Jump to content
Sunyata

Xoşladığınız Şeirlər 2

Recommended Posts

8d72a7df0171.jpg


 

Ulduz sayaraq gözləmişəm hər gecə yarı
Gec gəlmədədir yar, yenə olmuş gecə yarı

Gözlər asılı, yox nə qaraltı, nə də bir səs
Batmış qulağım, gör nə düşürməktədi darı

Bir quş, ayığan, söyləyərək gahdan iyildər
Gahdan onu da yel diyə lay-lay huş aparı

Yatmış hamı, bir allah oyaqdır, daha bir mən
Məndən aşağı kimsə yox, ondan da yuxarı

Qorxum budu yar gəlməyə birdən yarıla sübh
Bağrım yarılar, sübhüm! açılma səni tanrı

Dan ulduzu istər çıxa göz yalvarı çıxma
O çıxmasa da ulduzumun yoxdu çıxarı

Gəlməz tanıram bəxtimi indi ağarar sübh
Qaş belə ağardıqca daha baş da ağarı

Eşqin ki qərarında vəfa olmayacaqmış
Bilməm ki təbi’ət niyə qoymuş bu qərarı

Sanki xoruzun son banı xəncərdi soxuldu
Sinəmdə ürək varsa kəsib qırdı damarı

Rişxəndlə qırcandı səhər söylədi: durma
Can qorxusu var eşqin, uduzdun bu qumarı

Oldum qaragün ayrılalı o sarı teldən
Bunca qara günlərdi edən rəngimi sarı

Göz yaşları hər yerdən axarsa məni tuşlar
Dəryayə baxar bəllidi, çayların axarı

Əz bəs məni yarpaq kimi hicranla saraldıb
Baxsan üzünə sanki qızıl güldü qızarı

Mehrabe-şəfəqdə özümü səcdədə gördüm
Qan içrə qəmim yox üzüm olsun sənə sarı

Eşqi varıdı Şəhriyarın güllü-çiçəkli
Əfsus qara yel əsdi xəzan oldu baharı
 

Edited by Sunyata

Share this post


Link to post
Share on other sites

Huseyn_Cavid-shair-dramaturq.jpg

İblis!.. O böyük ad nə qədər calibi-heyrət!
Hər ölkədə, hər dildə anılmaqda o şöhrət.
Hər qülbədə, kaşanədə, viranədə İblis!
Hər kəs bəni dinlər, fəqət eylər yenə nifrət,
Hər kəs bana aciz qul ikən, bəslər ədavət.
Lakin bəni təhqir edən, ey əbləhü miskin!
Olduqca müsəllət sana, bil, nəfsi-ləimin,
Pəncəmdə dəmadəm əzilib qıvrılacaqsın,
Daim ayaq altında sönüb məhv olacaqsın.
Bənsiz də, əmin ol, sizə rəhbərlik edən var:
Qan püskürən, atəş savuran kinli krallar,
Şahlar, ulu xaqanlar, o çılğın dərəbəklər,
Altın və qadın düşgünü divanə bəbəklər.
Bin hiylə quran tilki siyasilər, o hər an
Məzhəb çıqaran, yol ayıran xadimi-ədyan;
Onlarda bütün fitnəvü şər, zülmü xəyanət,
Onlar duruyorkən bəni təhqirə nə hacət?!
Onlar, əvət onlar sizi çignətməyə kafi,
Kafi, sizi qəhr etməyə, məhv etməyə kafi...
Bən tərk edərim sizləri əlan nəmə lazim!
Hiçdən gələrək, hiçliyə olmaqdayım azim.
İblis nədir?
- Cümlə xəyanətlərə bais...
Ya hər kəsə xain olan insan nədir?
- İblis.



Hüseyn Cavid

Share this post


Link to post
Share on other sites

Bu görüş nə acı qismətmiş bizə,

Elə bil bir kədər gölünə düşdük.

Salamsız kəlamsız durub üz-üzə,

Bir xeyli baxışla, gözlə görüşdük.

Əsdi ürək kimi ovcumda əlin,

Sən əzəl bu qədər kövrək deyildin

.

Sən əzəl bu qədər mehriban, həlim,

Sən əzəl bu qədər qəşəng deyildin.

Mikayıl Müşviq.

Share this post


Link to post
Share on other sites

Ümidim yox bir adama,

Tanrı çatacaq dadıma,

Yenə salacaq yadına,

Yenə dindirəcək məni.

Mən əlinə düşən kimi,

Sevinəcək uşaq kimi,

Bir sınıq oyuncaq kimi

Bir də qondaracaq məni.

Saçlarıma dən salacaq,

Ürəyimə qəm salacaq.

Yenə əlindən salacaq,

Yenə sındıracaq məni...

Ramiz Rövşen.

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Füzulidən təxmis.

Sədaqət, çün gözəllikdir,bina etmin xəyanətdən,
Kəramət var ikən sizdə usanmın bu şəhamətdən,
Nola bir daş nəsib olsun mənə əhli kəramətdən,
"Ucaldın qəbrimi,ey bidərdilər,səngi məlamətdən,
Ki, məlum ola dərd əhlinə qəbrim ol əlamətdən."

O sərvin xaki-payindən öpüb,əşki-rəvan versəm,
Deyil bihudə su sərvə misali-bağiban versəm,
Nişansızlar nişanındandı bu,məqsəd nişan versəm,
"Məzarım üzrə qoymun mil,əgər kuyində can versəm,
Qoyun bir sayə düşsün qəbrimə ol sərv qamətdən."

Həvayi-eşq idi başda,həvayi-nəfs idi,ya nə?
Həvayi-eşq idi gərçi,neçün çəkdim özüm yanə?
Həvayi-nəfs idi,canım gərəkdir odlara yanə.
"Görən saətdə ol qamət qiyamın, qıymadım canə,
Qiyamət həm gələ qurtulmayam mən bu nədamətdən."

Səni şəmsü qəmər bildim,hesabım oldu çox cahil,
Sabahım döndü axşamə,bu söndü,oldu ol zail,
Zamandan bixəbər qıldın məni,ey sahiri-Babil,
"Qiyamətlə hesabı olmayanlardandır ol qafil,
Ki,fərq eylər fəraqın şamını sübhi qiyamətdən."

Mənü aşiq ki,təfriqi-dəyanət zillətin bilmən,
Səvadi-hərfü təhsili-hesabət hikmətin bilmən,
Səlahi-əqlü təzyini-siyasət izzətin bilmən,
"Təriqi-səbrü tədbiri-səlamət ləzzətin bilmən,
Mənə eşqü məlamət yey gəlir səbrü səlamətdən."

Əlaci-dərdə caizdir şərabın şəridə,dində,
Təfəhhüm qıl,nə lazımdır bələdçi görsənən kəndə,
Türabü abü atəşdən məni gəl etmə şərməndə,
"Təbiət inhirafın gör həvayi-eşqidən təndə,
İlac et düşmədən,saqi,mizacım istiqamətdən."

Yapışma zövqi-dünyanın pərişan zülfü muyindən,
Həzər et qilü qalından,qulaq çək göftguyindən,
Məzahir keçmədi,keçdi bu arsız abi-ruyindən,
"Füzuli,keç səlamət kuçəsindən,səbr kuyindən,
Fərağət olmayan yerdə səfər yeydir iqamətdən."

Share this post


Link to post
Share on other sites

Yene o bağ olaydı, yene yığışaraq siz
O bağa köçeydiniz.
Biz de muradımızca felekden kam alaydıq,
Size qonşu olaydıq.
Yene o bağ olaydı, seni tez-tez göreydim,
Qeleme söz vereydim.
Her gün bir yeni neğme, her gün bir yeni ilham,
Yazaydım seher axşam.
Arzuya bax sevgilim, tellerinden incemi ?
Söyle üreyincemi ?

Yene o bağ olaydı, yene size geleydik,
Danışaydıq, güleydik.
Ürkek baxışlarınla, ruhumu dindireydin,
Meni sevindireydin.
Gizli söhbet açaydıq, ruhun ehtiyacından,
Qardaşından, bacından.
Çekinerek çox zaman söhbeti deyişeydin,
Menimle eyişeydin.
Yene bir vuraydı, qelbimiz gizli-gizli,
Sen ey esmer benizli.

Bu yaz bir başqa yazdır, bu yaz daha da xoşdur,
Vay o qelbe ki, boşdur!
Her üfüqde bir heves, her bucaqda bir umud,
İnsanlar daha me’sud.
Duyğular daha ince, fikirler daha derin,
Ürekler daha serin.
İnsanların vüqarı, telebi daha yüksek,
Yolumuzdan daş, kesek,
Temizlenmiş bir az da. Ellerin keyfi sazdır,
Bu yaz, bir başqa yazdır!

Yene o bağ olaydı, yene o qumlu sahil,
Sular öteydi dil-dil.
Saçın kimi qıvrılan, dalğalara dalaydım,
Dalıb ilham alaydım.
Endamını hevesle, qucaqlarken dalğalar,
Qelbimde qasırğalar,
Fırtınalar coşaydı, qısqanclıqlar doğaydı,
Meni hirsim boğaydı.
Cumub alaydım seni dalğaların elindeni,
Yapışaydım belinden.
Xeyalımız üzeydi, sevda denizlerinde,
Lepeler üzerinde,
İlhamımın yelkeni, zerrin saçın olaydı,
Sular xırçın olaydı.


Bu ne gözel şeirdir, bu ne gözel menzere,
Gelin baxın Xezere.
Çıxalım Buzovnada kiçik qayalıqlara,
Seyre dalım bir ara...
Geceler sayrışarken, ulduzlar lale kimi,
İşıqlar jale kimi.
Çilenib dağılarken etrafa damla-damla,
En yaxın bir adamla.
Ne gözeldir dinlemek suların neğmesini,
Tebietin sesini!
Ne gözeldir dolaşmaq, isti yay fesilleri,
Bu serin sahilleri!

Share this post


Link to post
Share on other sites

Varımdı sinədə dərdü qəmi-nəhan, ölürəm,
Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm.

Fəraqdan gecələr yatmaram səbahə kimi,
Xəyali — zülfünə bağlı gedibdir can, ölürəm.

Çəkirdim həsrətini, görmədim, xudahafiz!
Olubdur indi işim naləvü fəğan, ölürəm

 

Xurşidbanu Natəvan

Share this post


Link to post
Share on other sites

Doğulub dünyaya gəldim elə ki,

Çıxdı rahatlığın əlindən ana.

Gecələr yatmayıb laylamı dedin,

Of sözü duymadım dilindən ana.

Doqquz ay bətnində bəslədin məni,

Mən sənə nə etdim bilmirəm ana.

İndi göz yaşlarım süzür yanağa,

Yanaqda quruyur silmirəm ana.

Uşaqkən qədrini bilmirdim sənin,

Öpməzdim ağarmış telindən ana.

İndi can üstəsən nə mənası var,

Yüz kərə öpsəm də əlindən ana.

Qəlbinə toxundum yenə can dedin,

Bir ömür xətrimə dəymədin ana.

Halal zəhmətinlə böyütdün məni,

Heç kimə sən boyun əymədin ana.

Yaxşı əməlinlə abidə qurdun,

Hər kəsin qəlbində ucaldın ana.

O qədər dərdimi, cəfamı çəkdin,

Gözümün önündə qocaldın ana.

Ömrünü caladın mənim ömrümə,

Özünü mən qədər sevmədin ana.

Özün öz canından pay verdin mənə,

Ruhumda sən varsan ölmədin ana.

