Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Bəzi Şeylərdən Bir Az.

Recommended Posts

Roberto fikrini bir az açıqla...

sen o filme kenardan baxirsan, Peygemberin yanindaki adaminagilsiz oldugunu deyirsen, kenardan bu qerari vermek cox asant gorune biler, sen o adamdan daha cox bilgilisen, amma eger ozunu o adamin yerine qoya bilsen, onun yasadiqlarini yasaya bilsen gorersen ki, her sey ferqlidi.

Roberto fikrini bir az açıqla...

Link to comment
Share on other sites

Ay dostlar deyin məndə qurumda o fəlsəfi biznesi...)))Əmi canı pul qazana bilsəm ideyaya görə hörmətinizi edecəm...)))Malları harda satırsınız bazarda yoxsa forumda?

 Vuqar zarafat edirəm E. Orda 2 tonluq soz yazılıb, o qədər sözün içindən, ən maraqlısı PUL oldu))

Buda bizim fəlsəfi biznes)

Dedim axı!

Heç vaxt, tez zamanda varlanmaq hakqında fikirləşmə. Bir işnən məşqul ol, ağıllı başlı.

Link to comment
Share on other sites

Roberto axı filmdədə görünür ki zənci Bilal onun səhvini tutanda pərt olur..

Peygəmbərdən hədislərdə var axı deyir ağılsız insanların islama gəlməyinə sevinməyin...

Razıyam ki, sənin sözündədə haqq var mənim kimi isə mühakimə eləməyim düzgün deyil...nəticəni sadəcə filmdəki görüntülərə görə çıxartdım...

Link to comment
Share on other sites

Yene hurilerden danisacam , cixib gedessen, menle isin olmasin))

Roberto, Kamasutra felsefedi? Hurilerdən çox ding ding edirsen.

Mən getdim, geceviz xeyirə. Roberto yuxuva hurilər girməsin, gecənin bir aləmi təziqin kəllə çarx olar.

Link to comment
Share on other sites

Roberto axı filmdədə görünür ki zənci Bilal onun səhvini tutanda pərt olur..

Peygəmbərdən hədislərdə var axı deyir ağılsız insanların islama gəlməyinə sevinməyin...

Razıyam ki, sənin sözündədə haqq var mənim kimi isə mühakimə eləməyim düzgün deyil...nəticəni sadəcə filmdəki görüntülərə görə çıxartdım...so

sohbet kimnense getmir. bunun ferqi yoxdu. filme baxanda ve yaxud peygemberlerin, imamalrin heyati haqqinda oxuyanda, onun yanindakilarin sehvini gormek asant olur. cunki, artiq uzun iller kecib , alimler nece defe bunu arasdirib. amma oz sehvimizi gore bilmirik, esas mesele budu.

Link to comment
Share on other sites

Ən birinci insan öz dolanışığını təmin etməlidi. Özüvü təmin et ki, heç kimə, heç nəyə, ehtiyacın olmasın. Çətini başlamaqdı. Uğur qazanmaq çətin deyil. Çətin bu uğuru qorumaqdı. Əgər canında işləməy, zəhmət çəkməy, planlar qurmaq, özünlə heysabat aparmaq varsa pul qazanacaqsan. İstənilən işdən başla, utanma. Get yer süpür, yük daşıyan işlə, fəhləliy elə, öz planlarıvı qur. Diplomu olmaq vacib deyil, özüdə indiki zamanda. Ən əsası gələcəy biznesin hakqında hər gün düşün. Dünyanı idarə edən biznezimenlərdi. Siyasi fiqurlar, elə fiqurdular))

Heç vaxt, tez zamanda varlanmaq hakqında fikirləşmə. Bir işnən məşqul ol, ağıllı başlı.

Zövqlü ol!

Diqqətcil ol!

Özünü sev!

Özünə inan!

Prinsipial ol!

Bunlar sənin həyat fəlsəfən olsun... İnsanın xarici görkəmi çox vacibdi, çalış həişə buna fikir verəsən. Bir yerə, yəni bir işgüzar görüşə getməzdən əvvəl, öz nitqivi hazırla, deyəcəyin sözləri götür qoy elə və hətda ala biləcəyin sual və cavablar hakqında düşün. Bunlara riayət edsən, hər şey yaxşı olacaq.

Tez utanan, qorxan, həyacanlanan insanlar üçün bir məsləhət. Öz bədənivizdən, maşın kimi, robot kimi istifadə edin. Yəni bu bədən mənimdi, mən indi istəmirəm həyacanlanım ya qorxum. Özüvü cismin içində, balaca bir mexanizim kimi hiss et və çox kömək edəcəy.

