Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“Dini Məktəblərin Olmasını Istəyirsinizmi?” Sorğusunun Nəticələri


Recommended Posts

5 hours ago, 513 said:

Eger bir dini muzakire edirikse bu halda hemin dine istinad ederek muzakire aparmaliyiq.mueyyen menada benzetmeler etmek tebiidir amma bezi terminlerin menasini bilerek deyisdirmeye calismaq dogru deyil! 

         Ayələrdə terminlərin mənasını bilərək dəyişdirmək - həmin ayənin əslini inkar etməkdir. Belə bir iş görməkdən Allaha sığınıram.

      Maidə 72. "Şübhəsiz ki, Allah Məryəm oğlu Məsihdir"– deyənlər artıq kafir oldular. Məsih isə demişdir: "Ey İsrail oğulları! Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır".

       Məsələn, bu ayəni götürək. Bu ayə, məzmunundan göründüyü kimi, xaçpərəstlər haqqında nazil olmuşdur. Ondan sonra gələn ayələrə də baxın: 

        73. "Allah üçlüyün üçüncüsüdür!"– deyənlər artıq kafir oldular. Halbuki Tək İlahdan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Əgər onlar dediklərinə son qoymasalar, onlardan kafir olanlara mütləq ağrılı-acılı bir əzab toxunacaqdır.

        74. Onlar Allaha tövbə edib Ondan bağışlanma diləməyəcəklər? Allah ki Bağışlayandır, Rəhmlidir.

        Gördüyünüz kimi, sözlərim səhv deyil.

 

      Əz - Zumər (Zümrələr)  53. (Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir!

       Burada şirk barədə bir şey yoxdur.

       "özlərinə zülm edən" sözlərinin əvvəlində (günah törətməkdə) yazısı isə tərcüməşiyə məxsusdur. və mən bu ifadə ilə razı deyiləm.

        "özünə zülm etmək" - Zun-nun haqqında ayədən bəlli oldüğü kimi, öz üzərinə düşən vəzifələri icra etməmək mənasındadır. Bu vəzifələri  isə bildiyiniz kimi 50 haqq adı altında göstərmişəm (Milli Mənəviyyatımız və İslam).

         Bir məsələni qeyd etmək istəyirəm. Həmin mövzuda göstərilən 50 haqq (insanın vəzifə borcları) 4 -cü imam Əli ibn Hüseyn (Səccad) tərəfindən tərtib olunub. Təbii ki, atasından, babalarından miras olan bilik sayəsində və tam "Quran" uyğun olaraq. Ən maraqlısı odur ki, bu vəzifələr İranda (şiəliyinə rəğmən)  tədris edilmir. Ön plana çəkilmir. Eləcə deyilir ki, bəs belə bir kitab da var, kitabxanadan götürüb oxuya bilərsiniz. Uzun əsrlər boyu isə bu kitab "risalətül hüquq" yəni hüquq risaləsi adı altında tanınıb.. Haqq ilə hüquq ayrı-ayrı şeylər olduğuna baxmayaraq. Düşünürdüm niyə axı? fikirləşdim ki, cavabı budur.: burada Peyğəmbərin və imamın haqqı deyilən bir bölmə yoxdur və 49-cu haqq (millətin haqqı) İran (fars) siyasətinə ziddir.

         Bunları niyə söylədim. Biləsiniz ki, mənim baxışım hər hansı təbliğ olunan baxışlardan kifayət qədər fərqli ola bilər. Amma hər bir halda, Qurana zidd olan söz söyləmərəm.

9 hours ago, 513 said:

keske yazdiqlariniz Quranda olaydi amma heyf ki milyarddan cox insanin inandigi bu din olduqca radikaldir

          Mənim yazdıqlarım Quranda var. Radikal olan din sə Türkiyənin, İranın, Səudiyyənin və hətta İngiltərənin dövlət maraqlarına uyğun olaraq, müəyyən ayənin şişirdilərək və təhrif olunaraq "molla"lar tərəfindən yayılanlardır. İranda da, Türkiyədə də həmin baxışlara üsyan edən alimlər var. Amma Dövlət özü "müxalifət" adlandıraraq onların başından basır.

         Bir də, "Quran"ı oxuyanda maraqlı hal baş verir. İlk dəfə oxuyarkən yalnız Cəhənnəm haqqında ayələr diqqəti daha çox cəlb edir. İkinci dəfə oxuyanda isə Cənnət barədə. (ara-sıra yox, əvvəlindən axırına qədər oxumaqdan söhbət gedir) 

         Allahın rəhmindən ümidsiz olmayın. (Zümər, 53)

 

Link to comment
Share on other sites

9 hours ago, 513 said:

ACIQ ASKAR DIN DEYIR KI ALLAHA VE QIYAMET GUNUNE INANMAYANLARIN BUTUN YAXSILIQLARININ QARSILIQLARI BU DUNYADA VERILECEK VE O BIRI DUNYADA ONLARI CEHENNEM EZABI GOZLEYIR!!!!!!!

