Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

Səni sadəcə sevmədim ki,
Bir başqa bildim səni.
O ki, fırtınaya düşən bir gəmi var ha, bax onun qoynuna tələsdiyi liman kimi məsələn...
Səni elə -belə sevmədim ki,
Bir başqa istədim səni.
Hanı o deyirlər ha, tutunub yaşayırlar, həyata bağlanırlar,
Bax o sonuncu güman kimi məsələn...
Səni sadəcə sevmədim ki,
tamam fərqli bildim səni.
O uşaqlıqda duyduğumuz xöşbəxtlik nağılları vardı ha,
bax onlardakı o tərtəmiz zaman kimi məsələn...
Səni sadəcə sevmədim ki,
bir başqa gördüm səni.
O ki, hər anında güvənib yanında istədiyin var ha, bax o hər kəsin olacaq İnsan kimi məsələn...

Şamil Ənvəroğlu

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Dilbəra, mən səndən ayru ömrü canı neylərəm?
Tacü təxtü mülkü malı neylərəm?
İstərəm vəsli-camalın ta qılam dərdə dəva,
Mən sənin bimarınam, özgə dəvanı neylərəm?
Ey müsəlmanlar, bilin kim, yar ilə xoşdur cahan,
Çünki yardan ayru düşdüm, bu cahanı neylərəm?
Çox dualar qılmışam mən Xaliqin dərgahına,
Çün muradım hasil olmaz mən duanı neylərəm?
Dilbər aydır, ey Nəsimi, sabir ol qılma fəğan,
Mən bu gün səbr eyləsəm, danla fəğan neylərəm?

İmaddəddin Nəsimi

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Yenə tövbə evimi eşq xərab etmədədir, 
Aşiq iftarını sevda meyi-nab etmədədir. 

Könlümə bir mələyin sevgisi od saldı,odu
Günü də, Zöhrəni də göydə sərab etmədədir. 

Onun eşq atəşi hər qəlbə girər, amma nədən 
Tək mənim qəlbimi atəşdə kəbab etmədədir? 

Gözlərin baxdı mənə, söylədi: “Səbr et, səninəm, 
Doğrusu, səbr edərəm, ömr şitab etmədədir. 

Ahu gözlüləri yatmış zaman ovlar ovçu,
Ömr röyada şikar olmağa tab etmədədir. 

Məsləhətdir, məni qovmaqdansa, versin əzab, 
Yar bunu yaxşı düşünmüşdür, əzab etmədədir.

Gər Nizamini xəta isə helak etdirmək, 
Aşiqəm, yar məni öldürsə, səvab etmədədir.

Nizami Gəncəvi

  • Like 4
  • Upvote 1
Link to comment
Share on other sites

Bir gülsən, dərmişəm gənclik bağından,

Bir gülü çiçəyi dərmərəm sənsiz.

Kam aldım ömrümün oğlan çağından,

Bir bağa, bağçaya girmərəm sənsiz.

 

Şükriyyə taleyim, şükür Xudaya,

Gördüyüm doğrumu, yoxsa bir röya?!

Dolub ürəyimə bu dadlı xülya.

Yaşaya bilmərəm bir kərə sənsiz!...

 

Səninlə gəzərəm eldən elə mən,

Bataram, çıxaram seldən selə mən.

Düşərəm ağıza dildən-dilə mən,

Yaşaya bilmərəm, bilmərəm sənsiz!...

 

Əhməd Cavad 

 

 

 

 

  • Like 2
  • Upvote 3
Link to comment
Share on other sites

Bir budaq qırılanda
Oturub ağlayardı,
gedənləri dördyolda
ötürüb ağlayardı,
otluqda çiçəkləri
əyilib qoxlayardı
çiçək, o qızı neynədin...
belə bir az qaraca,
bir az boyu bəstəydi,
xəyalları sarıdan
qulaqları səsdəydi,
əlləri yarpaq kimi
ürəyinin üstəydi
ürək, o qızı neynədin,
günləri dəyirmanda üyündü,
üyündü də,yazları payızlada
küründü,
küründü də,
dümanlarımı apardı,
dumana büründü də
fələk o qızı neynədin
o sısqa uşağıydı...
hara gəldi
yıxardın...
dirsəyini qanadıb,
dizini ağrıdardın...
saçını dağıdardın
külək, o qızı neynədin...?

Esmira Mehdiqızı

  • Like 1
  • Upvote 3
Link to comment
Share on other sites

 

Ala Gözlər 

Yenə qılıncını çəkdi üstümə, 
Qurbanı olduğum o ala gözlər. 
Yenə cəllad olub durdu qəsdimə; 
Qələm qaş altında piyalə gözlər! 

Başımdan getmişdi sevdanın qəmi, 
Xəyalım gəzirdi, bütün aləmi. 
Bu dustaq könlümü deyin yenəmi 
Çəkdiniz sorğuya, suala gözlər? 

Sevda yolçusuyam əzəl yaşımdan, 
Könlüm ayrı gəzir, can sirdaşımdan. 
Dağıdır huşumu, alır başımdan 
Süzülüb gedəndə xəyala gözlər! 

Gərdənin minadır, boyun tamaşa, 
Ay da həsəd çəkir o qələm qaşa! 
Bir cüt ulduz kimi verib baş-başa 
Yanıb şölə salır, camala gözlər!

 

S.Vurğun

  • Like 1
  • Thanks 1
  • Upvote 1
Link to comment
Share on other sites

Ruhumdakı ağrıların zilli dindirir məni,
ağrıları səngiyəndə, külü dindirir məni,
içimdəki neçə-neçə ölü dindirir məni,
dillənirəm,
küllənirəm yaşamağım belədi.
Mən yolsuz da yol əhliyəm, gedəcəyim bəllidi,
bir qəbirdə sümük kimi bitəcəyim bəllidi,
üzüm boşa,
üzüm qışa,
üzüm quruy yelədi.
Öz içində sancı kimi doğuluram haçandı,
yavaş yavaş güzgülərdə yox oluram haçandı
var dediyin yox olmaqda,
yox dediyin silədi.
Vuruluram, çıxılıram...toplanıram heç nəyəm,
dənizlərdə üzü göyə, buludlara təşnəyəm,
bu karvanda qayıtmaq yox,
köç içində köçməyəm,
dəyişmir də bu dönərgə elədi ki, elədi
düz hələ də düzdə qalır, düzlüyündə qalanmır,
söz yenə də sözdə qalır, dönüb əməl olanmır,
neçə vaxtdı gələn yaz da
yazlığında qalanmır
bu yazın da,
baharın da ağzı qara günədi.
Gördüyümüz görməçələr gördüyümüz deyilmiş,
bildiyimiz bilməçələr bildiyimiz deyilmiş,
biz aldandıq atam anam...
getdiyimiz bircə yol,
getdiyimiz axır imiş, gəldiyimiz deyilmiş,
və əfsus ki,
həqiqətlər yalanlara kölədi.

