Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Xoşladığınız Şeirlər 2


Sunyata

Recommended Posts

19 часов назад, фрилансер сказал:

 

 

Yəni əvvəl yazdım, sonra baxdım ki özümə bəraət axtaran kimi görünürəm və bu anda həmən "Futbolsayağı" satirik şerindən parça yadıma düşdü )))

Söz idi gəlmişdi, saxlamadım )))

 

"həsləmək" və "girə" sözləri ilə ilk dəfədir qarşılaşdım, sizin sayənizdə ) mən də bunu etiraf edirəm )) 

indicə axtarış verib, mənasını öyrənib bildim. 

(futboldan isə heç nə anlamıram, ümumiyyətlə )

Link to comment
Share on other sites

  • 3 weeks later...

HƏYAT YOLU
(Əjdər Cəfərli)

 

Ümidlər bəsləyib düzəldik yola,
Xəyal dünyamızın falçısıyıq biz.
Nə sağa dönəcik, nədə ki sola,
Neyləyək, bu yolun yolçusuyuq biz.

 

Gedirik gecənin qaranlığında,
Bu yolun sonunda görünmür işıq,
Ya dərəsindəyik, ya da dağında,
Anlaya bilmirik harda qalmışıq..

 

Burda kimisi ac, kimisi toxdur,
Hüquqlar, yasaqlar bərabər deyil.
Ağlı olmayanın qüvvəsi yoxdur,
Qılıncın kəsəri söz qədər deyil.

 

Bəzən çətinliklə aşdığımız dağ,
Bizə ümid verir, cəsarət verir.
Bəzən də yol üstə quru bir budaq,
Dayandırıb yorur, əziyyət verir.

 

Gizlidir həyatın həqiqətləri,
Hər yolun dost qədər düşməni vardır,
Uğurlu sonluğun əsaslı şərti,
Vaxtında verilən doğru qərardır...

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Duyğularımı incitmenize izin vermeyeceğım
Daha fazla hikayemle eğlenmenize de.
Hasiyetimin de sizin için ucuz bir ifade biçimi olmasına izin vermeyeceğım.
Onurumu ayaklarınız altında
Çiğnemenize izin vermeyeceğım
Kalbim erise
Ahlar etse de, çığlık atsa da
Hayatta olduğumuz sürece
Kalbim sizi dinlemeyi reddebecek

Efendim,ben tövbe ettim...

  • Like 3
Link to comment
Share on other sites

Mənə yüz il ömür arzulamayın…

 

Mənə yüz il ömür arzulamayın,

Payız yarpağıtək qovmasın külək,

Gözlərim görsə də, ayağım, əlim,

Əsalıq olanda dayansın ürək.

 

Mənə "Yüz il yaşa!" deməsin dostlar,

Gülüşüm, yerişim, səsim itməsin.

Məndən cavan olan, gümrah olanlar,

Çiynimdə dünyadan köçüb getməsin.

 

Mənə yüz il ömür arzulamayın,

Bu qədər yaşayan hansı çiçəkdir?

Sən yaşda qalmırsa tay-tuşun, tayın,

Qurdla qiyamətə qalmaq deməkdir.

 

Mənə elə ömür arzulayın ki,

Ölüncə ümmantək çağlaya bilim.

Qapı-pəncərəni öz evimdəki

Özüm aça bilim, bağlaya bilim.

 

Sağlıqlar deyəndə hərdən şənimə,

Nə özüm kövrəlim, nə sizə gülüm.

Tanrıdan bir ömür diləyin mənə,

Hər vaxt sevə bilim, sevilə bilim.

 

Taleyim sevgiylə baxsın üzümə;

Görsün yad payına şərik deyiləm.

Gərək olmayanda özüm-özümə,

Deməli, heç kəsə gərək deyiləm,

 

Mənə yüz il ömür arzulamayın,

Ləyaqət, təmiz ad atıb getməsin.

Dünyaya qalacaq malı dünyanın,

Karvanım lənətə batıb getməsin!

Mənə yüz il ömür arzulamayın...

 

Vahid Əziz

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

Yalvarma, keçən deyiləm, inanmırsan,
inanma,
Mən ki and içən deyiləm, inanmırsan, inanma.
Dəyanətdə, etibarda mən dağlardan möhkəməm,
Axı mənəm, sən deyiləm, inanmırsan, inanma.
Nə Məcnunam, nə Kərəm, mən də eşqin oğluyam,
Dərdindən ölən deyiləm, inanmırsan, inanma.
Mən sənə olardım arxa, olsaydı etibarın,
Arxanca gələn deyiləm, inanmırsan, inanma. 
Öz eşqimi mən danmıram, alçalmıram mən sənə,
Alçalsan, gülən deyiləm, inanmırsan, inanma.
Sənin təmiz çağlarını səndən yaxşı saxlaram,
Qəlbimdən silən deyiləm, inanmırsan, inanma.
Qoca Fikrət səni görüb dönə bilməz gəncliyə,
İndi mən də mən deyiləm, inanmırsan, inanma... 
 Fikrət Qoca.

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Neçin alçaqlara boyun əyirsən?
Oyuncaq olursan namərdlərə sən?
Nə üçün boynuna min yük alırsan?
Zalımın zülmündən razı qalırsan? 
Qəlbi yumşaqlığı bir dəfə unut,
Çiynini dağ kimi ucalıqda tut!
Sən də süsən kimi ipəkdən olsan,
Səni saf torpaq da yaralar, inan!
Zəlillik ürəyə ağrılar salar,
Zülmə dözənlərin sonu olar xar.
Tikan tək çiynində tut yarağını,
O vaxt qucaqlarsan gül budağını.
İnsanı sarsıdar göz yaşı, nalə,
Ah çəkib, of deyən yetməz kəmalə!
Saqi, zaman keçir, durma, qardaşım!
Şərab ver, doludur fikirlə başım!
O, bir çıraq olsun yolçu keçəndə,
Gəncləşsin qocalar onu içəndə.

