nefesine kimi o vicdanla yasayasan.Bax o artiq çox pisdi. Her gece seni gemirer,icinde sonmeyen,her gun daha da çox alovlanan bir yangina çevriler.Her seher gozlerini açanda da,her gece gozlerini yumanda da daim beyninde,fikrinde bir soz deyersen "kash ki"

Ama nafile... Ne qeder de desen zamani geri almaq mumkun olmaz.. O "kash ki" seninle ebediyyete qeder kölgen olar.O "vicdan yukunu" dashiya bilmezsen.. Yixar,yox eder seni.bax esl Vicdanin onda bilersen ne oldugunu..

Link to comment
Share on other sites

Müəllifə təşəkkür mövzu üşün. O qədər yazdınız ki, vicdandan. Bilmirsən var yoxsa yox. Əslində danışanda hamı pazitiv fikirlər söyləyər özü üşün. Danışan hər kəs elə danışacaq ki, deyirsən əgər insan bunları bilirsə anlayır,  deməli vicdanlıdır. Hər kəs daxilində ona hakim kəsilən hisləri özü daha yaxşı bilir. Pis ya yaxşı tutduğu əməlilə isə hər kəs özünə haqq qazandırır. Vicdanın olub olmamasını kənardan daha yaxşı qiymətləndirilər. Mən necə deyə bilərəm ki, vicdanlıyam əgər əməlimə kənardan qiymət verən yoxdursa. Bu qiymət də həm müsbət həm də mənfi ola bilər və da qiymət verənin intellektindən asılıdır.  

Link to comment
Share on other sites

Dostlar, şadam ki, mövzu ürəyinizcədir. Belə bir sual verim, özümdə tez-tez qarşılaşmışam.

 

Razısızmı ki, vicdanın varlığı çox böyük yük və məsuliyyətdir? Elə vaxtlar olubmu ki, fikirləşmisiz ki, kaş ki, vicdanım olmayaydı və rahat yaşayardım?

 

Özümdən deyim ki, belə hallar çox olub. Bəzən elə səhvlər etmişəm ki, bundan özüm yox, başqaları əziyyət çəkib. Buna görə aylarla, hətta illərlə əziyyət çəkmişəm və hələ də çəkirəm. Bu hallarda fikirləşirsən ki, vicdan anlayışım olmasaydı indi rahat yatırdım və heç bir şey vecimə deyildi.

Link to comment
Share on other sites

Dostlar, şadam ki, mövzu ürəyinizcədir. Belə bir sual verim, özümdə tez-tez qarşılaşmışam.

 

Razısızmı ki, vicdanın varlığı çox böyük yük və məsuliyyətdir? Elə vaxtlar olubmu ki, fikirləşmisiz ki, kaş ki, vicdanım olmayaydı və rahat yaşayardım?

 

Özümdən deyim ki, belə hallar çox olub. Bəzən elə səhvlər etmişəm ki, bundan özüm yox, başqaları əziyyət çəkib. Buna görə aylarla, hətta illərlə əziyyət çəkmişəm və hələ də çəkirəm. Bu hallarda fikirləşirsən ki, vicdan anlayışım olmasaydı indi rahat yatırdım və heç bir şey vecimə deyildi.

Mesuliyyetden çox derd deyerdim.Oz adima deye bilerem ki,2 il evvel ele bir shey etdim ki,ozum ozumu bagislaya bilmirem,ne elesemde ne desemde sehvimi duzelde bilmirem,bilmeremde.Cunki mumkun deyil.Gulsemde,danishsam da,oynasamda,yatsamda her an beynimdedi.o vicdan anlayisina baxmir,onu hiss edib yasayanda anlayisinda olur.ne oldugunu onda bilirsen.
Link to comment
Share on other sites

Mesuliyyetden çox derd deyerdim.Oz adima deye bilerem ki,2 il evvel ele bir shey etdim ki,ozum ozumu bagislaya bilmirem,ne elesemde ne desemde sehvimi duzelde bilmirem,bilmeremde.Cunki mumkun deyil.Gulsemde,danishsam da,oynasamda,yatsamda her an beynimdedi.o vicdan anlayisina baxmir,onu hiss edib yasayanda anlayisinda olur.ne oldugunu onda bilirsen.

