Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Hekayələr...


Recommended Posts

Hər günahın bir bədəli var

 
Hikmət sahibi olan bir tacirin bir oğlu və bir qızı olur. Onlara çox gözəl tərbiyə verir. Həmin bu tacirin evinə hər sabah bir kişi su gətirir. Hər dəfə də qapını su gətirən kişi üçün tacirin kiçikyaşlı qızı açır. Bu qız uşaqlıqdan yaşlı adamın su gətirməsindən xəbər tutan kimi tez gedib qapını açardı.
Günlər keçir, aylar ötür, bir gün tacirin oğlu ticarət üçün Şama yollanır. Su gətirən kişi adəti üzrə suyu gətirir, balaca qız qapını onun üçün açır. Bir gün də qızcığazın atası eyvanda oturmuş halda evində baş verən bir hadisənin şahidi olur. Su gətirən kişi suyu qoyub getmək istəyəndə qəribə bir hadisə baş verir. O, qızcığazın xəbəri olmadan onu gözlənilməz vəziyyətdə öpüb qapıdan ayrılır. Bu hərəkət su gətirən adam tərəfindən həmin evə gəldiyi müddətdə ilk atdığı səhv addım olur. Lakin hikmətli tacir ata bu hadisəyə dərhal reaksiya vermir, səbr edib düşünür.

Oğlu ticarət səfərindən qayıdandan sonra atası onunla təkbətək oturub söhbət edir. Oğlundan səfərdə başına gələnlər haqqında soruşur. Oğlu atasına hər şeyi danışır, amma bir şeyi gizlədir. Atası oğluna verdiyi sualların cavabı ilə qane olmadıqda, yenidən ondan tam həqiqəti öyrənməyə çalışır. Bu dəfə oğlu atasından üzr istəyərək başına gələn bir hadisəni ona danışmalı olur. Səfərdə olarkən o, gözəl bir qızla rastlaşır. Nəfsini boğa bilmədiyi üçün qızı gözləmədiyi halda öpür. Atası bunu eşidər-eşitməz bu sözləri deyir:
-Addım, addım...atdıqca artır. Hər günahın bir bədəli var...Əgər sən ondan artıq hərəkət etsəydin, bizim evə su gətirən də ondan daha artığını edərdi.
Oğul atasının bu sözündən təəccüblənir. Atası o səfərdə olarkən bacısının başına gələn hadisəni ona danışır. Sonra oğluna bu sözləri deyir:
-Kim zina edərsə - başqasının namusuna toxunarsa, onun da namusuna toxunarlar.
Əgər bizlərdən hər birimiz bu hadisəni düşünsə, namusunu fikirləşsə və bilsə ki, başqasının ismət və namusuna göz dikməklə başqalarının da gözünü onun ismət və namusuna dikilməsinə səbəb olacaqdır, onda o, bu hərəkətindən vaz keçər.
Unutmayaq ki, hər bir günahın bir bədəli vardır...
 
Link to comment
Share on other sites

Zənginlik pulla ölçülmür.

 

Günlərin bir günü varlı bir kişi övladına göstərmək istəyir ki, “gör insanlar necə də kasıbdılar.” Bu səbəbdən də oğlunu özüylə kəndə aparır
Onlar maddi cəhətdən çox kasıb olan bir adamın evinə gəlirlər və bütün günü o evdə qalır və gecə də o evdə gecələyirlər. Səhər isə şəhərə qayıdanda yolda atası oğlundan soruşur ki, “hə, balam, de görüm səyahətimiz necə oldu?”
Oğul da cavab verir ki, “çox gözəl”.
Sonra atası soruşur:
- Bəs camaatın necə kasıb olduğunu gördünmü?
Uşaq cavab verir ki, “bəli, atacan, gördüm”.
Bu zaman atası yenə soruşur:
- Bəs bu kasıblığı görüb, nə öyrəndin?
Uşaq cavab verir:
- Öyrəndim ki, bizim cəmi bir dənə itimiz var, onların isə dörd. Bizim hovuzumuz var, hansı ki, çox böyükdür, düz bağımızın yarısı qədər, amma onların isə çayları, hansı ki, kilometrlərlə uzanır. Bizim bağımızda lampalar yanır, onlara isə ulduzlar işıq saçır. Atacan, öyrəndim ki, biz nə qədər də kasıbıq. Bunu mənə göstərdiyinçün sənə təşəkkür edirəm!

Link to comment
Share on other sites

Cəhalət sənin düşmənindir

 

Atanın oğula məktubu.

Əziz balam Enriko!
Ananın dediyinə görə dərs oxumaq sənə çox çətin gəlirmiş. Mən hələ görməmişəm ki, sən məktəbə sevinərək gedəsən və sənin bu həvəssizliyin məni məyus edir. Azca düşün. Tutaq ki, sən məktəbə getmədin və bütün gününü həyətdə oynadın. Düz bir həftədən sonra isə bu sənə çox bezdirici gələcək. İnan ki, sən sevinclə məktəbə gedən uşaqları gördüyün zaman özün özündən utanacaqsan və gəlib bizə yalvaracaqsan ki, biz səni məktəbə yollayaq.

Əzizim Enriko, hamı işləyir. Boş gəzən ancaq dəlilər və avaralardır. Düşün, bütün günü işləyib, sonar da, gecə məktəbinə yollanan fəhlələri düşün. Qadınları, qızları düşün, hansı ki, bütün həftə boyu işləyib, sonra da bazar günləri məktəbə gedirlər. Əsgərləri düşün, o əsgərləri ki, təlimlərdən yorğun qayıdır və sonar da, əllərinə kitab dəftər alırlar. Sən gözləri görməyən, qulaqları eşitməyən uşaqları düşün, onlar belə oxumağa çalışırlar. Məhbusları göz önünə gətir. Məhbuslar da oxuyub-yazmağı öyrənməyə çalışırlar.

519x370.jpg

Heç nə vaxtsa düşünmüsənmi ki, hər səhər məktəbə yollananda səninlə eyni vaxtda neçə ölkədə, neçə milyon uşaq məktəbə gedir? Şəhər küçələrində, kənd yollarında, dənizlərin, göllərin sahillərində, səhralarda, dağlarda, qarlı və dumanlı vadilərdə milyonlarla uşaq, qoltuqlarında kitab daşıyaraq və yaxud da çiyinləri ya da əllərində çantalarıyla məktəbə gedirlər.
Bir az düşün. Sənin də qatıldığın yüzlərlə ölkənin uşaqları Rusiyadan Afrikaya qədər milyonlarla uşaq ayrı-ayrı yollardan, eyni şeyi öyrənməkçün gedirlər. Düşün ki, bu hərəkət dayansa insanlar cahillik vaxtına geri dönərlər.

Bu səbəbdən də ey, böyük bir ordunun kiçik əsgəri, cəsarətli ol! Sənin silahların məhz kitablarındır, bölüyün məktəbin, düşmənin isə tənbəllik və cəhalətdir. Bütün yer üzü isə müharibə meydanı.
Unutma əziz Enriko, qorxaq və tənbəl bir əsgər heç vaxt zəfər qazana bilməz.

Səni sevən və sənə inanan atan.

Link to comment
Share on other sites

Gərək iman sahibi olasan!

 

O vaxtlardan indiyədək gəlib, ayaq alıb gedən nahaq əməllərdən: südə su qatmaq, odunları sulamaq, tərəzidə bir fırıldaq bir iş tutmaq və s. Bununla bağlı bir rəvayət:

Həzrəti Ömər xəlifə olduğu dövrdə haqq naminə bir çox qadağalar qoymuşdu. Belə ki, bu qadağalardan biri də bu imiş ki, südçülər südə su qatmamalıdılar. Bir gün xəlifə Mədinədə nəzarətdən dolayı gəzdikdən sonra çox yorulduğunu hiss edir və bir az dincəlmək istəyir. istədi. Buna görə də o yolun kənarındakı bir evə söykənib, dincəlib, sonra da yoluna davam etmək fikrinə gəlir. Belə də edir. Amma, dincəldiyi an, o, evdə yaşayan qız ilə anasının söhbətinə də qulaq qonaqlığı etmiş olur.

Ana deyir:
- Ay Qızım, get südə bir az su qat.
Qız isə:
- Ana, axı bu qadağandır, xəlifənin südə su qatılmasına qəti qadağa qoyub, bilmirsənmi?
Ana cavabında:
- Yox bala, bilirəm.
Bu zaman qız deyir:
- Bəs axı mən, Hz. Ömərin qadağasınmın üstündən südə necə su qata bilərəm ki?
Ana:
- Yaxşı da, nə olsun ki, dur bala dur, get südə su əlavə et, kim görür, kim bilir ki? Lap xəlifə özü səni haradan görəcək ki, sən südə su qatmısan?
Qız deyir:
- Xəlifə görməsə də Allah ki görür. Mən onun gördüyü yerdə etmədiyim bir işi, görmədiyi yerdə də eləmərəm axı.

JusticeScale-2.JPG

Həzrəti Ömər bu söhbətdən təsirlənərək, evinə geri dönür. Daha sonra isə həmin bu kasın qızı oğlu Asimlə evləndirərək özünə gəlin edir. Allaha imanın insanın hərəkətlərinə etdiyi müsbət təsir məhz budur!

Link to comment
Share on other sites

Əsl qonşuluq.

 

Bir gün Fatih Sultan Məhmət yeyəcək maddələrinin keyfiyyətini və qiymətlərini öyrənmək məqsədilə paltarını dəyişib (tanınmamaq üçün) bazara çıxmışdı. O bir dükana girib, salam verir və deyir: -“Yarım batman yağ, yarım batman bal və yarım batman pendir verin”.


Baqqal yarım batman yağ çəkib, pulunu hesab etdikdən sonra deyir:- “Ağam, digər istədikləriniz də qarşıdakı qonşumdan alın, çünki, onun malı həm daha yaxşıdır, həm də, qonşum daha heç siftə eləmədi.”


Bunu eşitdikdən sonra padşah həmin ikinci dükana girir və ordan yarım batman bal alınca bu baqqal ona: — “Allaha şükr olsun ağam, mən siftəmi etdim və uşaqlarımın yeyəcək pulunu qazandım, qonşum isə daha siftə eləmədi” dedi. Bunun üzərinə padşah:


— “Bu millət belə gözəl əxlaqı ilə dünyaları fəth edər. Millətin təmiz əxlaqını pozanlara Allah qənim olsun” dedi.

Link to comment
Share on other sites

 

 

Gözləmə...

 
Şən kompaniya-3 oğlan və 3 qız Floridanın qızıl çimərliyinə istirahətə gedirdi. Onları mehriban günəş, isti qum, mavi su və gözəl səfa gözləyirdi. Onlar sevib sevilirdilər. Ətrafdakılara xoş gülüş bəxş edirdilər. İstəyirdilər ki, hamı onlar kimi xoşbəxt, sevincli olsun.

Avtobusda onlarla birlikdə bir gənc oğlan da gedirdi. O kədərli halda sanki nədənsə sıxılırdı. Qızlardan biri onun yanında əyləşdi. Bu gəncin adı Vinqo idi. Vinqo 4 il Nyu-york həbsxanasında olub, indi isə evinə qayıdır. Bu gənc qızı daha da təəccübləndirdi, bəs nə üçün o belə kədərlidir.

- Siz evlisiniz? - qız soruşdu.

Bu suala çox qəribə cavab gəldi

- Bilmirəm...

Qız təəcüblə soruşdu:

- bilmirsiniz?

Vinqo dedi:

- Bilirsiniz mən həbsxanaya düşəndə həyat yoldaşıma məktub yazdım və bildirdim ki, uzun müddət olmayacam. Əgər ona məni gözləmək çətin olarsa, əgər uşaqlar nə vaxtsa məni soruşmğa başlayarlarsa və bu ona əziyyət verəcəksə... Ümumiyyətlə əgər o çətinliyə dözə bilməyəcəksə, qoy təmiz vicdanla məni unutsun. Mən bunu başa düşərəm. "Başqa insanla ailə qur.- deyə mən ona yazdım-hətta bu haqda mənə xəbər verməyə də bilərsən".

- İndi siz evə gedirsiniz və bilmirsiniz ki, sizi nə gözləyir?

- Bəli- həyəcanla Vinqo cavab verdi. - 1 həftə əvvəl mənə bildirdilər ki, yaxşı davranışıma görə məni vaxtından əvvəl azad edirlər. Mən bu haqda ona yazdım. Mənim şəhərimə yaxınlaşanda siz böyük palıd ağacı görəcəkiniz. Mən ona yazdım ki, əgər o məni hələ də gözləyirsə və mən hələ də ona lazımamsa qoy o ağacın bir budağına sarı yaylıq bağlasın. Onda mən avtobusdan düşüb evə qayıdacam. Yox əgər o məni bir daha görmək istəmirsə qoy onda heç nə etməsin, onda mən bir daha onunla qarşılaşmamağa çalışacam.

Artıq şəhərə çatmağa az qalırdı. Bütün sərnişinlər diqqətlə yola baxırdılar. Avtobusda həyəcan artırdı. Vinqo gözlərini yumdu. Artıq 10, daha sonra 5 km qalmışdı. Və birdən... Bütün sərnişinlər yerlərindən sıçrayıb qışqırmağa, oynamağa başladılar. Pəncərədən boylanan Vanqo təəccübdən donub qalmışdı. Ağac sanki günəş şüalarına qərq olunmuş kimi parıldayırdı, hər budaq sarı yaylığa bürünmüşdü. Onlar küləyin isti nəfəsi ilə sakitcə yırğalanır, sanki uzun müddətdən sonra öz doğma ocagına qayıdan qonağı qarşılayırdılar. Vanqo sevincindən göz yaşlarını saxlaya bilmədi.

