Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Pritçalar ...


Recommended Posts

  • 1 month later...

İki rahib sübh tezdən yola düşdülər. onlar axşama qədər dağın başındakı monastıra çatmalı idilər. Yolları çaydan keçirdi. çayın sahilində bir gözəl qadın onlara yaxınlaşdı və xahiş etdi :

- məni də çayın o biri sahilinə keçirin...

Rahiblərdən biri üzünü çevirib getdi. o birisi isə qadına yaxınlaşdı, dinməzcə onu kürəyinə aldı və çayı keçirdi.

qadın təşəkkür edib onlardan ayrıldı. Rahiblər dinməzcə yollarına davam etdilər. axşama yaxın monastıra çatdılar. Biri artıq susa bilmirdi, dözmədi :

- sən o qadını niyə kürəyinə aldın ?  sən ona toxundun ... sən bilirsən axı, dinimiz bunu qadağan edir ! niyə belə etdin ?

- mən o qadını bu gün səhər çayın kənarında qoydum. və unutdum. sən isə hələ də onu qucağında daşıyırsan.

Edited by Sunyata
Link to comment
Share on other sites

İnam haqda pritça

Bir ateist olur, dağda getdiyi yerdə sürüşür, yıxılır uçuruma. Birtəhər yapışır ağac budağından, havadan asılı qalır. Qışqırır, bağırır, köməyə gələn olmur, əlləri də yavaş-yavaş gücdən düşür. Üzünü tutur göyə, deyir, Ay Allah, qələt eləmişəm sənə inanmamışam, indi məni xilas elə, həmişə sənə inanacağam. Bu vaxt göy yarılır, yuxarıdan Allahın səsi gəlir: "Sən bundan qabaq da bir-iki dəfə çətinliyə düşəndə belə vəd vermişdin, ancaq sonra yenə mənə inanmadın". Ateist ağlayır, deyir bu dəfə and içirəm ki sözümdən dönməyəcəm, ancaq sənə inanacağam. Allah deyir: "Yaxşı, sənə güzəşt edirəm, səni xilas edəcəyəm. Budağı burax". Ateist deyir: "Necə? Sən məni dəli hesab edirsən? Axı düşüb ölərəm!".

Zamin Hacinin Facebook sehifesinden goturulub

https://m.facebook.com/story.php?story_fbid=10152747936936684&id=682471683&refid=7&_ft_=qid.6066199499727696404%3Amf_story_key.-8593467460171975286&__tn__=%2As&fbt_id=10152747936936684&lul&_rdr#s_7edc320d08c877aa0379f9a051bbd7ee

Link to comment
Share on other sites

  • 1 month later...

Bir nəfər arvadın boşamaq istəyir. Ondan səbəbin soruşanda deyir: 

— Kişiyə yaraşmaz öz arvadının eybini özgələrə desin.


Boşanandan sonra arvadı başqası ilə ailə qurur. Yenə həmin kişidən soruşurlar:

— İndi deyərsən nə səbəbə boşanmısan? Daha sənin arvadın deyil ki. 

Kişi cavabında deyir:

— İndi də o, başqasının arvadıdır. Kişiyə yaramaz başqasının arvadınını qeybətini eləyib, eyiblərin acsın. 

 

Link to comment
Share on other sites

  • 8 months later...

Bir zamanlar reallıq idi, indi isə artıq pritça hesab oluna bilər.

 

Suriyada sel və daşqınların yuyub gətirdiyi güclü axınlar, daha öncə heç kimə məlum olmayan qədim bir qəbiri aşkara çıxartmışdı. Məlum olur ki, həmin məzarlıqda qadın dəfn olunub. Qadın öz dövrünün çox varlı və nüfuzlu xanımı imiş. O geyimdə və bütün bəzəkləri üzərində dəfn olunmuşdu. Qəbirin içində qızıl pullar və ziynət əşyaları ilə dolu bir sandıq da vardı. Sandığın üzrərində yazılmışdı : "Bizim ölkədə quraqlıq başladı. Bütün əkinlər və heyvanlar tələf oldu. Mən öz adamlarımdan birinə daşıya biləcək qədər pul kisəsi verib, ərzaq dalınca göndərdim. o qayıtmadı. Mən bahalı bəzəklər verib, başqa birini su dalınca yola saldım. qayıtmadı. Mən daha bir nəfəri, daş-qaş və qızılllar verib yola saldım. o da dönmədi. Və mən - ən dövlətli qadın acından və susuzluqdan öldüm"

Link to comment
Share on other sites

  • 1 month later...

Qədim Çində iki dost yaşayırdı.

Dostlardan biri istedadlı sənətkar və parlaq musiqiçi idi. Heç kim arfada onun kimi mükəmməl ifa edə bilmirdi. O biri dost isə gözəl dinləyici idi. Öz dostunu minnətdarlıqla dinləyib zövq alırdı. Günlərin birində o qəflətən vəfat edir. Musiqiçi isə arfanın simlərini kəsir, aləti qırır. Bundan sonra o daha heç zaman heç kim üçün musiqi ifa etmir.

Link to comment
Share on other sites

  • 2 weeks later...

İki canavar haqqında Hind pritçası

 

e55fb1b22130399a3418087b2f9640d4.gif

 

Çoxdan bəri , bir qoca öz nəvəsinə  bir həyat həqiqəti açmışdı .

 

- Hər insanda daxildə iki canavarın mübarizəsinə bənzər bir mübarizə gedir . Canavarlardan biri şəri təmsil edir : qibtə , qısqanclıq , eqoizm , təkəbbür ,  lovğalıq ,yalan .  İkinci canavar isə xeyirin təmsilçisidir :  sülh , sevgi, ümid, mərhəmət ,sədqət .

 

Uşaq bir qədər düşünüb soruşur :

 

- Bəs axırda  hansı canavar qalib gəlir ?

 

Qoca gülümsünüb cavab verdi :

 

- Həmişə qalib canavar sənin qidalandırdığın canavar olur .

 

 

277daadb2b288aef5b0b9e25ff668d5a.gif

çox maraqlıdı...

Link to comment
Share on other sites

Şah ov həvəskarı olur...Çox istədiyi yaxın bir dostu olur...Şah hər ova gedəndə dostunuda özüylə götürür...Dostununda tez-tez işlətdiyi bir söz olur...-Belə olsa yaxşıdır-...Bir gün yenə ov zamanı şahın əlində tüfəng açılan zaman nasazlıqdan xəta ilə nəticələnir...Şahın baş barmağı dibindən üzülür...Şah ağrıdan zarıyır,həmçinin barmağının yoxluğuna heyfslənir...Dostu  şahın əlini sarıyaraq deyir-belə olsa yaxşıdır-...Şah bərk qəzəblənib dostuna deyirki, mən barmağsız qalacam sən isə deyirsənki belə olsa yaxşıdır...Beləliklə Şahın  qəzəbi soyumur dostunu bu sözünə görə cəzalandırıb onu zindana  salır...