 

İztirabla Ruh  təmizlənir ,  iztirabda  həqiqət  aydınlaşır  ...      -    F.M. Dostoyevskiy.       

 

Əvvəlki  əməllərimiz bizə  iztirab çəkdirirsə  ,  bunun müəyyən mərhələyə qədər bziə xeyri var  ...  Dostoyevski demişkən  , iztirab   ruhumuzu  çirkabdan təmizləyir ,  beləliklə   həqiqəti görməyə daha  çoz zəmin yaradır.       Amma , digər tərəfdən isə , bu iztirabı  uzatmaqla  (dediyim müəyyən mərhələni keçəndən sonra )   daxilən  özümüzmü "yeməklə"  də  psixikamıza böyük  zərbə vururuq ,  hər şeyi "günah"  prizmasından görürük  ki ,  bu isə  ne est` xoroşo ))    Müəyyən balans qurmaq lazımdır ki, nə şiş yansın nə kabab ))  Yəni . bunu  tez -tez vicdanımızla etdiyimiz kompromiss mənasında demirəm ... Daha dərin analiz göstərir ki ,  vicdanı artıq elementlərlə yükləmək də olmaz , vicdan hardasa minimal  və vacib   elementlərin məcmusu olmalıdır . Onu süni surətdə   şar  kimi filəyib şişirtmək də lazım deyil ))   Obyektiv  vicdan varsa  onun prinsipi  1 -2  ümumbəşəri qəbul oluna biləcək  tezisdən  ibarət olmalıdır ...   Bu mənada bizə hər mənəvi əziyyət verən şeyi də vicdan adlandırmaq olmaz .  Mənəvi əziyyət "mənimizə"  əziyyət verən şeydir . "Mənimiz"   isə  özmüzə təlqin etdiyimiz  "mənimizdən"  başqa bir şey deyil ,  o cümlədən səhvən qəbul etdiyimiz "mənimiz" ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Vicdanım olmasaydı rahat yaşıyardım-xeyr.Vicdanımız olmasaydı insanlığımız da olmazdı.Çox sehvler ederdik hansılar ki,qarşımızdakıları inciderdik ve heç bir vicdan ezabı çekmezdik,etdiyimiz emelden netice çıxarmazdıq.

Az rast gelmemişem vicdansızlara,onları söyenlere,qarğış edenlere de..

Link to comment
Share on other sites

İztirabla Ruh  təmizlənir ,  iztirabda  həqiqət  aydınlaşır  ...      -    F.M. Dostoyevskiy.       

 

Əvvəlki  əməllərimiz bizə  iztirab çəkdirirsə  ,  bunun müəyyən mərhələyə qədər bziə xeyri var  ...  Dostoyevski demişkən  , iztirab   ruhumuzu  çirkabdan təmizləyir ,  beləliklə   həqiqəti görməyə daha  çoz zəmin yaradır.       Amma , digər tərəfdən isə , bu iztirabı  uzatmaqla  (dediyim müəyyən mərhələni keçəndən sonra )   daxilən  özümüzmü "yeməklə"  də  psixikamıza böyük  zərbə vururuq ,  hər şeyi "günah"  prizmasından görürük  ki ,  bu isə  ne est` xoroşo ))    Müəyyən balans qurmaq lazımdır ki, nə şiş yansın nə kabab ))  Yəni . bunu  tez -tez vicdanımızla etdiyimiz kompromiss mənasında demirəm ... Daha dərin analiz göstərir ki ,  vicdanı artıq elementlərlə yükləmək də olmaz , vicdan hardasa minimal  və vacib   elementlərin məcmusu olmalıdır . Onu süni surətdə   şar  kimi filəyib şişirtmək də lazım deyil ))   Obyektiv  vicdan varsa  onun prinsipi  1 -2  ümumbəşəri qəbul oluna biləcək  tezisdən  ibarət olmalıdır ...   Bu mənada bizə hər mənəvi əziyyət verən şeyi də vicdan adlandırmaq olmaz .  Mənəvi əziyyət "mənimizə"  əziyyət verən şeydir . "Mənimiz"   isə  özmüzə təlqin etdiyimiz  "mənimizdən"  başqa bir şey deyil ,  o cümlədən səhvən qəbul etdiyimiz "mənimiz" ...

