Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2

Sunyata

Recommended Posts

Uşaqlığım,

Gəncliyim,

ahıllığım – eynimi?!

Yox, hər biri başqadır, bir-birinə yad kimi

Gələn qovur gedəni.

… Inkar edir mən, məni…

Ömrün hər pilləsində başqalaşır təbimiz,

Dünyada məqsədimiz, dünyadan tələbəmiz.

Vaxt məni pərvanətək başına dolandırır,

Dünən qanmadığımı bu gün mənə qandırır.

Kim döşünə döyər ki,

Mən vahidəm, mən birəm!

Bircə bunu bilirəm: mən güclüyəm, qadirəm.

Mən gücsüzəm, acizəm təkcə vaxtın əlində.

Ömrün o sahilinə əlim yetə bilməyir.

Ömrün bu sahilində.

Hanı gözümün nuru,

Hanı qəlbimin qoru!

Kimdir udan, uduzan zaman ilə arzunun

əbədi yarışında!

Saçımın ağlığında, alnımın qırışında

Zaman necə at çapır, yüyəni öz əlində.

Oğulsansa, tap görək, kimdir atın belində!

Mən öz azadlığıma tanrı dedim, haqq dedim

Bir hökmə, bir fərmana mən başımı əymədim

Amma baxtın dalinca

Ömrüm boyu qul kimi necə sürünmüşəm mən,

Qolumdakı saatın quluna dönmüşəm mən.

B.Vahabzade

Link to comment
Share on other sites

SEVGİLƏR

Sevgi vardır ki, dodaqda açar güllərini
Sevgi vardır ki, bir az qar kimi,rüzgar kimidir.
Sevgi vardır ki, oxudur qəlbində bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir!

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür.
Ona yaqlaşmayalım, çünki o zülmətlə dolu
Sevgi vardır ki, düşər yerlərə daim sürünür,
Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir
İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar!
Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar
Sevgi vardır bizə çox dadlı əməllər gətirir.

Fəqət! Həpsində qaranlıq gecələr kölgəsi var!
Sevgilərdə qarışıq bilməcələr kölgəsi var!

Mikayıl Müşfiq

Link to comment
Share on other sites

Ümidim yox bir adama

Tanrı çatacaq dadıma,

Yenə salacaq yadına,

Yenə dindirəcək məni.

Mən əlinə düşən kimi,

Sevinəcək uşaq kimi,

Bir sınıq oyuncaq kimi

Bir də qondaracaq məni.

Saçlarıma dən salacaq,

Ürəyimə qəm salacaq,

Yenə əlindən salacaq,

Yenə sındıracaq məni...

Ramiz Rovshen

PS. Insan Tanrinin elinden dushenden sonra sinir..

Link to comment
Share on other sites

SEVGİLƏR

Sevgi vardır ki, dodaqda açar güllərini

Sevgi vardır ki, bir az qar kimi,rüzgar kimidir.

Sevgi vardır ki, oxudur qəlbində bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu oxşar kimidir!

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür.

Ona yaqlaşmayalım, çünki o zülmətlə dolu

Sevgi vardır ki, düşər yerlərə daim sürünür,

Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir

İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar!

Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar

Sevgi vardır bizə çox dadlı əməllər gətirir.

Fəqət! Həpsində qaranlıq gecələr kölgəsi var!

Sevgilərdə qarışıq bilməcələr kölgəsi var!

Mikayıl Müşfiq

gözəl şeirdir ) təşəkkür.

bəstəsi müğənni Tünzaləyə məxsus mahnını eşitməmiş olmazsan. düzdür, çox ritmik mahnıdır, mahiyyətlə uzlaşmır, bununla belə pis alınmayıb.

Link to comment
Share on other sites

Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.

Məni xəlq eyləmiş əvvəlcə Xuda,
Sonra vermiş vətənim nəşvü-nüma.

Vətənim verdi mənə namü-nəmək
Vətəni məncə unutmaq nə demək?!

Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu.

Südüdür ki, dolanib qanım olub,
O mənim sevgili cananım olub.

Saxlaram gözlərim üstə onu mən,
Ölərəm əldən əgər getsə vətən.

Vətənin neməti nisyan olmaz,
Naxələflər ona qurban olmaz.

Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir.

