Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

Link to comment
Share on other sites

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi
Mülki müdafiə haqqında Azərbaycan Respublikasının Qanunu
 
 
Bu Qanun Azərbaycan Respublikasında mülki müdafiənin hüquqi əsasını və prinsiplərini müəyyən edir, mülki müdafiə sahəsində ictimai münasibətləri nizama salır.
Maddə 1. Əsas anlayışlar 
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1) mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir;
2) mülki müdafiə sistemi — mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur;
3) fövqəladə hadisə — insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir;
4) fövqəladə hadisələrin qarşısının alınması — fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir;
5) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması — insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.
Maddə 2. Mülki müdafiə haqqınnda qanunvericilik 
Mülki müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3. Mülki müdafiənin təşkil edilmə prinsipləri 
Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:
1) ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi);
2) fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirmiş şəkildə həyata keçirilməsi);
3) kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması);
4) daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);
5) dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verməsi);
6) qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).
Maddə 4. Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi 
Mülki müdafiə məsələlərinin həll edilməsi mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə təmin olunur.
Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının ərazisinin, onun ayrı-ayrı bölgələrinin, şəhərlərin, digər yaşayış məntəqələrinin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur.
Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu ərazədə olan bütün insanları əhatə edir.
Mülki müdafiə tədbirlərinin həcmi və məzmunu mövcud qüvvə və vasitələrin yetərli olması, onlardan maksimum və səmərəli istifadə edilməsi əsasında müəyyən edilir.
Mülki müdafiə tədbirlərinin planlaşdırılmasına və həyata keçirilməsinə fərqli yanaşmaq, ərazinin və əhalinin fövqəladə hadisələrdən səmərəli müdafiəsini təmin etmək məqsədilə mülki müdafiə üzrə Azərbaycan Respublikasının ərazisi zonalara, şəhərləri qruplara, təsərrüfat obyektləri isə dərəcələrə bölünür.
Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası, mülki müdafiə üzrə zonalar, şəhərlərin qrupları və təsərrüfat obyektlərinin dərəcələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 5. Mülki müdafiənin məqsədi 
Mülki müdafiənin məqsədi aşağıdakılardır:
1) fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
2) fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;
3) fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.
Maddə 6. Mülki müdafiə sahəsində dövlətin vəzifələri 
Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:
1) dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti müəyyən etmək və onu həyata keçirmək;
2) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ-hüquqi aktlar qəbul etmək və onların icrasına nəzarət etmək;
3) ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək;
4) mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək;
5) mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin strukturunu, tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və maddi-texniki təminatı qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək;
6) mülki müdafiə üçün dövlət büdcəsindən vəsait ayırmaq və bundan əlavə, mülki müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən məqsədi və düzgün istifadə olunmasını təmin etmək;
7) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;
8) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət nəzarətini və ekspertizasını həyata keçirmək;
9) mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək;
10) dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək;
11) əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin etmək;
12) müəssisələrin və digər obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin etmək;
13) fövqəladə hadisələr zamanı insanların həyat və sağlamlığının qorunması üçün mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri insan həyatı üçün zəruri ləvazimatı toxunulmaz ehtiyatı ilə təmin etmək;
14) fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək;
15) insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və obyektiv məlumat vermək;
16) fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin və vasitələrinin daim hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
17) həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək;
18) fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ümdə qəza-xilasetmə işlərini və sanitariya-gigiyena tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa olunmasına və qorunmasına yardım etmək, bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək;
19) fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər həyata keçirmək;
20) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
21) mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək.
Maddə 7. Mülki müdafiə sahəsində hüquqi şəxslərin vəzifələri 
Mülki müdafiə sahəsində mülkiyyət formasından asılı olmayan hüququ şəxslərin aşağıdakı vəzifələri vardır:
1) iqtisadi və sosial inkişaf proqramlarında mülki müdafiə sahəsində zəruri tədbirləri nəzərdə tutmaq və həyata keçirmək;
2) işçilərin (təhsil alan şəxslərin) fövqəladə hadisələrdən müdafiəsi üzrə tədbirləri maliyyələşdirmək;
3) fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;
4) fövqəladə hadisələr haqqında yerli xəbərdarlıq sistemini yaratmaq və onu daim saz vəziyyətdə saxlamaq;
5) işçiləri (təhsil alan şəxsləri), habelə bilavasitə yaxınlıqda yerləşən ərazidə yaşayanları, baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində xəbərdar etmək, insanları təhlükəsiz yerə köçürmək;
6) mülki müdafiə planlarına uyğun olaraq mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə işlərini təşkil etmək və həyata keçirmək.
Hüquqi şəxslərin mülki müdafiə tədbirlərində iştirakı, fövqəladə hadisələrdən müdafiə olunma vasitələri ilə onların təminatı qaydasını, formasını və şərtlərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 8. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri 
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı vəzifələri vardır:
1) mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək;
2) fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq;
3) fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək;
4) fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək;
5) ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq;
6) mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək;
7) baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək;
8) mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.
Maddə 9. Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları 
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı hüquqları vardır:
1) fövqəladə hadisələr baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq;
2) fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etmək;
3) fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırmasında müəyyən olunmuş qaydada iştirak etmək;
4) mülki müdafiə məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına şəxsən müraciət etmək və ya yazılı təkliflər vermək;
5) fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun ödənclər almaq;
6) fövqəladə hadisələr baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə müavinətlər almaq.
Bu maddənin birinci hissəsinin 6-cı bəndində nəzərdə tutulan müavinətlərin növləri və məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 10. Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması 
Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Fövqəladə hadisələr zamanı davranış qaydaları əhaliyə iş və ya yaşayış yeri üzrə, habelə tədris müəssisələrində öyrədilir.
Mülki müdafiə sisteminin, həmçinin hüquqi şəxslərin rəhbər və mütəxəssislərinin hazırlanması ali və orta ixtisas tədris müəssisələrində, ixtisas artırma müəssisələrində, xüsusi təlim kurslarında və bilavasitə iş yeri üzrə həyata keçirilir.
Maddə 11. Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği 
Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği mülki müdafiə sisteminə daxil olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği üçün kütləvi informasiya vasitələrindən istifadə edilə bilər.
Maddə 12. Mülki müdafiə qüvvələrinin şəxsi heyəti 
Mülki müdafiə qüvvələrinin şəxsi heyəti hərbi qulluqçulardan, qulluqçulardan və fəhlələrdən ibarətdir.
Mülki müdafiə qüvvələrinin hərbi qulluqçularla komplektləşdirilməsi Azərbaycan Respublikasının hərbi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Mülki müdafiə qüvvələrinin hərbi qulluqçuları «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər hərbi qanunvericilik aktlarına uyğun olaraq bu Qanunla müəyyən edilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla hərbi xidmət keçirlər.
Mülki müdafiə qüvvələrinin şəxsi heyətinə daxil olan qulluqçuların və fəhlələrin xidmət və əmək fəaliyyəti Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Mülki müdafiə qüvvələrinin ştat sayını, mülki müdafiə qüvvələrinin şəxsi heyəti üçün geyim formasını və fərqlənmə nişanlarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 13. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin hüquqi və sosial müdafiəsi üçün təminatlar 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə hərbi qulluqçular üçün müəyyən edilmiş hüquqi və sosial müdafiə təminatları, habelə güzəştlər mülki müdafiə qüvvələrinin hərbi qulluqçularına da şamil olunur.
Əmək şəraiti zərərli və təhlükəli olan təsərrüfat obyektlərinin işçiləri üçün mövcud qanunvericiliklə müəyyən edilmiş hüquqi və sosial müdafiə təminatları və güzəştlər mülki müdafiə qüvvələrinin həmin müəssisələrin və obyektlərin mülki müdafiəsini həyata keçirən şəxsi heyətinə də şamil edilir.
Maddə 14. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin əməyinin ödənilməsi 
Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin əməyinin ödənilməsi şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Mülki müdafiə qüvvələrinin şəxsi heyəti üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş ödənişlərdən əlavə ödənişlər nəzərdə tutula bilər.
Maddə 15. Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin dövlət icbari şəxsi sığortası 
Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin dövlət icbari şəxsi sığortası «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin öz vəzifələrini icra etməsi ilə əlaqədar onun əmlakına dəyən ziyan, sonradan bu məbləğ təqsirli şəxslərdən tutulmaqla dövlət büdcəsinin hesabına tam həcmdə ödənilir.
Maddə 16. Mülki müdafiənin əmlakı 
Mülki müdafiənin əmlakı ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan daşınar və daşınmaz əmlakdan ibarətdir.
Mülki müdafiə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara və normalara uyğun olaraq dövlət büdcəsi və yerli büdcələrin vəsaiti hesabına zəruri avadanlıq və rabitə sistemləri ilə təchiz edilmiş binalarla, qurğularla və başqa əmlakla təmin edilməlidir.
Maddə 17. Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlərin maliyyələşdirilməsi 
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, fövqəladə hadisənin baş verdiyi ərazidə yerləşən hüquqi şəxslərin, dövlət və yerli büdcələrin (xərclərin), sığorta fondlarının vəsaitləri və digər mənbələr hesabına maliyyələşdirilir.
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün bu maddənin birinci hissəsində nəzərdə tutulan vəsaitlər kifayət etmədikdə, Azərbaycan Respublikasının dövlət büdcəsinin ehtiyat fondundan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada vəsait ayrılır.
Maddə 17-1. Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin səbəb və nəticələrinin aradan qaldırılması üzrə aparılan işlərin maliyyələşdirilməsi 
Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin səbəb və nəticələrinin aradan qaldırılması üzrə aparılan işlərin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir.
Maddə 18. Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatının yaradılması 
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı fövqəladə hadisələr baş verəcəyi halda zəruri vəsaitləri dərhal cəlb etmək məqsədilə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən əvvəlcədən yaradılır.
Bu maddənin birinci hissəsində nəzərdə tutulan ehtiyatların yaradılması və onlardan istifadə olunması, habelə istifadə olunmuş ehtiyatların yerinin doldurulması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 19. Mülki müdafiə sahəsində maddi-texniki təminat 
Mülki müdafiə sahəsində maddi-texniki təminat Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada və normalar üzrə maddi-texniki və hərbi təchizat sistemi vasitəsilə həyata keçirilir.
Maddə 20. Mülki müdafiə sahəsində fəaliyyətin qanuniliyinə nəzarət 
Mülki müdafiə sahəsində fəaliyyətin qanuniliyinə, obyekt, qüvvə və vəsaitlərdən səmərəli və təyinatı üzrə istifadə edilməsinə idarə nəzarətini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Mülki müdafiə sahəsində qanunların eyni cür və dürüst icra və tətbiq olunmasına Azərbaycan Respublikasının Baş Prokuroru və ona tabe olan prokurorlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəzarət edirlər.
Maddə 21. Vəzifəli şəxslərin və vətəndaşların məsuliyyəti 
Bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 30 dekabr 1997-ci il.
№ 420-IQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 aprel 1998-ci il, № 88) .
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 aprel 1998-ci il, № 4, maddə 222) .
9 mart 2004-cü il tarixli, 603-IIQD nömrəli; 4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli; 21 oktyabr 2005-ci il tarixli, 1030-IIQD nömrəli qanunlara əsasən əlavələr və dəyişikliklərlə
 

http://www.mia.gov.az/index.php?/az/content/218/

 

Link to comment
Share on other sites

Mülki Müdafiə haqqında
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
 
Bu Qanun Azərbaycan Respublikasında mülki müdafiənin hüquqi əsasını və prinsiplərini müəyyən edir, mülki müdafiə sahəsində ictimai münasibətləri nizama salır.
Maddə 1.      Əsas anlayışlar
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə olunur:
1)   mülki müdafiə — dinc dövrdə və ya müharibə dövründə əhalinin (Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin) və ərazinin (Azərbaycan Respublikası ərazisinin hüdudları daxilində torpaq, su və hava məkanının, istehsal və sosial təyinatlı obyektlərin, habelə ətraf mühitin) təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir;
2)   mülki müdafiə sistemi — mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur;
3)   fövqəladə hadisə — insan tələfatına, insanların səhhətinə və ya ətraf mühitə ziyan vurulmasına, əhəmiyyətli maddi itkilərə və insanların həyat fəaliyyəti şəraitinin pozulmasına səbəb ola biləcək və ya səbəb olmuş hərbi əməliyyatlar, qəza, təbii və ya digər fəlakət nəticəsində müəyyən ərazidə yaranmış vəziyyətdir;
4)   fövqəladə hadisələrin qarşısının alınması — fövqəladə hadisələrin baş verməsi təhlükəsinin maksimum azaldılmasına, belə hadisələr baş verəcəyi hallarda isə insanların və onların sağlamlığının qorunması, ətraf mühitə vurula biləcək ziyanın və maddi itkilərin həcminin azaldılmasına yönəldilən və əvvəlcədən həyata keçirilən tədbirlər sistemidir;
5)   fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması — insanların həyatının xilas edilməsinə və sağlamlığının qorunmasına, ətraf mühitə vurulan ziyanın və maddi itkilərin həcminin azaldılmasına, fövqəladə hadisələrin yayılmasının qarşısının alınmasına yönəldilmiş və fövqəladə hadisələr zamanı həyata keçirilən qəza-xilasetmə tədbirləri və digər təxirəsalınmaz işlərdir.
Maddə 2.      Mülki müdafiə haqqında qanunvericilik
Mülki müdafiə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Maddə 3.      Mülki müdafiənin təşkil edilmə prinsipləri
Azərbaycan Respublikasında mülki müdafiə ümumdövlət müdafiə sisteminin tərkib hissəsi olmaqla aşağıdakı prinsiplər əsasında təşkil edilir:
1)   ərazi prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilməsi);
2)   fərqli və kompleks yanaşma prinsipi (Azərbaycan Respublikasında mülki müdafiə tədbirlərinin ayrı-ayrı bölgələrin, şəhərlərin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji, iqtisadi və digər xüsusiyyətləri nəzərə alınmaqla planlaşdırılması və əlaqələndirmiş şəkildə həyata keçirilməsi);
3)   kütləvilik və məcburilik prinsipi (mülki müdafiə tədbirlərinin Azərbaycan Respublikasının bütün əhalisini əhatə etməsi və məcburi xarakter daşıması);
4)   daimi hazırlıq prinsipi (Azərbaycan Respublikasının mülki müdafiə sisteminin fövqəladə hadisələr zamanı dərhal və səmərəli fəaliyyətə başlamağa hazır vəziyyətdə olması);
5)   dərhal xəbərdarlıq prinsipi (baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr haqqında Azərbaycan Respublikasının əhalisinə dərhal məlumat verməsi);
6)   qarşılıqlı əlaqə prinsipi (mülki müdafiənin təmin edilməsində iştirak edən Azərbaycan Respublikasının dövlət orqanlarının və mülki müdafiə qüvvələrinin sıx və uzlaşdırılmış fəaliyyət göstərməsi).
Maddə 4.      Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi
Mülki müdafiə məsələlərinin həll edilməsi mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə təmin olunur.
Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının ərazisinin, onun ayrı-ayrı bölgələrinin, şəhərlərin, digər yaşayış məntəqələrinin, istehsal və sosial təyinatlı obyektlərin hərbi-strateji və iqtisadi əhəmiyyəti, təbii və digər xüsusiyyətləri nəzərə alınmaqla müvafiq normativ sənədlərdə və planlarda nəzərdə tutulur.
Mülki müdafiə tədbirləri Azərbaycan Respublikasının bütün ərazisində təşkil edilir və bu ərazidə olan bütün insanları əhatə edir.
Mülki müdafiə tədbirlərinin həcmi və məzmunu mövcud qüvvə və vasitələrin yetərli olması, onlardan maksimum və səmərəli istifadə edilməsi əsasında müəyyən edilir.
Mülki müdafiə tədbirlərinin planlaşdırılmasına və həyata keçirilməsinə fərqli yanaşmaq, ərazinin və əhalinin fövqəladə hadisələrdən səmərəli müdafiəsini təmin etmək məqsədilə mülki müdafiə üzrə Azərbaycan Respublikasının ərazisi zonalara, şəhərləri qruplara, təsərrüfat obyektləri isə dərəcələrə bölünür.
Mülki müdafiə tədbirlərinin təşkili və həyata keçirilməsi qaydası, mülki müdafiə üzrə zonalar, şəhərlərin qrupları və təsərrüfat obyektlərinin dərəcələri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 5.      Mülki müdafiənin məqsədi
Mülki müdafiənin məqsədi aşağıdakılardır:
1)   fövqəladə hadisələrin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlərin həyata keçirilməsi;
2)   fövqəladə hadisələr zamanı mümkün olan ziyan və itkilərin həcminin maksimum azaldılması;
3)   fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması.
Maddə 6.      Mülki müdafiə sahəsində dövlətin vəzifələri
Mülki müdafiə sahəsində dövlətin aşağıdakı vəzifələri vardır:
1)   dövlət siyasətini, o cümlədən vahid elmi-texniki siyasəti müəyyən etmək və onu həyata keçirmək;
2)   əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair hüquqi və iqtisadi normalar müəyyən etmək, zəruri normativ-hüquqi aktlar qəbul etmək və onların icrasına nəzarət etmək;
3)   ölkə və onun ərazi vahidləri üzrə müvafiq proqramlar və planlar qəbul etmək və onların icrasının təmin olunması üçün lazımi tədbirlər həyata keçirmək;
4)   mülki müdafiə üzrə zonaları, şəhərlərin qruplarını və təsərrüfat obyektlərinin dərəcələrini müəyyən etmək;
5)   mülki müdafiə sisteminə rəhbərlik etmək, mülki müdafiə sisteminin strukturunu, tərkibini, onun iştirakçılarının qarşılıqlı əlaqəsi, maliyyə və maddi-texniki təminatı qaydasını müəyyən etmək, habelə onlara dair məsələləri vaxtında həll etmək;
6)   mülki müdafiə üçün dövlət büdcəsindən vəsait ayırmaq və bundan əlavə, mülki müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən məqsədi və düzgün istifadə olunmasını təmin etmək; [1]
7)   fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;
8)   əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində dövlət nəzarətini və ekspertizasını həyata keçirmək;
9)   mülki müdafiə üçün kadrların hazırlanmasını təşkil etmək və həyata keçirmək;
10) dinc dövrdə və ya müharibə dövründə fövqəladə hadisələrdən müdafiə olunma qaydalarını və vasitələrini əhaliyə öyrətmək;
11) əhaliyə mülki müdafiə tədbirlərinin öyrədilməsini təşkil etmək, əhalini fərdi və kollektiv müdafiə vasitələri ilə təmin etmək;
12) müəssisələrin və digər obyektlərin layihələşdirilməsində, tikintisində, əsaslı təmirində və istismarında mülki müdafiə ilə bağlı tələblərə əməl olunmasını təmin etmək;
13) fövqəladə hadisələr zamanı insanların həyat və sağlamlığının qorunması üçün mülki müdafiə obyektlərini daim hazır vəziyyətdə saxlamaq və həmin obyektləri insan həyatı üçün zəruri ləvazimatı toxunulmaz ehtiyatı ilə təmin etmək;
14) fövqəladə hadisələrin nəticələrini proqnozlaşdırmaq və qiymətləndirmək;
15) insanların həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək fövqəladə hadisələr barəsində əhalini vaxtında xəbərdar etmək, belə hadisələrin nəticələrinə və onların aradan qaldırılması üçün görülmüş tədbirlərə dair əhaliyə tam və obyektiv məlumat vermək;
16) fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin və vasitələrinin daim hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
17) həyati əhəmiyyət daşıyan maddi sərvətləri əvvəlcədən tədarük etmək;
18) fövqəladə hadisələr baş vermiş ərazilərdən əhalini köçürmək və onları müvəqqəti yaşayış yerləri ilə təmin etmək, ümdə qəza-xilasetmə işlərini və sanitariya-gigiyena tədbirlərini həyata keçirmək, ictimai asayişin bərpa olunmasına və qorunmasına yardım etmək, bitki və heyvanların xilas edilməsi üçün tədbirlər görmək;
19) fövqəladə hadisələrdən zərər çəkmiş əhalinin sosial müdafiəsi üçün lazımi tədbirlər həyata keçirmək;
20) əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək;
21) mülki müdafiə tələblərini pozan şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş məsuliyyətə cəlb etmək.
Maddə 7.      Mülki müdafiə sahəsində hüquqi şəxslərin vəzifələri
Mülki müdafiə sahəsində mülkiyyət formasından asılı olmayan hüququ şəxslərin aşağıdakı vəzifələri vardır:
1)   iqtisadi və sosial inkişaf proqramlarında mülki müdafiə sahəsində zəruri tədbirləri nəzərdə tutmaq və həyata keçirmək;
2)   işçilərin (təhsil alan şəxslərin) fövqəladə hadisələrdən müdafiəsi üzrə tədbirləri maliyyələşdirmək;
3)   fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı yaratmaq;
4)   fövqəladə hadisələr haqqında yerli xəbərdarlıq sistemini yaratmaq və onu daim saz vəziyyətdə saxlamaq;
5)   işçiləri (təhsil alan şəxsləri), habelə bilavasitə yaxınlıqda yerləşən ərazidə yaşayanları, baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində xəbərdar etmək, insanları təhlükəsiz yerə köçürmək;
6)   mülki müdafiə planlarına uyğun olaraq mövcud qüvvə və texnika ilə ilkin qəza-xilasetmə işlərini təşkil etmək və həyata keçirmək.
Hüquqi şəxslərin mülki müdafiə tədbirlərində iştirakı, fövqəladə hadisələrdən müdafiə olunma vasitələri ilə onların təminatı qaydasını, formasını və şərtlərini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 8.      Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının vəzifələri
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı vəzifələri vardır:
1)   mülki müdafiə sahəsində Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əməl etmək;
2)   fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq;
3)   fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək və bilmək;
4)   fövqəladə hadisələr zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək;
5)   ilk tibbi yardım göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq;
6)   mülki müdafiə işarələrini bilmək və onlara uyğun hərəkət etmək;
7)   baş verə biləcək və ya baş vermiş fövqəladə hadisələr barəsində müvafiq dövlət orqanlarına və qonşulara məlumat vermək;
8)   mülki müdafiə sahəsində onlara tapşırılmış vəzifələri vicdanla yerinə yetirmək.
Maddə 9.      Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının hüquqları
Mülki müdafiə sahəsində Azərbaycan Respublikası vətəndaşlarının aşağıdakı hüquqları vardır:
1)   fövqəladə hadisələr baş vermiş ərazilərdə zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv məlumat almaq;
2)   fövqəladə hadisələr baş vermiş ərazilərdə fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etmək;
3)   fövqəladə hadisələrin qarşısının alınmasında və nəticələrinin aradan qaldırmasında müəyyən olunmuş qaydada iştirak etmək;
4)   mülki müdafiə məsələləri ilə bağlı müvafiq dövlət orqanlarına şəxsən müraciət etmək və ya yazılı təkliflər vermək;
5)   fövqəladə hadisələr nəticəsində səhhətinə və əmlakına dəymiş ziyana uyğun ödənclər almaq;
6)   fövqəladə hadisələr baş vermiş ərazilərdə yaşamağa və işləməyə görə müavinətlər almaq.
Bu maddənin birinci hissəsinin 6-cı bəndində nəzərdə tutulan müavinətlərin növləri və məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 10.   Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması
Fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Fövqəladə hadisələr zamanı davranış qaydaları əhaliyə iş və ya yaşayış yeri üzrə, habelə tədris müəssisələrində öyrədilir.
Mülki müdafiə sisteminin, həmçinin hüquqi şəxslərin rəhbər və mütəxəssislərinin hazırlanması ali və orta ixtisas tədris müəssisələrində, ixtisas artırma müəssisələrində, xüsusi təlim kurslarında və bilavasitə iş yeri üzrə həyata keçirilir.
Maddə 11.   Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği
Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği mülki müdafiə sisteminə daxil olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsi sahəsində biliklərin təbliği üçün kütləvi informasiya vasitələrindən istifadə edilə bilər.
Maddə 12.   Mülki müdafiə qüvvələrinin şəxsi heyəti
Mülki müdafiə qüvvələrinin şəxsi heyəti hərbi qulluqçulardan, qulluqçulardan və fəhlələrdən ibarətdir.
Mülki müdafiə qüvvələrinin hərbi qulluqçularla komplektləşdirilməsi Azərbaycan Respublikasının hərbi qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Mülki müdafiə qüvvələrinin hərbi qulluqçuları “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının digər hərbi qanunvericilik aktlarına uyğun olaraq bu Qanunla müəyyən edilmiş vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla hərbi xidmət keçirlər.
Mülki müdafiə qüvvələrinin şəxsi heyətinə daxil olan qulluqçuların və fəhlələrin xidmət və əmək fəaliyyəti Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsi və digər müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Mülki müdafiə qüvvələrinin ştat sayını, mülki müdafiə qüvvələrinin şəxsi heyəti üçün geyim formasını və fərqlənmə nişanlarını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Maddə 13.   Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin hüquqi və sosial müdafiəsi üçün təminatlar
Azərbaycan Respublikasının qanunvericiliyi ilə hərbi qulluqçular üçün müəyyən edilmiş hüquqi və sosial müdafiə təminatları, habelə güzəştlər mülki müdafiə qüvvələrinin hərbi qulluqçularına da şamil olunur.
Əmək şəraiti zərərli və təhlükəli olan təsərrüfat obyektlərinin işçiləri üçün mövcud qanunvericiliklə müəyyən edilmiş hüquqi və sosial müdafiə təminatları və güzəştlər mülki müdafiə qüvvələrinin həmin müəssisələrin və obyektlərin mülki müdafiəsini həyata keçirən şəxsi heyətinə də şamil edilir.
Maddə 14.   Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin əməyinin ödənilməsi
Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin əməyinin ödənilməsi şərtləri və qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Mülki müdafiə qüvvələrinin şəxsi heyəti üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş ödənişlərdən əlavə ödənişlər nəzərdə tutula bilər.
Maddə 15.   Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin dövlət icbari şəxsi sığortası
Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin dövlət icbari şəxsi sığortası “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Mülki müdafiə qüvvələrinin şəxsi heyətinin öz vəzifələrini icra etməsi ilə əlaqədar onun əmlakına dəyən ziyan, sonradan bu məbləğ təqsirli şəxslərdən tutulmaqla dövlət büdcəsinin hesabına tam həcmdə ödənilir.
Maddə 16.   Mülki müdafiənin əmlakı
Mülki müdafiənin əmlakı ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün zəruri olan daşınar və daşınmaz əmlakdan ibarətdir.
Mülki müdafiə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara və normalara uyğun olaraq dövlət büdcəsi vəsaiti hesabına zəruri avadanlıq və rabitə sistemləri ilə təchiz edilmiş binalarla, qurğularla və başqa əmlakla təmin edilməlidir. [2]
Maddə 17.   Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlərin maliyyələşdirilməsi
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması sahəsində tədbirlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, fövqəladə hadisənin baş verdiyi ərazidə yerləşən hüquqi şəxslərin, dövlət və yerli büdcələrin (xərclərin), sığorta fondlarının vəsaitləri və digər mənbələr hesabına maliyyələşdirilir.
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün bu maddənin birinci hissəsində nəzərdə tutulan vəsaitlər kifayət etmədikdə, Azərbaycan Respublikasının dövlət büdcəsinin ehtiyat fondundan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada vəsait ayrılır. [3]
Maddə 17-1.       Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin səbəb və nəticələrinin aradan qaldırılması üzrə aparılan işlərin maliyyələşdirilməsi [4]
 