Misal üçün kimnənsə görüşməlisən ya harasa getməlisən, amma sıxılırsan. Sıxılmayan vaxt, özüvə inam olan vaxt, bu anı bir kağəza yaz və özüvə söz ver ki bir də sıxılsan, həyacanlansan belə, 100% gedəcəm və görüşəcəm, mən buna 100% əminəm və həyacan və sıxıntı gəlsə belə mən bunu edəcəm. Sonra həyacan və sıxıntı gələndə o kağızı aç oxu. Kömək edəcəy 100%.

Pulu istədiyin şeylərə yox, sənə vacib laızm olan şeylərə xərclə.

İndiki zamanda, pul hər  yerdə kənd təsərufatındadı. Fermerliy, yaxşı pul gətirir. Qafqaz millətlərininki al verdi. Birinci əldən ucuz al, bir az baha sat. Çalış ucuz mallar tapıb işləyəsən. Yaxşı pul qazanacaqsan.

Ən rahat və asnat və yaxşı gəlir yeri. Evi kirayə vermək ya evləri, otaqları. Xaricidə bu ən yaxşı gəlir yeridi. Bir otağa 6 çarpayı, 2 otaq 12 çarpayı. Hər çarpayı həftəyə 50 manat. Ayda 2400 AZN. Kef elə, özündə özüvə yer taparsan)) Belə şeylər xarici ölkələrdə çoxdu.

Həyatın fəlsəfəsi, yaşamaqı bilməy, və yaşatdıra bilməydi.

yaxsi Simruq. Eger zehmetkes olsan pul qazanacaqsan, 1)hemise axira kimi getmek lazimdi 2) getdin gordun divardi, geri qayitmamalisan, divari aib o terefe kecmelisen 3) eger isin alinmirsa defelerle tekrarlamalisan, mumkun deyil ki, alinmasin, 3-5 faiz alinmaz, amma qalani alinar.4)butun isleri onceden planlamalisan, isi qabaglamaga calismalisan. Indi burda 2 mesele var 1) qazanci qoruyub saxlamaq 2) kimlerise oyrederek onlarin da qazanmas;na yardim etmek, onlari da oyretmek, en cetini bu hissedi...menden basqasina maraqli olsa ardini yazaram))

Link to comment
Share on other sites

Roberto nə sənin nədə mənim fikirlərim hökm deyil elə sadəcə fikirdir...Keçmişdə nə olub nə olmuyub ən düzünü allah bilir...Hər birimiz fərqli fikirlərə sahibik...Əsas odur anlayırıq ki, dəqiq heçnə bilmirik...Gəldiyimiz nəticələri isə ağıllı arqumentlərə görə dəyişə bilərik...

Sənin arqumentində ağlabatandır...İndi səhf görünən məqamlar zamanında uyğun davranış olub...

O zamanda olanlar elə indidə olur, ona görə də elə insanlar var ki, bunu səndən , məndən yaxşı anlaya bilir. 

Link to comment
Share on other sites

Nə fərqi var?

Dünyaya gəlməsəydə, hansısa dünyaya gələcəyik)) Yəni gedəcəyik. Dünya bir evdi, bura olmasın, olsun başqa ev. Tik, düzəld, yaşa.

Axır ki,geleceyik.Bele anladım.)
Link to comment
Share on other sites

İnsanda ümüd və ümüdə inam var. Bu səbəbdən inanmaq istəmirsən ki, dünyadan gedənnən sonra, ateistlər demişgən, bulud olacaqsan))

Mende ümid hemişe zeif olub.Men sadece neyise düşünmüşem ve ona inanmışam.Heç ümid etmirem neyese.Şexsi heyatda irademle qazana bilmeyeceyim pille yoxdur deye düşünürem.Ezm,irade,zehmet.

Bir neçe defe dünyaya ( bu ve ya her hansı varsa eyer) gelmeye ise inanıram.