Vətənin sevməyən insan olmaz,
Olsa da ol şəxsdə vicdan olmaz!

Link to comment
Share on other sites

feleyin inadi beter olurmus

Sebra.construction !!!  Görürəm şeir həvəskarısınız! Ancaq bu sizə haqq qazandırmır ki,siz bütün inetdən tapdığınız şeirləri bu mövzuya yerləşdirəsiz. Post yığmaq üçün başqa yoldan istifadə edin.Bu dəfə şeirlərinizin yarısını silərək,şifahi xəbərdərlıqla kifayətləndim.Növbəti belə halla rastlaşsam xəbərdarlıqsız sizə 10 gün ban verəcəyəm.!

Heç bir üzrünüzü də qəbul etmirəm.68 şeir hide etmişəm.! Bu cür ciddi mövzunu əyləncəyə çevirmisiz!

Edited by Kenul2012

Mən başa düşmədim, mövzu Xoşladığımız şeirləri paylaşmağımız deyil bəyəm??

Əgər elədirsə nə əsasla icazə vermirsiniz və şeirlərimi gizlədirsiniz????

Mənim ümumiyyətlə fikrim var sabaxdan Nizami Gəncəvinin bütün Xəmsəsin yavaş-yavaş bu mövzuda yerləşdirim. Və limitim 150 postu keçəndən sonra gündə 30 yox 100 post yazım.

Məncə mövzunu canlandırmağıma görə siz mənə çox sağ ol deməlisiniz, amma siz isə üzr gözləyirsiniz  :)

  • Like 1

10 gün ban!

  • Upvote 1
  • Downvote 1
Link to comment
Share on other sites

Yadımda deyil bu şeir bura yerleşdirib ya yox...

Yoxdusa

Nusret Kesemenli

Göz yaşını axıtmağa deyermi?

Sonunda bir güleceyi yoxdusa.

Her görüşe sevgi deme, ezizim,

Eger onun geleceyi yoxdusa...

Her gül altda gizlenene köz deme,

Her xatire qırığına iz deme.

Her ürekden kövrek neğme gözleme,

Sarı simde dineceyi yoxdusa...

Oda salsan, buz bağlayıb donacaq,

Elden uçdu, yad budağa qonacaq.

Könül versen, ne qiymete alacaq?

Könül qedri bileceyi yoxdusa...

Ucaltdığın kiçilende göresen,

Eriyersen gözün göre-göre sen.

Süfresine ne qoyacaq göresen?

Sennen tike böleceyi yoxdusa...

Deme mene: neler gelir ağlıma,

Vay onda ki, qara senden ağ uma.

Üreksize ürek verib ağlama,

Bir gün sensiz öleceyi yoxdusa...

Link to comment
Share on other sites

Mən başa düşmədim, mövzu Xoşladığımız şeirləri paylaşmağımız deyil bəyəm??

Əgər elədirsə nə əsasla icazə vermirsiniz və şeirlərimi gizlədirsiniz????

Mənim ümumiyyətlə fikrim var sabaxdan Nizami Gəncəvinin bütün Xəmsəsin yavaş-yavaş bu mövzuda yerləşdirim. Və limitim 150 postu keçəndən sonra gündə 30 yox 100 post yazım.

Məncə mövzunu canlandırmağıma görə siz mənə çox sağ ol deməlisiniz, amma siz isə üzr gözləyirsiniz  :)

 Sebra.construction, bu movzuda dalba dal sherler yerleshdirende, adam chatdirib oxuya bilmir, laziminca zovq ala bilmir oxuduqlarindan. Amma Nizaminin Xemsesi barede fikriniz chox xoshuma geldi. Eyer ciddi bu fikirdesizse, ayrica bir movzu achin ve, yavash-yavash o movzuda Xemseni paylasin. Chox yaxshi bir ish gormush olarsiz. Meselen, men oxumamisham Xemseni, amma hisse-hisse boyuk memnuniyyetle oxuyaram. Size ugurlar!

Link to comment
Share on other sites

Yağış yuyur ,gün qurudur.

Ramiz Rovşen

Bu yerləri bu göyləri

Yağış yuyur ,gün qurudur.

Bu dünyada çox şeyləri

Yağış yuyur ,gün qurudur.