Fövqəladə vəziyyətin tətbiqinə səbəb olmuş şəraitin səbəb və nəticələrinin aradan qaldırılması üzrə aparılan işlərin maliyyələşdirilməsi dövlət büdcəsi hesabına həyata keçirilir.
Maddə 18.   Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatının yaradılması
Fövqəladə hadisələrin və onların nəticələrinin aradan qaldırılması üçün maddi və maliyyə vəsaitləri ehtiyatı fövqəladə hadisələr baş verəcəyi halda zəruri vəsaitləri dərhal cəlb etmək məqsədilə Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanları tərəfindən əvvəlcədən yaradılır.
Bu maddənin birinci hissəsində nəzərdə tutulan ehtiyatların yaradılması və onlardan istifadə olunması, habelə istifadə olunmuş ehtiyatların yerinin doldurulması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Maddə 19.   Mülki müdafiə sahəsində maddi-texniki təminat
Mülki müdafiə sahəsində maddi-texniki təminat Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada və normalar üzrə maddi-texniki və hərbi təchizat sistemi vasitəsilə həyata keçirilir.
Maddə 20.   Mülki müdafiə sahəsində fəaliyyətin qanuniliyinə nəzarət
Mülki müdafiə sahəsində fəaliyyətin qanuniliyinə, obyekt, qüvvə və vəsaitlərdən səmərəli və təyinatı üzrə istifadə edilməsinə idarə nəzarətini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Mülki müdafiə sahəsində qanunların eyni cür və dürüst icra və tətbiq olunmasına Azərbaycan Respublikasının Baş Prokuroru və ona tabe olan prokurorlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada nəzarət edirlər.
Maddə 21. Vəzifəli şəxslərin və vətəndaşların məsuliyyəti
Bu Qanunun tələblərinin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
 
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 dekabr 1997-ci il
№ 420-IQ
 
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
1.       9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202)
2.       4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278)
3.       21 oktyabr 2005-ci il tarixli 1030-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1083)
 
 
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 
 
[1] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 6-cı maddənin birinci hissəsinin 6-cı bəndindən "və yerli büdcələrdən" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
6) mülki müdafiə üçün dövlət büdcəsindən və yerli büdcələrdən vəsait ayırmaq və bundan əlavə, mülki müdafiə fondları yaratmaq, bu mənbələrin vəsaitlərindən məqsədi və düzgün istifadə olunmasını təmin etmək;
 
[2] 9 mart 2004-cü il tarixli 603-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 4, maddə 202) ilə 16-cı maddənin ikinci hissəsindən "və yerli büdcələrin" sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
Mülki müdafiə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara və normalara uyğun olaraq dövlət büdcəsi və yerli büdcələrin vəsaiti hesabına zəruri avadanlıq və rabitə sistemləri ilə təchiz edilmiş binalarla, qurğularla və başqa əmlakla təmin edilməlidir.
 
[3] 21 oktyabr 2005-ci il tarixli 1030-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 dekabr 2005-ci il, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 12, maddə 1083) ilə 17-ci maddənin 2-ci hissəsində "müvafiq icra hakimiyyəti orqanının" sözləri "dövlət büdcəsinin" sözləri ilə əvəz edilmişdir.
 
[4] 4 mart 2005-ci il tarixli 856-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 4, maddə 278) ilə 17-1-ci maddə əlavə edilmişdir.
 

http://e-qanun.az/files/framework/data/4/c_f_4271.htm

Link to comment
Share on other sites

ZƏLZƏLƏ ZAMANI DAVRANIŞ QAYDALARI
 
İnsanların dəhşətli təbiət hadisələri haqqında yüksək səviyyədə məlumatlandırılması və biliklərinin artırılması, təbii fəlakətlərin nəticələrinin yüngülləşdirilməsi istiqamətində aparılan işlərdən ən səmərəli üsullardan biridir. 
Seysmik aktiv ərazilərdə yaşayan hər bir şəxsin zəlzələ haqqında müxtəlif informasiya (TV, kütləvi məlumat vasitələri və s.) mənbəyindən müəyyən bilik alması lazımdır. 
Zəlzələyə qarşı hazırlığı olmayan insanlar zəlzələ baş verdikdə adətən emosional stress keçirdiyindən bəzən təhlükəli qərarlar qəbul edirlər (məsələn: çoxmərtəbəli binaların pəncərə və ya eyvanlarından tullanmaq, liftə minmək). Tələbə və məktəblilər, iş yerində olan qulluqçular məcburi qaydada zəlzələ vaxtı davranış qaydaları ilə yaxından tanış olmalıdırlar. 
Məktəblilər üçün zəlzələlərin mənşəyi, təzahürü və onlara hazırlıq tədbirləri haqqında biliklərin tədrisi üzrə məşğələlər təşkil etmək lazımdır. Bu uşaqlarda qorxu hissinə qalib gələr və zəlzələni daha təmkinlə qarşılamada kömək edə bilər. Təlim – seysmik həyəcan tədbirləri yaşlıların və uşaqların zəlzələyə psixoloji cəhətdən hazır olmalarına və zəlzələ zamanı əhalinin davranış qaydalarını mənimsəməsi olduqca faydalıdır. 
Təəssüf ki, biz hələ zəlzələni “idarə” edə bilmirik, yəni onun təsir gücünü azalda bilmirik. Lakin biz onun törətdiyi itkiləri azalda bilərik. Bunun üçün binaları və sənaye obyektlərini tektonik yarıqlar, dik yamaclar, bataqlaşmış yerlər kimi təhlükəli zonalardan kənarda gözlənilən seysmik təhlükəyə davamlı salmalı, köhnə tikililəri isə seysmik tələblərə uyğun olaraq möhkəmlətmək lazımdır. 
Zəlzələlər zamanı insan təlafatı və itkilərin çoxu bina və konstruksiyaların uçması, mebellərin və interyerin başqa komponentlərinin davamsızlığı ilə əlaqədardır. Buna görə də davamlı və ağır mebellərin istifadə olunması məsləhətdir. Ağır əşyaları yuxarıda saxlamaq olmaz. Çarpayıları əsas divarların və dirəklərin yanında qoymaq lazımdır. Yanğın da çox təhlükəlidir. Hamı ehtiyac olduqda qaz və elektrik xətlərini bağlamağı bacarmalıdır. Fənərləri (kibriti yox!), dərman qutusunu, isti geyim əşyaları etibarlı yerlərdə saxlamaq lazımdır. 
Yadda saxlamaq lazımdır ki, tövsiyə edilən müdafiə tədbirlərindən ən yaxşısı çaxnaşmaya düşməməkdir. Unutmaq olmaz ki, zəlzələ yer tərpənməsi olub bir neçə saniyə və güclü zəlzələdə isə bir dəqiqəyə qədər davam edə bilər. Ona görə də siz binanın içərisində olduqda təcili sürətdə təhlükəsiz yerə qaçın. Daxili qapıların yerində və ya otağın daxili künclərində dayanın. Unutmayın ki, binanın daha çox xarici divarları uçur. Dayandığınız yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişin. 
 
Unutmayın ki, xəsarət almış binalarda təkrar təkanlar (afterşoklar), daha təhlükəli ola bilər. Pəncərələrdən, sobalardan, ağır əşyalardan - kitab rəflərindən, soyuduculardan, qab-qacaq rəflərindən kənarda durun. Onlar aşa bilər və ya yerindən tərpənib sizə ağır zədə vura bilər. Əgər siz çoxmərtəbəli binanın daxilindəsinizsə, liftə girməyin və pilləkənlərlə qaçmayın. Pilləkənlərdə basabas olacaq, liftlər isə işləməyəcək. Bundan başqa zəlzələ zamanı pilləkənlər və liftlər çox vaxt uçulur. Güclü təkanlardan sonra elektrik və qaz sistemlərini qapayın (əgər onlar öncədən qapanmayıbsa). Kibrit, şam və alışqanlardan qətiyyən istifadə etməyin, qaz axını partlayışlı yanğına səbəb ola bilər. 
 
Binadan kənardasınızsa, binaya yaxınlaşmayın, əksinə ondan kənara küçənin ortasına, boş sahələrə, bağlara qaçın, ən açıq olan sahələrə çəkilin və elektrik şəbəkəsindən uzaqlaşın. 
 
Zəlzələdən sonra təmkinli olun, təkrar təkanlar haqqında hər hansı bir məlumat, proqnoz şayiələr yaymayın. Rəsmi orqanların məlumatlarından faydalanın və yalnız onların tövsiyələrinə əsasən hərəkət edin. Telefondan yalnız zədə almış insanlar barədə xəbər vermək üçün istifadə edin, digər hallarda telefon xətlərini məşğul edərək xilasetmə və tibb xidmətlərinin işinə mane olmayın. Gərginlik bir qədər azaldıqdan sonra, qohumlarınız və yaxınlarınızla əlaqə saxlaya bilərsiniz. Yaralılara ilk yardım göstərin (bunun üçün yanınızda ilk yardım dərman qutusu olmalıdır), ehtiyacı olanların yanına həkim göndərin. Yanğın ocaqlarını tapın və imkan dairəsində onları söndürməyə çalışın. Zədələnmiş binaların yanından keçərkən, çox diqqətli olun. Uçqunlar qəflətən baş verə bilər. Bundan başqa qaz sızması, naqillərin qırılması, şüşə parçalanması təhlükəsi də ola bilər. 
 
Zəlzələlərin gözlənildiyi bütün ölkələrdə zəlzələ zamanı əhalinin davranış qaydaları haqqında tövsiyələr demək olar ki, eynidir. Lakin, başlıcası ondan ibarətdir ki, hər bir şəxs bu təbii fəlakətə özünü daxildən hazırlamalıdır. Seysmik cəhətdən təhlükəli rayonlarda yaşayan hər bir ada
m evdə, işdə, küçədə, avtomobildə və digər yerlərdə ola biləcək zəlzələ zamanı öz davranışını şüurlu və sistematik planlaşdırmalıdır.
 
Link to comment
Share on other sites

Zəlzələ baş verərsə, insanlar nə etməli, nəyi bilməlidirlər?

 

Zəlzələlərin tarixi və təhlili sübut edir ki, bu təbiət hadisəsindən qorunmağın əsas yolu adamların fəlakət baş verdiyi anda özlərini itirməməsidir
 
AzərTAc xəbər verir ki, Böyük Britaniyanın Oxfam humanitar təşkilatının maliyyə dəstəyi ilə nəşr olunan "Fövqəladə hallarda davranış qaydaları" kitabında təbii xarakterli fövqəladə hallar şəraitində əhalinin davranış qaydaları müəyyən edilmiş, dəyərli məsləhət və tövsiyələr verilmişdir.
 
Respublikamızın bütövlükdə ərazisi fəal seysmik zonada yerləşdiyindən, burada da hər an belə təhlükənin baş verməsi ehtimalı vardır.
 
Bəs, zəlzələ baş verərsə, insanlar nə etməli, nəyi bilməlidirlər? Əsası odur ki, zəlzələ olduğu təqdirdə hamı adi təhlükəsizlik qaydalarına riayət etməlidir.
 
Zəlzələlərin tarixi və təhlili sübut edir ki, bu təbiət hadisəsindən qorunmağın əsas yolu adamların fəlakət baş verdiyi anda özlərini itirməməsidir.
 
Yadda saxlamaq lazımdır ki, ilk təkanları hiss edən kimi heç bir vahiməyə düşmədən, səs-küy və qışqırtı salmadan, səbr və təmkinlə hərəkət etməklə, həm özünüzə, həm də ailə üzvlərinizə bir o qədər kömək göstərə bilərsiniz.
 
Yeraltı təkanları hiss edən kimi dərhal mənzilin və otağın qapısını açın. Zəlzələ nəticəsində divarların əyilməsindən və bütövlükdə binanın deformasiyasından giriş qapıları əksər halda pərçimlənir ki, bu da sonradan onu açıb otaqdan rahat çıxmağa imkan vermir. Sakitcə gözləyin, başqalarını qorxuya sala biləcək hərəkətlərə yol verməyin. Zəlzələ zamanı əksər bədbəxt hadisələr ondan yaranır ki, adamlar tələsik otaqdan və ya binadan çıxmağa və yaxud küçədədirlərsə, evə daxil olmağa çalışırlar. Bəziləri isə hətta yuxarı mərtəbələrin pəncərələrindən tullanırlar ki, bu da çox vaxt bədbəxt hadisələrlə nəticələnir. Əgər otaqdasınızsa, təcili olaraq təhlükəsiz yerə keçin. Masanın və ya çarpayının altına girin. Daxili qapı boşluğunda və ya otağın əsas divarına yaxın olan daxili küncündə durun. Yadda saxlayın ki, ən çox binanın xarici divarları uçur. Ona görə də, heç vaxt otağın xarici divarına yaxın yerdə, xüsusilə də otağın və ya zalın ortasında durmayın. Pəncərələrdən, yerindən tərpənən və yıxıla bilən ağır əşyalardan, məsələn soyuducudan, mebeldən və s. uzaq dayanın.
 
Qaçaraq binadan çıxmayın. Yuxarıdan divar boyu düşən qırıntılar çox təhlükəli olur. 
Əgər siz çox da hündür olmayan binanın içindəsinizsə, yaxşı olar ki, oranı tərk edəsiniz. Yuxarıdan düşən daş parçalarından və şüşə qırıntılarından özünüzü qorumaq şərtilə binadan bacardıqca tez və ehtiyatla çıxın. Çoxmərtəbəli binanın içərisindəsinizsə, onda ən yaxşısı elə oradaca qalmaqdır. Pilləkənə çıxmağa və liftə minməyə tələsməyin. Birincisi, əksər hallarda ola bilsin ki, lift işləməsin, ikincisi, pilləkəndə basabas yaransın. Bundan başqa unutmayın ki, zəlzələ vaxtı ən çox lift və pilləkən sıradan çıxır.
 
Güclü zəlzələdən sonra təkrarlanan təkanlardan qorxmayın. Bu heç də yeni zəlzələ deyildir. İlk təkandan birinin digərindən bir neçə saniyə sonra baş verməsinin səbəbi əvvəlcə boyuna, sonradan eninə dalğaların gəlib çatmasıdır. Bundan sonra da arabir təkrar güclü təkanlar hiss edilə bilər. Bəzən ilk təkandan sonra təkrar zərbələr zədələnmiş və konstruksiyaları zəifləmiş binaların dağılmasına gətirib çıxarır.
 
Link to comment
Share on other sites

Zəlzələ zamanı nə edəcəyinizi bilirsinizmi?

 

İnşallah, başımıza belə hadisə gəlməz, ancaq düşünürəm ki, öyrənməkdə və öyrətməkdə fayda var”.
 
 Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bizimlə söhbətində ölkəmizdə seysmik aktivliyin müşahidə olunmadığını söylədi.
 