Bu hadisənin üstündən bir müddət keçir...Şah yenə tüfəngini götürüb ova çıxır...(təkcə)...Ov zamanı Şah ova çıxmış adamyeyənlərlə rastlaşır...Onlar Şahı öz yerlərinə gətirir...Soyundurub Şahı odda yandırıb yemək istəyirlər ki, baxıb görürlə baş barmağı yoxdur...Onlar Şahı buraxıb azad edirlər...Çünki onların inancına görə bədənində çatışmayan yeri olan insanı yemək olmaz...Xəstə sayılır...

Şah geri qayıdır...Sağ-salamat qurtardığı üçün çox sevinir...Birdən dostu və onun sözləri yadına düşür...(belə olsa yaxşıdır)...Zindana gəlib dostunu azad edir və başına gələn əhvalatı danışır...Dostuna deyir sənin bu  belə olsa yaxşıdır məsəlin həqiqət imiş, bağışla ki, səni gör neçə vaxtdır zindanda saxlamışam...Dostu cavabında  deyir -belə olsa yaxşıdır-...

Şah heyrətlənib deyir...Neçə vaxtdır zindanda qalmısan yenədə deyirsənki, belə olsa yaxşıdır...İndi bunun hikmətini başa sal görək nə deməkdir?

Dostu deyir...Burda nə var axı başa düşməməli...Məni zindana salmasaydın ova yenə ikimiz çıxacagdıq...Adam yeyənlər  səni buraxacaqdılar,amma məni basıb yeyəcəkdilər...

Link to comment
Share on other sites

  • 2 weeks later...

Həyat bizdən ibarət deyil.

 

Nyu-York şəhərinin taksi sürücülərindən biri öz “Facebook” səhifəsində başına gəlmiş hadisəni paylaşıb.“Mən sifariş verilən ünvana gəldim və siqnal verdim.Bir neçə dəqiqə gözləyəndən sonra yenidən siqnal verdim. Bu, mənim axrıncı sifarişim idi. Maşını sürüb getmək istədim, amma getmədim. Maşını park edib qapıya yaxınlaşdım, zəngi çaldım. “Bir dəqiqə”, – kövrək bir qadın səsi eşidildi. Deyəsən nəyisə sürüyə-sürüyə gətirirdi.Bir neçə dəqiqəlik fasilədən sonra qapı açıldı. Qarşımda 90 yaşlı, balaca boylu bir qadın dayanmışdı. Pambıq don geyinmiş, duvaqlı papaq taxmışdı. Sanki 1940-cı illərin filmlərindən çıxmışdı. Yanında balaca bir çemodan vardı. Evdə deyəsən uzun illər heç kim yaşamamışdı. Bütün əşyaların üstünə ağ parça sərilmişdi, divarlarda saatlar, şəkillər yox idi.“Çemodanı maşına apara bilərsinizmi?” – dedi qadın. Mən çemodanı maşına qoyub qadına kömək etmək üçün geri qayıtdım. Əlimdən yapışıb astaca maşına doğru irəlilədi.Dayanmadan xeyirxahlığıma görə təşəkkür edirdi. “Bir şey deyil”, – deyirdim – “Mən bütün sərnişinlərimə hamının anama davranmağını istədiyim kimi davranmaq istəyirəm”.“Sən necə yaxşı oğlansan” – o dedi. Maşına əyləşəndə mənə bir ünvan verdi, sonra əlavə etdi: “Olar ki, biz ora şəhərin mərkəzindən keçib gedək?”.“Axı bu yol uzun olacaq” – mən dedim.“Oh, heç nə olmaz. Mən tələsmirəm. Onsuz da “Qocalar evi”nə gedirəm”.Güzgüdən ona baxdım, gözləri parıldayırdı. “Ailəm çoxdan dağılıb”, – davam elədi: “Həkim deyir, ömrümə çox az qalıb”.Mən sakitcə sayğacı söndürdüm.“Haralardan keçmək istəyirdiniz?” – deyə soruşdum.Növbəti iki saat ərzində biz bütün şəhəri fırlandıq. O, mənə nə vaxtsa liftçi işlədiyi binanı göstərdi, əri ilə yaşadığı rayondan keçdik, balaca vaxtı getdiyi rəqs məktəbini görüb sevindi, heyf ki, indi oranı mebel anbarı etmişdilər.“Yoruldum, deyəsə, getmək vaxtı çatdı” – qaranlıq düşəndə dedi. Biz sakitcə o ünvana yollandıq. Sanatoriyaya bənzəyən bir yer idi. Çatan kimi qocalar evinin iki işçisi yaxınlaşdı, qoca qadına maşından düşməyə kömək elədilər. Görünür, onu gözləyirdilər. Mən çemodanı maşından çıxartdım.“Mən sizə nə qədər borcluyam?” – o soruşdu.“Heç nə” – mən dedim.“Siz axı evə pul aparmalısınız” – o dedi.“Başqa sərnişinlər də var” – dedim.Qəfil əyilib onu qucaqladım, o da məni eyni sevgi ilə qucaqladı.“Sən qoca bir qarını xoşbəxt etdin” – dedi, – “Təşəkkür edirəm”.Mən onun əllərini sıxıb sağollaşdım. Qayıdanda daha sərnişin götürmədim. Fikirləşdim görəsən, mən yox, başqa bir sürücü çıxsaydı onun rastına, necə olardı? Bəs mən onu gözləməyib getsəydim, necə olardı? Bu günə kimi həyatımda bundan daha vacib iş görmədiyimin fərqinə vardım.Biz belə düşünməyə öyrəşmişik ki, həyatımız həmişə böyük hadisələrin ətrafında fırlansın. Biz həyatı dərk etmək üçün ciddi nəsə baş verməsini gözləyirik. Amma bəzən elə xırda şeylər olur ki, sənin ürəyinin dərinliklərinə təsir edir. Halbuki başqalarına adi şey kimi görünə bilər…”

Link to comment
Share on other sites

Üç Pərvanə və Şam.

Üç pərvanə şamın ətrafında uçub onun mahiyyəti, onun nə olduğu haqda düşünürlər. Pərvanələrdən biri bir az şama yaxınlaşıb deyir:

– O işıq saçır.

İkinci pərvanə daha çox yaxınlaşıb deyir:

– O istidir, soyuqda da qızdırır.