 

Leyli və Məcnun (Nizami Gəncəvi)

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

N. Gəncəvi

Sülh, müharibə, ədalət və zülm haqqında

 

Dünyaya fateh olmaz zülmkarlıq, rəzalət,

Yer üzünün fatehi ədalətdir, ədalət!

Ədalətin müjdəsi bu dünyanı şad eylər,

Ədələtin işidir-ölkəni abad eylər. (S)

 

Hökmdar olmusan ki, yetişəsən haraya,

Daim məlhəm qoyasan hər sızlayan yaraya.

Məzlumlar güvənirlər şöhrətinə, adına,

Sən də yetiş onların köməyinə, dadına. (S)

 

Çox da acıqlanma bərk savaş olar,

Torpaq bərkidikcə dönüb daş olar. (X)

 

Haqq sözü eşitmək istəməyənlər,

Ağlını itirib öləcək hədər. (İ)

 

Zülmkarlıq dağıdar, bərbad eylər ölkəni,

Ədalət sədaqətlə abad eylər ölkəni. (S)

 

Künc-bucaqda qalana sən bu qədər atma ox,

Yoxsulların ahından, qarğışından çəkin, qorx. (S)

 

Qılınc çəkib yerimə məzlum kəsin üstünə,

Hər səhər qarğış oxu tökülməsin üstünə. (S)

 

Birinə köhnədən olarsa kinin,

Kökünü qazıma onun nəslinin.

Atayçın oğuldan alma intiqam,

Çalış dost olasan onunla müdam. (İ)

 

Zülmü birdəfəlik eylə sən kənar,

Çünki zülmkarlıq ömrü azaldar. (İ)

 

 

Vətən, xalqa xidmət və xeyirxahlıq haqqında

Xidmət etmək sayılır kişilikdən nişana,

Xalqına xidmət etmək bir şərəfdir insana. (S)

 

Bacarsan hamının yükünü sən çək,

İnsana ən böyük şərəfdir əmək.

Sən də əldən düşüb yorulsan əgər,

Sənin də yükünü bütün el çəkər. (L)

 

Dərdə döz, incitmə heç də özgəni,

Ellər qəm çəkincə, dərd  alsın səni. (L)

 

Səadət kamalla yetişir başa,

Xalqa xidmət elə, ədəblə yaşa. (L)

 

Öz qəbiləsinə asi olan şəxs

Onunla bir yerdə yaşaya biməz. (L)

 

Buludtək damcıyla  su al dənizdən,

Verəndə bol-bol ver əsirgəmədən. (İ)

 

El gücü-sel gücüdür, hər an çəkin bu seldən,

Yataqda da can alar qisas oxu qəfildən.

Xalqa divan tutanı divan gözlər hər yanda,

Məzlumların fəryadı qorxuludur cahanda. (S)

 

“Sirlər xəzinəsi”-S

“Xosrov və Şirin-X

“Leyli və Məcnun”-L

“Yeddi gözəl”-Y

Şərəfnamə”-Ş

İqbalnamə”-İ

 

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

Doğma yalan...

(hərçənd ki, müqəddəs yalanlara etibar eləmirəm )

 

Sənə "güclüyəm" deyəndə,

aciz idim mən,

çox aciz.

Sənə "yaxınam" deyəndə,

sonu gözləgörünməyən

yollar qədər uzaq idim.

 

Sənə "qorxma" deyəndə,

özüm tir-tir əsirdim mən.

Sənə "ümid" bəxş edəndə,

Bilirsənmi,

əlimdə bir iti bıçaq

ümidimi "kəsirdim" mən.

 

Sənə "ağlama" deyəndə

hönkürtüdən

içimdə tufan var idi.

Göz yaşlarını siləndə

öz gözümdə qan var idi.

 

Sənə "gözəlsən" deyəndə

kor idim mən,

gözüm görmürdü ki mənim.

Sənə "ürəyim" deyəndə,

qəlbim vurmurdu ki mənim.

 

Sənin üçün dağları "dələn" mən,

özüm çoxdan dağılmışdım.

Dəryaları "ram" edərkən,

haçandır ki, boğulmuşdum.

 

Hər şey adi yalan idi

Su kimi təmiz bir yalan.

Acı həqiqətdən şirin

doğma

və əziz

bir yalan...

 

İlqar kamil

 

 

 

 

 

 

 

 

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Bir yol ayrıcına bənzəyir həyat,
Yaramaz həyatın üstündə əsmək.
Cəsarət istəyir, bir də ehtiyat,
Nə ləngimək olar, nə də tələsmək.
Ehtiyat elədim orda ki, bir vaxt,
Cəsarət hər şeyə, məncə, dəyərdi.
Cəsarət göstərdim orda ki, ancaq,
Adi bir ehtiyat bəs eləyərdi...


 Nəriman Həsənzadə

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

  • 2 weeks later...


 

Yadindami onda dunya gözəl idi
O məhəbbət hər sevgidən əzəl idi
Keçdi şirin çağlar
Soldu yaşil bağlar
Xatirələr ağlar
Gecdi daha
 
Yadindami o məhəbbət dəniz idi
O duyğular hər duyğudan təmiz idi
Soyuq yellər əsdi
Illər yolumu kəsdi
Xatirladiq bəsdi
Gecdi daha
 
O arzular sənsiz heçdi daha
O günlərə dönmək gecdi daha
Xatirələr nə istəyir bizdən
Olan oldu bizə, kechdi daha
 
Xatirələr çağirsa da hara gedim?
Yadindami mən səninlə xoşbəxt idim?
Olan oldu keçdi
Bu xəyallar heçdi
Bir də sevmək gecdi
Gecdir daha...........
 