Esmira Mehdiqızı

  • Like 1
  • Thanks 1
  • Upvote 1
Link to comment
Share on other sites

Üşüyür bu gecəm ay işığında
Yürü, çək yükünü gündüzə sarı.
Baxışım açılmış yumaq kimidi
Di al, bir ucunu
Ulduza sarı...
Alışdım yuvamda dərd böyütməyə,
Sonra dən-dən ovub...
dərt üyütməyə...
Bir ocaq çatmışam dərdi ütməyə,
Götür ürəyini gəl bizə sarı...

Elçin Mirzəbəyli

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

В 25.11.2018 в 22:55, Bamiya сказал:

Esmira Mehdiqızı

 

В 27.11.2018 в 23:09, Bamiya сказал:

Elçin Mirzəbəyli

 mövzuda yeni adlar - müəlliflər təqdim olunur. təşəkkür, Bamiya xanım.

  • Like 1
Link to comment
Share on other sites

Gəl, gülüm...
Yetimdi bu qapı sənsiz...
Ayaq səslərinə təşnə dəhlizim.
Bəlkə bir an öncə getmisən, amma mən yenə sənsizəm...
Yenə sənsizəm.
Mən yenə sənsizəm...
Bu sənsizliyin
əvvəli ayrılıq, sonu ayrılıq...
Bir sevda böyütdük göz yaşlarıyla
Nəfəsi ayrılıq, qanı ayrılıq...
Azdıq bu sevdanın dolanbacında?
Sola hellənəndə
Sağa çıxmışıq.
Bir nəfəs çəkmişdik ah çıxarmağa
Demə....
çəkdiyimiz aha çıxmışıq...
Qoy olsun...
Sevgidən doğan bir ahsa
Təpədən dırnağa bu aha bataq.
Sevilmək günahsa,
Gəl gülüm...
Birlikdə günaha bataq...

Elçin Mirzəbəyli

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

 mövzuda yeni adlar - müəlliflər təqdim olunur. təşəkkür, Bamiya xanım.
Günahımı yuyar...
Savabımı yazar
Həsrətimi ovudar
Ah...bu şeirlər'də olmasa...
Yaram necə sağalar....
Göz yaşımı,aşk acımı
Dərdimi, sərimi dinlər...
Soyuq odamı isidər
Ah...Bu şeirlər'də olmasa...
Məni kim anlar...?


  • Like 3
Link to comment
Share on other sites

Tek ağac 

Buludlar çaxnaşır göyün üzünde,
Parlayır şimşeyin odu gözünde,
Yıxılma,tek ağac,çölün düzünde
Yoxdur söykenmeye bir tayın senin,
Çatmaz heç bir kese harayın senin.
Kömürü çatmayır kömürçülerin,
Yandırıb seni de kömür ederler.
Kökünü torpağa derin at,derin! 
Her zerbeden bil ki,yıxılmaz erler.

 

Sen tek böyümüsen ezel yaşından,
Ne qeder tufanlar esib başından,
Halısan dünyanın haqsız işinden,
Ne olsun,tek ağac,sehrada teksen,
Sen bu tufanlara köks gereceksen! 

M.Dilbazi

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

 

Sevgilim, bəlkə də sən olmasaydın

Dünyanı bu qədər sevməzdi qəlbim.

Ətri ətrin kimi şux bənövşəni,

Reyhanı bu qədər sevməzdi qəlbim.

 

Bulud zülfün kimi sıx-sıx axmasa,

Günəş hüsnün kimi canlar yaxmasa,

Ay da gözün kimi süzgün baxmasa,

Səmanı bu qədər sevməzdi qəlbim.

 

Görməmiş olsaydı gözlərim səni,

Belə açılmazdı ömrüm yelkəni,

Hər gələn baharı, dağı, çəməni,

Səhranı bu qədər sevməzdi qəlbim.

 

Açmasan ömrümdə qızılgül təki,

İtərdi dünyanın min cürə rəngi,

Həyatı bəzəyən gözəllikləri,

Mənanı bu qədər sevməzdi qəlbim.

 

Vəsf et, ey Ziyatay, pak məhəbbəti !

Odur ömrə verən yaz təravəti,

Onsuz bu varlığı, şeri, sənəti,

İnsanı bu qədər sevməzdi qəlbim !

 

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

ARXİMED VƏ MƏN
Arximed deyir: “Gözlərimə boşluqda
Bir nöqtə, bir istinadgah görülsə,
Bir dəmirlə çevirərdim dünyanı...”
Mən deyirəm: Bu gənclikdə, bu yaşlıqda

Od gəmirən gənclik mana verilsə
Bir vuruşda devirərdim dünyanı.
1927, Bakı

 

Ey Azəri türk... Ey vətəndaşım...
Sənin qarət olunmus haqqından doğan daşqınlığına tərcüman olayım deyə ayqırdım... Nə yazıq ki, bu hayqırış sonunda qırıq-tökük çıxan hıçqırıqlarımdan ibarət boğuq bir səs oldu...
Ah... Bu səsdə belə səni, həm sənin eşqini, həsrətini, qəribliyini azacıq da olsa yaşada bildimsə, nə mutlu mana!..


Azərbaycanlı Almas Yıldırım, 1936.

 

P.S. Nəvəsinin müsahibəsini oxudum, orda adı çəkilən şer maraqlı gəldi https://hafiztimes.com/babamin-məzarinin-tapilmamasinin-bir-tilsimi-var-almas-ildirimin-nəvəsi-musahibəvideo/

 

Edited by fikus elastica
  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

Biraz önce yerleşdirdiyim möhteşem ifanın sözleri.

