Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Mənə yüz il ömür arzulamayın.

 

 

Mənə yüz il ömür arzulamayın,

Payız yarpağıtək qovmasın külək,

Gözlərim görsə də, ayağım, əlim,

Əsalıq olanda dayansın ürək.

 

Mənə "Yüz il yaşa!" deməsin dostlar,

Gülüşüm, yerişim, səsim itməsin.

Məndən cavan olan, gümrah olanlar,

Çiynimdə dünyadan köçüb getməsin.

 

Mənə yüz il ömür arzulamayın,

Bu qədər yaşayan hansı çiçəkdir?

Sən yaşda qalmırsa tay-tuşun, tayın,

Qurdla qiyamətə qalmaq deməkdir.

 

Mənə elə ömür arzulayın ki,

Ölüncə ümmantək çağlaya bilim.

Qapı-pəncərəni öz evimdəki

Özüm aça bilim, bağlaya bilim.

 

Sağlıqlar deyəndə hərdən şənimə,

Nə özüm kövrəlim, nə sizə gülüm.

Tanrıdan bir ömür diləyin mənə,

Hər vaxt sevə bilim, sevilə bilim.

 

Taleyim sevgiylə baxsın üzümə;

Görsün yad payına şərik deyiləm.

Gərək olmayanda özüm-özümə,

Deməli, heç kəsə gərək deyiləm!

 

Mənə yüz il ömür arzulamayın,

Ləyaqət, təmiz ad atıb getməsin.

Dünyaya qalacaq malı dünyanın,

Karvanım lənətə batıb getməsin!

Mənə yüz il ömür arzulamayın...

 

Vahid Əziz

Link to comment
Share on other sites





Bəxtiyar Vahabzadə. Ana dili 



 Dil açanda ilk dəfə ana söyləyərik biz,  




"Ana dili" adlanır bizim ilk dərsliyimiz.  




İlk mahnımız laylanı anamız öz südüylə  




İçirir ruhumuza bu dildə gilə-gilə. 




Bu dil, - bizim ruhumuz, eşqimiz, canımızdır,


Bu dil, - bir-birimizlə əhdi-peymanımızdır.


Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi.


Bu dil, - əcdadımızın bizə qoyub getdiyi  




Ən qiymətli mirasdır, onu gözlərimiz tək


Qoruyub, nəsillərə biz də hədiyyə verək.


Bizim uca dağların sonsuz əzəmətindən,


Yatağına sığmayan çayların hiddətindən,  




Bu torpaqdan, bu yerdən,  




Elin bağrından qopan yanıqlı nəğmələrdən,


Güllərin rənglərindən, çiçəklərin iyindən, 




Mil düzünün, Muğanın sonsuz genişliyindən,


Ağ saçlı babaların əqlindən, kamalından,


Düşmən üstünə cuman o Qıratın nalından


Qopan səsdən yarandın.  




Sən xalqıının aldığı ilk nəfəsdən yarandın.  




Ana dilim, səndədir xalqın əqli, hikməti,  




Ərəb oğlu Məcnunun dərdi səndə dil açmış.


Ürəklərə yol açan Füzulinin sənəti,  




Ey dilim, qüdrətinlə dünyalara yol açmış.


Səndə mənim xalqımın qəhrəmanlıqla dolu


Tarixi varaqlanır 




Səndə neçə min illik mənim mədəniyyətim,


Şan-şöhrətim saxlanır.  




Mənim adım, sanımsan,  




Namusum, vicdanımsan.  




Millətlərə, xalqlara xalqımızın adından


Məhəbbət dastanları yaradıldı bu dildə.


Moskvada Puşkinə heykəl qoyulan zaman,


Ona abidə qoydu bu dildə Şirvani də.  




Bu dil, - tanıtmış bizə bu dünyada hər şeyi,


Bu dil, - əcdadımızın bizə qoyub getdiyi  




Ən qiymətli mirasdır, onu gözlərimiz tək


Qoruyub nəsillərə biz də hədiyyə verək.  




Ey öz doğma dilində danışmağı ar bilən,


Bunu iftixar bilən Modalı ədəbazlar  




Qəlbinizi oxşamır qoşmalar, telli sazlar.  




Qoy bunlar mənim olsun.  




Ancaq Vətən çörəyi,  




Bir də ana ürəyi Sizlərə qənim olsun.







Link to comment
Share on other sites

Bu sevgi çat verən bir

şəkildi,

Yapışdıran tapılmır

min ildi.

Bəs ayrılıq nədir ki?

bir addım.

Nə fərqi var sən atdın,

mən atdım.

Qapın döyən qonaq yox,

ölümsə,

Qonaq kimi qəbul et,

gülümsə.

Bu gün sənin əcəllə

toyundur

Duvağı aç başından,

soyundur.

Çiçək açarmı yanmış

çubuqdan,

Əlin donur əlimdə

soyuqdan.

Nəfəs dəyir yavaşca,

sönür şam.

Yuxum gəlir səninçün

bu axşam.

Kim oynadı həyatla,

uduzdu.

Ölüm qara qəpikdən

ucuzdu.

Gözündə parlayan bu

nə yaşdı?

Mənimçün ağlayırsan?

Nə yaxşı?

Payız gəlir küləklə,

yağışla.

Səni atıb gedərsəm,

bağışla…

 

Ilqar Fehmi
Link to comment
Share on other sites

--- ( Nebi Xezri )

Seni yaz qatarı apardı tezden,

Ele bil dunyanı qarlı qış aldı.

Hec yana getmedin sen yer üzünden,

Bes niye yer üzü birden boşaldı?!

Hicran ele geldi ayirdi bizi,

Sanki üfüqlere uçan xeyaldın.

Hicran ele bildi ayirdi bizi

Bir idin, min olub qelbimde qaldın.

Geceler sakitce axan ulduzlar,

Göyler çemeninde naxişlarındır.

Hardansa gözüme baxan ulduzlar,

Ulduz yox, hesretli baxişlarindir.

Link to comment
Share on other sites

Ne zaman ki, yuxum gelmir, 

Men denizi düşünürem.

Dalgalardan göy sulara

Düşen izi düşünürem.

Düşünürem, sular qelbe

Bir serinlik yayır, yayır.

Bu sahilde yatan deniz

O sahilde göz yummayır.

Heç bilmirem niye bele

Denizleri düşünürem,

Geceleri düşünürem,

Gündüzleri düşünürem. ...

Men yatıram, deniz yatmır,

Yuxuma da deniz gelir.

Oyaq vaxtda coşan dalga

Yuxulara sessiz gelir.

Gelib coşur,

Aşıb-daşır 

Sinedeki ürek kimi.

Deniz dinir Ürek dinir

Min-min arzu, dilek kimi.

Men yatıram..

Meşe yatır.

Tarla yatır,

Çemen yatır.

Men yatıram...

Ürek yatmır.

Beyin yatır, beden yatır,

Deniz coşur,

Sanki dalga

Arzusudur, dileyidir.

Belke  ele gur deniz de

Tebielin üreyidir.

Belke ele onuncun da

Men denizi düşünürem.

Arzulardan üreklere

Düşen izi düşünürem.

Biz yatanda dincelmeyen

Qelbimizi düşünürem.............

Deniz menden xebersizdir,

Men denizi düşünürem.

N.Xezri

Link to comment
Share on other sites

Payız Kimiyəm.... ( Şəhriyar İbrahimov )

Deyəsən ömrümün payız dəmidir,

Gözümdən qəriblik süzülüb gedir.

Tökülən saçlarım xəzəl kimidir,

Yorğun budağından üzülüb gedir...

Çırpınır ürəyim qərib quş kimi,

Qəlbimi ovutmaz bir xoş avaz da.