Gözümüzün yaşını da,

Bağrımızın başını da

Qəbrimizin daşını da

Yağış yuyur ,gün qurudur.

Gələn nədi ,gedən nədi?

Bələk nədi,kəfən nədi?

Bu dünya öz kefindədi

Yağış yuyur ,gün qurudur.

...Ulduzların tozunu da,

Lap günəşin özünü də,

Lap yağışın özünü də

Yağış yuyur ,gün qurudur..

Link to comment
Share on other sites

BİR YAZ GECƏSİ

Bir yaz gecəsi

Yağış yağır

ildırım çaxır

Göydəkilər yerdəkilərin şəklini çəkir

Mənsə ciyərimə çəkirəm

yağışda çimmiş torpağın ətrini: 

oxxx...

anladılmaz ki...

Bir yaz gecəsi

Göy guruldayır...

İldırım çaxır;

Yerdəkilərçün çaxmaq çəkir göydəkilər.

Mənsə dərd çəkirəm:

Saat Ona hələ çox qalıb

niyə axı...?!

İldırım çaxır

Saniyəlik aydınlıqlar da işə yarayır.

Önündəki su çalasına düşməməkçün

ildırımın çaxmasını gözləyirəm

Gözləyirəm

Onun məni görməsini, 

baxmasını gözləyirəm... 

Baxmaz ki...

Göyüm guruldayır bir yaz gecəsi

yağışım yağır

Onun pəncərəsi...

...işığı sönür

pərdəsi çəkilir:

Filmin Sonu!

İlqar Kamil

Link to comment
Share on other sites

Səni sevmək üçün..

Səni sevmək üçün bir ömür deyil

Min ömrüm olsaydı verərdim sənə

Ömrümü çiçək tək yığıb toplayıb

Düzərdim bircə-bir qara telinə

Sən dəniz olaydın mənsə qağayı

Elə hey uçardım başının üstə

Sən qaya olsaydın mamır olardım

Sənin o çınqıllı daşının üstə

Bu eşqdən alışıb sən şam olaydın

Dönərdim başına pervaneler tək

Leylinin eşqindən ilham alsaydən

Düşərdim çöllərə divanələr tək

Kaş ki, barmağında üzük olardım

Gəzib oxşayaydım barmaqlarını

Kaş ki, dodağında boya olardım

Öpərdin ömürlük dodaqlarını

Səni sevmək üçün bir ömür deyil

Min ömrüm olsaydı verərdim yenə

Səni sevmək üçün bir könül deyil

Min könlüm olsaydı verərdim sənə

Link to comment
Share on other sites

Men isterem ki..

Men isterem ki, bütün gözellikler

Uzaq-uzaq, çox uzaq bir üfüqde eylensin.

Uzaq ve ince tebessümlerile şamü-seher,

Heyate nuri-sefa serperek çiçeklensin.

Gözel melekse... buludlarda göy üzünde yaşar:

Uzaq, beşerden bir mühite mail olar.

Uzaq, beşerden uzaq, gizli bir fezaya qoşarı;

Yaşar melek kimi, xoş bir xeyali-muğfil olar.

Evet, uzaqda sadet var, eşqe hörmet var.

Yaxın zeherlidir, amma uzaqda cennet var;

Uzaqda bir ebediyyet ki, başqa nemetdir.

Cahanı cennete teşbih eder de bir şair,

Gözel bir afeti bezen bir melek sanır, sevinir,

Feqet seadeti-aldanma, çox müveqqetidir!

Huseyn Cavid

Edited by Blok
Link to comment
Share on other sites

Bextiyar Vahabzadeden...

Deyəsən, çox qaçdım sənin dalınca,

Sənsə vərdiş etdin üz çevirməyə.

Mən günahlarını bağışlayınca,

Daha yaxın oldun rəhmsizliyə.

Sən külək kimisən, ilk sevdiyimdən,

Səmti dəyişmisən, sadəcə indi.

Əvvəl qoparırdın məni yerimdən,

Yıxıb səhralığa gedirsən indi.

Deyəsən, çox qovub, qaçırtdım səni,

Eşqi “qaçdı-tutdu” sandın üzümdən.

Bəlkə də belədir, ya da ki, məni…

Sevirdin, sadəcə qaçdın özündən.

Sən yağış kimisən, ilk sevdiyimdən,

Sadəcə şimşəyin çoxalıb indi.

