Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

METAFORA

Şəkər xəstəsinə şəkər yasaq olan kimi yasaqdın mənə
dişlərimin arasına qoydum səni
sıxdım... sıxdım
lakin
yemədim
sənə məni öldürəcək gücü vermədim, əzizim;

bəlkə ölməkdən qorxdum
bəlkə
səni tükətməkdən
nə bilim
görünən odur ki,
mən sağ qalmağı tərcih etdim, əzizim.

Sənsə bir gün qəfil
saçlarını hörüb dedin ki mənə:
gedirəm!
Nə bağda gilasların yetişməsini gözlədin
nə havanın istiləşməsini...
ay insafsız
hava bu qədər soyuqkən gedilərmi heç?
üstəlik, 
yarpaqları da yoxkən aqacların...

Getdin...
fəqət
bu dəfə, getmək
ayaqlarına elə gozəl yaraşdı ki...

İlqar Kamil

  • Upvote 1
Link to comment
Share on other sites

Get, qoy yolun açıq olsun
 ey hər zülmümə dözənim!
 Tərk etmək üçün çırpınan,
 bircə bəhanə gəzənim!

 Get, qoy yolun açıq olsun
 Onsuz bir gün getməliydin;
 Çoxdan qurduğun planı
 axır icra etməliydin.

 Get, qoy yolun açıq olsun
 zorla gözəllik olmaz ki...
 ...Əkdiyin gülü neynəyim?
 sən getdin deyə solmaz ki..?

 Yadındamı hey deyirdin:
 "getsən boş yerin dolmaz ki"
 Ehh, mən də gör nə umuram
 bunlar yadında qalmaz ki.

 Get, bilirəm yük olmuşdum-
 bu qədər vaxtı mən sənə.
 Ömründən üzr istəyirəm
 təkrar-təkrar, dönə-dönə.

 Get, qoy yolun açıq olsun
 ey hər zülmümə dözənim!
 TərK etmək üçün çırpınan,
 bircə bəhanə gəzənim!

 

İlqar Kamil

  • Upvote 3
Link to comment
Share on other sites

Neymətulla Kişvəri (XV əsr)

 

qəzəl 22 beytdən ibarətdir, bir hissəni yazdım

 

Gülüm, bağım, baharım, cilveyi-tavusi-tənnazım,

Həzarım, bülbülüm, kəklik yerişli vəhşi ceyranım.

 

Gözüm, eynim, çırağım, aftabim, mərdömüm, çeşmim,

Zəbanım, fikrim, idrakım, sözüm, təbi-dürəfşanım.

 

Baharım, tazə gülzarim, pəri-peykər, güləndamım,

Səmənbər, tazə nəsrinim, mənim sərvi xuramanım.

 

Cahan içrə mənə sənsən muradü məqsədü məqsud,

Əzəl günündən bağlanmışdır səninlə əhdü peymanım.

 

Ğamü ənduh ilə ölsəm, deməzsən, ey sənəm, hanı

Qulamım, çakərim, qulum, əsirim, bəndəfərmanım.

 

Cənabi-dövlətində Kişvəri bir quldur, sənsən

Bəyim, şahim, xudavəndim, ümidim, xosrovum, xanım.

 

  • Upvote 2
Link to comment
Share on other sites

Çərşənbələr arası bizim mövzuda qoşmalardan bir naxış olmasa olmaz )

Molla Pənah Vaqif (XVIII əsr)

 

ləhcəsini dəyişmədim, orijinalda olduğu kimi yazıram.

 

Bədənin sərasər gül xərmənidir,

Qamətin gözəldir, gözəl sevdigim !

Heç nə istəmənəm iki dünyada,

Sənsən mənim axır-əzəl sevdigim.

 

Qul vermişəm bu canımı canına,

Harda olsam, könlüm gələr yanına,

Nə qədər söyləsəm sənin şanına,

Yaraşar müxəmməs, qəzəl, sevdigim !

 

İraq durma, məndən cüdayı gəzmə !

Sevirsən, ey nazlım, xudayı gəzmə !

Əyri oturub belə kinayı gəzmə,

Gəl indi mənimlə düzəl, sevdigim.

 

Ahımı göylərə hər səhər çəkdim,

Kəm çəkmədim, amma mötəbər çəkdim,

Qoynunda nar dərdi ol qədər çəkdim,

Oldu rəngim axır xəzəl, sevdigim.

 

Xumar gözlərini oyaq qoymasan,

Yıxılan könlümə dayaq qoymasan,

Dərman eyləməyə ayaq qoymasan,

Şikəstə Vaqifdən üz əl, sevdigim !

 

 

 

 

  • Upvote 2
Link to comment
Share on other sites

Neylərəm mən o gözü gərçi sənə baxmayacaq,

Bir dəfə baxmış idi, bir də yenə baxmayacaq.

