Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Pritçalar ...


Recommended Posts

Pritça - kiçik və orta həcmli nəsr nümunəsi, ədəbi janr. Pritçada fikir üstüörtülü şəkildə, mətnaltı, dolayısıyla oxucuya çatdırılır. Pritça kiməsə, nəyəsə ünvanlana, müraciət oluna, yaxud da təhlil, araşdırma səciyyəsi daşıya bilər.

 

Pritçalar  sadəcə mətn deyil , həyatdan bir dərs , örnək  rolunu oynayır. 

 

Pritça sözlərin birbaşa  hədəfə - urüəyə  düşməsi -  məharətidir .  

 

Əbül  -Fərrac pritçaları  insan əqlini canlandıran və  ürəkdən dərdi və qəmi silən hekayələr adlandırmışdır . 

 

"Qoy onlar (pritçalar) iztirab çəkənlər üçün təskinlik , ürəyi yaralılara şəfaverici balzam , nəsihət sevənlər üçün bələdçi  və  məzənin qiymətini bilənlərə  yaxın dost olsun".

 

Təklif edirəm bu mövzuda xoşladığımız pritçaları yazmaqla yanaşı həm də müzakirə edək . Öz rəylərimizi bildirək .  Pritçalar  ezoterik yazılardan , dinlərdən , şəxsi rəvayətlərdən ibarət ola bilər .

Edited by Sunyata
Link to comment
Share on other sites

İki canavar haqqında Hind pritçası

 

e55fb1b22130399a3418087b2f9640d4.gif

 

Çoxdan bəri , bir qoca öz nəvəsinə  bir həyat həqiqəti açmışdı .

 

- Hər insanda daxildə iki canavarın mübarizəsinə bənzər bir mübarizə gedir . Canavarlardan biri şəri təmsil edir : qibtə , qısqanclıq , eqoizm , təkəbbür ,  lovğalıq ,yalan .  İkinci canavar isə xeyirin təmsilçisidir :  sülh , sevgi, ümid, mərhəmət ,sədqət .

 

Uşaq bir qədər düşünüb soruşur :

 

- Bəs axırda  hansı canavar qalib gəlir ?

 

Qoca gülümsünüb cavab verdi :

 

- Həmişə qalib canavar sənin qidalandırdığın canavar olur .

 

 

277daadb2b288aef5b0b9e25ff668d5a.gif

Edited by Sunyata
  • Upvote 1
Link to comment
Share on other sites

ÖLÜMDƏN QAÇMAQ  QANMAZLIĞI (Sufi)

 

Başdan qıvraq olduğu bəlli olan birisi Tanrı elçisi Süleymanın yanına gəlmişdi.

-Nə istəyirsən ay qara günlü adam?—deyə Süleyman soruşdu.

-Ulu xaqan, ötən gecə Əzrayıl yuxuma girmişdi, nədənsə mənə uzun uzadı, çox pis-pis baxıb sonra getdi!

-Mənim sənə nə köməyim dəyə bilər?—deyə,  Süleyman şaşqınlıq içində  soruşdu.

-Ey başımın ağası, deyirlər Tanrı küləyi sənin qulluğuna verib, ona buyuruq ver, qoy məni götürüb uzaq Hindistana aparsın, mən də o yamanlıq dağarcığı Əzrayıldan gizlənə bilim,--deyə başdan qıvraq kimsə, dil töküb, Süleymana yalvar-yaxar elədi.

Süleyman küləyə bu adamı götürüb Hindistana aparmaq üçün buyuruq verdi. Bir neçə gün keçmiş Əzrayılla üz-üzə gələn Süleyman ondan soruşdu:

-Ey Tanrı qulluqçusu, niyə o qaragünlü kimsəyə yamanlıq eləmək istəyirsən? Yazıq sənin əlindən yaxınlarını, doğmalarını atıb, baş götürüb Hidistana qaçıb getdi!      

-Düzünü desəm, mən özüm çaşqınlıq içindəyəm,--deyə Əzrayıl dilləndi.—Tanrı mənə onun öpözünü(ruhunu) Hindistanda alıb cəhənnəmə atmağı buyurmuşdu, mən də ha baxıram, görürəm bu, sənin şəhərində yaşayır. O günləri  görürəm bu yaramaz özü öz ayağıyla gedib çıxıb Hidistana, mən də girəvəyə salıb, Tanrının buyuruğunu, necə demişdisə, eləcə yerinə yetirdim.

 

Ey İnsan, bir anlıq yoxla gör, özün özündən qaçıb gizlənə bilərsənmi? Yox?!.. Onda bu, Tanrının baxışlarından yayınmaq çalış-çabaların nə üçündür?!
Link to comment
Share on other sites

Dzen pritçası - 

 

Lin Çi söyləyir : 

 

Mən cavan olanda qayıqda üzmək çox xoşuma gəlirdi .  Balaca bir qayığım var idi və bu qayıqda tez -tez tək - tənha göldə üzürdüm, saatlarla bu qayıqda qala bilirdim.

 

Bir dəfə gecə vaxtı  gözlərimi yumub meditasiya ilə məşğul idim . Gözəl bir gecə idi .  Birdən haradansa boş qayıq axın istiqamətində mənim qayığımla toqquşdu.  Məndə qəzəb / qeyz  baş qaldırdı . Gözlərimi açıb mənim rahatlığımı pozan adamı söyməyə hazırlaşırdım ki, gördüm  qayıq boşdur. İndi mənim qəzəbimin çıxış yeri də yox idi ...  İmkansızlıqdan gözlərimi yenə yumub daxildə öz gəzəbimə diqqətlə baxmağa başladım.  Bu an mən öz qəzəbimi gördüm . Bu mənim YOLUMDAKI  ilk addımım idi.

 

Bu səssiz  gecədə  mən öz daxili mərkəzimə yaxınlaşdım. Boş qayıq mənim müəllimim oldu .  Bax bu vaxtdan əgər  kimsə məni incitmək , təhqir etmək istəyirdisə və daxilimdə gəzəb oyanırdısa , mən gülərək öz - özümə deyərdim :

 

- Bu qayıq da boşdur.

 

Gözlərimi yumub diqqətimi  daxilimə  yönəldərdim .

Edited by Sunyata
Link to comment
Share on other sites

İt , dəyənək , sufi   -  (Əttara aid edilən sufi pritçası )

 

Bir nəfər sufi geyimli şəxs yolla gedəndə , qarşısına  bir it çıxır. O öz dəyənəyi ilə iti vurub yaralayır.  İt  ağrıdan zingildəyib müdrik Əbu Saidin yanına şikayətə gedir.  İt öz yaralı ayağını göstərib ,  müdrikdən onu nahaq vuran sufi ilə onun arasında hakim olmağı  yalvarıb xahiş etdi . Müdrik sufiyə dedi :

-  Ey , başıboş insan ,  bu dilsiz mıxluqla da belə rəftar etmək olarmı? 

- Mənim bir günahım yoxdur -  deyə sufi  etiraz etdi -  İt özünü mənim paltarıma sürtüb çirk etdi , ona görə də vurdum.

Amma , itin   haqsızlıqdan öz incikliyini gizlədə bilmədiyini görən müdrik itə dedi :

-Axirətə qədər bu incikliyin qalmasın deyə , gəl mən sənə bir qarşılıq verim . 

İt  cavabında dedi : 

-Ey böyük müdrik hakim , mən bu adama yalnız ona görə yaxınlaşdım ki, o , sufi geyimində idi . Adi geyimdə olsaydı mən ona yaxınlaşmazdım.  Mənim yeganə səhvim ,  sufi geyiminin   onun  həqiqət qulluqçusu / yolçusu olduğunu  özümə təhlükəzlik kimi qəbul  etməyimdədir.  Əgər sən onu cəzalandırmaq istəyirsənsə onu sufi  / mömin geyimindən  məhrum et.  

 

İt özü YOLUN müəyyən səviyyəsində idi . İnsanın itdən mütləq və həmişə yaxşı olmasını düşünmək özü səhvdir ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Xoşbəxtlik ( qədim pritça )

 

Tanrı insanı gildən yaratdı . İstifadə edilməmiş bir parça gil artıq qaldı. 

 

- Daha nə düzəldim sənin üçün  - deyə Tanrı  insandan soruşdu . 

- Mənə xoşbəxtlik düzəlt - deyə insan xahiş etdi .

 

Tanrı heç bir cavab verməyərək yerdə qalan gili insanın ovcuna qoydu ...

Edited by Sunyata
  • Upvote 1
Link to comment
Share on other sites

Yalan danışmaqla bağlı bir əhvalatdır. Bunu çoxdan eşitmişdim. Yadımda qaldığı qədərilə belədir:

 

Bir nəfər olur. Dostundan borc pul istəyir. Dostu da bu pulu verir və müəyyən vaxta borcu qaytarmaq üçün vədələşirlər. Günlər keçir, borcun vaxtı çatır. Dostu borcu almaq üçün müraciət edir, lakin həmin şəxs borc aldığını danır və pulu qaytarmaq istəmir. Biraz mübahisə edirlər. Axırda bir müdrikin yanına gedirlər ki, problemi həll etsin. Müdrik borc verən şəxsdən soruşur ki, ilk söhbətlə bağlı bir əlaməti deyə bilərsənmi? Bu da deyir ki, söhbət filan yerdə filan ağacın yanında olub. Müdrik də bundan həmin yerə gedib qayıtmasını istəyir. Bu gedir həmin yerə. Borc alan və müdrik bir yerdə qalırlar. Heç bir söhbət etmirlər. Biraz vaxt keçir. Müdrik soruşur:"Görəsən, çatmış olarmı?"  Borc alan isə özü də bilmədən özünü ələ verən o cavabı verir: "Hə, indilərdə çatmış olar." O biri şəxs gəldikdən sonra verdiyi borcu sorğusuz-sualsız geri alır.

