Jump to content
fikus elastica

Azərbaycanda milli ideologiyalar. SİZ hansına aidsiniz???

Recommended Posts

Azərbaycanlılar hansı ideologiyanın daşıyıcılarıdır?

1. Yaltaqlıq- "Uzaqgörən liderlik,  "Erməniyə dayı deyərəm işimin xatirinə"............

2. Rüşvətxorluq, Tapş - "Daydaysız və tapşsız mümkün deyil. Rahatlıqla "bunu" işinin əsas vasitəsinə çevirənlər və buna bol imkan yaradanlar-"verənlər"...........

3. Laqeydlik- "Mən siyasətə qarışmıram" "qozuma ki", "mənlik deyil" "millət necə tarac olur olsun, nə işim var?"...............

4. Pafos- "Əşşi bizdən yoxdu ee, Avropa ölkələri bizə qibtə edir"..........

5.Qiybət, Başqasının işlərinə qarışmaq- "Aaa, bunun geyiminə bax sən, Filankəs filan yerdə işləyir", "Xalxın uşağı"....

6. Əxlaq - Əxlaq dərsi keçən əxlaqsızlar : "Bizim vaxtımızda böyük-kiçik vardı ,Filankəsin qızını gördün, bunun atası hara baxır?".......

Siyahını artıra da bilərik. Daha gözəl göstəricilər haqda yazmaq istəyirəm, yadımdan çıxan varsa əlavələrinizi edin.

  • Like 1
  • Thanks 1

Share this post

Link to post
Share on other sites
22 минуты назад, fikus elastica сказал:

Bəs siz özünüz yazdığıız altı variantdan hansına aidsiniz?

Share this post

Link to post
Share on other sites
2 hours ago, Slay said:

Bəs siz özünüz yazdığıız altı variantdan hansına aidsiniz?

orta statistik azərbaycanlıyam .

Süründürməçilikdən bezəndə rüşvət də vermişəm, laqeydlər bütövlük təşkil edən zaman onlara qoşulub laqeyd də olmuşam, filankəslər düz başa düşməz deyə hərəkətlərimi və fikirlərimi rəndələməyə də məcbur qaldığım anlar olub.

Yazdığım sıralamadan ən azı 2 qrupa aid olmayan azərbaycanlı çətin tapılar.

BƏS SİZ???

  • Like 1
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
4 часа назад, fikus elastica сказал:

orta statistik azərbaycanlıyam .

Süründürməçilikdən bezəndə rüşvət də vermişəm, laqeydlər bütövlük təşkil edən zaman onlara qoşulub laqeyd də olmuşam, filankəslər düz başa düşməz deyə hərəkətlərimi və fikirlərimi rəndələməyə də məcbur qaldığım anlar olub.

Yazdığım sıralamadan ən azı 2 qrupa aid olmayan azərbaycanlı çətin tapılar.

BƏS SİZ???

Ətalət qüvvəsinin təsiri altına düşüb mənimdə sizin kimi mənfi hallara qarşı zəiflik göstərdiyim hallar olur.Mənfi hallar çoxluq təşkil edəndə mərdi qova-qova namərd edərlər vəziyyəti yaranır. Belə hallarda mərdlik etmək insana çox baha başa gəlir. Məcbursan siyasət işlətməyə. Buda çox pisdir. Çünki bu siyasətlər yavaş-yavaş xarakterinə nüfuz edərək sənin mahiyyətinidə dəyişə bilər. Nəticədə orta statik Azərbaycanlı sizin qeyd etdiyiniz mənfi milli ideyologiyaların daşıyıcısına çevrilir.

Ciddi mövzuya toxunmusunuz. Əhsən!

Hər şey etirafdan başlayır. Əgər xoşbəxt olub xoşbəxt həyat yaşamaq istəyiriksə düz yolla getməyi öyrənməliyik. Özümüzü islah edib ətalət qüvvəsinin mənbəyini müsbətə doğru dəyişməliyik.Belə olarsa cəmiyyət tərbiyələnər. Həyat təcrübəsi zəif olan gənc nəsildə öz məqsədlərini həyata keçirtmək istədikdə müsbət ətalət qüvvəsinin təsiri ilə rastlaşarlar. Buda onların düz insan olub problemləri düz yollarla həll etmək yolunda iradələrini möhkəmlədər. Sağlam cəmiyyət,sağlam milli ideologiyalar yaranar.

  • Like 1
  • Upvote 1

Share this post

Link to post
Share on other sites

En azı 2-3 benddekileri istifade etmişem.1 benddekini heç vaxt bacarmadim..Düşündüyümü qarşımdakı insana rendelemeden,fikrimi yumşaltmadan dediyimden bezen sert,bezen aqressiv,en çox da kobud titulu almışam)
bendleri artırmaqda olar..

herenin yaşam,bu ve ya diger hadiseye reaksiyası muxtelif olduğundan bendlerdekini tetbiq etme qaydaları da deyişe biler)

bu ve ya diger bendlerin içinde insan simasını itirmesin.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites

"Qorxdular haqq demeye döndüler insan dediler" nedense bu misra bu mövzuya uygun geldi)

Share this post

Link to post
Share on other sites

3-cü bənd. Məsələ tək siyasət deyil, bu cəmiyyətin heç bir işinə qarışmaq niyyətim yoxdur. Qoy öz bataqlığında boğulsun.

Share this post

Link to post
Share on other sites
3-cü bənd. Məsələ tək siyasət deyil, bu cəmiyyətin heç bir işinə qarışmaq niyyətim yoxdur. Qoy öz bataqlığında boğulsun.
Heçmi qarışmazsan? Dostun ve yaxının daxili böhran keçirse onun problemlerine qarışıb qolundan tutub kömek etmek istemezmisen?

Share this post

Link to post
Share on other sites
18 minutes ago, Kenul2012 said:

Heçmi qarışmazsan? Dostun ve yaxının daxili böhran keçirse onun problemlerine qarışıb qolundan tutub kömek etmek istemezmisen?

Baxır nə mənada yaxın.

Tək-tük fərddən getmir söhbət, ümumi cəmiyyətdən gedir.

Share this post

Link to post
Share on other sites
46 минут назад, Museyib Elekber сказал:

3-cü bənd. Məsələ tək siyasət deyil, bu cəmiyyətin heç bir işinə qarışmaq niyyətim yoxdur. Qoy öz bataqlığında boğulsun.

Bəs bu cəmiyyətin içindəsinizsə onda sizdə boğulacaqsınız axı ?