Hər daşın altda bahar vaxtı təzə ot göyərər,

Fərhadın ahı o dağlarda çənə baxmayacaq.

Qonağın gəlməsini hər qapıda halqa deyər,

Hansı aşiqdi ki, qəlbi deyənə baxmayacaq.

Əbədi bağlamaq olmaz ürəyi bir qapıtək,

Eşq gəldi o sənə, ya mənə baxmayacaq.

İstərəm boş əl ilə, Saib, alım yarı ələ,

Qorxuram yar ürəyimdən keçənə baxmayacaq.

 

filosof şair Saib Təbrizi (XVII əsr)

 

  • Upvote 3
Link to comment
Share on other sites

Şam şəhidlər qəbri üstə yanmasa, heç olmasın !

Lalədən dağlar əgər odlanmasa, heç olmasın !

 

Təzə otlarla bəzənsin bağçalar, bağlar gərək,

Dönməsə şəbnəmlər orda almaza, heç olmasın !

 

Bir evim var fərşi qəmdir, səqfisə azadlığım,

Xanəmə bir kəs nigahban olmasa, heç olmasın !

 

Süfrədə quşdan kababın vardır ayrı ləzzəti,

Olmasa qəm eyləyib, batma yasa, heç olmasın !

 

Qayda qanunsuz olan leşkərdən heç nə gözləmə,

Bu fələk qanun ilə fırlanmasa, heç olmasın !

 

Dərdinə dərman ki, olmaz gər bəzənsə dərdimənd,

Məhbusa nə xeyri, geydir atlasa, heç olmasın.

 

Bunca Saib, zülfə bənd olmaq nədir, mən bilmərəm ? 

Aşiqə məşuqəsi bağlanmasa, heç olmasın !

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

Qasım bəy Zakir (19-cu əsr)

 

duzlu şeirdir, bəyənirəm )

 

Qoşma 

 

Bu gün - bayram günü səhni-çəməndə,

Gördüm nazəninlər xürrəm oturmuş.

Mənim yarın nə danışır, nə dinir,

Onların içində əbsəm oturmuş.

 

Oturub tək- tənha, qarışmır cəmə,

Nə söhbətə qulaq asır, nə dəmə,

Bənzəyir aşiqi ölən sənəmə,

Əlləri qoynunda, purğəm oturmuş.

 

Seyğəlsiz, sürməsiz gözlər ilə qaş,

Dağınıqlı keysu, pozunuqlu baş,

Çöhreyi- altında qətrə-qətrə yaş,

Sanasan, gül üzrə şəbnəm oturmuş.

 

Soruşdum qızlardan, Allahı sevən,

Neyçin mükəddərdi o qönçədəhən ? 

Dedilər : eşidib, ey bifəva, sən,

Olmusan özgəyə həmdəm, oturmuş.

 

Sürünüb payinə, eylədim əfğan : 

İnanma bu sözə, yalandır, yalan 

Şikəskə Zakirəm, hüsnünə heyran,

Oxların sinəmdə möhkəm oturmuş.

 

  • Upvote 3
Link to comment
Share on other sites

Nə yaxşıdır, yaz yağışı içində

Bənövşələr ürkək-ürkək yuyuna :smile:

Boz buludlar göy üzündən köçəndə,

Dağ laləsi kaş vüqarla dayana.

 

Nə yaxşıdır, duman keçə, çən keçə,

Şəfəqlərdən naxışlana dərə, düz.

Ayrılığın tufanına düşüncə,

Həsrət nədir heç bilməyə qəlbimiz.

 

Nə yaxşıdır, sarı sünbül zəmisi,

Dalğalana, ətir yaya hər yana.

Süd qoxulu körpələrin nənnisi

Qızıl rəngli şəfəqlərə boyana.

 

Nə yaxşıdır, ayın sirli gecəsi

Qaçaq düşmüş yuxuların qayıda.

Dan sökülə, körpə quşların səsi,

Bizi səhər yuxusundan oyada .

  • Upvote 2
Link to comment
Share on other sites

Qarşımda nazlanıb yenə gülürsən,

Bilsən gülüşlərin nəyə bənzəyir ? 

Mən desəm artıqdır, özün bilirsən

Lalə yarpağında şehə bənzəyir )

 

Sənin gülüşlərin bir rüzgar kimi,

Əsərkən arzumun gülü açılır.

Gülsə dodaqların ulduzlar kimi,

Ruhuma bir sərin işıq saçılır.

 

Söylə,gözəllərin dodaqlarından

Bu gözəl gülüşlər umulmuşmudur ? 

Sənin hər qəhqəhən ay kənarından

Keçən buludmudur, uçan quşmudur ? 

