Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Azərbaycanda Millətçilik Varmı ?

artur77

Recommended Posts

Biz azərbaycanlılar millətçiyik mi ? və ümümuyyitlə azərbaycan millətçiliyi necə olmalıdır sizcə ? Cəmiyyətin milliyətçi olub olmamasının göstəriciləri nədən ibarətdir ? Milliyətçi olmaq ayıbdır mı ? Bu mövzuda fikir paylaşmağınızı isərdim

Link to comment
Share on other sites

Maraqlı mövzudur.

Kifayət qədər dərin suallar qoymusunuz.

1)Biz millətçi yox daha çox tolerant xalq kimi tanınırıq.

2) Başqa yelərdə olan analoji halları bizə misal gətirmək lazım deyil. Ən azı özümüzün nümunələrimiz var sadəcə onları hamıya çatdırmaq lazımdır.

Link to comment
Share on other sites

Tolerant və qonaqpərvər bir xalq olaraq nədənsə başqa xalqlarin dilini və mədəniyyətini daha tez və daha asand qəbul edirik. Bilirəm bu movzuda çox yazilib ele bu forumda da ama yenə də bu bir hall olaraq qalib. "последний пассажир" filmini izləyənlər çox güman ki bizim və ermənilərin verdikləri cavablari nə qədər fərgli olmasına fikir veriblər bu da bir tolerantliğin nümunəsidir.

Link to comment
Share on other sites

Miliyyətçilik qədər axmaq ikinci bir ideologiya yoxdur.Bir insan öz millətini,vətənini sevə bilər buna bir şey demirəm.Amma öz millətini bütün digər millətlərdən üstün tutmaq,böyük irq,turançılıq kimi ideologiyaları mənimsəmək faşistlikdir.Bu faşizmdir,Hitler və onun yandaşları da zamanında bu cür ideologiyayla-böyük irq- bəşəriyyəti məhvə sürükləyirdi.Bunları bir-birindən ayırmaq lazımdır.Kimsə vətənini,millətini sevsin bir söz deyən yoxdur amma day durub bozqurdluq etmək,turançılıq sevdasına düşmək,komunist öldürməyi özünə ən böyük vəzifə bilmək yoxda.

Link to comment
Share on other sites

Milletchi olmaq uchun ilk novbede gerek millet kimi formalashasan. Biz, azerbaycanlilarin kim oldugunu hele de deqiq mueyyenleshdire bilmemishik. Kimdir azerbaycanli?Azerbaycanda yashayan butun etnoslar?Yoxsa yalniz turksoylu ehali? Teessufler olsun ki, bu meselede cavabsiz suallar kifayet qeder coxdur. Millet kimi formalashmaq uchun vahid ideologiya formalashdirmaq, konkret tedbirler mueyyen etmek ve bunlari merhelelerle heyata kecirmek gerekdir. Bu uzun prosesi heyata kechirmek uchun ise guclu dovlet gerekdir. Mehz bu sebeb gore dushunurem biz milletchi ola bilmerik de.

Edited by HPTRUEVISION
  • Upvote 1
Link to comment
Share on other sites

millətçilik - ideologiyadır. ideoloji təsir üsullarından istifadə isə həssas məqamdır. çünki, əslində tükənməz potensialı olan bir qüvvəni "hüdudları və məqamı" mütləq müəyyən olan bir formaya salmaq və idarə etmək tələb olunur. əks halda, nəzarətdən çıxan millətçilik ruhu fəsad törədə bilər. əqidə və ideologiya qarşıdurması isə cəmiyyətə sabitlik gətirmir. ifrat vətənpərvərlik vətən sevgisində bəslənsə də, bəzən nifrət və qəddarlıq kimi təzahür edə bilir...tarxidə kifayət qədər faktlar var.

yuxarıdakı bir müəllif qeyd etdiyi kimi, " millətçi ola bilmərik də..." . olsaq da, cəmiyyətimizə millətçilik fayda verə bilərmi ? pozitiv əhvalını hansı mənbələrdən götürməlidir ? atəşkəs dövründə, neqativ hansı istiqamətə yönəlməlidir ? hansı hallarda millətçi davranışa haqq qazandırmaq mümkündür ?