Share this post

Link to post
Share on other sites
3 minutes ago, Slay said:

Bəs bu cəmiyyətin içindəsinizsə onda sizdə boğulacaqsınız axı ?

Xeyr. Mən bu cəmiyyətin içində olmamağa çalışıram. Klassik "hamımız eyni gəmidəyik" məsələsi. Həm də ki, mən ən pis halı da nəzərə almışam. İtirəcəyim və qorxacağım elə böyük bir şey yoxdur. Olanlar düşünsün.

Share this post

Link to post
Share on other sites
4 минуты назад, Museyib Elekber сказал:

Xeyr. Mən bu cəmiyyətin içində olmamağa çalışıram. Klassik "hamımız eyni gəmidəyik" məsələsi. Həm də ki, mən ən pis halı da nəzərə almışam. İtirəcəyim və qorxacağım elə böyük bir şey yoxdur. Olanlar düşünsün.

Yəni nə mənada itirəcəyiniz və qorxmayacağınız bir şey yoxdur?

Share this post

Link to post
Share on other sites
10 hours ago, Kenul2012 said:

bu ve ya diger bendlerin içinde insan simasını itirmesin.

bu bəndlərin içində  simanı itirməmək mümkün deyil(((

Share this post

Link to post
Share on other sites
9 hours ago, Museyib Elekber said:

Xeyr. Mən bu cəmiyyətin içində olmamağa çalışıram. Klassik "hamımız eyni gəmidəyik" məsələsi. Həm də ki, mən ən pis halı da nəzərə almışam. İtirəcəyim və qorxacağım elə böyük bir şey yoxdur. Olanlar düşünsün.

alınır???

Share this post

Link to post
Share on other sites
22 minutes ago, fikus elastica said:

alınır???

Azca da olsa, alınır. Sadəcə, bir müddət daha dözmək lazımdır. Planım baş tutsa, buna ehtiyac olmayacaq. 

  • Like 1

Share this post

Link to post
Share on other sites

.

Edited by Slay

Share this post

Link to post
Share on other sites
12 hours ago, Slay said:

Yəni nə mənada itirəcəyiniz və qorxmayacağınız bir şey yoxdur?

Niyə cavab yazmadığımı düşündünüz, yəqin. Kim necə başa düşür, elə də qəbul etsin. Sadəcə, çox şəxsi mövzulara girmək istəmirəm.

Share this post

Link to post
Share on other sites
1 час назад, Museyib Elekber сказал:

Niyə cavab yazmadığımı düşündünüz, yəqin. Kim necə başa düşür, elə də qəbul etsin. Sadəcə, çox şəxsi mövzulara girmək istəmirəm.

Ok. problem yoxdu.

Share this post

Link to post
Share on other sites
Azca da olsa, alınır. Sadəcə, bir müddət daha dözmək lazımdır. Planım baş tutsa, buna ehtiyac olmayacaq. 
Planına mane olmaq lazımdır...Tecili)

Share this post

Link to post
Share on other sites
17 часов назад, Kenul2012 сказал:

"Qorxdular haqq demeye döndüler insan dediler" nedense bu misra bu mövzuya uygun geldi)

Vəsf vaxtı deyil Afət görürsünüzki ölümə gedirik ))

Share this post

Link to post
Share on other sites
В 11.10.2018 в 09:49, fikus elastica сказал:

Siyahını artıra da bilərik. Daha gözəl göstəricilər haqda yazmaq istəyirəm, yadımdan çıxan varsa əlavələrinizi edin.

xoş gördük, xanım Elastika ) tez-tez görünün, itib-batmayın )

siyahıya Həyasızlıq daşıyıcıları qrupunu əlavə etmək istərdim : "əccəb eliyirəm" , "mən deyən olacaq" 

1. Yaltaqlıq - yaltaqlanmağı bacarmıram, belə bir vərdişim yoxdur. düzü, ətrafımda, əhatəmdə yaltaqlana biləcəyim insanlar da yoxdu ) öz tipimdə olan insanlardı əsasən. heç kəsdən işim keçmir, heç kəsin yanında üzüqara deyiləm. kimə əyilməliyəm, niyə əyilməliyəm ? ... 

yaltaqların uğur qazandığının şahidi olmuşam amma. yaltaqlar adətən natamamlıq kompleksi olan, təriflənməyə ehtiyacı olan insanları özlərinə şikar seçirlər və deyim ki, istədiyini ala bilirlər onlardan ) hər adamda  da yaltaqlıq məharəti olmur haa ..

2. Rüşvətxorluq - rüşvət verdiyimi xatırlamıram. rüşvət ötürmüşəm amma )) 

  • Like 1

Share this post

Link to post
Share on other sites

3. Laqeydlik - bu mənim təbiətimə ziddir, amma çox çalışıram ki, bu kimi davranış vərdişinə yiyələnim. etiraf edirəm ...

emosional, çılğın, ziddiyyətli insanlar etinasız ola bilmirlər, laqeyd qala bilmirlər axı... mənim hər işə müdaxilə etmək kimi vərdişim var idi əvvəllər. amma zamanla diqqət yetirdim ki, bu fayda gətirmir. qrupda işləmək üçün, hadisələrin gedişinə təsir etmək üçün bir qədər soyuqqanlı, bəzən hətta etinasız yanaşmaq lazım gəlir. həqqiqətən maraqsız gələn vəziyyətə, obyektə qarşı isə tam laqeydəm, belə desəm bivecəm, heç vecimə deyil ) 

Share this post

Link to post
Share on other sites

Hər bəndə aid milli bəraətlər də var.  "Rüşvət vermirəm,  hörmət edirəm.", "Qeybət etmirəm,  olanı deyirəm. "

  • Like 3

Share this post

Link to post
Share on other sites
2 часа назад, Sely сказал:

Hər bəndə aid milli bəraətlər də var.  "Rüşvət vermirəm,  hörmət edirəm.", "Qeybət etmirəm,  olanı deyirəm. "

Yəni milli mənəvi bəraət. Bizim milli mənəviyyatımız istənilən  situasiyaya bəraət qazandıra bilər . 

  • Like 1

Share this post

Link to post
Share on other sites
21 минуту назад, Slay сказал:

Yəni milli mənəvi bəraət. Bizim milli mənəviyyatımız istənilən  situasiyaya bəraət qazandıra bilər . 

