Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Belə belə işlər...


NOIR

Recommended Posts

Bu mövzu "tanımadığımız tanışlar" silsiləsindəndir. Mən vaxtaşırı bu kanalı izləyirəm. 

Burada qəribə, maraqlı hadisələr, müxtəlif talelər barədə məlumatlar vardır.

Dünyagörüş üçün faydalıdır, həftəsonu oxu üçün də uyğundur, həmçinin...

 

Titrləri mətn olaraq özüm yığıram ki, informativ olsun.

 

Müzakirə etmək, fikir bildirmək olar əlbəttə ki... 

 

  • Like 1
  • Thanks 1
  • Upvote 3
Link to comment
Share on other sites

Sonuncu İran Şahı Məhəmməd Rza Pəhləvinin əslən azərbaycanlı olan xanımı Fərəh Pəhləvi

 

 

 

 

1938-ci il oktyabrın 14-də anadan olan Fərəh Tehranda və Parisdə təhsil alıb. 1959-cu ildə İran səfirliyində keçirilən tədbirdə Şahla tanış olur. Həmin il 24 yaşlı Fərəhlə 40 yaşlı Rza şahın toyu olur. Bu şahın üçüncu evliliyi idi. Varisi olmadığı üçün hər iki xanımından ayrılmışdı.

1960-cı ildə Fərəhin oğlu dünyaya gəldi. Daha sonra iki qızı və bir oğlu da doğuldu. 1967-ci ildə Fərəh Banuya tacqoyma mərasimi keşirildi. Ona "Şahbanu" titulu verildi. O dövrdə qadınlara belə titullar verilmirdi və bu hadisə böyük səs-küyə səbəb oldu. 1970-ci ildə Şah və Fərəh İranı müasirləşdirməyə başladılar...

Şah və Şahbanu Şərqin ən gözəl cütlüyü sayılırdı. 1972-cil ildə Fərəh Pəhləvi Azərbaycana dəvət olundu. Bakıda onun üçün dəbdəbəli mərasim təşkil edildi.

1979-cu ildə İran inqilabına görə Rza və Fərəh ölkəni tərk edirlər. Şahın ölümündən sonra Fəhər və uşaqları Misirdə, sonra isə ABŞ-da yaşayır. Fərəh bütün həyatını “Xatirələr” adlı kitabında toplayır. 2001-ci ildə Fərəhin 31 yaşlı qızı Leyla London otellərinin birində çoxlu yuxu dərmanı ilə initihar edir. 2011-ci ildə isə Fərəhin ikinci oğlu Əli Rza Bostonda intihar edir. 80 yaşlı Fərəh hazırda böyük oğlu ilə birgə Vaşinqtonda yaşayır.

İran emiqrantları Fərəh Pəhləvini hələ də “Şahbanu” adlandırır.

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Bakıda evində şir saxlayan ailənin faciəsi

 

 

 

 

Bakının memar ailəsi Berberovların xanımı Nina uşaqları ilə birlikdə zooparka gedir. Orada xəstə və tezliklə öldürüləcək şir balası görürlər. Ailə buna mane olur və onu himayəyə götürür. 100 kv.metrlik evlərində saxladıqları bu şir balasına “Kinq”- Kral adı verilir. Tezliklə bu xəbər bütün SSRİ-yə yayılır. Məlum olur ki bu ailə Bakıdakı evində Lyalya adlı puma, Çap adlı it və iki tutuquşu saxlayır.

Mediada daha da məşhurlaşan Kinq “Şir evdən getdi” , “Qız, oğlan və şir” , “Dədə Qorqud”, “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri” kimi məşhur filmlərdə çəkilməyə başlayır. Bu çəklişlər zamanı Kinqin bütün “kaprizləri” nəzərə alınır, onun üçün ayrıca şərait qurulur. Hətta ailənin ixtiyarına bir məktəb binası da verilir. Kinqin rahat olması üçün onu məktəb binasının idman zalında yerləşdirirlər. Bir gün burada nəzarətsiz qalan Kinq yoldan ötən bir şəxsin üstünə hücum edir və öldürülür...