Səfil kirpiklərim dalaşmış kimi,

Gecələr bir-birin qucaqlamaz da...

Çıxardım əynimdən bahar köhnəyin,

Geyindim hüznlü,qəmli bir libas.

Daha xalaxətrin baxıb gülməyin,

Payız günəşinə bənzəyir bir az...

Hər qərib həsrətdə bir payız olur,

Nimdaş yaraların qaysağı kimi.

Elə məktublar da qırışır, solur,

Payızın soluxan yarpağı kimi...

Durna qatarıyla sevincim gedib,

İndi yağışlar da yağır aramsız.

Çiçəklər soluxub,quşlar tərk edib,

Ömrümə qonaqdır,bir qərib payız...

Yolsuz məhəbbətin sərnişiniyəm,

Sevgi dəhlizində qalmayıb izim.

Daha sən gedəndən payız kimiyəm,

Tamam saralmışam..Tamam Əzizim....

Link to comment
Share on other sites

Vahid Əziz - Qorxuram sənə alışam

Bu sevgi qorxudur məni...

Eh, bu qədər aldanmışam.

Silə-silə gözlərimi,

Qorxuram sənə alışam.

Qorxuram düşəm sehrinə,

Əlim elinə öyrənə.

Dilim dilinə öyrənə,

Hər yerdə səndən danışam.

Get, yarı yolda at məni,

Xəbər göndər, aldat məni,

Bulud kimi unut məni,

Elə bil narın yağışam.

Ayır məni bu şəhərdən,

Ayır qüssədən, qəhərdən.

Sənsiz qalsam küçələrdən

Çətin ki, evə yığışam.

Bu sevgi qorxudur məni,

Elə bilmə qəlbidaşam

Öpə-öpə əllərini,

Qorxuram sənə alışam...

Link to comment
Share on other sites

bir şeir də mən əlavə edim. qorxuram, sonra yadımdan çıxar )))

həm də bilmək olmaz, bir də gördük Ədəbiyyat bölməsini də ləğv elədilər ;)

 

 

"Mümkün deyil"   Saib Təbrizi ( 17-ci əsr)

 

 

Çöhrəni görsəm qəm artar, görməsəm mümkün deyil,

Bu gülü dərsəm günahdır, dərməsəm mümkün deyil.

 

Hər nə var məşuqdan özgə hicran üçün pərdədir,

Yusifin ətrin verər köynək desəm, mümkün deyil.

 

Var şəhidlər yarası, sinəmdə ulduzlar sanı,

Söyləmə indi mənə : sən çəkmə qəm, mümkün deyil.

 

Meyvə dəyməzsə, budaqdan ayrılıb düşməz yerə

Mən də ol kal zahidə dərs verməsəm, mümkün deyil.

 

Mənzili etsəm əvəz, bil laməkanlıqdır yerim,

Dövrəmə dövr etməsə aləm bu an, mümkün deyil.

 

Qönçəni sübh yeli hər vaxt çıxardar düymədən,

Məndə ol sübhün yeliycə var kərəm, mümkün deyil ?

 

Hər kəs öz qeydindədir, hər kəs bəzər öz surətin,

Gövhərin etmək suyun əl ilə cəm, mümkün deyil.

 

Çün gülüstanı tutubdur güllərin ətri tamam,

Olmasa bülbül gözü məhbəsdə nəm, mümkün deyil.

 

Bisütun Fərhad kimi bir aşiqə qəsd eylədi,

Gör onu torpaqlara mən sərməsəm, mümkün deyil.

 

Bir həyatdır aşiqə ol zülfünün hər bir teli,

Mən ona bağlanmışam, bil, hörməsəm, mümkün deyil.

 

Cəzb edər səni, Saib, gəl palçığa basma ayaq,

Sonradan peşman olub çəkmək qədəm, mümkün deyil.

Edited by NOIR
Link to comment
Share on other sites

EZIZIM...... Vahid Eziz

Dag basinda qar ustune qar geler,

Gileylenmek zirvelere ar geler

Her ne geysem vucuduma dar geler,

Bu darliga dozmek olmur EZIZIM...

Ezel gunden dunya yalan dunyadi,

Baha satan,ucuz alan dunyadi

Arzulari nakam qalan dunyadi..,

... Dagilani duzmek olmur EZIZIM...

Kas ki,dunya zalimligin ataydi,

Qelbim bir an isteyine cataydi

Yasamagim goz yasimdi,haraydi..

Goz yasinda uzmek olmur EZIZIM...

Dalgalara yalvarmaqdan bezmisem..,

Honkurmekden,aglamaqdan bezmisem,

Senden ayri yasamaqdan bezmisem

El-obadan bezmek olmur EZIZIM....

Hec bilmezdim dasim bele agirdi,

Bextim bele bicaredi,fagirdi..,

Gedeceyem goyler meni cagirdi

Daha yerde gezmek olmur EZIZIM.....

Floranın ifasında lap gözel seslenir.

Link to comment
Share on other sites

Qorxma susmağımdan ay ürək param

Nəyinə gərəkdi bir quru salam

Verməsəm dağılan deyilki dünyan

Mənki həsrətinlə hələki sağam

Gülümsə gözlərin görməsin qəmi

Unut olanları olmamış kimi

Daha məndə yoldan ötən bir yadam

Nəyinə gərəkdi bir quru salam

Bir sevgi kəlməsi gizlənəcəksə

Sənə verəcəyim hər salamımda

Sevgim gizlənməkdən hey bezəcəksə

Nəyimə gərəkdi bir quru salam.

Abdulla Şaiq

Link to comment
Share on other sites

Sevən qəlbdə görərsən - Vahid Əziz.

O gecikmiş çiçəkləri gətirmə,

Sənə qalsın, darıxanda öpərsən.

Bir sözünlə elə deydin xətrimə,

... Elə deydin, bir də çətin görərsən.

Birdən-birə soyuq oldun qış kimi,

Ağır oldun dağdan qopan daş kimi,

Sənə nə var, bir köçəri quş kimi

Öz yuvanı başqa yerdə hörərsən.

Mənim yərim nə səhradı, nə də bağ,

Sevgim üçün nə çiçək var, ne yarpaq.

Görürsənmi, nə çətindir barişmaq?!

Dövranını başqa eldə sürərsən.

Ağlamasan, göz yaşından göz yanar,

Danişmasan dodaqlarda söz yanar,

Kim deyir ki, özbaşına köz yanar?!

Onu yalnız sevən qelbdə görərsən!

Link to comment
Share on other sites

Vahid Əzizin mahnılara yazılmış sözlərini həmişə heyranlıqla dinləmişəm, amma mahnısız şerini, düzü, birinci dəfədir oxuyuram.

Təqdim etdiyiniz üçün çox sağ olun.

Sevdim onu, seçiminiz əladır, gərək digər şerlərini tapıb oxuyam. )))

Edited by фрилансер
Link to comment
Share on other sites

Vahid Əzizin mahnılara yazılmış sözlərini həmişə heyranlıqla dinləmişəm, amma mahnısız şerini, düzü, birinci dəfədir oxuyuram.

Təqdim etdiyiniz üçün çox sağ olun.

Sevdim onu, seçiminiz əladır, gərək digər şerlərini tapıb oxuyam. )))

Siz zehmet buyurmayın.Men bura yerleşdirecem ele burdan oxuyarsınız.:)
Link to comment
Share on other sites

MEN ALOVLA OYNAMAZDIM....

Men alovla oynamazdım,

Üreyimde ne yandırdın?

Şeytana da aldanmazdım,

Meni nece inandırdın?

Ezab verme,daha besdi,

Elediyin neyin qesdi?