“Zəlzələ bir neçə saniyə və ya bir dəqiqəyə qədər davam edə bilər. Ona görə də vətəndaşlar bu hallarda binanın içərisində təcili təhlükəsiz yerlərə qaçmalı, masanın, ya da çarpayının altına girməlidirlər. Daxili qapıların yerində və ya otağın daxili künclərində dayanmaq da bu baxımdan önəmlidir. Unutmaq olmaz ki, belə hallarda binanın daha çox xarici divarları uçur. Dayandığınız yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişmək lazımdır. Çünki zədələnmiş binalarda təkrar təkanlar daha təhlükəlidir”.
 
Son günlər dünyanın bir çox ölkələrində ard-arda bir sıra təbii fəlakətlər baş verir. Bunlardan ən dəhşətliləri isə Haitidə və Çilidə baş vermiş zəlzələlərdir. Belə ki, Haitidə zəlzələ zamanı 300 min, Çilidə isə 800-ə yaxın insan dünyasını dəyişib. İnsan tələfatı ilə nəticələnməsə də zəlzələlər son vaxtlar Türkiyə, İran, Yunanıstan, Yaponiya, Venesuela və digər ölkələrdə də qeydə alınıb. Maraqlıdır ki, fevralın 27-də Çilidə baş verən və bütün dünyanı silkələyən 8,8 bal gücündə zəlzələnin dünyanın orbitini belə dəyişdiyi bildirilir. Alimlər iddia edirlər ki, Yer kürəsinin kütləsinin dəyişməsi nəticəsində planetimiz oxundan təxminən 8 santimetr aralanıb. Nəticədə, dünyada sutkanın uzunluğu 1,26 millisaniyə azalıb...
 
Təbii ki, ölkəmiz də heç nədən sığortalanmayıb və burada da zəlzələ hər an baş verə bilər. Maraqlıdır ki, bizdə dövlət qurumları bu məsələ ilə bağlı əhali arasında, demək olar ki, heç bir maarifləndirmə işləri aparmırlar. Halbuki Avropa ölkələrində zəlzələlərlə bağlı vaxtaşırı maarifləndirici tədbirlər görülür. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli isə bizimlə söhbətində ölkəmizdə seysmik aktivliyin müşahidə olunmadığını söylədi. Onun sözlərinə görə, bəzi rayonlarda zəif təkanlar qeydə alınsa da tələfat baş verməyib. O, son aylarda bir çox ölkələrdə güclü zəlzələlərin baş verməsini həmin ərazilərin seysmik aktivliyi ilə əlaqələndirdi. Qurban Yetirmişli zəlzələ təhlükəsinin həmişə olduğunu dedi: “Seysmogen zonalarda zəlzələnin olub-olmayacağını əvvəlcədən demək çətin məsələdir. Ona görə də bütün hallarda diqqətli olmaq lazımdır”.
 
Stress keçirənlər təhlükəli
 
qərarlar qəbul edirlər
 
Bəs zəlzələlər zamanı nələrə diqqət etmək lazımdır? Hansı məqamlara əməl etsək, zəlzələdən daha az itki ilə çıxa bilərik? Həmsöhbətimiz deyir ki, zəlzələyə qarşı hazırlığı olmayan insanlar zəlzələ baş verdikdə, adətən, stress keçirdiklərindən bəzən təhlükəli qərarlar qəbul edirlər: “Məsələn, çoxmərtəbəli binaların pəncərə və ya eyvanlarından tullanırlar, liftə minirlər və s. Ona görə də məktəblilər üçün zəlzələlərin mənşəyi, təzahürü və hazırlıq tədbirləri barədə məşğələlər təşkil edilməlidir. Bu uşaqlarda qorxu hissinin azalmasına kömək edər. Təlimlər, seysmik tədbirlər isə həm uşaqların, həm də yaşlıların zəlzələyə psixoloji cəhətdən hazır olmaları baxımından faydalıdır”.
 
Ağır əşyaları mənzilin yuxarı
 
hissəsində saxlamaq olmaz
 
Onun sözlərinə görə, zəlzələdə itkiləri azaltmaq üçün binaları və sənaye obyektlərini tektonik yarıqlar, dik yamaclar, bataqlaşmış yerlər kimi təhlükəli zonalardan kənarda, gözlənilən seysmik təhlükəyə davamlı tikməli, köhnə tikililəri isə seysmik tələblərə uyğun olaraq möhkəmlətmək lazımdır: “Zəlzələ zamanı insan tələfatı və itkilərin çoxu bina və konstruksiyaların uçması, mebellərin və interyerin başqa komponentlərinin davamsızlığı ilə əlaqədardır. Buna görə də evlərdə davamlı və ağır mebellərdən istifadə olunması məsləhətdir. Onlar bərkidilməlidir. Ağır əşyaları mənzilin yuxarı hissəsində saxlamaq olmaz. Çarpayıları əsas divarların və dirəklərin yanında qoymaq lazımdır”.
 
Liftə girmək, pilləkənlərlə qaçmaq olmaz
 
Xidmət mərkəzinin direktoru ən yaxşı müdafiə tədbiri kimi, insanlara çaxnaşmaya düşməməyi tövsiyə edir: “Zəlzələ bir neçə saniyə və ya bir dəqiqəyə qədər davam edə bilər. Ona görə də vətəndaşlar bu hallarda binanın içərisində təcili təhlükəsiz yerlərə qaçmalı, masanın, ya da çarpayının altına girməlidirlər. Daxili qapıların yerində və ya otağın daxili künclərində dayanmaq da bu baxımdan önəmlidir. Unutmaq olmaz ki, belə hallarda binanın daha çox xarici divarları uçur. Dayandığınız yer təhlükəli, ya da möhkəm deyilsə, onu yalnız təkanlardan sonra dəyişmək lazımdır. Çünki zədələnmiş binalarda təkrar təkanlar daha təhlükəlidir”.
 
Bundan əlavə, pəncərələrdən, sobalardan, ağır əşyalardan - kitab rəflərindən, soyuduculardan, qab - qacaq rəflərindən kənarda durmaq tövsiyə olunur. Onlar aşa və ya yerindən tərpənib ağır zədə vura bilər: “Əgər vətəndaş çoxmərtəbəli binanın daxilindədirsə, liftə girməməli və pilləkənlərlə qaçmamalıdır. Çünki belə hallarda pilləkənlərdə basabas olur, liftlər isə işləmir. Bundan başqa, əksər zəlzələlər zamanı pilləkənlər və liftlər uçur. Güclü təkanlardan sonra elektrik və qaz sistemləri qapadılmalı, kibrit, şam və alışqanlardan istifadə edilməməlidir. Qaz axını partlayışlı yanğına səbəb ola bilər”.
 
Binadan kənarda olanlara isə zəlzələ zamanı binaya yaxınlaşmamaq, əksinə, kənara - küçənin ortasına, boş sahələrə, bağlara qaçmaq, açıq sahələrə çıxmaq, elektrik şəbəkəsindən uzaqlaşmaq məsləhət görülür: “Zədələnmiş binaların yanından keçərkən diqqətli olmaq lazımdır. Çünki uçqunlar qəflətən baş verə bilər. Bundan başqa, qaz sızması, naqillərin qırılması, şüşə parçalanması təhlükəsi də ola bilər”.
 
“Zəlzələ zamanı nə edəcəyini
 
bilmək işin yarısıdır”
 
Dünən “Çağ” Öyrətim İşlətmələri “Qafqaz” Azərbaycan-Türkiyə Özəl Gimnaziyasında uşaqların təbii fəlakətlərə, o cümlədən zəlzələyə hazırlığı ilə bağlı tədbir keçirildi. Tədbirdə zəlzələnin mənşəyi, təzahürü barədə məlumat verildi və bu cür ekstremal şəraitdə davranış qaydaları şagirdlərə praktiki olaraq göstərildi. Gimnaziyanın müdiri Turan Güneri qəzetimizə açıqlamasında belə tədbirlərin mütəmadi keçiriləcəyini söylədi. Onun sözlərinə görə, bu cür məşğələlər uşaqlarda qorxu hissinin azalmasına kömək edir: “Bu praktika dünyanın bir çox ölkələrində var. Bir neçə gün öncə Türkiyədə bütün orta məktəblərdə zəlzələ ilə bağlı məşğələlər keçirildi. Belə qərara gəldik ki, biz də uşaqlara zəlzələdən qorunmağın yollarını öyrədək. Zəlzələ zamanı nə edəcəyini bilmək işin yarısıdır. İnşallah, başımıza belə hadisə gəlməz, ancaq düşünürəm ki, öyrənməkdə və öyrətməkdə fayda var”.

 

http://az.zaman.com.tr/az/newsDetail_getNewsById.action?newsId=29282

Link to comment
Share on other sites

Dəm qazından zəhərlənmənin profilaktikası
 
Kimyəvi adı karbon-monooksid (CO) olan dəm qazı təmiz halda gözə görünməyən, rəngsiz, iysiz, dadsız, havadan yüngül, suda pis həll olunan qazdır. Dəm qazı natamam yanma məhsulu olub güclü zəhərləyici xassəyə malikdir. Bu qaz üzvi maddələrin, o cümlədən təbii qazın, neft məhsullarının və odun yanacağının natamam yanması nəticəsində əmələ gəlir. Çünki yanma tam getməyəndə dəm qazı karbon qazına çevrilə bilmir. Normal yanma zamanı isə dəm qazı tam yanaraq karbon 4-oksidə çevrilərək tüstü boruları vasitəsi ilə xaric olunur.
 
Havatəmizləyici bacalar və borularda dəm qazının çıxmasına maneçilik törədən nasazlıqlar yarandıqda insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu da nəticə etibarı ilə dəm qazından zəhərlənmələrə səbəb olur.
 
Dəm qazı ilə zəhərlənmə daha çox rast gəlinən zəhərlənmələr siyahısında (alkoqoldan, dərman preparatları və narkotik maddələrlə zəhərlənmədən sonra) dördüncü yeri tutur.
 
Bu cür zəhərlənmə halları baş verdikdə və vaxtında  lazımi tibbi köməklik göstərilmədikdə sonluq arzuolunmaz hadisələrlə nəticələnə bilər.    
 
Dəm qazı orqanizmə əsasən nəfəsalma zamanı ağ ciyərlər vasitəsilə daxil olur. Orqanizmə daxil olan dəm qazı hemoqlobinlə birləşərək karboksihemoqlobin əmələ gətirir. Karboksihemoqlobin isə dəm qazı ilə hemoqlobinin çətin ayrılan birləşməsi olduğundan oksigenin hemoqlobin vasitəsilə üzv və toxumalara  daşınmasının qarşısını alır. Nəticədə orqanizmdə hipoksiya (oksigen azlığı) başlayır. Hipoksiya bütün orqanizmin, eləcə də onun ayrı-ayrı üzv və toxumalarının oksigenlə təchizatının pozulmasıdır. Mərkəzi sinir sistemi, ürək, həmçinin böyrək və qara ciyərın toxumaları hipoksiyaya daha çox həssasdır.
 
İnsanlar yüksək konsentrasiyalı dəm qazı olan mühitdə çox qaldıqda zəhərlənmə daha güclü, ölüm isə bir o qədər sürətli olur. Dəm qazından zəhərlənmə hallarının yuxarıda göstərilən misallarla yanaşı, eyni zamanda avtomobillərdə də baş verməsi mümkündür. Belə ki, avtomobilin qarajda 10 dəqiqə işləməsi şəraitində nəfəs alan adamın qanında karbon-monooksidin miqdarı ölümcül həddə çata bilər. Havada dəm qazının miqdarı 0,08% olduqda başağrısı, başgicəllənmə və boğulma başlayır. Dəm qazının miqdarı nəfəs aldığımız havada 0,32% olduqda 30 dəqiqə ərzində, 1,2% olduqda isə 2-3 dəqiqə ərzində (2-3 nəfəs almadan sonra) ölüm baş verir. Zəhərlənmə zamanı ölümün səbəbi isə tənəffüs mərkəzinin iflici nəticəsində ürəyin dayanmasıdır.
 
Atmosfer havasına dəm qazı əsasən 2 yolla daxil olur:
 
1. Təbii mənbələrdən daxil olan dəm qazı.
 
2. Antropogen mənbələrdən daxil olan dəm qazı.
 
Təbii yolla dəm qazı əsasən metanın və digər karbohidrogenlərin iştirakı ilə  zəncirvari reaksiya şəklində atmosfer havasına daxil olur.
 
Antropogen mənşəli dəm qazı  isə insanların qızdırıcı cihazlardan düzgün istifadə etməməsi nəticəsində əmələ gəlir. Eyni zamanda daxili yanma mühərriklərinin işləməsi nəticəsində əmələ gələn dəm qazı da bu qrupa aiddir.
 
Dəm qazı ilə zəhərlənmənin səbəbləri:
 
- suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir);
 
- soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması;
 
- standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;
 
- sobanın qapağının vaxtında bağlanmaması;
 
- yanacağa yanma üçün lazımı miqdarda havanın daxil olmaması;
 
- tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;
 
- sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;
 
- sobada və borularda çatların və nasazlıqların olması;
 
- insanların yanğın ocaqlarında olmaları;
 
- qarajda avtomobilin işlək vəziyyətdə olması;
 
- qapalı yerlərdə, xüsusilə otaqlarda və mənzillərdə hava mübadiləsinin pis olması;
 
 
 
Dəm qazı ilə zəhərlənmənin əlamətləri:
 
Yünqül dərəcə
 
1. küt başağrısı
 
2. başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı
 
3. təngnəfəslik
 
4. quru öskürək
 
5. gözdən yaş axma və müvazinətin itməsi
 
6. sinə və boğaz nahiyəsində ağrı
 
7. öyümə
 
8. qusma
 
9. görmə və eşitmə hallusinasiyaları
 
10. dəri və selikli qişaların hiperemiyası (qızarması)
 
11. ürək döyüntüsü
 
12. Qan təzyiqinin artması
 
Orta ağır dərəcə
 
1. yuxuluq
 
2. hərəkətin məhdudlaşması
 
Ağır dərəcə
 
1. huşun itməsi,
 
2. qıcolmalar
 
3. psixomotor oyanmalar
 
4. tənəffüs və ürək sistemlərinin fəaliyyətinin dayanması nəticəsində ölüm.
 
İlk tibbi yardım:
 
- təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək;
 
- əgər zərərçəkmişi təmiz havaya çıxarmaq üçün şərait yoxdursa və ya oksigenlə təmin etmək mümkün deyilsə, onda "CO" markalı əleyhqazlardan istifadə etmək olar;
 
- əgər zərərçəkmiş özündə deyilsə, təcili yardım gələnə kimi ağız boşluğunu qusuntu kütləsindən təmizlədikdən sonra süni tənəffüs vermək lazımdır ki, huşu özünə gəlsin;
 
- otağı yoxlamaq, qapı və pəncərələri açmaq, qızdırıcı cihazı söndürərək otağı tərk etmək;
 
- dəm qazının otağa daxil olmasının qarşısını almaq;
 
Dəm qazından zəhərlənmənin profilaktikası:
 
- dəm qazından zəhərlənmənin qarşısını almaq üçün soba boruları və bacalar mütəmadi olaraq yoxlanılmalı, qaz cihazları və istilik sistemlərinin sazlığına daim ciddi nəzarət edilməlidir. Belə ki, sobaların tüstü borularının bayıra çıxışı olmalı, otağın havası tez-tez dəyişdirilməli və bacalar il ərzində ən azı bir dəfə təmizlənməlidir.
 
- adi əleyhqazlar vasitəsilə dəm qazından qorunmaq mümkün olmur. Çünki dəm qazı aktivləşdirilmiş kömürdə udulmur. Dəm qazı olan şəraitdə işlədikdə xüsusi əleyhqazlardan istifadə edilir.
 
Dəm qazından qorunmaq üçün manqan 4-oksid və mis oksid qarışığından ibarət katalizatorla təchiz olunmuş universal əleyhqazlardan istifadə edilir. Katalizator əleyhqazın uducu hissəsində yerləşdirilir. Dəm qazı katalizator vasitəsilə oksidləşərək qeyri-toksik xassəli karbon 4-oksidə çevrilir. Oksidləşmə zamanı istilik enerjisi ayrılır ki, bu da nəfəs aldığımız havanı qızdırır. Belə əleyhqazlarla dəm qazının konsentrasiyası 10% -ə qədər olan şəraitdə də nəfəs almaq olur. Eyni zamanda bu əleyhqazlarla ammonyak, xlor, tsikloheksan, fosgen və s. kimyəvi maddələrdən də qorunmaq olur.
 
Fövqəladə Hallar Nazirliyinin Tibb Xidməti

 

http://www.fhn.gov.az/newspaper/?type=view_news&news_id=1513

Edited by инженерц
Link to comment
Share on other sites

Dəm qazından zəhərlənmə zamanı ilk tibbi yardım 
 

ug__gaz.jpg

 

Dəm qazından zəhərlənmə son zamanlarda ölkəmizdə geniş yayılmış bədbəxt hadisələrdən biridir. Dəm qazı orqanizmə öldürücü təsirə malikdir. Onun yüksək səviyyəsi 3 dəqiqə içində insanı komaya sala, 10 dəqiqə içində isə öldürə bilər.Belə ki, o, qanda tez bir zamanda hemoqlobinlə birləşir. Bu zaman toxumaların hüceyrələrinə oksigen daşınmır və oksigen qıtlığı nəticəsində huş itir. Həmin vaxt bədəndə süstlük əmələ gəlir, nitq tutulur. Dəm qazından iki cür zəhərlənmə olur:

Yüngül zəhərlənmə zamanı ürək bulanma, baş gicəllənmə, baş ağrısı, quru öskürək, alın və gicgah nahiyəsində güclü ağrı, qulaqlarda küy müşahidə olunur.

 

Ağır dərəcəli zəhərlənmə zamanı isə zərərçəkənin tənəffüs səthi, nəbzi tezləşmiş, bəbəkləri genişlənmiş olur, qıcolmalar, huşun uzun müddət itirilməsi, ürəyin zədələnməsi baş verir. Az yaşlı uşaqların isə az miqdarda dəm qazından hətta  həyatlarını itirmək qorxusu var.

 

 

 

 

119(3).jpg

 

Dəm qazından zəhərlənən insanı xilas etmək üçün göstərilən ilk tibbi yardım :

 

İlk olaraq mühiti dəyişmək, havanı təmizləmək yaxud da, zərərçəkəni təmiz havaya çıxarmaq lazımdır. Əynindəki paltarın yaxasını, kəmərini və s. açmaq, ona yarıoturaq vəziyyət vermək (ağ ciyər ödəminin qarşısını almaq üçün), alnına, sinəsinə soyuq kompres qoymaq məsləhətdir. Huşu özündə deyilsə, başını sağa-sola çevirib, ağız boşluğundakı seliyi təmizləmək lazımdır. Yaxud da naşatır spirti iylətməli, huşu aydınlaşdıqdan sonra isə, ilkin olaraq şirin çaya limon qatılıb verilə bilər. Əgər zərərçəkən nəfəs almırsa və ürək dayanmışsa, dərhal reanimasiya tədbirlərinə başlamaq lazımdır. Reanimasiya “Ürəyin xarici masaj”ı və “Süni tənəffüs” tədbirlərinədaxildir.Reanimasiyanı hər zaman süni tənəffüs 

 

 

 

 8_new_bitovii_gaz_clip_image002(1).jpg

 

hərəkətlərindən başlamaq lazımdır! Tənəffüsün dayanması zamanı xəstə huşsuz vəziyyətdə olur, döş qəfəsi hərəkət etmir, dəri və dodaqlar göyərir. Zərərçəkən şəxsin tənəffüsü dayanarsa, qanı oksigenlə təmin etmək üçün dərhal ona süni tənəffüs verməyə başlamaq lazımdır. Əgər bu zaman ürək fəaliyyəti də dayanarsa, zərərçəkənə süni tənəffüs ilə yanaşı, ürəyi yenidən işləməyə vadar etmək üçün ürəyin xarici (qapalı) masajı adlanan reanimasiya üsulundan da istifadə etmək lazımdır.

 

 

for-pics_clip_image002_0013(1).jpg

Dəm qazı ilə zəhərlənmənin ilkin əlamətləri görülən kimi “Təcili yardım” çağırmaq lazımdır! Hətta zərərçəkəni xilas etdiyinizi düşünsəz belə bunu təxirə salmayın!

 

http://merkeziklinika.az/articles/view/?id=629

Edited by инженерц
Link to comment
Share on other sites

Dəm qazından zəhərlənmə necə baş verir?
 
