Jump to content
Togrul-Lupus

Ты Тоже Скажи...(Сборник Мыслей Простого Народа).

Recommended Posts

Bütün beşer nefsine esir düşüb özünden vaz keçer 

bütün beşer dürüst insana hesret çeker...

Share this post


Link to post
Share on other sites

Kimdir axı senin heyatına zemanet veren?  Kimdir sene yiye duran? Kim senin sözüne söykek verecek? Kim senin uğrunda özünden keçer? Kimi özüne yaxın bilersen? 

 

İnsan anlarla yaşar, özünü inandırar,sadeden mürekkebe meyl eder,qanunlara riayet etmek mecburiyetindedir.

 

insan imkanı gediş gelişi anlamaqda çox imkansızdır.Gün keçdikce ağlını tor basır. Öyreşir.Öyreşmek pisdir çox.

Share this post


Link to post
Share on other sites

Hansı dilde danışırsan danış,seni her zaman her yerde her kes yaxşı anlayır.

Share this post


Link to post
Share on other sites

İnsanın özünü digerinden üstün saymağı onun tesellisidir.Böyük dünyada milyonlarca insanlar içerisinde itmeyin tesellisi.Hamımız itirik,gec -tez.

Hemişe en çox perişan olanlar qayda-qanunla yaşamağa çalışmaq isteyenlerdir.Bu cür insanlar itgileri en ağır keçirenlerdir.Bele insanlarım itirlesi meqamları daha çoxdur-axı onlar qayda-qanuna heyat eşqlerini feda edibler.

Maraqlıdır...Hansı terefden baxırsan bax,heyatda ne edirsen et,sene qalan yalnız senin haqqındır-bu senin xoş anılmandır.Maddiyyatın,heyatın ve her şeyin bir varisi vardır,bu biz deyilik.

Share this post


Link to post
Share on other sites

Все говорят "cherchez la femme" Но ни одна дева не разбила столько судеб, сколько разбила бессердечная дева Львация.

  • Upvote 2

Share this post


Link to post
Share on other sites

Зашел с утра пролистать диспут и... Ну вот что тут сказать?

Capture.JPG

  • Upvote 2

Share this post


Link to post
Share on other sites

Öz terzinin olmağı ne gözeldir,beli,senin öz terzin vardır ,bu senin özeyin,senin menan ve seni sen olmağa çağıran menbedir.Sen onu gizledib,başqa olmağa çalışdıqca tek gülünc görsenmekle bitmirsen,özünden vaz keçmiş olursan.Halbuki içinde gizlenen o sandıqda belkede möcüzeler yatırmış.Oyandır o meni,ona qulaq ver,ona hörmet et.

Share this post


Link to post
Share on other sites

Et ki,bu senin haqqında olan ömürdür,sene mexsus iller ve xatirelerdir,seni ehate eden aile ve doğmalar sırasıdır.Sehv etmekde ehtiraslı olduğumuz kimi teleskenik hem de.Peşman olmağa aludeyik.ne bilim ne meneyik?!.....Zamanın insan xeyrine işlemesi onun mübarize qıldığı o hissi dayandırdığı an başlayır...sen kimese qarşı deyil.özüne qarşı aparırsan,özüne edirsen.Hamı özüne qarşı aparır mübarizeni,özüne edir.

Share this post


Link to post
Share on other sites

Мои слова:

El aləm yığışa, insanın özü özünə elədiyini eliyə bilməz. (как в хорошем так и в плохом смысле)

Qadın 18-dən sonra böyümür. (им всегда 15)

5 günlük dünyaya 2 vıxadnoy düşəndə bizim dünyamızda 8 iş günü uje varıydı.

Тупость форэва.

Хватить ныть, отдохни. После обеда доньёшь.

Pay demədiy, payok dediy. Bəsindi.

 

Share this post


Link to post
Share on other sites

Вот еще:

Человеческая жизнь это от случая ко случаю. Никто не живет тем что посередине. А надо бы.

Share this post


Link to post
Share on other sites

Bütün addımlar ve sınaqlar sadeliye doğru.Bütün cezalar sadeliye doğru! 

Bütün başa gelen "qapazlar" sadeliye doğru.İnsanlarla ehate olunmaq,müqayise olunmaq,kimdense ac,kimdense tox olmaq-sadeliye doğru.Sen sade olmalısan.Sen sade birisen-sen insansan.

Başqasına hesed aparmaq sadeliye işare,Arzuların arzular qalması sadeliye işare,Heyecan keçirmek sadeliye işare,sadelik seçim deyil,zeruretdir.

Düşünmek sadelikdir,Böyük meqsedlere nail olmaq sadelikdir,Sözünü tutmaq sadelikdir,rengsizdir,ağdır,qaradır.

Sade olmaq hünerdir,qabiliyyetdir.

Elmde itmekdir,tecrübede irelide olmaqdır,kimse olmaqdır,biri olmaq,xasiyyet olmaq demekdir.

İnsana vacib olan,onu yaşadan sade qaydalarda gizlenir,yaxındadır,maraqsızdır,deyerli olaraq gözden iraqdır.

Eynim başım,sözüm söhbetim,seçimim düzenim,doğru yalan seçdiyim,menim ömrüm,menim heyatım.

Share this post


Link to post
Share on other sites

İnsanların məşğuliuyəti təmin olunmalıdır.Bu əsaslar qaydasında çox möhkəm bərqərar olunub.İnsan varlığında elə bir parça və ya məqam yoxdur ki yarandığı gündən məğuliyyətdən qalsın.Görəsən insan öz məşğuliyyətinin fərqinə varırmı? Onun məşğuliyyəti səmimi məqsədə mi yönəlib? Onu dördayaqlıdan fərqləndirən məhs məşğuliyyətin məqsədidir.Saatlarla özünü ağıllı göstərək ortalıqda var gəl etmək belə səni dördayaqlı sinifindən qurtarmır.Dördayaqlılar yığını.

Ələnə də bilmirsiz,nə başdasız nə ayaqda,rənginiz də yoxdur.Fərqinə də varmırsız.Gəlmir də sizədə.Xoşdur axı,rahatdır sizə,hər gün bəlli sonluğa dörd addım etmək.

Salam olsun yaşayanlara.

Share this post


Link to post
Share on other sites

Ortalıqda tökülən yığımdan küncdə bucaqda gizlənən dəyərə nə?

İçəridə həsədlə gözlərdə əks olunan təsvirdən zahirdə səslənən kəlmə açıya nə? Sənin kağıza olan eşqindən həyatın pay biçiminə nə? Sənin sayıb hesabladığından ovucunda olana nə?

Təkrarçılıq insanın zaman itkisindən qorxusundan dolayıdır.Ziyan içindədir axı insan.Bərk bərk sıxdıqca uzaqlaşan zaman.Bir ömür sənindir,bir əyin baş bəsindir,dəyəri olana bağlanasan gərək.

Share this post


Link to post
Share on other sites

Bizim hər birimiz sabit və güclü məmbənin təsiri altındayıq..hər birimiz bizim üçün biçilmiş ömrü yaşar,təyin olunmuş məqsədə gedər,nəzərdə tutulmuş insanlarla eyni cərçivədə məskən tutarıq.Reallıq gözdən düşür.

Mübarizə mənasını itirir.Rənglər gözləri yorur,insan bacarığı müqabilində digər daha mühüm məsələlərə can atar.

Hara olursa olsun....insanın səmti o müqəddəs məmbəyə doğrudur.

Mən insana inanmıram.Mən insana arxayın deyiləm.Çünki o ömrünü artıra bilmir.O nəyisə dəyişmək iqtidarında deyil.Mən yalnız güman edirəm,ki o müqəddəs məmbə məndən nəzərini çəkməsin.Cəmi insanlardan.

Share this post


Link to post
Share on other sites

Bir şeyi çox istəyəsən gərək.İstədiyin şeyi  ürəkdən istəyəsən gərək,özünə oyun oynamayasan gərək.İstədikdə gərək kimisə narahat edəsən gərək.Onun anladığı və sənə nəzər saldığı dildə ,tərzdə və məqamda istəsəyəsən gərək.Ümüdünü kəsmədən,bütün bu dövranın sağ olduğuna şahid duraraq istəyəsən gərək.Səhərin sübhünə şəhadət verib,gecənin şərindən Allaha pənah aparmaqla istəyəsən gərək.Valideynini görəndə istəsəyəsən gərək...təklikdə özündən istəyəsən gərək.Bu zaman həyat səni ən düşünmədiyin məqamda mat vəziyyətdə tutar-sevinəsən ya yox bilməzsən...yəqin buna da Allahın xasiyyəti gərəkdir! Təbi! Tərzi! Mayası! Nəsli nəcabəti!!! 

Alış-veriş,pis-yaxşı,ağ -qara və ən əsası-görən və görməyən gözlər.

Share this post


Link to post
Share on other sites

Крошка сын пришел к отцу и получил от него люлей, потому что вместо слов "хорошо и плохо" использовал их синонимы, связанные с названиями половых органов. 

Share this post


Link to post
Share on other sites
On 1/28/2018 at 10:02 AM, Moon_King said:

Зашел с утра пролистать диспут и... Ну вот что тут сказать?

 

 

 

а всем в принципе похеру на главную страницу, нафиг она вообще всралась не пойму

у меня в браузерах (что настольный что мобильный) просто ярлыки стоят на список разделов https://www.disput.az/?act=idx

главная страница компилится явно каким-то олигофреном, о чем свидетельствует и общее оформление и контент

 

 

Share this post


Link to post
Share on other sites

Həyatın ən önəmli məqamı hər daim seçimin və ayrı bir yolun olmasıdır.Bu səni narahat edər-əlbəttə özünə hörmət qoyan birisənsə.Sənin kimi bir çoxlarının olmasını anlamaq hünər istər-məsələ kəskin sərhədləri təyin edəcək ürəkli fərdlərdən gedir.Məsələ bundadır ki həyat belə qurulub-sən tək deyilsən...ola bilməzsən,vəziyyət sənin imkanlarına dair dəyişmir,xeyr.Əlbəttə bu işdə də alqoritm var,gəl ki buna can və təcrübə gərəkdir.Həyatın zamanı aldadır insanları.Axı insan ömrü küçükdür-bir qədər təxəyyül və ağlı işə saldıqda özümdən bir neçə nəsil sonra olacaq həqiqət səni təəccübləndirər.Bəli sən doğru yəqin etmiş olarsan-) sənin həyatda varlığın belə bir lütf-) bir şans!

Nə yaxşı ki rəqabət var,nə yaxşı ki insanlar çoxdur.