        Allah hər şeyi biləndir. İnsanların əvvəlini də, axırını da bilir. Dediyiniz məsələ də var. Bu o kəslər barədədir ki, onsuz da, heç zaman inanmayacaqlar. Bu hər müşrik və kafirə şamil edilmir.

        Əsas üç dəstə var: möminlər, kafirlər və münafiqlər. Peyğəmbərimiz(s) bu üç dəstədən ümməti üçün ziyan verəcək birini deyib : münafiqləri. namaz qılar, oruc tutar, əməli isə dinin əksi olan kəslər. Həmin radikal adlandırdığınız da əsasən onlardan ibarətdir.

Link to comment
Share on other sites

ne "yaxsi" izah etdiniz :) 

herseyi bilen bir allahin gonderdiyi kitab dunyani qana boyayib siz ise deyirsiz ki yox allah herseyi ezelden bilir.ezelden bildiyi halda butun bunlara raziliq veren bir yaradanin edaletinden suphe etmek mentiqi neticedir.

ayeler aciq askar deyir ki allaha inanmayan ona serik qosanlar cehennemlikdir.boyuk herflerle yazmisdim.tekrar yazmayacam daha.cavablariniz inanmaq isteyen bir insan ucun dogru gorunebiler.insanda mentiq deye bir sey var..nese.....

  • Upvote 1
Link to comment
Share on other sites

bugun is yerinde mudur oz iscilerine telimat ucun kitabcalar paylayir.kitab qusursuz olsa bele mudur bilir ki isciler bu kitaba duzgun riayet etmeyecekler ve sirket pis gune qalacaq ve iscilerin basi belalar cekecek ve neticede isciler ishden qovulacaq(cehenneme gedecek) bu halda neticesini bildiyi halda kitabda yazilanlarin onemi nedir axi? insanin azadliginin onemi nedir axi?burada allahin herseyi ezelden bilmesi meselesi dinin butun argumentlerini mehv edir.......

  • Upvote 2
Link to comment
Share on other sites

1 hour ago, 513 said:

dinin butun argumentlerini mehv edir......

     Arqument biz öz aramızda mübahisə edəriksə, lazım olar. Din istəsək də istəməsək də var və heç bir arqumentə də ehtiyacı yoxdur.

Mən isə mübahisə etməyi xoşlamıram. Məşvərət isə mənlikdir. Odur ki, arqumentlərə mənim də ehtiyacım yoxdur.  Məşvərət fikriniz varsa, hazıram. Mübahisə isə səviyyəsiz insanların işidir. Çünki sonrası tənqidə və təhqirə keçir və bu da insanda səviyyəsizlik tələb edən bir şeydir. Gördüyünüz kimi bütün cavablarımı və fikirlərimi səbrlə, distansiya gözləyərək yazıram. Tələsərək və əsəbi halda yox.

     O ki qaldı dinin və ya kitabın qan tökməyinə, gəlin bəsit baxmayaq, Peyğəmbərdən(s) əvvəl qan tökülmürdü, yoxsa biyabırçılıqlar olmurdu? Nuh peyğəmbərin tərk etdiyi qövm, lut peyğəmbərin qövmü kitabla idarə olunurdu? onları idarə edənlər indi də sadəcə İslam dinindəki hərc-mərclikdən iməharətlə stifadə edirlər. Özləri ağlar, bizlər isə qaralarıq. Kitab bu gün aradan götürülsə, başqa bir bəhanə tapacaqlar. Yoxsa Ukraynanın kitabı var? Və bu kitaba görə qan tökürlər?

     Hitler ya napoleon bəlkə Kitabın təsirindən həvəslənmişdilər?

     Tənqid etmək və hər şeyə bəhanə tapmaq olduqca asandır. Həmin təriflədiyiniz Amerika və Avropa deyildimi Livana, İraqa, Suriyaya soxulan? Bütün bu olayları qaynadan onlar deyillərmi?

      Restoranda bir uşaq işləyirdi. Səs operatoru 16-17 yaşı var idi. Müğənnilərdən bir qismi bir-birinə yaxın dayanmışdılar və səhnədə oxuyana tamaşa edirdilər. Uşaq yavaşca müğənni qadının beldən aşağı hissəsinə yüngülcə şillə vurub, geri çəkildi. Qadın müğənni də dönərək arxasında durmuş məhşur müğənnilərdən birinə güclü bir şillə vurdu. Və başladı bunların davaları. Uşaq isə hırıldaya - hırıldaya bunlara balet edirdi. Uşağın atası qıraqdan bu hadisəni görürdü. O söhbət etmişdi mənə.

