Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Vaxt gələcək cəsarətli Kürd oğlu Azərbaycanın qələbə bayrağını qaldıracaq


Garatel

Recommended Posts

sizin diggetinize Ehed Abiyev ile musahibeni chatdirmag isteyirem..

eslinde musahibe kohnedir, ve ilk baxishdan ichindeki ele boyuk rezaletdir ele boyuk cefengiyyatdir ki, insan oxuduglarina inana bilmir

primitiv, hegaretli fikirlerden ( eger bu adamin dediklerine fikir demek olarsa) xecalet chekdim

Ehed Abiyev menim fikrimce hech eşşek otarmaga bele savadi chatmayan bir adamdir, Azerbaycan xalgi bele iyrenc yaltaglarin MM deputati olmagini nece chekir?

amma meni en chox gezeblendiren onun Kurdchuluk ve Azerbaycanchilig hagginda cherenlemesidir...

Link to comment
Share on other sites

[i][/i]

Beləliklə, müsahibimiz Milli Məclisin deputatı Əhəd Abıyevdir. Əvvəlcə müsahibəyə razılıq verməsə də, sonradan israrımızı görərək fikrini dəyişdi və dərhal “mətləb”ə keçdi.

- Əvvəla, ölkədə ictimai-siyasi vəziyyət çox yüksək səviyyədədir. Ölkədəki sabitlik qarşıdan gələn seçkiləri demokratik, obyektiv, şəffaf və ədalətli keçirməyə imkan verir. Azərbaycanda gedən islahatlar, tərəqqi, inkişaf göz önündədir. Qonşu dövlətlərdəki böhranlı vəziyyət bizdə yoxdur. Azərbaycan bu gün lider dövlətdir. [b]Seçkilərə gəldikdə isə çoxsaylı YAP üzvləri hamı bir nəfər kimi çalışacaq ki, İlham Əliyev cənabları yenidən prezident seçilsin.[/b]

[i]- Bugünlərdə prezident seçilməyə qoyulan məhdudiyyətin aradan qaldırılması barədə təşəbbüs qaldırılıb. Bu məsələyə münasibətiniz necədir?[/i]

- Buna çox yaxşı baxıram. Əgər ölkə rəhbəri bu gün əhalinin etimadını qazanıbsa, niyə onun üçüncü dəfə seçilməsinə məhdudiyyət qoyulmalıdır? Belə müraciət Milli Məclisin müzakirəsinə çıxarılacaqsa, mən də bir ziyalı kimi ona səs verəcəyəm.

- [i]Neçə ildir YAP-dasınız?[/i]
- YAP yaranan günlərdən.

- [i]YAP-ın ölkəyə fəlakət gətirdiyi barədə fikirlər zaman-zaman səslənir. Hətta siz də hakim komandanın ayrı-ayrı nümayəndələrini tənqid edirsiniz. YAP-ı seçdiyinizə görə peşman deyilsiniz ki?[/i]
- İnanın ha, vicdanım haqqı, [b]kim YAP-a nankorluq edibsə, Allahın qəzəbinə gəlib.[/b] Harın adamlar, məmurlar YAP-dan su içib, sonra şərəfsizlik ediblər deyə Allahın qəzəbinə gəliblər. Ona görə də çalışıram ki, heç vaxt çaşmayım. Mən çaşmaram da. Heç çaşan vaxtım da deyil, yaşım 50-dir. Ancaq bəzi məmurlar harınlayır, vəzifəsindən sui-istifadə edir, bir az da pulu çox olur, təzə fikrə-zada düşüb-eləyirlər, o zaman çaşırlar. Çaşandan sonra da gəlib həmin səviyyəyə düşürlər. Məni tanıyan adamlar bilir ki, bu partiyadan üz döndərməyəcəyəm. Ancaq bu gün hakimiyyətdə prezidentə sədaqətlə xidmət edən kifayət qədər insan var. Belələri Prezident Aparatında, hökumətdə fəaliyyət göstərir və ölkə rəhbərliyinə başucalığı gətirirlər. Kim ki, yerində deyil, onlarla bağlı təmizləmə işləri gedir.

