Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Azərbaycanda milli ideologiyalar. SİZ hansına aidsiniz???

Recommended Posts

12 минуты назад, Slay сказал:

Biz "Lazım" kişini gözlüyürük .)

Yəni lazım gələrsə biz yaxşı ola bilərik. Amma hələki lazım gəlmir. 

Lazım məsuliyyəti bölüşdürmək üçündür ? )

Link to comment
Share on other sites

8 часов назад, fikus elastica сказал:

Məktəb vaxtı qaraladığım xüsusiyyətə görə müəllimlər tərəfdən "demaqoq" damğası almışdım . Zamanla, siz deməli bunun fayda gətirmədiyini, əksinə hədsiz enerjimi aldığını gördüm. Haqlı olduğun halda heç kəs tərəfindən dəstəklənməmək və ya çox az qism tərəfindən dəstəklənmək adamı lap həvəsdən salır. İnsanlarda birlik və qruplaşma çox zəif olduğundan (qorxudan- rahat şəraiti itirmək qorxusu) artıq laqeyd qalmağı bacarmayan da yorulur və etinasız davranmağa başlayır , sadəcə seyrici mövqeyinə qoşulur(((

demək ki, həmişə haqq-ədalət axtrışında olmusuz )

düz deyirsiz, meydanda tək qalmaq aqibəti insanı həvəsdən sala bilər. amma siz yenə də nikbin olun. dəstəklənməmək yaxud bir qism tərəfindən dəstəklənməyin səbəbi bilirsizmi nədir ? ... elə bilirsiz, hər kəsdə təhlil etmək bacarığı var ? ) məgər hər kəs əyrini düzdən seçə bilir ? ətbəttə ki yox. hər kəs ardıcıl düşünüb davranmağı bacarırmı ? yoox ) insanlar fərqlidir. 

yenə də, dəstəklənməsəz belə öz fikrinizi bildirməkdən çəkinməyin. çünki, birincisi qoy bilsinlər ki, axmaq ya avam deyilsiz. ikincisi, etiraf eləməyi şəxsi ləyaqətinə sığışdırmasalar belə, hər kəs öz payını götürür. sizin də vicdanınız rahat olur ki, vaxtında sözünüzü demisiz. 

bir məsələdə sizinlə tam razıyam ki, insanın şəxsi vaxtı və enerjisi gedir. yəni vəziyyət dəyişirsə də əgər, bu itirdiyinə müvafiq olmur... biz qadınlar da ruhən döyüşkən deyilik. düzdür istisnalar olur...amma təbiətimizə qarşı çıxıb aqressiv inadkar davranmaqla xasiyyətimiz dəyişə bilər. əsəbi, deyingən ola bilərik ki buna yol vermək olmaz. qadın, xanım simasını itirməməlidir. qabiliyyətli başa düşüb dinməzcə nəticə çıxaracaq. qanmaz ya abırsız ilə isə bizlər bacarmarıq. 

bu səbəbə sizi anlayıram, yəni bəzən etinasız qalmaq istəyiniz də normaldır, təbiidir 

Link to comment
Share on other sites

8 hours ago, NOIR said:

düz deyirsiz, meydanda tək qalmaq aqibəti insanı həvəsdən sala bilər. amma siz yenə də nikbin olun. dəstəklənməmək yaxud bir qism tərəfindən dəstəklənməyin səbəbi bilirsizmi nədir ? ... elə bilirsiz, hər kəsdə təhlil etmək bacarığı var ? ) məgər hər kəs əyrini düzdən seçə bilir ? ətbəttə ki yox. hər kəs ardıcıl düşünüb davranmağı bacarırmı ? yoox ) insanlar fərqlidir.

haqlısınız hamı eyni deyil və hər kəs də fikrini dilə gətirməyə cəsarət etmir. Təhlil etmək qabiliyyətində olanlar belə anlayışlı şəkildə susmağa üstünlük verirlər. Qorxu əsas instinkdir, məncə. Bu saat əhalinin əksəri vəziyyəti çox düzgün anlayır və analiz də edə bilir sadəcə qorxu, təklənmə  hissi, inamsızlıq onları fikirlərini dilə gətirməyə imkan vermir.

