Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Tarixi Şəxsiyyətlərin Müzakirəsi.


Kenul2012

Recommended Posts

İsgəndər və on müdrik

Makedoniyalı İsgəndər Hindistan yürüşü zamanı Hind racı Sabbanı ona qarşı qiyama təhrik edən 10 nəfər ən fəal himnosofisti əsir alır. Bu adamların öz qısa və dürüst cavabları ilə məşhur olduqlarını eşidib deyir: Hərənizə bir sual verəcəyəm, kimin cavabı düz olmazsa, hamınızı edam etdirəcəyəm. Sonra onlardan birini hakim seçərək suallara keçir:
1. Kimlər çoxdur-dirilər ya ölülər?
-Dirilər, çünki ölülər artıq yoxdur.
2. Ən iri heyvanlar torpaqdadır ya dənizdə?
-Dənizdədir, çünki torpaq dənizin bir hissəsidir.
3. Ən hiyləgər heyvan hansıdır?
-O heyvan ki, hələ indiyə qədər insan onu tanımır.
4. Nəyə görə Sabbanı xəyanətə təhrik edirdin?
-İstəyirdim ki, ya gözəl yaşasın, ya da gözəl ölsün.
5. Gündüz əvvəl olub, ya gecə?
-Gündüz bir gün əvvəl olub. -sonra da əlavə edir: Müəmmalı sualın müəmmalı da cavabı olur.
6. İnsan özünü necə aparmalıdır ki, hamı onu sevsin?
-Ən böyük məhəbbətə o kəs layiqdir ki, hamıdan qüdrətli olsa da heç kimə qorxulu deyil.
7. İnsan necə Allaha çevrilə bilər?
-İnsan o vaxt Allaha çevrilə bilər ki, insan üçün qeyri-mümkün olan bir şey etsin.
8. Nə güclüdür-həyat yoxsa ölüm?
-Həyat! Çünki o bu qədər məşəqqətlərə dözür.
9. İnsan nə vaxtadək yaşamalıdır?
-O vaxtacan ki, hələ ölməyin yaşamaqdan daha yaxşı olduğu qənaətinə gəlməyib.
Beləliklə, Makedoniyalı İsgəndər bütün cavabları dinləyib axırıncı müdrikə hökm çıxarmağı əmr edir. Müdrik deyir:- Biri o birisindən pis cavab verirdi. İsgəndər daha deməyə söz tapmayıb müdrikləri azad edib zəngin hədiyyələrlə yola salır.

Edited by mehdişka
Link to comment
Share on other sites

  • Replies 163
  • Created
  • Last Reply

Top Posters In This Topic

...

 

Könül xanım , təklif edirəm bu mövzudakı "qəhrəmanların"  ömrünü  iki həftəyədək uzadaq . Həm daha çox araşdırma nəticəsində daha çox da bilik əldə edərik.  

 

İkincisi də , sizin bu mövzunu gəlin , gələcəkdə , sıralarımız çoxaldıqda potensial olaraq açıla bilən "Tarix və etnoqrafiya" ( və ya buna bənzər  bir adla)  bölmənin məşqi kimi  baxaq. Görək,  tarix həvəskarlarımız çoxdur ?  Azdır ? )) 

Link to comment
Share on other sites

Könül xanım , təklif edirəm bu mövzudakı "qəhrəmanların"  ömrünü  iki həftəyədək uzadaq . Həm daha çox araşdırma nəticəsində daha çox da bilik əldə edərik.  

 

İkincisi də , sizin bu mövzunu gəlin , gələcəkdə , sıralarımız çoxaldıqda potensial olaraq açıla bilən "Tarix və etnoqrafiya" ( və ya buna bənzər  bir adla)  bölmənin məşqi kimi  baxaq. Görək,  tarix həvəskarlarımız çoxdur ?  Azdır ? )) 

Siz necə məsləhət bilirsiz o cür də edin.Hətta təklif edərdim  ki,mövzunu bir başqa yuzerə verərdik idarə etməyə.

Link to comment
Share on other sites

Hələlik isə ,İsgəndərin dünyaya "bəxş etdiyi"   bir hadisədən çox qısa olaraq demək istəyirəm .

 

Bildiyimiz kimi, İsgəndər ölərkən  özündən sonrakılara geniş ( dünyanın yarısını )) )  bir imperiya  qoyub gedir ...  Amma , onun ölümü ilə bu imperiyada müxtəlif qruplaşmalar bir  biri ilə öz aralarında müharibəyə başlayır . Nəticədə İsgəndərin imperiyası 4 iri hissəyə bölünür.  Bunlardan ikisi - Misirdə Ptolomeylər və Yaxın və Orta şərqdə   - Suriyadan Hindistana qədər olan Selevkidlər imperiyası - sonradan ELLİNİZM adlanan mədəniyyətin yaradıcısı və  yayıldığı ərazi olur. 

