Jump to content
Sunyata

Forumun Qaydaları / Report Funksiyası Haqqında

Recommended Posts

Hörmətli  forumçular  ^^Paradise_Bird^^  xanımın yazdığı qaydaları buraya copy - paste edirəm .  Report haqqında mövzunu da bu açdığım mövzu ilə birləşdirirəm . 

 

Qaydaların  yekun  variantını yaxın günlərdə yazıb əlavə edəcəyəm .

 

 

 

Azərbaycan dilində forumun qaydaları

Faydalı postların sayı:

Bu forumda yazılmış hər post forum istifadəçisinin şəxsi post sayısını artırır. Yığılmış postlar istifadəçiyə bəzi imkanlar açır. 150 post yığıldıqdan sonra Şəxsi Məktub(Personal Message) funksiyasından istifadə və ümumi forumda yerləşən Floodaijan bölməsində post yazmaq imkanı yaranır.
Bu forumda sivil müzakirəyə mane olacaq aşağıdakı gülüşcüklərin(smile) istifadəsi qadağandır:

337.gifdaldangeden.gifpukeface.gif

Bu gülüşcüklərdən istifadə töhmətin(rating) artırılması ilə cəzalandırılacaq.

Yaranacaq bütün suallarla əlaqədar və forumun idarəçi heyyəti ilə əlaqə saxlamaq üçün istifadəçi xüsusi açıqlmış İrad və Təklifləriniz mövzusuna müraciət edə bilər http://www1.disput.a...owtopic=216087.

1. Bu forumda azərbaycan dilində кирил ялифбасы ilə yazmaq qəti qadağandır. İdarəçi heyət bu qaydaya riayət olunmadığı təqdirdə istifadəçini xəbərdarlıq etmədən töhmətini(rating) 10% artırmaq hüququna malikdir. Yazılan posta 5 dəqiqə ərzində düzəliş etmək mümkündür. Offtop və flud xəbərdarlıq edilmədən silinir. Silinmiş mətni yenidən yerləşdirməyə çalışmayın. Postun silinməsi özü xəbərdarlıq qismində dəyərləndirilə bilər. Silinmiş mətnin yenidən yerləşdirilməsi töhmətin(rating) 20% artırılması ilə cəzalandırılacaqdır.

2. Bu forumda təhqir, qeyri normativ leksika, kobudluq, istifadəçilərə təzyiq, istifadəçilərin ləqəblərinin(nickname) və avatarlarının müzakirəsi qəti qadağandır. Bu qaydaya riayət edilmədiyi təqdirdə idarəçi heyət istifadəçinin töhmətini(rating) 10% artırılmasından başlayaraq foruma daxil olmasına qadağa qoyulmasına(ban) qədər cəzalandıra bilər. Bu forumda xüsusi qəddarlıqla cəzalandırılacaqdır: başqa bir istifadəçinin post və həmçinin imza və avatar vasitəsilə təhrik edilməsi; irqi, cinsi və digər əsnalarda təhqir. Bu qaydaya riayət edilmədiyi təqdirdə idarəçi heyət töhmətin artırılmasından başlayaraq istifadəçinin foruma daxil olmasını tamamilə qadağan edilməsinə qədər cəzalandırma hüququna malikdir. Mübahisə yarandığı təqdirdə təhrik edənlə bərabər təhrikə gedən şəxsdə cəzalandırılır.
Bu səbəblə xahiş və tövsiyə edirəm belə hal ilə rastlaşdığınız zaman REPORT funksiyasından istifadə edin. Bu funksiya idarəçi heyətə qaydanın pozulması barədə bildirişin göndərilməsinə qulluq edir. REPORT düyməsi ləqəbin və avatarın görüldüyü yerin sol aşağı küncündə yerləşir.

3. İdarəçi heyətin sildiyi post və verdiyi cəza ilə bağlı atdığı addımlar mövzuda və yaxud istifadəçi tərəfindən bunun üçün bölmədə ayrıca mövzu açıb müzakirə etməsi qadağandır və töhmətin artırılması ilə cəzalandırılır. İdarəçi heyyət ŞM(PM) vasitəsilə istifadəçinin cəza ilə bağlı sorğusuna cavab verməyə borcludur. Burada o istifadəçinin hansı qaydanı pozduğu barədə məlumatı sonuncuya çatdırmalıdır. Bundan sonra veriləcək suallara idarəçi heyət cavab verməyə borclu deyil və bu onun öz istəyindən asılıdır.