Edited by Sunyata
Link to comment
Share on other sites

Özünüzünkünü özününzə götürün ( Buddist pritçası )

 

Budda öz şagirdləri ilə bir kənddən  keçirmiş .Bu kəndin camaatı Buddistlərin əleyhdarları idi . Onalr Buddanı və tələbələrini əhatəyə alıb ,  buddistləri təhqir etməyə başladılar.  Şagirdləri qismən Buddanın yanlarında olması faktı sakitləşdirsə də , amma , onlar da əsəbləşib kənd sakinlərinə cavab verməyə hazırlaşırdılar.  Bu vaxt Buddaanın özünü aparması həm şagirdlərdə , həm də kənd sakinlərində bir çaşqınlıq yaratdı . Budda  üzünü tələbələrinə tutub dedi : 

 

- Siz məni məyus etdiniz .  Bu adamlar öz işlərini görür . Onlar məni öz dinlərinin düşməni kimi görür  və ona görə də təhqir edirlər , bu da təbiidir.  Amma , siz niyə görə onlara imkan verirsiniz ki, sizi haldan çıxarıb manipulyasiya etsinlər ?  İndi siz onlardan asılı vəziyyətdəsiniz , azad deyilsiniz ...

 

Sonra da dönüb kənd sakinlərinə dedi :

-Siz istədiklərinizin hamısını demədinizsə , eybi yoxdur , biz geriyə qayıdanda buradan keçəcəyik ,  fürsətdən istifadə edib demədiklərinizi də deyərrsiniz.

 

Kənd sakinləri çaşqınlıq içində soruşdular ki, axı biz səni təhqir etdik , niyə görə bizə qəzəblənmirsən ?

 

Budda deyir :

- Siz azad adamlarsınız ,əməllərinizi, addımlarınızı  da  özünüz bildiyiniz kimi edin .  Amma, mən də azad insanam , sizə reaksiya verməmək hüququm da var.  Mənimlə heç kim manipulyasiya edə bilməz . Mənim reaksiyam daxili halımın təzahürüdür. Sizdən əvvəl yolumuz bir kənddən düşdü. Bu kəndin sakinləri bizi meyvə , gül və şirniyyatla qarşıladılar. Mən də onlara təşəkkür edib dedim ki,  biz artıq səhər yeməyi yemişik ,  bu məhsulları özümüzlə  daşıya bilmərik .  Bunları mənim  xeyir -duamla geriyə özünüzə qaytarıram , aparın !  İndi sizdən ( ikinci kəndin sakinlərindən ) soruşuram : 

 

-sizcə onlar nə etməli idilər ?

- Onlar yeməkləri götürüb öz evlərinə , ailələrinə qaytarmalıdır  - deyə kənd sakinləri cavab verdi .

 

Budda gülümsündü  : 

- İndi bəs siz nə edəcəksizniz öz qarğış və təhqirlərinizlə ? Mən onları qəbul  etmirəm . Əgər mən meyvə və şirniyyatdan imtina etdimsə ,  o biri kənd camaatı da onları geriyə götürdü . Bəs sizin nəyiniz var geriyə götürməyə ?  Mən sizin qarğış və təhqirlərinizə qəbul etmirəm , ona görə də onları götürüb öz evlərinizə apara bilərsiniz  və nə istəyirsiniz edin onlarla ...

Edited by Sunyata
Link to comment
Share on other sites

Yalan danışmaqla bağlı bir əhvalatdır. Bunu çoxdan eşitmişdim. Yadımda qaldığı qədərilə belədir:

 

Bir nəfər olur. Dostundan borc pul istəyir. Dostu da bu pulu verir və müəyyən vaxta borcu qaytarmaq üçün vədələşirlər. Günlər keçir, borcun vaxtı çatır. Dostu borcu almaq üçün müraciət edir, lakin həmin şəxs borc aldığını danır və pulu qaytarmaq istəmir. Biraz mübahisə edirlər. Axırda bir müdrikin yanına gedirlər ki, problemi həll etsin. Müdrik borc verən şəxsdən soruşur ki, ilk söhbətlə bağlı bir əlaməti deyə bilərsənmi? Bu da deyir ki, söhbət filan yerdə filan ağacın yanında olub. Müdrik də bundan həmin yerə gedib qayıtmasını istəyir. Bu gedir həmin yerə. Borc alan və müdrik bir yerdə qalırlar. Heç bir söhbət etmirlər. Biraz vaxt keçir. Müdrik soruşur:"Görəsən, çatmış olarmı?" Borc verən isə özü də bilmədən özünü ələ verən o cavabı verir: "Hə, indilərdə çatmış olar." O biri şəxs gəldikdən sonra verdiyi borcu sorğusuz-sualsız geri alır.

 

 

Bu pritçaların çox böyük saflaşdırıcı əhəmiyyəti var .  Biri var ki, pisə pis deməklə  işi bitmiş hesab edirlər . Amma , biri də var ki,  pisi sözün gücü ilə , sehri ilə elə bir vəzyyətə salırlar ki,  pis özü başa düşür pisliyini .  Bu da pislikdən əl çəkmənin yeganə yoludur. 

Link to comment
Share on other sites

Bu pritçaların çox böyük saflaşdırıcı əhəmiyyəti var . Biri var ki, pisə pis deməklə işi bitmiş hesab edirlər . Amma , biri də var ki, pisi sözün gücü ilə , sehri ilə elə bir vəzyyətə salırlar ki, pis özü başa düşür pisliyini . Bu da pislikdən əl çəkmənin yeganə yoludur.

Kurtlar vadisi bir kino kimi xosuma gelmese de, orada bu tip maraqli ehvalatlar danisilirdi. Amma sonradan onun da agini cixardilar :).

Bundan basqa, Nizaminin Sirler xezinesindekiler de mence bu qebilden sayila biler. Her birinden ayri bir ders goturmek olar.

Edited by Museyib Elekber
Link to comment
Share on other sites

  • 2 weeks later...

Fil haqqında pritça.

 

Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:

-Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa, dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.
Tərcüməçi özü də təəccüblənir.  O da dirəyin nə qədər davamsız və nazik olduğunu görüb, bunun səbəbini qəbilə başçısından soruşur. Qəbilə başçısı yaxınlaşıb fili sığallayır, sonra isə deyir:
-Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda o, illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmağa gücü çatmırdı. İndi güclüdür, bircə dəfə dartsa, dirəyi yerindən qopara bilər. Amma o taleyiylə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.
 
Link to comment
Share on other sites

Sehirbaz və qoyunlar haqqında pritça.

 

Meşə arasında geniş talada böyük sürüsü olan bir sehrbaz yaşayırdı. Hər gün o sürüdən bir qoyun yeyirdi. Lakin qoyunlar sehrbaza çox çətinliklər yaradırdılar, belə ki, onların hər biri meşənin bir tərəfinə qaçır, sehrbaz isə onlardan birini tutmalı, digərlərini isə yenidən sürüdə toplamalı olurdu. Əlbəttə ki, tutulan qoyun öldürüləcəyini hiss etdiyi üçün qışqırmağa başlayır və bu da digər qoyunları qorxudurdu. Vəziyyəti belə görən sehirbaz hiylə işlətmək və qoyunların hər biri ilə təklikdə danışmaq qərarına gəlir.

Birinə deyirdi: “ Sən qoyun deyilsən, sən də mənim kimi bir insansan. Qorxmağın üçün heç bir səbəb yoxdur, axı mən yalnız qoyunları yeyirəm, sən isə bu sürüdə yeganə insansan və deməli mənim dostumsan.”

Digərinə deyirdi: “ Niyə digər qoyunlar kimi məndən qaçırsan? Axı sən aslansan və heç nədən qorxmamalısan. Mən yalnız qoyunları yeyirəm, sən isə mənim dostumsan”

Başqa birinə isə “Sən qoyun deyilsən, sən canavarsan. Hörmət etdiyim canavar. Mən həmişəki kimi hər gün bir qoyun tutub öldürəcəyəm, amma sən canavar olduğun üçün heç bir qorxun olmamalıdır. ” deyirdi

Bu minvalla o hər qoyunla təklikdə danışır və hər birinə qoyun olmadığını, digərlərindən fərqləndiyini təlqin etməyə çalışırdı. Bu danışıqlardan sonra qoyunların davranışı dəyişməyə başladı. Onlar artıq qorxmur və meşəyə qaçmırdılar. Və sehirbaz hər dəfə bir qoyunu öldürdüyü halda digərləri özlüyündə “ Aha növbəti qoyun öldü, mən isə sehirbazın ən yaxşı dostu olan “insan”, “şir”, “canavar” və s. heç nədən qorxmamalıyam” deyə düşünürdülər.