Xatirədir

Yenə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir...
 
Qar yağır narın-narın,
Üzü gülür dağların.
Bu yaşıl yarpaqların
Solanı xatirədir...
 
Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir...
 
Niyə çıxdıq yola biz,
Coşub-daşır bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...
 
Xəyaldı, yoxsa yalan,
Gəlib keçdi nə zaman?
Sevginin ömrü bir an,
Qalanı xatirədir...
 
B.Veziroğlu
Edited by Igolka
  • Like 3
  • Upvote 2
Link to comment
Share on other sites

Gərçi məhəbbət aləminin çox səfası var,

Hər qarə zülfə meyl edənin min bəlası var.

 

Aşiq şikayət eyləməz, hər cövrə səbr edər,

Pərvanə sanma atəşə yansa, nəvası var.

 

Hər aşinayə söyləmək olmaz, vəfası yox,

Çək imtahanə, bəlkə, bir əhli-vəfası var.

 

Qoyma qədəm, diyari-məhəbbət bəlalıdır,

Nə ibtidası var, nə də ki intəhası var.

 

Səbr ilə gün keçirə gərək əhli-eşq olan,

Nə dərd olursa axırı bir gün dəvası var.

 

Bir daş ürəkli dilbərə çoxdan vurulmuşam,

Nə rəhmi var, nə dostluğu var, nə ədası var.

 

Şairlər içrə sanma hünərsizdi Vahidi,

Vahid nə olsa da, yenə, bil, iddiası var.

 

  • Like 3
  • Upvote 2
Link to comment
Share on other sites

HEÇ VAXT MƏNİ TƏRK ELƏMƏ

Sənsiz tüstü-duman olub,
Göyə qalxar ahım mənim. 
Heç vaxt məni tərk eləmə,
Eşqim mənim, ruhum mənim.

 

Dağa çıxsam inadım ol,
Quşa dönsəm qanadım ol.
Sən ünvanım, sən adım ol,
Eşqim mənim, ruhum mənim.

 

Sular kimi saf ol yaşa,
Hər şeydə sərraf ol yaşa. 
Ürəkdə insaf ol, yaşa,
Eşqim mənim, ruhum mənim.

 

Gözdə işıq, canda heysən,
Sehirli yer, sirli göysən. 
Dodaqlarda yanan neysən.
Eşqim mənim, ruhum mənim


   Zəlimxan Yaqub.

  • Like 3
  • Upvote 2
Link to comment
Share on other sites

Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm,

Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?

 

Şevirəm qəlbilə canım kimi cananımı mən,

Ölərəm, ya yetərəm sən kimi canana, gülüm.

 

Sənə dost olmağıma cümlə şəhər düşmən olub,

Məni əfv eylə, baxıb bir belə düşmənə, gülüm.

 

Harda görsəm səni, zülfundən öpüb yalvararam,

Aşiqəm, aşiqə yoxdur yazı, divan, a gülüm!

 

Sənsizəm, səndən uzaq kimsəni düşsün demərəm,

Yetməyir əl sənə, yox səbr də hicranə gülüm.

 

 

 

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

YANDIRIR MƏNİ

Qara kölgəsidir bütün bəşərin, 
Adı üstündədir fitnə-fəsadın,
Adı üstündədir şeytanın, şərin –
Şeytan barmağında fırlanğıc olan
Fırfıra adamlar, qıra adamlar.
Bu calaq adamlar yandırır məni.
Bu alaq adamlar, yalaq adamlar
Bu salaq adamlar yandırır məni.

Sən Allah, ona bax. Baş əyə-əyə,
Ölür baş sarayda tülkülənməyə;
Ölür satılmaqdan, satmaqdan ötrü,
Lap dovşan, lap tülkü libasında da
Ölür bir mənsəbə çatmaqdan ötrü,
Bu dovşan adamlar, yovşan adamlar,
Bu beli büküklər, üzü dönüklər,
Bu ağzı köpüklər yandırır məni.
Cəhənnəm əhliyçin ocaq püfləyən
Bu qarnı körüklər yandırır məni.

Kimdi o sızlayan, kimdir o ölən,
Evdə urvalığı, xərcliyi yoxdur.
Nağılda şahı da aldada bilən
Millətdə bir keçəl bicliyi yoxdur.
Ona bax, gör necə cumur hay-küyə –
Süfrə artığına, tör-töküntüyə,
Yox, belə ruzudan kişi göyərməz
Bu yetim ruzular yandırır məni.
Əldəki bir çəngə otun dalınca
Yüyrüşən quzular yandırır məni.
Bəs elin qartalı hayanda qalıb,
Bu qarğa-quzğunlar yandırır məni.

Elin balasıdır əslinə baxsan,
Gedib insan olur azad buraxsan.
Şərin buyruğunda quyruğu dönən
Zorbala qoçular yandırır məni.
Gedib Məkkə görüb, Mədinə görüb
Gəlib müşrüklərə qulluqçu duran
Şeytantük hacılar yandırır məni.

İftira nə qədər, yalan nə qədər -
Yalana gedənlər bundan da betər.
Bəlkə ağıl yatır, düşüncə yatır,
Ağ yalan deyənlər, ağ kəfən satır,
Millər boynundakı kəfəni görmür -
Bu karlar, bu korlar yandırır məni.
Qırmızı yalandan söz əzbərləyən
Bu robot motorlar yandırır məni.

Nə varsa aşındı, nə varsa getdi.
Sürünüb, bürünüb palaza getdi,
İnsanlıq dediyin, vicdan dediyin
Rüşvətin əlində güdaza getdi;
Bu kimlər, o kimlər yandırır məni,
İqtidar torunda ağlayan, gülən,
Ədalətdən başqa hər şeyi bilən
Bu işbaz hakimlər yandırır məni.

Gör zülüm nə gündə, əzab nə gündə? –
Üstəlik bu zülmə təriflər deyən
Qələm nə gündədir, kitab nə gündə?..
Özüyçün ad alıb, şan qazanmağa,
Nə yaman öyrəşdi əl uzanmağa –
Mirzə Cəlilçilər,
Vay Sabirçilər!
Bir kürsü önündə necə kiçilər?!
Haray ay adamlar, haray kişilər,
Loxmalar, boğmalar yandırır məni.
Elin dar günündə qeyrət umduğum.
Adları doğmalar yandırır məni.
Ancaq öz dərdinə dərman eyləyən
Bu özəl loğmalar yandırır məni.