Nina Berberova : “İlk güllədən sonra King həmin gəncdən aralansa da, milis işçisi o ölənə kimi atəş açmağa davam etmişdi” Hətta Çap adlı it bu itkiyə dözmür. Bir həftədən sonra ölür. Hadisənin məyusluğu bütün ölkəyə yayılır. Moskva ziyaylıları pul toplayaraq Berberovlar ailəsinə yeni şir balası hədiyyə edirlər. Yeni bala Kinq 2 adlandırılır.

Amma 1978-cil ildə ailə başçısının vəfatından sonra şiri evdə saxlamaq çətinləşir. Birincidən daha aqressiv olan bu şir “Mənim şirim var” adlı filmin çəkilişləri zamanı rejissorun ayağını dişləyir, operatorun barmağını qoparır. Nina onu heyvanxanaya vermək istəsə də, buna imkan olmur... 1980-cil ildə 24 noyabr tarixində evə gələn Nina Kinqin çox narahat olduğunu görür. Ona yemək hazırlayarkən şir qəfil onun üzərinə atlanır, Ninanı yaralayır. Köməyə gələn oğlu 14 yaşlı Romanı parçalayır. Həmin vaxt hadisə yerinə gələn milis işçiləri Kinqi və qorxub qaçmağa çalışan pumanı öldürürlər. Nina Berberova uzun müddət müalicə alır.

Nina Berberova : “Kinq2-yə qarşı kin bəsləmirəm, axı o heyvandır, insan deyil və nə etdiyini anlamayıb. Təkcə bir şeyə görə, oğlum Romanı qoruya bilmədiyim üçün özümü bağışlaya bilmirəm. “

  • Like 1
Link to comment
Share on other sites

Atatürkün “Kraliça” adını verdiyi Dünya gözəli

 

 

 

O 1932-ci ildə Türkiyənin ilk “Dünya gözəli” seçilsə də, bunu qalibiyyət yox, “Avropanın Osmanlıdan alıdığı qisas” kimi qiymətləndirirlər.

1922-ci ildə Osmanlı imperiyasının süqutundan sonra Atatürk Türkiyədə qadın hüquqları ilə bağlı yeniliklər edir. Cümhuriyyət qəzeti isə ölkədə hər il Gözəllik müsabiqəsi təşkil edir. Ziyalı ailəsindən olan və abxaz əsilli Keriman Halis 1932-ci ildə bu müsabiqədə Türkiyə gözəli seçilir və Belçikada keşirilən Beynəlxalq “Dünya gözəli” müsabiqəsinə göndərilir. Müsabiqədə 27 ölkədən olan qız iştirak edirdi. Münsiflər səs vermək üçün toplaşan zaman münsiflərin sədri səhnəyə çıxaraq Osmanlını alçaltmağa çalışır : “Fransızlara rəqs etməyi qadağan edən möhtəşəm Sultan Süleymanın nəvəsi çimərlik geyimində hazırda qarşımızda dayanıb”. Keriman isə buna cavab olaraq səhnəyə türk bayrağı olmadan çıxmayacağını deyir. Məclisdə Türkiyə bayrağı tapılmır və qırmızı atlasdan bayraq hazırlanır. Keriman Halis yalnız bundan sonra insanların qarşısına çıxır.

Amma münsif sədrinin çıxışı Türküyədə işıqlandırılmır. Kerimanın qalibiyyəti Avropa mediasında siyasiləşdirilir və “Osmanlı qızının son vəziyyəti” “Osmanlını bu hala saldıq” başlığı ilə dərc edilir.

Keriman Halis öz ölkəsində qəhrəman kimi qarşılanır. Sonradan Atatürk Kerimana “Ece” – Kraliça soyadını bəxş edir. Bu hadisə Yaponiya dərsliklərinə “Keriman Halis hadisəsi” kimi salınır. Abxaziya ərazisində açılan ilk gözəllik salonuna Kerimanın adı verilir.

