Jump to content
Slay

İnsanın özünü və başqalarını çox istəmək sərhədi hara qədər olmalıdır ?

Recommended Posts

2 часа назад, NOIR сказал:

özünü sevirsə başqalarını çox istəyə bilməz, yəni ? yoxsa digər bir mənada ? )

Istəyə bilər. 

Bizim fitrətimizdə çox istəmək hissi var.Bu hissi bölüb həm özümüzü həm də başqalarını(ailə,uşaq,dost,tanış və s) çox istəyirik.Sualı belə verimdə bu bölgü neçənin neçiyə olmalıdır?50  faiz özümüzə 50faiz başqalarına yoxsa digər variantlarda ola bilər?

(Bu əsərdə Qreqor daxilindəki çox istəmək payını 100 faiz ailəsinə ayırmışdı.)

  • Like 3

Share this post

Link to post
Share on other sites

@Slay qonşu mövzuda Kafkanın "Çevrilmə" novellasından aldığı təəssürat ilə bölüşmüşdü. Onun həmin postdakı mülahizələri, gəldiyi qənaət, təəssürat və emosional nəticə mənə maraqlı gəldi...

"Çevrilmə" ilə tanış oldum,  bir müddət öncə ) öz həyati müşahidələrimdən gəldiyim nəticələrlə Böcəyin düşüncələri bir-birinə qarışıb hazırda ) 

Bununla belə, Slay ilə razılaşdığımız qaydada mövzunu açdım.

həmin postu bura yerləşdirirəm :

Slay 

Kafkanın Çevrilmə(metamarfoz) əsərini oxudum.Düşündürücü və təsirlidir.

Bu əsərdən hansı nəticələr çıxır?

Mən belə başa düşdüm.Zəif bir ailədir.Oğul həyatın ona bəxş etdiyi sevgi hissindən enerji alaraq özünü bütünlüklə ailəsinin xoşbəxtliyi naminə istismar edir.Yazıçı əsərdə göstərir ki, oğul sağlamlığını itirib böcəyə çevriləndə( burada fantastik metoddan istifadə olunur) ailənin əsas reaksiyası pul gətirən mexanizmin əldən getməsinə heyifslənməsidir.Ailənin mənəvi zəifliyi dəhşət doğurur.Əksinə oğul(Qreqor) isə fiziki olaraq həşərata çevrilsədə belə düşüncəsində insan qalmağa çalışaraq ailəsinə kömək edə bilməmək üçün heyifslənir. Əsərin sonunda bacısının fikirləri ürək ağrıdlcıdlr. Qardaşını digərilərindən  nisbətən daha çox istəyən bacı düşünürki əgər Qreqor özünə həyatda bu ailənin qəhrəmanı olmaq missiyasını seçmişdisə məntiqi olaraq sonacan bunu etməli idi.Yəni böcək kimi bizə yük olmaqdansa ölməyi seçməliydi.Və bizimdə xatirimizdə əziz adam kimi qalmalı idi. 

Bu əsəri oxuyandan  sonra düşünürsənki  insanın  özünü və başqalarını çox istəmək sərhədi hara qədər  olmalıdır? 

  • Like 1

Share this post

Link to post
Share on other sites
В 16.12.2018 в 14:16, Slay сказал:

Bizim fitrətimizdə çox istəmək hissi var.Bu hissi bölüb həm özümüzü həm də başqalarını(ailə,uşaq,dost,tanış və s) çox istəyirik.Sualı belə verimdə bu bölgü neçənin neçiyə olmalıdır?50  faiz özümüzə 50faiz başqalarına yoxsa digər variantlarda ola bilər?

qısaca desəm, vəziyyətə uyğun bölgü etməliyik )

ətraflı, siz istiqamət verin... dünən əsərlə tanış oldum. əgər istərsiz, Qreqora münasibəti ümumiləşmiş obraz olaraq təhlil edək.

ya istəsəz, həyati müşahidələr üzərindən müzakirəyə başlayaq.

bu mövzu DNOTda olsaydı, 15 səhifə yazardılar ) məzmun olduqca aktualdır

Share this post

Link to post
Share on other sites
1 час назад, NOIR сказал:

Əsər barəsində təəssüratınız necədir?Siz hansı nəticələri çıxartdınız? Oxumağa dəyərdimi? Yazın zəhmət olmasa fikirləriniz maraqlı olar.