 

Sənin gülüşlərin yaz səhərindən

Fikrimə, hissimə sanki rəng alır.

Gül ki, şeirlərim gülüşlərindən,

Qırılmaq bilməyən bir ahəng alır.

 

Sən güldüyün zaman bu şad günümdə

Açılır qarşımda canlanır bahar.

Bəzən başucumda, bəzən önümdə,

Şimşəklərim çaxar, sularım axar.

 

Cahan ki, solmayan bir bağça-bağdır,

Burda rəvamıdır gülmədən ölmək !

Yazıq o şəxsə ki, qaraqabaqdır,

Nə gözəl yaraşır insana gülmək ))

 

Mikayıl Müşfiq

 

 

Edited by NOIR
  • Upvote 2
Link to comment
Share on other sites

OLMUR!!! 

Səni tərk etmək də olmur,
tək qoyub, getmək də olmur;
neynirəmsə əfv edirsən
bəzən incitmək də olmur.

Bu nə sevgidi, nə nifrət?!
Ağıl susqun, ürək həsrət;
neyləmisən sən, ey afət,
gözündən itmək də olmur.

Sənə gələ də bilmirəm,
sənsiz ölə də bilmirəm,
səni bölə də bilmirəm:
cəm də olmur, tək də olmur.

Həyat çox səssizdi sənsiz,
xəyallarım bezdi sənsiz;
Sənsiz çox qəlizdi, sənsiz 
qəlbi öyrətmək də olmur.

Çarəm nədi? Qaşqabaq?
Xatirələri daşlamaq...?!
Sənsiz yenidən başlamaq,
sənsiz heç bitmək də olmur.

İlqar Kamil

  • Upvote 3
Link to comment
Share on other sites

Həyatım sən gedəndən
sən gələnə qədərdi;
yaxşı ki varsan, 
Nəfəs
yoxsa mən nə çəkərdim?

Elə zərifsən ki, sən
həbs edə də bilmirəm;
haçan ölmək istəsəm
Sən gəlirsən, ölmürəm.

Səni içimdə tutmaq
həyatıma qənimsə
Necə yalandan deyim
ki, sən mənim, 
mənimsən?

Desəm "sənə möhtacam"
nazlı-nazlı gülürsən.
...Deməsəm nolacaq ki?
ciyərimi bilirsən.

Bir an gecik, hələ bax
qəlbim necə çırpınır?
Sənsiz olmur, ay nəfəs
Ruhum sənə dartınır.

Qəlbimə də 
- düzün de, çıxıb-girən sənmisən?
Ürəyimi içimdən
döyündürən Sənmisən?

Nə bilm e, nə deyim?
sözüm elə çoxdu ki.
Dərindən SƏN çəkirəm
Sən kimisi yoxdu ki.

Qoyma ölüm haçansa...
Qoyma ölüm, 
qalmasa
yaşamağa həvəsim;
Get, ay mənim Nəfəsim,
gəl, ay mənim Nəfəsim!

İlqar Kamil

  • Upvote 1
Link to comment
Share on other sites

Qəlbimlə gözlərim vuruşurdular

Bölə bilmirdilər səni heç cürə.

Gözlərim hüsnündən olmurdu kənar,

Qəlbim bir mücrüydü, sanki, o dürrə.

 

Qəlbim and içirdi hey yana-yana,

Səni yaşadır o, gözlərdən xəlvət.

Gözlərim etiraz edirdi buna

Deyirdi : məndədir o gözəl xilqət.

 

Ağlım bu döyüşə bir hakim kimi

Son qoydu, hər şeyi araşdırdı o.

Aydın gözlərimlə təmiz qəlbini

Dost edib, əbədi barışdırdı o.

 

Hər kəs qismətini bildi bir kərə:

Qəlbi qəlbə verdi, hüsnü gözlərə.

 

 

  • Upvote 2
Link to comment
Share on other sites

Bilməm nə oldu, qoydu məni, getdi dilbərim ? 

Ağlar göz ilə aşiqi tərk etdi dilbərim.

 

Yüz il də ömür qılsam, onu mən unutmaram,

Gülzari-vəslinə məni öyrətdi dilbərim.

 

Onsuz bu qürbət ölkə cəhənnəm keçir mənə,

Sanki bu xəstə könlümə cənnətdi dilbərim.

 

Sevdalı könlümü necə bəs sakit eyləyim,

Bimari-eşqə əsli şəfahətdi dilbərim.

 

Bir istifadə etmədin, ey qan olan könül,

Rahi-vüsalə yetməyə fürsətdi, dilbərim.

 

Aləm vəfası olmayana nifrət eyləyir,

Sən gəl vəfasız olma, pis adətdi, dilbərim !