Xalqın gözü tərəzidir məsələsi)))

Həm də bilirsiz, hazırda "azərbaycanlı" anlayışı yox olub, artıq "mikroazərbaycanlı" anlayışı var. Yəni, mənim ailəm, mənim evim, mənim yaxınlarım, başqaları məni maraqlandırmır. Hər kəsin öz mikro aləmi var və mikro aləmdə özlərinə uyğun şərait yaradaraq "yaşamağa"  davam edirlər.

8 hours ago, NOIR said:

yenə də, dəstəklənməsəz belə öz fikrinizi bildirməkdən çəkinməyin. çünki, birincisi qoy bilsinlər ki, axmaq ya avam deyilsiz. ikincisi, etiraf eləməyi şəxsi ləyaqətinə sığışdırmasalar belə, hər kəs öz payını götürür. sizin də vicdanınız rahat olur ki, vaxtında sözünüzü demisiz.

kiçik qruplarda, məktəbdə, instutda, işdə,  valideyn icaslarında və s. rastlaşdığım neqativlərə hər zaman münasibət bildirmişəm. Bu barədə vicdanım təmizdir)) 

  • Like 1
Link to comment
Share on other sites

8 hours ago, NOIR said:

 biz qadınlar da ruhən döyüşkən deyilik. düzdür istisnalar olur...

Döyüşkən ruhlu qadın Janna Dark idi, onun da aqibəti hamımıza məlumdur((

8 hours ago, NOIR said:

qadın,xanım simasını itirməməlidir.

Qadının xanım simaları)) maraqlı yanaşmadır. Xanımlıq  və bəylik--- xüsusiyyətlər çoxmu fərqlənir?  insanı keyfiyyətlər həm qadına həm də kişiyə aid deyilmi?

Maraqlı mövzu olar: qadının "xanım", kişinin "bəy" simaları...

  • Like 1
Link to comment
Share on other sites

12 часа назад, fikus elastica сказал:

Döyüşkən ruhlu qadın Janna Dark idi, onun da aqibəti hamımıza məlumdur((

Qadının xanım simaları)) maraqlı yanaşmadır. Xanımlıq  və bəylik--- xüsusiyyətlər çoxmu fərqlənir?  insanı keyfiyyətlər həm qadına həm də kişiyə aid deyilmi?

Maraqlı mövzu olar: qadının "xanım", kişinin "bəy" simaları...

insanlıq xüsusiyyəti həm kişi həm qadına məxsusdur, amma təzahür formaları fərqlidir ) 

qabiliyyəti, məharəti,savadına görə kişi və qadın bərabər ola bilər, bununla belə sırf kişi və ya sırf qadına məxsus peşələr var. özünü realizə etmək üçün peşə seçimi də təzahür formasından biridir

"qadının xanımlıq və kişinin bəylik siması" - mənim də xoşuma gəlir ) mövzu açasız bəlkə. sizin duzlu-istiotlu mövzularınız üçün darıxmışıq 

  • Like 1
Link to comment
Share on other sites

В 16.10.2018 в 15:46, fikus elastica сказал:

əlvay-vay)) Könül, sən deyəsən, "başqasının işinə qarışanlar" kateqoriyasındansan :)

Başqalarına deyə bilmərəm..amma nə qədər ömrüm var.Müseyiblə mübarizəyə həsr edəcəyəm)

  • Upvote 1
Link to comment
Share on other sites

12 часа назад, fikus elastica сказал:

Həm də bilirsiz, hazırda "azərbaycanlı" anlayışı yox olub, artıq "mikroazərbaycanlı" anlayışı var. Yəni, mənim ailəm, mənim evim, mənim yaxınlarım, başqaları məni maraqlandırmır. Hər kəsin öz mikro aləmi var və mikro aləmdə özlərinə uyğun şərait yaradaraq "yaşamağa"  davam edirlər.

başa düşürəm sizi.

bu tək bizim, azərbaycanlıların problemi deyildir. yəni sırf "bizə xas xüsusiyyətdən" qaynaqlanmır.