Share this post


Link to post
Share on other sites

Həyat müddətdir.Sonu olan müddət.Nəyinsə sonunun olmağı mövcud nəyinsə dəyərini artırır.Ona məna verir.İnsan özü müəyyən qorxulardan dolayı özünə yalan satır,amma gözləri həqiqəti axtarır.Həyat onu bu cür qırır.Bütün bu oyun xoş günlərini belə sənə nəyinsə bahasına satır.Hər bir şeyin varlığı onun müddəti ilə ölçülməz.Müddət...nisbi müddət...zəiflər üçün ölçü.Əslində həqiqəti bilə bilə ona uyğun yolu buraxıb,təxəyyülün yaratdığı adətə özümüzü məcbur edərik.

Azanda...ortada qalanda,son olan nəticəni düşünərkən hər şey çox aydın olur.

Share this post


Link to post
Share on other sites

Bu mövzu mənim mövzumdur...Bu mövzu vacib qədər real insanın yaşayış nəticələrindən dolayı ortaya çıxan nəticələrin təcəssümü.Fikirlərini cəmləsən,özünə sadiq qalsan,sadə dildə danışsan,bəxtinə sahib dursan,həyatına yiyə kəsilsən danışmaq üçün hünər gərəkdir.

Ey insanlar,bu həyatda hər şey əvəzlənir,ən gözəl və dəyərli nəsə də.Bu insanın təbiətindən dolayıdır.

Bizlər özümüzə şahidik.Yaşadıqca insanlardan qaçıram.Allahın yaratdığı cansız canlılarla dil qurmağa çalışıram,onlar axı xüsusi cədvəllə tərtib olunmuş nizamla hərəkət edirlər.Onlar insana laqeyd yanaşırlar.İnsan diqqətə layiq deyil.İnsan dəyişkəndir.İnsan gücsüzlüyü müqabilində çox şeyə iddialıdır-)))) 

təzə -köhnə

 

təzələr daim var-) nə haqdadır bütün bunlar,niyə bizdə hissiyat bu qədər inkişaf edib?

Share this post


Link to post
Share on other sites

Гражданский брак - это связь женщины с низкой самооценкой с мужчиной с низкой ответственностью.

  • Like 2
  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Həyatın haqqına vaxtından əvvəl yetişmək insana xidmət edən amil deyil.

İnsan uşaqlığını keçirməli,məktəb görməli,zamanla nəzərdə tutulmuş məqsədlərə addımlamalıdır.Müəyyən məna və həqiqətləri vaxtından əvvəl bilmək və yəqinliyə yetişmək insanı ortada olan şirinliklərdən məhrum edir.

Sən başlayırsan real düşünməyə,real söhbət etməyə,real hərəkət etməyə.Nəzəri düşünəndə bu əladır-Allahın lütfüdür.Fatk üzrə sən hər daim digərlərlərindən bir addım irəlidə olursan-sən kimə gərəksən?! Saxta gülüşün hanı sənin?! Müqəddəs sözlər bəs?! Növbətçi tərzini al sıravi biri!!!! Həmişə ortalıqda var gəl edən ünsürlərdən qaçın ay insanlar-onlar bundan başqa heç nə bacarmır,onların ən böyük zülmü tənhalıqdır.Tənhalıqdan qorxanlar öz həqiqətlərinin yoxluğundan qorxurlar!

Ey insanlar bilin ki, sizə parlaq gələn hər şeyin arxasında sadə xasiyyət dayanır,insan ətri,əl izi,ölçüləri!! Yalnız bu!! Ey insanlar,siz vaxtınızı kiməsə xoş olmaq naminə həsr etmək sizin ən dəyərli əmanətinizi özünüzü təsdiqə həsr etməkdən başqa nəsə deyil!!!

Ey insanlar daimi xoşbəxtlik aramayın,yoxdur,zamanla gələr,aram aram,siz kimdənsə artıq deyilsiz!!!

Mən sadəliyə inanıram! Mən kasıba inanıram! Mən gördüyüm və hiss etdiyim rənglərə və vəziyyətə inanıram! Mən yaşadığıma inanıram!

Yaşanmışlar və baş verənlər insan gələcəyi üçün əyani vəsaitdir,niyə biz bu vəsaiti də deyil,təxəyyülümüzdə olanı seçirik??? Biz hamımız azadıq! Çünki bütün bunlar bitir,yekunlaşır-) 

Birimiz digərimizdən üstün deyilik,fərqli də.Biz insanıq.

Share this post


Link to post
Share on other sites

Qadınlar diqqət eşqinə həsrətdir,qadınlar sevgiyə həsrətdir....kişilər badə arxasında özlərini nüfuzlu bilərlər-) İnsanlar təxəyyüldə yaşar-bu hər nə olursa olsun onları min bir hərkətlərə vadar edər.Onlar gizlində olan və ya olmayan kişilik üstünlükləri ilə deyil,göz qabağında olan maddiyyatları ilə yarışarlar.Qadına natamamlıq gərəkdir,qadına tamamlamaq gərəkdir,qadına həvəs və istək gərəkdir.Hər nə olursa olsun,qadına sabit qüvvə cansıxıcıdır.

Qadına inam gərək,sən kim olursan ol,əsas özünü ona təqdim etmək vacibdir.Qadınlar da bununla acizdir-)))

onları inandırmağa nə var ki -)))))))

Amma bizdə gərək kimsə olaq,Onların gözlərinin qarası,dodaqlarının qırmızısı boşuna olmamalı -))))

 

maç-)

Share this post


Link to post
Share on other sites

İstənilən vəziyyətdə nizam intizam prioritetdir.Nizam intizam istənilən məqamda və hallarda insanı daim aktual və hörmətli edər.Bu və ya digər işlərdə şəxsi mənafe və ya ümumi məqsədlərdə şəxsi nizam intizamı itirmək insana gələcəkdə baha başa gəlir.Ağlınızı itirməyin. 5-ci nöqtənizə macəra axtarmayın.İndiki zamanda müşahidə edirəm ki əksər insan fəaliyyəti ümumi adekvat gedişat deyil də,şəxsi uğursuzluğu çirkab ilə ört-basdır etmək ilə taraz edilir.Təpəniz haqqı.Fahişə elə fahişədir.Kişi elə kişidir.

Sağlam və normal həyat yaşamaq üçün hünər gərəkdir.Mən hər daim keçmişə istinad edirəm,müəyyən müddətə qədər inkişaf olub,daha sonra isə...orasını burasını tullamaq olub.

Share this post


Link to post
Share on other sites

İstənilən nəyinsə əvvəli iddialı,həyəcanlı,səsli-küylü olur,insan bu dövrdə həyatda özünü qüvvətli, bacarıqlı və tək bilər.Sonra müəyyən zaman keçir və həmən bu zamanla insanın iddiaları bacarığı və bəzi hallarda özü qum saatı kimi süzülür.İnsan özü əksər hallarda çox sadə sözlərin mənasını, onların qüvvəsini və özünə tətbiqini anlamır-bilmir ki bu söz həqiqətdə ona aiddir yoxsa bu sadəcə onun təxəyyülüdür? Zavallı...Göz qabağında boşuna var gələn edən,İrəlidə olanlara özünü yamaq edən,səngər önündə vuruşan,sadə geyinib elm dalınca gedən...öyrəndikcə müqayisə edən,etdikcə uduzan...uduzduqca inciyən,incikikcə bərkiyən,bərkidikcə insanlıqdan uzaqlaşan insan..Görəsən insan əsl əyləncənin nə olduğunu bilir? Ürəkdən gülüşün? Halal qazancdan doyur? Arzularını qurur? Məncə hər şey çox nisbidir.Hər şey bir aradadır ona görə.Yaxşı və pis,xeyir və şər,sevinc və qəm.İnsanın ən gözəl çağı onun əvvəlidir,əlində ovucunda heç bir şeyi olmadığı çağı,çünki həmin məqamda onun iddiaları və arzuları olur!  Ən maraqsız çağı isə dolğun həyatdan sonrakı müqayisə dövrüdür.Bunu zamanla başa düşmək anlamaq təbəssüm doğurur.Hər şey heçnədir və heç nə hər şeydir.Mən bunu dəqiq bilirəm.

Share this post


Link to post
Share on other sites

Uşaqlıq illərində bir uşağın kağıza və qələmə olan həvəsi həyatın o uşaq üçün gələcəkdə zəmin yaratması və onun yönünü təyin etməsi deməkdir.Bir uşağı əlində olan maddiyat ,şəxsi qabiliyyətsizlik, mənəviyyatsızlıq üzündən,nadanlıq üzündən bahalı oyuncaqlarla,cürə bə cürə saç düzümü və söyüş öyrədib toyda düyündə ağsaqqal adamları sördürmək əksiklikdir.

Çünki zaman öz diktəsini edir və o uşaqlar böyüyüb gələcəkdə kimsə olmalıdır və ya olmamalıdır.Beləcə cəmiyyət qurulur və insanlar arasında əsl fərq məhz bu məqamdan başlayır.Biri şərəf ləyaqəti ,ağıl və savad gücünə sevə sevə əziyyət çəkir o biri onun boyunundan sallanır.Allah istədiyi bəndəsinə verir hikməti.Mən həmin insanları onların simalarına baxarkən görürəm.Onların mənasını anlayıram.Buna görə bəzən insanlarla fiziki ümsiyyətə gərək belə qalmır,sadəcə salam əleyküm bəs edir-İstər yaxşı və zəhmətkeş biri ilə istərsə də sarsaqla.Zamanla ümumiyyətlə ünsiyyət üçün mövzu qalmır,çünki hamı danışmaq istyəyir.

Öz qüvvəsini hiss etmək Allahın lütfüdür-bunu ağıllı və zəhmətkeş biriləri bilir.Kağızdır qüvvə qələmdir-sadə rəsmlərdir,maddiyyat və bahalı vasitələr təsəllidir,bəhanədir...

Share this post


Link to post
Share on other sites

Yanaşma ,

hər bir şeyə yanaşma ona verdiyin dəyərə mütənasibdir.Bu məntiqlə də belədir.Elə dəyər vardır ki onun hər giləsini sayarsan,onu düşünərsən,ona baxarsan.Bu sənin idarən altında sandığın eyni bir vaxtda sənin üzərində hökmlü olandır.Günlərlə daha dəyərə minir.Səni dinləmir,səninlə hesablaşmır,saymır,sənə can atmır,yaltaqlıq etmir,vəziyyətdən vəziyyətə düşmür.Bunun müqabilində sənin həmən dəyərə yanaşmanı həm anlamaq olur həm də olmur.Sənin bu dəyərə münasibətini də.Həm məntiqə sığır həm sığmır.Səni narahat edəni anlamaq olmur,guya lazımsan,guya önəmlisən amma bir göz qırpımında əvəzlənirsən.Güclü və mövqe baxımından tam lazımlı yerdəsən,arxadasan,gözdən uzaq könüldən iraq.Cavansan,şənsən,üzərində olan vacibiyyat və öhdəliklər illər cəminə bərabər.Bəli sənin yanaşmanı həm anlamaq olur həm də yox.İlk dəfə kimisə görüb onun canlı rəsminə dəyər vermək yanaşmadır? Gündəlik işlərə qarışıb coxluqda itmək bəs? Dünyaya gəlib bütün sıravi və adəti yaşayış prosedurlarından keçib qocalmaq yanaşmadır? Sağlamlığa sevinmək bəli,yanaşmadır.Dəyər verdiyin inandıqlarına görə səy göstərmək yanaşmadır.Payınla bölüşmək də.Sadə olmaq da.Tələsməmək də.Özünə zərər verməmək də. Bu sərhəd əslində çox aydındır,bizdən asılı olan qədər amma.Meylimiz və necə biri olduğumuz qədər.Biz sonradan kimsə ola bilmirik.Biz elə biz doğuluruq.Eynən yanaşmamız da,bizimlə birlikdə yaranır.Sonradan heç nə dəyişmir.Dəyişən istəyimiz olur.Bütün məsələlərdə olduğu kimi.