 

Musa Yaqub
 

 

Musa_Yaqub.jpg

  • Like 3
  • Thanks 1
  • Haha 1
Link to comment
Share on other sites

Dünende qaldı.

 

Görən hara uçdu
  Şaqraq gülüşlər,
Ümidlər xəyala dönəndə qaldı?
Titrək həyəcanlar,
  Doğma görüşlər
Əlim yetişməyən dünəndə qaldı.

İlkin məhəbbətin
Odu, atəşi,
Eşqim bir ürəkdə sönəndə qaldı?
Nə tez qürub etdi sevgi günəşi,
Nuru, hərarəti dünəndə qaldı.

Təbiət! Nə böyük sehirlərin var,
Nə verdinsə yenə o səndə qaldı,
Verəndə nəcibsən,
Alanda qəddar,
Deyən səxavət də dünəndə qaldı.

İllər kəmənd imiş
İnsan boynunda
Ömrü dara çəkmək kəməndə qaldı?
Zamanın amansız, namərd oynunda,
Nə vardı, nə yoxdu dünəndə qaldı.

Noldu düzə düşən
O qoşa izlər,
Ot basdı, saralmış çəməndə qaldı.
Gözlər eynəklərdən mərhəmət gözlər,
Gözlərin şövqü də dünəndə qaldı.
Yatırdın, oyandın
Bəlkə sən, şair
İllərin oxları sinəndə qaldı.
Bu günə keçdinmi görəsən, şair,
Bəlkə bu günün də dünəndə qaldı?

 

N.Xezri

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Konuşsam dillim yanar, sussam kalbim
Önce duruyorum....Sonra susuyorum....
Içimden çıkan lafların etrafı, yangın yerine çevireceğini düşününce kilit vuruyorum dilime...
Sonra Yan! diyorum gönlüme!
Ve Dayan! diyorum gönlüme!
Dayan be gönlüm!Dayan ki, elbet birgün görecektir sevgili arşa yükselen alevlerini....
Dayan ki, bir gün alevlerin, sevgilinin gözyaşıyla buluşacaktır...
Dayan gönlüm! Seni de elbet bir gün anlayan olacaktır!
Dayan be gönlüm! Içine akittığın
gözyaşınla bile sitem etme sevgiliye!...
Derdini başına tac et "Sevgiliden geldi diye....
Ve dayan, sorma "Icime bu yangını salıp da nereye gitti? diye!
Sen sevgine sadık ol, o seni sevmese bile!
Dayan be gönlüm! "Biçare değilsin
Yaradan" var!
Biliyorum! Sığmazsın hiç bir yere bu sevdayla, dünya sana dar!
Ama dayan gönlüm! Dayan ki her gecenin mutlaka bir sabahı var!
Dayan be gönlüm!...Içindeki aleve attığın tohumları gözyaşınla yeşert!
Dayan ki her şey bitecek bir gün,
Kalmayacak ne gam ne dert!...
Alev kırmızı güllerden der demet demet....
Bil ki! Bil ki bir gün mutlaka bitecek bu hasret!

Mevlana Celaleddin Rumi [emoji257]

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Heç nadir növ də deyil.
Bəlkə vermədən hesab

Özünə - çoxu bu növdən biri:
Boyunduruq altında, bir az ölmüşkən diri.
Həftəiçi ofisdə
İşinin, tövhəsinin mənasını bilməyən
Əhliləşmiş bir işçi.

Həftəsonu çayçıda
Dost masasında belə hər sözünü çeynəyən;
Rəndələnmiş piyada.
Faciəsi bu deyil
Hələ yoluxmayıb o Stokholm sindromuna:

Yapon meymunlarıtək

Danışmır, görmür, kardır.
Əslində onun üçün hər şey aydın, aşkardır:
Dəyirmi masaların başında oturanlar;
Şəffaflıqdan danışıb
Dənizin kənarında yeddi metr hasarlı
Özəl qala quranlar
Nəzərlərindən qaçmır.
Bərabərlik arizi
Ədalət xəstəsidir.
Onları görməsə də
Onlar üçün savaşa bir dəfə girməsə də!
Ruhu komatozdadır:
Nə ölüdür, nə də sağ - 
Azadlıqsevər qorxaq...

 

Link to comment
Share on other sites

2 минуты назад, TuralH сказал:

Heç nadir növ də deyil.
Bəlkə vermədən hesab

Özünə - çoxu bu növdən biri:
Boyunduruq altında, bir az ölmüşkən diri.
Həftəiçi ofisdə
İşinin, tövhəsinin mənasını bilməyən
Əhliləşmiş bir işçi.

Həftəsonu çayçıda
Dost masasında belə hər sözünü çeynəyən;
Rəndələnmiş piyada.
Faciəsi bu deyil
Hələ yoluxmayıb o Stokholm sindromuna:

Yapon meymunlarıtək

Danışmır, görmür, kardır.
Əslində onun üçün hər şey aydın, aşkardır:
Dəyirmi masaların başında oturanlar;
Şəffaflıqdan danışıb
Dənizin kənarında yeddi metr hasarlı
Özəl qala quranlar
Nəzərlərindən qaçmır.
Bərabərlik arizi
Ədalət xəstəsidir.
Onları görməsə də
Onlar üçün savaşa bir dəfə girməsə də!
Ruhu komatozdadır:
Nə ölüdür, nə də sağ - 
Azadlıqsevər qorxaq...

 

aydındır.

müəllifi ..?

Link to comment
Share on other sites

Vətən mənim ürək yaram
(Deyişmə)
M.Duyğulu
Müqəddəslik zirvəlikdir, qardaşım,
Bu yolda ötübdür yaşımı yaşım.
Nə zaman ki, qurcalanır yaddaşım,
Qurumur, gözümdə leysan olur yaş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
Qurbanam Vətənin hər qarışına,
Müqəddəs torpağı, dağı daşına.
Mənim də sözümü yaz yaddaşına,
Hər dərdin olubdur bil ki, əlacı,
Quruyar sənin də göz yaşın bacı.