4. Əgər istifadəçini idarəçi heyətin verdiyi cavab qane etməzsə o zaman o ümumi forumda yerləşən İrad və Təklifləriniz(Жалобы и Пожелания) bölməsində mövzu açmaq hüququna malikdir və yaxud o, bunun üçün açılmış xüsusi mövzuya öz postunu yerləşdirə və idarəçi heyətdən açıqlama istəyə bilər. İdarəçi heyətin cavabı istifadəçini qane etməzsə o İnzibatçı heyyətə müraciət edə bilər. İnzibatçı heyətin verdiyi qərar sonuncudur və bu qərarın müzakirəsi töhmətin artırılması və bəzi hallarda foruma daxil olmanın təmamən ləğv edilməsi ilə cəzalandırıla bilər. İdarəçi heyət istifadəçini postun silinməsi, mövzunun ləğv edilməsi və bağlanması, mövzuların birləşdirilməsi və başqa bir bölməyə köçürülməsi, veriləcək cəza ilə əlaqədar atdığı addımlarla bağlı xəbər etmək borcunda deyil. İdarəçi heyət onun birbaşa vəzifəsinə aid olmayan ŞM(PM)-lara cavab vermək borcunda deyil.

5. Əgər açılmış mövzu bundan əvvəl açılan mövzunu təkrar edərsə idarəçi heyət istifadəçini xəbər etmədən və səbəbləri göstərmədən mövzunu təmamilə ləğv etmək, öncədən açılan mövzuyla birləşdirmək və yaxud bağlamaq hüququna malikdir. Belə mövzuların yenidən açılması töhmətin artırılması ilə cəzalandırıla bilər.

6. Azərbaycan dilində forumunda yazı eyni şriftlə bərabər yazılmalıdır. Teksti başqa rəngdə yazmaq və CAPS LOCK-dan istifadə etmək qadağandır.

7. Azərbaycan dilində forumda elan tipli mövzular açmaq qəti qadağandır! Bunun üçün forumda xüsusi bölmə mövcuddur!

8. Azərbaycan dilində forumda müzakirə yalnız azərbaycan dilində aparılmalıdır!

 

 

 

Aşağıda  -  3-cü postda   rus dili və kiril əlifbası ilə bağlı  bəzi  müvəqqəti  dəyişikliklər var !  Ora  nəzər yetirin !

 

Edited by Sunyata

Share this post


Link to post
Share on other sites

Report funksiyası haqqında 

 

Gördüyünüz ümumi  və  sizə edilən şəxsi  qayda pozuntularını -  söz gedən postun aşağı hissəsində  "report"  və ya "Пожаловаться" düyməsinə tıklamaqla açılan yeni  səhifədə şikayətin nədən olduğunu da göstərməklə moderatora göndərməyinizi xahiş edirəm . 

Edited by Sunyata

Share this post


Link to post
Share on other sites

Administrasiya xahişimizi nəzərə alıb post senzini "intim" bölməsində tətbiq etməyə başlayır .

 

"İntim" bölməsində yazmaq üçün minimal post sayı 150 olmalıdır !

Edited by Sunyata

Share this post


Link to post
Share on other sites

İstifadəçilərin bir daha diqqətinə çatdırıram ki,  reklam və  şəxsi elan tipli mövzular  açmaq bölmədə qadağındır.    Bunun üçün Disputda yeganə yer  -  Частные объявления  adlı  bölmədir .  Orada həm rus dilində , həm azərbaycan dilində  elan yerləşdirmək olar . 

 

Əks halda moderatorun bu qaydanı pozanlara 60 günədək  ban vermək hüququ  var .  Diqqətli oluin! 

 

Edited by Sunyata

Share this post


Link to post
Share on other sites

Sunyata eksperiment kimi Azforumdar rus dlilində və kirill əlifbası ilə yazmağa icazə vermişdi.Gəldiyim nəticəyə görə eksperiment uğursuz hesab edib ,onu ləğv edirəm.Əvvəlki qaydalara qayıdırıq.

 

 

 Bu gündən etibarən azforumda rus dilində və kirill əlifbası ilə yazmaq qadağandır.

 

 Bu forumda azərbaycan dilində кирил ялифбасы ilə yazmaq qəti qadağandır. İdarəçi heyət bu qaydaya riayət olunmadığı təqdirdə istifadəçini xəbərdarlıq etmədən töhmətini(rating) 10% artırmaq hüququna malikdir. 

Edited by Kenul2012

Share this post


Link to post
Share on other sites

Forumunun qaydalarına əlavələr;

 

1. ukrop,pindos ,vatnik,qeyropa, və s.şəxsiyyəti və milləti alçaldan ifadələrinin istifadəsi qadağandır .İstifadə olunduqda reytinqlənəcəksiniz,təkrar olunduqda ban veriləcək.