 

Var bir ümid, bir də görəm gül camalını,

Axır vəfalı aşıqə qismətdi, dilbərim.

 

Vahid, qanım qaraldı düşərkən xəyalıma,

Bir ayrı nazənindi, qiyamətdi dilbərim !

 

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

Torpaqda, səmada sənin nəfəsin,

Bir yeni nəğmədir səhər, nə yaxşı !

Quşlar budağına qonub vələsin,

Şehi üstümüzə səpər, nə yaxşı ! 

 

Suların səsində təzə bir çalar,

Yüz il ömr eləsəm, yadımda qalar.

Dərələr boyunca yer nəfəs alar,

Dumanlar meh olub əsər, nə yaxşı )

 

Təbiət həssasdır, bir ürək kimi

Yarpaqlar qızarıb çiyələk kimi.

Çəməndə gül gördüm kəpənək kimi,

Payızda gül-gülün bəzər, nə yaxşı

 

Mənim mehribanım axar, durular ))

Kədərli vaxtımda boynunu burar,

Fərəhli vaxtımda yanımda durar,

Sevinər nə yaxşı, gülər nə yaxşı.

 

 

 

  • Upvote 4
Link to comment
Share on other sites

Mən şirin ləhcəli bir bülbüləm кi,

Güllərdən кüsərəm, səndən кüsmərəm! 

Məni öz canından artıq istəyən

Еllərdən кüsərəm, səndən кüsmərəm! 

 

Gözlərin misaldır aхan çaylardan

Кirpiyin oхlardan, qaşın yaylardan.

Qarşımıza gələn uzun aylardan,

İllərdən кüsərəm, səndən кüsmərəm! 

 

Еl içində bizə dеrlər Sayadlı,

Tərlan ovçusuyam, ruhum qanadlı.

İlham pərisinin açdığı dadlı

Dillərdən кüsərəm, səndən кüsmərəm! :nett:

 

Mikayıl Müşviq

 

  • Upvote 5
Link to comment
Share on other sites

  • 2 weeks later...

Xatırlarmısan ki, orda bir zaman

Səninlə diləyə ərdim, gözəlim...

Sən məndən yadigar bir şey istədin,

Qoparıb qəlbimi verdim, gözəlim...

 

Məni qəbrə qədər götürsün deyə,

Zəhərmi qatmısdın sunduğun meyə?

Mən lənət oxudum sənsiz hər şeyə,

Mən hər şeydə səni gördüm, gözəlim…

 

Muğan yaylasında, göy Mil düzündə,

Axdı qanım damla-damla izində,

Gəl vəfa qıl, sən də bir dur sözündə,

Mən sözüm üstündə durdum, gözəlim…

 

Kəbəm oldun, mehrabına diz qoydum,

Xızrım oldun, dərgahına göz qoydum,

Qərib düşdüm, torpagına üz qoydum,

Bir sormadın nədir dərdim, gözəlim?

 

Hara getsəm arxamda bir ahım var,

Varıb baş qoymaga bir dərgahım var,

Əlbət ki, mənim də bir Allahım var,

Gün gəlir hürr olur yurdum, gözəlim…

 

"O gözələ" ,  Almas İldırım

 

  • Upvote 5
Link to comment
Share on other sites

  • 2 weeks later...

Əruz (Rəməl)

 

Eşq dərdi, ey müalic, qabili-dərman deyil !

Cövhərindən eyləmək cismi-cüda asan deyil !

 

Dövr cövründən şikayət edənə aşiq deməm,

Eşq məsti vaqifi-keyfiyyəti- dövran deyil !

 

Şəhrdə səhraya bir fərq olduğun hər kim bilir,

Bilmiş ol kim, eşq səhrasında sərgərdan deyil !

 

Hər kim idrak eylər öz keyfiyyəti-halın hənuz,

Dust rüxsarına eyni şövq ilə heyran deyil !

 

Canı canan ittihadi fariğ eylər cismdən,

Cismdən agah olan can vasili-canan deyil !

 

Der imiş düşmən ki, həmdəmdir Füzuli yar ilə,

Hər sözü böhtan isə, həqqa, bu söz böhtan deyil !

 

 

 

 

  • Upvote 3
Link to comment
Share on other sites

Xəyal coşub, bir qız düşüb yadıma,

Alışıram öz eşqimin oduna.

Aşıq qardaş, barı sən yet dadıma,

Yarı hicran, yarı vüsal qarışıq

Bir hava çal, bir hava çal, ay aşıq.

 

Qara gözlüm qara qoyub günümü,

Heç bilmirəm hara qoyub ünümü,        (ad)

Yalvarıram, yetir yara ünümü,              (haray, qışqırıq)

Yarı hicran, yarı vüsal qarışıq

Bir hava çal, bir hava çal, ay aşıq.

