Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Üzümə baxırsan fikrin hardadı?!

Ay çiçək yerinə qəm dərən yazıq.

Ürəyin sevdası özgə sevdadı,

Onu sevdasından döndərən yazıq.

 

Ömür gözəllikdən səadət umur,

Sən könül verənin daha nə dərdi.

Hər qızın oxşarı bir çiçək olur,

Sənin də oxşarın bənövşələrdi.

 

Ülvi Bünyadzadə

Link to comment
Share on other sites

TESELLİ

Hələ ömrümüzün nə yazı olub;

Hələ bu dünyada nə yaşamışıq.

Bizim payımıza çatası olub

Təsəlli bir qaşıq, ümid bir qaşıq.

Demə ki, ömrümüz keçdi yandan,

Biz yenə ümidli günlər yarıyıq.

Biz ki gələcəyə inam sarıdan

Dünyanın ən varlı adamlarıyıq!

M.Araz

Link to comment
Share on other sites

Aylı gecə... sərin külək... göy çəmən,

Dörd yanımız ətir saçan yasəmən,

Ancaq məni heyrətlərə qərq edən,

Nə çəməndir :nettt:  nə çiçəkdir,

Sənsən, sən ! Sənsən, sən ! :)

 

Çiçəklərin yarpağında şeh gəzir,

Tellərində külək gəzir, meh gəzir,

Qəlbimi gah qul eyləyir, gah əsir,

Nə o şehdir, nə o mehdir,

Sənsən, sən !

 

Nəğmə deyir zümzüməli çay səsi,

Nəğmə deyil küləklərin nəfəsi,

Mənim sevgi taleyimin nəğməsi,

Nə o çaydır, nə küləkdir

Sənsən, sən !

 

Bir ümidlə dövr eyləyir bu cahan,

Bir diləyə qovuşmağa atır can.

Mənim həyat yollarıma nur saçan,

Nə ümiddir, nə diləkdir,

Sənsən, sən !

 

Bir söz axır dodağımdan, dilimdən,

Canan deyib, can bilirəm səni mən,

Gecə gündüz bu sinəmdə döyünən,

Nə könüldür, nə ürəkdir,

Sənsən, sən !

Link to comment
Share on other sites

QAYITMA

Gördü öz işini ömür də, vaxt da;

Qayıtma geriyə, qayıtma daha.

Ötənin, itənin dalınca - baxma,

Qayıtma geriyə, qayıtma daha

Dönüb nə görərsən bu əyri yolda, -

Böhtanlar, qeybətlər yarğanı ancaq.

Harayla, yüyür də, özünü yor da,

-"Gəl" - deyən, "gör" - deyən tapılmayacaq.

İstər at, istər bük, qəlbində gizlə,

O sevda işıqdı, ocaqdı keçdi.

Üz-üzə dayanıb coşan dənizlə

Bir ovuc qum ilə oynama, gecdi.

Sənə bu gedişdə yetişmək çətin,

Kaş ola bu gediş bəxtinə sarı.

Kimi uçruma ilk məhəbbətin...

Kimi də öz qızıl taxtına sarı.

Bir qoşun yoludur bir tale yolu,

Mənim də vədimə heç uyma nahaq;

Mənim öz dərdimlə ürəyim dolu,

 Yox əlim əlsizə nə əl tutacaq.

Mən səni yolundan saxlasam belə,

Qayıtma, əzizim, geri qayıtma.

Kövrəlib, dalınca ağlasam belə

Daş bilib üstümdən yeri, qayıtma!

Dönükdən dərs almaq daha pis örnək,

Çalış dönməzliyə dönəni gör sən.

O nurlu bu gündən zəhlən gedəcək,

O alatoranlı dünəni görsən.

Mən dünən, dünənki sədayam, səsəm,

Mən dünən, dünənin dünəni bəlkə,

Haraya yetməzəm, haya yetməzəm,

Atasan bir yolluq o məni bəlkə?

Mən daşam, dəmirəm, torpağam daha

Üstümdən adlayıb yeri, qayıtma!

Geridə sən görən mən yoxam daha,

Qayıtma, əzizim, geri qayıtma!..

Link to comment
Share on other sites

Dilbər ! Gülü-xəndanmı gözəl, sənmi gözəlsən ?

Xoş ətirli reyhanmı gözəl, sənmi gözəlsən ! ))

 

Ulduzlu səma seyrinə gəlsin bu camalın,

Görsün məhi-təbanmı gözəl, sənmi gözəlsən !

 

Qoy çox da qürurlanmasın öz hüsnünə çöllər,

Baxsın, bala ceyranmı gözəl, sənmi gözəlsən !

 

Sərvistana bənzər bu bağa, bağçaya bir gəl,

Gör sərvi-xuramanmı gözəl, sənmi gözəlsən !

 

Qalmış Ziyatay şəkk ilə şübhə arasında,

Bilmir gülü-xəndanmı gözəl, sənmi gözəlsən !

Link to comment
Share on other sites

Bu qapıdan yollar gedir, ay qoca,
Süd arxından qollar gedir, ay qoca?
Zər daşınır, pullar gedir, ay qoca,
Kimdi səni bu qapıdan buraxan?