O tələsik avtobusdan düşdü və qaçamağa başladı. Oz isti ocağına, gözəl gələcəyinə və bir daha ayrılmamaq, qopmamaq üzərə sevdiyi insana qaçırdı...

 

 

Link to comment
Share on other sites

Yolumuzdakı maneələr

 
Keçmiş zamanlarda bir kral, saraya gələn yolun üzərinə böyük bir qaya qoydurmuş, özü də pəncərəyə oturmuşdu.
Baxaq nələr olacaqdı? Ölkənin ən zəngin tacirləri, ən güclü karvançıları, saray vəzifəliləri bir-bir gəldilər, səhərdən günortana qədər. Hamısı qayanın ətrafından gəzib saraya girdilər. Bir çoxu kralı yüksək səslə tənqid etdi. Xalqından bu qədər vergi alır, amma yolları təmiz tuta bilmir.
Sonunda bir kəndli çıxıb gəldi. Saraya meyvə və tərəvəz gətirirdi. Kürəyindəki bazar torbasın yerə endirdi, iki əli ilə qayaya sarıldı və var-gücü ilə möhkəm itələməyə başladı. Sonunda qan tər içində qaldı amma, qayanı da yolun kənarına çəkdi.
Tam bazar torbasını yenidən kürəyinə almaq üzrə idi ki, qayanın köhnə yerində bir kisənin dayandığını gördü. Açdı .. Kisə qızıl dolu idi. Bir də kralın qeydi vardı içində .."Bu qızıllar qayanı yoldan çəkən adama aiddir" deyirdi kral.
Kəndli, bu gün dahi bir çoxumuzun fərqində olmadığı bir dərs almışdı.
Link to comment
Share on other sites

Duyğular Adası

 
Bir zamanlar, bütün duyğuların üzərində yaşadığı bir ada varmış: Xoşbəxtlik, Kədər, Məlumat və bütün digərləri, Eşq daxil.
Bir gün, adanın batmaqda olduğu, duyğulara xəbər verilmiş. Bunun üzərinə hamısı, adanı tərk etmək üçün qayıqlarını hazırlamışlar.
Eşq, adada ən sona qalan duyğu olmuş. Çünki, mümkün olan ən son ana qədər gözləmək istəmiş.
Ada az qala haradasa batdığı zaman, Eşq, yardım istəməyə qərar vermiş.

Zənginlik, çox böyük bir gəminin içində keçməkdəymiş.
Eşq, "Zənginlik, məni də yanına alıb götürərsənmi?" deyə soruşmuş.
Zənginlik, "Xeyr, alıb götürə bilməm. Gəmimdə çox çox altın və gümüş var, sənin üçün yer yox." demiş.

Eşq, çox gözəl bir yelkənlinin içindəki Qürurdan yardım istəmiş.
"Qürur, lütfən mənə yardım et!"
"Sənə yardım edə bilməm Eşq.
İslaqsan və yelkənlimi məhv edə bilərsən." deyə cavab vermiş Qürur.

Kədər yaxınlardaymış və Eşq, yardım istəmiş:
"Kədər, səninlə gəlim…"
"Off, Eşq, o qədər üzgünəm ki, tək qalmağa ehtiyacım var."

Xoşbəxtlik də Askin yanından keçmiş amma o qədər xoşbəxtmiş ki, Eşqin çağırışını eşitməmiş.
Eşq, birdən bir səs eşitmiş:
"Gəl Eşq! Səni yanıma götürəcəyəm…" Bu Eşqdən daha yaşlıca biriymiş. Eşq o qədər şanslı və xoşbəxt hiss etmiş ki özünü onu yanına alanın kim olduğunu öyrənməyi axıl edə bilməmiş.

Yeni bir adaya vardıqlarında, Eşqə yardım edən, yoluna davam etmiş. Ona nə qədər borclu olduğunu fərq edən Eşq, Məlumata soruşmuş:
"Mənə yardım edən kim idi?"
"O, Zaman idi" deyə cavab vermiş Məlumat.
"Zamanmı?
Niyə mənə yardım etdi ki?" deyə soruşmuş Eşq.
Məlumat gülümsəmiş:
“Çünki yalnız zaman Eşqin nə qədər böyük olduğunu anlaya bilər”
 
Link to comment
Share on other sites

Təcrübə

 
Məhşur həkim Pol Raskin , tələbələrinə qocalığın psixoloji təsirlərindən mühazirə oxumalı idi. Raskin mühazirəyə aşağıdakı misallarla başladı : “Xəstə” nə danışır nə deyilənləri başa düşür.bəzən saatlarla anlaşilmaz şeylər söyləyir.Zaman, məkan və ya şəxs anlayışı yoxdur.Yalnız adı ilə çağıranda reaksiya verir.Onu həmişə kimsə yedirdir , yuyundurur , geyindirir . Dişləri yoxdur . Yeməklərini əzib verməkdən başqa çarə qalmır . Ağzından su axdığı üçün köynəyi həmişə ləkə icində olur . Yeriyə bilmir . Nə vaxt yatıb nə vaxt duracağı məlum deyil . Bəzən gecə yarısı durub qışqırır və heç kimi yatmaqa qoymur . Bəzən sakit , bəzən əsəbi olur . Kimsə gəlib onu yatızdırmayana qədər qışqırıb ağlayır . “

Bu misaldan sonra Raskin tələbələrindən bu “xəstəyə” baxmaq istəyib istəmədiklərini soruşur . Təbii ki , tələbələr bunu edə bilməyəcəklərini söylədilər . Raskin isə hər gün bu işi böyük zövqlə gördüyünü söyləyir . Və gələcəkdə onların bu işi görəcəklərini öyrənəndə tələbələr təəccübləndilər . Daha sonra Raskin “xəstənin” fotoşəklini göstərdi . Bu həkimin 6 aylıq qızı idi . . .
Link to comment
Share on other sites

Zərdüşt belə dedi (Fridrix Nitşe)

 

Bir gün Zərdüşt əncir ağacının altında yatmışdı, isti idi, o, əlini üzünə qoymuşdu. Bu vaxt bir ilan gəlib boynundan sancdı ki, Zərdüşt ağrıdan qışqırdı. O, əlini üzündən çəkdi və ilana baxdı; onda ilan Zərdüştü tanıdı, yendəmsiz halda dönüb getmək istədi. “Dayan görək, – Zərdüşt dilləndi, –əvvəl təşəkkürümü qəbul et! Məni vaxtında oyatdın, yolum yaman uzaqdır”. İlan dərdli-dərdli: “Yox, yolun çox qısadır, –dedi, – mənim zəhərim tez öldürür”. Zərdüşt gülümsündü. “Nə vaxtdan bəri əjdaha ilan zəhərindən ölür? – dedi.

Amma hər halda gəl zəhərini geri götür. O qədər varlı deyilsən ki, mənə belə hədiyyə verəsən”.Onda ilan yenidən onun boynuna sarılıb yarasını yalamağa başladı.

Zərdüşt bunu öz əshabələrinə danışanda onlar soruşdular: – “Zərdüşt, bu əhvalatda nə ibrətamiz, əxlaqi cəhət var”? Zərdüşt buna belə cavab verdi:

  • Xeyirxahlar və ədalətlilər mənə əxlaqı dağıdan deyir: danışdığım əhvalatın da əxlaqı yoxdur.
  • Düşməniniz varsa, heç vaxt onun pisliyinə yaxşılıqla cavab verməyin: çünki bununla onu utandırırsınız. Əksinə, sübut edin ki, sizin üçün yaxşı bir iş görüb.
  • Ona qəzəblənin, amma onu utandırmayın! Sizi lənətləyirlərsə, alqış etməyiniz mənim xoşuma gəlmir. Siz də onlara qoşulub bir azca lənətləsəniz, yaxşı olar!
  • Sizə qarşı böyük bir haqsızlıq ediblərsə, siz də tez beş xırda-para haqsızlıq edin! Haqsızlığın yalnız bir adamı necə əzdiyini görmək dəhşətdir.
  • Bunu bilmirdiniz mi? Başqaları ilə haqsızlığı bölüşmək haqqın yarısıdır. Haqsızlığı o kəs öz üstünə götürməlidir ki, bunu daşımağa gücü çatsın!
  • Kiçik də olsa bir qisas almaq heç almamaqdan daha insani bir şeydir. Əgər verilən cəza qayda pozanın haqqı deyilsə və ona şərəf gətirmir, onda bələ cəza nəyə lazımdır?
  • Haqlı ola-ola özünü haqsız hesab etmək, haqlı olduğunu sübut etməkdən daha alicənab bir işdir. Amma insan bunun üçün gərək kifayət qədər zəngin olsun.
  • Sizin soyuq ədalətinizi sevmirəm; sizin hakimlərin gözlərində həmişə cəllad və onun bıçağını görürəm.
  • Deyin, hanı elə bir ədalət ki, mayası gözüaçıq sevgidən yoğrulsun?
  • Mənə elə bir sevgi göstərin ki, yalnız cəza verən deyil, günahıda öz üstünə götürəndir.
  • Mənə elə bir ədalət göstərin ki, məhkum edəndən savayı hamıya bəraət qazandırsın!
  • Bunu da dinləmək istəyirsinizmi? Tam ədalətli olmaq istəyən kəsin gözündə yalan da xeyriyyəçiliyə çevrilir.
  • Tam ədalətli olmağı necə də istərdim! Onda mən hər kəsə əməlinə görə verərdim! İndilik təsəllim odur ki, hamıya özümdən nəsə verirəm.
  • Və sonda, qardaşlar, nəbadə tərki-dünyalara qarşı haqsızlıq edəsiniz! Tərki-dünya adam unutmağı bacarmır! O əvəz çıxmağı da bacarmır.
  • Tərki-dünya adam dərin quyu kimidir. Ora daş atmağa nə var, amma elə ki, daş quyunun dibinə düşdü, onu dartıb çıxartmaq istəyən olacaq mi?
  • Tərki-dünya adamın qəlbinə dəyməkdən qorxun! İşdir, onu incitdinizsə, onda onu öldürsəniz yaxşıdır!
Link to comment
Share on other sites

Maraqlı bir hekayə

 
Bir Zen hekayəsi:
Bir vaxtlar bir-birinə rəqib iki tayfa yaşayırdı. Bu tayfaların ustadları (onlar yalançı ustaddırlar) öz müridlərinə tapşırmışdılar ki, digər tayfanın bölgəsinə belə baxmasınlar.
Bu iki rahibin də hərəsinin bir uşaq xidmətçisi var idi. Onların bütün işlərini bu uşaqlar görürdülər. Birinci tayfanın rahibi öz uşaq köməkçisinə tapşırdı ki; “Heç vaxt digər tayfanın insanları ilə danışma, çünki onlar təhlükəlidirlər”.
Amma uşaq, onsuz da uşaqdır. Yolda bir- birilə qarşılaşanda birinci tayfanın uşağı digərindən soruşub: “Hara gedirsən?”
Digəri cavab verib:956b3c2af422.jpg “Külək məni hara aparsa ora gedəcəm”. Yəqin ki, o, tayfada danışılan ağıllı Zen söhbətlərini dinləyib. Deyir ki; “Külək məni hara aparsa ora gedəcəm”. Möhtəşəm bir cümlədir bu. Saf Tao.
Amma ilk uşaq çox utanıb, bu cavaba qarşılıq verə bilməyib. Çox hirslənmişdi və təhqir olunduğunu düşünürdü. “Ustam bu insanlarla danışmamağımı əmr etmişdi. Bu insanlar həqiqətən təhlükəlidirlər. Bu nə cavabdır verir mənə? Məni təhqir elədi”.
Uşaq ustadının yanına gedib baş verənləri danışar: “Onunla danışdığım üçün üzr istəyirəm. Siz haqlıydınız, o insanlar həqiqətən çox təhlükəlidirlər. Bu necə cavabdır? Ondan hara getdiyini soruşdum. Bəsit, rəsmi bir sual verdim. Onun mən hara gedirəmsə ora - bazara getdiyini bilirdim. Amma o: “Külək məni hara aparsa ora gedəcəm” dedi.
Ustad hər şeyi xidmətçisinə başa salıb: “Səni xəbərdar eləmişdim, amma məni dinləmədin. Mənə qulaq as, sabah eyni yerdə onu gözlə. O gələndə hara getdiyini soruş. Sənə: “Külək məni hara aparsa ora gedirəm deyəcək”. Onda sənin ondan daha fəlsəfi cümlə qurmağın lazımdır. “Ayaqların yoxmu?” deyə soruşarsan. Çünki ruh bədənsizdir və külək ruhu heç bir yerə apara bilməz. Buna nə deyirsən?” deyə soruşmuş.
Uşaq tamamilə hazır olmaq istəyirdi. Bütün gecə bu cavabı öz-özünə təkrarladı. Ertəsi gün dan söküləndə eyni yerə gəldi və gözləməyə başladı. Digər uşaq düz vaxtında gəldi. Çox sevinmişdi, indi ona həqiqi fəlsəfənin nə olduğunu göstərəcəkdi. “Hara gedirsən?” deyə soruşdu və gözləməyə başladı.
Amma digər uşaq: “Bazardan təzə göyərti alacam” dedi. İndi bütün günü öyrəndiyi fəlsəfəni neyləyəcəkdi?
Həyat belədir. Ona hazırlaşmaq mümkün deyil. O spontandır və məhz buna görə gözəldir, mənalıdır. Səni hər zaman çaşdırır, sürprizlərlə qarşılaşdırır. Əgər gözlərin varsa, hər anın sürprizlərlə dolu olduğunu və öncədən heç bir şeyin planlaşdırılmadığını anlayacaqsan.