Link to comment
Share on other sites

Bir mənalı

Bu dünyanı bir mənalı görməy istəyənlər çoxdu. Misal üçün, hamı yaxşı olsun ya hamı pis olsun. Hər şey senin durduğun yerdən asılıdı. Sən özünə yaxşı deyənlər tərəfdə durmusan, digər tərəfə pis deyirsən. Digər tərəf üçün də siz pissiz, onlar yaxşıdı. Digər misal, Erməni üçün Azərbaycanlı, pisdi və düşməndi, Azərbaycanlı üçün də eyni şey 5 dəfə artıq. Amerika üçün isə hər ikisi dost ölkədi) Yəni bir mənalı, konkret heç nə yoxdu. Növbəti misal, Yəhudilər üçün Müsəlmanlar saxta dindi, Müsəlmanlar üçün Yəhudilərin dini saxtalaşıb. Budda üçün fərqi yoxdu))

Fərqlər həmişə var və olmalıdı. Əslində elə belə də olmalıdı. Hal hazırki insanların ünsiyyət səviyyəsi, sətihi ünsiyyət səviyyəsindədi. Dəqiq heç nə yoxdu! Bu səviyyədə olan insanları idarə etməy çox asantdı. 

Mənə elə gəlir ki, gələcəydə, yaxın gələcəydə, çox şeylər dəyişəcəy. İnsanla artıq, bir mənalı siyasətdən, TV infolardan beziblər.

Nəyə görə insanlar ayrı seçkiliy salırlar?

Nəyə görə, hər dövlət başçısının varı dövləti, minlərnən kasıbın ümumi var dövləti qədər olmalıdı. Bir insanın pulu, 1000 lərnən insannan çox olmalıdı və həmin ölkələrdə 1000 lərnən insan ac qalmalıdı. Bu iş bir mənalı ola bilməz. Amma olur!

Bir mənalı olaraq, indi güclü haklıdı! 

Sizə bir sual verirəm. Bir sual, və yaxşı fikirləşin.

Hər ölkədə din var, və ağız dolusu danışan dindarlar, alimlər, böyük ağıl sahibləri. Kim gördü ki, o Allah sevər, Allaha inanan insanlar, bu haksızlıqa qarşı çıxsın və axıra kimi mübarizə aparsın?

Onların inamı, dövlət iqtisadiyyatınnan keçir))

P,S Ümumiyyətlə Yaradana inanan yoxdu. Hamsı rola girmiş, aktyorlardı. Süleymanın inamı buna sübutdu.

Link to comment
Share on other sites

Roberto, Kamasutra felsefedi? Hurilerdən çox ding ding edirsen.

Mən getdim, geceviz xeyirə. Roberto yuxuva hurilər girməsin, gecənin bir aləmi təziqin kəllə çarx olar.

Kirenişin biznesi qurmaq üçün nə vaxtdan fəlsəfəyə ehtiyac olub? 9 yaşlı oglanın əlinə 50 min versən o da bu işi bacarar. Əvvəlin yaxşı gəlmişdin, sonrasın :)  :)  :)

Adətən ev alib kiraye vermək, "abyekt" alib icarəyə vermək, mühafizə və s kimi işlər inkişaf və dinamikası olmayan işlərdi, və daha çox tənbəl adamlar bu işlərə müraciət edir.

Ps . Kamasutra bir mədə niyyətdi)) (eşitdiyimə görə)

Link to comment
Share on other sites

Sizə bir sual verirəm. Bir sual, və yaxşı fikirləşin.

Hər ölkədə din var, və ağız dolusu danışan dindarlar, alimlər, böyük ağıl sahibləri. Kim gördü ki, o Allah sevər, Allaha inanan insanlar, bu haksızlıqa qarşı çıxsın və axıra kimi mübarizə aparsın?

Onların inamı, dövlət iqtisadiyyatınnan keçir))

P,S Ümumiyyətlə Yaradana inanan yoxdu. Hamsı rola girmiş, aktyorlardı. Süleymanın inamı buna sübutdu.

Sovetin vaxtında dinə məhdudiyyət qoyulmuşdu.İndi dini azadlıq var.İstəyirsən xristian ol,istəyirsən dinsiz.Ya mömün müsəlman ol...Simruq ,məni düşündürən bilirsən,insanlar əlində texnologiya  və din inkişaf etdikcə pislik çoxalır.Dindarlar özlərini əməli saleh hesab etdikcə,özlərinə o qədər vurulurlar ki,etdikləri səhvlərin fərqinə varmırlar.Bu dünyada riyakar , yaxşılıq mələkləri kimi ətrafa səpələnirlər.Etdikləri yaxşılıqdan çox mənəvi ziyan vururlar.

Bir var yaxşılığı ürəkdən edəsən,bir var allah xofu altında.Yaxşılıq edirlər ki,o dünyada allah onlara savab yazsın.Əgər birdən allahın varlığını bilməsəydilər,pislikmi edəcəkdilər? Ritorik sualdır.Allaha ,dinə inam ancaq onun vəd etdiyi cənnət və s.nemətlər üçündür.Heç kimi allahı qorxusuz,allah olduğu üçün sevmir.Ondan sevgisinin müqabilində ənam gözləyir.

