Jump to content
ekonomiks

Azərbaycan manatı sabitdir və bu sabitliyin kifayət qədər ciddi iqtisadi və maliyyə əsasları var

Recommended Posts

Son günlər mətbuat səhifələrində milli valyutamızın məzənnəsində kəskin dəyişikliklərin baş verəcəyinə dair fikirlər yer almağa başlayıb. Növbəti ilin dövlət büdcəsi zərfinin parlament müzakirələri zamanı maliyyə naziri Samir Şərifovun manatın məzənnəsi ilə bağlı söylədiyi fikirlərdən və bu günlərdə onun televiziya ilə çıxışı zamanı verdiyi açıqlamadan sonra mövzu daha geniş müzakirə predmetinə çevrilib. Əslində maliyyə nazirimiz təlaş yarada biləcək heç nə deməyib və onun səsləndirdiyi fikirlərdə narahatlıq üçün heç bir əsas yoxdur.
 
Yeri gəlmişkən, bir qədər əvvəl manatın məzənnəsinin tədricən yumşaldılması təklifi ilə mətbuat səhifələrində biz də çıxış etmişdik. Belə bir təklifi qonşu ölkələrdə milli valyutalar kəskin ucuzlaşmağa başladığı bir dövrdə səsləndirmişdik. Məlumdur ki, iqtisadiyyatın öz qanunları var, qonşu ölkələrdə milli valyutalar kəskin ucuzlaşırsa, bu ölkələrlə kifayət qədər ciddi ticarət əlaqələri olan dövlətlərin milli valyutalarına da təzyiqləri artır. Nəticədə həmin ölkələrdə də daxili istehsal və ixracat tədricən azalır. Məhz belə məqamlarda daxili istehsalın və ixracatın qorunması naminə milli valyutanın tədricən yumşalması istiqamətində zəruri addımlar atıla bilər. Bu, olduqca normal haldır və kəskin devalvasiya deyil. 
 
Bu gün Azərbaycan manatının kəskin ucuzlaşması üçün heç bir əsas yoxdur. Bu səbəbdən də devalvasiya həvəskarlarına bir qədər təmkinli olmağı və cəmiyyətdə panika yaratmamağı tövsiyə edirik. Azərbaycanın mövcud valyuta ehtiyatları və ölkənin bütövlükdə maliyyə dayanıqlığı elə bir səviyyədədir ki, buradan hər hansı bir kəskin devalvasiyaya yol yoxdur. Kimlərsə neftin qiymətlərinin son iki ayda bir qədər ucuzlaşmasını əlində bayraq edirsə, bunun da heç bir əsası yoxdur.
 
OPEK-in dekabrın 6-7- də Avstriyanın Vyana şəhərində keçirilən son toplantısında gündəlik neft hasilatının 1,2 milyon barel azaldılması haqqında qərar qəbul edildi. Neft bazarı artıq bir aydan çox idi ki, OPEK-dən belə bir addımın atılmasını gözləyirdi. Çünki gündəlik hasilatın bu qədər azalması neftin dünya bazarlarındakı qiymətlərini sabit saxlamaq üçün yetərlidir. Buna görə də devalvasiya həvəskarları neft amilini də əldə bayraq etmək imkanlarından məhrum olacaqlar.
 
Azərbaycan öz iqtisadi potensialına və maliyyə imkanlarına görə hazırda Cənubi Qafqaz bölgəsinin lider dövlətidir və apardığı sürətli iqtisadi islahatlara görə dünyanın diqqət mərkəzindədir. Ölkəmizdə aparılan düşünülmüş və hərtərəfli islahatlar Dünya Bankı və Beynəlxalq Valyuta Fondu kimi mötəbər maliyyə institutları tərəfindən yüksək qiymətləndirilir.
Ölkə parlamenti tərəfindən 2019-cu il üçün qəbul edilmiş dövlət büdcəsi və vergi islahatları zərfi gələn il Azərbaycan iqtisadiyyatının daha sürətlə inkişaf etdirilməsi üçün ciddi əsaslar yaradır. İslahatlar paketində qeyri-neft sektorunun sürətli inkişafını hədəfləyən və bu sahədə həm daxili, həm də xarici investorlara olduqca cəlbedici investisiya mühiti yaradan addımların növbəti ildə ölkə iqtisadiyyatına daxili və xarici mənbələr hesabına daha ciddi yatırımlar ediləcəyi inamını artırır.
 
Müstəqil Azərbaycan dövlətinin əldə etdiyi uğurları qara rəngdə görən və onlara ikili standartlar prizmasından yanaşaraq gərgin zəhmət hesabına qazanılan nailiyyətləri görmək istəməyənlərə Azərbaycan hökuməti, heç şübhəsiz, növbəti illərdə də aparacağı düşünülmüş islahatlarla və əldə edəcəyi layiqli nəticələrlə cavab verəcəkdir.
 
Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor
http://ekonomiks.az/manshet/1216-azerbaycan-manati-sabitdir-ve-bu-sabitliyin-kifayet-qeder-ciddi-iqtisadi-ve-maliyye-esaslari-var.html

Share this post


Link to post
Share on other sites

Не стала читать статью, заголовок красноречив и посему ... похоже будет скачок курса, но сначала поднятие цен, скачок и ещё раз поднятие цен.

Вот как-то так.

Share this post


Link to post
Share on other sites

Прошлый раз,перед падением маната,то же самое болтали.