       Müharibə qızışdıranlar da eyni proyektlə hərəkət edirlər. Hərdən də bir az improvizə edirlər. Kitabın isə bütün bunlara zərrə qədər dəxli yoxdur.

Edited by sultanat
  • Upvote 2
Link to comment
Share on other sites

Цитата

Din istəsək də istəməsək də var və heç bir arqumentə də ehtiyacı yoxdur.

o dinden afrikadaki qebilelerde de var.

 

Цитата

O ki qaldı dinin və ya kitabın qan tökməyinə, gəlin bəsit baxmayaq,

bu abzasda yazdiqlariniza: 124000 peygamber, 3 kitab gonderdi ve bunlar muharibelerin sayini azaltmadi ve hele ustune elave muharibeler de meydana geldi.allah din gondermemisden olacaqlari bilmirdi?yoxsa inandirmaq istedikleri bendelerine gucu catmir? demeyin ki  o istese inandirardi.hec de ele deyil.cunku cox isteyib,124000 peygamber gonderib 3 kitab, bir qovmu suda bogub, bir qovmu kendde yandirib, bir qovmu meymuna cevirib ve sonra canli mocuzelere kecib,esadan ilan duzeldib,dagdan deve,palciqdan yarasa,ayi ikiye bolub,olunu dirildib, yani allah heqiqeten var gucu ile insanlari inandirmaq isteyib amma bacarmayib :)  burada qudretli allah herseye gucu yeten allah ifadesi ortadan qalxir.tebii ki bunlar sadece nagillardir ve tutarsizdir.cunku hem insanlari inandirmaq isteyen hem bunun ucun deriden qabiqdan cixan bir tanrinin sonsuz guclu olmasi teqdirinde oz isteyine catmamasi, sadece tutarsizdir.buna inanmaq ucun yeterince sebeb olabiler bir insanda.amma bu bilgi deyil inancdir.nece deyibler: INANMAQ BILMEYI ISTEMEMEKDIR.

 

Цитата

Tənqid etmək və hər şeyə bəhanə tapmaq olduqca asandır. Həmin təriflədiyiniz Amerika və Avropa deyildimi Livana, İraqa, Suriyaya soxulan? Bütün bu olayları qaynadan onlar deyillərmi?

bunun hesabini o biri dunyada allahdan sorusmaq lazimdir ki neye amerika ve avropani  bu qeder qudretli edib muselmanlarin basina bela etdi :) buarada sorusmaga imkan olsa bunu da sorusun: neye gore en kamil din dediyi islam yayildigi erazilerde cahillik vehsilik barbarliqdan basqa bir sey uze cixarmir.

 

(movzudan kenar sualim olacaq: ahzab suresi 37 ci aye haqqinda ne dusunursuz?atanin ovladliga goturduyu ogullugunun arvadi ile evlenmek, yani bir nov qaynata gelin evliliyi.o gun aile daxili nigahlar baresinde avropani xeyli qinamishdiz.istesez axtarin ele bir movzu olmalidir forumda.oradan yazin cavabinizi)

Link to comment
Share on other sites

Цитата

(movzudan kenar sualim olacaq: ahzab suresi 37 ci aye haqqinda ne dusunursuz?atanin ovladliga goturduyu ogullugunun arvadi ile evlenmek, yani bir nov qaynata gelin evliliyi.o gun aile daxili nigahlar baresinde avropani xeyli qinamishdiz.istesez axtarin ele bir movzu olmalidir forumda.oradan yazin cavabinizi)

 

Sultanat bey, buna fikrinizi bilmek isterdim.amma yazmadiz.

Link to comment
Share on other sites

8 hours ago, 513 said:

 

Sultanat bey, buna fikrinizi bilmek isterdim.amma yazmadiz.

     "Təkrar - biliyin anasıdır".

     Keçən dəfə cavab verdim. Həmin yazılarda, ilk iki cümlə ilə.

     Amma yenə də izah edərəm. Əslində, bu sualın cavabı bəlkə də, +18 bölməsində verilməli idi. Sadəcə o bölməyə daxil olmağı da özümə layiq bilmirəm, nəinki Sizə.

     Dediyim kimi, əmiqızı, dayıqızı, bibiqızı, oğulluğa götürdüyünün arvadı və s. - bunlar Allahın qoyduğu həddlərdir. Sərhəddir. Bundan o yana keçmək olmaz.

     Əgər din olmasa, bu həddlər göstərilməsə, onda nə olar? Kim və nə əsasla öz qardaşının arvadını alanı qınaya bilər? (Azərbaycanda da tətbiq olunur), kim öz xalasını, bacıcını alanı qınayar? Kim  ümumiyyətlə "pozğun", adlandırdıqlarımızı qınaya bilər? Nə əsasla?..Nə əsasla, dövlət mexanizmlərini yaratmış bəzi filosofların "arvadlar və uşaqlar ümumi olmalıdır" fikrinin qarşısı alına bilər?