millətçi yox, amma vətənpərvər olmalıyıq , həmçinin tolerant da (yəni anlayışlı, təmkinli, dözümlü) olmalıyıq...qədərində... amma daha hisslərimiz kütləşənə qədər yox, laqeydlik immuniteti yaranana qədər yox

Link to comment
Share on other sites

Yazilanlar düzdür , vətəndaş müharibəsi səbəbi olan ən xoşagəlməz milliyyətçilik növüdür.

Bəzən millətçi də olmaq lazimdi məsələn , ümumi mənada türk insanının genetik quruluşuna işlənmiş və dünyada bizi digər millətlərdən əksəriyyətlə ayıran ən gözəl xüsusiyyət.

mənim həyat yolum bu düstur olacaq; Azəritürkləri ( türklər ) ən yüksəkdə!cool.png

Link to comment
Share on other sites

  • 2 weeks later...

Bizimkilerin en pis xususiyyeti Azerbaycandan qiraqda ermenilere bele ferq qoymurlar. Bele milliyetci olmaq olar-hec vaxt!

siz ölkədən kənarda konkret desək Moskvada olmamısız yəqinki. Olsaydız başa düşərdiz niyə belədir. Burda da erməniləri söyənlər var ki sərhədi keçən kimi canbrat olurlar

Link to comment
Share on other sites

Millətçilik odur ki çıxasan verilişə, səviyyəsiz mahnı oxuyasan, heç kim əl çalmaya sənə, sən də deyəsən ki ermənlərə ar olsun hamı əl çala.

Millətçilik odur ki prezidentin ölkədaxili və xarici siyasətini dəstəkləyəsən, eləməsən deməli mütləq şəkildə erməni qanı var səndə.

Millətçilik odur ki 250 man. maaş alasan amma dünyanın ən böyük bayrağı səndə olsun və ora öz millətin qirə bilməsin.

Millətçilik ümumilliliderin portretini divardan asmaqdır.

Millətçilik ümumiyyətlə mütləq erməniynən bağlı olmalıdır.

Link to comment
Share on other sites

  • 2 weeks later...
  • 2 weeks later...
  • 2 weeks later...

millətçilik, öz millətini sevmək və öz milliyyətini sevmək səviyyəsində olmalıdır. amma bu, radikal səviyyəyə keçməməlidir. digər millətlərə də hörmətlə yanaşmaq lazımdır.

bir misal çəkim, amma xahiş edirəm, bu sözlərimi heç kim özünüreklam və ya özünütərif kimi qəbul etməsin.

mən işlədiyim təşkilat, bir ingilis şirkətinin sifarişi ilə iş görür. ingilislərlə yazışmamız ingiliscədir. amma təəssüf ki,əməkdaşlarımızın çoxsu öz aralarında da ingiliscə yazışırlar. bu fakt məni çox qıcıqlandırırdı və nəhayət dözməyib hamıya məktub yazdım ki, öz aramızda ingiliscə yazışmağa heç bir lüzum görmürəm. dilimizə hörmət etmək hər birimizin mənəvi borcudur. xahiş edirəm, öz aramızda ana dilimizdə yazışaq.

çox təəssüf ki, bunu onlara mən deməli oldum, amma yenə də sevinirəm ki nəticəsi oldu. :)

sizcə mənim öz dilimi və millətimi sevməmdə nəisə yanlış və ya təhlükəli bir şey varmı?

Link to comment
Share on other sites

Bəlkə mövzudan kənara çıxacam, amma istərdim fikrimi deyim.