P.S. Fikirlərinizi bölüşməyi əsirgəməyin!
Link to comment
Share on other sites

Ruzini Yalnız Allahdan istə!

 
Bİr ölkənin bir padşahı olur.O,çox rəhimli insan idi.Bir dəfə padşah qərara alır ki,öz məmləkətində yaşayan insanların həyat tərzini öyrənsin.O,öz libasın dəyişib.adi insanlar kimi geyinir və öz məmləkətinin ərazisində gəzintiyə başlayır.Bazar,dükanlarda satılan malların ucuz və ya baha olmasını öyrənir,gəzə-gəzə gəlib bir bazarın qarşısında dilənçilərin diləndiyini görür.2dilənçi onun marağını cəlb edir.O.dilənçilərə yaxınlaşarkən,dilənçilərin birinin Allahdan ruzi istəməsini,digərinin isə padşahdan ruzi istəməsini eşidir.Padşah maraq içində padşahdan ruzu istəyən dilənçiyə yanaşır və soruşur:
-"Siz niyə ruzini Allahdan deyil,padşahdan istəyirsiniz?"
Dilənçi cavab verir:
-"Allah uzaqdadır,dövlətli padşahsa yaxındadır.Allahın ruzusu gec gələr,padşahın göndərdiyi isə tez çatar,çünki,o,yaxındadır"deyib,padşahı tərifləyir.
Padşah özünü biləməzliyə qoyub,ikinci dilənçiyə yaxınlaşıb,soruşur:
-"Siz niyə yaxınlıqda padşahı qoyub,uzaqda olan gözə görünməz Allahdan istəyirsən?"
Dilənçi cavab verdi:
-"Elə padşahın da ruzusun Allah verir"
Padşah geri qayıdır,vəzir,vəkillərini çağırıb,padşahı tərifləyən dilənçiyə pay aparmağı tapşırır.O,əmr edir ki,bir qazan aş bişirib,yanına gətirsinlər.
Padşah gizlində aşın altına qızıl pullar düzür və onu tərifləyən dilənçiyə göndərir.nökər aşı aparıb,padşahı tərifləyən dilənçinin qarşısına qoyub,deyir:
-"Bu,padşahdan sizə hədiyyədir."
Nökər gedən kimi dilənçi qazanın qapağın açır və orda isti aşın buğlandığını görür.Qaşqabağını töküb:"Əh,bunu hər gün yeyirəm də"deyib,qazanı Allaha yalvaran dilənçinin qarşısına qoyur.O biri dilənçi:"Allah payı halaldır" deyib,qazanı götürüb,evinə aparır.
Evdə aşı qaba çəkərkən,aşın altından çıxan qızıl pulları görürlər.

Bu hekayə ruzinin yalnız Allah tərəfindən göndərildiyini göstərir.
Link to comment
Share on other sites

İsti münasibət

 
Bir gün loğmanın ağasina hədiyyə olaraq bir qarpız gətirirlər. o, xidmətçisinə Oğlum, get Loğmanı çağır deyir.Loğman bu çağırışa dərhal cavab verib, ağasının yanına gəlir. Ağası ona hədiyyə olaraq gətirilən qarpızı kəsir və Loğmana bir dilim verir. Loğman ona verliən dilimi bal kimi, şəkər kimi yeyir.Elə iştahla yeyir ki, ağası dərhal ikinci dilimi kəsib ona tərəf uzadir. beləcə dilimlər bir-birini izləyir və Loğman bütün qarpızı yeyir.Yerdə bir dilim qalir. Ağası Bunu da mən yeyim, baxım görüm necə şeydir, hər halda, bu, çox dadlı bir qarpızdır deyir. Çünki Loğman elə ləzzətlə, elə zövqlə, elə iştahla yeyirdi ki, görənlərin də iştahası açılırdı. Loğmanin ağası son dilimi yeyər-yeməz qarpızın aciliğindan ağzıni atəş sarır, dili uçuqlayir, boğazı yanır. Acılığından bir müddət sanki özünü itirir.Sonra isə Loğmana deyir.
-Belə bir zəhəri necə oldu ki, dadlı-dadlı yedin? Belə bir qəhri necə oldu ki, lütf saydın bu necə səbrdir? Nə üçünsəbr etdin? Sanki canına qəsdin var! Nə üçün bir şey söyləmədin? bir az səbr et, indi yeyə bilmərəm demədin?
Loğman bu cavabı verir
-Sənin nemətlər bağışlayan əlindən o qədər ruziləndim ki, utandığımdan ikiqat oldum. Buna baxmayaraq əlinlə verdiyin bir şeyə, ey mərifət sahibi bu acıdır yeyə bilmərəm deyə bilmədim. Əgər bu qədər bir acıya dözə bilməyib, fəryad edərəmsə, bütün zərələrim torpağa qarışsın. Şəkər bağışlayan əlinin ləzzəti bu qarpızdakı acılığı saxlayarmı? Sevgidən acı dadlanar, sevgidən mis qızıl olar. sevgidən bulanıq,çöküntülü sular dumduru bir hala gələr, sevgidən dərdlər şəfa tapar. sevgidən ölülər dirilər, sevgidən padişah qul olar.
Link to comment
Share on other sites

Dostluq

 
Müharibənin ən ağır anı idi. Bir əsgər dostunun qan içində yerə yıxıldığını gördü. Əsgər tez komandirin yanına gəlir və deyir:
- Komandir icazə verin gedim dostumu gətirim.
- Dəli olmusan?! Getməyə dəyməz. Dostun dəlik-deşik olub, bəlkə də ölüb. Öz həyatını təhlükəyə atma!
Əsgər israr edirdi, sonra komandir əsəbləşərək deyir: - Yaxşi, get. Necə olursa əsgər yaralanmiş dostunu yıxıldığı yerdən gətirə bilir. Birlikdə qayıtsalar da dostu ölür. Komandir əsgərə deyir:
- Sənə dəyməz demişdim.Dostun sonda öldü, öz həyatını boş yerə təhlükəyə atdın, dəyərdi buna?
- Dəyərdi, komandir, dəyərdi. Mən onu gətirəndə o hələ ölməmişdi.Onun son sözləri mənim üçün dünyaya dəyərdi.
"Son sözü nə oldu?"-deyə komandir soruşur. Əsgər isə hıcqıraraq dostunun son sözlərini təkrarladı.
- MURAD, GƏLƏCƏYİNİ BİLİRDİM....
Link to comment
Share on other sites

Bir payız gecəsi

 
Payız ayı idi.Hava tutqun,yağış da artıq 3gün idi ki,dayanmadan yağırdı.Küçə boyu su axırdı.Artıq gün batmaq üzrəydi,evlərdə yavaş-yavaş işıqlar yanmağa başlayırdı.Küçədə nadir hallarda insan görünürdü,tələsik evlərinə gedirdilər.
Qarşıdakı balaca komada zəif inilti səsi gəlirdi.Bu,iki gün öncə bərk soyuqlamış bir qadının səsi idi.Onun əri müharibədə həlak olmuşdu.2 uşağı vardı,10 yaşlı oğlu və 3yaşı yenicə tamam olmuş qızı.Uşaqlarını saxlamaq üçün işləyib,qazandığı az miqdarda pulu da evə ərzaq alıb,gətirirdi. 2gün öncə işdən qayıdarkən yağışa düşmüş,geyimi nazik olduğundan bərk soyuqlamışdı.İndi qızdırma içində yanırdı.Ev də soyuq idi,odur ki,evdə olan ədyalları da uşaqlarına bürümüşdü.
eadb4da406.gifBudur,balaca qızı ona yaxınlaşır və:"Ana,acmışam" deyir.Qadın özünü toplayıb,ayağa qalxmaq istəyir,lakin,xəstəliyi şiddətləndiyindən ayaq üstə dayanmağa gücü çatmır və yerə yıxılır.Balaca qız bunu görüb bərk qorxur və ağlamağa başlayır.Qadının oğlu tez gəlib,ona yenidən yerinə uzanmağa kömək edir və deyir:"Ana,sən narahat olma,bacıma mən baxaram".
Anası deyir:"Hə oğlum,deyəsən bundan sonra onun qayğısına sən qalmalı olacaqsan.Bacını sənə tapşırıram.Get bacınla yeməyinizi yeyin,sonra qonşuya gedib,mənim bərk xəstələndiyimi deyərsən."
Oğlan "baş üstə anacan" deyib,bacısının əlindən tutub,mətbəxə aparır.Çörək qabında 1dilim çörək qalmışdı,onu da bacısına verib,özü qonşuya getməyə tələsir.Yaxınlıqdakı qapını döyür,qapını 1 kişi açır.Uşaq həyəcanla anasının xəstə olduğunu və kömək istədiyini deyir.Kişi qapını bağlamaq istəyirdiki,söhbəti eşidən xanımı qapıya yaxınlaşıb,ərinə "Gəl gedək baxaq"deyə inad edir.Kişi də məcbur qalıb,deyinə-deyinə getməli olur. Çatmağa az qalmış uşaq tez qabaqda qaçaraq qapını açdı və anasına yaxınlaşıb sevinə-sevinə,uca səslə dedi:
"Ana,ana bax.gəldilər,indi sənə kömək edəcəklər."
Qadın artıq iniltisini kəsmişdi,rəngi də ağappaq idi. Qonşular yaxınlaşanda artıq onun öldüyünü bildilər.
Uşaq donub yerindəcə qaldı.Əslində ölümün nə olduğunu tam dərk etmirdi,lakin 2il öncə atasının dəfnini görmüşdü,buna görə də bilirdi ki,ölənlər heç vaxt geri qayıtmır.
Səhər açılar-açılmaz 1-2 nəfər yığışıb,qadını dəfn etdilər.Oğlan bacısının əlindən tutub,bir kənarda durub,gizli-gizli ağlayırdı.Bacısı çox balaca olduğundan nələr baş verdiyini anlamırdı,elə hey"Anamı istəyirəm,anam hanı?" deyib mızıldanır,qardaşına şikayət edirdi.Oğlansa ona heçnə başa sala bilmir,onu sakitləşdirək üçün "Anamız yemək almağa gedib,bu dəfə bir az daha uzağa.Əgər sən daha ağlamasan,mızıldamağını kəssən,onda tez qayıdar" deyirdi.
Qonşular bir neçə gün uşaqlara yemək gətirdi,lakin, sonra heç gəlmədilər də. Onları da qınamaq olmazdı,axı müharibə yenicə qutarmışdı,hərə öz evini güclə dolandırırdı.
İndi evin bütün qayğıları bu balaca oğlanın üzərinə düşürdü. Bacısını evdə qoyub,özü çörək almağa getdi.Pulu yox idi,düşündü ki,"yaxınlıqda bir dükan var,işlərində kömək edərəm,o da mənə pul ya da yeməyə nəsə verər."
Dükanın yanına çatanda təzə çörək iyi gəlirdi.Uşaq səhərdən heçnə yeməmişdi,ona görə də hər tərəfə yayılan isti çörək iyi onu bihuş edirdi.O,sahibkara yaxınlaşıb,ədəb-ərkanla salam verdi və dedi:"Əmi,mənə görə bir iş varsa deyin,yerinə yetirim,əvəzində isə mənə 1 çörək verərsiz".
Sahibkar dedi:"Hə,get o qutunu bura gətir".
Uşaq tez onun göstərdiyi qutuyu yaxınlaşır,lakin nə qədər istəsə də,qutunu qaldırmağa gücü çatmır və deyir:"Əmi,axı bu çox ağırdı,nə qədər çalışsam da qaldıra bilmədim".
Sahibkar gülərək deyir:"Ay yazıq,təbii ki,onu qaldıra bilməzsən,mən güclə tərpədirəm onu,qaldı ki,sən".
Uşaq:"Bəs nə edim?"
Sahibkar:"Gəldiyin kimi də get burdan,həm də tez!"
Uşaq az qala ağlayacaqdı.İndiyə kimi onun üstünə belə acıqlanan,təhqir edən olmamışdı. Dükanda yaşlı bir kişi də var idi.O,uşağı acılıyan sahibkara yaxınlaşıb,nə isə dedi,sonra uşağı geri çağırdılar.Sahibkar uşağa o qədər iş tapşırdı ki,uşaq bunları güclə yadda saxladı.sonra:"Baş üstə" deyib,işə başladı.
Yaşlı kişi gülümsəyib,uşağa pıçıldadı:"Bu işlərə görə təkcə çörək yox,həm də çoxlu pul verməlidi.Narahat olma,imkanlı adamdı.Çalış işlərini səliqə ilə yerinə yetir" deyib,getdi.
Uşaq bütün işləri yerinə yetirib,pulun almaq üçün sahibkara yaxınlaşır,o qədər yorğun idi ki, ayaq üstə güclə dayanırdı.
Kişi 1dənə çörəyi ona tərəf uzadıb,deyir:"Al bunu,sabah yenə gələrsən,hələ bir neçə günlük işin var sənin.İşini gör.çörəyini apar".
Uşaq daha artıq mükafat gözləyirdi,amma çörəyi alıb,daha nəsə istəməyə qorxdu.Qordu ki,danışsa bir çörəyi də verməyib,bayaqkı kimi qovacaq.
Belə ki,uşaq hər gün dükana gəlir,böyük zəhməti sayəsində bir çörəklə geri qayıdırdı.Amma sevinirdi ki,anasının ona tapşırdığı balaca bacısı ac qalmırdı.Nə qədər zəhmət çəksə də,təhqirlərə dözsə də,bacısına baxa bildiyi üçün sevinirdi.
Bir gün qəflətən dükanda yanğın olur.Sahibkar içəridən nə isə çıxarmağa macal tapmamış dükan büs-bütün yanır.O,ağlayaraq fəryad edir:"Mənim pullarım,ərzaqlar da tamam yanıb,bir qəpiyim belə yoxdu.İndi dilənçidən də kasıb oldum.Heçnəyim,heçnəyim yoxdu..."
Bu zaman uşaq onun yanına gələrək yanıb,qızarmış,titrəyən əllərində ona bir çörək uzadıb deyir:
"Əmi,narahat olma. Al,sənin 1 çörəyin var".
Link to comment
Share on other sites