Azad İstehlakçılar Birliyinin kommunal xidmətlər üzrə eksperti Nüsrət Qasımov qəzetimizə açıqlamasında dəm qazından zəhərlənmələrin səbəbləri haqqında məlumat verdi. Ekspertin sözlərinə görə, qazdan zəhərlənmələr və boğulmaların böyük əksəriyyəti əhalinin etinasızlığı səbəbindən baş verir: “İnsanın həyat fəaliyyəti üçün havada 21 faiz oksigen olmalıdır. Dəm qazı yığılaraq oksigeni sıxışdırır və bunun nəticəsində boğulma əmələ gəlir, bundan sonra insan tələf olur. Dəm qazı karbon 2 oksiddir, zəhərli qazdır. 7 dəqiqədən 30 dəqiqəyədək müddətdə insanı zəhərləyir. Tənəffüs zamanı qaz udulduqda, qan bədən üzvlərinə və hüceyrələrə oksigen daşımaq qabiliyyətini itirməyə başlayır. Evlərdə karbon monoksidin yaranma səbəbləri müxtəlifdir. Əsas səbəb odur ki, evin tüstü bacaları vaxtlı-vaxtında təmizlənmir və nəzarətdə saxlanılmır. İkincisi, əhali etinasızlıq edərək gecə qazı açıq qoyub yatır. Havatəmizləyici bacalar və borularda qazın çıxmasına əngəl törədən nasazlıqlar yarandıqda, insanlar bu qazla nəfəs almaq məcburiyyətində qalırlar. Bu isə nəticədə qazdan boğulmaya və zəhərlənməyə gətirib çıxarır”. 
 
Qorunma yolları
 
Dəm qazından qorunma yollarından danışan ekspert vurğuladı ki, ilk növbədə insan özü diqqətli olmalıdır: “Dəm qazından qorunmaq üçün dördgözlü sobalar olan otaqda uzun müddət yatmaq, istirahət etmək, oturmaq olmaz. Bu, qəti sürətdə qadağandır. Tüstü bacası olan qaz cihazlarının tüstü bacaları ildə bir dəfə, qış mövsümü qabağı təmizlənməlidir. Tüstü bacaları yoxlanılmadığından ola bilər ki, yay müddətində quşlar orada yuva sala bilər, pişik düşüb orada ölə bilər, içində uçqun ola bilər, qazı çəkə bilməz. Təcrübələrə görə, əsasən dəm qazından zəhərlənmələr vanna və yataq otaqlarında olur. Vanna otaqlarının qapısının altında 0,02 diametr ölçülərində deşiklər olmalıdır ki, oradan hava daxil olsun. Bir kub metr qazın yanması üçün 9,5 kub metr hava lazımdır. Hava çatışmazlığı olanda cihazlar karbon 4 oksid əvəzinə karbon 2 oksid hasil edir. Bu da çox zəhərlidir. Cihazlara xüsusi fikir vermək lazımdır. Xaricdən gələn cihazların çoxu bizim yerli struktura, yerli şəbəkələrin təzyiqinə uyğun deyil. Bəzən isə naşı ustalar, cihazın qaz keçən deşiklərini bir də deşib böyüdürlər və bu zaman qazın yanma prosesini pozurlar. Bu səbəbdən dəm qazından zəhərlənmə hallar baş verir”. 
 
Tüstü bacalarını kim təmizləməlidir?
 
N.Qasımovun sözlərinə görə, Azərbaycanda bacaların təmizliyini vaxtlı-vaxtında yoxlamaq üçün heç bir qurum fəaliyyət göstərmir: “Su qızdırıcılarının (kalonkaların) tüstü bacaları kvartalda bir dəfə təmizlənməlidir. Çox təəssüf ki, heç bir azərbaycanlı deyə bilməz ki, mənim tüstü bacamı gəlib təmizlədilər. 30 ilə yaxındır bu məsələ başlı-başına buraxılıb. Bu əlbəttə, “Azəriqaz”-ın səlahiyyətinə daxil deyil. Əvvəllər yanğından “könüllü mühafizə cəmiyyəti” adlanan bir qurum var idi ki, onlar hər kvartalda gedib tüstü bacalarını yoxlayırdılar. Bu məsələ hazırda açıq qalıb, heç kim bu işlə məşğul olmur”.
 
Problemin qarşısını almaq üçün qaz təsərrüfatı işçiləri abonentlər arasında güclü maarifləndirmə işləri aparmalıdır: “Sovet dövründə hansısa bir məkanda əgər qazla əlaqədar partlayış, boğulma, yaxud da dəm qazından zəhərlənmə halları olurdusa, bu bütün respublikalarda müzakirə olunurdu və əhali arasında geniş təbliğat işləri aparılırdı. İndi isə bu işlər tamam unudulub. Araşdırmalar göstərir ki, əhali qazdan istifadə edərkən təhlükəsizlik qaydalarına riayət edə bilmir. Onlar özləri də bilməyərək bir faciəni törədirlər. Bu səbəbdən əhali arasında maarifləndirmə işləri gücləndirilməlidir. Əsasən qış aylarında belə faciələrin qarşısını almaq üçün qaz təsərrüfatı işçiləri bu işlə ciddi məşğul olmalıdırlar”.
 
Özünü qoruyanı, Allah da qoruyur
 
Sonda ekspert bir kəlamı sitat gətirərək bildirdi ki, heç kimə arxayın olmaq lazım deyil: “Belə bir müdrik deyim var: “Özünü qoruyanı, Allah da qoruyur”. İlk növbədə insanlar özləri özlərini qorumalıdır və bunun üçün də qazdan təhlükəsiz istifadə qaydalarını öyrənməli və onlara riayət etməlidirlər”. 
Bəzi mütəxəssislər hesab edirlər ki, ölkədə dəm qazından boğulmaların əsas səbəblərindən biri də xaricdən ölkəyə gətirilən qaz sobalarıdır. Xüsusilə İrandan gətirilən sobalar iki il öncəyədək əsas təhlükə mənbəyi hesab olunurdu. Bəs bu gün ölkə bazarında satışa çıxarılan sobalar standartlara uyğundurmu və bununla bağlı monitorinqlər aparılırmı?
 
İrandan gətirilən sobaların hamısı təhlükəli deyil
 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsini ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bizimlə söhbətində komitə tərəfindən təhlükəli cihazların satışdan çıxarılması ilə bağlı tədbirlər görüldüyünü bildirdi: “İki il bundan öncəyə kimi İran İslam Respublikasında standartlara uyğun istehsal olunmayan qaz sobalarını bəzi yerli idxalçılar ucuz başa gəlsin deyə, təhlükəsizlik klapanları üzərində olmadan ölkəyə gətirirdilər və ucuz qiymətə istehlakçılara satırdılar. Bir çox bədbəxt hadisələr məhz sobaların təhlükəsizlik normalarına cavab verə bilmədiyi səbəbindən yaranırdı. Komitənin nəzarət tədbirləri nəticəsində bu məhsulların bazardan çıxarılması və satışının qadağan olunması ilə bağlı tədbirlər görüldü. Bu haldan sonra sevindirici fakt ondan ibarətdir ki, İrandan idxal olunan sobalar məhz tələb olunan standartın tələbi əsasında, yəni üzərində həmin o təhlükəsizlik klapanları ilə gətirilərək satışı həyata keçirildi və komitənin akkreditasiya etdiyi sertifikatlaşdırma orqanları tərəfindən məhz o tələblərə cavab verən sobalar satışa çıxarılır”. F.Talıblı bildirdi ki, İranda istehsal olunan sobalar təhlükəlidir – deyib, istehlakçıları çaşdırmaq düzgün olmazdı: “İstehlakçılar sertifikatı olan, üzərində Azərbaycan dilində tərcümə olunmuş texniki təlimatı olan sobaları almaqdan çəkinməsinlər və o sobaların quraşdırılması məsələsi də məhz texniki təlimatlarda göstərildiyi kimi olmalıdır”. 
 
Zəhərlənmənin simptomları və ilkin tibbi yardım
 
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov qəzetimizə açıqlamasında dəm qazından zəhərlənmənin simptomları haqqında məlumat verdi: “İlkin olaraq adamda başağrıları yaranır, üz nahiyəsində qızarma olur, ürək bulanma, qusma əlamətləri də müşahidə oluna bilir. Sadaladığım əlamətləri duyan adam o mühitdən çıxa bilirsə, hər şey yaxşı olur. Amma hamam otağında məsələ bir az çətinləşir. Belə ki, istinin təsiri nəticəsində dəm qazından boğulma daha tez əmələ gəlir. Çünki isti nəticəsində qan-damar sistemi güclü işləməyə başlayır, qanın damarlarda hərəkəti intensivləşir. Bu isə orqanizmin xeyrinə deyil. Beyinin zəhərli qanla təchizi insan həyatına güclü təhlükə yaradır. Dəm qazının yuxu gətirmə xüsusiyyəti də var”. A.Maqsudovun sözlərinə görə, dəm qazı ilə zəhərlənən adamın huşunu özünə gətirmək üçün ona azca naşatır spirti iylətmək lazımdır: “Belələri vaxt itirmədən açıq havaya çıxarılmalıdır. Həmçinin üzərləri qalın yorğanla örtülməlidir. Çünki zəhərlənmə vaxtı bədənin hərarəti enir və sonra ağciyərlərdə fəsadlar yarada bilər. Onlara isti şirin çay da vermək olar. Həmçinin onun ağız boşluğunda selik təmizlənməli və həkimə müraciət etmək lazımdır. Dəm qazından zəhərlənmələrdə ölüm ehtimalı qapalı mühitdəki qazın sıxlığından asılıdır. Göstəricilər belədir ki, qanda zəhər 7-8 faizdən çox olursa, bu, ağır haldır. Şübhəsiz, yardım olmasa, bu halda zəhərlənən şəxs həyatını itirir. Amma dəm qazından zəhərlənən şəxs vaxtında xəstəxanaya çatdırılsa, onun həyatını xilas etmək mümkündür”.
 
 

http://news.day.az/society/442536.html

Link to comment
Share on other sites

Dəm qazı və dərmandan zəhərlənən insanlar nə etməlidir?
 
Baş toksikoloq: “Yüngül formalı dəm qazı zəhərlənməsi olsa belə, həmin şəxs bir sutka toksikoloq və nevropatoloqun nəzarətinə olmalıdır”
 
“Həssaslığı yüksək olan insanlarda 6-7 iynədən sonra da allergik reaksiyalar baş verir”
 
“Təhlükəsizlik qaydalarına əməl olunsa, tibbi-profilaktik tədbirlər görülsə, dəm qazından zəhərlənmə, ölüm halları baş verməz. Qarşıdan qış gəlir, bütün bunlara əməl olunmalıdır ki, faciəli hadisələrlə rastlaşmayaq”. 
 
Bu fikirləri APA TV-nin “Öncə sağlıq” proqramında qonaq olan Səhiyyə Nazirliyinin baş toksikoloqu, Klinik Tibbi Mərkəzin Toksikologiya Mərkəzinin müdiri Azər Maqsudov deyib.
 
A. Maqsudov bildirib ki, dəm qazından zəhərlənmə, ölüm halları daha çox qapalı şəraitlərdə - vanna otaqlarında, qarajlarda, bir sözlə, ventilyasiya, sirkulyasiya olmayan yerlərdə qeydə alınır.
 
Onun sözlərinə görə, zəhərlənən şəxsə həkimə qədər göstərilən ilkin tibbi yardım mühüm, həyati əhəmiyyət kəsb edir: “Əgər həmin şəxsin huşu özündədirsə, dərhal qapalı mühitdən təmiz havaya çıxarmaq lazımdır. Sonra ilk növbədə zərərçəkənin üstü örtülməlidir ki, bədən hərarəti düşməsin. Bununla bağlı isti çay, kofe verilməlidir. Sonra mütləq mütəxəssisə müraciət olunmalıdır. Huşu özündə olmayan insanı da təmiz havaya çıxarmaq, ağız boşluğunu selikdən təmizləmək, nəfəs almasını bərpa etmək, süni nəfəs vermək lazımdır. Digər tədbirləri görmək üçün zərərçəkəni mütəxəssisə çatdırmaq zəruridir. Əgər insan sadə suallara reaksiya verir, cavablandırırsa, bu o demədir ki, onun huşu itməyib. Yox, cavab verə bilmirsə, reaksiya yoxdursa, hər an təhlükəli sayılmalıdır, onu təcili həkimə çatdırmaq zəruridir. Bu məsələdə hər an belə çox önəmlidir. Vaxt itirilə, beyin hüceyrələri, toxumaları ilə bağlı az bir zamandan fəsadlaşma başlayır. Bundan başqa, ən yüngül halda belə, dəm qazından zəhərlənən şəxs sonradan fəsadların yaranmaması üçün bir sutka ərzində həm toksikoloqun, həm nevropatoloqun nəzarətinə olmalıdır”.
 
Dəm qazı zəhərlənmələrinin qalıcı fəsadları barədə danışan mütəxəssis deyib ki, 
yüngül formada zəhərlənmə olduqda da fəsadlarla rastlaşmaq mümkündür: “Amma belə hallarda fəsadlar yüngül formada keçir. İstənilən halda diqqətli olmaq lazımdır. Dəm qazı zəhərlənmələrinin ən ciddi fəsadlarında biri hafizə, görmə, eşitmə qabiliyyətinin pozğunluğudur. Bununla bağlı somatik pozğunluqlar - ürək, ciyər pozğunluqları, qanın laxtalanması kimi problemlər ortaya çıxır. Bütün bunlar bir-birinə zəncirvari şəkildə bağlıdır. Orta və ağır dərəcəli zəhərlənmələr zamanı fəsadlar uzun müddətli ola bilər.
 
İnsanların dəm qazından deyil, məişətdə işlədilən qaza qatılan xüsusi bir maddə ilə zəhərləndikləri barədə əhali arasında dolaşan şayiələrə toxunan baş toksikoloq
bunları deyib: “Bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən komissiya yaradılmışdı, qazın tərkibi yoxlandı və belə qənaətə gəlindi ki, lazımi qatqılardan başqa ora zərərli, insanı zəhərləyəcək hər hansı qatqı qatılmır. Lazımi qatqılar isə qaz sızması zamanı iyin hiss olunması məqsədi ilə əlavə edilir. Bu da zəruridir. Bu qatqılar toksiki, insanı zəhərləyəcək maddələr deyil”.
 
Azərbaycanda tez-tez rast gəlinən dərman zəhərlənmələri barədə danışan A. Maqsudov bununla bağlı il ərzində Toksikologiya Mərkəzinə 200-dən çox müraciət edildiyini açıqlayıb. Onun sözlərinə görə, daha çox sakitləşdirici, depressiya əleyhinə olan dərmanlardan, vitamin preparatlarından və antibiotiklərdən zəhərlənmə hallarına rast gəlinir: “Uşaqlara bağlı isə il ərzində 120, 150-dək müraciət olur. Uşaqlar nəzarətsiz qaldıqları hallarda dərmanlardan istifadə edirlər. Dərmanla zəhərlənmələrin əsas forması allergik reaksiyalardır. Ekologiyanın pozulması ilə bağlı insanların həssaslığı artıb. Ona görə də uşaqlar, böyüklər arasında allergik reaksiyaların sayı artıb. Bəzən həssaslığı yüksək olan insanlarda nəinki ilk iynədən sonra, hətta 6-7 iynədən sonra da allergik reaksiyalar baş verir. Ona görə də bütün hallarda antibiotik iynələri vurulan zaman diqqətli olmaq lazımdır. Bu prosedur həkimin nəzarət altında vurulmalıdır. Bizim insanlar vitamin iynələrini ev şəraitində də vurmağa öyrəşiblər. Amma hər kəs bilməlidir ki, vitaminlər də allergik reaksiyalar, şok yarada bilər.
 
Təbii ki, dərmanların əlavə təsirləri var. Dərman nə qədər keyfiyyətli olsa da, onların əlavə təsirləri mövcuddur. Zəhərlənmələr dərmanlara qarşı həssaslığı olan şəxslərdə yaşanır. Həkimlər bu məsələyə xüsusi olaraq diqqət yetirməlidirlər. Hər bir insan da həkim tərəfindən təyin olunan dərmanların annotasiyasına diqqət yetirməlidir ki, anofilaktik şok yaranmasın. Bu vəziyyətdən çıxmaq üçün də vaxt məhdudiyyəti var. Həkim zamanında, anında köməklik göstərməsə, ölümlə nəticələnə bilər”.
 
Stomatoloji klinikalarda, kabinetlərdə istifadə olunan anesteziya preparatlarından yaranman şok halları barədə danışan A. Maqsudov deyib ki, bədənin həssaslığı, müqavimətin zəif olması nəticəsində belə halların yaranması mümkündür: “Biz bu hallarla da rastlaşırıq. Bunun qarşısını almaq, rastlaşmamaq üçün mütləq bu iynələrdən öncə belə xəstələr hazırlanmalıdır. Onlara antihistamin preparatları, lazım gəlsə, hormon preparatları vurulmalıdır. Şokdan çıxmaq çox çətin olur. Ona görə də bu iynələrdən əvvəl mütləq prob qoymaq lazımdır. Bəzən prob qoyulsa da, iynə vurulandan sonra problem yaranması mümkündür. Ona görə də maksimum diqqətli olmaq zəruridir”.
 
 
 

 