- [i]Hakimiyyət “çaşan” məmurlardan tamamilə təmizlənib qurtarıb, yoxsa belələri hələ də var?[/i]
- Yox, bu təmizləmə tam həyata keçməyib. Bu proses gedəcək. Çünki bu gün dövlətçiliyə, hökumətə, ölkə rəhbərinə başucalığı gətirməyən adamlar, xalqı dövlətdən və hökumətdən narazı salmaq istəyən qüvvələr var. Bəzi məmurlar da o qüvvələrə qoşulub və onlardan sui-istifadə edir. İnanıram ki, dənizdə köpük üzə çıxan kimi belə adamlar da üzə çıxacaq. Cəmiyyətdə cinayətkar da, ikiüzlü də, yaltaq da, simasız da var. Eyni zamanda qeyrətlilər, dövlətə, xalqa canı yanan, hər şeyindən keçən insanlar da var. Məncə, bu gün Azərbaycanda milli birlik yaranmalı, ölkə rəhbəri ətrafında birləşməliyik. Hamı bir nəfər kimi müstəqil Azərbaycan dövlətini qorumalı və işğalçı Ermənistana qarşı mübarizə aparmalıdır. Prezidentimiz hökumət üzvləri qarşısındakı çıxışında çox gözəl dedi ki, Azərbaycanın işğal olunmuş ərazisi heç kimə güzəştə gedilməyəcək və ərazilərimiz azad olunacaq. Hamımızda bu inam var. Amma bununla yanaşı, gərək xalqı, milləti sevən insanlar bir araya gəlib gücü düşmənə qarşı çevirsin. Sülh danışıqları nəticə verməsə, biz bir nəfər kimi Ali Baş Komandanın əmri ilə silaha sarılıb torpaqlarımızı geri qaytaracağıq.

- [i]İlham Əliyev hər dəfə bahalığın qarşısını almağı, inhisarçılığa son verilməsini məmurlarından tələb etdiyi müşavirənin ardınca ölkədə bunun əksi baş verir. Belə çıxır ki, ölkə başçısına qarşı elə bu hakimiyyətin içində mübarizə aparanlar var?[/i]
- Yox. Burada İlham Əliyevə qarşı mübarizə apara biləcək qüvvə yoxdur. Mən elə bir adam tanımıram, bunu qətiyyətlə deyirəm. Elə bir kişi yoxdur ki, ortaya çıxsın, yaxud qruplaşma yaratsın. Rüşvətxorluq, korrupsiya deyiriksə, belə baxanda bu, millətin qanında var. Soyuducusunu açsan görərsən ki, kürüsü də var, balığı da, əti də var. Amma aldığı maaş 100 dollardır. Hansı yollasa yaşamağı bacarır. Qaldı ki, bu il beynəlxalq səviyyədə bahalaşma prosesi gedir. İnkişaf etmiş dövlətlərin özündə də bahalaşma davam edir. Ancaq məni təəccübləndirən bir məsələ var. Görürsən İran pomidoru Zirə pomidorundan qat-qat ucuzdur. Necə olur ki, bu, İrandan gəlir, gömrükdən keçir, fəhlə pulu, maşın pulu var, amma Zirə kəndindən gətirilən məhsuldan ucuzdur? Belə şübhəli məqamlar var. Amma bütövlükdə götürəndə ölkədə iqtisadiyyatın inkişafı dünyanın heç bir yerində yoxdur. Demirəm ki, Azərbaycan imperiya dövlətlərindən yüksək səviyyədə inkişaf edib və bizdə çatışmazlıq yoxdur. Ölkə varsa, onun çaqqalı da var, mən bunu inkar edə bilmərəm. Çünki çaqqallar və “şakal”lar bütün cəmiyyətlərdə tanınır. Amma təbii ki, bunlar öz həllini tapacaq. [b]Hər kəs əməlinə görə cəzasını da alacaq, təltif də olunacaq. Kimlərsə şərəfsizlik edibsə, onlar köpəkoğlu kimi tanınacaq. Kimlər ki, bu dövlətçiliyə, bu hökumətə, xalqa xidmət edib, əmioğlu kimi tanınacaq.[/b]

