Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Hekayələr...


Recommended Posts

Atanın qızına məktubu

Ata nə deməkdir ?!

İlk dəfə səni qollarına götürəndə , barmaqları sərt gələn?

İlk baxışmada gözyaşı tökə bilmədiyi üçün səni daha az sevən ?

İlk laylanı söyləyən olmadığı üçün layla bilməyən ?

İlk altını dəyişdirən olmadığı üçün qoxunu bəyənməyən ?!!!

Bəli səni ilk dəfə görəndə barmaqlarım sərt idi amma həyat elə öyrətmişdi və bilirsənmi o incə bədənin ağrımasın deyə istədiyim qədər qucaqlaya bilmədim belə... Onsuzda sən də ağlamaya meylli idin bəlkə sərt barmaqlarımı bəhanə edəcəkdin deyə… İlk baxışmada gözyaşı tökmədim sanma. Elə çox ağladım ki... Amma atanı zəif görmə deyə içimə atdım bütün atəş toplarını... Böyüklər kişilər ağlamaz demişdi və mən ağladıqca əslində sənmi böyüksən mənmi bilmədim…

İlk laylanı söyləmək istəyərdim və hazırlamışdım da əvvəldən amma sən tərəfindən də ilk laylanı söyləmək ananın haqqı deyildimi ? Eynilə ilk qoxunu içinə çəkən olmaq, ilk barmaqlarından öpən olmaq, ilk ürəyinə sıxan olmaq, ilk gülümsəyən olmaq, ilk saçı sığallayan olmaq, ilk adı deyilən olmaq, ilk əlindən tutulan olmaq, ilk öpülən olmaq kimi…

Ata olmaq, çox şeydə ilk olmamaqdır qızım... Amma bu səni sevməmək deyil. Mənim də ilk olduğum anlar var))) Məsələn ilk atın məndim, ilk üzünü çəkdiyin, ilk küsdüyün, ilk gizlənpaç oynadığın, ilk qol vurduğun, ilk kürəyində yatdığın, ilk qapıda gözlədiyin, ilk darıxdığın…

Ata olmaq, doğulduğun ilk gündən etibarən gecələri -ananı da oyandırmadan gəlib səni seyr etməkdir. Rahat yat deyə yanına mələklər çağırmaqdır, lazım gəldikdə altını dəyişdirməkdir, nağıllar əzbərləməkdir. Soruşduğun minlərlə suala bezmədən usanmadan cavab verməkdir yenidən və yenidən. Boyama kitablarındakı ağacları sarıya, pişikləri maviyə, qağayıları yaşıla rəngləməkdir və dəvəquşlarına inadla leylək deməkdir sırf sən istədin deyə.

Mənim kimi güldüyünü və ayaqqabılarını mənim bağladığım kimi bağladığını görməkdir... Birlikdə dişlərimizi fırçaladığımızdır.

Birlikdə dua etməkdir.

Bəlkə də ata olmaq nə olursa olsun və nə etsə etsin sənin üçün həmişə ana ilə müqayisə edilərək ikinci sıraya layiq görülməkdir…amma bir uşaq üçün valideynlikdə ikinci sıra vardırmı??? Sənin üçün olmadığı kimi mən üçün də övladlıqda ikinci sıra yoxdur, əksinə 7 oğlum olsa da sənin yerin başqa olacaq. Kişilər qız uşağı sevmir deyirlər sən inanma... Kim sənin kimi mələk kimi məsum bir varlıgı sevməz?? Bu sadəcə qısqanclıqdı heç bir ata gözünün nurunu başqa bir kişi ilə paylaşmaq istəmir yada anası kimi ikinci bir gözəlin olması istəmir. Sənin sayəndə mən də ananın atasının keçirdiyi hissləri anladım... Sənin sayəndə dünyalar qədər sevdiyim qadının gözəlliyinin yenidən həyata gəldiyini anladım...yaxşıki varsan qızım...

Edited by Pari***
Link to comment
Share on other sites

Bir şərqli hökmdar yuxuda bütün dişlərinin töküldüyünü görür. Bundan həyacanlanan hökmdar yuxuyozanı yanına çağırıb yuxusunun mənasını ona izah etməsini istəyir. Yuxunu dinləyən yuxuyozan deyir: «Hökmdar, sənə pis xəbər deməli olacaq. Ardıcıllıqla bütün yaxınlarını itirəcəksən». Bu sözlər hökmdarın qəzəbinə səbəb olur və yuxuyozanı həbsə atmaq göstərişi verir.

Bundan sonra… başqa bir yuxuyozan hökmdarın yanın çağırılır və yuxunu dinlədikdən sonra deyir: «Bir sevincli xəbər deyəcəm. Sən bütün qohumlarından çox yaşayacaqsan». Bunu eşidən hökmdar çox sevinir və yuxuyozanı mükafatlandırır. Bunu görən saray əhli ikinci yuxuyozandan nə baş verdiyini soruşdular: «Axı siz ikinizdə eyni sözləri dediniz. Ancaq niyə birinci cəzalandırıldı, səni isə mükafatlandırıldın?» Yuxuyozan cavab verdi: «Biz ikimizdə yuxuya eyni məna verdik. Ancaq hər şey nə deməkdən yox, onu necə deməkdən asılıdır».

Link to comment
Share on other sites

Həyat çox qəribədir..

HƏYAT CHOX QƏRİBƏDİR-hörmətə layiq olanlar ayaq altında tapdanarkən,layiq olmayanlar əl üstündə saxlanılır.

HƏYAT çOX QƏRİBƏDİR-vicdansızlar çoxaldıqca,vicdanlılar ortada əzilir.

HƏYAT çOX QƏRİBƏDİR-ədalətsizliyin baş alib getdiyini bilə-bilə hamı susur..

HƏYAT çOX QƏRİBƏDİR-bir tərəfdə bir tikə çörək üçün dua edib,yardım gözləyənlər,digər tərəfdə hər şeyə sahib olduqlarına baxmayaraq yenə də öz həyatindan narazı olanlar.

HƏYAT çOX QƏRİBƏDİR-bəzi ailələr uşaq həsrəti ilə məhv olarkən,bəziləri boş-boş səbəblərə görə öz doğma övladlarını küçələrə və ya "Körpələr evi"nə atır.

HƏYAT çOX QƏRİBƏDİR-anaların gecə-gündüz yatmayıb,onları necə əzab-əziyyətlə böyütdüklərini bilə-bilə bəzi nankor övladlar havadan-sudan səbəblərə görə belə ana qatili olmaqdan çəkinmirlər.

HƏYAT çOX QƏRİBƏDİR-kimisi yeməyə belə çörək tapmadığı halda,neməti başa düşməyən "yekəqarınlar" qonaq qarşılamaq üçün önündəki çörəyi ayaqlıyıb keçirlər.

HƏYAT çOX QƏRİBƏDİR-bəzi kişilər ailəsini dolandırmaq,övladlarına xoşbəxt bir gələcək verə bilmək üçün gecə-gündüz işləyib,dəridən-qabıqdan çıxarkən,bəziləri öz xoşbəxtliklərini içkiyə qurban verirlər.

HƏYAT çOX QƏRİBƏDİR-cinayətkarlar küçələrdə X-5 sürərkən,mə`sumların azadlıqları əlindən alınır.

HƏYAT çOX QƏRİBƏDİR-pul artdıqca,insanlıq azalır,bə`zən də unudulur,ölür.

HƏYAT çOX QƏRİBƏDİR-"papanın balaları"əsgərliyini sərhəddən çox uzaqlarda çəkərkən(saxladılanlardan danışmaq belə istəmirəm),ata-ananın gözünün ağı-qarası olan bircə oğulları ən sərhəd bölgələrə yerləşdirilir.

HƏYAT çOX QƏRİBƏDİR- naşükürlər sahib olduqlarına şükür etmək əvəzinə,başqasının mal-mülkünə göz dikirlər.

HƏYAT çOX QƏRİBƏDİR-ölməsi gərəkən insanlar "xan" kimi yaşarkən,hələ yaşamalı olanlar kiminsə səhlənkarlığına görə vaxtsız ölümə gedirlər.

HƏYAT çOX QƏRİBƏDİR-bəzi insanlar öz sevgilərini göstərə bilmək üçün əllərindən gələnin ən yaxşısını etməyə çalışarkən,bəziləri sevildiklərini bilə-bilə sevgilərini başqa insanlarda axtarırlar.

HƏYAT çOX QƏRİBƏDİR- bəziləri Allah yaratdığı kimi qalmaq əvəzinə,təbii gözəlliklərini yox etmək üçün plastik əməliyyatlara minlərlə pul sərf eləyirlər.

HƏYAT çOX QƏRİBƏDİR-bəziləri yaşamaq üçün bir şans daha istəyərkən,bəziləri həyatlarını məhv etmək üçün bir an belə düşünmürlər.

HƏYAT çOX QƏRİBƏDİR-həmişə "MƏN"deyənlər belə zamanı gələndə "YALNIZ SƏN"deyirlər

HƏYAT doğurdan da qəribədir..

Edited by Pari***
Link to comment
Share on other sites

Sevgi və dəlilik (axıracan diqqətlə oxuyun)

Bir gün dünyanın bir küncündə insanlara aid olan bütün xüsusiyyət və hisslər toplaşdı. Cansıxıcılıq artıq üçüncü dəfə əsnəyəndə Dəlilik bir təklif irəli sürdü : - Gəlin ,gizlənpaç oynayaq?..Fitnə qaşlarını qaldırdı : - Gizlənpaç? O nə oyundur elə? Dəlilik izah etdi ki,məsələn,elə o özü gözlərini yumur və milyona qədər sayır.Bu zaman qalanları gizlənirlər.

Ən sonda tapılan gözlərini yumacaq və bu dəfə ondan başqa hamı gizlənəcək. Sevinc sevincindən elə tullanırdı ki,Şübhəni də dilə gətirə bildi,amma heç nə ilə maraqlanmayan Süstlük hər zamankı kimi oynamaqdan imtina etdi.Doğru gizlənməməyə üstünlük verdi,çünki onsuzda onu əvvəl-axır tapırlar.Qürur dedi ki,bu tamamilə axmaq oyundur, onu özündən başqa heç nə maraqlandırmırdı.Qorxaqlıq riskə getmək istəmirdi. - Bir,iki,üç ...- Dəlilik saymağa başladı.

İlk olaraq Tənbəllik gizləndi.O,elə ən yaxın bir daşın arxasında gizləndi.İnam səmaya qalxdı,Paxıllıq Zəfərin kölgəsində gizləndi,hansı ki öz hesabına ən hündür ağacın ən hündür yerinə qalxmışdı. Nəciblik uzun müddət gizlənməyə yer tapmadı,belə ki hər tapdığı yer,onun fikrincə, dostları üçün daha ideal idi.Saf təmiz göl? Gözəllik üçün.Ağacın oyuğu? Bu,Qorxu üçün.Kəpənəyin qanadı? Şəhvət üçün. Küləyin əsməsi? Azadlıq üçün idi axı! Və beləliklə,o,Günəşin şüasında gizləndi.Eqoizm,əksinə,yalnız özü üçün isti və rahat bir yer tapdı.Yalan okeanın dibində gizləndi (əslində,göy qurşağında),Ehtiras və İstək isə vulkanda gizləndilər. Unutqanlıq... yadımda deyil harada gizlənmişdi,amma bu vacib deyil.Dəlilik 999999`a qədər sayanda bütün yerlər tutulduğundan Sevgi hələ də harada gizlənəcəyini düşünürdü.Birdən Sevgi çəhrayı qızılgülləri olan bir kol gördü və onun gülləri arasında gizlənməyə qərar verdi. - Milyon-deyib Dəlilik saymağı bitirdi və axtarmağa başladı.

Əlbəttə ki,birinci o, Tənbəlliyi tapdı.Sonra ALLAH ilə bəhs edən İnamın səsini eşitdi,Ehtiras və İstəyin harada olduğunu isə vulkanın coşması bildirdi.Daha sonra Dəlilik Paxıllığı gördü və Zəfərin də orada olacağını yəqin etdi.Eqoizmi axtarmağa ehtiyac olmadı,çünki gizləndiyi yer arı yuvası idi və arılar çağırılmamış bir qonağa heç də sevinməmişdilər.Axtara-axtara susayan Dəlilik su içmək üçün yaxınlaşdığı göldə Gözəlliyi gördü.Tərəddüd hasarın başında oturmuşdu və hələ də qərar verə bilmirdi ki,onun hansı tərəfində gizlənsin.

Beləliklə,demək olar ki,hamı tapılmışdı.İstedad təmiz və təravətli otlar arasında,Kədər qaranlıq mağarada,Yalan göy qurşağında (əslinə qalsa okeanın dibində).Bircə Sevgini tapa bilmirdilər ki,bilmirdilər.Dəlilik onu hər ağacın arxasında,hər kiçik çayda,hər dağın zirvəsində axtardı və nəhayət,kolları axtarmaq fikrinə düşdü.Axtaranda qışqırıq eşitdi.Qızılgüllərin sərt tikanları Sevginin gözlərini yaralamışdı...

Dəlilik nə edəcəyini bilmirdi : üzr istəyir,yalvarır,ağlayır,könlünü almağa çalışırdı.Günahını yumaq üçün Sevgiyə onun bələdçisi olmağa söz verdi.Və elə o vaxtdan,yəni ilk gizlənpaç oyunundan bəri Sevgi kordu və Dəlilik onun əlindən tutub aparır...

Edited by Pari***
Link to comment
Share on other sites

Nə az, nə çox düz bir dollar səksən yeddi senti var idi. Qız pullarını üç dəfə saydı. Səhv etməmişdi...

O, həyat yoldaşı ilə bu evdə həftəsi səkkiz dollara qalırdı.Elə bir üstünlüyü olmasa da,yaşamaq olardı. Göz yaşları quruduqdan sonra Qız üz – gözünü silməyə başladı.