P.S.bu postunu telefondan görmüşdüm,ona mütləq cavab yazmaq istədim.)

Link to comment
Share on other sites

  • 2 weeks later...

Əgər birdən allahın varlığını bilməsəydilər,pislikmi edəcəkdilər?

Maraqlı sualdı) O əgərlərə, çox əgərlər qoşmaq olar. Əgər dinlər gəlməsəydi, nə xristian, nə müsəlman, Allahı tanımayacaqdı deməli. Mənə Afrikadakı, çılpaq, vəhşi aborogenlər maraqlıdı. Onlarda Yaradan personajına inanırlar. Dünya yaranannan bu belədi. Onlar bunu heç kimnən, yəni digər insanlardan öyrənməyiblər. Onlarıninancı çox dərinə gedib çıxır. Bəlkə Adəmnən də o yana))

Link to comment
Share on other sites

Həqiqətən də ən vacib şey insani münasibətlərdi. Əvvəllər 20 il bunan qabaq, elə başa düşürdüm ki, kişi ilə qadın arasında ən yaxşı münasibət, seks də olur. Amma yox. Seks insani münasibətlərsiz də olur)) Deməli xoş münasibət hər şeydən yaxşıdı. Hə hərdən olur, heç bir insani münasibətsiz, seks. Məncə bu heyvani hissdi. Sabah bu barədə ətraflı yazmağa çalışacam.

Onların inancı adət -ənənə və gündəlik yaşam tərzindən gəlir.Mifologiya ilə çox maraqlanıram.Afrika xalqlarının miflərinin cüzi hissəsi ilə tanışam.

Çay daşdı.Bir xalq durub dedi dünən qonşu timsahı öldürmüşdü,çayın tanrısı qəzəblənib.Timsah oldu müqəddəs.

Digər xalq hörümçəyi öldürdü quraqlıq keçdi.Göyün tanrısını hörümçək etdilər.Və.s.xırda inanclar yaradıb,özlərinə özlərindən böyük ali qüvvənin olduğunu düşündülər.Onlara nə peyğəmbər gəldi,nə də kitan göndərildi.Amma hər qəbilənin öz dini və adət ənənəliri var.Bunları Afrika xalqı haradan öyrənə bilərdi?

Mənim düşüncəmə görə özlərindən uydurub və buna inanıblar.Sonra bu inancı qoruyub,zənginləşdirən böyüklər,nəsildən-nəsilə ötürüb inkişaf etdirir.Beləliklə Afrika xalqlarının dini yaranıb. Onların dini inanc və miflərini oxuduqca necə primitiv olduqlarını görürəm.Ancaq Ucqar Afrika xalqlarından başqa nə gözləmək olar.Ümumiyyətlə bir çox xalqların keçmişində bu primitiv din anlayışı var.  Hər bir xalq özünə tanrı uydurub.

Sonradan peyğəmbərlərin  və dörd səmavi dinin gəldiyini hamı qəbul etsə də,keçmişdən gələn dini ayinlər ,dəyişilərək günümüzə qədər gəlib .

Simruq indi keçək əsas məsələyə..Maraqlıdır..Sadəcə dini inancı ( fərqi yoxdur hansı din.Hər dində insan öldürmək,zor tətbiq etmək,oğurluq etmək günah sayılır.) olan insan yaxşı insan heasb olunurmu?

İnsanların çoxu dindar olmasa da dindən xəbərləri var.Amma niyə ətrafımız qan içindədir.Xəyanət,yalan,fırıldaqçılıq içində boğuşuruq..

Məncə dinin insana aşıladığı düzgünlükdən çox,insana daxili təmizlik və öz hisslərinə hakim olma aşılansa daha yaxşı olar..

Son illər müşahidəmdən çıxardığım nəticədir.Din təbliğatı artdıqca,dindarlar çoxaldıqca Allah unudulur.Kimsə deyə bilərmi ki,mən Allahı dinsiz vıə qorxusuz,təmənnasız sevirəm.Hamı deyir namaz qılıram,yaxşılıq edirəm,Allah cənnətin qapısını açacaq.

İnsan öz içində cənnəti tapsa,yaxşılığı nəyə isə xatir yox,sadəcə üəyindən gəldiyi üçün edəcək.Təmənnasız.Allahdan qarşılıq ummayacaq..

Hələ ki,bu cür insanlara barmaqla sayılası  qədər rast gəlmişəm.