Hətta öldürdüyü qoyunlar da müqavimət göstərmirdilər. Sehirbaz sadəcə olaraq onlara yaxınlaşır və deyirdi : “Əziz dostum uzun zamandır ki, səninlə heç söhbət etmirik. Gedək evimə, səninlə sürü barədə məsləhətləşmək istəyirəm”. Qoyun isə böyük qürur hissi ilə sehirbazın arxasınca gedirdi. Orada o doğrudan da sürü haqqında soruşur, qurban isə sevinclə ona hər bir məlumatı veridi. Daha sonra isə sehirbaz onu öldürürdü. Bu ani baş verdiyi üçün qurban heç nə hiss etmirdi. Sehirbaz çox razı idi. Hər bir qoyuna özünü yüksək qiymətləndirmə təlqin etmişdi və nəticədə onlar qaçılmaz olmayan ölüm haqqında düşünmür, həyatdan zövq alırdılar. Ən maraqlısı isə odur ki, bəzən onlar sehirbaza digər qoyunları tutmaqda da köməklik edirdilər. Belə ki, sürüdən bir qoyun şübhələnməyə başladıqda özünü insan, şir, canavar hesab edən qoyunlar bu barədə sehirbaza dərhal məlumat verər və o da həmin qoyunu öldürərdi. Beləcə sehirbaz böyük bir sürünü rahatlıqla idarə edirdi...

 

 

 

 

Link to comment
Share on other sites

Günlərin biri bir cavan gözəl paltarından birini geyinib məscide sübh namazına gedir. O, məscidə catmamiş yıxılır, paltarı büsbütün bulaşır. Ayaga qalxıb üst-başını çırpır, evə qayıdır və paltarını dəyişib yenidən məscidə yollanır, bu dəfə həmin yere catanda yıxılır, üst-başı yenə də tamam bulaşır. Yenidən evə qayıdıb
paltarını dəyişir ve məscidə gedir. Bu defə yolda qarşısına əliçarıqlı bir şəxs çıxır. Cavan ondan adını soruşduqda deyir:
" Gördüm eyni yerdə iki defə yıxıldın, bunun üçündə çıraq gətirib ayagının altını işıqlandırmaq istədim"
Cavan ona təşəkkür edir və onlar birlikdə məscidə yollanırlar. Məscidə catanda cavan ona namaza gəlməyi təklif edir, amma əlicıraqlı şəxs imtina edir.Cavan nə qədər israr edirsə, hec bir nəticə vermir. Səbəbini soruşduqda deyir:
"Axı mən şeytanam!"
Cavan sanki yerə yapışır və bir söz deyə bilmir.
Şeytan sözlərinə davam edərək deyir:
"Sənin iki dəfə yixilmagına səbəb mən oldum. Birinci dəfə səni yıxdıqda dərhal evə qayıdıb təzə paltar geyindin, məscidə qayıtdın və bunun ücün Allah-Təala sənin bütün günahlarını bagışladı. İkinci dəfə bunu yenidən təkrar etdim. Amma sən bu dəfə də təzə partarından birini geyinib məscidə döndün. Və bu dəfə Allah-Təala
sənin bütün qohum-əqrabalarının günahlarını bagışladı. Qorxdum ki, birdən ücüncü dəfə yıxılsan, yenidən evə qayıdacaq, təzə paltar geyinib məscidə dönəcəksən. Bu dəfə Allah-Təala sənin bütün həmşəhərlərinin günahlarını bagışlayacaq".

  • Upvote 1
Link to comment
Share on other sites

Pritça - kiçik və orta həcmli nəsr nümunəsi, ədəbi janr. Pritçada fikir üstüörtülü şəkildə, mətnaltı, dolayısıyla oxucuya çatdırılır. Pritça kiməsə, nəyəsə ünvanlana, müraciət oluna, yaxud da təhlil, araşdırma səciyyəsi daşıya bilər.

 

Pritçalar  sadəcə mətn deyil , həyatdan bir dərs , örnək  rolunu oynayır. 

 

Pritça sözlərin birbaşa  hədəfə - urüəyə  düşməsi -  məharətidir .  

 

Əbül  -Fərrac pritçaları  insan əqlini canlandıran və  ürəkdən dərdi və qəmi silən hekayələr adlandırmışdır . 

 

"Qoy onlar (pritçalar) iztirab çəkənlər üçün təskinlik , ürəyi yaralılara şəfaverici balzam , nəsihət sevənlər üçün bələdçi  və  məzənin qiymətini bilənlərə  yaxın dost olsun".

 

Təklif edirəm bu mövzuda xoşladığımız pritçaları yazmaqla yanaşı həm də müzakirə edək . Öz rəylərimizi bildirək .  Pritçalar  ezoterik yazılardan , dinlərdən , şəxsi rəvayətlərdən ibarət ola bilər .

Uzr isteyirem mudaxileme gore. Amma mence pritcha rus sozudur,azerbaycanca bunun tercumesi mesel ve ya zerbi-meseldir. Movzunun adini meseller qoymaq duz olmazmi? 

Link to comment
Share on other sites

Vikipediya saytinda,xususen de Azerbaycanla bagli melumatlarda kifayet qeder sehvler movcuddur. Hem de hemen linkde hec bir menbe gosterilmir. Azerbaycan dilinin orfoqrafik ve izahli lugetlerinde pritcha sozu yoxdur. Edebiyyat muellimlerinden de sorusdum bu gun bir daha,Azerbaycan dilinde pritcha sozu yoxdur. Mesel ve ya zerbi-mesel sozu var.

Hormetle.

Link to comment
Share on other sites

Vikipediya saytinda,xususen de Azerbaycanla bagli melumatlarda kifayet qeder sehvler movcuddur. Hem de hemen linkde hec bir menbe gosterilmir. Azerbaycan dilinin orfoqrafik ve izahli lugetlerinde pritcha sozu yoxdur. Edebiyyat muellimlerinden de sorusdum bu gun bir daha,Azerbaycan dilinde pritcha sozu yoxdur. Mesel ve ya zerbi-mesel sozu var.

Hormetle.

 

Aries , aydındır ki, pritça sözü təmiz azərbaycan sözü deyil.  Məgər dilimizdə az alınma sözlər var ?  "Məsəl və zərbi məsəl "  - pritça mənasını vermir.  Çünki , məsəl 3 sözdən də ibarət ola bilər.  Pritça isə ibrətamiz kiçik hekayədir .  ( xüsusi halda )  . Onda gərək  mən  pritçanın əvəzinə -  "kiçik ibrətamiz hekayələr" yazım ))  Bunu da yazardım , amma bu söz aktiv  olaraq dilimizə keçir və wiki`dəki  məqalə də təsadüfi deyil .  Siz google`da axtarış verin  - "pritçalar"  , onda görəcəksiniz bu söz məhz bu formada nə qədər geniş istifadə olunur . 

 

Dildə müəyyən məfhumları  dəqiq ifadə etməyə söz kəsiri olanda , onu ya xarici dildən əxz edirlər və ya yenilikçi dilçilər bu sözü "kəşf edir" . 

Müxtəsər , bu sözü təsadüfən yazmamışam . Bu söz Azərbaycanda geniş istifadə olunmaqla gec -tez vətəndaşlıq hüququ alacaq .

 

P.S.  Həm də ki, forum rəsmi sənəd yazdığımz yer deyil axı )) Bəzi   kənara çıxmalar məncə burada olar.  Məsələn , mənim "Downshifting" adlı  mövzum var idi . O da azərbaycan dilində yoxdur , amma bütün dünyada geniş yayılmış sözdür.  wiki`də də azərbaycan hərflərinə uyğunlaşdırıb  "Daunşiftinq"  adılə məqalə  yerləşdiriblər .  Burada nə pis şey var ? 

Edited by Sunyata
Link to comment
Share on other sites

Aries , aydındır ki, pritça sözü təmiz azərbaycan sözü deyil.  Məgər dilimizdə az alınma sözlər var ?  "Məsəl və zərbi məsəl "  - pritça mənasını vermir.  Çünki , məsəl 3 sözdən də ibarət ola bilər.  Pritça isə ibrətamiz kiçik hekayədir .  ( xüsusi halda )  . Onda gərək  mən  pritçanın əvəzinə -  "kiçik ibrətamiz hekayələr" yazım ))  Bunu da yazardım , amma bu söz aktiv  olaraq dilimizə keçir və wiki`dəki  məqalə də təsadüfi deyil .  Siz google`da axtarış verin  - "pritçalar"  , onda görəcəksiniz bu söz məhz bu formada nə qədər geniş istifadə olunur . 

 

Dildə müəyyən məfhumları  dəqiq ifadə etməyə söz kəsiri olanda , onu ya xarici dildən əxz edirlər və ya yenilikçi dilçilər bu sözü "kəşf edir" . 

Müxtəsər , bu sözü təsadüfən yazmamışam . Bu söz Azərbaycanda geniş istifadə olunmaqla gec -tez vətəndaşlıq hüququ alacaq .

 

P.S.  Həm də ki, forum rəsmi sənəd yazdığımz yer deyil axı )) Bəzi   kənara çıxmalar məncə burada olar.  Məsələn , mənim "Downshifting" adlı  mövzum var idi . O da azərbaycan dilində yoxdur , amma bütün dünyada geniş yayılmış sözdür.  wiki`də də azərbaycan hərflərinə uyğunlaşdırıb  "Daunşiftinq"  adılə məqalə  yerləşdiriblər .  Burada nə pis şey var ? 

Menim bu barede sizinle diskussiya aparmagimin sebebi sizde sehv tutmaq ve ya pis shey axtarmaq deyil. Bura forumdur,fikir mubadilesi apaririq. Menim ozum ucun de bu mesele maraqlidir.

Google tercumechide rusca pritcha sozunun tercumesini azerbaycanca mesel sheklinde gosterir.

Hem de axi bu yeni janr deyil,coxdan movcuddur. Neye gore indiyecen azerbaycan lugetlerine pritcha sozu elave edilmeyib?

