Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Axırıncı dəfə hansı kitabı oxumusunuz və ya oxuyursunuz?

Recommended Posts

deyl korneginin əsərləri də yaxşıdır. məs: dostu necə qazanmalı əsəri (rus dilində oxumuşam). indi azərb. dilində də var.

Mən yazacaqdım bunu

Təzə başlamışam

Maraqlıdır?

Telefonda oxuyuram deyə vərəqləmək lüksum yoxdur

Link to comment
Share on other sites

...ve? Maraqli idi?))

Chox teqdir edirem sizi bu baximdan,ozumde ise heves yoxdur.)

Oxumaga deyer,men yene de yazichinin yaradiciligina muraciet etmeyi dushunurem.

Hal-hazirda Virginia Woolfdan  "Mrs. Dalloway"i oxuyuram,amma bir az melancholy oldugu uchun hech cur diqqetimi tam olaraq esere yonelde bilmirem,derse hazirlashmagi sevmeyen balaca ushaqlar kimi kitabi oxumaq isteyende fikrim orda-burda olur,diqqetimin konsentrasiyasi dagilir.)) Amma elimden buraxmaq da istemirem.Oxumusan bu xanimin eserlerini?

Yox, Ceylin hech oxumamisham bu xanimin eserlerini. Yaxshi olsa deyersen :)

Link to comment
Share on other sites

Aries, Sizi anlayiram. Bir defe (muellifini xatirlamiram) "En son olen umidlerdir" eserini oxudum ve oxuduqca "bu esl serialdir, hem de ucuz serial" dushundum. Ondan sonra qeti muasir Azerbaycan edebiyyati oxumuram )

Yeqin Varisin " Sonuncu olen umidlerdir" romaninin deyirsiniz. Oxumusham. Serial deyende ki, Varisin "Sene inaniram" eserinin eyni adli seriali da var)

...ve? Maraqli idi?))

Chox teqdir edirem sizi bu baximdan,ozumde ise heves yoxdur.)

Oxumaga deyer,men yene de yazichinin yaradiciligina muraciet etmeyi dushunurem.

Hal-hazirda Virginia Woolfdan  "Mrs. Dalloway"i oxuyuram,amma bir az melancholy oldugu uchun hech cur diqqetimi tam olaraq esere yonelde bilmirem,derse hazirlashmagi sevmeyen balaca ushaqlar kimi kitabi oxumaq isteyende fikrim orda-burda olur,diqqetimin konsentrasiyasi dagilir.)) Amma elimden buraxmaq da istemirem.Oxumusan bu xanimin eserlerini?

Turk seriallari menim uchun ne qeder maraqlidirsa,bu eserler de o qeder maraqli oldu menim uchun...)

Menim subyektiv fikrime gore Virciniya Vulfun eserlerini yalniz xanimlar xoshlaya biler) Menim shexsen ureyim sixilir ve cox maraqsiz gelir onun yazi uslubu.

Link to comment
Share on other sites

Martin ArrowSmith - luis Sinclair.

Cox super eswrdi, nobel laureatidi. Bir gencin cox maraqli bir heyatinnan behs edir.

Umumiyyetle ise men nedense muasir edebiyyati o qeder de sevmirem, cunki men yashadigimiz cemiyyetde bulari gore bilirem onsuZ.daha cox klassik edebiyyat o dovrun insanlarin dushunceleri ve beyat terzleri meni daha cox celb edir. erousmit eseri de 1 ci dunya muharibesi erefesinde Amerikada yashiyan genc tibb universitet telebesi olmush birinin heyatinan onun dushunceleri ve heyata baxishinnan danishilir.

niyese cox celb etdi meni bu eser..men de kecmis dovrde yasanilan eserleri filmleri sevirem..muasir her sey mene suni yalanci gelir..

mutleq vaxt tapib oxuyacam..

Link to comment
Share on other sites

Mən yazacaqdım bunu

Təzə başlamışam

Maraqlıdır?

Telefonda oxuyuram deyə vərəqləmək lüksum yoxdur

15-16 yashli yeniyetmeler uchun maraqli ola biler mence) Boyuk insan uchun o qeder de dushunmurem. Hem de D.Karnegi kitablarini kechen esrin insanlari uchun o dovre uygun yazib. Indiki deyerler ve meyarlar  tamam bashqadir. O kitabla indi dost qazanmaq cetin olar)

Link to comment
Share on other sites

Bir neche klassik numunelerden sonra,oxumaq uchun Khaled Hosseini’nin ilk olaraq “Min mohteshem  gunesh” romanini sechmishdim,lakin son anda fikrimi deyisherek,yazichinin yaradiciligi ile tanishliga yazdigi ardicilliqla,onun dunyaya ses salan ve debut eseri olan “Cherpeleng uchuran”( The Kite Runner) romanini oxumaqla bashladim,herchend ki gec sayilar.)) O qeder tesirli ve inandirici tesvir edib ki hadiseri,”sanki muellif oz bashindan kechenleri anladib” fikrine qapilir insan.Daha once filmi baxmaq uchun tovsiyye olunsa da,baxmaq imkanim olmamishdi,yaxshi ki de kitabi oxumadan once olmadi.Kitabin yaratdigi tesevvurun  pozulmasini istemediyim uchun filmi izlemek istemirem,belke daha sonra ne vaxtsa…  

Bir kitab bir heyati yashatdi sanki.O heyati kenardan deyil de,onlarla birlikde,bash veren hadiseleri,edilen zulmleri,muharibenin dehshetlerini oz gozlerimle gorerek yashadim,terefleri kim olursa-olsun muharibeye tekrar-tekrar nifret etdim.(((

Ruhen ishgence cheken bir insanin heyat hekayesini,xeyanetin dogurdugu gunah duygusunun chekdirdiyi vicdan ezabini,dostluq  uchun edilen fedakarligi,sadeqeti,ozunu bagishlamagin bashqasini bagishlamaqdan daha chetin oldugunu ibretamiz formada bir daha gosterdi muellif  bu eserinde.