O arzular sənsiz heçdir daha,
O günlərə dönmək gecdir daha
Xatirələr nə istəyir bizdən?
Olan oldu bizə
Keçdi daha,
Gecdir daha...
 
B.Veziroğlu
Edited by Igolka
  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

 

Xəzərin ağ şanısı

Bağların nişanlısı )

Qızmar qumdan yaqutum

Qızılım, alışanım, ay qoşa şanım :smile: 

 

Günəşin ilk zəri,

Bakının cövhəri

Abşeron nabatı,

Bağların şəkəri,

Meynələr ulduzu (bəh-bəh)

Torpağın ülkəri

Qara giləm, ay ağ giləm

Qoşa giləm mənim.

 

Dadlısan, məzəlisən

Meyvələr gözəlisən,

Yanaqların hər səhər gülümsər,

Alışanım

Ay qoşa şanım.

 

Dənizdən mehlər əssin

Salxımın qoy titrəsin

Yayda şirin nübarım,

Alışanım, ay qoşa şanım.

 

İslam Səfərli

 

 

Edited by NOIR
  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

Uzaktan seviyorum seni
Kokunu alamadan,
Boynuna sarılamadan
Yüzüne dokunamadan
Sadece seviyorum
Öyle uzaktan seviyorum seni
Elini tutamadan,Yüreğine dokunamadan
Gözlerinde dalıp dalıp gitmeden
Şu üç günlük sevdalara inat
Serserice değil, adam gibi seviyorum.
Öyle uzaktan seviyorum seni
Yanaklarına sızan iki damla yaşını silmeden, en çılğın kahkahalarına ortak olmadan
En sevdiğın şarkıyı beraber mırıldanmadan
Öyle uzaktan seviyorum seni
Kırmadan
Dökmeden
Parçalamadan
Üzmeden
Ağlatmadan uzaktan seviyorum
Öyle uzaktan seviyorum seni
Sana söyləmək istediğim her kelmeyi, dilimde parçalayarak seviyorum
Damla damla dökülürken kelimelerim, masum beyaz bir kağitta seviyorum


Cemal Süreya

  • Upvote 2
Link to comment
Share on other sites

  • 2 weeks later...

Bir gecə yarısı çağır adımı.
Sarıl xəyalıma,
Yat...
Yata bilsən.
Yum qonur gözünü,
Sıx vicudunu.
Ürəyin köksündə dar,
At...
Ata bilsən.
Dərindən bir "AH" çək,
Darıx mənümçün.
Yan indi səhvinə,
Sön...
Sönə bilsən.
Çıxılmaz yoldasan sonu uçurum.
Qayıt dön geriyə,
Dön...
Gələ bilsən.
Çıxart at sinəndən,
Ürək parçanı.
Yaşa həyatını,
Qur...
Qura bilsən.
Burax dünənini,
Boşla bu günü.
Çəhrayı sabaha qaç.
Qoş...
Qoşa bilsən.
Ayaqın yer tutar,
Dizlərin əsər.
Dur sözün üstündə.
Dur...
Dura bilsən.
Ayrılıq deməyə nə var əzizim.
Elvida kəlməsin duy,
Dinlə bir sən...
Elvida...

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

Çətindir mənimlə birgə yaşamaq ,
Bəzən gözlərimdə dəyişir aləm .
Mənimlə ömür – gün yoldaşı olmaq
Bir az da çətindir ,
Başa düşürəm .

 

Nə duman çəkilir , başımdan nə çən ,
Tufanlı boranlı dağam mən , nəyəm ?!
Nə bilim ,
Dünyada mən öz əlimdən
Bəlkə də birinci şikayətçiyəm .

 

Məndə bir ” mən ” də var ….
Məndən bixəbər ,
Nə eşidər məni , nə sayar məni .
Yer var ki o məni hörmətsiz eylər ,
Yer də var şöhrətə çatdırar məni .

 

Bir qəmi bir ürək gəzdirə bilər ,
Yüz ürək qəmi var bu bir sinəmdə .
Mən yerdən göylərə baxsam da əgər ,
Göy ürəyimdədir ,
Yer ürəyimdə .

 

Bir insan olsaydım nə idi dərdim ,
Yaşardım hər fəsil bir paltar geyib ,
Evimdə çay içib ,
Çörək də yeyib
Bir insan qəmini çəkə bilərdim .

 

Sinəmdə xalqların bədbəxt taleyi ,
Bəzən bir aldanmış qadın gileyi ,
Bəzən bir torpağın batan çeşməsi ,
Bəzən bir üzsüzün üzə düşməsi ,
Könlümün yayını çəkib qırırlar ,
Səndən diqqətimi yayındırırlar .

 

Elə ki , tutuldum , gözlə bir qədər ,
Bir az qayğıkeş ol sən ana kimi .
Yağış yağan kimi açılır göylər ,
Mən də yağmalıyam …..
Yağana kimi .

 

N.Həsənzadə

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Bilsən necə soyuq olur
Bilsən necə istidi.
Elə bil ki, havalar da qocalıb,
Havalar da xəstədi.
Elə vurdu çiçəkləri
Yenə mayın soyuğu.
Payızdan da ötə oldu, qışı keçdi
Yenə yayın soyuğu.
Qış da yaman bürkülüydü...
Nəsə havam çatmadı.
Bu ilki qar od kimiydi,
Ürəyimə yatmadı.
Bilsən necə tamarzıyam...
Bildiyimi susmağa.
Görmədiyim yuxuları
Gördüyüm tək yozmağa.
Daha nəyə alışdımsa...
Quzu kimi alışdım.
Unutdum da küsməkləri,
Unutmaqla barışdım.
Unutmaq da uçurumdu,
Dağıntıdı, talandı.
Öz özünü aldatmaqdı
Unutmaqlar yalandı.
Bilsən necə darıxmaq var...
Pəncərənin üzündə.
Neçə cürə karıxmaq var
Yerişimdə, baxışımda, sözümdə.
Hələ desəm gözümdə
Neçənci yolu çəkdim.
Ehhh....
Elə qəribədi,
Dəyiş -düyüşdü hər şey.
Güzgüdəki mənəmsə,
Güzgü doğma, mən ögey
Bilsən necə yuxusuzdu...
Gecələri deyirəm.
Niyələri, nə cürləri, necələri deyirəm
Küçələri deyirəm e...
Kimsəsizdi o vaxtdan.
Umudlar da çoxdan düşüb
Düşüb əldən ayaqdan.
Lap bayaqdan, bayaqdan
Durub göyə baxıram,
Göydə bulud quruyub.
Havaları demirəm,
Fəsiləri demirəm,
İndi ömür soyuyub.