Share this post


Link to post
Share on other sites

Sıralarımızdan istedadlı və hikmətli biriləri olur hər daim.Onlar üzərində kiçik və böyük dairələrdə məqsədlər qurulur və qüvvələr fırlanır.Digər qalan kütlə də həmçinin.Onlar həmin seçilmiş insanlarda bunu hiss edib sevgi yaxud nifrət hissi ilə yanaşı ona rəğbət də bəsləyirlər.Rəğbətlərin ən güclüsü sənə nifrətlə olunandır,bu ən səmimi hissdir.Həmən kimsələr əslində özlərinin varlığını və istiqamətini anlayırlar və bunun onlara boşuna gəlmədiyini yəqin edirlər.Həmin insanların həyatı uzun zaman yığışdırılmayan evə bənzər,amma onlar hər daim aktualdır.Onları enişdə itirib yoxuşda tapırsan,amma onlar yaşayır.Təcrübə böyük şeydir,istənilən məsələdə.Fikirlərini reallıq məntəqələrinə bağlayayasan gərək.Bunu zamanla pis yaxşı edəsən gərək.Yoxsa səni kimsə dinləməz və başa düşməz.

Bizlər əksər hallarda bizə müddəti yaşamaq üçün verilmiş vasitələri həyat məqsədinə çeviririk və bu yolun yolçularını düzgün və intizamlı insanlar bilərik.Onları ibrət üçün nümunə sayarıq.

Sonra həmən birilərindən tez yorulub özümüzlə nifaq içində yaşarıq.Gəzən toplum -))) hərəkət edən kütlə -))

 

Share this post


Link to post
Share on other sites

Он был настолько ленивым, что перед выставлением своих фоток в интернет, не чистил туфли даже в Фотошопе.

Share this post


Link to post
Share on other sites

Если друг оказался вдруг и не друг, и не враг, а дурак.

Share this post


Link to post
Share on other sites
Posted (edited)

Adi məsələlər sıravi beyin həcminə çox rahatlıqla uyğun gəlir və oturur.Bu gündəlik nizam intizam və səliqə səhman yaxud şənbə iməcliyinə bənzər.Sıradan və rutin öhdəlik və get-gəl.Bu məsələlər ilə birgə müəyyən biriləri üçün onların fikirlərini yayındıra bilməyən və onları tutduğu yoldan azdıra bilməyən istiqamətlər də mövcuddur.Onlar çox israrlıdır.Digərləri bu növlərə baxıb çaşqınlıq içində qalarlar.Bu yolun istənilən sonluğa gəlməsi məsələyə eyni anda min təbdə don geyindirir.İnsanın nəyə sə əli qalxmır,həvəsi yox,amma zaman onu tələsdirir.İnsan yaşlaşıb gücünü itirir,insan yaşa dolduqca müdrikləşir.Valideyn və digər acılara kontrast övlad şirinliyini yaşayır.Söz verib hərəkət acizliyinə qapanır.İnsan min oyundan çıxır.Ortada var gəl etməklə məqsəd cizgisi düzəlməz,ümumiyyətlə düşünürəm bu mövqesizlikdir.Tənhalıqdan qorxunun əks sədasıdır bu.İnsan tənha deyildir.Ətraf hər yer cümlələr lövhəsi,sabit qayda üzrə ətalət tapmış hərəkət kütləsi,tanımadığın birilərindən sadəcə vizual zövq məmbəyidir ,yaşamdır,maraqdır,nişanələrdir.İçdə fikirlər,haqqı hesablar,təsdiqlər və məmnunluq.Yoxdursa bu alış veriş,ətrafla iç arasında bağlılıq,neynirsən axı yaşayıb? Nə gözləyirsən həyatdan? 

Zamanla hər şey görüb hər şeydən bezib,bəhs etdiyim məqam və mənəvi tarazlığı axtarırıq.Bu müvəqqəti məmnunluqdur,istər adi aksessuarda tapılsın,istər qarşındakından -) istər təklikdən,bütün yollar həmən məmnunluğa doğru...

Edited by Rufat_714

Share this post


Link to post
Share on other sites

Интересно, почему феминистки не борются за равенство пенсионного возраста?..

Share this post


Link to post
Share on other sites

Bizi bərabər olmağa çağırırlar,eyni sırada düz və qarşımızda olan və görünən məntəqəyə düzıənməyimizi gözləyirlər bizdən.. İnsanlar ancaq nizam intizam qaydaları qarşısında bərabərdir..ən azı düşüncələrdə bununla razılaşmaqda çətinlik çəkmirik.Digər qalan məqamlarda insanlar bənzəməkdən hər vəchlə boyun qaçırır.Bu məsələdə ona geni də kömək edir.Bəlkədə elə məsələnin özəyində dayanan tam bu.Müəyyən etapda bu onun özünə də xoş gəlir,marağı olur,zamanla insan işlənir.Hamımız işlənirik.Və əgər layiq olmayan məqsədə yaxud qüvvəyə yönəlirsə bu ,hətta özün belə bu işlənməyə məyus olursan.İnsan əlbəttə mühüm qüvvələrlə müjdələnmişdir,amma onun da sərf olunmasımda zərrə qədər məqsədyönlülük olsun gərək. Elə məqamlar olur ki,gözün önündə hər şey çox aydın baş verir,sən həmin məsələdə tam lazımlı yerdə və zamandasan.Amma bu yenə azdır.Çünki bu sənin zamanın və məkanın deyildir. Yaşadıqca əzəldən tutduğum mövqenin nə qədər doğru olduğunu başa düşürəm.Habluki heç bir hesab kitab edilməmişdir buna görə.İndi də edilmir...

Share this post


Link to post
Share on other sites

Danışmaq məqamı gələndə susmaq özündən keçmək deməkdir.Danışmağa sənə şərait sövq edər.Şərait səni təhrik edər ya susdurar,o baxır sən kimsən! Şərait dediyin sənin ətrafındır,verdiyin salam aldığın haqqdır,özünü aparmağındır,özünə pərəstiş etdiyin nalayıq birinə qoyduğun hörmətin yarısının yarısıdır,sözündür.Onu hərflərdən ibarət etmək kifayət deyil bəzən.Ona hökmünü,kimliyini də qoşasan gərək.Bərk deyəsən və qəti.

Bütün bunlar bizim parçalanmaqda olan kiçik kiçik dairələrdə özünü kimsə sayanlar üçün deyil,sənin öz kimliyin üçündür.Məhz buradan başlayır sənin şəxsiyyət müstəvisində səyahətin. Qüvvət zamana uyğun davranmaq deyil,bu güclü insanlara xas keyfiyyət ola bilməz.Prinsip və virtual yarış da insan qüvvətinin təcəssümü deyil.İnsanlar sənə çata bilməməli,bu savad və gedişatı düzgün oxumaq əsnasında,bir addım öndə olmaq tezlyində baş tutmalıdır.Onlar bunu dərk etməlidir.Bu məqamdan sonra sənin kim olmağın və hardan gəlməyin çoxdanıncı planda nəzərdən itir.Daim sadə və öndə...səssiz və aktual...həqiqət kimi,harasasa həmişə yaxında...

Share this post


Link to post
Share on other sites

İnsanlar arasında münasibətlər yalnız maraqlar çərçivəsində mümkündür.Bu sənə doğma olmayan insanlarla olduğundandır.Doğma sayılan biriləri ilə münasibət olmur,bu həmin doğmalıq hissi və mövcudluğu ilə əvəzlənir.İnsanın övladı yaxud valideyni ilə münasibəti ola bilməz.Bu necə münasibət olacaq axı? Valideyn səndən incimir,səndən heç nə istəmir,sən ən uğursuz övlad olsan belə bunu sənin üzünə vurmur,sənə tənə etmir.Bu necə münasibətdir ki övladın daim səndən nəsə gözləyir,daim nəsə umur.Bu doğmaları qeyrilərindən ayıran mühüm cəhətdir.Bəzən bunları boyun ardına vurub qıraqda doğmalıq axtaranlar müvəqqəti onlara göstərilən isti -bəli məhz münasibət! -ə aldanırlar.Axı bu münasibətdir.Bu doğmalıq deyil.Bir yerə qədər olan münasibət.Bir yerə qədər olan doğmalıq mövcud deyildir.

  • Upvote 1

Share this post


Link to post
Share on other sites
Posted (edited)

Чемпионат Мира без голландцев - это как Новый Год без шампанского.

Edited by The Razor

Share this post


Link to post
Share on other sites

mmm.......      ,

 

yenə oturub sadəcə tamaşa edirsən......kontrastlara...adi maddi və mənəvi dəyəi olmayan cansız varlıqdan tutmuş bəşərin üstün sayılan birincisinə qədər,eyni imkanlar və şəraitdə bu qədər fərq hardan gəlir çıxır axı? Şərait və əldə olan imkanlar bir dənizin iki damcısı qədər bənzədir hamı üçün və bir o qədər biz insanlarda tamam fəqli əksini tapır.Yəqin biz də eyni şərait və imkanlara fəqrli niyyətlə yanaşırıq,olacağı da bu zatən.Verilmiş sərhəddə və möhlətdə nədir ümdə? Bir dəfə yaşamaq yoxsa bunu unutmaq? 

İnsan özü ilə səmimi ola bilir,bu mümkündür.O inandığı nəyin yaxud kiminsə arxası ilə gedib orada və ya onunla bş verəcək məsələrə bu və ya digər reaksiya verə bilir.Bunu yaddaşına yazıb həyat nailiyyəti sayar.Bu işdə tam haqqlıdır.İnsan həmdə özünün lazımsız və miskin olduğunun müvəqqəti olduğunu və  qalan vacibiyyatı unudar.O da bu da,ikisi bir ağla sığmasada bir həyata sığır.Qalan baş verənlər bunun ətrafında gedən rutin olaylar..