Bu bazarda nə işi var lütlərin,
Yeri deyil “maymaqların, kütlərin”.
Qulluğunda durammasan bütlərin
Kimdi səni bu qapıdan buraxan?

Bu qapının gədələri bəylənər,
Kişiləri harınlaşar, səylənər.
Gündə burda neçə karvan əylənər
Kimdi səni bu qapıdan buraxan?

Nə olsun ki qəlbin qəmnən oyuqdu,
Nə olsun ki bəxtin yatan qayıqdı.
Görmürsənmi, mərmər buzdan soyuqdu,
Kimdi səni bu qapıdan buraxan?

Sünbül elə, dənnən keçir dərdini,
Tanrıya bax, dinnən keçir dərdini.
Bura gəlmə, gennən keçir dərdini,
Kimdi səni bu qapıdan buraxan?

Düyməsi var, tilsimi var, zəngi var,
Bir deyil ki, yetmiş yeddi rəngi var.
Talelərlə qovğası var, cəngi var,
Kimdi səni bu qapıdan buraxan?

Ağlar gəlib, ağlar qalıb gedən var,
Dağ əridən, daş üyüdən bədən var.
Cangüdənin özünü də güdən var,
Kimdi səni bu qapıdan buraxan?

Pusqular var, pusduran var, pusan var,
Qan axıdan, qusduran var, qusan var.
Qorxusundan ömrü boyu susan var,
Kimdi səni bu qapıdan buraxan?

Silahı var, polisi var, postu var,
Rüşvət adlı bir canciyər dostu var.
Bu qapının bu millətlə qəsdi var,
Kimdi səni bu qapıdan buraxan?

Get özünə ayrı iş tap, ay qoca,
Ayrı dil tap, ayrı diş tap, ay qoca.
Xaçpərəst ol, bir keşiş tap, ay qoca,
Kimdi səni bu qapıdan buraxan?

Link to comment
Share on other sites

Aylı gecə... sərin külək... göy çəmən,

Dörd yanımız ətir saçan yasəmən,

Ancaq məni heyrətlərə qərq edən,

Nə çəməndir :nettt:  nə çiçəkdir,

Sənsən, sən ! Sənsən, sən ! :)

 

 

To be continued))

 

Aylı gecə... sərin külək... göy çəmən,

Dörd yanımız ətir saçan yasəmən :romashka: ,

Ancaq məni heyrətlərə :wow1:  qərq edən,

 

Nə çəməndir :nettt:  nə çiçəkdir :rroza: ,

 

Sənsən, sən!  :wub:  Sənsən, sən !  :) ....

Link to comment
Share on other sites

SEN MENİ SEVSEYDİN...

Sən məni sevsəydin nolardı görən?

Görən olardımı bir dərdim onda?

Yoruldum demədən qolum üstə sən

Dünyanı piyada gəzərdim onda.

Toxalar, azalar bu sevgimizdən

Dünyanın məhəbbət acları bəlkə,

Təzə haşiyələr alardı bizdən

Dünyanın məhəbbət tacları bəlkə.

Bizim başımıza hey ələnərdi

Alqışlar. təbriklər, dualar-bizim.

Bizim bəxtimizə səpələnərdi

ƏEn duru, ən təmiz şüalar-bizim.

Ləpələr göz alıb baxar dənizdən,

Sular mehrimizə həsəd çəkərdi.

Ulduzlar bircə yol pəncərəmizdən

İçəri baxmağa həsrət çəkərdi.

Dedim ki, göyərər bir Leyli pöhrə,

Məcnun bir səhərin gözündə gələr.

Saçını tor elər sahildə Zöhrə,

Tahir ləpələrin üzündə gələr.

Sən məni sevsəydin... sevsəydin əgər...

Kim olub bəxtiyar quru ad ilə.

Həyatda “ürəkləş”, “sevləş” demirlər,

Ayaqlaş deyirlər bu həyat ilə.

Link to comment
Share on other sites

Son Anında.........

Axır nəfəsinə yetişmədim mən,

Son dəfə bağrıma basmadım onu.

Ah,niyə görmədim gözündə sönən

Son heyat eşqini,son arzusunu.

Yudu baş daşını gözümün yaşı,

Göz yaşı yeni can vermir adama.

İlk dəfə qarğıdım qohum-qardaşı,

İlk dəfə acıdım doğma atama.

Qapadı gözünü o,mənsiz, necə,

Necə dəfn etdiniz məndən xəbərsiz...

Bir qarı dilləndi:''Anan ölüncə,

Dedi ki,balamı çagırmayın siz.

Qorxar...İşi çoxdur...Azca ağladı,

Qorxdu ki,eşidib kədərlənərsən.

Son anda şəklini o qucaqladı,

Gözünə baxmadı...Qəhərlənərsən...''

Yarama köz basdı bu sözdə mənim,

Qopdu ürəyimdən yanıqlı nida:

Ana qəlbinə bax!Övlad qəmini

Görmək istəməyib son anında da.

M.Araz..

Link to comment
Share on other sites

Olmasaydı qəmi-eşqin dili-viranımda,

Saxlamazdım onu bu izzət ilə yanımda.

 

O qara xalı mənə versələ qanın içərəm,

Nə üçün mənzil edib arizi-cananımda.

 

Tutanı müshəfi-rüxsarüvi ol kafər xət,

Görünür gör nə xələllər .mənim iymanımda.