Link to comment
Share on other sites

Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları
 
1. Ümumi müddəalar
1.1. Bu qaydalar «Yanğın təhlükəsizliyi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmış və Azərbaycan Respublikası Meşələrində yanğın təhlükəsizliyi qaydalarını müəyyən edir.
Meşələrdə və meşə zolaqlarında yerləşən təşkilati hüquqi və mülkiyyət formasından asılı olmayaraq ictimai iaşə müəssisələrinə, məişət xidmətlərinə, sağlamlıq ocaqlarına və digər obyektlərə bu qaydalarla yanaşı, həmin obyektlər üçün onların spesifik xüsusiyyətlərini nəzərə alan digər yanğın təhlükəsizliyi qaydaları da şamil edilir.
1.2. Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyinin təşkil olunmasında məsuliyyət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin üzərinə düşür.
 yerlərdə bu qaydalara əməl olunmamasına görə məsuliyyət Meşə Mühafizəsi və Bərpası müəssisələrinin, dövlət qoruqlarının və yasaqlıqlarının direktorlarının və mühəndislərinin üzərinə düşür.
 bundan başqa digər nazirliklərin, komitələrin, idarələrin tabeçiliyində olan meşələrdə yanğın təhlükəsizliyinin təmin edilməsi həmin təşkilatların üzərinə düşür.
 Meşə Mühafizəsi və Bərpası müəssisələrinin, dövlət qoruqlarının və yasaqlıqlarının direktorları və mühəndisləri, meşələrdə bu qaydaların tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.
 meşələrdə yanğın təhlükəsizliyinə cavabdeh olan şəxslər, meşə mühafizə mühəndisləri bu qaydaları bilməli və ona əməl etməlidirlər.
1.3. Meşə Mühafizəsi və Bərpası müəssisələrinin kollektivi, o cümlədən mühəndis-texniki işçilər yerli Dövlət Yanğın Nəzarəti Orqanı (sonradan DYNO) ilə razılaşdırılmış xüsusi proqram üzrə yanğın təhlükəsizliyi qaydalarının tədrisi kursunu keçməlidirlər.
1.4. Yanğın baş verən zaman Meşə Mühafizəsi və Bərpası müəssisəsinin hər bir əməkdaşının birinci növbədə vəzifə borcları yanğının geniş sahəyə yayılmasının qarşısını almaqdan ibarətdir.
1.5. Meşə Mühafizəsi və Bərpası müəssisələrinin rəhbərləri borcludurlar:
1.5.1. Bu qaydaların öyrənilməsi və yerinə yetirilməsi üzrə cavabdeh şəxs təyin etmək;
1.5.2. Meşə sahələrində və zolaqlarında yanğına qarşı ciddi rejim təyin etmək və ona ciddi riayət olunmasını daima nəzarətdə saxlamaq;
1.5.3. Yanğınsöndürmə texnikalarının və vasitələrinin, təbii və süni su mənbələrinin, keçidlərin, yolların vəziyyətini daima yoxlamaq, kollektivin iş fəaliyyətinə nəzarət etmək;
1.5.4. Meşələrdə və meşə zolaqlarında müvəqqəti tikililərin aparılmasını qadağan etmək;
1.5.5. Yanğınsöndürmə texnikalarının və vasitələrinin (yanğınsöndürən avtomobil, yanğınsöndürən su nasosu, odsöndürənlər) texniki xidmətini, təmirini və daima işlək vəziyyətdə saxlanılmasını təmin etmək;
1.5.6. Yanğın texniki komissiya və könüllü yanğın dəstəsi yaradaraq, onların fəaliyyətini qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq təşkil etmək;
1.5.7. Mütəmadi olaraq kollektivin yanğınla əlaqədar (yanğınsöndürmə xidmətinin çağırılması, yanğınsöndürmə avadanlıqların düzgün istifadə edilməsi) təlim məşqlərini təşkil etmək;
1.5.8. Meşə Mühafizəsi və Bərpası müəssisəsinin kollektivi ilə yanğına qarşı təlimatların, eləcə də yanğın texniki minimumu üzrə dərslərin keçirilməsini təşkil etmək;
1.5.9. DYNO-nın və onun bölmələrinin vəzifəli şəxslərinin tələbinə əsasən müəssisənin yanğın təhlükəsizliyi vəziyyəti barədə, o cümlədən ərazidə baş vermiş yanğınlar və onların nəticələri barədə məlumatlar və sənədlər vermək.
1.6. Meşə Mühafizəsi və Bərpası müəssisəsinin mühəndisləri borcludurlar:
1.6.1. Meşə və meşə zolaqlarında yanğınların baş verməsinə səbəb ola bilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirləri həyata keçirmək;
1.6.2. Yanğınsöndürmə texnikasına və vasitələrinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsini təşkil etmək;
1.6.3. Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət məqsədi ilə meşə sahələrinə və zolaqlarına vaxtaşırı baxış keçirmək;
1.6.4. Meşə Mühafizəsi və Bərpası müəssisəsinin tabeliyində olan meşə sahəsində keçidlərin, yolların, su mənbələrinin vəziyyətinə nəzarət etmək;
1.6.5. Yanğın baş verən zaman yanğınsöndürmə xidmətinin hadisə yerinə çağırılması üçün tədbirlər görmək və dərhal yanğının söndürülməsini mövcud vasitələrlə təşkil etmək.
2. Yanğın təhlükəsizliyinin əsas tələbləri
2.1. Meşədə aşağıdakılar qadağan edilir:
2.1.1. Meşə sahələrində söndürülməmiş kibritin, yanan siqaret qalığının və ya kötüyünün atılması, eləcə də tonqalların yandırılması və ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanaların təşkil edilməsi:
2.1.2. Sürtkü yağı, benzin, ağ neft, dizel yanacağı və digər yanar mayelərə bulaşmış əsgi və digər materialların atılması;
2.1.3. Müəyyən olunmamış yerlərdə avtomobil, traktor və digər daxili yanma mühərrikli aqreqatların yanacaqla doldurulması, eləcə də onların yaxınlığında siqaret çəkilməsi, tonqal yandırılması və s;
2.1.4. Dövlət meşə torpaq fondunun, habelə meşə torpaq fondu ilə həmsərhəd olan sahələrdə qurumuş otların, kövşənlərin müəssisələr, idarələr, təşkilatlar və fermer təsərrüfatları, eləcə də əhali tərəfindən yandırılması;
2.1.5. Aparılmış hər hansı tikinti işləri yerində, tikinti materiallarının qalıqlarının atılması və yandırılması;
2.1.6. Yanacaq və sürtkü yağlarının açıq şəkildə saxlanılması.
2.2. Dövlət meşə fondunda yol, qaz kəməri, neft kəməri, yüksək gərginlikli elektrik xətləri (sonradan YGEX), rabitə xətləri və digər kommunikasiyaların tikintisini aparan, habelə neft-qaz çıxaran müəssisələr, təşkilatlar və idarələr tərəfindən iş görüləcək sahə və onun ətrafları ağac, kol və digər yanan materiallardan Meşə Mühafizəsi və Bərpası müəssisəsinin müəyyən etdiyi vaxtda təmizlənməlidir.
2.3. Meşə sahələrində YGEX çəkilərkən həmin xətlərin çəkildiyi yerlərdə ağaclar kəsilərək cığırlar açılmalıdır. Cığırların eni müəyyən edilərkən ağacların elektrik xəttinin üzərinə düşməsi, yıxılması təhlükəsi baxımından və YGEX-nin istismarı şəraiti, habelə meydana çıxan hər hansı bir nasazlığın tez bir zamanda aradan qaldırılması imkanları nəzərə alınmalıdır.
2.4. Meşə massivlərində və yaşıllıq salınan yerlərdə YGEX-nin çəkilməsi üçün nəzərdə tutulan cığırların eni aşağıdakı qaydada müəyyən edilməlidir:
Hündürlüyü 4 metrə qədər alçaq boylu ağac növləri olan sahələrdə:
 YGEX-nin qıraq naqilləri arasındakı məsafə daxil olmaqla 6 metrdən az olmamalıdır (YGEX-nin dirəyindəki, ən qıraqdakı naqillərdən hər tərəfə 3 metr).
Hündürlüyü 4 metrdən yuxarı ağac növləri olan sahələrdə:
 330 kvt-dan — 500 kvt-a qədər olan bütün YGEX-nin, habelə istehlakçı üçün yeganə cərəyan mənbəyi kimi xidmət göstərən 220 kvt və aşağı gərginlikli elektrik xətləri çəkilərkən YGEX-nin qıraq naqillərinin hər tərəfində meşə massivindəki ağacların əsas hündürlüyünə bərabər olan məsafə daxil olmaqla qıraq naqillər arasındakı məsafədən az olmamalıdır.
 Əgər YGEX üçün meşədə salınan cığırların qıraqlarında bitən ayrı-ayrı ağacların və ya ağaclar qrupunun hündürlüyü üfüqi vəziyyətdə elektrik xəttindən ağaclara qədər olan məsafədən artıq olarsa, onda onlar kəsilməlidir.
2.5. Meşədə emal edilmiş hazır meşə materialları açıq sahədə aşağıdakı qaydada yığılıb saxlanılmalıdır:
2.5.1. Meşə materialları yığılan yerin sahəsi 8 hektara qədərdirsə, onda enliyarpaqlı meşə massivi kənarından həmin sahəyə qədər olan məsafə 20 metr, 8 hektar və ondan artıq olduqda isə məsafə 30 metr olmalıdır;
2.5.2. Meşə materialları yığılan yerin sahəsi 8 hektara qədərdirsə, onda iynəyarpaqlı və qarışıq meşə massivi kənarından həmin sahəyə qədər olan məsafə 40 metr, 8 hektar və ondan artıq olduqda isə məsafə 60 metr olmalıdır;
2.5.3. Meşə materialları yığılan yerlər və yanğına qarşı ara məsafələr yanar materiallardan təmizlənməli və eni 1,4 metrdən az olmayaraq minerallaşdırılmış zolaqlarla haşiyələnməlidir.
2.6. Geoloji axtarış işləri aparan təşkilatlar dövlət meşə fondu torpaqlarında geoloji axtarış işlərinə başlamazdan əvvəl, ərazisində iş aparılacaq Meşə Mühafizəsi və Bərpası müəssisəsində qeydiyyatdan keçməlidir. İş marşrutu, yaradılacaq müvəqqəti düşərgə yeri onlarla razılaşdırılmalıdır.
2.7. Turist istirahət zonaları, gənclər və uşaq təşkilatları tərəfindən dövlət meşə fondu torpağında keçirilən kütləvi tədbirlərin vaxtı Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə razılaşdırılmalıdır. Tonqalların yandırılması Meşə Mühafizəsi və Bərpası müəssisəsinin ayırdığı xüsusi yerlərdə aparılmalıdır.
2.8. Tullantıların yandırılması bütün hallarda Meşə Mühafizəsi və Bərpası müəssisəsi ilə razılaşdırılmalıdır.
2.9. Yanğın təhlükəsi olan meşə sahələri, meşə yolları və digər torpaqlarla həmsərhəd olan sahələr yanğın əleyhinə 2-3 metr enində şumlanmalı, meşənin tör-töküntülərdən təmizlənməsi təmin edilməlidir.
2.10. Meşənin ərazisində yerləşdirilən hər hansı tikilinin ətrafı 15 metr radiusunda şumlanmalı və ya yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
2.11. Meşədən və ya meşə zolağından keçən avtomobil və dəmir yollarının hər iki tərəfi 10 metr məsafədə meşə tör-töküntülərindən, yanar materiallardan təmizlənməli və yanğına qarşı minerallaşdırılmış zolaqlarla təmin edilməlidir.
2.12. Meşə ilə əlaqəsi olan bütün müəssisələrdə, təşkilatlarda, idarələrdə, əhali arasında, məktəblərdə və meşə ilə həmsərhəd olan yaylaq otlaqlarında çobanlar, ov mövsümü zamanı ovçular arasında odla ehtiyatlı olmaq və yanğın baş verərsə, onun söndürülməsi qaydaları barədə izahat işi aparılmalıdır.
2.13. Meşəyə yaxın olan yaşayış yerlərində, yol kənarlarında, meşədə müvəqqəti istirahət yerlərində, meşə ilə həmsərhəd olan və meşədə yerləşən bütün obyektlərdə odla ehtiyatlı olmaq və meşədə yanğın təhlükəsizliyi qaydalarının pozulması barədə məsuliyyət haqda dövlət standartına uyğun olaraq xəbərdaredici lövhələr qoyulmalıdır.
2.14. Meşə yanğınının söndürülməsi üçün Meşə Mühafizəsi və Bərpası müəssisəsinin işçilərindən könüllü yanğın dəstəsi yaradılmalı və onların siyahısı gözlə görünən yerlərdə asılmalı, habelə orada hər könüllünün ev ünvanı, telefon nömrəsi qeyd olunmalıdır.
3. Meşə Mühafizəsi və Bərpası müəssisələrinə olan tələblər
3.1. Yanğın təhlükəsizliyi sahəsində Meşə Mühafizəsi və Bərpası müəssisəsinin borcudur:
3.1.1. Yanğın təhlükəsizliyi tələblərinə riayət etmək, habelə Dövlət Yanğın Nəzarəti Orqanının və onun bölmələrinin vəzifəli şəxslərinin göstərişlərini, qərarlarını və digər qanuni tələblərini yerinə yetirmək;
3.1.2. Meşələrin yanğın təhlükəsizliyinin təmin edilməsi tədbirlərini işləyib hazırlamaq və həyata keçirmək;
3.1.3. Yanğına qarşı təbliğat aparmaq, habelə öz işçilərinə yanğın təhlükəsizliyi qaydalarını öyrətmək;
3.1.4. Yanğından müdafiə sistemlərini və vasitələrini, o cümlədən ilkin yanğınsöndürmə vasitələrini saz vəziyyətdə saxlamaq, onların başqa məqsədlər üçün istifadə olunmasına yol verməmək;
3.1.5. Meşədə müvəqqəti istirahət yerlərində siqaret çəkənlər üçün xüsusi yer düzəldilməsini təşkil etmək;
3.1.6. Yanğınları söndürməkdə, onların törənməsi və yayılması səbəblərini, şəraitini müəyyənləşdirməkdə, habelə yanğın təhlükəsizliyi tələblərinin pozulmasında və yanğınların törənməsində təqsirli olan şəxslərin aşkar edilməsinə yanğın təhlükəsizliyi orqanlarına və bölmələrinə köməklik göstərmək;
3.1.7. Meşədə baş vermiş yanğınların söndürülməsi zamanı yanğınsöndürmə üzrə əməliyyatların yerinə yetirilməsində iştirak edən yanğın təhlükəsizliyi xidmətinin şəxsi heyətinə və yanğının söndürülməsinə cəlb olunmuş qüvvələrə müəyyənləşdirilmiş qaydada zəruri qüvvə və vəsaitlər, yanacaq-sürtkü materialları, habelə ərzaq məhsulları və istirahət yerləri vermək;
3.1.8. Dövlət Yanğın Nəzarəti Orqanının və onun bölmələrinin vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən onların ərazilərə, binalara, qurğulara və müəssisənin başqa obyektlərinə daxil olmasını təmin etmək;
3.1.9. Baş vermiş yanğınlar, eləcə də mövcud yanğından müdafiə sistemlərinin və vasitələrinin nasazlığı, yolların və keçidlərin vəziyyətindəki dəyişikliklər barədə DYN orqanına və ya onun bölmələrinə ləngimədən məlumat vermək.
3.2. Meşə Mühafizəsi və Bərpası müəssisəsi meşə sahələrində baş verə biləcək yanğınların söndürülməsi üçün ərazidə yerləşən dövlət, kooperativ, şəxsi, idarə və müəssisələrin, mülki müdafiə birləşmələrinin, hərbi hissələrinin və dövlət yanğın təhlükəsizlik xidmətlərinin texnikasının və şəxsi heyətinin cəlb edilməsi planını işləyib hazırlamalıdır. Bu plan yerli İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilməlidir.
3.3. Meşə yanğınlarının təhlükəsi olan mövsümdə bir ədəd avtomobil, traktor, buldozer iş yerlərində tam hazır vəziyyətdə saxlanılmalı və meşəbəyilərinin növbə çəkmələri barədə müəssisə direktoru tərəfindən əmr verilməlidir.
4. Yanğınsöndürmə vasitələri
4.1. Meşə Mühafizəsi və Bərpası müəssisələri 1 saylı qoşmaya uyğun olaraq yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdırlar.
4.2. Yanğın texnikasının və ilk yanğınsöndürmə vasitələrinin təyinatına uyğun olmayaraq istifadə edilməsi qəti qadağandır.
4.3. Meşədə baş verən yanğınların söndürülməsinə cəlb ediləcək yanğın avtomobillərinin meşəyə kifayət qədər yaxın olan su mənbəyindən tez bir zamanda istifadə etməsi məqsədi ilə rayon ərazisində yerləşən çayların, göllərin və süni su mənbələrinin yerləşdiyi yerləri göstərməklə xəritə tərtib olunmalı və ilin hər bir fəslində suyun götürülməsi üçün həmin su mənbələrinin üzərlərində bərk örtüklü meydançası olan pirslər (körpülər) quraşdırılmalıdır.
5. Yanğın zamanı hərəkətlər
5.1. Yanğın aşkar edilən zaman aşağıdakılar tələb olunur:
5.1.1. Tez bir zamanda yanğından mühafizə orqanlarına xəbər vermək, habelə yanğının dəqiq yerini və orada insanların olması haqqında məlumat vermək;
5.1.2. Yanğınsöndürmə xidməti gələnə qədər mövcud vasitələrlə yanğının söndürülməsini təşkil etmək.
5.2. Meşədə yanğın baş verən zaman Meşə Mühafizəsi və Bərpası müəssisəsinin rəhbəri aşağıdakı vəzifələri yerinə yetirməlidir:
5.2.1. Yanğın təhlükəsizliyi xidmətinin çağırılmasını yoxlamalı;
5.2.2. Yanğın təhlükəsizliyi xidməti gələnə qədər yanğının söndürülməsinə rəhbərliyi öz üzərinə götürməli;
5.2.3. Yanğın təlükəsizliyi xidmətini qarşılamaq üçün meşədə yolları, keçidləri yaxşı tanıyan şəxsi ayırmalı.
5.3. Yanğın zamanı könüllü yanğınsöndürmə dəstəsinin üzvləri öz aralarında bölüşdürülmüş vəzifələri yerinə yetirirlər.
5.4. Yanğın Təhlükəsizliyi xidməti yanğın yerinə gəldiyi zaman yanğının söndürülməsinə rəhbərlik edən şəxs yanğın təhlükəsizliyi xidmətinin yüksək vəzifəli şəxsinə yanğın haqqında məlumat verməlidir (yanğının mənbəyi, yanğının ləğv edilməsinə yönəldilmiş işlər haqqında məlumat).
5.5. Meşədə baş vermiş hər bir yanğın faktı üzrə Meşə Mühafizəsi və Bərpası müəssisəsinin nümayəndələri yanğının baş verməsinə səbəb ola bilən bütün amilləri aydınlaşdırmalı və belə halların təkrar olunması ehtimalını aradan qaldıran profilaktiki tədbirlər həyata keçirməlidirlər.
6. Meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə məsuliyyət
6.1. Meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulmasına görə:
6.1.1. Odvurma və ya odla ehtiyatsız davranma nəticəsində meşənin məhv edilməsinə və ya qismən yandırılmasına, habelə bu qaydada göstərilmiş yanğın təhlükəsizliyi tələblərinin pozulmasına, bununla da meşə yanğını törədilməsinə,
yaxud onun geniş sahəyə yayılmasına görə təşkilati hüquqi və mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar, vətəndaşlar və vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, müvafiq məsuliyyət daşıyırlar;
6.1.2. Bu Qaydaların 6.1.1 yarımbəndini pozan vətəndaşlar və vəzifəli şəxslərin hərəkətlərində cinayət tərkibi olarsa, onlar qüvvədə olan qanunvericiliyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər.
6.2. Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi qaydalarını pozan təşkilat, idarə, vətəndaş və vəzifəli şəxslərin cərimə verməsi onları dəyən ziyanın bərpa edilməsindən azad etmir.
6.3. Bu Qaydaların tələblərinin pozulması qanunvericiliklə nəzərdə tutulan məsuliyyətə səbəb olur.
 
Meşə Mühafizəsi və Bərpası müəssisəsində tələb olunan
yanğınsöndürmə texnikası və vasitələrinin Siyahısı
 
1       Yanğınsöndürən avtomobil                     ədəd                         1
 
2       Motopompa                                              —                          2
3       Səyyar radiostansiya                                 —                          5
4       Kimyəvi odsöndürənlə                             —                         10
5       Yanğın şlanqı                                          m-lə                       500
6       Yanacaqla işləyən odun kəsən                ədəd                         2
7       Bel                                                            —                         30
8       Çalğı                                                         —                         —
9       Dırmıx                                                      —                         10
10      Əlcək                                                        —                         50
11      Vedrə                                                        —                         10
12      Yanğın lövhəsi (şit)                                  —                          2
13      Balta                                                          —                         10
14      Qoruyucu eynək                                       —                         30
15      Xüsusi geyim                                            —                         10
16      İlk tibbi yardım çantası                             —                         10
 

http://www.fhn.gov.az/uploads/legislation/aze/DYNX/qanunvericilik/AR_mes_yan_teh_qay.pdf

Link to comment
Share on other sites

AZƏRBAYCAN RESPUBLİKASININ MEŞƏ MƏCƏLLƏSİ[1]
 
 
 
Bu Məcəllə Azərbaycan Respublikasının ərazisində meşə münasibətlərinin tənzimlənməsinin, meşələrdən istifadənin, onların mühafizəsinin, qorunmasının, bərpasının, ekoloji və ehtiyat potensialının yüksəldilməsinin hüquqi əsaslarını müəyyən edir.
Meşə münasibətlərinin tənzimlənməsi meşə bitkilərinin, torpağın, heyvanat aləminin və ətraf mühitin mühüm ekoloji, iqtisadi və sosial əhəmiyyət kəsb edən digər komponentlərinin vəhdəti olan meşə anlayışı nəzərə alınmaqla həyata keçirilir.
 
 
I fəsil
 
Ümumi müddəalar
 
Maddə 1. Əsas anlayışlar
 
Bu Məcəllədə işlədilən əsas anlayışlar aşağıdakılardır:
 
meşə — bioloji cəhətdən qarşılıqlı əlaqəli və öz inkişafında bir-birinə təsir göstərən, torpağın, suyun, ağac, kol və ot bitkilərinin, heyvanların, mikroorqanizmlərin və ətraf mühitin digər tərkib hissələrinin vəhdəti;
 
meşə fondu sahələri — meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri;
 
meşə münasibətləri — meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər;
 
xüsusi qiymətli meşə massivləri — tərkibində relikt və endemik ağac və kol cinsləri olan nadir meşələr, məhsuldarlığı və genetik keyfiyyəti ilə fərqlənən, habelə estetik cəhətcə nadir mənzərəli meşə sahələri;
 
yaşıllıq zonalarının meşələri — şəhərlərin və digər yaşayış məntəqələrinin sərhədləri xaricində və ya onlara yaxın olan sahələrdə yerləşən, mühüm qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırma funksiyalarını yerinə yetirən və əhalinin istirahəti üçün istifadə edilən meşələr;
 
yabanı meyvə meşələri — meşə fondu ərazisində təbii bitən, yaxud süni yolla yaradılan və tərkibində təsərrüfat əhəmiyyətli miqdarda qiymətli meyvə, giləmeyvə və qərzəklilər olan meşələr, meşə-bağlar, bağlar və həmin cinslərin plantasiyaları;
 
dövlət qoruyucu meşə zolaqları — xətti qaydada süni salınan, iqlimtənzimləyici, torpaqqoruyucu və suyu mühafizə funksiyalarını yerinə yetirən meşələr;
 
qeyri-meşə torpaqları — meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar, habelə meşə fondunun sərhədləri daxilində yerləşən digər torpaqlar;
 
meşəbərpa qırması — meşələrin vəziyyətini yaxşılaşdırmaq və təbii qoruyucu funksiyaları gücləndirmək məqsədilə qırma yaşı çatmış və ya ötmüş ağaclarda aparılan qırma;
 
aralıq istifadə üçün qırma — meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmalar, az qiymətli ağaclıqların, habelə qoruyucu, suyu mühafizə və başqa funksiyalarını itirmiş ağac və kolluqların kəsilməsi ilə əlaqədar olan digər qırmalar;
 
relikt bitkilər — keçmiş geoloji dövrlərin florasından qalmış və yeni yaşayış mühitinə uyğunlaşaraq müasir biosenozun tərkibinə daxil olan bitki növləri;
 
arid bitkilər — buxarlanan rütubətin miqdarının yığıntı miqdarından çox olduğu quraq iqlimli ərazilərin bitkiləri.
 
Maddə 2. Azərbaycan Respublikasının meşə qanunvericiliyi
 
Azərbaycan Respublikasının meşə qanunvericiliyi bu Məcəllədən, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq dövlətlərarası müqavilələrdə Azərbaycan Respublikasının meşə qanunvericiliyindən fərqli qaydalar müəyyən edilmişdirsə, beynəlxalq müqavilələrin tələbləri tətbiq edilir.
 
Maddə 3. Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri
 
Azərbaycan Respublikası meşə qanunvericiliyinin məqsəd və vəzifələri meşələrin əhəmiyyətini nəzərə almaqla onları elmi əsaslarla idarə etmək, meşə ekosisteminin bioloji müxtəlifliyini saxlamaq, meşələrin ehtiyat potensialını yüksəltmək prinsipləri əsasında onlardan səmərəli istifadəyə, meşələrin mühafizəsini, qorunmasını və bərpasını təmin etməyə yönəldilmişdir.
 