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Gözlərim önündə olan məsələlərə cavab olaraq fraqmentlər  parça-parça yazılarla alınır.Hər parçada müəyyən fikirlər,qanunauyğunluqlar və imkanlar gizlənir.Amma mən dəqiq bilirəm ki, bu yazılar kimi bunların ortaya çıxma səbəbi də insanın bitib tükənməyən qanuna və zərurətə xidmət etməsindəndir.Bizə yaşamaq əmr olunub.Uduzmamaq.Geri qalmamaq.Birincilik...öndə olmaq...Digərini qabaqlamaq zəminində ona mülayim davranmaq....başqasına məğlub durumda ona hörmət etmək.....Bu həqiqətlə barışıb davam etmək...amma hökmən yaşamaq...İnsanın ən mükəmməl durumu onun hiss və istəklərdən azadə durumudur..Bu gedişatda və qurumda xəta verən bəndin məmbədən ayrılmasına bənzər...İnsan o xətalı bəndlərdən əl çəkə bilmir..dəyərləri qarışdırır,özünü də itirir...Uğur, danışıqlarda və təsdiqlərdə deyil,daxildə və sənə çox yaxın bir yerdədir...oradan başlayır...Öz bəndlərinin sənə uyğun nizamla hərəkətindədir..Sənin mövcud olanla arxayınlığındadır..bu sabitdir.

Arxayınlıq gözəldir amma anlarla mümkündür,bu sənə doğru yolun müvəqqəti görünməsi zəminində baş verir.Məncə biz insanların imkanlarını həddən ziyadə dəyərləndiririk..Uğur əldə etmək deyil...uğur rahatlıqdır..özünlə balansı tapmaqdır...səni təhrik edən hisslərdən azadə olmaqdır...kiçik məsafədə hamımız addım ata bilirik.

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Все обильно накрашенные девушки больше похожи друг на друга, чем на себя без косметики.

  • Like 1
  • Upvote 2

Share this post


Link to post
Share on other sites

bizim xüsusiyyətlərimiz deyilən o davranış toplumu görəsən haradan qaynaqlanır? Valideynlərin irsi hədiyyəsi? Yaşayış deyilən maneə ardıcıllığının rəndələmə silsiləsi? İnsanın həyat və gözəllik dilənçisi tək künc bucaqdan yığdığı təfəkkür zəmbili? 

Məncə hamısı...deyilmi? İnsanın-övladın,yaşamın,səndən sonra olacaqların təməli vacibibiyyatın zamana doğru bağlanması və buna zəhmətin qoyulması zəminində baş verə bilər.Pərəstiş etdiyimiz və mükəmməl saydığımız insanlar da bu cür formlaşır.Biz isə təəccüb edirik.Biz həyatı çərçivələrə və intizama sıxmaqla...içimizdə özümüzü tənbeh etdikcə o qızıl vaxtımızı itiririk.Baş verənlərə ağrılarla cavab vermək insanın həyata qarşı gücsüzlüyüdür.İstənilən nə ilə sə, hətta doğmalar ilə azadə darvanış müstəvisində rəftar etmək gərəkdir.Ən geniş azadəlik belə, həmən nəyin yaxud kimin sə doğmalığını yaxud dəyərini sizdən ala bilməz.Əksinə, həyatda insanın qorxularından dolayı anlamadığı çox qaydalar var.O qaydalar insana sübhün sərin amma üşüdən mehi kimi təsir edir ...insan bilmir həzz alsın yoxsa yox....bilmir dinləsin yoxsa yox......yəqin insanları qüvvə baxımından fərqləndirən əsas cəhət budur...həyatda qüvvətli olub olmamaq budur.....yaşamaq budur...

Share this post


Link to post
Share on other sites

İnandığım dəqiq olan bizlərin davranışı və yaşamı öz təməlimizim üzərində təşəkkül tapmasıdır.Bizlər hər yerdə öz işarələrimizi və təzrimizi tərənnüm edirik.Bu bizdə seçim buraxmır.Biz özümüzdə müəyyən məsələləri bəyənməsək belə bu həmən xüsusiyyətləri bizdən ixtisar etmir.Özümüzü aldadıb dəyişik hərəkət etsək belə ,müəyyən qəti məsələlərdə düşünmə qabiliyyəti müvəqqəti dayanıb instinktiv davranışa yol verdikdə,bizim hərəkətimiz tam bizim kimliyimizdən bəhs edir.Qorxu,məğlubiyyət,rəqabət,həyəcan və bəzi başqa insan hallarında bilinir bizim tərzimiz.Düşünüb insanın mükəmməlliyinə dair müsbət xal vermək istəyirəm,bunu onun hansı xüsusiyyətinə bərkitməyi bilmirəm amma.Geyiminə? Tam formalaşmamış davranışına? Bəlli olmayan Mənşəyinə? Tuta bilmədiyi sözlərinə? Qısa Ömrünə? Bu qədər vaxt ərzində xeyirimizə bir məqamı belə çevirə bilməmişik..Məncə insanda hörmət və rəğbət bəslənəcək bir məqam var-insanın mənəvi quruluşu,hər bir fərdin kimliyi,onun mənası.Özünü necə tərənnüm etməsi.Məsələn filankəs budur...Bu qısa da olsa,pis də yaxşı da ,bu mövcuddur,bu bir davranış və idarə quruluşudur.İnsan həmin tərzdə rəsm çəkir,musiqi bəsdələyir,gəzir,danışır ..məhz həmən tərzdə..Bunu valideyn bizdə tərbiyyə etmir,bunu valideyn irs olaraq bizə ötürür...instinktiv olaraq,özündən belə  asılı olmadan -) başqa cür istedad bizdə hardandı...biz axı nə bilirik istedad nədir...

Share this post


Link to post
Share on other sites

Mütəmadi olaraq ətrafımızda gördüyümüz və diqqətimizi çəkən əşya və hallara tamaşa edib bu və ya digər maraqla o məsələ haqqında qısa yaxud uzun zaman başımızda çək çevir edirik.Həmin məsələyə həsr etdiyimiz fikir mübadiləsi və bizim bir şəxsiyyət olaraq ona cavabımız bizim ötüb keçən həyatımızdan yığdığımız təcrübə ilə həyatın bizə yeritdiyi xasiyyət toplumunun qarışığından irəli gəlir.Xasiyyət bizimlə yaranır,bu boxçanın içində hər kəsə lazım olan və ona yaşamağa mane olan müəyyən kiçik alətlər və vasitələr vardır.Bizlərin bir fərd olaraq niyə və nə üçün bu və ya digər vasitəyə üstünlük verməyimiz bizim yaşadığımız cəmiyyətdə kimliyimizi səciyyələndirir.Çox zaman biz özümüz içimizdə olanların çoxundan bixəbər yaşayıyıq,vaxtımızı isə özgə insanlarla qurulan acizanə münasibətlərdə uğur axtarmağa sərf edirik.Bunu edərək özümüzə nə qədər ağır zərbə vurduğumuzu,kömək və uğur gözlədiyimiz kəsin gözlərində həmin andan düşməyimizi anlaya bilmirik.İnsanlar arasında münasibət çox rəngarəngdir..mürəkkəbdir...Bəzən üç-dörd hal yaxud hiss bir tərkibdə bağlanır..İnsanı isə əslində bu düyünlər deyil ,öz istək və gözləntiləri aldadır,onu narahat edir,onu haldan hala salır.Bunları isə idarə etmək yox....buraxmaq gərəkdir...Bu sənin xasiyyətsiz əşya olmağın anlamına gəlmir,bu sadəcə normativdir,bu sənə kifayət edəcək davranış və həddir.Bu hədd deyilən ölçü hissi, dənizin yaş qumunda çubuqla çəkdiyin xəttə bənzər.Onu aydın görmək üçün səni aldadan və səni narahat edən o gözləntilərə laqeyd yanaşma gərəkdir..

Share this post


Link to post
Share on other sites

Egoiste Platinum уже не в тренде...дайте мне флакон Po#uiste Platinum

Share this post


Link to post
Share on other sites

İnsanın təkrarı yoxdur.Ən sıravi birisənsə belə sənin əl izin ikinci canlıda yoxdur.Təbiət öz istehsal prosedurunda təkrara yaxud səhvə yol vermir.O axı insan iradəsinə tabe deyildir.İnsan olaraq digər birinə inanmaq və ona istinad etmək axmaqlıdır.İnsan olaraq digər insanlardan qaçıb başını dinc saxlamaq zərurətdir.İnsanlar yalnız aciz və böyük maraqlar müstəvisində əlaqə saxlayırlar.Tüpürüm bu əlaqələrə!

İnsan ayağı olan yerdə min bir həyəcan vardır, min bir maraq, min bir rəng, min bir gedişat.Kiçik biri olub zəif ruhunla qulaqlarını şəkləyib nəsə eşitməkdir seçim ya yalquzaq olub hamısını rədd etmək..Bizi tarazlıqdan çıxaran məsələlər bizim zəifliyimizə istinad edənlərdir.Onlar cılız hiyləgərliyə və sənin öz nəfsinə məğlub olmağına əsaslanır.Sonunda sənin kim olduğunu dəqiq təyin etdikdə bu məqamlar sadəcə tutumunu itirir.

Deməyim odur ki bizə gəlib çatan istər pis və yaxşı əhvallar və olaylar bizim öz istəyimizlədir.Təbiət və həyat bizə ... hamımıza bitərəfdir.O hamının arxası ilə düşə bilməz, maraqlara cabab verməz, biz isə istyimiz qarşılığında cavab alarıq.

İllər bizi başa salır.Cılız olmasaq sadə oluruq.Yazığıqsa gülünc.Bu bizdən asılı deyil, hər kimiksə biz bu cür doğuluruq.

Share this post


Link to post
Share on other sites

Sənin görmək istədiyin rəsm var.Həyatın sənə işlədiyi görünüş var.Bunlar hər ikisi öz cəbhələrində var.Onlar doğrudur və mövcuddur.Sənin görmək istədiyin və təxəyyülündə canlandırdığın sənin xasiyyətindən və həyatdan götürdüyün məqamlardan qaynaqlanan istək və nəfsi  arzulardır.Həyatın sənin önünə gətirdiyi məsələlər isə sənin ağlından belə keçməyən və səni dörd bir yandan tərpənməz vəziyyətdə saxlayan şəraitdir.