Vəziyyətə uyğun olaraq məsələsinə bir aydınlıq gətirin. Davam eliyək.)

Share this post

Link to post
Share on other sites
1 час назад, Slay сказал:

necə deyim ki, xətrinizə dəyməsin... ) əsərlə tanış olmağıma peşiman deyiləm, amma "bazar günü axşam" üçün uyğun deyildi )) 

duyğu dilim azərbaycan dili olsa belə, oxumağa başlayanda fikir verdim ki, sözlər dərin batır, nüfuz edir. oxumağı dayandırdım və audiokitab yüklədim. dinləməyə başladım. çünki yalnız qulaq yaddaşımla qavramaq istəyirdim. göz yaddaşım daha dərin qavrayır ki, bu mənə həmin vaxt gərək deyildi, etiraf edirəm )

Kafka özü barədə yazır, bu böcək o özüdür. mən bilmirəm o uşaqlıqda nə kimi psixoloji travma alıb, amma çox küskün adam imiş...

onun həyatı barədə hələ oxumamışam. 

(sabah davam edərəm, olar ? )

Share this post

Link to post
Share on other sites
9 часов назад, NOIR сказал:

Xətrimə niyə dəyirki? 

Share this post

Link to post
Share on other sites
22 часа назад, Slay сказал:

Vəziyyətə uyğun olaraq məsələsinə bir aydınlıq gətirin. Davam eliyək.)

dediyim kimi, kritik vəziyyətlərdə özünü istəmək bəzi insanların heç yadına düşmür.  bəzi dedim, çünki elə insanlar var ki, mütləq özünü sevir və hər bir halda özünü düşünür, açıq nümayiş etdirməsə də, bu sezilir

amma düşünməyə vaxt imkanı varsa, vəziyyətə uyğun hərəkət etməlidir. özünü sevmək yaxşı şeydi )) amma bu azdır, özünü sevdirmək bacarığı da lazımdır. çunki insan qrupda yaşamağa (ailə, kollektiv) öyrəşib. nadir hallarda firon kimi tənha həyat tərzi sürənlər olur, bu istisnadır. qrup daxilində isə münasibət qurmaq lazım gəlir, ümumi maraqları düşünüb, vəziyyətə uyğun hərəkət etmək lazım gəlir. mənim özümü istəməyim, digər qrup (məsələn, ailə ) üzvünün mənafeyinə zidd olmamalıdır. 

və bu çətin işdə )) bizim ən yaxşı köməkçimiz "ləyaqət" olmalıdır. ləyaqət olmasaydı, insan özünü çox sevib qarşısındakına haqsızlıq edib onü incitmiş olardı. yaxub, özünü tam unudub digərini çox sevərdi. tarazlıq pozulanda isə münasibətlər uçulur )

ona görə də qrup daxilindəki insanlar bir-birinə uyğun yaxud layiq olmalıdır. əksinə olanda, məsələn Zamzanın ailəsindəki kimi (fərqli psixotiplərdir) kimsə qurbana çevrilir.

Bu təhlillə tamamilə razıyam.

Kafkanın bu əsərinin nüfuzlu mənbələrdə bəyənildiyini gördüm.Maraq üstün gəldi oxudum.

Sizdə bu əsərnən tanış oldunuz.Xoşunuz gəldi  gəlmədi bu şəxsi işinizdir.Bundan mən niyə inciməliyəmki? Mənə maraqlı olan təhlil idi.Əla!