Yəqin ki

Share this post

Link to post
Share on other sites
On 10/12/2018 at 10:21 AM, Museyib Elekber said:

Azca da olsa, alınır. Sadəcə, bir müddət daha dözmək lazımdır. Planım baş tutsa, buna ehtiyac olmayacaq. 

plan yeqin ki, buraları tərk etməkdir. Bu saat böyük əksəriyyət bu barədə düşünür;özünü realizə etməkdə çətinlik çəkənlər ,başa düşülməyənlər , gördüklərindən bezənlər və sizin kimi görməzdən gəlməyə çalışanlar.

  • Like 1

Share this post

Link to post
Share on other sites
14 hours ago, NOIR said:

xoş gördük, xanım Elastika ) tez-tez görünün, itib-batmayın )

çox sağ olun. çalışaram)))

14 hours ago, NOIR said:

siyahıya Həyasızlıq daşıyıcıları qrupunu əlavə etmək istərdim : "əccəb eliyirəm" , "mən deyən olacaq" 

həə,onlarla demək olar ki, hər gün rastlaşırıq((   ən bəsit nümunə avtobusda yerə görə dava salanlar "ağbirçəklər" di yəqin ki(((

14 hours ago, NOIR said:

hər adamda  da yaltaqlıq məharəti olmur haa ..

Əlbəttə bu da bir "istedaddır"

14 hours ago, NOIR said:

2. Rüşvətxorluq - rüşvət verdiyimi xatırlamıram. rüşvət ötürmüşəm amma )) 

Demək vasitəçi olmusuz, dolayısı yolla imkan yaratmısınız da)))

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
14 hours ago, NOIR said:

3. Laqeydlik - bu mənim təbiətimə ziddir, amma çox çalışıram ki, bu kimi davranış vərdişinə yiyələnim. etiraf edirəm ...

emosional, çılğın, ziddiyyətli insanlar etinasız ola bilmirlər, laqeyd qala bilmirlər axı... mənim hər işə müdaxilə etmək kimi vərdişim var idi əvvəllər. amma zamanla diqqət yetirdim ki, bu fayda gətirmir. qrupda işləmək üçün, hadisələrin gedişinə təsir etmək üçün bir qədər soyuqqanlı, bəzən hətta etinasız yanaşmaq lazım gəlir. həqqiqətən maraqsız gələn vəziyyətə, obyektə qarşı isə tam laqeydəm, belə desəm bivecəm, heç vecimə deyil ) 

Məktəb vaxtı qaraladığım xüsusiyyətə görə müəllimlər tərəfdən "demaqoq" damğası almışdım . Zamanla, siz deməli bunun fayda gətirmədiyini, əksinə hədsiz enerjimi aldığını gördüm. Haqlı olduğun halda heç kəs tərəfindən dəstəklənməmək və ya çox az qism tərəfindən dəstəklənmək adamı lap həvəsdən salır. İnsanlarda birlik və qruplaşma çox zəif olduğundan (qorxudan- rahat şəraiti itirmək qorxusu) artıq laqeyd qalmağı bacarmayan da yorulur və etinasız davranmağa başlayır , sadəcə seyrici mövqeyinə qoşulur(((

  • Like 1
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
On 10/12/2018 at 3:20 PM, Kenul2012 said:

Planına mane olmaq lazımdır...Tecili)emoji19.png

vay-vay)) Könül, sən deyəsən, "başqasının işinə qarışanlar" kateqoriyasındansan :)

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
10 minutes ago, fikus elastica said:

plan yeqin ki, buraları tərk etməkdir. Bu saat böyük əksəriyyət bu barədə düşünür;özünü realizə etməkdə çətinlik çəkənlər ,başa düşülməyənlər , gördüklərindən bezənlər və sizin kimi görməzdən gəlməyə çalışanlar.

Elədir.

Düşünə bilərsiniz ki, bu, asan yola qaçmaqdır. Qalıb mübarizə etmək filan.

Bəlkə edərdim, nəticəsini görməsəm belə. Amma özümdə o enerjini görmürəm. Həm də ki, bu cəmiyyət elə bir hala gəlib ki, ümumi səviyyədə bir düzəlişə ümidim qalmayıb. Kim bunu başa düşür və mövcud durumla barışmırsa, fərdi şəkildə özünə gün ağlamağa çalışır. Böyük bir kütlə tv-dəki utooiyaya inanıb "cənnətdə"ymiş kimi "yaşayır". Yerdə qalanlar da bunu qəbul edib bu və ya digər şəkildə həyatına davam edir. Yəni hərənin öz seçimidir.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
6 часов назад, Slay сказал:

Yəni milli mənəvi bəraət. Bizim milli mənəviyyatımız istənilən  situasiyaya bəraət qazandıra bilər . 

o mənada ki, hazırcavab və çevikik ? ) 

bəlkə konformistik, ona görə...

Share this post

Link to post
Share on other sites
9 часов назад, Sely сказал:

Hər bəndə aid milli bəraətlər də var.  "Rüşvət vermirəm,  hörmət edirəm.", "Qeybət etmirəm,  olanı deyirəm. "

həqiqətən də, doğru müşahidədir... "qeybətlə" "olanlar"  arasında, başqa sözlə faktın ifadə edilməsi arasında nə kimi fərq var ? 

  • Like 1

Share this post

Link to post
Share on other sites
2 минуты назад, NOIR сказал:

həqiqətən də, doğru müşahidədir... "qeybətlə" "olanlar"  arasında, başqa sözlə faktın ifadə edilməsi arasında nə kimi fərq var ? 

Fərq yoxdur,  qeybət elə olanı deməkdir,  xoşagəlməyən faktları.  Bəzən üstünə olmayanı da qoyurlar.  Bu artıq olur şaiyə. 

Share this post

Link to post
Share on other sites
8 минут назад, Sely сказал:

Fərq yoxdur,  qeybət elə olanı deməkdir,  xoşagəlməyən faktları.  Bəzən üstünə olmayanı da qoyurlar.  Bu artıq olur şaiyə. 

bəs elə isə, faktı şərh etmək, müzakirə etmək , rəy bildirmək necə bir münasibət formasıdır - qeybət deyilsə..? 

Edited by NOIR

Share this post

Link to post
Share on other sites
3 часа назад, fikus elastica сказал:

vay-vay)) Könül, sən deyəsən, "başqasının işinə qarışanlar" kateqoriyasındansan :)

Könül xanım da deyəsən mənim kimi, konsultant kateqoriyasındandır )))

Konsultant haqda lətifəni eşitmisiz ? )

Share this post

Link to post
Share on other sites
9 минут назад, Sely сказал:

Bəzən üstünə olmayanı da qoyurlar.  Bu artıq olur şaiyə. 

kiçik dəqiqləşmə - böhtan )

Share this post

Link to post
Share on other sites
18 минут назад, NOIR сказал:

o mənada ki, hazırcavab və çevikik ? ) 

bəlkə konformistik, ona görə...