Bu elə bir oyundur ki başlanğıcı səlist sonu isə bitməyən tükənməyən ardıcıllıqlara söykənir.Bu amansız oyundur.Bu yaşamaq uğrunda mübarizədir.İstər maddi istər mənəvi.İstər tək özün üçün istər məişət və cəmiyyət.İnsan nailiyyətləri bu oyunlarda çox bitərəfdir.İnsan nailiyyətləri hisslər və fərdlərlə əlaqəli deyildir.Onlar ümumi bəşər xeyirinə atılan addımlar və əldə olunan dəyərlərdir.Məsələ isə sənin xüsusi vəziyyətindən gedir.Bu qədər varlıq və bolluq içərisində miskin kimliyindən və doymayan ruhundan gedir.İnsan öz çevrəsində-həyat öz.Çox müxtəlif siniflərdə insanlar var.Çox müxtəlif tərzdə əhvalatlar.Çoz müxtəlif qismdə nəticələr.Bir şeydən tam əminəm, heç kəs heç kəsin marağında deyildir.Maraqlar sadəcə bu həflərlə sərhədlənir və bu maraq mənası ilə yekunlaşır.Ən yaxşı halda insan öz doğmasını yaddan bir könyək daha artıq sanır.

Share this post


Link to post
Share on other sites

Bu gün sənə boz və maraqsız görünən hər hansı nəsə gələcəkdə sənim baş ucalığın ola bilər.Bu gün sənə gülməli və əyləncəli nəsə isə gələcəkdə sənin baş qaxıncın ola bilər.Bizlər rəqəmlər tək dövr edərək özümüzü daim uğurlu sıraya səfərbər edərik..Həyat isə öz ədədi silsiləsini təqdim edər.Bu bizim elmi və təcrübi savadımızdan asılı olmayan bir sıralamadır.Cəmiyyət içində uğurlu və qabaqcıl olmaq qanımızdadır, amma imkanımızda deyil hər daim.Bu bir tərəzidir, bir tərəf ağır gəıəndə digəri yüngül gəlməlidir.İnsana tutum baxımından ağır gələn estetik və görünüş baxımdan , qəbul baxımından yüngül gəlir və əksinə.Zamanla döyülən mənəviyyat şəraitində öz ağırın da yüngülə çevrilir.Bu səndən asılı olmur bəzən, axı girməlisən axına.

Bizlər özümüz ömüzə bayram elan etməyə öyrəncəliyik.Özümüzə kiçik əyləncələr tərtib edib hədiyyələr edərik.

Vəhşi təbiyyətli və quru yaşamağa adət edənlər bu məsələləri özlərinə artıq sayarlar.Onlar da özlərinə bayram edirlər amma bu onlar üçün yalnız gizli və məhdud qalar.Oturub fikirləşəndə kimdən və nədən sirr saxlamağa ehtiyyac qaldığının fərqinə varmırsan.Amma bu olmalı.Bu sənim xüsusi kimsə olçamındam irəıi gəlmir.Bu hamıya qarşı bitərəf olmağına bağlanır.Bu əsl mövqedir.Əsl yanaşmadır.

Share this post


Link to post
Share on other sites

Kiçik və görünən miqyasda biz özümüzü müqayisə edib dəyərləndirə bilirik.Bu çərçivədə özümüzə bəraət qazandırıb xırda da olsa özümüzə müsbət rəy də verə bilirik.Görəsən insan özünü imkanlarından xaric müstəvidə çək çevir edə bilirmi? Buna ağıl və qabiliyyət imkanı çatırmı? İmkanlarını və qabiliyyətini zəif qılan suallara cavab vermək hünəri tapırmı? Axı biz təxəyyülümüzdə bizə məxsus olanları idarə etməyə adətkarıq.Bizə ancaq gücümüz çatan aiddir? Axı arzumuz bu olanlardan çox çox irəlidədir? Bəs onları kim idarə edir? Onlara rəngi, ətri və hərəkət qüvvəsini kim verir? Niyə həmən uca görünən məsələlərdə bəni insan əməli yoxdur? Demək bu natamam idarədir? Natamam nəzarət? Natamam cəhd və istək? İnsan ayağı olan hər yerdə natamamlıq vardır, tamamlanmamış tərbiyyə,tamamlanmamış vəsiət, qeyri tamam andlar,sözlər, natamam tikililər, yarımçıq başlanğıclar.Arzu və təxəyyül içində batıb itən biri kimi görünməsək, bizim nəyimiz tamamdır ki? Tam olan bizim üçün nazil olanlardır..əyləncələrdən tutmuş nizam intizama qədər.Onlar insan yaşadıqca eyni cür mövcud olub, insanı eyni tərzə dəvət edib, onlara eyni cür xeyir yaxud ziyan edər.Yazılarla, düşüncələrlə nə qədər öz varlığımızı və imkanlarımızı artıq sanmağımız qərarına gəlirəm.Sən demə bizi sadəliyə tək çəkindiyimiz ruh qidası və məmbə dəvət etmir, sadəlik hər addımımıza buyurulub.Dövran dəyişməyənə qədər ,bu durum mövcud olduğu qədər qalib və mürəkkəb zamandır.Varlıqdır.Ətrafdır.Nüvə və özüldür.Bizlər yox.Qəti.

Share this post


Link to post
Share on other sites

Tək bir fərd yaxud insanla adət yaranmaz.Həmin fərd ətrafında baş verənlər hər hansı tərzdə ənənə vəziyyətini də ala bilməz.Tək adama nə adət? Təkliyə nə ənənə? Sən nə qədər də ağlında özünü fərqli bilib,xüsusi etsən də sənin cəmiyyətə ehtiyyacın vardır.Bu sənin inkişafına,öz qərar və yönünü tam və səlist etməyinə çox vacibdir.Digər insanların varlığı əslində boş ərazilərin dolması üçün nəzərdə tutulmayıb.Ətrafında birilərinin olması sənin içində mövcud xüsusiyyətlərin qüvvəyə minməsinə dəlalət edər.Bu bir rəqabətdir.Boşuna buraxsan sənə zərər vura bilməyən bu rəqabət əslində sənin mürəkkəb kimliyinnə o qədər özünü kökləyir ki ta ömrünün sonuna qədər səndə qalan ən doğru hiss olaraq qalır.

Sən bir saniyə belə bu hissi dayandıra bilməzsən,bu sənə təhlükə kimi görünər.

Yaşadığımız dövran içərisində elə bir məskən və məqam yoxdur ki həmən o tətikdə olan hissi səndən alsın.Tətikdə olmaz insanın əzəldən olan buyurulmuş yeridir.İnanın ki ən dahi musiqi silsiləri belə bir əli və qulağı tətikdə ola ola yaranıb.Kimdə bu hiss daha qüvvətli olub, kimdə zəif ...Bu əslində heç seçim də deyil , bu zərurətdir.

Share this post


Link to post
Share on other sites

İnsanlar haqqında yazılar hər daim diqqət mərkəzindədir,hər növ canlı üçün maraq kəsb edib hər canlıda diqqət cəlb edər.Gözümüzü açıb insanı daim yaradılanlar içərisində üstün görmüşük.İnsanlar yollar qət edib,vacib işlər görüb,qaydalar bərqərar edib,normativlər təyin edib.Həm eyni zamanda bu qaydaları pozub,əhdinə sadiq olmayıb, min bir yalanlar içərisində qəfil tutulub zamanı aldatmağa çalışan yeganə varlıq olub.O da bu da insandır.

Hər nə qədər də yaşayış realığı birinciliyi insana təslim etsə də düşünüb bunun məmbəyini araşdırmağa məcbursan.Məmbə isə bizim özümüzün kimliyimiz haqqında olan vəziyyətimizə tam özümüzün qərar verməyimizə olan şübhədir.Məni maraq içərisində saxlayan biz və bizdən kənarda baş verənlərdir.Biz və bizdən üstün olanlardır.Tək bizim olmamaqdır.Yüksək mədəniyyətlər,sətrlər və səslər,bizi təmsil edən maddələr bizim instinktə bağlı olan,nəfsimizdən qaynaqlanan qaydalara tabe olub göz önünə gəlməyimiz inandırıcı deyildir.Bu sənin hünərin üçün deyildir.Ayaqlarımı yerdən üzüb yalançı olmaq istəmirəm,inandırıcı çərçivədən qıraq da oxunmaq istəmirəm, mən insana aid olan və olmayanı dəqiq ayırmaq kimi həvəsdəyəm.Mən insanları növlərə bölməkdə israrlıyam.Mən onların istəyini və həvəsini izləməkdə çox həssasam.O səbəbdən onlarla ünsiyyəti sözlərlə deyil,görünüşlə, abu hava ilə hiss edərəm.

Share this post


Link to post
Share on other sites

На свете нет более смешного и жалкого зрелища, чем мужчина, который лезет из кожи вон, чтобы впечатлить женщину.

  • Upvote 1

Share this post


Link to post
Share on other sites
Posted (edited)

Миллет,живите реальной жизнью,это намного интнреснее  и не стейняйтесь делать первый шаг ,многое потеряете  :)

 

Edited by Amando

Share this post


Link to post
Share on other sites

bu mövzu adi qadın və sıravi fikirlər toplumundan daha artıqdır.Mövzu hisslərə bağlıdır.Sətrlər hisslərə bağlanmadıqca,insan başına gələn əhval ruhiyyəni ötürmədikcə oxuyan insanı təsirləndirməz.Dərin hisslərə sahib olmaq üçün dərin biri olmağa gərəkdir.

İndiki sarsaq zəmanədə bəzən bu inandlrıcı olmasa da şəxsiyyətini qoruyan kişilər varmış.İnsanlar hər şeyi sınaqdan keçirməyə adət edərmiş.Dadına baxıb özəl edib ona marağını itirərmiş.Ən gözələ belə qəzəllər deyib ondan istədiyini alıb onu yarı yolda buraxarmış.

Həyat və insan arasında mövcud alış veriş budur.İncə məqam buna icazə verməməkdir.Heç bir şərtlər daxilində.

Ümumiyyətlə həyat təzadlar içindədir.

Qohum,dost ,əqrəba hətta ailə içində olmaz özünü təslim etmək.Özünü sadələşdirmək.Məsələ insanlar arasında fərqdən gedir.Mən usanmadan insanlar arasında mövcud münasibətlərdən yazıram.Çünki həyatın ən şərəfli və miskin varlığı və maraqları insan ətrafında bərqərar olunmuşdur.İstər kişi istər qadın.İnsan tənha qalmaqdan qorxmamalıdır.Tənhalıq insanın özünün kim olmasını ona biruzə edən yeganə vəziyyətdir.Tənhalıq onun həyatını ona əsl rəngləri ilə göstərən yeganə kətandır.

Tənhalıq onun təhlükəsizliyidir.Əgər o şəxsiyyətdirsə...