Maddə 4. Meşə qanunvericiliyi ilə tənzimlənən münasibətlər
 
Meşələrin, meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər (meşə münasibətləri) Azərbaycan Respublikasının meşə qanunvericiliyinin və torpaq qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir.
Meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin (bundan sonra — ağac-kol bitkiləri) istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində münasibətlər Azərbaycan Respublikasının mülki, bitki aləmi, torpaq və su qanunvericilikləri, habelə bu Məcəllənin müvafiq maddələri ilə tənzimlənir.
Meşə fondu ərazisində heyvanat aləminin, su obyektlərinin, yerin tərkinin, atmosfer havasının istifadəsi və mühafizəsi sahəsində münasibətlər Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpası üçün lazım olan həddə tənzimlənir.
Meşələrin, habelə meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan əmlak münasibətləri, əgər bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə tənzimlənir.
Meşələrin, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması zamanı yaranan inzibati münasibətlər, o cümlədən maliyyə münasibətləri bu Məcəllə ilə Azərbaycan Respublikasının inzibati və maliyyə qanunvericiliklərinə uyğun olaraq tənzimlənir.
 
Maddə 5. Meşə münasibətlərinin obyektləri
 
Meşə münasibətlərinin obyektləri Azərbaycan Respublikasının meşə fondu (bundan sonra — meşə fondu), meşə fondunun sahələri, ağac-kol bitkiləri və onlardan istifadə hüquqlarıdır.
 
Maddə 6. Meşə fondu, meşə fondunun torpaqları və sahələri
 
Azərbaycan Respublikasının ərazisindəki bütün meşələr, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə fondunun torpaqları (meşə və qeyri-meşə torpaqları) Azərbaycan Respublikasının meşə fondunu təşkil edir.
Meşə fondunun sərhədləri meşə fondunun torpaqlarını digər torpaqlardan ayıran hüdudlarla müəyyən edilir.
Torpaqların meşə fonduna daxil edilməsi və oradan çıxarılması Azərbaycan Respublikasının meşə qanunvericiliyi və torpaq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
Meşə torpaqlarına meşə bitkiləri ilə örtülü olan torpaqlar və bu bitkilərlə örtülü olmayan, lakin meşələrin bərpası üçün nəzərdə tutulmuş torpaqlar (meşələşməmiş qırma sahələri, yanğın yerləri, seyrəkliklər, talalar, qurumuş ağaclıqlar, tinglik sahələri, çətiri birləşməmiş meşə əkinləri və digərləri) aid edilir.
Qeyri-meşə torpaqlarına meşə təsərrüfatının ehtiyacları üçün nəzərdə tutulmuş torpaqlar (kənd təsərrüfatı torpaqları, meşə mərzləri, yollar altında olan torpaqlar və digər torpaqlar), habelə meşə fondunun sərhədləri daxilində yerləşən sair torpaqlar (bataqlıqlar, daşlıqlar, qayalıqlar yerləşən və istifadə üçün əlverişsiz başqa torpaq sahələri) aid edilir.
Meşə fondunun sahələrinə meşə sahələri, habelə meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaq sahələri aid edilir.
Meşə fondu sahələrinin sərhədləri meşə təsərrüfatı işarələri ilə naturada nişanlanmalı və plan-xəritə materiallarında (meşə xəritələrində) göstərilməlidir.
 
Maddə 7. Meşə fonduna daxil olmayan ağac-kol bitkiləri
 
Aşağıdakı ağac-kol bitkiləri meşə fonduna daxil deyildir:
kənd təsərrüfatı torpaqlarındakı ağaclar və ağac qrupları, tarlaqoruyucu meşə zolaqları, habelə digər ağac-kol bitkiləri;
dəmir yolları və avtomobil yollarını, kanalları və digər su obyektlərini ayıran zolaqlardakı qoruyucu ağaclar;
şəhərlərdə və digər yaşayış məntəqələrində olan ağaclar və ağac qrupları, habelə yaşıllıqlar;
həyətyanı sahələrdə, yaylaq, qışlaq və bağ sahələrində olan ağaclar və ağac qrupları.
 
Maddə 8. Meşə münasibətləri obyektlərinin dövriyyəsi
 
Meşə fondunun dövriyyəsinə, həmçinin meşə fondu sahələrinin özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqıya, girov qoymaya və digər əqdlərə yol verilmir.
Meşə fondu sahələrinin və onlardan istifadə hüququnun dövriyyədə olmasına isə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş həddə yol verilir.
Meşə fondu sahələrindən istifadə hüququ ilə bağlı əqdlər Azərbaycan Respublikasının meşə qanunvericiliyində müəyyən edilmiş qaydada, onunla tənzimlənməyən hissədə isə mülki qanunvericiliklə həyata keçirilir.
Ağac-kol bitkiləri bir şəxsdən başqasına Azərbaycan Respublikasının mülki qanunvericiliyində və torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilə bilər.
 
Maddə 9. Meşə münasibətlərinin subyektləri
 
Meşə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, bələdiyyələr, fiziki və hüquqi şəxslərdir.
Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası adından meşə münasibətlərində öz səlahiyyətləri daxilində dövlət hakimiyyəti orqanları iştirak edirlər.
Bələdiyyələr meşə münasibətlərində onların statusunu müəyyən edən qanunvericilik aktı ilə verilən səlahiyyət daxilində iştirak edirlər.
Meşə təsərrüfatının aparılmasını həyata keçirən və meşə fondundan istifadə edən fiziki və hüquqi şəxslər meşə münasibətlərinin iştirakçılarıdır.
Meşə münasibətləri obyektlərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası zamanı yaranan əmlak və inzibati münasibətlərində Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin iştirakı həmin münasibətlər bu Məcəllə ilə tənzimlənmədiyi hallarda Azərbaycan Respublikasının mülki və inzibati qanunvericilik aktları ilə müəyyən edilir.
 
Maddə 10. Meşə istifadəçiləri
 
Meşə fondu sahələrindən istifadə hüququ verilən fiziki və hüquqi şəxslər meşə istifadəçiləridir.
 
 
II fəsil
 
Meşə fondu və ağac-kol bitkiləri üzərində mülkiyyət, onlardan istifadə hüququ
 
Maddə 11. Meşə fondu üzərində mülkiyyət
 
Azərbaycan Respublikasında meşə fondu dövlətə mənsubdur və onun mülkiyyətidir.
Meşələr və meşə fondunun torpaqları özəlləşdirilmir.
 
Maddə 12. Fiziki və hüquqi şəxslərin ağac-kol bitkiləri üzərində mülkiyyət hüquqları
 
Fiziki və hüquqi şəxslərin xüsusi mülkiyyətində olan torpaq sahələrində yerləşən ağac-kol bitkiləri, qanunvericiliklə digər hallar müəyyən edilmədikdə, onların xüsusi mülkiyyətinə aid edilir.
Göstərilən ağac-kol bitkiləri üzərində sahiblik, istifadə və sərəncam hüquqları Azərbaycan Respublikası meşə qanunvericiliyinin və digər qanunvericilik aktlarının tələblərinə uyğun olaraq mülkiyyətçi tərəfindən həyata keçirilir.
 
Maddə 13. Meşə servitutları (meşə sahələrindən başqasının müəyyən dərəcədə istifadə etmək hüququ)
 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmamışdırsa, fiziki şəxslər sərbəst surətdə meşələrdə olmaq hüququna malikdirlər (kütləvi meşə servitutu).
Meşə fondu sahələrindən və meşə fonduna daxil olmayan sahələrdən fiziki və hüquqi şəxslərin istifadə hüquqları müqavilələr, habelə məhkəmə qərarları əsasında başqa maraqlı şəxslərin xeyrinə məhdudlaşdırıla bilər (xüsusi meşə servitutu).
Azərbaycan Respublikasının mülki, torpaq və başqa qanunvericilik aktlarının müddəaları meşə servitutlarına bu Məcəllənin tələblərinə zidd olmayan həddə tətbiq edilir.
 
Maddə 14. Meşə fondu sahələrindən istifadə hüququ
 
Meşə fondu sahələrindən istifadə hüququ meşələrin çoxfunksiyalı mahiyyəti nəzərə alınmaqla həyata keçirilir (müxtəlif şəxslər tərəfindən və müxtəlif məqsədlər üçün eyni vaxtda istifadə).
“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə fiziki və hüquqi şəxslərə müqavilə əsasında icarəyə verilə bilər.
Bu Məcəllə ilə nəzərdə tutulmamış hallarda meşə fondu sahələrindən istifadə hüququna dair mülki və torpaq qanunvericiliklərinin normaları tətbiq edilir.
 
Maddə 15. Meşə fondu sahələrindən istifadə hüququnun əsasları
 
Meşə fondu sahələrindən istifadə hüququnun əsasları aşağıdakılardır:
müqavilələr;
məhkəmə qərarları;
bu Məcəllə ilə yol verilən digər əsaslar.
Meşə sahələrindən istifadə hüququ, kütləvi servitut istisna olmaqla, meşə fondu sahələrinin icarə müqaviləsinin dövlət qeydiyyatından keçdiyi, meşəqırma bileti, order, meşə bileti alındığı vaxtdan əldə edilir.
 
Maddə 16. Meşə fondu sahələrindən istifadə hüququnun yaradılması
 
Meşə fondu sahələrindən istifadə hüququ meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin əsasında yaranır.
Meşə istifadəçisi Azərbaycan Respublikasının meşə qanunvericiliyi ilə müəyyən edilmiş hallarda və şərtlərlə istifadəyə verənin razılığı ilə meşə fondu sahəsindən istifadə hüququnu özünün hüquqi varisi olmayan şəxsə müqavilə əsasında verə bilər.
Meşə istifadəçisi olan şəxs vəfat etdikdə ona məxsus istifadə hüququ qanunvericilikdə müəyyən edilmiş qaydada başqa şəxslərə keçə bilər.
Meşə istifadəçisi olan hüquqi şəxs yenidən təşkil edildikdə ona məxsus istifadə hüququ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yeni yaranan hüquqi şəxsə keçir.
Meşə fondu sahələrindən (torpaqlarından) istifadə hüququnun başqasına keçməsi müqaviləyə, meşəqırma biletinə, orderə, meşə biletinə dəyişikliklər etmək yolu ilə rəsmiləşdirilir.
 
Maddə 17. Meşə fondu sahələrindən istifadə hüququnun həyata keçirilməsi
 
Meşə istifadəçiləri meşə fondu sahələrindən istifadə hüququnu o vaxt sərbəst həyata keçirirlər ki, bu, meşələrin və meşə fondu torpaqlarının vəziyyətini pisləşdirməsin, ətraf mühitə zərər vurmasın, habelə başqa şəxslərin qanuni mənafelərinə xələl gətirməsin.
Azərbaycan Respublikasında meşə qanunvericiliyinin tələblərinə zidd məqsədlər və üsullar ilə meşə fondu sahələrindən istifadə qadağandır.
Bu Məcəllədə və digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanlarının meşə fondu sahələrindən istifadə sahəsində meşə istifadəçilərinin fəaliyyətinə qarışmasına yol verilmir.
 
Maddə 18. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması
 
Meşələrin, habelə meşə ilə örtülü olmayan meşə fondu torpaqlarının səmərəli istifadəsini, mühafizəsini, qorunmasını və bərpasını, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək, əhalinin sağlamlığını, ətraf mühiti, tarixi-mədəni və təbii irsi, fiziki şəxslərin hüquqlarını və qanuni mənafelərini qorumaq zərurililiyi yarandığı hallarda meşə fondu sahələrindən istifadə hüququ qanunvericiliklə müəyyən olunmuş qaydada məhdudlaşdırıla və dayandırıla bilər.
 
Maddə 19. Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması qaydaları
 
Meşə fondu sahələrindən istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının qərarı ilə aşağıdakı hallarda məhdudlaşdırıla və ya dayandırıla bilər:
meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikası meşə qanunvericiliyinin tələbləri pozulduqda;
meşə istifadəçisi tərəfindən icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl edilmədikdə.
Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılmasına və ya dayandırılmasına səbəb olan şərait və şərtlər aradan qaldırıldıqda bu hüquq tam həcmdə bərpa olunur.
Meşə istifadəçisi onun meşə fondu sahəsindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması barədə qərarla razılaşmadıqda məhkəməyə şikayət edə bilər.
Meşə fondu sahələrindən istifadə hüququnun məhdudlaşdırılması və ya dayandırılması meşə istifadəçisini Azərbaycan Respublikasının meşə qanunvericiliyini pozduğuna görə intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir.
 
Maddə 20. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin əsasları
 
Meşə istifadəçisi meşə fondu sahələrindən istifadə hüququndan imtina etdikdə, istifadə hüququnun müddəti başa çatdıqda meşə istifadəçisi olan hüquqi və fiziki şəxsin fəaliyyəti dayandıqda, bu Məcəllə və Azərbaycan Respublikasının başqa qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda onun meşə fondu sahələrindən istifadə hüququna xitam verilir.
Meşə fondu sahələrindən istifadə hüququna məcburi xitam verilməsi yalnız aşağıdakı hallarda həyata keçirilir:
meşə istifadəçisi tərəfindən Azərbaycan Respublikasının meşə qanunvericiliyi pozulduqda;
fövqəladə vəziyyət törədən qəza, təbii fəlakət və bu kimi başqa hadisələr baş verdikdə;
meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən istifadə üçün haqq müəyyən olunmuş müddətdə ödənilmədikdə;
meşə istifadəçisi tərəfindən meşə fondu sahələrindən (torpaqlarından) istifadə qaydaları və ya icarə müqaviləsində, meşəqırma biletində, orderdə, meşə biletində nəzərdə tutulmuş şərtlər pozulduqda;
meşə istifadəçisi tərəfindən yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə əməl edilmədikdə;[2]
meşə fondu sahələri dövlət ehtiyacları üçün alındıqda.[3]
Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi Azərbaycan Respublikasının meşə qanunvericiliyinə görə meşə istifadəçisinin intizam, inzibati, mülki və cinayət məsuliyyətindən azad etmir.
 
Maddə 21. Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsinin qaydaları
 
Meşə fondu sahələrindən istifadə hüququna meşə fondu sahəsinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin ləğvi nəticəsində xitam verilir.
Meşə istifadəçisi meşə fondu sahəsindən istifadə hüququndan imtina etdikdə bu hüquq onun rəsmi ərizəsi əsasında dayandırılır.
Meşə fondu sahələrindən istifadə hüququna xitam verilməsi bu barədə meşə istifadəçisinə rəsmi xəbər verməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
 
Maddə 22. Meşə fondu torpaqlarının icarəyə verilməsi
 
Bu Məcəllənin 14-cü maddəsinə uyğun olaraq meşə bitkiləri ilə örtülü olmayan meşə və qeyri-meşə torpaqları meşələrin bərpası məqsədilə təyinatı üzrə meşə istifadəçisinə (icarəçi) icarəyə müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanı (icarəyə verən) tərəfindən bir ildən on ilədək verilə bilər.
Meşə fondu torpaqlarının icarə müqaviləsi əsasında əldə edilmiş meşə sərvətləri (məhsul) icarəçinin mülkiyyətidir.
Meşə fondu torpaqlarının subicarəsi qadağandır.
Meşə fondu torpaqlarının icarəyə verilməsi bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
 
Maddə 23. Meşə fondu torpaqlarının icarə müqaviləsinin şərtləri
 
Meşə fondu torpaqlarının icarə müqavilələrində aşağıdakılar göstərilir:
icarəyə verilən sahənin sərhədləri;
işin həcmi (ölçüləri);
icarənin müddəti;
icarə haqqının miqdarı və onun ödənmə qaydası;
icarəyə verilən sahənin mühafizəsi, qorunması və bərpası sahəsində tərəflərin öhdəlikləri;
Azərbaycan Respublikasının meşə qanunvericiliyi və tərəflərin razılığı ilə nəzərdə tutulmuş başqa şərtlər.
 
Maddə 24. Meşə fondu torpaqlarının icarəyə verilməsi qaydası
 
Meşə fondu torpaqlarının icarəyə verilmə qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Meşə fondu torpaqlarının icarəyə verilməsi aşkarlıq şəraitində, müvafiq ərazidə yaşayan əhalinin mənafeyini nəzərə almaqla həyata keçirilməlidir.
 
Maddə 25. Meşəqırma bileti, order və meşə bileti
 
Meşəqırma bileti oduncaq və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçün hüquq verən sənəddir. Meşəqırma biletində meşə quruluşu layihələri əsasında meşə fondundan istifadə üçün ayrılmış sahənin yeri, oduncağın və ikinci dərəcəli materialların miqdarı, keyfiyyəti, onların qiyməti, işin aparılma müddəti, qırma yerlərinin təmizlənməsi, meşənin bərpa edilməsi şərtləri və qaydaları göstərilir.
Order özü yıxılmış və (və ya) qurumuş ağaclardan oduncaq hazırlamaq, ağac tör-töküntüsü və ikinci dərəcəli meşə materiallarının tədarükü, daşınması üçüq hüquq verən sənəddir. Order meşəqırma bileti əsasında verilir.
Meşə bileti onun sahibinə əlavə meşə istifadələri üçün hüquq verən sənəddir. Meşə biletində meşə fondundan istifadənin növü, yeri, miqdarı, vaxtı, şərtləri və qiyməti göstərilir.
Meşəqırma biletinin, orderin və meşə biletinin formaları, onların uçotu, saxlanılması, doldurulması və verilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 26. Meşə fondu sahələrinin qısamüddətli istifadəyə verilmə qaydası
 
Meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.
 
 
III fəsil
 
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi
 
Maddə 27. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi və onun əsas prinsipləri
 
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsini Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. Bu məqsədlə:
meşə təsərrüfatının aparılması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyənləşdirir;
meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondundan istifadəyə, onun mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətini həyata keçirir, onun aparılması qaydalarını müəyyən edir;
meşə fondundan istifadə və meşə fondu barəsində sərəncam verir;
investisiya siyasətini həyata keçirir;
meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramlarını təsdiq edir;
meşə fondundan istifadənin norma və qaydalarını müəyyənləşdirir;
hesablanmış meşəqırma həcmini müəyyənləşdirir və təsdiq edir;
meşə fondundan istifadəyə görə ödəniş növlərini, habelə köküstə buraxılan oduncağın minimum ödəniş tarifini, ayrı-ayrı meşə istifadəçiləri üçün tədiyə güzəştlərinin həcmini və onların ödəmə qaydalarını müəyyən edir. Meşə materiallarına qiymət qoyur;
meşələrin qorunub saxlanılması və təkrar istehsalı üzrə respublika fondunu yaradır, ondan istifadə qaydalarını müəyyən edir;
köküstə oduncaq buraxılması, meşəqırma, meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydalarını təsdiq edir;
meşə təsərrüfatının aparılması üzrə elmi tədqiqat və layihə axtarış işlərini təşkil edir və əlaqələndirir;
meşələrin dövlət uçotunun, dövlət meşə kadastrının, meşələrin monitorinqinin və meşə quruluşu işlərinin aparılması qaydalarını müəyyən edir;
meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təşkil edir;
meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması qaydasını müəyyən edir;
meşə fondu sahələrindən istifadə hüququnu, habelə meşələrin vəziyyətinə və bərpasına təhlükə yaradan işləri dayandırır, məhdudlaşdırır, bunlara xitam verir;
meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarını qeyri-meşə torpaqlarına keçirir, meşə fondu torpaqlarını geri alır;
meşə fondu sahələrini fövqəladə ekoloji vəziyyət və ekoloji fəlakət zonaları elan edir;
qanunvericiliklə müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir;
meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində dövlət idarəetməsi aşağıdakı prinsiplərə əsaslanır:
iqtisadiyyatın inkişafı;
ətraf mühitin mühafizəsi;
ölkənin mənafeyinə uyğun olaraq meşə fondundan səmərəli istifadə edilməsi.
 
Maddə 28. Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində fəaliyyəti
 
Naxçıvan Muxtar Respublikasının meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində həyata keçirdiyi fəaliyyət bu Məcəllə ilə tənzimlənir.
 
Maddə 29. Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri
 
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası sahəsində yerli özünüidarənin səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.
 
 
IV fəsil
 
Meşə təsərrüfatının təşkili
 
Maddə 30. Meşə təsərrüfatının təşkilinə qoyulan əsas tələblər
 
Meşə təsərrüfatının təşkili və meşə fondundan istifadə ətraf mühitə, təbii ehtiyatlara və insanların sağlamlığına zərər gətirməyən prinsiplərə əsasən həyata keçirilməlidir.
Meşə təsərrüfatı işləri aparılarkən aşağıdakılar təmin olunmalıdır:
insanların sağlamlığı naminə meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu, sanitariya-gigiyena, sağlamlaşdırıcı və digər faydalı təbii xüsusiyyətlərinin saxlanılması və gücləndirilməsi;
oduncaq və başqa meşə sərvətlərinin tədarükü üçün meşə fondundan məqsədli və səmərəli istifadə;
meşələrin bərpası, onların cins tərkibinin, keyfiyyətinin yaxşılaşdırılması, məhsuldarlığın yüksəldilməsi, mühafizəsi və qorunması;
eşə fondu torpaqlarından səmərəli istifadə;
meşə təsərrüfatı işlərinin səmərəliliyinin vahid siyasət, elm, texnika və qabaqcıl təcrübənin nailiyyətlərindən istifadə əsasında yüksəldilməsi;
bioloji müxtəlifliyin saxlanılması;
tarix-mədəniyyət və təbii irs obyektlərinin qorunması.
 