”Goz yashlarimi azad buraxdim,dizlerimin uzerinde one-arxaya eyilerek agladim,agladim...” Kitabdan bir cumledir bu,amma oxuyan her kese goz yashlari yoldashliq edecek qeder bigane qoymayacaq,urekleri sizladacaq.Qelbimin derinliyine toxunan,chox amma chox tesirli,unudulmaz bir eser oldu.Belke de eseri yazichinin texeyyulunun mehsulu olaraq deyil de,ushaqlarin gozu ile gosterilen yashanmish heyatlarin hekayesi olaraq gorduyum uchun bu qeder iz buraxdi,bilmirem.Amma uzun zaman da tesirinden chixa bileceyimi dushunmurem...

cerpeleng ucurani 3 il once sehv etmiremse yeni cixmisdi onda oxumusdum..bu gun de yadima dusur bezi sehneler cox tesirlenirem..bu eseri oxumadan danismaq bir az alinmir..mutleq hami oxumalidir..Xalid Huseynini o qeder beynmisdim ki ardinca  " Min mohtesem gunes" ve " Ve daglardan seda geldi " eserlerini bir goz qirpiminda oxudum..her uc eser insani riqqete getirir..cox heyecanlandirir..yazici insanlarin basina gelenleri sanki Ceylin xanim demis oz uzerinde hiss edib..

men de bu eserleri oxuduqca goz yaslarima zaman zaman sahib ola bilmemisdim..calisirdim hami yatandan sonra oxuyum..evdekiler anlamazlar meni..ozumu Xalid Huseyninin qehremanlari ile bas basa buraxirdim geceleri..cox dehsetli eserlerdir..demekle teriflemekle bitmez..

P/S. Cerpeleng ucurana film cekildiyini bilmirdim..Adi da eynidirmi eserle?

Link to comment
Share on other sites

Mənim təxminən 6-7 illik aradan sonra oxuduğum ilk əsərdir - Çərpələng uçuran, ondan sonra mütaliəni gündəlik məşğuliyyətlərə əlavə etdim. Səmimi olaraq etiraf edim ki, kitabı oxuyarkən hönkürtü ilə ağladığım məqamlar olmuşdu, yazsam spoyler olacaq, amma Həsən kimi saf qəlbli, çooox təmiz ürəyə sahib insanın başına gələnlər məni məhv etmişdi. Oxuduğum ən yaxşı əsərlərdən biridir, bu kitab sentimentallıq üzərində qurulmayıb, yəni təsirli sözlərə görə insan üzülmür, oxucunu həssaslaşdıran əsərin gerçək çalarlarla zəngin olmasıdır, onu baş qəhrəmanlarla birgə yaşamasıdır. Düzü filmini heç bəyənməmişdim, mənim fikrimcə aktyorlar çox quru oynayırdılar, nə Surayə təsəvvür etdiyim kimi idi, nə də Həsən, Əmir az-çox uyğun idi. "Min möhtəşəm günəş" əsəri də çox maraqlıdır, mən hətta o əsəri "Çərpələng uçurandan" çox bəyənirəm. İki sitat paylaşacağam, biri Çərpələng uçurandan, digəri də Min möhtəşəm günəşdən. Ən sevdiklərimdəndir =) Sizə isə bol mütaliələr diləyirəm. Çərpələng uçuranı doğma dilimizə Xədicə İsmayıl çevirib, Allah ona azadlığın qapılarını açsın!

Çərpələng uçurandan: Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.

Min möhtəşəm günəşdən: Hələ çox balacasan, bilirəm, amma bunu indidən başa düşməyini və yaxşıca dərk etməyini istəyirəm. Evlilik gözləyə bilər, təhsil gözləməz. Sən çox, çox ağıllı qızsan. Həqiqətən eləsən. İstədiyin peşəyə sahib ola bilərsən, Leyla. Səni tanıyıram. Bu müharibə qurtarandan sonra Əfqanıstanın kişilərdən çox sizə ehtiyacı olacağını bilirəm. Çünki cəmiyyət qadınları savadsız olduğu müddətcə uğur qazana bilməz, Leyla.

Əhsən, halal olsun Maqa..eseri yeniden xeyallarimda canlandirdin..eve gedib yeniden oxuyacagam..3 il kecib aradan..filmine de baxacam mutleq..

Link to comment
Share on other sites

ən son  bu yaxınlarda Xalid Huseynin Ve daglardan seda geldi əsərini oxudum...Abdullanın uşaq ikən arıldığı bacısını ömür boyu gözləməsi və sonda neçe illərdən sonra bacısı onu tapdıqda xəstəliyi ucbatından onu tanımaması məni çox məyus etdi(

Xalid Huseynin digər əsərlərini də oxumağı planlaşdırıram

Link to comment
Share on other sites

15-16 yashli yeniyetmeler uchun maraqli ola biler mence) Boyuk insan uchun o qeder de dushunmurem. Hem de D.Karnegi kitablarini kechen esrin insanlari uchun o dovre uygun yazib. Indiki deyerler ve meyarlar  tamam bashqadir. O kitabla indi dost qazanmaq cetin olar)

razıyam Sizinlə bu kitab nə bizim cəmiyyətə uyğundu, nə də ki dövrümüzə) amma informasiya üçün oxumaq lazımdı) hardasa artıq janrının klassıkasıdi demək olar)

Link to comment
Share on other sites

Ümimiyyətlə fikir vermişəm - çox danışılan, təriflənən kitablar zəif olurlar. Və ya onlardan gözlədiyim qeyri-adilik, mükəmməllik olmur, bu da təsuratı azaldır. Bəlkə tərifləməsəydilər, daha az şey gözləyərdim və bəyənərdim.

ele mesele ondadir ki evvelden teriflenen bir seyden hemise cox sey gozleyirsen..ve teessurat da zeif alinir..ister filmler ister romanlar cox teriflenende baxirsan ya oxuyursan gorursen ki yox, gozlediyin deyilmis..

Link to comment
Share on other sites

Yeqin Varisin " Sonuncu olen umidlerdir" romaninin deyirsiniz. Oxumusham. Serial deyende ki, Varisin "Sene inaniram" eserinin eyni adli seriali da var)

Turk seriallari menim uchun ne qeder maraqlidirsa,bu eserler de o qeder maraqli oldu menim uchun...)

Menim subyektiv fikrime gore Virciniya Vulfun eserlerini yalniz xanimlar xoshlaya biler) Menim shexsen ureyim sixilir ve cox maraqsiz gelir onun yazi uslubu.