Lakin üçüncü pərvanə alovun tam içinə girib yox olur və geri qayıtmır. O sualının cavabını tapır. Amma bunu başqalarına deyə bilmir. Həmin pərvanə kimi həqiqəti tapanlar onu insanlara deyə bilmir. Ona görə bilməyənlər danışır, bilənlər isə susur.

Link to comment
Share on other sites

  • 3 months later...

Üç qarışqa gedir qabaqdakı deyir ki, arxamca ikisi gəlir, ortadakı deyir ki, arxamca biri gəlir, arxadakıda deyir ki, arxamca beşi gəlir. Fikirləşirlər ki görəsən arxadakı qarışqa nə deməy istəyir. Qarışqalardan biri deyir ki heçnə deməy istəmir arxadakı qarışqa yalan deyir.

Link to comment
Share on other sites

  • 4 months later...
В 13.11.2014 в 14:27, ىαℓαℳ ℴℒى∪η✍ сказал:

Bir nəfər arvadın boşamaq istəyir. Ondan səbəbin soruşanda deyir: 

— Kişiyə yaraşmaz öz arvadının eybini özgələrə desin.


Boşanandan sonra arvadı başqası ilə ailə qurur. Yenə həmin kişidən soruşurlar:

— İndi deyərsən nə səbəbə boşanmısan? Daha sənin arvadın deyil ki. 

Kişi cavabında deyir:

— İndi də o, başqasının arvadıdır. Kişiyə yaramaz başqasının arvadınını qeybətini eləyib, eyiblərin acsın. 

 

Belə kişiyə özüm evlənmə təklif edərdim, nəinki boşanmaq.

  • Upvote 1
Link to comment
Share on other sites

     Bir şir bir insanı qovur. İnsan bir müddət qaçandan sonra dayanır, dönüb şirə qəzəblənir:

     - Bəsdir! Dalımca qaçma!

     Şir cavabında:

     - İnsan iyi vermə!

İdris Şah

Edited by sultanat
  • Upvote 1
Link to comment
Share on other sites

В ‎26‎.‎04‎.‎2016 в 18:18, sultanat сказал:

     Bir şir bir insanı qovur. İnsan bir müddət qaçandan sonra dayanır, dönüb şirə qəzəblənir:

     - Bəsdir! Dalımca qaçma!

     Şir cavabında:

     - İnsan iyi vermə!

İdris Şah

çoxmənalı məzmunu var )

  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 weeks later...

Hövsələniz çatsa axıra qədər oxuyun.

Tanrı sizləri zırdan qоrusun.

Nə vaхtdı vəzirlə şah söhbət edir,

Arada vaхt seli çağlayıb gedir.

Səadət anları yaşayır vəzir,

Хəyalı cənnətdə - göylərdə gəzir.

Şahın оna оlan mehribanlığı,

Cоşdurur canında damarı, qanı.

Оna elə gəlir şah bir Günəşdi,

Оturduğu saray sоnu yох ərşdi.

Şah оnu çох sevir, çох hörmət edir,

Ağlına, sözünə çох heyrət edir.

Bu gün də sevimli, əziz gün idi,

Bu gündüz elə bil nəhəng gül idi.

Yenə şah danışır, vəzir dinləyir,

Köksünə əl basıb şaha baş əyir.

Razılıq edirdi şah da vəzirdən,

Bəzən qibtə edir оna gizlindən.

Yenə şah danışır, dinləyir vəzir,

Хəyalı göylərdə, yerlərdə gəzir.

Fikri uzaqdadı, sarayda özü,

Qulağı tutmadı şah deyən sözü.

Хəyaldan ayılıb çəkdi dərin ah,

Dedi ki, - nə gözəl zır söz dedin, şah!

Elə ki, eşitdi şah belə sözü,

Çəkildi qaşları, qaynadı gözü.

Qəzəblə qışqırdı: - Zır - nədi, vəzir,

О kimdi, nəçidi? Sarayda gəzir?

Vəzirin qоrхudan dоdağı əsdi,

Demək istədiyi sözlər tələsdi.

- Adicə söz idi çıхdı dilimdən,

О, necə kim оlar? Sözdü, dedim mən.

Şah dedi:

- Zırı göstərməsən qırх günə mənə,

Bоynun vurulacaq! Deyirəm sənə!

Şah durub qəzəblə оnu tərk etdi,

Vəzir ələmlərlə evinə getdi.

Хəyalı, fikiri göyləri eşdi,

Düyün açılmadı, halı dəyişdi.

Çağırdı sirr bilən çох el mərdini

Açdı ürəkdəki ağır dərdini.

Çохuna töksə də vəzir çох tədbir,

Özü çarəsizdi, açılmayır sirr.

Keçib оtuz dоqquz qapqara günlər,

Göstərə bilməyir vəzir bir hünər.

Izləyir vəziri qara qоrхu da,

Özünü asılmış görür yuхuda.

Çıхıb səksəkəli yuхudan, gecə,

Götürdü su, çörək, sоyutma beçə.

Bir az da qızıl pul yığdı heybəyə,

- Bir də uşaqları о görməz - deyə.

Оyatdı оğulu, qızı, gəlini,

Yarının çiyninə qоyub əlini:

- Bilmirəm Allahdan qismətim nədi?!

Halallıq istəyib - gedirəm - dedi.

Ailədə adamlar dоnub qaldılar,

Vəziri kədərlə yоla saldılar.

Vəzir düşdü yоla, yоlları yığdı,

Ürəkdən ah, aman, göz yaşı yağdı.

Gedirdi çay bоyu qəmli, fikirli,

Ayaq - gedək deyir, ürək çəkirdi.

Gördü bir çоbanı, yanında sürü,

Dedi - salam verim, bağlandı dili.

Düşündü - hardaydım, haradır yerim,

Çоbana-çоluğa mən salam verim?!

Başında fikirlər qaynadı, daşdı,

Çarəsiz, çоbana хeyli yanaşdı.

Dedi: - Çоban qardaş, salaməleyküm,

Vəzir eşitmədi - salaməleyküm.

Çоban çоmağını qapıb çımхırdı,

Elə bil tоrpaqdan vulkan çıхırdı.

- Görmürsən arхaca yatıb qоyunlar?

Vuraram çоmağı, beynin sоvrular!

Vəzir çох düşündü. Хəyala dalıb:

- Salamın qоyuna nə dəхli qalıb?

Düşündü: - Deyəsən, tapmışam zırı,

Nisiyə nə gərək, varsa hazırı?

Fürsətdi, ay vəzir! Səs gəldi qeybdən,

Götürüb bir оvuc qızıl heybədən.

Yanaşdı çоbana, dedi - ay qardaş,

Alsan, sənin оlar çоban, bu qaş-daş.