 

Eyləməz aşiqi bir lütf ilə xürrəm, ya rəb,

Bu nə rəftardır ol sərvi-xuramanımda?

 

Düşəni xublərin könlümə fikri, Seyyid,

Əlli Yusif -tapılır gülbeyi-əhzanımda

Link to comment
Share on other sites

YAŞAMAQ BUDURMU?

Hər gün çıxdığımız çıxılmaz yoxuş,

Bu yenib qalxmanın mənası yoxmuş.

Gəl indi insana qəlb açıb, yovuş...

Yaşamaq budurmu?

Bu deyil, vallah!

Bu sözü duzsuzlar, sözü yavanlar,

Axşam deyiləni səhər dananlar,

Nə düşmənçilik anlar, nə dostluq anlar,

Yaşamaq budurmu?

Bu deyil, vallah!

Söz nadan dilində qəpiyə dəyməz,

Dəyməz, su üzündə köpüyə dəyməz,

Dəyməz, heç bir ovuc kəpəyə dəyməz,

Yaşamaq budurmu?

Bu deyil, vallah!

Özülü çöp üstə yaman dərdlərin,

Yalan bərələrin, yalan bəndlərin,

Yanan şəhərlərin, yanan kəndlərin.

Yaşamaq budurmu?

Bu deyil, vallah!

Hələ də mənəmlik düşməyib atdan,

Lağım atmağında hiylə əl altdan,

Sən də, əzab oğlu, əzaba qatlan...

Yaşamaq budurmu?

Bu deyil, vallah!

Dildir - yalançıdır, dilində saxla,

Eldir - talançıdır, əlində saxla,

Bir ümid şamı var - önündə saxla,

Yaşamaq yolu var

Budur bəlkə də.

Bir gün gövşəməsin tamahımız da,

Boğaq nəfsimizi damağımızda.

Sabah lövbər salaq sabahımızda,

Yaşamaq budurmu?

Budurmu? Vallah...

M.Araz.

Link to comment
Share on other sites

baxıram, bəyənmisiz, Ceylin xanım, sağ olun :rroza:    Ə.Ziyatay nəğməkar şairdir, onun çox şeirləri belədir, ruhu oynadır, nəfəs verir ...

davamı olmalıdır yəqin  :rolleyes: əhvalıma uyğun

Edited by NOIR
Link to comment
Share on other sites

ÜREKDEKİ "SAATLAR"

Dünya,

bu qoca dünya

Bina olandan bəri,

Hərlənir soldan-sağa

Göydə Günəş,

Yerdəsə saatın əqrəbləri.

Bu minvalla dolanır,

Yerlər, Göylər, Dənizlər.

Eqrəblər vaxtı izlər,

Vaxt da günəşi izlər.

Ah!.Bu daş, bu tərəzi, Ah!...

Bu ölçü, bu mizan,

Bəzən irəli gedir.

Bəzən geriyə qalır

Qəlbimizdə qurulan

Min bir səsli saatdan.

Bəzən səhər olmamış

Axşam olur mənimçün

Bəzən sonsuzluq qədər

Uzanır, uzanir gün,

Ürəkdəki "saatlar" Qəlbin öz iqliminə,

Neğməsinə, siminə

Daim həmahəng olur,

Hər qəlbin öz eşqinə,

Arzusuna qurulur...

İnsan saata görə

Çox dolandı, Çox döndü.

O cansız əqrəblərin

Arxasınca süründü.

Daha böyük günlərə

Qanadlanır eşqimiz,

Alnıaçıq, gülərüz,

Sabaha gedirik biz.

Vaxt gələcək, bir zaman

Qəlbimizdə dolanan

Saatlarla dönəcək,

 Dolanacaq bu dövran.

B.Vahabzade

Link to comment
Share on other sites

Məhəmməd Füzulinin qəsidəsindən bir parça:

 

Xudavənda, sənə mənsubdur əhkami-şər’iyyə,

Nəçün gərdun mənə dövründə cövri-bikəran eylər.

 

Nə heyf etdim оna kim, dönə-dönə heyf alır məndən,

Nəsin öldürmüşəm kim, ləhzə-ləhzə qəsdi-can eylər?

 

Günahsız  bağrımı qan eylədi,  caizmidir böylə?

Rizayi-Həqq üçün bir sоr ki, nahəq nişə qan eylər.

 

Füzulidən götürmə sayeyi-əltafü ehsanın,

Kəmali-ədlini zikr ilə məşhuri-cəhan eylər.

 

Ümidim var kim, ta asimandır dövrlən dair,

Sənin rə’yincə оlsun dövrlər kim, asiman eylər.