Share this post


Link to post
Share on other sites

Yaşanan illər hər daim insan xeyirinə işləmir.Bu yəqin adət üzrə də belə olmalıdır.İnsan yeganə varlıqdır ki, hər şeydən xeyir güdər, zamandan da...Ancaq illərin bizlərə ötürdüyü tamamlıqlar, açdığı sirlər, gizlənmiş parçalar və sonunda qurduğu tamamlanmış rəsmlər vardır.Şərt deyil ki bu rəsm kətan üzərində qurumuş rəng çalarları qismində olsun, bu min bir vəziyyət və hallarla təşəkkül tapıb insanın özünün kimliyini , bacarığını və qüvvəsini yenidən idrak etməyə çağırar.Hamı kimi biz də iddialı gəlirik, ağ vərəqdə xülyalarda qəsrlər və möcüzələr nişanlayıb əvəzində mövcud və əldə olunmuş cizgilərə otururuq.Həvəs və qaynayan arzulara kontrast əldə tutduğun cizgili qaralama...Məsələ isə ayrı.Bütün o rəsm və cizgilər əslində göz və dəyər müstəvisində fərqli yerlərdə dayanan istənilə insana aid normativlərdir.İstənilən böyük və ihtişamlı nəsə gec tez gözü doyurub qaralama üzərində sadə cizgiyə çevrilir..

çevrilsə yaxşıdır, əksər hallarda heç o rəsmin kiçik tərkib hissəsi belə ola bilmir.

Məsələ o rəsmdə sənə vacib olan zümrələrdir! Çünki sənin bütün varlığın kobud da olsa həmən qaralama ilə müqayisə edilən vacib zümrə ətrafındadır.Bunu biz seçməmişik, əksi təqdirdə bu zümrədən də imtina edən biriləri tapılardı-bizdən nə desən çıxar.

Odur ki, həyatımızda bəzi şeylərin instinktiv səviyyədə mövcudluğu nəinki bizim iradəmizlə olmayıb, hətta mənqilə labüd sayılıb.Dünyaya öz gözlərinlə baxmadan öncə yaranan həyatın kimi, yaddaşın formalaşmamış sağ vücudun kimi, nə olduğunu anlamadan içinə aldığın hava və su kimi.İnsan bu məqamların hamısını həyata və mövcudiyyata uduzur.Bütün özündən razılığı və aliliyi müqabilində, uduzur.

Share this post


Link to post
Share on other sites

İnsanlarda gördüyüm xüsusiyyətlər,nəzərimdən qaçırmadığım məqamlar, müəyyən olaylardan aldığım nəticələr düşdüyüm vəziyyət və keçirdiyim hisslər kimi,həm də inandığım budur ki, mən bu yazıları kiminsə anlaması və ya oxuması üçün yazmıram.

Ona görə bunları kifayət qədər sakit və unudulmuş yerdə edirəm.Bu mövzu ilə əlaqədar heç bir marağım və gözləntilərim yoxdur.Bu mövzu mənim üçün sadəcə ağ vərəqdir.Hamının ehtiyyacı olduğu küncdür.Bəzilərinin sahili,bəzilərinin tonqalı,bəzilərinin də uzaq yoludur.Ümumi gedişat və insanlar ətrafında mövcud durum mənim üçün fiziki vəziyyət dəyişməsindən və hər hansı görünən nəticədən daha üstündür.Mənim iştrak etdiyim və tərkib hissəsi olduğum ümumi gedişat.Biçilən payların çox dəqiqliklə ünvana çatması, bu paylarla rəftar nəticəsində əldə etdiklərin, əslində sənin saydığının ürəyincə olub olmaması və səndən çox kənar nəyinsə həmin uzaqlıqlarda məhz səni təmsil etməsi insanın nəzərlərlərindən çox qıraqda qalır  əksər hallarda.Cəmiyyət bizə daim lazımdır, amma içində itib batmaq üçün yox, onunla bərabərləşmək üçün yox, “qarışmaq” üçün yox, o bir tətikdir sənin üçün, o sənin üçün müqayisə məmbəyidir, rəqabət maneələri.Ümumi kütlədə baş verənlərin əks sədası səni tərpətsə də , sənin kimliyini yaxşı çıxarır üzə.Bunu da sırf sənin özün üçün edir.

Ki özün haqqında o yüksək fikirlərini bir daha nəzərindən keçirəsən...

Share this post


Link to post
Share on other sites

Digərlərinin görə bilmədiklərini görmək , başqalarına xas olmayana sahib olmaq, fərqli tərzdə davranmaq, kütlədə seçilmək, sətrlər arasını oxumaq, gözlərə çökmüş gözləntiləri görmək, səsə oturmuş hissi duymaq üçün badəyi şərab ehtiyyac deyildir.İnsanlar var həyat onları daim sərxoş tutar.Diqqətli edər, mövcud kobudluğa ramən kifayət edəcək qədər həssaslıq qatar, azı çoxla bağlayar, kəm biliyi mükəmməl əl bacarığı ilə əvəz edər, bir itirib iki qazandırar, həyat öz qayda qanununa hər daim sadiq qalar.Bizlərə özünə əminlik məsləhət bilinmişdir , bu bütün tərtib olunmuş çətinlik və qorxulara ramən buyurulub.Bizlərə bu qədər insanlar içərisində təklik daha xeyirlidir.Bu ən dəyərli hikməti özünün özün üçün yəqin etmək zərurətindəndir.

Hər kəs üçün qənaətbəxş olmaq düzülüşdə nizam intizamı gözləməmək deməkdir .Qurulan zad hansı müstəvidən baxsan natamam görünəcəkdir.O müstəvilər az olsa sənin də bir quruluş kimi nəticən tamamlanar və sən də bir kimsə olarsan sonunda.

Rəftarda ehtiyyatlı olmaq həmin rəftatla qayğısını çəkdiyini itirmək deməkdir.

İnsana göstərilən ən böyük qayğı qayğısızlıqdır, bu ona qarşı ən səmimi davranışdır.Hamını özündən pərən pərən salmaqla qurulan ətrafının izahıdır bu.

 

Share this post


Link to post
Share on other sites

Həəəəəə ,

 

bilin ki      ,,,, insan özü özünü çərçivəyə salmasa onu bir kimsə həmən sərhəddə sala bilməz, buna gücü yetməz.Ey əhli camaat, həyatda mövcud tənbeh üsulları sizə doğru yönəlməmişdir.Onlar sizin zəifliyinizə doğru yönəlib, sizi tarazlıqdan çıxarmaq üçündür.Həyatda bütün rəqabət və onunla yanaşı məqamlar əsla sizə zədə yetirməz.Mən buna başımla cavabdehəm.Amma sizi özünüzdən çıxara bilər!!!! Ey əhli millət, bilin ki, ən təhlükəlisi  də elə sizin özünüzdən çıxmağınız, bundan doğan səhvlər, dəyişən intonasiya, yeknəsək hərəkət- param parça olan şəxsiyyət!!!!!!!!!!!!!

Çıxmayın özümüzdən, Allahın şərqdən qərbə yaydığı tarazlığı qoruyun, o tarazlığa həyatınızı həsr edin, o tarazlığa baş əyin!!!!!  Allahın buyurduğu ibadət belə tarazlıq üçün nəzərdə tutulmuşdur!!!

Ey əhli camaat, qadın dediyiniz məxluq sizin o tarazlıq dediyiniz dəyərdən aşağıdır, tarazlıq vahiddir, tarazlıq haldır, tarazlır vəziyyətdir, qadın gözləri bu tarazlığı pozarsa , bilin ki həmin saniyədən siz məğlub durumdasız, onlar çoxdur, onlar fərqli, qara, göy, badamı, çəkirlər, naz içində səni dəli edirlər, ağlına girirlər, Allahın sənə verdiyi vücuda sığışdırma onu, qatma, qurban vermə özünlə! Ey əhli insan, həyatda bağlanmaq zəiflik əlamətidir, bu asılılıq yaradır....

Bil ki, ən doğru sənin olan, sən onu amansızca qovduğun məqamda sənə sığınan biridir, ona arxa çevirərkən önündə gözünə baxandır, gözlərinə baxıb səni sayandır, qəbul edəndir!

Gözlərinə qara çəkib, qara geyinib, səni çağırandır.Burda itirib orda tapdığındır, heç biridir, özündür!!!!!!!

Share this post


Link to post
Share on other sites

Ola bilər ki böyük danışmağa mənim yaşım çatmır, amma bu məni düşündüklərimi tarixə calamağa mane də olmur.Yazılar və fikirlərin məmbəyi kimi onların asqı mənzili də elə bu yaşanan məntəqələrdir.Bütün üzərimə düşən tələb və qayğılarla birlikdə yaşananlar qarşısında müşahidəçi olmağı özümə  borc bilirəm.İstənilən səmt və yöndə baş verənləri və onlara qarşı duyduğun hissləri sərhədsiz ağ vərəqə köçürmək bir xatirədir.Mən sadə və maraqsızları daha hünərli gördüm.Onları boş köpüklə oynayan görmədim.Mən həmin birilərini az sözlə ittiham etdim, onların az sözlü olmasına qərəzli oldum.Onları niyə daha ihtişamlı kəlmələrlə ürəklərə siraət etməmələrinə təəccüb etdim.Sonradan anladım ki, möhkəm insanlar artıq əksik danışmaqdan çəkinərmiş.Onlar sadə və gərəksiz görünsələr də , əsas məntiqi unutmurlar.Onlar köpük şişirtmirlər,onlar üzlərinə illər qırışlarını alıb, bu qırışları qəbul edib, yalançı rənglərlə ürəklərinə təsəlli verməzlər! Verməzlər!!! Onlar da bunlar da hamısı insandır! Onlar da bunlar da cəmiyyətdir! Birində olan digərində yoxdur! Biri vardır biri yox!

Share this post


Link to post
Share on other sites

Ey əhli camaat , 

fikirləşib düşünmək, bundan dolayı ortaya hərəkət qismində nəticə ərsiyə etmək insan xüsusiyyətinə aiddir.Sizin hər gün gördüyünüz rəsm məsələnin ümumi tərəfidir.İnsanlar isə özlərində çox dərin və fəqrli məxluqlardır.Zəmanə və insan ayrı ayrı cəbhələrdə var olan qüvvələrdir.Ümumi rəsm var, qaydalar, gedişat və bu gedişata nişan gələn qurbanlar.Bir də digər rəsm var....bunlar öz yaşamlarını, nizamnlarını ən əzizlərinə belə qurban etməzlər.Onlar bütün ciddiliyi və məsuliyyəti anlayıb, qayğılara qiymətsiz ömrünü sərf edib,yaşlaşıb, ürəklərində olanı yaşadanlardır.Mənim dəqiq yəqin etdiyim budur ki, insana çox az məsrəf gərəkdir....bu məsrəfin vahidi təkliklərlə ölçülür, tək bir çarpayı, tək bir masa, tək bir süfrə, tək bir yoldaş, tək bir davranış.Sadə paltar insanı kiçiltməz, sadə evdə böyük insanlar tərbiyyə olunub.Ölçüsüz və sərhəddsiz həyat qanunları sadəlikdə çırpınan ürəyə vəsvəsə edə bilər ancaq.Digər qism ünsürlərə həyat əyləncə müstəvisidir.

