Jump to content
NOIR

Göyçayda Nar festivalı

Recommended Posts

Göyçayda XIII Nar festivalına start verilib.

 

 

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival iştirakçıları günboyu nar məhsullarının sərgi-yarmarkasına baxacaq, rayon mədəniyyət evinin musiqi kollektivi, məktəblilərdən ibarət mahnı və rəqs qrupları, kəndirbaz və idmançılar bayram tədbirində çıxış edəcəklər. Tədbir zamanı nar ilə bağlı müxtəlif müsabiqələr, oyunlar keçiriləcək. Qonaqlar əl əməyi ilə yüksək ustalıqla hazırlanacaq nar şirəsinin, nar şərabının, nardançanın, gilələnən narın dadına baxacaq, ən böyük nar nümayiş olunacaq.

 

 

Qeyd edək ki, müxtəlif turizm şirkətləri noyabrın 3-4-də Bakı şəhərindən Göyçaya endirimli qiymətlərlə tur-aksiyalar keçirirlər. Turistlər rahat nəqliyyat vasitələri ilə Göyçaya gələrək rayonun gəzməli-görməli yerləri ilə tanış olacaq, bayram tədbirinə qatılacaq, satış-yarmarkalarında nar məhsullarının dadına baxmaq və onları almaq imkanı qazanacaqlar.

 

 

 

 
1 / 18
 
 
 

1509815707_7.jpg

1541260702123040935_1000x669.jpg

  • Like 1

Share this post


Link to post
Share on other sites

 

2019-cu ildə Azərbaycanda nar məhsullarının istehsalı üçün böyük bir kompleksin tikilməsi planlaşdırılır.

 

 

"Kompleksin 4 müəssisədən ibarət olacağı gözlənilir: nar şirəsi, konsentrat, toxum və nar qabığı emalı üzrə. Biznes plana əsasən kompleksin ümumi dəyəri 25 milyon manat təşkil edir. Tikintiyə 2019-cu ildə başlamaq, 2021-ci ildə isə onu yekunlaşdırmaq planlaşdırılır", - deyə birliyin rəhbəri bildirib.

Qaraşovun sözlərinə görə, nardan alınan məhsulların növlərini artırmaq vacib məsələdir: "Bu, həmin sahədə ixrac potensialının artırılmasına kömək edəcək. Nardan şirələr, spirtli içkilər, narşarab almaq mümkündür. Nar qabığı və toxumlarından alınan yağ, kosmetoloji və əczaçılıq istehsalında istifadə olunur. Yəni qalığı olmayan məhsuldur 

https://az.trend.az/azerbaijan/society/2909004.html

 

 

864.jpg

  • Like 1

Share this post


Link to post
Share on other sites

hələ ki, geniş nar ixracatı başlamayıb, bu faydalı meyvədən doyunca dadın ) bundan belə nar qıtlığı gözlənilir

  • Like 1

Share this post


Link to post
Share on other sites

Meyvələrdən üç meyvə var
Üçü də, balam yeməli.
Biri alma, biri heyva, biri nar
Alma sənin, heyva da sənin,
Nar mənim, balam, Nar mənim)

Bu xalq mahnısına uşağlıgımda babamla birgə qulaq asanda, hər dəfə eyni sualı verirdim babama)
Baba niyə almanı, heyvanı yemir pay verir, narı isə özünə saxlayır?))
Babam cavabında söyləyərdi...
Nar sənə bənzəyir, xeyirlisən,şirin, dadlısan,min dərdə dərmanımsan
İndi söylə görüm kim səndən imtina edə bilər?! Heç kim! Qədim zamanlardan şərqdə nar bütün meyvələrin şahı sayılır.Nəvəni narla müqayisə edib babam,və onun dediklərini zamanla anladım, yəni nəyi nəzərdə tutduğunu.
Xalqımız'da mahnı qoşub oxuyub. Deməli yaxşı bilirik xeyirlisi nardı, özümə saxlayım)

  • Like 1

Share this post


Link to post
Share on other sites

Bu il heveslenib gedecekdim) sehhetim imkan vermedi..

Share this post


Link to post
Share on other sites

Əla.Dama-dama göl olar.Deməli bu sahəyədə 25 milyon vəsait ayrılıb müəssisələr tikiləcək. 

Prezident çıxışlarının birində qeyd edirdi ki, biz rentabelli olmayan sahələrədə vəsait ayırıb inkişaf etdirməliyik.Bu həm əhalinin məşğulluğu baxımından,həmdə ərzaq təhlükəsizliyi baxımından faydalıdlr.

Təki yaxşı olsun. 

  • Upvote 1

Share this post


Link to post
Share on other sites
On 11/4/2018 at 8:52 AM, NOIR said:

hələ ki, geniş nar ixracatı başlamayıb, bu faydalı meyvədən doyunca dadın ) bundan belə nar qıtlığı gözlənilir

bu il qarpız defisiti yaşadıq ,Nara da onun kimi həsrət qalacayıq deyəsən

  • Upvote 1

Share this post


Link to post
Share on other sites

Azərbaycanda xarici bir Kardıoloq fəaliyyət göstərirdi. Deyirdi ki, sizin bəxtiniz işləyib, nar kimi unikal bir meyvəniz var. Yanıma xolestrol problemli ilə gələn xəstələrə dərman yazmıram deyirəm ki, gedin bol- bol nar yeyin. 

 

Nar ən sevdiyim meyvələrdəndi, bircə təmizlənməsi əldə iz qoymasaydı)) Nar əzməsiz baliq yeməklərini heç təsəvvür etmirəm. Əladı,bəh-bəh

 

Amma nar dənələrindən festivalda  mənasız fiqurlar düzəldəndə hədərə getdmiş nar dənələrinə heyfim gəlir. Bu dəfə nə əcəb düzəltməyiblər?, yuxarıda şəkillərdə görmədim

  • Like 1

Share this post


Link to post
Share on other sites

Mən heç cür gedim iştirak edə bilməmişəm,amma eşitmışəm ki maraqlı olur.

 

Şəkildə xanımlar təbii narşərab hazırlayır, çox çətin iş prossesi var, amma dadının da əvəzedicisi yoxdur.

 

Nar kəsimi, bilməyənlər üçün )

 

 

 

  • Like 1

Share this post


Link to post
Share on other sites
В 05.11.2018 в 14:58, fikus elastica сказал:

bu il qarpız defisiti yaşadıq ,Nara da onun kimi həsrət qalacayıq deyəsən

bu ilki qarpızlar dadsız idi (

Share this post


Link to post
Share on other sites
On 11/9/2018 at 12:01 AM, NOIR said:

bu ilki qarpızlar dadsız idi (

dadlıları daşayıb aparmışdılar Rusiyaya , dadsızlar qalmışdı bizə((

Share this post


Link to post
Share on other sites
On 11/5/2018 at 3:04 PM, fikus elastica said:

Nar ən sevdiyim meyvələrdəndi, bircə təmizlənməsi əldə iz qoymasaydı)) Nar əzməsiz baliq yeməklərini heç təsəvvür etmirəm. Əladı,bəh-bəh

İndi təmizləməyə ehtiyac yoxdur, Nar sixan alın iki yerə bölüb sıxın, naharda yemekle yaxshi gedir. Təmizləyəndə isə qabğını qaşıqla döyüb açmaq olur sonra dənələri özü tökülür. 

Edited by plotophyte

Share this post


Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

×