  • Like 1
Link to comment
Share on other sites

QURBAN BAYRAMI

 

Bayram olcaq sövkətlilər, şanlılar,

Dövlətlilər, pullular, milyanlılar,

Tirboyunlar, şişqarınlar, canlılar

Qurban kəsir Xəlilüllah eşqinə,

Fagır-fügur gəzir  Allah eşqinə.

 

iki qonşu bir-birinin milləti,

Hər ikisi bir peyğəməbər hümməti,

Biri kəsir qurban, bisirir əti,

Bayram edir Xəlilüllah eşqinə,

O biri də baxır Allah eşqinə.

 

Bur qonsunun oğlu geyir, sallanır,

Qalstuku taxır, qıraxmallanır,

Atası da ona baxır hallanır,

Fəxr eləyir Xəlilüllah eşqinə,

Əl cibə salmayır Allah eşqinə.

 

Görürsənmi bizim Hacı Pirini,

Paylamayır ətin ondan birini,

Qonşu sorur barmağının kirini,

Hacı yeyir Xəlilüllah eşqinə,

Yatır, sisir, köpür Allah eşqinə.

 

Dedim, hacı, gözlə işin birisin,

Diqqət elə irəlisin, gerisin,

Ver məktəbə qoyunların dərisin,

Elm oxunsun Xəlilüllah eşqinə,

Çocuqları şad et Allah eşqinə.

 

Dedi, bizdə dəri vermək sınağı

Yoxdur, versəm ollam arvad qınağı,

Basdırırıq onda xəmir çanağı,

Bərəkətdir, Xəlilüllah eşqinə,

Saxlayırıq evdə Allah eşqinə.

 

M.Ə.Sabir

 

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Sənə təslim elədim nəfsimi, iman yerinə

Sənin eşqindir vücudumda axır, qan yerinə.

 

Qədəmin dəydiyi torpağı yığıb saxlamışam,

Çəkirəm nuri gedən gözlərə, dərman yerinə.

 

Mən sənin eşqivə adəmliyi tərk eyləmişəm,

Nola bir kimsə məni qoymasa insan yerinə ? 

 

İstəsən çəkmək əgər rəsmə bu dünya şəklin,

Çək mənim gözlərimin əksini ümman yerinə.

 

Yazmışam kipriyinə namə, cavab gözləyirəm

Bağrımın başını qeyd etmişəm ünvan yerinə.

 

Çək qılınc qaşları, çatdır sona eşqin həccin,

Sənə qurbandı bu can, kəs məni qurban yerinə.

 

Nalə-fəryad ilə yar insafa gəlməz, Arif,

Dilkeş üstündə elə zümzümə, əfqan yerinə.

 

Edited by NOIR
  • Like 1
  • Upvote 3
Link to comment
Share on other sites

İSTƏSƏYDİM
(Mirvarid Dilbazi)

 

İstəsəydim səni səndən alardım,
Gozəlləri öz taxtından salardım.
Ürəyimi ürəyinə çalardım,
Sən yanardın, mən baxardım tüstünə.

Ulduz olub öz zirvemdən enərdim,
Dövrəndəki mələkləri yönərdim.
Al laləyə, qərənfilə dönərdim,
Səpilərdim yollarının üstünə.

İstəsəydim vusalına yeterdim,
Mən gül olub ürəyində bitərdim,
Orda bülbül fəryadıyla ötərdim,
Mən yanardım, sən baxardın tüstümə.

Ölsəm, bir gün gəl qəbrimin üstünə,
Bircə dəstə bənövşə qoy, bəsimdir.
Baş üstündə bir qaranquş ötəcək,
O da sənə minnetdarlıq səsimdir ..

  • Like 3
  • Thanks 1
  • Upvote 2
Link to comment
Share on other sites

2 часа назад, Igolka сказал:

Ölsəm, bir gün gəl qəbrimin üstünə,
Bircə dəstə bənövşə qoy, bəsimdir.
Baş üstündə bir qaranquş ötəcək,
O da sənə minnetdarlıq səsimdir .

 bu ən çox sevdiyim şeirdi )) bir də "Qızlar məktəbində" Hüseyin Caviddən...

  • Like 3
Link to comment
Share on other sites

nəhayət ki, Şeirlərə gəlib çıxa bildim )

 

Sandım vəfalı, hər gülə ümmid bağladım,

Axır vəfası olmadı, dərdimdən ağladım.

 

Bir cümlə tapmadım ki, ola eşqdən gözəl,

Tarixi - hər səhifəni açdım, varaqladım.

 

Dünyanın eyşü-nuşuna aludə olmadım,

Gülgün şərabı atdım əlimdən, ayaqladım.

 

Divanələrtək olmadı həmraz olan mənə,

Qəm guşəsində nalə çəkib, diz qucaqladım.

 

Bir lalə üzlü, fitnə baxışlı, şəkərləbin

Fərhadı oldum, eşqi ilə sinə dağladım.

 

Bildim gilayə eyləyəcək dilbərim mənə,

Fürsətdən istifadə edib mən qabaqladım.