Əmanət saxlamaq haqqında

 
Belə eşitmişəm ki,bir kişi səhər alaqaranlıqda evdən çıxıb hamama gedərkən yolda öz dostuna rast gəlir və deyir:"Mənimlə hamama getmək istəyirsənmi?" Yoldaşı deyir:"Hamamın qapısına qədər sənə yoldaşlıq edə bilərəm,lakin hamama gedə bilmərəm,işim var". Hamamın yaxınlığına qədər bir yerdə gedirlər.Yolayrıcına çatdıqda dostu xəbərdarlıq etmədən geri dönüb,başqa tərəfə gedir.Təsadüfən,bir oğru da həmin kişinin dalısınca öz oğurluq işləri üçün hamama gedirmiş.
e47143095e.gifBirdən kişi geri baxır,oğrunu görür,lakin hələ ala-qaranlıq olduğundan onu dostu təsəvvür edir,qurşağından dəsmala bağlanmış yüz dinarı çıxardır,həmən oğruya verir və deyir:"Al qardaş,bu əmanətdir,al,mən hamamdan çıxandan sonra qaytararsan".Oğru qızılı alır,kişi hamamdan çıxana qədər heç yerə getməyib,orada gözləyir.Oğru onu çağırıb deyir:"Ey cavanmərd,qızılını geri al,sonra get,sənin əmanətin üzündən bu gün mən də işimdən avara oldum".Kişi deyir:"bu nədir,əmanət nədir,sən kimsən?" Oğru deyir:"Mən oğru bir adamam,sən isə hamamdan çıxana qədər bu qızılı mənə tapşıran adam".
Kişi deyir:"Oğrusansa,bəs nə üçün mənim qızıllarımı aparmayıbsan?"
Oğru deyir:"Əgər öz peşəmlə ələ keçirsəydim,min dinar olsaydı,sənə yazığım gəlməzdi,bir arpa da sənə qaytarmazdım.Lakin sən bunu mənə əmanət olaraq veribsən,insafsızlıq olar ki,sən alicənablıq edib mənə əmanət verəsən,mən də nanəciblik göstərib ona xəyanət edəm".
 
Link to comment
Share on other sites

İnsanı düzəltdim...

 
Bir həftənin yorğunluğundan sonra bazar səhəri qalxdığında bütün həftənin yorğunluğunu çıxarmaq üçün əlinə qəzetini götürdü və bütün gün miskinlik edib evdə oturacağını düşündü.
Elə bunları düşünərkən uşağı qaçaraq gəldi və kinoya nə vaxt gedəcəklərini soruşdu.
Ata uşağına söz vermişdi, o həftə sonu kinoya aparacaqdı amma heç çölə çıxmaq istəmədiyindən bir bəhanə uydurması lazım idi.
Sonra qəzetdəki dünya xəritəsi gözünə ilişdi.
Əvvəl dünya xəritəsini kiçik parçalara ayırdı və uşağına; əgər bu xəritəni düzəldə bilsən səni kinoya aparacağam
dedi sonra düşündü;
"Nə yaxşı, xilas oldum, ən yaxşı coğrafiya professorunu belə gətirsən bu xəritəni axşama qədər düzəldə bilməz."
Aradan on dəqiqə keçdikdən sonra uşaq atasının yanına qaçaraq gəldi və
"Ata xəritəni düzəltdim artıq kinoya gedə bilərik" dedi.
Atası əvvəl inana bilmədi və görmək istədi. Gördüyündə də hələ də heyrətlər içində idi və bunu necə etdiyini soruşdu.
Uşaq; "Mənə verdiyin xəritənin arxasında bir insan vardı" dedi...
İNSANI DÜZƏLTDİYİM ZAMAN, DÜNYA ÖZBAŞINA DÜZƏLMİŞDİ...
Link to comment
Share on other sites

Dostluq

 
Bir gün padşah öz saray əhli ilə ovdan qayıdanda, çay kənarında bir adam görür. Adam oturub boş aş süzəni suya salır, çıxardır, aş süzəndəki su süzülür və yenə eyni ilə təkrar edir. Hadisə padşaha çox maraqlı gəlir. Vəziri göndərib adamı yanına çağırtdırıb ondan niyə belə etdiyini soruşur. Adam deyir, aş süzən mənim həyatımdır, süzülən su isə həyatımdan gəlib keçən dostlarımdır. Kimi ölüb, kimi vəfasız çıxıb kimi də dostluğunu davam etdirə bilməyib. Padşah adamdan dostluqda bu qədərmi vəfalı olduğunu soruşanda adam cavab verir, bəli mən vəfalıyam. Padşah adama dostluq təklif edir. Adam padşahın dostluğunu qəbul edib onunla saraya gedir. Belə illər keçir və dostluq günü-gündən möhkəmlənir.

Günlərin bir günü səfər ərəfəsində padşah dostuna, mən səfərə çıx bilmədiyimdən ailəm sənə əmanət deyir. Dostu tərəddüd etsə də, padşahın sözünü yerə salmır. Amma ondan bir gün möhlət istəyib gedir. Səhəri gün padşaha bir sandıqça verib, mən səndən istəməyincə bu sandıqçanı açma deyib səfərə çıxır. Bir müddət yol getdikdən sonra istirahət üçün çadırlar qurulur. Padşahın arvadı həmən bu adamı öz çadırına çağırıb onunla yaxınlıq etməsini istəyir. Adam təbii ki, bunu edə bilməyəcəyini və onun əri ilə möhkəm dostluğu olduğunu söyləyincə, arvad üst-başını cırıb hay-həşir salır. Hər kəs gəlib adamı çadırda görüb vəziyyətin nə yerdə olduğunu anlayırlar. Adamı tutub padşahın sarayına gətirirlər. Arvad və hadisə yerində olanlar dostun öz dostunun zövcəsinə təcavüz etdiyinə şahidlik edirlər.

Edam zamanı, padşah adamdan budumu sənin dostluğun soruşunca adam mən heç vaxt dostluğumuza xəyanət etməmişəm deyir. Amma bütün sübutlar adamın əleyhinə olur. Adama son söz demək imkanı verəndə, padşahdan səfərə getməzdən öncə verdiyi sandıqçanı gətirməsini xahiş edir. Sandıqçanı gətirirlər və dost dostundan sandıqçanı açmasını xahiş edir. Padşah sandıqçanı açır və dostunun özünü axtaladığını görür.
 
Link to comment
Share on other sites

     Uşaq gözüylə baxa bilmək

 
Kiçik qızın atası İspaniyanın ən ağır siyasi cəzalarının verildiyi bir həbsxanada məhkum idi. Fürsət tapdığı 5d1449fe68.jpghər həftəsonu atasını ziyarət üçün anasıyla birlikdə həbsxabaya gedərdi. Yenə bir ziyarətə gedərkən atası üçün çəkdiyi rəsmi yanında apardı, ancaq həbsxana qaydalarına görə azadlığı xatırladan hər cür şeyin məhkumlara verilməsi qadağan idi.
Bu səbəblə kağıza çəkdiyi quş şəkilini qəbul etməmiş və oradaca cırmışdılar...
Çox kədərlənmişdi kiçik qız... Atasına söylədi bunu, o da "kədərlənmə qızım, yenə çəkərsən; bu dəfə çəkdiklərinə diqqət yetirərsən olarmı?" dedi.
Kiçik qız digər ziyarətində atasına yeni bir şəkil çəkib apardı. Bu dəfə quş yerinə bir ağac və üzərinə qara kiçik xallar çəkmişdi. Atası şəkilə baxdı və soruşdu: "Hmmm! Nə gözəl bir ağacdır bu! Üzərindəki xallar nədir? Portağaldır?
Kiçik qız atasına əyilərək, səssizcə: Hşşşşt! O xallar ağacın içində gizlənən quşların gözləridir!..
Link to comment
Share on other sites

Limon ağacı

 
Zəngin bir iş adamının bağçasında, yan-yana əkilən iki limon ağacı vardı. May ayı sonlarında açan limon çiçəkləri, bütün bağçanın havasını bir anda dəyişdirər və mənzillərə həbsedilmiş insanlara baharın gəldiyini müjdələyirdi. Ancaq limon ağaclarından biri, digərindən cılız və görkəmsiz idi. Buna görə böyük ağac hər fürsətdə onu kiçik hesab edər və təpədən baxardı. Ev sahibi də kiçik boylu limon ağacından ümid kəsmiş görünürdü. Ona görə ağac, bu gedişlə quruyub öləcəkdi. Buna görə də onu çox sulamaz və qulluq etməyi çox istəməzdi.
d740f2f286.jpgGünün birində əsən sərt bir çovğun, qarlı dağların yamaclarındakı bir qrup çiçək toxumunu iş adamının bağçasına uçurdu. Lakin bağçanın hər tərəfi hissələrə ayırılmış, yalnız limon ağaclarının altında yer qalmışdı. Bir an əvvəl cücərmək məcburiyyətində olan toxumlar, limon ağaclarının yanına gələrək onların altında cücərmək üçün icazə istədi.
Böyük ağac, yaxşıca sıxılaraq:
-Belə bir şey əsla mümkün ola bilməz, deyə atıldı. Bizlər quru qalmağı çox sevmərik. Əgər dibimdə çoxalsanız, suyu mənimsəyib məni qurudarsınız.
Əslində böyük ağacın fikrini çəkindiyi başqa bir şey daha vardı. Çiçəklər rəngarəng açdıqlarında, limon ağacının sarıya çalan ağ çiçəkləri sönük qalacaq və bağça sahibinin gözündəki dəyəri azala biləcəkdi. Belə ki ağacın, özündən gözəl olanlara heçmi heç dözümü yox idi.
Kiçik ağac, uzun boylu yoldaşının toxumlara verdiyi cavabı bəyənməmişdi. Çünki o, özünə həyat verənin, o həyat üçün lazımlı olan suyu da verəcəyini çox yaxşı bilirdi. Buna görə, ağılına belə gəlmirdi susuzluq.
Toxumların təklifini qəbul edərək:
-Sizlərlə birlikdə olmaq, mənə xoşbəxtlik verər, dedi. Beləliklə təklik də çəkmərik.
Böyük ağac bu işdən xoşlanmamışdı. Lakin kiçik olanı:
-Gözəl yaradılanlardan kimsəyə zərər gəlməz, deyə təkrarlayırdı. Gözəllərdən gözəlliklər doğular yalnız.
Kiçik limon ağacı altında cücərən toxumlar, bir neçə həftə içində cənnət çiçəkləri kimi açıb bütün bağçanın göz bəbəyi halına gəldi. Bu vaxt ağac, əlindən gəldiyi qədər özlərinə köməkçi olmağa çalışır və çiçəklərin sevdiyi yarı günəşli mühiti təmin etmək üçün, köhnə yarpaqlarını tökürdü.
Çiçəklər, qısa bir müddət sonra xoş ətirli qoxular yaymağa başladı. Bağça sahibi, o ana qədər heç duymadığı bu qoxunun haradan gəldiyini araşdırdığında, dəvətsiz qonaqları taparaq heyrətə düşdü. Adam, ancaq yuxularında görə bildiyi bu çiçəklərin gözəlliyini davam etdirə bilmək üçün səhərlər artıq daha erkən qalxır və onları ən keyfiyyətli gübrələrlə bəsləyib bol bol sulayırdı. Kiçik limon ağacı, köklərinin ən incə detallarına qədər çatan bu suları çiçəklərlə birlikdə içir və böyük bir sürətlə sərpilib böyüyürdü.
Çiçəkləri sevgiylə qucaqlayan ağac, növbəti bahara qalmadan o ətrafın ən böyük ağacı halına gəldi və bir-birindən gözəl kəpənəklərin ziyarət yeri oldu. Daha sonra da öz çiçəklərini açaraq bağçanın gözəlliyinə gözəllik qatdı.
İndi kiçik və tək qalmış olan limon ağacı isə, qonşusuna duyduğu qısqanclıqla için-için quruyurdu.
 