 

Ellinizm Şərqdə yeni bir mədəni hadisə olur . Əsasən , Yunan / makedoniya mədəniyyətini - dilini Şərqdə yaymaqla müşayiət olunur , amma ,  həm də bu Avropa / Asiya mədəniyyətlərinin bir növ sintezi idi . Əsasən Yunan/ Fars mədəniyyəti . Bu böyük ərazilərdə  əsasən yerli aristokratiya özlərinə yunan adları verir , yunanca danışırdılar və hər şeydə özlərini yunanlara oxşadırdılar.

 

Ellinizm dövründə böyük şəhərsalma prosesi gedirdi . Təkcə Misirdə 75 şəhər salınmışdı . Ellinizm dövrü tarixdə Romalıların bu bölgələrdəki tam qələbəsi ilə bitmiş hesab olunur .

Edited by Sunyata
Link to comment
Share on other sites

Siz necə məsləhət bilirsiz o cür də edin.Hətta təklif edərdim  ki,mövzunu bir başqa yuzerə verərdik idarə etməyə.

 

İncimisiniz ?  Yoxsa vaxt defisiti var ?  Siz özünüz elə yaxşı idiniz bu  mövzunu aparmağa , xüsusilə də ideyanını sizinki olmasını nəzərə alsaq ... d4cb07d83ab6b116c4476d700b3dded2.gif

Link to comment
Share on other sites

İsgəndərin ölümü ilə baqli maraqli məlumat oxudum.İstədim bura yerləşdirim alinmadi.

İsgəndərin ölümü ilə baqli belə bir versiyada varki,onu həyat yoldaşi Roksalana zəhərləyib.Zəhərləməyinə səbəb İsgəndəri dostu Hefesteona qisqanib.İsgəndərin ölümündən sonra Qefesteonda eyni əlamətlərlə vəfat etmiş.Ola bilsin ki,Roksalana onlari strixnin deyilən zəhərlə zəhərləmiş.Bu zəhəri Hindistana səyahəti zamani gətirmişdir.

Link to comment
Share on other sites

  • 2 weeks later...

Makedoniyali İsgəndərə həsr elədiyimiz üç həftə kifayyətdir.İndi də yeri bir az musiqiyə verək.Bir neçə həftə öz dahi bəstəkarimizin həyat və yaradiciliqina həsr edək)).

                                            

 

                              ÜZEYİR HACİBƏYOV.

Link to comment
Share on other sites

Azərbaycanda ilk opera tamaşası 1908-ci il yanvarın 12-də (25-də) dahi Üzeyir Hacıbəyovun H.Z.Tağıyev teatrında səhnələşdirilən və şərq- müsəlman aləminin ilk opera əsəri olan “Leyli və Məcnun”u i lə qoyulmuşdur.

“Leyli və Məcnun” - Üzeyir Hacıbəyovun öz librettosuna yazdığı ilk Azərbaycan operasıdır. Əsər Füzulinin “Leyli və Məcnun” poeması əsasında yazılmışdır və müsəlman şərqində ilk operadır. Operada “Mahur hindi”, “Çahargah”, “Şur”, “Kürd-Şahnaz”, “Rast”, “Segah”, “Bayatı kürd” muğamlarından istifadə edilmişdir.
“Leyli və Məcnun” operası ilk dəfə səhnəyə 1908-ci il 12 yanvar tarixində Bakıda H.Z.Tağıyev adına Azərbaycan neft sənayesi sahibləri teatrında qoyulmuşdur. Tarda Qurban Pirimov ifa edir, Məcnun rolunda Sarabski oynayırdı. Hacıbəyov özü isə orkestrın tərkibində skripkada bir partiya ifa edirdi.

" Leyli və Məcnun" operasının ilk tamaşasının əks sədasının Şərqə yayılması çox sevindirici bir haldır. Bəstəkarımız bu operada muğamımızdan çox gözəl istifadə edib. Çox vaxt buna görə «Leyli və Məcnun»u muğam operası adlandırırlar.

Edited by ceylin
Link to comment
Share on other sites

Üzeyir Hcıbəyov  böyük  bəstəkar , klassik musiqimizin banisi olmaqla yanaşı həm də ictimai xadim ,  yazıçı , maarifçi  olmuşdur.  Rus bölməsində  Üzeyir bəy haqqında  bir müddət əvvəl  mövzu var idi .  Orada 3 postum var . Onlar özü də  müxtəlif mənbələrdəndir.  Bəzilərinin mənbəyi verilib .  O postları buraya da yerləşdirirəm . Çünki , Üzeyir bəyi biz bu baxış bücağından bəlkə də az tanıyırıq ,  bəzilərimiz  heç olmasa ))  

 

Üzeyir bəy mən deyərdim ki ,  milləti formalaşdıran az saylı dahilərdəndəir . Onun dilini , musiqisini , mentalitetini və s.  Ona aid  e_398e3748.jpg sayda  təriflər desək yenə az olar ! 