 

Vahid ! Olar ki, getdi gülüstani- şeirdən,

Gül dərdi getdi, xarü xəsin mən alaqladım.

 

Əliağa Vahid

bu fərqli bir şeirdi, ölçüsü, ruhu, əhvalı fərqli

  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

Bilmədim, uydum şu məcnun könlümün fəryadinə,
Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.
Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yenə,
Bən hənuz cövri cəfadən başqa bir şey görmədim.

Görmədim əsla dikənsiz gül, qaranlıqsız işıq,
Həp visali daima təqib edər bir ayrılıq,
Söyliyorlar: “Daim zevqi-səadət var”, yazıq!
Seyr edib boş iddiadən başqa bir şey görmədim.

Gördüyüm hər müztərib simayə duydum mərhəmət,
Yarə, həm əğyarə yar oldum da, sevdim bicihət;
Aşina zənn etdiyim hər yüzdə heyhat!.. Aqibət
Boş təməllüqdən, riyadən başqa bir şey görmədim.

Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir.
Hər səadət rühü oxşar pək sönük bir şölədir.
Bəlkə var səhvim? Fəqət gördüklərim həp böylədir...
Görmədim, əsla bəladən başqa bir şey görmədim.

 

Hüseyin Cavid

 

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Çiçək sevgisi

 

Sevimli, nəşəli, dörd-beş yaşında bir sarışın,

Mələk baxışlı, gözəl bir qız işte oynayaraq

Koşardı bağçada... bir şey görüb də etdi maraq : 

- Əfəndim, anneciyim ! Şöyle saçdığınız ne ? 

- Saqın, 

- Quzum, ayaqlama ! Bunlar çiçək toxumlarıdır.

Seninçin işte bir az sonra penbe, mavi, sarı

Gözəl çiçəklər açar hepsi. anladınmı ? 

- Hayır

Hayır mən onları sevmem. mənimki pək ayrı,

Bu yanda, bax bu kiçik yerdə ayrı olmalıdır.

- Pəki, mələk çocuğum, hər toxumdan al da bir az,

Bəyəndiyin yerə saç...Kəndin işte qönçeyi- naz ! )

Çocuqcığaz gülərək həp birər-birər ayırır

Bu çox gözəl, bu nasıl ?  - der, saçardı hepsinden,

O şimdi bir kələbək... hoplayır sevincindən.

 

 

 

Bu vəqədən azacıq bir zaman keçib getdi...

Gülümsəməkdə ikən o şəms, o növərusi-bahar,

Təbəssüm etməyə üz tutdu büsbütün əzhar,

Sarıb da bağçayı hep rəngə, hep nura qərq etdi.

Fəqət o nazlı mələk nerdə ? !

- Şimdi yapyalınız.

Dərin bir uyquya dalmış məzar içində o qız !

 

Hüseyn Cavid

  • Thanks 1
  • Upvote 2
Link to comment
Share on other sites

Cəfər Cabbarlı – Tellər oynadı

 

cafer-cabbarlc4b11.jpg?w=300&h=143

Bir mən idim, bir sən idin, bir də yamaclar…
Meşə yоlu, yarpaq dоlu yaşıl ağaclar.
Оnda ki, ağ umuzlara töküldü saçlar,
Əsdi yarpaq, cоşdu irmaq, güllər оynadı,
Ürəyimdə kaman kimi tellər оynadı.


Bir biz idik, bir düz idi, bir də al bоya…
Dağ başında ucan quşlar endilər çaya.
Sən dedin ki: “Bütün dünya qоy dönsün tоya!”
Çaldı qaval, uzaq kənddə ellər оynadı,
Ürəyimdə kaman kimi tellər оynadı.


Endi duman, örtü kimi dünya qarardı,
Ara-sıra əsən bir yel saçın darardı,
Оnda ki, оynaq tellərin bоynumu sardı
Çaxdı çımşək, cоşdu sular, sellər оynadı,
Ürəyimdə kaman kimi tellər оynadı. 

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

İsmi Pünhan, neçün belə sınıqsan,

Zülflərin görürəm şanadan qalmış.

Sən Allah, bu qədər çəkmə yanıq sən,

Tək cana nügbarsan anadan qalmış.

 

Tanrı qədərinə, səbr elə, dildar

Növbətdir hərlənir, hamıya, bil, var.

Birində görünən iş deyil, dilbər,

Zülüm də ta əzəl binadan qalmış.

 

Dost-düşmən içində gəzmə pozuq sən,

Dağlama ciyərim cızıq-cızıq sən,

Topla ver Cüməyə dərdin, yazıqsan,

Əziz yadigarsan sonadan qalmış.

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

1 минуту назад, NOIR сказал:

Topla ver Cüməyə dərdin, yazıqsan,

Əziz yadigarsan sonadan qalmış.

 

Molla Cümənin şirin dili, axıcı qoşmaları adamı qızğın debatlara təhrik edir, amma vallah həm yorğuam, həm də yatmaq vaxtına az qalıb )))

 

Gözəl qoşmadır çox sağ olun !!!

 

  • Upvote 2
Link to comment
Share on other sites

İsmi Pünhan, niyə məndən küsübsən

Yaxşı yaman ya bir olar, ya iki.

Bu gün ölsəm, hamı deyər yazıqdı,

Canı yanan ya bir olar, ya iki.

 

Sən şöləsən, dörd yanında fanaram,

Bülbülünəm, gülşənindən kənaram,

Hər məclisdə od tutuban yanaram,

Dərdim qanan ya bir olar, ya iki.

 

Hilal qaşa nə layiqdi o sürmə,

Meylin qırıb üzün məndən çevirmə,

Cümə deyər, hər yetənə sirr vermə,

Dost mehriban ya bir olar, ya iki.

