Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Çıldaq Və Çöpçü

Caledonia

Recommended Posts

Düzdü menim qardaşım qızının da boğazında uşaq vaxtı çox şey qalırdı.Çox decel uşaq boğazında nese qalanda Könül xanm vurğuladığı kimi sakitleşir,iştahı qaçır.Biz de çox çöpçüye götürmüşük neler çıxarıblar boğazından.

Link to comment
Share on other sites

Uşaqin boğazinda qida borusu və badamciqlar arasinda məsafə olduqda ,yeyilən bərk qida artiqlari ora yiğilir.Böyüklər bura girən qida artiqlarini çeçəyərək,öskürərək kənarlaşdira bilirlər.Körpə uşaqlar isə bunu edə bilmədiyindən qida artiqlari qida borusu ilə badamciqlar arasinda ilişib qalir.2-3 gün keçdikdə uşaqin boğazinda bu qida artiqi çürüməyə başlayir.Uşaqin boğazinda qizarti əmələ gəlir.Yemək yeməkdən imtina edir.Sonunda o həddə çatir ki,uşaq sudan başqa bütün qidalardan imtina edir.Yeyib ,oynayan uşaq birdən zəifləməyə başlayir.Boğazda qalan qida çürüməyə başladiqca uşaq da qusma,ishal,temperaturun artmasi kimi əlamətlər yaranir.Uşaqin ağzindan iy gəlir.Burnu vasiləsiz axir və uşaq burnunu ovuşdurur.Valideynlər bu əlamətlərə fikir verməlidirlər.

Çöpçüyə gedəndə uşağin başini arxaya doğru əyir,bununla qida borusundan mədəyə hava axinin qarşisini alir.Burun deşiklərindən üfürdükdə,sürətlə hava axini üzü aşaği gedə bilmədiyindən,ağizdan çixir.Güclü hava qida borusu badamciqlar arasinda olan yad cisimi itələyib çixarir.

Həkimlərin bəzisi bunu inkar edir.Amma təcrübəli pediatrlar etiraf edirlər ki,bəli boğazda yad cisim ilişib qala bilər.Həkim bunu ancaq xüsusi alətlərin köməyi ilə uşağin boğazindan çixara bilər.Boğazdan yad cisim çixarildiqdan iki gün sonra uşaq normal vəziyyətinə qayidir.

Yazdiqlarinizla raziyam. Chox etrafli izah etdiniz bunu.

Link to comment
Share on other sites

Mənə də çatmır bu məsələ. Deyək ki, böyük insanlarda placebo effekti, özünütəlqin filan ola bilər. Bəs yaxşı balaca uşaq haradan bilsin ki, onu müalicə eləməyə çalışırlar və o bundan sonra yaxşı olacaq?

Tibbin bu qədər inkisaf etdiyi bir zamanda , az qala süni insan yetisdirildiyi bir vaxtda ( klonlasdırma artəq utopiya deyil ) elmin 6-7 sinif bitirmis bir səxsdən geri qalması inandırıcı deyil . Muasir UZI lər insan bədənində olan yad mikro cisimləri belə gorduyu halda usagın bogazında ilisib qalan tumu , alca cərdəyini ....  gorməməsi guluncdur  əlbətki smile.png

Əlbəttə, belədir. Lakin anlaşılmayan məqamlar var. Tutaq ki, uşağın boğazında heç nə qalmayıb və heç bir aparat da belə bir şey tapa bilməyib. Uşaq isə narahatdır, hey ağlayır falan filan. Çöpçü də gözbağlayıcı üsulu ilə uşaqdan "çöp çıxarır". Bunu dəfələrlə məşq eləmiş insan çox rahatlıqla bacara bilir. Amma bundan sonra uşaq sakitləşir və hər şey qaydasına düşür. Bu necə olur?