Daha ilkbahardan müjdə vermədən,

Payız olmağına vaxt çatıb indi.

Deyəsən qovmağım səni çox yordu,

Özüm yorulmadım, tövşümədim də.

Eşqin bir ikinci nəfəsim oldu,

Sənə saxlamadan, çəkdim içimə.

Sən məndən o qədər qaçacaqsan ki,

Axırda yorulub dayanacaqsan.

Və məni gözlərkən, baxacaqsan ki,

Mən ötüb keçirəm sənin yanından...

  • Upvote 1
Link to comment
Share on other sites

Bu şəhərə sükut çökər

şəhər yatar,

mən yatmaram…

Yalnızlıqdan

ürəyimə qəm səpilər-

tək qalaram

bu şəhəri yuxusundan oyatmaram.

Bilirəm ki,

nə bu gecə,

nə bu şəhər

yalnızlığa çarə tapmaz…

Gözlər donuq,

hər yan sükut –

ürək yatmaz…

Bu şəhərdə heç bir kəsin

halına da ağlamazlar..

Yalnızlıq bürüyər ətrafı,

bir kimsəni

tənhalıqdan almaq üçün

əl atmazlar...

Link to comment
Share on other sites

SEVGİLƏR

Sevgi vardır ki, dodaqda açar güllərini

Sevgi vardır ki, bir az qar kimi,rüzgar kimidir.

Sevgi vardır ki, oxudur qəlbində bülbüllərini,

Böylə bir sevgi mənim ruhumu oxşar kimidir!

Sevgi vardır ki, uzaqdan bizə parlaq görünür.

Ona yaqlaşmayalım, çünki o zülmətlə dolu

Sevgi vardır ki, düşər yerlərə daim sürünür,

Öylə bir sevgi də min dürlü xəyanətlə dolu.

Sevgi vardır ki, bahardan bizə güllər gətirir

İçi zəqqum və zəhər, qoxlama, qəlbin qanayar!

Sevgi vardır üzü xoş, daxili bir qorxulu yar

Sevgi vardır bizə çox dadlı əməllər gətirir.

Fəqət! Həpsində qaranlıq gecələr kölgəsi var!

Sevgilərdə qarışıq bilməcələr kölgəsi var!

Mikayıl Müşfiq

Hər vaxtiniz xeyirli olsun .

Bu şerin 1-ci bəndində bəzi xətalar var ki , 15 hecali vəznin ritmik ahəngini pozur .

İcazənizlə , daha doğru varianti təqdim etmək istərdim :

Sevgi vardır ki, dodaqlarda açar güllərini,
Sevgi vardır ki, bir az qar kimi, rüzgar kimidir.
Sevgi vardır oxudur qəlbidə bülbüllərini,
Böylə bir sevgi mənim ruhumu oxşar kimidir.

Sizin de her vaxtiniz xeyir. Duzelishe gore chox sag olun. Diqqet etmemishem. Kichik bir duzelishle sher xeyli deyishdi. Diqqetinize gore ayrica teshekkur edirem.

Link to comment
Share on other sites

Allahin sülhü , rəhməti və bərəkəti olsun üzərinə , ey dahilər və müdriklər yetirən - Azərbaycan !

Şeyx Nizami Gəncəvi - Dahilik nədirsə , Nizami həmin dahiliyin - Okeanidir ! 

Rəbbini hər şeydən uca tutub onun eşqi ilə yazib yaradan - Nizami .

Bu həmin sevginin qüdrətindəndir ki , artiq 1000-ilə yaxindir - Onun Rəbbinə həsr etdiyi - Sevgili Canani - sevə sevə oxunur və yaşayir .

Ölməz misralar silsiləsindən :

Sordum ki, “Könül hardadır”, aldım bu cavabı
“Heç sorma, tapılmaz onu axtarsa da insan.”

Bu cür vəsf etdi öz Sevgili Cananini - Millətimin dahi övladi .

Məhəmməd Süleyman oglu Füzuli !

İlahi Eşqin ən bariz nümunələrindən və fədailərindən biri ......  Hər qələmə aldigi inci sətirlərində , Rəbbini daim zikr edən - Füzuli .

Kunyəsi - Quran kəliməsi olan - Fadl (Fəzl)  sözü ilə baglidir ki , mənasi - Fəzilətli , yəni üstün deməkdir .