Mənimlə şəhərə gedək, dönəndə,

Yenə də bir belə qızılın məndə.

Çоban qızdı, cоşdu: - Ağam nə deyər,

Sürünü qurd yeyər, о, məni döyər.

Mən belə хəyanət edə bilmərəm,

Sürünü buraхıb gedə bilmərəm.

Vəzir qоşa оvuc qızıl götürdü,

Bu qızıl çоbanı cuşa gətirdi.

Dedi: - Kişi, dayan, gözlə sən məni,

Deyim qоyunlara ağam deyəni.

- Ağam deyən dua, tanrı, sən saхla,

Deyib, о, arхacı cızdı çоmaqla.

Dedi: - Gedək kişi, vaхt gedər hədər,

Geri dönməliyəm aхşama qədər.

Vəzirin ürəyi, ruhu dirçəldi,

Çоbanla birlikdə saraya gəldi.

Gördü ki, şah bu gün оturub taхta,

Fürsəti vermədi yel kimi vaхta.

Şah uca kürsüdən "cənnət"ə baхır,

Охuyan bülbüllər ürəyi yaхır.

Vəzir gözləyirdi elə bu anı,

Açıb dal qapını hisli çоbanı.

Buraхdı "cənnət"ə, qapını örtdü,

О baхıb duruхdu, bir qədər pörtdü.

Güllərin ətiri, quşların səsi,

Cüyürün, ceyranın isti nəfəsi,

Çоbanı məst etdi, çоban bayıldı,

Elə ayaq üstə yatdı, ayıldı.

Dedi: - Cənnətdəyəm, sus, sus, amandı,

Məni gətirən də yəqin Qılmandı.

Çоmağı söykəyib qapı dalına,

Əl çəkib başına, geniş alnına,

О gülü, bu gülü qохlayıb güldü,

Dоğrudan, bu yeri о, cənnət bildi.

Şah da matdım-matdım baхırdı оna,

Bu, nə оlan işdi? Gəlmir ağlına.

Çоban baş qaldırıb gördü ki, birdən,

Kimsə baхır оna bir uca yerdən.

Düşündü: - Dоğrudan cənnətdi bu yer,

Baх, о da Allahdı, görən nə deyir?

Baş əyib dilləndi: ey böyük Allah,

Qulunam, bağışla, etmişəm günah.

Şah оna heyrətlə baхıb yuхardan

Dedi ki, sən kimsən, gəlmisən hardan?

Nə Allah, nə filan, dəli оlmusan?

Nə cəsarətlə məni ələ salmısan?!

Duruхub düşündü çоban bir qədər:

Güman ki, gəzməyə çıхıbdır Allah,

Peyğəmbərdi, tutub yerində qərar!

Baş əyib söylədi: - Salam, peyğəmbər,

Saldı cənnətinə məni bir nəfər;

Sənin mələyindi, ya qılmanındı,

Danışdı, bildim ki, müsəlmanındı.

Qəzəblə оynadı kürsüsündə şah;

- Nə pis хəbər ilə açılıb sabah?!

Burada yaşamır peyğəmbər, Allah

Ay kişi, ayıbdır, eləmə günah.

- Yəqin peyğəmbər də Allahla gedib?!

Deyərək bir daha о təzim edib

Dilləndi: - Mоllacan, хоş gördük səni,

Qılmandı, ya mələk, gətirdi məni.

Daha da qızışdı, dalğalandı şah:

- Tərk et bu yerləri! Ədəbsiz, əclaf!

Şahın bu sözləri tutdu çоbanı,

Kənara qоymuşdu, qapdı çоmağı.

- Sən Allah, peyğəmbər, mоlla deyilsən,

De, görüm, ay aхmaq, оrda neylirsən?

Çоban bunu deyib şaha girişdi,

Şah çоmaq zərbindən yerə sürüşdü!

Haray-həşir qоpdu, vəzir yetişdi,

Gözlədiyi fürsət əlinə düşdü.

- Bunu kim gətirib, burda nə gəzir?

Şaha əl qaldırır, bu, kimdir, vəzir?

- Qırх gündür gəzirəm, qalmayıb tabım,

Dediyin zırdı şah, səhradan tapdım.

- Vəzir, bu zır mənə gəldi çох baha,

Elə et, görməyim оnu bir daha!

Охucum, arzumdu, etmə ki, günah,

Səni belə zırdan qоrusun Allah.

  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 weeks later...
Sehirbaz və qoyunlar haqqında pritça.

 

Meşə arasında geniş talada böyük sürüsü olan bir sehrbaz yaşayırdı. Hər gün o sürüdən bir qoyun yeyirdi. Lakin qoyunlar sehrbaza çox çətinliklər yaradırdılar, belə ki, onların hər biri meşənin bir tərəfinə qaçır, sehrbaz isə onlardan birini tutmalı, digərlərini isə yenidən sürüdə toplamalı olurdu. Əlbəttə ki, tutulan qoyun öldürüləcəyini hiss etdiyi üçün qışqırmağa başlayır və bu da digər qoyunları qorxudurdu. Vəziyyəti belə görən sehirbaz hiylə işlətmək və qoyunların hər biri ilə təklikdə danışmaq qərarına gəlir.

Birinə deyirdi: “ Sən qoyun deyilsən, sən də mənim kimi bir insansan. Qorxmağın üçün heç bir səbəb yoxdur, axı mən yalnız qoyunları yeyirəm, sən isə bu sürüdə yeganə insansan və deməli mənim dostumsan.”

Digərinə deyirdi: “ Niyə digər qoyunlar kimi məndən qaçırsan? Axı sən aslansan və heç nədən qorxmamalısan. Mən yalnız qoyunları yeyirəm, sən isə mənim dostumsan”

Başqa birinə isə “Sən qoyun deyilsən, sən canavarsan. Hörmət etdiyim canavar. Mən həmişəki kimi hər gün bir qoyun tutub öldürəcəyəm, amma sən canavar olduğun üçün heç bir qorxun olmamalıdır. ” deyirdi

Bu minvalla o hər qoyunla təklikdə danışır və hər birinə qoyun olmadığını, digərlərindən fərqləndiyini təlqin etməyə çalışırdı. Bu danışıqlardan sonra qoyunların davranışı dəyişməyə başladı. Onlar artıq qorxmur və meşəyə qaçmırdılar. Və sehirbaz hər dəfə bir qoyunu öldürdüyü halda digərləri özlüyündə “ Aha növbəti qoyun öldü, mən isə sehirbazın ən yaxşı dostu olan “insan”, “şir”, “canavar” və s. heç nədən qorxmamalıyam” deyə düşünürdülər.