Edited by Kenul2012
Link to comment
Share on other sites

Həqiqətən də ən vacib şey insani münasibətlərdi. Əvvəllər 20 il bunan qabaq, elə başa düşürdüm ki, kişi ilə qadın arasında ən yaxşı münasibət, seks də olur. Amma yox. Seks insani münasibətlərsiz də olur)) Deməli xoş münasibət hər şeydən yaxşıdı. Hə hərdən olur, heç bir insani münasibətsiz, seks. Məncə bu heyvani hissdi. Sabah bu barədə ətraflı yazmağa çalışacam.

  Simruq,bu fikrinə bir az müdaxilə edim.Sözündən belə çıxır ki,bir qadınla kişini ancaq ailə bağları  və intim münasibət bağlaya bilər.Əgər səni düz başa düşdümsə?)

Bir az səninlə bu barədə mübahisə edim)))..

Bəs dostluq,səmimi yoldaşlıq münasibəti səndə hansı kateqoriyada yerləşir?. Deyəcəksən ki,qadınla kişinin dostluğu olmur.Burada sənə qarşı qoyacağam.Olur.Həm də necə olur.Bu insandan asılıdır.Əgər insanın və dostunun əxlaqı təmizdirsə,sonuna qədər intim düşünmədən səmimi münasibət qurmaq mümkündür..

Bu yerde men de müdaxile edim Könül.Qadın kişi arasında dostluq olmur.Dostluq çox derin bir münasibetdir.

Qadın kişi arasında hemişe perde olur.Dediyin kimi yalnız xoş münasibet qurmaq olar.O da hara kimi.Dostluq dediyin illerle sınanır.Bu dostluq ise bir yere qederdi.

Çox zaman ise bu yoldaşlıq artıq başqa münasibete çevrilir.İki terefden olmasa da bir terefden olur.

Dostluqda da pərdə var.Müəyyən hədd var ki,onu aşa bilmirsən.Axı dostluqla intimin nə əlaqəsi var?

Niyə bu hisslər qarışdırılır? Bəlkə mənim dostumun daxili aləmi mənimlə uyğundur.Amma xarici görkəmi mənim zövqümə uyğun gəlmir.Yaxud mən dostluq etdiyim insan başqasını sevir,mən də başqasını sevirəm.Bizim bir-birimizə sevgi duymağımız mümkün deyil.

Ona qalsa, qadınla kişi arasında münasibət təkcə dostluq yox,qonşu,xalaöğlu,bibioğlu,qayın,iş yoldaşı arasında yarana bilər.Buna görə onda heç kim ,heç kimlə ünsiyyət qurmasın ki,birdən sənə nə isə hiss yaranar.))

Bəlkə də mənim üçün başqa insanların cinsiyyətinin fərqi yoxdur deyə bu cür düşünürəm.Mən monoqam insanam.Hər şeyi bir dəfə yaşayıram.Bir dəfə sevirəm,ikincisini müçkünsüz sayıram.Başqalarında fərqlidir.Bilmirəm.Mən özümə cavabdehəm.))

Dostluq sevgiyə çevrilmir.

Könül sen meni doğru anlamadın.

Dostluq olmur qadın kişi arasında.

Bu elbette ki,menim fikrimdir.Senin fikrine de hörmet edirem.

P.S Sen özüne cavabdehsen beli.Dost dediyin insana ve onun duyğularına yox.

İynəcik,indi necə olur ki,mən dostumun duyğularını bilməyim.Həm də mənim dostluq edəcəyim insan ,bilməlidir ki,o fikrini dəyişib ,çaşarsa mən onu həyatımdan silərəm.).Dostluğu üç gündə,beş gündə qazanmaq olmur.İllərlə formalaşır..

Yəqin mən 19-cu əsrdən qalmışam.İndikilər kimi fikirləşmirəm.Kimə nə hiss edirəm,gizlətmirəm.

İndi hissləri gizlətmək üçün dostluq donu geyindirirlər..Nə bilim..

Konul illerle formalashirsa dostluq illerle qadin kishi dostlugu olarmi sence?

Mekteb vaxtindan olan insani misal ucun o vaxt yaxshi munasibetde olsaq da o yene de sinif yoldashi olaraq qalib.Virtualda fikirlerimiz ust uste dushen insanlar var ki,onlar da tanish olaraq qalir.

Konul dost insana nefes qeder yaxin olan insan olmalidir.Her hansi bir cetin ve ya xosh anda ilk cagiracagim biri.Sence ele kishi dost ola biler?

Dost ve tanish cox ayri sheylerdir.

