Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

“İt Bəxti” -Qaraqan


Recommended Posts

“İt bəxti”

(hekayə)

Ona qohum-qardaşın arasında hamı hörmət eləyirdi. Uzun illər heç kəsin qarşısında əyilməmiş, öz ailəsinə və vətəninə bağlı, daim insanların yanında başı uca olan Azər dayıya hamı hörmət eləyirdi. Onun nə pulu var idi nə vəzifəsi, amma həmişə başı dik, alnı açıq idi. çünki heç kəsin yanında əyilməmiş, heç kəsin qarşısında üzü qara olmamışdı. Cavanlar ona baxıb nümunə götürür, əsl kişinin bütün cəhətlərini onda görürdülər. Arvadı, uşağı o evə gələndə ayağa qalxır, onu sevir və onun sözünün çəkisini hiss edirdilər. Azər dayı köhnə kişilərdən idi və deyirdi ki, indi kişi qalmayıb.

Mən isə adi bir oğlan idim. Hansısa bir firmada işləyir və özümü dolandırırdım. Amma həmişə işimdə hiss eləyirdim ki, müdirə bir az yaltaqlanıram ya yuxarı vəzifədə iş boşalanda istəyirəm ki, məni ora qoysunlar. Bu hiss məni rahat buraxmırdı, özümü alçalmış hiss edirdim. Amma söhbət məndən getmir. Məsələ Azər kişi ilə bağlı idi. Ona qəribə bir təkliflə gəlmişdim. Daha doğrusu bu təklif mənim özümə də qeyri adi bir şey kimi gəlirdi. Amma məndən istəmişdilər mən də bunu Azər kişiyə çatdırmalı idim.

Qapını döyüb içəri keçdim:

- Salam Azər dayı, necəsiz..

- Salam ay bala, keç içəri.. çoxdandı görünmürsən.

- Həə yee, o qədər iş var ki, xaricə gedirəm gəlirəm, sifarişlərimiz olur.

- Hə bala, Allah səni saxlasın. Mən də iş axtarıram bu yaxınlarda bir təklif olmalıdır. Hörmətli bir adam var, deyəsən elmi işçi lazımdı olara.

- Həə, eşitmişəm

Deyib udqundum. Bu təklifi Azər kişiyə necə edəcəyimi bilmirdim. Köynəyimin yuxarı düyməsini açıb dedim.

- Azər dayı, bağışla məni vallah. Amma bir iş təklifi var.. bilmirəm necə deyim. çox sərfəli təklifdi.

O mənə baxdı, qaşlarını çatdı:

- Nə işdi ki?

Mən cəsarətimi toplayıb başdan ayağa ona təklifi danışdım.

Azər dayı, deməli bizim xaricdə bir müştərimiz var. Onun qolf meydançasına biz dərmanlar göndəririk. Ot dərmanları. Deməli bu adam çox varlı adamdı. Xaricidir, heç desən Azərbaycan hardadı bilməz. Bax ona bir işçi lazım idi.

Azər kişi soruşdu:

- Necə işçi? Mən dil zad bilmirəm haa, özüdə ailəni qoyub gedən deyiləm.

- Yox! Yox! Azər dayı, ailəni qoyub getmək lazım deyil, dil də lazım deyil. Onun başı xarabdı. Dəlidi bir az. Ağlı çatmır, Amma çox varlıdı. İsveçrə bankında milyarda yaxın pulu var. Böyük bir sarayda yaşayır, yüzdən çox kompaniyası var. Sadəcə ona bir nəfər adam lazımdı. Yaşı, cinsi, dili, milləti fərq etməz.

- Nə işdi ki bu belə? – deyib kişi təəccübləndi.

- Azər dayı, o milyonerin iti var idi. çox sevdiyi bir it idi. Ailəsi yoxdur, heç kəsi yoxdu qoca bir kişidi. Amma itini dünyalar qədər sevirdi. Bu yaxınlarda iti evdən qaçıb maşın təkərləri altda əzilib öldü. Iti öləndən kişi özünə glə bilmir. Indi də o bir nəfər adam istəyir, sadəcə onun evində ona itini xatırlatsın. Tənhalığını paylaşa bilsin. Sadəcə bircə gün. Bircə günlük evində olsun.

- Necə yəni itini xatırlatsın, necə yəni bircə gün?

Kişi fikrə getdi. Mən susub sakitcə əlavə etdim. Bu dəfə pıçıltı ilə:

- Azər dayı, 650 000 manat verir. Bircə gün onun evində itinin zəncirini boğazına taxmaq üçün. Şərti belədir ki, həmin adam danışmamalıdı, itin zəncirində gəzməlidir. Itin yatdığı otağda yatmalıdır. Azər dayı mən onun itinin yatdığı yeri görmüşəm, Allaha and olsun heç biz həyatımızda elə rahat yer görməmişik.