Biz "Lazım" kişini gözlüyürük .)

Yəni lazım gələrsə biz yaxşı ola bilərik. Amma hələki lazım gəlmir. 

  • Like 1

Share this post

Link to post
Share on other sites
12 минуты назад, NOIR сказал:

bəs elə isə, faktı şərh etmək, müzakirə etmək , rəy bildirmək necə bir münasibət formasıdır - qeybət deyilsə..? 

Faktı şərh etmək də elə qeybətdir.  

Share this post

Link to post
Share on other sites
7 минут назад, NOIR сказал:

kiçik dəqiqləşmə - böhtan )

Böhtan üzə də deyilə bilər,  arxada da.  Ona görə böhtan yazmadım.  

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
5 минут назад, Sely сказал:

Böhtan üzə də deyilə bilər,  arxada da.  Ona görə böhtan yazmadım.  

düzdür

  • Like 1

Share this post

Link to post
Share on other sites
12 минуты назад, Slay сказал:

Biz "Lazım" kişini gözlüyürük .)

Yəni lazım gələrsə biz yaxşı ola bilərik. Amma hələki lazım gəlmir. 

Lazım məsuliyyəti bölüşdürmək üçündür ? )

Share this post

Link to post
Share on other sites
5 минут назад, NOIR сказал:

Lazım məsuliyyəti bölüşdürmək üçündür ? )

Məsuliyyətdən yaxa qurtarmaq üçün.)

  • Like 2
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
8 часов назад, fikus elastica сказал:

Məktəb vaxtı qaraladığım xüsusiyyətə görə müəllimlər tərəfdən "demaqoq" damğası almışdım . Zamanla, siz deməli bunun fayda gətirmədiyini, əksinə hədsiz enerjimi aldığını gördüm. Haqlı olduğun halda heç kəs tərəfindən dəstəklənməmək və ya çox az qism tərəfindən dəstəklənmək adamı lap həvəsdən salır. İnsanlarda birlik və qruplaşma çox zəif olduğundan (qorxudan- rahat şəraiti itirmək qorxusu) artıq laqeyd qalmağı bacarmayan da yorulur və etinasız davranmağa başlayır , sadəcə seyrici mövqeyinə qoşulur(((

demək ki, həmişə haqq-ədalət axtrışında olmusuz )

düz deyirsiz, meydanda tək qalmaq aqibəti insanı həvəsdən sala bilər. amma siz yenə də nikbin olun. dəstəklənməmək yaxud bir qism tərəfindən dəstəklənməyin səbəbi bilirsizmi nədir ? ... elə bilirsiz, hər kəsdə təhlil etmək bacarığı var ? ) məgər hər kəs əyrini düzdən seçə bilir ? ətbəttə ki yox. hər kəs ardıcıl düşünüb davranmağı bacarırmı ? yoox ) insanlar fərqlidir. 

yenə də, dəstəklənməsəz belə öz fikrinizi bildirməkdən çəkinməyin. çünki, birincisi qoy bilsinlər ki, axmaq ya avam deyilsiz. ikincisi, etiraf eləməyi şəxsi ləyaqətinə sığışdırmasalar belə, hər kəs öz payını götürür. sizin də vicdanınız rahat olur ki, vaxtında sözünüzü demisiz. 

bir məsələdə sizinlə tam razıyam ki, insanın şəxsi vaxtı və enerjisi gedir. yəni vəziyyət dəyişirsə də əgər, bu itirdiyinə müvafiq olmur... biz qadınlar da ruhən döyüşkən deyilik. düzdür istisnalar olur...amma təbiətimizə qarşı çıxıb aqressiv inadkar davranmaqla xasiyyətimiz dəyişə bilər. əsəbi, deyingən ola bilərik ki buna yol vermək olmaz. qadın, xanım simasını itirməməlidir. qabiliyyətli başa düşüb dinməzcə nəticə çıxaracaq. qanmaz ya abırsız ilə isə bizlər bacarmarıq. 

bu səbəbə sizi anlayıram, yəni bəzən etinasız qalmaq istəyiniz də normaldır, təbiidir 

Share this post

Link to post
Share on other sites
14 hours ago, NOIR said:

Könül xanım da deyəsən mənim kimi, konsultant kateqoriyasındandır )))

Konsultant haqda lətifəni eşitmisiz ? )

atalar demişkən dünyada ən asan şey məsləhət verməkdir ))

yox eşitməmişəm, nə lətifədir elə?

Share this post

Link to post
Share on other sites
8 hours ago, NOIR said:

düz deyirsiz, meydanda tək qalmaq aqibəti insanı həvəsdən sala bilər. amma siz yenə də nikbin olun. dəstəklənməmək yaxud bir qism tərəfindən dəstəklənməyin səbəbi bilirsizmi nədir ? ... elə bilirsiz, hər kəsdə təhlil etmək bacarığı var ? ) məgər hər kəs əyrini düzdən seçə bilir ? ətbəttə ki yox. hər kəs ardıcıl düşünüb davranmağı bacarırmı ? yoox ) insanlar fərqlidir.

haqlısınız hamı eyni deyil və hər kəs də fikrini dilə gətirməyə cəsarət etmir. Təhlil etmək qabiliyyətində olanlar belə anlayışlı şəkildə susmağa üstünlük verirlər. Qorxu əsas instinkdir, məncə. Bu saat əhalinin əksəri vəziyyəti çox düzgün anlayır və analiz də edə bilir sadəcə qorxu, təklənmə  hissi, inamsızlıq onları fikirlərini dilə gətirməyə imkan vermir.

Xalqın gözü tərəzidir məsələsi)))

Həm də bilirsiz, hazırda "azərbaycanlı" anlayışı yox olub, artıq "mikroazərbaycanlı" anlayışı var. Yəni, mənim ailəm, mənim evim, mənim yaxınlarım, başqaları məni maraqlandırmır. Hər kəsin öz mikro aləmi var və mikro aləmdə özlərinə uyğun şərait yaradaraq "yaşamağa"  davam edirlər.