Ümid bu cür ses etmezdi-

Ne haraydı-ne sındırdın?

Gör,neyidim,ne qalmısam,

Ömrü verib ne almışam?

Cavanlıgda qocalmışam,

Baharımı yubandırdın.

Baxma heyatım talandır,

Qelbim yene seni anır,

Ölüm bele gen dolanır

O yazıga ne qandırdın...

V.Eziz..

Link to comment
Share on other sites

OVSUN...

Sen ömrümün bir danılmaz gerçeyi,

Ne olduğu anlaşılmaz bir ovsun,

Heyatımın en etirli çiçeyi-

Soldurmaram,payız olsun,qiş olsun

Zedelenmiş üreyimde ağrısan,

Bedirlenmiş gözlerimde qayğısan,

Ayrılsaqda ele bilme ayrısan-

Seni menden ayrı salan daş olsun.

Ne qorxun var?-Ol yene de qoçaq gel!

Sedler varsa,gizli-gizli qaçaq gel,

Seherleri bir istekle açaq gel!

Tebessümün sevincime qoşulsun.

Ne zamana qerarlıdır gelmeyin?

Hansı ömre nur çileyer gülmeyin?

Reva bilme qedir bilen meleyin

Ezabların caynagına tuş olsun...

V.Eziz

Link to comment
Share on other sites

ESITMISEM-SONSUZLUGA QATAR VAR........

Sen ömrümün bir danilmaz gerçeyi,

Qoyma konlum qeribseyen quş olsun

Heyatimin en etirli ciceyi,

Soldurmaram payiz olsun,qis olsun.

Zedelenmiş dizlerimde agrisan,

Bedirlenmis gozlerimde qaygisan

Ayrilsaq da ele bilme ayrisan-

Seni mennen ayri salan-daş olsun!

Ne qorxun var?-ol yene de qoçaq,gel!

Sedler varsa,gizli-gizli,qaçaq gel,

Seherleri bir istekle açaq gel

Seadetden gözümüzde yaş olsun.

Ne zamana qerarlidir gelmeyin,

Hansi ömre nur cçleyer gülmeyin?

Reva bilme qedirbilen meleyin

Ezablarin caynagina tuş olsun.

Senden başqa ne elimnen tutan var,

ne de,vallah,ureyime yatan var

Eşitmişem-sonsuzluğa qatar var,

Gözle meni ordasansa-kaş,olsun.....

Yuxarıda paylaşdığım şerin daha bir versiyası.

Link to comment
Share on other sites

AYRILMAQ GEREKSE, AYRILAQ GEREK...

Her zaman sevginle yanacaq ürek,

Bu günden qırılır qanadım, qolum,

Ayrılmaq gerekse, ayrılaq gerek

Senin öz taleyin, menim öz yolum..

İndi ikimiz de uzaq bir seda,

İntizar birinde, giley birinde..

Çiçeyim, ebedi ne var dünyada?

Herden ulduzlar da qalmır yerinde..

Aradan perişan yeller esecek,

İsinib-soyuyar uzaq menzilin,

Menim meslekdaşım - vefalı külek

Yanıma uçacaq her qopan telin..

İçinde o qeder nida var, ses var

Hönkürme külekler menden deyende..

Ellerin toxunsa, mavi dalğalar

Adımı çekecek lepedöyende..

Dolub-boşalmaqda bu Sahil bağı,

Her yarpaq "elvida" söyleyen bir el,

Sene tapşırıram tenha qovağı,

Darıxsan gel onun yanında kövrel..

Ayrılmaq gerekse, ayrılaq gerek!

Ne ferqi, günahkar ne oldu, kimdi,

Lengime! Ya gerek birlikde ölek,

Qorxursan? Gel ele ayrılaq indi....

V.Eziz

Link to comment
Share on other sites

DAHA GECDİR….

Daha gecdir, bu mehebbet yaşadılmaz,

Daha gecdir, bu ocaqdan alov umma.

Cavanlığım tekrar gəlib heyran olmaz

Bir az dalğın, bir az ürkək baxışına.

Daha məni yerişlərin dəli etmir,

Daha sənin əllərinə əlim yetmir,

Məhəbbətim- üzlər görmüş bir yetimdir-

Məhəl qoymaz sığalına, qarğışına.

İlk eşqimiz güllər kimi az yaşadı

Məndə inad ,səndə dəli naz yaşadı,

Ayrılığın mənə böük yaxşılıqdı-

Nə yaxşı ki, məni qoydun özbaşına…..

V.Eziz

Link to comment
Share on other sites

YA BU GÜN,YA SABAH, HAÇANSA BİR GÜN...

Bir gün qopacaqdır səbrim yerindən,

Ürək mərmi kimi qəlpələnəcək,

Suallar,nidalar şeirlərimdən

Üstünə qor kimi səpələnəcək!

Bir gün mən olacam, bir də ki-Tanrı,

Axır ki, sözümü deyə biləcəm,

Yerlərdə bağlanan qapılarimı

Göylərin qoynunda döyə biləcəm!

Bir gün axıdacam sevgi qanını,

Fərq etməz desinlər: “Dəliyəm, gicəm!”

Sındırıb ürəyin tac damarini

Eşqi çəkmək üçün çarmıx edəcəm!

Bir gün, sevgisinə-“Əlvida”- deyib,

Qürur boğulacaq arzularinda,

Səhəri kəfən tək əyninə geyib

Könül dəfn olacaq zirvə qarında.

Ya bu gün, ya sabah, haçansa bir gün-

Fələyi aldadıb- gözlətməyim var,

Bir daha hesretdən ölməmək üçün,

Səni vücudumda gizlətməyim var.

Bir gün qayidacam dünyana yenə,

Elə gələcəm ki, sən yaşda olum,

Elə gələcəm ki, toxunum sənə-

Çiskində, leysanda, yağışda olum.

Elə gələcəm ki ,bir daha məni

Ürəyin heç yana qova bilməsin,

Elə ovlayacam, çiçək, qəlbini-

Məndən başqasını sevə bilməsin...

V.Eziz

Link to comment
Share on other sites

Zəhmətiniz üçün sizə təşəkkür etməmək nankorluq olar )))

 

Çox sağ olun ki, bu gözəl şerləri forum iştirakçılarına təqdim edirsiniz !

 

Ama, Vahid Əzizin də bir ömürlük yanğısı varmış, hey közərib sızıldadır, tüstüsü başından bitmir.

Yəni onun heç bir dənə də nikbin, şən və ya heç olmasa major ladında olan  şeri yoxdur?

Edited by фрилансер
Link to comment
Share on other sites

Zəhmətiniz üçün sizə təşəkkür etməmək nankorluq olar )))

 

Çox sağ olun ki, bu gözəl şerləri forum iştirakçılarına təqdim edirsiniz !

 

Ama, Vahid Əzizin də bir ömürlük yanğısı varmış, hey közərib sızıldadır, tüstüsü başından bitmir.

Yəni onun heç bir dənə də nikbin, şən və ya heç olmasa major ladında olan  şeri yoxdur?

Heeee )) Sizi de razı salmaq müşkül imiş.

Niye düşünürsünüz ki,Vahidin yanğısıdır bu? Belke o gördüyü hadiseleri qeleme alıb? )

Şen şeirine rastlamamışam.Vetene aid yerleşdirerem.

Link to comment
Share on other sites

HEYATIMDA BIRI VAR.....

Heyatimda biri var,

Dünyaya göz açandan

Iller ele ötüb ki,heç bilmirem,

Men ona

Vurulmuşam haçandan,

Saçlarinin etrine,gözlerinin rengine,

Sesinin ahengine üreyim axib geder

Men onu terk etmerem,

O,menden el götürmez

Onsuz meni Tanrim da,

Sabahlara yetirmez.