Edited by Museyib Elekber

Oğlum 9 ayliq olanda heç bir həkim bizə kömək edə bilmirdi.Bir ay idi qarin işləmədən müalicə edirdik.İki kurs antibiotik vurulmuşdu.Nə qədər dərman vermişdim.İki həkimin yanina aparmişdim.Oma-de deyilən uşaq xəstəxanasi var,orda da baxmişdilar,müalicə yazmişdilar.Sonra deyirdilər bağirsaqinda mikrob var.Gedib yoxlatdirdiq.Bütün analizlərin cavabi təmiz çixirdi.USM-dən də çixarmişdiq onu.Mədəsini də yudurtdurmuşduq.Daha bilmirdik bu uşaqi nə ilə müalicə edək.Oğlum ariqlamişdi,rəngi göyərmişdi zəiflikdən.

Bir gün qayinatam dediki,uşaqi çöpə aparin.Mən etiraz etdim.Biz ailəliklə çöpə getməmişik.Böyüdüyüm ailədə çöpçü deyilən bir şey yox idi.İnanmadim.Qaynatam nə qədər olmuş hadisələrdən danişdi.Böyük olduğundan sözündən çixmayib ,oğlumu çöpə apardiq.Boğazindan salafan qiriqi çixdi.Əlbəttə təəccübləndik.Və evə qayitdiq.Oğlum evə gələn kimi stolun üstündə çöpçüyə getməmişdən əvvəl üzünə baxmaq istəmədiyi kaşani qabaqina çəkib yedi,doymadiqindan əlavədə etdim,onuda yedi.İki günə iştahasi qayitdi,ishali azaldi.

Bir -iki ay keçdi.Yenə ishal,iştahasizliq,gecələr ağlamalar başlandi.Yenə eyni proses.Həkim dərmanlar.Və qayinatam.Və yenə eşilmiş salafan qiriqi.Çöpçüyə etiraz etdim.Ola bilməz.Evdə bütün klok,salafan nə varsa yiğmişdim.İnamim itdi.Bu psosesdə bir neçə dəfə təkrarlandi.

Bir gün təsadüfən oğlum yataq otağinda oynayarkən qapinin arasindan ona baxirdim.Məni görmürdü.Gordüm ki,mənim çarpayimin üstündə adyali qaldirir,döşəyidə ,çarpayinin matrasinin salafanini dişləri ilə didir.Çarpayini matrasi salafandan açilmamişdi.Bir az oynayir,arada bir dişləri dibi qaşindiqca matrasin salafanini didişdirir.Gəlib baxdim.Gördüm salafanin böyuk bir hissəsini dişləri ilə didib.Onu çöpə aparanda bu salafan parçalari çixir boğazindan.Həmin salafani USM göstərməmişdi.Sonra həmin çöpçü qadindan gedib halalliq aldim.

Matrasin salafanini cirib atdiq və böyük oğlumla daha çöpə getmədik.

Qaldi kiçik oğlumun çöp macəralari onu da bir gün nağil edərəm.))

Edited by Kenul2012
  • Upvote 1
Link to comment
Share on other sites

  • 3 years later...

Mövzu hələ mənim forumda qeydiyyatımdan öncə açılıb müzakirə olunsa da mən də öz "2 qəpiyimi" ortaya qoyum. 

Çöpçü...bilsəydiniz biz bu işi həqiqətən də bacaranlara nə qədər minnətdar olmuşuq... Uşağın qızdırma içində halsız gözləri, həkim məsləhəti ilə alınmış vasitələrin təsir etməməsi valideyni biçarəsizlikdən nə vəziyyətlərə salır...

Elmi yanaşma öz yerində, amma təcrübəli həkimlər türkaçarəni istisna etmir. Dizimüstə otuzdurduğum uşağın boğazından çöpçünün çıxardığı plastmas qırığından tutmuş qida qalıqlarına inanmaya da bilərdim, amma 5 dəqiqədən sonra qızdırmanın kəskin azalması bu üsulun həqiqiliyinin göstəricisidir.

  • Upvote 1
Link to comment
Share on other sites

4 часа назад, Waterandsun сказал:

  Allah şəfa versin balanıza.

Məncə də bu kimi xalq təbabətinə dayanan müalicə üsulları uzun illərin,hətta əsrlərin sınağından keçib dövrümüzə qədər öz aktuallığını qoruyub saxlayıb və hələ də istifadə olunmaqda davam edirsə,demək ki müsbət nəticələri,bilinən və bilinməyən elmi izahları da mövcuddur.Bir də ətrafdan eşitdiyim qədəriylə  "çöp"dən azad olduqdan sonra uşağın bu vəziyyətə daha sonralar vərdişkar olmaması üçün,hansısa üsullardan istifadə edilir,və bir müddət qidaya diqqət yetirilir.