Sohbet eger "bir insan heyatindan","bir cannan" gedirse hemin o vicdan adlandirdigiz o ruhu temizlemez,cismi mehv eder.Hansi ki, o cismlerde temizlenesi "ruh" olmaz.Ruh olmaz ki,celladliq edib,sonra onu hezm ederek heyata davam edersen.Aldigin nefesde bogularsan.Aydinlashan bir "heqiqet" var,oda senle bir yerde daim olar.до гроба.
Link to comment
Share on other sites

Dostlar, şadam ki, mövzu ürəyinizcədir. Belə bir sual verim, özümdə tez-tez qarşılaşmışam.

 

Razısızmı ki, vicdanın varlığı çox böyük yük və məsuliyyətdir? Elə vaxtlar olubmu ki, fikirləşmisiz ki, kaş ki, vicdanım olmayaydı və rahat yaşayardım?

 

Özümdən deyim ki, belə hallar çox olub. Bəzən elə səhvlər etmişəm ki, bundan özüm yox, başqaları əziyyət çəkib. Buna görə aylarla, hətta illərlə əziyyət çəkmişəm və hələ də çəkirəm. Bu hallarda fikirləşirsən ki, vicdan anlayışım olmasaydı indi rahat yatırdım və heç bir şey vecimə deyildi.

İstəməzdim,vicdanın məsuliyyətini,onsuz rahat yaşamağa dəyişməyi.Ən böyük rahatlıq elə,dildə deyil ürəkdə daşıdığımız təmiz vicdanın gətirdiyi rahatlıqdır.Yaxşılıqlarımızın sevinc və xoşbəxtliyini,pisliklərimizin isə peşimançılıq və ağrısını yaşadığımız müddətcə həmişə hiss edəcəyik,bunsuz mümkün deyil.Və nə qədər çətin olsa da,bilərək,bilməyərək etdiyim səhvlərə görə ən ağır çəzanı özüm çəkəcəyəm.Cəhənnəm də olsa,əzab da olsa hər halda qəbulumdur,çünki etdiklərimə görə özüm məsuliyyət daşıyıram və cavab verəcəyəm;ya ətrafımın,ya vicdanımın,ya da ilahi ədalətin qarşısında...

Link to comment
Share on other sites

Dostlar, şadam ki, mövzu ürəyinizcədir. Belə bir sual verim, özümdə tez-tez qarşılaşmışam.

 

Razısızmı ki, vicdanın varlığı çox böyük yük və məsuliyyətdir? Elə vaxtlar olubmu ki, fikirləşmisiz ki, kaş ki, vicdanım olmayaydı və rahat yaşayardım?

 

Özümdən deyim ki, belə hallar çox olub. Bəzən elə səhvlər etmişəm ki, bundan özüm yox, başqaları əziyyət çəkib. Buna görə aylarla, hətta illərlə əziyyət çəkmişəm və hələ də çəkirəm. Bu hallarda fikirləşirsən ki, vicdan anlayışım olmasaydı indi rahat yatırdım və heç bir şey vecimə deyildi.

 

Heç vaxt belə fikirləşmıək olmaz. Biz insanıq, hər bir addımımız özümüzə və ətrafımıza dolayı yolla da olsa təsir edir. Və hər atdığımız addıma görə özümüz  özümüzə hesabat verməliyik. Vicdanı olmayanın hesabatı da olmur. Vicdanın olmamağı insanı vəhşiləşdirir.  Vicdansız insanla heyvan arasında fərq cox cüzidir.