Bu Allah aşiqi , yaşadigi dünyani - Diyari Hicr - yəni - Köç dünyasi və yaxud Ayriliq dünyasi adlandirir . Aid olduğu aləmi isə - Fəzayi eşq - yəni Eşq fəzasi - (Пространство Любви) .

Tutuşdu qə:m oduna şa:d gördüyün könlüm,

Müqəyyəd oldu ol a:za:d gördüyün könlüm.
 
Diya:ri-hicr(İ)də seyli-sitəmdən oldu xəra:b,
Fəza:yi-eşqdə a:ba:d gördüyün könlüm.  
 
(двоеточие после гласных , для их удлинения  :gyyy: ) 
 
Könlüm - Ruhum
Müqəyyəd - Zəncirlənmiş , Bağli (qolu bağli əsir)
Seyli Sitəm - Əzab seli 
 
Bir çox Haqq sirrinə vaqif olanlarin aqibətini yaşamişdi bu Dahi . Məşhur qəzəllərindən birində , həyatinin nə cür ağrili və acili keçməsindən bəhs etdi :
 
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.

Pambiq kimi örtmüş - bədənimə vurulan dəlilik dağlarinin üstünu - ağ tüklərim 

Sağ olduqca libasimdir bu ,

Öldükdə isə kəfənim 

Məyər bu kəlamlarin yaşamasi , və onlarin müəlliflərinin daim böyük hörmətlə yad edilməsi , İlahi vədin doğruluğunun növbəti bir sübutu deyilmi  ?

Allah yolunda dünyasini dəyişənlər haqqinda - Meyyitdirlər - deməyin . Həqiqətən onlar - Diridirlər , və Rəbbləri hüzurunda ruzilənirlər . (Kərim olan oxunuş - Quran)

Xoş o Nəfslərin (Kimliklərin , Mənliklərin) halina ki , Xeyir əməlləri bu gün də diridir və özləri də daxil bütün Bəşər onlardan bəhrələnir .

Mövzudan kənara çixdimsa , üzrlü hesab edin .

Hormətlə : 

Elchin Shahbazov .

Edited by Elchin Shahbazov

Ne gozel yazmisiz, izah etmisiz. Chox teshekkur edirem. Imkaniniz olduqca davam edin. Boyuk zovq aldim. Bir daha teshekkur edirem.

Link to comment
Share on other sites

Şer gözəldi, İfa ondan da gözəldi.... 2sinin vəhdəti DƏHŞƏTdi

https://www.youtube.com/watch?v=ANBn15LJIYw&sns=fb

Fikus, chox sag olun. Gozel sherdir. Kohne lent yazisidir ve bunu tapdiginiza gore dushundum belke men de bir sher axtariram, o da rastiniza chixar. Chixarsa mutleq bolushun. Fuad Poladov ifa edirdi Sherin adi Ne gozeldi,  taze-terdi qizilguller. Ne qeder axtarmisham, tapa bilmemishem.

Link to comment
Share on other sites

Mende sigar iki cahan, men bu cahane sigmazam,

Gövheri lamekan menem, kövnü mekane sigmazam.

Ershle fershü kavü nun mende bulundu cümle çün,

Kes sözünü ve ebsem ol, sherhu beyane sigmazam.

Kövnü mekandir ayetim, zati dürür bidayetim,

Sen bu nishanla bil meni, bil ki, nishane sigmazam.

Kimse gümane zenn ile olmadi heqq ile bilish,

Heqqi bilen bilir ki men, zennü gümane sigmazam.

Surete baxu menini suret icinde tani kim,

Cism ile can menem, veli cism ile cane sigmazam.

Hem sedefem, hem inciyem, heshru sirat edinciyem,

Bunca qamushu rext ile men bu dükane sigmazam.

Genci- nihan menem men ush, eyni- eyan menem, men ush,

Gövheri - kan menem men ush, behrevu kane sigmazam,

Gerci mühiti- ezemem,adim ademdir, ademem,

Dar ile künfekan menem, men bu mekane sigmazam.

Can ile hem cahan menem, dehrile hem zaman menem,

Gör bu letifeyi ki men, dehru zemane sigmazam.