keçmiş sovetlər birliyində milyonları vahid ideologiya idarə edirdi. bu ideologiya əsasında hər yaş dövrünə uyğun qruplarda istiqamətlənmiş siyasət aparılırdı. ittifaq parçalandı, ideologiya məhv oldu. sistemli formada yeridilən ideyaya alternativ isə yaranmadı. böyük bir boşluqda kortəbii kiçik qruplar formalaşmağa başladı... bax sizin sadaladığınız həmin o mikro aləmlər əhəmiyyət kəsb etməyə başladı. çünki insan sosial varlıqdı, onun daxilində vaxtaşırı hansısa bir qrupa məxsus olmaq istəyi baş qaldıracaq, bu təbii haldır. insan iradəsi, sözü  çox böyük potensiala malik bir resursdur. bunu idarə etməyi bacaracaq ideya isə yoxdur hazırda ))

baxın, siz istənilən formal ya qeyri-formal qrupdan onun missiyası barədə soruşsanız, cavab almayacaqsız )

bizim disput da mikro aləmdir. bu gedişlə, o da məhvə məhkumdur, çünki onun missiyası yoxdur )

Edited by NOIR
Link to comment
Share on other sites

13 часа назад, fikus elastica сказал:

atalar demişkən dünyada ən asan şey məsləhət verməkdir ))

yox eşitməmişəm, nə lətifədir elə?

)) düz deyirlər. məsləhətçinin işi asandı, aqibəti qəliz

Canavarlar meşədə bir dovşan tuturlar, onu yemək istəyirlər. Dovşan onlara deyir ki, məni yeməklə siz doymazsınız. Gəlin sizə qoyun sürüsünün yerini göstərim. Canavarlar razılaşır, dovşanla birlikdə yola düşürlər... bir qədər sonra aclıq güc gəlir və yırtıcılar daha dözə bilmirlər. Dovşanı parçalayıb yeyirlər... Bir qədər də getdikdən sonra, həqiqətən də dovşanın nişan verdiyi qoyun sürüsünə yetişirlər. Bir neçə qoyunu parçalayır, yeyib doyurlar. Və ! bu zaman doşvan yada düşür )) Deyirlər : həə, yaxşı iş tutmadıq- dovşanı yedik. gəlin heç olmasa dovşanın qalıqlarını  basdıraq. Geri qayıdır, sümükləri yığıb torpağa basdırırlar. Baş daşı da qoyurlar. Düşünürlər, baş daşının üzərinə nə yazaq. Biri deyir gəlin yazaq "dostumuz Dovşana"... yoox, düz gəlmir, necə dostduq ki, onu yemişik... ondan yazaq ki, "düşmənimiz Dovşana"... elə də alınmır, bizə pislik etməyib axı, əksinə qoyun sürüsünə çıxarıb. Və onlar belə yazırlar : "Bizim əməkdaş və məsləhətçimiz olan Dovşana"

:smile:

  • Like 2

[emoji2]
 
[emoji17] yaxşı olanda ,hamı deyir özüm nail oldum,özüm bildim..
Pis olan kimi az qalırlar iki gözünü bir deşikden çıxarsınlar)
  • Upvote 1
Link to comment
Share on other sites

В 18.10.2018 в 06:55, Kenul2012 сказал:

emoji17.png yaxşı olanda ,hamı deyir özüm nail oldum,özüm bildim..
Pis olan kimi az qalırlar iki gözünü bir deşikden çıxarsınlar)

həyatın işi belədir : hələ ki işlər rəvan gedir, bu normal qəbul olunur. gəl ki, problem yaşanan kimi, o an hamı səni "yada salır" )

Edited by NOIR
Link to comment
Share on other sites

В 18.10.2018 в 09:35, fikus elastica сказал:

bu dovşan siyasətin qurbanı olub))) canavarları" böyüklər" hesab edin, dovşanı da "kiçiklər"

düz seyirsiz. dovşanın meşəlikdə nə işi var axı.. dovşan ya qəfəsdə ya da heyvanxanda olar )

Link to comment
Share on other sites

Xoş gördük sizi Fikus :rroza: yenidən buralarda sizi mövzularınızla birgə görmək nə gözəl,tez-tez gəlin.))

  Cəmiyyətimizə məxsus analoqu olmayan,özümüzsayağı xüsusiyyətləri yenə də ihtehzalı tərzdə sadalamısınız.) Nəyə etirazımız olsun ki, hərəsindən az bir hissə də olsa özümüzdə, ətrafımızda var, tez-tez də şahidi oluruq. Siyahını artırmaq olar ki,azaltmaq yox, sonluq da, adəti üzrə eyni nəticəyə gələcək olan bir tək cümlə ilə nöqtələnəcək: ”Ona görə elə bu gündəyik.”) Bu artıq hətta  bir devizə çevrilib.)