 

Ay olmuşam, Zöhrə deyib gəzərəm,

Rəva bilməz yanam, yanam , közərəm..

Gəlsə, yolun ulduzlarla bəzərəm.

Qaranlıqdır, ürəyimə sal işıq,

Bir hava çal, bir hava çal, ay aşıq..

 

Bir ovçuyam, ovum gəlməz bərəmə,

Həsrət dağı köz dağıdar kürəmə,

Aşıq qardaş, oxşat məni Kərəmə,

Elimizə, obamıza yaraşıq

Bir hava çal, bir hava çal, ay aşıq...

 

Bəndin birini unutmuşam.. sorry..

  • Upvote 4
Link to comment
Share on other sites

Ramiz Rovsen: Yene bu şəhərəd üz-üzə geldik

                         Neyləyək ayrıca şəhərimiz yox

                         Bəlkə də,biz xoşdəxt ola bilərdik

                         Bəlkə də xoşbəxtdik xəbərimiz yox!!!!!!!!!

  • Upvote 3
Link to comment
Share on other sites

 

Ala gözlüm :rolleyes:, səndən ayrı gecələr

Bir il kimi uzun olur neyləyim?

Bağçamızda qızılgüllər hər səhər

Tezdən açır vaxtsız solur neyləyim?

 

Nərgizlərin gözü yaşla dolanda

Bənövşələr baxıb qəmgin olanda

Qərənfilin gözü yolda qalanda :unsure:

Yasəmənlər saçın yolur neyləyim?

 

Əsən ruzgarın da yoxdur vəfası,

Düşmüşdür başına özgə sevdası.

Lalənin çırılıb qəmdən yaxası,

Saçları pərişan olur, neyləyim?

 

Bəlkə tez gələsən əlac verəsən,

Sünbülün saçını yığıb hörəsən,

Əlvan çiçəkləri özün dərəsən, :romashka:

Gözləri yollarda qalır, neyləyim?

 

Çiçəklərin çəkir gözü intizar

Ayrılıqdan betər dünyada nə var?

Yaz axşamı səni bil ki, bu Nigar

Həzin-həzin yada salır neyləyim?.. :bawling:

 

"NEYLƏYİM" ,Nigar Rəfibəyli

  • Upvote 4
Link to comment
Share on other sites

Şəhid komandirə şer.

Ürəyin kövrəlib, gözün dolsaydı,

Getməyib yanında qalardım, Raquf.

Ömrümdən pay vermək mümkün olsaydı,

Ömrümdən - ömrünə calardım, Raquf.

 

Ey ANA!!! Şəhidəm!!! İstəyim çindi.

Səninlə Vətəni Ana bilmişəm!

Qəbrinə gül qoyub gedərdim, indi,

Özüm güllər ilə bəzədilmişəm.

(Əsgər və yoldaşlarından xatirə) 

Şəhid polkovnikin məzarındakı SİRLİ MƏKTUBLARI kim qoyur? - FOTO

... İlk dəfədir Vətən sözündən qaçmaq istəməmişəm və ilk yazımdır Vətən sözünün bu qədər yerli-yerində işləndiyini görürəm.
 
İlk dəfədir Ana ilə Vətən sözlərinin yaxın yox, eyni məna verdiyinin şahidi oluram.
 
Çünki anası da şəhid olmuşdu...
 
Hələ Ağdam alınmamış...
 
Özü də harada; cəbhə bölgəsində və cəbhədə olan övladlarına yemək apardığı yerdə.
 
Şəhid olub orada da dəfn edilmişdi.
 
Vətən anaya, ana vətənə qovuşub bütöv olmuşdular.
 
Vətəni ana olduğu üçün vurmuşdular, ananı vətən olduğu üçün. 
 
Ana-anaya, vətən-vətənə qovuşmuşu.
 
Və bu, sözün müstəqim mənasında, analaşan vətəni, vətənləşən ananı qorumaq üçün bir kişi lazım idi, ya yox?!
 
Lazım idi, əlbəttə!
 
Və o kişi vardı!
 
İlk dəfədir vətəni bu qədər ana, ananı bu qədər vətən görürdüm. 
 
Və ananın vətən, vətənin ana olduğunu anladığı üçün 24 illik qanlı mücadilədən sonra şəhid olan polkovnik-leytenant Raquf Orucovun Sumqayıtda - 14-cü kvartaldakı mənzilində əbədi tərk edib getdiyi başqa bir ananın görüşünə gedirdim.   ...
 

http://news.milli.az/country/428432.html

  • Upvote 2
Link to comment
Share on other sites

Qorxuram yenede ayriliq ola, 

Gelişin aylara,illere qala 

Bir ömür baxaram sen gelen yola, 

Bir axşam yanina gelirem desen. 