В результате манат стал в 2-а раза дешевле,покупная способность граждан упала во столько же.

Share this post


Link to post
Share on other sites
3 часа назад, sfinks сказал:

Прошлый раз,перед падением маната,то же самое болтали.

В результате манат стал в 2-а раза дешевле,покупная способность граждан упала во столько же.

kechenilki camaata ders olmadi da, сами же себя накручивают, в теме о манате каждый второй твердит о девальвации, уже год как твердят, ну и гдеж она, не будет её, не будет пока цены на нефть не рухнут, а этому тоже не быть!!!

Edited by Sam Brag

Share this post


Link to post
Share on other sites
2 часа назад, Sam Brag сказал:

kechenilki camaata ders olmadi da, сами же себя накручивают, в теме о манате каждый второй твердит о девальвации, уже год как твердят, ну и гдеж она, не будет её, не будет пока цены на нефть не рухнут, а этому тоже не быть!!!

У нас цены растут в не зависимости от стоимости углеводородов на мировом рынке и никогда не падают, даже если нефть будет стоить дешевле водопроводной воды.

  • Facepalm 1

Share this post


Link to post
Share on other sites

Нефть поднялась- все подорожало!!

Нефть упала -опять рост Ценнн!

Чудооо

 

А По Телику:

А вы посмотрите на соседние страны.

У них уже давно, а мы только только.

Ай ай ай не хорошо 

Все поднимаем и точка

Share this post


Link to post
Share on other sites

Даже если что ажиотажа не будет. У миллета на еду и лекарства не хватает, не то что доллары покупать. А у кого когда то были свободные манаты уже давно поменяли. 

И еще совет правительству. Если вдруг денег не хватит чтобы курс маната поддержать - прижмите парочку зажравшихся чунушей типа Абеля, а конфискованное бросьте на стабилизацию.

 :secret:так и волки будут сыты и овцы целы)

  • Upvote 1

Share this post


Link to post
Share on other sites
12 hours ago, Zaur Ibrahimov said:

Кажется, скоро будет скачок.

следите за нефтью, пока нефть в цене в багдаде все спокойно

Share this post


Link to post
Share on other sites

USD məzənnəsinin artımı hər ilin sonunda təkrarlanan məntiqi hadisədir.

büdcə bağlanır, müxtəlif proyektlər üzrə qalıq borcları yekunlaşır, manat kütləsi artır, dövriyyə böyüyür. dövriyyəyə atılan manat əsasən xarici öhdəliklərin ödənilməsi üçün sərf olunduğundan, konvertasiya əməliyyatlarına tələbat artır. 

bu ilin sonuna rəsmi məzənnə artımı olmamalıdır. qara bazarda valyuta qıtlığı ilə əlaqədar artım olacaq. banklar tərəfindən marjada qazanmaq həvəsi olacaq. (həmişəki kimi )

Share this post


Link to post
Share on other sites

Mövzu "DNOTdan" Azəri bölməsinə köçürülüb. Azərbaycan dilindən istifadə edin. 

 

  • Like 1
  • Facepalm 1

Share this post


Link to post
Share on other sites

В соседней России Лексус 570 стоит 105000 долларов в салоне

Share this post


Link to post
Share on other sites

Столько шаблонных выражений.. Краткость сестра таланта

Share this post


Link to post
Share on other sites
On 15 בדצמבר 2018 at 8:07 AM, NOIR said:

USD məzənnəsinin artımı hər ilin sonunda təkrarlanan məntiqi hadisədir.

büdcə bağlanır, müxtəlif proyektlər üzrə qalıq borcları yekunlaşır, manat kütləsi artır, dövriyyə böyüyür. dövriyyəyə atılan manat əsasən xarici öhdəliklərin ödənilməsi üçün sərf olunduğundan, konvertasiya əməliyyatlarına tələbat artır. 

bu ilin sonuna rəsmi məzənnə artımı olmamalıdır. qara bazarda valyuta qıtlığı ilə əlaqədar artım olacaq. banklar tərəfindən marjada qazanmaq həvəsi olacaq. (həmişəki kimi )

Ehalinin ekseriyeti iqtsisadi cehetden - elementar olaraq savadsızdılar. Manatın mezenesinin neft ve onun qiymetine heç bir aidiyatı olmadığını - helede anlaya bilmek iqtidarında - deyirler... 1996-2004/cü illerde Azerbaycan neft ixracatından heç bir ciddi gelir elde etmirdi, ancaq manatın - dollara olan mezenesi çox stabil idi. Hetta 2004-2005/ci illerde manatın mezenesi dollara nisbeten çox güclü bahalaşmışdır. Gören bu "forum bankirleri" onda bunu nece izah ede bilerler? Menim fikrim beledir ki - heç bir devalvasiya baş vermeyecek. Merkezi bank, baş requlyator olaraq, 2015-ci ilden bu yana dövriyede olan manat kütlesini get-gede azaldır. Ehalinin ekseriyetinin artıq iki ile yaxın olar - gündelik telebatlarını ve komunal xerçleri ödemekden başqa, valyuta almaq üçün heç bir elave vesayiti qalmır. 2015-ci ilden ise ele hey şayeler gedir ki, Avropa oyunlarından sonra - devalvasiya baş verecek. He ne oldu? Baş verdi devalvasiya? Bu ajıotajdan ise, panikaya düşen ehaliye daha baha giymete dollar satan banklar olur - üç ildiki.

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×