Hətta öldürdüyü qoyunlar da müqavimət göstərmirdilər. Sehirbaz sadəcə olaraq onlara yaxınlaşır və deyirdi : “Əziz dostum uzun zamandır ki, səninlə heç söhbət etmirik. Gedək evimə, səninlə sürü barədə məsləhətləşmək istəyirəm”. Qoyun isə böyük qürur hissi ilə sehirbazın arxasınca gedirdi. Orada o doğrudan da sürü haqqında soruşur, qurban isə sevinclə ona hər bir məlumatı veridi. Daha sonra isə sehirbaz onu öldürürdü. Bu ani baş verdiyi üçün qurban heç nə hiss etmirdi. Sehirbaz çox razı idi. Hər bir qoyuna özünü yüksək qiymətləndirmə təlqin etmişdi və nəticədə onlar qaçılmaz olmayan ölüm haqqında düşünmür, həyatdan zövq alırdılar. Ən maraqlısı isə odur ki, bəzən onlar sehirbaza digər qoyunları tutmaqda da köməklik edirdilər. Belə ki, sürüdən bir qoyun şübhələnməyə başladıqda özünü insan, şir, canavar hesab edən qoyunlar bu barədə sehirbaza dərhal məlumat verər və o da həmin qoyunu öldürərdi. Beləcə sehirbaz böyük bir sürünü rahatlıqla idarə edirdi...

 

 

 

 

Super

Link to comment
Share on other sites

  • 3 months later...

İnsanlar niyə qışqırır?

Bir dəfə müəllim tələbələrdən soruşdu:

- İnsanlar niyə mübahisə edəndə qışqırır?

- Çünki əsəbiləşirlər, sakit ola bilmirlər – biri cavab verdi.

- Qarşındakı adam düz yanındadırsa, qışqırmaq nəyə lazımdır? – müəllim soruşdu – Olmazmı ki, sakit danışasan?

Tələbələrin hərəsi bir cavab verdi. Lakin heç biri müəllimi razı salmadı. Axırda özü izah etməli oldu:

- İnsanlar bir-birilərindən razı olmayanda, mübahisə edəndə onların ürəkləri bir-birindən uzaqlaşır. Ona görə də bir-birlərini eşitmirlər və qışqırmaq məcburiyyətində qalırlar. Nə qədər çox əsəbiləşirlərsə, bir o qədər bərkdən qışqırırlar. Bəs insanlar bir-birlərini sevəndə nə baş verir? Onlar qışqırmırlar. Əksinə sakit danışırlar. Çünki ürəkləri bir-birinə çox yaxın olur və qışqırmağa ehtiyac qalmır.

- Bəs bir-birinə da çox aşiq olanda nə baş verir? – müəllim davam etdi. Ümumiyyətlə danışmırlar, sadəcə pıçıldayırlar və sevgi onları daha da yaxın edir. Onlar sadəcə bir-birlərinin gözünün içinə baxır və danışmadan bir-birlərini başa düşürlər. Mübahisə etdiyiniz zaman ürəklərinizə bir-birinizdən uzaqlaşmağa icazə verməyin, aranızdakı məsafəni artıran sözlər işlətməyin. Çünki bir gün gələr, məsafə o qədər uzaq olar ki, ona gedən yolu tapa bilməyəsiniz.

  • Upvote 1
Link to comment
Share on other sites

  • 1 month later...

Şahmat və Nərd

Keçmiş zamanda Hind imperatoru şahmat oyunu yanında bir məktubla Fars imperatoruna göndərmişdir. Məktunda oyuna dair bir açıqlama verməyən imperator belə bir mesaj yazmışdır. 
"Kim daha çox düşünür , kim daha yaxşı bilir və kim daha uzaqgörəndirsə o qazanar. -Bax həyat budur "
Fars imperatoru o dövrün ən alim vəziri olan Buzur Mehir ilə mesajı paylaşaraq ondan oyunu açıqlamasını və qarşılıq olaraq Hind imperatoruna hədiyyə etmək üçün başqa bir oyun düşünüb icat etməsini istər. Vəzir aylarla çalışdıqdan sonra göndərilən oyunun hər fiqur hərəkətini çözər və 10 gün ərzində Nərd oyununu kəşf edər və imperatora təqdim edər. 
Buzur Mehir tərəfdən 1400 il öncə icad edilən Nərd oyunu dünyanın ən məşhur oyunlarından biridi. 4 tərəfi- 4 mövsümü , üz-üzə 6 dənə xana -12 ayı , daşların toplam sayı 30 günü , qara və ağ rəngdə olması gecə ilə gündüzü və hər tərəfdə 12 xanının olması - 24 saata işarədir. 
Hind imperatoruna Şahmat oyununa cavab olaraq kəşf olunan Nərd oyunu ilə birlikdə bir məktub da göndərilir. Məktubda bu sözlər yazılır.
" Bəli, kim daha çox düşünüb , kim daha yaxşı bilərsə , kim daha uzaqgörəndirsə o qazanar. Amma biraz da şans gərəkdir. Bax həyat budur"

VjIXh80XvRA.jpg

zhMDWYyGld8.jpg

  • Upvote 1
Link to comment
Share on other sites

Rəvayətə görə bir varlının və də bir kasıbın uşaqları bir sinifdə oxuyurmuş. Zəngin olan kişinin oğlu hər zaman dərsllərindən aşağı qiymət alar və danlanarmiş… Kasıbın oğlu yüksək qiymət alar və hər zaman təriflənərmiş.
Bir gün zəngin bəyzadə öz oğlunu da götürüb müəllimi danlamağa gələr. Deyir ki, mənim oğlum zəngin, atası böyük nüfuza malik bəs niyə o yoxsul gədanın oğlu mənim oğlumdan yaxşı qiymət alır, təriflənir… (aciqli halda ) 
Müəllim: — Bilmək istəyirsinizmi səbəbi? 
Zəngn bəyzadə :- Bəli! 
Müəllim uşaqlara eyni tapşirıq verib deyir ki, sabaha kimi hazır olsun tapşırıq belədir. Qonşunun hinindən yumurta götürmək, amma bu yumurta elə götürülməlidir ki, hec kim görməsin. 

Uşaqlar evə gəlir səhər olur həm kasıb həmdə zəngin valideyinlərin hər ikisi uşaqları ilə bərabər məktəbə gəlir. 
Müəllim soruşur tapırığımı yerinə yetirdinizmi ?
Zəngin balası ucadan fərəh hissi ilə: — Bəli müəllim! Yumurtanı müəllimə verir. 
Muəllim kasıb şagirdindən soruşur sən niyə dinmirsən yoxsa tapşırığı yerinə yetirməmisən?
Uşaq məyus halda :- Xeyr müəllim .
Müəllim:- Niyə?
Uşaq: -Müəllim Vallah necə dəfə girdim hinə həm gündüz, həm qaranliqda ha calişdim yumurtanı götürəm, amma məni kimsə görürdü. Ona görə də götürə bilmədim… 
Müəllim:- kim? 
Uşaq: -Vicdanım, Allahım həm gecə, həm gündüz, həm işiqda, həm qaranləqda məni izləyirdi .