Demek isteyirsiniz ki cansixici,ruhu daraldan edebiyyati yalniz xanimlar sevir?))  :nettt:

Raziyam sizinle oxunmasi,anlashilmasi  chox chetin olan olan yazichilardandir Woolf.

cerpeleng ucurani 3 il once sehv etmiremse yeni cixmisdi onda oxumusdum..bu gun de yadima dusur bezi sehneler cox tesirlenirem..bu eseri oxumadan danismaq bir az alinmir..mutleq hami oxumalidir..Xalid Huseynini o qeder beynmisdim ki ardinca  " Min mohtesem gunes" ve " Ve daglardan seda geldi " eserlerini bir goz qirpiminda oxudum..her uc eser insani riqqete getirir..cox heyecanlandirir..yazici insanlarin basina gelenleri sanki Ceylin xanim demis oz uzerinde hiss edib..

men de bu eserleri oxuduqca goz yaslarima zaman zaman sahib ola bilmemisdim..calisirdim hami yatandan sonra oxuyum..evdekiler anlamazlar meni..ozumu Xalid Huseyninin qehremanlari ile bas basa buraxirdim geceleri..cox dehsetli eserlerdir..demekle teriflemekle bitmez..

P/S. Cerpeleng ucurana film cekildiyini bilmirdim..Adi da eynidirmi eserle?

Hetta Goodreads'deki reylerde de mushahide etmishem,ekseren bu kitabi oxuyanlar oxshar teessuratlari bolushurler.Emosional yuku agir olan eserdir.Imkanim olsaydi muellife sualla da muraciet etmek isterdim saytda.)

Beli filmi de eyniadlidir,amma men baxmamisham.Ashagidaki linkde film haqqinda melumata kechid var:

http://www.imdb.com/title/tt0419887/

Link to comment
Share on other sites

razıyam Sizinlə bu kitab nə bizim cəmiyyətə uyğundu, nə də ki dövrümüzə) amma informasiya üçün oxumaq lazımdı) hardasa artıq janrının klassıkasıdi demək olar)

Lazimdi demezdim) Psixoloji formalashmish shexs inanmiram ki,odan nese boyuk bir yenilk exz etsin ozu uchun.Oxumaq olar eger vaxt varsa.

ən son  bu yaxınlarda Xalid Huseynin Ve daglardan seda geldi əsərini oxudum...Abdullanın uşaq ikən arıldığı bacısını ömür boyu gözləməsi və sonda neçe illərdən sonra bacısı onu tapdıqda xəstəliyi ucbatından onu tanımaması məni çox məyus etdi(

Xalid Huseynin digər əsərlərini də oxumağı planlaşdırıram

Xalid Xosseinin cemi 3 eseri var. En yaxshisi ele ilk eseri "Cherpeleng uchuran"dir. Bu eseri ile dunyaya ses sala bildi. Dogrudan da ferqli bir eserdir.  Ikinci eseri" Min parlayan gunesh" nisbeten daha cansixicidir. "Ve daglardan seda geldi" ise ondan da sixici. Eserin sonlugunu cox uzadib. 

Yazdiqlarim shexsi fikrimdir tebii ki)

Link to comment
Share on other sites

Demek isteyirsiniz ki cansixici,ruhu daraldan edebiyyati yalniz xanimlar sevir?))  :nettt:

Raziyam sizinle oxunmasi,anlashilmasi  chox chetin olan olan yazichilardandir Woolf.

Hetta Goodreads'deki reylerde de mushahide etmishem,ekseren bu kitabi oxuyanlar oxshar teessuratlari bolushurler.Emosional yuku agir olan eserdir.Imkanim olsaydi muellife sualla da muraciet etmek isterdim saytda.)

Beli filmi de eyniadlidir,amma men baxmamisham.Ashagidaki linkde film haqqinda melumata kechid var:

http://www.imdb.com/title/tt0419887/

Xanim yazdigi cansixici eseri beli) Belke bu kishiler ucun cansixicidir,xanimlar uchun yox.

Cherpeleng uchuran eserinin filmi eseri oxumasaydiniz daha maraqli gelerdi. Eseri oxumusunuzsa film o qeder maraqli olmayacaq. Zeif chekilib,

P.S. Umid edirem her shey bir miz oymaqla bezdirmirem hamini)

Link to comment
Share on other sites

Xanim yazdigi cansixici eseri beli) Belke bu kishiler ucun cansixicidir,xanimlar uchun yox.

Cherpeleng uchuran eserinin filmi eseri oxumasaydiniz daha maraqli gelerdi. Eseri oxumusunuzsa film o qeder maraqli olmayacaq. Zeif chekilib,

P.S. Umid edirem her shey bir miz oymaqla bezdirmirem hamini)

filme cemisi 20 -2 deq bax bildim, qetiyyen eserdekileri eks etdirmir..cix suni ve cansixicidir..

Ve daglardan seda geldi dogurdan da sonu bir az cox uzadilib..sanki ozumaq istemirsen..amma min mohtese gunes maraqlidir..

Link to comment
Share on other sites

http://www.azadliq.org/content/article/26988344.html

indicə bitirdim hələ də təsiri altındayam. 

Bir nəfəsə bitirdim, MÜKƏMMƏLdı!!!

bu möhtəşəm əsəri burda məsləhət gördüyünüz üçün sizə nə qədər təşəkkür etsəm azdır..

Oxuduğum müddətdə dəfələrlə təsirləndim, heyretlendim..tüklerim biz biz oldu..Tesevvür etdim, yaşadım..

Əli Əkbəri bu qədər savadlı, bu qədər axıcı roman yazmaq qabiliyyetinde olan biri kimi tanımırdım düzü..

Bu əsəri kitab kimi alıb çox yaxın bir Qarabağlı insana bağışlayacam..

Link to comment
Share on other sites

razıyam Sizinlə bu kitab nə bizim cəmiyyətə uyğundu, nə də ki dövrümüzə) amma informasiya üçün oxumaq lazımdı) hardasa artıq janrının klassıkasıdi demək olar)

15-16 yashli yeniyetmeler uchun maraqli ola biler mence) Boyuk insan uchun o qeder de dushunmurem. Hem de D.Karnegi kitablarini kechen esrin insanlari uchun o dovre uygun yazib. Indiki deyerler ve meyarlar  tamam bashqadir. O kitabla indi dost qazanmaq cetin olar)

lap həvəsdən saldınız )))

Onsuz da ağır gedirdi ))

Link to comment
Share on other sites

Somali dilində "varis" - səhra çiçəyi deməkdir, anası bu adı Varisə əbəs yerə qoymur, çünki çiçək və yaşıllıq olan yerdə, su da tapılır, yaşamaq üçün şərait də. Somalidə çoxluq təşkil eləyən köçəri tayfalar üçün, su - həyat mənbəyidir, onunla dəvələri içizdirib, gündəlik işləri öz axarına gətirmək olur. İlk baxışdan bu təqdimat növü çox mülayim görsənir, amma haradaydı.