Düşünürəm ki, Azərbaycanda demək olar ki, hamı millətçidir amma dövlətçi deyil. Millətini isə o öz kəndi, qəsəbəsi, yerlisi prizmasından görür. Filankəs mənim yerlimdir. Başqa hall isə odur ki, Azərbaycanda çoxlu xalqlar, millətlər var. Xırdalı böyüklü bu xalqlar özləri özlüyündə millətçidirlər. Öz xalqının millətçisi. Amma - heçnəyə baxmayaraq dövlətçi olanlar isə azdır. Millətçi olmaq yox, dövlətçi olmaq lazımdır. Millətçili bizim ölkə kimi çox xalqlı dövlətləri parçalanmaya aparır, nəinki birləşməyə.

Link to comment
Share on other sites

Miliyyətçilik qədər axmaq ikinci bir ideologiya yoxdur.Bir insan öz millətini,vətənini sevə bilər buna bir şey demirəm.Amma öz millətini bütün digər millətlərdən üstün tutmaq,böyük irq,turançılıq kimi ideologiyaları mənimsəmək faşistlikdir.Bu faşizmdir,Hitler və onun yandaşları da zamanında bu cür ideologiyayla-böyük irq- bəşəriyyəti məhvə sürükləyirdi.Bunları bir-birindən ayırmaq lazımdır.Kimsə vətənini,millətini sevsin bir söz deyən yoxdur amma day durub bozqurdluq etmək,turançılıq sevdasına düşmək,komunist öldürməyi özünə ən böyük vəzifə bilmək yoxda.

Raziyam
Link to comment
Share on other sites

  • 1 month later...

milliyyətçi olmax o deməy deyilki başqa millətdərə qarşı nifrətli olsun, Milliyətçi öz millədini və vətənini çox sevir lakin nifrəti ancax millətinin əleyyhinə və millətini incidən millətdərə qarşı nifrət və kini ola bilər. ancax başqa millətdərə qarşı heç bir nifrət və kin olmur. mən milliyətçiyəm vəətənimə əl uzadan və millətimə qarşı çalışan millətdərdən başqa bütün millətdəri dost və qardaş kimi qəbul edirəm.
Link to comment
Share on other sites

biz vetenshuven mlletchi ve vetensevenik, milletchiliyin 2 fotmasi var: biri patiotizm ve o birisi ise sirf öz milletini bashqasindan üstün tutmasidi. Bizde daga chox milletchiliyin savadsiz formasi üze chixir ki, o da mentigi sonluq kimi vetenshuvenliyin yaranmasina sherait yaradir. Esasende ellerinde bayraq alib kuchede qishqiran, men "türkem" deyen, sosiyal shebekelerde "i love Azerbaijan" ve saire bu kimi insanlara aid etmek isterdim. Vetene sözde ve demonstrasiya formasinda etmek lazim deyil, eger sen esl patriot ve ya olsun bele milletchi olmaq fikirindesense onda emelde etmek gerekdi!

Link to comment
Share on other sites

  • 3 weeks later...

oz milletimizden utaniriq e bizde.ne milletcilik??? Meselen adi bir pul xirdalayanda xeyir qalmadiqi halda olsada deyirler yoxdu yani eyer milletci olsag bilerik ki lazimdi deye muraciyyet eleyibler neysr en azindan mawin yollarina baxmag lazimdi.

Link to comment
Share on other sites

  • 3 weeks later...

millətçilik - ideologiyadır. ideoloji təsir üsullarından istifadə isə həssas məqamdır. çünki, əslində tükənməz potensialı olan bir qüvvəni "hüdudları və məqamı" mütləq müəyyən olan bir formaya salmaq və idarə etmək tələb olunur. əks halda, nəzarətdən çıxan millətçilik ruhu fəsad törədə bilər. əqidə və ideologiya qarşıdurması isə cəmiyyətə sabitlik gətirmir. ifrat vətənpərvərlik vətən sevgisində bəslənsə də, bəzən nifrət və qəddarlıq kimi təzahür edə bilir...tarxidə kifayət qədər faktlar var.

yuxarıdakı bir müəllif qeyd etdiyi kimi, " millətçi ola bilmərik də..." . olsaq da, cəmiyyətimizə millətçilik fayda verə bilərmi ? pozitiv əhvalını hansı mənbələrdən götürməlidir ? atəşkəs dövründə, neqativ hansı istiqamətə yönəlməlidir ? hansı hallarda millətçi davranışa haqq qazandırmaq mümkündür ?

millətçi yox, amma vətənpərvər olmalıyıq , həmçinin tolerant da (yəni anlayışlı, təmkinli, dözümlü) olmalıyıq...qədərində... amma daha hisslərimiz kütləşənə qədər yox, laqeydlik immuniteti yaranana qədər yox

Kim deyib ki, Qadinlarda agil olmur ))))))))))))) Bravo.