Adın müqəddəsdir adına qurban

Bəzəmək nə lazım naxışla ana.

Əvəzin yox imiş gec anlamışam,

Haqqını halal et bağışla ana.

Share this post


Link to post
Share on other sites

AXI UZAQDASAN.( Bextiyar Vahabzade )

Axi uzaqdasan... sene sozum var,

Bir yol zeng elesen axi ne olar?

Bilmirdim bu qeder donukmus uzun,

Bes senin hec yoxmu mene bir sozun?

Bosalmaq istermi urek dolmasa?

Seni terpetmedi bunca davalar?

Eger sozun yoxsa, sen hec olmasa

…Sorus, nece kecir burda havalar.

Dag seli daglanar dar derelerde,

Duzene axmasa durula bilmez.

Seni qinamiram, duzu bu yerde

Esqsiz urekde soz ola bilmez.

Nece bacarirsan, nece dozursen?

Esebin, ureyin de, dasdanmidir?

Anlaya bilmirem damarlarindan

Axan qar suyumu, yoxsa qanmidir?

Bunu da oxuyub gulersen yeqin,

Menem danlayan da, menem seven de.

Poladdan esebin var imis senin,

Kas senin xisletin olaydi mende.

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

NUSRET KESEMENLI...

BƏLKƏ BU TƏSADÜF...

Bizi görüşdürüb nigaran yollar,

Yollar ürək kimi boşalar, dolar.

Allahın işini nə bilmək olar,

Bəlkə bu təsadüf məhəbbət oldu.

Bəlkə tanrı payım, könül ruzumsan,

Bəlkə də tanrıya çatan sözümsən.

Bəlkə də sən mənim alın yazımsan.

…Bəlkə bu təsadüf məhəbbət oldu.

Yaranan ülfəti sən kəsmə hələ,

Tale qismətindən sən küsmə hələ.

Əlvida deməyə tələsmə hələ,

Bəlkə bu təsadüf məhəbbət oldu.

Ürəyim az qalır sinəmdə uça,

Həmdəm aramışam ömür boyunca.

Qoy bir də üzünə baxım doyunca,

Bəlkə bu təsadüf məhəbbət oldu.

Ötəri tanışlıq bir adət deyil,

Elə hər sevgi də səadət deyil,

Bilirəm hər görüş məbəbbət deyil,

Bəlkə bu təsadüf məhəbbət oldu.

Share this post


Link to post
Share on other sites

Nusret Kesemenli 

 

Sen gerek…

Sen gerek ozunu tanitmayaydin,
Mene bu uzunu tanitmayaydin.
Yene de heyati senden umaydim,
Ele bileyidim ki dunyada teksen.

Illerin omrumden apardigini
Ele bileydim ki getireceksen
Bahar gozleyiridim,
Yene de qisdi,
Bir arzu bir umid oldurmekdense
Aldana-aldana yasamaq xosdu.
Sen gerek ozunu tanitmayaydin…

Sene baxa baxa senin uzunde
Gorunur ozgenisevmisem onda
Her titrek sozumu senin gozunde
Yeqin ozgesine demisem onda

Hissin xumarindayumub gozunu
Onda mehebbetin yuxulu imis.
Sonradan oyanib,
Onda bilib ki,
Suyun lal axini qorxulu imis
Sen gerek ozunu tanitmayaydin.
Sen gerek ozunu tanitmayaydin.
Omur de belece kecib gedeydi.
Sen deme,marala atdigim gulle
Maral derisinde tulkuye deydi…
Sadelovh qelbimden,mehebbetimden,
Kecdiyim yollardan utaniram men,
Yuxulu gozumden agrilar kecir,
Yanimdan sevgisi dogrular kecir,
Senden yox,
Onlardan utaniram men…
Sen gerek ozunu tanitmayaydin,
Mene bu uzunu tanitmayaydin

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Məlum olduğu kimi, Kərki kəndi 1990-ci ildə ermənilər tərəfindən işğal edilib. Bundan sonra kəndin didərgin düşmüş əhalisini məskunlaşdırmaq üçün Kəngərli rayonunda yeni qəsəbə salınıb. Məcburi köçkünlər Yeni Kərki qəsəbəsində məskunlaşıb.

1990–1993–cü illərdəki müharibə tarixə Sədərək döyüşləri kimi düşdü. 12–14 km-lik döyüş zolağı olan Sədərəyin Kərki kəndi Naxçıvanın ermənilər tərəfindən işğal olunmuş yeganə kəndidir.

img1435966.jpg

 

Tejgar şəkildəki dağın adıdır. Sıx ardıc ağacları ilə örtülü olan bu dağ ilin bütün fəsillərində yaşıl görünür.Yerli əhali "Telli Tejgar» adlandırdığı həmin dağı müqəddəs hesab edir, hətta  ordakı  ağacların belə bir budağını sındırmağı günah bilir… Buna görə də təbiətin bu gözəl guşəsi neçə əsrlərdir ki, öz gözəlliyini itirmir.

 

 

TELLİ TEJGAR

Xına yaxdım əllərimə daşından,

Nişan verən yoxdu sənin yaşından,

Doymamışam baharından, qışından.

Günəşli, yağışlı, yelli Tejgarım,

Ay telli Tejgarım, telli Tejgarım.

 

Güneyində, qüzeyində gəzmişəm,

Bilməmişəm, hər gülünü üzmüşəm,

Sənsizləyib neçə dağdan bezmişəm,

Çəmənli, çiçəkli, güllü Tejgarım,

Ay telli Tejgarım, telli Tejgarım.

 

«Qapardıcı» yol azana mayakdır,

Sıldırımlar sənə səddir-dayaqdır,

Əzəmətin Heydərbaba  sayaqdır,

Axarlı-baxarlı, selli Tejgarım

Ay telli Tejgarım, telli Tejgarım.

                                                     1973 Vaqif Məmmədov.

Share this post


Link to post
Share on other sites
BELƏ YERDƏ NƏ VAR ŞAİR OLMAĞA

 

«Azərbaycan xalqı-şair xalqdır… »

N.Tixonov

Azərbaycan –havası nur, suyu nur,

Azərbaycan –baharı nur, yayı nur,

Azərbaycan  nur selində yuyunur,

Ülviləşir yaddaşlarda qalmağa,

Belə yerdə nə var şair olmağa…

 

Azərbaycan –tarixləri aranıb,

Çəmənləri küləklərlə daranıb,

Mavi Xəzər bu diyarın yaranıb

Gecə-gündüz laylasını çalmağa,

Belə yerdə nə var şair olmağa…

 

Azərbaycan –gözəlində qaş qara,

Güneyi od, qüzeyində düş qara,

Bir anadır Savalana, Qoşqara,

Yaman yerdi kövrəlməyə-dolmağa…

Belə yerdə nə var şair olmağa…

 

Azərbaycan –gülüstanda tər çiçək,

Qış günü də yolun düşsə dər çiçək,

Sallarında bitə bilir hər çiçək,

Daşı qoymur çiçəyini solmağa,

Belə yerdə nə var şair olmağa…

 

Azərbaycan –yarı nəğmə, yarı söz,

Hər qarışı yarı torpaq, yarı köz,

Bir diyar ki, varı halal, varı düz,

İstəyi yox yaddan tikə almağa,

Belə yerdə nə var şair olmağa…

 

Azərbaycan –mənim anam, həyanım,

Hər ağrımı, hər acımı duyanım,

Doğulmuşam gəmi kimi dayanım

Limanında lövbərimi salmağa,

Belə yerdə nə var şair olmağa…

                                                      1978 Vaqif Məmmədov

Share this post


Link to post
Share on other sites

 

 
             Qəzəl.

Səmanın afitabın, çün, rüxi - canana bənzətdim,

Xəta etdim,o cansuzi dəvayi -canə bənzətdim.

Xəyali-yar idi, ey şəm, mələkmi göydən enmişdi?

Ki, yoxsa leylətül-qədri şəbi- hicranə bənzətdim.

Camalın müshəfin gördüm,dedim, həqdən nişandır bu,

Xətin bir ayə zənn etdim,xəti-Quranə bənzətdim.

Deyil bihudə,gər canı əziz tutsam fəraqində,

Nəçün ki,anı kuyindən gələn mehmanə bənzətdim.

Soruşdu zahidi-qafil müvafiq eşq timsalın,

O əhli-zöhd idi,mən də bunu imanə bənzətdim.

Bəla bəzmində bir saqi edəndə təklif üşşaqə,

Əlində gördüyüm camı dili-suzanə bənzətdim.

Müsəlsəl qeydi-aləmdən əsiri-payibənd idi,

Görüb bir nakamın qəbrin dəri-zindanə bənzətdim.

Yıxıldım eşq rahində,Məzahir,yoz bu röyamı,

Əlimdən tutdu bir mövla, şəhi-mərdanə bənzətdim.

Share this post


Link to post
Share on other sites

BIRCƏ SƏN BILIRSƏN

Bircə sən bilirsən gecələr

Qapı ilə oynayır külək

Bircə sən bilirsən bu hələ

Sabah səhərədək çəkəcək.

Bircə sən bilirsən səhərlər

Meh necə üşüdür adamı.

Bircə sən bilirsən bu yerdə

Necə keçiririk axşamı.

Bircə sən bilirsən gündüzlər

Kölgələr daha qorxunc olur.

Bircə sən bilirsən bu gözlər

Daha çox yuxudan yorulur.

Bircə sən bilirsən ovcumun

İçindəki gizilti nədir

Bircə sən bilirsən sən bunu –

Misralar nəyi gizlədir...

Share this post


Link to post
Share on other sites

Kim çəkib bu rəsmini,

harda, nə zaman çəkib?..

kipriyinin ucunda

bir damcı yaş can çəkir....

...səni hardan başlayıb

harayacan çəkiblər...

səni qızdan, qadından

qarıyacan çəkiblər...

...tək bir kəlmə söz donub

bu rəsminin dilində...

dönüb adam olardı

imkan olsa əlində...

...mən də çox gec gəlmişəm,

sən də çox gecikmisən...

...indi bildim, bu rəsmi

bir vaxt özün çəkmisən...

Share this post


Link to post
Share on other sites

Yağış....

Hardandır səndə bu qədər acı,

Qəm doludur hər damcın.

Könülsüzsən axı niyə?

Səhralara, quru çöllərə can atırsan

Yağmaq üçün, çillənmək üçün.

Yağmaq istəmirsən bu torpağa?

Bura nəmlik, sərinlikdi...

Yenə yağacaqsan bura?

Buludlar qovub səni,

Qovhaqovdan bezikmisən.

Yağış yağır ağır-ağır.

Könülsüzdü, ürəksizdi yenə niyə?

Qəlbi vurxunur o yerlər üçün...

İstidən alışan səhralar üçün,

Susuzluqdan cadarlanmış torpaqlar üçün...

O yerlərmi sənə acılar verən?

Bu torpaqmı səni belə küsdürən?

Yağış, hər damlasından həsrət duyulur,

İntizarı böyük, qəm yükü ağırdı onun.

Görən qəlbin qıran nədir bu qədər.

Sevdalıdı səhralara, xəbərsizdi buludlarda.

Sevdasına həsrət qoyub bu torpaqlar...

İşıq saçan qəlb evini zülmət qoyub bu buludlar.

Yağış, çiskin damcıların xəbər verir gəlişindən,

Gəlmə! Bunu istəyən yox...

Gəlişinə sevinən yox...

Yağma bu yerlərə daha,

Get uzağa, lap uzağa...