8 hours ago, NOIR said:

yenə də, dəstəklənməsəz belə öz fikrinizi bildirməkdən çəkinməyin. çünki, birincisi qoy bilsinlər ki, axmaq ya avam deyilsiz. ikincisi, etiraf eləməyi şəxsi ləyaqətinə sığışdırmasalar belə, hər kəs öz payını götürür. sizin də vicdanınız rahat olur ki, vaxtında sözünüzü demisiz.

kiçik qruplarda, məktəbdə, instutda, işdə,  valideyn icaslarında və s. rastlaşdığım neqativlərə hər zaman münasibət bildirmişəm. Bu barədə vicdanım təmizdir)) 

  • Like 1

Share this post

Link to post
Share on other sites
8 hours ago, NOIR said:

 biz qadınlar da ruhən döyüşkən deyilik. düzdür istisnalar olur...

Döyüşkən ruhlu qadın Janna Dark idi, onun da aqibəti hamımıza məlumdur((

8 hours ago, NOIR said:

qadın,xanım simasını itirməməlidir.

Qadının xanım simaları)) maraqlı yanaşmadır. Xanımlıq  və bəylik--- xüsusiyyətlər çoxmu fərqlənir?  insanı keyfiyyətlər həm qadına həm də kişiyə aid deyilmi?

Maraqlı mövzu olar: qadının "xanım", kişinin "bəy" simaları...

  • Like 1

Share this post

Link to post
Share on other sites
12 часа назад, fikus elastica сказал:

Döyüşkən ruhlu qadın Janna Dark idi, onun da aqibəti hamımıza məlumdur((

Qadının xanım simaları)) maraqlı yanaşmadır. Xanımlıq  və bəylik--- xüsusiyyətlər çoxmu fərqlənir?  insanı keyfiyyətlər həm qadına həm də kişiyə aid deyilmi?

Maraqlı mövzu olar: qadının "xanım", kişinin "bəy" simaları...

insanlıq xüsusiyyəti həm kişi həm qadına məxsusdur, amma təzahür formaları fərqlidir ) 

qabiliyyəti, məharəti,savadına görə kişi və qadın bərabər ola bilər, bununla belə sırf kişi və ya sırf qadına məxsus peşələr var. özünü realizə etmək üçün peşə seçimi də təzahür formasından biridir

"qadının xanımlıq və kişinin bəylik siması" - mənim də xoşuma gəlir ) mövzu açasız bəlkə. sizin duzlu-istiotlu mövzularınız üçün darıxmışıq 

  • Like 1

Share this post

Link to post
Share on other sites
В 16.10.2018 в 15:46, fikus elastica сказал:

əlvay-vay)) Könül, sən deyəsən, "başqasının işinə qarışanlar" kateqoriyasındansan :)

Başqalarına deyə bilmərəm..amma nə qədər ömrüm var.Müseyiblə mübarizəyə həsr edəcəyəm)

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
12 часа назад, fikus elastica сказал:

Həm də bilirsiz, hazırda "azərbaycanlı" anlayışı yox olub, artıq "mikroazərbaycanlı" anlayışı var. Yəni, mənim ailəm, mənim evim, mənim yaxınlarım, başqaları məni maraqlandırmır. Hər kəsin öz mikro aləmi var və mikro aləmdə özlərinə uyğun şərait yaradaraq "yaşamağa"  davam edirlər.

başa düşürəm sizi.

bu tək bizim, azərbaycanlıların problemi deyildir. yəni sırf "bizə xas xüsusiyyətdən" qaynaqlanmır.

keçmiş sovetlər birliyində milyonları vahid ideologiya idarə edirdi. bu ideologiya əsasında hər yaş dövrünə uyğun qruplarda istiqamətlənmiş siyasət aparılırdı. ittifaq parçalandı, ideologiya məhv oldu. sistemli formada yeridilən ideyaya alternativ isə yaranmadı. böyük bir boşluqda kortəbii kiçik qruplar formalaşmağa başladı... bax sizin sadaladığınız həmin o mikro aləmlər əhəmiyyət kəsb etməyə başladı. çünki insan sosial varlıqdı, onun daxilində vaxtaşırı hansısa bir qrupa məxsus olmaq istəyi baş qaldıracaq, bu təbii haldır. insan iradəsi, sözü  çox böyük potensiala malik bir resursdur. bunu idarə etməyi bacaracaq ideya isə yoxdur hazırda ))

baxın, siz istənilən formal ya qeyri-formal qrupdan onun missiyası barədə soruşsanız, cavab almayacaqsız )

bizim disput da mikro aləmdir. bu gedişlə, o da məhvə məhkumdur, çünki onun missiyası yoxdur )

Edited by NOIR

Share this post

Link to post
Share on other sites
13 часа назад, fikus elastica сказал:

atalar demişkən dünyada ən asan şey məsləhət verməkdir ))

yox eşitməmişəm, nə lətifədir elə?

)) düz deyirlər. məsləhətçinin işi asandı, aqibəti qəliz

Canavarlar meşədə bir dovşan tuturlar, onu yemək istəyirlər. Dovşan onlara deyir ki, məni yeməklə siz doymazsınız. Gəlin sizə qoyun sürüsünün yerini göstərim. Canavarlar razılaşır, dovşanla birlikdə yola düşürlər... bir qədər sonra aclıq güc gəlir və yırtıcılar daha dözə bilmirlər. Dovşanı parçalayıb yeyirlər... Bir qədər də getdikdən sonra, həqiqətən də dovşanın nişan verdiyi qoyun sürüsünə yetişirlər. Bir neçə qoyunu parçalayır, yeyib doyurlar. Və ! bu zaman doşvan yada düşür )) Deyirlər : həə, yaxşı iş tutmadıq- dovşanı yedik. gəlin heç olmasa dovşanın qalıqlarını  basdıraq. Geri qayıdır, sümükləri yığıb torpağa basdırırlar. Baş daşı da qoyurlar. Düşünürlər, baş daşının üzərinə nə yazaq. Biri deyir gəlin yazaq "dostumuz Dovşana"... yoox, düz gəlmir, necə dostduq ki, onu yemişik... ondan yazaq ki, "düşmənimiz Dovşana"... elə də alınmır, bizə pislik etməyib axı, əksinə qoyun sürüsünə çıxarıb. Və onlar belə yazırlar : "Bizim əməkdaş və məsləhətçimiz olan Dovşana"

:smile:

yaxşı olanda ,hamı deyir özüm nail oldum,özüm bildim..
Pis olan kimi az qalırlar iki gözünü bir deşikden çıxarsınlar)
  • Upvote 1

Share this post

Link to post
Share on other sites
11 hours ago, NOIR said:

"qadının xanımlıq və kişinin bəylik siması" - mənim də xoşuma gəlir ) mövzu açasız bəlkə. sizin duzlu-istiotlu mövzularınız üçün darıxmışıq 

müəllif hüquqları sizdə, siz açın müzakirə edək )))

Share this post

Link to post
Share on other sites
10 hours ago, NOIR said:

)) düz deyirlər. məsləhətçinin işi asandı, aqibəti qəliz

bu dovşan siyasətin qurbanı olub))) canavarları" böyüklər" hesab edin, dovşanı da "kiçiklər"

Share this post

Link to post
Share on other sites
11 hours ago, Kenul2012 said:

Başqalarına deyə bilmərəm..amma nə qədər ömrüm var.Müseyiblə mübarizəyə həsr edəcəyəm)

Müseyib və mübarizə tərs mütənasibdi))

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
В 18.10.2018 в 06:55, Kenul2012 сказал:

emoji17.png yaxşı olanda ,hamı deyir özüm nail oldum,özüm bildim..
Pis olan kimi az qalırlar iki gözünü bir deşikden çıxarsınlar)

həyatın işi belədir : hələ ki işlər rəvan gedir, bu normal qəbul olunur. gəl ki, problem yaşanan kimi, o an hamı səni "yada salır" )

Edited by NOIR

Share this post

Link to post
Share on other sites
В 18.10.2018 в 09:35, fikus elastica сказал:

bu dovşan siyasətin qurbanı olub))) canavarları" böyüklər" hesab edin, dovşanı da "kiçiklər"

düz seyirsiz. dovşanın meşəlikdə nə işi var axı.. dovşan ya qəfəsdə ya da heyvanxanda olar )

Share this post

Link to post
Share on other sites

Bu sadaladıqlarınız ideologiya deyil ki. Bunlara cəmiyyətimizin qüsurları demək olar. 

Siz bu sualı qoymaqla ümid edirdiniz ki, kimsə yazacaq "hə, mən yaltağam və ya mən qeybət edirəm"? ))))))

Qeybeti hami edir)

Share this post

Link to post
Share on other sites
14 minutes ago, Kenul2012 said:

Qeybeti hami edir)

demək olar ki hamı ))

Share this post

Link to post
Share on other sites

Xoş gördük sizi Fikus :rroza: yenidən buralarda sizi mövzularınızla birgə görmək nə gözəl,tez-tez gəlin.))

  Cəmiyyətimizə məxsus analoqu olmayan,özümüzsayağı xüsusiyyətləri yenə də ihtehzalı tərzdə sadalamısınız.) Nəyə etirazımız olsun ki, hərəsindən az bir hissə də olsa özümüzdə, ətrafımızda var, tez-tez də şahidi oluruq. Siyahını artırmaq olar ki,azaltmaq yox, sonluq da, adəti üzrə eyni nəticəyə gələcək olan bir tək cümlə ilə nöqtələnəcək: ”Ona görə elə bu gündəyik.”) Bu artıq hətta  bir devizə çevrilib.)

“Mən rüşvət vermirəm”,”mən rüşvət almıram” kimi cümlələrin qurulduğı cəmiyyətin mövcud olması demək olar ki mümkün olmayacaq qədər imkansız hala gəlib çıxıb. Bəzi viruslar qanımıza elə hopdurulmayıb ki, inanmıram nə vaxtsa genlərimizdən silinib tamamilə yox ola bilsin.

Bu kimi halllar var,olub və görünən odur ki belə davam etdiyi müddətcə var olacaq da, amma mənim diqqət çəkmək istədiyim məsələ başqadır.

Cəmiyyət olaraq deyil də,fərdi halda yanaşası olsam düşünürəm ki,hər kəs haqqı olan, layiqi olduğu həyatı yaşayır. Bəziləri (yalnız lider ruhlu olanları nəzərdə tutmuram, uğur əldə edən hər hansı biriləri) məqsədyönlü olaraq hədəflərinə çatmaq üçün qarşısındakı maneələri səbrlə, əzmlə inanaraq dəf edir, xəyallarını reallaşdırmaq üçün seçdiyi zirvələri fəth edir və heç bir maneə onları fikirlərindən yayındırmağa bəhanə yaratmır, bəziləri isə özünün passivliyinə düşən aqibətlə kifayətlənir, nəticə ilə qane olurlar, hələ üstəlik təskinliklərini də müqayisəli şəkildə sükr edərək ifadə edirlər.

Nazim Hikmətin məşhur seirində vurğulandığı kimi, heç kim fərd olaraq yanmaq istəmir, amma aydınlıq arzusundadır, ”biz” kəlməsi lüğətdən yavaş-yavaş silinməkdədir, artıq ailə daxilində belə bu söz öz mahiyyətini getdikcə itirir, çünki şəxsi mənafe üstünlük qazanmaqdadır, itirməyə nəyisə olanlara hər zaman qorxu daha çox hakim olur, ona görə də hər hansı bir bəla gəlib özümüzü tapmayınca, hər kəs laqeyidlik mövqeyini özünə ən münasib variant olaraq seçməkdədir. Yanmadan aydınlığa çıxmaq hər kəsin ürəyincədir, amma digər tərəfdən də bunun heç kim tərfindən qarşımıza qızıl qabda təqdim olunmayacaq qədər əlçatmaz olduğunu da dərk etməkdəyik. Və əgər bu sadalananların fərqindəyiksə, özümüz nəyisə əldə etməyə səy göstərmiriksə, əlimizdəkilərlə artıqlaması ilə yetiniriksə, istəklərimizə  nail olmaq istəmiriksə, şəraitlə barışımaq yolunu öz razılığımızla seçib durmuşuqsa, hətta və hətta pozitivliyimizdən də heç nə itirmiriksə bu o demək deyilmi ki, bizə lazım olan yaşayış tərzi məhz budur, belə çıxmır ki, biz cəmiyyət olaraq, elə layiq olduğumuz yedəyik?)

  • Like 2

Share this post

Link to post
Share on other sites
В 11.10.2018 в 09:49, fikus elastica сказал:

Siyahını artıra da bilərik. Daha gözəl göstəricilər haqda yazmaq istəyirəm, yadımdan çıxan varsa əlavələrinizi edin.

...İqtidara  - hakim mövqeyə gəlim, qazanc əldə edim, dağıdım, və getmək də bilməyim.)

Kiçik müəssisədən tutmuş, böyük holdinglərə qədər bütün şirkətlərdəki sabit vəziyyət....