Link to comment
Share on other sites

  • 2 months later...

Vicdanla bağlı qarşıma çıxan bir yazı. Özüm hələ axıra kimi oxumamışam. Biraz uzun bir yazıdır.

 

Azərbaycan dilində bir neçə “vicdan”lı ifadə var: vicdanlı olmaq, vicdansız olmaq, vicdan əzabı, vicdan hissi, vicdanı təmiz olmaq, vicdanı ləkəli olmaq, vicdan ləkəsi, vicdanın səsi (susması), vicdan məhkəməsi, vicdan oyatmaq, vicdanına tapşırmaq, əlini vicdanına (vicdanının üstünə) qoymaq, vicdanı yol vermək, və nəhayət, son illərdə dilimizə keçən vicdan azadlığı və vicdan məhbusluğu.

Almandilli sferada, yuxarıdakılardan “vicdan hissi” və “əlini vicdanına (vicdanının üstünə) qoymağ”ı çıxmaq şərtilə, bunlara əlavə olaraq belə “vicdan”lı ifadələr də vardır: vicdani qərar, vicdan konflikti, vicdani sıxıntı, vicdan yoxlaması, vicdan məsələsi, vicdan qorxusu, vicdan dişləməsi, vicdan qurdu (pis vicdan anlamında), vicdana qulaq asmaq (ya da asmamaq), vicdan sorğu-sualı (vicdanla haqq-hesabı), vicdana istinad etmək (vicdanı dəlil kimi göstərmək), vicdanına səslənmək, vicdan formalaşdırmaq, vicdanı inkişaf etdirmək, vicdanını kəskinləşdirmək, vicdanını kultivasiya etmək, xalqın və yaxud bütövlükdə insanlığın vicdanı olmaq, vicdan evliliyi (katolik hüquqlarına görə, qanuni olmayan bir münasibəti leqallaşdırmaq üçün gizli bağlanmış nigah), vicdan araşdırması (kilsədə günahları dinləyən instansiya qarşısında, bir katolikin özünün-özünə qarşı apardığı vicdan sorğu-sualı və etirafları) və nəhayət, vicdani səbəblər. Söz yox, bu ifadələr dilimizdə olmasa da, ancaq onları anlamaq olur.

Alman dilində “vicdan”lı ifadələrin çoxluğuna baxmayaraq, canlı söhbətlərində belə ifadələrə rast gəlmə sıxlığı elə də çox deyil. Bunlardan ən işlək olanı “vicdani səbəblər”dir. Lakin almandilli fəlsəfi ədəbiyyatda spesifik olaraq, geniş-dar vicdan, güclü-zəif vicdan, vasvası-laqeyd vicdan, incə-kobud vicdan kimi ifadələr də vardır.

Azərbaycan dilində “vicdan”lı ifadələrin azlığı, buna sıx bağlı olaraq da vicdani təsəvvürümüzün darlığı, görəsən, nə ilə bağlı ola bilər? Burada indilik iki səbəb göstərmək olar:

Birinci səbəb: İslami dünyagörüşdə vicdana geniş yer verilməmiş olmasıdır. Çünki islam dünyagörüşü insanları yüzillərlə allahın qəhri və cəhənnəm əzabı ilə qorxutmağa çalışmaq və buna arxayın olmaqla daxili-avtonom dünyəvi nəzarət mexanizması kimi vicdanın inkişafına elə də maraq göstərməmişdir. Təsadüfi deyil ki, Orta Əsrlər klassik islam mütəfəkkirlərindən heç biri vicdan anlayışı mövzusunu işləməyiblər. Ümumiyyətlə, onların Torada (və Quranda) qəlb adı ilə başlanan vicdan anlayışının St.Paul, Augustinus, Th.Aquinas, reformator M.Luther kimi yəhudi-xristian mütəfəkkirlərlə sonrakı inkişafında heç bir rolları olmamışdır. İndiki islamçıların ritorikasında da vicdana geniş yer verilməməkdədir. Bü günkü fəlsəfi vicdan nəzəriyyələri və modelləri hamısı yəhudi-xristian mənşəlidir.