 

Ona gore dushunurem ki,belke de gelecekde siz dediyiniz kimi bu sozu azerbaycan diline daxil edecekler. Amma mence hal-hazirda hele ki,bu sozu bezileri ishletseler de bu azerbaycan sozu sayila bilmez.

Link to comment
Share on other sites

Menim bu barede sizinle diskussiya aparmagimin sebebi sizde sehv tutmaq ve ya pis shey axtarmaq deyil. Bura forumdur,fikir mubadilesi apaririq. Menim ozum ucun de bu mesele maraqlidir.

Google tercumechide rusca pritcha sozunun tercumesini azerbaycanca mesel sheklinde gosterir.

Hem de axi bu yeni janr deyil,coxdan movcuddur. Neye gore indiyecen azerbaycan lugetlerine pritcha sozu elave edilmeyib?

 

Ona gore dushunurem ki,belke de gelecekde siz dediyiniz kimi bu sozu azerbaycan diline daxil edecekler. Amma mence hal-hazirda hele ki,bu sozu bezileri ishletseler de bu azerbaycan sozu sayila bilmez.

 

 

Aries , səhv də tuta bilərsiniz )) Problem yoxdur . 

 

Məsələn , Polyqlot  bunu belə tərcümə edir : 

 

1. ibrətli hekayə, əxlaqi hekayə;

2. kinayə, rəmz;

3. məc. anlaşılmaz şey, müəmma; что за притча? bu nə müəmmadır?;

стать притчей во языцех (zar.) dillərdə dastan olmaq.

 

Məzmun etibarilə  Polyglot daha dolğun tərcümə edib.  Bu tərcümələrin hamısını bir yerdə ifadə edən azərbaycan sözü yoxdur. 

 

Bundan  əlavə , bir şeyi  də diqqətinizə çatdırım ki,  pritça müəyyən mənada daha çox dini və ruhani , mənəvi  çaları olan hekayədir.  Yəni , əvvəllər din , mistik mənəvi və ruhi axtarış  çaları olan ibrətamiz hekayələr çox da populyar deyildi . Daha doğrusu  yox idi . 

 

İndi isə  pritçalar olan saytlara baxın , orada böyük bir pritçalar təsnifatı mövcuddur .  Yəni , artıq hətta kataloqlaşdırılıb )) 

 

Sizinlə razılaşıram ki , bu  rəsmi azərbaycan sözü deyil . Amma ,  gen bol istifadə olduğundan   artıq onu özəlləşdirmək olar )) 

 

Qəribə bir fakt deyim sizə . Azərbaycan dilinin izahlı lüğətində "pripiska"  sözü verilib . (  Yəni , azərbaycan sözü kimi ))  ) "Pripiskanın"   Azərbaycan dilinin izahlı lüğətində olması faktı, məncə  "pritçanın"  lüğətdə olmamasından  daha qəribədir ))

Edited by Sunyata
Link to comment
Share on other sites

25 il tamam oldu. Səmərqəndin doğum evlərinin birində ilk dəfə bu dünyaya göz açmağımdan artıq düz 25 il keçir. 25 rəqəmi həmişə mənə ¼-i xatırladır. 100 il yaşamaq kimi bir düşüncəm olmasa da, sanki 100%-lik yolun cəmi 25%-ini getmişəm. Qarşıda isə məni il hesabına görə ağır və uzun, 25 ilin bir göz qırpımında necə tez gəlib getdiyini düşünəndə isə 3 göz qırpımı qədər olacaq 75% gözləyir. Bu 100%-in dolacağı və ya hansısa faizdə yarımçıq kəsiləcəyi isə yalnız Ona bəllidir. Bu yaxınlarda bir cümlə diqqətimi cəlb etdi: “İnsan doğulanda qulağına azan oxunur, dünyasını dəyişəndə isə onun üçün azansız namaz qılınır.” İnsan ömrü azanla namaz arasındakı müddət qədər imiş, demə. image010.jpg?w=300&h=225

25 il necə 1 anlıq kimi ötəri keçdisə, elə bu ötəri həyatda ötəri hisslər, ötəri hadisələr, ötəri aldığım dərslər, ötəri düşüncələrim də çox olub.

Nələri qazanmışamsa, ikiqat itirməyim nəticəsində olub. Əlçatmazlarım çox olub. Amma həmişə əlçatmaz hesab etdiklərim elə əlçatmaz olaraq da qalıb. Nə zaman ki, əl çəkmişəm, mənim üçün əhəmiyyətini itirib, elə o zaman onlara çatmağa başlamışam.

Insanları tanımağa onlara olan inamımı itirəndən sonra başlamışam.

Dostlarımın dəyərini yalançı dostları görəndən sonra bilmişəm.

Insanları sevməyə şeytanlarla tanış olandan sonra başlamışam.

Qaranlıqlardan, şeytandan, mənfilərdən qorxmağı əsl qorxulmağa layiq olan tək Allahın olduğunu dərk edəndə tərk etmişəm.

 

Əgər hər zaman ölümümüzün yaxınlaşdığını düşünərsək, məqsədimizə nail olmaq üçün daha çox çalışarıq.

Öyrənmişəm ki, hamı mənim istiqamətimdə baxmır. Mənim arşınımla başqalarının arşını fərqlidi.

Əvvəllər deyirdim ki, hər başlanğıc bir sondur. Indi isə deyirəm ki, hər son bir başlanğıcdır.

Mənə görə həqiqi dost, mənim kədərli anlarımda mənə görə pis olan deyil. Normal olan hamı bunu edir. Əsl dost mənim xoşbəxt anımda mənimlə birgə xoşbəxt olmağı bacarandır. Bu isə çooox çətindir.

Mən anladım ki, baxmaq və görmək, dinləmək və eşitmək, oxumaq və bilmək tamamilə fərqli anlamlardır.

Mən öyrəndim ki, dünyada pis ana və ata yoxdur. Valideynlər ya ana, ata olmağı bacarır, ya da bir ömür boyu bu kəlmələrin nə olduğunu belə dərk etmir.

Düşüncəndəkilər mənfi qaldıqca, həyatındakı heç nəyi müsbət edə bilməzsən. Həyatını, özünü, ətrafını dəyişmək üçün mütləq düşüncə tərzini dəyişməlisən. Dəyişə bilmədiyin hadisə sənə xoş deyilsə, o hadisəyə özünə xoş olan yöndən baxmalısan.

Sənə önəm verən insanı diri-diri məhv etmək ona göstərdiyin etinasızlıqdan keçir. Bir ömür boyu peşmançılığın qucağında uyumaq istəmirsənsə, sevdiklərinə qayğını, sevgini göstərməyi təxirə salmamalısan. Çünki hər an gec ola bilər.

Mən başa düşdüm ki, yaxşı yaşamaq üçün mübarizə aparacaqsan, mübarizə apardıqdan sonra yaxşı yaşayacaqsan.

Mənim həyatda artıq yalnız iki məqsədim var: Allahı və özümü razı salmaq. Özümü razı salacaq qədər həyatda çalışaramsa, hər bir dünyəvi istəyimə nail ola bilərəm. Allahı razı salaramsa əbədi həyatımı qazanaram. Və bu məqsədlərimi həyata keçirməyin nə qədər çətin olduğunun da fərqindəyəm…

Insanların qəlbinə gedən yol təbəssümdən keçir. icon_smile.gif?m=1129645325g  SMİLEEE !!!

Mənə deyirlər ki, gəncliyinin ən gözəl çağındasan. Biz dəyərini bilməmişik, sən bil. Hərdən gözlərimi yumuram və zamanı hiss etməyə, gəncliyimi duymağa çalışıram. Amma tuta bilmirəm zamanı. Otağın səssizliyində saatın çıqqıltısına bir neçə saniyədən artıq qulaq asa bilmirəm, bir neçə saniyədən artıq saniyənin getməsinə baxa bilmirəm, sıxılıram. Həmin saniyələrin boşa getməsindən sıxılıram. Düşünəndə ki, hiss etmədən neçə milyonlarla boşuna saniyə sərf etmişəm… Indimi gələcək və ya keçmiş barədə düşüncələrə satdığım çox olub. Həqiqətən də keçib getmiş uşaqlığımın, indiki gəncliyimin dəyərini bilmirəm.

Bu günkü ürəkdən sevinə bilməyimi, qəhqəhə çəkməyimi, dünənki göz yaşlarıma, hıçqırıqlarıma borcluyam. Bilirəm, bunlardan hələ çox olacaq. Dünən yıxılmışdım, bu gün isə artıq ayaq üstdəyəm və bu, mənə sabah yıxılmayacağım barədə zəmanəti vermir. Bir ömür boyu yaşadığım bu sistem davam edəcək. Məndə həmişə nəsə əskik olacaq. Mütləq nə isə çatışmayacaq. Çünki hamıda bu belədi. Daha dərinə getsəm, çünki arzular bitib-tükənmək bilmir, biz bu dünyadan 4 əllə yapışmışıq. Daha da dərinə getsəm… yox, elə burda dayansam yaxşıdı.  :)

PS. Yazımın adını “ötəri fəlsəfə” qoydum. Çünki 25 ilin fəlsəfəsi bu yazıya və bir neçə saatlıq düşüncəyə yerləşən deyildi.