  • Thanks 1

Share this post

Link to post
Share on other sites
21 час назад, Slay сказал:

Bu təhlillə tamamilə razıyam.

Kafkanın bu əsərinin nüfuzlu mənbələrdə bəyənildiyini gördüm.Maraq üstün gəldi oxudum.

Sizdə bu əsərnən tanış oldunuz.Xoşunuz gəldi  gəlmədi bu şəxsi işinizdir.Bundan mən niyə inciməliyəmki? Mənə maraqlı olan təhlil idi.Əla!

tanışlıq vaxtsız olsa da, əsər əlbəttə yaxşı idi ) 

mənim o böcəyə yazığım gəldi ( amma bilirsizmi, böcək özü əmin idi ki, hər şeyi düzgün edib. çevriliş olmasaydı belə, ailə üzvüləri onu (faydalı) böcək hesab edirdirlər. o isə faydasız (böcəyə) çevrildi.

siz necə düşünürsüz ? 

Edited by NOIR

Share this post

Link to post
Share on other sites

ümumiyyətlə, əgər diqqət yetirmisizsə, həyat elədir ki, ağıllı və zəhmətkeş insanlar axmaq tənbəllərin yükünü çəkməli olurlar )

Share this post

Link to post
Share on other sites
2 часа назад, NOIR сказал:

ümumiyyətlə, əgər diqqət yetirmisizsə, həyat elədir ki, ağıllı və zəhmətkeş insanlar axmaq tənbəllərin yükünü çəkməli olurlar )

Həyatda ağıllı,zəhmətkeş,ləyaqətli insanların üzərinə iki qat yük düşür. Bir yandan azğınlaşmış,qudurmuş ləyaqətsizlərlə mübarizə aparmaq digər yandanda  axmaq ,tənbəl ləyaqətsizlərin yükünü çəkmək.

Mövzumuza görə söhbəti gedən tənbəl,axmaqlar  hələ bir qarşı tərəfdən çox istəmək umurlar. Misal üçün həyati müşahidələrdən görürük ki,  qardaşlardan biri əziyyət çəkir oxuyur özünə iş güc qurmağa çalışır.O biri qardaşı(vəya qohumu) isə əziyyətsiz filansız hazıra nazir olmaq istəyir. Hələ bir umur küsürdəki məni çox istəmirsən.)

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
2 часа назад, NOIR сказал:

tanışlıq vaxtsız olsa da, əsər əlbəttə yaxşı idi ) 

mənim o böcəyə yazığım gəldi ( amma bilirsizmi, böcək özü əmin idi ki, hər şeyi düzgün edib. çevriliş olmasaydı belə, ailə üzvüləri onu (faydalı) böcək hesab edirdirlər. o isə faydasız (böcəyə) çevrildi.

siz necə düşünürsüz ? 

Nə düşündüyümü ədəbiyyat bölməsində yazmışamda hələ burada köçürmüsüzki bəs deyil? )) Yenə yazım? )

Share this post

Link to post
Share on other sites

Duyğunun da,düşüncenin de,sevginin de serheddi yoxdu.Belke de bir çox şeyin.

O menada ki,o serheddi özümüz müeyyen etmeliyik.

Birine heddini aşma deyerken,biz onun heddinin hansı serhedde qeder olduğundan bixeberik.

Özünü sevmekden çox insan özünü tanımağa çalışmalıdır.Özünü tanıdıqca öz zeif ve güclü yönlerini görmeye başlayırsan.Neye qadir olduğunu bilirsen.Her uğurunda özünü tebrik edirsen,hetta içden içe özünü qucaqlayıb,öpürsen.Özüne destek olursan.

Lakin menfileri görerken onlarla da mübarizede özüne kömek lazımdır.Özünütenqid lazımdır.

Menfisiz maraqlı olmaz insan.Hetta bezi menfileri sevmek de lazımdı.