Link to comment
Share on other sites

Həyat şahmatı

 
Gənc bir adam öz bölgəsində çox tanınan bir müdrikin yanına getdi. Dərdi bir az fərqli idi. Gənc yaşında həmişə müvəffəqiyyət qazanmışdı. Atasından götürdüyü kiçik işi sürətlə böyütmüş, zəngin olmuşdu. Ətrafındakı hər kəs ona hörmət göstərirdi.
Düşməni yox idi. Evlilikləri müvəffəqiyyətli olmuş, çox gənc yaşlarda başlayaraq bir neçə dəfə ata olmuşdu. Və gənc adamın dərdi də bundan sonra başlayırdı. Bu qədər erkən müvəffəqiyyət, sayılıb hörmət edilmək üzündən bütün ətrafındakı insanları "kiçik" görməyə başlamışdı.
Gənc adam üçün "əhəmiyyətli" heç bir iş, heç bir insan, heç bir vəziyyət qalmamışdı. Heç bir danışığı bir neçə dəqiqədən çox dinləyə bilmir, oxumağa başladığı hər şeyi bir neçə dəqiqə içində əlindən buraxırdı.
11cad33737.jpgMüdrik adam gənc adamı uzun uzun dinlədi. Gənc adam danışdıqca danışdı. Sonra da müdrik adam soruşdu: "Edərkən zövq aldığın, hər şeydən daha çox maraqlanacağın heç bir şey yoxmu?"
Gənc adam bir müddət düşündü və cavab verdi: "Şahmat..." dedi, "Amma şahmatı da çox yaxşı oynadığım üçün rəqib tapa bilmirəm." .
Müdrik adam "Gözəl" dedi, "Burada bir şagirdim var, o da yaxşı şahmat oynayır." Şagirdini çağırdı, şahmat masası quruldu. Gənc adam və şagird qarşılıqlı oturdular. Müdrik adam birdən "Bir dəqiqə" dedi, "Bu şahmat qarşılaşması bir az fərqli olacaq. İtirən, başını da itirəcək. İtirənin başını mən öz əlimlə, öz xəncərimlə kəsəcəyəm. qəbulmu?" Şagirdi "bəli əfəndim" dəyincə gənc adam da daha zəif bir səslə "razıyam" dedi.
Oyun başladı. "Hər şeyi ən yaxşı edən", "Hər şeydə ən müvəffəqiyyətli" gənc adam muncuq muncuq tərləyirdi. Etdiyi hər hücum müdrikin şagirdi tərəfindən ustaca sovuşdurulurdu. Gənc adam tərləməyə davam edirdi. Bir müddət sonra müdafiə üsulları zəifləməyə başladı. Şagird usta hücumlarla gənc adamı sıxışdırmışdı.
Gənc adam bir an müdrik adama baxdı. Gözləri qorxu dolu idi. Müdrik adam o an, bir əl zərbəsiylə şahmat masasını aşırtdı: "Tamam bitdi! Heç kimin başı kəsilməyəcək!" Gənc adam önünə baxırdı.
Müdrik adam danışdı: "budur təkrar ehtirası yaşadın... Diqqətini cəmləməyi öyrəndin... Heç kimi kiçik hesab etməməyin lazım olduğunu gördün... Hər an ölümün yanında yaşadığın üçün hər şeyə dəyər verməyin lazım olduğunu anladın..." Sonra müdrik və şagirdi yerə saçılmış şahmat daşlarını birlikdə yığıb qutusuna qoydular.
 
Link to comment
Share on other sites

     Qaranquş

 

Qaranquşun biri, bir adama aşiq olmuş. Pəncərənin önünə qonmuş, bütün cəsarətini yığmış, tüklərini qabartmış, gözəl dayandığına əmin olduqdan sonra, kiçik sevimli dimdiyiylə şüşəyə vurmuş. Tıq..... tıq. .....Tık....

Adam şüşəyə baxmış. Amma içəridə öz işləriylə məşğul olurmuş.. Məşğulmuş! Kimmiş onu işindən saxlayan? Kiçik bir qaranquş!

Həyəcanlı qaranquş, təlaşını basdırmağa çalışaraq, dərinbir nəfəs almış şirin dimdiyini açmış, sözlər tökülməyə başlamış. Ey adam! Mən səni sevirəm. Səbəbini soruşma. Uzun zamandır səni izləyirəm. Bu gün cəsarət tapdım danışmağa. Lütfən pəncərəni aç və məni içəri al. Birlikdə yaşayaq.

Adam birdən partlamış: Yox daha nələr? Dayandıq yerdə sən də haradan çıxdın indi? Olmaz, ala bilməm, demiş.

Sən bir quşsan! Heç quş, insana aşiq olarmı?

Qaranquş çox pis olmuş. Başını önünə əymiş. Amma vaz keçməmiş, bir müddət sonra təkrar pəncərəyə gəlmiş, gülümsəyərək bir dəfə də şansını sınamış: Adam, adam! Haydı aç artıq bu pəncərəni. Al məni içəri! Mən sənə dost olaram. Heç canını sıxmam!

Adam qərarlı, adam israrlı: Yox ,yox mən səni içəri ala bilməm demiş. Bir az da kobudmuş, sözü qısa kəsmiş. İşim gücüm var, get başımdan. Aradan bir zaman keçmiş, qaranquş son dəfə adamın pəncərəsinə gəlmiş: Bax soyuqlar da başladı, üşüyürəm çöldə. Aç bu pəncərəni al məni içəri. Yoxsa, isti yerlərə köç etmək məcburiyyətində qalaram. Çünki mən ancaq istidə yaşayaram. Peşman olmazsan, səni sevindirərəm

Birlikdə yemək yeyərik, bax həm də sən də təksən' təkliyini paylaşaram, demiş. BƏZİLƏRİ GERÇƏKLƏRİ DUYMAĞI SEVMƏZMİŞ ! Adam bu təklik məsələsinə incimiş. Çox əsəbiləşmiş: Mən təkliyimdən məmnunum, demiş. Quşdan onu rahat buraxmasını istəmiş. Qovmuş.
8d8252c537.jpg

 

Qaranquş , son sınağından da müvəffəqiyyətsizliklə çıxınca, başını önünə əymiş, çəkib getmiş. Yenə aradan zaman keçmiş. Adam, əvvəl düşünmüş, sonra öz-özünə etiraf etmiş: Hay mənim ağılsız başım; demiş. Nə qədər axmaqlıq etdim! Gözlənilməz bir anda qarşıma çıxan bir dostluq fürsətini təpdim. Niyə onun təklifini qəbul etmədim ki? İndi belə təkcə oturacağam , kefli vaxt keçirərdik birlikdə.

Peşman olmuş olmasına amma iş işdən keçmiş. Yenə də öz özünü rahatlaşdırmağı laqeyd yanaşmamış: İstilər başlayınca, kırlangıcım necə olsa yenə gəlir. Mən də onu içəri götürər, xoşbəxt bir həyat sürərəm.

Və çox uzunca bir müddət, istilərin gəlməsini gözləmiş. Gözü yollardaymış. Yaz gəlmiş, başqa qaranquşlar gəlmiş. Amma...... Onunki heç görünməmiş. Yazın sonuna qədər pəncərəsi açıq gözləmiş amma boşuna. Qaranquş yoxmuş! Gələn başqa qaranquşlara soruşmuş amma görən olmamış. Sonunda məsləhətləşmək və məlumat almaq üçün bir müdrik adama getmiş. Olanları izah etmiş. Müdrik adam gözlərini adama tikmiş və demiş ki:

"QARANQUŞLARIN ÖMÜRÜ 6 AYDIR...."

HƏYATDA BƏZİ FÜRSƏTLƏR VARDIR, YALNIZ BİR DƏFƏ ƏLİNİZƏ KEÇƏR VƏ QİYMƏTLƏNDİRMƏSƏNİZ UÇUB GEDƏR!

HƏYATDA BƏZİ İNSANLAR VARDIR, YALNIZ BİR DƏFƏ QARŞINIZA ÇIXAR; DƏYƏRİNİ BİLMƏSƏNİZ QAÇIB GEDƏRLƏR VƏ ƏSLA GERİ DÖNMƏZLƏR!

Link to comment
Share on other sites

Filosof Əflatun

 
Deyirlər ki,bir gün Əflatun şəhərin adlı-sanlı adamları ilə bir yerdə oturub,söhbət edirdi.Birisi onun görüşünə gəlib salam verdi,yanında oturub,ordan-burdan danışdıqdan sonra dedi:Ey filosof,bu gün filankəsi gördüm,sənin barəndə danışır və tərifləyərək deyirdi:"Əflatun çox böyük filosofdur,indiyə qədər onun kimisi nə olub,nə də olacaqdır".İstədim onun tərifini sənə çatdıram.
Filosof Əflatun bu sözü eşitcək başını aşağı salıb,ağladı,bərk qanı qaraldı.halı pozuldu.O kişi dedi:"Ey Filosof,mən sənə nə ağır bir söz dedim ki,halın belə pozuldu?".
Filosof Əflatun dedi:"Ey xacə.şəxsən sən mənə elə ağır bir söz demədin,lakin bundan daha ağır müsibət olarmı ki,nadanın biri məni tərifləsin,mənim gördüyüm iş ona xoş gəlsin? Bilsəydim nə nadanlıq etmişəm ki,onun təbiətinə uyğun olmuş,xoşuna gəlmiş və məni tərifləmişdir,tövbə edib o işdən əl çəkərdim.Halımın pozulması ondadır ki,mən hələ də nadanam,çünki,nadanların təriflədikləri adamlar yalnız nadanlar olar".
Link to comment
Share on other sites

Tısbağa və əqrəb

 
Bir tısbağa bir əqrəblə həmdəm olub dostluq və qardaşlıq iddiası edirdi.
Səhərdən axsama tək bir oturub durardı,
Gecədən sübhə qədər onunla mırt vurardı.

Bir dəfə təbii fəlakət üz verdi, doğma vətəni tərk edib başqa yerə köçməli oldular. Təsadüfən dərin bir çaya rast gəldilər. Tısbağa çayı keçməyə hazırlaşmağa başladı, əqrəb isə yerində donub qaldı. Tısbağa dedi: - Ey əziz dost! Sənə nə olub ki, fikir dəryasına batmısan? əqrəb dedi: -Qardaşım, bu çaydan, sudan necə keçəcəyimi düşünürəm. Mənim üçün nə sudan keçmək mümkündür, nə səndən əl çəkmək?!
Sən gedirsən, dalınca axar gözümün yaşı,
Çox çətindir dost gedə, qala onun yoldaşı!

9aa2167ccd.jpg Tısbağa dedi: - Qəm çəkmə, mən səni dalıma alıb bu sudan keçirərəm. Atalar demişlər ki, dostu çətinliklə ələ gətirib, asanlıqla əldən vermək nadanlıqdır. Tısbağa bunu dedikdən sonra əqrəbi dalına alıb özünü suya vurdu. Çayın ortasına çatdıqda dalından xoşagəlməz səs eşitdi. Əqrəbə dedi: -Qardaşım, bu nə səsdir ki, mən eşidirəm? Bu nə əməldir ki, sən edirsən? Əqrəb cavab verdi ki, tikanımı sənin vucudunda imtahan edirəm. Tısbağa qəzəblənib dedi:- Ay insafsız, mən sənin üçün bu bəla bulağına düşmüş, şirin canımı bu fəlakət dəryasına atmışam nə minnət bilirsən, nə mürüvvət. Təşəkkür etmirsən cəhənnəm. Heç olmasa dinc oturub sancma!
Xeyir verə bilmirsən, heç olmasa qaç şərdən,
Dostluq edə bilmirsən, gəl olma sən bir düşmən.

Onu da yaxşı bilirsən ki, sənin tikanın mənə zərər yetirə bilməz, neçin belə edirsən? Əqrəb dedi: dağru buyurursan, lakin nə edim ki, təbiətim belədir. Eşitməmişsənmi deyiblər:
əqrəbin çalması deyil ədavət,
zatındadır onun belə bir adət.

Tısbağa bunu eşitcək dedi:- mənim də xasiyyətim suya batmaqdır.
O saat dalı üstə çevrilib suya yatdı, əqrəb dərhal sürüşüb suya batdı və boğuldu.
 
Link to comment
Share on other sites

Ən doğrusunu Allah bilir...

 

Tanrı Əzrailə:
"Ya Əzrail! Qullarımdan her hansı birinin canını alınca heç üzüldünmü?"-
-Ya Rabb HƏRŞEY sənə məlumdur. Yalnızca bir qulunun ruhunu alınca çox üzüldüm. Bir gəmi dağlara çırpılıb parçalanmışdı. Orada bir ana və bir uşaq var idi. O ananın canını almaq tapşırılmışdı. Onun canını alınca çox üzüldüm. Körpəni isə bir taxtanın üzərində bir adaya atdım. Yetim qaldı.