  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

6 минут назад, фрилансер сказал:

 

Molla Cümənin şirin dili, axıcı qoşmaları adamı qızğın debatlara təhrik edir, amma vallah həm yorğuam, həm də yatmaq vaxtına az qalıb )))

 

Gözəl qoşmadır çox sağ olun !!!

 

)) siz də sağ olun... şirin qoşmalardı, sözü zövq oxşayır )

inanın, məndə də eyni haldı... uyğun əhvalda olanda, deyişərik 

 

 

Link to comment
Share on other sites

Gərək günəş dağları aşıb sönməyəydi,
Gərək mənim dönmüş taleyim dönməyəydi,
Gərək mənim istədiyimi gidi fələk,
Açılmadan qara torpağa gömməyəydi.
Göydəki aya deyin, dərdimi bu yarə yetirsin,
Ürəyim dərdə düşüb, yar mənə bir çarə yetirsin.
Ney cün bu cür mənə tanrım belalı gün verdi
Bu nazlı afətə vurğun cahanə göndərdi
Bahari eşqimi yavrum xəzanə döndərdi
Bu dərdli günlərim artıq baharım olsun qoy.
Göydəki aya deyin, dərdimi bu yarə yetirsin,
Ürəyim dərdə düşüb, yar mənə bir çarə yetirsin.

Cəfər Cabbarlı

  • Like 2
  • Upvote 3
Link to comment
Share on other sites

Buludlar 

 

Suların üstündə

Sonatək üzərsən...

Necə xoş görünər,

Tül geyinər,

Narın üzərsən )

 

 

Axan buludlar

Xal-xal buludlar ! 

Güllərə şeh çiləyir, ey gül....

Gözündən ağlar,

Gümüş buludlar.

Duman, duman, duman...

Aman, aman

Dağlara duman

Bir əbədi mehman )

 

 

Tez ötün buludlar,

Ürəyim nur istər )

Tərlanım olsa yar,

Ay doğanda o məni göz-lər 

 

İslam Səfərli

 

 

 

 

 

  • Like 3
  • Upvote 1
Link to comment
Share on other sites

Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?

Ləhzə-ləhzə surətin görsəydim ol şirin ləbin,
Sən kimi, ey Bisütun, mən həmqərar etməzmidim?

Nişə məhrəm eylədin şəmi, məni məhrum edib,
Mən sənin bəzmində can nəqdin nisar etməzmidim?

Dərdimi aləmdə pünhan tutduğum naçardır,
Uğrasaydım bir təbibə aşikar etməzmidim?

Yar ilə əğyarı həmdəm görməyə olsaydı səbr,
Tərki-qürbət eyləyib, əzmi-diyar etməzmidim?

Vaizin küfrün mənim rüsvalığımdan qıl qiyas,
Onda sidq olsaydı, mən təqva şüar etməzmidim?

Ol güli-xəndanı görmək mümkün olsaydı mənə,
Sən tək, ey bülbül, gülüstanə güzar etməzmidim?

Ey Füzuli, daği-hicran ilə yanmış könlümü,
Laləzar açsaydı, seyri-laləzar etməzmidim?

  • Like 4
  • Upvote 1
Link to comment
Share on other sites

  • 1 month later...

Ömrümün yağışlı günləri başlar,
Yağışlı günləri başlar ömrümün.
Bu yağan yağışlar, yağan yağışlar,
Bilmirəm, nəyini xoşlar ömrümün?!...
Bu gələn payızın suları soyuq,
Küləkləri hirsli, yağışı incik.
Mənim əllərimin sığalı soyuq,
Sənin gözün yaşlı, baxışın incik.
Düşür çiynimizə payız yarpağı,
Elə bil ölüdü, tabutdan düşür.
Ağaclar hamısı çılpaqdı axı,
Bəlkə düşən yarpaq buluddan düşür.
Bir yalan sevgidən yorulmaq asan,
Bir ölən sevgini diriltmək çətin.
Çünəşli günlərdən vurulmaq asan,
Yağışlı günlərdə unutmaq çətin.

Ramiz Rövşən

  • Like 3
  • Thanks 1
  • Upvote 1
Link to comment
Share on other sites

  • 4 weeks later...

Bilməm, məni neçin atmış, unutmuş,
Cövri-cəfasına qurban olduğum?
Yoxsa özgəsinə üzünü tutmuş
Yeni sevdasına qurban olduğum?

 

Mən Dilbəri sordum gəlib-gedəndən,
Dedilər, barışmaz, küsmüşdür səndən,
Mən iltifat etdim, o qaçdı məndən,
Qaçqın ədasına qurban olduğum!

 

O mənim sevgilim, o mənim anam,
Onsuz üzüm gülməz, açılmaz aynam.
Bilməm harda qaldı o nazlı durnam,
O xoş sədasına qurban olduğum?

 

Ayrılıq oduna könül dayanmaz,
Eşq oduna yanan bir daha yanmaz,
Çəkdiyim nalədən neçin oyanmaz,
Şirin röyasına qurban olduğum


Mikayıl Müşfiq

 

  • Like 2
  • Upvote 2
Link to comment
Share on other sites

Ulduz sayaraq gözləmişəm hər gecə yarı,

Gec gəlmədədir yar yenə, olmuş gecə yarı

 

Gözlər asılı, yox nə qaraltı, nə də bir səs,

Batmış qulağım gör nə döşürməkdədi darı

 

Bir quş : “Ayığam”-söyləyərək gahdan inildər,

Gahdan onu day yel deyə laylay huş aparır

 

Yatmış hamı, bir Allah oyaqdı, daha bir mən

Məndən aşağı kimsə yox, ondan da yuxarı

 

Qorxum budu, yar gəlməyə birdən yarıla sübh,

Bağrım yarılar, sübhüm, açıla tarı!