[i]- Siz özünüz normal dolana bilirsinizmi? Deputat maaşı dolanışığınıza çatırmı?[/i]
- [b]Mən hər dəfə süfrə arxasında oturanda bir hacı kimi əlimi göyə qaldırıram, Allahdan razılıq edirəm ki, Allah, bizim bu əmin-amanlığımızı əlimizdən alma, ölkə rəhbərinə cansağlığı ver.[/b] Bizə nə lazımdır? Bu gün şadlıq evlərində toy-bayramdır, insanlar şadlanır. Vaxt vardı insanlar şəhidlər xiyabanlarına axışırdı, indi əmin-amanlıq var, kim necə lazımdır yaşayır da.

[i]- Sirr deyilsə, şəxsən siz toya gedəndə nə qədər nəmər yazdırırsınız?[/i]
- Toya tək getmirəm, hansısa dost-tanışımla gedirəm. Elə olur ki, deyirlər, sən Allah, qoy sənin də pulunu mən salım, razılaşıram. Yaxud toy sahibi yaxınlaşıb deyir ki, sənin bura gəlişin bizimçün toy-bayramdır, birdən əlini cibinə salarsan, ehtiyac yoxdur. Mikrofon götürüb bəyi təbrik edirəm, toy sahiblərinin sevincinə qoşuluram.

[i]- Səmimi deyin, əlavə gəlir götürdüyünüz hansısa obyektləriniz varmı? Yoxsa ancaq maaşa baxırsınız?[/i]
- [b]Mən bir hacı kimi and içirəm ki, başqa heç bir yerdən bir manat gəlirim, qazancım, budkam-filanım yoxdur.[/b] Amma mənim dostlarım, hörmət elədiyim şəxsiyyətlər var. O insanlar sevincimə, kədərimə şərik olur, mən də onlara “çox sağ ol” deyirəm.

[i]- Övladlarınızı harasa işə düzəldibsinizmi?[/i]
- Uşaqlarım orta məktəbdə oxuyur. Hələ diplom alan uşağım yoxdur. Biz 9 qardaş olmuşuq. Evlənmək növbəsi lap axırda mənə düşüb. Ancaq həm əsgərlik, həm də tələbəlik illərində mübariz olmuşam. Fikirləşirdim ki, cinayətkar aləmdə lotular, “razborka” işlərinə baxanlar ailə qurmur. Sonra “razborka”nı bir qırağa qoyub ictimai-siyasi hadisələrə keçdim. Başa düşdüm ki, cəmiyyətdə hər şeyi qanunun aliliyi həll edir. Amma əsgərlikdə olanda çox erməni döymüşəm.

[i]- Sizin milli mənsubiyyətiniz barədə vaxtaşırı müxtəlif xəbərlər yayılır...[/i]
- Mən dədə-baba qanun-qaydasında, Azərbaycan milli mentalitetinə uyğun olaraq kəsilmiş kəbinlə doğulmuşam. Halal süfrədən çörək yeyib boya-başa çatmışam. Özüm də azərbaycanlı oğluyam. Masallı rayonu bizim nəsillə bağlıdır. Bizim kökümüz bu rayona bağlıdır.

[i]- Bəzən sizin kürd olduğunuz deyilir. Yazılanlarda həqiqət varmı?[/i]
- Biz əslən Masallı rayonunun Kürdabbaslı kəndindənik. Atam-babam oradan olub. O, mənim ulu babalarımın adı ilə bağlı olan kənddir. Vaxtilə çox qoçaq, cəsarətli, el-obada nüfuz sahibi kimi tanınan Abbas kişi olub. Kənd də onun adına uyğun Kürdabbaslı adlandırılıb. Amma bizim nəsil cənubdan, Ərdəbil mahalından köçüb gəlib.

[i]- Parlament seçkisində hansı məmurun sayəsində mandat qazandınız?[/i]
- Mən həmişə xalqın dəstəyini qazanmışam. Masallıda camaat həmişə mənə dəstək olub. İstənilən adam qonşu rayonlarda namizədliyini verəndə məndən xahiş edirlər ki, bir dənə ona kömək elə, keçsin. Mən özümsə heç bir məmurdan kömək və dəstək almamışam. Allah Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Mən o kişinin çörəyini yeyirəm. Bundan sonra da sidq-ürəkdən bu hakimiyyətə, möhtərəm prezidentimizə sadiq olacağam.