  • Like 1

Share this post

Link to post
Share on other sites
On 10/24/2018 at 8:47 AM, Grey Wolf said:

Bu sadaladıqlarınız ideologiya deyil ki

Deyə bilərsinizmi, bizim ideologiya hansıdır?  hansılardı ideologiyalarımız?

qüsürlarımız da elə ideologiyadan yaranmayıb ki?

Share this post

Link to post
Share on other sites
On 10/24/2018 at 5:41 PM, ceylin said:

Xoş gördük sizi Fikus :rroza: yenidən buralarda sizi mövzularınızla birgə görmək nə gözəl,tez-tez gəlin.))

Təşəkkürlər,Ceylin. Mənə də sizin postları oxumaq çox xoş oldu,bir zamalarda olduğu kimi

On 10/24/2018 at 5:41 PM, ceylin said:

 bəziləri isə özünün passivliyinə düşən aqibətlə kifayətlənir, nəticə ilə qane olurlar, hələ üstəlik təskinliklərini də müqayisəli şəkildə sükr edərək ifadə edirlər.

Şükr etmək ayrı bir mövzudu))   şükr edərək təskinlik tapanlar sadəcə özlərini aldadırlar. Axır zamanlar isə şükr etmək kütləviləşib((

On 10/24/2018 at 5:41 PM, ceylin said:

şəraitlə barışımaq yolunu öz razılığımızla seçib durmuşuqsa, hətta və hətta pozitivliyimizdən də heç nə itirmiriksə bu o demək deyilmi ki, bizə lazım olan yaşayış tərzi məhz budur, belə çıxmır ki, biz cəmiyyət olaraq, elə layiq olduğumuz yedəyik?)

bəlkə hamı qəhrəman axtarışındadır? belə bir deyim var, xalq cansız bir palçıq yığınıdır, heykəltaraş əli dəymədiyi müddətə qədər  elə palçıq olaraq da qalacaq

  • Like 1
  • Upvote 3

Share this post

Link to post
Share on other sites
2 минуты назад, countyboy001 сказал:

sadece ideologiya ile yasayanlar axmaqdir. 

... bəlkə tənbəldir ?

Share this post

Link to post
Share on other sites
5 minutes ago, NOIR said:

... bəlkə tənbəldir ?

Men eslinde agir ideologiyani nezerde tuturdum. Ideologiya hansiki agli basdan alir.  Indi oxuyuram. eslinde yuxarida yazilanlar ideologiya deyil. Heyat terzidir.

Share this post

Link to post
Share on other sites
3 минуты назад, countyboy001 сказал:

Men eslinde agir ideologiyani nezerde tuturdum. Ideologiya hansiki agli basdan alir.  Indi oxuyuram. eslinde yuxarida yazilanlar ideologiya deyil. Heyat terzidir.

düşüncə tərzidir, demək istəyirdiniz yəqin

Share this post

Link to post
Share on other sites
On 10/25/2018 at 3:07 PM, fikus elastica said:

Deyə bilərsinizmi, bizim ideologiya hansıdır?  hansılardı ideologiyalarımız?

qüsürlarımız da elə ideologiyadan yaranmayıb ki?

Məncə bizdə hələ gerçək bir ideologiya yoxdur. Bütün problemlərimizin kökündə də elə onun olmaması durur.

Share this post

Link to post
Share on other sites
В 28.10.2018 в 01:59, fikus elastica сказал:

Təşəkkürlər,Ceylin. Mənə də sizin postları oxumaq çox xoş oldu,bir zamalarda olduğu kimi

Şükr etmək ayrı bir mövzudu))   şükr edərək təskinlik tapanlar sadəcə özlərini aldadırlar. Axır zamanlar isə şükr etmək kütləviləşib((

bəlkə hamı qəhrəman axtarışındadır? belə bir deyim var, xalq cansız bir palçıq yığınıdır, heykəltaraş əli dəymədiyi müddətə qədər  elə palçıq olaraq da qalacaq

Bir yerlərdə bu cür heykəltaraş qüdrətinə qadir bir qəhrəmanın var olacağını ummaqdan başqa bir çarəmiz  yoxdur deyəsən.))

P.S. Sofiya xanımın yurdumuza təşrif buyurmasına necə baxırsınız, və belə qonaqpərvərcəsinə xüsusi qarşılanmasına?)) Bəşəriyyəti məhv edəcəyini əvvəllər zarafatla bildirib "müsahibələrinin" birində, sizcə buralardan başlamaq fikrindən daşındırmaq üçün olmasın bu təmtəraq?)

Share this post

Link to post
Share on other sites
Bir yerlərdə bu cür heykəltaraş qüdrətinə qadir bir qəhrəmanın var olacağını ummaqdan başqa bir çarəmiz  yoxdur deyəsən.))
 
P.S. Sofiya xanımın yurdumuza təşrif buyurmasına necə baxırsınız, və belə qonaqpərvərcəsinə xüsusi qarşılanmasına?)) Bəşəriyyəti məhv edəcəyini əvvəllər zarafatla bildirib "müsahibələrinin" birində, sizcə buralardan başlamaq fikrindən daşındırmaq üçün olmasın bu təmtəraq?)
Içimiz -dışımız Sefiyyecik oldu))Bir azdan Sefiyye etirleri,üstünde şekilleri olan şokolad qutuları satışda görsem teccüblenmeyeceyem)

Bitsin bu çin işgencesi.....

Share this post

Link to post
Share on other sites
В 29.10.2018 в 09:00, Grey Wolf сказал:

Məncə bizdə hələ gerçək bir ideologiya yoxdur. Bütün problemlərimizin kökündə də elə onun olmaması durur.

Bizdə coxlu vacib ve lazimli ideologiyalar var. Ən vacib ve öncesi, Vətən və Millet sevgisi olmalidir. Bundan başlasalar, başgalari da gelecek arxasinca.

Share this post

Link to post
Share on other sites
В 29.10.2018 в 23:48, Kenul2012 сказал:

Içimiz -dışımız Sefiyyecik oldu))Bir azdan Sefiyye etirleri,üstünde şekilleri olan şokolad qutuları satışda görsem teccüblenmeyeceyem)

Bitsin bu çin işgencesi.....

O da olar bu gedişatla)) Selfie çekdirməyən də qalmayıb)

Share this post

Link to post
Share on other sites
On 10/29/2018 at 9:00 AM, Grey Wolf said:

Məncə bizdə hələ gerçək bir ideologiya yoxdur. Bütün problemlərimizin kökündə də elə onun olmaması durur.

bəli, düşüncə tərzi,milli düşüncə tərzinı nəzərdə tuturdum.Toplum olaraq ümumi bir amal , məqsəd yoxdur, razıyam hər kəs fərd olaraq yalnız öz əhatəsi , özü üçün çalışır.