Link to comment
Share on other sites

ÖKSÜZ ƏNVƏR
 
Doquz yaşında zəki, uslu bir çocuq: Ənvər...
Sınıfda tam iki yıldır, birincilikdə onun
Şərəfli bir adı var; daima müəllimlər
Sеvərdilər onu. Lakin o şimdi pək yorğun.
O şimdi pək mütəfəkkir... cihanda iştə onun
Həyatı, nəş’əsi, ümmidi tək bir annəsi var.
Fəqət o, bəlkə üç ay var ki, xəstə, giryənümun
Nəzərlərilə üzər binəvayı lеylü nahar.
Zavallı annəsi söndükcə yavrucuq yanıyor,
Yanıb da qavruluyor; ən böyük düşüncələri
Yarınki matəmi güldürmək üzrə aldanıyor,
Fəqət qadın ərimiş, onda yoq həyat əsəri.
Çocuq davam еdiyor dərsə hər sabah; lakin
Nə söylüyorsa müəllim, o bir şеy anlamıyor.
Dalıb, dalıb gеdiyor, dərs için, vəzifə için,
Toqat yiyorsa da biçarə susmuş, ağlamıyor.
Səkiz gün oldu ki, artıq xəbər yoq Ənvərdən,
O şimdi dərsə davam еtmiyor, qadıncığazın
Qoşar məzarına, öksüzcə ağlar, inlərkən
Gəlincə xatirə mazi, düşüb qalır bayğın.
Sorar sınıfda müəllim o kimsəsiz çocuğu,
Qızar da söylənərək hər gün arqasınca onun:
“Aman, nasıl yaramaz! Baq, bu həftə kеçdi dəxi
Nə bir xəbər, nə bir iz var? Dеmək o bir çapqın...”
Yarınki gün o soluq çöhrə pürməlalü təəb,
Sınıfda ərzi-vücud еtdi. Dərsə başlanaraq
Müəllim əkşi, çatıq yüzlə püritabü qəzəb,
Görüncə Ənvəri, qaldırdı:
– Еy! Çocuq, bana baq!
Sən, iştə hanki cəhənnəmdə, söylə, nеrdə idin?
Düşünmə, söylə!
– Əfəndim, şеy...
– Ah, dəni, yaramaz!
nasıl da baq dalıyor, sanki tilkidir qurnaz!..
Çocuqcığazda cavab: iştə bir sükuti-həzin...
Gözündə dalğalanır incə bir bahar buludu,
O həp baqıb duruyor, yoqdur onda hiylə və suç...
Sükuta qarşı müəllim qəzəblə bir, iki, üç
Toqatlayınca, çocuq bircə kərrə hıçqırdı:
“Aman, vay, annəciyim!..”, sonra qəşş olub gеtdi;
Bu səs sınıfda olan cümlə qəlbi titrətdi.

Hüseyn Cavid

Link to comment
Share on other sites

Qayıdarsan ..

Belə dönmə, ismi dönük deyilsən;

Gileyin var: yağdırıb get, yağıb get.

Qayıdarsan: yol göyərər, yol donar,

Keçdiyimiz yola bir də baxıb get!

İnnən belə dəmin dəmdə, qəmin kəm...

İnnən belə toy-büsatlar səninki.

Göz yaşların gərək olmaz yəqin ki..

Gözlərini gözlərimə sıxıb get.

Aldatmaq da aldanılmaq deyilmi?

Zəhər satmaq zəhər almaq deyilmi?

Yaxşı quyu tərs badallaq deyilmi? -

Elə birdi: yıxılıb get, yıxıb get...

Tufan dəli, il tağında gül zərif,

Tez töküldü ömrümüzün gün zəri.

Barı ayır yadda qalan günləri,

Yaddaşının bir ucuna yığıb get.

Qopdu bir səs, qopdu bir tağ qalamdan,

Göyərçinlər perikdi dağ qalamdan,

Eşqim qalan bu üçbucaq qalamdan

Elində cam, dilində şam çıxıb get...

Link to comment
Share on other sites

Buludsuz gecələr göyə bir də bax,

Orda ulduzumuz yanardı qoşa.

Ehdimiz, eşqimiz qanadlanaraq

Hara qonsa idi, qonardı qoşa.

İndi elə bil ki, onlar da küsüb,

Yazıq ulduzlarda günah vardımı?..

Biz yerdə itirdik bir-birimizi,

Göydə ulduzumuz barışardımı?

M.Araz

Link to comment
Share on other sites

SEADET NEDİR?

Səadət nə demək?.. - bu sualla mən

Özümü çox yordum, tapa bilmədim.

Səadət nə demək?.. Bir tələbəykən,

Məktəbi axıra vurmaqdır, - dedim.

Məktəbi bitirdim, işə də girdim

Səadət bumudur? Yox, bu deyilmiş!

Böyük dahiləri oxuyub gördüm

Çoxları sevgini səadət bilmiş.

Sevdim! Gecə-gündüz yandım şam kimi

Iztirab... Göz yaşı... Min qan, min qada.

Tapmadım yenə də səadətimi,

Eşqin əzabları şirin olsa da...

Evləndim, həsrətə son qoymaq üçün,

Qurtardı o şirin iztirablar da.

Indi də, qayğılar artdı günbəgün

Dedim: - Ay səadət, hardasan, harda?

Səadət üfüqmüş... əl çatmaz ona,

Aydın görünsə də o, bizə gendən.

Arzular sığışmır onun yoluna,

 Səndən uzaqlaşır yeridikcə sən.

Seyr edib yaxını, gah da uzağı

Bir az seçə bildim qaranı ağdan.

Yaxşı görmək üçün uca bir dağı

 Gərək sən baxasan ona uzaqdan.

Evləndim... hicrana son qoymaq üçün

Qurtardı həsrət də, xoş intizar da.

İndi də qayğılar artdı günbəgün.