Sevgilisi üçün hədiyyə almağa yalnz bir dollar səksən yeddi senti var idi. Bu pulu da neçə aya yığmışdı. Ancaq indi heç bir işə yaramırdı. Halbuku həyat yoldaşı üçün gözəl bir hədiyyə almaq istəyirdi.Güzgünün qarşısına keçdi gözləri par – par parıldayırdı.Ancaq rəngi solmuşdu.Saçlarını açıb çiyinlərinə tökdü.Evlərində iki qiymətli şey var idi.Biri sevgilisinin babasından qalan qızıl saat, o biri də çiyinlərinə tökülən saçları.Qız saçlarını arxasına atdı.Parıldayan saçları bir göz qırpımında bütün bədənini örtdü. Bir az dayanıb saçlarına baxdı.Yanaqlarından iki damla göz yaşı axdı.Gözlərinin yaşı qurumamış geyinib küçəyə çıxdı.Hər cür saç ləvazimatları yazılmış lövhənin qarşısında dayandı.Bir az baxdıqdan sonra içəri girdi.”Saçlarımı satıram.Nə qədər verərsiniz?”- deyə soruşdu.Yaşlı qadın qızın saçlarını əlləri ilə yoxladıqdan sonra “20 dollar”,- dedi, razılaşdı. Artıq O, sevincdən uçurdu.özünü o qədər xoşbəxt hiss edirdi ki,saatların necə gəlib keçdiyindən də xəbər tutmurdu. Cimə hədiyyə almaq üçün dükanları alt – üst etdi. Nəhayət istədiyini tapdı.Bu, saat zənciri idi.Zəncir yoldaşının saatına çox yaraşacaqdı. Evə getdi.Güzgüdə bir də saçlarına baxdı.Artıq o parlaq saçları yox idi.Görəsən onun xoşuna gələcəkdimi? Bələ də saçlarını kəsdiyi üçün danlayacaqdı onu. Bir az sonra qapı döyüldü.Qapıda yoldaşı idi.İçəri girdi.Sevgilisini sınayıcı nəzərlərlə süzdü.Sonra əlindəki hədiyyəni uzatdı.Qız bağlamanı açanda gözlərinə inanmadı. Bu onun çoxdan arzu etdiyi daraqlar idi.Gözlərindən iki damla yaş axdı.Ancaq tez özünü yığışdırdı. Şırın bir təbəssümlə hədiyyəsini ona uzatdı.Yoldaşı bağlamanı açanda saat zəncirini gördü.O hardan biləydi ki, artıq saat yoxdur?Daraqları almaq üçün o da saatını satmışdı.Ancaq heç biri məyus olmadı.çünki əsas məsələ sevgi idi.Onu isə nə almaq, nə də satmaq olardı.....

Bu hekayeni coxdan eshitmishdim..Sehv etmiremse E.Heminqveyin hekayesidir..Cox tesirlenmishdim..Elbette esas sevgidir,diqqetdir..Cox vaxt qadinlarimiza cox kicik diqqeti bele esirgeyirik..

Link to comment
Share on other sites

80 yaşına çatmış yaşlı ata ilə onu ziyarətə gələn 45 yaşında

və hörmətli bir işi olan oğlu salonda otururdular. Uzun söhbət etdikdən

sonra oğlu susmuş artıq getmək istəyirdi. O anda üzerində oturduqları

divanın yanındakı pəncərənin pərvazına bir qarğa qondu.

Yaşlı ata qarğaya gülümsəyərək bir az baxdıqdan sonra oğlundan soruşdu:

'Bu nədi oğlum?'

Oğlu çaşmış cavablandırdı:

'O bir qarğadı ata.'

Yaşlı ata qarğaya bir az daha baxdıqdan sonra yenə soruşdu:

'Bu nədi oğlum?'

Oğlu daha da çaşmış yenə cavablandırdı: 'Ata o bir qarğadır'

Qarğa helə pervazda komik hərəkətlərlə başını sağa sola çevirir, başını yan yatırdır, havaya baxır , sonra başını yenə onlara çevirirdi. Yaşlı ata üçüncü dəfə soruşdu:

Bu nədi?

Oğulunun çaşqınlığı səbirsizliyə dönmüşdü:

'O bir qarğadı ata üç oldu soruşursan. Məni eşitmirsənmi?

Yaşlı ata dördüncü dəfə də soruşduqda oğlunun səbri daşdı ve səsini yüksəltdi:

Ata bunu niyə edirsən? Tam dörd dəfədir onun nə olduğunu soruşursan

sənə cavab verirəm və sən helə soruşmağa davam edirsən. Səbrimi yoxlayırsan?'

Atası üzünde bir gülümsəmə göründü yenə . İçəri otağa getdi və əlində bir

dəftərlə döndü. Bu bir xatire dəfteri idi. Oturdu . Səhifələrini qarışdırdı ve

axtardığını tapdı. Sevgiylə gülümsəməyə davam edərək səhifəsi

açıq bir vəziyyətdə dəftəri oğuluna uzatdı və o sehifeni oxumasını söylədi.

Səhifədə yazılmışdı:

'Bu gün 3 yaşındakı kiçik balamla salondakı divanda oturarkən yanımızdakı

pəncərənin pərvazına bir qarğa qondu. Oğulum tam 23 dəfə onun nə

olduğunu soruşdu. 23-cü dəfə soruşanda da ona sevgiylə sarılaraq onun

bir qarğa olduğunu söylədim. Narahat olmaqmı ? Xeyr ! Onun sualını

günahsızca təkrar edişi içimi sevgiylə doldurdu...

Link to comment
Share on other sites

Mıxı mismar edən var!

Bir gün şah vəzir-vəkili ilə şəhərə çıxır. Şəhəri dolanarkən camaatın içində gözəl bir qadın görür. Bir könüldən min könülə qadına aşiq olan şah onun kimliyini soruşur. Şaha deyirlər ki, həmin qadın gənc dəmirçinin həyat yoldaşıdır. Dəmirçini bir bəhanə ilə aradan götürmək istəyən şah onu saraya dəvət edir. Soruşur ki, sən gün ərzində atın ayağını nallamaq üçün neçə mıx düzəldə bilirsən? Dəmirçi deyir ki, gün ərzində çox çalışsam 30-40 ədəd mıx düzəldə bilərəm. Şah ona əmr edir ki, sabah sübhədək 40 min ədəd mıx hazırlasın. Dəmirçi deyir: - Mənim buna gücüm çatmaz, 40 min mıx hazırlamaq imkanım yoxdur. Amma dəmirçi nə qədər yalvarırsa, şah razılaşmır və deyir: - Əgər hazırlamasan, boynunu vurduracağam. Dəmirçi saraydan çıxıb bazara gedir. Toyuq, yağ, düyü alıb evə dönür.. Arvadına deyir ki, axşama yaxşı bir şam hazırlasın. Arvadı səbəbini soruşduqda, söyləyir ki, yeməkdən sonra deyərəm. Axşam süfrə kənarında əyləşib toyuq-plov yeməyə məşğul olurlar. Arvadı soruşur ki, bu şam nə münasibətlədir? Dəmirçi deyir: - Şah əmr edib ki, sabaha qədər 40 min mıx hazırlayım. Əgər hazırlamasam boynumu vurduracaq. Arvadı narahatlıqla deyir: - Bunu tez desəydin, mən də kömək edərdim, düzəldərdik. Dəmirçi deyir: - Sən yox, sənin qohum-əqrəban da gəlsə, sabaha qədər 40 min mıx hazırlaya bilmərik. Şahın bəhanəsi başqa şeydir. Arvadı soruşur: - Bəs nə fikirləşirsən? Dəmirçi səmaya işarə ilə deyir: - Qoy O fikirləşsin, mənim fikirləşməyimdən bir şey çıxmaz. Səhər açılır. Dəmirçi arvadı ilə halallaşdığı vaxt məmurlar qapını döyürlər. Məmurlar onlarla getmək üçün hazırlaşan dəmirçiyə deyirlər: - Haraya gedirsən? Dəmirçi deyir: - Yoxsa məni aparmağa gəlməmisiniz? Deyirlər ki, bundan ötrü gəlməyiblər. Dəmirçi onların nə üçün gəldiyini soruşur. Məmurlar belə cavab verirlər: - ötən gecə şaha sui-qəsd edilib. Onun tabutu üçün dörd böyük mismar lazımdır. Dəmirçi soruşur ki, bəs 40 min ədəd mıx istəmirsiniz? Deyirlər ki, yox, 4 ədəd mismar lazımdır. Dəmirçi üzünü göyə tutub deyir: - Şükürlər olsun Sənə, ey bir gecədə 40 min mıxı 4 mismar edən Allah!

Link to comment
Share on other sites

Xestexanada eyni palatada 2 agir xeste yatirdi.Birinin carpayisi pencerenin onunde digeri ise qapinin yaninda idi.1 gun qapin yaninda yatan pencerenin yaninda yatandan colde ne gorduyunden sorusur.2 ci xeste sanki canlanir.Men heyvan,muxte-lif esyalara benzer buludlar gorurem.Sema cay meselik gorurem.Her gun pencere onunde yatan xeste digerine colde ne bas verdiyini danisirdi.O cayda baliq tutan,ele ele gezen sevgililerin oynayan usaqlardan danisirdi.Qapinin yaninda yatan xeste butun bunlara nagil kimi qulaq asir ve ozluyunde fikirlesir:bu haqsizliqdir.Niye onu pencere qarsisinda yatizdirirlar meni ise bu cansixici qapiya baxmaga vadar edir.Gunlerin bir gunu pencere onunde yatan xeste oskurub bogulmaga baslayib.Her 2 carpayi bas tibb bacilarini cagirmasi ucun zeng duymesi var idi.Ne qeder etdise elini zenge uzada bilmedi.Qapinin yaninda yatan ise bu hadiseye baxib oz carpayisinin basinda zeng duymesine el bele uzatmasina.Pencere qarsisinda yatan xeste bogulub oldu.Rehmete geden xesteni palatadan cixarandan sonra qapi qarsisinda yatan xeste tibb bacisindan onun yerine kecmeyi xahiw etdi.coxdan arzusu idi ancag yerini pencere qarwisina kecirdikden sonra o,cole boylandi hele otagdan cixmayan tibb bacisina cox titrek sesle dedi; Axi bu nece ola biler burdan yatan olmemiwden qabag mene ne gorduyunu gorurdu pencereye baxan xeste solgun divardan bawqa hecine gormurdu tibb bacisi bawini bulayir Sizin palata yoldawiniz hecine gore bilmezdi o kor idi

Link to comment
Share on other sites

  • 3 weeks later...

Bir gün,kiçik bir qız uşağı küçənin qırağında oturmuş,yeyəcək bir şey, pul ya da ala biləcəyi bir şey üçün dilənirdi. Əynində yırtıq-yırtıq, üzü-gözü kir içində və pərişan bir haldaydı.Qız dilənərkən, küçədən gənc,canlı və yaxşı görünüşlü bir adam keçdi. Qızı gözü almışdı amma bildirməmək üçün dönüb ikinci dəfə baxmadı.Böyük və lüks evinə,xoşbəxt və rahat ailəsinin yanına gəldiyində, çox gözəl hazırlanmış axşam süfrəsi onu gözləyirdi.Lakin az sonra düşüncələri təkrar o kasıb qıza ilişdi. Duyğuları bir şeylərə etiraz edirdi. Sonra asan yolu seçdi və etirazlarını Allaha yönəltdi. Belə vəziyyətlərin var olmasına icazə verdiyi üçün?Və içindən belə bir cümləylə şikayətləndi: "-Belə bir şeyin olmasına necə icazə verirsən? Niyə o kiçik qıza kömək üçün bir şeylər etmirsən Allahım?"Sonra ruhunun dərinliklərindən gələn bir cavab eşitdi:

"-Etdim. Səni yaratdım!"

Link to comment
Share on other sites

Hər şeydən şikayət edən bir qız var idi. Həyatın dözülməz olduğunu düşünürdü. Mübarizə aparmaqdan yorulmuşdu. Bir problem qurtarmamış başqası ilı üzləşirdi. Atası qızının bu vəziyyətini görüb ona dərs verməyi qərara aldı. Qızın atası aşpaz idi. Bir gün qızını mətbəxə apardı. üç qab götürüb ocağın üzərinə qoydu.Su ilə doldurduqdan sonra altını yandırdı. Su qaynamağa başlayanda birinə yerkökü, o birinə yumurta, üçüncüsünə isə qəhvə tumları qoydu. Qızına bir kəlimə də demədən gözləməyə başladı. Qızı heç bir şey başa düşmədiyi üçün sakitcə baxır və bu işin nə ilə qurtaracağını bilmək istəyirdi.Ancaq o qədər səbirsiz idi ki, bir az keçməmış sual verməyə başladı.Atası dinmirdi. İyirmi dəqiqə sonra ata qabların altını söndürdü. Əvvəl yerkökünü çıxarıb bir qaba qoydu. Sonra yumurtanı çıxardı. Nəhayət üçüncü qabdakı qəhvəni götürüb bir fincana tökdü.

üzünü qızına tutub soruşdu:

- Nə görürsən?

Yerkökü, yumurta, qəhvə - deyə qızı saymazyana cavab verdi.

- Daha yaxından bax, dedi atası.

- Yerkökünə toxun.

Qız deyiləni etdi. Yerkökü yumşalmışdı.

- İndi də yumurtaya bax.

Yumurtanın qabığı əvvəlkindən də bərk idi.

- İndi də qəhvənin dadına bax.

Qızı qəhvədən bir qurtum aldı, çox gözəl dadı var idi.Qızın üzünə xoş təbəssüm yayıldı.Amma yenədə heç nə başa düşməmişdi.

- Bütün bunlar nə deməkdi ata?

- Ata belə izah etdi. Yerkökü, yumurta və qəhvə hər üçüdə eyni şeyə məruz qaldı. Ancaq hər birinin də 'münasibəti' başqa başqa idi.

- Yerkökü əvvəlcə bərk, güclü və amansız görünsə də, qaynar suyun içərisində yumşaldı, gücdən düşdü.Yumurta isə zərif idi. Nazik qabığı ilə içindəki mayeni qoruyurdu. Ancaq qaynar suda qatılaşdı. Amma qəhvə tamam başqa idi. Qaynar suda həm özü dəyişdi, həm də suyu dəyişdirdi.

- Sən bunlardan hansısan?

Həyatda bir problemlə qarşılaşdıqda necə 'münasibət' göstərəcəksən? Yerkökü kimi yumşalıb, əziləcəksənmi? Yumurta kimi qatılaşacaqsanmı?