Senin dostluq edeceyin insan bir gun sene bashqa duygu beslemeyecek deye qarantiya yoxdur.

Link to comment
Share on other sites

Qadın və kişi arasında çox yaxın dostluq biraz problemli olur. Gərək tarazlığı qoruyasan və nəzarətdə saxlayasan. Əgər nəzarətdən çıxıb tarazlıq pozulsa, münasibət də öz formasını dəyişir. Yəni qəti şəkildə mümkün deyil demirəm, amma diqqətli olmaq lazımdır.

Link to comment
Share on other sites

Konul illerle formalashirsa dostluq illerle qadin kishi dostlugu olarmi sence?

Mekteb vaxtindan olan insani misal ucun o vaxt yaxshi munasibetde olsaq da o yene de sinif yoldashi olaraq qalib.Virtualda fikirlerimiz ust uste dushen insanlar var ki,onlar da tanish olaraq qalir.

Konul dost insana nefes qeder yaxin olan insan olmalidir.Her hansi bir cetin ve ya xosh anda ilk cagiracagim biri.Sence ele kishi dost ola biler?

Dost ve tanish cox ayri sheylerdir.

Senin dostluq edeceyin insan bir gun sene bashqa duygu beslemeyecek deye qarantiya yoxdur.

İynəcik.Dostluq etdiyim insanlardan hal-hazırda ayrıyam.Biri təyyarəçidir,Azərbaycanda yaşamır.İki ildə bir dəfə görüşürük. .Digər bacım qədər əziz dostum Qazaxıstanda yaşayır.İldə bir - iki dəfə görüşürük.Bunlar gəncliyimdən,uşaqlığımdan dostlarımdır.Ayrı ölkələrdə yaşayırıq deyə onları dostluqdan çıxarmaq lazımdır))..Ən yaxın dostum var .O xanım şəhərdə yaşayır,mən " ucqar dağ kəndində")). Ayda 3-4 dəfə görüşürük.Bizim dostluğumuz yoldaşlarımıza,uşaqlarımıza da keçib.Biz görüşmək tələb etməyəndə onlar özləri deyirlər ,gəlin bir yerə yığışaq.Hətta valideynlərimizdə doğmalaşıb.Bu dostum mənim son səkkiz -doqquz iliminin ayrılmaz bir hissəsidir.Gündə danışırıq.Bir -birimizi gözdən qoymuruq.Bir həftə ünsiyyət qurmasaq , depressiyaya düşür ki,sən yoxa çıxıbsan))

Nə bilim.Siz dostluğu elə tərif etdiniz ki,bir anlıq dostluq etdiyim insanlardan şübhə etdim.)) İndi istəsəmdə kiminləsə dost ola bilmərəm.Nə var,uşaqlığımdan və məktəb illərindən qalıb.İndi ancaq xoş ünsiyyət və sadəcə yoldaşlıq edə bilərəm.Dostluq deyəndə qəlbim bu üç insana kilidlənib.

Virtual dostluğa gəlincə isə.Virtual dostluq  elə virtualda da qalır.

Düzdür,kişi ilə qadının dostluğundan söhbət gedirdi.Mənim dostum Azərbaycanda yaşamır deyə,bəlkə mənə bu cür dostluqdan danışmaq asandır.)

Edited by Kenul2012
Link to comment
Share on other sites

  Simruq,bu fikrinə bir az müdaxilə edim.Sözündən belə çıxır ki,bir qadınla kişini ancaq ailə bağları  və intim münasibət bağlaya bilər.Əgər səni düz başa düşdümsə?)

Bir az səninlə bu barədə mübahisə edim)))..

Bəs dostluq,səmimi yoldaşlıq münasibəti səndə hansı kateqoriyada yerləşir?. Deyəcəksən ki,qadınla kişinin dostluğu olmur.Burada sənə qarşı qoyacağam.Olur.Həm də necə olur.Bu insandan asılıdır.Əgər insanın və dostunun əxlaqı təmizdirsə,sonuna qədər intim düşünmədən səmimi münasibət qurmaq mümkündür..

Bu çox mübahisəli məsələlərdən biridi. Dosluq mümkün deyil. Amillərdə ki kifayət qədərdi. Müəyyən sahələrdə yoldqaşlıq mümkündü. heç kişi ilə kişi arasında dosluq hər zaman olmur. Bu çox qəliz məsələdi. Hər şey statusdan asılıdı. Misal üçün, həkim, məllim və bəzi peşə sahibləri, qadınlar ilə dasluq edə bilməsi asant və normal baxmaq olar. Amma svarşik Qəzənfərin, dosluqu müşgül məsələdi. Statusu dosluq etməyə, şərait vermir. Onlar nəyi bölüşəcəylər? Həkim və məllimin danışmağa və köməy etməyə mövzusu var, bəs Qəzənfərin)))

Link to comment
Share on other sites

Dostluqda da pərdə var.Müəyyən hədd var ki,onu aşa bilmirsən.