Gəlmə daha....

Yağdı...amma ürəksiz

Yağır yağış yenədə

Buludların istəyi bu,

Bu torpağa yağmalı o.

Yağış yağır...

Güldü çəmən,

Yuyundu neçə gül-çiçək

Sevindirdi buludları

Yağış xəbərsiz qalacaq həqiqətdən...

Buludların sevdasıda bu torpaqmış.

Bulud bu yerlərə vurğun,

Yağış səhralara tutqun...

Yağış yağdı.

Yağıb getdi kədərilə,

Sevinc verərkən buluda...

Qəlbi min yerdən yaralı

Getdi buluddan yuxarı....

(MS)

Share this post


Link to post
Share on other sites

Gəşt eylədim, bu dünyanı dolandım,
Əllini aşırdım, yüzə nə qaldı?
Ayaq getdi, əl gətirdi, diş yedi,
Baxmaqdan savayı gözə nə qaldı?

 

Ölüm haqdı çıxmaq olmaz əmirdən,

İpək tora halqa salma dəmirdən.

Aydır, gündür gəlib keçir ömürdən,

Darıxırıq, görən, yaza nə qaldı?

 

Eşiyə çıxıram, hava məğşuşdu,
Gəzdiyim oylaqlar yadıma düşdü;
Bir gün deyəcəklər Alı da köçdü,
Sındı telli sazı, təzənə qaldı?

 

                                Aşıq Alı

Share this post


Link to post
Share on other sites
ÇATLAYIR, XANBACI, QƏMDƏN ÜRƏYİM
M.Ə. Sabir Tahirzadə

Çatlayır, Xanbacı, qəmdən ürəyim, 

Qavışıb lap acığımdan kürəyim.

 

Nola bir evdə qoyaydız qarabaş, 

Verməyəydiz məni bu əbləhə, kaş!

 

Mən ki, damdan, bacadan baxmaz idim, 

Su kimi hər tərəfə axmaz idim.

 

Hərzə-hərzə danışıb gülməz idim, 

Ər nə şey olduğunu bilməz idim;

 

Oturub ac komasında atamın, 

Biş-düşün hazır edərdim anamın;

 

Bitləyərdim nənəmin baş, yaxasın, 

Yamayardım babamın çul-çuxasın,

 

Tez durub sübh sağardım inəyi, 

Xansənəmdən diləməzdim köməyi;

 

Neyləyirdim bəzəyi уа düzəyi? 

Dama, divara yapardım təzəyi.

 

Atam əllaf, babam dülgər idi, 

Qardaşım culfa, əmim kargər idi,

 

Xanbibim falçı, nənəm bağ toxuyan, 

Bizdə, haşa, yox idi bir oxuyan!

 

Evimizdə var idi hər nə desən: 

Qatıq, ayran ilə qaymaq, nə yesən!

 

Nə bilirdik nə zəhirmardı kitab? 

Biz olan evdə haçan vardı kitab?

 

Büsbütün gül kimi insanlarıdıq, 

Nə müəllim və nə dərs anlarıdıq.

 

Dəftərin andıra qalmış sözünü 

Eşidib görməmiş idik üzünü.

 

Boylə bir tərbiyəli evdə müdam 

Bəslədiz mən kimi bir sərvi-xüram.

 

Vay о gündən ki, məni ad elədiz, 

Elə bildiz də ki, dilşad elədiz.

 

Mən də sandım ki, dönüb bəxtəvərə, --

Gedirəm bir nəfər insana ərə.

 

Nə bilim boylə də insan varmış, 

Şəkli-insanda da heyvan varmış.

 

Ər oxurmuş da, yazarmış da, atam! 

Ər deyil, möhlik azarmış da, atam!

 

Ər deyil, şair imiş xanəxərab! 

Fikri yazmaq, oxumaq, suglu kitab....

 

Saldız axırda yaman hala məni, 

Ərə verdiz də bu qəffala məni.

 

Gah yazır, gah oxuyur, gah danışır, 

Gündə bir hərzə kitabnan tanışır;

 

Gah gedir fikrə, bərəldir gözünü, 

Məhv olur oylə ki, bilmir özünü;

 

Sübh olunca gecələr darğa kimi, 

Yatmayır, qır-qır edir qarğa kimi;

 

Gah da bir yatsa da vəqtində əgər, 

Çəkməyir yuxladığı bir о qədər,

 

Qəflətən bir də görürsən ki, durur, 

Yandırıb lampanı çılpaq oturur;

 

Başlayır yatdığı yerdə təzədən 

Oxuyub yazmağa bir də təzədən.

 

Belə od olmaz, atam, boylə alo! 

Od deyil, yanğı deyil, lovdur, lo!

 

Gah görürsən ki, miz üstə yıxılır, 

Baxıram halına qəlbim sıxılır;

 

Bir qarandaş, bir-iki parə kağız 

О qədər çəkmir -- olur qarə kağız.

 

Xeyrini, şərrini qanmır bu kişi! 

Yorulub bircə usanmır bu kişi!

 

Bizim evdə baxasan hər tərəfə --

Taxçaya, boxçaya ya kim, irəfə --

 

Görəcəksən bütün işqabda kağız, 

Kasada, nimçədə, boşqabda kağız;

 

Yığılıb dağ kimi hər yanda kitab, 

Evdə, dəhlizdə və eyvanda kitab.

 

Deyirəm, ay kişi, bir gəl özünə, 

Bu nə işdir, a kül olsun gözünə!

 

Bu əməl etdi səni xanəxərab, 

Pulların döndü bütün oldu kitab.

 

Oxuduqca gözünün qarəsini 

Aparır, tap başının çarəsini.

 

Pul gedir, tabü təvanın da gedir 

Üstəlik bir quru canın da gedir.

 

Kəsbkarlıqdan əlin çıxdı, usan! 

Ər olan yerdə görüm yox olasan!

 

Share this post


Link to post
Share on other sites

Mensur sher:

İki qanadlı bir mələyi, küləyin

saçlarını qarışdırdığı və üzünü

örtdüyü birini, yağışda islanmaqdan qorxan,

toz dumanla gözləri heç bir yolu görməyən

birini düşün. Uşaqlığını bir daşın altında

xəyallarını isə bir qutuya danışıb torpağın

altında gizlədən bir xəyalpərəsti düşün...

Hamımız uşaq ikən hündürlükdən aşağıya

tullanaraq, əllərimizi sonundək açıb qısa bir

məsafədə olsada belə özümüzü bir quş hesab

etmək istəmişik. Ancaq hər dəfəsində yerə

çırpılmışıq. Ağrısada əlimiz, ayağımız hər şeyə

inad yenidən qalxıb düşəcəyimizi bilə-bilə

təkrarlamışıq. Təkrar , təkrar, təkrar... Bəlkədə

əslində həyatdan ilk dərsimizi o zaman

almışıq.Yıxılarkən yenidən ayağa qalxmaq

dərsini. İnsan həyatın iki üzünü bəzən

xoşbəxtliklərdə bəzəndə çətinliklərdə axtarır.

Doğrunun hansında tapıldığı isə məlum deyil.......

Share this post


Link to post
Share on other sites

Günbəgün qəlbimdən uzaqlaşırsan,

Səndən ümidimi üzmüşəm artıq.

Vəfa göstərmədin sevgim boyunca,

Mən bu cür sevməkdən bezmişəm artıq.

Bəlkə də qəlbində sən də sevirsən,

Bəlkə də qəlbində çox inciyirsən,

Bəlkə də qəlbində səbr et deyirsən,

Bağışla,həddindən dözmüşəm artıq.

Duymuram haçandır dərdi-sərini,

Bəlkə də sevirsən başqa birini,

Səndən çox vəfalı şəkillərini

Son dəfə önümə düzmüşəm artıq.

Gözümdən süzülüb yaş damla-damla,

Şəkillər ox olub qəlbimə zira,

Heç birindən əsər qalmayıb amma,

Hamısın sırayla əzmişəm artıq.

Duyğularım vardı zərif və incə,

Misilsiz sevirdim iki ay öncə,

Son dəfə düşünüb mən yetərincə

Sənli xəyallarda gəzmişəm artıq.

Getmədi başımın dumanı,çəni

Bu qədər çarəsiz etməzdin məni,

Səni unutmaqçün bir ayçöhrəni

Alıcı gözüylə süzmüşəm artıq.

İnsanı mən başa sala bilmərəm,

Səninsə könlünü ala bilmərəm,

Anla ki,mən onsuz qala bilmərəm,

Qəlbimə yol tapıb sezmişəm artıq.

Share this post


Link to post
Share on other sites

Əsir Azərbaycanım

Hani məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə "laylay, balam" çağıran
Azərbaycan, mənim baxtsız anam oy!...
Neçə ildir həsrətinlə yanam oy!...

Salam desəm, rüzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Xəzərə yetirsə,
Xəzər coşub zəncirini qırsa oy!...
Hökm etsə, bu sərsəm gediş dursa oy!...

Xəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, o neft qoxan gülümdən, 
Kim demiş ki, düşmüş adı dilimdən?!
Azərbaycan, mənim eşsiz yurdum oy!...
Ölməz eşqim, içimdəki dərdim oy!...

Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən,
Sənsiz neylim Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taxtım oy!...
Oyanmazmı kor olası baxtım oy?!

 

Almas İldırım

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Günbəgün qəlbimdən uzaqlaşırsan,

Səndən ümidimi üzmüşəm artıq.

Vəfa göstərmədin sevgim boyunca,

Mən bu cür sevməkdən bezmişəm artıq.

Nuray xanim, bu sherilerin muellifi kimdir?

Share this post


Link to post
Share on other sites

Çox keçmişəm bu dağlardan, 

Durna gözlü bulaqlardan!; 

Eşitmişəm uzaqlardan 

Sakit axan arazları; 

Sınamışam dostu, yarı... 

El bilir ki, sən mənimsən, 

Yurdum, yuvam, məskənimsən, 

Anam, doğma vətənimsən! 

Ayrılarmı könül candan? 

Azərbaycan, Azərbaycan! 

Mən bir uşaq, sən bir ana, 

Odur ki, bağlıyam sana: 

Hankı səmta, hankı yana 

Hey uçsam da yuvam sənsən, 

Elim, günüm, obam sənsən! 

Fəqət səndən gen düşəndə, 

Ayrılıq məndən düşəndə, 

Saçlarıma dən düşəndə 

Boğar aylar, illər məni, 

Qınamısan ellər məni. 

Dağlarının başı qardır, 

Ağ örpəyin buludlardır. 

Böyük bir keçmişin vardır, 

Bilinməyir yaşın sənin, 

Nələr çəkmiş başın sənin. 

Düşdün uğursuz dillərə, 

Nəs aylara, nəs illərə. 

Nəsillərdən nəsillərə 

Keçən bir şöhrətin vardır; 

Oğlun, qızın bəxtiyardır... 

Hey baxıram bu düzlərə, 

Ala gözlü gündüzlərə; 

Qara xallı ağ üzlərə 

Könül istər şe'r yaza; 

Gəncləşirəm yaza-yaza... 

Ölməz könül, ölməz əsər, 

Nizamilər, Füzulilər 

Əlin qələm, sinəm dəftər, 

De gəlsin hər nəyin vardır, 

Deyilən söz yadigardır.

Share this post


Link to post
Share on other sites

Yenə bu şəhərdə üz-üzə gəldik,

Neyləyək, ayrıca şəhərimiz yox.

Bəlkə də, biz xoşbəxt ola bilərdik,

Bəlkə də, xoşbəxtik,

Xəbərimiz yox.