İkinci səbəb: Uzun əsrlər boyunca Azərbaycan insanının azad olmamasıdır. Çünki vicdan ancaq azadlıqda böyüyüb yetişə bilir. Dış nəzarətin güclü olduğu yerdə, nökərdə vicdan doğulmamalı, ya da cır qalmalıdır. Buna əlavə olaraq, uşağını ona sərbəstlik və azadlıq vermədən böyüdən ənənəvi azərbaycanlı ailəsinin vicdanboğucu tərbiyəsini də unutmayaq. Göstərdiyimiz bu səbəb alman antropoloqu və sosioloqu A. Gehlen-in vicdan nəzəriyyəsindəki səbəb-nəticəyə də uyğun gəlir. Gehlen-in nəzəriyyəsinə görə, vicdan – insanlar üzərində qıraqdan həyata keçirilən idarəetmənin və nəzarətin tarixən azalması ilə birlikdə, kompensator kimi güclənmişdir. Bu nəzəriyyə avtonom və vicdanlı çağdaş Avropa insanını uğurla şərh edə bilir.

***

Vicdan – özümüzdən narazı qalmağa, məmnun olmamağa səbəb ola bilir. Vicdan əzabını, vicdani peşmanlığın ağrısını çoxumuz tanıyırıq, ancaq bir də vicdan həzzi var. Özü də bu həzzi süni olaraq da yaratmaq olur. Məsələn, bir də görürsən, bəzən bizim özümüzün xoşumuza gəlməyən bir adamın özünün-özündən xoşu gəlsin deyə, bizə yaxşılıq etmək istəyir. Bu, əslində bizə yaxşılıq deyil, o şəxsin vicdan həzzi almaq üçün özünün-özüylə masturbativ oyunudur.

(Bu sətirlərin müəllifi həyatda qarşılaşdığı belə “insanlıq”lara hər dəfə yox cavabı verib. Ancaq “Məni vur!” deyən mazoxistə “Vurmayacağam!” cavabı verən sadistin anekdotunda olduğu kimi sadistliyindən yox, yaxşılığın ambivalent xarakterini bir az bildiyindən. Bəzən də əksinə, gözəl və sadə bir insandan, vicdanı onu sevindirsin deyə, o, vicdan həzzi alsın deyə, ondan hətta ehtiyacı olmayan insanlığı da qəbul edib).

Özünə süni vicdan həzzi verməyə paralel formada zalım adamların da mazoxist vicdanı ola bilməzmi? Süni vicdan həzzi yaratmaq mümkün olduğu kimi, süni vicdan ağrısı da yaratmaq mümkündür. Qəddarlıqda yəqin ki, belə bir neqativ həzz də var.

Hər gün vicdansızlıq edib, hər gecə vicdan ağrısı çəkənə vicdansız demək olarmı?

***

Vicdansızlıqda bilə-biləlik əsas ölçü daşıdır. Özünə xeyir olacaq deyə, Başqasına xəyanət etdiyini BİLƏ-BİLƏ düşündüyünü düşünməyə davam edir, həqiqəti BİLƏ-BİLƏ yenə də başqa cür danışır, ya da yazır, etdiyinin pis iş olduğunu BİLƏ-BİLƏ yenə də onu edir. Vicdanı təmiz olmaq, əslində niyyəti təmiz olmaq deməkdir. Bu isə sonda alınacaq nəticəni bilməmək deməkdir. Qaşı qayırmaq istədiyim yerdə gözü çıxarda biləcəyimi bilmirdim, – niyyətin və vicdanın təmizliyi budur. Azərbaycanlı mentalitetində isə əsas ölçü və tələb sənin qaşı qayırmaq kimi BİLDİYİN yaxşı niyyətin (təmiz vicdanın) yox, gözü çıxarmamaq kimi qabaqcadan BİLMƏDİYİN nəticənin meydana gəlib-gəlməməsidir. Gözü çıxartdınsa, qaşı qayırmaq niyyətin (təmiz vicdanın) heç kimin tükünə də olmayacaq.