Heyatimda biri var,

Hesreti öldürendi

Mehebbeti ilk bahar,

Sevincler getirendi

Heyatimda biri var,

Derinnen havaliyam

Men tekce onun üçün,

Düşmenle davaliyam.

Heyatimda biri var,

Kainat ümmaninda

Bir ebedi yelkendi,

Heyatimda biri var,

Ömrüm boyu sevecem-

Onun adi Vetendi.......

V.Eziz

Link to comment
Share on other sites

Heeee )) Sizi de razı salmaq müşkül imiş.

Niye düşünürsünüz ki,Vahidin yanğısıdır bu? Belke o gördüyü hadiseleri qeleme alıb? )

Şen şeirine rastlamamışam.Vetene aid yerleşdirerem.

"Gözdən yaş çıxarmı, ürək yanmasa" ifadəsi dahi şairimiz Mikayıl Müşfiqə (allah rəhmət eləsin) aiddir.

Sizsə məni sərbəst araşdırmalara təhrik etdiniz ( buna görə ayrıca təşəkkürlər)   )))

 

Mənə maraqlı görünənlərə sizi də qonaq edirəm:

 

Vahid Əziz: `O şeiri yazdığım gün intihar edəcəkdim` - MÜSAHİBƏ

Tarix 12.05.14, 15:03

Font ölçüsü : - / +

barjomi%20sheheri2014_67%20copy.jpg

 

 

`60 yaşım tamam olanda dedim axı mən də yaşamalıyam`

AzVision.az şair Vahid Əzizin müsahibəsini təqdim edir:

Zamanım olmadı güləm doyunca

Darısqal günləri, ayları saydım.

Hərdən düşünürəm: “Şair olunca

Kaş ruhu olmayan daş yaranaydım”

- İndi necəsiniz, günləriniz necə keçir. Gülməyə zamanınız var? 

- Günlər gah sıxıntılı, gah yaxşı keçir. Baxır səhər- səhər qarşına kim çıxır. Həmişə adamın günü yaxşı keçə bilməz axı. Çünki, onda adiləşir, standart olur. 

- Daş olmağın həmin vaxtlar insandan üstünlüyü nədə idi ki? 

- Məsələ ondadır ki, mən nə yazdığımı yazı prosesində bilmirəm. Nə yazacağımı da bilmirəm. Çox maraqlı bir melodiya, onlarla bərabər sözlər də gəlir. Ona qalsa, mən yaşda adam, şair gecə-gündüz sevgi şeirləri yazıram. Gərək evdə arvad ilə gündə qırğında olaq. Amma hamısı mənim özümün yaşadığım hisslər də deyil. Dünyada 7 milyarda yaxın insan var, hamı şair deyil ki. Hesablasan, Nizami dövründən üzü bu yana heç yüz min şair dünyaya gəlməyib. Bu, böyük rəqəmdir. Amma biz başqalarının dərdini yazırıq. 

Ola bilər, sən bir şeiri oxuyasan, oradakı bir obrazda özünü görəsən. Əgər cavan bir qız mənim kitabımdan oxuduğu və ya efirdə dediyim şeiri götürüb telefonla sevdiyi kiməsə göndərirsə, kimsə roman, povest yazanda epiqraf götürürsə, demək orada özünü görür. Biz müxtəlif psixologiyalara girib, insanların ruhuna daxil oluruq. Roman var ki, 700-dən çox obraz var orada. Hansı obraz ki, zəifdir, görünür, müəllif o obrazın içinə girə bilməyib. Onun keçirdiyi hissləri yaşaya bilməyib. Amma romanda 50-60 personaj varsa, gərək yazıçı onların hamısının hisslərini yaşayıb, sonra yaza. Gör yazıçı bir-iki ilin içində nə qədər kataklizmlərdən keçir. Nə qədər istidən soyuğa, soyuqdan istiyə düşür. İçində hisslər yaşadır. 

- Deyirsiniz, sizin şeirləri ona görə oxuyurlar ki, özlərini orada görürlər, tək olmadıqlarını hiss edirlər. Dərdlərinə şərik çıxanların olduqlarını duyurlar. Bəs Vahid Əzizin dərdinə kim şərik çıxır? Kimin şeirində dərdinizə şərik axtarırsınız? 

- Mən allahın kargüzarıyam. Mənim ən çox sevdiyim şair Füzuli, Nizami, Nazim Hikmət, Rəsul Rza, Səməd Vurğun, Əli Kərimdir. Xarici ədəbiyyatdan isə Mayokovski, Yesenin, Federika Qarsia Lorka, Pablo Nerudadır. Bizim gözəl şairlərimizdən Ramiz Rövşən, Məmməd Araz, Musa Yaqub, Baba Vəziroğludur. 

barjomi%20sheheri2014_68%20copy.jpg

Yaxşı bir şeir oxuyanda çox sevinirəm. Uğurlu bir misra görəndə paxıllıq hissi keçirmirəm. Sadəcə, çox sevinirəm ki, nə gözəl oldu ki, mən onu tapdım. Demirəm ki, `heyif, onu mən yaza bilmədim`. Mənim üçün vaxtilə Füzuli dövrü olub, Nazim Hikmət dövrü olub, Rəsul Rza dövrü olub. İndi də mənim üçün həmyaşıdlarım örnəkdir, həm də cavan şairlər. Əgər cavan şairdən öyrənməsən, deməli, sən artıq marağını bitirmisən. Cavan şairdən öyrənirsən ki, görək, axı bu gənc şair dünyanı necə görür? 

Bu gün poeziyamızda çox maraqlı gənclər var . Çox qəribə gəlir ki, gənc nəsil ilə yaşlı nəsil yola gedə bilmir. Bu, hər zaman olub. Gənc nəsil özündən yaşlı nəsli inkar etməsə, inkişaf edə bilməz. Bu inkar bəzən çox təbiidir. İnkar da inkişaf mərhələsidir. Məsələn, kimsə məni inkar edirsə, çox düz edir. O, gəncdir, inkişaf etmək istəyir, axtarışdadır. Cücə yumurtadan çıxanda qabığını deşməsə, çıxa bilməz. 

- Yalvarsam da cavab vermir 

Keçən illər, ötən aylar

Xatirələr heç nə demir 

Ürəyindən nə xəbər var? 

- Yaxşı oxumusan deyəsən məni. Ürək hələ işləyir, yaxşıdır. Ürək işləyir, sözün təmiz mənasında sevmək istəyir, sevilmək istəyir. Mən Türkiyədə yazdığım bir şeirimdə deyirəm:

Sevmək bedavaymış, 

Sevilmək baha. 

Sevmək əzabmış, 

amma sevilmək çətin. 

Sən sevirsən, amma sevildinmi? Bunu bilmək olmaz. 

Və ya :

Onlar ömrünü bir yerdə yaşadılar

Amma bir yerdə qarıya bildilərmi?

Bunlar ayrı-ayrı şeylərdir. Fiziki mənada qocalırsan. Biri də var ki, bir yerdə qocalasan. Bir yerdə qarıya biliblərsə deməli, bir-birini duyaraq yaşayıblar. 

barjomi%20sheheri2014_72%20copy.jpg

- Bir də deyirsiniz ki: 

`Hərdən istəyirəm bir xəta yapam,

Gizlədim yaşımı gözəl görəndə. 

Yaşı gizlədə bildinizmi? 

- Yaş fiziki məfhumdur. Amma sənin ürəyin və içindəki duyğular neçə yaşdadırsa, sən o yaşda göünürsən insanların gözünə. Məsələn, 70 yaşım var mənim, amma hərdən deyirlər ki, Vahid müəllim, sənə 50-55 yaş vermək olar. 