Aradan nə qədər il keçib görən,-

Tanıya bilmədim,

məni bağışla

Mən elə bilirdim, sənsiz ölərəm,

Mən sənsiz ölmədim,

məni bağışla.!

“Ölmədim” deyirəm,

Nə bilim axı,

Bəlkə də, mən sənsiz ölmüşəm elə.

R. Rövşən

Share this post


Link to post
Share on other sites

Sadəlövh könlümdən mən cana gəldim,
Cəfakeş canımdan fəğana gəldim,
Mənsiz də dünyanın işi keçərmiş,
Əcəba, nə üçün cahana gəldim?!

 

Ömər Xəyyam.

Share this post


Link to post
Share on other sites
ƏLİAĞA KÜRÇAYLI:

«Narbənd ağacı» şeirimə şeirlə cavab yazan Vaqif Məmmədovun cəsarəti məni ürəkdən sevindirdi. Mən onun misralarının səmimiliyinə inanıram və qənaətim belədir ki, o, mövzularını real həyatdan götürür.

23 dekabr 1975-ci il

 

BU MEŞƏLƏR

 

Bu meşələr doğma görüb, yad görüb,

Yanğısını çox da dəniz, göl kəsib.

Bu meşələr o qədər ki, od görüb,

İnanmıram sərin ola kölgəsi…

Bu meşələr oyum-oyum oyulub,

Nə müddətdir sağalmayıb yarası.

Torpağına neçə cavan qoyulub,

Bulud olub saçlarının qarası.

Bu meşələr qüssə çəkir, silkələ,

Ağacların sızıltısı kəsilməz.

Aylar ilə yağış yağa, sel gələ

Meşələrin kədərini o, silməz…

Bu meşələr körələndi, közərdi,

Od-alov da ürəyini üzübdür.

O dərdlərə dağ-daş çətin dözərdi,

Bu meşələr meşə idi dözübdür.

Bu meşələr kimdən alıb duruşu?

Əzəmət var ağacında, kolunda.

Bu meşələr insan kimi vuruşub,

Qəlpə qalır budağında qolunda…

Bu meşələr insanları  sərt görüb,

Sərtləşibdir alışmayıb, yanmayıb.

Bu meşələr o qədər ki, dərd görüb,

Ağacların beli niyə sınmayıb?

Bu meşələr bu qəlbimi qanadır,

Nisgilə bax torpağında, daşında.

Bu meşələr oğlu ölmüş anadır,

Bulud qara yaylığıdır başında…

Vaqif Məmmədov


Share this post


Link to post
Share on other sites

Eşqim...

Könlüm ağlama qəminə ruhumda dözməyir,
Eşqim yanır ahım-harayım göylərdə səslənir.

 

Dözməz bu ürək əzablara gülmərəm onsuz,
Eşqin adı dənizdi, qəlbisə qara, susuz.

 

Nə vəfasın gördümki indi cəfasın çəkəm,
Yüküm ağırdı mən əfsus yüküm ilə təkəm.

 

Bir ovuc susan səhrada bu susuz cana,
Qıymadın, Şərmi adın? Nə deyim bu adına...

 

Bilirəm o çağlar sönüb eşqimin çırağı,
Ona mən çatmadım, uzaqlardadır sorağı.

MS

Share this post


Link to post
Share on other sites

Zaman sürətlə ötür

Və biz

yaz-yaz çiçəkləyir

qış-qış donur

yay-yay qaralırıq...

Payız-payız

tökülür üstümüzə ömrün saralmış yarpaqları

örtür üstümüzü həftələr, günlər, aylar, illər

gizlədir bizi

qalırıq keçmişin altında

itiririk özümüzü uşaqlığımızda...

Biz

ölənəcən öz itmiş uşaqlığımızı axtaranlarıq,

tapmayanlarıq...

Tapılmaz ki...

Və sənin

heç olubmu uşaqlığını dəlicəsinə özlədiyin?...

Məsələn, mən bu gecə uşaqlığımın

"ən çox atanı istəyirsən, ya ananı?" sualını özləmişəm

...bəlkə sual verənləri?

...bəlkə onların həyəcanlı cavab intizarını?...

bilmirəm ki...

Bəzi yoxluqlar çox qəddardı, çox;

özünü öldür, ağla, fəryad et, yoxdur

bağır da yoxdur, çığır da yoxdur...

Nə edəsən?

Həyatın ən ədalətsiz qanunu odur ki,

ancaq gələcəyədir bütün yolların istiqaməti -

keçmişə

adicə bir cığır da yoxdur!

ilqar Kamil

Share this post


Link to post
Share on other sites

Yayda qışı gözləyirik,

Qışda yazı,

Azda çoxu istəyirik,

Çoxda azı.

Uşaqlıqda cavanlığın

həsrətilə yaşayırıq,

Cavanlıqda uşaqlığın.

Arzu birmi, beşmi, onmu?

Yığın-yığın!

Gözləyirik,

Özümüzdən çox güclüdür həsrətimiz.

Gözləyirik xoşbəxtliyi,

Xoşbəxtliyin içində biz.

Bextiyar Vahabzade.

Share this post


Link to post
Share on other sites

Almas İldırım                                                                                                                    
Əsir Azərbaycanım                                                                  

Nеrdə məni gül qоynunda dоğuran,
Хəmirimi göz yaşıyla yоğuran,
Bеşiyimdə “layla balam” çağıran,
Azərbaycan, mənim baхtsız anam оy,
Nеçə bir il həsrətinlə yanam, оy?..

Salam dеsəm, ruzgar alıb götürsə,
Ağrı dağdan Alagözə ötürsə,
Gur səsimi göy Хəzərə yеtirsə,
Хəzər cоşub zəncirini qırar оy!..
Hökm еtsə, bu sərsəm gеdiş dursa оy!..

Хəbər alsam Muğanımdan, Milimdən,
Nazlı Bakım, о nеft qохan gülümdən,
Kim dеmiş ki, düşmüş adı dilimdən,
Azərbaycan, mənim еşsiz yurdum оy!..
Ölməz еşqim, içimdəki dərdim оy!

Könlümə tək Kəbə yapdım səni mən,
Sənsiz nеdəm qürbət еldə günü mən,
Sənsiz nеdəm Allahı mən, dini mən,
Azərbaycan, mənim tacım, taхtım оy!
Оyanmazmı kоr оlası baхtım оy?!

Share this post


Link to post
Share on other sites

.........................QEZEL........................................

 

 

 

Hеyrət ki, еy qаdın, nə füsunkаrdı хilqətin,

 Sirli, sеhirli vаrlığısаn sən təbiətin.

 

 Аdəmdən özgə hər kəsə sənsən həyаt vеrən,

 Hər kəs cаhаndа səndən аlıb ilkin ibrətin.

 

 Bədbəхt еdən də аləmi, хоşbəхt еdən də sən,

 Sənsiz çətin ki аnlаyа bir kəs səаdətin.

 

 Sən vаrlığınlа zinətisən cümlə аləmin,

 Vаrsаnsа sən, nə qiyməti vаr özgə zinətin.

 

 Еşqin rəhm sаlıbdı nеçə dаş ürəklərə,

 Sənsən cаhаndа rəmzi bu еşqin, məhəbbətin.

 

 Şövqündə rəssаm əlləri nəqqаşlıq öyrənib,

 Zövqündə bəstəkаr qаzаnıb аli fitrətin.

 

 Sərkərdələr önündə sənin diz çöküb yеrə,

 Şаhlаr dа səndən ötrü аtıb hаkimiyyətin.

 

 Vаrmı cаhаndа kimsə sənə tаbе оlmаdı,

 Аdəm sənin bir istəyinə sаtdı cənnətin.

 

 Çох Lеylilər məhəbbətə cаn qurbаn еtdilər,

 Tа ki bilinsin аşiqə vаrdır sədаqətin.

 

 Nаz еyləməkdə bəhsə girə huri, yа mələk,

 Çаtmаz sənə, gər аrtırа hər gün məhаrətin.

 

 Gаh еlmdir nişаn sənə, gаh səhnədir məkаn,

 Mеydаndа pəhləvаn kimi də vаr şücаətin.

 

 Mənidə оl gözəl ki, budur vаrı insаnın,

 Bunsuz nə хеyri gəldi-gеdər hüsni-surətin.

 

 Dаim qürurlu оl ki, ədəb-ərkаn itməsin,

 Dünyаdа аli rəmzisən əхlаqın, ismətin.

 

 Mən də əsirinəm sənin, hеyhаt, bu zənn ilə,

 Tа ki qədəmlərində tаpım cənnət izzətin.

 

 Аrif nə söz yаzırsа аlır səndən ilhаmı,

 Vəsfində аrtırır sözünün qədrü qiymətin..

 

 

 

Share this post


Link to post
Share on other sites

..................QEZEL.................

Aglama sevgili canan men olenden sonra,

Etme goz yawini leysan men olenden sonra.

Ne qeder sagdir bu canim seni bil ki,atmaz,

Qariwib torpaq olar can men olenden sonra.

Dayanib qebrimin ustunde dualar eyle,

Girmesin qebrime weytan men olenden sonra.

Aglayib goz yawi tokme menim ucun bu qeder,

Salaraq yadiva her an men olenden sonra.

Meni Allahim heqiqetde bewercun yaradib,

Bilecek Azerbaycan men olenden sonra.

Ayriliq derdini dunyada cekenler coxdur,

Sixmasin qelbini hicran men olenden sonra.

Derdi-qem ile kecibdir Mahir dovranim,

Duzeler belke bu dovran men olenden sonra..

Share this post


Link to post
Share on other sites

.......................Qezel...................................................

Yığışıb dərdi-sərim başıma, bir sən yoxsan,...............

 Dönüb həsrət yenə sirdaşıma, bir sən yoxsan.................

 

 Mənə səndən danışan hər şeyi, ey sevgili yar,..................

 Çəkmişəm doğma tək ağuşuma, bir sən yoxsan.................

 

 Gözüm əşk ilə dolub hey gecə-gündüz boşalır........................,

 Acıyan çoxdu bu göz yaşıma, bir sən yoxsan.........................

 

 Sənlə hər bir görüşün tarixi bir hadisə tək.............................

 Yazılıb tarixi yaddaşıma, bir sən yoxsan..................................

 

 Gül deyirdim sənə mən, indi gülüm, gül nəfəsin.........................

 Elə bil ki, hopub üst-başıma, bir sən yoxsan...............................

 

 Bir zaman tərk eləyib aləmi, Yasin, gedərəm,..............................

 Yazılar onda da baş daşıma: “bir sən yoxsan”................................

 

 

 

 

 

Share this post


Link to post
Share on other sites

               Qəzəl.

 

İncidir eşq,hər qədər can bu azar içindədir,

Olsa dəva bu qiymətə,hansı bazar içindədir?



Eşq odu girdi torpağa,torpağı adəm eylədi,

Gör bu mələk bəlakəşi,mərdüməzar içindədir.



Min cürə atəş olsa da,cüzv əhəddi külldə,

Etmə həzər bu mə*nidən,yek bu həzar içindədir.



Əhli Çin həqq olar, əgər, tutsa cahanı Misrəcən,

Meyyit hasarı Misrdə,həyyin hasarı Çindədir.



Həqq olan elmə həqqdən "mən"lik hasarı çəkdilər,

Çinə gedirsən elm üçün? Çin bu hasar içindədir.



Pərdə götürmə sirrdən,dadsan əgər bu mürrdən,

Hürr olana rəqib olur,kim ki, bu zar içindədir.