Maddə 31. Meşə fondunun meşə qrupuna və qoruyucu kateqoriyalara aid edilməsi
 
Azərbaycan Respublikasının meşə fondu dağ və düzən meşələrindən ibarətdir.
İqtisadi və ekoloji əhəmiyyətinə, yerləşməsinə və yerinə yetirdiyi funksiyalara görə ölkənin meşə fondu birinci qrup meşələrə aid olub aşağıdakı qoruyucu kateqoriyalara bölünür:
qoruq meşələri;
kurort meşələri;
xüsusi qiymətli meşə massivləri;
şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələri;
yabanı meyvə meşələri;
dövlət qoruyucu meşə zolaqları;
sair meşələr.
Zəruri hallarda göstərilən kateqoriyalara aid edilmiş meşələrdə xüsusi qoruyucu meşə sahələri (eroziyadan mühafizə meşələri, çayların, göllərin və digər su obyektlərinin sahillərində olan meşə sahələri, dəmir yollarının və avtomobil yollarının kənarlarındakı meşələr və s.) və xüsusi qorunan meşə sahələri (elmi və mədəni-tarixi əhəmiyyət kəsb edən meşələr və meşə-parklar, seyrək arid meşələri, ziyarət edilən yerlərdəki meşələr və s.) müəyyən edilir.
Meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, habelə bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada meşə quruluşu işləri və ya xüsusi müşahidə materialları əsasında həyata keçirilir.
 
Maddə 32. Qoruyucu kateqoriyalara görə meşə torpaqları hüdudlarının müəyyən edilməsi
 
Meşələri qoruyucu kateqoriyalara aid edərkən eyni zamanda meşə fondu sahəsinin hər bir kateqoriya üzrə hüdudları bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilir.
Xüsusi qoruyucu meşə sahələrinin göstəriciləri meşə quruluşu işləri və ya xüsusi müşahidə materiallarına əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Xüsusi qoruyucu meşə sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 33. Meşənin qırma yaşının təyini
 
Meşənin qırma yaşı meşələrin əhəmiyyətindən, məhsuldarlığından, yerinə yetirdiyi funksiyalardan, habelə orada bitən ağac cinslərinin bioloji xüsusiyyətlərindən asılı olaraq müəyyən edilir.
Meşələrin qırma yaşı meşə quruluşu işləri aparılarkən və ya elmi tədqiqat işlərinin nəticəsi ilə əsaslandırılır.
Qırma yaşı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 34. Hesablanmış meşəqırma həcmi və onun təsdiq edilməsi qaydası
 
Hesablanmış meşəqırma həcmi meşə fondundan səmərəli, uzunmüddətli istifadənin zəruriliyi nəzərə alınmaqla meşə quruluşu işləri aparılarkən müəyyən edilir.
Təbiəti mühafizə orqanı ilə razılaşdırılmış meşəqırma həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Meşə fondunun sərhədi, meşənin qırma yaşı, meşə kateqoriyası dəyişdikdə və meşə fondunda digər dəyişikliklər baş verdikdə hesablanmış meşəqırma həcmi müəyyən edilmiş qaydada yenidən təsdiq edilir.
 
Maddə 35. Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi (və ya) meşə fondu torpaqlarının geri alınması
 
Meşə təsərrüfatının idarə edilməsi və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi (və ya) meşə fondu torpaqlarının geri alınması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Bu halda meşə fondundan torpaq ayrılan fiziki və hüquqi şəxslər həmin torpaqların kadastr qiyməti əsasında hesablanmış dəyəri müvafiq meşə təsərrüfatına ödəyirlər.
Meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada tam həcmdə ödənilir.
 
Maddə 36. Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerlərinin razılaşdırılması
 
Meşələrin vəziyyətinə və bərpasına təsir edən obyektlərin tikinti yerləri dövlət ekoloji ekspertizasından keçirilməklə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.
 
Maddə 37. Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan işlərin görülməsi qaydası
 
Meşə fondunda meşə təsərrüfatının aparılması və meşədən istifadə ilə əlaqədar olmayan tikinti və mədən işlərinin aparılmasına, kommunikasiyaların çəkilməsinə və digər işlərin yerinə yetirilməsinə icazə (meşə fondu torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsi və (və ya) meşə fondu torpaqlarının geri alınması tələb olunmadıqda) müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
İcazədə görülən işlərin adı, müddəti və yerinə yetirilmə şərtləri, ətraf mühitin mühafizəsi barədə tələblər göstərilir.
Bu işlərin yerinə yetirilməsi qırma ilə əlaqədar olduqda meşə təsərrüfatı müəssisəsi meşəqırma bileti yazır.
Göstərilən işlərin yerinə yetirilməsində tətbiq olunan üsullar meşə fondunun vəziyyətinə və meşələrin bərpasına mənfi təsir göstərməməlidir.
 
Maddə 38. Meşə fondunun dövlət uçotu
 
Meşə fondunun dövlət uçotu meşə fondundan səmərəli istifadəni, onun mühafizəsini, qorunmasını və meşələrin bərpasını təşkil etmək, meşə fondunun kəmiyyət və keyfiyyət dəyişmələrinə müntəzəm nəzarət etmək, dövlət orqanlarını, bələdiyyələri, əlaqədar fiziki və hüquqi şəxsləri meşə fondu barədə məlumatla təmin etmək məqsədilə aparılır.
Meşə fondunun dövlət uçotunun məlumatları dövlət meşə kadastrının aparılmasında istifadə edilir.
Meşə fondunun dövlət uçotu göstəricilərinin siyahısını, habelə müvafiq sənədlərin formalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Meşə fondunun dövlət uçotunun aparılma qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəyyən edilir.
 
Maddə 39. Dövlət meşə kadastrı
 
Dövlət meşə kadastrı meşə fondunun qeydiyyatı, onun ekoloji, iqtisadi, kəmiyyəti və keyfiyyət cəhətdən qiymətləndirilməsidir.
Dövlət meşə kadastrı meşə təsərrüfatının idarə edilməsində, onun təşkilində və meşə fondundan istifadə ilə əlaqədar olmayan məqsədlər üçün meşə torpaqlarının qeyri-meşə torpaqlarına keçirilməsində və (və ya) meşə fondu torpaqlarının geri alınmasında, meşə fondundan istifadə üçün ödəmələrin miqdarının müəyyən edilməsində, meşə istifadəçilərinin və meşə təsərrüfatı işləri aparan şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsində istifadə olunur. Dövlət meşə kadastrının aparılmasını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
Dövlət meşə kadastrı göstəricilərinin siyahısı və meşələrin iqtisadi qiymətləndirilməsinin metodikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dövlət meşə kadastrının aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
 
Maddə 40. Meşələrin monitorinqi
 
Meşələrin monitorinqi meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası, onların ekoloji funksiyalarının aparılması sahəsində dövlət idarəetməsi məqsədilə meşə fondunun vəziyyətinin və dinamikasının qiymətləndirilməsi və proqnozlaşdırılması sistemindən ibarətdir.
Meşələrin monitorinqinin həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 41. Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramları
 
Meşə fondundan istifadə, onun mühafizəsi, qorunması və meşələrin bərpası üçün dövlət proqramları hazırlanır.
Meşə fondundan istifadənin, onun mühafizəsinin, qorunmasının və meşələrin bərpasının dövlət proqramları müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanır və həyata keçirilir.
 
Maddə 42. Məcburi sertifikatlaşdırılan meşə ehtiyatları
 
Köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatları məcburi sertifikatlaşdırılır. Göstərilən ehtiyatların məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
 
Maddə 43. Meşə quruluşu işləri və onun aparılması
 
Meşə quruluşu işləri meşə fondundan səmərəli istifadə, meşə təsərrüfatının effektli aparılması, bu sahədə vahid elmi-texniki siyasətin həyata keçirilməsini təmin etməyə yönəldilmiş tədbirlər sistemindən ibarətdir.
Meşə quruluşu işləri aparılan zaman aşağıdakılar həyata keçirilir:
müəyyən edilmiş qaydada meşə təsərrüfatlarının, milli parkların, dövlət təbiət qoruqlarının, digər meşə təsərrüfatı müəssisələrinin, meşə fondu sahələrinin və ərazilərinin təsərrüfatdaxili təşkilinin müəyyən edilməsi;
topoqrafiya-geodeziya işlərinin görülməsi və meşənin xüsusi xəritələrinin hazırlanması;
meşələrin cins və yaş tərkibini, vəziyyətini, habelə meşə ehtiyatlarının keyfiyyət və kəmiyyət göstəricilərini müəyyən etməklə meşə fondunun inventarlaşdırılması;
relikt (qədim dövrdən dəyişməmiş) meşə bitkilərinin, xüsusi qoruyucu və xüsusi qorunan meşə sahələrinin aşkara çıxarılması;
meşələrin bərpası və aralıq istifadə üçün qırılmasını, meşəsalma, meliorasiya, meşələrin mühafizəsi, qorunması, digər meşə təsərrüfatı tədbirlərinin görülməsini tələb edən meşə fondu sahələrinin aşkara çıxarılması, habelə bu tədbirlərin aparılması qaydaları və üsullarının müəyyən edilməsi;
meşələrin qoruyucu kateqoriyalara aid edilməsinin və bir qoruyucu kateqoriyadan digərinə keçirilməsinin əsaslandırılması, meşə ilə örtülü olmayan torpaqların meşə ilə örtülü olan torpaqlara, qeyri-meşə torpaqlarının meşə torpaqlarına keçirilməsi;
hesablanmış meşəqırma və aralıq istifadə üçün qırma həcminin müəyyən edilməsi;
meşəbərpa, meşəsalma, meşələrin mühafizəsi və qorunması tədbirlərinin, həmçinin digər meşə təsərrüfatı işlərinin həcminin müəyyən edilməsi;
meşədən əlavə istifadənin və ikinci dərəcəli meşə ehtiyatları tədarükü miqdarının, meşə fondundan ovçuluq təsərrüfatının ehtiyacları, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün istifadənin müəyyən edilməsi;
meşə-bioloji və digər xüsusi müayinələrin aparılması;
meşə quruculuğu layihələrinin həyata keçirilməsinə nəzarət;
digər meşə qoruyucu işləri.
Meşə quruluşu işləri zamanı meşə fondunun meşə quruluşu layihələri tərtib edilir. Layihələrdə ötən dövr ərzində meşə təsərrüfatlarının aparılması və meşə fondundan istifadə qiymətləndirilir, onun təşkilinin və aparılmasının əsas müddəaları hazırlanır. Həmin layihələr, ona əlavələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təsdiq edilir və meşə təsərrüfatının aparılması, onun cari və perspektiv proqnozlaşdırılması, habelə meşə təsərrüfatı işlərinin maliyyələşdirilməsi üçün məcburi normativ texniki sənəd sayılır.
Meşə quruluşu işləri meşə fondu ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada vahid sistem üzrə aparılır.
Meşə quruluşu işləri aparılmadan meşə təsərrüfatı və meşədən istifadə işlərinin həyata keçirilməsi qadağandır.
 
Maddə 44. Meşə fondu haqqında məlumat
 
Meşə fondu haqqında məlumat, meşələrin dövlət uçotu, dövlət meşə kadastrı, meşələrin monitorinqi, meşə quruluşu işləri göstəricilərindən və sairədən ibarətdir.
Meşə fondu haqqında məlumat Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının xüsusi sərəncamında olmaqla, onun müəyyən etdiyi qaydada fiziki və hüquqi şəxslərə verilir.
 
Maddə 45. Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarəti
 
Meşə fondunun vəziyyətinə, istifadəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin vəzifəsi fiziki və hüquqi şəxslər tərəfindən meşə fondundan istifadənin, köküstə oduncaq buraxılışını, meşəbərpa və aralıq istifadə qırmaları və digər qırma qaydalarını Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun təmin etməkdən ibarətdir.
Bu sahədə dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanları səlahiyyətləri daxilində həyata keçirirlər.
Meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydası Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 46. Meşə fondunun mühafizəsinə tələblər
 
Meşə fondunun mühafizəsi dövlət tərəfindən həyata keçirilir.
Bu məqsədlə aşağıdakı tədbirlər görülür:
meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına, meşələrin bərpasına nəzarətin təşkili;
meşə fondundan istifadə edilməsi, onun mühafizəsi, qorunması, bərpası sahəsində hüquq pozuntularının qarşısının alınması, onların aradan qaldırılması;
təqsirkar fiziki və hüquqi şəxslərin qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi;
meşə fonduna zərər vuran təsərrüfat və başqa fəaliyyət növlərinin məhdudlaşdırılması, dayandırılması, qadağan edilməsi;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsi.
Meşə fondunun mühafizəsinin təşkili Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
 
V fəsil
 
Meşələrin və meşə bitkiləri ilə örtülü olmayan meşə fondu torpaqlarının istifadəsi, mühafizəsi, qorunması və bərpası
 
Maddə 47. Meşədən istifadəyə qoyulan əsas tələblər
 
Meşədən istifadəyə qoyulan tələblər aşağıdakılardır:
meşələrdən fasiləsiz və səmərəli istifadə;
əhalinin sağlamlığının qorunması, ətraf mühitin yaxşılaşdırılması və iqtisadiyyatın inkişafı üçün meşələrin mühityaradıcı, suyu mühafizə, qoruyucu və digər funksiyalarının saxlanması və gücləndirilməsi;
meşədən istifadə qaydalarının meşələrin əhəmiyyətindən, yerinə yetirdikləri funksiyalarından, yerləşməsindən, təbii və iqtisadi şəraitdən asılı olaraq müəyyənləşdirilməsi;
meşələrin bərpası üçün şəraitin yaradılması;
meşədən istifadənin ödənişli olması;
meşədən istifadənin elmi cəhətdən əsaslandırılmış normalarına riayət edilməsi.
 
Maddə 48. Meşə fondundan istifadə növləri
 
Meşə fondundan istifadə növləri aşağıdakılardır:
oduncaq tədarükü;
ikinci dərəcəli meşə ehtiyatları tədarükü (kötük, lif, qabıq və başqaları);
meşədən əlavə istifadə (ot çalını, pətəklərin və arıxanaların yerləşdirilməsi, yabanı meyvə, göbələk, giləmeyvə, gərzəkli və digər məhsullar, palıd qozası, dərman bitkiləri, texniki xammal, mamır, meşə döşənəyi, tökülmüş yarpaq, qarğı, qamış, gil və digərlərinin tədarükü və yığılması, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahı ilə müəyyənləşdirilən başqa əlavə istifadə);
elmi-tədqiqat məqsədləri üçün;
mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün;
ovçuluq təsərrüfatı.
Meşə fondu sahələrindən istifadə meşə sərvətlərini götürməklə və ya götürmədən həyata keçirə bilər.
Meşə fondu sahələri bir və ya bir neçə meşə istifadəsinə bir və ya bir neçə növ əlavə istifadə üçün verilə bilər.
 
Maddə 49. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin hüquqları
 
Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakı hüquqlara malikdirlər:
onların istifadəsinə verilmiş meşə fondu sahələri barədə məlumat almaq;
müəyyən edilmiş həddə meşə fondundan istifadə;
meşədən istifadə müddətində meşə fondundan istifadə ilə bağlı məqsədlər üçün müəyyən edilmiş qaydada tikililər, qurğular, oduncaq saxlamaq üçün yerlər düzəltmək;
Azərbaycan Respublikasının meşə qanunvericiliyinə zidd olmayan digər hüquqlar.
 
Maddə 50. Meşə fondundan istifadə zamanı meşə istifadəçilərinin vəzifələri
 
Meşə fondundan istifadə zamanı meşə istifadəçiləri aşağıdakılara əməl etməyə borcludurlar:
meşə fondu sahələrindən Azərbaycan Respublikasının meşə qanunvericiliyinə uyğun olaraq istifadə etmək;
meşə fondu sahələrinin (torpaqlarının) icarə müqaviləsinin, meşəqırma biletinin, orderin, meşə biletinin şərtlərinə əməl etmək;
əhalinin sağlamlığına, ətraf mühitə ziyan vurmamaq;
meşə fondundan torpaq eroziyasına səbəb olmayan, meşənin vəziyyətinə və bərpasına, habelə suyun və digər təbii obyektlərin vəziyyətinə mənfi təsir göstərməyən üsullarla istifadə etmək;
istifadəyə verilmiş meşə fondu sahələrində meşə yanğını təhlükəsizliyi qaydalarına riayət etmək və həmin sahələrdə yanğın baş verməməsi üçün tədbir görmək, meşə yanğını baş verdikdə onun söndürülməsini təmin etmək;
qırılma üçün ayrılmış ağacları tam kəsib götürmək, oduncağın tədarükü və daşınmasını müəyyən edilmiş müddətdə başa çatdırmaq;
oduncaq tədarükü ilə bir vaxtda sahələri qırma qalıqlarından təmizləmək;
meşə fondu sahələrinin (torpaqlarının) icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş müddətdə və şərtlərlə meşəbərpa tədbirlərini həyata keçirmək;
istifadəyə verilmiş meşə fondu sahələrini (torpaqlarını) öz hesabına meşə fondu sahələrinin icarəsi barədə müqavilədə, meşəqırma biletində, orderdə, meşə biletində göstərilmiş vəziyyətə gətirmək;
meşə fondu sahələrində işlər başa çatdıqdan sonra onları müvafiq meşə təsərrüfatı müəssisələrinə təhvil vermək;
meşə təsərrüfatına vurulmuş zərər və itkini müəyyən edilmiş qaydada ödəmək;
meşə fondundan istifadə üçün haqları vaxtında ödəmək;
meşələrdə sanitariya qaydalarına riayət etmək, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş digər rəsmi tələbləri yerinə yetirmək;
başqa meşə istifadəçilərinin hüquqlarını pozmamaq;
meşə fondundan istifadə barədə, habelə meşə fondundan istifadəyə görə ödəmələrin miqdarını müəyyən etmək üçün lazımi məlumatları müəyyən edilmiş qaydada meşə təsərrüfatı müəssisələrinə, dövlət statistika orqanlarına vermək;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
 
Maddə 51. Meşə fondu istifadəçilərinin hüquqlarının müdafiəsi
 
Meşə fondu istifadəçilərinin pozulmuş hüquqları bərpa olunmalı və onlara vurulan zərər ödənilməlidir. Zərərin ödənilməsi ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.
Dövlət ehtiyacları üçün meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda torpaqların dövlət ehtiyacları üçün alınması haqqında nəzərdə tutulmuş hallarda və şərtlərlə yol verilir.[4]
 
Maddə 52. Meşə təsərrüfatına dəyən zərər və itkinin ödənilməsi
 
Meşə təsərrüfatına dəyən zərər və itkilər Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada ödənilir.
 
Maddə 53. Fiziki şəxslərin meşələrdə olması
 
Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hallar nəzərdə tutulmadıqda, fiziki şəxslər haqqı ödənilmədən meşələrdə olmaq, şəxsi istifadələri üçün yabanı meyvə, giləmeyvə, göbələk, gərzəklilər və digər meşə sərvətləri, dərman bitkiləri, texniki xammal yığmaq, mədəni-sağlamlaşdırma, turizm və idman tədbirlərində iştirak etmək hüququna malikdirlər.
Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş bitki və göbələk növlərinin, habelə təbii narkotik tərkibli bitki və digər xammalın yığılması, tədarükü qadağandır.
Fiziki şəxslər meşədə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə, ağacların və kolların zədələnməsinə, sındırılmasına, kəsilməsinə, meşə əkinlərinin korlanmasına, meşələrin zibillənməsinə, qarışqa və quş yuvalarının dağılmasına yol verməməyə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin digər tələblərinə riayət etməyə borcludurlar.
Fiziki şəxslərin ov etmək məqsədilə meşələrdə olması bu Məcəllə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir.
Fiziki şəxslərin meşədə olması və meşə sərvətləri yığması Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yanğın təhlükəsizliyi, meşə toxumçuluğu, yabanı meyvə və digər meşə sərvətləri tədarükü ilə əlaqədar olaraq qoruq meşələrində milli parklarda və xüsusi mühafizə edilən ərazilərdə isə onlar üçün müəyyən edilmiş xüsusi qaydaya müvafiq olaraq məhdudlaşdırıla və qadağan edilə bilər.
 
 
VI fəsil
 
Meşələrin bərpası və meşəsalma
 
Maddə 54. Meşələrin bərpasının və meşəsalmanın məqsədi
 
Meşələrin bərpasının məqsədi meşə ilə örtülü olmayan torpaqlarda meşələrin vaxtında bərpa olunmasından, onların cins tərkibinin yaxşılaşdırılmasından, məhsuldarlığının artırılmasından, meşə fondu torpaqlarından səmərəli istifadə etməkdən ibarətdir.
Meşəsalmanın məqsədi qeyri-meşə torpaqlarında meşələr salmaqdan, meşə fondunun məhsuldar olmayan torpaq sahələrini minimuma endirməkdən, meşə fonduna daxil olmayan torpaqlarda qoruyucu əkinlər yaratmaqdan ibarətdir.
 