Yox yox!

Dosluqda pərdə və hədd olmalı deyil. Dosluq açıq olmalıdı. Mənim dediyim sənin, sənin dediyin mənim boğazımnan keçməlidi. Sərbəstliy olmalıdı.

Link to comment
Share on other sites

Axı dostluqla intimin nə əlaqəsi var?

Niyə bu hisslər qarışdırılır? 

Məsəl üçün, mən səninlə dosluq etməmişdən qabaq, intimnən fikirləşirdim. Sən mənim nə fikirləşdiyimi haradan biləsən? Mən öz hisslərimi gizlədə bilirəm. Sadəcə momenti gözləyirəm. pişim pişim edib arada tum atıram. Loru dildə danışıram. Gördüm ki mənim havamla oynayırsan, başlayıram dosluqa nöqtələr və vergüllər qoymağa, sən heç özündə bilmədən, birdə görürsən ki Tarkann maç maç mahnısı gedir. Məsəl bizdən uzaq)))

Link to comment
Share on other sites

Yox yox!

Dosluqda pərdə və hədd olmalı deyil. Dosluq açıq olmalıdı. Mənim dediyim sənin, sənin dediyin mənim boğazımnan keçməlidi. Sərbəstliy olmalıdı.

Bu var.Sözü gizlətmədən üzə demək.Qardaşın ərk edib deyə bilmədiyini dost deyir..Söhbət bunda deyil.Fikrimi tam açıqlaya bilməmişəm deyəsən..Dostluq etdiyin insan sənin səs tonundan sənin hansında əhval-ruhiyyədə olduğunu ,üzünə baxanda müəyyən hadisəyə reaksiya verdiyini ,səni sözsüz anlaya bilməlidir.Mənim övladım,onun övladı arasında fərq olmamalıdır.

Sənin dediyin Qəzənfərlə mən heç qonşu olmaq istəmərəm.Gedib Ucqar dağa çıxıb,tənha yaşayaram.Hamısından yaxşı olar.))

Link to comment
Share on other sites

Həqiqətən də ən vacib şey insani münasibətlərdi. Əvvəllər 20 il bunan qabaq, elə başa düşürdüm ki, kişi ilə qadın arasında ən yaxşı münasibət, seks də olur. Amma yox. Seks insani münasibətlərsiz də olur)) Deməli xoş münasibət hər şeydən yaxşıdı. Hə hərdən olur, heç bir insani münasibətsiz, seks. Məncə bu heyvani hissdi. Sabah bu barədə ətraflı yazmağa çalışacam.

Əslində mən başqa şeydən danışırdım))

Yəni seks intim həyatda ən pik səviyyə deyil. İnsani münasibətlərdə elə anlar olur ki, adi toxunuş, adi yanaqınna öpüş sənə, böyük həzz verir. Çox vaxt da böyük bir seks, sənə həzz vermir. Deməli ən vacib şey, münasibətlərdi.

ardı var))

Link to comment
Share on other sites

Məsəl üçün, mən səninlə dosluq etməmişdən qabaq, intimnən fikirləşirdim. Sən mənim nə fikirləşdiyimi haradan biləsən? Mən öz hisslərimi gizlədə bilirəm. Sadəcə momenti gözləyirəm. pişim pişim edib arada tum atıram. Loru dildə danışıram. Gördüm ki mənim havamla oynayırsan, başlayıram dosluqa nöqtələr və vergüllər qoymağa, sən heç özündə bilmədən, birdə görürsən ki Tarkann maç maç mahnısı gedir. Məsəl bizdən uzaq)))

Sən mənimlə dostluq etməyi asanmı bilirsən?)  Mən çox inamsız insanam.Səninlə çox şeydən danışa bilərəm..Qeyd etdim axı dostlarımı 13-14 yaşımdan tanıyıram.İndi heç kimlə dostluq münasibəti yaratmaq istəmirəm.Bunun marağında deyiləm.Ancaq kiminləsə xoş həm söhbət ola bilərəm.