Mövti həyat ilən bilir dərk eləyən Məzahiri,

Tazədi gərçi xilqəti,köhnə məzar içindədir.

Share this post


Link to post
Share on other sites

QARĞIŞ

Lap beşikdə, bələkdə
Eşitdik bu qarğışı:
«Gəzməyə qürbət ölkə,
Ölməyə vətən yaxşı…».

Bir qürbət ölkə gəzmək
Düşmədi payımıza.
Bu vətəni kəfəntək
Ölçdülər boyumuza.

Qayçıtək Arazı da
Aralığa atdılar.
Bu kəfəni bir az da
Kəsdilər, qısaltdılar.

Kimin əli çıxdısa,
Kimin dili çıxdısa
bu kəfənin altından,
Əlini də kəsdilər,
Dilini də kəsdilər
bu vətənin adından.

…Bu kəfəni bir aç-bax;
hələ diriyik, Allah!
Bu kəfəndən ağappaq
bizə köynək tik, Allah!

Biz də bəndənik axı,
Bizə nə dərd, nə qəm ver.
Ölməyə yox, ilahi, 
Yaşamağa vətən ver!..

 

Ramiz Rövşən

  • Like 1

Share this post


Link to post
Share on other sites

- Ay nənə, bir nağıl da de..!

- Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
- Can nənə, de birini də.
- Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
- Qar yağırmı?
- Elə yağır… sazaq qılınc tək kəsir…
Belə yağsa, qar sübhəcən yolu-izi örtəcək;
Kirpiklərin lap qovuşub, cırtdan bala, yat görək.

Nənə yığır düyünçəyə iynəsini, sapını,
Külək hərdən taqqıldadır pəncərəni, qapını.
Körpə çəkir təzə, güllü yorğanını üzünə,
Gözlərini yumur… amma yuxu getmir gözünə.
- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
- Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur..

Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…
- Bəs ay nənə, atam indi haradadır, görəsən?!
- Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
- Axı, nənə, heç demirsən atam haçan gələcək,

Indi onu səngərdə bəs üşütmürmü qar, külək?
- Ömrum-günüm, körpə quzum, qurban olum adına,
Niyə köks ötürürsən o düşəndə yadına?
Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
Deyir oğlum darıxmısan, görüşərik bu bahar.
Bağçalarda çiçək açar gülöyşə nar, yasəmən,
Qaranquşla bir zamanda qayıdaram kəndə mən…
Heç darıxma, dərdin alım, atan gələr, o zaman
Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!
Di yat, indi gecə keçir…
- Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
- Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,
Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.
Mən eyvana xalı sallam, anan evi bəzəyər,
Ey qadası süfrə açar, qohum-qonşumuz gələr.
Sən atanı qucaqlar, üz-gözündən öpərsən,
Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…

Körpə güldü… həsrət qonan gözlərindən uçdü qəm,
Öpdü onun xəyalını indi özgə bir aləm;
Qaranquşlar uçub gəldi, açdı çiçək, güldü yaz…
Qucaqladı atasını, sonra kimsə çaldı saz…
Körpə özü hiss etmədən, onu yuxu apardı,
Çöldə isə bütün gecə külək tufan qopardı...

...Əhməd Cəmil...

Share this post


Link to post
Share on other sites
Ala gözlüm, səndən ayrı gecələr,

Bir il kimi uzun olur neyləyim?

Bağçamızda qızıl güllər hər səhər

Tezdən acır, vaxtsız solur, neyləyim?

 

Nərgizlərin gözü yaşla dolanda,

Bənövşələr baxıb qəmgin olanda,

Qərənfilin gözü yolda qalanda,

Yasəmənler saçını yolur, neyləyim?

 

Əsən rüzgarın da yoxdur vəfası

Düşmüşdür başına özgə sevdası.

Lalənin cırılıb qəmdən yaxası

Saçları pərişan olur, neyləyim?

 

Bəlkə tez gələsən, əlac verəsən,

Sünbülün saçını yığıb hörəsən-

Əlvan çiçəkləri özün dərəsən,

Gözləri yollarda qalır, neyləyim?

 

Çəkir çiçəklərin gözü intizar,

Ayrılıqdan betər dünyada nə var?

Yaz axshami seni bil ki, bu Nigar

Həzin-həzin yada salır neyləyim?

 

Nigar Rəfibəyli

Share this post


Link to post
Share on other sites
Vaxt gelecek bu günü göreceksen

Çox suala gözünü döyeceksen

Vaxt gelecek sen özün deyeceksen

Doldur ureyini sevincle doldur

Bu heyat enishli yoxushlu yoldur

Dunyada derd de bol fereh de boldur

Hansini gotursen oz gismetindir

 

…Bir cidir duzudur bu heyat gulum

Bu yolu nemerle basha cat gulum

Omru mufte aldin baha sat gulum

Mayasiz bu qazanc oz qismetindir

 

Sevinc axtarirsan al yasaq deyil

Derd ceken urekden derd qacaq deyil

Dunya iki rengdi tekce ag deyil

Birini goturmek cehaletindir

 

Baxtiyar bildinmi sen kimsen nesen?

De hansi ruzgardir bashindan esen?

Dunyanin yasina qeh-qeh cekmesen

Dunyanin toyu da musibetindir.

 

B. Vahabzadə
  • Upvote 1

Share this post


Link to post
Share on other sites
İndi gedəcəyəm, tək qalacaqsan,

Sıxacaq bu çılpaq divarlar səni.

Özün öz evində mənə qonaqsan,

Bir azdan kədərlər qovarlar səni...

Çağırma!

Özünə qayıdar səsin,

Səsin divarlarda sürüşəcəkdir.

Çırpınıb içində bu daş qəfəsin,

Xəyalın əksimlə görüşəcəkdir.

Güzgü yaddaşında nə qalacaq ki?!

Xumarlı gözlərmi,pərişan telmi?

Yamandan gözünü yumacaqsan ki,yatasan...

Tərslikdən yuxunda gəlmir.

Boş qalan stulda görünər yerim,

Otağın bir həsrət adası olar.

Pillələri döyən ayaq səslərim

Ürək döyüntünün sədası olar.

Sükut qanadını üstünə sərib,

Boşalan ürəyin dolacaq yenə.

Külqabı içində baş-başa verib 

Ölü siqaretlər qalacaq sənə...

Elə qəmli baxma!

İzin ver gedim,

Sənin biçin yerin,zəmin deyiləm.

Yalın ayağımla həmdəmin idim,

Geyindim...mən artıq sənin deyiləm!

 

Nüsrət Kəsəmənli 

Share this post


Link to post
Share on other sites
Sən gizli gəlmisən ömrümə inan. 

Bu gizli eşq ilə yaşayacağam

Dünyanın ən ağır yükü sayılan,

Gecikmiş məhəbbət daşıyacağam.

Sən mənim ömrümdə açan çiçəksən.

Onu ürəyimdə bəsləyəcəyəm.

Sən məni heç zaman görməyəcəksən

Mən səni hər zaman gözləyəcəyəm

Uzaqdan göz qoyub gözünə sənin

San ki görəcəyəm Allahımı mən.

Düşüb qarış – qarış izinə sənin

Əzbərləyəcəyəm yollarını mən

Səni zərə – zərə kəşf edəcəyəm

Səni milyon kərə kəşf edəcəyəm

Hər günü adınla başlayacağam

Hər günü adınla bitirəcəyəm.

Səni röyalarda oxşuyacağam

Səni xəyallarda itirəcəyəm.

Sən məni heç zaman duymuycaqsan

Mən bütün ömrünü izləyəcəyəm

Sən mənə məhəldə qoymayacaqsan

Mən səni həmişə səsləyəcəyəm.

Hər gün mənim üçün doğulacaqsan,

Hər gün mənim üçün yox olacaqsan.

Mənim sevincim də sən olacaqsan

Mənim kədərim də sən olacaqsan.

Mən sənin adına hər saat, hər an,

Qəlbimdə məktublar yollayacağam.

Sən heç vaxt fikrimdən çıxmayacaqsan,

Mən heç vaxt yadında qalmayacağam.

Beləcə həsrətlə qalacağam,

Keçib hər alovdan, keçib hər oddan,

Böyük əzabından şad olacağam,

Sən mənə həyatda ən doğma adam,

Mən sənə yaddan da yad olacağam,

Sən ömr edəcəksən ayrı adamla,

Mən kiməm, nəçiyəm bilmiyəcəksən

Bir gün bu dünyadan sənin adınla,

Köçüb gedəcəyəm bilmiyəcəksən…..

Share this post


Link to post
Share on other sites
Yine yağmur var dışarda

Ve yine sokaklar bomboş

Yine izliyorum camdan yağmuru,karanlığı

ve yalnızlığı

Ama bu defa severek, sevilerek

Daha bir başka bakıyorum insanlara

Seni seviyorum, seni çok seviyorum

 

Yine yağmur var dışarda

Ve benim yüreğimde

Çok yakınımdasın biliyorum

Ama seni göremiyorum

Bağırsam sesimi duyarsın biliyorum

Ama bağıramıyorum

 

Yine yağmur var dışarda

Ve benim gözlerimde

Bu defa ne için ağladığımı biliyorum

Demek insan gönülden sevince

Böyle olurmuş diyorum

Çünkü bu defa senin için

Daha bir başka ağlıyorum

 

Yine yağmur var dışarda

Ve yine içimde fırtına

Bu defa senin için kopartıyorum fırtınaları

Seni sevdiğim için

Hayatta bana verilmiş en güzel armağan

olduğun için

Benim olduğun için

Daha bir başka yaşıyorum hayatı

SENİN İÇİN...

Share this post


Link to post
Share on other sites
Qayıdıb gəlmisən gözləri yaşlı,

Deyirsən, bir daha küsən deyilsən.

Hanı o vuqarın, o saymazlığın;

Yox, bu sən deyilsən, bu sən deyilsən. 

 

Getdiyim hər yeri güdən sən idin

Küsəndə aylarla itən sən idin

Çırpıb qapıları gedən sən idin

Yox bu sən deyilsən,bu sən deyilsən.

 

Deyirsən vaxt keçir, zaman gozləmir,

Dilin dediyini ürəyin demir.

Bu yalvaran gozəl sənə bənzəmir,

Yox, bu sən deyilsən, bu sən deyilsən. 

 

Deyirsən küsənlər barışar yenə,

Nə tez boyun əydin beş günlük qəmə?

Özündən razılıq yaraşır sənə,

Yox, bu sən deyilsən, bu sən deyilsən. 

 

Dərdlisən, dərdini get danış suya,

El açma, alçalma mən verən paya,

Elə bil dilənçi gəlib qapiya,

Yox, bu sən deyilsen, bu sən deyilsən.

Share this post


Link to post
Share on other sites

Men ne bileydim ki,bu gozel oyun

Dehwete getirir sonda her kesi

Men ne bileydim ki,getdiyim yolun

Teessuf adlanir son duwergesi.

Share this post


Link to post
Share on other sites
Bəzən özünə gücün çatmaz,

gözünü qaçırarsan kimdənsə gizlənmək üçün 

məsələn, 

anandan-atandan küsərkən sən də

öz otağına qaça bilməzsən zəngin cocuqlar kimi

elə o bircəcik otağınızda küsərsən

başını aşağı salaraq

küsə bildiyin qədər...