 

 

Eşqimi könlümü vermişem sene, 

Min qurban keserem sen gelen güne 

"Sevirem"deyirem men döne-döne, 

Ne olar birce yol "bilirem"desen.. 

 

Ne zaman çağırsan gelerem o gün, 

Senden bir mehebbet dilerem o gün 

Belke de ,sevincden ölerem o gün, 

Sen mene "derdinden ölürem"desen.

 

B.Vezioğlu

 
  • Upvote 4
Link to comment
Share on other sites

Vaqif Bayatlı Odər

 

 

Bir də kimsəni sevməyəcəm

 

Bir də kimsəni sevməyəcəyəm

Bu gecə nədəndir hamıdan qabaq

ağrıyan, qəlbimə yanıram dostlar,

Bir də sevda nədi, bilməyəcəyəm,

Bir də bir kimsəni sevməyəcəyəm.

 

Bir də bu dünyada eşqdən yazmağa,

Gecələr azmağa daha halım yox.

Bu xan oğlanlara, xanım qızlara

Qara sevda nədi, bir sualım yox.

 

Getdi gözlərimdən bir dəvə kini,

Getdi qollarımdan küçə davası.

Bahar ağaclardan çəkilən kimi.

Çəkildi başımdan gənclik havası.

 

Könlüm dəliliyi unutdu çoxdan,

Axır ki, ağlımın səsinə uydum.

Qonur gözlərimdə yorğunluq  – haqdan,

doydum küçələrdən, yollardan doydum.

 

Bir də sevda nədi, bilməyəcəyəm,

Bir də kimsəni sevməyəcəyəm.

  • Upvote 2
Link to comment
Share on other sites

  • 3 weeks later...

XATİRƏLƏR YORDU MƏNİ
Bu ilğımdı - üzü gülər.

Boş vədələr yordu məni.

Yüzü ağlar, yüzü gülər

Xatirələr yordu meni.
Dadı, duzu - doyulmazdı,

İşıq kimi yuyulmazdı,

Duyğu kimi duyulmazdı,

Şirin dillər yordu məni.
Qarlı zirvə, yaxan mənəm,

Öz başıma yağan mənəm.

Qılınc mənəm, qalxan mənəm,

Xatirələr yordu məni.
Qayanın hər üzü qaya,

Qayadan baxmadım aya.

Həsrətim həsrət o taya,

Aylar, illər yordu məni.
Sən bu səmtə yön görmədin,

Kor da gördü, sən görmədin,

Ha yol getdim, son görmədim,

Xatirələr yordu məni.

 

M.Araz

  • Upvote 2
Link to comment
Share on other sites

Kişilər bir olmur atam balası
Qorxağı var, igidi var,
Amma hər kişinin öləndən sonra
Qəbri üstdə ağlamağa
Bir qara paltarlı gözəl bir qadına ümidi var

Sən öləndə kim olacaq gözlərini bağlayan?
Qardaşmı olacaq, yadmı olacaq?
Bu dunyada bəlkə sənə ən çox ağlayan,
Ən çox ağlatdığın qadın olacaq?!

Göz yaşları yuduqca baş daşını
Qəbrində qurcalanıb,deyəcəksən: ilahi
İllər boyu ağlatdığım bu qadın
Görən necə saxlayıbdır bu qədər göz yaşını?!

Bircə kərə nə saçını oxşamışam,
Nə gözünü silmişəm.
Gözlərimə batır indi saçlarının hər dəni,
İllər boyu bu qadına mən axı dərd vermişəm
İndi görən niyə çəkir dərdimi?

Bu qadın baş daşımı öpüb sığallamaqdansa,
Yumruğuyla döysə-döysə yaxşıdı.
Qəbrimin üstündə ağlamaqdansa,
Məni söysə yaxşıdı.

Yeri-yeri,qara paltarlı qadın,
Kiri-kiri,qara paltarlı qadın.
Bu qəbir də min qəbirdən biridir.
Baş daşımı bəsdir basdın bağrına,
Bütün mənə ağlayanlar kiridi,
Sən də kiri, qəbrim damır, ağlama...

 

 

             Ramiz Rövşən :Qara paltarlı qadın

  • Upvote 3
Link to comment
Share on other sites

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi,

Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

 

Tər axıb gül yanağından,bulud örtmüş ayı,

Onu düşmənmi qovub,ya könlü qübar gəlmiş idi?

 

Ona mən göz yetirib xəlvəti baxdım-baxdım

Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

 

Uyuyub hər ikimiz rahət  olub bir yatdıq

Bəxtimin bağçasına güllü bahər gəlmiş idi.

 

Dedi; "getmək dəmidir,söylə ,nə istəyirsən yar ?"

Bir öpüş istədim ondan..Yeri var gəlmiş idi.