Qaldı ki,başqasını sevmeye- bu da onu tanımağa başlamadan mümkün deyil.Bezen qarşındakını da büsbütün sevmirler.Mümkün qeder onu deyişib öz görmek istedikleri şekile salaraq sevmek isteyirler.Dönüb dolaşıb yene özlerini sevmiş olurlar.

Özüne oxşamayanı da tanımaq maraqlıdır mence.

İnsanın en çox baş başa qaldığı insan özüdür.Bezen çaş qaldığı insan da özü olur.

Serhedleri aşın..

Kimi nece,ne qeder sevmek isteyirsinizse sevin..

Amma kimise sevin.

  • Like 2

Share this post

Link to post
Share on other sites
В Fri Dec 21 2018 в 00:10, Igolka сказал:

Sevgi barədə maraqlı fikirləriniz var. Amma mücərrədlik çoxdur.(buda normaldır)

Sizin təklif etdiyiniz sevgi modelində əsas məsələ qarşı tərəfi tanımaqdır.Siz sərhədi başlanğıca  çəkmisiniz.Əvvəl başqasını tanı sonra sərhədsiz sev. 

Əslində məntiqi olar bu düzdür. Pis insanı ürəkdən sevməkdə düzgün deyil.

Məncə sevgi hissinə belə yanaşma intelektual yanaşmadır.Belə sevgi 30-35 yaşdan sonra olan sevgidir.Bunun əsası qarşııqlı hörmətdir.Gənclərin romantik sevgisi isə fərqli olur. Onlar əvvəl sevirlər sonra bir birilərini tanımağa başlayırlar.(bəzən heç özləri özlərinidə tanımırlar)Bəzən sevgi möcüzələr törədir.Qarşı tərəfdən biri pis insan idisə  yaranmış qarşılıqlı sevgi hissi onu yaxşı insan olmağa dəyişdirir.Gənc olduğu üçün praktiki olaraq dəyişmək mümkün olur.(Əyilmiş körpə budaqları düzəltmək mümkündür)

Insan çox qəliz bir varlıqdır.Sevgi gözəl bir hisdir.Insan qəliz bir varlıq olduğu üçün sevgi məsələsindədə heç nəyi dəqiq proqnozlaşdırmaq mümkün deyil.

  • Like 1

Share this post

Link to post
Share on other sites
В 20.12.2018 в 00:23, Slay сказал:

Həyatda ağıllı,zəhmətkeş,ləyaqətli insanların üzərinə iki qat yük düşür. Bir yandan azğınlaşmış,qudurmuş ləyaqətsizlərlə mübarizə aparmaq digər yandanda  axmaq ,tənbəl ləyaqətsizlərin yükünü çəkmək.

Mövzumuza görə söhbəti gedən tənbəl,axmaqlar  hələ bir qarşı tərəfdən çox istəmək umurlar. Misal üçün həyati müşahidələrdən görürük ki,  qardaşlardan biri əziyyət çəkir oxuyur özünə iş güc qurmağa çalışır.O biri qardaşı(vəya qohumu) isə əziyyətsiz filansız hazıra nazir olmaq istəyir. Hələ bir umur küsürdəki məni çox istəmirsən.)

ailə daxilində umu-küsü olanda da güclü olur. çünki hər kəs bir-birinin zəif nöqtəsini bilir. yaxşı bilir ki, hansı yöndən basanda incidir. əlaqələr sıx olduğundan ailə daxilində hamı bir-birinə bələddir. "boş yerləri" tuta bilirlər - qılığa girmək ifadəsi var.

sadəcə olaraq, hər kəs bu kimi boşluqlardan faydalanmır. eləsi var istifadə edir, eləsi var baş qoşmur, boş buraxır.

  • Like 2

Share this post

Link to post
Share on other sites
В 21.12.2018 в 00:10, Igolka сказал:

Kimi nece,ne qeder sevmek isteyirsinizse sevin..