Link to comment
Share on other sites

  • 1 month later...

 Zaman keshdikche  fikirleshirem ki milletimizin eh bed terefi ve bezen diger milletlerle muqaise ederken aciz qalmasi onun savadsizligidir elme xususen de texniki fenlere oyrenmekdense daha chox tez qazanc elde edib alib satmaq ve yaxud sade dille desek alvere meyilli olmasidir. Bunun ilkin sebebini mence tehsil sistemimizin lazimi seviyyede olmamasi ve ikinci terefi ise ailede evladlarin bilik ve elmi tebligi ashagi seviyyede olmasidir. Yuxarida yazdiklarimi esasen eyaletlerde yashayan soydashlarimiza aid etmek olar. Men milletimi savadli bilikli,  diger dovletlerin  bazarlarinda ezilib eyilib aciz qaldigini gormek istemirem. Milletimizin savadsizligi umumi qebul olmush medeniyyetden uzaq davranishlarina gore sizce mesuliyyeti ilk novbede kim dashiyir. Shexsen ele fikirleshirem ki bunu ilk olaraq mesuliyyeti indiki Tehsil Nazirliyi ,Medeniyyet, Idman ve Genclik Nazirlikleri dashiyir/ Bu menim shexsi fikrimdir.

Link to comment
Share on other sites

Bəlkə mövzudan kənara çıxacam, amma istərdim fikrimi deyim.

Düşünürəm ki, Azərbaycanda demək olar ki, hamı millətçidir amma dövlətçi deyil. Millətini isə o öz kəndi, qəsəbəsi, yerlisi prizmasından görür. Filankəs mənim yerlimdir. Başqa hall isə odur ki, Azərbaycanda çoxlu xalqlar, millətlər var. Xırdalı böyüklü bu xalqlar özləri özlüyündə millətçidirlər. Öz xalqının millətçisi. Amma - heçnəyə baxmayaraq dövlətçi olanlar isə azdır. Millətçi olmaq yox, dövlətçi olmaq lazımdır. Millətçili bizim ölkə kimi çox xalqlı dövlətləri parçalanmaya aparır, nəinki birləşməyə.

azerbaycan milletchiliyinden soz ederken tebii ki bu hech bir halda diger xalqlarin haqq ve huquqlarini tapdalamaq anlamina qelmir milletchiliyimiz esasi ele devletchilikdir  yani bu devletin dili ,bayraqi,  vetandashi, tarixi iqtisadi ve milli maraqlari  daim ustun tutulmali ve qorunmalidir. Bugunku Azerbaycanda saydiklarimin hansi daim qorunur ? 

Link to comment
Share on other sites

Biz azərbaycanlılar millətçiyik mi ? və ümümuyyitlə azərbaycan millətçiliyi necə olmalıdır sizcə ? Cəmiyyətin milliyətçi olub olmamasının göstəriciləri nədən ibarətdir ? Milliyətçi olmaq ayıbdır mı ? Bu mövzuda fikir paylaşmağınızı isərdim

azerbaycan
Link to comment
Share on other sites

Maraqlı mövzudur.

Kifayət qədər dərin suallar qoymusunuz.

1)Biz millətçi yox daha çox tolerant xalq kimi tanınırıq.