Vicdansızlıqda bilə-biləlik əsas ölçü daşı olduğu üçün yalançılıq ən ilkin və ən ibtidai vicdansızlıqdır. Buna görə də vicdansız adam dedikdə, ilk sırada yalançı adam gözümüzün qarşısında canlanır. (Yalanın yanlışdan fərqi, birincinin bilə-bilə danışılmasıdır. Buna görə də, yanılıb pis iş görmək vicdansızlıq deyil. Düzdür, bilməmək vicdan ağrısı yaratmasa da, ancaq tanımadan atasını öldürüb, bilmədən anası ilə evlənən Ödipus-un peşmanlıq ağrısı o səviyyədə olur ki, o, gözlərini iynə ilə deşib, özünü kor dilənçi edərək cəzalandırır). Vicdansızlıq – sizə öz yalanı ilə qalib gələn insanın daldada xısın-xısın sizə hırıldamasıdır. Vicdansız – vicdansızlıq etdiyini biləndir.

Yalandan üzünüzə duran, sizi şərləyən, sizə böhtan atan adamın gözlərinin içinə baxırsınız. Hələ də son umudunuz var ki, yox, çəkiləcək, belə etməyəcək, etsə də, axşam vicdanı dirəyəcək onu divara, uzaqbaşı ertəsi gün gəlib deyəcək ki, olmayıb belə hadisə, böhtan idi hamısı. Orada, onun vicdanına, sizin ondakı tərəfdarınıza və indi sizin son çarənizə umud edirsiniz. Bəlkə hələ də umud edirsiniz ki, bir gün bir üzr istəyən məktub alacaqsınız, “Bağışla məni, o vaxt vicdansızlıq etdim sənə”, deyə başlayan. Bəlkə də o vaxt o da sizin vicdansızlığınıza heyrət edir, ertəsi gün sizdən vicdanlı bir etiraf gözləyirdi. Kim bilir, bəlkə bizdən də belə bir vicdan məktubu gözləyənlər vardır.

Bəzən birisinin vicdanına umud etdiyimiz kimi, onun vicdanını sınaya da bilirik. Məsələn, Azərbaycanda kiçik ödəniş prosesinin əvvəlində pulu ödəyib, görüşün sonunda guya unutqanlıqdan “mən pulu ödəyim” deyib əlini yenidən cibinə salırsan və adamın “sən pulu ödədin axı” deməsini gözləyirsən. Onu ciddi vicdan narahatlığına, dərin tərəddüd əzabına salırsan. Hansını söyləsə, axşam peşman olacaqdır. Bu tələni, burada, Almaniyada bir almana quranda o, heç nəfəsi ilə də tərəddüd etmir, sizin unutqanlığınıza təəccüb içində “artıq ödəmisiniz!” deyir. O qədər vicdanla çalışırlar ki, vicdanlı olub-olmama dilemması da yaşamırlar.

“Vicdanla çalışmaq” işə götürən tərəfindən şəxsiyyətin dəyərləndirilməsi üçün Qərbdə tətbiq edilən “beş faktor modeli”nin (almanlar FFM, ingilislər Big Five deyirlər) tələblərindən biridir. Vicdanla çalışmaq – səliqəli, məsuliyyətli, etinalı, planlı, doğruçu, təmiz çalışmaq deməkdir. Xüsusi məsuliyyət tələb edən peşə və vəzifələr bir qırağa, adicə bir alman fəhləsinin işinə şahid olanlar “vicdanla çalışmaq” anlayışının nə demək olduğunu yaxşı başa düşürlər. İşçinin vicdanlılığı bizə hər hansı bir işi güvənlə ona tapşıra bilmək rahatlığı verir. Müsəlman kültüründən Avropaya gələnlər isə avropalının avropalıya güvənini öz arşınları ilə məkrli yozmağa meyllidirlər. Azərbaycan kültüründə tərbiyə almış və bu kültürün çürüklüyünü görməyən bir insanın (prezidentindən metroda jeton satanınacan) vicdanla çalışacağını gözləyə, ona arxayın ola, güvənə bilərikmi? Başqasına arxayınlıq və güvən əslində onun vicdanına arxayınlıq və güvəndir. Azərbaycan insanının bir-birinə sosial güvənsizliyinin, “birləşə bilmək sənəti”ndə (Tocqueville) uğursuzluğunun səbəblərindən biri də onların bir-birlərini qarşılıqlı olaraq öz vicdanlarına tapşıra bilmədiklərindəndir.

