Jump to content
gulnara2008

Əmək Məcəlləsi Və İnsan Resurslarına Aid Müzakirə

Recommended Posts

В 30.09.2018 в 22:29, Sara S сказал:

Reis mene buyurusa ki gorduyum isimi basqa isciye oyredim. Bu ne derecede duzgundur?

Salam,

İnsan resurlarının idarəedilməsi sistemində bilik və bacarıqların bölüşdürülməsi anlayışı mövcuddur. Yəni işçinin digət işçiləri təlimləndirməsi, öz bilik və bacarıqlarının digər işçilərlə bölüşdürülmmməsi. Buna ingilis dilində "Mentoring", "Coaching" deyilir. Yəqin ki praktikada rast gəlmisiz. 

Sizin öz işinizi başqasına iş vaxtı öyrətməniz isə "On the job training" adlanır ki, bu da qısa vaxt sərf edərək işçiyə treyninq keçmə nəzərdə tutulur. Yəni tam şəffaf bir prosedurdur. 

 

  • Like 1

Share this post


Link to post
Share on other sites

Salam bilmek isteyirdi iw yerinde reis oz iwimden bawqa bawqa iwe yonelde biler meni ?

Share this post


Link to post
Share on other sites
В 13.10.2018 в 17:15, yirtici@@ сказал:

Salam bilmek isteyirdi iw yerinde reis oz iwimden bawqa bawqa iwe yonelde biler meni ?

Salam 

Sizin əmək müqavilənizin şərtlərindən asılıdır. 

Əksər hallarda işçinin Vəzifə öhdəlikləri punktunda  qeyd edilir ki rəhbərlik tərəfindən verilən tapşırıqları yerinə yetirmək. 

Buna əsaslanıb sizə əlavə iş verilə bilər. 

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Salam bilmek isteyirdim ki eger men ish yerini deyishmek isteyiremse amma Rehberlik meni buraxmir ve deyirki senin erizeni men qebul etmirem getmek isteyirsense get amma emek kitabcasini vermeyecem ve statyayla qovacam seni bu halda men nece davranmaliyam? Birde ki men erizemi yazan kimi ishe gelmeye bilerem kunki o biri ish yeri men chox gozleye bilmeyecek. Yoxsa mutleq shekilde 1 ay qabaqdan xeberdarliq etmeliyem?  Ve bele xal olarsa emek kitabchasina ne qeyd oluna biler chox sag olun.

Share this post


Link to post
Share on other sites
В 19.10.2018 в 19:35, CncIndustry сказал:

Salam bilmek isteyirdim ki eger men ish yerini deyishmek isteyiremse amma Rehberlik meni buraxmir ve deyirki senin erizeni men qebul etmirem getmek isteyirsense get amma emek kitabcasini vermeyecem ve statyayla qovacam seni bu halda men nece davranmaliyam?

Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

 

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. [82]

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

Yoxsa mutleq shekilde 1 ay qabaqdan xeberdarliq etmeliyem?  Ve bele xal olarsa emek kitabchasina ne qeyd oluna biler chox sag olun.

Salam,

Əmək qanunvericiliyinə əsasən siz işəgötürəni bir ay əvvəlcədən xəbərdar etməlisiz yəni işdən çıxma ərizəsi yazaraq rəhbərliyə təqdim etməlisiniz. Əgər başqa şirkətlə müqavilə bağlamısınızsa o zaman siz ərizənizdə yazılan tarixə işdən azad ola bilərsiz.

Xahiş edirəm aşağıda qeyd olunan maddəni diqqətlə oxuyun. Suallarınıza cavab tapacaqsız. 

Əgər sizin işdə heç bir nöqsanınız olmayıbsa sizi maddə ilə çıxarmağa heç kimin haqqı yoxdur. 

Siz bu maddəni oxyun və öz hüquqlarınızı bilin. 

 

 

 

Maddə 69. Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası

 

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. [82]

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.

  • Upvote 2

Share this post


Link to post
Share on other sites

Mən Sizə təşəkkür etmək istərdim, @gulnara2008 

Forumda gec-gec görünürsüz, bununla belə vaxt- imkan tapıb, mövzuya baş çəkib əmək münasibətlərinə dair sulları cavablanıdırırsız. Peşəkarlığınızdan yararlanmaq imkanı verirsiz ) bu olduqca dəyərlidir, tşk )

Edited by NOIR
  • Thanks 1

Share this post


Link to post
Share on other sites

Vakansiyalar bölməsində arabir 18 yaşı tamam olmamış şəxslər üçün iş təklifi elanları yerləşdirilir. Həmin şəxslər hansı şərtlər daxilində əməyə cəlb oluna bilər ? 

Share this post


Link to post
Share on other sites

Salam men iwden oz xaiwimle cixmiwam 9 ay iwledim sebeb iw zererli olduqu ucun vezifem meral eritme zavodunda xalov ve soba temircisi iwleyirdim isdi sobada caliwdiqim ucun boyreylerim agriyir ve helede malice aliram bu sebebden men 

178/IRD.X ile cixdim seheri gun ise mesquluq idaresinde iwsiz kimi qeydyata duwdum. Bilmey isderem ki, mene iwsizlik muavinati duwur? Ozum 3 cu qurup omurluk 1 gozden elilem 1 ovladim var 7 yawinda oda nitq qusurludu yoldawimda iwsizdi Ali tehsilidi. Ailde her 2 miz iwsiziy nese muavinat yada sosiyal yardim ala bileriy xaiw edirem bu barede bir fikir bildiresiz mel adresime teymurov.vusal86@mail.ru onceden tewekurler Allah razi olsun sizden

Share this post


Link to post
Share on other sites
В 30.10.2018 в 22:16, NOIR сказал:

Vakansiyalar bölməsində arabir 18 yaşı tamam olmamış şəxslər üçün iş təklifi elanları yerləşdirilir. Həmin şəxslər hansı şərtlər daxilində əməyə cəlb oluna bilər ? 