-Hərdən axtarıram özümü tapam,

Payız bağlarında xəzəl görəndə...

Özünü tapan insan necə olur ki? İnsan özünü harada tapa bilər? 

- İnsan özünü tapanda xoşbəxt olur. Özünü tapa bilirsə, deməli, artıq həyatın zirvəsindədir. Adam həmişə axtarışda olur. İndi hərə bir yerdə tapır da, özünü. Əgər adam ailədə, evdə, yaşadığı mühitdə rahatlıq tapa bilmirsə, hamıdan təcrid olunub, var-dövlətin, beşmərtəbəli villanın içində bomj kimi yaşayır. 

- Bəzən insanlarda aqressiya görürük. Bu da özünü tapmamaqdandır? 

- Aqressiyanın müxtəlif səbəbləri var. Sən bu aqressiyanı Azərbaycanda görə bilərsən, Avropada yox. Məsələn, Avropada qonşu ilə, tanımadığın adamla rastlaşırsan, o, sənə gülümsəyir. Burada bir xanıma baxıb gülümsəsən, deyəcək bunun başı xarabdır. Amma bəzən düşünürəm ki, sifətdən zəhrimarın tökülməyindənsə, gülümsəmək daha yaxşıdır. Avropanı gülümsəməyə öyrədən Deyl Karneginin təlimi oldu. Karnegi insanlara dedi ki, ən çətin zamanlarda gülməyi bacarın. 

Düzdür, bir yandan baxanda bu, çox gözəldir. Digər yandan baxanda, bizdəki aqressiya Avropadakı gülüşdən daha təbiidir. O gülüşdə sünilik var. Bizdəki aqressiya insanın içindən gəlir. Bu gün Azərbaycanda insanların içindən aqressiyanı təbii şəkildə çıxarmaq lazımdır. İnsanların bir-birinə münasibəti yaxşı olmalıdır. İnsanlar içinə qapanıb özlərini fikirləşirlər. Adamın içindəki yük o qədər ağır olur ki, gözlərini çəkib içəri salır. Yük olmasa onun gözləri qabağa - insanlara baxar. 

- Dərələyəzdən, Herherdən danışanda da sizin gözünüz gülür, üzünüz açılır. 

- Biz oradan köçəndə mənim altı yaşım var idi. Bəzən deyirlər ki, Novruz baryamında kosa belə gələrdi, bunu edərdi. Mən bunun hamısını kəndimizdə görmüşəm. Anam rəhmətlik inəyi sağardı, mən də 3-4 yaşımda cüvəllağı bir uşaq idim, gəlib başımı soxub inəyin təmiz südündən içərdim. Nə bürüselyoz-zad?.. Hava da, təbiət də, insanların bir- birinə münasibəti də təmiz idi. Oradan–ora, buradan -bura köçdük. Həyatım çox keşməkeşli oldu. Dediyim kimi, türmədən savayı hər şeyi görmüşəm.

barjomi%20sheheri2014_70%20copy.jpg

- Mən hönkürmək istəyəndə 

Suya girmək istəyirəm

Mən hönkürmək istəyəndə 

Yer süpürmək istəyirəm

Mən hönkürmək istəyəndə 

Bərk tüpürmək istəyirəm... 

Hönkürərək ağlamısınız heç ? 

- Əlbəttə, ağlamışam. 

Səbrim ölümlərdən saxladıb məni,

eşqim cünun kimi dağladıb məni, 

nakişi olanlar ağladıb məni - 

sonra danlayıb ki - "Kişi ağlamır".

Nakişi olan ağladanda adam pis olur. Ağladır səni, sonra danlayır ki, kişi ağlamır. Çox ağır şeydir. Olub. Mən çox kövrək adamam. Sentimental filmlərə baxa bilmirəm. Çox kövrəklik də bir şey deyil. 

- Deyirlər ki, insan həyatda iki dəfə - bir uşaq vaxtı, bir də yaşlananda uşaq olur. Bəlkə kövrəklik də bundan qaynaqlanır ?.. 

- Bir dəfə mənə sual verdilər ki, niyə babalar nəvələrini çox istəyir? Dedim ki, ikisi də bir ağıldadır, ona görə. Adam uşaqlaşır, təbii ki. Gücdən düşürsən, zəifləyirsən, köməyə möhtac qalırsan. İnsan yumağa dönür. Uşaq zorla yeridiyi kimi, yaşlı adam da çətinliklə yeriyir. 

- Gözəlliyi doya-doya vəsf etmisiniz...

- Hələ də yazıram gözəllərdən. Bəs necə. Elə olur ki, aylarla şeir yazmıram. Amma yazanda elə bir zərblə yazıram ki. Çünki onda mənə melodiya gəlir, oxuya-oxuya o şeirləri yazıram. Elə bir səs gəlir ki mənə, eşitsən, dəhşətə gələrsən... Sonra hamısı yox olub, gedir.

Sevgidə bədənin, vücudun hər toxuması günahkardır, təkcə göz deyil. Göz gördü, ürək qəbul etdi. Qan ürəkdən keçir, başlayır dövr etməyə. Deməli, artıq ürəkdən qanla bir yerdə vurur bütün toxumalara. Sevgidə bütün vücud günahkardır. Sevgi - ilahinin insana verdiyi ikinci ruhdur. Amma məsələ bundadır ki, hər kəs sevə bilmir. İkinci ruh da hərkəsdə olmur. İnsan sevə bilirsə, deməli, xoşbəxtdir. 

O vaxt kişilikdən danışmazdılar

Çünki kişilərin çoxu kişiydi... 

- Danışmazdılar. Çünki adam fikirləşir ki, kişidir də, təkcə formaca deyil, həmçinin məzmunca da kişidir. Bunun əxlaqı kişi əxlaqıdır, sözünü üstündə durandır. Dosta xəyanət edən deyil. Evə haram pul gətirmir. Amma dövran keçdi, mənəvi dəyərlər məhv oldu getdi. 

Bir dəfə efirdə də dedim ki, qonşusu acından ölür, ona bir tikə çörək vermir, gedir həcc ziyarətinə. Sən elə qonşuna kömək et də, yetim, kasıb əlindən tutmaq həcc ziyarətindən daha yaxşıdır. Mənim üçün ən böyük xoşbəxtlik yanına bir iş üçün gələn insanın gedəndə gözlərində sevinc görməkdir. 

Yadımdadır ki, bir dəfə səhər- səhər bulvara gəzməyə getmişdim. Bir də gördüm ki, skamyanın üstündə bir oğlan bəxtəvər- bəxtəvər yatıb. Bunun yanından keçdim, cibimdə də 23 manat pul var idi. Fikirləşdim ki, indi bu yuxudan duracaq, çörək yemək istəyəcək. Bunu oyadıb pul verə bilmərəm. Ya başının altına qoyum, ya da əlinin içinə. Birtəhər pulu bunun üzü ilə əlinin arasına qoyurdum ki, ayıldı. Diksindi. Dedim, pulu götür, get çörək al, ye. Bu çaşdı qaldı. Mən də çıxdım getdim. Həmin gün özümü çox xoşbəxt hiss etdim. Ən azı, fikirləşdim ki, bir gün bir adamın ac qalmasına imkan vemədim. İnsan tək özünü düşünüb, yaşaya bilməz axı. Haram şey yesən, o, mədədə həzm olunmayacaq. Haçansa yaraya, xərçəngə çevriləcək.