 

Dan ulduzu istər çıxa, göz yalvarır, çıxma

O çıxmasa da ulduzumun yoxdur çıxarı

 

Gəlməz, tanıram bəxtimi, indi ağarar sübh,

Qaş beylə ağardıqca, daha baş da ağardı

 

Eşqin ki, qərarında vəfa olmayacaqmış,

Bilməm ki, təbiət niyə qoymuş bu qərarı?

 

Sanki xoruzun son banı xəncərdi soxuldu,

Sinəmdə ürək varsa, kəsib qırdı damarı.

 

Rişxəndilə qırcandı səhər, söylədi:-Durma,

Can qorxusu var eşqin, ulduzun bu qumarı

 

Oldum qaragün ayrıları o sarı teldən,

Bunca qara günlərdir edən rəngimi sarı.

 

Göz yaşları hər yerdən axarsa, məni tuşlar,

Dəryaya baxar, bəllidi, çayların axarı.

 

Əzbəs məni yarpaq kimi hicranla saraldıb,

Baxsan üzünə, sanki qızılgüldü, qızardı.

 

Mehrabi-şəfəqdə özümü səcdədə gördüm,

Qan içrə qəmim yox, üzüm olsun sənə sarı.

 

Eşqi var idi Şəhriyarın güllü, çiçəkli,

Əfsus, qara yel əsdi, xəzan oldu baharı.

 

Şəhriyar-  Behcətabad xatirəsi 

  • Like 3
  • Upvote 2
Link to comment
Share on other sites

 

Yaralı olmasaydı

 

Kim ovçu niyyətiylə gəzərdi bu dağları,

Sinəsində can alan maralı olmasaydı?!

Kim şair həsrətiylə süzərdi bu dağları,

İçində qəlbi qırıq, yaralı olmasaydı?!

 

Of.. Duman çökdü yenə bu könül dağlarına,

Kim gətirmiş adımı solğun dodaqlarına?

Kim düşərdi həyatın görünməz ağlarına,

Bir könül bir könüldən aralı olmasaydı?!

 

Kim məni saldı bilməm dayanılmaz bu dərdə,

Harda mənim öz yuvam, öz elim-günüm harda?

Anam məni doğub da yaşatmasaydı orda,

Ya içimdəki bülbül oralı olmasaydı!...

 

Almas İldırım

Aşqabad,1931-ci il.

 

  • Like 3
  • Upvote 2
Link to comment
Share on other sites

Bilmədim, uydum şu məcnun könlümün fəryadinə,

Eşqə dil verdim, bəladən başqa bir şey görmədim.

Ruhi-məcruhum gözəllərdən vəfa bəklər yenə,

Bən hənuz əsla cəfadən başqa bir şey görmədim.

 

Görmədim əsla dikənsiz gül, qaranlıqsız işıq,

Həp visali daima təqib edər bir ayrılıq,

Söyliyorlar: “Daim zevqi-səadət var”, yazıq!

Seyr edib boş iddiadən başqa bir şey görmədim.

 

Gördüyüm hər müztərib simayə duydum mərhəmət,

Yarə, həm əğyarə yar oldum da, sevdim bicihət;

Aşina zənn etdiyim hər yüzdə heyhat!..

Aqibət Boş təməllüqdən, riyadən başqa bir şey görmədim.

 

Hər məhəbbət bir xəyanət, hər gülüş bir hiylədir.

Hər səadət rühü oxşar pək sönük bir şölədir.

Bəlkə var səhvim? Fəqət gördüklərim həp böylədir...

Görmədim, əsla bəladən başqa bir şey görmədim.

 

Hüseyn Cavid

 

 

 

  • Like 3
  • Upvote 2
Link to comment
Share on other sites

Sevgilim ! Seyri-gülüstan yaxşıdı, sən yaxşısan ? ))

Aşiqinçün başqa canan yaxşıdı, sən yaxşısan ? 

 

Min mənimtək aşiqi heyrətdə qoymuş gözlərin,

Sevgilim, bir söylə ceyran yaxşıdı, sən yaxşısan ? 

 

Bir dönüb baxmaqla tez aldın, apardın könlümü,

Ovlayıb çalmaqda tərlan yaxşıdı, sən yaxşısan ? 

 

Sən kimi canan üçün candan keçən bir aşiqə,

Ey gözəllik tanrısı, can yaxşıdı, sən yaxşısan ? 

 

Səndə varkən naz ilə gülmək, danışmaq, incəlik,

Lütfdə gül bərgi-xəndan yaxşıdı, sən yaxşısan ? 

 

Məclisin xəlvət, nigarın saqi, Vahid, əldə mey

Gör bu xoş aləmdə sultan yaxşıdı ?.. sən yaxşısan !

  • Like 3
  • Upvote 2
Link to comment
Share on other sites

Səba, məndən söylə o gülüzarə

Bülbül gülüstana gəlsin, gəlməsin?

Bu hicran düşgünü, illər xəstəsi

Qapına dərmana gəlsin, gəlməsin?

 

Mən qurbanı olum ənbər tellərin,

Qönçə dodaqların, tuti dillərin,

O lalə rüxsarın, müşkin xalların

Oduna pərvanə gəlsin, gəlməsin?

 

Gözüm çox həsrətdir xumar gözünə,

Günəş camalına, şəkər sözünə,

Utanıram, necə deyim üzünə,

Dərdin xəstə cana gəlsin, gəlməsin?

 

Nəbati istəməz sənsiz dünyanı,

İzzəti, hörməti, şövkəti, şanı,

Bir zada qalmayıb dəxi gümanı,

Bu baş o meydanə gəlsin, gəlməsin?