Yoxsa, qəhvə kimi başına gələn bir hadisənin həyatına yeni bir dad verməsinəmi çalışacaqsan?

Qız artıq atasının nə demək istədiyini başa düşmüşdü.

Link to comment
Share on other sites

Atanın qızına məktubu

Ata nə deməkdir ?!

İlk dəfə səni qollarına götürəndə , barmaqları sərt gələn?

İlk baxışmada gözyaşı tökə bilmədiyi üçün səni daha az sevən ?

İlk laylanı söyləyən olmadığı üçün layla bilməyən ?

İlk altını dəyişdirən olmadığı üçün qoxunu bəyənməyən ?!!!

Bəli səni ilk dəfə görəndə barmaqlarım sərt idi amma həyat elə öyrətmişdi və bilirsənmi o incə bədənin ağrımasın deyə istədiyim qədər qucaqlaya bilmədim belə... Onsuzda sən də ağlamaya meylli idin bəlkə sərt barmaqlarımı bəhanə edəcəkdin deyə… İlk baxışmada gözyaşı tökmədim sanma. Elə çox ağladım ki... Amma atanı zəif görmə deyə içimə atdım bütün atəş toplarını... Böyüklər kişilər ağlamaz demişdi və mən ağladıqca əslində sənmi böyüksən mənmi bilmədim…

İlk laylanı söyləmək istəyərdim və hazırlamışdım da əvvəldən amma sən tərəfindən də ilk laylanı söyləmək ananın haqqı deyildimi ? Eynilə ilk qoxunu içinə çəkən olmaq, ilk barmaqlarından öpən olmaq, ilk ürəyinə sıxan olmaq, ilk gülümsəyən olmaq, ilk saçı sığallayan olmaq, ilk adı deyilən olmaq, ilk əlindən tutulan olmaq, ilk öpülən olmaq kimi…

Ata olmaq, çox şeydə ilk olmamaqdır qızım... Amma bu səni sevməmək deyil. Mənim də ilk olduğum anlar var))) Məsələn ilk atın məndim, ilk üzünü çəkdiyin, ilk küsdüyün, ilk gizlənpaç oynadığın, ilk qol vurduğun, ilk kürəyində yatdığın, ilk qapıda gözlədiyin, ilk darıxdığın…

Ata olmaq, doğulduğun ilk gündən etibarən gecələri -ananı da oyandırmadan gəlib səni seyr etməkdir. Rahat yat deyə yanına mələklər çağırmaqdır, lazım gəldikdə altını dəyişdirməkdir, nağıllar əzbərləməkdir. Soruşduğun minlərlə suala bezmədən usanmadan cavab verməkdir yenidən və yenidən. Boyama kitablarındakı ağacları sarıya, pişikləri maviyə, qağayıları yaşıla rəngləməkdir və dəvəquşlarına inadla leylək deməkdir sırf sən istədin deyə.

Mənim kimi güldüyünü və ayaqqabılarını mənim bağladığım kimi bağladığını görməkdir... Birlikdə dişlərimizi fırçaladığımızdır.

Birlikdə dua etməkdir.

Bəlkə də ata olmaq nə olursa olsun və nə etsə etsin sənin üçün həmişə ana ilə müqayisə edilərək ikinci sıraya layiq görülməkdir…amma bir uşaq üçün valideynlikdə ikinci sıra vardırmı??? Sənin üçün olmadığı kimi mən üçün də övladlıqda ikinci sıra yoxdur, əksinə 7 oğlum olsa da sənin yerin başqa olacaq. Kişilər qız uşağı sevmir deyirlər sən inanma... Kim sənin kimi mələk kimi məsum bir varlıgı sevməz?? Bu sadəcə qısqanclıqdı heç bir ata gözünün nurunu başqa bir kişi ilə paylaşmaq istəmir yada anası kimi ikinci bir gözəlin olması istəmir. Sənin sayəndə mən də ananın atasının keçirdiyi hissləri anladım... Sənin sayəndə dünyalar qədər sevdiyim qadının gözəlliyinin yenidən həyata gəldiyini anladım...yaxşıki varsan qızım...

appl.gifPeri cox saq ol hekayeye gore . Bu hekaye meni uzaq ve yaxin kecmiwe apardi. Cox duyqulandirdi ve etiraf edim ki, goz yawlari icerisine oxudum onurroza.gif
Link to comment
Share on other sites

appl.gifPeri cox saq ol hekayeye gore . Bu hekaye meni uzaq ve yaxin kecmiwe apardi. Cox duyqulandirdi ve etiraf edim ki, goz yawlari icerisine oxudum onurroza.gif

Pari Atanin qizina mektubu muellif melimdursa mumkunse yaz mene

Təşəkkürlər, amma təəssüf ki, müəllifini bilmirəm hekayənin.

Link to comment
Share on other sites

  • 1 month later...

Sizə Simurq əfsanəsini danışmaq istəyirəm

qədim zamanlarda tənha və əzəmətli Simurq quşu yaşayırdı. Uca dağların əhatəsində gücü və qüdrəti ona bərabər ikinci varlıq yox idi. Min ildən bir o dünyaya bir bala gətirirdi. bu dəfə, qışın şaxtası həm Simurqa, həm də balasına qarşı çox amansız oldu. Simurq balasını bədəninin istisi, nəfəsinin hərarəti ilə isitməyə çalışırdı. Lakin bilirdi ki, qış çox uzundur və quşcığazı şaxtadan qorumaq üçün, nəfəsinin istisi yaza qədər yetməz.

Onda, Simurq dimdiyini caynaqlarına çırparaq qığılcım yaratdı. Nəhəng qanadlarını qığılcımla alovlandırdı. Qüdrətlı Simurq yaza qədər yandı və bahar günəşinin ilk şüalarında külə çevrildi. Körpə balanın göz yaşlarına dözməyən Tanrı fədakar Sİmurqu bir daha, yenidən küldən yaratdı.

...insan ruhunun qanadlarını yandıra bilər, yalnız bir dəfə. amma ,bu da bir həqiqətdir ki, Tanrı Simurqa verdiyi ikinci həyat imkanını insanlara bəxş etmir

Link to comment
Share on other sites

  • 3 months later...

Ölkələrin birində müdrik bir yaşlı yaşayırdı. Bir gün o oğlunu çağırır və deyir:

-Bax, oğul, mən artıq çox yaşlıyam. Nəyim varsa sənindir. Bundan sonra Özün necə istəyirsənsə elə yaşa. Ancaq sənə bir nəsihətim var. Səyahətə çıx, harada sənə xoş olsa orada ev tik. Qoy o evlər çətin anında sənə sığınacaq olsun.Oğlan atasına qulaq asır və gedir. O çox gəzir, xoşuna gələn yerlərdə saraylar tikir. Qayıdanda atası soruşur:

-Hər şeyi mən deyən kimi elədinmi? Dünyada elə evlər varmi ki, çətin anında sığına biləsən?

-Bəli, ata. Mənə xoş gələn hər yerdə gÖzəl saraylar ucaltmışam.

Ata oğlunun bu sÖzünə üzülərək deyir:

-Sən məni başa düşməmisən ,oğul. Boş saraylar çətin günlərdə səni xilas etməyəcək. Mənim sənə dediyim başqa idi: səyahət elə, hər diyarda vicdanlı, düzgün insanlarla dost ol. Onlara kÖmək et. çətin anlarında da qoy onlar sənə dayaq olsunlar. Eşit , oğul, əgər insanın vicdanlı, düzgün dostları varsa demək onun həmişə gedəcəyi bir ev var.

Link to comment
Share on other sites

Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:

- Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.

Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər nazik və davamsız olduğunu görüb bunu qəbilə adamından soruşur. Qəbilə adamı yaxınlaşıb fili sığallayır sonra isə deyir:

- Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda, o illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmaga gücü çatmırdı. Indi güclüdür, bircə dəfə dartsa dirəyi yerindən qopara bilər. Amma o, taleyilə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.

Link to comment
Share on other sites

Bir isti yay gununde tanimishdim onu...

Uzaqdan gorduyumde, bu tam axtardiqim biridi deye chox sevinmishdim...

Onunda menden xoshu gelmishdi...

Belece Bir Sevgiye bashlamishdiq...

Chox gozel kechirdi gunlerimiz... Xoshbext ve sevgile dolu...

Her gun gorushub,butun yerleri gezerdik, her gun daha yaxin olardiq bir-birimize...

Sevirdim! Hemde canimdan chox...

Bezen kuserdik, bezense hem dost, hemde bir-birimizi ezab verecek qeder qeddar olardiq...

Ama ne olur olsun... Sevirdik, ve hech vaxt ayrilmaqi dilimize getirmirdik... Kusmeklerimiz bele 1 gun davam ede bilmirdi...

Belece, tam bir il xoshbext gunlerle yashayirdiq heyatimizi...

Bir gun yene kusmushduk... Ama yeniden sesini eshidib, barishmaqchun zeng vurdum, achan olmadi telefonunu.... Ilk defeydi bele bir shey olmushdu, nedense qeribe bir hiss vardi ichimde... Defelerle zeng vurdum ama sesini eshide bilmedim canima beraberimin...

Kichik ushaq tek heyecanla qaldiqi eve getdim sevdiyimin...

Ve gorduyum menzere heyatimda neler deyishmediki...

Yas merasimiydi artiq... Hami yasa hazirlashirdi... Hechne anlaya bilmirdim... Niye? Kim ole bilerdiki onlarin evinde...?

Teselli verirdim ozume bu onlarin evleridi, tek yashamirki, belke bashqa biridi deye...

Nehayet bir qocaya yaxinlashib sorushdum...

Qoca danishirdi...

Mense her cumlesinde yox olurdum sanki...

"Bir genc qiz vardi burda yashayan... Mehlemizin sevimlisiydi O...

Artiq yoxdu itirdik Onu... Seher universitete gedende chox fikirli olub, ve suretli mashinin geldiyini gormuyub... Allah rehmet elesin... "

Men diz chokmushdum artiq... Dunen acilayib, kusduyum sevdiyimin tek cesedi heyatdaydi artiq...

Goresen bilseydimki, bir kusmeyimiz onun heyatina son qoyacaq esebleshe bilerdimmi sevdiyime? Ona hech bir xoshbextliyi yashada bilmeden niye heyat aldiki menden...? Bu qeder idimi Menim xoshbext gunlerim?

Yox idi artiq sevdiyim... Bir vaxt meni heyata baqlayan biri, indi heyatdan qoparmishdi sanki..

Olduyunden yox, olduyumuzden bir il kechib artiq... Chunki, onunla yashadib, onunla oldum men...

Her sabah mezarina bir qizilgul qoyaraq baqishlamaqini istiyirem meni...

Son gununde incitdiyimchun, onun fikirli olmasina sebeb olduqumchun...

Ama artiq yoxdu artiq, kusub gedib menden...

1 gun kusmeye dayana bilmeyen qelbim bir il Onsuzluqa dozur helede...

Yashayiram... Ama her gun sol terefinde bir aqri, bir sizilti hiss eliyirem nedense...

Zamaninda itirdiyim Ureyin qaliqlaridi belkede...

Bir sheyi anladim bu kechen zamanlarda...

Zamaninda Deyer Vere bilmediyim Deyerlimi... Zaman kechdikden Sonra Yoxluqunu Bele Deyerli bilirem artiq...

Edited by Гулливер
Link to comment
Share on other sites

Şəhərdə qəribə bir hava var, nə istidir, nə soyuq… Qəribə bir bürkü var idi. Bəlkə ilıq deye xarakterizə edəcəyimiz bir hava, üstəlik əhvalım da bu gündədir. Saata baxdım... 1 saat olardı, fikrə getmişdim… …Gah günəşin isti nəfəsi, gah da küləyin sərinliyi yanaqlarımı və gözlərimi yandırmağa başlamışdı! Sonra “olaram dərdə həmdəm, səni qəmli görəndə” mahnısı yadıma düşdü… yenə fikirləşdiklərim barədə düşünməyə başladım …daha dəqiq, nə fikirləşdiyim barədə düşünməyə davam etdim… …Yenidən dərin fikrə dalmışdım ki, hiss etdim biri adımı səslədi!.. Həmən başımı qaldırıb hər tərəfə baxdım, kimsə yox idi! Qulaqlarım məni aldatmışdı… …Yenidən saat baxdım… 2 saat keçmişdi… yay olanda saatlar uzandığından gün də bitmək bilmir… gün artdıqca şəhərdən uzaqlaşmaq istəyirdim bu gün… təkcə şəhərdən yox… elə hamıdan. Məni tanımayan və mən tanımadığım bir yerə qaçmaq istəyirdim… Nə yaxşı ki, belə bir məqamda şəhərdən qaçmaq ağlıma gəlmişdi… heç olmasa necə qaçacağım və hara qaçmağın daha yaxşı olduğu barədə fikirləşirdim… bu məni o biri fikirlərdən uzaqlaşdırdı bir anlıq… Bu qarmaqarışıq fikirlər, dumanlı xatirələr, səssizlik içərisində, hələ üstəlik belə mənasız havada burda, şəhərdə qalmaq, axmaqlıq olardı lap… Amma dünən bir az ürək ağrılıarım olduğundan, bu gün təsiri hələ də keçməmişdi… Bir az narahat idim… bir az. Bu günsə baş götürüb getmək istəyirəm buralardan… Aldadıram hamını… Sonra həyatda itirdiklərim haqqında düşünməyə başladım… Birinci yadıma sən düşdün. Eşidirsən, sən! Bilirsən, itirmək həmişə incidib adamı. Heç vaxt itirdiyi bir şey üçün üzülməyən adama rast gəlməmişəm. Sarılmışdım fikirlərə, buraxmaq istəmirdilər məni. İllərin həsrətini, yanğısını büküb bir küncə atacağıma qərar vermişdim… Yorulmuşam… hər şeydən və hamıdan… İxtiyarsız yerimdən durub saata baxdım… İşləmədiyini zənn etdim… Saata bir saat bunda öncə baxdığımı və işlədiyini unutmuşdum… Saat işləyirdi. özü də düz 5-in yarısı idi… Hə, düpbədüz işləyirdi. Güldüm… Həmişə ən çox qorxduğum şey saatımın yatması olmuşdu. Belə vaxtlarda həmişə pis nə isə olurdu. Sevindim. Xarab saat… əslində qoluma yapışmış bu saat tez tez xarab olurdu… o mənim üçün çox dəyərli olduğundan onu qolumdan qoparıb, atmaq istəmirəm……Saat işləyirdi…….əqrəbləri ləng tərpənirdi və mənə elə gəldi ki, zamanın ağırlığını hər gün daşımaqdan çox yorulub… saat işləyirdi, özü də qaldığı yerdən yox, əsl işləməli olduğu vaxtdan… Bu saat məni yuxulu fikirlərimdən ayıltdı… bir neçə dəqiqə saat haqında fikirləşdim… sonra ayıldım… Yox əslində yuxulu deyildim, dəqiq… fikirli idim. Güzgüdə özümə baxdım, bir az yorğun, bir az da qurtulmuş kimiydim. Azadlığa çıxmışdım elə bil… Fikirlərin əlindən. Vaxtı yola verirdim… vaxtı yola verdikcə hisslərim də soyumağa başlayırdı elə bil. Dumanlı xatirələr də başımdan çəkilməkdə idi… çəkilirdi yavaş-yavaş deyəsən, uzaqlaşırdı məndən. Bir az ürəyimə dinclik çökürdü… amma bir az… Əslində Bakıdan qaçma səbəblərimdən biri də bu əzablar idi… hər şeydən qurtulmaq… əslində hər şeydən qurtula bilərdim qaçmaqla… amma özümdən necə? Bacarardım sizcə?… bir anlıq fikirləşdim həə, sonra dərhal yox bacarmaram… Tək qalmağı çox sevirəm… amma son zamanlar özümdən də qaçmaq istəyirəm… Deyirlər, “özü-özü ilə yola getməyən insan, heç kimlə yola gedə bilməz”. Belə məqamlarda nədənsə, həmişə bu söz yadıma düşür! Sonra ürəyimdən Röyanın “Səninəm” mahnısına qulaq asmaq keçdi… asdım… vallah səsim olsaydı bu mahnını oxuyardım… yadıma sən düşdün… Darıxdım, özü də laaaaaaaaap çooox… Bir də gördüm yağış başladı… Yağış nə yağış. Ucundan tutub göyə qalxmalı............Şimşəklə yanaşı göydə çaxmağım gəldi lap... Yaz yağışını çox sevirəmm! Mənim üçün bir başqadır yaz yağışı. Yağ yağış, yu apar, bu dunyanın gunahını… Kaşki bir yağış damcısı bütün həsrətləri özündə daşısaydı..! Yaz yağışının gözəlliyini həmişə duymaq istəyirəm. Amma bu yaz incitmişəm onu. Həm də çox...