 

Uzaqdan rahat görünər, amma

getdiyin bütün yolların çuxuru-çalası olandan sonra

yarıyolda qalası...

arxasınca koşduğun şeylərin "tulası" olandan sonra

yavaş-yavaş anlayarsan ki,

Ən əlçatmaz varlıq elə sən özünsən!

 

Sevərsən həyatı əvvəl-əvvəl

onu ilk gördüyündə ağladığın çıxar yadından.

Bilməzsən ki, 

ağlamamaq üçün yenidən, unutmamaq şərtdir,

şərtdir!

Bu nə darıxmaqdı belə, böyüdükcə təəccüblənərsən -

Yoxsa həyat - qürbətdir?!...

 

Acımasız olar son zərbəsi 

yıxılarsan üzü üstə dəfələrlə yıxıldığın torpağa:

axxx, nə doğma...

Başını qaldırıb bir təhər

dirsəklənərsən

son dəfə baxarsan ona qanlı gözlərlə

var-gücünü toplayıb, soruşarsan aciz-aciz,

udquna-udquna:

 

Havaya atəş açmaq varkən, 

məni susdurmaq üçün

ürəyimdən,

kürəyimdən vurman şərtmiydi?

...Sənin üzün bu qədər sərtmiydi, 

sərtmiydi, Həyat?!...

 

İlqar Kamil.

Share this post


Link to post
Share on other sites

Qəzəl (dodaqdəyməz) Yaz gəldi gülşən içrə,al geydi çün şəqayiq,

Allandı xəlq alə,al eylədi xəlayiq.

Layiq deyil xəlayiq, nüsrət dilərsən ondan,

Sən səndən nüsrət istə,la təqtə əl əlayiq,

Ol kəs ki,köçdü getdi, qət*i-təəllüq etdi,

Kosər suyundan içdi,sən sərxoşsan,ol ayıq.

Haqq əhlinə sorarsan gər saətin saatın,

Həqdən gəlir sualın hər gün,hər an,dəqayiq.

Nar içrə nuri gör ki,həqq eyləyir təcəlla,

Həqqi əhəd sanarsan,həqdən deyil həqayiq.

Dersən ki,yar xudadır,əslən sözün riyadır,

Yarından ol cüdadır,hər kəs deyilsə aşiq.

Yazdı qəzəl Məzahir dildən,uzaq dodaqdan,

Nöqsanı olsa keç ki,nöqsan sənə nə layiq.

Share this post


Link to post
Share on other sites

Ana dedim, ürəyimə yanar odlar saçıldı, 0d7d40.jpg
Ana dedim, bir ürpəriş hasil oldu canımda,
Ana dedim, qarşımda bir gözəl səhnə açıldı,
Ana dedim, fəqət onu görməz oldum yanımda.

Ana, ana!.. Bu kəlmənin vurğunuyam əzəldən,
Onu gözəl anlatamaz düşündüyüm satırlar.
Ana olmaz bizə hər bir “yavrum” deyən gözəldən,
Çünki onun xilqətində ayrıca bir füsun var.
 
Başqa aləm yaşamadım böylə gözəl biçimdə,
Onu kimsə gözəlliyin çilvəsində yaratmış;
Ana, ana… çiçəkli bir fidandır ki, içimdə
Ta əzəldən kök salaraq, ürəyimdə boy atmış.
 
O fidanı bəzi faqıt istiyorum çəkərək,
Qoparayım ürəyimdən, fəqət onda varlığım
Sızıldarkən, sanki bir səs qopub incə və titrək
Bir lisanla söylüyor ki:- Mənə dəymə, yazığım!
 
Çünki səni mən bəslədim, mən böyütdüm, oxşadım,
Söylədiyin sözlər ki var beşiyinin üstündə
Oxuduğum türkülərin kölgəsidir, övladım!
Mənə məxsus vərəqlər var hər kitabda, hər dində.
 
Nə doğru söz yazıqlar ki, görməmişəm onu mən,
Diyorlar ki, Müşfiq, xəstə bir tifildin, ananı
Baban kimi soyuq əllər qucağına çəkərkən,
Yalnız acı fəğanların titrədirdi hər yanı.
 
İndi mənə hər kəs:- Anan, baban varmı?- söyləsə,
Diyorum ki, — qapılmadan bir xülyaya, bir hissə-
Olan olmuş, keçən keçmiş, indi məni yaşadan
Bir müqəddəs, bir səmimi əməlim var, tapdığım.
 
İnandığım bir qiblə var, o da hər gün, hər zaman
Yorulmayan qollarımla, düşünərək yapdığım
Bir aləmdir, bir aləm ki, səmaları qıpqızıl,
Yüksəkləri, alçaqları, fəzaları qıpqızıl!

 

Mikayıl Müşfiq

Share this post


Link to post
Share on other sites

                                    Qəzəl

 

"Cahan tək dövlətim vardır,ğəmim çoxdur,nədəndir bu?" (1)
"Əzəldən ğəm pürabıyla yoğrulmuş,çün bədəndir bu." (2)

Ğəmin varsa, yəqindir sən seçirsən yaxşını pisdən,
Pis üçün bir cəhənnəmdir,"lil əbrari hüdən"dir bu.

Könül ki,qanə dönmüşdür müxalif dövr cövründən,
Nə yazıq daşə dönmür ki,deyim dürri-Ədəndir bu.

Dəmadəm istədim tutmaq "siratəl-müstəqim",gördüm,
Yetən səyyadə ram olmaz,bir ahuyi-Xütəndir bu.

Gözümdən qanlı axar su,tökər dən sümbüli-giysu,
Bu torpaq bəhrə verməzsə,nə sudur o,nə dəndir bu!

Gülər gülzarı dünyanın, o güldükcə sən ağlarsan,
De,bağrı qan olan bülbül,nə gülzari-çəməndir bu?

Gedər can istəyən dəmdə,mənü sən lafdır,billah,
Nə çarə,əyləmək olmaz,nə səndir bu,nə məndir bu.

Cünunluq pənbəsin geydim,dedim mövla Məhəmməd tək,
Sağ olduqca libasımdır,ölən gündə kəfəndir bu.

Vətən tərk etmisən,çünki Məzahir,sən bir Adəmsən,
Bu ğəmlər ki,sənin vardır, ğəmi-hicri-vətəndir bu.

1 və 2-ci misralar naməlum müəlliflərindir.

Edited by nüsrət2

Share this post


Link to post
Share on other sites

                                          Qəzəl.

 

Əşki-çeşmim müncər olmuş könlümün dəryasinə,
"Mim"ü "lam" ilə "əlif"dür mənbəyi,inkasi nə?

Aləmi-röyadə gördüm gerçəyi,səhv etmədim,
Aləmin, gəl gör ki,bilmən gerçəyi,röyasi nə.

Kəbeyi-cismi hərəm bil,haci ol,ey qəlbi daş,
Zibh üçün nəfsi-bəhimi çəkgilən minasinə.

Oxudun,ey qare, " fiha xalidun" ayatıni,
Baqisənsə söylə,lütfən,baqinin ifnası nə?

Gah ayaq altında bəxtim ulduzu, gah ərşidə,
Çərxi-dəvvarın bilinmir alisi,ədnası nə.

Nuri-rüxsarın təmənnasiylə göz kur eylədim,
Ey evi həqdən tikilmiş, gəl gözüm binasinə.

Nə üçün gəldin cahanə?-Çox sorarlar aşiqə,
Varlığından,kimsə sormaz, məşuqun mənası nə?

"Tuf"- deyər görcək Məzahir xəstəni əhli-səlim,
Gül dodağından gülab ver sən də ölsə, yasinə.

Share this post


Link to post
Share on other sites

                                     Qəzəl.

Gül deyilik, olmasa yanımızda xarımız,
Dağ deyilik, yoxdusa başımızda qarımız.

Can bizi tərk eylədi,gözləmədi yar gələ,
Bunca ki,qan-yaş tökər dideyi-xunbarımız.

Barı xəbərdar edin yarı,ömür yarıdır,
Yarımızı gözlədik,qalmadı heç yarımız.

Nari-məhəbbət deyil,nari-cəhənnəm derəm,
Eyləməsə şöləvar nurumuzu narımız.

Büxlü həsəddən uzaq kimsələrik,zikrimiz,
Eşqü məhəbbətdürür,göydədir əfkarımız.

Varımızı yox edib, mülki-sözü almışıq,
Xazini-gəncineyik,yoxdu nədən varımız?

Bir ağacıq,barımız dar olcaq bəlkə də,
Başımızı əyməsə,puçdu yəqin barımız.

Dari-bəqa varını görməmisən sən hələ,
Var,Məzahir,demə dövləti-didarımız.

Share this post


Link to post
Share on other sites

                                Rübailər.

 

Aqillər əlindən bizə gər,çox səvab olub,
Cahillər əlindən də demə - dil kabab olub,
Nadan demə bir kimsəyə,vəhm eylə xətadən,
Təlim eləyən Qabilə dəfni ğürab olub.
-----------------------------------------------------------------------------------------------------
Əcnəbi elmi əcəb,çox inkişaf etməkdədir,
Əhli-islam isə,əfsus,ixtilaf etməkdədir,
Dedisə həzrət Məhəmməd,elm ki,bir nöqtədir,
Nöqtənin mənası cəhlin etiraf etməkdədir.
-----------------------------------------------------------------------------------------------------
Cəhl ilə,görün, bizdə nə xülya yaranıbdır,
Kim ölsə,əgər olmasa ehya, yaranıbdır.
Xaliq əzəli,həm əbədidir- deyən insan,
Səhv eyləyəcək,gər desə- dünya yaranıbdır.
-----------------------------------------------------------------------------------------------------
Atəşi- eşqə tapnnam,yoxdu fərqim gəbrdən,
Dözərəm yandıqca hər dəm,var libasım səbrdən,
Dərinə çox getmə-derlər,varmı meyar dərinə?
Nə qədər dərinə getsəm,dərin olmaz qəbrdən.
-----------------------------------------------------------------------------------------------------
Ahü fəryadıma aləm yığılar,
Aləmi yığdısa,naləm yığılar,
Zərrə mütləq yox olsa aləmdə,
Bu yoxluğa bütün aləm yığılar.
-----------------------------------------------------------------------------------------------------
Sənə qaldı bu cahan,gərçi Süleymanın idi,
Nə bilirsən,nəfəsin bəlkə də İsanın idi,
Əjdahadır- desə dünyaya Məzahir,gəl inan,
Varıdır əldə əsası,o ki,Musanın idi.
-----------------------------------------------------------------------------------------------------
Doğrunun bazarında yalançun da palan var,
Hər doğrunun içində özü boyda yalan var,
Al-ver dünyasıdır bu,yalançını qınama,
Yalan da pula gedər,nə qədər ki,alan var.

 

müəllif-Məzahir.

Share this post


Link to post
Share on other sites

                                      Qəzəl.

 

Saqiya, mey ver,məgər kuzəndə heç mey qalmadı?
Nə qədər nuş etmişəm,dersən ki,çəlləy qalmadı?

Dəhridən bir can qazandım,istəsən mey nəqdinə,
Bu canım qurban sənə,torbamda bir şey qalmadı.

Fani dünyada nə versən,ruhə ver,ta ki bilim,
Qurd-quşa yem olmağa qəbrimdə cəmdəy qalmadı.

Dedi mövlana ki,nəymiş bil,kəmali məşrəbin,
Kamili-məşrəb təərrüz etmədi,pey qalmadı.

Qoyma qalxım məstlikdən,il boyu peymanə ver,
Göz yumub Bəhməndə gər,açsam görüm Dey qalmadı.