Beş faktor modelinin digər dörd ölçüsünü də yazsaq, postindustrial Qərb cəmiyyətlərində bir işəgötürənin tələbləri haqqında oxucunun təsəvvürləri tamamlanmış olar: nevrotik olmamaq (yəni emosional stabillik tələb olunur), qaraqabaq olmamaq (optimist və gülərüz olmaq tələb olunur), empatik olmaq (həssas və köməyəhazır olmaq tələb olunur) və yeniliklərə açıq olmaq.

***

Bir insanın öz işində vicdanla (səliqəli, məsuliyyətli, etinalı, planlı, doğruçu, təmiz) çalışmadığını görmək, dilinə gətirmək, bunu məhkəmədə sübut etmək mümkündür, ancaq Başqasına qıraqdan vicdansız demək imkanımız və haqqımız varmı? Varsa, necə var? Ümumiyyətlə, Başqasına “Sən vicdansızsan!” hökmünü həmişə vicdanla vermək olurmı?

Özünü hələ vicdansız saymayan bir şəxsin vicdansızlıq etdiyini sandığımız vaxtlar olur. Bizi hələ heç kim vicdansız saymasa da, özümüzü vicdansız bildiyimiz vaxtlar olur. Özü-özünü vicdansız saymayan, özü-özünə vicdansız deməyən bir şəxsi Başqasının vicdansız saymaq imkanı və adlandırmaq haqqı varmı? Qaça bilməsin deyə iti bir əli ilə bağlayıb, digər əli ilə də onu ağacla vura-vura öldürən, bütün bunları da toyuq-cücələrini yeyib deyə, atasının tapşırığı ilə edən 16 yaşlı azərbaycanlı yeniyetməyə vicdan ağrısı çəkdirmək mümkündürmü? Bəs, Jan Hus, Giordano Bruno kimi şəxsləri tonqalda diri-diri yandırmaq (autodafe) hökmü çıxaran inkvizisiya hakimlərinin; stalinlərin, bağırovların; cəza kimi adamın başını qılıncla kəsmək hökmü çıxaran islam şəriəti hakimlərinin vicdanını necə dilə gətirmək, necə oyadıb ağrıtmaq olardı?

 

http://www.meydan.tv/az/site/authors/1113/Vicdan(s%C4%B1zl%C4%B1%C4%9F)%C4%B1n-fenomenologiyas%C4%B1n%C4%B1n-suallar%C4%B1n%C4%B1-qurark%C9%99n.htm

Link to comment
Share on other sites

  • 6 months later...

Vicdan haqqında əminıiklə bir tezis söylüyə bilərəm...Vicdan mücərrəd bir anlayışdır.

Bu anlayış öz içərisinə insan davranışlarının hansı

cəhətlərini yığıb bax bunları saya bilərik...Bu siyahinin uzunluğuda hərəmizdə bir cür olacaq ...

Forumda təzə bir söz dəbə düşüb---sinxronlaşmaq...Onuda deyim ki,Vicdan mücərrəd anlayış olsada hamımız nədən danışılacağını bildiyimiz üçün sinxronlaşma avtomatik gedir...

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 5 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 196 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Like
      • 22 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Upvote
        • Sad
        • Like
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Haha
        • Thanks
        • Like
      • 299 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
      • 280 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
        • Sad
        • Red Heart
        • Like
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...