Qısacası, doğum günüm mübarək. Özüm üçün Allahdan mənim üçün xeyirli bildiyi, mənə layiq bildiyi istəklərimə çatmağımı diləyirəm.  :)

 

http://thesamiran.wordpress.com/2011/06/25/25-yasin-ot%C9%99ri-f%C9%99ls%C9%99f%C9%99si/?blogsub=confirming#blog_subscription-3

Link to comment
Share on other sites

Üç sual 
Bir gənc onun suallarına cavab verəcək adam axtarırdı. Çoxları ilə görüşdü, amma suallarına cavab verən olmadı. Bir gün o, müsəlman ilahiyyatçısı ilə rastlaşdı və öz suallarına cavab istədi: 
1. Allah varmı? Əgər varsa, mənə göstər. 
2.Qəzavü qədər nədi?
3. Deyirlər İblis cəhənnəm odunda yanacaq. O, oddan yaradılıb. Od onu necə yandıracaq, necə əzab verəcək?
Suallar birdi və alim ona bir şillə vurdu. Gənc məəttəl qalıb soruşdu:
Mənə niyə acığın tutdu? 
Alim cavab verdi: 
- Mən qəzəblənmədim. Bu, sənin suallarına cavab idi. 
-Necə? 
- Şillə dəyəndə nə hiss elədin? 
-Əlbəttə, ağrı. 
Ağrının var olduğunu qəbul edirsən? 
Bəli 
-Onda ağrını mənə göstər 
-Bacarmaram 
-Bu sənin birinci sualına cavab idi. İndi de görüm, dünən sən yuxuda görmüşdün ki, sənə şillə vururam? 
Yox. 
- Nə vaxtsa ağlına gələrdi ki, mən sənə şillə vuram? 
Yox 
-Bu, qəzavü qədərdi. Mənim əlim nədəndi? 
Ətdən 
Sənin üzün? 
- Ətdən? -Üzün ağrıdımı? 
Bəli, çox 
- Bu isə sənin üçüncü sualına cavab.

  • Upvote 1
Link to comment
Share on other sites

Bir kişi müdrikdən soruşur:
-Şərab halaldır, yoxsa haram?
-Haram.
-Bəs üzüm haramdır, yoxsa halal?
-Halal....
-Bəs şəkər?
-O da halal.
-Onda necə olur ki, ayrılıqda bunlar halaldır, birləşdikdə haram?
Müdrik kişiyə belə bir sualla müraciət edir:
-Yerdən bir ovuc torpaq götürüb üzünə çırpsam səni incidər?
-Yox.
-Bəs bir ovuc su necə?
-O da yox.
-Bəs həmin bir ovuc tirpaqla suyu qarışdırıb gündə qurutsam və onunla səni vursam necə?
- O incidər.
-Şərab da belədir. Üzümdə, şəkər də ayrılıqda halaldır, amma onları qarışdırıb uzun müddət saxlasan, cəmiyyətə ziyan verən bir içki alınar, ona görə də haram buyurulub.
Link to comment
Share on other sites

  • 4 weeks later...
Həyat prioritetləri
 

Fəlsəfə professoru mühazirədən əvvəl auditoriyaya gəlir və masanın üstünə müxtəlif əşyalar yığır. Dərs başlayanda isə sakitçə böyük, boş bankanı götürüb içinə böyük daşlar yığır və tələbələrdən soruşur: 
- Banka doludu?
- Bəli! – deyə tələbələr razılaşır.
Professor xırda daşlarla dolu qutunu çıxarır və onları da həmin bankaya tökür. 
O yenidən tələbələrə üz tutur: 
- Banka doludu?
Tələbələr gülür və bankanın dolu olduğunu deyirlər. 
Professor qumla dolu qutunu çıxarır və içindəki qumu bankaya tökür. Təbii ki, qum bankadaki boşluqları doldurur.
Bundan sonra professor yenidən tələbələrdən bankanın dolu olub-olmadığını soruşur.
Tələbələr artıq bankanın tam dolduğunu deyir. 
Bundan sonra professor iki butulka pivə çıxarıb bankaya boşaldır:
- İndi istəyirəm biləsiniz ki, bu, bizim həyatımızdı. Daşlar vacib olan şeylər – ailəniz, dostlarınız, uşaqlarınız, sağlamlığınızdı. Əgər bütün digər şeyləri itirsəniz, həyatınız dolu olaraq qalar. Xırda daşlar həyat üşün əhəmiyyətli olan digər amillər – iş, ev, avtomobildi. Qum – həyatın xırdalıqlarıdı. Əgər siz bankaya əvvəl qumu töksəniz, iri və xırda daşlar üçün yer qalmayacaq. Həyatda da belədir. Əgər bütün enerjinizi xırda şeylərə sərf etsəniz, vacib olan şeylərə vaxtınız olmayacaq. Xoşbəxtliyiniz üçün vacib olan amillərə diqqət yetirin. Ilk növbədə daşlara qayğı göstərin, prioritetlərinizi müəyyən edin. Qalan şeylər ancaq qumdu. Bundan sonra tələbələrdən biri pivənin hansı mənanı daşıdığını soruşur.
- Çox şadam ki, bu sualı mənə verdiniz. Bunu etdim ki, biləsiniz – həyatınız nə qədər dolu olsa da, iki butulka pivəyə yer hər zaman tapılar. 

Link to comment
Share on other sites

  • 2 months later...

KÜL

 

Mәhәllәdә köhnә bakılı Kazım dayı vardı. Qoca kişidir, arvadı cavan ölmüşdü, iki oğlu vardı. Biri Qarabağda şәhid olmuşdu. Digәri dәli idi, dәlixanaya salmışdılar. Hay düşdü ki, Kamal müәllim mәhәllәni alır, kişinin daxmasını sökdülәr. Köçüb getdi Bayıla, bacısıgilә.

Sonra Bayılı da sökmәyә başladılar. Qardaşı Basindә yaşayırdı. Köçdü Basinә ki, buralar tarixi evlәrdi, yәqin dәymәzlәr. Yox alә, kimә deyirsәn?! Bunlar tarix zad hәrlәyәndir? Basini dağıtdılar. Bu yaxında eşitdim ki, qayıdıb gәlib "Sovetski"yә, bomjluq edir. Mәhәllәdәki xarabalıqların birindә qalır.

İndi də "Sovetski"ni sökürlər. Kişi artıq girinc olub, bilmir hara getsin. O gün görmürşəm, deyir ki: - Mən öləcəyəm, aparıb Yasamaldakı qəbirsanlıqda çuxurların birinə atacaqlar, bu hökümət gəlib oranı da dağıdacaq, 500%. Odur ki, ölsəm məni basdırmayın. Yandırın, külümü də verin Bakı küləyinə, bəlkə oğluma qovuşdurdu məni.

 

Hebib Muntezir

Link to comment
Share on other sites

KÜL

 

Mәhәllәdә köhnә bakılı Kazım dayı vardı. Qoca kişidir, arvadı cavan ölmüşdü, iki oğlu vardı. Biri Qarabağda şәhid olmuşdu. Digәri dәli idi, dәlixanaya salmışdılar. Hay düşdü ki, Kamal müәllim mәhәllәni alır, kişinin daxmasını sökdülәr. Köçüb getdi Bayıla, bacısıgilә.

Sonra Bayılı da sökmәyә başladılar. Qardaşı Basindә yaşayırdı. Köçdü Basinә ki, buralar tarixi evlәrdi, yәqin dәymәzlәr. Yox alә, kimә deyirsәn?! Bunlar tarix zad hәrlәyәndir? Basini dağıtdılar. Bu yaxında eşitdim ki, qayıdıb gәlib "Sovetski"yә, bomjluq edir. Mәhәllәdәki xarabalıqların birindә qalır.

İndi də "Sovetski"ni sökürlər. Kişi artıq girinc olub, bilmir hara getsin. O gün görmürşəm, deyir ki: - Mən öləcəyəm, aparıb Yasamaldakı qəbirsanlıqda çuxurların birinə atacaqlar, bu hökümət gəlib oranı da dağıdacaq, 500%. Odur ki, ölsəm məni basdırmayın. Yandırın, külümü də verin Bakı küləyinə, bəlkə oğluma qovuşdurdu məni.

 

Hebib Muntezir

 

Yazarı tanımıram, amma çox gözəl yazıb.

Link to comment
Share on other sites

KÜL

 

Mәhәllәdә köhnә bakılı Kazım dayı vardı. Qoca kişidir, arvadı cavan ölmüşdü, iki oğlu vardı. Biri Qarabağda şәhid olmuşdu. Digәri dәli idi, dәlixanaya salmışdılar. Hay düşdü ki, Kamal müәllim mәhәllәni alır, kişinin daxmasını sökdülәr. Köçüb getdi Bayıla, bacısıgilә.

Sonra Bayılı da sökmәyә başladılar. Qardaşı Basindә yaşayırdı. Köçdü Basinә ki, buralar tarixi evlәrdi, yәqin dәymәzlәr. Yox alә, kimә deyirsәn?! Bunlar tarix zad hәrlәyәndir? Basini dağıtdılar. Bu yaxında eşitdim ki, qayıdıb gәlib "Sovetski"yә, bomjluq edir. Mәhәllәdәki xarabalıqların birindә qalır.

İndi də "Sovetski"ni sökürlər. Kişi artıq girinc olub, bilmir hara getsin. O gün görmürşəm, deyir ki: - Mən öləcəyəm, aparıb Yasamaldakı qəbirsanlıqda çuxurların birinə atacaqlar, bu hökümət gəlib oranı da dağıdacaq, 500%. Odur ki, ölsəm məni basdırmayın. Yandırın, külümü də verin Bakı küləyinə, bəlkə oğluma qovuşdurdu məni.

 

Hebib Muntezir

Çox qəşəng toxunub məsələyə.

Link to comment
Share on other sites

  • 1 month later...