Tanrı: 3ed9bd0b28.jpg
“Bəs sevinərək hər hansı bir qulumun canını aldınmı? ”
Bəli tanrım. Bir zalım padşah var idi. Bütün xalq onun əlindən bezar idi. Bax o qulunun canını sevərək aldı.
“Padşahın kim olduğunu xatırlayırsammı?”
-Xeyr xatırlamıram Ya Rabb-deyincə, Tanrı buyurdu:
“Həmən o padşah anasının canını üzülərək aldığın yetim uşaqdır, zalım padşahdır”

Link to comment
Share on other sites

Hörümçək toru qədər yaxşılıq

 
e3496b6623.jpgBir gün dünya həyatında həmişə pislik işləyən bir adam, Cəhənnəmin qapısında bir mələk ilə qarşılaşdı. Mələk adama belə səsləndi: Bura girməməyin üçün, həyatda ikən tək bir yaxşılıq etmiş olmağın yetər. Yaxşı düşün!Uzun müddət düşünən günahkar adam, nəhayət xatırladı! Bir dəfəsində meşədə gedərkən yolunun üzərində bir hörümçək görmüş və ona basmamaq üçün yolunu dəyişdirmişdi. Həyəcanla bu yaxşılığını dilə gətirdi. Mələk gülümsədi və bir hörümçək toru endirildi. Adam tora dırmaşaraq Cənnətə girə biləcəkdi. Adam tora dırmaşıb yuxarı çıxarkən, Cəhənnəmlə cəzalandırılanlardan bəzidəri də bu fürsətdən yararlanmaq istəyərək tora dırmaşmağa başladılar. Amma adam döndü və torun hər kəsi daşımayacağından qorxaraq onları itələməyə başladı. Elə bu anda, tor həqiqətən də qopdu və digərlər ilə birlikdə adam da Cəhənnəmə düşdü. "Heyf" dedi mələk. "Qorxaqlığı, həyatında işlədiyi tək yaxşılığı da pisliyə çevirdi. O insanlara qayğı göstərə bilsəydi, torun hər kəsi daşıya biləcəyini görəcəkdi."
Link to comment
Share on other sites

Dilənçi ilə kralın ibrətli hekayəsi

 
Çox uzaq bir ölkədə bir imperator səhər gəzintisi əsnasında bir dilənçiyə rast gəlir. "Dilə məndən nə diləyirsən" deyir. Dilənçi gülər və: "Sanki diləyimi reallaşdıra biləcəkmiş kimi soruşursunuz." deyə cavablar. Kral bu sözdən əsəbləşir və danışıq tərzi sərtləşir.... Əlbəttə, hər dediyini yerinə gətirə bilərəm. Sən söylə hələ; nə istəyirsən?
"Söz vermədən əvvəl iki dəfə düşünün kralım". Dilənçi adi bir dilənçi deyildi. İmperatorun ilk yaşayışında müəllimi olmuşdur. Və ona bu sözü vermişdir. "Bundan sonrakı həyatında təkrar qarşına çıxıb səni xəbərdar edəcəyəm." İmperator bu h563861529a.jpgadisəni çoxdan unutmuşdu. Onsuz da keçmişi hansımız nöqtəsinə, vergülünə qədər xatırlaya bilərik ki? Birlikdə yaşlanan kəslərin belə xatirələri fərqlidir. Bu səbəblə imperator təkid edir. Nə istəsən verə bilərəm. Mən güclü bir imperatorum. Yerinə gətirə bilməyəcəyim heç bir diləyin ola bilməz. Bunun üzərinə dilənçi, çanağını uzadıb, "Bu çanağı hər hansı bir şeylə doldura bilərsinizmi?" deyə soruşar. İmperator qəhqəhə çəkər və vəzirinə çanağı qızılla doldurmasını əmr edər. Çanaq dolub daşır və anında da boşalır. Pullar buxar olub uçur sanki. İmperatorun qüruru sarsılır. Bir dilənçi çanağını doldura bilmədiyi qulaqdan qulağa yayılır. Daha sonra brilyantlar, almazlar, yaqutlar axıdılır çanağa.Ancaq elə bilki, çanağın dibi yoxdur. Yer udar, amma boş qalar. İmperator məğlub olmuşdur. Dilənçiyə yalvarar: "Yaxşı, sən qazandın. Diləyini yerinə gətirə bilmədim amma nə olar mənə çanağın nədən hazırlandığını etiraf et." Çox sadə, deyə cavablar dilənçi.
İnsan beyinindən edilmişdir: Yəni insanın arzu və istəklərindən. Doymaq bilməz olması da bundandır. Bu həqiqəti bir dəfə qavrasan həyatın dəyişər. İstək nədir ki! İstək çatılana qədər, müəyyən bir müddət həyəcan verən bir duyğudur. Məsələn; bir avtomobil istəyərsən... bir saray... bir ev... bir yoldaş... və s... Tək-tək hər birini əldə etdiyində, hamısı mənasını itirir. Niyə? Çünki beynin, ağılın onları xaric edər- qavramaz. Avtomobil qarajdadır və artıq istək oyandırmamaqdadır. Həyəcan, onu əldə etdiyində sönüb getmişdir. Yoldaş yatağında, pul cibindədirsə, onlara çatmaq üçün dözdüyün sıx istək yox olar. Yenə boşluğa düşər, yeni bir istək yaratmaq məcburiyyətində qalarsan.... İstək doyumsuzluq oyandırar və gedərək dilənçi olarsan. Bir istəkdən bir başqasına çırpınıb dayanarsan. Məqsədinə çatar çatmaz bir yenisini yaradarsan. İstəyin bu istiqamətini qavradığında həyatının dönüş nöqtəsindəsən deməkdir. Davamlı səfər halı yaxşı nəticə verməz. Geri dön... Evinə dön... Səni xoşbəxt edəcək elementləri xaricində deyil, öz içində axtar!
Link to comment
Share on other sites

Yalan yarışması

 

Padşah bir gün, "Mənə yalan söyləyə bilənə bir küp dolusu qızıl verəcəyəm!" demiş.
Yalançılar dərhal saraya qaçmaqa başlamışlar yalan danışsınlar;
Yalançı : "Bir quş, aslanı qapıb yuvasına apardı".
Padşah "Burda yalan yoxdur Quş qartaldır, aslan da quzu qədər kiçik bir bala. Qapib aparar təbii!..''
Yalancı :"Qonşu ölkədə bir eşşəyi kral etdilər!.."
Padşah "Ölkənin kralı, pəncərədən baxdıqı yerdə tacını salmış. Tac da pəncərənin altındakı eşşəyin başına keçmiş. Tac kimin başındadırsa, kral odur təbii!.."
Yalancı"Padşahım, mən səmaya bir ox atdım. Altı ay sonra geri döndü!"
Padşah"Sənin ox bir ağacın üstünə düşmüşdür. Ağac, payızda yarpaqlarını töküncə, ilişəcək yer tapa bilməyib yerə enmişdir".'
Beləcə padşah, hər yalana gerçək bir bəhanə tapmış və kimsə padşaha bu yalandır dedirdə bilməmiş.
Amma bir gün Məlikməmməd gəlmiş;
"Padşahım, sən mənim atamdan borc olaraq bir küp dolusu qızıl götürmüşdün. İndi qızılı götürməyə gəldim. Yalandır desən mükafatımı ver. Yalan deyil desən borcunu ödə!

Link to comment
Share on other sites

Hər günahın bədəli var

 
Hikmət sahibi olan bir tacirin bir oğlu və bir qızı olur. Onlara çox gözəl tərbiyə verir. Həmin bu tacirin evinə hər sabah bir kişi su gətirir. Hər dəfə də qapını su gətirən kişi üçün tacirin kiçikyaşlı qızı açır. Bu qız uşaqlıqdan yaşlı adamın su gətirməsindən xəbər tutan kimi tez gedib qapını açardı.
Günlər keçir, aylar ötür, bir gün tacirin oğlu ticarət üçün Şama yollanır. Su gətirən kişi adəti üzrə suyu gətirir, balaca qız qapını onun üçün açır. Bir gün də qızcığazın atası eyvanda oturmuş halda evində baş verən bir hadisənin şahidi olur. Su gətirən kişi suyu qoyub getmək istəyəndə qəribə bir hadisə baş verir. O, qızcığazın xəbəri olmadan onu gözlənilməz vəziyyətdə öpüb qapıdan ayrılır. Bu hərəkət su gətirən adam tərəfindən həmin evə gəldiyi müddətdə ilk atdığı səhv addım olur. Lakin hikmətli tacir ata bu hadisəyə dərhal reaksiya vermir, səbr edib düşünür.

Oğlu ticarət səfərindən qayıdandan sonra atası onunla təkbətək oturub söhbət edir. Oğlundan səfərdə başına gələnlər haqqında soruşur.241f230f85.jpg Oğlu atasına hər şeyi danışır, amma bir şeyi gizlədir. Atası oğluna verdiyi sualların cavabı ilə qane olmadıqda, yenidən ondan tam həqiqəti öyrənməyə çalışır. Bu dəfə oğlu atasından üzr istəyərək başına gələn bir hadisəni ona danışmalı olur. Səfərdə olarkən o, gözəl bir qızla rastlaşır. Nəfsini boğa bilmədiyi üçün qızı gözləmədiyi halda öpür. Atası bunu eşidər-eşitməz bu sözləri deyir:
-Addım, addım...atdıqca artır. Hər günahın bir bədəli var...Əgər sən ondan artıq hərəkət etsəydin, bizim evə su gətirən də ondan daha artığını edərdi.
Oğul atasının bu sözündən təəccüblənir. Atası o səfərdə olarkən bacısının başına gələn hadisəni ona danışır. Sonra oğluna bu sözləri deyir:
-Kim zina edərsə - başqasının namusuna toxunarsa, onun da namusuna toxunarlar.
Əgər bizlərdən hər birimiz bu hadisəni düşünsə, namusunu fikirləşsə və bilsə ki, başqasının ismət və namusuna göz dikməklə başqalarının da gözünü onun ismət və namusuna dikilməsinə səbəb olacaqdır, onda o, bu hərəkətindən vaz keçər.
Unutmayaq ki, hər bir günahın bir bədəli vardır...
Link to comment
Share on other sites

Fədəkarlıq və nəticəsi

 
Bir gün müdriklərdən birinə: "Sevginin yalnız sözünü edənlərlə, onu yaşayanlar arasında nə fərq vardır?" deyə sual verirlər. Baxın göstərim demiş, müdrik. Əvvəl sevgini dildən könülə endiməyənləri çağırıb, onlara bir süfrə hazırlamışlar. Gələnlərin hamısı yerlərinə oturmuşlar.
Bu zaman qabların içində isti şorbalar və onun arxasındanda dərviş qaşıqları deyilən bir metr boyunda qaşıqlar gətirilmişdir.
"Müdrik bu qaşıqların ucundan tutub yeyəcəksiniz" deyə bir də şərt qoydu. Yaxşı deyib, yeməyə başladılar şorbaları. Lakin nə baş versə yaxşıdır? Qaşıqlar uzun olduğundan yeməkləri heç cür töküb axıtmadan apara bilmirdilər agizlarina. Ən sonunda bacara bilmediklərini görüb, eləcə aç qalxdılar süfrədən.
Bundan sonra dərviş, sevgini həqiqətən bilənləri çagiraq yemeye deyir. Üzləri aydın, gözləri sevgi ilə gülümsəyən insanlar gelib oturdular süfrəyə bu dəfə.
"Buyurun" dəyincə, hər biri uzun boylu qaşıqları şorba ilə doldurub, sonra qarsısındakı qardaşına uzadaraq içdilər.
Beləcə hər biri digərini doyurub və şükredərək qalxdılar süfrədən. Budur demiş müdrik, kim ki, gerçək süfrəsində yalniz özünü görər və doymağı düşünərse, o aç qalacaqdır. və kim ki, qardaşını düsünüb doyurarsa, şübhəsiz o da qardaşı tərəfindən doyurulacaqdır. Bunu da unutmayın, gerçək bazarında alan deyil, verən qazanclıdır daim.
Link to comment
Share on other sites

Yaşlı adam və balıq

 

Bir adam, bir yeməkxanaya girdi, bu sırada yemekxanaya bir başqa yolçu daha girdi və ikisi birdən aşbazdan yeməyə bir şey istədilər. Lakin aşbazdan yemək olaraq yalnız bir balıq olduğunu söylədi və bunu paylaşmalarını təklif etdi. Bunun üzərinə yaşlı adam, aşbaza, "Mən balığın yalnız başını yeyəcəyəm" dedi. aşbaz bunun səbəbini soruşdu, yaşlı adam da, "Balıq başı zəkanı artırar, balıq başı yeyən insan ağıllı olar" dedi. Bunun üzərinə o biri yolçu dərhal atıldı və yaşlı adama:
"Balıq başını niyə sən yeməlisən, mən yemək istəyirəm" dedi. Yaşlı adam da etiraz etmədi və balığın böyük gövdəsini yedi və bir gözəl qarınını doyurdu. O biri yolçu isə yalnız balığın başını yeddi və sonra yaşlı adama seslendi:"sən böyük gövdəni yeddin qarınını doyurdun mən yalnız başı yedim aç qaldım" dedi.
Yaşlı adam da bu sözlərə belə cavab verdi :
"Bax necə ağıllandın."