Gəl quru cismimdən,ey mütrüb,eşit Şurü Nəva,
Məst olub sındırdım,əfv et,özgə bir ney qalmadı.

Xovfidən mey içmə,zahid,et rəcadən ictinab,
Xəmridən sildim mimi,xər qaldı,xey,rey qalmadı.

Doğanaqdan keçəcəkdi, ey Məzahir,örkəni,
Mətləbi sərrac uzatdı, öldü eşşəy,qalmadı.

Share this post


Link to post
Share on other sites

                                      Qəzəl.

 

Saqiya, mey ver,məgər kuzəndə heç mey qalmadı?

Nə qədər nuş etmişəm,dersən ki,çəlləy qalmadı?

Dəhridən bir can qazandım,istəsən mey nəqdinə,

Bu canım qurban sənə,torbamda bir şey qalmadı.

Fani dünyada nə versən,ruhə ver,ta ki bilim,

Qurd-quşa yem olmağa qəbrimdə cəmdəy qalmadı.

Dedi mövlana ki,nəymiş bil,kəmali məşrəbin,

Kamili-məşrəb təərrüz etmədi,pey qalmadı.

Qoyma qalxım məstlikdən,il boyu peymanə ver,

Göz yumub Bəhməndə gər,açsam görüm Dey qalmadı.

Gəl quru cismimdən,ey mütrüb,eşit Şurü Nəva,

Məst olub sındırdım,əfv et,özgə bir ney qalmadı.

Xovfidən mey içmə,zahid,et rəcadən ictinab,

Xəmridən sildim mimi,xər qaldı,xey,rey qalmadı.

Doğanaqdan keçəcəkdi, ey Məzahir,örkəni,

Mətləbi sərrac uzatdı, öldü eşşəy,qalmadı.

 

 

Nüsrət , qəzəllərə görə çox təşəkkürlər !  

 

Bir bu mövzuya nəzərinizi yetirin  -   http://www.disput.az/index.php?showtopic=556154&p=19707358

 

 Belə bir proyekti   irəlilətməyə gücümüz çatar  ? ))

Share this post


Link to post
Share on other sites

Bir qız qarlı qış günündə
Dibçəkdə bir gül bitirdi.
Qış fəslində gülə baxıb
Ürəyinə yaz gətirdi.

Bu gül, əsl qızılgüldü –
Ləçəkləri varaq-varaq.
Tikanı bol, rəngi qızıl,
Ətri yoxdu onun ancaq.

* * *
Qonşuluqda bir oğlanın
Qəfəsdə bülbülü vardı.
Oğlan onun nəğməsilə
Dərdlərini ovudardı.

Nə oldusa… oxumadı,
Susdu bülbül birdən-birə.
Oğlan düşdü min fikirə.
Qonşudakı qızılgüldən
Xəbər tutdu oğlan bir gün.
Bülbülünü o gətirib
Qənşərinə qoydu gülün.

Gül, bülbülü görən kimi,
Sığallandı,
tumarlandı.
Gözlərinə naz-qəmzədən
Sürmə çəkib xumarlandı...

Oxumadı bülbül yenə
Susub durdu, Lal kəsildi
Bu hal gülə acıq gəldi.
Gül daha da şivələndi,
Susub durdu bülbül yenə
Həsrət qaldı bu dar qəfəs
Nəğməkarın nəğməsinə.

Bu inadı görüncə gül,
Rəngi soldu,
Xəzan oldu
Yumaq kimi tez yumuldu.

Yavaş-yavaş dilə gəldi
Bu dəm bülbül
Dedi: — Ey gül,
məni tanı,
Ürəyimdə qəm karvanı,
Sən gülsənsə, ətrin hanı?
Demə susub nədən bülbül?
Yazım dönüb sazaq olub
Köksüm başı dağ-dağ olub
Vətənində dustaq olub
Çox desə də, «Vətən», bülbül.
Dibçəkdəsən, qəfəsdəyəm.
Sən əlacsız, mən xəstəyəm.
İndi özgə həvəsdəyəm,
-Ağlar zədən-zədən bülbül.
Zaman bizdən kam alıbdır,
Daha ürək qocalıbdır. Bizdən ancaq ad qalıbdır,
Nə sən gülsən, nə mən bülbül.

 (Bəxtiyar Vahabzadə)

Share this post


Link to post
Share on other sites

NAĞIL – HEYAT 

Anam olsan bele, ay anam, xeyli, 
Senden gileyliyem, senden gileyli... 

Sen duymaq, düşünmek öyretdin mene, 

Duyub-düşünmekden azad olaydım. 
Danışmaq öyretdin sen öz körpene 
Nola, men anadan lal doğulaydım. 

Dilini bir ile öyrendim... nahaq!.. 
Öz dilim özüme kesilib yağı. 
Bütün ömrüm boyu çalışdım, ancaq 
Öyrene bilmedim danışmamağı... 
Başıma beladır menim öz dilim, 
Denizem, üzüme durub sahilim. 

Yerimek öyretdin tutub elimden, 
Dolaşdım aranı, dolaşdım dağı. 
Balana yerimek öyredince sen, 
Gerek öyredeydin yıxılmamağı... 

Fikirler yığılır beynimde qat-qat, 
Cavablar qorxulu, suallar-yasaq. 
Heyatı qanana ögeydir heyat, 
Onu qanmayana doğmadır ancaq. 

Meni incidirler bezen qesd ile, 
Ertesi her şeyi unuduram men. 
Gireve düşende zalime bele 
Zülm edib, kam almaq gelmir elimden. 

Ana, quduzlaşır heyat, ilbeil, 
Dalayır puç olan ümidlerimi. 
Niye isti deyil, mehriban deyil 
Bu amansız heyat qucağın kimi?.. 
Hardasan, ay ana, bir gel, men yene 
Belalı başımı qoyum dizine. 
Mene nağıl danış, dayansın anlar, 
Görüm, nağıldakı o qehremanlar 
Cütbaşlı divleri ne teher yıxır, 
Ne teher gizlenib, tilsimden çıxır. 

Bir danış, hardadır, görüm seadet? 
Bizim yurdumuza o niye gelmez? 
Danış, danış görüm, Melik Mehemmed 
Zülmetden işığa nece çıxdı bes? 

Danışma, ay anam, danışma, kiri, 
Beynime batmayır bu efsaneler. 
Divler görmüşem ki, nağıl divleri, 
Onların yanında toyuğa benzer. 

Nadanlar görmüşem, öz yolundakı 
Dike eniş deyir, düze dik deyir. 
Tülküler görmüşem, öz qolundakı 
Demir zencirlere bilerzik deyir. 

Atasını söyen, yada baş eyen 
Rehberler görmuşem, qeddar, amansız. 
Tikana gül deyen, güle kol deyen 
Qarılar görmüşem dinsiz, imansız. 

Quldurlar görmüşem, özge yer deyil, 
Yurdunu talayıb, asude yatmış. 
Tacirler görmüşem, simuzer deyil, 
“Malades” sözüne Veteni satmış. 

Dünyanı bilenden, duyandan beri 
Menim gözlerimden düşüb heyat da. 
Nağılda gördüyüm qorxunc şeyleri, 
Heyatda görmüşem, anam, heyatda. 

 

(Bəxtiyar Vahabzadə)

Share this post


Link to post
Share on other sites

Yaxşı yazıb Almaz İldırım.

 

Nərdə məni gül qoynunda doğuran,

Xəmirimi göz yaşıyla yoğuran,

Beşiyimdə, lay-lay balam, çağıran,

Azərbaycan, mənim bəxtsiz anam, oy!

Neçə ildir həsrətinlə yanam, oy!..

  

Xəbər alsam, Muğanımdan, Milimdən,

Nazlı Bakım, o neft qoxan gülümdən,

Kim demiş ki, düşmüş adın dilimdən,

Azərbaycan, mənim eşsiz yurdum oy,

Ölməz eşqim, içimdəki dərdim, oy!..

  

Salam versəm, rüzgar alıb götürsə,

Ağrı dağdan göy Xəzərə yetirsə,

Xəzər coşub zəncirini qırsa oy,

Hökm etsə, bu sərsəm gediş dursa, oy.

  

Könlümə tək Kəbə yapdım səni mən,

Sənsiz neylim qürbət eldə günü mən?

Sənsiz neylim Allahı mən, dini mən,

Azərbaycan, mənm taxtım, tacım, oy.

Oyanmazmı kor olası baxtım oy!

Share this post


Link to post
Share on other sites
"KADIN DEDİĞİN" - CAN YÜCEL

 

Kadın dediğin iyi sevişecek arkadaş. 

Koyun gibi yatmayacak, kımıl kımıl olacak yatakta. 

Aklını başından alacak ama, aklını sadece bununla yormayacak. 

Delireceksin ama delirmen hastalıktan olmayacak. 

Uzanıverdi mi yanına boylu boyunca, göğsünde atan kalbinin yerine koyacaksın kendini, ruhunu, herşeyini. 

Aşksız yatmayacak yatağa ve sen bunu bileceksin. 

 

Kadın gibi kadın olacak kadın dediğin, çıtır çerez niyetine yemediğin. 

Bir gecelik değil, ömürlük olacak ömürlük. 

Yıllara rehaveti değil huzuru taşıyacak. 

En seksi leydi olmayı da bilecek,hanım sultan olup sözünü geçirmeyi de.

Cıvık konulara takılıp zaman tüketmeyecek, küfretmeyecek, 

Kadın dediğin ayıp nedir bilecek. 

 

Sıkboğaz edip seni yalancı durumuna düşürmeyecek. 

Seni öyle bir tutacak ki arkadaş, sen bile şaşıracaksın öyle tutulduğuna. iki lafın başı, her 

tartışmada ayrılalım tehtidi savurmayacak. 

Sabırlı olacak ve asla gururuna dokunmayacak 

 

Tuzu az, şekeri çok gibi limiti olmayan prosedürlerle yemeklerle işi olmayacak. 

Şöyle pastırmalı kurufasülyenin yanına tereyağlı pilavı konduracak şüphesiz. 

Salatasız oturmayacak yemeğe. 

 

Temiz olacak herşeyden önce mesela köfteyi mıncıklarken elleri yahut pahalı parfümlerin 

sindiği, boyacı küpü gibi, her öptüğünde bulaşık bir tadın kaldığı bir kadını öpmeyeceksin. 

Buram buram aşka sarılacaksın arkadaş. 

Buram buram kadın kokacak kadın dediğin. 

 

Kadın dediğin güzel olacak 

Zeki olacak zeki, seni bir hamur gibi karmasını da bilecek, o hamura kendini katmasını da 

Paranın güzelliğini bilecek ama ne parasızlığın ezikliğini ne de paranın kudurmuşluğunu yaşayacak. 

Değerlerini bir anlık hevesler uğruna terketmeyecek. 

Namussuzluğunu , ahlaksızlığını ancak ve ancak seni baştan çıkarırken kullanacak, yan gözle adam kesmeyecek ,başka sevgili edinmeyecek. 

 

Sarışın, renkli gözlü uzun bacaklı, beyaz tenli, ince bilekli dilber filan fasarya 

Kadın dediğin hatun olacak arkadaş, sözüne güvenilir, olacak. 

Bileceksin ki konuşulanlar burada kalır, kapıdan çıkmaz bir daha. 

Ağzı sıkı olacak kadın dediğin. 