     "Allah şəhvəti 10 hissədən yaratdı, 1-ni kişidə, 9-nu qadınlarda qərar verdi. Həya və iffəti də 10 hissədən yaratdı və həmin əndazədə bölüşdürdü (yəni 9-u qadına, 1-i kişiyə), əgər belə etməsəydi, hər qadın ən azı 10 kişiyə bağlanardı."

      Qadının həya və iffət pərdələrindən 1- incisi ilk dəfə öz qanını görəndə, 2-incisi zifaf gecəsi, 3-cüsü isə uşaq dünyaya gətirəndə aradan gedir. Digər həya və iffət pərdələrinin aradan getmə səbəbləri müxtəlif ola bilər. Məsələn, qadın hər gördüyü və ona məlhəm olmayan kişilərlə çənə vurmağa adət etdikdə, məhz ora-burasını göstərmək üçün açıq-saçıq geyinməyə adət etdikdə, öz xoşu ilə bir-neçə kişi ilə əlaqədə olduqda, ərinin abır-həyasını aradan aparacaq, alçaldacaq hərəkətləri ilə öyünəndə və bütün bunların hamısına haqq qazandıranda və s. Başqa səbəblər də ola bilər.

      Hər bir halda, həya və iffət pərdələrinin çoxunu itirmiş qadına "həyasız qadın" deyirlər. Kişi öz həya və iffət pərdəsini itirsə, artıq o, "kişi" adlanmaqdan xaricdir. Çünki, onda bu pərdədən bir dənə idi.

      (İffətli qadınlarımızdan üzr istəyirəm..) Yəqin ki, rast gəlmiş və ya eşitmiş olarsınız. Pozğun qadın bir neçə dəfə görüşdüyü kişiyə onu sevdiyini göstərir. Bütün hərəkətləri bundan xəbər verir. Bir neçə gündən sonra xəbər tutur ki, bəs filankəsi də sevir. Elə bilir ki, aldanıb. Amma aldanmayıb, sadəcə, deyildiyi kimi, həya və iffətini maksimum itirmiş qadın həqiqiyə çox yaxın olan sevgi ilə bir neçə kişini sevə bilir..

      Bunları niyə söylədim:  Biləsiniz ki, insanın şəhvət özbaşınalığın qarşısını alan - həya və iffətdir. Həya və iffəti qoruyan isə əxlaqi tərbiyədir. Odur ki, din hər zaman ilk növbədə "əxlaq" mövzusunu ön plana çəkib. Əxlaq zəif olanda, insanların həya və iffəti asanlıqla aradan gedir, həya və iffət aradan gedəndə isə şəhvət padşahlıq edir. Şəhvət , əlbəttə ki, insana lazımdır, əks halda nəsil artımı olmaz. Amma ona da sərhəd qoyulmalıdır. Ümumiyyətlə, hər şeydə, şəhvətdə də, həya iffətdə də, əxlaqda da müəyyən hədlərin olması zəruridir.

      

      

  • Upvote 3
Link to comment
Share on other sites

Цитата

Əgər din olmasa, bu həddlər göstərilməsə, onda nə olar? Kim və nə əsasla öz qardaşının arvadını alanı qınaya bilər? (Azərbaycanda da tətbiq olunur), kim öz xalasını, bacıcını alanı qınayar? Kim  ümumiyyətlə "pozğun", adlandırdıqlarımızı qınaya bilər? Nə əsasla?..Nə əsasla, dövlət mexanizmlərini yaratmış bəzi filosofların "arvadlar və uşaqlar ümumi olmalıdır" fikrinin qarşısı alına bilər?

tamamile SEHV fikirdir.meger din yox iken  butun qohum eqreba kim kimle harda nece geldi "ish" gorurdu?islamdan once bu saydiginiz anormalliqlar normal qarsilanirdi ki?bugun islamdan bixeber qebileler bele bu dediklerinizi etmir. exlaq kodekslerini din mueyyenlesdirmeyib.

 

 

Цитата

 Bunları niyə söylədim:  Biləsiniz ki, insanın şəhvət özbaşınalığın qarşısını alan - həya və iffətdir.

Sultanat bey, saydiginiz exlaq normalari dusmenin arvadlarini ozlerine halal bilmek idi?quran exlaq kodeksi olaraq bunu endirmisdi?(nisa24) diger yandan da men sualimi aciq formada vermisdim.