Edited by Гулливер
Link to comment
Share on other sites

Özünü sevən, heç kimi olmayan yetim qızla əlaqədar çox gÖzəl bir nağıl vardır. Özünü çox kədərli və tək hiss etdiyi bir gün, yolda gedərkən bir kola kiçik bir kəpənəyin ilişdiyini gÖrür. Xilas olmaq üçün çalışdıqca, tikanlar kəpənəyi daha çox əldən salırdı. Kiçik yetim qız diqqətlə kəpənəyi xilas edir. Uçub getmək yerinə, kəpənək gÖzəl bir pəriyə çevrilir. Qız gÖzlərinə inana bilmir

Pəri, balaca qıza: "Sənin bənzərsiz gÖzəl ürəkli davranışın üçün, sənə bir dilək diləmə haqqı verirəm." deyir.

Qız bir an düşünür, sonra "Xoşbəxt olmaq istəyirəm." deyir.

Pəri "Yaxşı" deyir. Ona doğru əyilir və qulağına pıçıldayır. Sonra da gÖzdən itir.

Qız bÖyüdüyü müddətcə, ondan daha xoşbəxt heç kim olmur. Hər kəs ona xoşbəxtliyinin sirrini soruşur. O isə gülümsəyər və "Sirrim, balaca vaxtı bir pərininin mənə dediklərinə əməl etməyimdir" deyir.

Yaşlanıb, Ölüm dÖşəyinə düşdüyündə, qonşuları ətrafına toplanırlar. Sirrinin də onunla birlikdə itib getməsindən qorxurlar. "Lütfən bizə sÖylə" deyə xahiş edirlər.. "Pəri sənə nə dedi?"

Sevimli yaşlı qadın gülümsəyər və "Mənə belə sÖylədi" deyir:

"Nə qədər salamatsansa, nə qədər yaşlı, ya da gəncsənsə, zəngin, ya da kasıb olursan ol, hər kəsin sənə ehtiyacı var"

Link to comment
Share on other sites

  • 4 weeks later...

Atadan nesihet

Bir mudrik atanin 4 oglu var idi. O, hemise ogullarini tez qerar vermekden cekindir, onlara insanlari bir herketle muhakime etmemeyi meslehet görürdü. Bu meqsedle ata sinaq kecirir ve her oglunu uzaqda yerlesen bir armud agacini görmeye gönderir.

Birinci ogul qisda, ikincini yazda, ücüncünü yayda, dördüncünü ise payizda gedir. Ogullarin her biri qayitdiqdan sonra ata onlari bir yere cagirir ve ne gördüklerini sorusur.

Birinci ogul agacin cirkin oldugunu, formasinin büzüsdüyünü, büküldüyünü ve heyat elametinin olmadigini deyir.

Ikinci ogul:'Xeyr, agac yasil tumurcuqlarla örtülüydü ve insana gelecek haqda ümid verirdi.'

ücüncü ogul ise etiraz edir. O, agacin gözel ve etirli ciceklere büründüyünü deyir. Bunun ise heyatinda gördüyü en gözel, zerif, xos bir sey oldugunu bildirir.

Sonuncu ogul ise onlarin hec biriyle razi olmadigin deyir, agacin yaslandigini, meyvelerinin tesirinden eyildiyini, meyvelerinin ise hem gözel, hem de heyat dolu oldugunu danisir.

Ata onlarin her birine qulaq asir ve her birinin haqli oldugun deyir. Cunki onlar agacin tekce bir mövsümün görmüsdü:' 'Baxin ,ogullarim, siz bir ağacı ve ya bir insani sadece bir

mövsümle mühakime ede bilmezsiniz. Bizim kim

olduğumuzun esası ve heyatdan gelen

sevinc, sevgi, ümid, pislik, yaxsiliqlarin neticesi en sonunda, bütün mövsümler kecende biliner. Odur ki gördüyünüz bir sehne ile qerarlar vermeyin.

Link to comment
Share on other sites

  • 4 weeks later...

Atlantida əfsanəsi

Əfsanəyə görə qədim dünyada Atlantida adlı mifik sivilizasiya mövcud idi. Deyilənlərə görə atlantlar uca boylu, fiziki cəhətdən qüdrətli və uzunömürlü idilər. Atlantlar torpaq və su ünsürünün simvolunu təcəssüm etdirən nəhəng tikililər yaratmışdılar. Halqavari su və torpaq adalarının ardıcıllığı şəklində olan tikilinin mərkəzində müammalı, qüdrətli və sonsuz enerjiyə malik kürə işıqlanırdı. Atlantlar bu enerjidən müxtəlif məqsədlər üçün istifadə edirdilər. Qədim dünyanın bütün dövlətləri Atlantidaya pərəstiş edirdilər, atlantlar isə əbədi enerji mənbəyinə...

Bu cəmiyyətdə bir sıra qəribə əxlaq və etika normaları mövcud idi. Atlantların adlarını və doğum tarixlərini yalnız ailə üzvüləri və yaxınları bilirdilər və bu məlumat kənar şəxslərə açıqlanmazdı. İki nəfərin söhbətinə üçüncü şəxsin izinsiz müdaxiləsi bağışlanmaz nəzakətsızlik hesab olunurdu. Atlantlar öz daxili imkanlarını enerji mərkəzi ilə əlaqələndirərək qravitasiya sahəsini idarə edirdilər. Deyirlər ki, bu insanlar heç vaxt yuxu görmürdülər. çünki, hətta şüursuzluqda belə ətraf aləmi izləmək qabiliyyətinə malik idilər. Sonsuz enerji mənbəyindən yararlanan atlantlar öz sivilizasiyalarını yüksək inkişaf səviyyəsinə çatdırdılar.... və onlardan bəziləri müqəddəs bir qadağanı pozmağa cürət etdilər. Qarşı tərəfin fikirlərinə , iç dünyasına izinsiz soxularaq idarə etməyə başladılar. İnsan düşüncəsini idarə etmək və tabe etdirmək arzusunda olan bir qrup öz fövqəltəbii qüvvəsini işə salaraq, Atlantidanın "döyünən qəlbi" - yanar kürəni ələ keçirməyə çalışdılar. Atlantların telepatiya qabiliyyətinin gizli silahı bir - birilərinə qarşı yönəldi.

Bu mübarizədə şər qüvvələrin güclü olub qalib gələ biləcəyini görəndə, Atlantida rəhbərləri yeganə düzgün amma faciəvi qərar verdilər - enerji kürəsini yerin dərin qatlarında qorumaq. Amma bu, Atlantidanın məhvi demək idi. Qərar icra edildi - Atlantida nəaliyyəti və rəziləti ilə okean sularına qərq oldu.

Link to comment
Share on other sites

Sərnişin

- Bəli, həyat bizdən istedadlıdır, - yazıçı papirosun karton ucunu potsiqarın qapağına çırparaq ah çəkdi. - Bəzən o elə mövzular uydurur ki… Biz heç ona çata bilərik? Onun əsərlərini tərcümə etmək, sözlə çatdırmaq mümkün deyil.

- Bütün hüquqlar müəllifin əlindədir,- tənqidçi – yaxındangörmədən əziyyət çəkən, nazik, çevik barmaqlara sahib ciddi adam gülümsəyərək pıçıldadı.

- Bizə yalnız kələk gəlmək qalır,- yazıçı dalğın halda kibriti tənqidçinin boş qədəhinə ataraq, sözlərinə davam etdi. - Filmin rejissoru məşhur romanla nə edə bilərsə, biz də yalnız həyatın yaratdıqları ilə eyni şeyi edirik. Rejissora lazımdı ki, şənbə axşamı qulluqçular darıxmasınlar, bu səbəbdən də, o, romanı tanınmayacaq dərəcədə dəyişdirir, xırda-xırda doğrayır, tərs üzünə çevirir, minlərlə epizodu atır, özünün uydurduğu əhvalatları, yeni personajları əsərə daxil edir. Bütün bunlar maraqlı, hər hansı maneəsiz cərəyan edən, əvvəldə ləyaqətin, sonda əxlaqsızlığın cəzalandığı, öz şərtiliyində belə təbiiliyini tam saxlayan və ən əsası, gözlənilməz, amma həlledici “razvyazka”sı təmin olunmuş filmin alınması üçündü. Bax biz də, hansısa şərti harmoniyaya, bədii yığcamlığa can atmaqla, həyatın mövzularını məhz bu cür istədiyimiz kimi dəyişirik. Duzsuz plagiatımıza öz uydurmamızla dad veririk. Bizə elə gəlir ki, həyat səliqəsiz, yayğın və qeyri-bərabər yaradır, onun dühası həddən artıq pintidir, öz oxucularımızın xeyrinə onun geniş romanlarından səliqəli hekayəciklərimizi - ad usum delphini - biçirik.

İcazə verin, bu münasibətlə sizə aşağıdakı hadisəni danışım. Mən ekspressdə, yatacaq yeri olan vaqonda gedirdim. Yeni yolçuluqları, asma yataqdakı soyuq ağları, qatar hərəkətə gələrkən qara şüşənin arxasından astaca keçən stansiya fanarlarını çox sevirəm. Mənə xoş idi, xatırlayıram ki, yuxarıda - başımım üstündəki asma yataqda heç kəs yox idi. Soyunub arxasıüstə uzandım, əllərimi boynumun ardına qoydum - həqiqətən də, oteldəki pərqu döşəklərin doluluğundan sonra nazik hökumət ədyalının yüngüllüyü ləzzət edirdi. Bəzi şeylər barədə düşünüb - o zaman vaqon xadimələrinin həyatından yazmaq istəyirdim – işığı söndürdüm və tezliklə yuxuya getdim. Buradaca icazə verin, mənim əhvalatıma bənzər hekayələrdə tez-tez rast gəlinən üslubdan istifadə edim. Köhnə, sizə yaxşı tanış olan üslub, bax budur: “Gecəyarısı qəfildən yuxudan oyandım”. Arxasınca yenə də nəsə yeni bir şey gəlir. Mən oyandım və ayaq gördüm.

- Günahkar? – qəddini qabağa əyən və şəhadət barmağını qaldıran ciddi tənqidçi bir daha soruşdu.

- Mən ayaq gördüm,- yazıçı təkrar etdi, - Bölmə ışıqlıydı – qatar hansısa stansiyada dayanmışdı. Ayaq kişiyə məxsus idi, iriydi, baş barmağın göyümtül uzun dırnağının deşdiyi alabəzək corabdaydı. Sifətimin düz yanındakı pilləkəndə möhkəm dayanmışdı, üst yatağın çardağını üzünü qapamışdı və o, öz yerinə çıxmaq üçün elə sonuncu cəhdini edirdi. Mən bu ayağı, boz qara xanalı corabı, dolu baldırlarda, dizdən aşağı, yanlara əyilmiş qıçlardakı çəhrayı dizbağını yandan yaxşıca gözdən keçirməyə imkan tapdım. ( ardı var)..........( ardı var)..........