“Mən rüşvət vermirəm”,”mən rüşvət almıram” kimi cümlələrin qurulduğı cəmiyyətin mövcud olması demək olar ki mümkün olmayacaq qədər imkansız hala gəlib çıxıb. Bəzi viruslar qanımıza elə hopdurulmayıb ki, inanmıram nə vaxtsa genlərimizdən silinib tamamilə yox ola bilsin.

Bu kimi halllar var,olub və görünən odur ki belə davam etdiyi müddətcə var olacaq da, amma mənim diqqət çəkmək istədiyim məsələ başqadır.

Cəmiyyət olaraq deyil də,fərdi halda yanaşası olsam düşünürəm ki,hər kəs haqqı olan, layiqi olduğu həyatı yaşayır. Bəziləri (yalnız lider ruhlu olanları nəzərdə tutmuram, uğur əldə edən hər hansı biriləri) məqsədyönlü olaraq hədəflərinə çatmaq üçün qarşısındakı maneələri səbrlə, əzmlə inanaraq dəf edir, xəyallarını reallaşdırmaq üçün seçdiyi zirvələri fəth edir və heç bir maneə onları fikirlərindən yayındırmağa bəhanə yaratmır, bəziləri isə özünün passivliyinə düşən aqibətlə kifayətlənir, nəticə ilə qane olurlar, hələ üstəlik təskinliklərini də müqayisəli şəkildə sükr edərək ifadə edirlər.

Nazim Hikmətin məşhur seirində vurğulandığı kimi, heç kim fərd olaraq yanmaq istəmir, amma aydınlıq arzusundadır, ”biz” kəlməsi lüğətdən yavaş-yavaş silinməkdədir, artıq ailə daxilində belə bu söz öz mahiyyətini getdikcə itirir, çünki şəxsi mənafe üstünlük qazanmaqdadır, itirməyə nəyisə olanlara hər zaman qorxu daha çox hakim olur, ona görə də hər hansı bir bəla gəlib özümüzü tapmayınca, hər kəs laqeyidlik mövqeyini özünə ən münasib variant olaraq seçməkdədir. Yanmadan aydınlığa çıxmaq hər kəsin ürəyincədir, amma digər tərəfdən də bunun heç kim tərfindən qarşımıza qızıl qabda təqdim olunmayacaq qədər əlçatmaz olduğunu da dərk etməkdəyik. Və əgər bu sadalananların fərqindəyiksə, özümüz nəyisə əldə etməyə səy göstərmiriksə, əlimizdəkilərlə artıqlaması ilə yetiniriksə, istəklərimizə  nail olmaq istəmiriksə, şəraitlə barışımaq yolunu öz razılığımızla seçib durmuşuqsa, hətta və hətta pozitivliyimizdən də heç nə itirmiriksə bu o demək deyilmi ki, bizə lazım olan yaşayış tərzi məhz budur, belə çıxmır ki, biz cəmiyyət olaraq, elə layiq olduğumuz yedəyik?)

  • Like 2
Link to comment
Share on other sites

В 11.10.2018 в 09:49, fikus elastica сказал:

Siyahını artıra da bilərik. Daha gözəl göstəricilər haqda yazmaq istəyirəm, yadımdan çıxan varsa əlavələrinizi edin.

...İqtidara  - hakim mövqeyə gəlim, qazanc əldə edim, dağıdım, və getmək də bilməyim.)

Kiçik müəssisədən tutmuş, böyük holdinglərə qədər bütün şirkətlərdəki sabit vəziyyət....

  • Like 1
Link to comment
Share on other sites

On 10/24/2018 at 5:41 PM, ceylin said:

Xoş gördük sizi Fikus :rroza: yenidən buralarda sizi mövzularınızla birgə görmək nə gözəl,tez-tez gəlin.))

Təşəkkürlər,Ceylin. Mənə də sizin postları oxumaq çox xoş oldu,bir zamalarda olduğu kimi

On 10/24/2018 at 5:41 PM, ceylin said:

 bəziləri isə özünün passivliyinə düşən aqibətlə kifayətlənir, nəticə ilə qane olurlar, hələ üstəlik təskinliklərini də müqayisəli şəkildə sükr edərək ifadə edirlər.