 

size rayondaki bir qonsumuzun heyatindan yazacam.

bizim bir qonsumuz Aga adinda(tam adi Agamusadir) bir kisi  var ve heyat yoldasi bundan evvel evlenib bosanmisdi Aga onun ikinci eridir ve olduqca xosbextdirler.kisi de

bir defe evlenib bosanib amma ovladi olmamisdi.indi bu qadindan bir qizi ve bir oglu var ve qadinin da bundan evvelki heyat yoldasindan bir ovladi var.amma 3 usaq da bir arada boyuyub boya basa catiblar.bu qadinin birinci erinden olan usagi 3 yasinda iken bunlar aile heyati qurublar.bu ailenin de sebebi o olub ki qadin dusunub ki kenardan adima soz geler,ozume uygun birini tapim ve aile qurum.indi bu ata oz ogey ovladini 3 yasindan boyudub ve ona ataliq edib.mektebi, geyimi, cibindeki xercliyi ve elinden geldiyi qeder ata nevazisini eksik etmeyib yani oz dogma ovladlarindan ayirmayib.oglanin indi 21 yasi var.hele ki evlenmeyib.dusunun ki bu oglan evlenir ve bir avtomobil qezasinda heyatini itirir.sizce bu ata dul qalmish gelini ile evlenebiler? evlense siz nece baxarsiz?razisiz?dayim namaz qilan bir insandir ona bu suali verdim dedi pis baxaram.kisi olan kes onu etmez.dedim ki bu quranda var ve sohbeti orada bagladi amma 2-3 gun sonra mene dedi ki gorunen odur ki peygamber de oz istekleri ucun Allahin adindan istifade edib ve dedim bu dine nece inanirsan? dedi men allahima inaniram ve dusunmurem ki bele bir seye allah rizasi olsun.bu hadiseye de peygamberin sehvi kimi baxdi.bu adam eger 30 ilin muellimi olmasaydi belke de hadiseye don geyindirmeye calisardi.amma agli basinda Azerbaycanli turku oldugu ucun erebin her hereketine haqq qazandirmaq mecburiyyetinde olmadigini derk eden biri idi.dayim sohbetin sonunda dedi ki islam allahin dinidir ve cennet cehennem de ona mexsusdur,peygamber sadece elcidir ve sehv edebiler cunku insandir.namaz qilan insandan bunlari esidende basadusdum ki dindarliq axmaqliq demek deyil, insan herseyi mentiq cercivesinden deyerlendirebiler.

  • Upvote 1
Link to comment
Share on other sites

Tutaq ki onlarin aralari pozulub , amma fakt odurki Hz . Zeynebi Hz . Mehemmed Zeyd ile evliligi zamani gorub beyenib . Ereb enenesine gore bele evlilik haram olmali idi . Sonra lazim gelende bu enene aniden deyishilir. Ne ucun bu eneneni deyishdirmek imenno Mehemmedle Zeynebde bash verir .? Nese qaranliq ayedir . 

Link to comment
Share on other sites

19 hours ago, 513 said:

.meger din yox iken  butun qohum eqreba kim kimle harda nece geldi "ish" gorurdu?islamdan once bu saydiginiz anormalliqlar normal qarsilanirdi ki?bugun islamdan bixeber qebileler bele bu dediklerinizi etmir.

      " Din yox ikən" əvəzinə "7-ci əsrdən əvvəl" və ya hətta "eramızdan əvvəl" yazsaydınız tamamilə doğru sual vermiş olardınız.

      Əvvəla, din həmişə olub. İnsan yaranandan din olub. Din insan tərəfindən icad edilən bir şey deyil. Insanı icad edən tərəfindən Yer üzərində yaşamaq üçün verilən instruksiyadır. Maşın və s. texnika instruksiyasından fərqli olaraq, bu instruksiyaya əsasən insan özü-özünü idarə etməlidir.

      Bu "instruksiya" insanın əlinə verilməmişdən, insanın ruhuna hopdurulub. Bu "instruksiya"dakılar "yaxşı"lar, əksi isə "pis"lərdir. İnsanın ruhuna köçürüldüyü üçün, "yaxşılar" və "pis"lər insanda şüuraltı səviyyədə həmişə mövcuddur. Odur ki, deyilir: "Hər bir uşaq islam dinində doğulur". İnsanın bu "instruksiya"ya zidd olan hərəkətləri və sözləri qəlbi pərdələdikcə, ondan bəhrələnmək imkanını azaldır. Yəni, insan qəlbindəki "yaxşı" ları görmək imkanı məndudlaşır və getdikcə, daha "pis" əməllərə qurşanır. Hər bir vaxt bu "instruksiyaya" görə insan nə etməlidirsə, intuisiya şəklində (ani gəlib-getməklə) insana agah olur. 

      İnsana soyuq dəyər, xəstələnər. O, həkim çağırar. Həkim birinci dəfə ona kəklikotu kimi bitkilərdən məsləhət görər. İnsan bir də özünü soyuğa verər. Bu dəfə həkim ona tabletka yazar. İnsan yenə soyuqlayar. Bu dəfə həkim ona iynə təyin edər. Bir də soyuqlasa, söhbət yalnız cərrahi əməliyyatdan gedə bilər.