M.Duyğulu.
Bilsən, necə yurdum tütür gözümdə,
Dolaşır dilim də, çaşır sözüm də.
Üşümüş təbəssüm donur üzümdə,
O qərib elləri görəydim mən kaş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
Bir zaman qalxacaq qoç Koroğlular,
Edəcək düşməni inan tari-mar.
Ermənistan özü qalacaq ağlar,
O zaman şeirini edib baş tacı,
Ürəklə, fərəhlə yazarsan bacı.

M.Duyğulu.
De, necə sevinib gülər bu ürək,
Düşmən zərbə vurub, kəsib duz çörək.
Axı, Əzrailə necə can verək?
Utancdan göz üstə, ucalmır da qaş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
Tutacaq duz çörək bil düşmənləri,
Bir gün qırılacaq qalxan əlləri.
Azad görəcəyik bütün elləri,
O zaman qəlbini tərk edər acı,
Sənin də ürəyin sevinər, bacı.

M.Duyğulu.
Bir canı borcludur Tanrıya bəndə,
Unudur ölümü, üzü güləndə.
Düşmən Vətənimə, "Vətən" deyəndə,
Quruyub qalıram, oluram çaş-baş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
Bir zaman gələr ki, sevinərik biz,
Həsrəti tərk edər ürəklərimiz.
Yenə bütövləşər öz Vətənimiz,
Gülərik düşmənə biz acı- acı,
Sən də öz yurdunu görərsən, bacı.

M.Duyğulu.
Orda çiçək açıb ilkin baharım,
Söylə, tükənərmi əhdim, ilqarım.
Əzəldən sevgidir dövlətim-varım,
Qorxuram tərk edə, vəfasızdı yaş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
Səninlə bərabər solubdu güllər,
Həsrətdən göz yaşı tökür bülbüllər.
Onlar da səninçün qəribsəyiblər,
Çünki başlarının uçubdur tacı,
Səni gözləyirlər, səni ay bacı.

M.Duyğulu.
Bu həsrət qəlbimə salıbdı kərdi,
Çətin ki, qaldıra ürək bu dərdi.
Üz üzə qoyublar namərdlə mərdi,
Kimi qeyrət arar, kimisi daş-qaş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
İyirmi yeddi ildir Kərki də qəmli,
Gözləri yollarda, qalıbdı nəmli.
Danışa bilsəydi, olsaydı dili,
Səni çağırardı, əlində saçı,
Sən onun gözünü silərdin bacı.

M.Duyğulu.
Bilinmir hardadır ömür karvanı,
Saatlar saxlamaz vaxtı, zamanı.
Əgər lazım gəlsə bu şirin canı,
Verib, torpağında olaram bir daş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z .Rüstəmov.
Bilirəm ürəyin Vətəndə qalıb,
Ruhun paralanıb, o təndə qalıb.
Həsrətin rəngu də solub saralıb,
Baxıb camalına, baxıb qıyqacı,
Sənin gülməyini gözləyir bacı

M.Duyğulu.
Təkcə olarıqsa Tanrının qulu,
O zaman görünər haqqın düz yolu.
Nakam bu dünyadan köçsə Duyğulu,
Yurdumun gözündən töküləcək yaş,
Vətən mənim ürək yaramdı, qardaş.

Z.Rüstəmov.
Bilirsən, Naxçıvan igidlər yurdu,
Qoruyar Vətəni nizami ordu.
Birdə görərsən ki, havadan vurdu,
Kilsənin üstündən aşırrıq xaçı,
Qələbə xəbərin alarsan bacı.

Haşiyə.

Yurdun hər qarışı əzizdir bizə,
Dərdi dərd gətirər ürəyimizə.
Ay ellər, səs verin Siz səsimizə,
Olaq bu ellərə oğul, dost, sirdaş,
Vətənə də qardaş gərəkdi, qardaş.

09.01.2019

 

P.S. Kərki kəndi Naxcıvanda 15.01.1990-cı ildən işğal altında.

Edited by umniy Nxcivanli
  • Like 2
  • Thanks 1
  • Upvote 1
Link to comment
Share on other sites

Çox yorğun görünürdü
Saxlayın, dedi, dünyanı...düşən var
Heç dünya dayanmamış düşdü də, getdi də,,
Ardınca xeyli baxdım və sonradan tanıdım
Nə zamansa aynalarda görmüşdüm

Esmira Mehidqızı

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Seni düşünmek güzel şey,
Ümitli şey,
Dünyanın en güzel sesinden
En güzel şarkıyı dinlemek gibi birşey...
Fakat artık ümit yetmiyor bana,
Ben artık şarkı dinlemek değıl,
Şarkı söylemek istiyorum...

Nazim Hikmet

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Uşaqkən əlimizə vurardı anamız,
Çox sevdiyimiz şirniyə uzandığı üçün

Sonralar da əlimizə həyat vurdu,
Çox istədiyimiz xöşbəxtliyə uzandığı üçün

İndi isə qoynumuzda çarpazlanıb əllərimiz,
Bir quçaqlıq boşluğu doldurmaq üçün

Şamil Ənvəroğlu

  • Like 2
Link to comment
Share on other sites

 

Verdim o gün ki, zülfi-pərişanə könlümü,
Saldı nigar o zülfdə zindanə könlümü.

 

Yalvardım əczinən ona, bəlkə xilas edə,
Zənciri-zülfə bağladı divanə könlümü.

 

Hər qədr uydum ol büti-tərsa cəmalinə,
Yandırdı şəmi-hüsnə çü pərvanə könlümü.

 

Gülzari-hüsnə Yusifi-dil çıxdı seyr edə,
Saldı o yar çahi-zənəxdanə könlümü.

 

Etdikcə mən məhəbbət o kafər balasına,
Etdi cəfayi-naz ilə viranə könlümü.

 

Vəslə yetirməyib, gecə-gündüz fəraqdə,
Təbdil edibdi laləsifət qana könlümü.

 

Bəzmi-vüsalə həsrəti-ümmidvar idim,
Saldı bəlayi-firqətə məstanə könlümü.

 

Gülçin binəva idim, oldum müridi-şeyx,
Yandırmışam mən atəşi-hicranə könlümü.