Bu ölkənin adət-ənənə deyə elə bir ciddi zəhrimarı var ki, insanlar onun ucbatından ömrü boyu bədbəxt qalırlar. Məsələn, 5-6 yaşları arasında qız uşaqlarına məcburi sayılan sünnət əməliyyatı edilir. Keyləşdirici və steril alətlər olmadan, qızcığazları Afrika səhrasının od püskürən qumunda uzandırıb, küstar üsulu ilə cərrahi əməliyyat edirlər, qadınların klitoru kəsilir və idrar üçün kiçicik bir dəlik qoyularaq, əməliyyat yeri tikilir, (fikir verin, qadın evlənənə qədər tikişi sökə bilməz, əri kişi adamdırsa, bir şey düşünər) beləliklə qadın ömrü boyu şikəst qalır. Əfsuslar olsun ki, ekstra üstünlüyə malik afrika kişisi üçün, yalnız bu əməliyyatdan keçən qadınları seçmək imkanı vardır, sən demə sünnət edilməmiş qadın, murdar məxluqata bərabərdir, onunla söhbət etmək belə caizdir və bu səbəbdən də adamlar ölümlə üz-üzə durub, bu işgəncəyə dözməli olurlar. Lakin hər qız uşağı Varis qədər bəxtəvər olmur, bəzi qızlar elə əməliyyat zamanı qanaxmadan və ya ağrıdan ölürlər. Digər ölüm səbəblərini sadalamaq istəmirəm, yalnız onu deyim ki, bu əməliyyatdan sonra sağ qalmaq böyük təvəkküldür.

Göründüyü kimi, Varis bu cür müşkül cəmiyyətdə böyümək məcburiyyətində qalır. O, atasının razılığı ilə istənilən kəsə satıla bilər, çünki o azad deyil, atasının malıdır. Bir gün atası Varisə xəbər verir ki, yaşlı bir somali vətəndaşı səni məndən beş dəvə əvəzinə almaq istəyir. Atanın sevinci hədd-hüdud tanımır, çünki beş dəvə, kilolarla qızıla tay tutula bilər. Amma Varis düşünür və belə bir qərara gəlir ki, heç vaxt görmədiyi, sevmədiyi qoca kişi ilə evlilikdənsə, adət-ənənəyə zidd çıxıb, qaçmaq daha labüddür, və o düşündüyü kimi də edir. Beləliklə, afrika qadınının adət-ənənələrə, mental dəyərlərə qarşı kəskin mübarizəsi başlayır, Varis sağ qalmaq uğrunda illərlə qulluqçu, xadiməçi qismində çalışır, baxmayaraq ki uşaqlıqdakı şikəstliyinin fəsadları böyüdükdə ona daha dəhşətli əzab verir, o sarsılmır, və hələ də xoşbəxt gələcəyə ümid edir. Varisin anasından miras aldığı bir lütf var, bu, onun gözəlliyidir. Varis o qədər göyçək olur ki, Britaniyada bir fotoqrafın diqqətini cəlb edir, və beləliklə qısa müddət ərzində Varis Dirie xadimədən dünyaca məşhur modelə çevrilir. Müxtəlif ölkələri gəzən, artıq istədiyi paltarı geyinə bilən və heç kimdən asılı olmayan Varis, müəyyən müddət sonra BMT-dən iş təklifi alır, və bu təklifi qəbul edir. O modellik karyerasından Afrika üçün imtina edir, BMT-də xüsusi bir qurum yaradılır, və o qurum "qadın sünnətinə" qarşı mübarizə aparır.

Varis Dirienin "Səhra çiçəyi"ndə nəql etdiyi hekayə, gerçək həyat tarixçəsidir. Və mən hər kəsə bu əsəri tövsiyə edərdim. Sonunda isə onu qeyd edim ki, "Səhra çiçəyi" mənə müəllifi Pərinuş Sənii olan "Mənim payım" əsərini xatırladır.

Edited by Maga Qasımov
  • Upvote 1

Kitabi oxumasam da, model ve onun heyatindan behs eden bu avtobiografik eser barede bir az melumatim var idi.Amma sizin kitab haqqinda reyinizi oxumadan qadinlarin heyatlarinin bele acinacaqli ola bileceyine ve bu derecede dehshetverici vehshi davranishlara,qorxunc iztirablara meruz qala bilceyeklerine hech ehtimal vermezdim..(( 

Link to comment
Share on other sites

Anton Çexovun hekayələrini oxuyuram. Mütaliəyə başlamamışdan əvvəl, həmişəki adətim olan annotasiyanı sonunacan oxudum, orada bir cümlə diqqətimi çəkdi, deyir ki: "Əgər 19-cu əsr Rusiyası yer üzündən silinsəydi, Çexovun əsərləri vasitəsilə onun sürətini canlandırmaq olardı". Möhtəşəm annotasiyadır, elə deyilmi?