Şükr etmək ayrı bir mövzudu))   şükr edərək təskinlik tapanlar sadəcə özlərini aldadırlar. Axır zamanlar isə şükr etmək kütləviləşib((

On 10/24/2018 at 5:41 PM, ceylin said:

şəraitlə barışımaq yolunu öz razılığımızla seçib durmuşuqsa, hətta və hətta pozitivliyimizdən də heç nə itirmiriksə bu o demək deyilmi ki, bizə lazım olan yaşayış tərzi məhz budur, belə çıxmır ki, biz cəmiyyət olaraq, elə layiq olduğumuz yedəyik?)

bəlkə hamı qəhrəman axtarışındadır? belə bir deyim var, xalq cansız bir palçıq yığınıdır, heykəltaraş əli dəymədiyi müddətə qədər  elə palçıq olaraq da qalacaq

  • Like 1
  • Upvote 3
Link to comment
Share on other sites

3 минуты назад, countyboy001 сказал:

Men eslinde agir ideologiyani nezerde tuturdum. Ideologiya hansiki agli basdan alir.  Indi oxuyuram. eslinde yuxarida yazilanlar ideologiya deyil. Heyat terzidir.

düşüncə tərzidir, demək istəyirdiniz yəqin

Link to comment
Share on other sites

On 10/25/2018 at 3:07 PM, fikus elastica said:

Deyə bilərsinizmi, bizim ideologiya hansıdır?  hansılardı ideologiyalarımız?

qüsürlarımız da elə ideologiyadan yaranmayıb ki?

Məncə bizdə hələ gerçək bir ideologiya yoxdur. Bütün problemlərimizin kökündə də elə onun olmaması durur.

Link to comment
Share on other sites

В 28.10.2018 в 01:59, fikus elastica сказал:

Təşəkkürlər,Ceylin. Mənə də sizin postları oxumaq çox xoş oldu,bir zamalarda olduğu kimi

Şükr etmək ayrı bir mövzudu))   şükr edərək təskinlik tapanlar sadəcə özlərini aldadırlar. Axır zamanlar isə şükr etmək kütləviləşib((

bəlkə hamı qəhrəman axtarışındadır? belə bir deyim var, xalq cansız bir palçıq yığınıdır, heykəltaraş əli dəymədiyi müddətə qədər  elə palçıq olaraq da qalacaq

Bir yerlərdə bu cür heykəltaraş qüdrətinə qadir bir qəhrəmanın var olacağını ummaqdan başqa bir çarəmiz  yoxdur deyəsən.))

P.S. Sofiya xanımın yurdumuza təşrif buyurmasına necə baxırsınız, və belə qonaqpərvərcəsinə xüsusi qarşılanmasına?)) Bəşəriyyəti məhv edəcəyini əvvəllər zarafatla bildirib "müsahibələrinin" birində, sizcə buralardan başlamaq fikrindən daşındırmaq üçün olmasın bu təmtəraq?)

Içimiz -dışımız Sefiyyecik oldu))Bir azdan Sefiyye etirleri,üstünde şekilleri olan şokolad qutuları satışda görsem teccüblenmeyeceyem)

Bitsin bu çin işgencesi.....
Link to comment
Share on other sites

В 29.10.2018 в 09:00, Grey Wolf сказал:

Məncə bizdə hələ gerçək bir ideologiya yoxdur. Bütün problemlərimizin kökündə də elə onun olmaması durur.

Bizdə coxlu vacib ve lazimli ideologiyalar var. Ən vacib ve öncesi, Vətən və Millet sevgisi olmalidir. Bundan başlasalar, başgalari da gelecek arxasinca.

Link to comment
Share on other sites

В 29.10.2018 в 23:48, Kenul2012 сказал:

Içimiz -dışımız Sefiyyecik oldu))Bir azdan Sefiyye etirleri,üstünde şekilleri olan şokolad qutuları satışda görsem teccüblenmeyeceyem)

Bitsin bu çin işgencesi.....

O da olar bu gedişatla)) Selfie çekdirməyən də qalmayıb)

Link to comment
Share on other sites

On 10/29/2018 at 9:00 AM, Grey Wolf said:

Məncə bizdə hələ gerçək bir ideologiya yoxdur. Bütün problemlərimizin kökündə də elə onun olmaması durur.

bəli, düşüncə tərzi,milli düşüncə tərzinı nəzərdə tuturdum.Toplum olaraq ümumi bir amal , məqsəd yoxdur, razıyam hər kəs fərd olaraq yalnız öz əhatəsi , özü üçün çalışır.