Müəllim üzünü zəngin bəyzadəyə tutub deyir: — indi gördünüzmü sənin tərbiyə verdiyinlə saymadığın, ayağının tozu qədər qiymət vermədiyin yoxsulun verdiyi tərbiyəni ?

xDE_B3YfCKo.jpg

  • Upvote 1
Link to comment
Share on other sites

Günlərin bir günü papaqçılıqla məşğul olan ata 2 övladını yanına çağırır və onlara deyir ki, bildiyiniz kimi biz papaq tikib satmaqla məşğul oluruq və bu ticarəti genişləndirməliyik. Bunun üçün də siz gərək ayrı-ayrılıqda başqa şəhərlərə gedəsiz, o yerlərin şəraiti ilə tanış olasız ki, biz o şəhərlərdə papaq sata bilək.Qardaşlar yola düşür. Lakin bir - birindən xəbərsiz təsadüfən ikisi də eyni şəhərə gedirlər. Şəhərlə tanış olan və insanların yaşayış tərzini diqqətdən keçirən böyük oğul bir müddətdən sonra atasına belə bir məktub yazır. " Ata mən bu şəhərdə insanların geyim tərzinə fikir verdim, və gördüm ki, onlar papaqdan istifadə etmirlər geyimlərində.
Aradan yenə bir müddət keçir, kiçik oğul da şəhəri və insanları nəzərdən keçirəndən sonra o da atasına məktub göndərir " əziz ata mən şəhərə gələn andan hiss etdim ki, şəhər sakinləri ümumiyyətlə papaqdan istifadə etmirlər. Mən belə qənaətə gəldim ki, burda papaq tikib satsaq insanlara maraqlı gələr, onlar ilk dəfə gördükləri bu geyimə həvəs edib alarlar. Əgər şəhərin yarsına papaq sata bilsək, çoxlu mənfəət əldə edə bilərik. 

P. S. Yaşamış olduğumuz həyatda insanlarla münasibətdə, hansısa bir hadisəyə fikir bildirəndə nəzər nöqtəmiz daha geniş diapazonda olmalıdı. Biz fərqli yanaşmalarla həyatımızı gözəlləşdirə bilərik. Buna imkan və şərait var buna inanın. Allah düşünə bilmək kimi bir bacarıq verib bizə. Bundan şükür edərək istifadə etmək lazımdır. " Yarım stəkan suya baxanda bədbinlikdən - bu nədir? yarsı ki boşdur bunun - demək əvəzinə - nə yaxşı! Yarısı ki, doludur bunun -deyə bilək misal üçün "
 
 
Возм

OuFYg3Ls0Jo.jpg

Link to comment
Share on other sites

Bir gün bir kişi evinin qarşısında əlavə bir otaq tikdirmək üçün gedib 2 usta və 2 fəhlə ilə danışır və onlardan səhər tezdən işə başlamalarını xahiş edir. Ev sahibi otağın tez hazır olmasını istəyir ki,qış gəlmədən o otaqda da yaşayış olsun. Ustalar səhər tezdən gəlib işə başlayırlar. Bir-iki gün normal işləyirlər. Hər şey öz qaydasında gedir. Nə ev sahibinin şikayəti, nə də ustaların bir narazılığı olmur. Lakin sonradan ustalar ev sahibinin simic -xəsis olduğunu görüb, işi ləng aparırlar. Bunun fərqinə varan ev sahibi başda bir şey deməsədə , onların bu gedişlə işi ancaq qışın ortasına bitirəcəklərini nəzərə alıb , onlara etirazını bildirir. 
- Qardaş belə olmaz axı , siz belə ləng işləməklə mənim planlarımı alt-üst edirsiz. İşi biraz tez görün .
Ustalardan biri hazırcavab olduğundan önə gəlib kişiyə belə bir cavab verir. 
- Sən verirsən şordan-mordan, biz də vururuq ordan-burdan.
Sən verginən ətdən-mətdən, biz də vuraq bərkdən-bərkdən

P.S Günümüzdə ən çatışmaz cəhətlərdən biri də özümüzdəki çatışmazlıqları görməyib , başqasında səhv axtarmaqdı. Düzdü fikir bildirmək lazımdı- qədərində və kimsəyi incitmədən,alçaldıb və xor görmədən..
Əgər hər kəs öz qüsurları , səhvləri və günahları barəsində düşünsə bir çox fəsadlar aradan qalxar..

Link to comment
Share on other sites

Bir gün balaca bir qəsəbəyə varlı bir turist gəlir. Turist bir neçə günlük gecələmək üçün, bir otelə gedir. Öncədən icarə üçün 100 dollar otelin sahibinə ödəyib, yuxarı mərtəbəyə — otaqlara baxmaq üçün qalxır. Otelin sahibi 1 dəqiqə belə gözləmədən pulu götürüb, qaçaraq ət dükanına gedib borcunu ödəyir.
Qəssab pulu götürüb sevinərək fermerin yanına, bir neçə gün əvvəl borca aldığı inəyin pulunu ödəməyə gedir.
Fermer pulu götürüb avtomobil dəzgahxanasına gedib öz borcunu ödəyir.
Dəzgahxananın sahibi pulu götürüb bir neçə gün əvvəl mağazadan etdiyi alış-verişin pulunu ödəyir.
Mağazanın sahibi pulu götürüb neçə gündür gecikdirdiyi işçisinin maaşını ödəyir.
İşçi xanım pulu götrüb qaçaraq hotelin sahibinin yanına gedib, ona olan borcunu ödəyir.
Bu zaman turist otel sahibinin yanına enir və bildirir ki, yuxarda onun üçün münasib otaq yoxdu. Turist icarə üçün qoyduğu pulu geri götürür və oranı tərk edir.

Heç kim heç nə qazanmadı, amma qəsəbə sakinlərinin artıq bir-birlərinə borcu yoxdu və onlar gələcəyə ümidlə baxırlar.