Kerimanın səsverməsiz Dünya gözəli seçilməsi heç yerdə işıqlandırılmasa da, bu qalibiyyət Türkiyə xalqı tərəfindən “Avropanın Osmanlıdan intiqamı” kimi qiymətləndirildi. Həmin ildən etibarən 1951-ci ilə qədər Türkiyədə rəsmi və qeyri-rəsmi qurumlar tərəfindən gözəllik müsabiqəsi keçirilmədi.

Edited by NOIR
  • Like 1
Link to comment
Share on other sites

В 12.11.2018 в 17:23, ceylin сказал:

 Bu mövzuda offtop olacaq, amma bu da maraqlı əhvalatdır həmin şirlə bağlı:

vəhşilik yırtıcının xilqətindədir ..

"mən də südlə böyümüşəm, amma əti də məmnuniyyətlə yeyirəm" (c)  )) sitat 

əla rolikdir, əsil həftəsonu əhvallıdır ) 

hələ izləyirəm ....

Link to comment
Share on other sites

 
lg.php?bannerid=0&campaignid=0&zoneid=89

Bağırov dünyalarca sevdiyi qadını necə öldürdü?

1410715697mircefer.jpg

Mircəfər Bağırovun sevgisi haqqında maraqlı məlumatlar üzə çıxıb. Onun ilk əsl sevgisi görkəmli pianoçu və maarifçi Xədicə Qayıbova olub.

Xədicə xanım heç vaxt M.Bağırova "hə" cavabını verməyib. Buna görə də o ömrünü əzablar içində başa vurub.

X.Qayıbova 3 dəfə ərə gedib, ərləri Bağırov tərəfindən yox edilib. Nəhayət, Bağırov Xədicə xanımın özünü də həbs etdirib. Həbsdə Bağırov sonuncu dəfə ona "hə" cavabını verməsini istəyirb. Lakin "yox" deyən Qayıbovanı Bağırov öz əlləri ilə güllələyib və hamının qarşısında hönkür-hönkür ağlayıb.

1953-cü ildə Xədicəyə bənzədib sevdiyi evli qadın Qəmər Əlizadə Bağırovun məhkəməsində şahid kimi ifadə verib. Məhkəmənin hakimi Bağırovdan akademik Ələşrəf Əlizadənin həyat yoldaşı Qəmər xanıma niyə əziyyətlər verdiyini soruşanda Bağırov cavab verib:

- Mən onu sevirdim...

  • Like 1
Link to comment
Share on other sites

15 часов назад, NOIR сказал:
 
lg.php?bannerid=0&campaignid=0&zoneid=89

Bağırov dünyalarca sevdiyi qadını necə öldürdü?

 

Mircəfər Bağırovun sevgisi haqqında maraqlı məlumatlar üzə çıxıb. Onun ilk əsl sevgisi görkəmli pianoçu və maarifçi Xədicə Qayıbova olub.

Xədicə xanım heç vaxt M.Bağırova "hə" cavabını verməyib. Buna görə də o ömrünü əzablar içində başa vurub.

X.Qayıbova 3 dəfə ərə gedib, ərləri Bağırov tərəfindən yox edilib. Nəhayət, Bağırov Xədicə xanımın özünü də həbs etdirib. Həbsdə Bağırov sonuncu dəfə ona "hə" cavabını verməsini istəyirb. Lakin "yox" deyən Qayıbovanı Bağırov öz əlləri ilə güllələyib və hamının qarşısında hönkür-hönkür ağlayıb.

1953-cü ildə Xədicəyə bənzədib sevdiyi evli qadın Qəmər Əlizadə Bağırovun məhkəməsində şahid kimi ifadə verib. Məhkəmənin hakimi Bağırovdan akademik Ələşrəf Əlizadənin həyat yoldaşı Qəmər xanıma niyə əziyyətlər verdiyini soruşanda Bağırov cavab verib:

- Mən onu sevirdim...