 

2.  Cərimə balı 12-yə çatdıqda avtomatik 30 günlük ban veriləcək.

 

3.  Klon yaradan user bütün klonları əbədi ban olunur ,özünə reytinq verilir.Bu hadisə təkrar olunduqda 30 günlük ban verilir ,təkrar olunduqda  banın müddəti artır .

 

 

 4.İdarə edən heyətin ( Admin,moderator,drujinnik ) etdiklərini müzakirə etmək qəti qadağandır. 

 

Bu əlavələr bütün forum üçün keçərlidir.

 

 

  • Upvote 2

Share this post


Link to post
Share on other sites
Guest
This topic is now closed to further replies.

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

  • Similar Content

    • By Boss.Az
      Приветствуем всех в разделе работа!!!
      Просим всех ознакомиться с НОВЫМИ правилами данного раздела.
       
      Обязательно:
       
      1. Для каждой организации или физического лица разрешается создавать одну тему с вакансиями.
       
      2. Все детали работы(график, з/п, что будет входить в обязанности) и требования(образование, возраст, пол, опыт работы, навыки) должны быть расписаны в теме(никак ни в ЛС и не на собеседовании).
       
      3. В названии темы писать только название позиции (Пример: Оператор). Для организаций название темы будет состоять из юридического названии данной организации (Пример: Şirkət MMC). Для физических лиц, размещающих несколько вакансий название темы будет выглядеть так : Пример: Вакансии от Мамеда Мамедова.
       
      4. Оставлять информацию в теме при нахождении кандидата.
       
      Запрещено!!!
       
      1. Писать в названии темы слова отсутствующие в правила (Пример: работа, срочно, ищу, предлагаю и т.д.)
       
      2. Создавать новую тему, имея активную.
       
      3. Писать CAPS LOCK-ом, транслитом
       
      4. Up-ать чаще одного раза в день
       
      Предупреждение: Пользователи, на которых будут неоднократно приходить жалобы, с подтверждением о фейковых вакасиях, денежных сборах(под предлогом трудоустройств) и т.д. будут забанены.
    • By Boss.Az
      Приветствуем всех в данном разделе!!
      Просим Вас ознакомиться с НОВЫМИ правилами данного раздела.
       
      Обязательно:
       
      1. Указывать в названии темы только названии позиции. (без слов ищу, умею и т.д.; Пример: Оператор)
       
      2. Все пожелания по поводу работы(график, з/п) и знания(умения) должны быть подробно расписаны в теме (не в ЛС или на собеседовании)
       
      3. Оповещать в теме о нахождении работы.
       
      Запрещено:
       
      1. Создавать новую тему, имея активную.
       
      2. Искать работу брату, свату, кому то кроме себя.
       
      3. Писать CAPS LOCK-ом, транслитом
       
      4. Up-ать чаще одного раза в день
       
      Предупреждение: пользователи, на которых будут неоднократно поступать жалобы от работодателей будут забанены.
    • By Le_Jouet
      Доброго времени суток, уважаемые форумчане!
       
      Нашел на фейсбуке, на мой взгляд, вполне грамотную и достойную изучения инструкцию. Автор- Лидия Раевская.
       
      "Инструкция мирному населению на период информационной войны".
       
      Ниже привожу ее полностью:
       
      1. Любая война закончится. 2. В каждом народе есть разные люди, не все участвуют в войне — не стόит оскорблять всех подряд. 3. Политики договорятся, а Ты останешься с тем дерьмом, которым Ты поливаешь “своих идеологических противников”. 4. Во время войны врут все. Не распространяй информацию анонимную и ту, в истинности которой не уверен на 101% [или не можешь проверить]. Если так хочешь что-то написать, пиши только о том, что Ты видишь сам. Это честно. Остальное — участие во вранье. 5. Хочешь высказать свое отношение к политике — выскажи, при этом не обязательно кого-то оскорблять. 6. Не нравится мнение другого человека, и уж очень рвёшься высказаться — выскажись об этом мнении, а не об этом человеке, ведь чаще всего вы с ним лично не знакомы. 7. Знай, что ненавидеть незнакомых тебе людей — это заболевание. 8. Взаимоотношения между людьми весьма сложные даже на уровне семьи или трудового коллектива. Между государствами всё ещё сложнее. Всё просто и понятно только дуракам. Не торопись делать выводы — не будь дураком. 9. Оставайся всегда Человеком и помни пункт 1.   А что скажете вы, прочитав эти слова? Может быть, у вас найдутся какие-то дополнения, или вы, наоборот, посоветуете убрать какой-то из пунктов? Или подправить?   Поделитесь мнениями! Искренне надеюсь, что тема не скатится во флейм и взаимные оскорбления.   С уважением,   Le_Jouet
  • Popular Now

×