      Beləcə, bəşəriyyət xəstələndikcə, zaman - zaman, bir-birindən daha ağır müalicə ilə peyğəmbərlər göndəriliblər. Onlarin vəzifəsi - "instruksiyanı" (dini) xatırlatmaq və bu instruksiyaya əməl eləməyəcəkləri təqdirdə, onları gözləyən hal ilə qorxutmaq olub. Yəni, peyğəmbərlərin vəzifəsi (özlərinin də instruksiyaya əməl etmələrindən başqa) - xatırlatmaq və qorxutmaq olub.

      Bütün peyğəmbərləri Allah elçi edib. Hamısı da islam dinində olublar. Peyğəmbərlərin bəziləri bəçəriyyətin daha ağır xəstəliyi məqamında göndəriliblər ki, onlar da "ulul-əzm peyğəmbərlər" adlandırılır.

      Allah, peyğəmbərlər, din, bəşəriyyət barədə mənim qısa şəkildə ümumi baxışlarım bunlardır.

      Bu baxışlara əsasən, Sizin bu cümlənizi təsdiq edirəm:

On 29.04.2016 at 3:38 PM, 513 said:

bugun islamdan bixeber qebileler bele bu dediklerinizi etmir

     

       Bunlar, dediyim kimi, mənim şəxsi qənaətimdir və bu aspektdən bütün düşüncələrimi formalaşdırıram. Təbii ki, Sizin baxışlarınız tam fərqlidir. Odur ki, eyni məsələyə baxışlarımız da müxtəlif olur.

       Bir azdan vaxt tapsam, növbəti sualınıza da cavabımı yazacam (oğulluğa götürülənin arvadı barədə) . Hələlik üzrlü sayın, yenə qonağım var...

     

 

Link to comment
Share on other sites

Цитата

Əvvəla, din həmişə olub. İnsan yaranandan din olub.

insanin yaradilgdigini qebul eden biri dinin de onla birlikde geldiyine inanacaqdir.bu tebiidir.ferqli movqeden baxmaq lazimdir.siz suallar qarsisindaki 4 variant barede evvelceden mueyyenlesdirdiyiniz cavaba nece getmeyin yolunu axtarirsiniz.sizin ucun cavab artiq movcuddur.bizim ucun ise cavab muemmalidir.. bu baximdan siz hemise yanilirsiz, cunku siz suali oz isteklerinize uygun sekilde yozursuz....

Link to comment
Share on other sites

Цитата

Beləcə, bəşəriyyət xəstələndikcə, zaman - zaman, bir-birindən daha ağır müalicə ilə peyğəmbərlər göndəriliblər. Onlarin vəzifəsi - "instruksiyanı" (dini) xatırlatmaq və bu instruksiyaya əməl eləməyəcəkləri təqdirdə, onları gözləyən hal ilə qorxutmaq olub. Yəni, peyğəmbərlərin vəzifəsi (özlərinin də instruksiyaya əməl etmələrindən başqa) - xatırlatmaq və qorxutmaq olub.

yazdiqlarinizda hecvaxt beseriyyet terefinden qebul edilmis bir dene dogru yoxdur.eger daha agir mualice teyin olunursa bu halda Quran ozunden evvelki kitablardan daha deyerlidir.bu da sizin dogrunuzdur.ne diger dinin numayendeleri,ne de dinsizler bunu qebul etmir.

qaldi ki qorxutmaq ve xatirlatmaga, ne qeder ugursuz bir usuldur......

Link to comment
Share on other sites

26 minutes ago, 513 said:

Quran ozunden evvelki kitablardan daha deyerlidir.bu da sizin dogrunuzdur.ne diger dinin numayendeleri,ne de dinsizler bunu qebul etmir.

     Bu sözləriniz düzdür. Təbii ki, qəbul etmədiklərinə görə də, "digər dinin nümayəndələri" və "dinsizlər" adlanırlar.

  • Upvote 1
Link to comment
Share on other sites

Цитата

Bu sözləriniz düzdür. Təbii ki, qəbul etmədiklərinə görə də, "digər dinin nümayəndələri" və "dinsizlər" adlanırlar.

siz de diger dinlere gore eyni formada adlandirilirsiniz.bundan suphe etmeyin :)

qaldi ki dinsizliye,bunu bele goturek: 3000 dinden 2999-na niye inanmadiginizi bilirsizse dinsizler de sizin o geriye qalan bir dininize asagi yuxari eyni sebeble inanmir.dindarla dinsizi ayiran 3000 den birdirse mence cox da ferq yoxdur.