- `Ümid məhv oldusa, ölməyə nə var` yazan şair bu məqamı hiss edibmi? 

barjomi%20sheheri2014_69%20copy.jpg

- Ümidin ölməyinə az qalanda yadıma Nazim Hikmətin “Böyük insanlıq” şeiri düşüb. O məqamda mənim elə vaxtlarım olub ki, intihar etmək istəmişəm. Hətta mənim “Əzizim” şeiri var ki, Flora Kərimova oxuyur. Mən o şeiri yazanda 20 ildən çox idi ki, şeir yaza bilmirdim, o gün intihar etməli idim. 1996-cı il iyun ayının 6-da . 

- Niyə ? 

- Problemlər var idi. Hər şey məni sıxmışdı. 52 yaşımdan məni pensiyaya çıxarmışdılar. Anası, arvadı erməni olan bəziləri yaşamağa imkan vermirdilər. Azərbaycanda vəzifəli adamlar var ki, erməniyə vurduğun şapalağa görə səndən qisas alırlar. O qisas məndən də alındı. Birdən-birə bax, o şeir gələndən sonra mən həyata qayıtdım. 

Mənim eyiblərim, səhvlərim çox olub. Əsas eyibim isə o olub ki, siyasətim, bicliyim olmayıb. İnanmışam adamlara. Səxavətli olmuşam. Bir məsəl var e, deyir, tamahkarı yalançı aldadar. Ona görə ki, tamahkar öz mənəvi dünyasında təsəvvür etməzdi ki, insan bu qədər alçaq olar, belə yalanlar danışar. Cəmiyyətin evini yıxan yalan və özündən müştəbehlikdir. Bu gün Azərbaycanın bəlası odur ki, ziyalı sözünü eşitmirlər. Neftimiz var, inkişafımız var, amma daha da çox və yaxşı ola bilərdi bu inkişaf.

- 52 yaşından təqaüddəsiniz, yenidən vəzifə versəydilər qəbul edərdiniz? 

barjomi%20sheheri2014_68%20copy.jpg

- İndi daha yox yadırğamışam. Amma 52 yaşımda məni zorla pensiyaya çıxardılar. Bir adam maraqlanmadı ki, Vahid Əziz, 52 yaşında pensiyaya çıxmısan, ölmüsən, yoxsa qalmısan, acsan, yoxsa toxsan? Təqaüdə çıxsam da, təqaüd almırdım , 60 yaşım tamam olanda dedim axı mən də yaşamalıyam. Getdim, xəsətliyim var idi, ikinci dərəcəli əlillik qurupu verdilər, təqaüd aldım. İndi dövlət qulluqçusu kimi təqaüd alıram.

- Sizdən sonrakı nəsil yazarlarla görüşürsünüzmü, kiminlə əlaqəniz var? 

- Qulu Ağsəsi, Salam Sarvanı görürəm, rastlaşırıq. Seymur Baycandan narazılıq edirlər. Amma bir şey var da, ona qulaq asın, görün niyə narazılıq edir? Bu, dəli deyil axı, ağıllı adamdır. 

- Müğənnilər müəlliflik hüquqlarınızı qoruyurlarmı? 

- Bu gün mənim sözlərimə olan mahnıları ermənilər oxuyub, çıxır öz adlarına. Amma niyə də çıxmasınlar? Tədbirlərdə minlərlə adam qarşısında Eyyub Yaqubov “Bakım mənim” mahnısını oxuyur, bir kəlmə demir ki, sözləri Vahid Əzizindir. Brilyant Dadaşova dünyanı gəzən “Bayatılar” mahnısını oxuyur, bir dəfə demir ki, sözləri kimindir. Axı mənim müəlliflik hüququmu niyə pozursan? Sən bunu de ki, sabah da erməni köpəkoğlu öz adına çıxanda xaricdə oturan desin ki, bu, Azərbaycan mahnısıdır. 

Şahanə Rəhimli 

 

 

 

https://www.youtube.com/watch?v=KAw2EKWRnKE

Edited by фрилансер
Link to comment
Share on other sites

Çox yormamaq üçün bu günlük yetər.

 

Məncə bu mövzunun 23 noyabr, şairin 70 illik yubileyinədək yeri var )))

Görürsünüzmü menim dediyimi Vahid bey ikinci sualında deyir.Siz ise şairin ömürlük yanğısından şikayet edirdiniz )

Teşekkür edirem müsahibeni yerleşdirdiyiniz üçün.Baxmayaraq ki,men müsahibelerini oxumuşam onun.

Link to comment
Share on other sites

Səndən doymaq olarmı, həyat sən nə şirinsən!
Ancaq hamının deyil, sən həyatın qədrini yalnız bilənlərinsən!
Özünü bu dünyada heç kəs qonaq sanmamış,
Ancaq ömrün özü də bərabər paylanmamış.
Ömür paylanan zaman görün kimə nə düşdü,
Üç yüz il boz qarğaya, on il şahinə düşdü.

Həyat, sən nə şirinsən kim səndən doydu getdi?
Gedənlər bu dünyada, qəlbini qoydu getdi.
Dünən qoca bir qarı
Dilində ahu zarı:
Bu dünyanın əlindən gəlmişəm zara dedi,
Ölmürəm ki bir dəfə canım qurtara – dedi

Ürəkdənmi söylədi o, bu sözü görəsən?
Xeyr, inanmıram mən!
O yana-yana dedi
Dili söylədisə də ürəyində o dərhal lənət şeytana dedi
Həyat, sevincin qədər əzabın da şirindir
Səni mənalandıran o keçməkeşlərindir.

İki yüz il yaşadı ləzzət içində Loğman
Yenə möhlət istədi ölərkən Allahından.
Yatırdı göy çəməndə çatdı ona əzrail.
Söylədi iki yüz il ömür sənə bəs deyil!

Mən canını almağa gəlmişəm, nə sözün var?
Loğman dedi – Sözüm yox, aldığını gəl apar,
Ancaq mənə macal ver bircə anlıq əcəldən
Gəl canımı burda yox, o çəmənlikdə al sən.
Əzrail razılaşdı… Ayağa qalxdı Loğman
Yeridi daş asıldı ancaq ayaqlarından
Asta-asta yeriyib çatdı dediyi yerə .
Loğman baxdı yerlərə Loğman baxdı göylərə
Bu son baxışı ilə üstündə iki yüz il
Yaşadığı cahanla vidalaşdı elə bil …
Özü vidalaşdısa gözü qaldı cahanda
O düşündü bu anda
Nə görmüşəm dünyada bu dünyaya gələndən
Ah…elə bilirəm ki, dünən doğulmuşam mən.
Ömrümü verdim bada
Nə görmüşəm dünyada
Loğmanın gözü bu an bir gülə dəydi durdu
Ürəyini quş kimi gülə doğru uçurdu
Ah… onu kim üzəcək bircə bileydim dedi
O gülü də iyləyib sonra öleydim dedi
Ancaq ancaq nə fayda … Yetişmiş artıq əcəl
Loğman dedi – hazıram al canımı indi gəl.
Əzrail dedi – ancaq agah eylə məni sən
Ölüm üçün nə fərqi bu çəmən ya o çəmən
Neçin məni qoymadın orda alım canını
Loğman dedi – həyatın şirin olur hər anı
Ordan bura gəlincə bir az ömür qazandım
Onu da bu dünyada özümə fayda sandım.

Qoca öldü…
Dedilər – Yaranan bir gün ölər
Nəvələri çəməndən həmən gülü üzdülər
Loğmanın qəbri üstə qoydular titrədi gül
Gülün ətriylə doldu bütün çayır, bütün çöl.
O, ətriylə saxladı yolçuları yolundan,
Torpağın altındasa bunu duymadı Loğman.

Həyat, sən nə şirinsən, kim səndən doydu getdi
Gedənlər öz qəlbini dünyada qoydu getdi.
Səndən doymaq olarmı, çoxun, azın da şirin.
Həyat, qışın da şirin, həyat yazın da şirin!