O əyləncə ki həmən bəziləri üçün gecə açlaqlığı və səhər baş ağrısıdır ancaq, dibində azca şərab qalmış şüşəni başına çəkməkdir!!!!! Mən həyatı nizama salmaq istəyən kimsəyə və bunu bacarana baş əyərdim.Sırf bundan dolayı kimisə ittiham etməkdən çox çəkinirəm.Həddən artıq maraq sahibi olmaq arada mənə ikili həyat təqdim edir-bir fərd kimi bətnimə yüklənmiş sabit qaydalarla davranan fiziki varlıq və ruhu özündən çox kənarda itmiş, insan həyatına kənardan eyni filmi dəfələrlə maraqla tamaşa edən və bütün qayğılardan azadə biri kimi......Dəfələrlə maraq göstərdiyim insanlarla ünsiyyətimdə bir məqamın ... bəli məhz bir məqamın mənə köməkliyindən bəhs etmişəm... bu məqam elə güclü və önəmli məqamdır ki keçmiş və gələcək rəsmi aydın rənglərlər ən tam kətan üzərinə nəql edər.Bu məqam hər şeyi yer bə yer edər-) düzdür dost?  Sənin və mənim çarpışdığım uğrunda hər gün gözlərimizə baxan uşaqlar vardır.İnanıram sən də onların gözlərinə eynən mənim kimi baxırsan.

 

Share this post


Link to post
Share on other sites

Sadə və dərin biri olmaq üçün-bir kimsə olmaq üçün üzərindən o özünün qurduğun təxəyyül kürkünü atasan gərək.

Ətrafında sənin üçün rəngarəng çalarlara boyanan yalançı təxxüyülü qovasan gərək.Şəxsin özündən narazılığı özünü doğrultmur axı.Yer üzündə qəbul ediləsi ilk həqiqət sənin artıq valideynlərin tərəfindən bəlli olmuş kimliyindir.Sənə təqdim edilmiş ən yeni cığırda yenə özünə aid izlər qoyacaq insansan sən.

Sən hər daim onluğa tuşlanacaqsan, ya düşəcəksən ya yox.Və bu hər daim belə də olacaq.İnsanın özünə aid vücudunu görmək qabiliyyətimiz imkan versə, üzərində səbəbli və səbəbsiz libasların ona nə qədər ağırlıq verdiyinə bir başa şahid durardıq.Sən düşünmə ki mən insanı həddən ziyadə zəif qılaram, bu elə deyil.Bu yazıları mən kimsə üçün yazmadığım doğrudur, amma səninlə ünsiyyətdəyəm mən! İçindən gələni dəqiq bilirəm.Bu sənin günahından deyil, sən ümumi ətalət qüvvəsinə tabe olanların bir nümayəndəsisən, elə birincisisən! Mən sənə həvalə edilmiş və bəxşiş edilmiş istedadları sənə təslim edirəm.Amma sən sənə verilmiş ifa ilə mükəlləfsən!

Share this post


Link to post
Share on other sites

Ey mənim ağ vərəqim , mövzum, mənim dünyam, sətrlərim və guşəm,

 

bil ki zamanla yaşadıqlarımı sənə danışmaq artıq adətə çevrilmişdir.Mən artıq bunu özümə öhdəlik götürmüşəm.

Həqiqət və real olaraq yaşadığımız istənilən nəsə hər daim ən gözəl nədənsə daha maraq kəsb edər.İnsanın bəndə olaraq özünə etdiyi hörmət onun keçirdiyi zamana və ona aid olana qoyduğu hörmətdir.Ona aid olana sahib durmaqdır.Ey insanlar, sizlər elə məxluqsuz ki ürəyinizin istəyi sizin ağıl nizamına uymur, ürəyiniz və ağlınız əksər hallarda ayrı ayrı cəbhələrdə mövqe tutarlar.Sizlər aciz bəndələr kimi içtimai qınaq hədəfinə çevrilməmək üçün özünüzü şəxsi qınaq hədəfinə çevirirsiz.

Arsız arsız camaata gülüb içinizdə özünüzdə nifrət edərsiz.Çünki bəlli yaşa adlayıb hələdə şəxsiyyət olmaq sarıdan çatışmazlıq yaşayırsız.Bu bizim ümumi dərdimizdir axı.İnsan deyilən məxluqu qınamağa nə var ki?! Baydan ayağa qınaq məmbəyidir də zavallı -( 

bizim hamımızın axtardığımız dəyərlər bizim yaşam və tərzimizə bağlı olan məhsullardır.Nə vaxt ki biz şəxsən özümüz üçün çək çevir edib , öz tərəzimizdə taraz gələcəyik , məhz o zaman üzümüz gülər.Özünün tərəzisi olmaq üçün şəxsiyyət olmaq gərəkdir, bir kimsə olmaq gərəkdir! Ola bilər ki qısa zaman çərçivəsində səni qəbul etməzlər, özlərini sənə yaraşdırmazlar, bil ki bu keçicidir, çünki insan digər birində mövcud tərzi tez sezər.Bunu təsdiq edər.

Ey insanlar, bilin ki, mövcud vəziyyətdən boyun qaçırıb, qorxmaqla, ünvanını dəyişməklə özünüzü daha böyük istirablara sövq edirsiz, hara getsəz özünüzlə aparıraız o hisslər toplumunu.

Qayda qanuna zidd hərəkət etdikcə o toplum öz əks təsirləri ilə sizə mövqeyini biıdirir.Zamandan özümüz qaçırıq-)

Share this post


Link to post
Share on other sites

Больше всего я люблю брать у женщин в долг и не возвращать...потому что настоящий мужчина должен!

Share this post


Link to post
Share on other sites

Привязанности

 

 

Наши привязанности определяют нашу жизнь, её течение, направление.  Они определяют рамки, за которые мы практически не выходим.  Их можно видеть путами, балластом, или же их можно видеть якорем в бурю или щитом.

Всё зависит от ситуации.  Например, наши привязанности не позволят нам уйти за человеком, которого мы неожиданно полюбили.  Так бывает, когда совершенно неожиданно в жизни появляется человек, к которому мы начинаем испытывать сильные чувства.  Привязанности в этом случае, наш супруг(а) и дети.  Но эти же привязанности позволят нам найти тепло домашнего очага и несколько любящих сердец, когда после очередного разочарования, мы будем стоять оглушённые суровой реальностью жизни. 

Из-за семьи мы не сможем отправиться в кругосветное путешествие на взнузданном бешенном бегемоте или стреноженной королевской кобре.  Да, мы лишимся радужных впечатлений и открытий, не будем вонять как осел из Гоби или спать на камнях, вызывая у себя хронический пиелонефрит. Это плохо, мы лишаемся таких непередаваемых ощущений.  Но нас также и не съедят крокодилы, огорчившиеся изжогой и выплюнув один из наших брендовых тапочек, который потом торжественно доставят в наше посольство представители Тасманской общины охоты на политически неблагонадёжных крокодилов.  Это хорошо, ибо в желудке у крокодила темно, сыро и соседствовать приходится с остатками съеденного на прошлой неделе кабана.

Или вот, наши предпочтения в еде могут свести нас в могилу, если наша энзимная система не в состоянии справляться достаточно эффективно с мясной компонентой наших блюд.  Жирной мясной компонентой.  Возможно, сведёт нас в могилу раньше положенного времени.  Но вот представьте, что мы отказались от традиционных блюд, и перешли на пироги из пальмовой муки с начинкой из авокадо, или же лобстеров, варённых в вине из винограда урожая с Северной Роны 1865 года или те же самые хрустящие крысиные хвостики, вываренные в бамбуковом соусе и затем пожаренные на анисовом масле.  Мы или умрём с голода или будем обедать не чаще одного раза в пять лет.

Привязанность к своей привычке не превышать скорость выше положенного лишает нас лишней порции адреналина или делает нас «чмошниками» в глазах у сидящей рядом девушки, когда нас обгоняют другие «джигиты».  Но эта же привычка помогает нам не размазывать свои мозги повидлом на трассе.  А девушка...  а девушка посещает похороны своего одноклассника, который разбился из-за превышения скорости, и на следующей нежно целует вас в щёчку и просит прощения за свою несдержанность.  Кроме этого, она как правило устраивает вам нехилый такой секс с бурным обоюдным оргазмом в знак благодарности, но это уже другая тема...

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Нельзя иметь все сразу,приходится делать выбор ...

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Если хочешь иметь то , что никогда не имел, нужно делать то , что никогда не делал... К.Ш

Share this post


Link to post
Share on other sites

Dəfələrlə bu yazıların nə haqqında olması  ilə əlaqədar suallar alıram.Mən sizi başa düşürəm, sizə maraqlıdır.Mən isə maraq hayında deyiləm ey bəni insan.Nəyimə gərəkdir axı?! 

Məni maraqlandıran həyatda insana verilən üstünlükdür.Bu bölgünün ədalət tərəzisində taraz gəlməsidir.Zamanla yaşa dolub, təcrübə toplayıb görürəm ki ,insan ona verilən bu üstünlüklərə nəinki layiq deyildir, insan çox dəyişkən, zəif və təhlükəli məxluq imiş.Üzümə gülən simalara ramən, verilən sözlərə ramən, kəsilən çörəyə ramən insan ən əksik məxluqdur.Çünki o özü də anlayır ki onun imkanları genişdir, ona üstünlük verilmişdir, çünki o qudurandır, çünki o özündən razı qalandır.Bizim öhdəmizdən zaman gəlir.Yaşadıqca bütün əksiklikliyimizdən özümüz əl çəkməyə başlayırıq.Haqqımızda olan o yüksək fikirlərdən daşınıb sadələşərik.

Zaman bizi gözəl tərbiyyə edir.Minir.

Zaman bizi nə qədər minsə o qədər azdır.

Share this post


Link to post
Share on other sites

Yaşayış və mulkiyyəti qanunlar çərçivəsinə salmaq insanın cəhrayı arzularıdır.Onun zənn etdiyi ehtimal nəzərriyyəsidir, miskin fikirləridir, gözləntiləridir, zəifliyidir.

Qanun dediyiniz məsələ zamanında etdiyiniz müdaxilədir, yandırdığınız dönmə nişanıdır, etdiyiniz vacib zəngdir, qoruduğunuz şərəfdir! Bilirsiz niyə insan tam deyil? Çünki o tamlığı isbat edə bilmir! Çünki onun həyatı ana bətnində başlayır, çünki onun yaddaşı o ərəfədə fəaliyyət göstərmir, çünki o həmən incə məqamı idarə edə bilmir, cındır olmasına sübut olaraq dua edir! İnsan dua etməməlidir, axı o alidir! Güclüdür!!! Amma o dua edir!!!! 