Bir jurnalist "Ən pis şey nədir" sualı ilə sorğu keçirirmiş. Sualı zen-buddizm rahibinə də verir. Rahib soruşur:
- Sən kimsən?
Jurnalist adını deyir: 
- Con Smit.
Rahib:
- O sənin adındır, özün kimsən?
- Mən jurnalistəm. 
- O sənin peşəndir, onu soruşmuram. Dünya jurnalistlə doludur.
- İnsanam.
- Bu da sənin bioloji növündür. 
Jurnalist cavab tapmır. Rahib deyir:
- Bax, dünyada ən pis şey kim olduğunu bilməməkdir.

(paylaşan-Z.Haci)

Link to comment
Share on other sites

                               Seçim haqqında şah Solomonun dərsi

 

Bir nefer Solomonun yanina gelib deyir:

-Mene komek et!men her defe secim etmeli olanda sakit yata bilmirem,fikirlesirem,lazim olani etmisem mi deye,eziyyet cekirem.Men ne edim?

Sah cavab verir:-Secim yoxdur . eyni zamanda sorusur:-sen cayda bogulan usagi gorseydin ,caya atilardin?

adam cavab verir:elbette!

Solomon deyir:-gorursen,secim yoxdur.bir halda ki,her defe ,hereket etmek vaxti catana qeder artiq ne edeceyini bilirsen,onda niye secmeli?Her bir hadiseni etrafli sekilde tesevvur ederek ,sen artiq ne etmeli oldugunu bilirsen.Her defe sen senin ucun en yaxsisini sececeksen ve eyni veziyyetlerde hemise eyni cur hereket edeceksen- dunen de,bu gun de,sabah da.Heqiqeten secim ede bileceyimiz yegane yer- oz ureyimizdir.Ozunu ve dunen fikirlesmeden etdiyin ,ancaq sabah sene en yaxsisi kimi gorunmeyecek sheyi deyish.Ancaq ve ancaq onda sen basqa cur hereket ede bilersen.Bele ki, sakit get ve bil ki ,ne edirsense et ,bu ,senin ucun hemin heyat aninda ede bileceyin ,mumkun olan hereketlerden en yaxsisidir.

Adam bas eyir ve gedir.O gunden sonra hemise sakit yatir.

Edited by gonca
Link to comment
Share on other sites

Sokrat haqqında pritça

Bir dəfə Sokratın yanına bir tanış gəlib deyir:

-Mən indi sənin  dostlarından biri barədə eşitdiyimi danışacam sənə.

-Gözlə bir dəqiqə,-Sokrat cavab verir,- danışmazdan qabaq , bu 3 filtrdən keçməlidir.

-3 filtr?

-Bəli,-Sokrat davam etdi,-dostum haqqında danışmazdan qabaq deyəcəyin şeyi 3 filtrdən keçirməlisən.Birinci filtr – Həqiqət.De görüm,sən tamamilə əminsən ki, bu həqiqətdir?

-Yox,- tanış dedi,-mən özüm də bu barədə başqalarından eşitmişəm.

-Deməli,sən əmin deyilsən ki, bu həqiqətdir.İndi ikinci filtr-Yaxşılıq.Sən mənim dostum haqqında yaxşı şey deyəcəksən?

-Əksinə,çox pis.

-Demək,sən mənə şox pis bir şey deyəcəksən, amma doğru olub-olmadığından əmin deyilsən.Amma sənin hələ 3-cü filtr şansın da var.-Sənin deyəcəyin şeydən mən hansısa bir fayda əldə edə bilərəm mi?

-O qədər də yox....-tanış dedi.

-Əgər sənin demək istədiyin şey həqiqət deyilsə,yaxşı şey də deyilsə və faydasızdırsa ,mən bunu niyə bilməliyəm?

Edited by gonca
Link to comment
Share on other sites

Sokrat haqqında pritça

Bir dəfə Sokratın yanına bir tanış gəlib deyir:

-Mən indi sənin dostlarından biri barədə eşitdiyimi danışacam sənə.

-Gözlə bir dəqiqə,-Sokrat cavab verir,- danışmazdan qabaq , bu 3 filtrdən keçməlidir.

-3 filtr?

-Bəli,-Sokrat davam etdi,-dostum haqqında danışmazdan qabaq deyəcəyin şeyi 3 filtrdən keçirməlisən.Birinci filtr – Həqiqət.De görüm,sən tamamilə əminsən ki, bu həqiqətdir?

-Yox,- tanış dedi,-mən özüm də bu barədə başqalarından eşitmişəm.

-Deməli,sən əmin deyilsən ki, bu həqiqətdir.İndi ikinci filtr-Yaxşılıq.Sən mənim dostum haqqında yaxşı şey deyəcəksən?

-Əksinə,çox pis.

-Demək,sən mənə şox pis bir şey deyəcəksən, amma doğru olub-olmadığından əmin deyilsən.Amma sənin hələ 3-cü filtr şansın da var.-Sənin deyəcəyin şeydən mən hansısa bir fayda əldə edə bilərəm mi?

-O qədər də yox....-tanış dedi.

-Əgər sənin demək istədiyin şey həqiqət deyilsə,yaxşı şey də deyilsə və faydasızdırsa ,mən bunu niyə bilməliyəm?

Istenilen halda, dost haqqinda deyilen istenilen bir fikiri ve fikirleri, dinlemek lazim. Eger o menim dosdumdusa, men onun haqqinda gezen fikire bigane ola bilmerem.

Soktatin filtirlerinin 3 de чезиб

Edited by Simruq
Link to comment
Share on other sites

Istenilen halda, dost haqqinda deyilen istenilen bir fikiri ve fikirleri, dinlemek lazim. Eger o menim dosdumdusa, men onun haqqinda gezen fikire bigane ola bilmerem.

Soktatin filtirlerinin 3 de чезиб

 

Sokrat  qədim yunan  kimi düşünürmüş , amma biz səninlə müasir azərbaycanlı kimi ))

Link to comment
Share on other sites

Dostum, bilmirem muasir, bilmirem Azerbaycanli, bilirem ki insan Kimi duwunuruk!!!.

 

Sokrat da deyəsən adam olub axı ))  Sadəcə  şox pedant adam olub . Artıq və  məntiqdən uzaq məlumatla beynini "zibilləmək"  istəməyib. 

Link to comment
Share on other sites

Sokrat da deyəsən adam olub axı )) Sadəcə şox pedant adam olub . Artıq və məntiqdən uzaq məlumatla beynini "zibilləmək" istəməyib.

Duz deyirsen Adam olub)))

Mentiqsizliyin ozunde de mentiq var!

Indi qoy Sokratin ruhu qurcalansin

Edited by Simruq
Link to comment
Share on other sites

Demon(İblis) Kratiy

 

Qullar bir-birinin ardınca gedərək cilalanmış daşları daşıyırdılar.  Daşlıqdan qala-şəhərin tikintisinin başladığı yerə qədər olan hər biri 1,5 km-lik 4 cərgəyə gözətçilər nəzarət edirdi.Hər 10 qula bir silahlı gözətçi nəzarət edirdi.

   Qullardan bir az aralıda cilalı daşlardan ibarət 13m-lik təpənin üstündə ali kahinlərdən biri –Kratiy oturmuşdu.

  4 ay ərzində o, sakitcə baş verənləri izləyirdi.Heç kim onun fikrini dağıtmır,hətta baxışı ilə narahat etməyə cəhd etmirdi.Qullar və gözətçilər başında  taxt olan bu daşlı təpəni həmin sahənin ayrılmaz hissəsi kimi qəbul edirdilər.Gah taxtda oturan gah da dağın başındakı sahədə gəzişən bu adama artıq heç kim fikir vermirdi.Kratiy öz qarşısına dövlət qurmaq, minillərlə kahinlərin hakimiyyətini möhkəmlətmək və kahinlərin qulu olan dövlət başçıları da daxil olmaqla Yerdəki bütün insanları ona tabe etmək  məqsədi qoymuşdu.

 

     Bir dəfə Kratiy taxtda öz əkizini yerləşdirib aşağı endi.O libasını dəyişib parik taxdı.Gözətçilərin rəisinə əmr etdi ki onu qulların zəncirinə adi qul kimi daxil etsin və onu Nard adlı cavan və güclü qulun arxasınca zəncirə qoşdular.

  Kratiy qulların sifətinə göz gəzdirərkən gördü  ki , bu  cavan qulun baxışları o biriləri kimi laqeyd yox ,hərşeylə maraqlanan və müşahidə edən baxışlardır.Nardın üzü gah fikirli gah da narahat olurdu.Deməli , o öz planını qurur-kahin başa düşdü, amma öz müşahidələrinin dəqiqliyinə əmin olmaq istədi.

 2 gün Kratiy Nardı izlədi , sakitcə daşları daşıyaraq süfrəyə də onun yanında  əyləşirdi və onun yaxınlığında yatırdı.3.gecə yatmaq əmri verilən kimi Kratiy cavan Narda tərəf çevrilib pıçıltı ilə və kədərlə , təəssüflə sanki kimə ünvanlandığı bəlli olmayan sual verdi :Yəni bütün qalan ömrümüz belə keçəcək?

  Kahin gördü ki, cavan qul canlandı və dərhal üzünü kahinə tərəf çevirdi,onun gözləri parıldayırdı.

-         Bu uzun müddət davam erməyəcək.Mən plan fikirləşirəm.Və sən , qoca, bunda iştirak edə bilrəsən- cavan qul pıçıltı ilə dedi.

-         Hansı plan?-kahin layeqd və nəfəs alaraq soruşdu.