   Xədicə xanım haqqında daha əvvəllər oxumuşdum,təəccüb doğurmuşdu doğrusu, amma Qəmər xanım haqqında məlumat yenilik oldu:wow1: Sevgiyə bax..., belə qəddarcasına davranışlarının adını "sevgi" qoyub  demək, şirin sevgisindən fərqli deyilmiş heç..((

 

 

Link to comment
Share on other sites

Əhməd Cavad mövzusunun davamı olaraq, sevgi və sədaqət timsalı kimi Şükriyyə xanım haqqında olan video-məlumatı da əlavə etmək istədim buraya. Baxarkən çox təsirlənmişdim bu hüzünlü həyat hekayəsinə :(  Bu kimi insanların tariximizin səhifələrində - xüsusilə şərəfli həyat mübarizələri ilə öz yerlərini tutması ayrıca qürur vericidir. Allah rəhmət eləsin..

 

 

 

Şükriyyə xanımın TRT İNT kanalına müsahibəsi:

 

 

  • Like 1
Link to comment
Share on other sites

В 11.11.2018 в 17:58, NOIR сказал:

Sonuncu İran Şahı Məhəmməd Rza Pəhləvinin əslən azərbaycanlı olan xanımı Fərəh Pəhləvi

1938-ci il oktyabrın 14-də anadan olan Fərəh Tehranda və Parisdə təhsil alıb. 1959-cu ildə İran səfirliyində keçirilən tədbirdə Şahla tanış olur. Həmin il 24 yaşlı Fərəhlə 40 yaşlı Rza şahın toyu olur. Bu şahın üçüncu evliliyi idi. Varisi olmadığı üçün hər iki xanımından ayrılmışdı.

1960-cı ildə Fərəhin oğlu dünyaya gəldi. Daha sonra iki qızı və bir oğlu da doğuldu. 1967-ci ildə Fərəh Banuya tacqoyma mərasimi keşirildi. Ona "Şahbanu" titulu verildi. O dövrdə qadınlara belə titullar verilmirdi və bu hadisə böyük səs-küyə səbəb oldu. 1970-ci ildə Şah və Fərəh İranı müasirləşdirməyə başladılar...

Şah və Şahbanu Şərqin ən gözəl cütlüyü sayılırdı. 1972-cil ildə Fərəh Pəhləvi Azərbaycana dəvət olundu. Bakıda onun üçün dəbdəbəli mərasim təşkil edildi.

1979-cu ildə İran inqilabına görə Rza və Fərəh ölkəni tərk edirlər. Şahın ölümündən sonra Fəhər və uşaqları Misirdə, sonra isə ABŞ-da yaşayır. Fərəh bütün həyatını “Xatirələr” adlı kitabında toplayır. 2001-ci ildə Fərəhin 31 yaşlı qızı Leyla London otellərinin birində çoxlu yuxu dərmanı ilə initihar edir. 2011-ci ildə isə Fərəhin ikinci oğlu Əli Rza Bostonda intihar edir. 80 yaşlı Fərəh hazırda böyük oğlu ilə birgə Vaşinqtonda yaşayır.

İran emiqrantları Fərəh Pəhləvini hələ də “Şahbanu” adlandırır.

Bu xəbərlə bağlı mən də kiçik bir hadisəni danışım offtop olmasın..

Daxili turlara avtobusla getməyi sevirəm..Bele turların birində bir yaşlı müəllimə ilə həmsöhbət oldum..

Söhbət tarixi adlardan düşdü..Müəllimə dedi ki nəvəmin adını Şahbanu qoymuşam..Və bu adın tarixçəsin danışdı mənə..Dedi Fərəh xanımı facebook vasitəsiylə tapdım..onunla danışdım və nəvəmı onun titulunu ad kimi qoyduğumu dedim..indi də Fərəh xanımla ara-sıra əlaqə saxladığını dedi..İndi burda Şahbanu haqqında tam məlumat almış oldum..Təşəkkür edirəm məlumata görə..