  • Upvote 2
Link to comment
Share on other sites

1 минуту назад, ceylin сказал:

Çox sağolun, bütün övladlar şəfasını tapsın, inşallah

  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 weeks later...
2 часа назад, fikus elastica сказал:

Çox maraqlıdı, çopçülərin olmadığı avropa və amerikada uşaqları kimlər sagaldır?

LOR həkimlər.

Bizim əksər LORlar isə yad cismləri çıxarmağa ehtiyat edirlər. Bu kimi vəziyyətdə, bacarıqsızlıq səbəbindən manipulyasiya etməyə ürək eləmirlər. Yad cism qəfil traxeyaya düşə bilər....

2 часа назад, fikus elastica сказал:

vudu magiyası? 

Mejdu proçim )) vudu magiyası ən qədim praktikalardan sayılır. Loa kultu ilə əlaqədardır. Medium, fototerapiya, naturopatiya elementləri tətbiq olunur.

Link to comment
Share on other sites

On 3/22/2017 at 7:59 PM, NOIR said:

LOR həkimlər.

Bizim əksər LORlar isə yad cismləri çıxarmağa ehtiyat edirlər. Bu kimi vəziyyətdə, bacarıqsızlıq səbəbindən manipulyasiya etməyə ürək eləmirlər. Yad cism qəfil traxeyaya düşə bilər....

Mejdu proçim )) vudu magiyası ən qədim praktikalardan sayılır. Loa kultu ilə əlaqədardır. Medium, fototerapiya, naturopatiya elementləri tətbiq olunur.

təklif edirəm ki, bizim bütün LOR həkimlər rezidentliyi çöpçülərin və vuduların yanında keçsinlər))) 

Link to comment
Share on other sites

On 22.03.2017 at 5:05 PM, fikus elastica said:

Çox maraqlıdı, çopçülərin olmadığı avropa və amerikada uşaqları kimlər sagaldır? vudu magiyası? 

Bu sual məni də çox düşündürürdü. Deyirdim, necə yəni elm bu cür xırda bir şeyin üstəsindən gələ bilmir? Amma hər necə olurdusa, araşdırmaq kimi bir cəhd etməmişdim indiyə qədər )

On 22.03.2017 at 7:59 PM, NOIR said:

LOR həkimlər.

Bizim əksər LORlar isə yad cismləri çıxarmağa ehtiyat edirlər. Bu kimi vəziyyətdə, bacarıqsızlıq səbəbindən manipulyasiya etməyə ürək eləmirlər. Yad cism qəfil traxeyaya düşə bilər....

Mejdu proçim )) vudu magiyası ən qədim praktikalardan sayılır. Loa kultu ilə əlaqədardır. Medium, fototerapiya, naturopatiya elementləri tətbiq olunur.

Axtarıb tapdım ki, bununla məşğul olan xüsusi bir sahə var imiş. Adı da olduqca çətindir: Otorinolarinqologiya

O qədər çətin ki, copy-paste etməli oldum ))

Əslində qulaq-burun-boğaz sahəsindən xəbərim var idi. Elə bilinməsin ki, bilmirdim ). Sadəcə, bizim həkimlər niyə bu problemi həll edə bilmir deyə düşünürdüm. Sən demə məsələ bu qədər sadə imiş. Bacarıqsızlıq. Ümumiyyətlə, maraqlıdır kimsə çöpçü əvəzinə həkimə müraciət edərək müsbət nəticə əldə edibmi heç? Tanıdığınız bildiyiniz bir fakt varmı?

  • Like 1
Link to comment
Share on other sites

20 часов назад, Museyib Elekber сказал:

 Bacarıqsızlıq. Ümumiyyətlə, maraqlıdır kimsə çöpçü əvəzinə həkimə müraciət edərək müsbət nəticə əldə edibmi heç? Tanıdığınız bildiyiniz bir fakt varmı?