[i]- Milli Məclisin ötən çağırışlarının iclaslarında daha fəal idiniz. Ancaq sonradan çox sakitləşdiniz. Hətta sizə yuxarılardan xəbərdarlıq olduğu barədə də danışıldı...[/i]
- Sakitləşməyimin xüsusi səbəbi vardı. Maşın qəzasına düşmüşdüm və müalicə olundum. Ayağım sınmışdı, sümüyə mil salmışdılar. Sonra bir müddət bədənimi möhkəmləndirmək üçün idmana getdim.

[i]- İdmanın hansı növü ilə məşğul olursunuz?[/i]
- Hərbi xidmətdə kinqboksla məşğul olmuşam və hətta yer tutmuşam. Mən davaya meylli adam deyiləm. Amma şərəfsizlik edənlərə cavab verməyə hazıram. Özümü əvvəlkindən də güclü sayıram. Özü də istənilən vaxt istənilən adamla görüşməyə hazıram.

[i]- Siz iki dəfə Həcc ziyarətində olubsunuz, yaşınız da 50-yə çatıb, ailə-uşaq sahibisiniz, seçiciləriniz hər çıxışınızı izləyir. O mənada bəlkə leksikonunuzda olan bəzi təhqiramiz, nalayiq ifadələrdən imtina etməyinizin vaxtıdır?! Ümumiyyətlə, ömrünüzün bundan sonrakı hissəsində fərqli yol tutmaq barədə heç fikirləşirsinizmi?[/i]
- Mən milli mentalitetimizi daim nəzərə alan adamam. Eyni zamanda hər bir adamı öz adı ilə çağırmağı düzgün sayıram. Bu gün sağlam əqidəli insanlar var və onların qiyməti verilməlidir. Bununla yanaşı, əgər bir adam filan yolun sahibidirsə, ikiüzlü, yaltaq, simasızdırsa, mən onun haqqında necə müsbət fikir söyləyə bilərəm? Biz axı Hollandiyada yaşamırıq, hər kəsə öz qiymətini verməliyik.

- [i]Ancaq bu da faktdır ki, zamanında mərhum Heydər Əliyevə ürəyini bağışlamaq istəyənlər, vaxtilə YAP-ı yaradan adamlar olub ki, sonradan onlar həbsxanaya salındı. Belə bir tale ilə üzləşəcəyinizdən ehtiyatlanmırsınız?[/i]
- Hərə öz əməlinə görə cavab verir və Allah adamın əməlini qiymətləndirir.


- [i]Nədənsə iqtidarda təmsil olunan heç kimin ünvanına konkret tənqidi fikir söyləmirsiniz. Deyəsən, ehtiyat edirsiniz...[/i]
- Sənin canınçün, mən bu ölkədə prezidentdən başqa heç kimdən ehtiyatlanmıram, çəkinmirəm. [b]Mənimçün göydə Allah, yerdə də prezidentdir.[/b] Elə bir kişi tanımıram mənim qarşıma çıxsın və mən ondan çəkinim. Hansı vəzifədə olmasından asılı olmayaraq hər kəs səhv eləsə, onun səhvini üzünə deməyə hazıram.

- [i]Hakimiyyəti bu qədər müdafiə edirsiniz. Amma heç olmasa seçicilərinizin nə qədər çətin, dözülməz vəziyyətdə yaşamasından xəbəriniz varmı?[/i]
- Ən əsası Azərbaycanda siyasi sabitlikdir. Bəzi problemlər də öz həllini tapacaq. Sosial-iqtisadi inkişaf haqqında Dövlət Proqramı bu gün Azərbaycanın bütün bölgələrində özünü göstərir və bu inkişaf hörmətli prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir. Bu gün kürd, talış, ləzgi olmasından asılı olmayaraq hamı azərbaycançılıq ideyası ilə bir nəfər kimi prezidentin ətrafında birləşib. [b]Vaxt gələcək, cəsarətli bir kürd oğlu Azərbaycanın qələbə bayrağını işğalçı Ermənistanda qaldıracaq.[/b]