Link to comment
Share on other sites

Məşhur ürək həkimi De Bakeyin maşını xarab olmuşu. Əlacsız qalan həkim maşını təmirə apardı. Təmirçi maşının kapotunu açdı və üzünü De Bakeyə tutaraq:
- Sizdən bir şey soruşmaq istəyirəm, - dedi
Həkim başı ilə razılığını bildirdi. Təmirçi davam etdi:
- Hardasa ikimiz də eyni işi görürük. Məsələn, mən indi diqqətlə kapotu açacaq, bir baxışda problemin nədən ibarət olduğunu anlayacağam. Qapaqcıqları təmizləyəcək, ya da kabelləri, motor yağını dəyişdirəcəyəm. Hətda lazım gəlsə, motoru çıxarıb yerinə yenisini qoyacağam. Elə isə deyin, nə üçün siz milyonlar qazanırsınız, mən isə qəpiyə güllə atıram?
Bunu eşidən De Bakey təmirçiyə tərəf əyilərək qulağına bu sözləri dedi:
- Bütün bunları motor işləyərkən necə, bacararsınızmı?
Link to comment
Share on other sites

İnciklik haqqında pritça

Şagird ustadın yanına gəlib soruşdu:

- Sən müdrik adamsan, ustad. Sənin əhval-ruhiyyən həmişə yüksəkdir. Heç vaxt əsəbiləşmisən. Mənə də belə olmağı öyrət!

Ustad razılaşdı və şagirdinə dedi ki, ona bir şəffaf torba və kartof gətirsin:

- Əgər aranda kiminləsə problem olacaqsa, ona əsəbiləşəcəksənsə, onun adını kartofun üstünə yaz və torbanın içinə at.

- Vəssalam? – təəccüblənən şagird soruşdu.

- Yox – ustad cavab verdi – sən həmişə bu torbanı özünlə daşımalısan. Hər dəfə kimdənsə incidinsə, bura kartof əlavə etməlisən.

Şagird razılaşdı. Bir müddət keçdi. Şagirdin torbası kartofla doldu və ağırlaşdı. Həmişə bu torbanı özüylə daşımaq narahatlıq yaradırdı. Üstəlik torbaya lap əvvəldə atdığı kartof artıq çürüməyə başlamışdı. Torbadan pis iy gəlirdi. Şagird ustadın yanına gəlib dedi:

- Artıq bu torbanı daşımaq mümkün deyil. Əvvəla, çox ağırdı. Həm də kartoflar xarab olub. Nəsə başqa bir təklifin yoxdur?

Ustad cavab verdi:

- Orda baş verənlər, elə sənin özünlə də baş verir. Sadəcə sən bunu dərhal başa düşmürsən. Əməllərimiz vərdişlərə, vərdişlər isə zamanla xarakterə çevrilir. Belə xarakterdən isə üfunətli qüsurlar doğur. Mən sənə bütün bu prosesə kənardan baxmaq imkanı yaratdım. Hər dəfə sən kimdənsə inciməyə, yaxud kimisə incitməyə hazırlaşanda, düşün ki, sənə bu yük lazımdırmı?

  • Upvote 1
Link to comment
Share on other sites

                                                                 DÜNƏNDƏN SÜRƏTLİ

Hər səhər bir Ceyran oyanar Afrikada. Başında tək bir düşüncə - ən sürətli qaçan aslandan daha sürətlə qaça bilmək. Yoxsa aslana yem olacaqdır.

Hər səhər bir Aslan oyanar Afrikada.
Başında tək bir düşüncə - ən yavaş qaçan ceyrandan daha daha sürətli qaçmaq. Yoxsa acından öləcəkdir.

İstər aslan olun, istərsə də ceyran heç önəmi yoxdur. Yetər ki, günəş doğduğunda hərəkət halında olmağımızı bilməmiz gərək. Həm də bir öncəki gündən daha çox hərəkət etməyimizi bilməliyik.

Yaşam adlı qaçhaqaçı nə gözəl ifadə etmiş Afrika atalar sözü- " Dünənki gündən daha bərk qaçmaq lazım. Çünki əgər aslansınızsa və yavaş qaçan ceyranı bir gün ovlamısınızsa və bu gün də bir ceyranı tutmaq niyyətindəyəsəniz , artıq bilmisiniz ki, ən yavaş qaçan ceyran sizdən daha sürətlidir. Bu halda dünənə görə sürətinizi artırmanız gərək.

Yox əgər ceyransınız və hələ aslana yem olmayıbsanızsa, sürətinizi dünənə görə mütləq şəkildə artırın. Çünki sıra sizə gəlmişdir.

Yəni: Həyat qaçışında davam etmənin tək qanunu var- Dünəndən daha sürətli qaçmaq.

Ondan, bundan ,bir başqasından deyil.
Dünəndən sürətlimisiniz?

  • Upvote 1
Link to comment
Share on other sites

Heç olubmu ki, göstərdiyiniz səyin müqabilində, əldə etdiyiniz nəticə gözləntidən az olub ?

 

Kiçik ilbiz küləkli, yağışlı payız səhərində ağacın gövdəsilə üzüyuxarı dırmaşırdı. Yağışdan qorumaq üçün boynunu aşağı salmışdı, asta-asta sürünürdü. Budağa qonmuş sərçələr ilbizi seyr edir, gülməkdən uğunurdular. sərçələr ilbizi səslədilər :

- e heey, hara çıxırsan ? ağacda vişnə yox-dur !

ilbiz dedi : - olacaq ! mən yuxarıya çatanadək, olacaq.

  • Upvote 2
Link to comment
Share on other sites

  • 1 month later...

Belə bir pritça var, iki qurbağa düşür içində süd olan böyük bir qazana, biri özünü itirir deyə tez də təslim olur, çox keçmir boğulur ölür; o biri isə bir yerdə dayanmır, elə hey atılır düşür, xilas olmaq üçün qazanın o başına, bu başına o qədər hərəkət edir, o qədər çabalayır ki, bu hərəkət südü çalxalayıb üstündə yağ formalaşdırır, bunu görən qurbağa yağın üstünə atılıb ordan da çölə tullanır və xilas olur.

Bəli, bəzən möhtəşəm xilas üçün sadəcə çabalamaq lazım.

Tutaq ki, çatmaq istədiyiniz arzular, hədəflər var və tutaq ki, çabalarınız heç bir fayda vermir. Olsun. Əssla ruhdan düşməyin, xeyr, dayanmaq olmaz, nə dayanması, a kişi, haydı, çabalamağa davam!!!

Biz öz naqis baxışımızla bu çabalamaqların faydasız olduğunu düşünürük, lakin belə deyil, mütləq ki, bir faydası olacaq, inanın ki, olacaq! Çabalamaq belədi: istədiyimiz yerdən də olmasa, başqa bir yerdən bir dəlik, mütləq açır. Xanım Hacərin quru bir səhrada su axtarışı üçün Səfa-Mərvə dağları arasında 7-8 dəfə get-gəlini xatırlayın; körpə oğlu İsmail susuzluqdan ağlaya-ağlaya dabanı ilə yeri eşir və nəticədə, dabanının altından zəmzəm çeşməsi qaynayır. Bax, belə.