  • Upvote 1
Link to comment
Share on other sites

On 10/29/2018 at 8:10 PM, ceylin said:

Bir yerlərdə bu cür heykəltaraş qüdrətinə qadir bir qəhrəmanın var olacağını ummaqdan başqa bir çarəmiz  yoxdur deyəsən.))

Yenə LAZIM))

On 10/29/2018 at 8:10 PM, ceylin said:

P.S. Sofiya xanımın yurdumuza təşrif buyurmasına necə baxırsınız, və belə qonaqpərvərcəsinə xüsusi qarşılanmasına?)) Bəşəriyyəti məhv edəcəyini əvvəllər zarafatla bildirib "müsahibələrinin" birində, sizcə buralardan başlamaq fikrindən daşındırmaq üçün olmasın bu təmtəraq?)

ehh, Sofiya da saxta çıxdı)) Robotun belə, saxtasını bura gətirirlər((

Link to comment
Share on other sites

1 час назад, fikus elastica сказал:

Əslində dedikləriniz şifahi olaraq hamının dilində var. Bütün KİV lərdən evlərə hər gün "psevdo patriotizm" aşılanır((

Önce vezifedekilerin emellerinde olmalidir. Haminin dilinde var, indi ise haminin ureyinde ve emelinde olmalidir. Birleşmekden başga yolumuz yoxdur. Artıg yeni agıllı ve dünyagörüşlü nesil yetishib, onlara destek olmag lazimdir.

  • Upvote 1
Link to comment
Share on other sites

В 29.10.2018 в 23:48, Kenul2012 сказал:

Içimiz -dışımız Sefiyyecik oldu))Bir azdan Sefiyye etirleri,üstünde şekilleri olan şokolad qutuları satışda görsem teccüblenmeyeceyem)

daha "geniş və miqyaslı" düşünün, Könül xanım ) bir də görəcəyik ki, insan və robot evlənir... xəbər başlıqlarında : "robot qız qaçırdıb" yaxud "humanoid ailəsində bir axşam" ))) 

Link to comment
Share on other sites

On 10/31/2018 at 10:12 PM, NOIR said:

daha "geniş və miqyaslı" düşünün, Könül xanım ) bir də görəcəyik ki, insan və robot evlənir... xəbər başlıqlarında : "robot qız qaçırdıb" yaxud "humanoid ailəsində bir axşam" ))) 

yadıma Robin Vilyamsın baş rolda oynadığı "Bicentennial Man" filmi düşdü. 

Məncə bu elə də uzaq gələcəkdə baş verməyəcək, az qalıb

  • Upvote 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
      • 0 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
        • Like
      • 14 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       
      • 1 reply
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Like
      • 10 replies
    • Чингиз Абдуллаев: «Врачи вытащили меня с того света, Аллах меня пожалел»
      Народный писатель Азербайджана Чингиз Абдуллаев 17 апреля был выписан из Центрального таможенного госпиталя, куда был помещен из-за проблем со здоровьем 6 апреля.
      На своей странице в социальной сети Facebook писатель подробно рассказал о произошедшем, отметив следующее:
      «Я умер. Нет. Это не прозаическое резюме моего повествования. Это то, что со мной произошло. В ночь на 6 апреля и в течение дня моего юбилея 7 апреля. Я снова родился. Как констатировать смерть? Когда все внутренние органы перестают одновременно функционировать, дыхание останавливается и сердце перестаёт биться. Несколько минут подобной комы или клинической смерти превращают человека в «овощ». Врачи вытащили меня с того света, Аллах меня пожалел. Может решил, что мне пока рано. Вернул меня обратно. Страшно представить, какую боль я причинил в эти несколько дней своим близким, своим родным»
      В своем сообщении народный писатель также выразил слова благодарности: «Хочу поблагодарить всех! Моего Президента, всех друзей, знакомых, читателей и вообще незнакомых мне людей. Которые в эти дни переживали за меня. Спасибо им всем! Постараюсь оправдать Ваше доверие. Там я уже успел побывать. Теперь я совсем не боюсь. Тот, кто умирает один раз, не боится умереть во второй. Но не торопитесь. Наверное, у каждого из нас свой срок. Я вышел из больницы. На снимке люди, которые помогли мне «вернуться». Спасибо им за все!»
       