Amma kimise sevin.

böcək də sevirdi də ) amma sonu necə oldu ?

sevək, sözüm yoxdu. amma özünü unutmamaq şərtilə...

həftənin 7 günündən 1-i istirahət günüdür :smile:

  • Like 1

Share this post

Link to post
Share on other sites
1 час назад, NOIR сказал:

böcək də sevirdi də ) amma sonu necə oldu ?

sevək, sözüm yoxdu. amma özünü unutmamaq şərtilə...

həftənin 7 günündən 1-i istirahət günüdür :smile:

Hələki reputasiya düyməsi aktiv deyil.Maraqlı postları dəyərləndirə bilmirəm.

Bu mövzuda eyni düşünürük.)

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
7 часов назад, Slay сказал:

Sevgi barədə maraqlı fikirləriniz var. Amma mücərrədlik çoxdur.(buda normaldır)

Sizin təklif etdiyiniz sevgi modelində əsas məsələ qarşı tərəfi tanımaqdır.Siz sərhədi başlanğıca  çəkmisiniz.Əvvəl başqasını tanı sonra sərhədsiz sev. 

Əslində məntiqi olar bu düzdür. Pis insanı ürəkdən sevməkdə düzgün deyil.

Məncə sevgi hissinə belə yanaşma intelektual yanaşmadır.Belə sevgi 30-35 yaşdan sonra olan sevgidir.Bunun əsası qarşııqlı hörmətdir.Gənclərin romantik sevgisi isə fərqli olur. Onlar əvvəl sevirlər sonra bir birilərini tanımağa başlayırlar.(bəzən heç özləri özlərinidə tanımırlar)Bəzən sevgi möcüzələr törədir.Qarşı tərəfdən biri pis insan idisə  yaranmış qarşılıqlı sevgi hissi onu yaxşı insan olmağa dəyişdirir.Gənc olduğu üçün praktiki olaraq dəyişmək mümkün olur.(Əyilmiş körpə budaqları düzəltmək mümkündür)

Insan çox qəliz bir varlıqdır.Sevgi gözəl bir hisdir.Insan qəliz bir varlıq olduğu üçün sevgi məsələsindədə heç nəyi dəqiq proqnozlaşdırmaq mümkün deyil.

Önce sevib sonra tanımaqla tanış deyilem.) 

Bu çox tehlükeli veziyyetdir nese )

Share this post

Link to post
Share on other sites
2 часа назад, NOIR сказал:

böcək də sevirdi də ) amma sonu necə oldu ?

sevək, sözüm yoxdu. amma özünü unutmamaq şərtilə...

həftənin 7 günündən 1-i istirahət günüdür :smile:

Böcek ağılsız şekilde sevir.Ona göre özü yanır.

Mende 2- si ) 

  • Like 1

Share this post

Link to post
Share on other sites
47 минут назад, Igolka сказал:

Önce sevib sonra tanımaqla tanış deyilem.) 

Bu çox tehlükeli veziyyetdir nese )

Əlbətdə təhlükəlidi.

Belə təhlükəli vəziyyətlər üçün uğurlu nəticəni istisna hallar kimi nəzərdə tutmuşam.Ona görə qeyd etmişdimki sevgi bəzən möcüzələr törədir.

Amma müasir dövrdə belə möcüzələrə inanmağın özüdə absurd gəlir adama))

Belə deyimdə ..

Ağıllı fikirləşənəcən dəli hoppanıb keçər kateqoriyasında olan insanlarda var.Belə insanlar sevginin möcüzəsinədə inanırlar.Təhlükəli vəziyyətləridə sevirlər.)

Qoy bütün sevənlər xoşbəxt olsun.Amin!

  • Like 1

Share this post

Link to post
Share on other sites
4 часа назад, NOIR сказал:

böcək də sevirdi də ) amma sonu necə oldu ?

sevək, sözüm yoxdu. amma özünü unutmamaq şərtilə...

həftənin 7 günündən 1-i istirahət günüdür :smile:

Belə bir tezis deyimdə məni mənim səni çox istədiyimdən artıq çox istəmə.