Link to comment
Share on other sites

Yun parçadan uzun dizliyin altından tüklər eybəcər görünürdü. ümumiyyətlə, ayaq çox iyrənc idi. Mən baxan müddətdə o gərildi, iki dəfə uzun dırnaqlı baş barmağını tərpətdi, nəhayət geri itələnib yuxarı qalxdı. Orada, yuxarıda inilti, fısıltı – adamın yatmağa hazırlaşdığını düşünməyimə imkan verən bütün səslər eşidildi. Sonra işıq söndü və bir neçə saniyə sonra qatar tərpəndi.Bilmirəm sizə necə izah edim, bu ayaq mənə ağır təsir bağışladı. Alabəzək, yumşaq, murdar idi. Məni naharat edən o idi ki, bu boyda adamın yalnız bu bədxah ayağını tanıyırdım, bədənini və sifətini isə hələ də görməmişdim. Onun mənim üçün alçaq, qaranlıq tavan yaratmış yatağı indi lap alçaqda görünürdü, sanki mən onun ağırlığını hiss edirdim. Gecə mənə yol yoldaşı olan bu adamın sifətini nə qədər təsəvvür etməyə çalışsam da, yun corabın deşiyindən görünən, göyümtül rəngdə parıldayan nəhəng dırnaq gözümün önündən çəkilmirdi.

ümumiyyətlə, bu cür xırda şeylərin məni narahat edə bilməsi, əlbəttə ki, qəribəydi. Amma başqa bir tərəfdən məgər hər bir yazıçı məhz xırda şeylərə görə narahat olan adam deyilmi? Hər necəydisə, yuxum gəlmirdi. Qulaq verdim, görüm, mənim müəmmalı sərnişinim xoruldamır ki. Mənə elə gəldi ki, o xoruldamır, inildəyir, amma məlum olduğu kimi, gecə təkərlərin taqqıltısı səs hallüsinasiyasını həvəsləndirir. Lakin orada - məndən yuxarıda hansısa qeyri-adi səslərin gəlməsi təəssüratından ayrıla bilmirdim. Yerimdən yüngülcə dikəldim. Səslər aydınlaşmağa başladı. üst yataqdakı adam hönkürtüylə ağlayırdı.

- Necə dediniz? Hönkürüb ağlayırdı? Belə, belə… Bağışlayın, mən eşitmədim, – tənqidçi onun sözünü kəsdi və yenə əllərini dizlərinin üstünə saldı, başını yana əyərək hekayəçini dinləməyə davam etdi.

- Bəli, o hönkürüb ağlayırdı və onun hönkürtüləri dəhşətliydi. Hönkürtü onu bogurdu, sanki bir litr suyu bir nəfəsə içirmiş kimi nəfəsini bərkdən buraxırdı. Bunun ardınca tez-tez ağzı bağlı halda toyuq qaqqıltısına müdhiş parodiyaya bənzəyən hıçqırma başladı, sonra yenə nəfəsalma və yenə qırıq-qırıq hönkürtülü nəfəsvermə, amma cıxardığı səsə əsasən demək olardı ki, bu dəfə artıq ağzını açıqdı. Və bunların hamısı təkər taqqıltısının sanki hərəkət edən nərdivana çevrilmiş tərpənən fonunda baş verirdi, sanki onun hıçqırtıları da həmin nərdivan vasitəsilə qalxıb enirdi. Mən tərpənmədən uzanmışdım və qulaq asırdım – eyni zamanda hiss edirdim ki, qaranlıqda sifətim səfeh vəziyyət alıb: həmişə yad adam hönkürtüylə ağlayanda özünü narahat hiss edirsən. üstəlik, biz ikimiz də eyni bölmədə, layeqdcəsinə sürətlə gedən eyni qatarda uzandığımızdan, mən qeyri-ixtiyarı onunla bağlıydım. O sakitləşmək bilmirdi, bu dəhşətli, çətin hıçqırtı məndən əl çəkmirdi: biz, mən - aşağıda dinləyən, o - yuxarıda hönkürən - ikimiz də yanaşı, saatda 80 kilometr sürətlə gecənin uzaqlığına gedirdik və bizim qeyri-iradi əlaqəmizi yalnız dəmiryol qəzası dağıda bilərdi. Sonra o sanki dayandı, – amma mən yatmağa hazırlaşan kimi yenidən onun hönkürtüləri eşidildi və hətta mənə elə gəldi ki, hönkürtülü nəfəsalmalarının ardınca o, içdən, qarnından gələn hansısa sözləri tələffüz edir. O yenə susdu, yalnız fısıldayırdı; mən gözüyumulu uzanmışdım və təsəvvürümdə onun zolaqlı corabdakı iyrənc ayağını canlandırırdım. Axır ki, yuxuya getdim. Saat 6-nın yarısında bələdçi qapını bərk döyüb məni oyatdı və yataqda oturarkən ani olaraq başım yuxarı yatağın küncünə dəydi, tələsə-tətləsə geyinməyə başladım. (ardı var)........

Link to comment
Share on other sites

Çemodanlarımla dəhlizə Çıxmazdan öncə, yuxarı yatağa boylandım, amma o, başını örtərək, kürəyi mən tərəfə uzanmışdı.

Dəhliz işıqlı idi, günəş yenicə Çıxmışdı, qatarın göy, təmiz kölgəsi otların, kolların üstüylə qaÇırdı, əyilərək yamacların üstüylə uÇur, arabir görünən tozağacıların gövdəsində dalğalanırdı və Çölün ortasında uzanmış nohur gözqamaşdırıcı şəkildə bərq vurur, yavaş-yavaş daralır, gümüşü yarığa cevrilir və möhkəm gurultuyla evciyi, şlaqbaumu keÇir, quyruğuyla yolu qamÇılayır və uzaqdan yenə adamın başını gicəlləndirən ləkəli Çəpərlər, günəşdən ləkə-ləkə olan toz ağacları görünürdü.

Məndən başqa dəhlizdə tələbeeeeep bəzənən iki yuxulu qadın və zamşa əlcək geyinmiş, başına yol kartuzu qoymuş qoca da vardı. Erkən oyanmaqdan zəhləm gedir – dan yerinin valehedici səfəqi dünyasında mənə şirin səhər yuxusunun yerini verə bilməz. Bu səbəbdən də, qoca mənə müraciət edəndə qaşqabaqlı tərzdə başımı yırğaladım: “Siz də … –ya Çıxırsınız?”. O, bizim təxminən 10-15 dəqiqə sonra Çatacağımız böyük şəhərin adını Çəkdi.Qəfildən tozağacları yox oldular, təpədən sanki tələsərək qatarın altına düşəcək yarımdüjün evcik töküldü, sonra parlaq ÇüÇələriylə tünd qırmızı nəhəng fabrik addımladı, beşqat bərkidilmiş elanlardan kiminsə şokoladı bizi səslədi, yenə fabrik korpusu, şüşələr, borular, bir sözlə, böyük şəhərə yaxınlaşanda baş verməli olanların hamısı baş verirdi. Budur, bizim təəccübümüzə rəğmən, qatar təlaşla sürətini azaltdı və səhralıq yazrımstansiyada – elə bir yerdə ki, ekspresin burada heÇ bir işi ola bilməzdi – saxladı. Platformada bir neÇə polis nəfərinin dayanması da məni təəccübləndirdi. Şüşənin ÇərÇivəsini endirib, başımı Çıxardım. “Pəncərəni örtün” – onlardan biri nəzakətlə dedi. Dəhlizdəki adamlar həyəcanlandılar. Konduktor keÇirdi, mən nə baş verdiyini soruşdum. O, “Qatarda cinayətkar var” deyə cavab verdi və elə atüstü izah etdi ki, gecə keÇib getdiyimiz şəhərdə qətl hadisəsi baş verib - ər arvadını və onun məşuqunu güllələyib. Qadınlar ah Çəkdilər, qoca başını yellədi. İki nəfər polisin əhatəsində qırmızıyana, girdə, bukmekerə oxşayan xəfiyyə dəhlizə daxil oldu. Məndən kupeyə dönməyimi xahiş etdilər. Polislər dəhlizdə dayanmağa davam etdilər, xəfiyyə isə, bölmələri gəzməyə başladı. Mən ona pasportumu göstərdim. O, bozarmış gözləriylə üz-gözümü süzdü və sənədlərimi qaytardı.

Biz darısqal kupedə dayanmışdıq, üst yataqda başını ötmüş naməlum şəxs hərəkətsiz uzanmışdı. Xəfiyyə mənə “siz Çıxa bilərsiz” dedi və əlini yuxarı - yatağa tərəf uzatdı: “Sənədlərinizi, zəhmət olmasa…”. Odeyala bürünmüş şəxs xoruldayırdı. AÇıq qapının arxasında dayandığımdan, bu xorultunu eşidirdim və mənə elə gəlirdi ki, hələ də gecə hıÇqırıqlarının səsi vıyıldayır. “Xahiş edirəm, oyanın” – xəfiyyə ucadan dedi və hansısa peşəkar jestlə boz odeyalın kənarını yatan adamın boğazından dartıb Çəkdi. Adam tərpəndi, amma xoruldamağını kəsmədi. Xəfiyyə onun Çiynindən tutub silkələdi. Mən nəsə özümü birtəhər hiss etdim, üzümü Çevirib dəhlizdəki pəncərədən baxmağa başladım. Amma heÇ nə görmürdüm, bütün varlığımla kupedə baş verənləri dinləyirdim. Və təsəvvür edin ki, mən demək olar, fövqəladə bir şey eşitmədim.üst yataqdakı adam yuxulu-yuxulu donquldandı, xəfiyyə aydın şəkildə sənədləri tələb etdi, yenə aydın şəkildə təşəkkür etdi, kupedən Çıxıb, növbətisinə daxil oldu. Vəssəlam. Əlbəttə, yazıÇı nöqteyi-nəzərindən elə gəlirdi ki, xoşagəlməz ayaqların sahibi - hönkürən sərnişin qatil olsaydı, daha əla olardı, onun gecə axıtdığı göz yaşlarını necə gözəl izah etmək olardı və ən əsası, bütün bunlar mənim gecə səyahətimin, qısa hekayəmin ÇərÇivəsinə necə də yaxşı yerləşərdi. Amma görünür, bu əhvalatda da müəllifin - həyatın niyyəti, həmişə olduğu kimi, yüzqat əzəmətlidir.

(ardı var).........

Link to comment
Share on other sites

Yazıçı çoxdan sönmüş, nəhayət çeynənib yaşlanmış papirosu sovuraraq, dərindən nəfəs alıb, susdu.

Tənqidçi təmiz gözləriylə ona baxdı.

- Etiraf edin, – yazıçı yenə sözə başladı. – Mən yarımstansiyadakı polislər barədə qeyd edən andan siz əmindiniz ki, mənim hönkürən sərnişinim canidir?

- Mən sizin tərzinizə bələdəm, – tənqidçi barmaqlarının ucuyla həmsöhbətinin ciyinlərinə toxunub, özünəməxsus jestlə tez də əllərini çəkərək dedi… Əgər detektiv hekayə yazsaydiz, siz heç də qəhrəmanlardan heç birinin şübhələnmədiyi şəxsi axtarışda olan cani etməzdiniz, əksinə, başdan bəri hamının şübhələndiyi adamı seçməklə kiçik mücrünün asan açılmadığına adət etmiş təcrübəli oxucunu çaşdırardınız. Mən bilirəm ki, siz qəfillik təəssüratını ən təbii aydınlaşmayla verməyi sevirsiz. Amma buna çox da aludə olmayın. Həyatda təsadüflər çox olur, amma istisnalar da az deyil. Sözə təsadüfilikdən müstəsnalıq yaratmaq, qeyri-adini təsadüfi etməmək haqqı verilib. Əgər öz sərnişininizi caniyə çevirsəydiniz, məlum hadisədən, məlum təsadüflərdən siz tamamilə bitkin hekayə düzəldə bilərdiniz.

Yazıçı yenə dərindən nəfəs aldı:

- Bəli-bəli, bu barədə düşünmüşəm. Mən bir neçə detal əlavə edərdim. Qatilin oz arvadını ehtirasla sevdiyinə işarə edərdim. Uydurmağa o qədər şey var ki… amma bədbəxtlik burasındadır ki, məlum deyil, bəlkə də, həyat tamam başqa, daha incə, daha dərin nəyisə nəzərdə tuturmuş. Bədbəxtlik burasındadır ki, mən sərnişinin nə üçün hönkürdüyünü bilmədim, heç vaxt da bilməyəcəm…

- Mən sözün tərəfini tuturam, – tənqidçi mülayim təzrdə dedi. – Siz yazıçısız, ən pis halda, parlaq həll yarada bilərdiz. Bəlkə də, sizin qəhrəman ona görə ağlayırdi ki, pul kisəsini vağzalda itirmişdi. Mənim bir tanışım vardı, qeyri-adi dərəcədə hərbi görkəmi olan yetkin kişiydi, dişləri ağrıyanda hündürdən ağlayırdı… Yox-yox, çox sağ olun. Mənə daha tökməyin. Bəsdir, mənim tam bəsimdir.

SON!

Link to comment
Share on other sites

  • 7 months later...

bildiyim qədərindən, bu əfsanə xristian mənbələrindən qaynaqlanıb... amma nə fərqi var ki, Ruh ölməzdir...

bir insan dünyasını dəyişir və ruhu Tanrının hüzuruna qalxır. orada Tanrı , insanı həyat dənizinin sahillərinə götürür. qumun üzərindəki izləri göstərərək, Tanrı deyir : "bu sənin ömür yolundur. sənin izlərinin yanınca gedən izlər isə mənim izlərimdir. bir an da olsa səni tək qoymadım, hər zaman yanında oldum, qorudum, qayğına qaldım... " insan qumun üzərindəki izləri diqqətlə nəzərdən keçirib, dedi : " ...bax burada, görürəm, yalnız bir cüt izlər var... həyatımın ən çətin anında sən məndən imtina etdin ?" Tanrı köksünü ötürür : " mənim izlərimdir, səni qucağımda aparırdım".

Link to comment
Share on other sites

  • 1 month later...

Sevgi hekayesi sona can oxuyun...