  • Like 2
Link to comment
Share on other sites

11 час назад, Гулливер сказал:

Bu xəbərlə bağlı mən də kiçik bir hadisəni danışım offtop olmasın..

Daxili turlara avtobusla getməyi sevirəm..Bele turların birində bir yaşlı müəllimə ilə həmsöhbət oldum..

Söhbət tarixi adlardan düşdü..Müəllimə dedi ki nəvəmin adını Şahbanu qoymuşam..Və bu adın tarixçəsin danışdı mənə..Dedi Fərəh xanımı facebook vasitəsiylə tapdım..onunla danışdım və nəvəmı onun titulunu ad kimi qoyduğumu dedim..indi də Fərəh xanımla ara-sıra əlaqə saxladığını dedi..İndi burda Şahbanu haqqında tam məlumat almış oldum..Təşəkkür edirəm məlumata görə..

offtop niyə olur ki ) hər şey qadasındadır..söz sözü çəkir.

sizi də xoş gördük, Qulliver )

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

  • 3 weeks later...

“O bəxtəvər bəstəkara dərin salamımı yetirin”

 

“Cücələrim” kəliməsini eşidəndə uşaqdan böyüyə hər birimizin xatirəsində sevimli bəstə canlanır. Artıq 70 ilə yaxındır ki, bu bəstə ilə nəsillər yetişir, böyüyür. Ona olan sevgi, istək isə nə azalır, nə də dəyişir.

 

“Cücələrim” Azərbaycan mədəniyyətini dünyaya tanıdan ən məşhur əsərlərdən biridir. Bu mahnı ilə bağlı deyilmiş və bilinməyən bir sıra məqam var. Məsələn, o yazılandan düz 10 il sonra məşhurlaşıb.
Hər şey isə belə başlayıb. 1949-cu ildə bəstəkar Qəmbər Hüseynli çoxsaylı uşaq şeirlərinin müəllifi Tofiq Mütəllibova bir musiqi dinlədir və xahiş edir ki, ona söz yazsın. Tofiq Mütəllibov sözləri yazıb, bəstəkara təqdim edir.
Maraqlısı odur ki, bu mahnının ilk ifaçısı Muğam Teatrının indiki direktoru Arif Qazıyev olur.
Lakin mahnı yazıldığı tarixdən düz 10 il sonra, 1959-cu ildə məşhurlaşır. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında “Cücələrim”i məşhur aktrisamız, rəssam-florist Suğra Bağırzadə oxuyur. Bununla da, əsərin ulduzu parlayır və qısa zamanda dillər əzbərinə çevrilir. Tezliklə, “Cücələrim” sovetlər məkanını aşaraq bütün dünyaya yayılır.

Məşhur sovet cizgi filmi “Nu, poqodi!”nin bir bölümündə isə “Cücələrim” sədaları orijinal variantda səslənir.
Bu gün sevilən uşaq mahnısı 100-dən çox dilə tərcümə olunub. Unudulmaz bəstə “Dünyanın ən yaxşı uşaq mahnıları” albomuna daxil edilib.


Mahnının tarixi ilə bağlı ən maraqlı faktlardan biri də Çarli Çaplinin adı ilə bağlıdır. Məlumata görə, ötən əsrin 50-ci illərində Azərbaycanın bir qrup kino nümayəndəsi Fransaya dəvət alır. Vətənimizin kino xadimləri həmin tədbirdə iştirak edən dünya kinosunun məşhur ulduzu Çarli Çaplinlə də görüşürlər. Çaplin qonaqların haradan gəldiklərilə maraqlanır. Həmyerlilərimiz Azərbaycanın adını çəkəndə, dünyaşöhrətli aktyor dərhal piano arxasına keçib, “Cücələrimi” ifa edərək, deyir: “O bəxtəvər bəstəkara dərin salamımı yetirin”.