Edited by Sunyata
Link to comment
Share on other sites

Bu üç postu vacib sayıb burada da yerləşdirirəm : 

 

 

1906-cı ildə “İrşad“ qəzetində dərc etdirdiyi “Dil“ sərlövhəli məqaləsində Üzeyir Hacıbəyov yazırdı:

 

Dilimiz türk dilidir. İndi həmin bu türk dilinin, əvvəla, baqi qalması və tərəqqi etməsi və islah olunması barəsində çalışmalıyıq... Əgər biz öz ana dilimizə indiyə qədər baxdığımız nəzərlə baxmaqda davam etsək, yəni heç bir əhəmiyyət verməsək, ola bilər ki, günlərin bir günü dilimiz itər, batar, yox olar və bir millətin də ki, dili batdı, onda o millət özü də batar, çünki bir millətin varlığına, isbatı-vücud etməsinə səbəb onun dilidir“.

Link to comment
Share on other sites

Ana dilinin tədrisini irəli sürərək Üzeyir Hacıbəyov bir-birinin ardınca üç məqalə yazmışdır. Bu məqalələr "Hansı vasitələr ilə dilimizi öyrənib kəsbi-maarif etməliyik" sərlövhəsi altında "Irşad" qəzetinin 1906-cı il 15, 16 və 20 fevral tarixli saylarında "Üzeyir bəy Hacıbəyov" imzası ilə dərc edilmişdir.
Bu məqalələrdə Üzeyir bəy ana dili haqqında çox qiymətli fikirlər irəli sürmüşdür. Mühərrir dilini bilməyənlərə istehza ilə yanaşmaqla, onlara "zavallı" deyə məraciət edir, həm də ana dilini öyrənmək üçün həmin "zavallı"lara yollar göstərir. Təbii ki, böyük ədib heç vaxt çox dil bilməyin əleyhinə olmamışdır. Lakin öz dilini bilməyib ərəb, fars, rus, fransız, ingilis dillərində "bülbül" kimi ötənlərə istehza ilə gülmüş, buna qarşı vaxtında mübarizəyə başlamışdır

 

Məqalə buradan

Link to comment
Share on other sites

BİZ NECӘ İŞ GÖRÜRUK

Biz necә iş görürük? Biz iş görmәk istәdikdә bir şeyi yadımızdan çıxardırıq. O şey nədir? O şey nәrdivandır! Necә yәni nәrdivan? Nәrdivan nәdir? Nәrdivan bir alәtdir ki, onun vasitәsilә adam tәdriclә yuxarı çıxa bilәr. Hәr kәs nәrdivansız yuxarı çıxmaq istәsә, elә yıxılar ki, tәpәsi dağılar. Bu belә. Bundan başqa, bir dә biz һәmişә başımızdan yekә iş görürük. Amma bunun sәbәbi var. Sәbәbi dә budur. Qonşularımız siçan boyda iş gördükdә biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşәk boyda işlәr görmәyә üz qoydular, biz yenә yatmışdıq. Qonşularımızın eşşәk boyda olan işi, irәlilәyib camış yekәlikdә oldu. Amma biz yatmışdıq. Vә camış dönüb dəvә olanda da biz yatmışdıq. Biz ançaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda iş görmәyә başladılar. Qәrəz, gözümüzü ovxalayıb dedik ki, nә var, biz dә o boyda işlәr görә bilәrik vә başladıq fil boyda işlәr görmәyә. Axırı nә oldu? Axırı belә oldu: Filin bir ayağını qayırmamış yoruluruq vә durub qaçırıq. Sonra utanırıq, deyirik, gәlin tazadan başlayaq. Ancaq burasını iqrar elәyim ki, filә gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildәn balaca nәdir? Әlbәttә dəvә. Qәrar qoyuruq ki, dәvә boyda qayıraq. Başlayırıq. Amma yenә dәvәnin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenә yığılırıq, deyirik ki, dәvә iridir, ondan balacasını başlayaq. Ondan balaca nәdir? Çamışdır. Başlayırıq camış boyda iş görmәyә, lakin camışa da gücümüz çatmır. Aşağı enirik (һalbuki, qonşular fildәn yuxarı çıxırlar). Deyirik ki, eşşәk boyda iş görәk, amma eşşәk dә bizә güc elәyir.Tuturuq keçini, gorürük ki, yox, keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə. Amma onda görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi... Biz belə iş görürük.