Azər kişi qızardı bozardı, az qaldı məni söyüb evdən qovsun.

Onda əlimi onun əllərinə atıb dedim:

- Azər dayı, qurban sənə bir dəqiqə fikirləş. Bunu heç kəs bilmir, o özü də gizli saxlayır bu xəbəri, Mənə də ordan onca min versən dilim qıfıl olacaq. özün də məni tanıyırsan. Heç kimə pisliyim dəyməyib. Sən bizim nəsilin ən hörmətli adamısan. Bax ona görə bunu sənə deyirəm. O qədər cındır-mındır var buna razı olacaq. Amma niyə onlar bir günə yarım milyon pul qazansın sən yenə qalasan ehtiyyac içində. Mən özüm istəyirdim razılaşım. Amma milyoner mənə dedi ki, olmaz. Məni tanıyır- bu onu sakitləşdirməyəcək, itini xatırlatmayacaq. Ona tanımadığı adam lazımdı. Gicdi dəə, Azər dayı başdan xarabdı, İrlanddı, İngilisdi nədi - dini milləti bilinmir. Bircə gün. Biletlərini alır, uçursan ora güya ki, iş dalınca gedirsən, bir gün heç kəsin xəbəri olmadığı bi yerdə it zəncirində gəzir sonra evə gəlib deyirsən ki, lotoreya uddun, sonra uşaqların məktəbi, arvadıvın xoşbəxtliyi hər şey səndən asıllıdır. O qədər pul.

Azər kişi diqqətə baxıb dedi:

- Bala mən hələ heç kəsin qabağında əyilməmişəm. Bu yaşımda it zınqırovu geyinim deyirsən?

- Dayı, mən heç nə demirəm. Mən sənin yanında kiməm ki? Nəsil sənin sözünü dinləyir, böyüyümüzsən. Mən sadəcə bir ötürücüyəm.

Kişi diqqətlə fikirləşdi sonra gülümsədi:

- Kül o varlının başına lap səfehdi ki...

- Hə dəəə Azər dayı, gicin biridi, Xamdı daa, pul da zibil kimi. 650 min manat az pul deyil, bir günə verəcəy kiməsə..

- Lap axmağın biridir.

Bundan sonra Azər kişi qəhqəhə çəkdi. Sonra diqqətlə qapıya baxdı, görsün evdəkilər eşidir ya yox.

- İndi birdən mən razılaşmasam?

Mən telefonu götürüb dedim. Bir dəqiqə indi zəng eləyib deyirəm.

Deyəcəm ki, heç kəsi tapmadım.

Onda kişi dedi:

- Niyə elə eləyirsən ki? Başqa adama de də...

Mən səsimi azca qaldırdım.

- Azər dayı bu işə səndən başqa heç kəs layiq deyil pis mənada yox, yaxşı mənada. Illərlə dözdün hamıya, boyun əymədin, mərd oldun. Indi bircə gün aktyorluq eləməklə milyoner olacaqsan. Xoşbəxt olacaqsan.

- Aktyorluq?

- Bəs nə? Nəsiminin rolunu oynayan var, Babəki oynayan var Koroğlunu oynayan var, amma hamısı cavanlıqda div də olublar, cırtdan da olublar, qırmızı papaqdakı canavar da olublar. Burda nə var ki? Sən də elə bil ki, it rolunu oynayırsan, bircə gün. Bir qoca kişidi, bəlkə gözün onunla bircə dəfə görüşdü o boyda sarayda. Sonra da pulları qoy çamodana gəl evə.

Kişi susdu. Heç nə demədi.. Onda mən zəng elədim xarici nömrəyə, ingiliscə nəsə dedim- o da mənə nəsə dedi! Sonra Azər dayıya bildirdim Amma bu dəfə gözlərim bərəlmişdi:

Azər dayı, əllərim əsir Allah haqqı! Kişiyə dedim ki, tapa bilmirəm bu işə adam, dedi ki.. dedi ki... iki milyon verir. Amma hürməy də lazımdı. Iki milyon, iki milyon manat!

Azər dayı mənə baxdı. Dodaqları titrədi.. gözləri bərəldi və aşağı düşdü. Əllərini ovuşdurdu. Sonra bir siqaret çıxarıb onu danışmadan çəkdi. Otağa dərin bir sükut çökdü..

Mən yavaşca lap yavaşca pıçıldadım.

- Dedi ki, 2 milyon verir, hhhhh... amma hürməy də lazımdı..

Azər kişi gözlərini qaldırıb lap yavaş pıçıltı ilə dedi:

- Necə hürməy ? belə? ... ham-ham?

- Hə... ham-ham...

  • Like 1
Link to comment
Share on other sites

  • 6 years later...
  • 5 weeks later...
  • 4 weeks later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Like
      • 45 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Upvote
        • Sad
      • 35 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 13 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
      • 102 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 710 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...