Her shey sadece vaxtim kechsin deye girdiyim chatdan bashladi. Dostum xaish elemisdi catim var ama cox az adam var deye:sende gel sohbet edek. Her gun ishde bekar olurdum, ve bashladim vertual heyata. Bezen bir iki qiz olurdu hamisininda danisdiqi olduqu ortadaydi... Bir yeni qiz gelmisdi,hech vertual tanisliq aqlima bele gelmirdi,sadece yazirdim ureyimden gelen sozleri ozumcun,haminin gore bileceyi bir yere. Bir gun mektubum olduqunu gordum,mektubda yazirdi:Salam, niye bele sozler yazirsan? Esebleshirem.olar yazmayasan?" cvbim chox sade oldu. Sadece baqishda... Belece danishmaqa bashladiq artiq her Onun mektubu menimcun cox menalar verirdi... Sanki,mene basha dushe bilen sadece o idi... Belece vertual sevgimizi reala dashiyib,her sheyin tam olmasinin qerarina geldik... Artiq her gun gorushurduk, elinin istisi sanki ureymin doyuntusun artirirdi... Belece aylarca danishirdiq,cox xoshbext idim, heyatimda olduquycun,menim olduquycun, sevgi hissini mene veren o olduquycun her gun shukur edirdim... Bir gun onu gormeycun yene ish yerine getdim. Yaqish yaqirdi. Mense altinda dayanib,islansamda vecime deyildi,sadece fikrimdeki o idi... Pencereden mene baxib gulumseyirdi... Sms yazdim... Seni pencereden baxibda, yari gormekdense yaxinnan baxib, seni hiss etmek istiyirem.gele bilersen?"... "Gozle dushurem" yazib pencerenin qarsisindan getdi... Men yolun bu terefinde o ise qapidan cixib qachmaq istedi men terefe... Hech neye baxmadan, suretli mashin apardi sevgilimi,menim heyata sevgimi, butun xatirelerim gozum onune geldi. Hami yiqishmishdi... Qollarim arasinda son defe gozumun ichine baxdi... Artiq o yox idi... Onun yerindeyse soyuq qanli beden vardi... Indi artiq 2 il kechib ustunden.. Her gun divardan asdiqim shekilleriyle ovunuram. Hami o yoxdu, calish unut" deyirler. Bir canki ureyi mezardadi men o cani nece gezdirim hech fikirleshe bilmirem. Kechirdiymiz gunler film kimi gelir goz onume her gun... Indi yene yaqish yaqir... Goresen meni mezarinin uste islanan gorseydi yenede qachardimi men terefe...?

Link to comment
Share on other sites

  • 5 months later...

İşini görüb qurtarmışdı... Yorulmuşdu... Tərləmişdi… 
Rahatlamışdı... Hal-hazırda dünyanın ən xoşbəxt, ən 
zəif insanı idi… Pəncərə açıq idi və gün düz onun 
üstünə düşürdü. Birdən yadına düşdü ki, çılpaqdı və 
üstü açıq qalıb. Utandı sanki... Tez yorğanı üstünə 
çəkdi. Gözü yanında uzanan, bayaqdan onunla eyş- 
işrətlə məşğul olan fahişəyə sataşdı. Ağzı üstə 
uzanmışdı. İlahi, onun bədəni yorğun olanda nə 
qədər gözəl olur... Ağlından iyrənc – iyrənc fikirlər 
keçdi... Üzündə qəribə bir təbəssüm vardı.. Bir neçə 
dəqiqə qabaq bu fahişəylə çıxardığı oyunlar indi ona 
iyrənc görünürdü... İyrəndi özü – özünə... 
Düşündü.. Görəsən, mən neçənciyəm? Bu gözəl bədən 
bu qədər kişiyə necə dözür? Görəsən, mənim 
öpdüyüm bədəni kimlər öpüb? İlahi, nə qədər iyrənc! 
İstər – istəməz əli ağzına doğru getdi. Sanki ağzı 
kirlənmişdi… Təmizləməliydi onu.. Əlinin üstü ilə 
möhkəmcə ağzını sildi. O, iyrənmişdi… 
Birdən dəhşətli bir əsəb gəldi. Bir az öncə sevişdiyi 
qızı indi boğub öldürmək istəyirdi. Kirliydi... 
Kirlənmişdi... Buna görə də yanındakı fahişəni 
günahkar bilirdi... Kaş o bu qədər gözəl olmayaydı!... 
İlahi, hər gözəlliyin arxasında bu qədər iyrənclikmi 
olmalıdır? Əsəbindən az qala ağlayacaqdı. Fahişənin 
sakitcə öz kefində, yanında uzanıb istirahət etməsi 
ona daha da çox əsəb verirdi. Sanki bir sonrakı kişi 
üçün özünü və vücudunu hazırlayırdı... Onun o kişiyə 
yazığı gəldi... Özünə gəldiyi kimi... 
Sonra yenə fikirləşdi… Yox! Fahişənin nə günahı! Onu 
bu yola heç kim zorla salmayıb. Heç kim ondan 
bunu xahiş də etməyib. O, öz şəhvani hisslərinin 
ardınca gəlib bir neçə saat bundan əvvəl barda 
gördüyü qızın yanına. Heç onun adını da bilmirdi 
bəlkə... Bir də ki, nəyinə lazımdı axı, onun adı?... 
Düşünürdü... Beyni çatlayacaqdı ağrıdan... O, bilirdi 
yanındakının bundan pul qazandığını və kişilərlə 
yatmağı özünə məslək seçdiyini. Onun məsləyinin 
adı “Fahişəlik” idi. Düzdü, iyrənc məsləkdi. Amma 
bəlkə ruhu, ürəyi fahişə deyildi... İndi onu bu anda 
sadəcə, bir şey düşündürürdü... Hal-hazırda bu 
yataqda fahişə kimdi? Həyatmı, omu, yoxsa fahişə 
qızmı? Fahişə qız üçün fərqi yox idi. Çünki onu evdə 
həyat yoldaşı və 3 yaşlı oğlu gözləmirdi. Onu isə 
tərtəmiz həyat yoldaşı və 3 yaşlı oğlu gözləyirdi... 
Fikirləşirdi. Düşünürdü. Və bu suala cavab tapa 
bilmirdi. Fahişə kim idi? Xanımını evdə qoyub bura, 
heyvani hisslərinin dalınca gələn özümü? Yoxsa 
ondan bir-iki saatlıq eyş-işrət üçün pul alan, həmin 
pulla qarnını doyuran, hal-hazırda yanında etinasız, 
çılpaq uzanmış fahişəmi? Qarnını doyurmaq üçün 
insan bədəninimi satmalıdır? Ona bəraət 
qazandırmaq olarmı? Niyə fahişə sadəcə, qadın 
olmalıdır? Kişi “fahişə deyil” deyə qanunu kim 
yazıb? Axı kim idi fahişə? Qadınmı, kişimi, yoxsa 
tam əksinə, elə həyatın özümü?.

Link to comment
Share on other sites

Kişi axşamdan qalan böyük bir baş ağrısıyla səhər tezdən oyanır. Ətrafına baxır. Görür stolun üstündə bir stəkan su və iki-dənə aspirin var. Paltarı ütülənib stulun başına sərilib. Bu zaman stolun üzərində olan bir not diqqətini çəkir.

"Sevgilim, sabahın xeyir. Səhər yeməyin mətbəxdədir. Mən marketə gedirem. Tez qayıdaram. Səni çox sevirəm"

 

Kişi ayağa durub palt arını geyinir və mətbəxə keçir. Görür ki, oğlu səhər yeməyini yeyir. Amma xanımının onun üçün hazırladığı yeməyə əl dəyməyib və yanında da gündəlik oxuduğu qəzeti var. Kişi yeməyini yeməyə başlayıb və oğlundan soruşdu:

- Oğlum dünən evdə nə olub?

Oğlu:

- Dünən evə gələndə saat 03:00 idi. Əvvəlcə koridorda olan stulu aşırdın. Sonrada bizdən küsdün. Daha sonrada üzünü otağın qapısına çırptın və bir gözün göyərdi.

Kişi məəttəl qaldı. Başa düşmədim, onda niyə hər şey belə təmiz, səhər yeməyi hazır və qəzetlərim səhər tezdən alınıb? Eləbil heçnə olmamış kimi.

Oğlu:

- Onu soruşursan? Anam səni dartıb öz yatağınıza aparan zaman paltarını çıxarmağa çalışırdı. Və səndə bunun əvəzində dedin:

"XANIM, MƏN EVLİ BİR ADAMAM"
Link to comment
Share on other sites

Bu yaxınlarda belə bir yaşanmış bir əhvalat oxudum.


Dost və qardaş ölkə Pakistan 7,6 bal gücündə zəlzələ ilə sarsılmışdı. Oradakı qardaşlarımız acınacaqlı vəziyyətdə kömək gözləyirdilər. Həm də Ramazan ayı idi.


O ərəfədə ibrətamiz bir hadisə baş verdi. Pakistanın dövlət başçısı Pərviz Müşərrəfə kimliyi naməlum olan bir uşaq məktub yazmışdı. Məktub Türkiyədən- Kütahyadan göndərilmişdi. Bundan çox təsirlənən Pərviz Müşərrəf bütün dünyaya örnək olsun deyə, məktubun mətnini rəsmi saytına yerləşdirir.


Bu da o yaşı az, ürəyi böyük uşağın Pakistana yazdığı məktubun mətni:


“Mən kasıb bir ailənin övladıyam. Atam yoxdur. Anamsa xəstədir.İki lirə çörək pulumuz vardı. Bunun bir lirəsini sizə göndərirəm. Çünki mən bugün  zibillikdən çörək tapmışam. İftarı onunla açacağıq. Bu bir lirə ilə zəlzələdən əziyyət çəkən uşaqlara çörək alın. Bu, pul halaldır. Poçta pul keçirdiyim üçün o biri lirəni göndərə bilmədim. Üzr istəyirəm.”


Könlün zənginliyinə bax.Oruclusan, iki lirə pulun var və bu iki lirəni də səndən ağır vəziyyətdə olan qardaşlarına sevə-sevə göndərirsən.


Bunu oxuyandan sonra öz-özümə soruşdum.


Sən kimsən? Daha doğrusu o uşaqla müqayisə edilsən sən kimsən?


Cavabım belə oldu: Mən “məzuniyyətə tez çıxsaydım da gedib filan yerdə dincələrdim” fikriylə yaşayan, “gələcəkdə kim olacam, hansı vəzifəni tutacam” suallarını özümə dərd edən, “qonşumuzda illərdir yaşayan, ancaq adını belə bilmədiyim kasıb kişi və onun evlilik yaşına çatmış, ruhi xəstə qızının nəyə ehtiyacı olub-olmadığını barədə bir dəfə soruşmayan”, “avtomobilə yaxınlaşan şəxslərə sədəqə verməklə öz borcunu bitmiş bilən”  eqoist biriyəm......


Bu sualı siz də özünüzə verin. Əminəm ki, əksəriyyəti də məndən yaxşı vəziyyətdə deyil.


Xahiş edirəm, ətrafınıza baxın. O qədər köməyə ehtiyacı olanlar var. Sadəcə biz o qədər “kor olmuşuq” ki, onları görmürük və ya görmək istəmirik....


Zirzəmidə yaşayan, ayaqları qəza zamanı şikəst olmuş yataq xəstəsi bir ata və ailə başçısının bir nəfərlə söhbəti zamanı dediyi sözləri sizə çatdırıram:


“Allah səndən, sənin kimilərdən razı olsun. Düz 6 aydır, qapımızı açıb bizimlə maraqlanan yoxdur. Bir ildir ki, şokolad alıb uşağı sevindirə bilmirəm. Həqiqətən, çox çətindir. Bir özün fikirləş heç kim yanınıza gəlib getmir,ehtiyaclarınız başınızdan aşır, evdə yeməyə bir tikə çörək yoxdur....Uşağa bir bayram hədiyyəsi ala bilməmək bilirsən nə deməkdir?Onun dostlarından geri qalması bilirsən nə deməkdir?Ata nə vaxt güllü paltarlar, şokoladlar alacaqsan deyə soruşanda nə cavab verəcəyimi bilmirəm.”


Digərlərinə kömək etmək üçün illərlə göz bəbəyi kimi qoruyub saxladıqları nişan və toydan qalma qızıllarını tərəddüd etmədən verən xanımlarımız, illərlə çalışıb-vuruşaraq, min bir məşəqqətlə, çətinliklə qazanıb əldə etdiklərini sevə-sevə verən insanlarımız var.


Allah onları bizə çox görməsin. Amin!

Link to comment
Share on other sites

yer üzündə bir Xoşbəxtlik gəzib dolaşırdı. ondan kim nə istərdisə, hamını arzusuna muradına çatdırırdı.

günlərin birində Xoşbəxtlik ehtiyatsızlıq edib büdrədi və bir quyuya düşdü... hər gün quyunun ətrafına çoxlu insanlar gəlirdi, hər birinin öz niyyəti-arzusu vardı. Xoşbəxtlik hamıya yetirdi...

bir dəfə quyuya bir cavan yaxınlaşdı və soruşdu :

- bəs sən nə istəyirsən ?

- quyudan çıxmaq ..)

o Xoşbəxliyi quyudan çıxarıb öz yoluna davam etdi. Xoşbəxtlik onun arxasınca qaçdı.

Link to comment
Share on other sites

  • 2 weeks later...
Dəmir dövrünün adamları

 

Hökumət qapıda göründü. Səhərin gözü açılar - açılmaz kəsdirib evin qabağını irişirdi. Sonra bir addım da qabağa gəlib dilləndi:
 
- Nəyin var verməlisən!
 
- Nəyi, məsələn?
 
- Hər şeyi!
 
Çevrilib döşəmədəki köhnə palaza, tavanda cəmi bir lampası yanan çilçırağa, “Orsk” adlı sovet soyuducusuna, rəngləri qarışmış çin televizoruna, kökdən düşmüş “Kuban” pianosuna, çır-çırpı ilə yanan qaz sobasına, pəstahadan çıxmış İran mebelinə, anasından qalmış çaydana, qəhvədana, stəkana, boşqaba, qaşığa, çəngələ, bir sözlə, arvadla uşaqdan başqa evdəki hər şeyə kənar gözlə yenidən baxdı və gördü ki, yox, ələ gələn, işə yarayan bir şey yoxdur.
 
Üzünü hökumətə tutub çaşqın halda, keyimişcəsinə dilləndi:
 
- Axı bunlar nəyinə lazımdır? Sənin ki, bunlara ehtiyacın yoxdur!
 
- Düzdür, - dedi, - mənim yoxdur. Amma sənin bunlara da ehtiyacın olmalıdır...
 