Anton Çexov realistdir, şahidi olduğu və ya kimdənsə eşitdiyi gerçək həyat hekayələrini öz təhkiyələrində nəql edib. Mən onun yaradıcılığı ilə tanış olmayan hər bir kəsə: "Maska", "Generalla birgə toy", "Ovçu", "6 nömrəli palata" və s. hekayələrini mütaliə etməyi tövsiyə edərdim. Bəzi hekayələrin çox qəliz adı var, ona görə adını yada sala bilmirəm, amma o içlik var haa, məni bir oxucu olaraq məftun edən də məhz odur, hekayənin adı önəmli deyil. Məsələn, "Maska" adlı hekayəsindən bəhs edim. Ziyalı təbəqəsinin dincəldiyi otağa, əxlaqsız qadınlarla birgə bir əyyaş daxil olur, həmin əyyaşın siması maska ilə örtülü olur, o ziyalıları məsxərəyə salır, onları narahat edir, spirtli içki təklif edir, qadınlarla onların gözü önündə mazaxlaşır, qəzetlərini əllərindən alır və s. nəsə bunlar bunun bu cür hərəkətlərindən təngə gəlib, polisə müraciət edirlər, çaxnaşma zamanı əyyaşın simasındakı maska düşür, və bu insanın məşhur milyonçu olduğu üzə çıxır. Artıq vəziyyət dəyişir, otağı tərk eləmək istəməyən ziyalılar gülərək və üzrxahlıq edərək otaqdan bir-bir çıxırlar, özü də çıxmamışdan öncə həmən o milyonçuya müraciət edib: "Filankəs müəllim, sən canı bizdən incimədinizki? Vallah sizi tanımadıq" tipli özünübağışlayıcı ibarələrdən istifadə edirlər. Nəticədə bu milyonçu ziyalıların otağında qadınlarla kefini çəkdikdən sonra, tamamilə sərxoş halda yerdə sürünür, ziyalılar bunu qaldırır, faytona mindirir, yalvar-yaxar edib, evə yola salırlar. Sonunda onlardan biri belə bir cümlə işlədir: "Ah səni filankəs, çox cındır adamsan, amma ürəyin yumşaqdır (pul sarıdan), xeyriyyəçisən deyə..".

İnanın bu hekayəni oxuduğumda məhv olmuşdum, çünki bu tipdə yaltaq insanları hər gün televiziyada, avtobusda, küçədə, görürəm, onların sanki iki siması olur, və hansının gerçək olduğunu da anlamaq olmur. Anton Çexov - dahidir. Mən onun yaradıcılığını qiymətləndirməyə karə deyiləm, amma onu təsəvvürümdə məhz elə dahi obrazı kimi təsvir eləmişəm deyə, dahi deyirəm. Kitab çox böyükdür (1024 səhifəlik), və mən onun heç yarısını belə oxumamışam, amma artıq müdhiş təəssüratlar altındayam. İstərdim ki sonunda, Çexovun külliyatının bir qismi haqqında resenziya yazım. Belə.

Link to comment
Share on other sites

Virginia Woolf ''Mrs Dalloway"

        Kitablarla bagli bele melumat oxumushdum,eger oxunan eserin ilk 50 sehifesi (bu sayin kitabin hech olmazsa minimum neche %-ni teshkil etmesi de yeqin ki ehemiyyet dashiyir) sizin uchun maraqlidirsa, demek ki 90 % ehtmalla butovlukde kitab da maraqli olacaq.Amma arashdirmanin bu tip eserlere aidiyyati yoxdur mence,chunki bu kitabda her shey tam ferqlidir ve eser tam oxunub bitirilmeyibse,onun haqqinda fikrin formalashmasinda yanilma ola biler.Bu kitab diqqet yayindirmadan asta oxunush teleb edir ki,bunun nezere alinmasinin vacibliyini muellif ozu ayrica qeyd edib.Eserin bolmelere ayrilmadan tam bir hisse sheklinde olmasi,hemchinin de moterizelerde ifadelere chox yer ayrilmasi diqqetimden yayinmayan meqamlardir.Xulase,qeliz gele biler ilk baxishda,anlamaq uchun ise mutleq “sakit bash”la oxumaq lazimdir.

      Dovrunun meshur feminist yazichisi olan Virginia Woolf’la bu menim ilk edebi tanishligimdir,daha evveller yalniz yazichinin heyati ile bagli bezi meqamlarla melumatli idim.Bezi menbelerde muellifin heyati ile bu eserin benzerliyi oldugu soylenilir,hetta bele guman olunur ki,sexsi problemini oz tecrubelerine esaslanaraq yazdigi romanlar arasindan yalniz bu eserde eks etdirib.Eger beledirse,demek ki,muellifin qarishiq duygularinin ifadesi olmaqla insanlarin daxili dunyasini eks etdiren bu psixoloji eser hem de ruhi bohranin-fiziki ve ruhi chokushun tecessumudur ki,bunu hiss etmeyi ise mexsusi olaraq Woolfun “nailiyyeti’’ saymaq olar.

”Soyuq ruh’’ deye bir ifade seslenib eserde,men bunu butovlukde eserle eynileshdirerdim.Bash qehreman olan Clarissanin onemli bir memurun heyat yoldashi olaraq yashadigi monoton heyat,hem ozunun teshkil etdiyi,hem de getdiyi ziafetler,yigincaqlar ve bunlarin ichinde ozunden uzaqlashdirmaga chalishsa da,sonsuz yalnizliga mehkumlugu onun “ruhunun olumune” sebeb kimi gosterilir eserde.Dogrusu eser meni mueyyen menada teeccublendirdi,olduqca agir oxunmasi ile yanashi,qemgin atmosferi ve konkret aydin olmayan sujet xetti ile de diqqet chekir.Bele ki, kitabin ilk 1/3-ni oxumaqla men hele yalniz Woolf’un yazi uslubunu anlamaqla meshgul idim. :rolleyes: ) Mence Woolf’un oxunmasinin derk edilmesini chetinleshdiren sebeblerden bashlicasi ele onun yazi terzi,uslubudur.Romanin uslubunu verdish etdiyimiz diger eserler kimi her hansi bir konkret cherchiveye sigdirmaq olmur,burada sanki muellif yazi uslubunda da ozu tertib etdiyi qanunlar daxilinde hereket ederek,bir neche qehremanin taleyini bir-biri ile zencirvari ardicilliqla baglayir ve eserin bash qehremani olan Clarissa da bir anda ozunu ardicil bash veren bu hadiseler axarinin icherisinde tapir.Umumiyyetle eser on iki saat erzinde,kechmishe donushlerle de mushayiet olunmaqla bash veren hadiseler esnasinda muxtelif insanlarin dushuncelerini eks etdiren ve 3-cu bir shexs terefinden yazilan monologu xatirladir.Shuur axini (Stream of consciousness) texnikasi adlandirilan usulu tetbiq eden yazichi anliq sichrayishlarla,mueyyen zaman ardicilligi daxilnde Londonun kuchelerinden bashlayaraq qehremanlarinin daxili dunyalarina dogru bir seyahete aparir bizi.Bu sichrayishlar o qeder qarmarishiq ve muxtelif,sozlerin,cumlelerin qurulushu o qeder murekkeb ve qeliz formasda qeleme alinib ki,kitaba tam olaraq nifuz etmeyi bir az da bu baximdan chetinleshdirir.Xususen de xeberdarliq olmadan ani shekilde deyishdirilen dushunce sheklleri bezen o qeder chashdirici olurdu ki,fikirlerin hansi shexlere mensub oldugunu anlamaq uchun eyni cumleni tekrar oxumaq ve sehifeleri evvele dogru yeniden vereqlemek mecburiyyeti dogururdu,hele de personajlarin sayi hedden choxdursa. :wow1: Bu ani kechidler bizi gah kechmishe aparir,gah da indiki zamanin ichinde saxlayir,hadiseler gah paralel,gah ardicil cereyan edir.Kechmishle indi,heqiqetle xeyal arasinda yashanan daxili mubarizenin tesvirine hem de realligi eks etdiren dialoqlar da elave olunmaqla yer ayrilib.