Maddə 55. Meşəbərpa qaydası
 
Meşəbərpa işlərinin həcminin, onların aparılma üsullarının və bərpa olunacaq ağac cinslərinin müəyyənləşdirilməsi, həmçinin meşəbərpa tədbirlərinin, meşə toxumları tədarükü və əkin materialları yetişdirilməsi işlərinin aparılması, meşə fondunda baş vermiş dəyişiklikləri nəzərə almaqla meşə quruluşu layihələrinə uyğun olaraq meşə təsərrüfatı müəssisələri tərəfindən yerinə yetirilir.
 
Maddə 56. Meşələrin məhsuldarlığının artırılmasına qoyulan əsas tələblər
 
Meşələrin məhsuldarlığının artırılması, meşə fondu sahələrindən səmərəli istifadə və meşə təsərrüfatı işlərinin məqsədyönlü aparılması yolu ilə təmin edilir.
Meşələrin məhsuldarlığının artırılması elmi cəhətdən əsaslandırılmış qırma sisteminin tətbiqi, meşələrin bərpası, onların cins tərkibinin yaxşılaşdırılması, seleksiya-genetika əsasında daimi meşə toxumçuluğu bazasının yaradılması və ondan səmərəli istifadə, hidromeşəmeliorasiya tədbirləri, meşələrə qulluq, digər meşə təsərrüfatı işləri aparmaq yolu ilə həyata keçirilir.
Meşələrin məhsuldarlığının artırılması tədbirləri meşə quruluşu layihələrinə uyğun olaraq meşə təsərrüfatı müəssisələri tərəfindən görülür.
 
Maddə 57. Meşələrin məhsuldarlığının artırılması
 
Meşələrin məhsuldarlığının artırılması məqsədilə aşağıdakılar həyata keçirilməlidir:
meşələrə qulluq, seleksiya, meşə toxumçuluğu, qiymətli ağac cinslərinin sort-sınağı üzrə işlər aparmaq, torpaqların münbitliyini artırmaq, onların su və külək eroziyasının, bataqlaşmasının, şoranlaşmasının və torpaqların vəziyyətinin pisləşməsinə səbəb olan digər proseslərin qarşısını almaq, habelə meşələrin cins tərkibini yaxşılaşdırmaq, onların məhsuldarlığını və qoruyucu xüsusiyyətlərini artırmaq (bu zaman palıd, fıstıq, qoz, şam və başqa qiymətli ağac cinslərinin saxlanması və onların vaxtında bərpası təmin olunmalıdır);
aralıq istifadə üçün qırmalar aparmaq;
meşələrin bərpası, yeni meşələr salınması, çox rütubətləşmiş torpaqların hidromeşəmeliorasiyası sahəsində tədbirlər görmək;
meşə təsərrüfatı təmayüllü yollar çəkmək.
 
 
VII fəsil
 
Meşə fondunun mühafizəsi və qorunması
 
Maddə 58. Meşələrin mühafizəsinin və qorunmasının məqsəd və vəzifələri
 
Meşələr yanğından, qanunsuz qırılmadan, meşədən istifadənin müəyyən edilmiş qaydalarının pozulması hallarından və meşəyə zərər vuran digər hərəkətlərdən, zərərvericilərdən və xəstəliklərdən mühafizə edilməlidir.
Meşələrin mühafizəsi və qorunması, onların bioloji və digər xüsusiyyətlərini nəzərə almaqla həyata keçirilir, meşə fondundan səmərəli istifadə, meşələri məhv olmaqdan, zədələnmədən, zəifləmədən, çirklənmədən və digər mənfi təsirlərdən mühafizə sahəsində təşkilati, hüquqi və başqa tədbirlər sistemindən ibarətdir.
Meşələrin mühafizəsi və qorunması meşə təsərrüfatı müəssisələri tərəfindən, yerüstü vasitələrdən və müəyyən edilmiş qaydada aviasiyadan istifadə etməklə həyata keçirilir.
 
Maddə 59. Meşələrin mühafizəsi və qorunması tədbirlərinin həyata keçirilməsi qaydası
 
Müvafiq icra hakimiyyəti orqanları və meşə təsərrüfatı müəssisələri meşələrin mühafizəsi və qorunması, zərərvericilər, xəstəliklər və yanğınlarla mübarizə tədbirləri həyata keçirirlər.
Müvafiq icra hakimiyyəti orqanları və meşə təsərrüfatı müəssisələri zəruri hallarda, yüksək yanğın təhlükəsi dövründə əhalinin, nəqliyyat vasitələrinin meşəyə girməsini, habelə ayrı-ayrı meşə fondu sahələrində müəyyən iş növlərinin aparılmasını məhdudlaşdırır və ya qadağan edir.
Meşə zonalarında istehsalat və məişət tullantılarının basdırılması qadağandır.[5]
Fiziki və hüquqi şəxslərin meşə yanğınlarının söndürülməsinə cəlb olunması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 60. Meşələrin yanğından mühafizəsində meşə istifadəçilərinin vəzifələri
 
Meşə istifadəçiləri meşə yanğınlarına qarşı müvafiq meşə təsərrüfatı müəssisələri ilə razılaşdırılmış tədbirlər planı hazırlayıb təsdiq etməli və nəzərdə tutulmuş müddətdə yerinə yetirməlidir. Meşə yanğınlarına qarşı tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Fiziki və hüquqi şəxslərin meşə fondu ərazisində iş apardıqları, mədəni-kütləvi və sair tədbirlər keçirdikləri yerlərdə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təsdiq edilmiş normalara uyğun və yanğın təhlükəsi dövründə istifadə etməyə yararlı yanğınsöndürən vasitələr olmalıdır.
 
Maddə 61. Meşə fondunda yanğın nəzarəti
 
Meşə fondunda yanğına nəzarət fiziki və hüquqi şəxslərin yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinə riayət etmələri, onların pozulmasının qarşısının alınması məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.[6]
Meşə istifadəçiləri, meşə fondu sahələrində və meşə fondu ilə həmhüdud torpaqlarda iş aparan digər fiziki və hüquqi şəxslər, habelə meşə fondunda mədəni-kütləvi və sair tədbirlər keçirilməsinə cavabdeh olanlar yanğın təhlükəsizliyi sahəsində normaların, standartların və qaydaların tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və sair məsuliyyət daşıyırlar.
 
Maddə 62. Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi
 
Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi meşə fondunun vəziyyəti üzərində müntəzəm müşahidə aparmaq, zərərvericilərin və xəstəliklərin mənbələrini aşkara çıxarmaq, həmin yerlərdə profilaktik tədbirlər aparmaq, bu halların yayılmasının qarşısını almaq və onları aradan qaldırmaq yolu ilə təmin edilir.
Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi aşağıdakı tədbirlərdən ibarətdir:
cari, ekspedisiya aviavizual və sair meşəpatologiya müşahidələri;
zərərvericilərin və xəstəliklərin əmələ gəlməsinin ümumi, ilkin yoxlanışı və onun dəqiq müşahidəsinin aparılması;
zərərvericilər və xəstəliklər ilə aviasiya və yerüstü vasitələrlə mübarizə tədbirlərinin hazırlanması;
meşə xəstəliklərinə qarşı profilaktik tədbirlərin, zərərvericilərin və xəstəliklərin mənbələrinin ləğv edilməsi işlərinin təşkili;
bu tədbirlərin yerinə yetirilməsi üzərində nəzarət.
Meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi tədbirləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş fitosanitariya qaydaları ilə nizamlanır.
 
Maddə 63. Meşə fondunun səmərəli istifadəsi, mühafizəsi, qorunması və bərpasının təmin olunmasında fiziki və hüquqi şəxslərin, ictimai birliklərin iştirakı
 
Meşə fondunun mühafizə olunması hər bir vətəndaşın, fiziki və hüquqi şəxslərin borcudur.
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fiziki və hüquqi şəxslər, ictimai birliklər meşələrin səmərəli istifadəsi, qorunması və bərpasının təmin olunmasında iştirak edə bilərlər.
 
 
VIII fəsil
 
Meşə fondundan istifadənin, onun mühafizəsi, qorunması və bərpasının iqtisadi tənzimlənməsi
 
Maddə 64. Meşə fondundan istifadəyə görə ödəmə
 
Bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericiliyində nəzərdə tutulmuş hallardan başqa meşə fondundan və meşə sərvətlərindən istifadənin bütün növləri ödənişlidir.
Meşə təsərrüfatının ümumi gəliri meşə gəlirlərindən və meşə təsərrüfatının fəaliyyəti nəticəsində əldə edilən gəlirdən ibarətdir.
Meşə gəliri köküstü oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır.
Meşə təsərrüfatının fəaliyyəti nəticəsində əldə edilən gəlirlərə meşə təsərrüfatı istehsalından, meşə sənayesi və qeyri-sənaye meşə istehsalından daxil olan vəsaitlər aid edilir.
 
Maddə 65. Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu
 
Meşələrin bərpasının mühafizəsinin və qorunmasının, meşə təsərrüfatı istehsalının digər tədbirlərinin, habelə meşə təsərrüfatının inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etmək məqsədilə meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu yaradılır.
Fondun maliyyə mənbələri meşə gəlirlərindən, meşə təsərrüfatına ictimai yardımlardan və digər vəsaitlərdən ibarətdir.
Meşə təsərrüfatı istehsalı meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, eləcə də büdcə vəsaiti hesabına maliyyələşdirilir.
Sənaye və qeyri-sənaye istehsalı özünümaliyyələşdirmə (təsərrüfat hesabı) prinsipi əsasında həyata keçirilir.
 
Maddə 66. Meşə təsərrüfatı sahəsində həvəsləndirmə və güzəştlər
 
Meşə təsərrüfatı işçilərinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həvəsləndirmə və güzəştlər (otlaq, biçənək sahələri təhkim etmək, meşədən mal-qara üçün ot biçmək, yanacaq kimi istifadə üçün güzəştli qiymətlərlə odun, xüsusi geyim və s.) nəzərdə tutulur.
 
 
IX fəsil
 
Meşə fondundan və ağac-kol bitkilərindən istifadənin xüsusiyyətləri
 
Maddə 67. Oduncaq tədarükü
 
Oduncaq tədarükü meşəbərpa və aralıq istifadə üçün qırma, habelə başqa qırmalar (başdan-başa sanitariya qırmaları, su qovşaqlarının, boru kəmərlərinin, yolların, elektrik xətlərinin tikintisi, habelə mərzlərin, yanğından mühafizə keçidlərinin açılması və digər belə məqsədlər üçün aparılan qırmalar) qaydasında aparılır.
 
Maddə 68. Kateqoriyalarından asılı olaraq meşələrin qırma üsulları
 
Dövlət qoruqlarının meşələrində yalnız qoruq rejiminə müvafiq olan qırmaların aparılmasına yol verilir.
Kurort meşələrində, xüsusi qiymətli meşə massivlərində, şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində, yabanı meyvə meşələrində və dövlət qoruyucu meşə zolaqlarında aralıq istifadə üçün qırmalar və başqa qırmalar aparılır.
Xüsusi qoruyucu meşə sahələrindən istifadənin bütün növləri məhdudlaşdırıla və qadağan edilə bilər.
Meşəbərpa və aralıq istifadə üçün qırmalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qırma qaydaları (əsasnamə) üzrə aparılır.
 
Maddə 69. Qırma zamanı oduncaq tədarükünün təşkili və qaydası
 
Meşəqırma sahələrinin ayrılması, onların meşə istifadəçilərinə verilməsi, habelə meşəqırma tələblərinin pozulmasına görə cərimənin miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Azərbaycan Respublikası meşələrində köküstü oduncaq buraxılışı qaydaları ilə müəyyən edilir.
 
Maddə 70. Qırmalar zamanı oduncaq tədarükü həcminin müəyyən edilməsi
 
Meşədən oduncaq tədarükü hər bir meşə təsərrüfatı müəssisəsinin ərazisi üzrə hesablanmış meşəqırma həcmində aparılır. Hesablanmış meşəqırma həcmindən artıq miqdarda oduncaq tədarükü qadağandır.
Meşəbərpa və aralıq istifadə üçün qırma qaydası ilə oduncaq tədarükünün həcmi meşələrin vəziyyətinə, meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmaların müəyyən edilmiş normalarına əsasən meşə quruluşu işləri aparılarkən müəyyənləşdirilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Başqa qırma qaydaları ilə oduncaq tədarükünün həcmi meşə fondunun ağac-koldan təmizlənməsi ilə bağlı olan layihələrdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 71. İkinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə qaydası
 
Meşə fondu sahələri ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə üçün fiziki və hüquqi şəxslərin istifadəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilir.
Meşə fondundan ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
 
Maddə 72. Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlışdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları
 
Müvafiq təşkilatlar tərəfindən meşə fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər. Bu meşə istifadəsi həmin məqsədlərə uyğun gəlmədikdə, meşə təsərrüfatı müəssisəsi fiziki və hüquqi şəxslərə meşə fondu sahəsindən istifadəni məhdudlaşdırır və ya qadağan edir.
Mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün verilmiş meşə sahələrində meşə istifadəçiləri təbii landşaftın saxlanılması, yanğın təhlükəsizliyi və meşələrdə sanitariya qaydalarına əməl etmək şərtilə abadlıq tədbirləri görə bilərlər.
Meşə fondu sahələri ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada ovçuluq təsərrüfatının ehtiyacları üçün fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər.[7]
Meşə fondu sahələrindən elmi tədqiqat mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
 
Maddə 73. Sərhəd zonalarında meşə fondu sahələrindən istifadə qaydası
 
Sərhəd zonalarında meşə fondu sahələrindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada istifadə edilir.
Sərhəd zonalarında meşə fondu sahələrindən istifadənin xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
 
Maddə 74. Meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqları, milli parklar və təbiət parkları
 
Meşə fondu sahələri meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhkim edilir və onlar bu sahələrdə dövlət idarəetmə funksiyasını həyata keçirir.
Dövlət təbiət qoruqlarının, milli parkların və təbiət parklarının ərazilərindəki meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası bu Məcəlləyə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
 
Maddə 75. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac-kol bitkiləri
 
Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac-kol bitkiləri torpaqqoruyucu, sutənzimləyici və meşə bitkilərinə xas olan digər xüsusiyyətləri ilə torpaqları mənfi təbii, antropogen və texnogen hadisələrin təsirindən qorumaq üçündür.
Bu torpaqlarda yerləşən ağac-kol bitkilərində aparılan qırmalar bu bitkilərin vəziyyətinin yaxşılaşdırılmasını və funksiyalarının yerinə yetirilməsini təmin etməlidir. Ağac-kol bitkilərində qulluq, sanitariya, yenidənəkmə məqsədilə qırmaların, habelə başqa qırmaların aparılmasına yol verilir.
Kənd təsərrüfatı təyinatlı torpaqlardan meşə salınması, ağac-kol bitkilərinə qulluq edilməsi, onların istifadəsi, mühafizəsi, qorunması, habelə bunlarla bağlı dövlət nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
 
Maddə 76. Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri
 
Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri dəmir yolu magistralını mənfi təbii hadisələrdən qorumaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq, dəmir yolu nəqliyyatının səsinin təsirini azaltmaq üçündür.
Müvafiq icra hakimiyyəti orqanı göstərilən ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində dövlət idarəetməsini həyata keçirir.
Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərində qulluq, sanitariya, yenidənəkmə məqsədilə xüsusi təyinatlı və başqa qırmaların aparılmasına yol verilir. Bu qırmaların aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərinin vəziyyəti, istifadəsi, mühafizəsi və qorunması üzərində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilir.
 
Maddə 77. Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında yerləşən ağac-kol bitkiləri
 
Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında (avtomobil yollarını və kanalları ayıran zolaqlarda) yerləşən ağac-kol bitkiləri avtomobil yollarını və kanalları mənfi təbii, antropogen və texnogen hallardan mühafizə etmək üçündür.
Avtomobil yollarını və kanalları ayıran zolaqlardakı ağac-kol bitkilərində sanitariya və yenidənəkmə ilə əlaqədar qırmaların və başqa qırmaların aparılmasına yol verilir.
Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında meşəsalma, habelə ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.
Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında yerləşən ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması üzərində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
 
 
X fəsil
 
Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələrin həlli, meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət
 
Maddə 78. Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələrin həlli qaydası
 
Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir.
 
Maddə 79. Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət
 
Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar.
Meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.
 
Maddə 80. Meşə qanunvericiliyinin pozulması ilə bağlı əqdlərin etibarsızlığı
 
Meşə qanunvericiliyini pozmaqla bağlanmış əqdlər etibarsızdır.
 
 
 
 
 
 
 
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
 
30 dekabr 1997-ci il tarixli N 424-IQ nömrəli “Azərbaycan Respublikası Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmişdir. (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 3, maddə 139)
 
Məcəlləyə əlavə və dəyişikliklər etmiş qanunlar:
 
1.      22 iyun 1999-cu il tarixli 692-IQD nömrəli "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 476)
 
2.      29 oktyabr 2004-cü il 785-IIQD nömrəli “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 902)
 
3.      17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436)
 
4.      1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348)
 
5.      5 mart 2010-cu il tarixli 970-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 274)
 
6.      20 aprel 2012-ci il tarixli 330-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 496)
 
 
MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
 
 
[1] 30 dekabr 1997-ci il tarixli N 424-IQ nömrəli “Azərbaycan Respublikası Meşə Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1998-ci il, № 3, maddə 139) ilə təsdiq edilmişdir.
 
[2] 5 mart 2010-cu il tarixli 970-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 274) ilə 20-ci maddənin ikinci hissəsinin altıncı abzasında “qaydalarına” sözü “sahəsində normaların, standartların və qaydaların tələblərinə” sözləri ilə əvəz edilmişdir.
 
[3] 20 aprel 2012-ci il tarixli 330-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 496) ilə 20-ci maddənin ikinci hissəsinin yeddinci abzasından “geri” sözü çıxarılmışdır.
 
[4] 17 aprel 2007-ci il tarixli 314-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 5, maddə 436) ilə 51-ci maddəsinin 2-ci hissəsi yeni redaksiyada verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Dövlət ehtiyacları və digər ehtiyaclar üçün meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən zərər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödənilməlidir.
 
1 aprel 2008-ci il tarixli 588-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, №5, maddə 348) ilə 51-ci maddəsinin ikinci hissəsindən "və ya ictimai ehtiyaclar" sözləri çıxarılmışdır.
 
20 aprel 2012-ci il tarixli 330-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 5 iyun 2012-ci il, № 122, “Azərbaycan” qəzeti 6 iyun 2012-ci il, № 123, Azərbaycan  Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, №6, maddə 496) ilə 51-ci maddənin ikinci hissəsində “Mülki Məcəlləsində” sözlərindən sonra “və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda” sözləri əlavə edilmişdir.
 
[5] 22 iyun 1999-cu il tarixli 692-IQD nömrəli "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 1999-cu il, № 8, maddə 476) ilə 59-cu maddəsinə 3-cü  hissə əlavə edilmiş və köhnə redaksiyadakı üçüncü hissə müvafiq olaraq dördüncü hissə hesab edilmişdir.
 
[6] 5 mart 2010-cu il tarixli 970-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 aprel 2010-cu il, № 80, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, № 04, maddə 274) ilə 61-ci maddənin birinci hissəsində “tələblərinə və qaydalarına” sözləri və ikinci hissəsində “tələblərinin və qaydalarının” sözləri müvafiq olaraq “sahəsində normaların, standartların və qaydaların tələblərinə” və “sahəsində normaların, standartların və qaydaların tələblərinin” sözləri ilə əvəz edilmişdir.
 
[7] 29 oktyabr 2004-cü il 785-IIQD nömrəli “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2004-cü il, № 11, maddə 902) ilə 72-ci maddəsinin üçüncü hissəsində “sahələri” sözündən sonra “ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada” sözləri və “istifadəsinə” sözündən sonra “və ya icarəsinə” sözləri əlavə edilmişdir.
Link to comment
Share on other sites

  • 4 years later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
      • 27 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 144 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Sad
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Like
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Haha
        • Like
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
    • Расстрел в «Крокус Сити Холл»
      Как минимум 12 человек погибли и 35 человек пострадали во время стрельбы в ТЦ в Подмосковье.
      Об этом сообщают российские СМИ.
      Кроме того, известно, что в «Крокус Сити Холл» вспыхнул пожар.
      21:29
      В концертном зале «Крокус Сити Холл» в подмосковном Красногорске произошла стрельба.
      Об этом сообщают телеграм-каналы «Осторожно, новости», Baza и Mash со ссылкой на очевидцев.
        По словам очевидцев, мужчина открыл стрельбу из автоматического оружия. Это произошло до или в начале выступления группы «Пикник».
      По данным «Осторожно, новости», есть погибшие. Baza утверждает, что как минимум 12 человек погибли и много раненых.
      На записях, которые публикуют телеграм-каналы, люди бегут из здания. Также появляются видео, где показаны убитые люди.
      На место едут скорая и полиция.
       

      Media.az
        • Like
      • 2,831 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...