Dedim: - Ay səadət, hardasan, harda?

Bəlkə də səadət elə budur, bu:

"Hardasan, hardasan, gəl-gəl" - deməkdir.

Bəlkə də səadət ömrümüz boyu

Nəyisə... gözləmək... hey... gözləməkdir.

Tapdım səadəti dara düşəndə,

Alıb öz gücümü xəyallarımdan.

Kiməsə... nəyəsə... hardasa... mən də,

Gərək olduğumu bildiyim zaman.

Çıraq ol! Nurunu artır günbəgün

Hər yerdə həyatın boğ zülmətini.

Məncə, çıraq olub başqalarıyçün

Yananlar tapıbdır səadətini!

B.Vahabzade.

Link to comment
Share on other sites

O gözlərə əhsən, əhsən...

Sirr gördüm o gözlərdə,  ilahi sirr.

O gözlər ki, gecəyə də, gündüzə də dönə bilir,

O gözlər ki, onda günəş səhər aça,

Onda günəş sönə bilir;

Kirpiyinin altındaca

Titrəyəni görmür bəzən.

O gözlərə “əhsən, əhsən..”

Link to comment
Share on other sites

Neriman HesenZade-

"Nagil"

Belece gedeydik, cixib gedeydik..

ikimiz hardasa gozden iteydik..

Ne sen deyerdin ki, gecdi get artiq..

Ne men deyeydim ki, dayan azaciq..

Ne senden "hardasan" soruwaydilar..

Ne menim iwime qariwaydilar..

Yene daniwaydin, yene guleydin..

Menim gozlerimde guzguleneydin..

Sen dersden qalaydin, men iwden,ancaq

dersde de, iwde de hamidan qabaq

senin qiymetini tez yazaydilar..

menim maawimi duz yazaydilar..

Dunya bir azaciq nagillanaydi..

iwiqlar yerde yox goyde

yanaydi.. Biz yerde iteydik.. Ruhu fikri wen..

EH.. Goyden 3 alma duwur deyesen.. 

Link to comment
Share on other sites

Neriman HesenZade-

"Nagil"

...

Dunya bir azacıq nağıllanaydi..

İşıqlar yerdə yox göydə yanaydi.. 

Biz yerdə itəydik.. Ruhu fikri şən..

Eh.. göydən üç alma düşür deyesen.. 

 

Şer də əladır müsahibəniz də.

Forumda yeni üzv olduğumdan hələlik verilən suallara cavablarınızı diqqətlə izləyirəm, amma tezliklə sual da verəcəyəm )))

Link to comment
Share on other sites

Şer də əladır müsahibəniz də.

Forumda yeni üzv olduğumdan hələlik verilən suallara cavablarınızı diqqətlə izləyirəm, amma tezliklə sual da verəcəyəm )))

Teshekkur edirem diqqetiniz ucun.Xosh gelmisiniz aramiza.:)

Buyurun ne zaman isteseniz verin suallarinizi.)

Link to comment
Share on other sites

Baba Veziroglu

– Gecdir daha -

Yadindami onda Dunya gozel idi,

O mehebbet her sevgiden ezel idi

Kecdi sirin caglar,

Soldu yasil baglar,

Xatireler aglar,

Gecdir daha !

Yadindami, o mehebbet deniz idi,

O duygular her duygudan temiz idi,

Soyuq yeller esdi,

Iller yolumu kesdi,

Xatirladiq besdi,

Gecdir daha !

Xatireler cagirsa da hara gedim ?

Yadindami men seninle xosbext idim,

Olan oldu, kecdi,

Bu xeyallar hecdi,

Bir de sevmek gecdir,

Gecdir daha !

Link to comment
Share on other sites

Nigar Rəsula, Rəsul Nigara çoxlu şeirlər həsr ediblər. Amma Rəsul
Rzanın Nigara 1957-ci ildə, toy axşamlarından 20 il keçərkən
səfərdən- Moskvadan yolladığı bir teleqram da qalır və o teleqram elə
bil ki, şeir kimi şeydir.
«Nigar, əzizim!
İyirmi il əvvəl, boranlı bir fevral günü biz səninlə əl-ələ verib həyatın mürəkkəb, çətin yollarına çıxdıq. Bu iyirmi il boyunda bütün sınaqlardan keçib mətanəti sarsılmayan ruhun, şəfqəti azalmayan qəlbin, hərarəti soyumayan mərd əllərin üçün sağ ol! Əgər günlər geriyə varaqlansa, gəncliyim qayıtsa idi, inan ki, mən ömrümü səninlə bağlayar, həyatın daha çətin yollarında, tərəddüdsüz səninlə əl-ələ verib gedərdim. Qoy üç sevimli balamızın sevinc və səadəti gələcək günlərimizi bəzəsin. Qoy məhəbbətimizin hərarəti onları hər cür fırtanalardan qorusun. Vəfa və sədaqətin qarşısanda baş əyirəm». 

 

Nigar Rəfibəyli:

“Əsən rüzgarın da yoxdur vəfası...”

 

Ala gözlüm, səndən ayrı gecələr

Bir il kimi uzun olur neyləyim?

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır, vaxtsız solur, neyləyim?