2) Başqa yelərdə olan analoji halları bizə misal gətirmək lazım deyil. Ən azı özümüzün nümunələrimiz var sadəcə onları hamıya çatdırmaq lazımdır.

esas oldu
Link to comment
Share on other sites

Uzun  illər başımızı qaldırmaq .MİLLİ mənin varlığını  daha bariz formada ortaya qoymaqdan çəkinmişik. Səbəbləri  barəsində daha çox fikirləşmək  istəmirəm. Məni nəticələr maraqlandırır. Biz daşıdığımız ideyanı FƏRDLƏRİN səviyyəsindən qaldırıb yüzlərin ,minlərin ,milyonların İDEYASINA ,HƏYAT  FORMASINA  ,YAŞAMAQ TƏRZİNƏ ÇEVİRMƏLİYİK.

Azərbaycan-Türkiyə futbol oyunu gedirdi. Bizimkilər qol vurdu. Sadəcə sevindik. Türklər qol vurdu.Türk bunları dedi. TÜRKİYEM,HER ŞEYİMSEN.

Komplekslərdən ,illuziyalardan azad olmağın çoxdan vaxtıdır.Başqalarına yamaq ,calaq olmaq lazım deyi. ÖZÜMÜZ OLMALIYIQ.

Kiçik neqativ halları şişirdib MİLLƏTİN ADINA YAZMAQ DEYİL.Mundar hər yerdə var.

Edited by MM-MURADIM
Link to comment
Share on other sites

  • 2 weeks later...

Əlbətdə deyil, parodoksal hal deyim sizə, xəbərlərə baxırıq, əvvəlcə reportaj gedir : Azərbaycan xalqı tolerantdır.... daha sonra digər sujet, biz diasporalaşa bilmirik ... ))

bir xalq ki, tolerantdır, o elbətdə birləşə bilməz, ya biri olmalıdı ya obirisi ))

Link to comment
Share on other sites

Xeyir, biz millətçi deyilik. Əksinə, biz daha çox digər millətlərə üstünlük veririk nəyinki özümüzə. Dəfələrlə şahidi olmuşam ki, xidmət göstərilən yerlərdə xarici vətəndaşa daha diqqətlə xidmət göstərirlər, soruşanda nə üçün, heç özləri da deyə bilmirlər....yəqin ki, qanımızda var ki, xaricilər potensial pul mənbəyidir və onların yanında əyilmək lazımdır.

Hərdən isə mənə elə gəlir ki, millətçilik bizdə heç olmamalıdır.....görün tarix boyu biz kimlərin əsarəti altında olmuşuq....millət nə qədər qarışar, nə qədər kökündən uzaqlaşar. Bu gün imkan versən ümumiyyətlə millət bölüşər rayonlar üzrə....kiçik dövlətlərə.  

Bu gün təəssüflər olsun ki, millətin başı qarışıb pul qazancına......Erməniyə da dayı deyərəm, təki işim getsin....hətta belə deyənlər da var.

Link to comment
Share on other sites

  • 2 weeks later...

gündelik problemler ne geder chox olsa da,normal heyat shertleri ne geder chetinleshse de ozumuzu bu millete aid edirikse milletimizin kechmishi,bu gunu,geleceyi ile maraglanmag,bigane galmamag lazimdi.bu da yaxshi menada milletchilikdi ele..

Link to comment
Share on other sites

  • 2 weeks later...

Biz azərbaycanlılar millətçiyik mi ? və ümümuyyitlə azərbaycan millətçiliyi necə olmalıdır sizcə ? Cəmiyyətin milliyətçi olub olmamasının göstəriciləri nədən ibarətdir ? Milliyətçi olmaq ayıbdır mı ? Bu mövzuda fikir paylaşmağınızı isərdim

Milliyyətçilik məfhumu özlüyündə pis bir əlamət deyil. Öz vətəninə sevgi məhz millətçiliklə əlaqədardır. Bu sevgi ilk növbədə insanların öz ölkəsinə xidmət edib, onun daha da inkişaf etdirilməsinə yönəldilməlidir. 

Link to comment
Share on other sites

  • 2 weeks later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
      • 19 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Like
      • 20 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Haha
      • 57 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Like
      • 275 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
        • Upvote
        • Sad
        • Confused
      • 279 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
        • Milli
        • Haha
        • Like
      • 185 replies
    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
        • Like
      • 4 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...