Link to comment
Share on other sites

Yüz mindən çox din olsa nolacaq olmasa nolacaq... Hər yerindən duran bir din qursun bizdə deyək ki filan qədər din var mən hansına inanım... Söhbət Allahın dinindən gedir. Elə danışırlar eləbil min dənə dinin söhbəti gedir seçmək olmur ki hansı düzdü...

Link to comment
Share on other sites

On 29.04.2016 at 3:38 PM, 513 said:

size rayondaki bir qonsumuzun heyatindan yazacam.

      Emossional və təsirli bir əhvalat oldu...

      Əslində məni bu sual heç vaxt narahat etməyib. Nə oğuuluğa götürdüyüm var, nə də özüm oğuuluğa götürülmüşəm. Qonşuluqda da rast gəlməmişəm.

      Bir də, daha əcaib məsələlər var, deyək ki, oğulluğa götürülmüş övlad öz "atalığı"nın qızı ilə (dediyiniz kimi, "mənəvi bacısı" ilə) bir-birini sevmiş olarlarsa, onda necə olmalıdır? Sevgilərindən imtina etməlidirlərmi? (Ümumiyyətlə sevgidən imtina etmək mümkündürmü?).Bu halda təsəvvür edə bilərsinizmi onların gələcək həyatı necə ola bilər? Biz deyərik ki, Bəli, imtina etməlidirlər.. Başqası barədə qərar vermək asandır.. (Şəriət qaydalarına görə, əgər bir ata-ananın övladları deyillərsə, o zaman məlhəm sayılarlar ki, onların süd anası eyni qadın olsun. Süd anaları eyni olarsa, onların evlənməsində gələcək övlad problemli ola bilər.)  

      Hər bir halda düşünürəm ki, hər bir hadısədə (əgər hökm vermək istəyiriksə)  fərdi yanaşma mövqeyi tutmaq lazımdır. Və hər iki tərəfi dinləməliyik Deyək ki, Sizin dediyiniz hadısədə oğulluğunun arvadı ilə evlənmək heç atalığının ağlına da gəlməz. (Başqa, biz bilmədiyimiz gizlin məqamlar olmasa). Ən azından ona görə ki, dedyiniz kimi, 3 yaşından oğulluğa götürüb. Deyək ki, onu 20 yaşında götürmüş olsaydı, onda dayınız nə deyəcəkdi? Yenə də ayəni inkar edəcəkdi?

İnanıram ki, əgər Quran deyilən evliliyi birbaşa haram buyursaydı, yenə də elə bir emossianal hadisə tapmaq olardı ki, insanları Quranı tərk etməyə çağırasınız. Hər bir hadisə müəyyən şərtlərlə əhatə olunub ki, bu şərtlərin hər birini nəzərə almaqla hökm vermək gərəkdir.

      Ədalət axtarırsınız. Biləsiz ki, ədalət - hökm verməklə bağlı bir məsələdir. Kompyuterin arxasında oturub, kiminsə haqqında onu dinləmədən, qarşı tərəfi dinləmədən, əhatə edən şəraiti nəzərə almadan hökm verirsinizsə və verdirirsinizsə, kabinetində oturub Sizin haqqınızda hökm verənlərdən niyə narazısınız? onlar da eynilə Sizin kimi edirlər.

  • Upvote 2
Link to comment
Share on other sites

Цитата

Əslində məni bu sual heç vaxt narahat etməyib. Nə oğuuluğa götürdüyüm var, nə də özüm oğuuluğa götürülmüşəm. Qonşuluqda da rast gəlməmişəm

inandiginiz dini gonderen allahin secdiyi en uca insanin atdigi bir addim mence sizi narahat etmelidir.

 

Цитата

Hər bir hadisə müəyyən şərtlərlə əhatə olunub ki, bu şərtlərin hər birini nəzərə almaqla hökm vermək gərəkdir.

bu cumle ve bu cumleye esaslanmis iddialariniz ve fikirlerinize birce cumle ile cavab vermek bes eder: behs edilen aye hec de o dovr ve sirf peygamber ucun buyurulmur, ayede deyilir ki, bunu peygamber edir ve siz de edin,burada allah hedd qoymayib.yani bu hokm gunu bugun de her bir insan ucun kecerlidir.shertler ve veziyyet deye bir mesele yoxdur.her bir ataliq oz ovladliginin gelini ile evlenebiler allah aciq askar buna icaze verir.mence izahat vermemisden bu yazdiqlarimi gerek ayeden ozunuz goreydiniz.....

amma menim fikrimce bu aye zeynebin gozel olmasina gore peygamberin oz isteyi ile yazilib.zeydin de en agir doyushlere gonderilmesi bosuna deyildi...

 

qaldi ki kimise dinden qurandan uzaqlasdirmaga, bele bir niyyetim yoxdur.men fikirlerimi yaziram....