Link to comment
Share on other sites

Ölən sevgilim

 
Səhər oyandığında mədəsində bir yanğı hiss etdi.Yanğının səbəbi dünən yedikləri deyil,oyanır-oyanmaz bu gün edəcəklərinin ağlına gəlməsi idi.Bu gün 2ildir götürdüyü öhdəliyi bitirəcəkdir.Əslində bunu etməkdə gecikmişdi də "bitməli" dedi qəlbində,"hər gün bu bədbin oyanışlar bitməli".Gənc adam bunları düşünərkən sifəti şəkildən şəklə düşürdü.Sürətlə geyinib.bayra çıxdı.Bu günə qəqər heç gözlətməmişdi onu,indi də gözlətməməli idi.
İstanbul soyuq və yağmurlu idi.Gənc adam göy üzünə baxaraq içini çəkdi:"Buludlar bizim yaşayacaqlarımızı bilir,onlar belə ağlayır halımıza".
Artıq görüş yerində idi.Bir neçə dəqiqəlik gözləmədən sonra sevgilisi gəldi.İndi mədəsindəki ağrı daha da artmışdı.Beşiktaşa getdilər.Yolda heç danışmadılar.Gənc qız sevgilisinin bu halını anlamırdı.Hardan biləcəkdi axı bu gün ayrılıq nəğməsinin çalınacağını?!.
Beşiktaşa gəldikdə bir kafedə oturdular.Gənc qız anlamışdı ona nə isə söyləyəcəyini."Mənə bir sözmü söyləmək istəyirsən?"deyə soruşdu.Gənc adam gözlərini qaçıraraq "bəli" dedi sadəcə.Gənc qız həyəcanlanmışdı,bir az da əsəbi ""Söyləsənə,nəyi gözləyirsən?" deyincə gənc adam içini çəkdi,sonra"Səncə biz nə qədər davam edəcəyik?" deyə soruşdu.Gənc qızsa "Bunu soruşmağının səbəbi nə?" dedi və gənc adam sözə başladı:
"Bir neçə ay öncə saat 23:00 radələrində zəng edib,səninçün yazdığım şeri oxumaq istəmişdim.Sən mənə"Yeridimi indi canım,sonra oxuyarsan" demişdin.Bilirsən,..o an nakaut almış bir boksyor kimi hiss etdim özümü.Üzr istəyib,telefonu söndürmüşdüm.Daha sonra da bu şeri məndən heç istəməmişdin.Keçən günlərdə xəstələnib,yatağa düşdüyümdə,dostlarla birlikdə sən də gəlmişdin.Emrenin "Sən şanslısan,sevgilin sənə baxar" sözünə "İşim yoxda,sənəmi baxacağam,anan baxsın" demişdin. Xatırladınmı?"
Gənc qız "Bilirsən,mən duyğusallığı heç sevmirəm,həm də xəstə baxıcısı kimi göründüyümü də kimsə deyə bilməz" deyə acıqla dedi. Gənc adam güldü,"Bəli canım,haqlısan,olmaq istəsən də bu qəlbi daşıdıqca xəstəyə baxan da ola bilməzsən." və davam etdi:"Mənə neçə dəfə səhər tezdən gözəl sözlər yazılmış mesaj yazdın?Heç,hətta günün heç bir saatında yazmadın.Duyğusallığı sevmiyə bilərsən,amma sən səni sevənləri də xoşbəxt etməyi sevmirsən.Halbuki mən sənin tam əksinə,özümdən də çox insanları xoşbəxt etməyi sevirəm.Səni tanıdığımdan bəri hər səhər,hər axşam,hər gecə,yəni səni düşündüyüm hər saat gözəl bir mesajım vardı səninçün,bilirsənmi? Səninlə mən ağla qara kimiyik".
Gənc qız anlamışdı,:"Yəni nə istəyirsən məndən?şair olmağımımı?" Gənc adam təkrar gülümsədi.Dünən gecə verdiyi ayrılıq qərarının nə qədər doğru olduğunu düşündü."Xeyir,şair olmağını istəmirəm,ola bilməzsən də. Biz ayrılmalıyıq. Ayrılsaq,ikimizçün də ən xeyirlisi olar".
Gənc qız çaşmışdı."Nədən amma?mən səni sevirəm,sənin də məni sevdiyini düşünürdüm".
Gənc adam iç çəkərək"Xeyir canım,sən məni sevdiyini düşünürsən,əgər məni sevsəydin indi başqa şeylər danışardıq" dedi. Gənc qızın gözləri yaşarmışdı.Gənc adam cibindən çıxardığı dəsmalı uzatdı.Gənc qız gözlərini silərək "Sən bilərsən,ümüd edirəm məni başqa birinə görə tərk etmirsən."Gənc adam:"Necə belə bir şey düşünürsən?səndən başqa kimsə olmadı və uzun müddət də olacağını düşünmürəm" dedi.
Gənc adam və gənc qız iki sevgili kimi oturduğu masada artıq 2 yad idilər.Bir neçə dəqiqə səssiz oturduqdan sonra gənc qız "Qalxaq artıq istəyirsənsə" dedi.Gənc adam "Mən bir az daha burada oturmaq istəyirəm,.istəyirsənsə sən get" dedi. Gənc qız "Oldu,o zaman sənə xoşbəxtlik diləyirəm" deyərək əlini uzatdı.Gənc qızın əlləri və səsi titrəyirdi.Gənc adam "İstəyirsən dost qala bilərik"dedi və son dəfə qucaqlaşdılar.
Gənc adam doğru etdiyinə inanırdı.Evə döndüyündə güclə yeriyəcək bir halda idi.otağına girdi.Gecə bitmək bilmirdi.Səhər tezdən qalxıb,işə gedəcəkdi,yatmalı idi.Bir neçə saat sonra yuxuya getməyi bacardı.0ad53342f1.jpgSəhər saat 7-də saatın zəngiylə oyandı.Evdən çıxacağı zaman cib telefonuna baxdı.Mesaj və 10 cavabsız zəng var idi ekranda.Yorğun olduğu üçün eşitməmişdi telefonun zəngini.Zənglər və mesaj sevgilisindən idi.Həyəcanla mesajı açdı və bu sətrləri görsü qarşısında:
Sadece onları sevmeyi sevdim,
Hepsini onlarsız yaşadım da,
Bir seni sensiz yaşayamıyorum.
Bu aşkı tek kalbde daşıyamıyorum.
Sana yemin ediyorum,güzel gözlüm,
Bir tek seni sevdi və
Seni severek de öleceyim.

Gənc adam çaşmışdı.Onu tanıdığındn bəri ilk dəfə şer alırdı,üstəlik də səhər açılınca yazmışdı.Həyəcanla ona zəng etdi.Telefonu yad bir səs açdı.Gənc adam: "Nalanla danışa bilərəmmi?" deyə soruşdu.Amma qarşısındakı səs ağlayırdı,həm də hıcqıra-hıcqıra."Mən onun anasıyam,qızım bu səhər intihar etdi.Gecədən səhərə kimi kimisə arayıb durdu.Səhər otağının işığını sönməmiş görüncə otağa girdim,balam özünü asmışdı".
Gənc adam beynindən vurulmuşa döndü o an. bir gün öncəki mədə ağrısının 2qatını çəkirdi o an.Olduğu yerdə də büzüşüb qaldı.
Bir neçə ay sonra 2həkim danışırdı xəstəxanada.Həkimlərdən biri digərinə qarşıdakı xəstənin halını soruşdu.Digər həkim dedi:"Hə,omu? 3ay öncə gətirdilər.Onun üzündən bir qız intihar etmişdi,o gündən sonra cib telefonunu heç yerə qoymur,daim nəsə yazıb,kiməsə göndərir. Keçən gün maraqlandım,oxuyarkən göndərdiyi nömrəyə zəng etdim,nömrə 3ay öncə bağlanmışdı.Gələn mesajlarda bir şer vardı.Bu adam duyğusalmı bilmirəm,amma mənim anladığım qədər şeri yazan adam çox duyğusal biriymiş..."

Ətrafınızdakı insanların nə düşündüyündən və nə hiss etdiyindən o qədər də əmin olmayın.Bəzən bir qəlbin içində nələr saxladığını öyrəndiyinizdə hər şey üçün çox gec ola bilər.
Link to comment
Share on other sites

Qumdan qala

 
Bir yaz günü, çimərlikdə oturub, qumlarla oynayan iki uşağı seyr edirdim. Hər ikisi də, dəniz sahilində qapılarıyla, qüllələriylə, tunelləriylə böyük bir qala etmək üçün bərabərcə böyük səylə çalışırdılar. a44f9f746b.jpgQala demək olar ki, tamamlanmışkən , böyük bir dalğa gəlib qalanı pozdu. Hər şey, bir anda yaş bir qum yığınına çevrilmişdi.
Bütün əziyyətlərinin bir anda gözlərinin qarşısında yox olduğunu görən uşaqların göz yaşlarına boğulmalarını gözləyirdim. Amma uşaqlar məni çaşdırdı. Ağlamaq yerinə, ikisi də qalxıb əl-ələ tutdular və gülərək sahildən bir az daha uzaqlaşıb yeni bir qala düzəltməyə başladılar.
Uşaqların , o anda mənə əhəmiyyətli bir dərs öyrətdiklərini anladım. Həyatımızdakı hər şey, yaratmaq üçün üzərində çox zaman və enerji sərf etdiyimiz hər qarışıq quruluş , əslində qumdan hazırlanmışdır.Tez ya da geç, bir dalğa gəlib, qurmaq üçün sıx səy sərf etdiyimiz işləri anında məhv edə bilər. "Belə bir vəziyyət qarşısında isə, yalnız yanında tutacaq bir əli olan insan gülümsəyə bilər...."
Link to comment
Share on other sites

Möcüzə

 

Sally, kiçik qardaşı George haqqında ana və atasının danışmalarını eşitdiyi zaman yalnız səkkiz yaşında idi. Qardaşı ağır xəstə idi və onu qurtara bilmək üçün əllərindən gələn hər şeyi etmişlərdi, Georginin yalnız çox bahalı bir əməliyyatla xilas olma şansı vardı lakin bunun üçün lazımı qədər pulları yox idi. Atasının, ümidsiz bir şəkildə anasına belə pıçıldadığını eşitmişdi. «Yalnız bir möcüzə onu qurtara bilər.» Bu sözləri eşidər eşitməz, yavaşca öz otağına getdi Sally. Donuz formasındakı pul topladıqı qabı gizlədiyi yerdən çıxardaraq içindəki pulları yavaşca yerə tökərək saymağa başladı. Yanılmaya düşməmək üçün tam üç dəfə saydı pul qabindaki çıxardığı xırda pulları. Sonra hamısını cibinə qoyaraq tələsiklə evdən çıxıb, küncdəki əczaxanaya getdi.

Əczaçının diqqətini çəkə bilmək üçün böyük bir səbirlə gözlədi. Alıcılar çox idi və bir adama dərmanlarını necə istifadə edəcəyini izah edirdi. Bu sıx işin arasında səkkiz yaşındakı bir uşaqla maraqlanmağa heç niyyəti yox idi amma Sallyın gözlədiyini görüncə «Bəli, nə istəyirsən söylə baxaq» dedi. «Bir az tez ol, gördüyün kimi bəy-əfəndiylə maraqlanıram» deyərək yanındakı qəşəng geyimli adamı göstərdi. Sally «Qardaşım» dedi. Səssizcə udqunduqdan sonra davam etdi: «Qardaşım çox xəstə, bir möcüzə almaq istəyirəm.» Əczaçı Sallya baxaraq «Anlaya bilmədim» dedi. "Şeyy, atam 'Onu ancaq bir möcüzə qurtara bilər' dedi, bir möcüzə neçiyədir, ?" Əczaçı Sallya sevgi və yazığı gələrək baxdı bu dəfə:
«Təəssüf edirəm kiçik qız, biz burada möcüzə satmırıq, sənə köməkçi ola bilməyəcəyəm» dedi. Sally o qədər asan imtina etmək istəmədi. Əczaçının gözlərinin içinə baxaraq «Qarşılığını ödəmək üçün pulum var mənim, mənə yalnız qiymətini söyləməniz kafi» dedi. Bu vaxt Sally və əczaçının yanında gözləyən yaxşı geyimli bəy Sallya dönərək «Nə növ bir möcüzə lazımdır qardaşın üçün kiçik xanım? deyə soruşdu. „Bilmirəm“ dedi Sally. Sonra gözlərindən aşağı süzülən yaşlara aldırmadan davam etdi:

016b36eb37.jpg„Tək bildiyim, o çox xəstə və anam əməliyyat keçirməzsə xilas ola bilməyəcəyini söylədi və ailəmin də əməliyyat üçün ödəyə biləcəkləri pulları yox. Amma atam 'Onu ancaq bir möcüzə qurtara bilər' dəyincə mən də pulumu götürüb bura gəldim.“ „Nə qədər pulun var?“ deyə soruşdu yaxşı geyimli adam. „Bir dollar və on bir sent“ dedi Sally. „Və dünyadakı bütün pulum bu!“ „Bu yaxşı bir şans, kiçik qardaşını qurtarmaq üçün lazımlı olan möcüzə üçün lazımı qədər pul“ dedi, yaxşı geyimli adam. Adam bir əlinə pulu aldı, o biri əliylə də Sallyın əlini tutaraq „Məni yaşadığın yerə apararsanmı lütfən?“ deyə soruşdu. „Kiçik qardaşını və ailəni tanımaq
istəyirəm“ dedi.

Yaxşı geyimli adam Dr. Carlton Armstronq idi və Corc üçün lazımlı olan əməliyyatı edə biləcək tanınmış bir cərrah idi. Əməliyyat müvəffəqiyyətlə nəticələnmiş və ailə heç pul ödəməmişdi. Birlikdə xoşbəxtlik içində evlərinə döndükləri zaman hələ yaşadıqları hadisələrin təsirindən xilas ola bilməmişldilər. Anası hələ inana bilmirəm. Bu əməliyyat bir möcüzə! Doğrusu xərci nə qədərdir maraqlanıram» dedi. Sally öz-özünə gülümsədi. O bir möcüzənin nə qədər olduğunu çox yaxşı bilirdi. Tam tamına bir dollar və on bir sent!...

Link to comment
Share on other sites

Körpənin günahı nə?