      Oxumaq isteyen olar deye mezmunla,elelxusus da sonluqla bagli spoiler vermek istemirem.)Daha chox umumi melumat ve kitabin yazi terzi ile bagli fikirlerimi bildirdim,bezilerimiz bu yazichinin terzini cansixici hesab edirik axi,ona gore)) :P  Netice olaraq dushundukde,kitab menim uchun tecrube qazandirdi,Woolf oxumaq tecrubesi ki,peshiman deyilem.Eger sebr yoxdursa oxumaga deymez,kitab yoracaq,sixici gelecek size.Ve eger oxunub sona chatdirilibsa,demek ki dogruldub ozunu ve ayrilan zamana deyib.Tereddud etsem de,Goodreads'de ratingi 5/5 olaraq qiymetlendirdim,Woolfun qiymetini kesmeye konlum razi olmadi. :nettt:

Edited by ceylin
Link to comment
Share on other sites

  • 3 weeks later...

Somali dilində "varis" - səhra çiçəyi deməkdir, anası bu adı Varisə əbəs yerə qoymur, çünki çiçək və yaşıllıq olan yerdə, su da tapılır, yaşamaq üçün şərait də. Somalidə çoxluq təşkil eləyən köçəri tayfalar üçün, su - həyat mənbəyidir, onunla dəvələri içizdirib, gündəlik işləri öz axarına gətirmək olur. İlk baxışdan bu təqdimat növü çox mülayim görsənir, amma haradaydı.

Bu ölkənin adət-ənənə deyə elə bir ciddi zəhrimarı var ki, insanlar onun ucbatından ömrü boyu bədbəxt qalırlar. Məsələn, 5-6 yaşları arasında qız uşaqlarına məcburi sayılan sünnət əməliyyatı edilir. Keyləşdirici və steril alətlər olmadan, qızcığazları Afrika səhrasının od püskürən qumunda uzandırıb, küstar üsulu ilə cərrahi əməliyyat edirlər, qadınların klitoru kəsilir və idrar üçün kiçicik bir dəlik qoyularaq, əməliyyat yeri tikilir, (fikir verin, qadın evlənənə qədər tikişi sökə bilməz, əri kişi adamdırsa, bir şey düşünər) beləliklə qadın ömrü boyu şikəst qalır. Əfsuslar olsun ki, ekstra üstünlüyə malik afrika kişisi üçün, yalnız bu əməliyyatdan keçən qadınları seçmək imkanı vardır, sən demə sünnət edilməmiş qadın, murdar məxluqata bərabərdir, onunla söhbət etmək belə caizdir və bu səbəbdən də adamlar ölümlə üz-üzə durub, bu işgəncəyə dözməli olurlar. Lakin hər qız uşağı Varis qədər bəxtəvər olmur, bəzi qızlar elə əməliyyat zamanı qanaxmadan və ya ağrıdan ölürlər. Digər ölüm səbəblərini sadalamaq istəmirəm, yalnız onu deyim ki, bu əməliyyatdan sonra sağ qalmaq böyük təvəkküldür.

Göründüyü kimi, Varis bu cür müşkül cəmiyyətdə böyümək məcburiyyətində qalır. O, atasının razılığı ilə istənilən kəsə satıla bilər, çünki o azad deyil, atasının malıdır. Bir gün atası Varisə xəbər verir ki, yaşlı bir somali vətəndaşı səni məndən beş dəvə əvəzinə almaq istəyir. Atanın sevinci hədd-hüdud tanımır, çünki beş dəvə, kilolarla qızıla tay tutula bilər. Amma Varis düşünür və belə bir qərara gəlir ki, heç vaxt görmədiyi, sevmədiyi qoca kişi ilə evlilikdənsə, adət-ənənəyə zidd çıxıb, qaçmaq daha labüddür, və o düşündüyü kimi də edir. Beləliklə, afrika qadınının adət-ənənələrə, mental dəyərlərə qarşı kəskin mübarizəsi başlayır, Varis sağ qalmaq uğrunda illərlə qulluqçu, xadiməçi qismində çalışır, baxmayaraq ki uşaqlıqdakı şikəstliyinin fəsadları böyüdükdə ona daha dəhşətli əzab verir, o sarsılmır, və hələ də xoşbəxt gələcəyə ümid edir. Varisin anasından miras aldığı bir lütf var, bu, onun gözəlliyidir. Varis o qədər göyçək olur ki, Britaniyada bir fotoqrafın diqqətini cəlb edir, və beləliklə qısa müddət ərzində Varis Dirie xadimədən dünyaca məşhur modelə çevrilir. Müxtəlif ölkələri gəzən, artıq istədiyi paltarı geyinə bilən və heç kimdən asılı olmayan Varis, müəyyən müddət sonra BMT-dən iş təklifi alır, və bu təklifi qəbul edir. O modellik karyerasından Afrika üçün imtina edir, BMT-də xüsusi bir qurum yaradılır, və o qurum "qadın sünnətinə" qarşı mübarizə aparır.

Varis Dirienin "Səhra çiçəyi"ndə nəql etdiyi hekayə, gerçək həyat tarixçəsidir. Və mən hər kəsə bu əsəri tövsiyə edərdim. Sonunda isə onu qeyd edim ki, "Səhra çiçəyi" mənə müəllifi Pərinuş Sənii olan "Mənim payım" əsərini xatırladır.

Sizin bu şərhiniz məndə maraq yaratdı və kitabı oxumaq qərarına gəldim, ən çox əsərin avtobioqrafik xarakter daşımasına görə. Əsər barədə çox ətraflı yazmısınız mən sadəcə yazılanlarla razılaşır və ədəbiyyat sevərlərə bu əsəri tövsiyə edirəm. Mənə isə "Səhra çiçəyi" Суад "Сожженная заживо"  əsərini xatırlatdı. 