 

Ağlayıb getdi o yar,göz yaşı yandırdı məni,

Odlara yandı dilim,sanki şərar gəlmiş idi.

 

"Ey Nİzami" dedi-..birdən ayılıb gördüm o yox,

Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.

  • Upvote 7
Link to comment
Share on other sites

14 часа назад, Kenul2012 сказал:

...

Tər axıb gül yanağından,bulud örtmüş ayı,

Onu düşmənmi qovub,ya könlü qübar gəlmiş idi?

Sizdən də bir şeir qoparmaq mümkün imiş, Könül xanım ) özü də necə şeir. bəyəndim 

 

P.S. sizə iki ədəd report ünvanlamışam. bağ-bostanı alaq , qanqal basmamış, baxılması yaxşıdır. tşk

  • Upvote 2
Link to comment
Share on other sites

Telesme

Sebr eyle könül, möhneti hicrane telesme,
Derd ehli yeter sebrle dermane, telesme.
Kam almayacaq ayrılığa bais olanlar,
Aşiq yetecek sevgili canane telesme.
Pervane eger yansa da şemin siteminden,
Şemin de yaxar ömrünü pervane telesme.
Zahid çalışır yıxmağa meyxane binasın,
Mescid qalacaq, eksine, virane, telesme 
Gül zövqünü çekmek ebedi xare de qalmaz,
Bülbül geler elbetde gülüstane telesme.
Günden-güne artır bu gözel huriliqalar
Dünya dönecek cenneti rizvane telesme.
Vahid içeceksen deme ki tövbeler olsun,
Celb eyleyer axır seni meyxane telesme.

 

E.Vahid

  • Upvote 3
Link to comment
Share on other sites

Ressam, sevgilimin resmini gel cek
Sevgilim gozeldi, sende gozel cek!
Nazina catanda fircadan elcek!
Qoy onun nazini men ozum cekim

Cek onun qaradan qara telini
Cek ressam, cek onun ince belini
Gozune catanda saxla elini
Can alan gozunu men ozum cekim

Cek tanri verdiyi gozel qulunu
Cek dord bir yanini sagi solunu
Cek onun kecdiyi heyat yolunu
Qoy ayaq izini men ozum cekim!!!

 


Mikayil Musviq

  • Upvote 3
Link to comment
Share on other sites

В ‎24‎.‎05‎.‎2016 в 19:05, Igolka сказал:

Telesme

Sebr eyle könül, möhneti hicrane telesme,
Derd ehli yeter sebrle dermane, telesme.
Kam almayacaq ayrılığa bais olanlar,
Aşiq yetecek sevgili canane telesme.
Pervane eger yansa da şemin siteminden,
Şemin de yaxar ömrünü pervane telesme.
Zahid çalışır yıxmağa meyxane binasın,
Mescid qalacaq, eksine, virane, telesme 
Gül zövqünü çekmek ebedi xare de qalmaz,
Bülbül geler elbetde gülüstane telesme.
Günden-güne artır bu gözel huriliqalar
Dünya dönecek cenneti rizvane telesme.
Vahid içeceksen deme ki tövbeler olsun,
Celb eyleyer axır seni meyxane telesme.

 

E.Vahid

bu şeirlə tanış deyildim. ilk dəfədir oxuyuram

  • Upvote 2
Link to comment
Share on other sites

+ mən verdim. Qəzələ görə. 

Dəyərli bəlkə də heç nə demədiniz, Sizə görə. Ancaq dəyərsiz də deyil. Şer diqqətinizi cəlb elədi.

 

P.S. Fikir verməyin. Hərdən olur. " Zəif həmişə güclüyə yol verir və yalnız ən güclü hamıya yol verir."

  • Upvote 3
Link to comment
Share on other sites

Bilsən sənə, ey gül, nə qədər hörmətimiz var,

Bir gün yetərik vəslə, əgər qismətimiz var.

 

Heç kimsə bu  naz ilə səni bəsləyə bilməz,

Xoşdur, sənə qarşı nə qədər zəhmətimiz var.

 

Biz neyləyərik cənnəti, ya bağı-behişti,

Öz bağımız, öz solmayacaq cənnətimiz var.

 

Bülbül də bizim, gül də bizim, el də bizimdir ))

Kimdən, gözəlim, indi bizim minnətimiz var ?

 

Qorxma, bizi bir qüvvə pərişan edə bilməz,

Zülfün sayı, bil, eşqdə cəmiyyətimiz var.

 

Dağlar hərəkət etsə də hətta bizə qarşı,

Dəf etməyə aciz deyilik, hümmətimiz var.

 

Qüvvətli təbiət də bizə baş əyir indi,

Azadəliyə, sülhə böyük rəğbətimiz var.