Edited by NOIR
  • Like 1
Link to comment
Share on other sites

41 минуту назад, Igolka сказал:

Bu kanalı face- de izleyirem.Çox maraqlı melumatlarla zengin sehifedir.

Qurucularını alqışlayıram.

Noie siz de gözel düşünüb buraya daşımısınız sehifeni.

) xoş gördük sizi, İqolka

bizdə facebook adlı möcüzə yoxdur, düzü )) amma kanal həqiqətən də maraqlı alınıb, cəlb edir. 

bu mövzuda kanalın əhatə etmədiyi digər tarixi faktlar, maraqlı hadisələr barədə paylaşmaq, yazmaq olar, həmçinin

Link to comment
Share on other sites

17 часов назад, Metropolitik сказал:

Son 3 ilde forumda gorduyum en faydali movzu.

Təşəkkürlər Noir.

 

)) xoşbəxt insansız ki.... amma mən son 3 ayda o qədər faydasız mövzu görmüşəm, yəqin ki, sonrakı 30 ildə belə bir təəssürat əldə etməyəcəyəm )  (bizim bölməni nəzərdə tutmuram haa)

nəsə bu dəfə həvəssiz gəlmisiz, bir səbəbmi var ? )

mövzuya töhvəniz nə olacaq bəs ? 

Edited by NOIR
Link to comment
Share on other sites

6 часов назад, Гулливер сказал:

Xoş gördüm sizi və digər yoldaşları..Mövzu üçün təşəkkür..çox maraqla oxuyuram yazılarınızı..Davamı gəlsin inşallah..

aktiv müşahidəçi qalmaq istəyirsiz, bir sözlə )

Link to comment
Share on other sites

On 12/11/2018 at 7:42 PM, NOIR said:

)) xoşbəxt insansız ki.... amma mən son 3 ayda o qədər faydasız mövzu görmüşəm, yəqin ki, sonrakı 30 ildə belə bir təəssürat əldə etməyəcəyəm )  (bizim bölməni nəzərdə tutmuram haa)

nəsə bu dəfə həvəssiz gəlmisiz, bir səbəbmi var ? )

mövzuya töhvəniz nə olacaq bəs ? 

vaxtim olduqca sizin postlari oxuyuram. yazmaga o qeder de vaxt olmur.

Link to comment
Share on other sites

  • 2 months later...
  • 2 weeks later...
Onda mende olum aktiv istifadeçi)
Azərbaycan forumun'da aktiv istifadəçi yoxdur.
Aktiv olanı'da,passiv edirlər [emoji17]
Yəni bir mövzuda verilən bir suala, aylar, günlər keçəndən sonra cavab almaq olar.
  • Upvote 1
Link to comment
Share on other sites

В 26.3.2019 в 18:06, Bamiya сказал:

Azərbaycan forumun'da aktiv istifadəçi yoxdur.
Aktiv olanı'da,passiv edirlər [emoji17]
Yəni bir mövzuda verilən bir suala, aylar, günlər keçəndən sonra cavab almaq olar.

Çox fikirləşirikdə, istəyirik ki yaxşı-yaxşı, ətraflı, ölçüb-biçəndən sonra cavab verək suallara)) Ona görə belə fasilələr yaranır:wink:

Link to comment
Share on other sites

  • 3 weeks later...

Mövzunun müəllifi @NOIR - ə çox böyük minnətdarlığımı bildirmək istəyirəm, çünki ədəbiyyatımızın, musiqimizin, tariximizin, azərbaycanlılığımızın qədrini və dəyərini bilən insanların hələdə var olduğunu bir daha təsdiqlədi.

 

Təşəkkür edirəm mövzuda iştirak edən hər birinizə . Allah razı olsun! 

 

"Belə-belə işlər" səhifəsini çox sevirəm , və bəzən videolara baxanda o qədər təsirlənirəm ki, onu hərkəslə bölüşmək istəyirəm, ilk növbədə də evladlarımla, onların mütləq şəkildə bu ruhda böyümələrini istəyirəm.