Anlayışlı olmaq lazımdır.Qarşı tərəfində özünü çox istəmək  sərhədini tanımaq lazımdır.Elə bu sərhədi tanımağın özüdə ona olan sevgidir.Bundan o tərəfə səni sevməyə borclu deyil.Hər iki tərəf bu sərhədi tanımalı və anlayışlı olmalıdır.

Share this post

Link to post
Share on other sites
В 16.12.2018 в 14:16, Slay сказал:

Bizim fitrətimizdə çox istəmək hissi var...

Sualı belə verimdə bu bölgü neçənin neçiyə olmalıdır?50  faiz özümüzə 50faiz başqalarına yoxsa digər variantlarda ola bilər?

) belə baxıram, bu bölgünün optimal formuluna gəlib çıxa biləcəyik deyəsən... 

Share this post

Link to post
Share on other sites

Mövzu ilə nə qədər əlaqəlidir bilmirəm, tez-tez qarşılaşdığım bir vəziyyət haqqında yazmaq istəyirəm. Məni heç tanımayan biri ilə bir müddət vaxt keçirdikdən sonra qarşı tərəfdə mənimlə bağlı yanlış bir təsəvvür yaranır. Sanki mən dinə, allaha səmimi qəlbdən bağlı dindar bir insanam. Məni bu keyfiyyətlərlə yaxşı bir insan kimi qəbul edir. Əgər mən desəm ki, mənim inamcımın onda yaranmış təsəvvürlə əlaqəsi yoxdur, heç cür qəbul edə bilmir. Deməyəndə də mənimlə dini söhbətlər etməyə başlayır. Ki bu da ən sıxıldığım şeydir )) 

  • Like 1

Share this post

Link to post
Share on other sites
30 минут назад, Museyib Elekber сказал:

bəxtiniz gətirməyib ))

məni heç tanımayanlar, ilk tanış olanda çəkinirlər yaman ) hətta sonralar, bəziləri etiraf edir ki, heç bilmirdim təkrar necə zəng edim, nə deyim, qorxurdum )) daha sonra ünsiyyət davamlı olduqca, deyirlər ki, elə bil bütün ömrü boyu sizi tanımışam. 

Edited by NOIR

Share this post

Link to post
Share on other sites
3 hours ago, NOIR said:

bəxtiniz gətirməyib ))

məni heç tanımayanlar, ilk tanış olanda çəkinirlər yaman ) hətta sonralar, bəziləri etiraf edir ki, heç bilmirdim təkrar necə zəng edim, nə deyim, qorxurdum )) daha sonra ünsiyyət davamlı olduqca, deyirlər ki, elə bil bütün ömrü boyu sizi tanımışam. 

Doğrudan da, bəxtim gətirməyib. Yumşaq təbiətli olduğumdan insanlar şəxsi zonama çox tez müdaxilə etməyə meyl edir. Tərs kimi də çoxu dinə meylli olur ))

Share this post

Link to post
Share on other sites
4 минуты назад, Museyib Elekber сказал:

Doğrudan da, bəxtim gətirməyib. Yumşaq təbiətli olduğumdan insanlar şəxsi zonama çox tez müdaxilə etməyə meyl edir. Tərs kimi də çoxu dinə meylli olur ))

 "əksliklərin cazibəsi" buna deyirlər ? )

Share this post

Link to post
Share on other sites

Eser diqqetimi çekdi.Ilk fürsetde oxuyub reyimi bildirmeye çalışacaĝam.
Özümden çox ailemi,valideynlerimi ,dostlarımı sevir ,deyer verirem..Faizini bilmirem.Sevgi faiz ,serhed tanımır..Eger seve bilirikse bu özü böyük nemetdir..Eger bizi sevib deyer veren varsa bu iki qat mükafatdır..Yeterki qelbimiz sevgi ile döyünsün.Ferqi yox aile olsun,torpaq olsun,bitki olsun,pişik olsun..yeterki seve bilek..Kinli ,sevgisiz qurdlu insan olmayaq ve bu insanlardan uzaq olaq)

Share this post

Link to post
Share on other sites
В 01.01.2019 в 23:04, Kenul2012 сказал:

oxumağa imkan tapdınızmı ? ) təəssüratı bölüşərdiz.