 

Üzeyir Hacıbəyov “Tərəqqi”, 1908

 

 

Bir balaca forumumuzu yada salır  ... 

Link to comment
Share on other sites

  • 2 weeks later...

Men uzeyir beyin minaturlerini cox beyenirem.

Getdin gordun Dum

Neyleyirsen surum-burum

Otur yerinde agzini berk yum

Getdin gordun reiyyet neyleyirsen huriyyet ve edalet

Yapish boagazindan ver eziyyet

Muselmanlarda bir mesel var, deyerler ki, agac bar verdikce bashini asagi salar. Amma muselmanlarda bir qayda da var ki, onkarin "agaclari"bar verdikce baslarini yuxari tutub ,ancaq hokumet qapazi deydiyi zaman baslarini asagi tutarlar ki, vurana "rahat" olsun

Bu sozler indi de cox cox aktualdi

Link to comment
Share on other sites

Biri de yadima dusdu

Sual: Dunyada hamidan az derd ceken kimdi?

Cavab: Zengezur aclari, cunki, onlarin her biri bir manatin qeydine qalib, bir derd cekirker. Amma, meselen Baki milyonculari milyon manatin qeydine qalib ,milyon derd cekirler

 

 

Bir de en aktual olani

-Biz ne ucun geride qalmishiq?

-Cunki bizi ireli aparanlar ciblerini o qeder doldurublar ki, cibleri agirliq etdiyinden,yorulub yolda qaliblar

çox gözəl deyilib..Birinci dəfədir eşidirəm..Doğurdan da indiki dövrü əks etdirir..

Link to comment
Share on other sites

Oooo, burnuma qızğın müzakirələr qoxusu gəlir. Hamıya indidən səbr arzulayıram smile.png

Hə istəyirəm bir arani qizişdirim.Darvin nəzəriyyəsinə görə İnsan meymundan əmələ gəlib.Bu il qarşilaşdiğim hadisələr bunu mənə sübut etdiki ,Darvin düz deyir.Meymun insanlarin əcdadidir.Meymun bəzi insanlarin yaninda hələ əxlaqlidirda.buba.gif

Link to comment
Share on other sites

Link to comment
Share on other sites

Təkamül nəzəriyyəsi, bəlkə də, ən səhv başa düşülən nəzəriyyədir elm dünyasında. İnsanlar arasında bu nəzəriyyədən törəmiş bir çox yanlış düşüncə var:

-kainat heç nədən yaranıb;

-həyat heç nədən yaranıb;

-insan meymundan əmələ gəlib;

-cəmiyyətə "güclü həmişə zəifi əzməlidir" ideyesaı aşılayıb

və s.

 

Bu nəzəriyyə yuxarıda sadaladıqlarım və buna bənzər başqa heç bir fikri müdafiə etmir. Ən əsası isə, bu nəzəriyyə heç kimdən ona bir inanc sistemi kimi yanaşılmasını da gözləmir. Adı üstündə, nəzəriyyədir. Bir sıra faktlar da təsdiqləyir ki, reallığa uyğundur. Və bunun əsasında həyatın necə inkişaf etməsi haqqında ümumi bir fikir yaratmağa xidmət edir.

Link to comment
Share on other sites

Bu nəzəriyyədə kainatın yaranması ilə bağlı heç bir ideya irəli sürülmür. Eləcə də Yerdə həyatın necə başlaması haqqında da danışılmır. Sadəcə olaraq, bioloji varlıqların dəyişən ətraf mühitə uyğunlaşması, mutasiya kimi məsələlər qeyd olunur.

 

İnsanın meymundan əmələ gəlməsi isə şəkil dəyişmiş bir fikirdir. Nəzəriyyədə irəli sürülür ki, insan və meymun ortaq "ata"dan törəyib. Bu ortaq "ata" hansısa başqa bir növ canlı olub. Şaxələnib və bir qolu insana, başqa bir qolu da meymuna gedib çıxır.

 

Sual verənlər olur ki, əgər təkamül nəticəsində yeni növ yaranıbsa, bu indi niyə baş vermir? Məsələ burasındadır ki, təkamül prosesi insan ömrünün yetə biləcəyi bir müddətdə hiss olunacaq bir nəticə vermir. Min illər, milyon illər lazımdır ki, aradakıə fərq hiss olunsun. Yəni indi də dəyişim prosesləri gedir, lakin biz hiss etmirik bunu.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Like
      • 11 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
        • Like
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Haha
        • Like
      • 15 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Like
      • 110 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
        • Like
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
        • Thanks
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Like
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...