Cürbəcür yazılar var ömrün varaqlarında …
Həyatımın qayğısız fərəhli çağlarında
Qədrini bilməmişəm,
Hələ nə var ki… ömrüm qabaqdadır – demişəm,
Otuzdan adlayınca, gündə otuz min kərə
Başımı yellədirəm hədər keçən illərə.

Səndən doymaq olarmı, həyat, sən nə şirinsən!
Ancaq hamının deyil,
Sən həyatın qədrini

 

Bəxtiyar Vahabzadə

Link to comment
Share on other sites

Necə rəhmlidir, necə amansız,

Necə mehribandır qadın ürəyi!

Sən onu sındırsan, bil ki, a qansız,

Ağlayan kamandır qadın ürəyi.

...Güldürsən, ömürlük səadətindir,

Söndürsən, yanmağı bir də çətindir.

O, əsl qayğının, məhəbbətindir,

Sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər, daş da olar o,

Əriyib gözlərdə yaş da olar o.

Bahar da olar o, qış da olar o,

Damladır, ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,

Onsuz heç yaşama bu torpaq üstə.

Sevən bir ürəyə axır nəfəsdə

Ən gözəl dərmandır qadın ürəyi.

Onu alçaldan da, ucaldan da biz,

Dərd verib, vədəsiz qocaldan da biz.

Qədrini biləndə bu cahanda biz,

Həmişə cavandır qadın ürəyi.

Bəzən gül tək solar acı bir sözdən,

Ağlayar xəlvəti, gülsə də üzdənE

Bəzən uşaq kimi bir ürəksizdən

Məhəbbət umandır qadın ürəyi.

Bir namərd əlindən zəhər içəndə,

Keçirər ömrünü o, yas içində.

Bəzən ən qiymətli libas içində,

Nalədir, fəğandır qadın ürəyi.

Sənsiz əl çəkərəm arzudan, kamdan,

Nə çıxar sevgisiz-sənsiz ilhamdan?

İncitsən, dözərəm, Tofiq Bayramdan

İncimə, amandır, qadın ürəyi!

Link to comment
Share on other sites

AYRILIQ

Yenə bu şəhərdə üz-üzə gəldik,
Neyləyək, ayrıca şəhərimiz yox.
Bəlkə də, biz xoşbəxt ola bilərdik,
Bəlkə də, xoşbəxtik,
xəbərimiz yox.

 

 

Aradan nə qədər il keçib görən, -
Tanıya bilmədim,
məni bağışla.
Mən elə bilirdim, sənsiz ölərəm,
Mən sənsiz ölmədim,
məni bağışla!

"Ölmədim" deyirəm,
nə bilim axı, -
Bəlkə də, mən sənsiz ölmüşəm elə,
Qəbirsiz-kəfənsiz
ölmüşəm elə.

Bəlkə də, biz onda ayrılmasaydıq,
Nə mən indikiydim,
nə sən indiki, -
Ayrıldıq, şeytanı güldürdük onda;
Bu ilin
bu ayın
bu günündəki,
Elə bu küçənin bu tinindəki
məni də, səni də öldürdük onda.

...Sağımız-solumuz adamla dolu,
Qol-qola kişilər, qadınlar keçir.
Özündən xəbərsiz
ömründə min yol
Özünü öldürən adamlar keçir.

Keçir öz qanına batan adamlar,
Bir də ki, qan hanı?
Qan axı yoxdu.
Hamı günahkardı dünyada,
amma
Dünyada heç kəsin günahı yoxdu.

Bizsiz yazılmışdı bu tale, bu baxt,
Sapanddan atılan bir cüt daşıq biz.
Bəlkə bu dünyada
on-on beş il yox,
Min il bundan qabaq ayrılmışıq biz.

Halal yolumuzu dəyişib,
nəsə
Çaşmışıq, bir özgə yoldan getmişik.
Bəlkə min il qabaq səhv düşüb nəsə,
Minillik bir səhvə
qurban getmişik.

Dəyişib yerini bəlkə qış-bahar,
Qarışıb dünyanın şəhəri, kəndi.
Bəlkə öz bətnində
ögey analar
Ögey balaları gəzdirir indi.

Ömrüm başdan-başa yalandı bəlkə,
Taleyim başqaymış doğrudan elə.
O yoldan ötən qız
anamdı bəlkə,
Bəlkə də, oğlumdu bu oğlan elə.

Bu yalan ömrümdə
görən sən nəsən?
Bəlkə heç sevgilim deyilsən mənim.
Anamsan,
bacımsan,
nənəmsən,
nəsən?!..
Bircə Allah bilir, nəyimsən mənim.

Bizi kim addadar bu ayrılıqdan,
Çatmaz dadımıza
nə yol, nə körpü.
Ölüsən,
dirisən,
hər nəsən,
dayan!
Dayan, heç olmasa əlindən öpüm...

Deyirsən: "Ölüyəm, ölünü öpmə..."
Əlimin içində
soyuyur əlin.

Deyirsən: "Sən Allah, əlimi öpmə,

əlimdən, deyəsən, qan iyi gəlir..."

Ramiz Rovsen.

 

Link to comment
Share on other sites

MƏN BİLİRDİM QORXULUDUR

BÖYÜK EŞQ...

Çoxdan idi gözləyirdim bu günü,

Mən bilirdim bunu - belə olacaq...

Bu sahilsiz məhəbbətin, sevginin,

Bilirdim ki, sonu belə olacaq...

Mən bilirdim qorxuludur böyük eşq,

Bunu sənə dönə-dönə demişdim...

O tərsinə dönə bilər tez, ya gec,

Dönə bilər bəzən kinə demişdim...

Çoxdur onun tərəddüdü, gümanı,

Qısqanclıqdır bərabəri, ekizi...

Bəzən olur qara rəngə boyanır,

Tutulanda qəzəbindən gün özü...

Mən görmüşdüm, mən bilirdim, bilirdim,

Bədbəxt olur insan qəlbən sevəndə...

Sən bu acı həqiqətə gülürdün,

Mənmi düzəm, sənmi düzsən, de indi...

Göstər mənə sevib xoşbəxt olanı,

Sevib bədbəxt olanlarsa nə qədər...

Çox Məcnunlar oldu eşqin qurbanı,

Külə döndü gör nə qədər Leylilər...

Məhəbbətin bir sifəti inamdır,

O birsi həsrət, əzab, dərd, kədər...

Bir gün oldu azıb qaldıq dumanda,

Nagah kəsdi yolumuzu şübhələr...

Olduq dedi-qoduların gülüncü,

Aramıza girdi iblis ayrılıq...

Məhəbbətin kin ovxarlı qılıncı,

Bir də gördük öz qınından sıyrılıb...

Bir də gördük uçurumdur irəli,

Ümid, inam gördük bizdən əl üzüb...

Heç nə görmür məhəbbətin gözləri,

Görünəndə yaman üzü, sərt üzü...

Çoxdan idi gözləyirdim bu günü,

Mən bilirdim - bunu belə olacaq...

Bu sahilsiz, məhəbbətin, sevginin,

Bilirdim ki, sonu belə olacaq...

C.Novruz

Link to comment
Share on other sites

YARI-YARI,

BÜTÖV-BÜTÖV...

Çox şeyimiz bütöv deyil,

Çox şeyimiz yarı-yarı...

Yarı şərik, yarı xeyir,

Sevməyimiz yarı-yarı...

Yarı ürək, yarıbaşıq,

Tamam yarıvətəndaşıq,

Yarı güllə atanlarıq,

Yarı haqqı tutanlarıq.