Nard həvəslə və əminliklə izah etməyə başladı:

-         Qoca, sən , mən və biz hamımız tezliklə azad insanlar olacağıq, qul yox.Özün hesabla, qoca: hər 10 qula bir gözətçi düşür.15 yemək hazırlayan və paltar tikən qadın qula da bir gözətçi nəzarət edir.Əgər uyğun vaxtda biz hamımız gözətçiyə hücum etsək ona qalib gələ bilərik. Qoy onlar silahlı olsun biz isə zəncirdəyik.Ancaq biz 1-ə qarşı 10 nəfərik və zənciri də silah kimi istifadə etmək olar onları qılıncın zərbəsinə qarşı.Biz bütün gözətçiləri silahsızlaşdırıb onları bağlayıb silahları ələ keçirərik.

-         Eh, cavan- Kratiy yenidən nəfəs aldı və sanki bir laqeydliklə dedi:

-         Sənin planın tam deyil: bizə nəzarət edən gözətçiləri silahsızlaşdırmaq olar amma tezliklə hökmdar yenilərini göndərəcək və bəlkə də bir ordu və qulları öldürəcək.

-         Qoca, mən bu barədə də fikirləşmişəm.Elə vaxt seçmək lazımdır ki ordu olmasın.Bu vaxt olacaq.Biz hamımız görürük ki ordunu necə yürüşə hazırlayırlar. 3 aylıq yola hazırlayırlar. Deməli, 3 aydan sonra ordu lazımi yerə çatıb döyüşə başlayacaq.Döyüşdə o zəifləyəcək ancaq qalib gələcək və yeni çoxlu qul ələ keçirəcək.Onlar üçün artıq yeni baraklar tikilir.Biz gözətçiləri , ordu digər ordu ilə döyüşə başlayan vaxt silahsızlaşdırmalıyıq.Çaparlara 1 ay lazımdır ki ,təcili qayıdış barədə xəbər versinlər.Zəifləmiş ordu 3 aydan tez qayıtmaz.4 aya biz görüşə hazır olacağıq. Biz ordudakı əsgərlərdən sayca az olmayacağıq. Ələ keçirilmiş qullar bizimlə birgə döyüşmək istəyəcək –baş verənləri görəndə.Mən hər şeyi düzgüm fikirləşmişəm,qoca.

-         Hə,cavan, sən öz plan və fikirlərinlə gözətçiləri silahsızlaşdıra bilərsən və orduya qalib gələ bilərsən- kahin artıq canlanaraq dedi və sonra əlavə etdi:- ancaq sonra qullar nə edəcək , hökmdara, gözətçi və əsgərlərə nə olacaq?

-         Mən bu barədə az fikirləşmişəm.Hələlik ağlıma sadəcə bir şey gəlib: əvvəl qul olanlar daha qul olmayacaq, əvvəl qul olmayanlar isə indi qul olacaq- səsli fikirləşərək sanki Nard əmin olmadan  dedi.

-         Bəs kahinlər? De görüm mənə, cavan, onları sən qullara yoxsa qul olmayanlara aid edəcəksən qalib gələndə?

-         Kahinlər?Bu barədə də mən fikirləşməmişəm.İndi düşünürəm ki qoy onlar elə kahin olaraq qalsınlar.Onlara qullar və hökmdarlar qulaq asır.Düzdür onları başa düşmək çətindir amma düşünürəm ki onlar zərərsizdirlər.Qoy allahlar haqında danışsınlar,biz isə öz həyatımızı necə daha yaxşı yaşamalı olduğumuzu özümüz bilirik.

-         Bu yaxşıdır- dedi kahin və özünü elə apardı ki guya çox yuxusu gəlib.

 

Ancaq Kratiy bütün gecəni yatmadı. O fikirləşdi.Əlbəttə , - Kratiy fikirləşdi . – hər şeydən asan olan bu danışıq barədə hökmdara xəbər verməkdir və o cavan qulu tutacaqlar,o  başqaları üçün ilham verici qüvvədir.Amma bu problemləri həll etməyəcək.

Qul olmaqdan xilas olma arzusu həmişə olacaq qullarda.Yeni üsyankarlar peyda olacaq, yeni planlar hazırlanacaq, əgər belədirsə deməli dövlət üçün əsas təhlükə həmişə onun daxilində olacaq.Kratiyin qarşısında belə bir tapşırıq dururdu: bütün dünyanın qula çevrilməsi planını hazırlamaq.

            O başa düşürdü ki , fiziki güclə məqsədə çatmaq olmaz.Hər bir insana , bütün xalqlara  psixoloji təsir göstərmək lazımdır.İnsan fikrini transformasiya etmək lazımdır, hər kəsə təlqin etmək lazımdır ki, qul olmaq ən böyük nemətdir.Bütün xalqları məkanda, zamanda və anlayışlarda  aldadacaq öz-özünə inkişaf edən proqram yaratmaq lazımdır.Ancaq ən vacibi- həqiqətin adekvat qəbul edilməsidir.Kratiyin fikri getdikcə daha sürətlə işəyirdi, o artıq bədənini ayağındakı və əllərindəki  ağır qandalları hiss etmirdi. Və birdən şimşək çaxması kimi  proqram yarandı.Hələ detallaşdırılmamış və izah edilməmiş, ancaq artıq hiss edilən və masştabına görə yandırıcı olan.Kratiy özünü bütün dünyanın yeganə hakimi kimi hiss edirdi.

            Kahin yerində uzanmışdı və öz-özülə fəxr edirdi:Səhər hamı işə başlayanda mən şərti işarə verəcəm və gözətçilərin başçısı məni qulların cərgəsindən ayıracaq və qandallarımı açacaq.Mən öz proqramımı detallaşdıracam və sadəcə bir neçə söz deyəcəm və bütün dünya dəyişməyə başlayacaq.Heyrətamizdir!Sadəcə bir neçə söz – və bütün dünya mənə tabe olacaq , mənim fikrimə.

            Allah həqiqətən insana Kainatda tayı-bərabəri olmayan gücü verib- bu güc  insanın fikridir.

            O sözləri deyir və hadisələrin gedişini dəyişir.

Hadisələr qeyri-adi şəkildə qaydasında getdi.Qullar üsyan planı hazırladılar.O ağıllıdır. Bu plan onlara müvəqqəti olaraq müsbətə nəticə verə bilər.Ancaq mən bir neçə fraza ilə sadəcə onları deyil , onların gələcək nəsillərini də və həmçinin dövlət rəhbərlərinin  hamısını da minillər üçün  qula çevirəcəm.Səhər Kratiyin işarəsi ilə gözətçilərin başçısı onun əmri ilə qandallarını açdı.Və artıq növbəti gün onun müşahidə saəhəsinə qalan 5 kahin və firon dəvət olunmuşdu.

            Kratiy onlar qarşısında öz nitqinə başladı:

-         Sizin indi eşidəcəyiniz şeylər heç kim tərəfindən yazılmamalı və deyilməməlidir. Ətrafımızda divar yoxdur mənim sözlərimi sizdən başqa heç kim eşitməyəcək.Mən Yer üzündəki bütün insanları bizim fironun quluna çevirməyin üsulunu tapmışam.Bunu çoxlu sayda müharibələrin köməyi  ilə belə etmək mümkün deyil.Ancaq mən bunu sadəcə bir neçə fraza ilə edəcəm.Sadəcə 2 gün keçəcək onların tələffüzündən və siz əmin olacaqsınız ki dünya necə dəyişməyə başlayacaq.Baxın:aşağıda zəncirlə bağlanmış qullar daş daşıyırlar. Onlara çoxlu əsgərlər nəzarət edir.Nə qədər çox qul olsa dövlət üçün bir o qədər yaxşıdır –bizim həmişə belə hesab etmişik.Ancaq qul nə qədər çox olarsa bir o qədər onların üsyanından ehtiyat etməyə məcbur olursan.Biz nəzarəti gücləndiririk.Biz qullarımızı yaxşı yedirtməyə məcburuq yoxsa onlar ağır fiziki əməyə tab gətirə bilməzlər.Ancaq onlar yenə də tənbəldirlər və üsyana meyllidirlər.Görün onlar necə yavaş hərəkət edirlər, tənbəl gözətçilər isə onların ən sağlam və güclü olanlarını belə vurmur. Ancaq onlar daha  tez hərəkət etməyə məcbur olacaqlar.Onlara gözətçi lazım olmayacaq. Gözətçilər də qula çevriləcək.Bunu belə etmək olar.

   Qoy bu gün günəş batmazdan qabaq carçı fironun bu əmrini yaysın:Yeni günün başlanmasından etibarən bütün qullara azadlıq verilir.Şəhərə çatdırılan hər daşa görə azad insan bir qəpik pul  əldə edəcək.Bu pulları yemək, geyim ,yaşayışı yeri, şəhərdə saray və şəhərin özünə dəyişmək olar.Bundan sonra siz –azad insanlarsınız.

            Kahinlər Kratiyin dediklərini dərk edəndən sonra onlardan ən böyüyü belə dedi:

-         Sən demonsan(iblissən) , Kratiy.Sənin fikirləşdiyin demonizm bütün xalqları əhatə edəcək.

-         Qoy mən demon olum, və mənim fikirləşdiyimi də gələcəkdə insanlar demokratiya adlandırsınlar.

 

***

Günəş batanda əmr qullara oxundu , onlar təəccübləndilər və çoxları gecə yatmadı və yeni xoşbəxt həyatı xəyal etdilər.