 

Mənə çox təsir edən videolardan biri də bu gənc haqqında olan çarx idi...

O qədər qürurlandım ki, sevindim ki, bizim belə gənclərimiz var! Muasir, təhsilli, tarixini bilən, Azərbaycan dilində bu gədər mükəmməl danışan. Əhsən səni böyüdən, sənə tərbiyyə verən valideyinlərə !

 

 

Edited by Nаtака
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Баку начинается строительство новой дороги
      С учетом перспективного развития города Баку Государственным агентством автомобильных дорог Азербайджана дается старт строительству новой автомобильной дороги от улицы Гасана Алиева до станции метро «Кероглу», параллельно проспекту Зии Буниядова.
      Об этом сообщили в госагентстве.
      Общая длина шестиполосной дороги составит 3896 метров с шириной полос 3,5 метра. На дороге будут построены четыре тоннеля и три подземных пешеходных перехода.
      В настоящее время от метро «Улдуз» в направлении улицы Алескера Гаибова ведутся работы по транспортировке тяжелой техники и оборудования на территорию.
      https://media.az/society/v-baku-nachinaetsya-stroitelstvo-novoj-dorogi
        • Upvote
        • Like
      • 29 replies
    • В Баку выставлена на продажу квартира по фантастической цене - ФОТО
      В Баку выставлена на продажу квартира по фантастической цене.
      Как сообщает Oxu.Az, соответствующая информация распространена на сайтах объявлений.
      Так, девятикомнатную квартиру площадью 555 кв.м предлагают покупателям за 12 млн манатов.
        В объявлении упоминается, что на указанном этаже расположена только одна квартира и соседей не будет.
      https://ru.oxu.az/society/866997
        • Confused
        • Haha
      • 96 replies
    • Где выгоднее отдыхать: в Азербайджане или за рубежом? - ОПРОС
      Baku TV провел опрос среди жителей столицы с целью узнать, где, по их мнению, выгодно отдыхать: в Азербайджане или за рубежом.
      Большинство участников опроса предпочло потратить деньги на отдых за границей.
      «Проживание в наших гостиницах обойдется в три раза дороже», - сказал один из опрошенных.
      Между тем сотрудники туристических компаний также отметили, что цены на отели за границей практически такие же, как у нас, а в некоторых случаях даже ниже.
      «Например, стоимость недельного тура на одного человека в Габалу начинается от 700 манатов. А тур на тот же период в Грузию обойдется от 500 манатов», - сказал один из них.
       
        • Haha
        • Like
      • 109 replies
    • Отомстил отцу за избиение матери: жуткие подробности убийства брата главы ИВ Лянкярана