Link to comment
Share on other sites

  • 1 month later...

Zuxra Sidikova "Sirr" oxudugum sonuncu eser. Maraqli sujet xetti olduguna gore rejissor olsaydim boyuk memnuniyyetle ssehnelesdirerdim. Eser daim oz maraqli gedisati ile oxucunu maraq ve intizarda saxlayir, oxucunun gozlediyi ve istediyi sonluqla bitir.:closedeyes:

http://www.webvo.ru/lib/book.php?book=138

Edited by Samira198
Link to comment
Share on other sites

  • 2 months later...
  • 5 months later...
  • 1 month later...
  • 2 weeks later...
  • 2 months later...
  • 2 months later...
On 27.08.2015 at 0:25 PM, Kenul2012 said:

Bu əsəri ilk dəfə məktəbli vaxtı oxumuşdum.Onda gözəl bir əsər kimi qəbul etmişdim.2-3 ay əvvəl əlimə aldım oxuyum,yarıya qədər oxuma səbrim çatmadı..Vaxt itkisi kimi gəldi ..Üslub,hadisələri təsviri zəif gəldi mənə.Təbii bu mənim şəxsi fikrimdir..

oz dovrune gore maraqlidi.. Eyni teesuratlar mende de 19cu esr Azerbaycan edebayyatıni tekrar oxuyanda yarandı. Yadımdadı uüaqlıqda bu eserler menimcun cox menalı gelirdi, hazırda ise nagıl kimi geldi. Ancaq ki, Nerimannovun Bahdaır ve Sona eserini oxudum tekrar ve orda bir nece meqam dövrümüzü xatırlatdı. 

Link to comment
Share on other sites

Ümumiyyetle götürende milli edebiyyatımıza üstünlük verirem. Jorji Amadu, S Bronte, P Koelyenin, Mopposan, Londonun bir neçe eserlerini oxumuşam. Rus dilinde.Maraqlı yazırlar, lakin eserlerde tamliq yoxdur. Düşündürücü qeyri adilik yoxdur. Nizaminin, Füzulinin, Anarın ve s. eserlerini oxuduqda daha çox hezz alıram ve düşündürücü meqamlar tapıram. Her birinde tesvirin, felsefi biliklerin genişliyi, insan duyğularının neca ustalıqla çatdırmaları dahi senetkar olduqlarını tesdiqleyir. Zənnimcə Şərq ədəbiyyatı daha zəngindir.

  • Upvote 1
Link to comment
Share on other sites

On 19.06.2015 at 1:19 PM, Maga Qasımov said:

Rey Bredberi - Zəncirotundan şərab.

Asfaltın yağışdan sonrakı qoxusu, nənələrin yayın qızmar istisində bişirdiyi piroşkilər, kökələr və şirniyyatlar, iri gövdəli ağacın kölgəsində uzanıb, ətrafa boylanan cütlüklər, ayaqqabılarını çıxardıb, ayaqyalın torpağın üzərində qaçışan, onun istisini duyan uşaqlar və s. Bu əsər Rey Bredberinin avtobioqrafik romanıdır, əsərin baş qəhrəmanları - Duqlas və Tom qardaşları isə Bredberinin uşaqlıq prototipləridir. Əsər İllinoys ştatının, kiçicik Qrintaun şəhərindəki yay fəslindən bəhs edir.

Hər il yay fəslinin gəlişi ilə Qrintaun şəhəri sanki ikinci dəfə doğmuş olur. Duqlas və Tomun babası zəmidə əkdiyi zəncirotlarını toplayır və onları üyüdərək, şərab düzəldir. Bu şərabın əsas özəlliyi ondadır kı, qışın oğlan çağında, soyuqdan bədəninin hər iliyi silkələnən insanlar bu şərabdan içib, yayın qoxusunu, istisini, şəfəyini dada bilər. Ulunənənin nəticələri ilə illərdi təmizlənməyən, özündə əsrlərin tozunu daşıyan xalçaları sanki həyatın ən maraqlı məşğuliyyətiymiş kimi çırpıb, uçuşan toz dənəciklərinə sevinməyi qədər saf bir duyğu var kitabın hər səhifəsində. Əsərdəki uşaqların dostluğu əsl sədaqətin, qayğının və sevginin təcəssüməsidir, məsələn atası yeni iş tapdığından, ayrı şəhərə köçən Co, bütün dostlarının gözündə düşmənə çevrilir, çünki Co onların bir parçasıdır, onları dəfələrlə oynadığı oyunlar, daddığı meyvələr, yıxılaraq əzalarını sıyırdığı yaralar birləşdirir.

Kitabın ən möhtəşəm, ən yadda qalan hissəsi isə Bill Forester adlı gəncin miss Lümis adlı ağbirçək nənə ilə dostluğudur. Lümis nənə Billdə gənclik sevgisini xatırlayır, onlar hər gün bağçada əyləşib, çay içərək, nənənin keçmişdəki xatirələrinə səyahət edirlər, Lümis 91 yaşında olsa da, gəzdiyi bütün ölkələri, yaşadığı bir çox maraqlı hadisələri xatırlayır və Bilə, həmçinin də oxuculara nəql edir, bir gün Qahirəyə, və onun ecazkar, sirr dolu güşələrinə, bir gün İstanbula, digər gün isə Romaya səyahət edir, hər iki qəhrəman gözlərini yumur, və macəralara qədəm qoyur.

Qrintaun sakinlərinin öz ixtiraları olan "Zaman maşını" da var, bu maşın polkovnik Frilinin xatirələri timsalında özünü təzahür edir. Hətta "Xoşbəxtlik maşını" da mövcuddur, amma xoşbəxtlikdən çox, insanlara hüzn verir, bunun isə öz səbəbləri var. Qocaların uşaqlarla vəhdəti onu sübut edir ki, qocanın cildi yaşlansada, ruhu dəyişməz olaraq qalır, bunu missis Bentlinin timsalında görmək olur. O, o qədər qoca olur ki, uşaqlar onun nə vaxtsa yeniyetmə olduğuna belə şübhə edir, o buna görə əvvəl çox üzülür, hətta uşaq olduğunu isbat edən əşyaları da onlara göstərir, fəqət sonra keçmişi ilə deyil, hazırkı zamanla yaşamağı qərara alır və o gün, bu gün, missis Bentli və o uşaqlar ömürlük dost olurlar.