 

Hüseyn Cavid

Edited by NOIR
  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 weeks later...

Qurbanın ola bilsem.

 

Ağlama, ağlama, ey gözləri buludtlu yar,
Barı uzaqdan olsa, qadanı ala bilsəm...
Bir tərlan kimi qonsam o qar yallı dağlara,
Bir ovçu vursa, düşsəm, sinəndə qala bilsəm,
 Qurbanın ola bilsəm...

Yenə yaşlar göründü o dalğın gözlərində,
Bir qurbanmı gedən var o buz dənizlərində?
İllər boyu bir bahar görməyən düzlərində,
Gül kimi açılsam da, gül kimi sola bilsəm,
 Mən sənin ola bilsəm...

Dün bir yaralı durna bir xəbər verdi acı,
Dedi: “Dağların issız, yox qumrusu, turacı”
Bir dərdə düşmüşsən ki, bulunmazmış əlacı...
O dərdinə bir məlhəm, dir dərman bula bilsəm,
 Mən sənə gələ bilsəm...



A.İldırım

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

34048655_1902572956701502_90591497618142
 
 

DƏDƏ ƏDALƏTƏ.
Barmaqları mizrabını dindirib,
Mələkləri göydən yerə endirib.
Baş saritel baxışları döndərib,
Sədasına cəm eyləyər aləmi,
Çal ay aşıq, dilqəmi çal, dilqəmi.

Çal Kərəmi, alovlansın ürəklər,
Qanad çalsın uçan quşlar, leyləklər.
Sədasını yaysın əsən küləklər,
Qoy götürsün ürəklərdən dil qəmi,
Çal ay aşıq, dilqəmi çal, dilqəmi.

İgidləri "Ruhani"də cəmlədin,
Sıxıb sazın öz sinəndə bəmlədin.
Şad könlünü hər havayla qəmlədin,
Demədilər ay Ədalət sil qəmi,
Çal ay aşıq, dilqəmi çal, dilqəmi.

Saz sinədə, göz yumulu sağ əli,
Çalardı hey gah "Mixəyi" "Cəlili",
"Dübeyti"nin var öz sözü, öz dili,
Oxuyardı gələndə hərdən dəmi,
Çal ay aşıq, diqəmi çal, dilqəmi.

Saz sənəti bizim elin aynası,
Sədasıyla ağlar daşı qayası.
Nə vaxt çalsa bir qaraçı havası,
Ürəyindən qovalardı qəm qəmi,
Çal ay aşıq, dilqəmi çal, dilqəmi.

Tarix boyu çox çəkibsə də zillət,
Sazlı sözlü yaranımdı bu millət.
Dədə Qorqud bir də dədə Ədalət,
Topalayıb sazımızda söz cəmi,
Çal ay aşıq, dilqəmi çal, dilqəmi.

Müəllif.M.Duyğulu.
29.01.2019.

На данном изображении может находиться: 1 человек
 
 
 
  • Like 3
Link to comment
Share on other sites

Bu yaxınlarda abşeron küləyinə kata-klizma deyənlərə həsr olunur

 

Dedilər tufan olacaq, inanmadım,
Mənəvi qorxdum, beldə qatlanmadım,
Qorxu düşüb canıma dükanı boşaltdım
Əmma küləklər məni üfürüb aparmadı.
 

Düz sözə inandım, əsla aldanmadım,
Çox fikir etdim,bu nə idi qanmadım,
İsti yerdə oturub, qəhrəman kimi,
Yiyəsiz rəyyətin halına yanmadım.


İnsan tayfası, təbiət qorxusu xasdı,
Əzəli canlıya qədimdən mirasdır
Əzəmət Sahibi rəhmi qədər biz,
Qalıbdır bizim ömür günlərimiz.


Dərk edib, sözdə əməl edənlər,
Haqqı bilib, amma danıb qələnlər
Ruzusu bol, boynu gödək döngəsiz,
Göylərə baxıb şükür etməlisiz.


Bəşəriyyət əhli, bilin ki siz,
Yer üzünə bəla qəlsə cəm köməksiz,
Yeddi qat altında qəzən bəndələr,
Yalnız Ondan imdadla yaşamalısınız.


 

  • Like 1
  • Downvote 2
Link to comment
Share on other sites

Mən öz çarpayımın baş tərəfindən
Asmışam dostlarla birgə şəklimi
Seyr edib həsrətlə hər gün onları
Çırpınır, çırpınır könlüm quş kimi
 
Məni qınamayın, bu sadə şəkil
Bu evdə hər şeydən əzizdir mənə.
Hər ona baxınca qonaq gedirəm
Ömrümün ən əziz, xoş illərinə.
 
Sevimli, mehriban müəllimlərim
Odur, sıra ilə başda düzülmüş.
Kimisi zilləmiş baxışlarını
Kimisi bir azca qımışıb gülmüş.
 
Oturmuş dostlarım, dərs yoldaşlarım
Aşağı cərgədə budur yan-yana.
Onlara baxdıqca düşünürəm mən
Böyük bir aləmdir bu hal duyana.
 
Bəli, bu qayğısız, bu şən uşaqlar
Bir vaxt bir sinifdə oxuyardılar.
Eşqi, həvəsləri, arzuları bir
Hər şeyi bir görüb, bir duyardılar.
 
İndi səpələnmiş onlar hər biri
Geniş vətənimin bir guşəsinə.
Arzular, diləklər başqalaşsa da
Bir məqsədə gedir hamısı yenə.
 
Hərdən görüşəndə yoldaşlarımla
Məktəb illərini yad edirik biz.
Bu ani söhbətdə məktəb zənginin
Yeknəsək səsini eşidirik biz.
 
Mənim ən mehriban can sirdaşımdı
Bax, bu qıraqdakı, bu nazik oğlan.
Həmişə bir yerdə hazırlaşardıq.
Qardaş bilərdilər bizi çox zaman.
 
Yamanca sevərdi o təbiəti
Yaylarda dağlardı onun məskəni.
İndi aqronomdur uzaq bir kənddə
Hərdənbir məktubla yad edir məni.
 
Bu isə çevikdi, çox diribaşdı.
İdman oynamaqdı onun peşəsi.
Könüllü orduya yazıldı axır.
Gəldi döyüşlərdən bir zaman səsi.
 