Şəxsiyyət olmaq yaşamaq demək deyildir, biz axı yaşamağımıza dair düşüncə etmərik, bunu qanunauyğunluq sayarıq.Bu bizlər üçün yaranan mümbit şərait və arxayınlıqdan irəli gəlir.

Düşünməyin ki mən insanlara qarşı amansızam, yox mən özüm də insanam-)

Sadəcə biz özümüzdən çox razıyıq, düzəni pozan, əsəbləşən və qışqıranıq.

Amma unuduruq ki bizlər dəstə ilə gəlib dəstə ilə gedirik!!!!! Dəstə ilə !!!!!!!

Mən həmişə sakit olmağın həsrətin çəkmişəm, səbrli və sakit biri olmaq, bu həqiqətən hünər tələb edən xüsusiyyət imiş.Ey insanlar bilin ki , gözləriniz önündə baş verənlər sizə daim bir xatirə kimi görünəcək.Bilin ki siz ətrafınızda itəcəksiz.Bilin ki siz sadəcə insansınız.

Share this post


Link to post
Share on other sites

Müəyyən məqamlar vardır ki, onları gözlərin önündən keçirərkən ürəyinə rahatlıq gəlir.Müəyyən insanlar vardır ki onların xoşbəxt olması üçün ətraf cəmiyyətin olması vacibdir.Bəzi kəslər də vardır ki , insan cəmiyyətindən nə qədər uzaq olsalar, o qədər özlərini rahat hiss edərlər.Özünü xoşbəxt hiss etmək ətraf yaşama bağlı deyildir, öz xoşbəxtçiliyini yaşam ətrafında axtarmaq axmalıqdır.Mütriflər içində hansı xoşbəxtlikdən gedə bilər? Paxıllar  sözgəzdirənlər içində?! Müəyyən xasiyyətdə biriləri vardır ki onlar üçün insan kütləsi yalnız onun təbiət tərəfindən təyin olunmuş yaxınları və əzizləri olar.O öz əzizləri ilə bəlli dildə danışıb, bəlli adət üzrə davranıb, bəlli dəyəri verər.Bundan savayı geriyə qalanlar o qədər də önəm kəsb etmir.

Ey insanlar, xoşbəxtlikdən çəkinin, qorxun, çünki o sonra sizə ağrı verəcək.

Onu qoruyun, gizlədin, çünki bu işə ömrünü sərf edənlər soxulmağa can atacaq, tək olun, aralanın, çünki insan özü özündən belə xeyir görmür.

Allah insana imkan yetirsin, izin versin, insan aralaşsın, dam tiksin, ayrı dil öyrənsin, ayrı tərz, aralansın, tək yaşasın, hamı , biri -birindən.Bacararlarsa.

Bütün həqiqətlər bu məqamda açılır insan üçün.

Share this post


Link to post
Share on other sites

Справедливые люди часто кажутся двуличными, потому что поддерживают то одних, то других. На самом деле двуличны те, кто всегда поддерживает своих. Они предают саму справедливость.

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Yaşamaq və bundan daha artığını istəmək ayrı ayrı məsələlər imiş.İnsan özünə çatacaq olanla özünə lazım olanı dəyişik salırmış.Ö, ölçü hissini həyatda hər şeydən daha asan itirirmiş.Artıq -əksik danışmasaq, insan və onun rəftarı haqqında ortaya çıxan yazı məhsulu çox sadə və mürəkkəb alınır.Sadə-sözlər seçimi asan, bəlli, məna baxımından isə dərin deyil dəəə, min cür yozulan olurmuş.İnsan qədər ona gələn söz və işarələrə boyun arxası çevirən ikinci məxluq görmədim mən.Bilirsiz?! Əslində hamısı mövcudiyyatdır.Çətin də asan da, hamısını yaşayasan gərək, ki haqqında söz deməyə iradə edəsən.Bizlərə elə gəlir ki asan və çətin vardır, əslində isə sənin və sənin olmayan vardır! Sən özgə qismətinə yamaq ola bilməzsən.Zaman dedidiyin çox nisbidir, sənin uduzduğun və udduğun da nisbidir. İnsan Yeganə məxluqdur ki ona həzz verən nəyinsə azlığından giley güzar edər.......Onun üçün təyin olunmuş nədənsə giley güzar edər, onu təyin edən əsasdan qaçar.

Bəzi bədbəxtlər isə ümumiyyətlə ona təyin olunan gedişatdan tam bixəbərdir.

Elə biriləri ürəyin səsinə kar olarlar!

Və müəyyən azlıq təşgil edən bilirəri ona təyin təyin olunanı anlayır, amma başqa həyat tərzi seçmək uğrunda çırpınır.Nəhayət biriləri vardır ki , gedişatı tam anlayıb ona verilmiş təyinatı başı ilə yerinə yetirib, nəticəsi hər nədirsə onunla yaşayır.Belə insanların həyatı onların düşüncələrində cəfəngiyatdır.Müvəqqəti vəziyyətdə bu həqiqətən belə də görünür.

Amma zaman qarışdırır vəziyyəti və hər kəsin hazırllq dərcəsini bir daha və çox daha yoxlayır.İşıq yolunu görüncə həqiqətən həyatın mənasız olmadığını düşünürsən! İnsanın bir saniyəsi belə mənasız deyildir! Biz öz başına deyilik, öhdəmizdən gələn müqəddəs qüvvələr vardır, bu işləyir və mövcuddur.

Share this post


Link to post
Share on other sites

Deyersiz insanlara laiq olmadigi deyeri verende, it qudurdugu kimi,onlar da qudururlar.Ozlerini deyerli hesab edirler,amma unudurlar ki,onlara bu deyeri veren bashqa insandir.Anlamirlar! Her gun yeni insanla,yeni heyatla,yeni sifetle tanish olursan.Ilk defeden onlara deyer verirsen ki,ozlerini onemli hiss etsinler,yad hiss etmesinler,komfort yaradirsan,amma onlar qudururlar.Bir muddet sonra artiq hech kime deyer vermirsen,hech kesi qudurtmaq istemirsen,qapanirsan oz alemine ve orda quduranlardan gizlenirsen.

Adam olun!!!Göylerde gezmeyin.Düşmək agrili olacaq!

Share this post


Link to post
Share on other sites

Həyatda çətin və asan yoxdur.Sənin və sənin olmayan var.Bacardığın və bacarmadığın var.Həvəsin ya var ya yox.Digər şərtlər səndən asılı olmayaraq daim bərabər və sən tərəfdən gələcək addımlara məqbul vəziyyətdə gözləntidədir.Nə yaxşı ki səndən asılı olmayan bərabər və sabit şərtlər var yoxsa insan onları da bacarıqsızlığına və həvəssizliyinə qurban verərdi.İnsana nə var?! Sən hər daim bir insan parası kimi ümumi cəmiyyətdə öz dairəndə çırpınırsan.Bu ya az olur ya çox, ya kifayət edir ya yox, ya effektiv olur ya yox.

Həyat insana bağlı deyildir, o öz şəraitini qurur, öz şərtlərini təklif edir və əksər hallarda insan üçün əlverişli vəziyyət alır.

İmtina edən insandır, əziyyət çəkməyən də, həvəs göstərməyən də , asan əldə etmək istəyən insandır.Qalibiyyətini təntənəli şəkildə qeyd etmək istəyinə ramən növbəti addımı atmaqda həvəssiz olan insan.Fərqlər və xasiyyətlər burandan qaynaqlanır, tərəzi burada sıfırlanır, qeydiyyat və haqqı hesab bu məntəqədən aparılır.

Share this post


Link to post
Share on other sites

Böyük doza altında söhbət etmək üçün dilini dodağını fərəqət saxlayasan gərək, möhkəm kişilərlə söhbət etməkdən ötrü ağlını səfərbər edəsən gərək, peşman olmamaqdan ötrü layiq olana sözünü deyəsən gərək.Ey bəni insan, sənin sonun bəllidir.Bu son sənə qaranlıq qalan bütün məsələlərə aydınlıq gətirər.Həmin məqamın tutumu heç bir pul vahidi ilə ölçülməz, heç bir hərəkət ilə uymaz və sonunda yalnız həmin məqamda hiss edəcəklərinlə sərhədlənər.Ey insanlar, sizin yığdığınız tutumlar belə sizi həmin məqamdan bir saniyə belə ayırmaz.Buna sizin elminiz çatmaz, dualarınız təsir etməz, bu elə bir məqamdır ki , səni istədiyi vaxt istədiyi vəziyyətdə tutar, pərt edər, borclu çıxarar, aciz qoyar.Bu insanın uduzduğu, elminin zəif oıduğu və onun imkanlarının yalnız bir yerə qədər təsir etməsinin isbatıdır.Kiçik dövrüyyədə hoqqa çıxaran insan-))))) yuxuda olarkən özünə cavabdeh olmayan insan-))) dünyaya gəlməmişdən öncə həyatı ana bətnində başlayan məxluq..

Share this post


Link to post
Share on other sites

Zaman ötdükçə, insanın hansısa yola , cərəyana bağlı olması labüdlüyünü anlamağa başlayıram.Bu vacibiyyat imiş,axı sən yol kənarında bitən alaq ola bilməzsən.Bağlılıq dediyimiz həmən dəyər bizə özündən razılıq üçün deyil də, bir kömək, bir səhman üçün gərəkdir.Beyində olan artıq fikirləri ixtisar etmək üçün.İnsanın düşündüyü və düşünə biləcəkləri onun kimliyini və şəxsiyyətini dəqiq təyin edir.Şəxsiyyət olmaq cinsiyyət məsələsi deyil,sən güclü olmaqdan çəkinmə ey bəni adəm,rəsmi dairələrdə “səni sevməsələr də” ürəklərdə sənə rəğbət bəsləyirlər! Müəyyən söz və hərəkətlər vardır ki, bunlar həmən ünvanlara çatmalıdır, sən bunun təhlükəsini anlayıb , dolmuş badə tək hiddətini saxladığın müqabildə həmən hiddətə hiddət qatmış olursan, həmən hiddət partladıqca onun əks sədası da özünə uyğun olurmuş.Bütün bunlardan daha vacib olanı düşünəcək beyinə sahib olmaq, bu düşüncələr sayəsində pisi yaxşıdan ayırmaq, ədalət tərəzini bərabər tutmaqdır.Əgər bu tərəzi bərabər gələrsə, sənin xeyirdə və ya ziyanda olmağın önəm kəsb etmir! Bəni insanın sonu bəllidir.O balıq deyil üzsün, quş deyil uçsun, o tamahkar məxluqdur, əksər hallarda əyiləndir, gələcəyindən bixəbər, keçmişini dəyişə bilməyən və bu günlə yaşayan biridir.
Əgər tərəzi bərabər gələrsə, önəmli deyil, sən xeyirdəsən ya ziyanda!

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×