- [i]Birmənalı olaraq özünüzü kürd sayırsınız, türk, yoxsa talış?[/i]
- [b]Mən elə birmənalı danışıram. Azərbaycan xalqı deyəndə biz nəzərdə tuturuq birinci kürd, talış, ləzgi.[/b]

[i]- Bəs türk?[/i]
[b]- Türk bizim soyumuz, əslimizdir. Amma bu gün Azərbaycanı təmsil edən, müstəqil dövlətin yaranmasında, qorunmasında əməyi olan kürddür, talışdır, ləzgidir. Bunlar Azərbaycanda həmişə sıx birlik yaradıb və vahid bir dövlətdə ölkə rəhbəri ətrafında birləşib.[/b]

- [i]Hakimiyyətdəki bəzi kürdəsilli məmurların PKK-ya gizli dəstək verməsi barədə deyilənlərlə razısınızmı?[/i]
- Rusiyada, o cümlədən inkişaf eləmiş dövlətlərdə də əgər cəmiyyət varsa, orada cinayətkar da var. Deyirlər, meşə çaqqalsız olmaz. Bu mənada belə adamlar var, onu heç kim inkar edə bilməz. Azərbaycanın özündə də cinayət əməlləri ilə məşğul olanlar var. Ancaq bütövlükdə Azərbaycanın, kürdlərin adının ləkələnməsinə gəldikdə, mən bunun qəti əleyhinəyəm. Bu gün talış da, kürd də, ləzgi də doğma qardaş kimi bir süfrə arxasında çörək yeyir, qohum olur, dostluq edirlər.

[i]- Eşitdiyimizə görə, Bəylər Əyyubovla münasibətləriniz çox yaxındır...[/i]
- Münasibət deyəndə ki, Bəylər müəllim mənim böyük hörmət bəslədiyim şəxslərdəndir. Prezidentimizin ətrafındakı sədaqətli dövlət məmurlarından biri də Bəylər Əyyubovdur. Bunu heç kim inkar edə bilməz. Elə Bəylər müəllim özü də peşəkar dövlət məmuru, əsl cəngavər şəxs kimi bu gün müstəqil Azərbaycanda sabitliyin yaranmasında, müstəqilliyin əldə olunmasında həmişə prezidentinə sadiq olub. O, dövlətçiliyi heç nəyə satmayıb. Həmişə də onun amalı Azərbaycan xalqına xidmət etmək olub.

[i]- Onun adı müxtəlif məsələlərlə, o cümlədən PKK ilə birgə hallanır...[/i]
- Bunlar böhtan, qərəzdir. Müəyyən adamlar dövlətə və hakimiyyətə sədaqətli məmurlara qarşı heç bir əsası olmayan çıxışlar edir, yaxud məqalələr dərc etdirirlər. O cümlədən də Bəylər müəllim barədə. Mən üç çağırışdır Milli Məclisin deputatıyam, ictimai-siyasi fəaliyyətlə məşğul olan, dövlətçiliyə xidmət edən bütün şəxslərlə bağlı məlumatlıyam. Bu mənada deyə bilərəm ki, Bəylər müəllim haqqında deyilənlərin heç bir əsası yoxdur.

[i]- Bəylər Əyyubova qarşı təzyiqlərin başladığı haqda deyilənlərin necə?[/i]
- Hamısı yalandır. [b]İlham Əliyevə ən sədaqətli, müstəqil Azərbaycanın yaradıcılarından ən etibarlı insan elə Bəylər Əyyubovdur.[/b] Ölkə başçısının da xalqı, dövləti sevən, sabitlik yaradan insanlara böyük hörməti var.

-[i] Bəylər müəllimlə qohumluq əlaqələriniz yoxdur ki?[/i]
- Yox. Heç bir qohumluq əlaqəmiz yoxdur.