 

 

Link to comment
Share on other sites

On 01.05.2016 at 4:46 PM, 513 said:

inandiginiz dini gonderen allahin secdiyi en uca insanin atdigi bir addim mence sizi narahat etmelidir.

      Mənim mənəvi halım barədə ilgiləndiyiniz üçün təşəkkür edirəm.

      "Narahat etmək" məsələsində, məni daha çox narahat edən öz addımlarımdır. Və əgər mən bu dinə inanıramsa, bu o deməkdir ki, Quranın qüsursuzluğun da qəbul etmişəm. Orada da Peyğımbərin (s). özündən bir söz demədiyi yazılıb,

      Bir də ki, o, "Quran"da da deyildiyi kimi, Allahın axırıncı elçisidir. Yəni, bütün son qaydalar onun tərəfindən deyilməli, bəziləri isə şəxsi misalında göstərilməli idi. Peyğəmbərə xoş olsa da, xoş olmasa da. Başqalarının xoşuna gəlsə də, gəlməsə də.

      Quranda yazılanlardan hər hansı sual olduqda mən bir prizmadan yanaşıram. "Bəşəriyyətə bu qayda və ya qanun, göstəriş niyə lazımdır?" Əbu əli ibn Sina da insanın bədən quruluşu haqqında mülahizələrini yazanda, eynilə bu cür yanaşırdı: "burun ona görə ağızla göz arasında yerləşdirilib ki,..." (necə ki biz deyərdik "qluşitel ona görə maşının arxasında yerləşdirilib ki...")

      Siğə, nigah, təlaq kimi sualların çoxunda isə mən acizəm. Çünki mən kişi xeylağıyam. Belə suallarda bir çox şərtlər müzakirə olunmalıdır ki, o da qadınların kompetensiysındadır. Və çox şeyin üstünü də onlar açmırlar. Sadəcə susurlar. Əks halda, səbəbləri bilmədiyimiz üçün və qadın kimi düşünə bilmədiyimiz üçün, qadınlara qarşı bir mənfi münasibət də oyana bilər. Dediyim məsələlər gəlin, qaynana, qayın, baldız, ər-arvad və s. aralarında olan sadə, zamanla yoxlanılmış qadın texnikalarıdır ki, biz kişilər bu məsələləri elə bilməsək yaxşıdır. Bu şeyləri də bilmədən, sözü gedən evlilik məsələlərini müzakirə etməyin adı yoxdur.

       Məhz dediyiniz "oğulluğun arvadını almaq" məsələsində müəyyən personajlar var ki, onların hər zaman necə düşünə biləcəyini bilmək lazımdır. Atalığın arvadı və ya arvadları, doğma övladlar, oğulluğa götürülən, onun arvadı, oğulluğa götürülmə meyarları və şərtləri, oğulluğa götürülənin yaşı və s. və s.

       Bəzi göstərişlər də var ki, bu, müəyyən şeylərin qarşısını almaq üçündür, onları çoxaltmaq üçün yox. Məsələn oğurluq elədi - əlini kəs. Bu göstəriş onun üçün deyil ki, camaat əl kəssin. Bu onun üçündür ki, oğurluq etməsinlər.

       Əgər deyiriksə, "bu cür evlilik ərəblərdə qəbul olunmurdu", belə çıxır ki, həddən artıq oğulluğa götürmə və götürülmə halları olub (çox güman ki, oğulluğa götürülənin yaşı barədə düşünmədən). Bəlkə bu halı azaltmaq lazım gəlib, Belə davam etməsinin ziyanlı tərəflərini də ölçüb-biçmək gərəkdir.

Edited by sultanat
  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 years later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
      Специалист в области недвижимости Эльнур Фарзалиев считает, проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
       
      В Баку нужно строить новые парковки, в противном случае цены их услуги будут продолжать расти.
        • Red Heart
      • 3 replies
    • В Азербайджане удостоверения личности будут полностью оцифрованы
      До конца года в законодательство будут внесены изменения, которые предусматривают полную оцифровку свидетельств о рождении, браке и смерти, а также удостоверений личности в Азербайджане.
      Как сообщает Report, об этом министр цифрового развития и транспорта Рашад Набиев сказал на проходящем сегодня в Баку саммите Insurtech.
      По его словам, на выдачу данных документов приходится около 40% всех услуг, предоставляемых государством населению: «В связи с этим в законодательство будет внесено более 250 актов и изменений».
      Набиев подчеркнул, что с этими изменениями подавляющее большинство транзакций между государством и бизнесом, государством и гражданами перейдет в электронный формат.
      Media.az
        • Like
      • 53 replies
    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
        • Sad
        • Confused
        • Like
      • 88 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
        • Upvote
        • Haha
        • Like
      • 9 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       

      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Upvote
        • Haha
        • Like
      • 284 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Like
      • 66 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
        • Milli
        • Upvote
        • Like
      • 20 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...