 

Seyid Əbülqasim Nəbati

 

 

 

  • Like 3
  • Upvote 2
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
      • 1 reply
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 15 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
      • 1 reply
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
      • 12 replies
    • Чингиз Абдуллаев: «Врачи вытащили меня с того света, Аллах меня пожалел»
      Народный писатель Азербайджана Чингиз Абдуллаев 17 апреля был выписан из Центрального таможенного госпиталя, куда был помещен из-за проблем со здоровьем 6 апреля.
      На своей странице в социальной сети Facebook писатель подробно рассказал о произошедшем, отметив следующее:
      «Я умер. Нет. Это не прозаическое резюме моего повествования. Это то, что со мной произошло. В ночь на 6 апреля и в течение дня моего юбилея 7 апреля. Я снова родился. Как констатировать смерть? Когда все внутренние органы перестают одновременно функционировать, дыхание останавливается и сердце перестаёт биться. Несколько минут подобной комы или клинической смерти превращают человека в «овощ». Врачи вытащили меня с того света, Аллах меня пожалел. Может решил, что мне пока рано. Вернул меня обратно. Страшно представить, какую боль я причинил в эти несколько дней своим близким, своим родным»
      В своем сообщении народный писатель также выразил слова благодарности: «Хочу поблагодарить всех! Моего Президента, всех друзей, знакомых, читателей и вообще незнакомых мне людей. Которые в эти дни переживали за меня. Спасибо им всем! Постараюсь оправдать Ваше доверие. Там я уже успел побывать. Теперь я совсем не боюсь. Тот, кто умирает один раз, не боится умереть во второй. Но не торопитесь. Наверное, у каждого из нас свой срок. Я вышел из больницы. На снимке люди, которые помогли мне «вернуться». Спасибо им за все!»
       
       
      https://1news.az/news/20240418121620670-CHingiz-Abdullaev-Vrachi-vytashcili-menya-s-togo-sveta-Allakh-menya-pozhalel-FOTO
        • Upvote
        • Like
      • 10 replies
    • Несовершеннолетняя девочка, которую хотели склонить к проституции, сбежала из района в Баку
      Председатель общественного объединения «Чистый мир» Мехрибан Зейналова поделилась в социальной сети «Фейсбук» вопиющей историей несовершеннолетней девочки, которая была вынуждена бежать из района в столицу.
      По словам правозащитницы, Захра (имя условное) в данный момент находится в их приюте.
      «После того, как ее родители развелись, девочка продолжала жить с матерью в районе. Через какое-то время мать передала ее знакомому мужчине (40-50 лет), сказав ему, что он может делать с ней все, что захочет. После того, как Захра прожила с ним месяц, мужчина предложил ей продавать свое тело и делить с ним деньги. Услышав это, Захра нанесла увечья своим рукам, после чего сбежала в Баку», - сообщает правозащитница.
        В Баку девочку обнаружили сотрудники Абшеронского районного управления полиции, которые сразу же доставили ее в приют Мехрибан Зейналовой.
      «То, что пережила эта малолетняя девочка, немыслимо. Надеемся, что в скором времени люди, которые заставили ее это пережить, будут наказаны. В настоящее время Захра живет с нами и получает психологическую помощь», - говорит М.Зейналова.
          https://1news.az/news/20240417044406338-Nesovershennoletnyaya-devochka-kotoruyu-khoteli-sklonit-k-prostitutsii-sbezhala-iz-raiona-v-Baku-FOTO
        • Like
      • 32 replies
    • Хады Раджабли всё
      В мечети Тезепир проходит церемония прощания с экс-депутатом Милли Меджлиса Хады Раджабли.
      В церемонии принимают участие члены семьи покойного, депутаты Милли Меджлиса, представители общественности.
      После церемонии прощания экс-депутат будет похоронен на II Аллее почетного захоронения.
      Отметим, что Х.Раджабли скончался 17 апреля в возрасте 76 лет от сердечного приступа.
        • Haha
      • 93 replies
    • Какие травмы получила Айтен Сафарова? – ВИДЕО
      Стали известны некоторые подробности о состоянии здоровья телеведущей Айтен Сафаровой, попавшей в тяжелое ДТП сегодня утром.
      Муж ведущей сообщил порталу Olay.az, что у нее сломаны ребра.
      11:53
      Сегодня, 17 апреля, около 07:00 на пересечении проспекта 8 Ноября и улицы Садыгджана в Хатаинском районе Баку произошло столкновение автомобиля марки Hyundai IX-35 под управлением Исмаила Мамедова и автомобиля ведущей телеканала «Хазар» Айтен Сафаровой (Пириевой).
      Об этом сообщает пресс-служба МВД Азербайджана, пишет Репорт.
        Пострадавший в ДТП пассажир автомобиля Hyundai IX-35 Айхан Алиев был госпитализирован и скончался в больнице.
      11:21
      Известная телеведущая Айтен Сафарова в настоящее время проходит необходимые обследования в соответствующем отделении Клинического медицинского центра.
      Об этом 1news.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB).
      Общественности будет предоставлена дополнительная информация.
      10:16
      Стали известны некоторые подробности дорожно-транспортного происшествия, в котором пострадала известная телеведущая Айтен Сафарова.
      Как сообщили в Главном управлении Государственной дорожной полиции города Баку, авария произошла сегодня утром, около 06:50, на территории Хатаинского района - на пересечении Зыхского шоссе и улицы Садыгджан в направлении проспекта 8 Ноября.
      В результате столкновения двух легковых автомобилей марки Hyundai одна из машин перевернулась на проезжей части и врезалась в припаркованную на обочине машину марки KIA, пишет Qafqazinfo.
      А.Сафарова госпитализирована с травмами различной степени тяжести.
      По факту ДТП начато расследование.
      09:48
      Сегодня в Хатаинском районе Баку произошло тяжелое ДТП.
      На проспекте 8 Ноября столкнулись два автомобиля марки Hyundai. За рулем одного из них находилась известная телеведущая Айтан Сафарова. Ее автомобиль перевернулся.
      Как пишет Qafqazinfo, Айтан Сафарова получила тяжелые травмы и помещена в отделение травматологии одной из больниц.


       
       
        • Like
      • 138 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...