Sırrını tutacak ama gününü bekleyip kusmayacak 

 

Para lazımcılardan, kürkçülerden, cep telefonu manyaklarından,dırdırcılardan, 

unutkanlıklarını senin üzerine atanlardan, kendi yetersizliğini seni suçlayarak rahatlayanlardan, 

raf süslerinden,tehtidkarlardan, kaçaklardan, kıkırdayanlardan, boş bakanlardan olmayacak. 

Saflığı, cahilliği, aptallığı oynamayacak, biraz ukala olabilir ancak sana rol yapmayacak. 

Bir şeyi çok isterse ve inançları doğrultusunda yapacak. 

 

En önemlisi kendini sevecek arkadaş, kendini sevmeyen kadından sana ne hayır gelir. 

Bir bakarsın ki yıllar sonra bu kadınla ne yatağa sığabiliyorsun, ne toprağa 

 

Koluna takıp gezmesini de bileceksin gururla, koynuna çekip sevişmesini de şehvetle. 

 

Analığını da bilecek, çocuklarından saygı görmeyi de, anaya babaya hürmet etmeyi de 

 

Kadın kadın olacak be, seni sadece sen olduğun için, sensin diye sevecek. 

Parayla pulla, kariyerle,kimin ne dediğiyle ,sınırlamayacak. 

Hem sevgilin, hem arkadaşın, hem annen, hem çocuğun olacak, bağrına basacaksın huzurla 

Bileceksin ki evde O kadın tarafından beklenmenin zevkini hiçbir zevk yaşatamaz sana 

 

Öyle bir kadın işte 

Nerede oyle kadın yoktur deme 

 

Sende adam olacaksın seçmesini bileceksin!

Share this post


Link to post
Share on other sites

Allah ne var,ne yox?

Menden ne xeber var?

Geceleri ozum sayaram,

Uzume acilacag nece seher var?

Beyeneceksenmi meni,

Bendeni hansi gozle goreceksen?

Allah,

Ozum gelim,

Ya kimise gondereceksen?

V.Semedoglu

Share this post


Link to post
Share on other sites

Allah ne var,ne yox?

Menden ne xeber var?

Geceleri ozum sayaram,

Uzume acilacag nece seher var?

Beyeneceksenmi meni,

Bendeni hansi gozle goreceksen?

Allah,

Ozum gelim,

Ya kimise gondereceksen?

V.Semedoglu

Ne gozel deyib Vaqif emim...bu suallar chox guman her kesi dushundurur zaman-zaman.... :( 

Share this post


Link to post
Share on other sites

"Qadin boyuk quvvedir" movzusundan sonra bu qezeli xatirladim. smile.png Butov yazmayacam, en xoshuma gelen hisselerini yazacam. 

 

Mən cəhənəmdədə baş yastığa qoysam sənlə
Heç ayılmam ki durub cənnəti-məvayə gəlim

 

Allahından sən əgər qorxmayıb, olsan tərsa
Qorxaram məndə dönüb dini məsihayə gəlim

Şeyx sən`an kimi donquz otarıb illərcə
Səni bir görmək üçün məbəde tərsayə gəlim

Yox sənəm! Anlamadım, anlamadım, haşa mən
Buraxım məscidimi, sənlə kelisayə gəlim!

 

Ya sen islami qebul eyle menim dinime gel
Ya ki telim ele men mezhebi isaye gelim

 

 

M.Şəhriyar
 

Edited by Консуэло

Share this post


Link to post
Share on other sites

"Qadin boyuk quvvedir" movzusundan sonra bu qezeli xatirladim. smile.png Butov yazmayacam, en xoshuma gelen hisselerini yazacam. 

 

Mən cəhənəmdədə baş yastığa qoysam sənlə

Heç ayılmam ki durub cənnəti-məvayə gəlim

 

Allahından sən əgər qorxmayıb, olsan tərsa

Qorxaram məndə dönüb dini məsihayə gəlim

Şeyx sən`an kimi donquz otarıb illərcə

Səni bir görmək üçün məbəde tərsayə gəlim

Yox sənəm! Anlamadım, anlamadım, haşa mən

Buraxım məscidimi, sənlə kelisayə gəlim!

 

Ya sen islami qebul eyle menim dinime gel

Ya ki telim ele men mezhebi isaye gelim

 

 

M.Şəhriyar

 

 

Gözəl  qəzəldir.   Burada   -https://www.facebook.com/video/video.php?v=1536409338738    Şəhriyarın öz ifasında bir  beyt səsləndirilir . Yerdə qalan hissəsi də  musiqi  müşayiətilə  səsləndirilir.  

Edited by Sunyata

Share this post


Link to post
Share on other sites

Bagisla dost ola bilmedim sene...
( ELkin Karimli )


Dost qalaq, - deyirsen, sene ne var ki...
Bu ki isgencedi, zulumdur mene.
Sevmemis olsaydim, yene ne var ki,
Bagisla, dost ola bilmedim sene...!

Her ne istesende bunu isteme
Bir daha, "dost" deye, meni sesleme
Menim dostluquma umid besleme
Bagisla, dost ola bilmedim sene...!

Uzune baxmaga cesaretim yox,
Yalan danismaga meharetim yox,
Sensiz bir an bele seadetim yox
Bagisla, dost ola bilmedim sene...!

Belke de lenetler yagdiracaqsan,
Kim bilir, belke de darixacaqsan...
Hardayam, neceyem, - axtaracaqsan,
Bagisla, dost ola bilmedim sene...!

Hisslerim dostluqdan daha ondedi,
Bu sevgi deyilse, bilmirem nedi ?
Anlamaq istesen, bu cox sadedi,
Bagisla, dost ola bilmedim sene...!

Bir yerde olmaqi istesen eger,
Mene ureyinde xususi yer ver.
Dusunmek lazimsa, dusun bir qeder...
Bagisla dost ola bilmedim sene...!

Share this post


Link to post
Share on other sites

Bayram idi, gecəquşu oxurdu,

Adaxlı qız bəy corabın toxurdu,

Hər kəs şalın bir bacadan soxurdu,

Ay nə gözəl qaydadı şal sallamaq,

Bəy şalına bayramlığın bağlamaq.

Şal istədim mən də evdə ağladım,

Bir şal alıb tez belimə bağladım,

Qulamgilə qaşdım, şalı salladım,

Fatma xala mənə corab bağladı,

Xan nənəmi yada salıb ağladı.

Heydərbaba, Mirzəmmədin baxçası,

Baxçaların turşaşirin alçası,

Gəlinlərin düzmələri, taxçası,

Hey düzülər gözlərimin rəfində,

Xeymə vurar xatirələr səfində.

Bayram olub, qızıl palçıq əzərlər,

Naxış vurub, otaqları bəzərlər,

Taxçalarda düzmələri düzərlər,

Qız-gəlinin fındıqçası, hənası,

Həvəslənər anası, qaynanası.

Bakıçının sözü-sovu, kağızı,

İnəklərin bulaması, ağızı,

Çərşənbənin girdəkanı, mövizi,

Qızlar deyər: “Atıl-matıl, çərşənbə,

Ayna təkin bəxtim açıl, çərşənbə”.

Yumurtanı göyçək, güllü boyardıq,

Çaqqışdırıb sınanların soyardıq,

Oynamaqdan bircə məgər doyardıq?

Əli mənə yaşıl aşıq verərdi,

İrza mənə novruzgülü dərərdi.

Novruzəli xərməndə vəl sürərdi,

Gahdan enib küləşlərin kürərdi.

Dağdan da bir çoban iti hürərdi,

Onda gördün ulaq ayaq saxladı,

Dağa baxıb qulaqların şaxladı.

Axşam başı naxırçılar gələndə,

Qoduqları çəkib vurardıq bəndə,

Naxır keçib gedib yetəndə kəndə

Heyvanları çılpaq minib qovardıq,

Söz çıxsaydı, sinə gərib sovardıq.

Yaz gecəsi çayda sular şarıldar,

Daş-qayalar seldə aşıb xarıldar,

Qaranlıqda qurdun gözü parıldar,

İtlər, gördün, qurdu seçib ulaşdı,

Qurd da, gördün, qalxıb gədikdən aşdı

Qış gecəsi tövlələrin otağı,

Kətillərin oturağı, yatağı,

Buxanda yanar odun yanağı,

Şəbçörəsi, girdəkanı, iydəsi,

Kəndi basar gülüb-danışmaq səsi...

Şəhriyar

Sent from my iPhone using Disput.Az mobile app

Share this post


Link to post
Share on other sites

Allahdan qanad istədim.

 

Allahdan qanad istədim,

Allah mənə xəyal verdi.

Bu qanadli xəyal mənə

Yaşamağa macal verdi.

 

Allahdan fərəh istədim,

Allah mənə kədər verdi.

Bu kədərim ,qədərimə

Tamam başqa qədər verdi.

 

Allahdan ağil istədim,

Allah mənə ürək verdi.

Bu ürək mənim ömrümə

Qəm üstündən qəm gətirdi.

 

Allahdan dözüm istədim,

Allah mənə qəzəb verdi.

Mən Allahdan rəhm istədim,

Mənə bollu əzab verdi.

 

Mən Allahdan haqq istədim,

Zülmünü gen- bol eylədi.

Əzablarin kotanina 

O,sinəmi yol eylədi.

 

Bəxtiyar Vahabzadə.

Share this post


Link to post
Share on other sites

Yatmaq isteyirem...sensizliyimi

Yuxu denizinde batiram deye.

Yuxumsa kolgeni oz kolgem kimi

Izleyir, qisqanib seni her seye.

Yuxum qacaq dusub menden yan gezir,

Yuxum kucelerde sergerdan gezir.

Hesretin asilib kirpiklerimden.

Yuxum da gelmir ki, hec olmasa men

Itirim, batirim seni yuxumda.

Menden vefaliymis sene yuxum da.

Yuxum qacaq dusub yatammiram men,

Yuxum qorxub qacib fikirlerimden...

B. Vahabzade.

Share this post


Link to post
Share on other sites

Seni sevirem

Men seni sevirem,bilirsen nece?
Heyatda saf temiz urekler kimi.
Deyirem gozelsen,deyirsen nece?
Deyirem teze ter cicekler kimi.

Men seni dunyalar qeder sevmirem.
Deyirem sevmirem deyirsen niye?
Cunki bu dunyaya deyer vermirem.
Bew gunluk dunyadi,fanidir deye

Men seni sevirem cennetim qeder.
Bes bunun izahin bilirsenmi sen? Ebedi cennetdi en gozel sefer.
Meni cennet qeder sevirsenmi sen?

Sevmirem bew gunluk bir heves kimi.
Sevirem ebedi sevenler kimi.
Sevirem men seni bir nefes kimi.
Sensiz oldugumda olenler kimi.

Sevirem qoy bilsin butun bu dunya.
Sevgimde duz ehdim,duz ilqarim var.
Sen eger olmasan olmaram esla.
Menim yawamagma sensen sebebkar.

Sen eger olmasan inanki menim,
Heyatda yawamag ehtimalim yox.
Oldurub bitirer meni derd qemim.
Urek bu hesrete doze bilmez cox.

Men seni sevirem sen herweyimsen.
Sinemde doyunmek telebim menim.
Ewqim seadetim sen ureyimsen.
Heyatda yawamag sebebim menim.

Cox bilme Amine bu xowbextliyi
Bulbulde yawaya bilmez cemensiz.
Seninle yawayaq bu gozelliyi,
Ne sen mensiz qal,nede men sensiz.

Share this post


Link to post
Share on other sites

Sualım yersiz ola bilər, üzr istəyirəm. Forumçuların öz şerləri ilə paylaşdığı bir mövzu varmı?

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×