- [i]“Fövqəlnazir” Kəmaləddin Heydərovla da əlaqələriniz olmamış deyil...[/i]
- Mən Kamal müəllimə də bir məmur kimi böyük hörmət bəsləyirəm. Bu gün ölkədə gedən iqtisadi inkişafda, ölkə rəhbərinin tapşırıq və tövsiyələrinin icrasında onun da yüksək səviyyədə əməyi var.

[i]- Doğrudanmı Heydərovun nə vaxtsa prezident olmaq iddiası var?[/i]
- Bunu heç ağlınıza da gətirməyin. [b]O, heç vaxt çaşmaz. Çünki özünüz də bilirsiniz ki, çaşanların aqibəti necə olur. Kamal müəllim heç vaxt bu addımı atmaz. [/b]O da prezidentimizə ən sədaqətli və etibarlı insanlardan biridir.


[u]Redaksiyadan:[/u] Bizcə, bu müsahibədə ən önəmli fakt hörmətli Əhəd Əbiyevin özünün kürd olmasını etiraf etməsi və Azərbaycan xalqının etnik tərkibinə baxışlarını açmasıdır. “Birincisi kürd, talış, ləzgi...”
[b] Belə yerdə necə dua etməyəsən ki, Tanrı Türkü qorusun. Həm də qoynunda bəslədiyi tayfalardan, etnomafiyalardan... [/b]

Link to comment
Share on other sites

[quote name='rovshan223' timestamp='1294383853' post='8039564']
Yadimdadir onun bu sozleri. Sehv etmiremse "Yeni Musavat "gezetine musahibesinde demishdi

P.S. Ehed Abiyev artig deputat deyil
[/quote]







ye'gin özu demişken hardasa çaşib ...:)

amma mesele onun deputatliginda deyil ki, şerefsizin biri gedib yerine uçu gelib.. bunlarin köku kesilmir ki

Link to comment
Share on other sites

Siz bir bu [u]mafiozi-millet vekili-haci [/u] dediyine fikir verin:

[b]kim YAP-a nankorluq edibsə, Allahın qəzəbinə gəlib.[/b]

[b]Mən hər dəfə süfrə arxasında oturanda bir hacı kimi əlimi göyə qaldırıram, Allahdan razılıq edirəm ki, Allah, bizim bu əmin-amanlığımızı əlimizdən alma, ölkə rəhbərinə cansağlığı ver. Bizə nə lazımdır? Bu gün şadlıq evlərində toy-bayramdır, insanlar şadlanır. Vaxt vardı insanlar şəhidlər xiyabanlarına axışırdı, indi əmin-amanlıq var, kim necə lazımdır yaşayır da.[/b]

bi- namis

bir yandan din fanatikleri, o biri yandan bele şerefsiz "Hacilar" islamin adini batirirlar


chagirin Abu-Selehuddini, gelsin buna bir te'rif oxusun... :P

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1294385011' post='8039664']
ye'gin özu demişken hardasa çaşib ...:)

amma mesele onun deputatliginda deyil ki, şerefsizin biri gedib yerine uçu gelib.. bunlarin köku kesilmir ki
[/quote]

O dogrudan da chashib "boz kardinal " hagginda ehtiyatsiz danishmishdi.Ona gore adi "Shindlerin siyahisina " dushmedi

Link to comment
Share on other sites

[quote name='rovshan223' timestamp='1294385775' post='8039738']
O dogrudan da chashib "boz kardinal " hagginda ehtiyatsiz danishmishdi.Ona gore adi "Shindlerin siyahisina " dushmedi
[/quote]








Ramiz Mehtiyev hagginda? :)

o geder zekasizdir ki dediyini de duymur, ozunude temsil elediyi hakimiyyetide biabir eleyir

bunun agilsiz sherhine baxin Kəmaləddin Heyderov hagginda "O, heç vaxt çaşmaz. Çünki özünüz də bilirsiniz ki, çaşanların aqibəti necə olur"

Men Kemalledinin yerine olsaydim o geder bunu kotekleyerdim ki...

Link to comment
Share on other sites

amma esas bu megamdir:

[b]Soru: Birmənalı olaraq özünüzü kürd sayırsınız, türk, yoxsa talış?[/b]

Cevap: Mən elə birmənalı danışıram. Azərbaycan xalqı deyəndə biz nəzərdə tuturuq birinci kürd, talış, ləzgi.