 

Nərgizlərin gözü yaşla dolanda,

Bənövşələr baxıb qəmgin olanda,

Qərənfilin gözü yolda qalanda

Yasəmən saçını yolur, neyləyim?

 

Əsən rüzgarın da yoxdur vəfası,

Düşmüşdür başına özgə sevdası.

Lalənin cırılıb qəmdən yaxası,

Saçları pərişan olur, neyləyim?

 

Bəlkə tez gələsən, əlac verəsən,

Sünbülün saçını yığıb hörəsən,

Əlvan çiçəkləri özün dərəsən,

Gözləri yollarda qalır, neyləyim?

 

Çəkir çiçəklərin gözü intizar,

Ayrılıqdan betər dünyada nə var,

Bu bahar axşamı səni bax, Nigar

Həzin-həzin yada salır, neyləyim?

 

Rəsul Rza:

“Küləklər də sığallamır çiçəkləri...”

 

Günlər keçir ağır-ağır

səndən ayrı.

Yollarıma gecə-gündüz

çiskin-çiskin kədər yağır

Səndən ayrı.

Qulağımda gülüşünün

şəlaləsi səndən ayrı.

Xəyalımda titrək, kövrək

Dodağının piyaləsi səndən ayrı.

Dəniz gəlir dalğa-dalğa,

qıvrım-qıvrım

dönür geri

sənsiz görüb sahilləri.

Küləklər də sığallamır

Çiçəkləri səndən ayrı.

Nəğmələr də nəğmələnmir

səndən ayrı.

Şərqilər də ləpələnmir

sənsizlikdə.

Buludlar da yırğalanır

həzin-həzin.

Həsrətindən dəliləşib

qırçınları göy dənizin.

Quşlar susub, nəğmələnmir

sənsizlikdə.

Şəfəqlər də ləpələnmir

Sənsizlikdə.

İndi söylə, mən neyləyim?

Link to comment
Share on other sites

OCAQ YANIR, GÖRƏN YOXDUR...

Öz əlinlə qalamışdın bu ocağı,

İndi ona çovğun, külək gərək deyil.

Bəsdir elə özü üçün tək yarmağı,

İndi ona su əndərmək gərək deyil.

Qovrulacaq, burulacaq dilim-dilim,

Hayandasa qor düşəcək qamqalağa.

Bir işım köz aparacaq qarsan əlin

Neçə əlin tüstüsündən dəm qalağa;

Yanmayacaq, ürəyindən od üfürsən,

Közərsə də görəcəksən: odu bumbuz...

Görəndə ki, od içində üşüyürsən

Yada düşər o ilk görüş, İlk qorumuz.

Min ocağın odunu tök, qala indi,

Nəfəs yoxsa, oddan oda kərəm yoxdur.

Ha desəm ki, öz-özümə tüstüləndim,

Ocaq yanır, yanmağını görən yoxdur.

Ürəyimin od donunu soyub getdin.

İndən belə od bölüşmək deyil asan.

Bir ocağı yana-yana qoyub getdin;

Bir ocağı sönə-sönə aparırsan...

M.Araz

Link to comment
Share on other sites

İndi niyə gəlmisən?

Mən öləndə gələrdin.

Üçü, beşi gələcək,

Onda sən də gələrdin.

Gülümsəmə, heyifdi,

Yanaqların qırışar.

Boş şeydi sevgi filan,

Dəyməz bircə quruşa.

Bu qapı da küsübdü,

Arxanca bağlanacaq,

Ah çəkərsən,

"Bu adam nə vaxt ağıllanacaq?".

Hələ tezdi, kənar dur,

Ölərsən dirilərsən.

Min il sonra burda ol,

Düz vaxtında gələrsən......

Metleb Ağa.

Link to comment
Share on other sites

Yağış dayandımı?

Qalın buluddan

Sıyrılıb yenidən təzə gün doğur.

Hər uzun ayrılıq, hər qısa hicran

Səni mənim üçün təzədən doğur.

Ayrılıq dəmləri düşürkən yada

Təzədən sevirəm, təzədən səni.

Elə bilirəm ki, bu gen dünyada

İlk dəfə görürəm, gülüm, mən səni.

Ayrılıq günləri düzülür səfə,

Hər gün gözləyirik, hər gün bir günü,

Ayrı bir adamsan, gülüm, hər dəfə

Vüsalın əvvəli, hicranın sonu.

Teleqraf kağızı... kiçik bir varaq.

Alışan könlümə su səpir yenə

Səndən ayrıldığım on gündür, ancaq

Milyon illərdir ki, həsrətəm sənə

On gündə əzabla neçə-neçə min,

Dəqiqə, saniyə yola saldıq biz.

Bu uzun anların, dəqiqələrin

Hansını yaşadıq bir-birimizsiz?

Sənin də yerinə danışıram mən,

Qoy olsun, qəlbimiz ayrı deyildir!

Biz iki olsaq da vüsal günləri,

Ayrılıq günləri bir oluruq, bir!

Həsrət, ürəyimdə qaladan möhkəm,

Hicran çöplərindən bir yuva qurmuş.

Sənin yanında da sənə həsrətəm,

Həsrət ayrılıqdan uzun olurmuş...

Görüş qışdan sonra gələn bahardır,

Ayrılıq, görüşlə bitir... tez olur.