  • Upvote 1

Share this post

Link to post
Share on other sites
2 hours ago, ATXC said:

Vətən və Millet sevgisi olmalidir. Bundan başlasalar, başgalari da gelecek arxasinca.

Əslində dedikləriniz şifahi olaraq hamının dilində var. Bütün KİV lərdən evlərə hər gün "psevdo patriotizm" aşılanır((

Share this post

Link to post
Share on other sites
On 10/29/2018 at 8:10 PM, ceylin said:

Bir yerlərdə bu cür heykəltaraş qüdrətinə qadir bir qəhrəmanın var olacağını ummaqdan başqa bir çarəmiz  yoxdur deyəsən.))

Yenə LAZIM))

On 10/29/2018 at 8:10 PM, ceylin said:

P.S. Sofiya xanımın yurdumuza təşrif buyurmasına necə baxırsınız, və belə qonaqpərvərcəsinə xüsusi qarşılanmasına?)) Bəşəriyyəti məhv edəcəyini əvvəllər zarafatla bildirib "müsahibələrinin" birində, sizcə buralardan başlamaq fikrindən daşındırmaq üçün olmasın bu təmtəraq?)

ehh, Sofiya da saxta çıxdı)) Robotun belə, saxtasını bura gətirirlər((

Share this post

Link to post
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now

  • Recently Browsing   0 members, 0 guests

    No registered users viewing this page.

  • Similar Content

    • By sudya_dred
      Hər kəsə salamlar!
       
      Forum istifadəçilərinin və qonaqlarının diqqətinə Azərbaycan Diplomatik Akademiyası Univeristetinin tələbələri tərəfindən hazırlanmış sosial araşdırmanı təqdim edirəm.
       
      Araşdırmanın mövzusu -  Kinoseanslar Nədən Azərbaycanca Deyil
       
      Məqsəd: kinoteatrlarımızda tanınmış Holivud filmləri Azərbaycan dilinə tərcümə olunmadan Rusca yayımlanmasının səbəbi
       
      Statistikaya əsasən əhalinin yalnız 35% Rus dilini doğma, ikinci, və ya yaxşı bildiyi dil kimi göstərib, halbu ki kinoteatrlarda Azərbaycan dilli auditoriyanı qırağda qoymaları məsələsi gündəmdə deyil. Səbəbini öyrənmək üçün bu sorğunu keçirtmək istəyərdik.
      Sorğu yalnız təhsil məqsədi ilə keçirilir.
       
      Suallara cavab vermək üçün aşağıda qeyd olunan keçiddən istifadə edin:
      https://docs.google....TQcE6M/viewform
       
      Araşdırmada köməklik üçün hər kəsə öncədən minnətdarlığımı bildirirəm!
       
    • By sudya_dred
      Всем доброго времени суток!
       
      Предлагаю вашему вниманию вопросник, подготовленный студентами Университета АДА.
       
      Тема опроса : "В чем причина кинопроката сеансов без дубляжа на Азербайджанский язык?"
      Как мы знаем, с 1-го января 2008 года вещания телепередач на республиканских каналах "на неазербайджанском языке" запрещена - в связи с чем была прекращена трансляция российских каналов. Однако этот факт никак не отразился на покупке кинолент широкого проката на русском языке со стороны крупных кинотеатров города - большинство площадок которых было построено уже после самого указа.
       
      Цель проведения: подтвердить / опровергнуть гипотезу - при переводе аудитория не будет заполнять кинозалы, так как не верят в качество  дубляжа.
      Опрос проводится исключительно в образовательных целях - публикация возможна только в газете самого универститета. 
       
      Для принятия участия в опросе прошу перейти по ссылке, приведенной ниже:
       
      https://docs.google....TQcE6M/viewform
       
      Заранее выражаем благодарность за помощь и поддержку в преодолении сессии   :)
      Так же просьба, поделиться вопросником, так как бОльшее количество ответов позволит собрать больше данных для статистического анализа.
       
    • By sudya_dred
      Hər kəsə salamlar!
       
      Forum istifadəçilərinin və qonaqlarının diqqətinə Azərbaycan Diplomatik Akademiyası Univeristetinin tələbələri tərəfindən hazırlanmış sosial araşdırmanı təqdim edirəm.
       
      Araşdırmanın mövzusu -  Kinoseanslar Nədən Azərbaycanca Deyil
       
      Məqsəd: kinoteatrlarımızda tanınmış Holivud filmləri Azərbaycan dilinə tərcümə olunmadan Rusca yayımlanmasının səbəbi
       
      Statistikaya əsasən əhalinin yalnız 35% Rus dilini doğma, ikinci, və ya yaxşı bildiyi dil kimi göstərib, halbu ki kinoteatrlarda Azərbaycan dilli auditoriyanı qırağda qoymaları məsələsi gündəmdə deyil. Səbəbini öyrənmək üçün bu sorğunu keçirtmək istəyərdik.
      Sorğu yalnız təhsil məqsədi ilə keçirilir.
       
      Suallara cavab vermək üçün aşağıda qeyd olunan keçiddən istifadə edin:
      https://docs.google....TQcE6M/viewform
       
      Araşdırmada köməklik üçün hər kəsə öncədən minnətdarlığımı bildirirəm!
       
    • By sudya_dred
      Salam,
      ADA universitetinin telebeleri maraqli bir sorgu kechirdiller.
      Movzunun bu bolmeye aid oldugunu nezere alaraq, ve qrup yoldashlarimin xahishi ile sorgu sualchasini burada paylashiram.
      Sorgunun tam mehfi olmasini emin edirler.
       
      Yoldaşınızla Olan Seksual Münasibətinizhttps://docs.google.com/forms/d/1C19WydMRKEkU6jQ81VLXrTJd56vdqIUFUuzVcQ4Hop8/viewform?c=0&w=1
       
      Onceden teshekkurler
    • By aytan13
      elgizin verlislerine baxiram komediyadiye,hecen hefte naibe alehverdiyevaynan qirdilar bir birlerini AMA DUZUNU DEYIM MENIM ONAN XOSUM GELIR MENCE DOGURDAN ONDA NECE QEYRI ADI GUC VAR,SIZ NE FIKIRLESIRSIZ?
×