Bu isə, bu isə bütün ölkədə
İndi ən tanınmış bir bəstəkardır.
Şirin nəğmələri dillər əzbəri
Ölkəmizdə böyük şöhrəti vardır.
 
Ey mənim dostlarım, dəyişmiş bütün
Əvvəlki hissimiz, əqlimiz artıq
Dünən hər şey üstə küsən, barışan,
Uşaqlar deyilik indi biz artıq.
 
İndi siz nə qədər ucalsanız da
Mən demirəm hər gün, barı bir kərə
Baxınız, baxınız bu şəkildəki
Başınız üstdəki müəllimlərə.
 
Bizdən çox ucadır onların yeri
Dostlarım, nə qədər ucalsaq da biz.
Hər zaman onların şagirdləriyik
Sabah onlar kimi qocalsaq da biz. Bəxtiya Vahabzadə
  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

İndi nazın böyük, ürəyin aram,
Eh, mən də səninçün belə qalmaram...
Bir də görərsən ki, bir ərk yerin yox,
Qalmısan neçə yad baxışın altda.
Qəfil görəcəksən çətirin də yox,
Əsirsən bir qərib yağışın altda.
Günəşdə üstünə kölgə salan yox,
Tənhasan, amma heç yada salan yox.
Sönüb səndən ötrü o isti ocaq.
Onda bilcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

 

Könlün darıxanda, lap darıxanda,
Kimlərsə hardansa qoşa baxanda,
Bir də görəcəksən
Sən burda təksən,
Yanında boş qalıb bir sirdaş yeri,
Sızlayır könlünün həmin boş yeri.
O sözün, o səsin, o ərkin yoxdur,
Dərdin var, bu dərdə şərikin yoxdur.
Onda birdən-birə gözün dolacaq,
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

 

Məsələn, bir dəfə yeri gələndə,
Bir gizli vaxt tapıb güzgülənəndə
Bir də görəcəksən şümşad əllərin,
Çiyninə tökülmüş dalğın tellərin,
Bir gülər üzün var,
Amma bilən yox,
Bu xumar gözlərlə birgə gülən yox.

Yoxdur bu əllərin qədirbiləni,
Yoxdur bu tellərin qədirbiləni,
Çiynin boş, əlin boş, boş qalan qucaq..
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq.

 

Soraq almayanda eldən, mahaldan,
Yığa bilməyəndə gözünü yoldan,
Könlün bir qanadlı söz istəyəndə,
Ümid qanadıyla uçum deyəndə
Bir də görəcəksən qanadın yoxdur.
Çağrılır, deyilir, adı var,amma
Dilimdə şipşirin o adın yoxdur,
Bir nağıl, bir sevgi, həyatın yoxdur.
Gün keçib, vaxt ötüb, xatirəm uzaq…
Onda biləcəksən mənim sevgimi,
Biləcəksən,
O da çox gec olacaq…
                                         (Musa Yaqub)

  • Like 3
  • Upvote 3
Link to comment
Share on other sites

Nəyim varsa – mən payladım dostlara,
O dosta ki, onun yoxdu, mənim çox.
Hərdən – hərdən mən də umdum dostlardan,
O dostdanki onun çoxdu, mənim yox.

Dara düşdüm darda görsəm dostumu,
İçimdəcə həzin – həzin ağladım.
Öz yaramın sarığını açıb mən,
Dostlarımın yarasını bağladım.

Qaça – qaça , uça – uça yaşadım.
Kim bilir , mən niye belə incəldim,
Kimse dostun sərvətini bölüşdü,
Mən dərdini bölüşəndə dincəldim.

İçim – çölüm çox oxunan kitabdır,
Düşünməyin: “yerin – göyün sirri o”.
Tanış olun dost sandığım dostlarla:
Biri odu, biri odu, Biri – o…

 

Müəllif: Rafiq Hümmət

  • Like 2
  • Upvote 3
Link to comment
Share on other sites

  • 2 weeks later...

QARABAĞDA

Kimim, kimliyimi soruşan oğlan,
Baş vur xəritəyə dur Qarabağda.
Bir azca oyansa vicdanın sənin,
Ağla, diz-başına vur Qarabağda.

Bir az keçmişə bax, bir az sabaha,
Boylan gah savaba, gah da günaha.
Onda görərsən ki, indi bir daha,
Qaynamır çeşmələr gur Qarabağda.

Yayda ürəyinə düşərsə buz, qar,
Hansı restorana gedərsən ki, var.
Sən burda özünə macara axtar,
Erməni eyləsin tur Qarabağda.

Almısan əlinə pulları çin-çin,
Gah şeytan olursan, gah da ki,bir cin.
Bu qədər özünə varsa güvəncin,
Gedib bir alaçıq qur Qarabağda.

Gör necə yüngülə enib ki, çəki,
Bilinmir kimsənin ciki, nə biki.
Ruhunuz o qədər çirklənibdi ki,
Susubdur utancdan "şur" Qarabağda.

Hərdən vaxt eyləyib tarixə baş vur,
İgidlik donu gey, xəyallar da qur.
Hər vətən deyənnən vətəndaş olmur,
Bağlayıb yaramız ur(şiş) Qarabağda.

Duyğulu deyir ki, olarsa birlik,
Vətən övladları gəzər başı dik.
Sən ki, axtarırsan belə gözəllik,
Get, səni gözləyir nur Qarabağda.

Müəllif.M.Duyğulu.
24.02.2019.