Salam NOİR, Əmək Məcəlləsinə əsasən yaşı 15 -ə çatmış şəxslərlə əmək müqaviləsi bağlamaq olar lakin müəyyən şərtlər var onları qeyd edəcəyəm. 15-dən az olan şəxslərlə əmək müqaviləsi bağlamaq qadağandır. Dəqiqləşdirmək lazımdır həmin elanda verilən yaş həddini və işin şəraitini. 

 

Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü bəndinə əsasən On beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlanıla bilməz. 

Məcəllənin 249-cu maddəsində qeyd edilib: 

 

Maddə 249. İşə qəbul zamanı yol verilən yaş həddi

 

1. Yaşı 15-dən az olan şəxslərin işə qəbul edilməsinə yol verilmir.

 

 

Maddə 250. Yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlər

 

Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiq edilməsi qadağandır. İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsi qadağandır.

 

Əmək qanunvericiliyi üzrə işçi statusu yalnız 15 yaşı tamam olmuş şəxslər üçün əldə edilir. Belə ki, ƏM-nin 249-cu maddəsi üzrə yaşı 15-dən az olan şəxslərin, bir qayda olaraq, işə qəbul edilməsinə yol verilmir.  Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqaviləsi işçi və işəgötürən arasında bağlanır və 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Bununla belə nəticəyə gəlmək olar ki, Əmək Məcəlləsinin 38-ci fəslində tənzimlənən əmək münasibətləri 15-18 yaş aralığı işçilərə şamil edilir.15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birindən və yaxud qanunla onları əvəz edən şəxslərdən yazılı razılıq alınmalıdır. Mülki qanunvericiliyə əsasən yalnız şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada 18 yaşından əvvəl tam fəaliyyət qabiliyyəti əldə edərsə, uşaq üçün nəzərdə tutulmuş hüquq və vəzifələrə xitam verilir və əmək müqaviləsi bağlamaq üçün qanuni nümayəndələrin razılığı tələb olunmur.

 

  AR ƏM-in “Yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri”adlı 38-ci fəsli bu qrup şəxslərin əmək münasibətlərinin mühafizəsi təminatlarını tənzimləyir.Bu təminatlar aşağıdakılardır:                                   

  • Əmək şəraiti ağır, zərərli olan iş yerlərində, yeraltı tunellərdə, şaxtalarda və digər yeraltı işlərdə, habelə əxlaqi kamilliyinin inkişafına mənfi təsir göstərən amilli gecə klublarında, barlarında, kazinolarda, o cümlədən spirtli içkilərin, narkotik vasitələrin və toksik preparatların istehsalı, daşınması, satışı və saxlanılması işlərində, həmçinin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə bağlı işlərdə yaşı 18-dən az olan şəxslərin əməyinin tətbiqinin qadağan edilməsi;
  • Yaşı 18-dən az olan işçilərin qanunvericiliklə ilə müəyyən edilmiş normalardan artıq ağır əşyaların qaldırılması və bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsinin qadağan edilməsi;
  • Yaşı 18-dən az olan şəxslərin işə yalnız tibbi müayinə keçirildikdən sonra qəbul edilməsi;
  • 18 yaşına çatmamış işçilərin qısaldılmış iş vaxtı şəraitində əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən yaşlı işçilər üçün müəyyən edilmiş tam məbləğdə ödənilməsi;
  • Yaşı 18-dən az olan işşiləri gecə vaxtı işlərə, iş vaxtından artıq işlərə, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə işə cəlb edilməsi, habelə onların ezamiyyətə göndərilməsinin qadağan edilməsi(axşam saat 20-dən səhər saat 7-dək olan müddət yaşı 18-dən az olan işзilər üзün gecə vaxtı hesab edilir);
  • Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığı üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə yaşı 18- dən az olan işçinin əmək müqaviləsinin ləğv ediləsinin yolverilməzliyi;
  • Yaşı 18-dən aşağı olan işçilərin attestasiya olunmaması

Yaşı 18-dən az olan şəxslər yalnız tibbi müayinədən keçirildikdən sonra işə qəbul edilə bilər və 18 yaşı tamam olanadək hər il işəgötürənin hesabına tibbi müayinədən keçməlidirlər. Eyni zamanda qeyd edək ki, yaşı 18-dən az olan şəxslərin azyaşlı olduğuna və ya əmək vərdişlərinin, yaxud peşəkarlıq səviyyəsinin aşağı olmasına görə işə qəbul olunmasından imtina edilə bilməz

 ƏM-nin 251-ci maddəsi üzrə 16 yaşından 18 yaşadək olan işçilərin bu maddə ilə qeyd edilmiş normadan artıq ağır əşyaların qaldırılmasına və daşınması işlərinə cəlb edilməsinə yol verilmir:

 

  • Like 1
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×