Eh! Ona nə var ki, müddəti vardır,

Həsrətsə ölçüsüz, müddətsiz olur

Bil, yaman gündə də, yaxşı gündə də,

İstərəm qovuşam, mən yetəm sənə.

Gözüm gözlərinə dikiləndə də

Həsrətəm, həsrətəm, həsrətəm sənə!

Link to comment
Share on other sites

Bu şirin sevdaya düşəndən bəri

Neçə yol ayrıldıq bir- birimizdən

Ayrılıq günləri, hicran günləri

Uzandı...

Ömrünə ömr aldı bizdən.

Biz ki, öyrənmişik hicrana artıq,

Cövri yadda qalır, qəm unudulur.

Sevən könüllər üçün, gülüm uzaqlıq

En böyük, ən gözəl yaxınlıq olur

Yağış dayandımı?

Qalın buluddan

Sıyrılıb yenidən təzə gün doğur.

Hər uzun ayrılıq, hər qısa hicran

Səni mənim üçün təzədən doğur.

Ayrılıq dəmləri düşürkən yada

Təzədən sevirəm, təzədən səni.

Elə bilirəm ki, bu gen dünyada

İlk dəfə görürəm, gülüm, mən səni.

Ayrılıq günləri düzülür səfə,

Hər gün gözləyirik, hər gün bir günü,

Ayrı bir adamsan, gülüm, hər dəfə

Vüsalın əvvəli, hicranın sonu.

Teleqraf kağızı... kiçik bir varaq.

Alışan könlümə su səpir yenə

Səndən ayrıldığım on gündür, ancaq

Milyon illərdir ki, həsrətəm sənə.

On gündə əzabla neçə-neçə min,

Dəqiqə, saniyə yola saldıq biz.

Bu uzun anların, dəqiqələrin

Hansını yaşadıq bir-birimizsiz?

Sənin də yerinə danışıram mən,

Qoy olsun, qəlbimiz ayrı deyildir!

Biz iki olsaq da vüsal günləri,

Ayrılıq günləri bir oluruq, bir!

Həsrət, ürəyimdə qaladan möhkəm,

Hicran çöplərindən bir yuva qurmuş.

Sənin yanında da sənə həsrətəm,

Həsrət ayrılıqdan uzun olunmuş...

Görüş qışdan sonra gələn bahardır,

Ayrılıq, görüşlə bitir... tez olur.

Eh! Ona nə var ki, müddəti vardır,

Həsrətsə ölçüsüz, müddətsiz olur

Bil, yaman gündə də, yaxşı gündə də,

İstərəm qovuşam, mən yetəm sənə.

Gözüm gözlərinə dikiləndə də

Həsrətəm, həsrətəm, həsrətəm sənə!

Yarımçıq gelmişdi önceki postda.

B.Vahabzade.

Link to comment
Share on other sites

DARIXMA HA...

Məktubunu oxuyuram...

Dönə-dönə,

Qayıdıram hər cümlənə, hər sözünə.

Oxuyuram,

Düşünürəm.

Düşünəndə gözlərimi yumuram ki,

Səni görəm.

Oxuyuram, düşünürəm. Fikrim ötən günlərimi

varaqlayır,

Oxuyanda gülümsəyən sətirlərin,

Düşünəndə qan ağlayır.

Bir məktubda nə deməkdir

Bu ağ, qara?

Rənglərə bax,

Hardan-hara?

Kim deyir ki,

Hər kəlmənin

Bir mənası bir yükü var?

Yox! Ürəkdə dilə gələn yaşıl sözlər,

Budaqlardır,

Yüz budağın bir kökü var. Kök ürəkdir.

Yarpaqlarda rəngi yaşıl

Səsi, sözü pıçıltılar.

Pıçıltının səsi birsə,

Min mətləbi, min sözü var.

Mən sözün öz mənasını istəmirəm.

Bir məzmuna o, qul olur,

O, duyğudan məhrum olur,

Yoxsul olur.

Mən vurğunam hər kəlmənin

Çalarına.

Nida kimi dik dayanıb

Hökm verən halına yox,

Sual kimi boyun büküb

Düşüncəyə dalanına.

Düşüncənin min rəngi var.

Göydəki ay, yalnız aydır,

Suya düşsə,

Qırçınlanan dalğalarda

Neçə rəngdən çələngi var.

Sənin əlvan duyğuların

Sözün məna sərhədindən

O taydadır.

Sözlər yatır quzu kimi,

Çalarları haraydadır.

Çalarların alovuna alışıram.

Günlər keçir...

Səsləndikcə qulağımda cümlələrin,

Ətrafıma lal kəsilib

Mən səninlə danışıram:

Yazırsan ki: - Darıxma, ha...

Burda sözün qəsdi geniş,

Yuvası dar.

Burda sözün cövhərindən

Neçə-neçə söz sıçrayar.

Sözdən fikir.

Fikirdən də

Neçə-neçə mətləb çıxır.

"Darıxma"nın o tayında

Söz darıxır,

Söz karıxır.

Sən "yox"dakı o "var"a bax.

Sözün əksi-çalara bax.

Sən "darıxma" deyən zaman,

İstəyirsən ömrüm boyu

Mən darıxım sənin üçün....

Rənginə bax, qəlibindən çıxan sözün!

Darıxıram, aya, günə sığışmıram.