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Чингиз Абдуллаев: «Врачи вытащили меня с того света, Аллах меня пожалел»
      Народный писатель Азербайджана Чингиз Абдуллаев 17 апреля был выписан из Центрального таможенного госпиталя, куда был помещен из-за проблем со здоровьем 6 апреля.
      На своей странице в социальной сети Facebook писатель подробно рассказал о произошедшем, отметив следующее:
      «Я умер. Нет. Это не прозаическое резюме моего повествования. Это то, что со мной произошло. В ночь на 6 апреля и в течение дня моего юбилея 7 апреля. Я снова родился. Как констатировать смерть? Когда все внутренние органы перестают одновременно функционировать, дыхание останавливается и сердце перестаёт биться. Несколько минут подобной комы или клинической смерти превращают человека в «овощ». Врачи вытащили меня с того света, Аллах меня пожалел. Может решил, что мне пока рано. Вернул меня обратно. Страшно представить, какую боль я причинил в эти несколько дней своим близким, своим родным»
      В своем сообщении народный писатель также выразил слова благодарности: «Хочу поблагодарить всех! Моего Президента, всех друзей, знакомых, читателей и вообще незнакомых мне людей. Которые в эти дни переживали за меня. Спасибо им всем! Постараюсь оправдать Ваше доверие. Там я уже успел побывать. Теперь я совсем не боюсь. Тот, кто умирает один раз, не боится умереть во второй. Но не торопитесь. Наверное, у каждого из нас свой срок. Я вышел из больницы. На снимке люди, которые помогли мне «вернуться». Спасибо им за все!»
       
       
      https://1news.az/news/20240418121620670-CHingiz-Abdullaev-Vrachi-vytashcili-menya-s-togo-sveta-Allakh-menya-pozhalel-FOTO
      • 8 replies
    • Несовершеннолетняя девочка, которую хотели склонить к проституции, сбежала из района в Баку
      Председатель общественного объединения «Чистый мир» Мехрибан Зейналова поделилась в социальной сети «Фейсбук» вопиющей историей несовершеннолетней девочки, которая была вынуждена бежать из района в столицу.
      По словам правозащитницы, Захра (имя условное) в данный момент находится в их приюте.
      «После того, как ее родители развелись, девочка продолжала жить с матерью в районе. Через какое-то время мать передала ее знакомому мужчине (40-50 лет), сказав ему, что он может делать с ней все, что захочет. После того, как Захра прожила с ним месяц, мужчина предложил ей продавать свое тело и делить с ним деньги. Услышав это, Захра нанесла увечья своим рукам, после чего сбежала в Баку», - сообщает правозащитница.
        В Баку девочку обнаружили сотрудники Абшеронского районного управления полиции, которые сразу же доставили ее в приют Мехрибан Зейналовой.
      «То, что пережила эта малолетняя девочка, немыслимо. Надеемся, что в скором времени люди, которые заставили ее это пережить, будут наказаны. В настоящее время Захра живет с нами и получает психологическую помощь», - говорит М.Зейналова.
          https://1news.az/news/20240417044406338-Nesovershennoletnyaya-devochka-kotoruyu-khoteli-sklonit-k-prostitutsii-sbezhala-iz-raiona-v-Baku-FOTO
      • 28 replies
    • Хады Раджабли всё
      В мечети Тезепир проходит церемония прощания с экс-депутатом Милли Меджлиса Хады Раджабли.
      В церемонии принимают участие члены семьи покойного, депутаты Милли Меджлиса, представители общественности.
      После церемонии прощания экс-депутат будет похоронен на II Аллее почетного захоронения.
      Отметим, что Х.Раджабли скончался 17 апреля в возрасте 76 лет от сердечного приступа.
      • 93 replies
    • Какие травмы получила Айтен Сафарова? – ВИДЕО
      Стали известны некоторые подробности о состоянии здоровья телеведущей Айтен Сафаровой, попавшей в тяжелое ДТП сегодня утром.
      Муж ведущей сообщил порталу Olay.az, что у нее сломаны ребра.
      11:53
      Сегодня, 17 апреля, около 07:00 на пересечении проспекта 8 Ноября и улицы Садыгджана в Хатаинском районе Баку произошло столкновение автомобиля марки Hyundai IX-35 под управлением Исмаила Мамедова и автомобиля ведущей телеканала «Хазар» Айтен Сафаровой (Пириевой).
      Об этом сообщает пресс-служба МВД Азербайджана, пишет Репорт.
        Пострадавший в ДТП пассажир автомобиля Hyundai IX-35 Айхан Алиев был госпитализирован и скончался в больнице.
      11:21
      Известная телеведущая Айтен Сафарова в настоящее время проходит необходимые обследования в соответствующем отделении Клинического медицинского центра.
      Об этом 1news.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB).
      Общественности будет предоставлена дополнительная информация.
      10:16
      Стали известны некоторые подробности дорожно-транспортного происшествия, в котором пострадала известная телеведущая Айтен Сафарова.
      Как сообщили в Главном управлении Государственной дорожной полиции города Баку, авария произошла сегодня утром, около 06:50, на территории Хатаинского района - на пересечении Зыхского шоссе и улицы Садыгджан в направлении проспекта 8 Ноября.
      В результате столкновения двух легковых автомобилей марки Hyundai одна из машин перевернулась на проезжей части и врезалась в припаркованную на обочине машину марки KIA, пишет Qafqazinfo.
      А.Сафарова госпитализирована с травмами различной степени тяжести.
      По факту ДТП начато расследование.
      09:48
      Сегодня в Хатаинском районе Баку произошло тяжелое ДТП.
      На проспекте 8 Ноября столкнулись два автомобиля марки Hyundai. За рулем одного из них находилась известная телеведущая Айтан Сафарова. Ее автомобиль перевернулся.
      Как пишет Qafqazinfo, Айтан Сафарова получила тяжелые травмы и помещена в отделение травматологии одной из больниц.


       
       
        • Like
      • 130 replies
    • Проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
      Специалист в области недвижимости Эльнур Фарзалиев считает, проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
       
      В Баку нужно строить новые парковки, в противном случае цены их услуги будут продолжать расти.
      • 12 replies
    • В Азербайджане удостоверения личности будут полностью оцифрованы
      До конца года в законодательство будут внесены изменения, которые предусматривают полную оцифровку свидетельств о рождении, браке и смерти, а также удостоверений личности в Азербайджане.
      Как сообщает Report, об этом министр цифрового развития и транспорта Рашад Набиев сказал на проходящем сегодня в Баку саммите Insurtech.
      По его словам, на выдачу данных документов приходится около 40% всех услуг, предоставляемых государством населению: «В связи с этим в законодательство будет внесено более 250 актов и изменений».
      Набиев подчеркнул, что с этими изменениями подавляющее большинство транзакций между государством и бизнесом, государством и гражданами перейдет в электронный формат.
      Media.az
        • Upvote
        • Like
      • 72 replies
    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
        • Upvote
      • 124 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
      • 10 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...