Zəncirotundan şərab yay ətirlidir, böyüklərə uşaqlıq xatirələrini yada salır, mərhəməti, sevgi və dostluğu aşılayır. Bredberinin bu romanı 1957-ci ildə nəşr edilib, müəllif əsərin əl yazmasını nəşriyyata təqdim edərkən, əsərin həcmi iki dəfə çox olub, fəqət naşirlər əsəri bu formada çap eləməyə razı olmayıblar, və Bredberi romanı qısaltmağa məcbur olur, amma özü özünə söz verir ki, əsərin ardını da zamanı gəldiyində hökmən nəşr etdirəcək. O bu arzusunu 49 il sonra 2006-cı ildə həyata keçirir, həmən il "Yay, əlvida" adlı romanın ikinci hissəsi nəşr olunur, növbəti il isə "Yay səhəri, Yay gecəsi" əsəri işıq üzü görür və beləliklə Qrintaun şəhərinin əhvalatlarından ibarət trilogiya sona yetir. 5 il sonra Bredberi dünyasını dəyişir. Bu kitab mənim mütaliə etdiyim ən yaxşı əsərlərdən biridir.

kitab böyük  maraq doğurdu, mütleq kolleksiyaya elave edib oxumaq lazımdır. 

Link to comment
Share on other sites

  • 5 months later...

En son oxudugum norvech yazichisi Yu Nesbenin -Jajda eseri idi. Son vaxtlar oxudugum en maraqli dedektiv yazan muellifdir Nesbe. Az qala sona qeder anlamirsan qatil kimdir. Hadiseler o qeder dolashiq, muemmali olur ki. Bu yazichinin Oxotniki za golovami eseri esasinda film de chekilib. Hemen film de en sevdiyim filmler sirasindadir. Her ikisini de meslehet gorerdim. 

  • Upvote 2
Link to comment
Share on other sites

  • 1 year later...

Kafkanın Çevrilmə(metamarfoz) əsərini oxudum.Düşündürücü və təsirlidir.

Bu əsərdən hansı nəticələr çıxır?

Mən belə başa düşdüm.Zəif bir ailədir.Oğul həyatın ona bəxş etdiyi sevgi hissindən enerji alaraq özünü bütünlüklə ailəsinin xoşbəxtliyi naminə istismar edir.Yazıçı əsərdə göstərir ki, oğul sağlamlığını itirib böcəyə çevriləndə( burada fantastik metoddan istifadə olunur) ailənin əsas reaksiyası pul gətirən mexanizmin əldən getməsinə heyifslənməsidir.Ailənin mənəvi zəifliyi dəhşət doğurur.Əksinə oğul(Qreqor) isə fiziki olaraq həşərata çevrilsədə belə düşüncəsində insan qalmağa çalışaraq ailəsinə kömək edə bilməmək üçün heyifslənir. Əsərin sonunda bacısının fikirləri ürək ağrıdlcıdlr. Qardaşını digərilərindən  nisbətən daha çox istəyən bacı düşünürki əgər Qreqor özünə həyatda bu ailənin qəhrəmanı olmaq missiyasını seçmişdisə məntiqi olaraq sonacan bunu etməli idi.Yəni böcək kimi bizə yük olmaqdansa ölməyi seçməliydi.Və bizimdə xatirimizdə əziz adam kimi qalmalı idi. 

Bu əsəri oxuyandan  sonra düşünürsənki  insanın  özünü və başqalarını çox istəmək sərhədi hara qədər  olmalıdır? 

Link to comment
Share on other sites

13 часа назад, Slay сказал:

Bu əsəri oxuyandan  sonra düşünürsənki  insanın  özünü ya başqalarını çox istəmək sərhədi hara qədər  olmalıdır?

özünü sevirsə başqalarını çox istəyə bilməz, yəni ? yoxsa digər bir mənada ? )

Link to comment
Share on other sites

22 минуты назад, Slay сказал:

yoxsa digər variantlarda ola bilər?

ola bilər.

kritik həddə,  məsələn,  biri istədiyi insanı yaşatmaq  üçün ölə bilər  (?)

yaxud, sevdiyi insan ölərsə, onsuz mümkün olmadığı üçün ölə bilər (?)

Slaay, gəlin belə edək ) mən Kafkanı oxumamışam. oxuyub, sizə geri dönərəm.

Bir də, əgər istərsiz sizin postu köçürməklə ümumi bölmədə yeni bir mövzu açım... məzmun maraqlıdır, digər iştirakçıların da müzakirəyə qoşulmasını istərdim.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку в результате несчастного случая скончалась 21-летняя модель
      В Баку скончалась 21-летняя девушка.
      Как передает Qafqazinfo, проживающая в доме на Московском проспекте в Насиминском районе столицы Камила Гасанова (2003 г.р.), скончалась от отравления угарным газом.
      Отмечается, что девушка работала актрисой и моделью и являлась студенткой Бакинского филиала Московского государственного университета.
      По данному факту в прокуратуре Насиминского района проводится расследование.
       
      https://media.az/society/v-baku-21-letnyaya-model-skonchalas-v-rezultate-neschastnogo-sluchaya-foto
        • Sad
        • Confused
        • Like
      • 76 replies
    • Кому следует воздвигнуть памятник в Баку? - ОПРОС + ВИДЕО
      В городе Баку, где древность сочетается с современностью, важно иметь статуи и памятники на различные темы.
      Интересно, а что об этом думают граждане? Кому, по их мнению, следует поставить памятник в столице?
      Baku TV попытался выяснить это у горожан.
      Оказалось, что граждане также хотели бы увековечить память наших национальных героев и шехидов.
        "Должны быть воздвигнуты памятники всем нашим шехидам. Их должны знать все. Если будут установлены их статуи, гости столицы будут проинформированы о наших шехидах", - сказал один из жителей Баку.
      Подробнее - в сюжете:
       
        • Sad
      • 112 replies
    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
        • Like
      • 56 replies
    •  Кровати односпальные, двуспальные и двухъярусные
      Спальная мебель "КЛАССИКА"
       
        • Upvote
      • 240 replies
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Haha
      • 14 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
      • 135 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 18 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...