Var ))  

Böyük oğlumun 10 yaşı var.Çöpçüyə ilk dəfə 9 ayında müraciət etdim.Qayınatamın və pediatrın məsləhəti ilə..İkinci dəfə çöpə getmək lazım olanda həkimə müraciət etdim..Uşağın boğazı US müayinəsi olundu..Heç nə bilinmədi.Yazılmış antibiotiklər kömək olmadı..Əlim hər yerdən üzülmüşdü.Oğlum gözümün önündə əriyirdi.Rəngi yeməməzlikdən gömgöy idi..Həkim dedi bizdə həmin alətlər yoxdur..Olsa belə boğazdan xırda bir şeyi çıxarmaq ağrılıdır.9 aylıq uşağı  keyitmədən edə bilməyəcəyik.Bir dəfə çöpə aparmışdım deyə rahat bir şey olduğunu bilirdim.

O vaxtadn 9 il keçib..Bəlkə alətlər daha yaxşı inkişaf edib..İndi çöpçüyə ehtiyac olmaz)

Link to comment
Share on other sites

21 час назад, Museyib Elekber сказал:

Bu sual məni də çox düşündürürdü. Deyirdim, necə yəni elm bu cür xırda bir şeyin üstəsindən gələ bilmir? Amma hər necə olurdusa, araşdırmaq kimi bir cəhd etməmişdim indiyə qədər )

Axtarıb tapdım ki, bununla məşğul olan xüsusi bir sahə var imiş. Adı da olduqca çətindir: Otorinolarinqologiya

O qədər çətin ki, copy-paste etməli oldum ))

Əslində qulaq-burun-boğaz sahəsindən xəbərim var idi. Elə bilinməsin ki, bilmirdim ). Sadəcə, bizim həkimlər niyə bu problemi həll edə bilmir deyə düşünürdüm. Sən demə məsələ bu qədər sadə imiş. Bacarıqsızlıq. Ümumiyyətlə, maraqlıdır kimsə çöpçü əvəzinə həkimə müraciət edərək müsbət nəticə əldə edibmi heç? Tanıdığınız bildiyiniz bir fakt varmı?

desəm güləcəksiz, amma müraciət etdiyim LOR həkim özü öz uşağını çöpçüyə apardığını dedi ))) elə onda başa düşdüm ki, vəziyyətdən təkbaşına çıxmalıyam, Allahın köməyi ilə.

və özümə məxsus inadkarlıqla bu məsələni köklü və birdəfəlik həll etməyə çalışdım. "çöpü bağlamaq " qərarına gəldim ! ))

bütün rituallardan keçəndən sonra, yenə də mənə bir şey aydın olmadı : nə üçün müasir azərbaycanlı uşaqlar "çöpə meyllidirlər" ?

Edited by NOIR
Link to comment
Share on other sites

2 hours ago, Kenul2012 said:

Var ))  

Böyük oğlumun 10 yaşı var.Çöpçüyə ilk dəfə 9 ayında müraciət etdim.Qayınatamın və pediatrın məsləhəti ilə..İkinci dəfə çöpə getmək lazım olanda həkimə müraciət etdim..Uşağın boğazı US müayinəsi olundu..Heç nə bilinmədi.Yazılmış antibiotiklər kömək olmadı..Əlim hər yerdən üzülmüşdü.Oğlum gözümün önündə əriyirdi.Rəngi yeməməzlikdən gömgöy idi..Həkim dedi bizdə həmin alətlər yoxdur..Olsa belə boğazdan xırda bir şeyi çıxarmaq ağrılıdır.9 aylıq uşağı  keyitmədən edə bilməyəcəyik.Bir dəfə çöpə aparmışdım deyə rahat bir şey olduğunu bilirdim.

O vaxtadn 9 il keçib..Bəlkə alətlər daha yaxşı inkişaf edib..İndi çöpçüyə ehtiyac olmaz)

Mənə bir şey də maraqlıdır onda. Aydın görünür ki, bu çöp alətlərlə filan çətinliklə çıxır. "Çöpçü" dediyimiz şəxslər isə bunun daha rahat üsulunu necəsə tapıb. Bəs "neujelli" (nə edək, o duyğunu başqa cür daha təsirli ifadə edə bilmədim )) ) tibb elmi bunu professional tibbi müalicə üsulu kimi qəbul etməyib hələ də? Sərf etmir, yoxsa hələ də şübhəli olan başqa məsələlər var?