Yarıqorxaq, yarıigid,

Yarıimam, yarıyezid,

Yarınəcib, yarıkinli,

Yarışiə, yarısünnü,

Vicdanımız yarı-yarı,

İmanımız yarı-yarı...

Yarıağa, yarıkölə,

Yarıağlar, yarıgülər,

Yarıbizli, yarsizli,

Yarı gözsüz, yarı gözlü,

Yoxumuz, bəlimiz yarı,

Səxavət əlimiz yarı...

Yarı ondan, yarı bundan,Yarıyacan bəniinsan,

Nağıllarda olduğu tək,

Yarıbalıq, yarımələk...

Hüsnü-camalımız yarı,

Ağıl-kamalımız yarı..

Yarı qurduq, yarı sürü,

Yarı sağıq, yarı ölü...

Suyumuz, dənimiz yarı,

Hətta vətənimiz yarı...

Amma süstlüyümüz bütöv,

Nadürüstlüyümüz bütöv,

Milli korluğumuz bütöv,

Rüşvətxorluğumuz bütöv...

Rütbə savaşımız bütöv,

Əlimiz, başımız bütöv...

Burun-qulağımız bütöv,

İtmiş papağımız bütöv,

Çərənçiliyimiz bütöv,

Mənəmçiliyimiz bütöv,

Yuxu yastığımız bütöv,

Qohumbazlığımız bütöv,

Bölmək ənənəmiz bütöv,

Yerliçi genimiz bütöv,

Bu dərd-mərəzimiz bütöv,

Tayfa-ərazimiz bütöv,

Bizə özün çarə elə,

Xilas elə Tanrı bizi...

Tamımızı yarı elə,

Tama çatdır yarımızı...

C.Novruz.

Link to comment
Share on other sites

Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi

Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi.

Tər axıb gül yanağından, bulud örtmüşdü ayı,

Onu düşmənmi qovub, könlü qubar gəlmiş idi?

Ona mən göz yetirib xəlvəti baxdım-baxdım,

Ovçunun ovlağına körpə şikar gəlmiş idi.

Uyuyub hər ikimiz rahət olub bir yatdıq,

Bəxtimin baxçasına güllü bahar gəlmiş idi.

Dedi: "Getmək dəmidir, söylə, nə istəyirsən yar?"

Bir öpüş istədim ondan...Yeri var gəlmiş idi.

Ağlayıb getdi o yar, göz yaşı yandırdı məni,

Odlara yandı dilim, sanki şərar gəlmiş idi.

"Ey Nizami!" - dedi... Birdən ayılıb gördüm o yox

Demə röyada bizə çeşmi-xumar gəlmiş idi.

Nizami Gəncəvi.

Link to comment
Share on other sites

Niyameddin Musayevin ifasında seslenib.Cabir Novruz.

SƏNİ UNUTMAQDAN ÖTRÜ...

Ən dözülməz ağrılara, acılara tab edirəm,

Şeytandan ümid umuram, iblisə xitab edirəm,

Ürəyimin al qanını döndərib şerab edirəm,

Başıma çəkib içirəm səni unutmaqdan ötrü,

Arzumu kəsib biçirəm səni unutmaqdan ötrü...

Röyalara meyl edirəm bəlkə yadımdan çıxasan,

Gözlərimi qırpan təki görürəm mənə baxırsan...

Sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan,

Öz-özümlə döyüşürəm səni unutmaqdanötrü,

Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü...

Köküsümü cırıb açıram ayrılığın küləyinə,

Bütün keçmiş-keçənləri xəlbirləyib ələyirəm,

Qaşıq-qaşıq istiotu əndərirəm xörəyimə,

Acı-acı gülüşürəm səni unutmaqdan ötrü,

Hicran ilə öpüşürəm səni unutmaqdan ötrü...

Ay ilə həmfikir oluram uzun-uzun gecələri,

Gündüzləri sağa-sola hey ölçürəm küçələri,

Otağımda gizlənirəm sındırırsan pencərəmi,

Ünvanımı dəyişirəm səni unutmaqdan ötrü,

Daha nə yollar düşünüm səni unutmaqdan ötrü?..

Çözələnir xatirələr, könlüm, ruhum qübarlanır,

Tarım durur əsəblərim, enir, qalxır damarlarım,

Su verirəm meynələrə, mıx vururuam divarlara,

Zülmət quyuya düşürəm səni unutmaqdan ötrü,

Sinəmi söküb deşirəm səni unutmaqdan ötrü...

İş olmayan yerdə belə özümə iş gördürürəm,

Qışda qar təmizləyirəm, yayda milçək öldürürəm,

Bütün sək-rəqibləri öz üstümə güldürürəm,

Hey haldan-hala düşürəm səni unutmaqdan ötrü,

Ürəyimlə ötüşürəm səni unutmaqdan ötrü...

Səndən özgə nə vurğunam, nə möhtacam kimə isə,

Səndən qeyri olmasa da ehtiyacam kimə isə,

İstəyirəm ürəyimi qəsdən açım kimə isə,

Yalandan eşqə düşürəm səni unutmaqdan ötrü,

Mələklərlə "görüşürəm" səni unutmaqdan ötrü...

Gözümdən çətin gedəsən gözümə qor dolmayınca,

Canımdan çətin çıxasan canım rahat olmayınca,

Son ümidim, son pənahım o dünyaya qalıb ancaq,

Bu dünyamı dəyişirəm səni unutmaqdan ötrü,

Ölümə elçi düşürəm səni unutmaqdan ötrü...

Link to comment
Share on other sites

Rəngli duyğular

Səmada quşların izin görürəm -

açıq mavi qanadlar,

açıq mavi səmada.

Zeytun gözlü dəryada

Zeytun gözlü balığın yuxusunu görürəm

Zeytun rəngli yuxusu,

çilik-çilik qorxusu.

Yazda havalanan dəmir ağac

Payızda heyrətlə dibinə baxır -

Yaşıl yarpağıyla xəzəlin sayı -

Əbcəd hesabı düz gəlmir axı!

(Görünüşüm yaz biçimdə,

Xışıl-xışıl xəzəl yatır içimdə)

Duman seyrələndə,

qar ələnəndə

Üfüqə dirənən bir yol görürəm -

ağappaq, kimsəsiz,

tənha bir cığır...

Gözlə görünməyən rəngli duyğular,

Havadan payız ətri,

Qabaqdan da qış gəlir...

Qoymayın dünyamı adiləşməyə!

Camal Yusifzade.

Link to comment
Share on other sites

Nə umacaqsan..?

Gündə, hər dəfə dönüb, başından çıxan huşam.

Demə, göz yumacaqsan.

Dağılmış yuvasının üstündən uçan quşam.

Məndən nə umacaqsan?!

Qanad çala bilmirəm bir səmtə, bir tərəfə,

Bircə can daşısam da, gəlirəm çox hədəfə.

Yuvam balalarım tək dağılanda hər dəfə,

Tanrıya qaçacaqsan.

Ümidin anasını düşmən ağladıb çoxdan.

Varmı yaradacaqsan hər var olmayan yoxdan?!

Boynun kəndirdən tutur, əl-ayağın çarmıxdan,

Sən də unudacaqsan.

Susmur,dayanıb, doymur yıxılan da, yıxan da.

Haqqına asi olma, haqqın əldən çıxanda.

Bir havalı daş gəlib, ocağını yaxanda,

Hey de ki, pir, ocaqsan.

Nə torpağa, nə suya, nə bu havaya əyil.

Haqqa döyülmək olmur, di dur, Şeytana döyül!

Get, uzaq dolan məndən, göylər də azad deyil,

Yollarda batacaqsan?!

M.Yusifqızı

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Like
      • 85 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 116 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Facepalm
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
      • 138 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...