[b]Soru: Bəs türk?[/b]

Cevap: Amma bu gün Azərbaycanı təmsil edən, müstəqil dövlətin yaranmasında, qorunmasında əməyi olan kürddür, talışdır, ləzgidir. Bunlar Azərbaycanda həmişə sıx birlik yaradıb və vahid bir dövlətdə ölkə rəhbəri ətrafında birləşib.


Gorursunuz, bunun ''Azerbaycan Milleti'' zırvalıgından anladıgı kürd, talış ve lezgilerin birliği...

turk ise, dilini supure supure, "soyadimizdir, neslimizdir" deyir


Turkun goynunda yatan ne chaggallar besleyirik................................

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1294387732' post='8039987']
amma esas bu megamdir:

[b]Soru: Birmənalı olaraq özünüzü kürd sayırsınız, türk, yoxsa talış?[/b]

Cevap: Mən elə birmənalı danışıram. Azərbaycan xalqı deyəndə biz nəzərdə tuturuq birinci kürd, talış, ləzgi.

[b]Soru: Bəs türk?[/b]

Cevap: Amma bu gün Azərbaycanı təmsil edən, müstəqil dövlətin yaranmasında, qorunmasında əməyi olan kürddür, talışdır, ləzgidir. Bunlar Azərbaycanda həmişə sıx birlik yaradıb və vahid bir dövlətdə ölkə rəhbəri ətrafında birləşib.


Gorursunuz, bunun ''Azerbaycan Milleti'' zırvalıgından anladıgı kürd, talış ve lezgilerin birliği...

turk ise, dilini supure supure, "soyadimizdir, neslimizdir" deyir


Turkun goynunda yatan ne chaggallar besleyirik................................
[/quote]

Siz niye teeccublenirsiz? Men ilk defe deyil ki, Azerbaycanda yashayan milli azlig numayendelerinin azeri turklerine yuxaridan ashagi baxdiglarini gorurem.

Link to comment
Share on other sites

Mövzu açılacaq qədər ciddi insan deyil axı bu adam. Müzakirəyə ehtiyac var? Heç o bəlkə də bilmir, millət nədir, dövlət nədir, etnik mənsubiyyət nədir. Təki belə söhbətləri bu səviyyədə olan adamlar eləsin. O zaman heç bir problem olmayacaq.

Link to comment
Share on other sites

[quote name='Garatel' timestamp='1294385432' post='8039705']
Siz bir bu [u]mafiozi-millet vekili-haci [/u] dediyine fikir verin:

[b]kim YAP-a nankorluq edibsə, Allahın qəzəbinə gəlib.[/b]

[b]Mən hər dəfə süfrə arxasında oturanda bir hacı kimi əlimi göyə qaldırıram, Allahdan razılıq edirəm ki, Allah, bizim bu əmin-amanlığımızı əlimizdən alma, ölkə rəhbərinə cansağlığı ver. Bizə nə lazımdır? Bu gün şadlıq evlərində toy-bayramdır, insanlar şadlanır. Vaxt vardı insanlar şəhidlər xiyabanlarına axışırdı, indi əmin-amanlıq var, kim necə lazımdır yaşayır da.[/b]

bi- namis

bir yandan din fanatikleri, o biri yandan bele şerefsiz "Hacilar" islamin adini batirirlar


chagirin Abu-Selehuddini, gelsin buna bir te'rif oxusun... :P
[/quote]
Siz nədir səmmi olarq belə insanların Allaha imanı olduğuna inanırsız? Onlar Həccə Allahın razılığını qazanmaq üçün sonra günahlardan təmizlənmək üçün getmirlər "Hacı" titulu almaq üçün.