Share this post

Link to post
Share on other sites
oxumağa imkan tapdınızmı ? ) təəssüratı bölüşərdiz.
Tapdim.Ele hemen gece oxudum.O qeder güclü tesir buraxmadı..En azi ana övladını her halı ile sevib qebul etmeli idi.Xeste övladı kesib atmaq olarmı?Bacı haqqinda yazmiram) o başqa alemdir..)

Oxuyub bir daha xatirlamayacağım eserdir bele deyerdim)
  • Like 1

Share this post

Link to post
Share on other sites
В 07.01.2019 в 14:07, Kenul2012 сказал:

Tapdim.Ele hemen gece oxudum.O qeder güclü tesir buraxmadı..En azi ana övladını her halı ile sevib qebul etmeli idi.Xeste övladı kesib atmaq olarmı?Bacı haqqinda yazmiram) o başqa alemdir..)

Oxuyub bir daha xatirlamayacağım eserdir bele deyerdim)

böcək ailə üzvlərini olduqları kimi sevib qəbul etmişdi.... amma o nədəsə, hardasa səhv etmişdi. nədə ? onun səhvi nə idi ? 

  • Like 1

Share this post

Link to post
Share on other sites
13 часа назад, Error_sp0113 сказал:

Insan ALLAHDAN basga heckimi lap cox istememelidir

Bəs yerdə qalan lap azı necə bölüşdürək? (onu aydınlaşdırırdıq burda)

Share this post

Link to post
Share on other sites
Bəs yerdə qalan lap azı necə bölüşdürək? (onu aydınlaşdırırdıq burda)
Bolusdurmeye ehtiyyac yoxdur məncə. Hər insanda istək mövzusu cürbəcür ola bilər
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
22 минуты назад, Error_sp0113 сказал:
1 час назад, Slay сказал:
Bəs yerdə qalan lap azı necə bölüşdürək? (onu aydınlaşdırırdıq burda)

Bolusdurmeye ehtiyyac yoxdur məncə. Hər insanda istək mövzusu cürbəcür ola bilər

Olsun siz deyən.Buda maraqlı fikirdir.Yəni yerdə qalan bölüşmə spontan olaraq baş verir.

Share this post

Link to post
Share on other sites
Olsun siz deyən.Buda maraqlı fikirdir.Yəni yerdə qalan bölüşmə spontan olaraq baş verir.
Məncə spontan yox. Həyat yaşadıqca insan özü hiss edir və təyin edir. Elə anlar olurki hər hansı insan valideynin sevər, övladın sevər, dostun, həyat yoldaşın....bu həyatda hərşey nisbidir

Share this post

Link to post
Share on other sites

Amma vay o insana ki, daşı, kağızı, işlədiyi yüksək vəzifəni insanlardan daha çox sevər. Əfsuslar olsun ki, son vaxtlar insanların çoxusu bunlara bağlıdırlar

Share this post

Link to post
Share on other sites
27 минут назад, Error_sp0113 сказал:
2 часа назад, Slay сказал:
Olsun siz deyən.Buda maraqlı fikirdir.Yəni yerdə qalan bölüşmə spontan olaraq baş verir.

Məncə spontan yox. Həyat yaşadıqca insan özü hiss edir və təyin edir. Elə anlar olurki hər hansı insan valideynin sevər, övladın sevər, dostun, həyat yoldaşın....bu həyatda hərşey nisbidir

Hiss edir və təyin edir?

Bax görürsünüz bölüşmə apardınız.)Amma yuxarıda qeyd etmişdiniz ki, bölüşmə aparmağa ehtiyac yoxdur.