      https://1news.az/news/20240418121620670-CHingiz-Abdullaev-Vrachi-vytashcili-menya-s-togo-sveta-Allakh-menya-pozhalel-FOTO
      • 10 replies
    • Несовершеннолетняя девочка, которую хотели склонить к проституции, сбежала из района в Баку
      Председатель общественного объединения «Чистый мир» Мехрибан Зейналова поделилась в социальной сети «Фейсбук» вопиющей историей несовершеннолетней девочки, которая была вынуждена бежать из района в столицу.
      По словам правозащитницы, Захра (имя условное) в данный момент находится в их приюте.
      «После того, как ее родители развелись, девочка продолжала жить с матерью в районе. Через какое-то время мать передала ее знакомому мужчине (40-50 лет), сказав ему, что он может делать с ней все, что захочет. После того, как Захра прожила с ним месяц, мужчина предложил ей продавать свое тело и делить с ним деньги. Услышав это, Захра нанесла увечья своим рукам, после чего сбежала в Баку», - сообщает правозащитница.
        В Баку девочку обнаружили сотрудники Абшеронского районного управления полиции, которые сразу же доставили ее в приют Мехрибан Зейналовой.
      «То, что пережила эта малолетняя девочка, немыслимо. Надеемся, что в скором времени люди, которые заставили ее это пережить, будут наказаны. В настоящее время Захра живет с нами и получает психологическую помощь», - говорит М.Зейналова.
          https://1news.az/news/20240417044406338-Nesovershennoletnyaya-devochka-kotoruyu-khoteli-sklonit-k-prostitutsii-sbezhala-iz-raiona-v-Baku-FOTO
        • Sad
        • Red Heart
        • Like
      • 32 replies
    • Хады Раджабли всё
      В мечети Тезепир проходит церемония прощания с экс-депутатом Милли Меджлиса Хады Раджабли.
      В церемонии принимают участие члены семьи покойного, депутаты Милли Меджлиса, представители общественности.
      После церемонии прощания экс-депутат будет похоронен на II Аллее почетного захоронения.
      Отметим, что Х.Раджабли скончался 17 апреля в возрасте 76 лет от сердечного приступа.
        • Milli
        • Haha
        • Like
      • 93 replies
    • Какие травмы получила Айтен Сафарова? – ВИДЕО
      Стали известны некоторые подробности о состоянии здоровья телеведущей Айтен Сафаровой, попавшей в тяжелое ДТП сегодня утром.
      Муж ведущей сообщил порталу Olay.az, что у нее сломаны ребра.
      11:53
      Сегодня, 17 апреля, около 07:00 на пересечении проспекта 8 Ноября и улицы Садыгджана в Хатаинском районе Баку произошло столкновение автомобиля марки Hyundai IX-35 под управлением Исмаила Мамедова и автомобиля ведущей телеканала «Хазар» Айтен Сафаровой (Пириевой).
      Об этом сообщает пресс-служба МВД Азербайджана, пишет Репорт.
        Пострадавший в ДТП пассажир автомобиля Hyundai IX-35 Айхан Алиев был госпитализирован и скончался в больнице.
      11:21
      Известная телеведущая Айтен Сафарова в настоящее время проходит необходимые обследования в соответствующем отделении Клинического медицинского центра.
      Об этом 1news.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB).
      Общественности будет предоставлена дополнительная информация.
      10:16
      Стали известны некоторые подробности дорожно-транспортного происшествия, в котором пострадала известная телеведущая Айтен Сафарова.
      Как сообщили в Главном управлении Государственной дорожной полиции города Баку, авария произошла сегодня утром, около 06:50, на территории Хатаинского района - на пересечении Зыхского шоссе и улицы Садыгджан в направлении проспекта 8 Ноября.
      В результате столкновения двух легковых автомобилей марки Hyundai одна из машин перевернулась на проезжей части и врезалась в припаркованную на обочине машину марки KIA, пишет Qafqazinfo.
      А.Сафарова госпитализирована с травмами различной степени тяжести.
      По факту ДТП начато расследование.
      09:48
      Сегодня в Хатаинском районе Баку произошло тяжелое ДТП.
      На проспекте 8 Ноября столкнулись два автомобиля марки Hyundai. За рулем одного из них находилась известная телеведущая Айтан Сафарова. Ее автомобиль перевернулся.
      Как пишет Qafqazinfo, Айтан Сафарова получила тяжелые травмы и помещена в отделение травматологии одной из больниц.

        • Sad
        • Like
      • 138 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...