O dost hər nə münasibətlə mənə yaxın düşübsə,bilmirəm.Məni tanıyandan sonra,mənim necə biri olduğumu biləndən sonra o qara fikirlərini unudacaq.Mənim dünyamda xəyanət yoxdur.Həm də mən elə bir mühitdə böyümüşəm ki,orada qadınlar namusları üçün ölürlər.25-28 yaşından dul qalan qadınlar sonuna qədər ailə qurmurlar.Düzdür,indi zaman dəyişib.Amma mən köhnələrdənəm.

Link to comment
Share on other sites

Bu var.Sözü gizlətmədən üzə demək.Qardaşın ərk edib deyə bilmədiyini dost deyir..Söhbət bunda deyil.Fikrimi tam açıqlaya bilməmişəm deyəsən..Dostluq etdiyin insan sənin səs tonundan sənin hansında əhval-ruhiyyədə olduğunu ,üzünə baxanda müəyyən hadisəyə reaksiya verdiyini ,səni sözsüz anlaya bilməlidir.Mənim övladım,onun övladı arasında fərq olmamalıdır.

Sənin dediyin Qəzənfərlə mən heç qonşu olmaq istəmərəm.Gedib Ucqar dağa çıxıb,tənha yaşayaram.Hamısından yaxşı olar.))

Yaxşı sənə bir az da kömək edim))

Sən elə personajsan ki, səninlə əks cinsin nümayındılıri real həyatda dosluq edə bilər. Bu dosluq deyil. Sadəcə, heç sadə də deyi)) sən kişi yanə xanımsan. Natavan, Xəcər kimi)) Qadın var ki kşi kimi mərddi, qoçaqdı, qorxmazdı. Səndə bu cəhətlər az çox olduğu üçün), sən elə bilirsən ki səninlə əks cins dosluq edə bilər. Bu belə deyil. Onlar sadəcə sənin personava,  uyğunlaşırlar. Bu dosluq deyil. Sən özün bunu yaxşı hiss edirsən. Əks cins səninlə yoldaşlıq etmək istəyəndə))

Özünü çalış illuziyalarnan aldatmayasan. Əks cinsdən xəbərdarlıq))) :rroza:

Link to comment
Share on other sites

Sən mənimlə dostluq etməyi asanmı bilirsən?)  Mən çox inamsız insanam.Səninlə çox şeydən danışa bilərəm..Qeyd etdim axı dostlarımı 13-14 yaşımdan tanıyıram.İndi heç kimlə dostluq münasibəti yaratmaq istəmirəm.Bunun marağında deyiləm.Ancaq kiminləsə xoş həm söhbət ola bilərəm.

O dost hər nə münasibətlə mənə yaxın düşübsə,bilmirəm.Məni tanıyandan sonra,mənim necə biri olduğumu biləndən sonra o qara fikirlərini unudacaq.Mənim dünyamda xəyanət yoxdur.Həm də mən elə bir mühitdə böyümüşəm ki,orada qadınlar namusları üçün ölürlər.25-28 yaşından dul qalan qadınlar sonuna qədər ailə qurmurlar.Düzdür,indi zaman dəyişib.Amma mən köhnələrdənəm.

Çox şadam. Amma! Ammalardan həmişə ehtiyatlı ol. Yaxşı atalar sözü yadıma düşdü.... Sirrivi dostuva vermə, dostuvun da dostu var,,, Məntiqlidi, elə deyilmi?

Link to comment
Share on other sites

Çox şadam. Amma! Ammalardan həmişə ehtiyatlı ol. Yaxşı atalar sözü yadıma düşdü.... Sirrivi dostuva vermə, dostuvun da dostu var,,, Məntiqlidi, elə deyilmi?

Sözündən belə çıxır ki,bütün işimi gücümü atım,girim oturum evdə.Qapıları bağlayım ,məni görən olmasın.Bütün nə insani münasibətlər var üstündən xətt çəkim ki,kimsə məni görüb ,dostluq adı altında intim düşünə bilər))

 Yaxşı özüm oturdum bağlı qapı arxasında.Bəs yoldaşımı nə edim? O gedib işlədiyi şirkətdə gördüyü qadınlara dostluq təklif etsə necə olsun?  :P

Sözümnən sən nə çıxartdın mən bilmədim :nettt: Əsla elə demirəm. Mən həmişə ehtiyat edirəm, prinsipinə üstünlüy verirəm. Dostum mənə görə canını verər. Mən fikirləşirəm ki bu bir şərait idi ki o bunu etdi, şərait ola bilər ki mənim canımı alar)) Sözümnən belə sözlər çıxır.

Edited by Simruq
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 45 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 35 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 13 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 102 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Red Heart
        • Like
      • 708 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...