Hər şeyi yığıb apardı. Nə vardı hamısını. Bircə ayaqları döşəməyə, başı divara mıxlanmış taxta çarpayıdan savayı. Onu da yerindən qopara bilmədiyi üçün təpiklə vurub pis hala saldı...
 
Qapının arxasındakı taxçada gözdən yayınmış almanı sinəsində parıldadıb uşağa verdi. Pəncərənin çərçivəsindəki mıxdan sallanan ipə ilişib qalmış dəfnə yarpağını arvadın telinə sancdı. Özü də bir siqaret yandırdı... Üçü də dinib-danışmadan bir tərəfi çökmüş taxta çarpayının kənarında yanası əyləşmişdi. Alma xırçıltısı beyinlərə işləyirdi.
 
Səs boş otaqda qəribçiliyə düşmüşdü... Tavana millənən siqaret tüstüsü döşəməyə zillənən baxışlardan xeyli xoşbəxt idi. Bir borcun yüz fikirdən asılı qaldığı anlar yaşanırdı... Bir müddət susduqdan sonra qeyri – ixtiyari:
 
- Heç nəyimiz qalmadı, - dedi.
 
Daha bir xeyli susqunluqdan sonra: - niyə, zirzəmidə çəkic və bir az dəmir - dümür var – deyə arvad gözlərini döşəmədən ayırmadan cavab verdi...
 
Bir az da keçmişdi sükutu uşaq pozdu: -Ata, mənə qılınc düzəlt....
 
Bilmədi arvad nəyə işarə edirdi, uşaq niyə araba yox, qılınc istədi, amma deyəsən ikisi də çəkici lazımi anda lazımi nöqtəyə vurmuşdular. Sonuncu siqareti çarpayının küncündə söndürüb evdən çıxdı.
 
Zirzəmidə dədəsindən qalma xeyli dəmir və ağır bir çəkic qaralırdı. Hamısını sürüyüb tökdü həyətə. Yerini rahatlayıb başladı dəmiri döyəcləməyə. Silah düzəldirdi. Əvvəl arvadı və uşağı qorumaq, sonra da hər şeyi geri qaytarmaq üçün döyürdü dəmiri…
 
Bir azdan qonşu həyətdən də dəmir səsi eşidildi. Kimsə var qüvvəsi ilə döyəcləyirdi.
 
Sonra o biri qonşudan.
 
Sonra o birindən.
 
Sonra bütün qəsəbədən gəldi bu səslər.
 
Sonra o biri qəsəbədən.
 
Sonra bütün rayondan danqıltılar göyə ucalmağa başladı.
 
Sonra şəhərdən eşidildi bu səslər....
 
Dəmir döyüntüsü yavaş-yavaş bütün məmləkətə yayılırdı…

 

İlqar Rəsul

Link to comment
Share on other sites

Hərbi xidməti başa vurmağa on gün qalmışdı. Vaxt öldürmək üçün formamı qaydaya salırdım. Yanımda saatı bilməyən, Nizami Gəncəvini tanımayan, kombata “milis paltarında gəzən kişi” deyən avam bir əsgər oturmuşdu. Sakitcə oturub mənə baxırdı. Birdən sual verdi.
 
- Evə gedəssən?
- Hə.
- Kefdəsən.
- Niyə?
- Şirinçay içəssən...
 
Mən o avam əsgərdən azadlıq və sərbəstlik haqqında fikir gözləyirdim. O isə demə mənim mülki həyatda istədiyim qədər şirinçay içə biləcəyimə həsəd aparırmış. Mən bu dialoqu çox yazmışam. O əsgərin avamlığı haqqında çox danışmışam. Hələ hərbi xidmətdə olanda baxırdım onun üzünə, düşünürdüm, kaş cadugər olaydım, girəydim bu insanın beyninə, dünyaya onun gözüylə baxaydım, görəydim dünya onun gözlərində necə görünür. Onun avamlığı haqqında çox danışıb məclislərdə adam güldürmüşəm. Sonradan başa düşdüm ki, adama qarşı haqsızlıq etmişəm. Ədəbiyyat belə insanları anlamaqda, onları hiss etməkdə adama kömək edir. Akutaqava Runeskonun “Şirin kartof sıyığı”, Qoqolun “Şinel” hekayəsi belələrini anlamaqda mənim üçün hiss xəritəsidir...
 
Sən hərbi hissənin hasarından o tərəfə mümkün qədər tez keçməyə ona görə can atırsan ki, sərbəst olasan, istədiyin vaxt yatıb istədiyin zaman oyanasan. Dostlarla görüşəsən. İstədiyin paltarı geyinəsən. O isə hərbi hissənin hasarından o tərəfə keçməyə ona görə can atır ki, sadəcə ürəyi istəyən vaxt, ürəyi istəyən qədər şirinçay içə bilsin. Bəyəm buna görə insan illərlə lağa qoyulmalı və lətifə qəhrəmanına çevrilməlidir?
 
Henrix Böllə sən “niyə yalnız balaca adamlar haqqında yazırsan?” sualı veriləndə o bu suala “balaca adamla böyük adamın sərhədin kim müəyyən edir” cavabı vermişdi.
 
İki-üç il əvvələ qədər mən xoşbəxtliyin avamlıqda olduğunu düşünürdüm. İndi başa düşürəm ki, xoşbəxtlik avam olmaqda deyil. İndi belə düşünürəm, sonra necə düşünəcəm bilmirəm. Həyatdır, hər şey ola bilər. Nofəl müəllim demişkən, insanlara başa salmaq olmur ki, həyat Hindistan kinosu deyil.
 
İki-üç il əvvəl gözəl tərcüməçi, ədəbiyyatı dərindən bilən, şair Nicat Məmmədov oxumaq üçün mənə Martin Pajın “Mən necə axmaq oldum” romanını verdi. Nicatın zövqünə çox inanıram. Mükəmməl mütaliəsi var. Ona görə romanı diqqətlə oxudum. Həcmcə balaca, məzmunca tutumlu olan “Mən necə axmaq oldum” romanı müasir nəsrin tələblərinə tam cavab verir. Bununla belə müəllifin klassik nəsri çox dərindən mənimsədiyi az qala hər səhifədə hiss olunur. Romanın mövzusu çox işlənib: intellekt insanın xoşbəxt olmasına maneçilik törədir. İnsan ağlını itirdikcə özünü xoşbəxt hiss etməyə başlayır. Bu çox işlənmiş mövzuda yazıçı çox maraqlı, asan oxunan, mükəmməl bir roman yazıb.
 
Əgər Martin Paj həqiqətən də bu romanı 27 yaşında yazıbsa, biz niyə yazırıq, bilmirəm. Bir tərəfdən də düşünürsən ki, Balzakın, Hüqonun, Stendalın, Mopassanın, Russonun, Floberin, Andre Moruanın, Fransua Moriakın doğulduğu və yaşadığı, yaratdığı ölkədə 27 yaşlı bir yazıçının şedevr yaratması həm də bir az qanuna uyğundur. Ənənə çox vaxt öz sözünü deyir. Bizim nəsrin cəmi yüz yaşı var. Ədəbiyyat və reallıq adlı yazımdakı bir cümləni tirajlamaq istəyirəm. Əgər Novruzəli məktubu poçt qutusuna ata bilsəydi, Mirzə Cəlil başqa mövzuda hekayə yazar və bizim ədəbiyyatımız dünya ədəbiyyatında gedən proseslərə bir az yaxınlaşardı. Novruzəli məktubu poçt qutusuna ata bilmirsə, Mirzə Cəlil başqa mövzularda necə rahat hekayə yazsın? Üstəgəl əgər düz əməlli bir ənənə yoxdursa...
 
Tomas Vulf deyirdi ki, alman, fransız yazıçıları öz bellərini böyük bir ənənəyə söykəyiblər, biz, amerikan yazıçıları isə hər şeydən əvvəl Amerikanın necə bir yer olduğunu Amerika vətəndaşlarına başa salmalıyıq. Fransız, alman yazıçıları Amerikada yaşasaydılar, bu şəraitdə onların çoxu yazıçı ola bilməzdi... Cem Yılmaz demişkən “beni s..tir et, Tomas Vulf böyle demiş”. Mark Tvenin yaşadığı və yaratdığı bir ölkədə Tomas Vulf ənənənin olmamağından şikayət edirsə, görün biz nə gündəyik, görün bizim çiynimizə necə ağır bir yük düşüb.
 
Bəli, “Mən necə axmaq oldum” romanının qəhrəmanı gəlir bir firmaya. Bu firma intihar etmək istəyən insanlara yardım edir. Yəni intiharın uğurla həyata keçməsini reallaşdırır. Romanın bu yeri bizə Andre Moruanın “Tanatos mehmanxanası” hekayəsini xatırladır. Dediyim kimi müəllif klassik ədəbiyyatı dərindən mənimsəyib. Firmanın otaqlarında intihar etmiş məşhur adamların portretləri asılıb. Necə ki, fizika otağına Eynşteynin, kimya otağına Mendeleyevin portreti asılır, burda da divarları intihar etmiş məşhurların portretləri bəzəyir. Yəni bu da bizim əjdahalarımızdır. “Mən necə axmaq oldum” romanının qəhrəmanı niyə intihar etmək istədiyini belə əsaslandırır. Mənim həyatım alınmadı. Faciə bunda deyil, faciə ondadır ki, mən bunu başa düşürəm...
 
Bəli, məhz belədir. Mən hal-hazırda xoşbəxtliyin məhz eşşəklikdə, gönüqalınlıqda olduğuna qəti əmin olmuşam. Söhbət avamlıqda, savadlı və yaxud savadsız olmaqda deyil. Söhbət məhz eşşək və gönüqalın olmaqdadır. Həssas və düşünən adamın xoşbəxt olması çətin məsələdir. Həssas adamlar yalnız çox qısa müddətdə xoşbəxt ola bilərlər. Bu xoşbəxt anlar çox yox cəmisi bir neçə saatdan, bir neçə gündən, bir aydan sonra nostalgiyaya çevrilib həssas adama ikiqat əzab verəcək... Bu adamlar cəmisi bir ay əvvəl baş vermiş hadisəni on il əvvəl baş vermiş hadisə kimi nəql edəndə onları başa düşməyə çalışın. Onlar bilirlər ki, bu xoşbəxt anların bir də nə vaxtsa təkrar olunması çox böyük sual altındadır. Mən heç vaxt adamların puluna, yaraşığına, maşınına, tirajına həsəd aparmamışam.
 
Təbiətin və yaxud tanrının (kim necə istəyir ad qoysun) yaratdığı gözəlliyə, gözəllərə aşıq gözüylə baxıb, ilhamlanaraq özüm də nəsə yaratmağa çalışmışam. Mən adamların eşşəkliyinə və gönüqalın olmasına həsəd aparmışam. Qalınqabırğa və eşşək adamların necə rahat və xoşbəxt yaşadığını görəndə içimdə yaradana qarşı bir üsyan oyanıb. Axı bu doğurdan da ədalətsizlikdir. Eto kakoy - to pozor...  

 

Seymur Baycan

Link to comment
Share on other sites

...Bir qiz ve bir oglan motosikletin uzerinde 180 km/saat suretle gedirdiler. Aralarinda bele bir sohbet gedirdi...

Qiz: Xahish edirem, sureti azalt, qorxuram.

Oglan: Yox, gor nece eylencelidir.

Qiz: Cox xahish edirem, qorxuram.

Oglan: Yaxshi. Meni sevdiyini soyle.

Qiz: Seni cox sevirem, xahish edirem sureti azalt.

Oglan: Indi menden berk berk tut.

Qiz oglandan berk berk tutdu.

Oglan: Kaskani alib oz bashina qoy, menim bashimi cox sixir...

Ertesi gun qezetlerde bele bir xeber cixdi: "Motosiklet tormozda olan nasazliga gore binaya cirpildi. Motosikletde olan 2 neferden sadece biri sag qaldi". Esl hadise ise bele olmushdu. Yolun yarisinda oglan tormozun ishlemediyini basha dushmush amma bunu qiza bildirmek istememishdi. Bunun yerine qizdan onu cox sevdiyini soylemesini istemish, sonra da oz olumu hesabina, qizin kaskani geymesini ve sag qalmasina sebeb olmushdu...

muellifleri de yazsaniz yaxsi olardi

Link to comment
Share on other sites

  • 2 weeks later...

Seçmədiyiniz bir həyatı yaşayarsınız.Mən necə oldu bu yola düşdüm deyərsiniz öz-özünüzə.Mən necə olduda həyatımın ən böyük səhv addımını atdım? Günahı ətrafınızdakı insanlardan axtarmağa başlayarsınız.Günahkarın siz olduğunu bildiyiniz halda... Seçmədiyiniz, sizə verilmiş bir vəzifədə itirərsiniz həyatınızı; gözəl bir gündə; əslində canınızı sevə sevə verəcəyiniz o qədər iş, bir ömür onlarla yaşamaqdan doymadığınız sevdikləriniz varkən... Seçmədiyiniz insanların çevrənizdə görərsiniz özünüzü. Mən bu insanların içində nə edirəm? Sualını özünüzə ünvanlayarsınız.Cavabı hər kəsdən yaxşı bildiyiniz halda... Seçmədiyiniz bir insanın həyat yoldaşı olarsınız.Mən onunla evlənə biləcəyimi heç bir zaman ağlıma gətirmirdim deyərsiniz öz-özünüzə.Hər şey gec ikən deyil, gec olmadan bunları fikirləşməli olduğunuzu bildiyiniz halda... Seçmədiyiniz bir xəstəliyə yoluxarsınız.O xəstəliyin bəzən heç bir dərmanı olmaz.Seçmədiyimiz olan əziyyət dolu günlər biri gözləyər. Bir zamanlar seçdiyiniz, amma sizi əsla seçməyəcəyi, ya da artıq tam fərqli biri olmuş birinə vermək məcburiyyətində qalarsınız etdiklərinizin, edəcəklərinizin, xəyallarınızını.... Sizi seçəndədir bəzən ən sevdikləriniz ancaq siz onu seçmək istəmirsiniz.Sizi xoşbəxt edə biləcək hər şeyin onda olduğunu bildiyiniz halda tamam fərqli olan, sizə əzab versədə onun yanında olmaqdan xoşbəxt olduğunuz insanı arzulayarsınız.Nə qəribədir elə deyilmi? Həm seçmək istəyirik həmdə xoşbəxt olmaq. Seçdiyiniz insanın səhv bir seçim olduğunu bildiyiniz halda seçiminizin düzgün olduğuna özünüzü inandıraraq ən böyük səhvi edərsiniz.Seçim edərkən düzgün etmək arzusu ilə hər birimiz bu yola baş qoyarıq.Bəs içimizdən neçəmiz arzusuna nail olar? Neçəmiz düzgün qərarlar verər? Seçimlər sənin olduğu halda müzakirə edilər.Hər zaman səhvlər göstərilməyə çalışılar.Ancaq bizə nəsihət verənlər səhvlərlə yanaşı özümüzə görə doğrularımızın olduğunu heçmi fikirləşməzlər? Nə gözəldir elə deyilmi həm seçmək həmdə seçdiyin insan tərəfindən seçilmək...