      Долгое время подробности этого жуткого происшествия не разглашались ни во время следствия, ни в ходе судебного процесса. Судьи решили, что слушания должны проходить в закрытом режиме, без допуска СМИ.
      Однако Qafqazinfo удалось выяснить некоторые детали этой семейной трагедии. Согласно материала
        • Sad
      • 35 replies
    • Депутат: Некоторых женщин убивают за то, что они не считают мужей главой семьи
      В последнее время в Азербайджане растет число женщин, убитых своими мужьями.
      По данным расследования Bizim.Media, за последние два месяца Генеральная прокуратура зарегистрировала около 10 фактов убийства женщин их супругами. Эта печальная статистика актуализирует вопрос о необходимости прохождения парами психологического анализа перед вступлением в брак.
      Между тем заместитель председателя комитета по правам человека Милли Меджлиса Таир Керимли в своем заявлении Bizim.Media отметил, что не испытывает оптимизма относительно идеи обязательного психологического анализа для пар перед свадьбой.
      «Прохождение медицинского осмотра перед браком обязательно, поскольку только так можно выявить скрытые заболевания. Но психологический анализ в Азербайджане не применяется, да и за рубежом такой широкой практики нет, и то лишь в добровольном порядке», - отметил депутат.
      Что касается женщин, убитых мужьями, Таир Керимли полагает, что это происходит из-за вопросов чести.
      «Одна из главных причин заключается в том, что некоторые дамы, прикрываясь гендерным равенством, создают образ сильной женщины и не считают мужей главой семьи, а некоторые и вовсе идут по плохому пути. То есть зачастую убийства женщин происходят из-за вопросов чести», - сказал он.
      Депутат призвал стремиться к построению чистого общества, чтобы никому даже в голову не приходило сворачивать на плохой путь.
      «В советское время тоже были случаи убийства женщин мужьями на почве ревности. В любом случае я не поддерживаю идею применения психологического анализа перед браком на законодательном уровне. Это будет своего рода унижением для пары: как будто мы проверяем, в своем ли они уме», - заключил Т.Керимли.
      https://media.az/society/deputat-nekotoryh-zhenshin-ubivayut-za-to-chto-oni-ne-schitayut-muzhej-glavoj-semi
        • Facepalm
        • Confused
      • 54 replies
    • В районе метро Гара Гараева продаётся объект под новостройкой
      В Низаминском районе,около станции метро Г.Гараева, под новостройкой на 1-м этаже (18/1) продается объект общей площадью 65 кв.м. Очень интенсивный пешеходный и автомобильный трафик. Имеются все условия, развитая инфраструктура, паркинг и т.д. Все документы в порядке, купчая на нежилое помещение.Оплата 1%.   Цена 550000  манат     0552522225
      • 0 replies
    • Можно ли использовать пенсионные накопления до выхода на пенсию?
      Пенсионный возраст в Азербайджане является предметом многочисленных дискуссий.
      Для мужчин он составляет 65 лет, для женщин – 63,5 года. Возрастной предел для женщин увеличивается на шесть месяцев каждый год, начиная с 1 июля 2017 года. В 2027-м возраст выхода на пенсию для мужчин и женщин будет одинаковым - 65 лет.
      Как долго гражданин может прожить после выхода на пенсию - никто не знает. Таким образом, накопленный за годы работы пенсионный капитал можно будет получать в лучшем случае 10-15 лет.
      Почему мы не можем использовать накопления раньше, чем выйдем на пенсию? Обязательно ли нам ждать 65 лет, чтобы воспользоваться своим правом?
      Подробнее об этом - в сюжете İTV:
      https://media.az/society/mozhno-li-ispolzovat-pensionnye-nakopleniya-do-vyhoda-na-pensiyu
        • Like
      • 53 replies
    • AstraZeneca признала, что ее вакцина от COVID-19 может спровоцировать тромбоз
      Компания AstraZeneca признала, что ее вакцина против COVID-19 может вызвать редкое, но смертельное нарушение свертываемости крови.
      Фармацевтический гигант уже столкнулся с огромным количеством исков, поданных близкими тех, кто получил серьезные заболевания или умер в результате инъекции, сообщает Daily Mail.
      Отмечается, что юристы, представляющие десятки коллективных исков, говорят, что стоимость некоторых дел их клиентов может достигать 25 миллионов долларов (42,5 млн манатов), и настаивают на том, что вакцина фармацевтической фирмы является дефектным продуктом.
        Подчеркивается, что AstraZeneca в феврале признала, что ее вакцина может в очень редких случаях провоцировать состояние, называемое тромбозом с синдромом тромбоцитопении или TTS. Он может вызвать у пациентов образование тромбов, а также низкое количество тромбоцитов, что в некоторых случаях серьезно навредило тем, кто воспользовался вакциной, или даже привело к летальному исходу.
      Потенциальное осложнение было указано в качестве возможного побочного эффекта с момента выпуска вакцины, но признание AstraZeneca в феврале стало первым случаем, когда фармацевтический гигант сделал это в суде, сообщает Telegraph.
       
        • Facepalm
        • Confused
      • 452 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...