Darıxıram,

Dünyamızm

Qaydasına ölçüsünə

Sığışmıram.

Darıxıram,

İstəyimə çatmaq üçün.

İstəyimiz fövqündədir sözümüzün.

Darıxıram,

Doğmalarım sağ-solumda.

Darıxıram,

Baxışların

Yanıb sönür xəyalımda.

Gözlərimin önündəki baxışlara

Yad olmuşam.

Xəyaldakı baxışların işığında

Udulmuşam.

Təqvimdəki varaqların

Bir ayını birdən cırın!

Yayı ötüm,

Göz yaşı tək kirpiyimdən,

Qopub düşüm payıza mən.

B.Vahabzade.

Link to comment
Share on other sites

NÖQTEYEƏ DÖNDERERDIM ..

Mən burdayam, sən orda...

Yenə hicran, yenə qəm...

Yerdəyəmmi? - bilmirəm,

Göydəyəmmi? - bilmirəm...

Aramızda sədd kimi,

uçrum kimi dayanan

Bu uzun yollar deyil,

Gülüm, zamandır, zaman!..

Məhəbbətimiz qədər

Ezabımız var bizim.

Aramızda dayanmır

Bu uzun yollar bizim!..

Aramızda dayanır

Neçə-neçə il, gülüm,

Neçə-neçə ay, gülüm!

Bu ayları, illəri

Fikrimin sürətilə

Necə udum, ay gülüm!

Bizim istəyimizlə

Qara dönüb ağ olmur!

Yolu qısaltmaq olur,

Vaxtı qısaltmaq olmur.

Uzun yollar, dolaylar

Egər olsaydı dərdim,

Mən onları kəmərtək

Belimə dolandırıb

Nöqtəyə döndərərdim!

Link to comment
Share on other sites

Mən öləndə ağlamağa

Bütün dostlar sağ ola kaş.

Gözlərimi bağlamağa

Neçə çüt barmaq ola kaş.

Boynunu büküb qapıda,

Bir qız göz yaşı axıda..

Üç balam şirin yuxuda,

Qadınım oyaq ola kaş

Güc tapmasam ev tikməyə,

Qapımda ağac əkməyə,

Kəfən yox, məni bükməyə

Bir yaşıl yarpaq ola kaş..

Ramiz Rovshen

Link to comment
Share on other sites

Ömrün payızında sevdim, sevildim,

Elə bilirəm ki, ilk baharam mən.

Arxanca sürünən kölgənəm sənin,

Harda qərar tutsan, orda varam mən.

Mey olsan, yanında bir qədəh ollam,

Gül olsan, çətrini öpən meh ollam.

Ot olsan, bir anda dönüb şeh ollam.

Dağ olsan, zirvənə yağan qaram mən.

Başımı qoyaram gündə yüz kərə

Bir yol ayağını basdığın yerə.

Eşqindir ucaldan məni göylərə,

Bu eşqin gücünə minnətdaram mən.

Sevgiyə hədd qoymaq, düzü günahdır,

Cahilin hər işi, sözü günahdır.

Eşqi günah saymaq özü günahdır,

Kim deyir, eşqimdə günahkaram mən?

Özün bir aləmsən, eşqin bir aləm,

Sən olan könüldə nə kədər, nə qəm!

Sənsiz bu dünyanın ən bədbəxtiyəm,

Səninlə dünyada bəxtiyaram mən.

B.Vahabzade

Link to comment
Share on other sites

Çeşmeler ömrünü çaya qatarmı.

Her damla suyunda sedaqet yoxsa..

Yolçular menzile gedib çatarmı?

Ürekde düz ilqar,deyanet yoxsa..

Sevda çeşmesinden saf ülfetle iç

Ömür yollarından öz sevginle keç.

Dalğalar sahile çırpılarmı heç.

Torpağa eşqinde metanet yoxsa.

Yayın odunda da buz tek donarsan

Ne canın isiner ne de yanarsan.

Doğma ananı da ögey sanarsan

Qelbinde çağlayan mehebbet yoxsa..

N.Hesenzade

Link to comment
Share on other sites

Əvvəldə gərək sevgili yarım sən olaydın,

Sərvim, çəmənim, bağü baharım sən olaydım.

 

Bülbül kimi ətrafına hər gün dolanaydım,

Öz gülşənim, öz laləüzarım sən olaydın.

 

Bir başqa nigar eşqinə düşməzdim əvəldən,

Hərgah, gözəlim, nazlı nigarım sən olaydın.

 

Bir ov itirən ovçu tək arxanca gəzərdim,

Gər boylə nəzakətli şikarım sən olaydın.

 

Gülzarı gəzib, nərgisə baxmazdım ölüncə,

Ömrüm boyu gər çeşmi-xumarım sən olaydın.

 

Qəlbimdə səni gül kimi bəslərdim həmişə,

Dövrəmdə gəzən bülbüli-zarım sən olaydın.

 

Xoşdur mənə, öz Vahidinəm, eşqinə yansam,

Peyvəstə gərək dildə şüarım sən olaydın.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Upvote
        • Like
      • 53 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Facepalm
        • Upvote
        • Haha
        • Like
      • 35 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Sad
        • Haha
      • 110 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Upvote
        • Sad
        • Haha
        • Like
      • 713 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...