 

P.S. hekayə olmasada maraqlı yazıdı...məncə düşünməyə dəyər.

Link to comment
Share on other sites

Adam yazıq olanda sığındığı divar da onu ovundura bilir. Heç başını divara söykəyib ağlamadınmı? Xatırla ...
 
Zəif düşüb ağlayanda alnını dayamaq üçün ən asan tapılan çiyin divardı. Sənə ən yaxındakı divar. Fərq etməz, kimin divarı. Yetərki əlin çatsın, alnına sıxasan... Sıxırsan və ürəyindəki daşı alnındakı daş yüngülləşdirir...
 
Dünyanın hər yerində divar var. Ev divarı, həbsxana divarı, dövlət divarı.
 
Əslində bunların hamısı irili-xırdalı teatr divarlarıdı...
Dünyanın hər yerində alnını söykəməyə divar var...
 
İstədiyin vaxt, istədiyin yerdə alnını daşa dayaya bilərsən demək. Kimsə desə ki, bəs qumlu səhralar? Orda ki, divar yoxdu? Deyəcəm, səhra iki yaşayış məntəqəsi arasında ən böyük divardı əslində...
 
Alnını dərddən divara dayayıb gözlərini yumursan. Yumursan və düşünürsən ki, indicə sərinlik gətirən əslində dərdinin baş daşıdır...
 
Məzar başına getməyə imkanın olmadısa, eyb etməz. Bir sakit divar tap (evdə və ya çöldə, fərqi yox) alnını daya, gözlərini yum. Və düşün ki, bu sənin hansısa bir itkinin baş daşıdır... Məsələn, Ananı itirmisənsə, Onun baş daşıdır alnındakı (məncə, baş daşları bu dünya ilə o dünya arasında ən canlı divardı)....
 
Sonra istədiyini pıçılda... Sonra sus. Sonra çevril, gözünü aç və get...
Amma dərdindən imtina etməyi heç ağlına da gətirmə. Əksinə, hara getsən onu özünlə götür.
 
İnsanı insan olaraq saxlayan onun dərdidir, biləsən. Özü də uzun sürən dərdi. Təxminən sağalmayan dərdi...
 
Bəzən dərd də qadın sinəsi kimidir. Sığınırsan, ovudub uyudur səni...
Ayılanda görürsən yağış yağır. Oturub baxırsan, baxırsan və gözlərini silib növbəti dərd, daş, yağış anına qədər bir az mutlu olursan...
 
Sonra yenə divar...
Olsun. Onsuz da həyat daş divarlardan ibarətdir. Hətta o divarlar ağacdan olsa belə...
Amma əslində bizə ən yaxın teatr divarı alnımızdı. Üstünə çıxıb, üzərindəki yazını oxuya bilməsək belə..
 
İlqar Rəsul
 

 

 

Link to comment
Share on other sites

İşini görüb qurtarmışdı... Yorulmuşdu... Tərləmişdi… 

Rahatlamışdı... Hal-hazırda dünyanın ən xoşbəxt, ən 

zəif insanı idi… Pəncərə açıq idi və gün düz onun 

üstünə düşürdü. Birdən yadına düşdü ki, çılpaqdı və 

üstü açıq qalıb. Utandı sanki... Tez yorğanı üstünə 

çəkdi. Gözü yanında uzanan, bayaqdan onunla eyş- 

işrətlə məşğul olan fahişəyə sataşdı. Ağzı üstə 

uzanmışdı. İlahi, onun bədəni yorğun olanda nə 

qədər gözəl olur... Ağlından iyrənc – iyrənc fikirlər 

keçdi... Üzündə qəribə bir təbəssüm vardı.. Bir neçə 

dəqiqə qabaq bu fahişəylə çıxardığı oyunlar indi ona 

iyrənc görünürdü... İyrəndi özü – özünə... 

Düşündü.. Görəsən, mən neçənciyəm? Bu gözəl bədən 

bu qədər kişiyə necə dözür? Görəsən, mənim 

öpdüyüm bədəni kimlər öpüb? İlahi, nə qədər iyrənc! 

İstər – istəməz əli ağzına doğru getdi. Sanki ağzı 

kirlənmişdi… Təmizləməliydi onu.. Əlinin üstü ilə 

möhkəmcə ağzını sildi. O, iyrənmişdi… 

Birdən dəhşətli bir əsəb gəldi. Bir az öncə sevişdiyi 

qızı indi boğub öldürmək istəyirdi. Kirliydi... 

Kirlənmişdi... Buna görə də yanındakı fahişəni 

günahkar bilirdi... Kaş o bu qədər gözəl olmayaydı!... 

İlahi, hər gözəlliyin arxasında bu qədər iyrənclikmi 

olmalıdır? Əsəbindən az qala ağlayacaqdı. Fahişənin 

sakitcə öz kefində, yanında uzanıb istirahət etməsi 

ona daha da çox əsəb verirdi. Sanki bir sonrakı kişi 

üçün özünü və vücudunu hazırlayırdı... Onun o kişiyə 

yazığı gəldi... Özünə gəldiyi kimi... 

Sonra yenə fikirləşdi… Yox! Fahişənin nə günahı! Onu 

bu yola heç kim zorla salmayıb. Heç kim ondan 

bunu xahiş də etməyib. O, öz şəhvani hisslərinin 

ardınca gəlib bir neçə saat bundan əvvəl barda 

gördüyü qızın yanına. Heç onun adını da bilmirdi 

bəlkə... Bir də ki, nəyinə lazımdı axı, onun adı?... 

Düşünürdü... Beyni çatlayacaqdı ağrıdan... O, bilirdi 

yanındakının bundan pul qazandığını və kişilərlə 

yatmağı özünə məslək seçdiyini. Onun məsləyinin 

adı “Fahişəlik” idi. Düzdü, iyrənc məsləkdi. Amma 

bəlkə ruhu, ürəyi fahişə deyildi... İndi onu bu anda 

sadəcə, bir şey düşündürürdü... Hal-hazırda bu 

yataqda fahişə kimdi? Həyatmı, omu, yoxsa fahişə 

qızmı? Fahişə qız üçün fərqi yox idi. Çünki onu evdə 

həyat yoldaşı və 3 yaşlı oğlu gözləmirdi. Onu isə 

tərtəmiz həyat yoldaşı və 3 yaşlı oğlu gözləyirdi... 

Fikirləşirdi. Düşünürdü. Və bu suala cavab tapa 

bilmirdi. Fahişə kim idi? Xanımını evdə qoyub bura, 

heyvani hisslərinin dalınca gələn özümü? Yoxsa 

ondan bir-iki saatlıq eyş-işrət üçün pul alan, həmin 

pulla qarnını doyuran, hal-hazırda yanında etinasız, 

çılpaq uzanmış fahişəmi? Qarnını doyurmaq üçün 

insan bədəninimi satmalıdır? Ona bəraət 

qazandırmaq olarmı? Niyə fahişə sadəcə, qadın 

olmalıdır? Kişi “fahişə deyil” deyə qanunu kim 

yazıb? Axı kim idi fahişə? Qadınmı, kişimi, yoxsa 

tam əksinə, elə həyatın özümü?.

əhsən..+1 cox duzgun yazilib..

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 13 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
      • 1 reply
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Like
      • 10 replies
    • Чингиз Абдуллаев: «Врачи вытащили меня с того света, Аллах меня пожалел»
      Народный писатель Азербайджана Чингиз Абдуллаев 17 апреля был выписан из Центрального таможенного госпиталя, куда был помещен из-за проблем со здоровьем 6 апреля.
      На своей странице в социальной сети Facebook писатель подробно рассказал о произошедшем, отметив следующее:
      «Я умер. Нет. Это не прозаическое резюме моего повествования. Это то, что со мной произошло. В ночь на 6 апреля и в течение дня моего юбилея 7 апреля. Я снова родился. Как констатировать смерть? Когда все внутренние органы перестают одновременно функционировать, дыхание останавливается и сердце перестаёт биться. Несколько минут подобной комы или клинической смерти превращают человека в «овощ». Врачи вытащили меня с того света, Аллах меня пожалел. Может решил, что мне пока рано. Вернул меня обратно. Страшно представить, какую боль я причинил в эти несколько дней своим близким, своим родным»
      В своем сообщении народный писатель также выразил слова благодарности: «Хочу поблагодарить всех! Моего Президента, всех друзей, знакомых, читателей и вообще незнакомых мне людей. Которые в эти дни переживали за меня. Спасибо им всем! Постараюсь оправдать Ваше доверие. Там я уже успел побывать. Теперь я совсем не боюсь. Тот, кто умирает один раз, не боится умереть во второй. Но не торопитесь. Наверное, у каждого из нас свой срок. Я вышел из больницы. На снимке люди, которые помогли мне «вернуться». Спасибо им за все!»
       
       
      https://1news.az/news/20240418121620670-CHingiz-Abdullaev-Vrachi-vytashcili-menya-s-togo-sveta-Allakh-menya-pozhalel-FOTO
        • Like
      • 10 replies
    • Несовершеннолетняя девочка, которую хотели склонить к проституции, сбежала из района в Баку
      Председатель общественного объединения «Чистый мир» Мехрибан Зейналова поделилась в социальной сети «Фейсбук» вопиющей историей несовершеннолетней девочки, которая была вынуждена бежать из района в столицу.
      По словам правозащитницы, Захра (имя условное) в данный момент находится в их приюте.
      «После того, как ее родители развелись, девочка продолжала жить с матерью в районе. Через какое-то время мать передала ее знакомому мужчине (40-50 лет), сказав ему, что он может делать с ней все, что захочет. После того, как Захра прожила с ним месяц, мужчина предложил ей продавать свое тело и делить с ним деньги. Услышав это, Захра нанесла увечья своим рукам, после чего сбежала в Баку», - сообщает правозащитница.
        В Баку девочку обнаружили сотрудники Абшеронского районного управления полиции, которые сразу же доставили ее в приют Мехрибан Зейналовой.
      «То, что пережила эта малолетняя девочка, немыслимо. Надеемся, что в скором времени люди, которые заставили ее это пережить, будут наказаны. В настоящее время Захра живет с нами и получает психологическую помощь», - говорит М.Зейналова.
          https://1news.az/news/20240417044406338-Nesovershennoletnyaya-devochka-kotoruyu-khoteli-sklonit-k-prostitutsii-sbezhala-iz-raiona-v-Baku-FOTO
        • Facepalm
        • Sad
        • Like
      • 32 replies
    • Хады Раджабли всё
      В мечети Тезепир проходит церемония прощания с экс-депутатом Милли Меджлиса Хады Раджабли.
      В церемонии принимают участие члены семьи покойного, депутаты Милли Меджлиса, представители общественности.
      После церемонии прощания экс-депутат будет похоронен на II Аллее почетного захоронения.
      Отметим, что Х.Раджабли скончался 17 апреля в возрасте 76 лет от сердечного приступа.
        • Milli
        • Haha
        • Thanks
      • 93 replies
    • Какие травмы получила Айтен Сафарова? – ВИДЕО
      Стали известны некоторые подробности о состоянии здоровья телеведущей Айтен Сафаровой, попавшей в тяжелое ДТП сегодня утром.
      Муж ведущей сообщил порталу Olay.az, что у нее сломаны ребра.
      11:53
      Сегодня, 17 апреля, около 07:00 на пересечении проспекта 8 Ноября и улицы Садыгджана в Хатаинском районе Баку произошло столкновение автомобиля марки Hyundai IX-35 под управлением Исмаила Мамедова и автомобиля ведущей телеканала «Хазар» Айтен Сафаровой (Пириевой).
      Об этом сообщает пресс-служба МВД Азербайджана, пишет Репорт.
        Пострадавший в ДТП пассажир автомобиля Hyundai IX-35 Айхан Алиев был госпитализирован и скончался в больнице.
      11:21
      Известная телеведущая Айтен Сафарова в настоящее время проходит необходимые обследования в соответствующем отделении Клинического медицинского центра.
      Об этом 1news.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB).
      Общественности будет предоставлена дополнительная информация.
      10:16
      Стали известны некоторые подробности дорожно-транспортного происшествия, в котором пострадала известная телеведущая Айтен Сафарова.
      Как сообщили в Главном управлении Государственной дорожной полиции города Баку, авария произошла сегодня утром, около 06:50, на территории Хатаинского района - на пересечении Зыхского шоссе и улицы Садыгджан в направлении проспекта 8 Ноября.
      В результате столкновения двух легковых автомобилей марки Hyundai одна из машин перевернулась на проезжей части и врезалась в припаркованную на обочине машину марки KIA, пишет Qafqazinfo.
      А.Сафарова госпитализирована с травмами различной степени тяжести.
      По факту ДТП начато расследование.
      09:48
      Сегодня в Хатаинском районе Баку произошло тяжелое ДТП.
      На проспекте 8 Ноября столкнулись два автомобиля марки Hyundai. За рулем одного из них находилась известная телеведущая Айтан Сафарова. Ее автомобиль перевернулся.
      Как пишет Qafqazinfo, Айтан Сафарова получила тяжелые травмы и помещена в отделение травматологии одной из больниц.


       
       
        • Like
      • 137 replies
    • Проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
      Специалист в области недвижимости Эльнур Фарзалиев считает, проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
       
      В Баку нужно строить новые парковки, в противном случае цены их услуги будут продолжать расти.
      • 12 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...