Jump to content
Sign in to follow this  
$nake

Mirşahin: "Milyarder İlham Rəhimov Azərbaycanın İvanişvilisi olmaq istəyir"

Recommended Posts

"Mən Rusiya milyarderi İlham Rəhimovun Bakıda aktivləşməsindən narahat olan jurnalist Eynulla Fatullayevi gözəl başa düşürəm".

Virtualaz.org bildirir ki, bunu jurnalist Mirşahin Ağayev özünün televiziyadakı müəllif proqramında efirdən bəyan edib.

"Qafqazın sərdarı kimi Bakıda oturmaq, general-qubernator və İvanişvili statusuna iddia etmək – olduqca təhlükəli tendensiyadır. Dünyada belə-"Putinin sinif yoldaşı" kimi siyasi əqidə yoxdur”, - o deyib.

Onun sözlərinə görə, İlham Rəhimovun bəzi bəyanatlarını özünü Azərbaycanda Rusiyanın qeyri-rəsmi protejesi elan etmək cəhdi kimi qiymətləndirmək olar.

"Yeri gəlmişkən, bu adamın xaricdə oturan və Azərbaycanı ittiham edən insanlara hücum etdiyini görməmişəm. Maraqlanmaq lazımdır: Azərbaycanın öz İlhamı var, yad İlham kimə lazımdır?”- o vurğulayıb.

267001_src.jpg

Xatırladaq ki, daha əvvəl İlham Rəhimovun ünvanına tənqidlə parlamentin plenar iclasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov çıxış etmişdi.

Müşahidəçilər və siyasi ekspertlər Bakıda Rusiya milyarderi İlham Rəhimovun siyasi aktivliyini qeyd edirlər. Bu yaxınlarda o, Azərbaycanda siyasi ambisiyalarını açıq şəkildə nümayiş etdirməyə başlayıb və Bakıda siyasi təsir uğrunda mübarizə aparmaq niyyətlərini gizlətmir.

İ. Rəhimovun aktivləşməsi bir çox suallar doğurur, çünki onun bütün işi Rusiyada cəmləşir. Bakıda isə milyarder əsasən sosial- siyasi fəaliyyətlə məşğul olur, tez-tez bəyanatlar verir, ölkənin daxili həyatına qarışır, Rusiya-Azərbaycan münasibətlərinin təminatında xüsusi qarant roluna iddia edir.

Videonu 24 dəqiqə 45 saniyədən izləyin...

Share this post

Link to post
Share on other sites
On 24 בדצמבר 2018 at 9:57 PM, $nake said:

Öz dediyine heç özü inanır bu şexs?

Share this post

Link to post
Share on other sites

Deyesen ruslar ciddi sekilde yeniden SSRI-ni qurmaq isteyirler. Orda Belorusu birlesditmek isteyir, burda da bele. 

Share this post

Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
Sign in to follow this  

×