            Səhər kahinlər və firon yenidən süni təpənin başına qalxdılar.Onların gördüyü mənzərə heyrətamiz idi.Minlərlə insan -əvvəllər qul olan qaçaraq yenə daş daşıyırdılar.Tərləyərək bəziləri iki daş daşıyırdı.Bir daş daşıyanlar toz qaldıraraq qaçırdılar.Bəzi gözətçilər də daş daşıyırdılar.Özlərini azad hesab edən insanlar – axı onların zəncirlərini açmışdılar, mümkün olduğu qədər çox pul qazanmağa çalışırdılar ki xoşbəxt həyat qursunlar.

            Kratiy hələ bir neçə ay keçirdi öz sahəsində -aşağıda baş verənləri zövqlə seyr edərək.Dəyişikliklər isə kütləvi idi.Qulların bir hissəsi qrup şəklində birləşdi , araba düzəltdilər və daşları ona yığıb tərləyərək onları itələməyə  başladılar.

            Onlar hələ çox şey icad edəcəklər – Kratiy razılıqla öz-özünə fikirləşdi ,- bax ,artıq daxili xidmətçilər də yaranıb – su və qida daşıyanlar. Qulların bir hissəsi ayaq üstündə yeyirdi , yemək üçün baraka getməyə vaxt itirmək istəmirdilər, yemək gətirənlərə aldıqları pullardan verirdilər.Gör ha,onların həkimləri də meydana gəlib:ayaq üstdə yaralananlara kpmək edirlər- onlar pul əvəzində.Hərəkəti tənzimləyənləri də seçiblər.Tezliklə özlərinə rəislər, hakimlər də seçəcəklər.Qoy seçsinlər:axı onlar özlərini azad hesab edirlər , amma məzmun dəyişməyib,onlar əvvəlki kimi daş daşıyırlar.

            Beləcə minillərdir ki , onlar toz içində tərləyərək ağır daşları daşıyırlar.Və bu gün bu qulların xələfləri öz mənasız qaçışına davam edir.

Link to comment
Share on other sites

  • 1 month later...

Meşənin şahı şir vəziri canavar,vəkili tülkü ilə ova çıxır. Şir maral,canavar qoyun,tülkü isə dovşan ovlayırlar. Şir canavardan soruşur:

-Bu ovları necə bölək?

Canavar deyir:

-Maralı sən ye,qoyunu mən,dovşanı da tülkü.

Bölgü şirin xoşuna gəlmir. Canavarı vurub öldürür. Tülküdən ovları bölməyi tələb edir.Tülkü deyir"

-Şah sağ olsun,qoyun sənin səhər yməyin,maralı naharda yeyərsən,dovşanı da şam yeməyinə saxla.

Şir:

-Əhsən,belə gözəl bölgünü kimdən öyrənmisən?-deyə,soruşur.

Tülkü canavarın ölüsünü göstərib:

-Qarşındakı bu rəhmətlikdən- deyə,cavab verir.

Edited by nüsrət2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Post in Вынесен приговор известному спортсмену, чьи действия привели к гибели 7-летнего мальчика
      Был наркоманом и мстил: новые подробности о тренере, осужденном за убийство 7-летнего Фарида
       
        • Sad
    • Предупреждение от эксперта: кассовые чеки представляют угрозу для здоровья человека - ВИДЕО
      В составе краски, наносимой на кассовые чеки, присутствует опасное химическое соединение.
      Об этом предупреждает председатель Союза свободных потребителей Азербайджана Эюб Гусейнов.
      Чеки из супермаркета или банкомата - каждый прикасается к ним чуть ли не десятки раз в день, совсем не подозревая, какой вред эти с виду безобидные клочки бумаги могут нанести здоровью. 
        Дело в том, что в 90% чеков содержится бисфенол - опасное соединение фенола с ацетоном, которое способно проникать в кровь и внутренние органы через кожу, повышая риск развития смертельных недугов.
      Подробнее - в сюжете ATV Xəbər:
       

       
      • 38 replies
    • Как вы относитесь ко дню 9 мая ?
      Я отношусь к этому дню, как к важному событию для миллионов человек, которых почти уже и не сталось в живых.  Возможно, через пару десятков лет к 9 мая станут относиться примерно как 11 ноября — день окончания Первой Мировой войны.
      Считаю правильным, что в настоящее время в Азербайджане этот день является государственным праздником — День Победы над фашизмом. Более 700 тыс граждан нашей страны отправились на фронт из которых более  300 тыс погибли. Низкий поклон им всем. 
       
       
       
        • Like
      • 318 replies
    • В Азербайджане введены ограничения на услуги такси, таксисты в отчаянии
      Таксомоторная компания Bolt повысила стоимость заказов на 10%.
        • Sad
        • Haha
        • Like
      • 153 replies
    • Для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов
      Baku TV разоблачил незаконную торговлю землей на кладбищах.
      В ходе расследования было установлено, что для получения места для захоронения в селах и поселках Баку необходимо потратить не менее 2 000 - 3 000 манатов. А стоимость места захоронения на Ясамальском кладбище особенно высока: 3 000 - 4 000 манатов на человека.
      Стоимость места для одной могилы на кладбище в Хырдалане начинается от 1 100 манатов и варьируется в зависимости от местоположения.
      На Мехдиабадском кладбище цена места на одного человека начинается от 2 000 манатов. Продажу мест на кладбище где-то контролируют муллы, а где-то председатели муниципалитета.
      Подробнее - в сюжете Baku TV.
      https://ru.oxu.az/society/869002
       
      • 27 replies
    • ОФИЦИАЛЬНОЕ ЗАЯВЛЕНИЕ в связи с затоплением кварталов в Хырдалане - ОБНОВЛЕНО + ВИДЕО
      Причина затопления улицы Мехди Гусейнзаде и 26-го квартала Хырдалана заключается в том, что данный район расположен во впадине.
      Об этом в ответ на запрос Oxu.Az сообщил пресс-секретарь ОАО "Азерсу" Анар Джебраиллы.
      Он отметил, что на указанной территории имеется канализационная инфраструктура. Именно этот участок - обочина дороги Сумгайыт - Баку является самой низкой точкой Хырдалана.
      "Поскольку данная территория представляет собой впадину, дождевые воды, формирующиеся в Хокмели, Атъялы, а также самом Хырдалане, устремляются сюда. Поэтому во время интенсивных дождей канализационные линии не выдерживают нагрузки, что в итоге приводит к наводнению.
      .
        
      Хочу отметить, что в свое время вся эта зона сплошь состояла из луж, озер и тростниковых зарослей. Потом территорию засыпали землей, построили дома.
      Если бы здесь не возвели здания, такой проблемы не возникло бы. Вода бы собиралась, часть ее впитывалась в почву, другая - испарялась, а третья - утекала.
      Одна из самых больших проблем на сегодняшний день - именно эта. Строительные дельцы осушают озера и лужи, строят на их месте дома, а после возникают такие сложности. Потом граждане жалуются, что подвалы домов и улицы затоплены", - заявил А.Джебраиллы.
      В завершение он отметил, что в настоящее время, когда дождь прекратился, большая часть проблем на упомянутой территории уже решена. Через пару часов воды там не останется.
      15:46
      Дождливая погода, наблюдаемая в Абшеронском районе, привела к последствиям в городе Хырдалан.
      Соответствующая информация поступила на горячую линию Baku.ws.
      На кадрах, сделанных одним из местных жителей, видно, что в Хырдалане затоплены улица Мехди Гусейнзаде и 26-й квартал.
      Данная ситуация выявила нахождение канализационной системы на указанной территории в аварийном состоянии.
      .https://ru.oxu.az/society/868584
        
      • 24 replies
    • Завершился первый полуфинал "Евровидения-2024": наши представители не прошли в финал - ОБНОВЛЕНО + ВИДЕО
      Завершился первый полуфинал международного песенного конкурса "Евровидение-2024", который проходит в шведском Мальме.
      Как передает Oxu.Az, по результатам голосования представители Азербайджана Fahree и Илькин Довлатов не прошли в финал конкурса.
      Отметим, что второй полуфинал пройдет 9 мая, а финал - 11 мая.
      7 мая, 23:27
      В шведском городе Мальме начался первый полуфинал 68-го по счету песенного конкурса "Евровидение".
      Как сообщает Oxu.Az, в первый день мероприятия выступят 15 стран, 10 из которых пройдут в финал.
      Следует отметить, что Fahree и Илькин Довлатов представят нашу страну на конкурсе с песней Özünlə apar. Они выступят под 12-м номером.  https://ru.oxu.az/politics/868797
      • 90 replies
    • В Баку снесут рынок Кешля
      Как сообщает Oxu.Az, соответствующая информация распространилась в социальных сетях.
      Причиной стало начало строительства новой автомобильной дороги от улицы Гасана Алиева параллельно проспекту Зии Буниятова до станции метро "Кероглу".
      Было отмечено, что снос будет осуществлен, поскольку часть дороги попадет на территорию рынка.
      В связи с этим мы направили запрос в Государственное агентство автомобильных дорог Азербайджана (ГААДА).
        Пресс-секретарь (ГААДА) Анар Наджафли сообщил Oхu.Az, что проводится разъяснительная работа.

      "В настоящее время подготавливаются размеры жилых и нежилых объектов, а также земельных участков, входящих в зону строительства. Проводится предварительная оценка строений, подпадающих под снос при проведении строительных работ. После того как эти работы будут завершены, можно будет что-то сказать по этому поводу", - сказал он.https://ru.oxu.az/society/868677
        • Like
      • 46 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...