Link to comment
Share on other sites

[quote name='shamin65' timestamp='1294525781' post='8052918']
Garatel xanım yaddaşımızı təzələdiyiniz üçün sağolun,amma əhvalımız korlandı.Biz bu insanı onsuzda yaddan çıxartmışdıq.
Vuqar bey sizde Musavatçısız?
[/quote]

Xeyr, mən heç bir partiyanın üzvü olmamışam və indi də deyiləm, hesab edirəm ki, gələcəkdə də olmayacağam )))

Link to comment
Share on other sites

[quote]Amma bu gün Azərbaycanı təmsil edən ... kürddür, talışdır, ləzgidir. Bunlar Azərbaycanda həmişə sıx birlik yaradıb və vahid bir dövlətdə ölkə rəhbəri ətrafında birləşib.[/quote]

dəlidən doğru xəbər...

Link to comment
Share on other sites

Papağımızı qabağımıza qoyub fikirləşməsək belə görərikki bu tip məzhəkəçilər bütün iqtidarların dövründə olub , həmdə təkcə Azərbaycanda yox :D
Hər halda "milçək bir şey deyil , ürək bulandırır "

Link to comment
Share on other sites

[quote name='мусаватист' timestamp='1294435875' post='8046051']
Belə gic-gic danışmağına görə qoymadılar deputat olsun
[/quote]
Guya indikilər ondan ağıllı danışır.
Siz kastyumu harda almaq istiyirsiz Lənkəranda yoxsa Bakıda? :D

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1294607054' post='8058060']
Mövzunun müzakirə mövzusu nədir?
[/quote]
Bizdə ağıllı defutat var ya yox? :D
İstəsəz mövzunu bağlıya bilərsiz,Garatel xanım məncə narazı olmaz.

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1294607054' post='8058060']
Mövzunun müzakirə mövzusu nədir?
[/quote]









mene chox yer eleyen bu cumleler oldu

[b]Amma bu gün Azərbaycanı təmsil edən, müstəqil dövlətin yaranmasında, qorunmasında əməyi olan kürddür, talışdır, ləzgidir. Bunlar Azərbaycanda həmişə sıx birlik yaradıb və vahid bir dövlətdə ölkə rəhbəri ətrafında birləşib.[/b]

ne vaxtdan Azerbaycanin temsil edenler kurd, lezgi, talish xalglari oldu, lakin turkun adi bele bu sirada yoxdur??

Azerbaycanin zeif aninda dovletchiliyimizi, mustegilliyimizi tehlukeye atan, dovleti peren-peren etmek arzusunda olan kimler idi?

Ermenistanda, Iranda, Rusiyada mutamadi kechirilen “talış problemi” konfranslar talish separatistlerin ishi deyilmi?

Talishistan respublikasi xeyallarini guranlar onlar olmadimi?

Sadval herekati, onun Azerbaycana vurdugu zerbe ne tez unuduldu?

Azerbaycanda "millet" deyende turkleri lezgilerden, talishlarda, avarlardan, kurdlerden ayri tutmag - bunun ozu separatchiligin propogandasidir...

Link to comment
Share on other sites

Şüursuz bir adamın, cəfəng müsahibəsini oxuyub xeyli əsəbləşdim. Gör kimlər deputat seçilir? Milləti təmsil edir.
Garatel xanım, çox xahiş edirəm belə şeylərə dəyərli vaxtınızı sərf etməyin, inanın ki , o qədər cahil (məlumatsız, mütaliyəsi olmayan) var ki , doğrudan da bunu "[b] Amma bu gün Azərbaycanı təmsil edən, müstəqil dövlətin yaranmasında, qorunmasında əməyi olan kürddür, talışdır, ləzgidir." [/b]qəbul edər.


Mənasız adama dəyməz

Link to comment
Share on other sites

[quote name='^^Paradise_Bird^^' timestamp='1294655641' post='8061290']
Garatel xanım elə belə cürə danışdığına görə də o deputatlıqdan azad olunub.

Masallıdan deputat seçilən insandı amma Masallının özündə ona nifrət edirlər çünki çox axmaq insandı.

Biz indi axmaq bir insanın sözlərini müzakirə edirik :)
[/quote]





:) baglayin movzunu, xahish edirem

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
      • 53 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 35 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       

       
        • Upvote
        • Like
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 110 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Facepalm
        • Sad
        • Confused
        • Red Heart
        • Like
      • 713 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...