 
Gənc qadın, körpənin gözəlliyi qarşısında ovsunlanmış kimi idi. Buruq sarı saçları, iri mavi gözləri, kicik bir burun və kiçik qırmızı dodaqları, qadının indiyə qədər gördüyü ən şirin qız uşağı idi. Onun ipək yanaqlarını doya doya öpmək və Cənnət qoxusunu içinə çəkmək üçün əyildiyində:
-Toxunma mənə!... deyə bir səs eşitdi. Məni oxşamağa haqqın yox sənin.
Qadın, qorxuyla diksinib ətrafına baxdı. Körpə ilə özündən başqa içəridə kimsə yox idi. Eyni səsi təkrar eşitdiyində körpəyə döndü. Aman -Allahım!.. Yeni doğulmuş kimi görünməsinə baxmayaraq danışan oydu. Körpə:
-Mənə yaxınlaşmağını istəmirəm, deyə davam etdi. Dərhal uzaqlaş məndən.
Qadın, bir az olsun özünü yığaraq:
-Uşaqlarımız həmişə oğlan olur, dedi. Onlar da gözəl amma qız uşaqları başqa. Buna görə səni öpmək istədim.
-Məni öpə bilməzsən, deyə ağlamaya başladı körpə. Mən də səni öpə bilməyəcəyəm .
-Niyə? deyə soruşdu qadın. Niyə öpə bilməzsən ki?
Körpə, hıçqırıqlara boğularkən:
-Bunun səbəbini bilməyin lazımdır, dedi. Düşünsən mütləq tapacaqsan.
Qadın, nələr olub bitdiyini xatırlamaq üzrəykən özünə gəldi. Xüsusi bir xəstəxananın ən lüks otağında yatır və narkozun təsirindən mədəsi bulanırdı. Ailə dostları olan tanınmış həkim, otağı dolduran çiçəklərdən bir dənəsini vazadan çıxardıb qadına uzadarkən:
Keçmiş olsun xanım-, dedi.
Müvəffəqiyyətli bir abort idi doğrusu. Həə yadıma düşmüşkən ,əvvəlki həkimlərin təsbiti yalnış imiş............!Aldırdığınız körpə, "qız" uşağı idi.
Link to comment
Share on other sites

Ana ürəyi

 
Bir cavan oğlan daşürəkli bir qızı sevmiş və onunla evlənmək istəmişdi. Ancaq qız, qorxunc bir şərt irəli sürərək:
Sənin sevgini ölçmək istəyirəm, dedi. Bunun üçün də itimə yedirmək üzrə mənə ananın ürəyini gətirəcəksən.
Cavan, tüklər ürpərdən bu təklif qarşısında nə edəcəyini çaşmış və uzun bir tərəddüddən sonra hisslərinə məğlub olub anasını öldürməyə qərar vermişdi. Anası, bəlkə də vəziyyəti fərq etdiyi üçün oğuluna çox müqavimət göstərmədi. Və uşaq, anasını öldürərək ürəyini bir dəsmala qoydu. Cavan, qızın istəyini yerinə yetirmiş olmanın həyəcanıyla yolda qaçarkən, ayağı bir daşa ilişdi. Özü bir tərəfə, dəsmal içindəki ürək bir tərəfə atıldı. Canının ağrısından, ağızından istər istəməz" Ah anacığım! "sözleri töküldüyündə anasının tozlara bulanan və hələ soyumamış olan ürəyindən bir səs yüksəldi:
-Canım balam, bir yerin ağrıdımı?
Link to comment
Share on other sites

Amerika da məşhur bir vəkilin itirdiyi tək iddia

 
f960aa66c2.jpgMəşhur bir futbolçu arvadını öldürməklə günahlandırılırdı. Amma arvadının cəsədi ortada yox idi. Futbolçu şübhəli kürsüsündə oturmuşdu. Qucaq dolusu pulla tutduğu vəkili münsifi razı salmağa çalışdı: "Hörmətli münsif üzvləri, müvəkkilimin günahsız olduğuna ürəkdən inanıram. Buna az sonra sizlər də inanacaqsınız. Nə üçünmü? Baxın, indi ona qədər sayacağam və müvəkkilimin öldürdüyü iddia edilən arvadı bu qapıdan içəri girəcək...
1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10″

Bütün münsif qapıya döndü. Kimsə girmədi içəri.c382426e3f.jpg
Vəkil bir müdafiə etmə dahisi idi, öldürücü hücumunu etdi:
"Baxın, siz də qadının öldüyünə inanmırsınız. Çünki hamınız içəri girəcək deyə qapıya baxdınız. Budur qərarı buna görə vermənizi tələb edirəm."
Ancaq münsif məşhur futbolçunu günahkar hesab etdiyi fikrini bildirdi və iddia bu şəkildə sona çatdı. Məhkəmə çıxışında vəkil, münsif başçısına yaxınlaşdı:
"10' a qədər saydığımda siz də digər üzvlər kimi qapıya baxdığınız halda niyə belə bir qərara imza atdınız?"
"Doğru" dedi münsif başçısı; "Mən də qapıya baxdım, amma müvəkkiliniz qapıya baxmırdı." Ən yaxşı analist hər kəs bir nöqtəyə baxarkən, o nöqtəyə yönələn baxışları izləyən adamdır.
 
Link to comment
Share on other sites

Gerçək dost

 
Çox səmimi iki dost və yoldaş idilər. Lakin bir çox hiyləgər və hərəkətli, digəri isə çox saf, dürüst və səssiz idi. Bir gün hiyləgər olan dost , digər dostunun yanına gedərək işlərinin pozulduğunu söyləyər və safdan pul istər. Səmimi dostu onu heç qırmaz və əlindəki bütün pulu yoldaşına verər. Dostu bu pulla işlərini düzəldər. Bir müddət sonra hiyləgər olan yenə dostunun yanına gedər və dostuna evlənmək üzrə olduğu nişanlısını çox bəyəndiyini və özünə verməsini istər.Dostu çox çaşar, nə deyəcəyini bilə bilməz. Lakin aralarında o qədər qüvvətli bir sevgi vardır ki dostuna xeyr deyə bilməz, nişanlısını dostuna verər. Zaman içində Saf olanın işləri pozular və birdən dostu ağılına gəlir mən ona sıxışdığında yaxşılıq etmişdim deyərək dostunun iş yerinə gedər və özünə çalışması üçün iş verməsini istər. Dostu ona iş verməz. Bizimki peşmanlıq və kədər içində geri dönər amma yenə də dostuna qıza bilməz.

Bir gün küçədə gəzərkən yanına xəstə və yaşlı bir adam yaxınlaşar. Kasıb olduğu üçün dərman ala bilmədiyini söyləyər. Bizimki yaşlı adamcığaza ağrıyar, istədiyi dərmanları alar və adamcığaza verər. Qısa bir müddət sonra yaşlı adamın öldüyünü eşidər. Yaşlı adam çox zəngindir və bütün mirasını safa buraxmışdır.Saf adam artıq zəngindir. Bir az da sevdiyi dostuna olan incikliyiylə dostunun iş yerinin qarşısında bir ev alar və oraya yerləşər. Bir gün evinin qapısını dilənçi bir qadın çalar. Yaşlı qadın çox aç olduğunu, özünə yemək verməsini istər.
Bizim saf heç düşünmədən qadını içəri alar qarınını doyurar, Kimsəsi olmadığını öyrəndiyi qadına; Özünün də tək olduğunu söyləyər və bu evdə birlikdə yaşıyalım sən evin işlərini və yeməkləri bişirərsən deyər, yaşlı qadın heç düşünmədən qəbul edər.

Bir müddət sonra yaşlı qadın bizimkinə, özünə uyğun bir qız tapıb evlənməsini söyləyər. Bizimki belə bir qızı necə tapacağını, özünün tanışı olmadığını söyləyər. Yaşlı qadın ona uyğun bir qız tanışını və özüylə görüşdürə biləcəyini söyləyər. Görüşmələr nəticəsində evlənməyə qərar verilər və toy dəvətnamələri paylanar. Bizimkisi incik olduğu halda çox səmimi dostunu yenə də unuda bilməmişdir. Bir az da gəldiyi mövqeyini görməsi baxımından səmimi yoldaşına da dəvətnamə göndərər . Toy günü gəlir çatar. Saf adam toy salonunda bir şeylər söyləmək istəyiylə mikrafonu götürər və başlar yaşadıqlarını izah etməyə; Köhnədən çox sevdiyim bir dostum vardı. Bir gün işləri pozulunca məndən borc pul istədi əlimdəki bütün pulu verdim.

Evlənmək üzrə olduğum nişanlımı çox bəyəndiyini söyləyərək məndən istədi. Çox kədərlənərək onu da özünə verdim . Çünki biz gerçək dostduq onun kədərlənməsini istəmədim. işlərim pozulduğunda onun fabrikinə getdim və çalışmaq üçün özündən iş istədim. Mənə iş vermədi. çox kədərləndim, amma yenə də yoldaşıma qızmıram .çünki biz gerçək dostduq. Bu danışma üzərinə hiyləgər olan yoldaşı daha çox dözə bilməz mikrofonu əlinə alar və başlar danışmağa;
-Mənim də bir zamanlar çox sevdiyim bir dostum vardı. İşlərim pozulduğunda özündən pul istədim, bütün pulunu mənə verdi. Sonra ondan nişanlısını istədim, kədərlənərək nişanlısını da verdi. Nişanlısını istəməmin səbəbi o qadının yoldaşıma layiq olmaması idi (Həyat qadını idi) Özü çox saf olduğu üçün dostumu o qadından bu şəkildə qurtardım. İşləri pozulduğunda gəlib məndən iş istədi, Dostumu öz əmrimdə işlədə bilməzdim, ona görə iş vermədim. Günün birində qarşılaşdığı yaşlı adam mənim atam idi. Atam ölmək üzrə idi, onu dostumun yanına mən göndərdim və mirasını ona mən buraxdırdım. Evinə gələn dilənçi qadın mənim anam idi. Ona baxıb yaxşı yaşamasını təmin etmək üçün göndərdim. Bu anda evlənməkdə olduğu qız da mənim bacım. Onu yoldaşımla evlənməsinə mən razı saldım. Dəyərli qonaqlar, işdə biz belə dostuq.
Link to comment
Share on other sites

İmamın Hekayəti

 
Londondakı məscidə yeni bir imam göndərilmişdi. O, şəhərə getmək üçün hər dəfə eyni avtobusa minir və çox zaman da eyni sürücü ilə rastlaşırmış. Bir gün, bilet alarkən sürücü yanlışlıqla 20 qəpik artıq qaytardı. İmam yanlışlığı oturub pulunu sayınca bildi. Öz-özünə "20 qəpiyi geri verimmi sürücüyə?" deyə düşünürdü. Amma içindən bir səs deyirdiş ki "çox gülünc bir puldur bu və sürücünün vecinə də olmaz. Avtobus şirkəti onsuz da çox pul qazanır... Sadəcə 20 qəpik onlara bir şey etməz. Bu pulu saxlaya bilərəm" deyə düşünmüş, "Allahdan gələn bir hədiyyə, lütf kimi"...
Düşəcəyi dayanacağa çatanda, imam qalxdı və fikrini dəyişdirdi, enməmiş sürücünün yanına gedib, 20 qəpiyi geri verdi və dedi ki: "Pulu artıq vermisiniz."
Sürücü gülümsədi və cavab verdi: "Siz məscidin yeni imamısınız, elə deyil mi? Əslinda uzun zamandır sizi məscidinizdə ziyarət etmək istəyirdim, islamı öyrənmək üçün. Bu səbəbdən bilərək sizə pulunuzu artıq qaytardım. Necə reaksiya verəcəyinizi öyrənmək istədim."
Avtobusdan düşərkən imam artıq ayaqlarını hiss etmirdi , yerə yıxılacaqdı, bir dirəkdən tutundu və özünə gəlməyə çalışdı. Gözlərindən yaşlar tökülərək dedi:
Allahım, az qala İslamı 20 qəpiyə satırdım.
Link to comment
Share on other sites

Müharibəyə yox deyənlər!!!

 

 

Müharibə sevən insan varmı görəsən?
Fikirləşdim bir anlıq - niyə sevsin axı kimsə müharibəni?
Təsəvvür et ki, ölən insanlar, parça-parça olan cəsədlər, balaca uşaqlar, göz yaşları, yetişən nifrət ki, növbəti faciələrə səbəb olur və..
Təsəvvür et ki, məhz bu cümlələri oxuduğun an dünyada daha bir neçə insan öldü.
Təsəvvür et ki, ölən sənin anan, bacın, atan, dostun, qardaşın, uşağındır.. Etdin?!
İndi təsəvvür et ki, dünyaya sülh çökdü. Buna kim sevinər?
Təsəvvür et ki, nə dövlətlər və onları ayıran sərhədlər var, nə millətlər və onların arasında yaradılan düşmənçilik var, nə millətçi egoizmi və snobizmi, nə Afrikada aclıq problemi olacaq, nə də ki, Avropadakılar bolluqdan əziyyət çəkəcək, nə dövlətlər arasında mübarizə və bu mübarizələrin qulları olan qara millət olacaq – heç nə!
Aramızda fərq qalmasa, siyasətçilər hara yox olacaq?
Müharibələr olub, var və olacaq – deməli bu kiməsə lazımdır. Sual - kimə?!
Heç birinə inanmıram! Nə BMT və orda oturan boşboğazlara, nə TV`nin ekranından söz verən yalançılara, nə hər şeyin yaxşı olduğu barədə zəmanət verən axmaqlara, nə deyilənlərə ümid edənlərə, nə də ki, ümid edənlərə ümid edib, rahatlayanlara.. Heç birinə!
Ölən uşaqlara yazığım gəlir.. İçimi boğan hıçqırtı ilə bəsdi deyirəm!
Müharibələrinizi, agitasiyanızı və nifrətinizi özünüzə saxlayın – bizi isə rahat buraxın!
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Sad
      • 36 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Haha
      • 38 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Haha
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Haha
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
      • 11 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Like
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...