Share this post

Link to post
Share on other sites
Hiss edir və təyin edir?
Bax görürsünüz bölüşmə apardınız.)Amma yuxarıda qeyd etmişdiniz ki, bölüşmə aparmağa ehtiyac yoxdur.
 
İnsan bölüşdürmür ki. İnsanı bölüşdürür hisslər :)

Share this post

Link to post
Share on other sites

Semimi bir istekden sohbet gedirse bu halda bu tip hisslere serhed qoymaq mumkundur ki? Seni bu qeder sevecem onu biraz az o birini 23 % sevsem besidir.. bele olur? 

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
3 часа назад, Metropolitik сказал:

Semimi bir istekden sohbet gedirse bu halda bu tip hisslere serhed qoymaq mumkundur ki? Seni bu qeder sevecem onu biraz az o birini 23 % sevsem besidir.. bele olur? 

))) Gülməli olsada, absurd görünsədə riyaziyyatı sevgiyə tətbiq edəndə belə alınır.

Bu söhbət bir əsərin müzakirəsində ortaya çıxdı.Əsərin özüdə elə absurdizm janrındadır.

Səmimi sevgidə bəli siz deyəndir.Onun dəyərini azaltmaq istəmirəm.Misal üçün qəhrəmanların yolunda şəhid olduqları vətən sevgisi və s.

Amma söhbət gedir ağılsızlıqdan.

Aşırı duyğusallıq ağılsızlıqdır.

Edited by Slay

Share this post

Link to post
Share on other sites

Aşiri duygusalliq depresiv bir haldir.mualice olunmalidir. Cunku hem fiziki hem psixoloji xesteliklere sebeb olabiler. 

Amma siz ashiri duygusalliga bir ornek verebilersiz? Belke daha yaxsi anlayaram movzunu.

Share this post

Link to post
Share on other sites
19 минут назад, Metropolitik сказал:

Aşiri duygusalliq depresiv bir haldir.mualice olunmalidir. Cunku hem fiziki hem psixoloji xesteliklere sebeb olabiler. 

Amma siz ashiri duygusalliga bir ornek verebilersiz? Belke daha yaxsi anlayaram movzunu.

Ən yaxşı örnək elə Kafkanın metamarfoz əsəridir.Biz burda elə onu müzakirə edirdik.Mövzunun əvvəlində məzmun haqqında məlumat var.

Share this post

Link to post
Share on other sites
В 08.01.2019 в 23:32, NOIR сказал:

böcək ailə üzvlərini olduqları kimi sevib qəbul etmişdi.... amma o nədəsə, hardasa səhv etmişdi. nədə ? onun səhvi nə idi ? 

özüm öz sualıma cavab verim ) 

böcəyin ən böyük səhvi onda idi ki, o özünü digər insanların rəyindən asılı etmişdi. bunda başqa, həm də özünəhörməti və ləyaqəti itirmək üzrə idi.

  • Like 1

Share this post

Link to post
Share on other sites
В Sun Jan 13 2019 в 23:27, NOIR сказал:

özüm öz sualıma cavab verim ) 

böcəyin ən böyük səhvi onda idi ki, o özünü digər insanların rəyindən asılı etmişdi. bunda başqa, həm də özünəhörməti və ləyaqəti itirmək üzrə idi.

Söylədiyiniz bu fikirlərin əsərdə konkret olaraq yeri yoxdu.Amma əsər absurdizm janırında olduğu üçün yəqin ki, böcəyin keçmişini təxəyyüünüzdə yaratdınız. Maraqlı idi.Məndədə əlavə etməyə maraq yarandı. Cəmi bir cümlə.Başqalırınında içində özünə hörmət  və ləyaqət baxımından az aşın duzu olmayanlar var idi,ən azından həftədə bir gün.

Indi mən sizdən xahiş edirəm.Zəhmət olmasa bu mövzunu bağlayın.

Share this post

Link to post
Share on other sites
Guest
This topic is now closed to further replies.

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×