 

Biz fəxr eləsək, haqlıyıq insanlığa, Vahid !

Xəlqə, vətənə bir bu qədər xidmətimiz var )

 

mən Sizə minnətdaram, umniy Nxçivanli. sitat dərin mənalı idi.

bu şeiri də sizin üçün seçdim.

 

  • Upvote 3
Link to comment
Share on other sites

59 минут назад, NOIR сказал:

Bilsən sənə, ey gül, nə qədər hörmətimiz var,

Bir gün yetərik vəslə, əgər qismətimiz var.

 

Heç kimsə bu  naz ilə səni bəsləyə bilməz,

Xoşdur, sənə qarşı nə qədər zəhmətimiz var.

 

Biz neyləyərik cənnəti, ya bağı-behişti,

Öz bağımız, öz solmayacaq cənnətimiz var.

 

Bülbül də bizim, gül də bizim, el də bizimdir ))

Kimdən, gözəlim, indi bizim minnətimiz var ?

 

Qorxma, bizi bir qüvvə pərişan edə bilməz,

Zülfün sayı, bil, eşqdə cəmiyyətimiz var.

 

Dağlar hərəkət etsə də hətta bizə qarşı,

Dəf etməyə aciz deyilik, hümmətimiz var.

 

Qüvvətli təbiət də bizə baş əyir indi,

Azadəliyə, sülhə böyük rəğbətimiz var.

 

Biz fəxr eləsək, haqlıyıq insanlığa, Vahid !

Xəlqə, vətənə bir bu qədər xidmətimiz var )

 

mən Sizə minnətdaram, umniy Nxçivanli. sitat dərin mənalı idi.

bu şeiri də sizin üçün seçdim.

 

 

20160528_135925.jpg

  • Upvote 1
Link to comment
Share on other sites

Bilsen, gözelim, sen ne qeder sevgili cansan,
Zülm eyleme, qoy söylemesinler can alansan.

Soldurma o guül cöhreni, aldanma reqibe,
Öz qedrini bil ki ne qeder indi cavansan.

Egyare inanma, gözelim, qorxuram ondan,
Cox sadesen, her söz ki deyirler inanansan.

Gülden de, çiçekden de, güneşden de gözelsen,
Sen bagi-melahet yetiren servi-revansan.

Gördüm, yene min naz ile biganeye baxdin,
Cox sübheye saldin meni, bildim nigaransan.

Gör bir ne gözellikde yetirmiş seni tale,
Hesret çekir alem sene, mehsuri-cahansan.

Vahid, bu qeder sende ki, var eşqu-mehebbet,
Dünya qocalib getse, çetin qocalansan.

  • Upvote 2
Link to comment
Share on other sites

  Məktəbli şerləri:

  Qapınızı döyərdim,

  Bəlkə anam sizdədir..

  Amma yəqin bilirəm

  Anam evimizdədir..

  

  Qapınızı döyərdim,

  Mənə kitab lazımdır..

  Kitabı neyləyirəm,

  Səni görmək arzumdur!

  • Upvote 5
Link to comment
Share on other sites

11 минуту назад, sultanat сказал:

  Məktəbli şerləri:

  Qapınızı döyərdim,

  Bəlkə anam sizdədir..

  Amma yəqin bilirəm

  Anam evimizdədir..

  

  Qapınızı döyərdim,

  Mənə kitab lazımdır..

  Kitabı neyləyirəm,

  Səni görmək arzumdur!

güldüm ))) əhvalım açıldı ) məktəbli şeirləri...

tşk )

Link to comment
Share on other sites

AZƏRBAYCAN - DÜNYAM MƏNİM


Azərbaycan - qayalarda
            bitən bir çiçək,
Azərbaycan - çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
            vəsf eləyərək,
Azərbaycan dünyasından
            baxar dünyaya.

Azərbaycan - mayası nur,
            qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” - deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.

Oğulları Kür gəzdirər biləklərində,
Oğulların göz atəşi
            gözəl əridir.
Azərbaycan səhərinin bəbəklərində
Qütb ulduzu,
            dan ulduzu gözəlləridir.

İllər olub - kürrələrdə dəmir olmuşuq,
Sərhədlərdə dayanmışıq küləkdən ayıq.
Od gölündə,
               buz çölündə gəmi olmuşuq,
Biz Bakının ilk səadət carçılarıyıq.

Min illərlə zülmətlərə yollar açıqdı,
Dalğalandı Sabirlərin 
        ümman dünyası,
Azərbaycan qatarı da yollara çıxdı
Dağılanda Qoca Şərqin duman dünyası.

Azərbaycan - mayası nur,
        qayəsi nur ki...
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə 
        ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər.

1970 Məmməd Araz.

  • Upvote 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 61 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 637 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...