Ecum ile felek menem, vehy ile hem melek menem,

Cek dilini ebsem ol men bu lisane sigmazam.

Zerre menem, günesh menem,car ile shesh menem,

Sureti ile beyan ile, cunki beyane sigmazam.

Zat ileyem sifat ile, qedr ileyem berat ile,

Gülshekerem nebat ile, beste dehane sigmazam.

Nar menem, shecer menem, ershe cixan hecer menem,

Gör bu odun zebanesin, men bu zebane sigmazam.

Shems menem, qemer menem, shed menem, sheker menem,

Ruhi-rivane bagishlaram, ruhi - rivane sigmazam.

Gerci bu gün Nesimiyem, hashimiyem, qureyshiyem,

Bundan uludur ayetim, ayetü shane sigmazam.

Link to comment
Share on other sites

Ucundadır dilimin,

Həqiqətin böyüyü.

Nə qoydular deyəyim,

Nə kəsdilər dilimi.

Bilirmisən cühəla

Nə etdilər vatana?

Nə qoydular uyuya,

Nə qoydular oyana.

Durur bila-hərəkət,

Rəvamı bir diriyə?

Nə getmədə iləri,

Nə dönmədə geriyə.

Ədu qırır qapıyı,

Biz evdə bixəbəriz.

Nə başqa başqalarız,

Nə ittihad edəriz.

Ayıltmadı qələmim.

Şu türk ilə əcəmi.

Nə qoydular yazayım,

Nə qırdılar qələmi.

Əli bəy Hüseynzadə

Link to comment
Share on other sites

Bu müəllifin şeirlərini yazdığım postlara, hər dəfə aldığım minuslar özünəməxsus göstəricidir.

Hüseyn Cavid yaradıcılığını çox xoşlayıram. bu səbəbə , davam...

         "Kiçik sərsəri "

Uyuyur... üştü başı toz-topraq,

Nə bir ümidi var, nə kimsəsi var.

O bir öksüz,  o bir soluq yapraq,

Nə də məhzun köküs keçirməsi var.

Ona yoldan keçənlərin ürəyi,

Daş kəsilmiş də yasdıq olmuşdur.

Yok onun şimdi kimsədən diləyi,

Uyuyur...Zavallı yorulmuşdur.

Günəşin qızğın , odlu zərbəsinə

Hədəf olmuş vücudu; həm də əlil.

Bir kiçik qülbə yox ki, kölgəsinə

Sığınversin zavallı səfil.

Zülmün selini, cinayətin yolunu

Önləmək üçün həbsxanalar yapılır.

Şimdi məsumkən, səfalət onu

Suçlu ilan edər, yarın asılır !

Haqqa varmaq, pərəstiş etmək üçün,

Yüksəlir bir tərəfdə məbədlər.

Daş, çamur ; haqq rizası namümkün...

Aldanır, aldanır, zavallı bəşər !..

Link to comment
Share on other sites

Rəssam, sevgilimin rəsmini gəl çək,
Sevgilim gözəldir, sən də gözəl çək.
Nazına çatanda fırçadan əl çək,
Qoy onun nazını mən özüm çəkim...

Çək onun qaradan qara telini
Çək, rəssam çək onun incə belini
Gözünə çatanda saxla əlini
Can alan gözünü mən özüm çəkim

Çək Tanrı verdiyi gözəl qulunu
Çək dörd bir yanını, sağı solunu
Çək onun keçdiyi həyat yolunu
Qoy ayaq izini mən özüm çəkim

Mikayıl Müşfiq

Link to comment
Share on other sites

BU DÜNYANIN QARA DAŞI GÖYƏRMƏZ

Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib, payız gəlib, qış qalıb.

Göy çəməndə ocaq yanıb, daş qalıb,

Bu dünyanın qara daşı göyərməz.

Nə o ocaq közərəsi, sönəsi,

Nə o günlər bir də geri dönəsi…

Qəm eləmə, könlümün bir dənəsi,

Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir bir xoş baxışa,

Körpə budaq əl açıbdır yağışa.

Min baharın hərarəti yığışa,

Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,

Tufanlanıb çalxalanmaz dənizim.

Daha məndən sevgi umma, əzizim,

Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,

Elə bilmə əllərimi üzmüşəm.

Ürəyimə daş bağlayıb dözmüşəm,

Bu dünyanın qara daşı göyərməz.