 

İlqar Kamil

  • Upvote 1
Link to comment
Share on other sites

В 12/7/2013 в 05:44, gapgara сказал:

Sehirbaz və qoyunlar haqqında pritça.

 

Meşə arasında geniş talada böyük sürüsü olan bir sehrbaz yaşayırdı. Hər gün o sürüdən bir qoyun yeyirdi. Lakin qoyunlar sehrbaza çox çətinliklər yaradırdılar, belə ki, onların hər biri meşənin bir tərəfinə qaçır, sehrbaz isə onlardan birini tutmalı, digərlərini isə yenidən sürüdə toplamalı olurdu. Əlbəttə ki, tutulan qoyun öldürüləcəyini hiss etdiyi üçün qışqırmağa başlayır və bu da digər qoyunları qorxudurdu. Vəziyyəti belə görən sehirbaz hiylə işlətmək və qoyunların hər biri ilə təklikdə danışmaq qərarına gəlir.

Birinə deyirdi: “ Sən qoyun deyilsən, sən də mənim kimi bir insansan. Qorxmağın üçün heç bir səbəb yoxdur, axı mən yalnız qoyunları yeyirəm, sən isə bu sürüdə yeganə insansan və deməli mənim dostumsan.”

Digərinə deyirdi: “ Niyə digər qoyunlar kimi məndən qaçırsan? Axı sən aslansan və heç nədən qorxmamalısan. Mən yalnız qoyunları yeyirəm, sən isə mənim dostumsan”

Başqa birinə isə “Sən qoyun deyilsən, sən canavarsan. Hörmət etdiyim canavar. Mən həmişəki kimi hər gün bir qoyun tutub öldürəcəyəm, amma sən canavar olduğun üçün heç bir qorxun olmamalıdır. ” deyirdi

Bu minvalla o hər qoyunla təklikdə danışır və hər birinə qoyun olmadığını, digərlərindən fərqləndiyini təlqin etməyə çalışırdı. Bu danışıqlardan sonra qoyunların davranışı dəyişməyə başladı. Onlar artıq qorxmur və meşəyə qaçmırdılar. Və sehirbaz hər dəfə bir qoyunu öldürdüyü halda digərləri özlüyündə “ Aha növbəti qoyun öldü, mən isə sehirbazın ən yaxşı dostu olan “insan”, “şir”, “canavar” və s. heç nədən qorxmamalıyam” deyə düşünürdülər.

Hətta öldürdüyü qoyunlar da müqavimət göstərmirdilər. Sehirbaz sadəcə olaraq onlara yaxınlaşır və deyirdi : “Əziz dostum uzun zamandır ki, səninlə heç söhbət etmirik. Gedək evimə, səninlə sürü barədə məsləhətləşmək istəyirəm”. Qoyun isə böyük qürur hissi ilə sehirbazın arxasınca gedirdi. Orada o doğrudan da sürü haqqında soruşur, qurban isə sevinclə ona hər bir məlumatı veridi. Daha sonra isə sehirbaz onu öldürürdü. Bu ani baş verdiyi üçün qurban heç nə hiss etmirdi. Sehirbaz çox razı idi. Hər bir qoyuna özünü yüksək qiymətləndirmə təlqin etmişdi və nəticədə onlar qaçılmaz olmayan ölüm haqqında düşünmür, həyatdan zövq alırdılar. Ən maraqlısı isə odur ki, bəzən onlar sehirbaza digər qoyunları tutmaqda da köməklik edirdilər. Belə ki, sürüdən bir qoyun şübhələnməyə başladıqda özünü insan, şir, canavar hesab edən qoyunlar bu barədə sehirbaza dərhal məlumat verər və o da həmin qoyunu öldürərdi. Beləcə sehirbaz böyük bir sürünü rahatlıqla idarə edirdi...

 

 

 

 

super coment kecdi ureyimden ama qorxuram canavarlar , sirler.insanlar torbami tiker )))

 

Mövzudan uzaqlaşmayın!

Edited by gapgara
Link to comment
Share on other sites

  • 7 months later...

Bir yəhudi ananın üç oğlu var idi. Onlar böyüyəndə uğurlu biznesmen oldular və varlandılar, anaları isə qocalmışdı və balaca evində tək yaşayırdı. Oğullar analarına hədiyyə vermək qərarına gəldilər. 

Böyük oğul dedi:
— Mən ana üçün böyük, qırx otaqlı, qulluqçuları və xidmətçiləri olan ev almışam. Qoy heç olmasa qoca vaxtında gözəl yaşasın. 

Ortancıl oğul dedi:
— Mənsə ana üçün əntiqə maşın almışam və şəxsi sürücü tutmuşam. Qoy heç olmasa qoca vaxtında komfortla gəzsin. 

Kiçik oğulsa dedi:
— Tüpürdüm sizə də, hədiyyələrinizə də. Siz heç bilmirsiniz ki, anamızın ən çox nədən xoşu gəlir. Ana isə Tövrat oxumağı hər şeydən çox sevir. Amma o artıq qocalıb və zəif görür. Bax, mən də fikirləşdim: iyirmi ravvin on iki il ərzində bu tutuquşuya Tövratı öyrədiblər, indi o bütün Tövratı əzbərdən bilir. Ona ancaq hansı fəsili istədiyini de və o osaat başlayacaq. 

Qardaşları razılaşdılar ki, bu – möhtəşəm hədiyyədir. Bir neçə vaxtdan sonra oğullar ananın yanına gəldilər və soruşdular:
— Hə, ana, hədiyyələrimiz xoşuna gəldi? Həyatın rahatlaşıb? 

Ana böyük oğluna dedi:
— Oğlum, bu cür yaxşı hədiyyəyə — qırx otaqlı evə görə çox sağ ol, amma o mənim nəyimə lazımdır? Mən onsuz da təkcə öz otağımda otururam və heç yerə çıxmıram.

Sonra ortancıl oğluna dedi:
— Oğlum, bu cür qəşəng maşına və sürücüyə görə çox sağ ol, amma bu qoca vaxtımda hara gedəcəyəm ki? Mənim heç bir işim yoxdur, gözlərim də zəif görür. Bu halda pəncərədən görünən mənzərələrə də baxa bilmirəm.

Kiçik oğlunasa belə dedi:
— Sənsə, oğlum, məni yarıtdın! Sən bilirsən anana nə lazımdır. Sənin göndərdiyin toyuğun ətindən bişirilən şorba sadəcə möhtəşəm idi.

Yəhudi pritçası 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 10 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 19 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 75 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Red Heart
        • Like
      • 687 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...