Link to comment
Share on other sites

2 hours ago, NOIR said:

desəm güləcəksiz, amma müraciət etdiyim LOR həkim özü öz uşağını çöpçüyə apardığını dedi ))) elə onda başa düşdüm ki, vəziyyətdən təkbaşına çıxmalıyam, Allahın köməyi ilə.

və özümə məxsus inadkarlıqla bu məsələni köklü və birdəfəlik həll etməyə çalışdım. "çöpü bağlamaq " qərarına gəldim ! ))

bütün rituallardan keçəndən sonra, yenə də mənə bir şey aydın olmadı : nə üçün müasir azərbaycanlı uşaqlar "çöpə meyllidirlər" ?

Bu bir növ bərbərin başqa bərbərə getməsinə oxşadı ))

"Çöpü bağlamağı" tam anlaya bilmədim. Yəqin ki, uşağın ağzını birdəfəlik bağlamamısınız ))

Millət olaraq, bizə aid oldu olmadı hər şeylə maraqlanmaq kimi bir xasiyyətimiz var. Yəqin bu da uşaqlıq dövründə bu cür təzühür edir )

Link to comment
Share on other sites

В ‎30‎.‎03‎.‎2017 в 23:27, Museyib Elekber сказал:

Millət olaraq, bizə aid oldu olmadı hər şeylə maraqlanmaq kimi bir xasiyyətimiz var. Yəqin bu da uşaqlıq dövründə bu cür təzühür edir )

əlbəttə, ətraf mühiti "dişinə çəkməklə" öyrənməyə çalışır balaca insan ))

xırda qırıntılar udlağın arxa hissəsindəki büküşlərdə yığıla bilər.... amma bizdə bu kütləvi hal alıb. NİYƏ ? "çöpə meyilli" olmaq ancaq bizim uşaqlar üçün dəbdir ? ))

Link to comment
Share on other sites

  • 3 months later...
  • 4 months later...
  • 10 months later...

türkəçarələr, otlarla müalicə, çıldaq, çöpçü, sınıqçı, ilkin yardım filan - bunlar hamısı kütləvi tibbi yardım olmayan dövrlərin qalığıdır, əslində. əhali üçün xəstəxanalar, xüsusiləşmiş tibb müəssüsələri olmayan dövrlərdə camaat müalicə olunmaq üçün xalq təbiblərinə müraciət edirdi. yəni əlacsızlıq ucbatından buna gedirdilər, başqa yol yox idi axı... amma indiki zamanda, həkimlərə inamsızlıq və bir də ki imkansızlıq səbəsindən insanlar türkəçarələrdən istifadə edirlər.

Edited by NOIR
Link to comment
Share on other sites

  • 4 weeks later...
  • 1 month later...
On 11/22/2018 at 6:46 PM, Happy_7 said:

Mene maraqlidir ki xaricde copcusuz necur usag boyuduller))

On 10/25/2018 at 9:01 PM, SafeDriver said:
On 11/28/2017 at 8:30 AM, Orik684 said:
Mənədə maraqlıdı ki xaricdə çöpçü yoxdu, necr yaşayırlar.  Bacım qızdarını hər həftə aparıram.

Mən də tam bunu yazacaqdım :)

On 11/28/2017 at 8:30 AM, Orik684 said:

Mənədə maraqlıdı ki xaricdə çöpçü yoxdu, necr yaşayırlar.  Bacım qızdarını hər həftə aparıram.

kim size deyib ki, yoxdur onlarda tibb bizden daha qabaga gedib, yuxarida yazilan kimi onlarin avadanligi ve tecrubesi imkan verir bogaza düşen yad cismi çıxartsınlar. Ve bu sebebden ve hekimlerin bacariqsizligi ucbatindan telef olana da heç vaxt demirler ki, copden oldu.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Downvote
        • Like
      • 13 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
        • Like
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Haha
        • Like
      • 17 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Sad
        • Like
      • 113 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       
        • Like
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Like
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...