Link to comment
Share on other sites

BU DÜNYANIN QARA DAŞI GÖYƏRMƏZ

Leyləklərin çöp yuvası boş qalıb,

Bahar gedib, payız gəlib, qış qalıb.

Göy çəməndə ocaq yanıb, daş qalıb,

Bu dünyanın qara daşı göyərməz.

Nə o ocaq közərəsi, sönəsi,

Nə o günlər bir də geri dönəsi…

Qəm eləmə, könlümün bir dənəsi,

Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir bir xoş baxışa,

Körpə budaq əl açıbdır yağışa.

Min baharın hərarəti yığışa,

Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,

Tufanlanıb çalxalanmaz dənizim.

Daha məndən sevgi umma, əzizim,

Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,

Elə bilmə əllərimi üzmüşəm.

Ürəyimə daş bağlayıb dözmüşəm,

Bu dünyanın qara daşı göyərməz.

Ulu Tanrinin rəhməti və bərəkəti , üzərində olsun , Azərbaycan .

Musa Yaquba , yalniz ehtiram izhar etmək gərəkir , bu misralardaki qəlb oxşayan  sözlərə görə .

Link to comment
Share on other sites

Rəssam, sevgilimin rəsmini gəl çək,

Sevgilim gözəldir, sən də gözəl çək.

Nazına çatanda fırçadan əl çək,

Qoy onun nazını mən özüm çəkim...

Çək onun qaradan qara telini

Çək, rəssam çək onun incə belini

Gözünə çatanda saxla əlini

Can alan gözünü mən özüm çəkim

Çək Tanrı verdiyi gözəl qulunu

Çək dörd bir yanını, sağı solunu

Çək onun keçdiyi həyat yolunu

Qoy ayaq izini mən özüm çəkim

Mikayıl Müşfiq

bu şeiri çox bəyənirəm.

bir neçə şeir var ki, xatirimdə, onları lik kəs oxuyan andan hafizəmdə həkk olunub... səbəbini özüm də dərk edə bilmirəm. bu da həmin şeirlərdən biridir. təşəkkür , Ceylin :rroza:

Link to comment
Share on other sites

bu şeiri çox bəyənirəm.

bir neçə şeir var ki, xatirimdə, onları lik kəs oxuyan andan hafizəmdə həkk olunub... səbəbini özüm də dərk edə bilmirəm. bu da həmin şeirlərdən biridir. təşəkkür , Ceylin :rroza:

Mende de eynile bele olur,bezi sheirler var ki,xususen ruha daha dogma gelir.Belke de bu,gerchek hisslerin oldugu kimi terennum edildiyi uchun beledir.

P.S.Mektebli olarken Dilber Axundzadenin "Mushfiqli gunlerim" adli xatire kitabini oxuduqdan sonra,mende nedense bele fikir formalashib ki, Mushfiq sheirlerini yalniz ona hesr edib,bashqa cur mumkun ola bilmez,hetta sonradan eksini iddia edenler olsalar bele. :)

Edited by ceylin
Link to comment
Share on other sites

Tanrinin Rəhməti və Bərəkəti , üzərinizdə olsun .

Əli Ağa Vahidimizin qəzəllərinin birində , bir beyti var ki  , rəhmətlik çox ibrəətamiz bir sualla eşq fədailərinə müraciətdə bulunur . Yaddaşim məni yaniltmirsa , həmin beytin məzmunu bu cür olmalidir :

Gül üçün , Bülbüli - Şeyda keçir öz canindan !

Gül nəyindən keçəcək ,  Bülbüli - Şeydaya görə ?

Bu sözlər vaxtikən , qəlbimdə həzin və dərin izlər qoyduğundan , qəzəllərimin birində , Rəhmətliyin sualina cavab olaraq belə bir beyt yazmişdim :

Çəkir hey naləni Bülbül , Güli - Xəndani üçün ,

Binəva Gül də solub , canini qurban gətirir !

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Из Хырдалана и Забрата массово бегут люди срочно выставляя на продажу свою недвижимость
      Резко возросло число объявлений о продаже жилья в Хырдалане.
        • Like
      • 114 replies
    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Like
      • 35 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Haha
      • 99 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Like
      • 138 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
        • Like
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Haha
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 56 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...