Jump to content
Togrul-Lupus

Ты Тоже Скажи...(Сборник Мыслей Простого Народа).

Recommended Posts

Мерзопакостный соблазнитель)

Share this post


Link to post
Share on other sites
On 11/28/2018 at 12:14 PM, Ализа said:

Мерзопакостный соблазнитель)

:rroza:

Я

Share this post


Link to post
Share on other sites

Həmişə çuşka olmaq istəmişəm... ki, məni saya salmayıb, mənə barmaqarası baxsınlar.Həmişə tək olmaq istəmişəm, məni gücsüz görüb üstümə gəlsinlər.Həmişə ən ucqar kənd-kəsəkdən olmaq istəmişəm...desinlər ki, əşi dünən gəlib, danışır da.Həmişə səhv sərhəddində gəzməyi sevmişəm, insanları tətikdə saxlamaq naminə.Həmişə sadə geyinmişəm, imkanı yoxdur kimi düşük ifadələr eşitmək naminə.Həmişə zəifin tərəfində olmuşam...Girən olmamaqla ittiham olunmamaq üçün.Bu individual yanaşmadır.Bu çətin məsafədir.Əziz dostlar, and olsun bizi yaradana ki, mən hələ asan yola qaçmadım, kiməsə elə belə əmi, dayı, müəllim demədim! Layiq olan kasıb balasına hörmət bəslədim.

Mən heç kiməm, bu həyatda ən axırıncı varlığam, amma ətrafımda baş verənlərin fərqindəyəm.Bilirəm ki , kəmiyyət çılızdır, kişi cinsisən sə həmən kəmiyyəti 5 -ci nöqtənə vurub tullaya bilərsən!

Mənim daim peşində oıduğum məqamlardır.Kiçicik məqamlar.Birimizi digərimizdən ayıran həmən o məqam! 

Ya sən həmən vəziyyətə sözünü deyib kimliyini isbat edirsən, yaxud sən olmursan! Cındır kimi heç kəsə gərək deyilsən.

Bizlər sadə həyatı, sadə düzəni , sadə məşğuliyyəti fövqəladə hala gətirərik, amma uğurlu valideynlik, uğurlu övladlıq, həmdəm olmaq bizim boyunumuzun borcu. İnsan bir vücud kimi heç kəsdir, bir mənəviyyat və xasiyyət olaraq yaddaşlarda qala bilir.Bir vücud olaraq ölürük, mənəviyyat olaraq əbədi yaşayırıq!

Share this post


Link to post
Share on other sites

İnsan o qədər müxtəlif çalarlarda və tərzlərdə olur ki, bilmirsən ona pərəstiş edəsən ya onu yaradana.İnsan bizim başa düşdüyümüz həyatda ən üstün varlıq olmaqla fəxrlə birincilik nişanını boyununda gəzdirir.Amma o öz qüvvəsini və bacarığını dəqiq sayıb hesablaya bilmir.Bu heç fiziki cəhətdən də mümkün deyil.İnsanın bacarığı, gücü, boyu, qüvvəsi yalnız ona verilən imkan qədər sirayət edər, görünər, inkişaf edər.Qalanı? Qalanı haradadır bəs? Qalanı mövcudiyyatın var olması, bu tarazlığın qorunması uğruna qurban gedir.Bizim ən ümdə xüsusiyyətlərimiz, hətta qızıldan dəyərli ömür hissələrimiz həmən tarazlıq uğrunda qurban gedir.Mən iki əl ilə həmən müqəddəs mənbə qarşısında baş əyirəm.Bunu acizliyim və gücsüzlüyüm qarşısında deyil də, əldə etdiklərim və mənəvi rahatlığım qarşılığında edirəm.Bir ağıl sahibi kimi ətrafımda baş verənlər haqqında düşünərkən, maddiyyat, cisim və instinktiv öhdəliklər kimi təklif olunan məsələləri aciz görərkən, bu məsələlərdən bezərkən, işıq yolunu həmən məmbə göstərirsə, ona hörmət və rəğbət bəsləmək bəni insanın boyununun borcudur.Həmən məmbə sənə hər yerdə həm mənəvi həm cismani olaraq görünür.Onun mənəviyyatı sənin ürəyində, xasiyyətində, qanındadır.Cismani quruluşu isə insaniyyət məcəllələrində ən xırda məqamlarla təsvirin tapır.Hamı!!!! Bir nəfər kimi bu məcəllələrə qulluq edir, kimi bilə-bilə, kimi bixəbər.Kimi həvəslə, kimi məcburi -başı daşlara dəyə dəyə.

 

 

Share this post


Link to post
Share on other sites

Сложно мне, ничего не понимаю, лишь отрывки.

Share this post


Link to post
Share on other sites

Elə növ insanlar vardır ki,onlar özləri yaxşı insan olmaq yolunda nümunəvi sıralardadır.Öz daxilində yaxşı işlər düşünüb,həssas davrnanışla yaşayıb,ehtiyyatlı addımlarla gəzərlər.Belə kəslər əksər hallarda çoxluq təşgil edir.Bəziləri xasiyyət zəifliyi,bəziləri zəif düşüncə tərzi ,bəziləri zamanla əhilləşdirilərək bu hala düşür.Əlbəttə yaxşı biri olmaqda pis heç bir şey yoxdur.Kaş hamı belə olaydı.Amma biz insanlara bu əminamanlıq durumunu saxlamağa mane olan güclü məsələlər var.Bizim dildə etiraf etməyi utandığımız, bunu bizə kənardan deyərkən qəbul etmədiyimiz ürəklərdə isə boyun əyib razı olduğumuz instinktiv bənzətmə məsələsi.Bizim təbii instinktlərimiz digər canlılarda olduğundan daha artıq inkişaf edib.Birincilik,idarə etmə,daha çox əldə etmə.Bütün bunlar varkən, hansı qarşılıqlı anlaşma və ya yaxşı münasibətdən söhbət gedə bilər?! Zəif və güclü arasında bərabər danışıq ola bilməz.Məcburi razılaşma mümkündür ancaq.Bu "yaxşı münasibət" yalnız bir halda mümükndür-daha çox qurban verirsənsə,daha çox uduzursansa,daha çox razılaşırsansa."insanlar niyə yaxşı münasibəti başa düşmür? " sualının cavabı da elə bu məmbədən qaynaqlanır.Axtrmayın,yoxdur.Yaxşı olmaq ziyandır,yorucudur.Yaxşı biri olmağın yalnız bir yolu var-özünə qarşı yaxşı olmaq,özünü təmsil etmək.Hər şeyə ramən.Nəsə əldə etməsən belə,həyatı boşuna sərf etmədiyindən əminsən.

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

×